Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-508/2025 03.02.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud qızı və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1980-cı ildə Şirvan (Əli-Bayramlı) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəsasına məhkum olunmuş, Nizami rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarla 03 ay 06 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, Hacıqabul şəhəri 4 saylı tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini əvəzi işləmiş, Şirvan şəhəri, T.İsmayılov küçəsi, ev 2, mənzil 23-də qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd sellofan bükülüdə külli miqdarda 7,484 qram psixotrop maddə olan metamfetamini xx.xx.2025-ci il tarixdə, saat 18 radələrində Şirvan şəhəri, Vidadi küçəsində, tanışı Şirvan şəhər sakini Şahid6 1260 manata alıb əldə edərək saxlamış, Şirvan şəhər Polis Şöbəsinin əməkdaşlarının xx.xx.2025-ci il tarixdə saat 18:56-dan 19:15-dək videoçəkilişlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şirvan şəhəri, Vidadi küçəsində həmin psixotrop maddəni üzərində saxlayan zaman saxlanılmış, saxlanılan zaman Təqsirləndirilən şəxs “Prima” markalı siqaret qutusunda olan sözü gedən metamfetamini yerə atmış, həmin siqaret qutusu qaldırılaraq içərisində 01 ədəd sellofan bükümdə təmiz çəkisi 7,484 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, polis əməkdaşlarının onunla ədavəti 2022-ci ildə narkotik ittihamı ilə tutulduğu vaxtdan olmuşdur. Hadisə günü xx.xx.2025-ci il tarixdə Şirvan şəhərində aptekdən çıxdığı vaxtı onunla birlikdə çəzaçəkmə müəssisəsində tanış olduğu Şahid6 ona yaxınlaşaraq «səninlə bir balaca işim var» demişdir, Əlisahib ona yaxınlaşan zaman polis əməkdaşları onları görmüşdür. Əlisahib ona işlədiyi yerdə meşəbəyi işləmək istəməsini demiş, o da Əlisahibə nəqliyyatda işlədiyini, işlərini qaydasına qoyduqdan sonra onun iş yerinə gəlməsini orada onunla söhbət edəcəyini demişdir. Onlar aralaşdıqdan sonra avtobus dayanacağına çatan vaxtı polislər videoçəkilişlə ona yaxınlaşaraq onu tutaraq şöbəyə aparmışlar. Onu şöbədə rəisin yanına aparmışlar, rəisə onun üzərində heç bir narkotik vasitə olmadığını demiş, rəis onunla səmimi söhbət etmiş, ona «narahat olma» deyib şöbədə kafeyə aparmışlar. Bir müddət sonra Şahid6 şöbəyə gətirildiyini görmüşdür, şöbədə Əlisahibin başqa otaqda «mən onun üzünə dura bilmərəm» sözlərini deməsini eşitmişdir. Sonra axşam təxminən 6-7 arası əməliyyatçılar onu avtomobilə otuzdurub aparmışlar, avtomobildə gedərkən qabaqda bir avtomobil, arxada da bir avtomobil olduğunu görmüş, polislərə kimi tutmağa getdiklərini soruşmuş, ona «sənlik deyil» demişlər. Avtobus dayanacağına çatmamış avtomobildən onu düşürmüşlər, dayanacağa çatmamış guya əməliyyat quraraq onu tutmuşlar. Onun üzərində həmin vaxtı heç bir narkotik vasitə olmamışdır. Əməliyyatçı Şahid5 ona bildirmiş ki, 2022-ci ildə barəsində işə baxarkən onun və digər əməliyyatçılar barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsində xüsusi qərar çıxarıldığına görə ondan əvəz çıxmışlar. Polislər onu tutan zaman da “narkotik mənim deyil, narkotiki sizə kim verib onun tutun” demişdir. Tutularkən üzərində heç bir psixotrop maddə olmamış, Əlisahibdən heç bir psixotrop maddə almamışdır. İstintaq zamanı metamfetamin almaq üçün Əlisahibə 1260 manat pul verməsi ilə bağlı ifadəni polislərin təzyiqi altında vermişdir. Günahı olmadığı üçün məhkəmədən ona bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı təqsirləndilən şəxs qismində 12 iyun 2025-ci il tarixli ifadəsi elan edilmişdir. Həmin ifadəni Təqsirləndirilən şəxs imza etməkdən imtina etmiş, lakin ifadə vermişdir. Həmin ifadə videoçəkilişlə aparılmışdır. Məhkəmə zamanı həmin videoçəkiliş də tədqiq edilmişdir. Belə ki, sözü gedən ifadə və videoçəkilişdə Təqsirləndirilən şəxs bildirir ki, Şahid6la hadisədən bir gün əvvəl Şirvan şəhəri, “vetrof” adlanan yerdə görüşən zaman Əlisahib ona silahla tutulduğunu bildirərək kömək etməyini xahiş etmiş, o isə cavabında “birdən ikiyə səninlə narkotik alveri eləmişəm?” deyə bildirmişdir. Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Qaradağ rayon Polis İdarəsinin əməkdaşları ilə əlaqə saxlayaraq özünə qarşı “praqlatqa” qurulduğunu, bu səbəbdən tutulacağı barədə bildirmişdir. Əlisahibin cinayət məsluliyyətinə cəlb edilməsi üçün ondan narkotik vasitə və psixotrop maddə alaraq Şirvan şəhər Polis Şöbəsinə təhvil vermək qərarına gəlmişdir. Bu səbəbdən Əlisahiblə əlaqə saxlayaraq ondan psixotrop maddə olan metamfetamin əldə etmək istədiyini bildirdirmişdir. Aralarında olan razılaşmaya əsasən Əlisahib ona 1260 manat qarşılığında 13 qram metamfetamin və bir qədər qurudulmuş marixuana verməli olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Şirvan şəhəri, “Vasmoy” adlanan ərazidə Əlisahiblə görüşmüş, Əlisahib ona psixotrop maddəni həmin yerdə olan avtobus dayanacağının arxasına, qurudulmuş marixuananı isə kibrit qutusunda bir qədər irəlidə yerdə qoyduğunu bildirmş o da Əlisahibə 1260 manat pul vermiş, bu vaxt yerdə, qarşısında olan “Prima” qutusunda olan psixotrop maddə metamfetamin götürməyə hazırlaşmış, lakin polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları yerdəki “Prima” markalı siqaret qutusunun ona məxsus olduğunu qeyd etmişlər. Ümumiyyətlə həmin siqaret qutusunu əlinə götürməmiş, həmin psixotrop maddə ona məxsus deyil. Saxlanılan zaman “Prima” markalı siqaret qutusu qarşısında olmuş, həmin siqaret qutusunu götürməmişdir. Məqsədi psixotrop maddəni və narkotik vasitəni əldə edərək Əlisahibin məsuliyyətə cəlb olunmasını təmin etmək olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı və ibtidai istintaqa verdiyi ziddiyyətli ifadələrini müqayisəli tədqiq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadələrində «polis əməkdaşları tərəfindən saxlanılarkən onda heç bir psixotrop maddə olmaması, Şahid6 heç bir psixotrop maddə almaması, onun tutulmasına səbəb polis əməkdaşlarının onunla 2022-ci ildə aparılan işi üzrə xüsusi qərar almaları olması, metamfetamin almaq üçün Əlisahibə 1260 manat pul verməsi ilə bağlı ifadəni polislərin təzyiqi altında verməsi» xüsusatlarını bildirmişdir. Məhkəmə həmin xüsusatlara tənqidi yanaşaraq qeyd edir ki, həm ibtidai istintaq, həm məhkəmə baxışında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə 1260 manat müqabilində Şahid6 7,484 qram olan psixotrop maddə metamfetamin alaraq əldə etmişdir. Belə ki, Zaur İmanov ibtidai istintaq zamanı verdiyi ifadələrində bildirmişdir ki, Şahid6 cinayət məsuliyyətinə cəlb edilməsi üçün ondan narkotik vasitə və psixotrop maddə alaraq Şirvan şəhər Polis Şöbəsinə təhvil vermək qərarına gəlmiş, bu səbəbdən də Əlisahiblə əlaqə saxlayaraq 1260 manat müqabilində sonuncudan psixotrop maddə əldə etmək istədiyini demişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatı inandırıcı hesab etmir, belə ki, Şahid6 qanunsuz əməllərini ifşa etmək üçün Təqsirləndirilən şəxs ilk olaraq polis orqanlarına müraciət etməli olduğu halda, bunun əksinə Şahid6 metamfetamin alır. Əməliyyat-axtarış tədbirinin videoçəkilişinin 04:54-cü saniyədən başlayaraq görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman içərisində metamfetamin olan “Prima” markalı siqaret qutusu onun qarşısında yerdədir, cib dəsmalı isə ilk olaraq ayaqqabısının altında, sonra isə dəsmal da ayaqqabısının yanında görünür. Şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2, Şahid3 və Şahid5 ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs saxlanılarkən sağ əlində cib yaylığı ilə birlikdə həmin “Prima” markalı siqaret qutusunu saxlamış, Təqsirləndirilən şəxs onları (polis əməkdaşlarını) görən kimi sağ əlində saxladığı “Prima” markalı siqaret qutusunu cib dəsmalı ilə birlikdə qarşısına, yerə atmışdır. Sorğu sual zamanı Təqsirləndirilən şəxs əvvəlcə üzərində olan psixotrop maddənin ona məxsus olmasını inkar etsə də, sonradan Əlisahib adlı şəxsdən aldığını bildirmişdir. İstintaq zamanı “əşyalara baxış keçirilməsi haqqında” protokoldan da görünür ki, içərisindən metamfetamin aşkar edilən “Prima” markalı siqaret qutusunun üzərində təqsirləndirilən şəxsin adı və istifadə etdiyi mobil telefon nömrəsi qeyd edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs sözü gedən metamfetamini əldə etmiş, polis əməkdaşlarını gördüyü halda isə yerə atmışdır. İfadələrində isə «polis əməkdaşları tərəfindən saxlanılarkən onda heç bir psixotrop maddə olmaması, Şahid6 pul müqabilində metamfetamin almaması...» xüsüsatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və müdafiə xarakteri daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi sözü gedən xüsusatları onun cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir və sübut növü kimi qəbul etmir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şirvan şəhər Polis Şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 11 iyun 2025-ci il tairxdə Şirvan şəhər sakini Təqsirləndirilən şəxs Şirvan şəhəri, Vidadi küçəsində yerləşən parkda psixotrop maddə metamfetamin əldə etməsi barədə məlumatı daxil olmuş, bununla bağlı əməliyyat qrupu yaradılmışdır. 11 iyun 2025-ci il tarixdə saat 19:00-da videoçəkilişlə keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək, Şirvan şəhəri, Vidadi küçəsində yerləşən parkda saxlanılmış, saxlanılan zaman Təqsirləndirilən şəxs əlində tutaraq saxladığı, “Prima” markalı siqaret qutusunun içərisindən 01 ədəd sellofan bükümdə ağ rəngli, kristallik formalı, psixotrop maddə metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən ayaq üstə olmaqla arxası divara dayanmış vəziyyətdə, sağ əlində isə cib yaylığı ilə birlikdə həmin “Prima” markalı siqaret qutusunu saxlamış, Zaur onları görən kimi sağ əlində saxladığı “Prima” markalı siqaret qutusunu cib dəsmalı ilə birlikdə qarşısına, yerə atmışdır. Sorğu sual zamanı Təqsirləndirilən şəxs əvvəlcə üzərində olan psixotrop maddənin ona məxsus olmasını inkar etsə də sonradan Əlisahib adlı şəxsdən pul müqabilində aldığını bildirmişdir. Həmin siqaret qutusunda olan bükümə baxış keçirilərkən içərisində metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. İş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2, Şahid3 və Şahid5 oxşar məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdirlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 12 iyun 2025-ci il tarixli 18/455 saylı rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs ......” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 7,484 qram olan ağımtıl rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin Siyahısı”na daxildir (İ Siyahı). Ekspertiza tədqiqatından sonrakı qalıq 7,384 qram təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik təşkil. İş materiallarında olan 01 avqust 2025-ci il tarixli, 4654 nömrəli “ambulator məhkəmə narkoloji ekspertizasının” rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan 02 iyul 2025-ci il tarixli 329 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən üzərində heç bir xəsarət aşkar olunmamışdır. İş materiallarında olan 21 avqust 2025-ci il tarixli 4/1339 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının rəyində qeyd edilmişdir ki, ekspetizaya təqdim olunmuş, kağız parçası üzərində “verdim 200.” rəqəmli əlyazmaları – Şahid6 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, Prima markalı siqaret qutusu üzərində “055.793.88.59 zaur” rəqəmli əlyazmaları; kağız parçası üzərindəki “ 13.Q.1060. m. 100.110 5. Q. 8. Q” rəqəmli əlyazmaları tədqiqi hissədə göstərilən səbəbə görə tədqiqat üçün yararsız olduğundan, Azərbaycan Respublikası CPM-nin 97.4.2-ci və “Məhkəmə ekpertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən bildirilir ki, həmin rəqəmli əlyazmaların Təqsirləndirilən şəxs tərəfindən, Şahid6 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmaması haqqında rəy verilməsi mümkün deyil. Aparılmış ekapertiza tədqiqatının dəyəri 127 (yüz iyirmi yeddi) manat təşkil edir. İş materiallarında olan 08 avqust 2025-ci il tarixli 2591 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda heç bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək və onları idarə etmək iqtidarında olunmuşdur. Buna görədə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. İş materiallarında olan «əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında» xx.xx.2025-ci il tarixli protokoldan və məhkəmə baxışında tədqiq edilmiş həmin tədbirin videogörüntülərindən müəyyən olunur ki, çəkilişinin 04:54-cü saniyədən başlayaraq Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanan zaman içərisində metamfetamin olan “Prima” markalı siqaret qutusu və cib dəsmalı qarşısında yerdədir. Təqsirləndirilən şəxs ilk olaraq metamfetaminin ona məxsus olmasını bildirsə də, qısa zamandan sonra Əlisahib adlı şəxsdən aldığını bildirir. Sonra metamfetaminə bənzər kütlə həmin siqaret qutusunun içərisində zərfə qoyulmaqla qablaşdırılır. İş materiallarında olan, 11 iyun 2025-ci il tarixli “əşyalara baxış keçirilməsi haqqında” protokoldan və videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs “Pirima” markalı siqaret qutusunun içində olan sellofan kəsiyində aşkar edilərək götürülmüş bükülüdə olan psixotrop maddə olması ehtimal edilən kütlənin qablaşdırıldığı bir ədəd zərf təkrar açılaraq həmin bükülüyə baxış keçirilir. Həmin kütlə 01 ədəd “Prima” markalı siqaret qutusunun içində olan sellofan bükülüdən ibarətdir, sellofan bükülünü açdıqda içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edildi. “Prima” markalı siqaret qutusunun içindən 01 ədəd kağız kəsiyinin üzərinə “13qr 1066 manat verdim, 100,200,110 5qr və 8qr” yazıları həkk edilmiş kağız kəsiyi aşkar edilir. İş materiallarında olan, «şübhəli şəxsin tutulması haqqında» 11 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin 13 iyun 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 11 iyun 2025-ci il tarixdən hesablanmmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Əmənov X4 Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib 4 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2006-cı il tarixdə cəzasının sonu ilə azad olunmuş, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2018-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Bundan başqa Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa o, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəsasına məhkum olunmuş, Nizami rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarla 03 ay 06 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Şirvan şəhər 1 nömrəli sahə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 iyul 2025-ci il tarixli yaşayış yeri və ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Əmənov X5 şəhəri, T.İsmayılov küçəsi ev 2, mənzil 23-də qeydiyyatda olmaqla yaşayır, yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 24 sentyabr 2025-ci il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarı ilə ekspertiza tədqiqatından sonrakı qalıq 7,384 qram psixotrop maddə metamfetamin maddi sübut kimi saxlanılaraq Şirvan ŞPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. Həmin qərarla Təqsirləndirilən şəxs saxlanılıb üzərinin yoxlanılması və əşyaların götürülməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş 1 ədəd DVD disk və götürülən əşyalara baxış keçirilməsi istintaq hərəkətinin görüntülərini əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Həmin tarixli qərarla X1 xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Şirvan şəhəri, Vidadi küçəsində külli miqdarda 7,484 qram psixotrop maddə metamfetamini 1260 manata Təqsirləndirilən şəxs satması faktı üzrə ********* nömrəli cinayət işindən ayrıca cinayət işi ayrılmışdır. Məhkəməyə daxil olmuş 30 yanvar 2026-cı il tarixli Şirvan ŞPŞ-nın məktubundan görünür ki, Şahid6 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmçinin o Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə toplanmış sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs metamfetamini satış məqsədi ilə deyil, öz istifadəsi üçün əldə etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin sözü gedən maddənin satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması, onu satmaq niyyətində olması, hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya kiminləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi faktı nə ibtidai araşdırma zamanı, nədə ki, məhkəmə baxışında toplanmış sübutlarda öz təsdiqini tapmamışdır. İstintaq orqanı ittihamda satış məqsədini yalnız ona görə göstərmişdir ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş psixotrop maddə metamfetamin 2 qramdan artıq olmaqla külli miqdar təşkil edir, başqa digər hər hansı bir sübut isə olmamışdır. Əgər iş materiallarında belə sübutlar olsaydı, bundan sonra şəxsin metamfetamini satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla yanaşı, həmçinin psixotrop maddənin miqdarı da nəzərə alınmalı idi. Sözü gedən maddənin külli miqdar təşkil etməsi məsələsinə gəldikdə isə qeyd edilməlidir ki, həmin maddənin miqdarının çox olması o halda sübut növü kimi qəbul edilə bilər ki, satış məqsədini təsdiq edən digər sübutlar da mövcud olsun. İbtidai araşdırma orqanı belə bir sübuta istinad etməmiş və iş materiallarında da belə bir sübut növü müəyyən olunmamışdır. Bununla da, istintaq orqanı yalnız ehtimala əsaslanmaqla Təqsirləndirilən şəxs satış məqsədi barədə müvafiq ittiham vermişdir. Halbuki, qanunvericilik yalnız ehtimala əsaslanmaqla şəxsə hər hansı ittiham verilməsini qadağan edir. Belə bir halda metamfetaminin külli miqdar təşkil etməsi həmin maddənin satış məqsədi ilə əldə edilməsini təsdiq edən amil kimi qiymətləndirilə bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il, №15-li Qərarının 23-cü bəndində qeyd olunub ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. 37-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilir ki, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə hərəkətlərinə görə məsuliyyət yalnız o vaxt yaranır ki, bu hərəkətlər satış məqsədi ilə törədilsin. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.3-cü maddəsinin deyil, həmin Məcəllənin 234.1-1-ci maddələsinin dispozisiya şərtlərinə uyğun gəlir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin əməlini CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş metamfetamini satış məqsədi ilə deyil, özünün istifadəsi üçün əldə etdiyi qənaətinə gəlir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək hüququna malikdir. Məhkəmə qanunun bu normasına istinad edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və o, CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsinin tələbinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 28.1 və 28.4-cü maddələrində göstərilir ki, məhkəmələr cinayət işlərinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs psixotrop maddənin hazırlanması üçün üzərində hər hansı bir avadanlığın olmaması, hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya kiminləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi faktının müəyyən edilməməsi nəzərə alınaraq sözü gedən maddələrin satış məqsədi ilə əldə etməsi nəticəsinə gəlməyə əsas vermir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.1-1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanunauyğun cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-nin 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs CMnin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən (az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzasını çəkib qurtardığı gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir) Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Hazırda Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən ağır cinayət törətdiyindən onun bu əməli cinayətin residivini yaratdığından ona CM-nin ittiham olunduğu maddə üzrə cəza təyin edilərkən CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəza təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmamasını və ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məvburi müalicəyə ehtiyacı yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq -Şirvan Şəhər Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,384 qram psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış və baxış keçirilməsi istintaq hərəkətinin görüntülərinin əks olunduğu 2 ədəd DVD disk cinayət təqibi üzrə materiallarına saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan olan 158,95 (bir yüz əlli səkkiz manat, doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzasının çəkilmə müddətinin əvvəli 11 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 iyun 2025-ci il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 7,384 qram psixotrop maddə metamfetamin məhv edilsin. Cinayət işinin materiallarında saxlanılan şəxsi axtarış və baxış keçirilməsi istintaq hərəkətinin görüntülərinin əks olunduğu 2 ədəd DVD disk cinayət təqibi üzrə materialların saxlama müddəti ərzində işdə saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci- 158,95 (bir yüz əlli səkkiz manat, doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Ayşən Vəliyeva Cavanşir Nəbiyev
Məhkəmə qərarları › İş №1(099)-508/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-508/2025
03.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver