Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-509/2022 14.12.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri, 22 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri, 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 və Lənkəran rayon vəkil bürosunun vəkili X1 iştirakı ilə, xx xxxxx 1985-ci ildə Ağcabədi şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 azyaşlı uşaqları olan, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində 21 aprel 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Müdafiəçi3, xx xxxxxxxx 1977-ci ildə Ağcabədi rayonunun Xocavənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Xocavənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində 21 aprel 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 və 15 avqust 1987-ci ildə Qubadlı rayonunun Çaytumas kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 azyaşlı uşaqları olan, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, həmin kənddə qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqəədi qəsəbəsi, 1-ci mədən, 4 saylı kombinatda yaşamış, barəsində 21 aprel 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Müdafiəçi4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videkonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Müdafiəçi3 qanunsuz yolla qazanc əldə etmək üçün tanışları Ağcabədi rayonunun Xocavənd kənd sakini Təqsirləndirilən şəxs2 və Qubadlı rayonunun Çaytumas kənd sakini Müdafiəçi4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitələr və psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və həmin narkotik vasitələrin və psixotrop maddənin Azərbaycan Respublikası ərazisində satışını təşkil etmək, yəni satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınması barədə qabaqcadan gəldikləri razılığa əsasən İİR vətəndaşı külli miqdarlarda olan narkotik vasitələri heroini, qurudulmuş marixuananı və metadon həblərini, eləcə də külli miqdar təşkil edən psixotrop maddə metamfetamini İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirib Masallı-Yardımlı avtomobil yolunun Yardımlı rayonunun Köryədi kəndi ərazisində 47-ci kilometr yol nişanının yaxınlığında beton daşın yanında gizlədərək bu barədə “WhatsApp” proqramı vasitəsilə ona məlumat verildikdən sonra 19 aprel 2022-ci ildə, saat 23 radələrində tanışları Təqsirləndirilən şəxs2 və Müdafiəçi4la birlikdə sonuncunun idarə etdiyi “Ford Transit yük” markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhərindən Yardımlı rayonunun Köryədi kəndi ərazisinə gələrək həmin yol nişanının yaxınlığında gizlədilmiş 2 ədəd göy rəngli sellofan torbada və 2 ədəd qara rəngli sellofan torbada olan külli miqdarlarda olan narkotik vasitələr heroini, qurudulmuş marixuananı və metadon həblərini, eləcə də külli miqdarda olan psixotrop maddə metamfetamini satış məqsədilə götürüb avtomobilin yük yerində saxlayıb daşıyaraq birlikdə Bakı şəhəri istiqamətində hərəkət etmiş, onların narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqla cinayət törətməsi barədə məlumat almış Masallı RPŞ-nin əməkdaşlarının 20 aprel 2022-ci ildə gecə saat 01 radələrində keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Müdafiəçi4 idarə etdiyi “Ford Transit yük” markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomaşın Masallı rayonu, Ərkivan qəsəbəsi ərazisində saxlanılaraq Masallı RPŞ-nin inzibati binasının həyətinə gətirilib orada avtomobilə baxış keçirilərkən həmin avtomobilin yük yerindən 17 ədəd sellofan bağlamalarda olmaqla xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynilik təşkil edən, tiryəkdən kustar üsulla hazırlanmış, ümumi təmiz çəkisi:-17650,0 qram külli miqdarda narkotik vasitə heroin; 07 ədəd sellofan bağlamalarda olmaqla xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynilik təşkil edən, ümumi təmiz çəkisi:- 6315,0 qram külli miqdarda psixotrop maddə metamfetamin; ümumi təsiredici maddəsinin miqdarı: -24,0 qram olan, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynilik təşkil edən, 60 ədəd konvalyutda hər birində 10 ədəd olmaqla ümumi sayı 600 ədəd, külli miqdarda narkotik vasitə metadon həbləri, həmçinin 11 ədəd sellofan bağlamalarda olmaqla xarici görünüşlərinə və bioloji tərkiblərinə görə bir-biriləri ilə eynilik təşkil edən, ümumi təmiz çəkisi:-10750,0 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Müdafiəçi3 ona Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, vhatsap mobil tətbiqi vasitəsilə özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən “Seyid” adlı şəxs 19 aprel 2022-ci ildə, saat 15 radələrində vhatsap vasitəsilə ona zəng etmiş, sonuncu Masallı rayonuna getməsini, orada külli miqdarda narkotik vasitələr və psixotrop maddə bağlamaları qoyacağını, həmin bağlamaları götürüb Bakı şəhərinə aparmasını, əvəzində isə özünə bir kiloqram narkotik vasitə heroin götürməsini demiş, o da onunla eyni məhəllədə yaşayan Təqsirləndirilən şəxs2 zəng eləmiş, sonuncu ilə məhəllədə görüşüb İranlının təklifini ona bildirimiş, Elçin onunla razılaşmış, Masallıya gedib qayıtmaq üçün avtomobil lazım olduğunu deyərkən Elçin tanışı Müdafiəçi4 zəng edərək onu məhəlləyə çağırmış, onlar bir yerdə Pərvizlə söhbət etdikdən sonra sonuncunun idarə etdiyi Ford Transit markalı **-ML- *** dövlət qeydiyyat nişanlı avtomobilə oturub Masallı rayonuna yola düşmüş, yolda vhatsapla səsli zəng vasitəsilə Seyid adı şəxslə əlaqə saxlamış, sonuncu bağlamaların Masallı-Yardımlı avtomobil yolunun Yardımlı rayonu ərazisində asfalt yolun kənarında 47 rəqəmi yazılmış yol nişanının yanında olduğunu bildirmiş, həmin yerə çatarkən Pərvizə avtomobili saxlamasını bildirmiş, avtomobildən düşərək deyilən yerə qoyulan bağlamaları götürüb Elçinə vermiş, sonuncu isə onları avtomobilə yükləmiş, həmin vaxt “Seyid” ona zəng edərək bağlamaları götürüb-götürməməsini soruşmuş, “Seyid”ə hər şeyin qaydasında olduğunu bildirib Bakı şəhəri istiqamətinə yola düşdüklərini demiş, yolda hava dumanlı olduğundan Pərviz avtomobili yavaş surətlə idarə etmiş, onlar Masallı rayonu, Ərkivan qəsəbəsi ərazisində olarkən yol polisi əməkdaşları Pərvizə işarə edərək avtomobili saxlamasını demiş, onlar avtomobillə birlikdə polis şöbəsinə aparılmış, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin yük yerində, içərisində narkotik vasitələr və psixotrop maddə olan bağlamalar aşkar olunaraq götürülmüş, sonra keçirilən baxışla bağlı protokol tərtib edilərək orada iştirak edən şəxslər, o cümlədən onların tərəfindən imzalanmışdır. Təqsirini etiraf etməklə əməlindən peşman olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində heç bir yerdə işləməyən arvadının və dörd azyaşlı uşağının olmasını, ilk dəfə cinayət törətməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, tanışı Müdafiəçi3 Masallı rayonuna gedib yük götürməli olduğunu demiş, lakin narkotik vasitə barədə ona heç bir söz deməmiş, Elnur ona yolda mariuxana istifadə edəcəklərini bildirmiş, Enurun iran vətəndaşı ilə telefonla danışmasından məlumatı olmamış, Pərvizlə bir yerdə marixuana istifadə etsə də, Elnurla narkotik vasitə istifadə etməmiş, polis əməkdaşlarının təzyiqi nəticəsində ifadələrinə imza etmişdir. Məhkəmədən himayəsində heç bir yerdə işləməyən arvadının, üçü azyaşlı olmaqla beş uşağının olmasını nəzərə alıb yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Müdafiəçi4 ona Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək Təqsirləndirilən şəxs2la eyni məzmunlu ifadə vermiş və əlavə olaraq məhkəmədən ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində heç bir yerdə işləməyən arvadının, üçü azyaşlı olmaqla beş uşağının olmasını nəzərə alıb yüngül cəza verilməsini xahiş etmişdir. Lakin Təqsirləndirilən şəxs2 və Müdafiəçi4 məhkəməyədək icraat zamanı verdikləri ifadələri məhkəmədə elan edilməklə tədqiq edilərkən müəyyən olunur ki, müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərlərinə şəxsi axtarış zamanı, eləcə də avtomobilə baxış keçirilərkən, eyni zamanda istintaq orqanında izahat və ifadə verərkən törətdiyi cinayət əməli barəsində özünü tam təqsirli bilməklə təqsirləndirilən şəxs Müdafiəçi3 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətməsini, həmçinin onların bu əməlin törədilməsində təqsirkar olub-olmamalarını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, 19 aprel 2022-ci ildə günorta saatlarında şöbəyə Ağcabədi rayon sakinləri Müdafiəçi3 və Təqsirləndirilən şəxs2, eləcə də Qubadlı rayon sakini Müdafiəçi4 külli miqdarda narkotik vasitələrin Masallı rayonu ərazisindən tranzit kimi istifadə etməklə daşımaları barədə əməliyyat məlumatı daxil olmuş, məlumat əsasında əməliyyat qrupu yaradılmış, həmin gün gecə saat 01 radələrində Masallı rayonunun Ərkivan qəsəbəsi ərazisində xidmətdə olan polis şöbəsinin və DYPB-nin əməkdaşları tərəfindən adları qeyd olunan şəxslərin olduqları “Ford transit yük” markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılaraq polis şöbəsinə gətirilmiş, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla hər üç şəxsin üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı saxlanılan şəxslərin üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmiş, sonra saxlanılan şəxslərin olduqları və Müdafiəçi4 idarə etdiyi ağ rəngli, “Ford Transit yük” markalı avtomobilə baxış keçirilmiş, baxış zamanı Müdafiəçi3 avtomobilin yük yerindən 2 ədəd göy rəngli sellofan torba və 2 ədəd isə qara rəngli sellofan torba çıxarıb onlara təqdim etmiş, həmin torbalara baxış keçirilərkən onların içərisindən 11 büküm qurudulmuş marixuanaya bənzər, 07 bükümdə psixotrop maddə olan metamfetaminə bənzər, 17 bükümdə heroinə bənzər kütlələr və hər birində 10 ədəd həb olmaqla 60 ədəd konvalyut, ümumilikdə 600 ədəd metodona bənzər həblər aşkar olunaraq götürülmüşdür. Şifahi sorğu zamanı saxlanılan şəxslərdən Müdafiəçi3 həmin bağlamalı “Seyid” adlı İran İslam Respublikasının vətəndaşı Yardımlı rayon ərazisində yerləşən 47 rəqəmi yazılmış yol nişanının olduğu əraziyə qoydurduğunu, içərisində olan narkotik vasitələri və psixotrop maddəni onun dediyi yerə çatdırmaqda ona köməklik etməsini xahiş etmiş, o da bu işi qonşusları Elçin və Pərvizlə birlikdə görmək istəmiş, həmin şəxslərə qurudulmuş marixuana və pul verəcəyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid14 Cəmaləddin oğlu, Şahid9, Mustafayev İosif oğlu, Şahid4, Şahid2 Mehdi oğlu, Şahid13, Şahid11, Şahid8 və Şahid10 da Şahid6 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan 23 aprel 2022-ci il tarixli üzləşdirmə protokollarından görünür ki, dindirmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Müdafiəçi3 ifadəsində göstərdikləri xüsusatları digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Müdafiəçi4 üzünə qarşı demişdir. İş materiallarında olan 25 aprel 2022-ci il tarixli ifadələrin yerində yoxlanılması protokolundan görünür ki, təqsirləndirilən şəxslər Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və Müdafiəçi4 19 aprel 2022-ci ildə satış məqsədilə külli miqdarda narkotik vasitələr və psixotrop maddəni götürdükləri yer üzrə ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 20 aprel 2022-ci il tarixli 19\478 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Heroin” sözlər və imzalar olan bir ədəd göy rəngli kisədəki, 17 ədəd sellofan bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri:- 1000,0 qr: -1000,0 qr: -1000,0 qr: -1010,0 qr: -1015,0 qr: -1005,0 qr: -1000,0 qr: -1005,0 qr: -1005,0 qr: -1850,0 qr: -1000,0 qr: -990,0 qr: -760,0 qr: -1000,0 qr: -1005,0 qr: -1000,0 qr: -1005,0 qram; ümumi təmiz çəkisi:-17650,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Metamfetamin...” sözlər və imzalar olan bir ədəd qara rəngli kisədəki, 07 ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri:-1000,0 qr: -1000,0 qr: -1015,0 qr: -300,0 qr: - 1000,0 qr: -1000,0 qr: -1000,0 qram; ümumi təmiz çəkisi:- 6315,0 qram olan ağ rəngli kristal şəkilli olan maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Aşkar edilmiş narkotik vasitə metadona bənzər həblər” sözlər və imzalar olan paketdəki, 60 ədəd konvalyutda hər birində 10 ədəd olmaqla ümumi sayı 600 ədəd olan qəhvəyi rəngli, dairəvi formalı həblər metadondurlar, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Həblərin təsiredici maddəsinin ümumi miqdarı: -24,0 qramdır (bir həbdə 0,04 qram) Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir. (Siyahı İ). Metadon Azərbaycan Respublikasının ərazisində məhdudlaşdırılan narkotik vasitələrin İİ siyahısının İ bəndinə (sıra “6) daxildir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 20 aprel 2022-ci il tarixli 19\479 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Qurudulmuş marixuanalar” sözlər və imzalar olan bir ədəd qara rəngli kisədəki, 11 ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri:- 990,0 qr: -800,0 qr: -1035,0 qr: -980,0 qr: - 990,0 qr: -990,0 qr: -990,0 qr: -990,0 qr: -1110,0 qr: -855,0 qr: -1020, 0 qram; ümumi təmiz çəkisi:-10750,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, xarici görünüşlərinə və bioloji tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 21 aprel 2022-ci il tarixli 482 nömrəli rəyindən görünür ki, Müdafiəçi3 çətənə bitkisi preparatlarını tərkibində saxlayan maddələrdən və metadondan sui-istifadə edilməsi ilə nəticələnən polinarkomaniya xəstəliyi aşkar olunur. Polinarkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 21 aprel 2022-ci il tarixli 483 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 çətənə bitkisi preparatlarını tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 21 aprel 2022-ci il tarixli 484 nömrəli rəyindən görünür ki, Müdafiəçi4 çətənə bitkisi preparatlarını tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Masallı RPŞ-dən daxil olmuş əməliyyat tapşırığının cavabından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Ağcabədi rayon sakinləri Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və Qubadlı rayon sakini Müdafiəçi4 qazanc əldə etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddənin satışını həyata keçirmək məqsədilə xx.xx.2022-ci ildə Müdafiəçi3 əvvəlcədən tapşırığı əsasında şəxsiyyəti hələki müəyyən edilməyən İran İslam Respublikası vətəndaşı olan “Seyid” adlı şəxsin Yardımlı rayonunun Köryədi kəndi ərazisində asfalt yolun kənarında beton daşın yanında qoyduğu külli miqdarda ümumi təmiz çəkisi 10 kiloqram 750 qram narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda ümumi təmiz çəkisi 17 kiloqram 650 qram narkotik vasitə olan heroin, külli miqdarda təsiredici maddəsinin ümumi çəkisi 24 qram təşkil edən 600 ədəd narkotik vasitə metadon həbləri və külli miqdarda ümumi təmiz çəkisi 6 kiloqram 315 qram təşkil edən psixotrop maddə olan metamfetamini əldə edərək Müdafiəçi4 idarə etdiyi Ford Transit yük markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib satış məqsədi ilə Bakı şəhərinə daşıyarkən Masallı rayonu ərazisində aşkar edilmişlər. İran İslam Respublikasının vətəndaş kimi kimi özünü təqdim edən Seyid adlı şəxsin şəxsiyyətini müəyyən etmək hələki mümkün olmamışdır. İş materiallarında olan Masallı rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 5(050)- 49\2022 nömrəli qərarından görünür ki, Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və Müdafiəçi4 barəsində keçirilmiş əməliyyat tədbirləri qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan qərardan görünür ki, “Ford Transit yük” markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 17649,49 qram çəkidə narkotik vasitə heroin, 6314,79 qram çəkidə psixotrop maddə olan metamfetamin, 575 ədəd narkotik vasitə metadon həbi, 10749,78 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, eləcə də təqsirləndirilən şəxslər Müdafiəçi3 məxsus 1 ədəd “Samsung Galaxy A11” markalı, Təqsirləndirilən şəxs2 məxsus 1 ədəd “Samsung Galaxy A01 Core” və Müdafiəçi4 məxsus 1 ədəd “Samsung Galaxy J 3” markalı mobil telefonlar, həmçinin təqsirləndirilən şəxs Müdafiəçi4 məxsus “Ford Transit yük” markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobil Masallı rayon polis şöbəsində saxlanılır, Azerfon MMC-nin xx.xx.2022-ci il tarixli AZF\LGL-12097\22 nömrəli, Azerfon MMC-nin xx.xx.2022-ci il tarixli AZF\LGL-12098\22 nömrəli, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli AZF\LGL-12164\22 nömrəli və Bakcell MMC-nin xx.xx.2022-ci il tarixli BKC\LGL-8376\22 nömrəli telefon danışıqlarının siyahısını özündə əks etdirən “CD” formatlı disklər və avtomobildən külli miqdarda narkotik vasitələr və psixotrop maddənin aşkar olunduğu görüntülərin olduğu videodisk cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı tam və məhkəmədə verdiyi qismən etirafedici, həmçinin şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları onun törətdiyi cinayət əməllərini təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Müdafiəçi4 məhkəmədə verdiyi ifadəsinin «polis əməkdaşlarının təzyiqi nəticəsində yazılmış ifadələrə məcbur olaraq imza etmiş, Müdafiəçi3 narkotik vasitələr və psixotrop maddələr bardə onlara heç bir söz deməmiş» hissəsinə tənqidi yanaşaraq həmin ifadəyə məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin hissədə ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Belə ki, narkotik vasitələrin və psixotrop maddələrin külli miqdarlardan həddindən artıq çoxluq təşkil etməsi, həmçinin onların barələrində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı məlumatlarının olması göstərilən narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə satış məqsədi ilə əldə olunması nəticəsinə gəlməyə əsas verir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən təqsirləndirilən şəxslər Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və Müdafiəçi4 əldə etdiyi narkotik vasitələr heroin, metadon, qurudulmuş marixuana, eləcə də psixotrop maddə olan metamfetamin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onların əməlləri qanuna müvafiq cəzalandırılmalıdır. Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və Müdafiəçi4 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onların barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və Müdafiəçi4 əməlləri Azərbaycan Respublikası CM-in 32,5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və onlar həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və Müdafiəçi4 əməllərinin tövsifi məsələsini müzakirə edərək Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və Müdafiəçi4 hərəkətlərini Azərbaycan Respublikası CM-in 32,5, 206.3.2, 234.4.1 və 234.4.3cü maddələrinin dispozisiyası şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və Müdafiəçi4 Azərbaycan Respublikası CM-in 32,5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, onlara təqsirli bilindiyi hər bir maddə üzrə, əsas cəza növündə, maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onlara qəti cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və Müdafiəçi4 həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, onlara təyin ediləcək cəzanın əvvəlinin onların şübhəli şəxs qismində tutulduqları gündən, yəni 20 aprel 2022-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Masallı rayon məhkəməsinin 21 aprel 2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 20 aprel 2022ci ildən hesablanmaqla Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və Müdafiəçi4 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və Müdafiəçi4 əvvəllər məhkum olunmamışlar. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq təqsirləndirilən şəxslər Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və Müdafiəçi4 onlara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxslər Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və Müdafiəçi4 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Məmmədov X5 şəhəri, Xəlfərəddin küçəsi, ev 136-da qeydiyyatda olmaqla heç bir yerdə işləməyən arvadı, anası və 3 azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə həmin ünvanda yaşamış və yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Məmmədov X6 rayonunun Xocavənd kəndində qeydiyyatdadır. Himayəsində heç bir yerdə işləməyən arvadı və 3 uşağı, onlardan bir yetkinlik yaşına çatmayan olmaqla onlarla birlikdə həmin ünvanda yaşamış və yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Müdafiəçi4 Qubadlı rayonunun Çaytumas kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsi, 4 saylı kombinatda heç bir yerdə işləməyən arvadı və üç azyaşlı uşağı ilə birlikdə həmin ünvanda yaşamış və yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxs Müdafiəçi3 cəza təyin edərkən onun himayəsində üç azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, təqsirini tam etiraf etməklə əməlindən peşmanlıq keçirməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını və himayəsində heç bir yerdə işləməyən arvadının, bir yetkinlik yaşına çatmayan uşağının və anasının olmasını, ilk məhkumluğunu CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun təqsirini qismən etiraf etməklə əməlindən peşmanlıq keçirməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını və himayəsində heç bir yerdə işləməyən arvadının və bir yetkinlik yaşına çatmayan uşağının olmasını və ilk məhkumluğunu CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Müdafiəçi4 cəza təyin edərkən onun himayəsində üç azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, təqsirini qismən etiraf etməklə əməlindən peşmanlıq keçirməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını və himayəsində heç bir yerdə işləməyən arvadının olmasını və ilk məhkumluğunu CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslər Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və Müdafiəçi4 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Masallı rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 17649,49 qram çəkidə narkotik vasitə heroin, 6314,79 qram çəkidə psixotrop maddə olan metamfetamin, 575 ədəd narkotik vasitə metadon həbi, 10749,78 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxslər Müdafiəçi3 məxsus 1 ədəd “Samsung Galaxy A11” markalı, Təqsirləndirilən şəxs2 məxsus 1 ədəd “Samsung Galaxy A01 Core” və Müdafiəçi4 məxsus 1 ədəd “Samsung Galaxy J 3” markalı mobil telefonlar onların yaxın qohumlarına, eləcə də təqsirləndirilən şəxs Müdafiəçi4 məxsus “Ford Transit yük” markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobil onun yaxın qohumuna qaytarılmalı, Azerfon MMC-nin xx.xx.2022-ci il tarixli AZF\LGL- 12097\22 nömrəli, Azerfon MMC-nin xx.xx.2022-ci il tarixli AZF\LGL-12098\22 nömrəli, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli AZF\LGL-12164\22 nömrəli və Bakcell MMC-nin xx.xx.2022-ci il tarixli BKC\LGL-8376\22 nömrəli telefon danışıqlarının siyahısını özündə əks etdirən “CD” formatlı disklər ciniayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və Müdafiəçi4 məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Qeyd edilənlərlə yanaşı, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat hər birindən 33 (otuz üç ) manat, 33 qəpik olmaqla təqsirləndirilən şəxslər Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və Müdafiəçi4 alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Müdafiəçi3 Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-in 32.5, 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Müdafiəçi3 qəti cəza 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Müdafiəçi3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 20 aprel 2022-ci ildən hesablansın. Müdafiəçi3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Müdafiəçi3 Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə polinarkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CMin 32.5, 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs2 qəti cəza 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 20 aprel 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Müdafiəçi4 Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-in 32.5, 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Müdafiəçi4 qəti cəza 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Müdafiəçi4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 20 aprel 2022-ci ildən hesablansın. Müdafiəçi4 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Müdafiəçi4 Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Masallı rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 17649,49 qram çəkidə narkotik vasitə heroin, 6314,79 qram çəkidə psixotrop maddə olan metamfetamin, 575 ədəd narkotik vasitə metadon həbi, 10749,78 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxslər Müdafiəçi3 məxsus 1 ədəd “Samsung Galaxy A11” markalı, Təqsirləndirilən şəxs2 məxsus 1 ədəd “Samsung Galaxy A01 Core” və Müdafiəçi4 məxsus 1 ədəd “Samsung Galaxy J 3” markalı mobil telefonlar onların yaxın qohumlarına, eləcə də təqsirləndirilən şəxs Müdafiəçi4 məxsus “Ford Transit yük” markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobil onun yaxın qohumuna qaytarılsın, Azerfon MMC-nin xx.xx.2022-ci il tarixli AZF\LGL- 12097\22 nömrəli, Azerfon MMC-nin xx.xx.2022-ci il tarixli AZF\LGL-12098\22 nömrəli, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli AZF\LGL-12164\22 nömrəli və Bakcell MMC-nin xx.xx.2022-ci il tarixli BKC\LGL-8376\22 nömrəli telefon danışıqlarının siyahısını özündə əks etdirən “CD” formatlı disklər ciniayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat hər birindən 33 (otuz üç ) manat, 33 qəpik olmaqla təqsirləndirilən şəxslər Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və Müdafiəçi4 alınaraq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və Müdafiəçi4 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev
2. Cavid Səfərli
3. Müşfiq Məmmədov