Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-509/2023 09.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 2000-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Əfəndiyev küçəsi, ev 8də qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəcəf Nərimanov küçəsi, ev 14-də yaşamış, barəsində 15 fevral 2023-cü ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz yolla qazanc əldə etmək üçün satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, 505,0 qram çəkidə narkotik vasitə heroin, külli miqdarda, 2740,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda, 40,543 qram çəkidə psixotrop maddə olan metamfetamin əldə edib üzərində daşıyaraq saxlamış, 14 fevral 2023-cü ildə, saat 05:40 radələrində Neftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala rayonunun Həsənabad qəsəbəsi ərazisində saxlanılaraq polis şöbəsinə gətirilmiş, üzərində aparılan şəxsi axtarış zamanı əlindəki idman çantasından 1 ədəd polietilen torbada təmiz çəkisi-505,0 qram, külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd polietilen torbada təmiz çəkisi-2740,0 qram, külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana və 1 ədəd polietilen torbada təmiz çəkisi-40,543 qram, külli miqdar təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir il əvvəl telefon vasitəsilə Vahid adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş, həmin şəxslə heç vaxt görüşməmiş, onunla söhbət zamanı sonuncu hər növ narkotik vasitə təşkil edə biləcəyini və lazım olarsa ona narkotik vasitə göndərəcəyini demişdir. 13 fevral 2023-cü ildə vatsapp vasitəsilə Vahidlə danışaraq öz istifadəsi üçün 50 qram metamfetamin sifariş etmiş, bunun müqabilində sonuncunun kartına 1000 manat pul köçürmüş, Vahidin deməsinə görə həmin gün gecə saat 00:00 radələrində Neftçala rayonunun Həsənabad qəsəbəsinə gedərək yolun yaxınlığında Yod zavodunun arxasında kolluq ərazidə maşından düşüb orada olan idman çantasını götürərkən mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əlində olan idman çantasında narkotik vasitələr qurudulmuş marixuana və heroin, eləcə də psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, sonra protokol tərtib olunaraq şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmış, sorğu-sual edilərkən Vahid adlı şəxsə öz isifadəsi üçün 50 qram metamfetamin sifariş verdiyini, narkotik vasitələrin göndərilməsi ilə bağlı heç bir məlumatının olmadığını bildirmişdir. Hazırda əməlindən peşman olduğunu nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilərkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilən zaman ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ətraflı ifadələr verərək göstərmişdir ki, metamfetamini götürməyə gedərkən yolda Vahid adlı şəxs vatsappla zəng edərək idman çantasında metamfetamindən əlavə marixuana və heroin olduğunu, onları Bakı şəhərinə aparıb Hökməli kəndində “MM” adlı qadın salonunun arxasına qoymasını demişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə iclasında Neftçala RPŞ-nin X1 baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3 şahid qismində dindirilərkən məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, Bakı şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, qanunsuz olaraq üzərində saxlaması və Neftçala rayonunda satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyatı məlumatı əsasında əməliyyat qrupu yaradılmış, 14 fevral 2023-cü ildə gecə saat 05:40 radələrində Təqsirləndirilən şəxs Neftçala rayonunun Həsənabad qəsəbəsi ərazisində saxlanılaraq polis şöbəsinə gətirilmiş, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncu əlində olan idman çantasından üç ədəd polietilen torbaları təqdim edərək içərilərində narkotik vasitə olduğunu bildirmiş, polietilen torbalar açılıbbaxıldıqda onların içərisində narkotik vasitə heroinə və qurudulmuş marixuanaya, həmçinin psixotrop maddə olan metamfetaminə bənzər maddələr aşkar olunaraq götürülmüş, sonra protokol tərtib edilərək baxışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 və Şahid5 digər Şahid3 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs müştərisi kimi tanımış, özü heç vaxt narkotik vasitələrdən istifadə etməmiş və Dünyamalının narkotik qəbul etməsini bilməmişdir. 13 fevral 2023-cü ildə axşam vaxtı Dünyamalı ona telefonla zəng edərək sənəd götürmək üçün təcili Neftçala şəhərinə getmək istədiyini demiş, onlar yol xərci olaraq 130 manata razılaşaraq gecə saatlarında Neftçala rayonunun Həsənabad qəsəbəsinə gəlmiş, Dünyamalı yolda kiminləsə telefonla danışıb pulu köçürməsini istəmiş, sonuncu qəsəbə ərazisində yolun kənarında avtomobildən düşərkən ondan gedəcəyi yerə avtomobillə işıq salmağını xahiş etmiş, o, avtomobildə oturub onu gözləmiş, bir neçə dəqiqə sonra çöldən səs eşidib qorxudan avtomobili sürüb oradan uzaqlaşmış, sonra avtomobili küçələrin birində saxlayaraq tanımadığı avtomobillə Bakı şəhərinə getmiş, Neftçala rayon polis şöbəsinə çağırılarkən Dünyamalının üzərində narkotik vasitə olduğu üçün tutulduğunu bilmiş, lakin sonuncunun həmin günü narkotik vasitə üçün gəldiyini bilməmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan əməliyyat tapşırığına verilmiş 19 may 2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə Neftçala RPŞ-yə məlumatlar daxil olmuşdur. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 15 fevral 2023-cü il tarixli, 18/179 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs...” götürülmüş sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd polietilen torba bağlmada təmiz çəkisi-505,0 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs...” götürülmüş sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd polietilen torbada təmiz çəkisi-40,543 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 15 fevral 2023-cü il tarixli, 18/180 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda: “...Təqsirləndirilən şəxs...” götürülmüş sözləri yazılmış və imzalar olan polietilen torba bağlamadakı 1 ədəd polietilen torbada təmiz çəkisi-2740,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 11 mart 2023-cü il tarixli, 1423 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərdən epizodik istifadə etmə halları olub. Lakin müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstələyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin 28 aprel 2023-ci il tarixli, 6268 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmayıb. İş materiallarında olan baxış protokolundan görünür ki, Azercell MMC-dən 29 mart 2023-ci il tarixli, 7066 nömrəli məktubla daxil olmuş diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi ilə ondan bir neçə dəfə narkotik vasitə və psixotrop maddə aldığını bildirən Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə əlaqədar aşağıda göstərilən sms yazışmaları olmuşdur. Sıra ilə vaxt, göndərən nömrə, göndərilən nömrə, sms yazışması göstərilmişdir: xx/xx/2023,20:55:10,**********42,**********00,Qaqa 10m ligi bir balaca dobri eleyersende nece vaxti disime deymir sen ol xx/xx/2023,20:58:27,**********00,**********42,Qaqa xx/xx/2023,20:58:47,**********42,**********00,Hee qaqa xx/xx/2023,21:05:16,**********00,**********42,Karta pul gelsin yeni sonra temani verecem xx/xx/2023,21:05:20,**********00,**********42,Yaxwi ? xx/xx/2023,21:05:45,**********42,**********00,Ok naraht olmaa qaqa xx/xx/2023,20:23:23,**********42,**********00,Qaqa karti at isden 20d cixiram cixan kimi gedim sene dun olan borcu yukleyim xx/xx/2023,20:24:45,**********00,**********42,Salam qaqa sen borcdu deyilsen mene ) xx/xx/2023,20:25:35,**********42,**********00,Qaqa dun sene men birclu qalfim xx/xx/2023,20:26:20,**********42,**********00,6m 4m verdim walanida dedim sabah yukleyecem seneb xx/xx/2023,20:26:51,**********00,**********42,Qalmadun borcdu men ele 25 uygun vermiwem sene xx/xx/2023,19:55:52,**********42,**********00,Abi menede pay qoyarsanda olarmi xx/xx/2023,19:59:00,**********00,**********42, Ok negeder istiyir qaqaw ? xx/xx/2023,19:59:21,**********42,**********00,O5 xx/xx/2023,19:59:54,**********42,**********00,İmkan ona catdi taxi pulu pazvalit rıedi ancak 05 imkan catfi. İş materiallarında olan qərardan görünür ki, ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınan və qalıq çəkisi - 504,9 qram narkotik vasitə heroin, qalıq çəkisi - 2739,9 qram narkotik vasitə qurudulmuş marixuana və qalıq çəkisi 40,443 qram psixotrop maddə olan metamfetamin Neftçala rayon polis şöbəsində saxlanılır, 01 ədəd CD diskdə olan videogörüntü isə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin məhkəməyədək və məhkəmə icraatı zamanı verdiyi qismən etirafedici və şahidlərin isə istintaq zamanı və məhkəmədə verdikləri təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək təqsirləndirilən şəxsin qanunsuz yolla qazanc əldə etmək üçün satış məqsədi ilə qanunsuz olaraq külli miqdar təşkil edən narkotik vasitələri və psixotrop maddəni bilavasitə satış məqsədi ilə əldə etməsi qənaətinə gəlir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələr olan heroin və qurudulmuş marixuana, həmçinin psixotrop maddə metamfetamin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun hərəkətini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə cinayət qanunvericiliyinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni– xx.xx.2023-cü ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Neftçala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli 14 fevral 2023cü ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını təyin edəcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanlımalıdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Əfəndiyev küçəsi, ev 8-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəcəf Nərimanov küçəsi, ev 14-də yaşamış və yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun məhkəməyədək icraat zamanı və məhkəmədə təqsirini qismən etiraf etməklə əməlindən peşmanlıq keçirməsini, gənc olmasını, ilk məhkumluğunu və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CMin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Neftçala rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi - 504,9 qram narkotik vasitə heroin, qalıq çəkisi - 2739,9 qram narkotik vasitə qurudulmuş marixuana və qalıq çəkisi 40,443 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd CD diskdəki videogörüntü cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertiza xərci olan 99 manat (doxsan doqquz) 48 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 14 fevral 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Neftçala rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi - 504,9 qram narkotik vasitə heroin, qalıq çəkisi - 2739,9 qram narkotik vasitə qurudulmuş marixuana və qalıq çəkisi 40,443 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd CD diskdəki videogörüntü cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərci olan 99 (doxsan doqquz) manat 48 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev
2. Cavid Səfərli
3. Müşfiq Məmmədova