Məhkəmə qərarları › İş №1(099)-509/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-509/2024

18.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-509/2024 18.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1985-ci ildə Cəlilabad rayonu, Prişib şəhərində (Göytəpə şəhəri) anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, tarixdə və vaxtda 1 ədəd bükümdə təmiz çəkisi -13,342 qram psixotrop maddə olan külli miqdarda metamfetamini (bundan sonra – metamfetamin) satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 20 fevral 2024-cü il tarixdə, saat 14:45 radələrində Cəlilabad Rayon Polis Şöbəsinin (bundan sonra - Cəlilabad RPŞ) əməkdaşlarının rayonun Göytəpə şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs kimi H.Əliyev prospekti 154 ünvanında yerləşən RPŞ-yə gətirilib, həmin şöbənin inzibati binasının 3-cü mərtəbəsində yerləşən xidməti otaqda üzərində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibində 1 ədəd bükümdə, ümumi təmiz çəkisi - 13,342 qram ağ rəngli kristallardan ibarət olan külli miqdarda metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 09 ildir orta məktəbdə fiziki tərbiyə müəllimi işləmiş, 20 ildir ki, seçki məntəqələrində müşahidəçi olmuşdur. Verilmiş ittihamla özünü təqsirli bilmir, fiziki təzyiqə məruz qaldığına görə müxtəlif sənədlərə imza çəkmişdir. Dövlətinə və dövlətçiliyə sadiq birisi olmuş, ailəsi də həmişə siyasəti dəstəkləmiş və Yeni Azərbaycan Partiyasının fəal üzvlərindən olmuşlar. 20 fevral 2024-cü il, saat 13 radələrində Oktay Eynullayev küçəsində öz məhlələrində övladının sağlamlığında olan problemə görə onun üçün süd alıb evə qayıdarkən polis əməkdaşları onu saxlayıb heç bir səbəb izah etmədən onu avtomobilə əyləşdirib vurmuşlar. Həmin vaxt Turab adlı şəxs onun cibinə nəsə qoymuşdur. Ona “bu nədi mənim cibimə qoyursan?” sualını verdikdə avtomobilin ön oturacağında əyləşən Rəhman adında biri ona nalayiq söyüşlər söyməyə başlamış və ona “sən camaatı zəhərləyirsən” demişdir. Həmin şəxsə müəllim olduğunu bildirmiş, günahının nə olduğunu bölmə də öyrənəcəyini düşünmüşdür. Polis şöbəsinə çatdıqda ona qarşı davranış avtomobil də olandan da pis olmuşdur. Belə ki, dəfələrlə işgəncəyə məruz qalmış, 3-4 dəfə çəkilişə girmiş, orada narkotik vasitənin ona aid olmasını bildirməsini istəmişlər. O, polis əməkdaşlarına narkotik vasitənin ona aid olduğunu deyəcəyini bildirsə də çəkiliş zamanı həmin kütlənin ona aid olmadığını demişdir. Buna görə də bir neçə dəfə çəkiliş aparılmışdır. Sonda isə polis əməkdaşları onun evindən narkotik vasitə çıxaracaqlarını bildirib onu yenə də döymüşlər. Çəkilişdə burnundan qan gəldiyi üçün çəkiliş dayandırıb kiməsə göndərib kosmetik vasitə alıb burnunun üzərinə sürtmüşlər ki, qan görünməsin. Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunmuşdur. Videoçəkiliş zamanı da polis əməkdaşlarının dedikləri formada izahat vermişdir. Polislərlə hər hansı ziddiyyəti olmamış, lakin İİ Qarabağ müharibəsi zamanı şəhidlər gətirildiyi zaman, onları dəfn edib evinə qayıtdıqdan sonra ona axşam radələrində “Səni polis şöbəsindən Əvəz müəllim çağırır” demişlər. Onların avtomobilinə əyləşib bölməyə getmiş, orada ona “hamı maskada olub, sən niyə maskada olmamısan?” sualını vermişlər, o, isə maska taxdığını bildirmişdir. Bundan sonra isə ona “sən Hüseyn-Hüseyn demisən, 200 manat cərimə ödəməlisən” demişlər. O, isə bu ifadəni işlətməyə görə cərimə olub-olmadığını soruşmuş, ona bu ifadəyə görə cərimə olmadığını, lakin maska taxmamağa görə cərimənin olduğunu bildirmişlər. Sonradan anası bölməyə gəlib onu oradan aparmışdır. Sonuncu dəfə şəhid Elməddinin nəşini gətirəndə Əvəz müəllim ona zəng edib “Mahir müəllim yuxarıdan şəhid mərasimində iştirakçılar olacaq, orada Hüseyn-Hüseyn demə” deyə bildirmişdir. O, isə bu dəfə belə halın olmayacağını, məktəbli uşaqlarla ora gedəcəyini və uşaqların gül qoyacaqlarını, başqa heç bir məqsədin olmadığını bildirmişdir. Heç vaxt narkotik vasitə və ya psixotrop maddədən istifadə etməmişdir. Ali təhsilli bədən tərbiyə müəllimidir, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişdir. Üç dəfə onu çəkilişə müdafiəçisi olmadan aparmışlar. Barəsində həbs qətimkan tədbiri seçilərkən hakim qarşısına çıxarıldığında heç bir söz deyə bilməmiş, məhkəmədə onu tam təqsirli bilmişlər. 20 fevral 2024-cü il tarixdə onu Əvəz müəllim saxlamamışdır. Həmçinin polis bölməsinə gətirildikdən sonra da Əvəz müəllimi görməmişdir. Ziddiyyəti Əvəz müəllimlə olsa da digər polis əməkdaşlarının ona qarşı niyə belə davranma səbəblərini bilmir. Saxlanıldığı gün övladı üçün süd alıb evə qayıdırdı. Evə çatmağına təxminən 250-300 metr qalmış onu saxlamışlar. Onu saxlayarkən saxlama səbəbini izah etməmişlər. Avtomobilə onu zorla əyləşdirmişlər. Avtomobilə əyləşdirilərkən bədəni və ya başı avtomobilə dəyməmişdir. Avtomobildə qollarına qandal vurmuşlar. Polis əməkdaşlarından onu döyməklərinin səbəbini soruşanda “bölməyə gedək biləcəksən” deyə bildirmişlər. Bakı istintaq təcridxanasına daxil olarkən bədənində olan xəsarətlər qeyd olunmuş, ekspertizaya gedərkən orada da döyülməsini bildirmişlər. Ekspertizaya aparılarkən ondan narkotik vasitəsitədən istifadə edib-etmədiyini soruşulmuş, onlara narkotikdən istifadə etmədiyini bildirmişdir. İfadələrini özləri yazmış və ona “hər şey yaxşı olacaq evinə gedəcəksən” deyib imzalatmışlar. Ombudsmanla görüşdükdən və şikayətlərini etdikdən sonra Bakı istintaq təcridxanasında prokurorluqdan və DTX-dan olan şəxslər gəlib onu qəbul etmişlər. Barəsində olan cinayət işinin sonunda cinayət işi materialları ilə tanış olmaqdan imtina etməyinin səbəbi, ittihamda psixotrop maddənin satışı və istifadəsi olması olmuşdur. Polislərdən ittihamda niyə belə yazdıqlarını soruşduqda ona “Sən əgər buna qol çəksən, sənə söz verirəm 234.4.3-ü 234.1 edəcəm” deyə bildirmişlər. O, da maddələri bilmədiyini və özünü təqsirli bilmədiyi üçün imza etməyəcəyini bildirmişdir. Sonra ona “videoçəkilişdə bu sözləri deyə bilərsən?” soruşduqda o, deyəcəyini bildirmişdir. Lakin çəkiliş zamanı onların dediklərini demədiyi üçün 4 dəfə təkrar çəkiliş olmuşdur. Burnunun üstü qanıyarkən kosmetik vasitəni almağa göndərilən şəxs Nəbi adında hündür birisi olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrlə əlaqəsi olmadığını bildirərək onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı müvafiq olaraq 20 fevral 2024-cü il tarixdə şübhəli, 21 fevral 2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmiş və məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq göstərmişdir ki, əvvəllər narkotik vasitə və psixotrop maddə isitfadəçisi olmuş, sonuncu dəfə 2-3 ay əvvəl metamfetamin istifadə etmişdir. Mahiyyəti üzrə bildirir ki, xx.xx.2024-ci il tarixdə, saat təxminən 14:45 radələrində yaşadığı Cəlilabad rayonu, Göytəpə şəhəri, O.Eynullayev küçəsində piyada gəzərkən dörd nəfər mülki geyimdə şəxslər ona yaxınlaşmış və polis əməkdaşları olduğunu bildirmişlər. Bundan sonra həmin polis əməkdaşları üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və ya narkotik vasitə olub-olmadığını soruşmuşlar. O, da həmin şəxslərə üzərində bir bükümdə metamfetamin olduğunu demişdir. Bundan sonra polis əməkdaşları onu Cəlilabad RPŞ-yə gətirmişlər. Polis şöbəsində müdafiəçinin və dörd nəfər polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilən zaman üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, o, masaya doğru yaxınlaşıb əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd sarı rəngli sellofana bükülmüş bükülünü masaya qoyub, içərisində metamfetamin olduğunu demişdir. Bundan başqa o, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən “Vinston” markalı siqaret qutusunu və 1 ədəd alışqanı masaya qoymuşdur. Üzərindən aşkar edilmiş metamfetamin təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və 15,35 qram olması müəyyən olunmuşdur. Şifahi sorğu zamanı o, üzərindən aşkar edilərək götürülmüş 1 bükülü də olan psixotrop maddə olan metamfetamini tutulduğu günün səhərisi yaşadığı Cəlilabad rayonu, Göytəpə şəhəri, O.Eynullayev küçəsində yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq bildirmişdir ki, o, üzərindən aşkar edilərək götürülmüş metamfetamini özü qəbul etmək məqsədi ilə üzərində saxlamışdır. Həmçinin tutulmasaydı həmin psixotrop maddə olan bükülünun çəkisi çox olduğu üçün bükümlərə bölərək tanışlarına hədiyyə etmək niyyətində olmuşdur. O, üzərindən aşkar edilərək götürülən psixotrop maddəni 20 fevral 2024-cü il tarixdə səhər saatlarında yaşadığı Cəlilabad rayonu, Göytəpə şəhəri, O.Eynullayev küçəsində yaşadığı ünvanın yaxınlığında yerdən tapmış, şəxsi istifadəsi üçün götürüb üzərində saxlamışdır. O, həmin psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində saxlamış həm də, bükümlərə bölərək tanışlarına hədiyyə etmək niyyətində olmuşdur. O, heç kimə psixotrop maddəni satmamış və heç kimə verməmişdir. O, üzərində psixotrop maddə olan metamfetaminin olması barədə heç kimin xəbəri olmadığını bildirmişdir. O, üzərindən aşkar olunan həmin kütlədən istifadə etməmişdir. Tutulan zaman ona polis əməkdaşları tərəfindən heç bir təzyiq və zor tətbiq olunmamışdır. Burun nahiyyəsinə olan sıyrıqlar tutularkən polis əməkdaşları onu avtomobilə əyləşdirən zaman ehtiyatsızlıqdan avtomobilin arxa qapısının üst hissəsinə burnunun dəyməsi səbəbindən yaranmışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində bildirmişdir ki, aşkar olunmuş külli miqdarda - 15,35 qram olan metamfetamin ona məxsus olmamışdır. Polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilməsi və hədələr edildiyi üçün metamfetaminin özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Cəlilabad rayon ərazisində qanunsuz olaraq narkotik vasitə əldə edib daşımaqla üzərində gəzdirməsi barədə barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. 20 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən edilərək Göytəpə şəhəri, Oktay Eynullayev küçəsində piyada hərəkətdə olması müəyyən edilmiş, sonuncunu təxminən 10 dəqiqə müşahidə etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim etmişlər və Mahirdən üzərində qanunla qadağan olunmuş narkotik vasitələrin olubolmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs isə üzərində narkotik vasitənin olmasını bildirmişdir. Buna görə də onu polis şöbəsinə dəvət etmişlər, orada təhqiqatçının otağında vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş, baxış zamanı Mahirin üzərindən metamfetamin aşkar edilmiş, qablaşdırılaraq götürülmüş və ekspertizaya göndərilmişdir. Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Mahir psixotrop maddəni özü təqdim etmişdir. Mahiri saxlanıldıqdan sonra və polis şöbəsində olarkən ona heç bir təsir göstərilməmişdir. Sonuncunu saxlayarkən 4 nəfər olmuşlar. Təqsirləndirilən şəxs barədə əməliyyat məlumatı ona daxil olmuşdur. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə olmuş, lakin sonuncunun kiməsə narkotik satışı barədə məlumat olmamışdır. Mahirin psixotrop maddəni nə məqsədlə üzərində daşıdığı barədə məlumatı yoxdur. Əməliyyat qrupu yaradılmamışdan əvvəl Mahirlə bağlı tədbir keçirilməmiş, məlumat yoxlanıldıqdan sonra əməliyyat keçirilmişdir. Mahiri təxminən saat 14 radələrində saxlamışlar. Saxlanılarkən Təqsirləndirilən şəxs heç bir müqavimət göstərməmiş və avtomobilə özü əyləşmiş, o, da Mahirin yanında əyləşmişdir. Mahir saxlanıldıqdan sonra təxminən 10-15 dəqiqəyə polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən onun üzərində narkotik vasitənin olub-olmamasını soruşmuşlar. Sonuncunun saxlanıldığı yerdə əhalinin çox olması səbəbi ilə yerindəcə Mahirin üzərinə baxış keçirmək mümkün olmamışdır. Psixotrop maddənin Mahirin hansı cibində olmasını xatırlamır. Mahir polis şöbəsinə gətirildikdən sonra hansı səbəbdən üzərinə baxışın 2 saat sonra keçirilməsinin səbəbini xatırlamır. Mahir təhqiqatçının otağına gətirilmiş, orada sənədləşmə ola bilər ki, saat 16 radələrində olmuşdur. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilərkən üzərində xəsarətin olubolmamasını xatırlamır. Mahirin üzərindən aşkar edilmiş kütlə metamfetaminə bənzər kütlə olmuşdur. Mahir təhqiqatçının sualına cavab olaraq psixotrop maddəni tapdığını bildirmişdir. Heç kim təqsirləndirilən şəxsə fiziki təzyiq göstərməmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə məlumat daxil olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Cəlilabad Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 şahid qismində dindirilmiş Şahid1 ifadəsində uyğun ifadə vermiş və ona verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat qrupunda 4 nəfər olmuşlar. Təqsirləndirilən şəxs heç bir fiziki təzyiq göstərilməmişdir. Sonuncu Cəlilabad rayonu, Oktay Eynullayev küçəsində piyada hərəkətdə olarkən saxlanılmış, həmin vaxt təxminən saat 14 radələri olmuşdur. Ona üzərində narkotik vasitə olması barədə şübhəli olması bildirilərkən o, etiraz etməmişdir. Mahir saxlanılarkən tək olmuşdur. Sonuncu polis şöbəsinə xidməti avtomobillə gətirilmişdir. Həmin avtomobildə 5 nəfər olmuşlar. Saxlanıldığı yerdən polis şöbəsinə kimi məsafə 15-20 dəqiqə olmuşdur. Mahirin üzərində şəxsi axtarış keçirilərkən iştirak etmişdir. Şəxsi axtarış müdafiəçi gəldikdən sonra keçirilmişdir. Şəxsi axtarış keçirilənədək Mahirlə heç bir əlaqəsi olmamışdır. Polis şöbəsinə gətirildikdən sonra Mahirə İbrahimova heç bir təsir göstərilməmişdir. Əməliyat qrupunda onun vəzifəsi Mahirin saxlanılmasında köməklik göstərmək olmuşdur. Saxlanılarkən Mahirdən haradan gəldiyini soruşmamışlar. Həmin vaxt Mahirin əlində nə olmasını və əynində hansı paltarlarının olmasını xatırlamır. Mahiri saxlamağa gedərkən əməliyyat qrupunun üzvləri bir avtomobildə olmuşlar. Saxlanılan zaman Mahir müqavimət göstərməmişdir. Mahir üzərində psixotrop maddə olduğunu etiraf etdiyi üçün yerində üzərinə baxış keçirməmişlər. Avtomobildə Mahirin əlləri bağlı olmuşdur. Mahirin üzərinə polis şöbəsində nə zaman baxış keçirilməsini xatırlamır. Daxil olmuş əməliyyat məlumatının dəqiqliyi yoxlanılmışdır. Mahirin kiməsə narkotik vasitə satması barədə onda məlumatı yoxdur. Mahir üçün dəvət edilmiş müdafiəçinin polis şöbəsinə nə vaxt gəldiyini, Mahirin üzərində aşkar edilmiş bükümün açıq və ya bağlı olmasını xatırlamır. Mahirin cibinə heç kim narkotik vasitə qoymamışdır. Mahir saxlanılarkən özü sərbəst şəkildə avtomobilə əyləşmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin NMQ-nun əməliyyat müvəkilli, polis leytenantı Şahid4 şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə vermiş və ona verilən suallara cavab olaraq bildirmişdir ki, Mahiri saxlamaq üçün xidməti avtomobillə getmişlər. Avtomobili kimin idarə etdiyini xatırlamır. Saxlanarkən Təqsirləndirilən şəxs heç bir etirazı olmamış, saxlanılmağı ilə avtomobilə əyləşməsi arasında çox vaxt olmamışdır. Avtomobildə Mahirlə heç bir mövzuda söhbət olmamışdır. Mahirə yaxınlaşarkən özlərini təqdim etmişlər, sonuncuya nədə təqsirləndirildiyi də izah edilmiş, Mahir hər hansı hala etirazını bildirməmiş və polis şöbəsinə gəlmişdir. Şəxsi atarış zamanı psixotrop maddəni Mahir özü təqdim etmişdir. Əməliyyat məlumatı ona daxil olmadığı üçün nə barədə olmasını bilməmişdir. O, Təqsirləndirilən şəxs saxlanılıb polis şöbəsinə gətirilməsində iştirak etmişdir. Mahiri saxlayarkən ondan haradan gəldiyini sual verməmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs əlində nə olduğunu xatırlamır. Mahiri saxlamaq üçün əməliyyat qrupunun üzvləri bir avtomobildə getmişlər. Bir avtomobillə gedilmiş və əlləri avtomobildə bağlı olmamışdır. Avtomobilə əyləşərkən heç bir xəsarət almamışdır. Saxlayarkən üzərinə baxış keçirməyə səlahiyyətləri olmadığından şəxsi axtarışı polis şöbəsində keçirmişlər. Mahiri saxladıqları yerlə polis şöbəsi arasında 10 kmdən çox məsafə olar. Mahirin üzərinə şəxsi axtarış keçirilməsində iştirak etmişdir. Mahirin saxlanması ilə üzərinə baxış keçirilməsi arasında 30-40 dəqiqə vaxt olardı ki, həmin müddət ərzində müdafiəçini gözləmişlər. Mahiri polis şöbəsinə gətirdikdən sonra təhqiqatçıya təhvil vermişlər. Turab adlı şəxs Cəlilabad RPŞ-nin rəis müavinidir. Onu hamı tanıdığından saxlanılan şəxslər ilk olaraq onun adını çəkirlər. Mahirin saxlanılması ilə bağlı əməliyyatda Turab müəllim iştirak etməmişdir. Polis əməkdaşlarından heç kim Mahirin cibinə narkotik vasitə qoymamışdır. Nə avtomobildə, nə də polis şöbəsində Mahirə qarşı fiziki zor tətbiq olunmamışdır. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 20 fevral 2024-cü il tarixdə, saat 10 radələrində işdə olarkən oğlu Təqsirləndirilən şəxs zəng edib övladının qızılca xəstəliyinə tutulduğunu demiş, qızılcada xeyirli olduğu üçün at südü almasını Mahirə bildirmişdir. Həmin gün evə gəldikdə saat 12:50 radələrində Mahirlə səsli mesaj vasitəsi ilə əlaqə saxlayıb ona evə gəlməsini günorta yeməyi vaxtının olmasını demişdir. Oğlu Mahir taksinin südü indicə gətirdiyini, südü götürüb evə gələcəyini bildirmişdir. Saat 17 radələrinə kimi oğlu Mahiri gözləsə də Mahir evə gəlməmişdir. Saat 19 radələrində Mahirin yoldaşı onun harada olmasını soruşmaq üçün zəng etdiyini, lakin Mahirə zəng çatmadığını bildirmişdir. O, Mahirlə əlaqə saxlayarkən mobil telefonunun batareyasının az olduğunu bu səbəbdən telefonun sönmüş ola bilməsini və hara getsə də evinə qayıdacağını Mahirin yoldaşına bildirmişdir. Saat 20 radələrində rayonda uşaqların yığışdığı “Qurum” deyilən yerə gedib orada olan bir oğlandan Mahiri görüb-görmədiyini soruşmuşdur. Həmin şəxs isə Mahiri obyektdən qayıdarkən gördüyünü, əlində qara sellofan olduğunu və südü evə çatdırmalı olduğunu yoxsa südün çürüyə bilməsini bildirdiyini demişdir. O, isə Mahirin evə qayıtmadığını dedikdə həmin şəxs ona “ana evə qayıt, ayıbdı oğlun uşaq deyil” demiş, buna görə də o, evə qayıtmışdır. Saat 20:00-dək Mahir evə qayıtmamışdır. Buna görə də Mahiri axtarmağa və soraqlamağa başlamışdır. Dostları zəng etsələr də heç kim oğlu Mahirin harada olduğunu bilməmişdir. Saat 22 radələrində DİN-nin “102” xidmətinə zəng etmiş, təxminən 30 dəqiqə sonra ona zəng edilmiş və polis bölməsinə yaxınlaşmağı tövsiyyə etmişlər. Az sonra polis bölməsinə getmiş, oradakı mühafizəçilər oğlunu görmədiklərini bildirmişlər. Evə qayıtdıqdan sonra səhəri polis bölməsinə qardaşı oğlu ilə gedib rəisin qəbuluna girmişlər və o, rəisə “Asim müəllim oğlumu axtarıram gecədən yoxdur” demiş, Asim müəllim güləgülə oğlunun uşaq olmadığını və harada olsa evə qayıdacağını bildirmiş, buna görə də oradan çıxıb Cəlilabada getmişdir. Orada ona vəkil Ədalət müəllim yaxınlaşanda ona oğlu Təqsirləndirilən şəxs axtardığını bildirdikdə o, Mahirin həbs edildiyini artıq hakim qabağına çıxdığını və Mahirin narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Oğlu Mahirin heç vaxt narkotiklə işinin olmadığını və arxasıyca gələ bilən təkcə anası olduğu üçün bu işlə məşğul olmayacağını da demişdir. Ədalət Mahirin müdafiəçisi olduğunu, cəzasının azaldılmasının onun əlində olduğunu bildirmiş, bundan sonra evə qayıtmış, daha sonra bəlkə də oğlunu tutmadıqlarını, öldürdüklərini düşünüb yenə polis bölməsinə gedib orada mühafizəçilərdən oğlu Mahiri təsvir edib orada olub-olmadığını soruşmuşdur. Mühafizəçilər Mahirin həbsdə olduğunu bildirdikdə artıq sağ olduğunu öyrəndikdən sonra təşəkkür edib evinə qeri qayıtmışdır. Səhəri gün yenə Cəlilabad RPŞ-yə gedib orada Laçın müəllimin qəbuluna girmiş, ondan oğlu tutulduğu halda niya ona məlumat verilmədiyini soruşduqda, Laçın müəllim “məlumat verilməliydi” demişdir. O, 3 gündür ki, oğlu Mahiri axtardığını və oğlum barədə heç bir məlumat verilmədiyini bildirib Mahirin niyə tutulduğunu soruşduqda Mahirin narkotikə görə tutulması barədə ona kağız göstərilmiş, Laçın müəllimə də oğlu Təqsirləndirilən şəxs heç vaxt narkotiklə məşğul olmadığını bildirmişdir. Şahid5 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs döyülməsi ilə bağlı ilk şikayəti özü etmişdir. Belə ki, Mahiri görmək üçün Kürdəxanıya getdikdə Mahirin pis vəziyyətdə olmasını görmüş, buna görə də şikayət etmişdir. Əvvəlki dövrlərdə Mahirin polis əməkdaşı Əvəzlə maska üstündə ziddiyyəti olmuşdur. Belə ki, Mahiri polis şöbəsinə aparmışlar və maska taxmadığına görə cərimə edəcəklərini bildirmişlər. O, isə polis şöbəsinə gedib Mahiri oradan çıxarmışdır. Həmin vaxtdan Əvəz adlı polis əməkdaşı Mahirlə ziddiyyətli olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - 20 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, saxlaması, daşıması , istifadəsi və satışı ilə məşğul olmasına dair əməliyyat məlumatının daxil olduğu barədə tərtib edilmiş raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxsin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir. (i.v. 4-7; 10-11; 29-31) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 20 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:45-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 12; 13) - “şəxsi axtarış və götürmə aparılması haqqında” 20 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman sonuncu əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) sarı rəngli sellofana bükülmüş halda metamfetaminə bənzər kütləni təqdim etmişdir. Şifah sorğu zamanı Təqsirləndirilən şəxs psixotrop maddə istifadə etmədiyini, təqdim etdiyi metamfetaminə bənzər kütləni həmin gün günorta yaşadığı küçədə yerdən tapdığını, gələcəkdə istifadə etmək məqsədi ilə üzərində saxladığını, lakin həmin kütlədən istifadə etmədiyini, polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalmadığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs burnu üzərində olan sıyrıq xəsarətini polis əməkdaşları tərəfindən saxlanılıb avtomobilə əyləşdirilən zaman ehtiyyatsızlıqdan aldığını bildirmişdir. (i.v. 29-31) -materialların məhkəmə ekspertizasının (məhkəmə kimyəvi ekspertizasının) 20 fevral 2024-cü il tarixli, 19/174 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə psixotop maddə olan metamfetaminə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi – 13,342 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Qeyd: - Metamfetaminin təmiz çəkisi – 13,342 qram, cəmi tədqiqata sərf olundu – 0,1 qram, qalıq -13,242 qr. ( i.v. 39-42) - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 21 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 57-58) -Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(073)-23/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 20 fevral 2024-cü il tarixdən hesablanmışdır. (i.v. 76- 79) - Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 106 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində burunu nahiyyəsində sıyrıq xəsarəti müəyyən olunmuş, həmin xəsarət bərk küt əşyanın təsirindən törənmişdir. Qərarda qeyd olunmuş şəraitdə, yəni maşına əyləşən zaman burun nahiyyəsinin avtomobilin qapısına dəyməsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. (i.v. 87-88) -Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 22 fevral 2024-cü il tarixli, 191 nömrəli rəyində göstərilmişdir ki, hal hazırda müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitə halları istisna olunmur. Lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. (i.v. 90) -Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(073)-46/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair Cəlilabad RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir. (i.v. 94) - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis tərəfindən saxlanılıb avtomobilə əyləşdirilən zaman alın və burun nahiyyəsindən xəsarət alması faktı üzrə Cəlilabad rayon prokurorluğunda ilkin yoxlama aparılmış, yoxlama zamanı Təqsirləndirilən şəxs, Şahid1, Şahid4 izahatları alınmış, məhkəmə tibbi ekspertizası keçirilərək rəy alınmış, beləliklə araşdırma zamanı Təqsirləndirilən şəxs ehtiyyatsız davranması nəticəsində xəsarət alması faktında cinayət hadisəsi olmadığına görə toplanmış material üzrə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. (i.v. 110-111) - Cəlilabad RPŞ-nin vəzifəli şəxsi tərəfindən imzalanmış 25 mart 2024-cü il tarixli raportdan görünür ki, ünvan 3 ünvanında yaşamış və həbsdə saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetamini aldığı şəxs və ya şəxslərin şəxsiyyətinin və olduğu yerin müəyyən edilməsi istiqamətində əməliyyataxtarış tədbirləri həyata keçirilmiş, ancaq müsbət nəticə əldə olunmamışdır. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə saxlaması və satması barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyataxtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər psixotrop maddələrin satışı ilə məşğul olmuşdur. Lakin Təqsirləndirilən şəxs psixotrop maddələri satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. (i.v. 115) - Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinin 11 mart 2024-cü il tarixli, 676 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın əlamətləri qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v. 130-132) - 07 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi materiallarından şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq 13,342 qram çəkidə metamfetamin əldə edilməsi, saxlanması və qanunsuz olaraq Təqsirləndirilən şəxs satılması faktına görə ayrıca icraat cinayət işi ayrılması qərara alınmışdır. (i.v. 134-135) - “Sübutların qiymətləndirilməsi haqqında” 07 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamın qüvvədə saxlanılması, sonuncunun üzərinə şəxsi axtarış zamanı aşkar edilmiş və ekspert tədqiqatından sonra qalıq çəkisi 13,242 qram olan metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilməsi qərara alınmışdır. (i.v. 138- 147 ) Həmçinin ƏN PX-nin Bakı istintaq təcridxanasının Tibbi-sanitar hissəsinin rəisi tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli məktubundan və məktuba əlavə edilmiş 1434/2024 nömrəli “Məhkumun tibbi kitabçası”nın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə PX-nin Bakı istintaq təcridxanasına daxil olmuş, tibbi müayinədən keçirilmiş, müayinə zamanı burunun üzərində, sol dizin ön səthində 1 sm ölçüdə sıyrılmış üzəri qərtməkli yara, sağ kürək və sağ qulaq seyranı ətrafında 2-3 sm ölçüdə bənövşəyi rəngli qançır müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs aldığı xəsarətlərin səbəbini izah etməmişdir. Təqsirləndirilən şəxs müdafiəçisinin məhkəmə istintaqı zamanı təqdim etdiyi bir ədəd DVD diskə məhkəmə baxışı iclasına baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin videoçəkiliş müşahidə kamerasının görüntüsünü əks etdirən “DELL” markalı kompüterin monitorundan başqa bir video yazı aparan cihazla çəkilmiş və götürülmüşdür. Həmin videoyazı da tarix və vaxt dəqiq deyildir. Videoyazının 20-ci saniyəsində Təqsirləndirilən şəxs olduğu deyilən şəxs müşahidə kamerası yerləşdirilmiş obyektin qarşısından keçir və həmin vaxt sağ əlində kiçik bir predmet tutduğu görünür. Müdafiəçi həmin predmetin süd olduğunu və Təqsirləndirilən şəxs həmin südü alıb evə apardığını bildirir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilərkən üzərində hər hansı narkotik vasitə olmaması, polis əməkdaşlarının fiziki təzyiqi və hədəsi ilə onların verdiyi bükümü cibindən çıxararaq təqdim etməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadələri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi ilkin izahatında, bundan sonra isə şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində psixotrop maddəni Cəlilabad rayonunda olan yaşadığı evin yerləşdiyi küçədən keçən zaman yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, polis əməkdaşları tərəfindən ona hər hansı fiziki zor, hədə-qorxu tətbiq edilmədiyini bildirərək həmin protokolları imzalamışdır. Bundan əlavə Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdən görünür ki, sonuncu üzərində aşkar olunmuş bükülünün metamfetamin olmasını, yerdən tapmasını bildirmiş, hər hansı hala etiraz etməmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin yuxarıda adı qeyd edilən əməkdaşları da ifadəsində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən sonuncu cibindən metamfetamini çıxarıb təqdim etmiş, şifahi sorğu zamanı həmin kütlənin ona məxsus olmasını, Cəlilabad rayonunda olan yaşadığı evin yerləşdiyi küçədə yerdən tapdığını, hər hansı etirazı olmadığını bildirmiş, Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilməmişdir. Həmçinin “Ekspert rəyinin şübhəli şəxsə elan edilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə məhkəmə kimyəvi ekpertizanın 20 fevral 2024-cü il tarixli, 19/174 nömrəli rəyi ilə tanış olarkən üzərindən çıxan psixotrop maddə ilə bağlı hər hansı etiraz etməmişdir. Hazırkı iclasda isə ümumiyyətlə üzərində psixotrop maddə olmadığını bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırkı halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyi və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi izahatını və ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini (üzərində hər hansı miqdarda psixotrop maddənin olmaması, polis əməkdaşlarının fiziki və psixi təzyiqi nəticəsində onların verdiyi bükümdə olan metamfetamini təqdim etməsi, psixotrop maddə istifadə etməməsi hissəsində) özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istərsə də onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər, sonrakı mərhələdə bu hal barədə Təqsirləndirilən şəxs şikayəti olsa da o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və baxış istintaq hərəkəti zamanı müdafiəçinin sualına cavab olaraq söylədiyi səsli nitqində ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir fiziki təsirlərin edilmədiyini, bu barədə heç bir şikayətinin olmadığını bildirmiş, eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmə də dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini bildirmişlər. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 19 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət olması faktı üzrə Cəlilabad rayon prokurorluğunda ilkin yoxlama aparılmış, Təqsirləndirilən şəxs Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması halı olmaması, Təqsirləndirilən şəxs bu barədə hər hansı şikayəti olmaması, saxlanılıb avtomobilə əyləşdirilərkən xəsarət almaması müəyyən edildiyindən cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 19 mart 2024-cü il tarixli qərarındakı göstərilən xüsusatları, Mahir İbrahiovun Bakı istintaq təcridxanasına daxil olarkən həbs olunan zaman xəsarət alması barədə hər hansı fikir irəli sürmədiyini, o cümlədən, hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz fiziki təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə və hədələrə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Bundan əlavə məhkəmə istintaqı zamanı müdafiə tərəfindən təqdim edilən diskdə Təqsirləndirilən şəxs müşahidə kamerası yerləşdirilmiş obyektin qarşısından keçməsi halı onun saxlanılarkən üzərində psixotrop maddə olmaması qənaətinə gəlməyə də heç bir əsas vermir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. - bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili – narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaması barədə ibtidai istintaq zamanı ifadə verməsi ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını qeyd edərək özünü müdafiə etmək üçün dəlil irəli sürmüşdür. Məhkəmə cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən metamfetamin psixotrop maddə hesab edilir. Metamfetamin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2,0 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü tarixli, 8 nömrəli Qərarında göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla, narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ona görə ittiham irəli sürmüşdür ki, o, satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 13,342 qram, yəni külli miqdar təşkil edən metamfetamini əldə etmiş, üzərində saxlamışdır. Cinayət işi materiallarında olan “Cinayət işinin başlanması haqqında” 12 sentyabr 2023-cü il tarixli qərardan (i.v.1) görünür ki cinayət işi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə başlamış və sonuncunun üzərindən aşkar edilmiş metamfetaminə münasibətdə satış məqsədinin olması barədə hər hansı sübut növü əldə etmədən, yalnız Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetaminin təmiz çəkisinin 13,342 qram olmaqla, külli miqdarının ən aşağı həddi olan 11 qramdan çox olmasına istinad etməklə sonuncuya Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Halbuki, Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə və ya psixotrop maddə satması hər hansı halla təsdiq olunmamışdır. Məhkəmə hesab edir ki, göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsassız olmasının ilkin əlamətləridir. Məhkəmə qeyd edilən cinayət-prosessual qanunvericiliyin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki,: - həm ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamın əsassız olmasına işarə edən, yuxarıda göstərilmiş ilkin əlamətlər, həm də, - məhkəmə-narkoloji ekspertizasının 22 fevral 2024-cü il tarixli, 191 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitədən istifadə etmə hallarının istisna olunmaması; - onun üzərindən aşkar edilmiş metamfetaminin bir ədəd bükümdə, təmiz çəkisi 13,342 qram, yəni külli miqdarının aşağı həddindən yalnız 11 qram çox olması, - onun ibtidai istintaq zamanı verdiyi ifadələrində üzərindən aşkar edilmiş metamfetaminə dair satış deyil, şəxsən istifadə etmək məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını göstərməsi, - ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetaminə münasibətdə başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya satış niyyətində olmasına dair hər hansı məlumat (məsələn, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqları haqqında), metamfetaminin hazırlanması və çəkilib xırda bükümlərə bölünməsi üçün hər hansı avadanlıq (məsələn, elektron tərəzi) və ya digər sübut növü aşkar edə bilməməsi, müvafiq sübutların olub-olmadığını yoxlamaq üçün Təqsirləndirilən şəxs yaşadığı evə və istifadəsində olmuş mobil telefona baxış keçirməməsi, - məhkəmə istintaqı zamanı ifadə vermiş Cəlilabad RPŞ-nin əməkdaşlarının Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı hər hansı fakt əldə etmədiklərini bildirmələri barədə ifadələri, - göstərilən halların ümumi məcmusunun sonuncunun üzərindən aşkar edilmiş metamfetamini əldə etməsi, üzərində saxlamasından ibarət hərəkətləri həmin metamfetamindən şəxsən istifadə etmək niyyəti ilə etməsi anlamını verməsi və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, həmin kütləyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə əsas verməməsi, buna görə də Təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olması iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinə düzgün tövsif edilmədiyi, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrində üzərindən aşkar edilmiş metamfetaminin şəxsi istifadə məqsədi ilə əldə etməsi, üzərində saxlaması, həmin kütləyə dair satış niyyətinin olmaması barədə irəli sürdüyü dəlili əsaslı hesab edir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrıayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, Şahid1, Şahid2 və Şahid4 şahid qismində verdiyi ifadələri, Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, materialların məhkəmə ekspertizasının 20 fevral 2024-cü il tarixli, 19/174 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 22 fevral 2024-cü il tarixli, 191 nömrəli rəyi, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış metamfetaminin qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 103) - Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Göytəpə şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamə və arayışdan görünür ki, İbrahimov X5 rayonu, Göytəpə şəhəri, O, Eynullayev küçəsi 102 saylı ünvanda qeydiyyatda olmaqla yaşamışdır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur və himayəsində bir azyaşlı uşağı vardır. (i.v. 104-108) Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, üzərindən aşkar edilmiş metamfetaminin miqdarını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halları, himayəsində 1 azyaşlı uşağının olması ilə bağlı cəzasını yüngülləşdirən halın olduğunu (Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən) və Azərbaycan Respublikası CM-in 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki,: Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 20 fevral 2024-cü il tarixdən hesablanmalı və Cəlilabad Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 22 fevral 2024-cü il tarixli, 191 nömrəli rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 60 (altımış) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 13,242 qram təşkil edən metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu 20 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə məhkəmə-kimyəvi ekspertizasının xərci 60 (altımış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 13,242 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar