Məhkəmə qərarları › İş №1(099)-51/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-51/2023

26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-51/2023 26.12.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 17 avqust 1991-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs barəsində istintaq olunmuş cinayət işinin ittiham aktının nəticəvi hissəsində göstərilmişdir ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və vaxtda ümumi təmiz çəkisi 1310,429 qram olmaqla külli miqdar təşkil edən narkotik vasitə heroini (bundan sonra –heroin) qanunsuz olaraq əldə edib, elektron tərəzi ilə 04 ədəd bükümlərə ayıraraq 03 ədəd bükümü yaşadığı evdə, 01 ədəd bükümü isə üzərində daşıyaraq saxlamış, 11 iyun 2022-ci il tarixdə saat 18 radələrində Şirvan şəhər Polis Şöbəsinin (bundan sonra – Şirvan ŞPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Şirvan şəhəri, Xaqani küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış aparılan zaman üzərində qanunsuz olaraq saxladığı 0,429 çəkidə heroin əynində olan şalvarın sağ yan cibindən bir ədəd bükümdə, həmin tarixdə saat 19 radələrində yaşadığı ünvan 2 ünvanına baxış zamanı isə qonaq otağındakı divanın arxasından bir ədəd polietilen torbada 03 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 260 qram, 410 qram və 640 qram eyni tərkibli heroin və 01 ədəd üzərində heroinin izi olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bu səbəbdən də, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymət verməklə, belə nəticəyə gəlir ki, iş üzrə ittiham tərəfinin istinad etdiyi sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübut olunmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 11 iyun 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən yaşadığı evin yaxınlığında yox evin içində tutulmuşdur. Belə ki, polislər evinə daxil olub heç bir icazələri olmadan onu evindən çıxarmışlar və buna qonşuları da şahiddir. Onu evdən çıxarıb Şirvan Şəhər Polis Şöbəsinə aparmışlar və orada ona özlərinin verdiyi narkotik vasitəni götürüb təqdim etməyi təklif etmişlər. O, narkoptik istifadə etdiyindən onların dediyi ilə, yəni narkotik vasitələrdən istifadə etdiyinə görə məsuliyyətə cəlb edilməsi ilə razılaşmışdır. İttiham aktında yazılmışdır ki, guya saat 19 radələrində onun evinə axtarışa gəlmişlər. Lakin belə olmamışdır. O, polis şöbəsində 3-4 saat təzyiq altında olduqdan sonra gecə saatlarında onun evinə baxışa gəldilər. Bu videoçəkilişdən də görünür. Belə ki, yay vaxtı axşam saat 7-də hava qaranlıq olmur, lakin vidoeçəkilişdə görünür ki, hava qaranlıqdır. Evə baxış zamanı təhqiqatçı heç bir araşdırma aparmadan, heç hara baxmadan, yalnız öz qurduqları ssenari əsasında axtarışı aparmışlar. Həmçinin polislər bildirmişlər ki, ondan qabaq axtarış aparılan otyaqlara heç kim daxil olmamışdır. Lakin videoçəkilişə baxılsa görünər ki, ondan qabaq narkotik tapılan otağa polis əməkdaşları da daxil olmuşlar. Bu videoçəkilişin başlanğıcında 3-4 saniyyəlik hissədə də görünür. Həmçinin əməliyyatçılardan biri - Təbriz adlı şəxs onun saxlanılmasında iştirak etmədiyini bildirmişdir. Lakin həmin əməliyyatçı yalan deyir, o, onsuz da narkotikə görə tutulmuşdur, belə olan halda onun tutan şəxsin fərqli olması barədə yalan ifadə verməyin ona heç bir xeyri yoxdur. Polislər hamısı onun əleyhinə yalan ifadə verirlər. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları onu sırf evindən götürmələrini qonşuları təsdiq edə bilər. O, polis əməkdaşları tərəfindən evində saxlanılarkən evində və üzərində qətiyyən narkotik vasitə olmamışdır. Həmçinin onda heç vaxt hər hansı tərəzi də olmamışdır. Polis şöbəsinə evindən götürülüb aparılmış, üzərində 6 manat pul olmuş, başqa bir şey olmamışdır. Üzərinə baxış keçirilərkən videoçəkiliş olmayıb. Lakin Şahid1 ona təklif etmişdir ki, onun verdiyi narkotiki götürüb etirafedici ifadə versin və onu CM-in 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb etsinlər. İlk vaxtda Şahid1la razılaşmamış, lakin ona qarşı işgəncələr verildiyindən, polis əməkdaşları tərəfindən döyüldüyündən Şahid1 verdiyi 0,4 qram çəkidə olan heroini cibinə qoyaraq videoçəkiliş zamanı çıxarmış və ona məxsus olduğunu bildirmişdir. Sonradan ona bildirdilər ki, evinə baxış keçirilməlidir. O, evində hər hansı narkotik olmadığını bildiyindən etiraz etməmiş və 3-4 maşınla onun evinə gəlmişlər. Evində videoçəkiliş vasitəsi ilə baxış keçirilmiş, evindən narkotik aşkar edilmiş, videoçəkiliş aparılarkən də həmin narkotik vasitənin ona aid olmadığını bildirmişdir. Polis əməkdaşları onu saat 18 radələrində evindən götürmüş, evinə isə 11 radələrində baxış keçirlmişlər. Polis şöbəsində saxlanıldığı vaxt ona qarşı işgəncələr verilmişdir. Belə ki, Şahid1 və Şahid4 ona qarşı fiziki zor tətbiq etmişlər. İlham onu kəndir vasitəsi ilə boğub verdiyi narkotik vasitəni götürməyi tələb etmişdir. Belə ki, boğazında da izlər olmuşdur. Lakin bədəni üzərində xəsarətlər olduğunu dediyi halda ailə üzvlərinin də məsuliyyətə cəlb ediləcəyini dediklərindən boynunda olan xəsarətin həbs edilməmişdən əvvəl ağac cızdığını bildirmişdir. Həmçinin üzərinə şəxsi axtarış keçirilərkən müdafiəçisi də boynunda olan xəsarətin necə yarandığını soruşmuş, Şahid1 qorxduğu üçün boynunu ağac cızdığını bildirmişdir. Belə deməyi də Şahid1 ona tapşırmışdır. Onun yaşadığı ev 2 mərtəbəlidir, ev də atasının adına olmuşdur. Evin birinci mərtəbəsinə polis əməkdaşları baxış keçirməmişlər. İkinci mərtəbədə axtarış keçirilərkən isə otaqda olan çantalar və digər bağlamalara baxmamış, lakin narkotik tapmışlar. Evə baxış keçirilərkən atası da iştirak etmiş, təhqiqatçı və onun yanında dayanmışdır. Evində aşkar edilmiş narkotik vasitə və tərəzi ona aid olmamış, onları evə baxış keçirilməmişdən əvvəl polis əməkdaşları qoyulmuşdur. Belə ki, evə ondan qabaq iki üç polis əməkdaşı hamıdan qabaq, sərbəst və nəzarətsiz şəkildə daxil olmuşlar. Bu hal videoçəkiliş zamanı da görünür. Narkotik vasitə istifadə etdiyi üçün CM-in 234.1-ci maddəsi ilə özünü təqsirli hesab etmişdir. Lakin üzərində hər hansı narkotik vasitə olmamışdır. Narkotik vasitə istifadə etdiyinə, qanında narkotik vasitə istifadə etdiyinə dair rəy olduğuna görə üzərinə narkotik vasitə olmasa belə cinayət məsuliyyətinə cəlb ediləcəyini fikirləşdiyindən cinayət işi materialları ilə də tanış olarkən də həmin protakola özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bildiyini qeyd etmişdir. Polis şöbəsinə 18 radələrində gətirlimiş, təxminən 03 saat sonra onun yanına vəkil də gətirmişlər, bundan sonra üzərinə şəxsi axtyarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilməsi barədə protokola imza etmiş, lakin həmin protokolda saatın neçə olması qeyd edildiyi yadında olmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə tərkibi, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də tədqiq edərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş Şirvan şəhər PŞ-nin NMQ-nin sabiq baş əməliyyat müvəkkili Şahid1 məhkəməyə ünvanladığı müraciətində səhhəti ilə əlaqədar məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyini, iş üzrə ibtidai istintaq zamanı, eləcə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Buna görə də məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən (şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə) elan edilərək tədqiq edilmiş Şahid1 07 dekabr 2022-ci il və 04 may 2023-cü il tarixlərdə Lənkəran Ağır Cinayətlər Məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, 11 iyun 2022-ci il tarixdə Şirvan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirməsi, saxlaması və dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuş və polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs 11 iyun 2022-ci il tarixdə, saat 18 radələrində Şirvan şəhəri, Xəqani küçəsində yaşadığı evin yaxınlığında saxlamaq istəyərkən o qaçmaq istəmiş, 10-15 metr qaçdıqda ayağı büdrəyib kolluğa yıxılmış, bundan sonra o, saxlanılaraq Şirvan ŞPŞ-yə gətirilmiş, müdafiəçisinin də iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış aparılmış və sonuncunun həmin vaxt əynində olan şalvarının sağ yan cibindən 01 ədəd bükümdə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin heroin olduğunu və Şirvan şəhərində yaşadığı evin yaxınlığında küçədən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmiş, Şəxsi axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı predmet aşkar edilməmişdir. Ardınca həmin gün saat 19 radələrində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, vəkili Emil Quliyev və polis əməkdaşları ilə birlikdə yaşadığı ünvana getmiş, evə baxış keçiriləcəyini evin sahibi olan və onunla birlikdə yaşayan atasına bildirmiş, Elşənin atası da baxış keçirilməsinə etiraz etməmiş, Elşənin yuxarı mərtəbədə yaşadığını, aşağı mərtəbədə Elşənin anası və bacılarının yaşadığını bildirmiş, buna görə də həmin evin yuxarı mərətəbəsinə baxış keçirilməsinə başlanılmış və baxış zamanı evin qonaq otağındakı divanın arxa tərəfindən 1 ədəd sellofan torbada 3 ədəd qara rəngli sellofan bükümlərdə narkotik vasitə heroinə bənzər kütlələr aşkar olunmuşdur. Evdən başqa qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Həmin vaxt da Elşən aşkar olunmuş narkotik vasitənin ona aid olmadığını, polis əməkdaşaları tərəfindən həmin evə qoyulduğunu bildirmişdir. Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı sonuncunun narkotik vasitələrin istifadəsi və satışı ilə bağlı daxil olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə barədə etirafedici ifadə vermişdir. Elşənin evinə əməliyyat tədbirinin davamı olaraq getmiş, lakin onun evində narkotik vasitə saxlaması barədə onda əməliyyat məlumatı olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə ona məxfi mənbələrdən dəfələrlə məlumatlar daxil olmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdarda olduğunu və Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məsuliyyətə səbəb olduğunu dəqiq bildiyi üçün üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu tam etiraf etsə də yaşadığı evdən aşkar edilmiş narkotik vasitənin daha ağır cinayət məsuliyyətinə səbəb olacağını bildiyi üçün ağır cinayət məsuliyyətindən yayınmaq məqsədilə ifadələrində narkotik vasitənin evinə polis əməkdaşları tərəfindən qoyulduğunu bildirmişdir. Lakin Təqsirləndirilən şəxs narkotik vasitəni aldığı mənbəni müəyyən edə bilməmişlər. Təqsirləndirilən şəxs polis əməkdaşları barədə dedikləri hamsı şər-böhtan xarakterlidir. Təqsirləndirilən şəxsi evində saxlamamış, küçədə saxlamışdır. Həmçinin Elşən ondan qaçmaq istəmiş, lakin yıxılmışdır, ifadəsində isə bu hal niyə qeyd edilməmişdir bilmir. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs yuxarı mərtəbədə yaşadığı deyidliyindən evin ikinci mərtəbəsinə baxmışdır, aşağı mərtəbədə Təqsirləndirilən şəxs valideyinləri yaşamışdır. Baxış keçirilərkən bütün şkaflar açılmış, bağlı yerlərdə olan bağlamalar və çantalara təhqiqatçı baxış keçirmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs yanında olmuş, ona hər hansı fiziki və ya psixoloji təzyiq edilməmişdir. Evə baxış keçirilərkən həmin evə Təqsirləndirilən şəxs və atasından əvvəl heç kim daxil olmamışdır. Evə daxil olarkən otaqların işığı yanmamış, baxış iştirakçılarından biri otağın işıqlarını yandırmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı hər hansı təzyiq və ya qeyri etik hərəkətlər edilməmişdir. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı qərəzssiz mənbədən ona daxil olmuşdur. Evə daxil olarkən təhqiqatçı baxışda iştirak edən şəxslərin şəxsiyyətini elan etmişdir. Bundan əlavə məhkəmə iclasında Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi barədə videoçəkilişə baxış keçirilmiş və Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, təhqiqatçı Şahid6 hansı səbəbdən baxışda iştirak etmiş şəxslər barədə məlumat vermədiyini bilmir. Videonun başlanğıcında kadrlarda olan şəxslər – Cinayət Axtarış Bölməsinin rəisi Farid, əməliyyatçı Altun və digərləri olmuşdur. Şahid3 və Şahid4 də baxış zamanı iştirak etmişlər, lakin həmin şəxslər əməliyyat qrupunun tərkibinə daxil olmamışlar. Həmin şəxslərin hansı əsasla baxışda iştirakını izah edə bilmir. Həmin videoçəkilişin 02:59-cu saniyəsindən 03:01-ci saniyəsindək olan hissəsində baxış iştirakçsı işığı yandırarkən işığı sönülü olan otağın içində hərəkət edən işığın nə olmasını və nədən qaynaqlanmasını bilmir. Şahid3 baxış keçirilməyən otağa hansı səbəbdən iştirakçılardan əvvəl daxil olmasının səbəbini izah edə bilmir. “Bütün günü hara gedirsən Elşən, Elşən. Ondan mal alır, buna mal satır. Sənin oğlun sırf bu işlə məşğuldu” deməsini sadəcə Elşən Əliyein atasına məlumat vermək üçün deyir. Şkafda olan çantaların içinə, paltarların ciblərinə və digər bağlamaların içinə özü və təhqiqatçı tərəfindən hansı səbəbdən baxış keçirilməməsini bilmir. Videoçəkilişi Şahid4 aparmışdır. Evə baxış keçirilərkən narkotik aşkar edilən vaxt “sənin oğlun bu qələtləri edir, bu poxları yeyir” və s. sözləri əsəbi şəkildə demişdir. Aşkar edilmiş narkotik vasitələri hansı səbəbdən qablaşdırılmadan videoçəkilişi saxladıqlarını bilmir. Narkotik vasitə aşkar edildikdən sonra digər hissələrə baxış ona görə keçilməmişdir ki, artıq narkotik vasitə aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin əməkdaşı Şahid3 ifadəsində göstərmişdir ki, 11 iyun 2022-ci il tarixdə Şirvan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirməsi, saxlaması və dövriyyəsi ilə məşğul olması barədə X2 baş əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuş , onun tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həmin gün saat 19 radələrində Təqsirləndirilən şəxs evinə sonuncunun və vəkilinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmiş, baxış zamanı həmin evdəki qonaq otağında olan divanın arxasından 3 bükümdə sellofan bükülüdə narkotik vasitə heroinə bənzər kütlə və elektron tərəzi aşkar edilmişdir. Şahid3 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs barədə əməliiya məlumatı ona daxil olmamış, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmişdir. Evə baxış keçirilərkən evdə Elşənin atası da olmuşdur. Ev iki mərtəbəli fərdi yaşayış evi olmuş, səhv etmirsə aşağı mərtəbədə yaşayış olmadığından yuxarı mərtəbəsinə baxış keçirilmişdir. İlkin olaraq evə Təqsirləndirilən şəxs atası daxil olmuş, daha sonra polis əməkdaşları daxil olmuşdur. Evdə narkotik vasitə aşkar edilərkən Təqsirləndirilən şəxs narkotik vasitənin ona aid olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs onun evinən 22 radələridə baxış keçirməsini bildirməsi yalandır. Videoçəkilişi kimin aparması yadında deyil. Baxış zamanı bütün otaqlara növbəli şəkildə baxılmışdır. Baxış keçirilərkən evdə olan çantaların içinə baxılmalıdır ki narkotik vasitə olub-olmadığı müəyyən edilsin. Təqsirləndirilən şəxs narkotik vasitənin polislər vasitəsi ilə evinə qoyulduğunu bildirməmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs kəndirlə boğulmasını bildirməsi tamamilə absurddur. Onun belə ifadə verməsi məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin əməkdaşı Şahid4 ifadəsində göstərmişdir ki, Şahid3 ifadəsinə uyğun ifadə vermiş və göstərmişdir ki, Təqsirləndirilən şəxs evinə baxış keçirilərkən iştirak etmiş, evdən divanın arxasında 3 bükümdə heroinə bənzər kütlə və elektron tərəzi aşkar edilmişdir. Həmin axtarış videoçəkiliş vasitəsi ilə keçirilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin ona aid olmadığını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs əvvəllər də narkotik vasitə saxlamağa görə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs evi 2 mərtəbəli olmuş, lakin birinci mərtəbəyə baxış keçirməmişdir. İkinci mərtəbədə 3 ədəd otaq olmuş, bütünü otaqlara da bxış keçirilmişdir. Baxış keçiirlərkən video çəkilişi özü aparmışdır. Baxış zamanı hansı səbəbdən evdə aşkar edilmiş çantaların içinə baxılmadığını bilmir. Həmin evə polis əməkdaşları Elşən və onun atası ilə birlikdə girmişlər. Narkotik vasitənin aşkar edildiyi yer diqqətçəkən yer olduğundan təhqiqatçı onu görmşüdür. O və Şahid1 tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki zor tətbiq edilməmişdir. Evdə baxış keçiirlərkən sonadək iştirak etmişdir. Baxış keçirilməzdən əvvəl əməliyyat qrupunun üzvlərinin sadalanıb sadalanmadığı yadında deyil. Baxış keçirilərkən iştirakçılar hər hansı nalayiq ifadələr işlətməmişlər. Baxış zamanı kiminsə işıqları yandırıb söndürməsini xatırlamır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin NMQ-nin sabiq əməliyyat müvəkkili Şahid2 da Şahid1la eyni məzmunda ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirlməsi və evinə baxış keçirilməsi istintaq hərəkətində iştirak etmişdir. Üzərində aşkar edilmiş kütlənin ona aid olduğunu, evində aşkar edilmiş kütlənin ona aid olmadığını, polis əməkdaşları tərəfindən qoyulduğunu bildirmişdir. Evin birinci mərtəbəsinə baxış keçirilməmişdir. Aşağı mərtəbədə narkotik vasitə ola biləcəyini ehtimal etmədiklərindən birinci mərtəbəyə baxış keçirməmişlər. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Ədliyyə Nazirliyi Məhkəmə X3 Regional Bölməsinin eksperti X10 ifadəsində göstərmişdir ki, X8 ekspertələrdən biri sosial məzuniyyətdə, digəri isə əmək məzuniyyətində olduğundan o, həmin Regional Bölməyə ekspert kimi ezam olunmuşdur. Ona tədqiqat obyekti daxil olduqdan sonra narkotik vasitələrin rənglərinə baxılır və heroinlər müxtəlif rənglərdə olmuşdur. Onun tərəfindən verilmiş 12 iyun 2022-ci il tarixli, 18/652 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 yerləşən fərdi yaşayış evindən aşkar olunaraq götürülmüş kütlələr və 01 ədəd elektron tərəzi və Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlə sözləri yazılmış 2 ədəd kağız paketdəki, ümumilikdə sayı 4 büküm və ümumi təmiz çəkisi 1310,429 qram olan heroinlər, xarici görünüşlərinə və komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Eynilik məsələsi ilə bağlı müqayisəli tədqiqat aparmaq üçün hər bir kütlədən nümunələr götürülür və nazik təbəqədə xromatoqrafiya analizi aparılır. Bu zaman hər maddəyə uyğun zonalar müəyyən edilir və bu zonalara əsasən götürülmüş nümunələrin eyni və ya fərqli olması müəyyən edilir. Qeyd edilən rəyində göstərmişdir ki, həmin heroinlər həm xarici görünüşünə , həm də kimyəvi komponent tərkkibinə görə eynidirlər. Heroin adatən kustar üsulla hazırlanır. Eynilik məsələsi yuxarıda qeyd etdiyi üsuldan əlavə rəng testi, bundan əlavə Bakı şəhərində isə digər avadanlıqlar - infraqırmızı spektroskopia və ya qaz-maye xromatoqrafiya cihazları ilə aparılır. Başqa bir qəhvəyi rəngli heroin hazırkı heroinlə eynilik təşkil edə bilməz, belə ki, hər heroin öz zonalarına görə müxtəlif zonaları göstərir və buna uyğun heroinlərin eyniliyini müəyyən etmək olur. Bakı şəhərində olan qurğular daha dəqiq rəy verməyə imkan verir. Müdafiə tərəfinin vəsatəti əsasında Şirvan ŞPŞ saxlanılan maddi sübutlar tələb edilərək məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, təqdim edilmiş qəhvəyi rəngli paket Məhkəmə Ekspertiza Mərkəzinə aiddir, üzərində Şirvan Regional bölmənin möhürü vardır. Həmin paketin tamlığı pozulmuşdur. Baxış keçirilərkən iştirak edən polis əməkdaşı Şahid4 bildirmişdir ki, ona məlumat verilmişdir ki, cinayət işi materialları ilə tanış edilməsi üçün maddi sübutlar Təqsirləndirilən şəxs təqdim edilərkən həmin paket kəsilərək maddi sübutlar götürülmüş və tanış etmədən sonra yerinə qaytarılmışdır. Həmin paketdə 4 büküm və bir ədəd elektron tərəzi vardır. Elektron tərəzinin baxış keçirilərkən işləmədiyi müəyyən edilir. Bükümlərdəki heroinlərin rəngləri tünd qəhvəyi rəngdədir. Baxış keçirildikdən sonra maddi sübutlar X5 Mərkəzinin eksperti tərəfindən qablaşdırılıdı və möhürləndi. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş əlavə şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Şahid6 ifadəsində göstərmişdir ki, hazırkı vəzifəyə təyin olunmazdan əvvəl Şirvan ŞPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı vəzifəsində işləmişdir. 11 iyun 2022-ci il tarixdə Şirvan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirməsi, saxlaması və dövriyyəsi ilə məşğul olması barədə X2 baş əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuş, onun tərəfindən müvafiq qərar qəbul edildikdən sonra o, da əməliyyat qrupuna daxil edilmişdir. Təqsirləndirilən şəxs saxlanılıb şöbəyə gətirildikdən sonra tərəfindən şübhəli şəxs qismində tutulmuş, vəkillə təmin edilmiş və bundan sonra üzərinə şəxsi axtarış keçirlmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd bükülü çıxarıb təqdim etmiş və heroin olduğunu bildirib yaşadığı məhlədən yerdən tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evinə baxış keçiriləcəyi bildirilmiş və Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək etirazı olmadığını bildirdikdən sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər və həmin gün saat 19 radələrində Təqsirləndirilən şəxs evinə sonuncunun və vəkilinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmiş, baxış zamanı həmin evdəki qonaq otağında olan divanın arxasından 3 bükümdə sellofan bükülüdə narkotik vasitə heroinə bənzər kütlə və elektron tərəzi aşkar edilmişdir. Şahid6 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs evinə baxış keçirilərkən hansı səbəbdən əməliyyat qrupunda adları qeyd edilməyən şəxslərin iştirak etdiyini bilmir. Baxış keçirilərkən evdə Təqsirləndirilən şəxs ailə üzvlərindən yalnız atası olmuş və onlar da polis əməkdaşları ilə birlikdə evə girmişlər. Evə onlardan əvvəl heç kim girməmişdir. Videoçəkiliş ilk saniyyələrində Şahid3 işığı yandırarkən işığı sönülü olan otaqda kənar şəxsin olmasına dair kölgəni göürür, lakin həmin şəxsin kim olması barədə heç nə deyə bilmir, yadına sala bilmir. Mətbəxə baxış keçirərkən başı qarışdığı üçün ola bilər ki, digər otaqlara polis əməkdaşları daxil olmuşlar. Baxış zamanı aşkar edilmiş çantaların içinə hansı səbəbdən baxış keçirmədiyinə cavab verə bilmir. Həmçinin hansı səbəbdən həmin protokolun adını “baxış protokolu” kimi qeyd etdiyi halda hansı səbəbdən həmin evdə axtarış apardığı barədə suala da cavab verə bilmir. Şahid1 40 ilin polis əməkdaşı olduğundan baxış keçirilərkən onun hərəkətlərinə və davranışlarına müdaxilə edə bilməmişdir. Bəzi əşyalara baxmaq fikrindən yayınmışdır. Əməliyyat qrupunda göstərilənlərdən başqa digər şəxslər bəlkə də təhlükəsizliyi təmin etmək üçün orada olmuşlar. İstintaq hərəkəti başlamamışdan əvvəl iştirakçıların hüquq və vəzifələrini izah etmək fikrindən çıxmışdır. Axtarış keçirilən yerə birinnci təqsirləndirilən şəxs, vəkili və özü, daha sonra digər proses iştirakçları daxil olmalıdır, lakin Təqsirləndirilən şəxs evinə baxış keçirilərkən tamamilə əksi olmuş, evə birinci polis əməkdaşları daxil olmuşdur. Baxış keçirilərkən götürülmüş maddi sübutlar qablaşdırılmalı olduğu halda bunu videoçəkilişdən sonra etmişdir. Dövlət ittihamçısının “sonuncu yumşaq dəstin arxasına baxmamaışdan əvvəl otaqda olan başqa bir yumşaq dəstin də altına baxırsız, lakin divann arxasına baxmırsız. Necə olur ki, həmin yumşaq dəstin –divanın arxasına baxdınız?” sualına Şahid6 “divanın arxası məndə şübhə yaratdı, ona görə baxdım” deyə cavab verir. Beləliklə, ibtidai istintaq, həm də məhkəmə baxışında toplanmış sübutlar məhkəmə tərkibi tərəfindən müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs törədilmiş cinayətdə təqsirinin sübuta yetirilmədiyi müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi, üzərində saxlaması və dövriyyəsi ilə məşğul olması barədə Şirvan ŞPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. (i.v. 4) -“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 11 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafinda təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir.(i.v.5) -“Əməliyyat-axtarış qrupunun yaradılması haqqında” 11 iyun 2022-ci il tarixli qərardan görünür ki, Şahid1 raportu əsasında əməliyyat tədbirlərinin həyata keçirilməsi məqsədi lə Şahid1 rəhbərliyi ilə əməliyyat müvəkkili Şahid2 və təhqiqatçı Şahid6 ibarət əməliyyat qrupu yaradılmışdır. (i.v. 8) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:50-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v.25- 26 ) -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 11 iyun 2022-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar kütlə aşkar edilərək bir ədəd kağız zərfə qablaşdırılıb götürülmüşdür. (i.v. 29-31) - Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, yaşadığı mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. (i.v. 32) -“baxış keçirilməsi və götürmə aparılması” haqqında 11 iyun 2022-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Şirvan şəhəri Xəqani küçəsi -29, ev 694 ünvanında yerləşən Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı evin qonaq otağındakı divanın arxa tərəfindən 1 ədəd sellofan torbada 3 ədəd qara rəngli sellofan bükümlərdə narkotik vasitə heroinə bənzər kütlələr və 1 ədəd elektron tərəzi aşkar edilərək bir ədəd kağız zərfə qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı o, aşkar edilmiş heroin və elektron tərəzinin ona aid olmadığını bildirmişdir. (i.v. 33-36) - Məhkəmə fiziki-kimyəvi ekspertizasının 12 iyun 2022-ci il tarixli, 18/652 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 yerləşən fərdi yaşayış evindən aşkar olunaraq götürülmüş kütlələr və 01 ədəd elektron tərəzi” sözləri yazılmış kağız paketdəki 3 ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkisi 640 qram, 410 qram, 260 qram, ümumi təmiz çəkisi 1310 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər, 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmamışdır. «Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlə» sözləri yazılmış kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,429 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərlərində Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 yerləşən fərdi yaşayış evindən aşkar olunaraq götürülmüş kütlələr və 01 ədəd elektron tərəzi və Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlə sözləri yazılmış 2 ədəd kağız paketdəki, ümumilikdə sayı 4 büküm və ümumi təmiz çəkisi 1310,429 qram olan heroinlər, xarici görünüşlərinə və komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. (i.v.43-46) -“Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 13 iyun 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə istintaq edilən cinayət işi həmin Məcəllənin in 234.4.3-cü maddəsinə tövsif edilmişdir. (i.v.56) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 13 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 58-59) - Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(032)-143/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (i.v. 79-80) - Şirvan şəhər Mərkkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “tiryək narkomaniyası” diaqnozu ilə ŞMP-nin narkoloji kabinetində qeydiyyatdadır. (i.v. 87) - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMin 234.1 və 67.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. (i.v 100-102; 103-107) -X6 tibbi yoxlamanın 18 avqust 2022-ci il tarixli, 4581 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 111-112) Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı toplanıb elan edilərək tədqiq edilmiş məhkəmə istintaqı materiallarından, yəni; - “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 30 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi barədə ərizəsi əsasında Şirvan şəhər Prokurorluğunda ilkin yoxlama aparılmış, Təqsirləndirilən şəxs Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması təsdiqini tapmadığından cinayət işinin başlanılması rədd edilmişdir. - Təqsirləndirilən şəxs adına “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin tərtib etdiyi 5911/2022 nömrəli məhkumun tibbi kitabçası»nın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs 26 iyun 2022-ci il tarixdə 03 saylı İstintaq Təcridxanasına gətirilmiş, baxış zamanı həbs olunmazdan əvvəl bədən xəsarəti almadığını bildirmişdir. - "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, AZF/LGL-2125/23 saylı məktubla müşaiyət olunan 01 ədəd diskdə təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM mobil telefon nömrəsinə 01 iyun 2021-ci il tarixdən 12 iyun 2022-ci il tarixədək olan müddət ərzində daxil olmuş məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM mobil telefon nömrəsinə daxil olan və çıxan sms mətinlərində narkotik vasitələrin satışı ilə bağlı hər hansı məlumat yoxdur. Həmin danışıqlar Təqsirləndirilən şəxs şəxsi ailə həyatı ilə bağlı olan danışıqlardır. - Təkrar məhkəmə fiziki-kimyəvi ekspertizasının 03 may 2023-ci il tarixli, 06/2107 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası Lənkəran Ağır Cinayətlər Məhkəməsi” dairəvi möhür əksi olan paketdəki üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə» yazısı və imzalar olan zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0,329 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. - üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən aşkar olunaraq götürülmüş kütlələr və 01 ədəd elektron tərəzi” sözləri yazılmış kağız paketdəki 03 ədəd üzəri şəffaf yapışqan lentlə bağlanmış qara rəngli polietilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 635 qram, 405 qram, 255 qram, ümumi təmiz çəkisi 1295 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İnfra qırmızı spektrometrik (İQS) və qaz xromatoqrafik kütlə -spektrla (QX-KS) üsullarla aparılmış tədqiqatlar nəticəsində Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar edilərk götürülmüş ümumilikdə 4 ədəd bükümdəki heroinlər xarici əlamtlərinə (rəngi, konsistensiyası) və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynilik təşkil edirlər. X9 xx.xx.2022-ci il tarixli 18/652 saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş elektron tərəzinin üzərində narkotik vasitə olan heroin izləri aşkar edilmişdir. İlkin tədqiqat zamanı tərəzinin üzərindəki narkotik vasitənin iz mikro hissəcikləri ekspert tərəfindən silinərək tədqiq edildiyindən hazırda ekspertizada iz şəklində narkotik vasitələrin mikrohissəciklərini müəyyən etmək mümkün olmadı. - Məhkəmə video-texniki ekspertizasının 19 iyul 2023-cü il tarixli, 04/1039 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş 1 ədəd “princo” markalı DVD diskdə olan mübahisəli videofonoqramda kadrdaxili və kadrlararası montaj əlamətləri, audioaxının videoaxına sintezi kimi montaj əlamətləri müəyyən olunamdı. Həmin videoyazının 4507- 4542 kadrlarında qeydə alınan işığı sönülü olan otağın içərisində görünən qaraltı kölgə olmayıb kişi cinsinə məxsus şəxsin görüntüsüdür. Videoyazının videoyazının 4507-4542 kadrlarında qeydə alınan işığı sönülü olan otağın içərisində görünən işıq eyniləşdirilməsi mümkün olmayan düzbucaqlı formalı mənbədən şüalanır. Həmin kadrlarda qeydə alınan işığı sönülü olan otağın içərisində görünən işıq həmin məkanda olan kişi cinsinə məxsus şəxsin əlində olan mənbədən şüalanır. Mübahisəli videoyazının 18604-18662-ci kadrlarında qeydə alınan mebel dəstinə məxsus güzgüdə görünən videoçəkən şəxs görüntülərdə başını əvvəl yavaşca sola, sonra isə sağa çevirir. Bu hərəkətin işarəedici hərəkət olub-olmamasını müəyyən etmək mümkün olmadı. Məhkəmə tərkibi cinayət işinin materiallarını nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və ibtidai istintaq orqanının müəyyən etdiyi halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, habelə ilkin sübutlar qanunsuz yolla əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından Təqsirləndirilən şəxs bəraət verilməlidir. İbtidai istintaq orqanı hesab etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması əməlini təsdiq edən sübutlar – Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, şahid ifadələri, “şəxsi axtarış keçirilməsi haqqında” və “baxış keçirilməsi haqqında” protokollar, məhkəmə-fiziki kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 18\652 nömrəli, ambulator məhkəmə-narkoloji ekspertizasının 18 avqust 2022-ci il tarixli, 4581 saylı rəyləri, istintaq hərəkəti protokolları, maddi sübut və cinayət işinin digər istintaq materiallarıdır. Məhkəmə tərkibi ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs ittiham elan etmək üçün əsaslandığı sübutlarla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir və həmin sübutları bu formada qiymətləndirir: - Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün sübutlardan biri kimi sonuncunun şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrinə istinad edilməsi başa düşülən deyil. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində evindən aşkar edilmiş narkotik vasitənin və elektron tərəzinin ona aid olmadığını, polis əməkdaşları tərəfindən evinə qoyulduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs qeyd edilən ifadələrində yalnız şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 0,429 çəkidə narkotik vasitə heroinin ona aid olmasını bildirmişdir. Lakin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis əməkdaşı Şahid1 və Şahid4 tərəfindən fiziki zorakılığa məruz qalması ilə bağlı Şahid1 tərəfindən ona verilmiş heroinlə bağlı etirafedici ifadə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs fiziki zorakılığa məruz qalmasını ibtidai istintaq zamanı da bildirmiş, həmin fakt üzrə Şirvan şəhər prokurorluğu tərəfindən ilkin yoxlanılma aparılsa da 30 avqust 2022-ci il tarixdə “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası həmin ifadələrə münasibət bildirərək qeyd edir ki, sözügedən halla bağlı cinayət işi üzrə müəyyən olunan hallar İnsan Hüquqları üzrə Avropa Məhkəməsində baxılmış “Layıcov Azərbaycana qarşı” işi üzrə məhkəmənin müəyyən etdiyi hallarla bənzərlik təşkil etdiyindən, məhkəmə kollegiyası “Layıcov Azərbaycana qarşı” işi üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarında əks olunanların nəzərə alınmasını və məhz həmin qərarda yaradılan presedent hüququnun hazırkı iş üzrə tətbiq edilməsini məqsədəmüvafiq sayır. Belə ki, “Layıcov Azərbaycana qarşı” işi üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinin tələblərinin pozulması hallarının araşdırılması ilə bağlı qeyd edilmişdir ki, şəxs 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar (bax: yuxarıda qeyd edilmiş “Assenov və Digərləri” işi, 103-cü bənd və digərləri). Onlar hadisə ilə bağlı sübutları toplanması, o cümlədən, inter alia, hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmətibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar (bax: “Tanrıkulu Türkiyəyə qarşı” (Tanrıkulu v. Turkey [GC], no. 23763/94, ECHR 1999-İV, § 104 et seq.) və “Gül Türkiyəyə qarşı” (Gülv. Turkey, no. 22676/93, § 89, 14 December 2000). Ən çıxılmaz halda belə Konvensiyanın 3-cü maddəsinin müddəalarının pozulmasına yol verilməməsinə dair Avropa Məhkəməsinin əvvəlki qərarlarında, o cümlədən yuxarıda adıçəkilən qərarında yaratdığı presedent hüququnu əsas götürən məhkəmə kollegiyası hazırkı iş üzrə ilk növbədə Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə pis rəftara məruz qalıb-qalmamasına münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs bədənində xəsarətlərin olması xx.xx.2022-ci il tarixdə şəxsin üzərinə şəxsi axtarış keçirilərkən müdafiəçisi tərəfindən aşkar olunmuşdur. Belə ki, şəxsi axtarış zamanı müdafiəçinin Təqsirləndirilən şəxs bədəni üzərində , konkret olaraq boğazında olan xəsarətin necə yaranması barədə sualına Təqsirləndirilən şəxs istintaq hərəkətində işitrak edən polis əməkdaşı Şahid1 baxaraq fikirli şəkildə “tutulmamışdan əvvəl ağac cızıb” ifadəsini işlətməklə cavab verir. Lakin ibtidai istintaq gedişində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə müxtəlif orqanlara, eləcə də Şirvan şəhər Prokurorluğuna ərizə ilə müraciət etmiş, lakin Təqsirləndirilən şəxs ekspertizadan keçirilməməklə araşdırma səthi aparılmışdır. Avropa Məhkəməsi öz qərarlarında müəyyən etdiyi presedent hüququnda belə məqamlarda ibtidai istintaqı aparan orqandan asılı olmayan müstəqil qurum tərəfindən səmərəli rəsmi araşdırmanın aparılmasını, dövlət orqanlarının daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərilməsini və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalarını, hadisə ilə bağlı sübutların toplanmasını, o cümlədən, inter alia, hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımların atılmasının vacib olduğunu göstərməsinə baxmayaraq, sözügedən qərardan görünür ki, Təqsirləndirilən şəxs qeyd etdiyi xüsuatların araşdırılması ilə bağlı olaraq prokurorluq orqanlarında ətraflı araşdırma aparılmamış, ilk növbədə Təqsirləndirilən şəxs, daha sonra polis əməkdaşları Şahid1 və Şahid4 izahatları alınmış, Təqsirləndirilən şəxs bədənində mövcud olan xəsarətlərin hansı vaxt və hansı şəraitdə yetirilməsinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilməmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra polis şöbəsinin müvəqqəti saxlama yerinə yerləşdirilərkən onun saxlama yerinə qəbul edilməsi barədə tərtib olunan sənəddə həmin vaxt sonuncunun üzərində xəsarətlərin olub-olmaması ilə bağlı hər hansısa qeydin olubolmadığını müəyyən etmək üçün müvafiq sənədlər götürülərək araşdırılmamış, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerinə qəbul edən həmin yerin rəisi çağırılaraq izahatı alınmamış, polsi əməkdaşı Şahid4 baxış istintaq hərəkətində iştirak etməsinə baxmayara verdiyi izahatında Təqsirləndirilən şəxslə hər hansı ünsiyyəti olmamsı, onu görməməsi ilə bağlı ziddiyyətli fikirlər araşdırılmamış və nəticədə yalnız Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının izahatları əsas götürülməklə material üzrə cinayət tərkibi olmadığından, CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin cinayət işi materiallarına əlavə edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin tərtib etdiyi 5911/2022 nömrəli məhkumun tibbi kitabçası»nın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs 26 iyun 2022-ci il tarixdə 03 saylı İstintaq Təcridxanasına gətirilmiş, baxış zamanı bədən xəsarəti aşkar edilməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs 11 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanıldığı və 13 iyun 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçildiyi halda 24 saatdan artıq müvəqqəti saxlama yerində saxlanıla bilməməsi barədə imperativ norma olmasına baxmayaraq sonuncu barəsində həbs qətimkan tədbiri seçildikdən 13 gün sonra, yəni 26 iyun 2022-ci il tarixdə Penitensiar Xidmətin 03 saylı istintaq təcridxanasına keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 157.3-cü maddəsində qeyd edilmişdir ki, məhkəmə qərarına əsasən həbs olunmuş şəxs müvəqqəti saxlama yerində 24 saatdan artıq saxlanıla bilməz və bu müddət bitənədək o, istintaq təcridxanasına keçirilməldir. Beləliklə vaxtında ətraflı araşdırmanın təmin edilməməsi, həbs edilmiş şəxsin istintaq təcridxanasına keçirilməməsi Təqsirləndirilən şəxs bədənində olan xəsarətlərə dair mövcud sübutların, izlərin itirilməsi ilə nəticələnmişdir ki, hazırkı məqamda həmin xüsusatlarla bağlı əlavə araşdırmanın aparılması və ya məhkəmə tibbi ekspertizasının təyin edilərək yetirilmiş xəsarətlərə dair hər hansı dəqiq məlumatın əldə olunması qeyrimümkün olmuşdur. Lakin yuxarıda sadalananların müqabilində, yəni Təqsirləndirilən şəxs saxlanıldığı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək polisin nəzarəti altında olması, saxlanıldığı zaman, həmçinin saxlanıldıqdan sonrakı müddət ərzində onun bədənində hər hansı xəsarətlərin olmasına dair müvafiq sənədlərdə qeydin olmaması, habelə nə saxlanılarkən və polis şöbəsinə gətirilərkən, nə də polis şöbəsində olarkən qaçmağa çalışmaması, polis əməkdaşlarına heç bir müqavimət göstərməməsi müqabilində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən bədənində aşkar xəsarətlərin müəyyən olunması məhkəmə kollegiyasında Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək polis şöbəsində olduğu müddətdə pis rəftara məruz qalması ilə bağlı haqlı şübhələr yaranmasına səbəb olmuşdur. Baxmayaraq ki, prokurorluq orqanının qəbul etdiyi 30 avqust 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar müdafiə tərəfindən mübahisələndirilməyib, hazırda qüvvədədir, həmin qərar cinayət prosessual qanunvericiliyin əsas prinsip və şərtləri pozulmaqla qəbul edildiyindən məhkəmə üçün preyudisial əhəmiyyətli ola bilməz. Beləliklə ibtidai araşdırmanın ilkin mərhələsində Təqsirləndirilən şəxs təsir və təzyiqlərə məruz qalması ilə bağlı gəlinən qənaətə əsaslanan məhkəmə kollegiyası bununla əlaqədar sonuncunun vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zamanı qeyd etdiklərinə, o cümlədən ibtidai istintaq zamanı şübhəli və ya təqsirləndirilən şəxs kimi dindirilərkən verdiyi qismən etiraf edici ifadələrində göstərdiyi xüsusatlara şübhə ilə yanaşır və hesab edir ki, sözügedən etirafedici ifadələr əsaslı sübut növü kimi qəbul edilib ona qarşı irəli sürülən ittihamın əsasına qoyula bilməz. İbtidai istintaq orqanının ittiham aktında əks etdirdiyi birinci epizod üzrə (yəni üzərində 0,429 qram heroinin aşkar edilməsi) Təqsirləndirilən şəxs əleyhinə ittiham aktında istinad olunan və ittihamın əsasını təşkil edən sübutlar maddi sübutun (0,429 qram heroin) aşkar olunduğu xx.xx.2022-ci il tarixli şəxsi axtarış keçirilməsi haqqında istintaq hərəkətinin protokolu, polis əməkdaşları Şahid1 və Şahid2 şahid ifadələri və Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsidir. Həmçinin məhkəmə tərkibi məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan şəhər polis şöbəsinin əməkdaşları Şahid1 və Şahid2 oğlunun ifadələrini həqiqi, obyektiv, işin faktiki hallarına uyğun ifadələr kimi qəbul etməyərək hesab edir ki, həmin şəxslər iş üzrə maraqlı şəxslərdir və onların verdikləri ifadələr ittihamın müdafiəsinə yönəlmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs fiziki təzyiqlərə məruz qalması və nəticədə şəxsi axtarış keçirilərkən etirafedci ifadələr verməsi barədə şübhələri məhkəmə istintaqı zamanı əldə edilmiş digər sübutlar daha da qüvvətləndirir ki, bu sübutlar barədə fikirlər məhkəmə tərkibi tərəfindən Təqsirləndirilən şəxs evinə baxış keçirilməsi barədə sübutları tədqiq edilərkən qeyd ediləcəkdir. - ittihamın əsası kimi istinad edilmiş digər sübut növü kimi şahid ifadələrinin olması qeyd edilmişdir. Halbu ki, ibtidai istintaq zamanı ifadələri alınmış Şirvan ŞPŞ-nin yuxarıda adları qeyd edilmiş əməkdaşları yalnız narkotik vasitənin aşkar edilməsinə şahid olduqlarını bildirmişlər. Həmçinin məhkəmə tərkibi məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan şəhər polis şöbəsinin əməkdaşları - Şahid1, Şahid2, X11 və Şahid4 ifadələrini həqiqi, obyektiv, işin faktiki hallarına uyğun ifadələr kimi qəbul etməyərək hesab edir ki, həmin şəxslər iş üzrə maraqlı şəxslərdir və onların verdikləri ifadələr ittihamın müdafiəsinə yönəlmişdir. Məhkəmə, bu halı nəzərə alıb həmin ifadəyə istinad edilməsinin yolverilməz olduğunu nəzərə alıb həmin ifadənin sübutlar siyahısından çıxarılmasını əsaslı sayır. - ittihamın əsası kimi istinad edilmiş digər sübut növü kimi “şəxsi axtarış keçirilməsi haqqında” və “baxış keçirilməsi haqqında” protokollar qeyd edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş «şəxsi axtarış keçirilməsi və götürmə haqqında» istintaq hərəkətinin videoçəkilişindən görünür ki, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması bildirilir, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya olduğu halda təqdim etməsi təklif edildikdə sonuncu əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd bükülünü çıxarıb stolun üstünə qoyur və təhqiqatçının “nədi bu?” və “hardan əldə etmisiniz” sualına cavab olaraq həmin bükümdə heroin olduğunu və yaşadığı məhlədə küçədən tapdığını bildirir. Bundan əlavə cinayət prosesi tərəflərinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evə “baxış keçirilməsi haqqında” 11 iyun 2022-ci il tarixli protokola əlavə olunmuş DVD-diskə baxış keçirilmişdir. Videogörüntü ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşadığı evə həmin tarixdə saat 19:40-dan 20:05-dək baxış keçirilmişdir. Baxış keçirilərkən təhqiqatçı tərəfindən baxış istintaq hərəkəti keçirilməsi barədə Təqsirləndirilən şəxs atası Şahid5 məlumat verildiyi görünsə də həmin istintaq hərəkətindən kimlərin iştirak etməsi, istintaq hərəkətinin saat neçədə başlanması, videoçəkilişin kim tərəfindən çəkilməsi, iştirakçıların hüquq və vəzifələrinin elan edilməsi və s. tələblər yerinə yetirilməmişdir. Həmçinin həmin videoyazıdan görünür ki, baxış istintaq hərəkətində “əməliyyat qrupunun üzvləri”dən (əməliyyat qrupunda Şahid1, Şahid2 və İlqa Novruzov olmuşdur) başqa digər əməkdaşlar Şahid3, Şahid4, Farid Vəliyev və Altun adlı polis əməkdaşları iştirak etmişlər. Baxış keçirilərkən həmin yaşayış evinə ilk növbədə Təqsirləndirilən şəxs, daha sonra iştirakçılar daxil olmalı olduğu halda videoçəkilişin 02:59-cu saniyəsindən 03:01-ci saniyəsindək olan hissəsində işığı sönülü olmuş otağın qapısından içəridə hərəkət edən işıq olması müəyyən edilir. Həmçinin iştirakçılardan əvvəl polis əməkdaşı Şahid3 girişdəki ümumi zalın işığını yandırdıqdan sonra həmin ümümi zala qapısı açılan otağa daxil olur və sonuncu həmin otaqdan çıxmadığı halda təhqiqatçı tərəfindən baxış mətbəx otağında davam etdirilir və baxış iştirakçıları həmin otaqda olduqları halda Şahid3 yalnız videoçəklişin 04:30-cu saniyyəsində görünür. Həmçinin videoçəkilişdən görünür ki, təhqiqatçı tərəfindən otaqda olan şkaflar, qapalı saxlanc yerləri açılaraq həmin yerlərdə olan əşya və predmetlər (idman çantaları, geyim əşyalarının cibləri, sellofan torbalar və s.) vizual müşahidə olunur, həmin əşyaların içində qanunsuz əşya və ya predmet olması ehtimalı olmasına baxmayaraq baxış keçirilmir və baxış səthi keçirilir. Həmçinin baxış keçirilərkən polis əməkdaşları digər otaqlarda təkbaşına və hər hansı nəzarət olmadan hərəkət edirlər. Belə ki, videoçəkilişin 09:40-cı saniyyəsindən 09:50-ci saniyyəsindək olan hissəində görünür ki, baxış keçirilən otağın taxta pəncərəsindən həmin otağa bitişik olan otağın içində kənar şəxsin sərbəst hərəkət etməsi müşahidə olunur. Videoçəkilişin 12:30-cu saniyəsindən 12:40-cı saniyəsinədək olan hissəsində qonaq mebel dəstinin şkafının güzgüsündə həmin videoçəkilişi aparmış şəxsin Şahid4 olması müəyyən edilir və sonuncunun başı ilə işarəverici hərəkət etməsinə Təqsirləndirilən şəxs kəskin reaksiya verərək “bu nə deməkdir ki” deyə ifadələr işlədir, lakin əməliyyat qrupunun rəhbəri Şahid1 onun sözlərini kəsərək hər hansı fikir bildirməsinə mane olur. Videoçəkilişin 12:49-cu saniyyəsində baxışda iştirak edən Namz Səfərli bir neçə saniyyədən sonra aşkar ediləcək narkotik vasitənin olduğu yerə baxsa da və həmin yerdə bağlamanı görməli olsa da hər hansı reaksiya vermir və videoyazının 13:23-ci saniyəsindən 12:30-cu saniyəsinədək olan hissəsində qonaq otağında olan divanın arxasında olan qara rəngli sellofan torbaya təhqiqatçı Şahid6 reaksiya verərək həmin torbanı götürüb “nədi bu?” deyə təkrar-təkrar suallar verir. Halbu ki videçəkilişin əvvəlki kadrlarından görünür ki, hətta böyük idman çantalarının içinə belə təhqiqatçı baxmır və həmin çantalara hər hansı reaksiya vermir. Lakin divanın arxasında olan kiçik sellofan torbaya dərhal reaksiya verir və həmin vaxt da əməliyyat qrupunun rəhbəri Şahid1 “sənin dədənlə birgə girmişik otağa, dədən də, vəkilin də yanında, “əlinlə işarə edirsən” deyirsən. Sən çox qələtlər edirsən. Sənin oğlun bu qələtləri edir, bu poxları yeyir” deyə ifadlər işlədir. Həmin zaman isə Təqsirləndirilən şəxs “mənim xəbərim yoxdu, əli ilə işarə edəni gördün də ata. Sən bilirsən ki bunlar mənim ola bilməz, mən beş manatı səndən dilənən adam ee ata” deyə öz etirazını bildirir. Həmin vaxt isə videoçəkilişin 15:03cü saniyyəsində Şahid1 “sən üstündən çıxanı da deyirdin mənim deyil” deyə bildirir. Həmin vaxt da otağın digər hissələrinə baxış keçirilmədən, aşak edilmiş kütlələr müvafiq qaydada qablaşdırılmadan və möhürlənmədən vidoçəkilişin bitməsi elan olunur. Məhkəmə tərkibi yuxarıda qeyd edilənlərə yanaşı həm də diqqətini ona yönəldir ki, yuxarıda göstərilən istintaq hərəkətinin adı cinayət işi materiallarında “evə baxış” kimi qeyd olunsa da faktiki olaraq Təqsirləndirilən şəxs yaşadığı evdə “axtarış” istintaq hərəkəti keçirilmişdir. Həmin istintaq hərəkəti keçiriləkən isə havanın qaranlıq olması videoçəkilişdən görünür, lakin 11 iyun 2022-ci ilin yay ayı olması onu təsdiq edir ki, protokolda qeyd edilmiş saatda hava işıqlı olmalıdır, lakin videoçəkilişdə havanın qaranlıq olması Təqsirləndirilən şəxs evində keçirilən müvafiq istintaq hərəkətinin protokolda qeyd edilən saatda keçirilməməsi qənaətinə gəlməyə və Təqsirləndirilən şəxs dediyi kimi saat 22-23 aralığında keçirildiyini qəbul etməyə tam əsas verir. Belə ki, Azərbaycan Respublikası CPM-in 141.1.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraatın materiallarından istifadə edilmədən ümumi məlum olan faktlar sübut edilmiş hesab edilir. Bundan əlavə Azərbaycan Respublikası CPM-in 141.1.1-ci maddəsinə əsasən axtarış və götürmə aparılarkən götürülmüş əşyaların sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsvir edilməldir. Lakin qeyd edilən videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağından aşkar edilmiş narkotik vasitə qablaşdırılmadan, çəkilmədən və fərdi əlamətləri göstərilmədən videoçəkiliş dayandırılmışdır. Həmçinin həmin videoçəkilişə baxış keçirilərkən videoçəkilişin 02:59-cu saniyəsindən 03:01-ci saniyəsindək olan hissəsində işığı sönülü olmuş otağın qapısından içəridə hərəkət edən işıq olması müəyyən edilmişdir. Həmin işığın şəxsin əlində olan predmetdən əks olunub-olunamaması, otağın qapısından içəridə əlində işıq verən predmet tutmuş kölgənin insan kölgəsi olub-olmamasının müəyyən edilməsi üçün müdafiə tərəfi məhkəmə videotexniki ekspertizanın keçirilməsi barədə vəsatət vermiş və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihama düzgün hüquqi qiymət verilməsi, ittihamın qanuniliyini və əsaslılığını yoxlamaq və cinayət işinə obyektiv baxılmasının yoxlanılması məqsədi ilə məhkəmə tərəfindən müdafiə tərəfinin vəsatəti əsaslı olduğundan təmin edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə video-texniki ekspertizasının 19 iyul 2023-cü il tarixli, 04/1039 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığ evə baxış keçiriləkən çəkilmiş videoyazının 4507-4542 kadrlarında qeydə alınan işığı sönülü olan otağın içərisində görünən qaraltı kölgə olmayıb kişi cinsinə məxsus şəxsin görüntüsüdür, həmin işığı sönülü olan otağın içərisində görünən işıq eyniləşdirilməsi mümkün olmayan düzbucaqlı formalı mənbədən şüalanır. Həmin kadrlarda görünən işıq həmin məkanda olan kişi cinsinə məxsus şəxsin əlində olan mənbədən şüalanır. Göründüyü kimi məhkəmə video-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evə axtarış keçirilməmişdən əvvəl narkotik vasitənin aşkar edildiyi otaqda kənar şəxs və ya şəxslər olmuş, bu hal da Təqsirləndirilən şəxs tərəfindən həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verilmiş ifadələrin (yaşadığı evdə aşkar edilmiş narkotik vasitənin ona aid olmaması və həmin narkotik vasitənin kənar şəxslər tərəfindən həmin yerə qoyulması) doğru olması nətcəsinə gəlmək üçün əsasdır. Göründüyü kimi hazırki epizod üzrə də cinayət hadisəsinin baş vermə faktı və halları barədə təqdim olunmuş müstəsna sübut «Baxış keçirilməsi haqqında» 11 iyun 2022-ci il tarixli protokol və ona əlavə olunmuş videoçəkilişdir. Məhz bu səbəbdən irəli sürülmüş müvafiq ittihamla bağlı düzgün hüquqi nəticəyə gəlmək üçün həmin sübutun cinayətprosessual qanunvericiliyin tələblərinə uyğun olub-olmaması araşdırılmalıdır. Təqsirləndirilən şəxs barəsində qeyd olunan epizod üzrə cinayət təqibi başlanan andan, yəni 11 iyun 2022-ci ildən hazırki vaxtadək verdiyi bütün izahat və ifadələrində göstərmişdir ki, qonaq otağındakı divanın arxa tərəfindən aşkar olunmuş və 3 (üç) ədəd bükümdə narkotik vasitə – heroin və 1 (bir) ədəd elektron tərəzi ona məxsus deyil və həmin kütlələrin olduğu torba məhz polis əməkdaşları tərəfindən həmin yerə qoyulmuş və daha sonra götürülmüşdür. Təqsirləndirilən şəxs müvafiq məzmunlu iddiası «Baxış keçirilməsi haqqında» 11 iyun 2022-ci il tarixli protokola əlavə olunmuş videogörüntü ilə tamamilə təsdiq olunur. Belə ki, yuxarıda qeyd edildiyi kimi videoçəkilişdən açıq-aşkar görünür ki, çəkilişin 02:59-cu saniyəsindən 03:01-ci saniyəsindək olan hissəsində işığı sönülü olmuş otağın qapısından içəridə hərəkət edən işıq olması müəyyən edilir. Məhkəmə video-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evə axtarış keçirilməmişdən əvvəl narkotik vasitənin aşkar edildiyi otaqda kənar şəxslər olmuş, işığı sönülü olan otağın içərisində görünən qaraltı kölgə olmayıb kişi cinsinə məxsus şəxsin görüntüsüdür, həmin işığı sönülü olan otağın içərisində görünən işıq eyniləşdirilməsi mümkün olmayan düzbucaqlı formalı mənbədən şüalanır. İstintaq hərəkətindən göründüyü kimi narkotik vasitə və elektron tərəzi də məhz həmin otaqdan aşkar edilir. Buna görə də Təqsirləndirilən şəxs evində aşkar edilmiş narkotik vasitə və elektron tərəzinin kənar şəxs və ya şəxslər tərəfindən evinə qoyulması barədə dəlili əsaslı sayılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən “Məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur”. Həmin Məcəllənin 124.1.1 və 124.1.2-ci maddələrinə əsasən bu sübutlar “cinayət prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı”, “hadisənin cinayət hadisəsi olubolmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir”. Qanunun qeyd olunan normalarının əlaqəli təhlilindən görünür ki, cinayət prosesi tərəflərinin əldə etdiyi sübutun mötəbərliyi ilk olaraq onun cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə əldə edilməsi baxımından qiymətləndirilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qanunun qeyd olunan normalara əsasən məhkəmə kollegiyası hesab edir ki, 11 iyun 2022-ci ildə saat 19 radələrində Təqsirləndirilən şəxs yaşadığı evdən içərisində 3 ədəd bükümdə narkotik vasitə –heroin və 1 (bir) ədəd elektron tərəzinin götürülməsinə dair «Baxış keçirilməsi haqqında» 11 iyun 2022-ci il tarixli protokol iş üzrə sübut hesab olunmamalıdır. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəməkimyəvi ekspertizasının 12 iyun 2022-ci il tarixli 18/652 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar olunaraq götürülmüş heroinlər və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroin xarici görünüşlərinə və komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Bundan əlavə məhkəmə istintaqı zamanı yuxarıda qeyd edilən kütlələrin eynilik təşkil etməsinin daha dəqiq müəyyən edilməsi üçün təkrar məhkəmə fiziki-kimyəvi ekspertizası təyin edilmiş və həmin ekspertizanın 03 may 2023-ci il tarixli, 06/2107 nömrəli rəyində göstərilmişdir ki, infra qırmızı spektrometrik (İQS) və qaz xromatoqrafik kütlə -spektrla (QX- KS) üsullarla aparılmış tədqiqatlar nəticəsində Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar edilərək götürülmüş ümumilikdə 4 ədəd bükümdəki heroinlər xarici əlamtlərinə (rəngi, konsistensiyası) və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynilik təşkil edirlər. Nəzərə alsaq ki, Təqsirləndirilən şəxs evindən aşkar edilmiş kütlələrin ona aid olmadığı qənaətinə gəlinmişdir, belə olan halda sonuncun üzərindən aşkar edilmiş heroinin onun evindən aşkar edilmiş heroinlə eyni tərkibli olması cinayət işi üzrə mübahisəsiz hal olduğundan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinin də ona aid olmaması qənaətinə gəlməyə əsas verir. Buna görə də Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitənin polis əməkdaşı Şahid1 tərəfindən ona verilməsi və təzyiqlərə məruz qalması səbəbindən həmin narkotik vasitə ilə bağlı etirafedici ifadə verməsi ilə bağlı göstərdikləri də bir daha əsaslı sayılmalıdır. Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan da görünür ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və vaxtda ümumi təmiz çəkisi 1310,429 qram olmaqla külli miqdar təşkil edən narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, elektron tərəzi ilə 04 ədəd bükümlərə ayıraraq 03 ədəd bükümü yaşadığı evdə, 01 ədəd bükümü isə üzərində daşıyaraq saxlamışdır. Belə olan halda Təqsirləndirilən şəxs evindən aşkar edilmiş kütlələrin ona aid olmadığı qənaətinə gəlindiyi halda həmin kütlədən bir hissəsini, yəni 0,429 qram heroini ayırıb üzərində saxlaması həm məntiq baxımından, həm də işin faktiki halları baxımından ağlabatan deyildir. - ittihamın əsası kimi istinad edilmiş digər sübut növləri məhkəmə-fiziki kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 18\652 nömrəli, ambulator məhkəmə-narkoloji ekspertizasının 18 avqust 2022-ci il tarixli 4581 saylı rəyləri, istintaq hərəkəti protokolları, maddi sübut və cinayət işinin digər istintaq materiallarıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə fiziki-kimyəvi eksertizanın rəyi mövcud olan maddi sübutun narkotik vasitə olması faktını təsdiq edir, həmin narkotik vasitənin aşkar olunması isə narkotik vasitənin Təqsirləndirilən şəxs aid olması olması barədə nəticəyə gəlməyə kifayət etmir. Həmçinin məhkəmə-narkoloji ekspertizasının müvafiq rəyi də təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əzab çəkib-çəkmədiyini müəyyən edir. Cinayət işinin materiallarının 88-ci səhifəsində olan Şirvan ŞPŞ-nin verilmiş əməliyyat tapşırığına cavab olaraq daxil olmuş 13 iyul 2022-ci il tarixli, 305-1120-1120 nömrəli məktubda göstərilmiş keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs heroindən istifadəsi, eləcə də Şirvan şəhəri ərazisində həmin narkotik vasitənin satış ilə məşğul olması, lakin onun narkotik vasitə satdığı şəxslərin kimliyinin müəyyən etmək mümkün olmaması, bundan əlavə Təqsirləndirilən şəxs üzərində və evindən aşkar edilmiş narkotik vasitəni kimdən almasının müəyyən edilməməsi ilə bağlı qeyd edilənlərlə əlaqədar məhkəmə tərkibi qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyataxtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar Cinayət- Prosessual Məcəlləsinin 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 17-ci bəndində göstərilmişdir ki, əməliyyataxtarış tədbiri nəticəsində əldə olunmuş və yaxud əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməli, belə məlumat (məsələn, əməliyyat-qeydiyyat işində olan) tədqiq edildikdə isə məlumatın məxfiliyinin qorunması məhkəmə tərəfindən təmin edilməlidir. Məhkəmə tərkibi bildirir ki, hazırkı cinayət işi üzrə əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş və 13 iyul 2022-ci il tarixli, 305-1120-1120 nömrəli nömrəli məktubla istintaqa təqdim edilmiş həmin məlumatlar Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun şəkildə əldə edilmədiyindən, təqdim edilmədiyindən, məhkəmə nəzarəti qaydasında yoxlanılmadığından cinayət prosesində sübut kimi qəbul edilə bilməz. Eyni zamanda təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə qəbul olunan qərarda qəbul olunan qərar barəsində 48 saat müddətində məhkəməyə məlumatın verilməsi nəzərdə tutulsa da, cinayət işinin materiallarından bu hal, yəni məhkəməyə məlumatın göndərilməsi müəyyən edilmir. Habelə məhkəmə nəzarətini həyata keçirən məhkəmənin sözügedən əməliyyat-axtarış tədbirinin qanuniliyinə dair qəbul etmiş olduğu qərar da cinayət işinin materiallarına əlavə edilməmişdir. Heç belə bir qərarın mövcudluğu da müəyyən olunmur. Odur ki, istintaq orqanı tərəfindən yuxarıda qeyd edilən sübutlar təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qeyd olunsa da, məhkəmə hesab edir ki, Cinayət- Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin «məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır» tələblərinə əsasən bu kimi sənədlər və məlumatlar ittihamın mahiyyətinə aid olmadığından təqsirləndiriləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların onu döyüb zor tətbiq etməklə, eləcə də cinayət prosesual qanunvericiliyin tələbləri pozulmaqla əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Cinayət Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid ifadələri ilə iş üzrə toplanmış digər sübutlar arasında aradan qaldırılması mümkün olmayan şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayətprosessual qanunvericiliyin tələblərinin, həmçinin «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olar. Azərbaycan Respublikası Konstitusiyasının və Cinayət-Prosessual Məcəlləsinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin, istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən onun hüquqlarını kobud şəkildə pozaraq bütün şübhələri onun ziyanına təfsir etmiş və nəticədə qeyd olunan konstitusion və prosessual təminatların tələblərinə zidd olan qanunsuz və əsassız nəticəyə gəlmişdir. Bundan əlavə məhkəmə tərkibi qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 11-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 14-cü maddəsində öz əksin tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində «accusatio desiderat crimen» («ittiham cinayətin mövcudluğunu ehtimal edir») prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə «in dubio pro reo» («şübhə olduğu halda təqsirləndirilənin xeyrinə») prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyi-nəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Dorson Niderlanda qarşı», «Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı», «Lüdi İsveçrəyə qarşı», «Van Mexelen və digərləri Niderlanda qarşı» qərarlarında «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Həmin qərarlarda həmçinin məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Barbara, Messege və Yabardo İspaniyaya qarşı» şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiyası və Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. Cinayət Prosessual Məcəlləsinin 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası adından çıxarılır, qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan bir olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini nəzərdə tutur. Cinayət Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Cinayət Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə tərkibi ibtidai istintaq zamanı toplanmış və məhkəmə baxışında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli və ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyi üçün Təqsirləndirilən şəxs bəraət verilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verildiyi üçün onun haqqında seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və o, dərhal həbsdən azad edilməlidir. Məhkəmə baxışı zamanı məhkəmə-narkoloji ekspertizasının 18 avqust 2022-ci il tarixli 4581 saylı həmin rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Qeyd olunan bu ekspertiza rəyi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmalı olduğundan onun barəsində tibbi xarakterli məcburi tədbirlər təyin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası CPM-nin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Cinayət Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Cinayət Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Cinayət Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Cinayət Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə tərkibi hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şirvan ŞPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 1295,089 qram heroin cinayət işi üzrə materiala əlavə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X7 bəraət veriləcəyindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizası ilə bağlı 114 (bir yüz on dörd) manat (cild 1, iş vərəqə 45) məbləğində məhkəmə xərcinin aqibətinin müəyyən edilməmiş qalan cinayət törətmiş şəxsin cinayət təqibi məsələsinin həll ediləcəyi cinayət işi üzrə müəyyənləşdirilməli olması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs iş üzrə olan 30 (otuz) manat 40 (qırx) qəpik ekspertiza xərcininməhkəmə məsrəfinin ödənilməsindən azad olunmalı və həmin məbləğ dövlətə aid edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə tərkibi gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli və «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Məhkəmə tərkibi göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 21, 42, 51-2, 55, 346-347, 349-350, 352-354, 356-358, 384-385ci maddələrini rəhbər tutaraq H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. O, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən azad edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs iş üzrə olan 30 (otuz) manat 40 (qırx) qəpik ekspertiza xərcinin ödənilməsindən azad azad edilsin və həmin məbləğ dövlətə aid edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi çəkisi 1295,089 qram heroin və bir ədəd elektron tərəzi cinayət işi materialına əlavə edilməsi üçün Şirvan ŞPŞ-də saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar