Məhkəmə qərarları › İş №1(099)-51/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-51/2024

01.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-51/2024 01.03.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə, hakimlər – Nəbiyev Cəlil Cabbar oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X3, Təqsirləndirilən şəxs, onun müdafiəçisi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1971-ci ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Hacıqabul şəhəri, M.Müşfiq küçəsi, ev 79A-da daimi qeydiyyatda olmaqla Şirvan şəhəri, Vidadi küçəsi, ev 16-yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş oğlu- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sosial şəbəkədə tanış olduğu şəxsiyyəti məlum olmayan digər şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında qanunsuz olaraq ümumi təmiz çəkisi 729,08 qram olmaqla külli miqdar təşkil edən çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 20 yanvar 2023-cü il tarixdə gecə saatlarında «Mehti» adlı şəxsin Cəlilabad rayonu Fərzili kəndi ərazisinə qoyduğu yerdən əldə edib, daşıyaraq, Şirvan şəhər ərazisinə gətirdikdən sonra, həmin narkotik vasitə qurudulmuş marixuananın 83 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2,71 qram, 2,41 qram, 2,85 qram, 3,06 qram, 2,62 qram, 2,65 qram, 2 qram, 2,73 qram, 2,22 qram, 2,53 qram, 2,17 qram, 2,10 qram, 3,06 qram, 2,31 qram, 2,73 qram, 2,73 qram, 2,62 qram, 3,04 qram, 2,43 qram, 2,26 qram, 2,73 qram, 2,63 qram, 2,66 qram, 2,35 qram, 2,44 qram, 2,47 qram, 2,04 qram, 2,43 qram, 2,66 qram, 2,40 qram, 2,18 qram, 2,12 qram, 2,94 qram, 2,61 qram, 2,83 qram, 2,66 qram, 2,46 qram, 1,72 qram, 2,31 qram, 2,77 qram, 2,53 qram, 2,63 qram, 2,14 qram, 2,62 qram, 2,49 qram, 2,65 qram, 2,36 qram, 2,37 qram, 2,51 qram, 2,44 qram, 2,43 qram, 2,52 qram, 2,45 qram, 2,56 qram, 2,54 qram, 2,78 qram, 2,05 qram, 2,17 qram, 2,36 qram, 2,77 qram, 2,25 qram, 3,12 qram, 2,34 qram, 2,67 qram, 2,41 qram, 2,72 qram, 2,16 qram, 2,37 qram, 2,48 qram, 2,86 qram, 2,33 qram, 2,66 qram, 2,38 qram, 2 qram, 2,45 qram, 2,56 qram, 2,54 qram, 2,39 qram, 1,95 qram, 2,42 qram, 2,43 qram, 2,76 qram və 2,31 qram olmaqla, ümumi təmiz çəkisi 206,57 qramını tanışı X2 əvəzsiz saxlamaq məqsədilə vermiş, qalan 522,51 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın 520 qramını 01 ədəd sellofan torbada yaşadığı Şirvan şəhəri, Vidadi küçəsi ev 16 ünvanında gizlətməklə, 2,51 qram narkotik vasitə qurudulmuş marixuananı isə 01 ədəd kibrit qutusunda üzərində daşımaqla saxlamış və 29 yanvar 2023cü il tarixdə saat 12:30-da Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, Heydər Əliyev prospektində saxlanılaraq polis şöbəsinə aparılmış, üzərinə şəxsi axtarış aparılan zaman 2,51 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əynində olan ağ rəngli şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunda, əməliyyat tədbirinin davamı olaraq 520 qram çəkidə qurudulmuş marixuana isə həmin tarixdə polis əməkdaşları tərəfindən onun yaşadığı Şirvan şəhəri, Vidadi küçəsi ev 16 ünvanına baxış keçirilən zaman evinin yataq otağındakı televizorun altından 01 ədəd sellofan torbada 520 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 29 yanvar 2023-cü il tarixdə saat 12:30 radələrində tanışı Aqil Həsənovla birlikdə Şirvan şəhəri, H.Əliyev prospektində Şahid4 idarə etdiyi “Mersedes” markalı avtomobil ilə gələn zaman Şirvan ŞPŞ-nin polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmışdır. Saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən evinə baxış keçirilmiş və marixuana aşkar olunmuşdur. Evindən aşkar olunan marixuananı Mehdi adlı iranlıdan almışdır. Ümumilikdə həmin şəxsdən 750 qram marixuana almış, yarısını Aqil adlı tanışına istifadəsi üçün vermişdir. Marixuananı Aqilə satmamışdır. Öz evindən aşkarlanan marixuana bağlamada olmuş, 82 ədəd kibrit qutularında olan marixuana Aqildə olmuşdur. Mehdi ilə danışıqlarına əsasən marixuananı satıb 6500 manat pulu ona göndərməli olsa da, ona pulu göndərməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, marixuananı 20 yanvar 2023-cü ildə tanışı Aqillə birlikdə Cəlilabad rayonunun Fərzili kəndinin ərazisindən iranlı Mehdinin dediyi yerdən götürüb Şirvan şəhərinə qayıtmışlar. Aqil Hacıqabula getmişdir. Narkotiki təzə tikdirdiyi evdə gizlətmişdir. Səhərisi günü marixuananın yarısını Aqilə vermişdir ki, o, evində saxlasın və narkotikdən istiafadə də edə bilər. Mehti ona demişdir ki, göndərdiyi marixunanın qiyməti 6500 manatdır. Bir neçə gündən sonra Mehti narkotikin pulunu istəmişdir. Lakin heç kimə narkotik satmadığından iranlıya pul göndərə bilməmişdir. Mehti ilə əlaqəni kəsmişdir. Evindən aşkarlanan marixuananın çəkisi 520 qram deyil, 350 qram olmuşdur. Saxlanılarkən üzərində narkotik olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı iş üzrə dindirilmiş şahidlərin ifadələri, habelə tədqiq olunmuş ekspertizanın rəyləri, istintaq hərəkətinin protokolları, cinayət işində olan digər sənədlərlə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şirvan şəhər polis şöbəsinin Narkotiklərlə mübarizə qrupunun sabiq baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 29 yanvar 2023-cü il tarixdə Şirvan şəhər sakini Təqsirləndirilən şəxs və Hacıqabul rayon sakini Aqil Həsənovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Şöbənin polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış və birlikdə Şirvan şəhəri, Heydər Əliyev prospektinə getmişlər. Prospektdə olarkən Təqsirləndirilən şəxs və Aqil Həsənovun adı sonradan onlara məlum olan Şahid4 idarə etdiyi «Mersedes» markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmış və birlikdə Şirvan şəhər polis şöbəsinə aparılmışlar. Əvvəlcə vəkilin iştirakı ilə videoçəkilişlə Firudinin üzərinə şəxsi axtarış keçirilmiş, o, əynində olan ağ rəngli şalvarının sağ yan cibindən içərisində marixuana olan 1 ədəd kibrit qutusunu təqdim etmişdir. Şifahi sorğu zamanı Firudin bildirmişdir ki, narkotiki 20 yanvar 2023-cü il tarixdə tanımadığı iranlıdan əldə etmiş, narkotikin bir hissəsini Aqilə saxlamaq üçün vermiş, bir hissəsini isə yaşadığı evdə saxlayır. Bundan sonra vəkilin iştirakı ilə Aqilin üzərinə axtarış keçirilmiş, o, əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibindən içərisində qurudulmuş marixuana olan 1 ədəd kibrit qutusunu çıxarıb təqdim edərək Firudindən aldığını və evində də narkotik olduğunu bildirmişdir. Daha sonra vəkilin və Aqilin özünün iştirakı ilə onun yaşadığı Hacıqabul rayonu Muğan qəsəbəsindəki evinə baxış keçirilən zaman Aqil evinin yataq otağında olan paltar dolabındakı 82 ədəd kibrit qutusunu təqdim edib, həmin kibrit qutularında narkotik vasitə qurudulmuş marixuana olduğunu, narkotiki Firudinin ona verdiyini bildirmişdir. Bundan sonra, əməliyyat qrupu ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə yollanmışlar və onun razılığı ilə evə baxış keçirilmişdir. Baxış zamanı Firudin evin yataq otağındakı televizorun altında olan 1 ədəd sellofan torbanı təqdim edib, həmin torbada narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Avtomobilin sürücüsü Şahid4 üzərinə şəxsi axtarış, idarə etdiyi avtomobilə isə baxış keçirilən zaman hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatlar üzrə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə-bioloji ekspertizasının 30 yanvar 2023-cü il tarixli, 18/105 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kibrit qutusunda təmiz çəkisi 2,51 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı..” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen torbada təmiz çəkisi 520,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən götürülmüş ümumi çəkisi 522,51 qram olan marixuanalar eyni tərkiblidir. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə-bioloji ekspertizasının 30 yanvar 2023-cü il tarixli, 18/106 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...X1 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kibrit qutusunda təmiz çəkisi 2,71 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “...X1 yaşadığı...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 82 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2,41 qram, 2,85 qram, 3,06 qram, 2,62 qram, 2,65 qram, 2 qram, 2,73 qram, 2,22 qram, 2,53 qram, 2,17 qram, 2,10 qram, 3,06 qram, 2,31 qram, 2,73 qram, 2,73 qram, 2,62 qram, 3,04 qram, 2,43 qram, 2,26 qram, 2,73 qram, 2,63 qram, 2,66 qram, 2,35 qram, 2,44 qram, 2,47 qram, 2,04 qram, 2,43 qram, 2,66 qram, 2,40 qram, 2,18 qram, 2,12 qram, 2,94 qram, 2,61 qram, 2,83 qram, 2,66 qram, 2,46 qram, 1,72 qram, 2,31 qram, 2,77 qram, 2,53 qram, 2,63 qram, 2,14 qram, 2,62 qram, 2,49 qram, 2,65 qram, 2,36 qram, 2,37 qram, 2,51 qram, 2,44 qram, 2,43 qram, 2,52 qram, 2,45 qram, 2,56 qram, 2,54 qram, 2,78 qram, 2,05 qram, 2,17 qram, 2,36 qram, 2,77 qram, 2,25 qram, 3,12 qram, 2,34 qram, 2,67 qram, 2,41 qram, 2,72 qram, 2,16 qram, 2,37 qram, 2,48 qram, 2,86 qram, 2,33 qram, 2,66 qram, 2,38 qram, 2 qram, 2,45 qram, 2,56 qram, 2,54 qram, 2,39 qram, 1,95 qram, 2,42 qram, 2,43 qram, 2,76 qram və 2,31 qram, ümumi çəkisi 203,86 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş X1 üzərindən və yaşadığı evdən götürülmüş ümumi çəkisi 206,57 qram olan marixuanalar eyni tərkiblidir. Tədqiqata təqdim olunmuş Aqil Həsənovun üzərindən və yaşadığı evdən götürülmüş marixuanalar ilə Təqsirləndirilən şəxs üzərindən və evindən götürülmüş marixuanalar eyni tərkiblidir. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə-narkoloji ekspertizasının 17 fevral 2023-cü il tarixli, 897 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən periodik istifadə etmə halları olub. Lakin hal-hazırda, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və işdə olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 11 fevral 2023-cü il tarixli, 369 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs yalan danışmağa və özündən qondarma fikirlər söyləməyə pataloji meyl qeyd olunmur. Bununla yanaşı Təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədi ilə bilərəkdən yalan danışması və yaxud hadisələri təhrif etməsi mümkündür. İşdə olan «şəxsi axtarış və götürmə aparılması haqqında» 29 yanvar 2023-cü il tarixli protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman əynində olan ağ rəngli şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd Samsung markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. İşdə olan «baxış keçirilməsi haqqında» 29 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman evin yataq otağındakı televizorun altından 01 ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. İşdə olan “baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş mobil telefona baxış keçirilən zaman “Whatsapp” mobil tətbiqində Təqsirləndirilən şəxsla +**********10 saylı mobil telefon nömrəsinin istifadəçisi arasında narkotik vasitənin alqı-satqısı ilə bağlı yazışmalar, o cümlədən səs yazılarının olması müəyyən olunmuş, səs yazılarında Təqsirləndirilən şəxsla İran İslam Respublikası vətəndaşı arasında narkotik vasitənin satışından əldə olunmuş pulların göndərilməsi ilə bağlı danışıqların aparılması müəyyən olunur. “Whatsapp”mobil tətbiqində Təqsirləndirilən şəxsla +**********10 saylı mobil telefon nömrəsinin istifadəçisi arasında narkotik vasitələr əks olunan fotoşəkillərin göndərilməsi də müşahidə olunur. İşdə olan 4 may 2023-cü il tarixli qərarlardan görünür ki, həmin cinayət işindən X4 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə, İİR vətəndaşı “Mehti” adlı şəxs barəsində isə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işləri ayrılmışdır. İşdə olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan 4 may 2023-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarın 12-ci bəndinə əsasən 522,41 qram və 206,35 qram narkotik vasitələr qurudulmuş marixuanalar, habelə Təqsirləndirilən şəxs məxsus «Samsunq» markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün Şirvan şəhər polis şöbəsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlillər gətirərək üzərində narkotik vasitə olmadığını, evində aşkar olunan marixuananın çəkisi 520 qram deyil 350 qram olduğunu göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi xüsusatlara tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Məhkəmə Təqsirləndirilən şəxs üzərində aşkar olunan marixuananın ona məxsus olmaması, habelə evində 520 qram deyil, 350 qram marixuananın aşkar olunması ilə bağlı göstərdiyi xüsusatlar ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələri, videoçəkilişlə aparılan üzərinə «şəxsi axtarış və götürmə aparılması», «baxış keçirilməsi və götürmə» haqqında istintaq hərəkətinin protokolları, habelə məhkəmədə dindirilmiş çoxsaylı şahidlərin ifadələri və digər sübutlarla təkzib olunur. Məhkəmədə tədqiq olunmuş videoçəkilişlərdən də görünür ki, Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə üzərində olan bir ədəd bağlamada olan marixuananı təqdim edir. Habelə işdə olan məhkəmə-bioloji ekspertizanın rəyi ilə də onun evindən aşkar olunmuş qurudulmuş marixuananın çəkisinin 350 qram deyil 520 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərində olan narkotikin ona məxsus olmaması və evində 520 qram deyil 350 qram narkotikin olması ilə bağlı hər hansı bir dəlillər irəli sürmür. Eyni zamanda tədqiq edilmiş məhkəmə-bioloji ekspertizanın rəyi ilə də müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunan qurudulmuş marixuana ilə fərdi evindən aşkar olunmuş qurudulmuş marixuana eyni tərkiblidir. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs üzərində aşkar olunan marixuananın özünə məxsus olması və evində 350 qram deyil 520 qram qurudulmuş marixuananın aşkar olunması xüsusatları şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspertizanın rəylərini, “şəxsi axtarış və götürmə aparılması”, «baxış keçirmə və götürmə aparılması», ifadəsinin yerində yoxlanılması haqqında protokolları, videoçəkilişləri və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin üzərində aşkar olunan 2,51 qram qurudulmuş marixuananın ona məxsus olmaması və evindən 520 qram deyil 350 qram qurudulmuş marixuananın aşkar olunmasına dair gətirdiyi dəlillər əsassız hesab edilməlidir. Bununla da, təqsirləndirilən şəxs üzərində 2,51 qram və evində külli miqdarda- 520 qram qurudulmuş marixuananın aşkar edilməsi, habelə Təqsirləndirilən şəxs tanışı Aqil Həsənova saxlamaq üçün verdiyi və sonuncunun evindən 82 ədəd kibrit qutusunda qurudulmuş marixuanın aşkar edilməsi təqsirləndirilən şəxsin həqiqətən də narkotik vasitəni qanunsuz əldə etməsi, saxlaması, daşıması və satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan qurudulmuş marixuana narkotik vasitədir. Qurudulmuş marixuanın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir» «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən «Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır» Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması sübuta yetirilmiş və onun bu əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Buna görə də, ona həmin maddədə qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmaldır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə qənaətbəxş xarakterizə olunur. İşdə olan 13 mart 2023-cü il tarixli 46 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Hacıqabul şəhəri, M.Müşviq küçəsi79 A ünvanda qeydiyyatda olsa da, ünvan 3 təqdim olunmuş şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü Ağasafa Vəliyev və xx.xx.2006-cı il təvəllüdlü Əli Vəliyev Təqsirləndirilən şəxs oğul övladlarıdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. İşdə olan xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə CM-nin 234.4.1 və 234.4.3-cü maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Şirvan Şəhər məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.4.1 və 234.4.3-cü maddələri “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hallar əhalinin sağlamlığına ciddi zərər vurur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin olunmuş cəza çəkilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. CPM-nin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 29 yanvar 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Şirvan ŞPŞ-də saxlanılan ümumi çəkisi olan 522, 41 qram və 206,35 qram çəkidə narkotik vasitələr qurudulmuş marixuanalar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2 ədəd disk cinayət işində saxlanılmalı, “Samsunq” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49 manat 74 qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1. və 99-1.1.2. maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir.Cinayət prosessual qanunvericiliyinə əsasən mülki iddiaya miqdarından asılı olmayaraq cinayət işinin aid olduğu məhkəmədə, həmin işlə birlikdə baxılır (mad.187.1) Hazırkı cinayət işi üzrə isə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344–349, 351–353, 356, 358, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 29 yanvar 2023-cü ildən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Masallı RPŞ-də saxlanılan ümumi çəkisi olan 522,41 qram və 206,35 qram narkotik vasitə qurudulmuş marixuanalar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 2 ədəd “CD” disk cinayət işində saxlanılsın, 1 ədəd «Samsunq» markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49 manat 74 qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Müşfiq Məmmədov Hakimlər: Cavid Səfərli Cəlil Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar