Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-510/2022 19.10.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X6 oğlu və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1971-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvələr məhkum olunmuş, Ağcabədi rayonu Şənlik kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs külli miqdarda, yəni 6,357 qram çəkidə psixotrop maddə olan metamfetamini, həmçinin 1,024 qram çəkidə heroin və 4,96 qram çəkidə qurudulmuş marixuana narkotik vasitələri satış məqsədi ilə məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə edib daşıyaraq üstündə saxlamış, daxil olmuş məlumat əsasında 15 aprel 2022-ci il tarixdə saat 10:20 radələrində Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Ağcabədi şəhəri, S.Vurğun küçəsində şübhəli bilinərək saxlanılıb Ağcabədi RPŞ-nin inzibati binasına gətirilərək üzərinə kecirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sol cibindən üzərində «Pioneer» sözü yazılan plastik eynək qabının içərisində 1 ədəd kibrit qutusunda və iki ədəd selofan kəsiklərinin arasında kağız bukumlərdə ayrı-ayrılıqda 0,23 qram, 0,34 qram, 035 qram və 4,04 qram dörd bükümdə olmaqla ümumi çəkisi 4,96 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, ayrı-ayrılıqda 0,447 qram, 0,455 qram, 0,122 qram üç bükümdə olmaqla ümumi çəkisi 1,024 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ayrı-ayrılıqda 0,120 qram, 4,984 qram, 0149 qram, 0,130 qram, 0,807 qram, 0,083 qram və 0,084 qram yeddi bükümdə olmaqla ümumi çəkisi 6,357 qram küllü miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə günü saat 15 aprel 2022-ci il tarixdə Ağcadəbi şəhəri, yanacaqdoldurma məntəqəsi yaxınlığında süd, qatıq, yumurta satırmış, polis əməkdaşları oraya gələrək onu polis şöbəsinə aparmışlar, üzərində qanunsuz heçnə olmamış, polis əməkdaşları onun eynək qabına narkotik maddələr yerləşdirmişlər, onu şərləyərək məsuliyyətə cəlb etmişlər. Onun üzərində narkotik vasitə olmamış, narkotik vasitələrindən istifadə etmir. Günahı yoxdur, ona bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxsin məhkəmə baxışında və məhkəməyədək icraat zamanı verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğuna görə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur, həmin ifadədə o göstərmişdir ki, təxminən 2-3 aydır ki, narkotik vasitə istifadə edir, 2022-ci ilin aprel ayının əvvəllərində Ağcabədi rayonu Şənlik kəndi yaxınlığında piyada gəzən zaman yerdə qara rəngli eynək qabını və içərisindəki bükümlərdə olan narkotik vasitə heroini, marixuananı və eləcədə psixotrop maddə olan metamfetamin tapmış və özü istifadə etmək üçün götürmüşdür. xx.xx.2022-ci il tarixdə təxminən saat 10 radələrində Azğcabədi şəhərində S.Vurğun küçəsi ilə piyada gəzən zaman mülkü geyimdə olan bir neçə polis əməkdaşının ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona üzərində narkotik vasitə və psixotrop maddə saxlamağında və dövriyyəsində şübhəli olduğunu demiş və polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyərək polis şöbəsinə gəlmişdir. Polis şöbəsində olan zaman xidməti otaqların birində müdafiəçinin və polis əməkdaşlarının içtirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan qara rəngli gödəkcəsinin sol iç cibindən qara rəngli eynək qabını özü təqdim etmiş və həmin eynək qabının içərisində 3 büküm heroini, 7 bükümdə psixotorop maddə olan metamfetamini və 4 bükümdə olan qurudulmuş marixuananı ümumilikdə 14 bükümü polis əməkdaşlarına təqdim etmişdir. Sonra həmin maddələr qablaşdırılaraq götürülmüşdür. Polis əməkdaşları tərəfindən ona heç bir təzyiq edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin həm ibtidai istintaq, həmdə məhkəmə baxışı zamanı dindirilərkən ifadələrində göstərdiyi məlumatları tədqiq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zaman ifadəsində “üzərində narkotik vasitələr olmamış, polis həmin maddələri onun eynək qabına yerləşdirərək onu şərləyib məsuliyyətə cəlb etmişlər” sözlərini bildirmişdir, lakin ibtidai istintaq zamanı ifadələrində “2022-ci ilin aprel ayının əvvəllərində Ağcabədi rayonu Şənlik kəndi yaxınlığında piyada gəzən zaman yerdə qara rəngli eynək qabını və içərisindəki bükümlərdə olan narkotik vasitə heroini, marixuananı və eləcədə psixotrop maddə olan metamfetamin tapmış və özü istifadə etmək üçün götürmüşdür, xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmış, üzərində axtarış keçirilərkən həmin eynək qabının içərisində 3 büküm heroini, 7 bükümdə psixotorop maddə olan metamfetamini və 4 bükümdə qurudulmuş marixuana aşkar edilmişdir” sözlərini göstərmişlər. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində qeyd olunan xüsusatlar obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları ona cəza təyin edilməməsinə, başqa sözlə, cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Ağcabədi rayon polis şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 15 aprel 2022-ci il tarixdə Ağcabədi rayonu Şənlik kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satış məqsədilə üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olması barədə məlumat daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs həmin gün, Ağcabədi şəhəri S.Vurğun küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Orada müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş keçirilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış keçirilməzdən əvvəl sonuncuya üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol iç cibindən üzərində “PİONEER” sözü yazılan qara rəngli plastik eynək qabı çıxarıb stolun üzərinə qoymuş, eynək qabına baxış keçirilən zaman içərisində 1 ədəd kibrit qutusu, 1 ədəd qara rəngli sellofan büküm, 1 ədəd şəffaf rəngli sellofan büküm olduğu müəyyən edilmişdir. Bundan sonra əvvəlcə kibrit qutusuna baxış keçirilmiş, kibrit qutusunun içərisində ümumilikdə 5 ədəd olmaqla 4 ədəd kağız və 1 ədəd sellofan büküm olmuşdur. Həmin bükümlərə baxış keçirilərkən 2 ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə, 1 ədəd kağız bükümdə içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik maddə olan heroinə bənzər kütlə, 1 ədəd sellofan bükümdə içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik maddə olan heroinə bənzər kütlə və 1 ədəd kağız bükümün içərisində olan sellofan bükümdə içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik maddə olan heroinə bənzər kütlə olduğu aşkar olunmuşdur. Bundan sonra həmin qara rəngli plastik qabın içərisində olan 1 ədəd şəffaf rəngli sellofanın içərisinə baxış keçirilmişdir. Baxış zamanı həmin sellofan torbanın içərisində 3 ədəd kağız bükümdə hər birisinin içərisində yaşıl rəngli spesifik iyə məxsus marixuanaya bənzər kütlə, eyni zamanda 1 ədəd sellofana bükülmüş, bükülünün içərisində tünd yaşıl rəngli spesifik iyə məxsus marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Bundan sonra qara rəngli plastik qabın içərisində olan qara rəngli sellofan torba kəsiyinə bükülmüş bükülünün içərisinə baxış keçirilmişdir. Baxış zamanı həmin sellofan kəsiyin içərisində 1 ədəd sellofan bükümdə şəffaf kristal rəngli metamfetaminə bənzər kütlə, 3 ədəd kağız bükümdə şəffaf rəngli mütamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Bundan sonra aşkar olunmuş bükümlər qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar edilmiş həmin kütlələri tutulmamışdan əvvəl yaşadığı Ağcabədi rayonu Şənlik kəndi ərazisində piyada hərəkətdə olan zaman yerdən tapmış, öz istifadəsi üçün üzərində daşıyaraq saxlamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Ağcabədi rayon polis şöbəsinin əməkdaşları Şahid2 və Şahid4 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə məhkəmə kimyəvi-bioloji ekspertizasının 15 aprel 2022-ci il tarixli 18/432-433 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “..Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi – 0,447 qram, 0,455 qram, 0,122 qram, ümumi çəkisi 1,024 qram olan qəhvəyimtil rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,120 qram, 4,984 qram, 0,149 qram, 0,130 qram, 0,807 qram, 0,083 qram, 0,084 qram ümumi çəkisi 6,357 qram olan ağımtıl rəngli, kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,23 qram, 0,34 qram, 0,35 qram, 4,04 qram, ümumi çəkisi 4,96 qram olan kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narktoik vasitə qurudulmuş marixuanadır. Heroin – 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasnın Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (siyahı İ) daxildir. Metamfetamin – 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (siyahı İ) daxildir. Tədqiqatdan sonrakı qalıq: heroin 0,874 qram, metamfetamin 6,077 qram, marixuanna 4,88 qram təşkil edir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 63 (altmış üç) manat 90 (doxsan) qəpik təşkil edır. İş materiallarında olan 07 iyul 2022-ci il tarixli 958 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 24 may 2022-ci il tarixli 326 saylı məhkəmə-psixatriya ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən öz hərəkətlərini dərk etmək və ya hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. İş materiallarında olan 15 aprel 2022-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sol iç cibindən üzərində “Pioneer” sözü yazılan qara rəngli plastik qabın içərisindən heroin və qurudulmuş marixuana narkotik vasitələri, həmçinin metamfetamin psixotrop maddəsinə bənzər maddələr aşkar edilmişlər. İş materiallarında olan 08 iyul 2022-ci il tarixli «Qəbzdən» görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 158 (yüz əlli səkkiz) manat pul onun özünə qaytarılmışdır. İş materiallarında olan 15 aprel 2022-ci il tarixli protokolla Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Ağcabədi rayon məhkəməsinin 17 aprel 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 15 aprel 2022-ci il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Ağayev X3 Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2016-cı il tarixli hökmünə əsasən Azəbaycan Respublikası CM-nin 178.2.4, 263-1.3, 264-cü maddələri ilə təqsirli bilinib 5 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə Qaradağ rayon Məhkəməsinin qərarı ilə əməl Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən 178.1-ci maddəsinə tövsüf edilərək cəzası 02 il azaldılmış, xx.xx.2018-ci ildə Qaradağ rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-də dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli Qanun tətbiq edilərək AR CM-nin 178.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən və cəzadan azad edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2545 saylı Sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Məhkumuluğu yoxdur. İş materiallrında olan 20 may 2022-ci il tarixli Ağcabədi rayon X2 hüquqi şəxsin məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsində nevroloji və narkoloji kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan yaşayış yerindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Ağayev X4 rayonu, Şənlik kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından və yetkinlik yaşına çatmış oğlundan ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan «sübutların qiymətləndirilməsi haqqında haqqında» 16 iyul 2022-ci il tarixli qərarla ekspertiza tədqiqatından sonrakı qalıq 0,874 qram heroin narkotik vasitə, 6,077 qram psixotrop maddə metamfetamin və 4,88 qram qurudulmuş marixuanna maddi sübut kimi tanınmış saxlanılması üçün Ağcabədi Rayon Poli Şöbəsinin saxlanc kamerasına təhvil verilmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün ittiham verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddə metamfetamin “külli miqdar” kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olmasını, məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2016-cı il tarixli hökmü ilə təyin olunmuş 5 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilməmiş (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2545 saylı Sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad olunduğu vaxtdan şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdək olan vaxt) 3 (üç) il 11 (on bir) ay 3 (üç) gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəzaya tam toplanılmaqla qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub - Ağcabədi rayon Polis Şöbsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 0,874 qram heroin narkotik vasitə, 6,077 qram psixotrop maddə metamfetamin və 4,88 qram qurudulmuş marixuanna məhv edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 63 (altmış üç) manat 90 (doxsan) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, cəzasının çəkilmə müddətinin əvvəli 15 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2016-cı il tarixli hökmü ilə təyin olunmuş 5 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilməmiş 3 (üç) il 11 (on bir) ay 3 (üç) gün müddət Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəzaya tam toplansın və ona hökmlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il 11 (on bir) ay 3 (üç) gün müddət nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 aprel 2022-ci il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 63 (altmış üç) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış - Ağcabədi rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 0,874 qram heroin narkotik vasitə, 6,077 qram psixotrop maddə metamfetamin və 4,88 qram qurudulmuş marixuanna məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-510/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-510/2022
19.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver