Məhkəmə qərarları › İş №1(099)-511/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-511/2023

10.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-511/2023 10.07.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Neymanov İslam Əkrəm oğlunun sədrliyi, hakimlər X3 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, Əliyev Asif Xəlil oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi– Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında, videokonfrans əlaqə sistemindən istifadə edilməklə, vətəndaş Təqsirləndirilən şəxs – 01 avqust 1979-cu il tarixdə Əli- Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqıla yaşamış, xx.xx.2023-cü il tarixdə “şübhəli şəxs” qismində tutulmuş, barəsində xx.xx.2023-cü il tarixdə “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama, daşıma cinayət əməlini törəmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdar təşkil edən təmiz çəkisi- 2,249 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan “heroin”i 01 ədəd polietilen kəsiyi bükümündə qablaşdırılmış halda əynində olan göy rəngli qış gödəkçəsinin sol yan cibində, daşıyaraq saxlamışdır. 21 fevral 2023-cü il tarixdə, saat 13:50 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində Şirvan şəhəri, 1 May küçəsində yerləşən yaşadığı evin yaxınlığında hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman üzərində satış məqsədi olmadan qanunsuz saxladığı ümumi təmiz çəkisi- 2,249 qram narkotik vasitə olan “heroin” aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında, Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, ünvan 2 ünvanda ailə üzvləri ilə birlikdə yaşamışdır. O, hal-hazırda işləmir. Heç vaxt ruhi-əsəb xəstəliyi keçirməmiş və bununla bağlı müalicə almamışdır. O, uzun müddətdir ki, narkotik vasitə olan “heroin”dən istifadə edir. 20 fevral 2023-cü il tarixdə, axşam saatlarında Şirvan şəhərində yerləşən “Su İdarəsi”nin yaxınlığında yerdə 01 ədəd sellofan görmüş və həmin sellofan onun diqqətini cəlb etdiyi üçün onu yerdən qaldırıb içərisinə baxdıqda həmin vaxt sellofan bükümdə narkotik vasitə olan “heroin” olduğunu görmüşdür. Bu sabəbdən həmin sellofanı cibinə qoymuşdur ki, sonra istifadə edər. 21 fevral 2023-cü il tarixdə, saat 13:50 radəlarində Şirvan şəhəri, 1 May küçəsində yerləşən yaşadığı evin yaxınlığında hərəkət edərkən bir neçə nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim etmiş və polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları üzərində narkotik vasitələrin qanunsuz gəzdirilməsi ilə bağlı şübhəli olduğu üçün üzərində şəxsi axtarış aparacaqlarını demişlər. Həmin vaxt, ətrafda çoxlu sayda insan olduğu üçün, həmçinin onun üzərində “heroin” olduğu üçün o, şəxsi axtarış aparılmasına etiraz etmişdir. Bu zaman polis əməkdaşları onu polis şöbasinə dəvət etmiş və o, da buna etiraz etməyərək Şirvan şəhər polis şöbəsinə gəlmişlər. X2 bölməsində olarkan ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və o, həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil Kənan Əbdurahmanovu seçmişdir. Bundan br müddət sonra vəkil Kənan Əbudrəhmanov gəldikdən sonra üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Həmin vaxt, şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməyi taklif etdikdə, o, əynində olan göy rəngli qış gödəkçəsinin sol yan cibindən 01 ədəd sellofan bükümünü çıxarıb onu masanın üzərinə qoyub bildirmişdir ki, həmin sellofan bükümdə narkotik vasitə olan “heroin” vardır. Həmin sellofan büküm onun və digər iştirakçıların iştirakı ilə açıldıqda içərisində narkotik vasitə olan “heroin”ə bənzər kütlə olması müəyyən olunmuşdur. Həmin vaxt, polis əməkdaşları ondan həmin “heroin”ə bənzər kütləni haradan əldə etməyini soruşduqda, bildirmişdir ki, həmin kütləni 20 fevral 2023-cü il tarixdə axşam saatlarında Şirvan şəhərində yerləşan “Su İdarəsi”nin yaxınlığında yerdən tapmış və istifadə etmək üçün üzərində gəzdirmişdir. Daha sonra, polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış aparılmış, lakin qanunsuz heç bir əşya va ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Polis aməkdaşları ondan həmin kütləni haradan əldə etdiyini soruşduqda səmimi olaraq Şirvan şəhərində yerləşən “Su İdarəsi”nin yaxınlığında yerdə tapdığını və istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra polis əməkdaşına təqdim etdiyi kütlə ağ zərfə qablaşdırlmış, üzəri möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol vəkil, polis əməkdaşları və onun tərəfindən imzalanmışdır. Cinayət işi üzrə təsvir olunan xüsusatlarla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etirafından başqa iş üzrə toplanmış aşağıdakı təkzibedilməz sübutlarla da tam təsdiq olunmuşdur. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2021-ci ildən etibarən Şirvan şəhər polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı rütbəsində xidmət edir. 21 fevral 2023-cü il tarixdə onun icraatına ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz yolla əldə etdiyi, narkotik vasitədən istifadə etməkdə, üzərində gəzdirməkdə və satışı ilə məşğul olmaqla şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Ona daxil olmuş əməliyyat məlumatı əsasında təxirəsalınmadan Təqsirləndirilən şəxs üzərində axtarış aparılması zərurəti yaranmışdır. Şirvan ŞPŞ-nin PPXB-nün polis nəfəri, polis baş serjantı X1 ilə birlikdə Təqsirləndirilən şəxs yeri tərəflərindən müəyyən edilərək 21 fevral 2023-cü il tarixdə, saat 13:50 radələrində Şirvan şəhəri, 1 May küçəsində saxlanılıb şəhər polis şöbəsinə gətirilmişdir. Şəhər polis şöbəsinin inzibati binasının otaqlarının birində videoçəkiliş vasitəsilə vəkilin və yuxarıda adı çəkilən polis əməkdaşının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmışdır. Həmin vaxt, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli kurtkanın sol yan cibindən 01 ədəd sellofan büküm aşkar olunmuş, həmin bükümə baxış keçirildikdə içərisində qəhvəyi rəngli, spesifik qoxulu narkotik vasitə olan “heroin”ə bənzər kütlənin olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə narkotik vasitə olan “heroin”ə bənzər kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, üzəri möhürlənmiş, sonra bu barədə təhqiqatçı Səxavət Garayev tərəfindən protokol tərtib olunmuş, həmin protokol onun, digər polis əməkdaşı, vəkil və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan “heroin”ə bənzər kütlənin barəsində ekspertiza rəyi alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şirvan Regional ekspertizası mərkəzinə təqdim edilmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Şirvan şəhər Polis Şöbəsinin PPXBnün polis nəfəri polis baş serjantı Şahid2 Şahid1 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan, “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli qış gödəkçəsinin sol yan cibindən 01 ədəd sellofan bükümdə narkotik vasitə olan “heroin”ə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan, məhkəmə-kimyəvi ekspertizasının 21 fevral 2023-cü il tarixli, 18/210 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «.... Təqsirləndirilən şəxs üzərindən...» sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə, təmiz çəkisi- 2,249 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan “heroin”dir. Cinayət işinin materiallarında olan, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023cü il tarixli, 2845 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs “Opioidlərin” qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserinda qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan, məhkəmə psixiatriya ekspertizasının xx.xx.2023cü il tarixli, 695 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik malumatlar və hal hazırkı psixiatrik müayinənin nəticələri və sair sübut edir. Belə ki, Təqsirləndirilən şəxs “Avvallor” psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı pisixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət hadisəsini törədərkən öz əməlini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməli barəsində Anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək va rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hazırda da hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək qabiliyyətindədir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, verilmiş əməliyyat tapşırığına cavab olaraq Şirvan şəhər polis şöbəsinin məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan “heroin”i haradan və hansı mənbədən əldə etməsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasının müəyyən edilməsi ilə bağlı bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, məxfi aqentlər təlimatlandırılmış, lakin Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir məlumat əldə olunmamışdır. Cinayət işinin materiallarında olan, “Şirvan şəhər mərkəzi xəstəxanas” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 235 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Şirvan ŞMP-nin narkoloji kabinetində "Tiryək akoloidlərin tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi" diaqnozu ilə qeydiyyatdadır. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 21 fevral 2023-cü il tarixdə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə “şübhəli şəxs” qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 22 fevral 2023-cü il tarixdə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs “təqsirləndirilən şəxs” qismində cəlb edilməklə ona ittiham elan edilmiş və həmin tarixdə onun barəsində Şirvan Şəhər Məhkəməsinin qərarı ilə 04 (dörd) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş yaşayış üzrə verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilimişdir. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən və məhkəmə hökümlərindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclsinin xx.xx.2021-ciil tarixli amnistiya qərarının 4-cü bandinə əsasən cazasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün qismən etirafedici şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, şahid ifadələri, “şəxsi axtarış və götürmə” haqqında protokol, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji və məhkəmə psixiatriya ekspertizalarının rəyləri, maddi sübutlar və rəsmi sənədlər, həmçinin iş üzrə toplanmış digər obyektiv sübutlarla tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal yoxdur. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayətin residivi cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə işin hallarını, cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş cinayətin xarakterini, onun törədilmə motivlərini, təqsirləndirilən şəxsi xarakterizə edən sənədləri tədqiq edib, sanksiyada nəzərdə tutulmuş cəzanın həddində Təqsirləndirilən şəxs azadlıqdan məhrum etməklə cəmiyyətdən təcrid olunmaqla islah və tərbiyə olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi və məcburi müalicəyə ehtiyacı olması haqda yuxarıda qeyd edilmiş ekspert rəyini nəzərə alaraq, təqsirləndirilən şəxsin müalicə olunması və yeni cinayət törətməsinin qarşısını almaq məqsədi ilə məhkəmə Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut qismində tanınmış– Şirvan şəhər polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi- 2,199 qram narkotik vasitə olan “heroin” məhv edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə keçirilmiş materialların məhkəmə ekspertizası tədqiqatının dəyərinə görə 49.74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat məbləğində məhkəmə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 344, 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsinə görə təqsirli bilinərək, 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəksin və cəza çəkməsinin əvvəli onun “şübhəli şəxs” qismində tutulduğu gündən, yəni 21 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın və o, hökm qanuni qüvvəyə minənədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut qismində tanınmış– Şirvan şəhər polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi- 2,199 qram narkotik vasitə olan “heroin” məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə keçirilmiş materialların məhkəmə ekspertizası tədqiqatının dəyərinə görə 49.74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat məbləğində məhkəmə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. X6 Cinayətlər Məhkəməsinin vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə 20 (iyirmi) gün müddətinə, məhkum Təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona verildiyi gündən, həmin müddət ərzində apellyasiya qaydasında şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar