Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-512/2023 03.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1975-ci ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, «Qarasu» əməliyyat şirkətində usta vəzifəsində çalışmış, məhkum olunmamış, Şirvan şəhəri, Neftçilər küçəsi ev 26-da qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, 22,210 qram qram narkotik vasitə heroini və 1,271 qram psixotrop maddə metamfetamini əldə edib, heroini 15 ədəd bükümlərə, metamfetamini isə 05 ədəd bükümlərə ayıraraq, üzərində və idarə etdiyi avtomobildə daşıyaraq saxlamış, 13 fevral 2023-cü il tarixdə saat 19 radələrində Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, M.Mirzəyev küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış aparılan zaman 01 ədəd bükümdə 1,036 qram narkotik vasitə heroin əynindəki şalvarın sağ yan cibindən, həmin tarixdə saat 20 radələrində idarə etdiyi “KİA” markalı, **-OA-*** qeydiyyat nişanlı avtomobilə baxış zamanı isə avtomobilin qabaq sol oturacağının altındakı karton qutudan 14 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,148 qram, 2,369 qram, 1,675 qram, 0,918 qram, 1,490 qram, 1,717 qram, 2,160 qram, 1,273 qram, 1,495 qram, 1,714 qram, 1,140 qram, 1,490 qram, 1,716 qram və 0,869 qram olan, eyni tərkibli narkotik vasitə heroin və 05 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,796 qram, 0,133 qram, 0,097 qram, 0,126 qram və 0,119 qram eyni tərkibli psixotrop maddə metamfetamin və üzərində heroin izləri olan 01 ədəd alışqan aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, ailəsi ilə şirvan şəhərində yaşayır. İyirmi beş ildir ki, “Qaqarsu” əməliyyat şirkətində hasilat şöbəsində usta vəzifəsində işləmişdir. Son vaxtlar narkotik vasitə olan nəşədən istifadə etmişdir. Lakin heroin və metamfetamindən istifadə etməmişdir. 13 fevral 2023-cü il tarixdə saat 19 radələrində Şirvan şəhəri M.Mirzəyev küçəsində idarə etdiyi avtomobilin yaxınlığında dayandığı zaman polis işçiləri tərəfindən saxlanılmışdır. Üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirməklə onu polis şöbəsinə aparmışlar. Onun avtomobilini İsmayıl adlı polis işçisi sürüb polis şöbəsinə aparmışdır. Həmin vaxt özü də avtomaşında olmuş və arxa oturacaqda əyləşmişdir. İsmayılın yanında, qabaq sağ oturacaqda isə polis işçisi Namaz oturmuşdur. Onun üzərində və avtomobilində heç bir narkotik vasitə olmamışdır. Ona işgəncə vermişlər. Polis işçisi Namaz tərəfindən şalvar cibinə narkotik vasitə qoyulmuşdur. Polis işçiləri ona demişlər ki, CM-nin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacaqdır. Ona görə də videoçəkiliş zamanı narkotik vasitənin özünə məxsus olması barədə ifadə vermişdir. Oğlu Nicat müharibədə iştirak etmişdir. Nəzərə alınmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində isə özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bildərək göstərmişdir ki, təxminən 1 ilə yaxın müddətdir ki, narkotik vasitə heroin və arabir də psixotrop maddə metamfetamindən istifadə etmişdir. “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu, özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxslə 2023-cü ilin fevral ayının əvvəllərində yazışan zaman narkotik vasitə heroin və psixotrop maddə metamfetamin lazım olduğunu demişdir. Həmin adını və soyadını bilmədiyi İran vətəndaşı kimi tanıdığı şəxs ona narkotik və psixotrop maddə satacağını demişdir. O, həmin şəxsdən əvvəllər də bir neçə dəfə sonuncu dəfə aldığı üsulla narkotik vasitə əldə etmişdir. Belə ki, 2023-cü ilin fevral ayının 10-da həmin şəxs “instaqram”da ona yazaraq narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Şirvan şəhəri 11 saylı məktəbin yaxınlığında şam ağaclarının altında polietilen torbada olduğunu və gedib götürməsini demişdir. Pulunu isə torbanı götürdüyü yerə qoymasını istəmişdir. İdarə etdiyi “KİA” markalı avtomobillə həmin yerə getmiş və həmin şəxsin dediyi yerdən həmin torbanı götürmüşdür. Torbanı açanda içərisində karton qutu və onun da içərisində dəqiq çəkisini bilməsə də 10 qramdan artıq olan bir ədəd sellofan bükümdə narkotik vasitə heroin və təxminən 1 qramdan artıq olan 1 ədəd bükümdə psixotrop maddə metamfetamin olduğunu görmüşdür. İranlı göndərdiyi heroin və metamfetaminə görə cəmi 150 manat pul verməli olduğunu bildirdiyinə görə 150 manatı sellofana büküb həmin yerə qoymuşdur. Təxminən 2 saat sonra həmin şəxs instaqramda ona yazaraq pulun çatdığını demişdir. Pulu oradan kimin götürməsindən və ona çatdırmasından məlumatı olmamışdır. Bundan sonra həmin heroin və metamfetamini xırda bükümlərə ayırmışdır. Heroin 15 ədəd büküm, metamfetamin isə 5 büküm təşkil etmişdir. O, həmin narkotik vasitə və psixotrop maddələri bükümlərə ayırmaqla öz istifadəsi üçün gündəlik dozanı aşmamamaq məqsədilə etmişdir. 13 fevral 2023-cü il tarixdə bükümlərdən birini götürüb cibində saxlamışdır ki, şərait olan yerdə istifadə edə bilsin. Həmin gün saat 19 radələrində Şirvan şəhəri M.Mirzəyev küçəsində idarə etdiyi avtomobilin yaxınlığında dayanmışdır. Bu zaman, üzdən tanıdığı, lakin adlarını bilmədiyi Şirvan şəhər Polis Şöbəsinin mülki geyimli əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsində şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış aparmaq istədiklərini bildirmişlər. O, üzərində narkotik vasitə, həmçinin başqa qanunsuz əşya olmadığını bildirmişdir. Polis əməkdaşları onu idarə etdiyi avtomobillə birlikdə polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Təhqiqat bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil X1. Bir müddət sonra vəkil İlqar Tapdıqov gəldikdən sonra üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Axtarış zamanı üzərindən şalvarının sağ yan cibindən bir ədəd bükümdə heroin aşkar olunmuşdur. O, üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu və tanımadığı İran vətəndaşından əldə etdiyini səmimi olaraq etiraf etmişdir. Aşkar olunan bükümdəki maddə bir ədəd içərisi boş zərfə qablaşdırılmışdır. Üzəri möhürlə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış aparılması ilə əlaqədar polis işçiləri tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Heç bir şikayəti və tələbi olmadığından tərtib edilmiş protokolu özü də imzalamışdır. Şəxsi axtarış zamanı idarə etdiyi avtomobildə də narkotik vasitə və psixotrop maddə olduğunu səmimi olaraq etiraf etdiyi üçün avtomobilinə də baxış keçiriləcəyi bildirilmişdir. O, baxış keçirilməsinə hər hansı bir etirazının olmadığını bildirmişdir. Bundan sonra idarə etdiyi “Kia” markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilə də baxış keçirilmişdir. Baxış zamanı qabaq sol oturacağın altında saxladığı karton qutuda 14 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin və 05 ədəd bükümdə psixotrop maddə metamfetamin və 1 ədəd alışqan aşkar edilmişdir. Aşkar edilmiş kütlələrin özünə məxsus olduğunu və həmin kütlələri də İran vətəndaşından əldə etdiyini bildirmişdir. Həmin kütlələr və alışqan bir ədəd boş zərfə qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı avtomobildən başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. Baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilərək ucadan oxunmuş, protokol doğru və düzgün tərib edildiyi üçün digər iştirakçılar kimi o, da imza etmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid kimi dindirilən Şahid1 göstərdi ki, Şirvan şəhər polis şöbəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 13 fevral 2023-cü il tarixdə Şirvan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq istifadə etməsi, üzərində və idarə etdiyi “Kia Serato” markalı avtomobildə saxlaması, həmçinin satışı ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Təxirəsalınmaz əməliyyat- axtarış tədbirləri həyata keçirilməklə Təqsirləndirilən şəxs 13 fevral 2023-cü il tarixdə saat 19 radələrində Şirvan şəhəri M.Mirzəyev küçəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə birlikdə Şirvan şəhər polis şöbəsinə gətirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə dəvət edilmiş müdafiəçinin və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya və ya vasitə aşkar edilməmişdir. Şəxsi axtarış aparılması ilə əlaqədar olaraq protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, əlavə və düzəliş edən olmamış, düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Ardınca Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Cerato” markalı avtomobilə baxış keçirilmişdir. Avtomobilə baxış zamanı Təqsirləndirilən şəxs qabaq sol oturacağın altında saxladığı qırmızı rəngli karton qutuda olan 14 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə bənzər maddəni, 5 ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər maddəni və 1 ədəd alışqanı təqdim etmişdir. Zaur aşkar edilmiş kütlələrin narkotik vasitə və psixotrop maddə olduğunu təsdiq etmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərin özünə məxsus olduğunu, üzərindən və avtomobildən aşkar edilmiş həmin kütlələri tanımadığı İran İslam Respublikası vətəndaşından əldə etdiyini bildirmişdir. Həmin kütlələr və alışqan bir ədəd boş zərfə qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı avtomobildən başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. Baxış keçirilməsi ilə əlaqədar olaraq protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, əlavə və düzəliş edən olmamış, düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə narkotik vasitə qoymamışlar, ona qarşı heç bir təzyiq və ya təsir göstərməmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşı Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. 13 fevral 2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynindəki şalvarın sağ yan cibindən 1 ədəd bükümdə narkotik vasitə heroinə kütlə və 1 ədəd “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. 13 fevral 2023-cü il tarixli avtomobilə baxış keçirilməsi haqqında protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “KİA” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin qabaq sol oturacağının altındakı karton qutudan 14 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə, 05 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə və 01 ədəd alışqan aşkar edilərək götürülmüşdür. Materialların məhkəmə ekspertizasının 14 fevral 2023-cü il tarixli, 18/172 nömrəli rəyinindən görünür ki, Təqsirləndirilən şəxs üzərindəngötürülmüş 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,036 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşından götürülmüş 1 ədəd kiçik karton qutuda, 14 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 1,148 qram, 2,369 qram, 1,675 qram, 0,918 qram, 1,490 qram, 1,717 qram, 2,160 qram, 1,273 qram, 1,495 qram, 1,714 qram, 1,140 qram, 1,490 qram, 1,716 qram, 0,869 qram- ümumi təmiz çəkisi 21,174 qram olan maddələr kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə heroindir. Həmin karton qutunun içərisində 5 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,796 qram, 0,133 qram, 0,097 qram, 0,126 qram, 0,119 qram- ümumi təmiz çəkisi 1,271 qram olan maddələr kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamindir. Həmin karton qutunun içərisində 1 ədəd alışqanın üzərində narkotik vasitə heroinin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric mikroçəki) onun miqdarını və digər maddələrlə eyniliyini müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş olunmuş Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 bükümdə və avtomobilindən götürülmüş 14 bükümdə, ümumi çəkisi 22,210 qram olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Məhkəmə-narkoloji ekspertizasının 12 may 2023-cü il tarixli, 2848 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixiatrik ekspertizasının 15 aprel 2023-cü il tarixli, 1025 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinayəti törədən zaman xroniki psixi xəstəlik, psixi faəliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir, cinayəti törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onu idarə etmək iqtidarında olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrini təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallpında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Ailə tərkibi haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaq yoxdur. Yaşayış yerindən verilmiş eyni tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmaması göstərilmişdir. «Şirvan Şəhər Mərkəzi Xəstəxanası» Publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 210 saylı arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs ruhi-əsəb və narkoloji kabinetdə qeydiyyatda yoxdur. Bakı İstintaq Təcridxanasından daxil olmuş, Təqsirləndirilən şəxs adına olan tibbi kitabçanın surətindən görünür ki, o, xx.xx.2023-cü il tarixdə təcridxanaya daxil olarkən tibbi müayinə zamanı onun bədən təhi üzərində heç bir xəsarət aşkar olunmamışdır. Həmçinin özü də şikayətinin olmadığını bildirmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs oğlu X7 müharibəsində, Azərbaycan Respublikası ərazisinin işğaldan azad olunmasında iştirak etmiş və «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif olunmuşdur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda- 22,210 qram narkotik vasitə heroini və 1,271 qram psixotrop maddə metamfetamini əldə edərək üzərində və idarə etdiyi avtomobilində saxlamaqla daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs 13 fevral 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində və avtomobilində heç bir narkotik vasitənin olmaması, polis işçiləri tərəfindən ona işgəncə verilməsi, polis işçisi Namaz tərəfindən şalvar cibinə narkotik vasitə qoyulması barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-səmimi və qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və idarə etdiyi avtomobilə baxış keçirilməsi zamanı aparılmış və məhkəmə baxışında nümayiş etdirilmiş videoçəkilişdən məlum olur ki, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və avtomobilinə baxış keçirilməsi zamanı o, həm üzərində, həm də avtomobilində aşkar olunan narkotik vasitələrin özünə məxsus olmasını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasından iki gün sonra, yəni xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına qəbul olunarkən tibbi müayinə zamanı heç bir şikayətinin olmadığını göstərmiş və onun bədəni üzərinə hər hansı xəsarət aşkar olunmamışdır. Beləliklə də, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən döyülməsi, işgəncəyə məruz qalması müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs oğlu X6 müharibəsinin iştirakçısı olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 13 fevral 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CMnin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalı, Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 21,460 qram narkotik vasitə heroin, 1,021 qram psixotrop maddə metafetamin və 01 ədəd alışqan məhv edilməlidir. Ekspertiza xərci 49 manat 74 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-cimaddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) il ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 13 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi əsübut kimi tanınmış iki ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın, Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 21,460 qram narkotik vasitə heroin, 1,021 qram psixotrop maddə metafetamin və 01 ədəd alışqan məhv edilsin. Ekspertiza xərci 49 (qırz doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-512/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-512/2023
03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver