Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-514/2024 14.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: - Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi - Hüseynli Misrabim Məmməd oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət X2 prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə2 və müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 24 fevral 2006-cı ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, Sabirabad rayonu, Güdəcühur qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi PX-nin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat materialına Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusundan əziyyət çəkməklə psixi pozuntunun dekompensasiya halına keçərək disforik hal yaratması nəticəsində yaranmış psixi xəstəlik səbəbindən öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəli nəticələrini dərk etmək və onları idarə etmək qabiliyyətində olmadığı halda 25 oktyabr 2023-cü il tarixdə, saat 13 radələrində yaşadığı Sabirabad rayonu, Güdəcühür qəsəbəsində, qəsəbə sakini Zərərçəkmiş şəxs ilə sonuncunun onun ünvanına nalayiq ifadə işlətməsi və təhqir etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı üzərində olan soyuq silah hesab edilməyən, məişət təyinatlı bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir dəfə vurmaqla sonuncuya qarnın ön sağ hissəsində sağ məmə xətti üzrə göbək səviyyəsində qarın boşluğuna keçən, böyük piyliyi, nazik bağırsağı və yoğun bağırsağın müsaqirəsini yaralayan, yetirilən anda həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə baxışında dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, baş vermiş hadisəni tam xatırlamır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs hadisədən təxminən 3-4 ay sonra öz anasıyla onun yaşadığı qəsəbədə yaşamağa başlamışlar. Qəsəbədə ona o və digər yaşlılar onun qardaşının çəpərinə yaxın yerdə yığışıb həmişə “domino” oynamışlar. Samir də dəfələrlə onların yanında olmuş, Samirin danışığında kobudluq hiss etmiş, bir neçə dəfə ona “buradan get” demiş, Samir də həmişə çıxıb getmişdir. 25 oktyabr 2023-cü il tarixdə, saat 13 radələrində yenə də qəsəbədə Şahid2, Ramiz və Rasimlə domino oynamış, həmin vaxt ətrafında başqa adamlar da olmuşdur. Belə ki, həmin şəxslər də oyun bitdikdən sonra özlərinin oynamaq növbələrini gözləmişlər. Həmin vaxt Samir onların yanına gəlib Rasimə “qapımız sınıb onu düzəldərsən?” demiş, Rasim isə ona “Surxay düzəldər” demişdir. O, isə bu işi görə bilməyəcəyini bildirmiş, sonra isə Təqsirləndirilən şəxs “Əşrəf babam ilə gedərik” demiş, Əşrəf də “mənlik deyil” demişdir. Həmin vaxt Samir onların yanında olan iki azyaşlı uşaqlara nalayiq ifadələr işlətmiş, buna görə də o, Təqsirləndirilən şəxs “çıx get burdan, o nə sözdü işlədirsən!” demişdir. Təqsirləndirilən şəxs isə ayağa qalxıb ona “sən ağsaqqal adamsan sənə hörmət eləyirəm” deyib ona qarşı da nalayiq ifadə işlətmiş, buna görə ayağa qalxıb onun üzərinə getdikdə Samir əyilib yerdən bir daş götürüb ona doğru atmış, həmin daş sinə nahiyəsinə dəymişdir. O, Samirin üzərinə yenidən onu tutmaq məqsədi ilə getdikdə ona çatmamış, lakin Samir yerə yıxılmışdır. Ətrafdakılara su gətirməsini demiş, Samirin üzünə su vurmuşlar. Samir oyandıqdan sonra ona xəstə olduğu halda buraya niyə gəldiyini və özünün evə gedə bilibbilməyəcəyini soruşmuşdur. Ətrafdakılar da onun özünü yaxşı hiss etdiyini və gedə biləcəyindən əmin olduqdan sonra Təqsirləndirilən şəxs evinə yola salmışlar. Bu hadisədən bir neçə dəqiqə sonra Samirin anasıyla gəldiyini görüb ayağa qalxmış, Samirin anasına nə desə də cavab verməyəcəyini düşünmüşdür. Samir və anası onların yanına çatdıqda sonuncu “uşaqla nə işiniz var?” deyə soruşmuş, o, da həmin şəxsə onunla işlərinin olmadığını, uşaq xəstə olduğu halda onu niyə çölə buraxdıqlarını soruşmuşdur. O, danışarkən Təqsirləndirilən şəxs onun yanına yaxınlaşmış, həmin vaxt əlində olduğundan “domino” oynamışdır. Samirin anası ona başı ilə işarə etdikdən sonra Samir ona bıçaq zərbəsi endirmiş lakin o, bıçaqlandığını hiss etməmiş və Samirə “nə olub?” demişdir. Samirin əlində bıçağı gördükdən sonra sonuncunun onu bıçaqla vurduğunu anlamışdır. Samirin onu orada bıçaqlamağa hünəri çatmazdı, lakin Samir evdə öyrədilib gətirildiyindən belə şey etmişdir. Yəqin ki, anası ona demişdir ki, “Get, mən də səninlə gələcəm, fürsət olan kimi sənə işarə etdiyimdə bıçaqlayarsan”. Təqsirləndirilən şəxs əlindən bıçağı kimin aldığını yaralı olduğu üçün xatırlamır. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, əslən Cəbrayıl rayonundandır və məcburi köçkün kimi Güdəcühür qəsəbəsinə yerləşmişdir. Əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. Qəsəbədə təxminən 6-7 il olar ki, yaşayır. Təqsirləndirilən şəxs təxminən hadisədən 5-6 ay əvvəl qəsəbəyə yerləşmişdir. Onların qəsəbəyə yerləşdiyi müddət ərzində onlara əlaqəsi olmamış, Samirin valideyinlərini üzdən tanımışdır. Samirin atasını tanımamış, anasını və bir qardaşını tanımış, 25 oktyabr 2023cü il tarixədək Samirlə və ailə üzvləri ilə heç bir əlaqəsi olamışdır. Onlar “domino” oynadığı yerə Samir əksər hallarda gəlib özü üçün danışmış, Samirin xəstə olduğunu bilməmiş, bu barədə ona heç kim deməmişdir. Hadisədən əvvəl Samirə “bura gəl” dedikdən sonra o, huşunu itirmişdir. Samirin anası ona kobud söz deməmişdir. Onu vurması üçün Samirə anasının başı ilə işarə etdiyini görmüşdür. Domino oynayarkən yanında təxminən 10 adam olmuşdur. Samir anası ilə gəldikdə hər iki əli cibində olmuşdur. Təqsirləndirilən şəxs anasının gözü önündə onu bıçaqlamışdır. O, Samiri təhqir etməmiş, Samir uşaqlara nalayiq söz işlətdikdən sonra ona “o, nə sözdü deyirsən? Dur cəhənnəm ol burdan” demişdir. Samir ona bir bıçaq zərbəsi vurmuşdur. Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş qaydada cəza çəkməsini istəyir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, 25 oktyabr 2023-cü il tarixdə, saat 16 radələrində tövlədə heyvanlar üçün yem qoyarkən küçədə səs eşidib çölə çıxıb hadisə yerinə gəlmiş, orada narazılığın olduğunu görsə də, problemin nədə olduğunu bilməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs evinə yola salmışlar. O, Samiri tanımışdır. Samir də onların yaşadığı qəsəbədə yaşamış, səhhətində problem olduğu üçün bir neçə dəfə uşaqlara hücum etmiş, hətta bir uşağın baş nahiyəsinə xəsarət yetirmiş, hadisədən bir neçə saat əvvəl başqa bir uşağın evinə onu bıçaqlamaq məqsədi ilə getmiş, ümumiyyətlə cəmiyyət üçün yararsız bir insan olmuşdur. Samiri evə yola saldıqdan sonra ağsaqqallar yenədə “domino” oynamağa davam etmişlər, o, da onların yanında olmuşdur. Az sonra Samir anasıyla birlikdə onlara yaxınlamış və nalayiq sözlər deməyə başlamışdır. Orada olan şəxslər Samirin anasını sakitləşdirib problemin onun uşağında olduğunu bildirmişlər. Samirin anasını sakitləşdirərkən Samir kənarda dayanmışdır. Lakin Samir anasıyla yaxınlaşdıqda əlləri cibində olmuşdur. Anası çıxıb gedərkən çox güman ki, anası ona işarə etmiş, Samir də ayaq üstə durmuş əmisi Surxayı gözləmədikləri anda bıçaqla zərbə endirməyə başlamışdır. O, Samirin əmisinə yumruq vurduğunu zənn etmiş və vurub ürəyini sakitləşdirməsini, sonra gedəcəyini düşünmüşdür. Lakin Samirin sağ əli ilə bıçaq zərbəsi endirdikdən sonra, sol əliylə də bıçaq zərbəsi endirmək istədiyini görüb bıçağı Samirin əlindən almışdır. Sonra əmisini təcili yardımla xəstəxanaya aparmışlar, orada vəziyyətinin ağır olduğunu və əməliyyata aldıqlarını bildirmişlər. Şahid5 verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, Samirdə iki bıçaq olmuşdur. Samirin sağ əlindəki bıçağın sapını o, almış, tiyəsini də anası oradan götürüb evlərinə aparmışdır. Daha sonra onlar bıçağın sapını müstəntiqə təqdim etmişlər. İkinci bıçağı Samirin əlində zərbə endirmək istəyərkən görmüş, lakin sonradan görməmişdir. Təqsirləndirilən şəxs da psixi problem olmasını hiss etməmişdir. Hadisə vaxtı Samirin anasının nalayiq ifadələr işlətdiyini eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 oğlu ifadəsində bildirmişdir ki, 25 oktyabr 2023-cü il tarixdə, günorta radələrində yatmış, daha sonra yuxudan oyanıb evlərinin qabağında çay içib “domino” oynayan əmisigilin yanına getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs da oraya gəlib getmiş. Samirin “anamı çağıracam” dediyini eşitmişdir. Anası gəldikdən sonra nalayiq sözlər işlətmiş, bu sırada əmisi Surxay yerində oturmuş, Samir də əmisinin yanında dayanmışdır. Birdən əmisini Samirin bıçaqlamağa başladığını görmüşdür. Orada olan şəxslər Samirin əlindən bıçağı aldıqdan sonra əmisini xəstəxanaya aparmışlar. Şahid4 verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, Samirin anası nalayiq sözlər işlətmişdir. Hadisə vaxtı da yalnız Samirin anasının nalayiq sözlər işlətdiyini eşitmişdir. X3 anasına “bizə söz deyirsən lakin övladına tərbiyə verə bilmirsən” deyərkən əmisinə Samir də nalayiq söz demişdir. Samir iki bıçaq zərbəsi endirmişdir. Təqsirləndirilən şəxs üçüncü bıçaq zərbəsi endirmək istəməsini görməmişdir. Səhv etmirsə Samir də iki bıçaq olmuş, onlardan biri sınmış, digəri cibində qalmışdır. Lakin Samir də olan ikinci bıçağı görməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəyləri, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - 25 oktyabr 2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 13:35-də DİN-in 102 zəng xidmətindən daxil olmuş məlumatda göstərilmişdir ki, Şahid5 zəng edərək bir nəfər ruhi xəstə şəxsin əmisi Surxayı qarın nahiyyəsindən bıçaqlanması barədə məlumat vermişdir. (i.v. 03) - 25 oktyabr 2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 16:45-də Şirvan ŞMX-dən Sabirabad RPŞ-yə Zərərçəkmiş şəxs “qarın nahiyyəsinin kəsilmiş-deşilmiş yarası” diaqnozu ilə xəstəxanaya daxil olması barədə məlumat verilmişdir. (i.v. 4) - “baxış və götürmə aparılması” haqqında 25 oktyabr 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağın tiyəsi Qanuni nümayəndə1 Hüseyn qızı tərəfindən istintaqa təqdim edilmişdir. (i.v. 10-12) - “cinayət törətdikdə şübhə yarandıqda şəxsin tutulması haqqında” 25 oktyabr 2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 20:15 dəqiqədə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 23; 37) - “zərərçəkmiş şəxs qismində tanıma haqqında” 26 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v. 43) - “götürmə aparılması” haqqında 26 oktyabr 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs hadisə baş verən vaxt əynində olmuş paltarlar götürülmüşdür. ( i.v. 50-53) - “götürmə aparılması” haqqında 26 oktyabr 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağın sarı rəngli dəstək hissəsi Şahid5 tərəfindən istintaqa təqdim edilmişdir. (i.v. 58-60) - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 27 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə də nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( i.v. 71-72) - Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(056)-182/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (i.v. 87-90) - Təqsirləndirilən şəxs ilə əlaqədar xx.xx.2023-cü il tarixli qərarla iş üzrə kompleks stasionar məhkəmə-psixiatrik ekspertizası təyin edilərək Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin stasionar ekspertiza şöbəsinə yerləşdirilmişdir. (i.v. 110-112) - məhkəmə tibbi-bioloji ekspertizasının 25 yanvar 2024-cü il tarixli, 10/2024-MTBŞ saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus qolsuz mayka, qısaqol kofta üzərində olan ləkələrdə insan qanı aşkar edilmişdir. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda yalnız “A” antigeni alınmış, aqqlyutinin isə alınmamışdır. Bu qan ləkələri AB0 sistemi üzrə A beta /İİ/ qruplu şəxsə, o, cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Eksertizaya təqdim edilmiş bıçaq üzərində qana bənzər ləkələr aşkar olunmadı. (i.v. 142-146) - məhkəmə-tibbi kriminalistik ekspertizasının 24 yanvar 2024-cü il tarixli 16/MTKŞ- 2024 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus qısaqol koftanın və qolsuz maykanın hər birinin ön səthinin sağ yarısında bir ədəd deşilmiş-kəsilmiş zədə izləri vardır. Bu zədə ülgücü və küğü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Zərərçəkmiş şəxs məxsus paltarların üzərində olan deşilmiş-kəsilmiş zədənin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində hər hansı bir əlavə və dəyişiklik edilməmişdir. (i.v. 147-151) - məhkəmə-tibbi ekspertizasının 10 dekabr 2023-cü il tarixli, 845 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinə zamanı aşkar edilmiş xəsarətlər – qarnın ön sağ hissəsində sağ məmə xətti üzrə göbək səviyyəsində qarın boşluğuna keçən, böyük piyliyi, nazik bağırsağı, yoğun bağırsağın müsaqirəsini yaralayan bir ədəd yara kəsici-deşici bıçağın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. (i.v.152-155) - Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(056)-30/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 03 ay, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. (i.v. 160-162) - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs əynində olan üzərində kəsilmə-deşilmə izləri və qanabənzər ləkələr olan bir ədəd qara rəngli alt mayka, bir ədəd tünd göy rəngli kofta, Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyi bir ədəd sarı rəngli bıçaq dəstəyi, həmçinin bir ədəd həmin bıçağın tiyəsi iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Sabirabad RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. (i.v.163-164) - kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 11 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs “Epilepsiya mənşəli üzvü şəxsiyyət pozuntusu” müəyyən edilmiş, Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən “Epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusundan” əziyyət çəkmiş, onda müəyyən edilmiş psixi pozuntu dekompensasiya halına keçərək disforik hal yaranmışdır. Buna görə də Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığından törətdiyi əmələ münasibətdə anlaqsız hesab olunur. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusunun gedişində və hal-hazırda dekompensasiya vəziyyəti davam etdiyindən hazırki psixi vəziyyətinə görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törətməmişdən əvvəl, cinayət əməlini törədərkən və hazırda “epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusundan” əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs müəyyən edilən psixi xəstəliyə xas olan diqqətində dayanıqsızlıq (tez yayınıb, gecmərkəzləşməsi), təfəkkürün torpid olması, abstrakt anlayışların dərk edilməsinin nisbətən zəif çıxış etməsi, həmin anlayışları məhdud şəkildə şərh etməsi, qavrama prosesində lənglik, yaddaşında zəiflik, təfəkkürün ümumiləşdirmə və təhliletmə, proqnozlaşdırma prosesləri normadan aşağı olması, qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyillilik, inadkarlıq, hövsələsizlik, kinlilik, tez özündən çıxmaq, davranışında özünü idarəetmənin çatışmazlığı, konfiliktə və mübahisəyə meyillilik və s. kimi xarakterik xüsusiyyətlərə malikdir. Hadisə zamanı Təqsirləndirilən şəxsdə psixi emosional halında hirslilik yaranmış, həmin halın yaranması onda müəyyən edilən psixi pozuntu ilə şərtləşmişdir. O, özündə müəyyən edilən psixi pozuntu ilə əlaqədar iş üçün əhəmiyyətli halları düzgün qavramaq qabiliyyətinə malik olmamışdır. Təqsirləndirilən şəxs təlqinə qapılmağa və başqalarının təsiri altında hərəkət etməyə, həmçinin özündə uydurmağa meyillilik əlamətləri müşahidə edilməmiş, o, psixi pozuntu ilə əlaqədar etdiyi hərəkətlərin xarakter və mənasını anlamaq qabiliyyətinə malik olmamışdır. Təqsirləndirilən şəxs onda müəyyən edilən psixi pozuntu ilə əlaqədar yaranmış şəraitin mahiyyətini tam dərk etmək və davranışının mümkün nəticələrini görə bilmək qabiliyyətinə malik olmamışdır. (i.v. 166- 172) - 04 mart 2024-cü il tarixli qərardan görünür ki, Sabirabad Rayon Polis Şöbəsində «anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə» icraat başlanmışdır.( i.v.173-174) - Sabirabad Rayon Məhkəməsinin 15 mart 2024-cü tarixli, 4(056)-40/2024 nömrəli qərarından görünür ki, protokol təmin edilmiş, Sabirabad RPŞ-də Azərbaycan Republikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə Təqsirləndirilən şəxs prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. (i.v.182-184) - «təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» 26 aprel 2024-cü il tarixli qərardan görünür ki, anlaqsız vəziyyətdə cinayət törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişiklik edilərək barəsində həmin Məcəllənin 126.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmiş, həmin qərarla onun qanuni nümayəndəsi və müdafiəçisi tanış edilmişdir. (i.v.205-206) Məhkəmə istintaqı zamanı təyin edilmiş təkrar kompleks stasionar məhkəməpsixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 139 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs “Epilepsiya mənşəli üzvü şəxsiyyət pozuntusu” aşkar olunur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə “Epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusundan” əziyyət çəkmiş, həmin psixi pozuntu dekompensasiya halına keçərək disforik hal yaranmışdır. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də o, törətdiyi əməl barəsində anlaqsız hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyil. Təqsirləndirilən şəxs “Epilepsiya” xəstəliyi uşaq yaşlarından qıcolma tutmaları formasında özünü biruzə vermişdir. Onda “Epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusu”nun konkret nə vaxt yarandığını müəyyən etmək mümkün deyil. Yoxlanılan şəxsin əqli və psixi inkişafının qiymətləndirilməsi məhkəmə psixoloji ekspertizasına aiddir. Onun əqli inkişafında gerilik əlamətləri aşkar edilmədiyi kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 11 saylı rəyində göstərilmişdir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusunun gedişində və hal-hazırda dekompensasiya vəziyyəti davam edir. Onun hazırkı psixi vəziyyətinə görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs da xəstəliyi ilə əlaqədar özünə və başqa şəxslərə zərər yetirmə təhlükəsi vardır. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, məhkəmədə mübahisəsiz surətdə obyektiv olaraq təsdiq edilmişdir ki, cinayəti anlaqsız vəziyyətdə törətməklə Təqsirləndirilən şəxs hazırkı qərarın yuxarı hissəsində qeyd edilən əməli törətmişdir. Məhkəmə baxışı zamanı qəsdən digər şəxsin sağlamlığa ağır zərər vurmaqla Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi, Təqsirləndirilən şəxs cinayəti anlaqsız vəziyyətdə törətməsi və məhkəmə baxışı zamanı da anlaqsız vəziyyətdə olması, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac olduğu öz təsdiqini tapmışdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v 121) - Sabirabad rayonu İcra Hakimiyyəti Başçısının Güdəcühur kəndindəki köçkün düşərgəsi üzrə nümayəndəliyindən verilmiş 15 aprel 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi anası və qardaşından ibarətdir, yaşayış yeri üzrə mənfi xarakterizə edilmişdir. (i.v.191-192) «Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli, 8№-li qərarının 14-cü bəndində göstərilmişdir ki, cinayət qanununda nəzərdə tutulmuş əməlin şəxs tərəfindən anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirildikdə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi əsasları müəyyən edildikdə məhkəmə CM-in 21.1-ci maddəsinə əsasən onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edir. Bu zaman qərarın təsviri hissəsində məhkəmə tərəfindən tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmiş şəxsin törətdiyi əməlin halları, əməllərinə hüquqi qiymət verilməsi və qəbul edilmiş qərarın motivləri, nəticə hissəsində isə şəxsin cinayət məsuliyyətindən azad edilməsi və ona tətbiq edilən tibbi xarakterli məcburi tədbirin növü, habelə maddi sübutların taleyinin həlli göstərilməlidir. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinə əsasən məhkəmə tərkibi hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış və Sabirabad RPŞ-nin maddi sübutlar otağında saxlanılan hadisə baş verən zaman Zərərçəkmiş şəxs əynində olan üzərində kəsilmə-deşilmə izləri və qanabənzər ləkələr olan bir ədəd qara rəngli alt mayka, bir ədəd tünd göy rəngli kofta, Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyi bir ədəd sarı rəngli bıçaq dəstəyi, həmçinin bir ədəd həmin bıçağın tiyəsi qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verməklə hesab edir ki, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda göstərilən ittiham üzrə cinayət əməli törədilmişdir, həmin əməldə cinayət tərkibi vardır, bu əməl Təqsirləndirilən şəxs tərəfindən törədilmiş və o, cinayəti törədərkən anlaqsız vəziyyətdə olmuşdur. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs cinayəti anlaqsız vəziyyətdə törətdiyi üçün o, cinayət məsuliyyətindən və cəzadan azad edilməli, onun barəsində tibbixarakterli məcburi tədbirlər tətbiq olunmalıdır. Odur ki, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1-1.1, 93.2, 95.0.3 və 97.2-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs ixtisaslaşdırılmış tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsini zəruri hesab edir. «Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli, 8№-li qərarının 22-ci bəndində göstərilmişdir ki, tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üzrə icraatla əlaqədar verilmiş mülki iddia baxılmamış saxlanır və bu sonradan mülki mühakimə icraatı qaydasında həmin iddiaya baxılmasını istisna etmir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edildiyi şəxslərdən müdafiəçiyə hüquqi yardım göstərməyə görə xərclər tutulmur və bu xərclər dövlət büdcəsi vəsaiti hesabına ödənilir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri o, ixtisaslaşdırılmış psixiatriya stasionarına təhvil verilənədək dəyişdirilmədən saxlanılmalıdır. «Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli, 8№-li qərarının 23-cü bəndinə əsasən tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qəbul etdiyi qərar, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üzrə icraat aparılan şəxs, onun müdafiəçisi və qanuni nümayəndəsi, zərər çəkmiş şəxs və onun nümayəndəsi və ya prokuror tərəfindən apellyasiya qaydasında mübahisələndirilə bilər. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 52- 1, 348.2.1, 358, 383-385 və 477.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunsun. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış tipli psixiatriya stasionarlarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri o, 1 saylı Respublika Psixiatriya Xəstəxanasına məcburi müalicə başlananadək dəyişdirilmədən saxlanılsın. Qərar qanuni qüvvəyə mindikdən dərhal sonra Təqsirləndirilən şəxs 1 saylı Respublika Psixatriya Xəstəxanasına təhvil verilməsi Azərbaycan Respublikası Penitensiar Xidmətin Bakı istintaq təcridxanasına həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Sabirabad RPŞ-də saxlanılan hadisə baş verən zaman Zərərçəkmiş şəxs əynində olan üzərində kəsilmə-deşilmə izləri və qanabənzər ləkələr olan bir ədəd qara rəngli alt mayka, bir ədəd tünd göy rəngli kofta, Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyi bir ədəd sarı rəngli bıçaq dəstəyi, həmçinin bir ədəd həmin bıçağın tiyəsi qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərardan elan olunduğu, andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya protesti və şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya protesti və şikayəti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-514/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(099)-514/2024
14.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver