Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-516/2022 12.10.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, Ağayev Elmar Sakit oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Cəlilabad Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə Cəlilabad rayonu, Qarazəncir kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Cəlilabad rayonu, Qarazəncir kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 29, 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 27 aprel 2022-ci il tarixdə saat 19 radələrində əvvəllər də aralarında narazılıqlar olan həmkəndlisi Zərərçəkmiş şəxs yaşadığı Cəlilabad rayonu Qarazəncir kəndindəki fərdi yaşayış evinin yaxınlığında küçədə saxladığı “Vaz 21011” markalı avtomobilində tanışı Şahid1 ilə mübahisə edərkən buna görə ona iradını bildirən Zərərçəkmiş şəxsla aralarında mübahisə yarandığından avtomobili yolun əks tərəfindəki şam ağaclarının altına sürərək dayandırmış, həmin vaxt Zərərçəkmiş şəxsla aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı sonuncunun yaşadığı evin həyətindən təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən baltanı götürüb ona tərəf gəldiyini gördükdə avtomobilinin sürücü tərəfdə yerləşən ayaqaltı hissəsindən götürdüyü dəstəyi taxta materialdan olan zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən baltanı götürərək zərərçəkmiş şəxsi qəsdən öldürmək niyyəti ilə xüsusi amansızlıqla - sonuncunun azyaşlı övladı Şahid3 gözü qarşısında Zərərçəkmiş şəxs əvvəlcə baş nahiyəsinə əlində olan balta ilə bir dəfə vuraraq açıq kəllə-beyin travması, baş beyinin orta dərəcəli əzilməsi, sol təpə gicgah sümüklərinin basılmış qəlpəli sınığı, sol təpə-gicgah nahiyəsində epudural hemotoma və kəsilmişçapılmış yaradan vahid kompleks təşkil edən həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs aldığı zərbənin təsirindən yerə yıxıldıqdan sonra qalxaraq yaşadığı evinin həyətinə doğru gedərkən onun arxasınca qaçaraq həmin balta ilə sonuncunun bel nahiyyəsinə bir dəfə vurub sol bel nahiyəsində kəsilmiş-çapılmış yaradan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan YÜNGÜL zərərvurmaya aid xəsarətlər yetirdikdən sonra hadisə yerində olan şəxslərin mane olması nəticəsində yenidən zərərçəkmişi balta ilə vurmasının qarşısı alındığına görə və Zərərçəkmiş şəxs vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas edildiyindən, Təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmiş, bu hərəkətləri ilə o, Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə baş verdiyi gün-27 aprel 2021-ci il tarixdə saat 19 radələrində Qarazəncir kəndində tanışı Asiflə rastlaşmış, Asifi onun arxasınca danışdığı üçün onu danlamışdır. Həmin gün saat 19 radələrində Asifə onunla söhbətinin olduğunu bildirmiş, bundan sonra, Asif onun idarə etdiyi "Vaz 21011" markalı maşının ön oturacağına əyləşmiş, o da avtomobili köhnə Bakı- Ələt-Astara yolunun Qarazəncir kəndindən keçən hissəsi ilə üzü Biləsuvar rayonu istiqamətinə sürmüşdür. Maşını «Səbinə» şadlıq evinin qarşısında yolun kənarında saxlamış, Asiflə uca səslə söhbət etməyə başlamış və həmin vaxt maşının yan şüşələri açıq olmuşdur. Onun dayandığı yerdən yolun digər tərəfində isə Cəmilin evi yerləşir. Asiflə söhbət edən zaman uca səslə ondan arxasınca nə səbəbə görə danışdığını soruşmuşdur. Bu zaman Cəmil maşına yaxınlaşıb uca səslə danışmamalarını irad bildirib "gedin başqa yerdə söhbət edin" deyərək onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra Cəmillə mübahisələri düşmüş, Cəmil ona burada gözlə deyərək evlərinə tərəf getmişdir. O, Cəmilin getdiyini fikirləşib maşının mühərrikini hərəkətə gətirmək istəsə də, mühərriki işə sala bilməmişdir. Cəmilin əlində baltanı gördükdən sonra, öz maşınında saxladığı baltanı götürüb Cəmilin üstünə getmiş və ona başından balta ilə xəsarət yetirmişdir. Cəmil aldığı zərbədən yerə yıxılmış, sonra qaçaraq oradan uzaqlaşmaq istəmişdir. Cəmilin qaçdığını görüb onun arxasınca qaçaraq arxadan balta ilə onu vurmuş və belindən xəsarət yetirmişdir. Sonra maşını sürüb öz evinə gəlmişdir. Polis əməkdaşları gəlib onu şöbəyə aparmışlar. Cəmili balta ilə vurmaqda məqsədi onu qorxutmaq, özünü müdafiə etmək olmuşdur. Cəmili öldürmək niyyəti olmamışdır. Hadisə vaxtı Cəmilin azyaşlı oğlu Məhəmmədin orada olduğunu görməmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, tədqiq olunmuş ekspertizanın rəyləri, cinayət işində olan istintaq sənədləri və protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində 27 aprel 2021-ci il tarixdə saat 19 radələrində yaşadığı Qarazəncir kəndindəki evin həyətində işləyərkən evinin yaxınlığında olan «Səbinə» şadlıq sarayının qarşısında kiminsə uca səslə nalayiq sözlər işlətdiyini eşitmiş, əlindəki baltanı yerə atıb səs-küyə küçəyə çıxmış, Təqsirləndirilən şəxs maşında Asiflə uca səslə danışdığını görmüşdür. Çingizə evinin qarşısında söyüş söyməməyi və oradan uzaqlaşmağı demişdir. Çingiz onunla mübahisə etməyə başlamış, araya tanışı Kənan girmiş və onları sakitləşdirməyə çalışmışdır. Çingizi qorxutmaq üçün evdən baltanı götürmüş və düşünmüşdür ki, bəlkə Çingiz qorxub oradan gedər. Bu zaman Çingiz maşından baltanı götürüb onun üstünə gəlmiş və başından bir dəfə balta ilə vurmuşdur. Zərbədən yerə yıxılmış, Çingiz əlində balta ilə yenə də onun üstünə gəlmiş, dərhal yerdən qalxıb qaçmağa başlamış, Çingiz «səni öldürəcəm» deyərək onun arxasınca qaçmağba başlamış və baltanı arxadan atmış, balta kürəyinə dəymiş və xəsarət almışdır. Qaçaraq yaşadığı evin həyətinə girmiş, sonra xəstəxanaya çatdırılmış, orada uzun müddət müalicə almışdır. Zərərçəkmiş şəxs əlavə olaraq ifadəsində göstərmişdir ki, Çingiz onu balta ilə vurarkən azyaşlı oğlu Məhəmməd yanında olmuşdur. Çingiz onu öldürmək istəmişdir. Əgər hadisə yerindən qaçıb yaşadığı evin həyətinə girməsəydi Çingiz onu öldürəcək idi. Əlindəki balta ilə Çingizə xəsarət yetirməmişdir. Hazırda Çingizdən şikayətçidir, onunla barışmır və bağışlamır. Məhkəmə baxışında Lənkəran rayonu, İstisu qəsəbəsinin orta məktəbinin müəllimi X5 iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid3 ifadəsində göstərmişdir ki, 27 aprel 2022-ci il tarixdə saat 19 radələrində atası Cəmil həyətdə işləyərkən küçədə evlərinə yaxın yerdə kimsə uca səslə nalayiq sözlər işlətdiyini eşitdiyindən atası ilə birlikdə küçəyə çıxmış, evlərinin yaxınlığında olan «Səbinə» şadlıq sarayının qarşısında maşında oturan bir kənddə yaşayan tanışları Çingizin kiminləsə uca səslə söyüşlə danışdığını eşitmişdir. X8 söyüş söyməməyi və oradan uzaqlaşmağı demiş, Çingiz bundan qəzəblənmiş, atası ilə aralarında mübahisə baş vermiş, Kənan isə onları aralamışdır. Cəmil evdən baltanı götürüb çölə çıxmış və Çingiz istiqamətinə getmiş, Çingiz bunu gördükdə maşından baltanı götürüb Cəmilin üstünə getmiş və atasının başından bir dəfə vurmuş, atası yerə yıxılmış və başından qan axmış, sonra atası durub evlərinə tərəf qaçmaq istəyərkən Çingiz onun arxasınca qaçaraq baltanı arxadan atmış, balta atasının kürəyinə dəymişdir. Atası dərhal qaçıb evlərinə girmiş, Çingiz isə bunu gördükdə öz maşınına minib oradan uzaqlaşmışdır. Atası Cəmilin əlində balta olsa da, o, Çingizi vurmamışdır. Çingiz onun gözləri qarşısında atasını başından və kürəyindən balta ilə vurmuş, atasını öldürmək istəmişdir. Sonra atası vaxtında xəstəxanaya çatdırıldığından onun həyatını xilas etmək mümkün olmşdur. Atası uzun müddət xəstəxanada yatmış və müalicə almışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 27 aprel 2022-ci il tarixdə saat 19 radələrində yaşadıqları Qarazəngir kəndinin ərazisində tanışı Çingizlə görüşmüş, sonuncu ona irad bildirərək nəyə görə onun arxasınca danışdığını soruşmuşdur. Cavabında Çingizə hes kimin arxasınca danışmadığını deyərək onun maşınına qabaqda əyləşmişdir. «Səbinə» şadlıq sarayının qarşısında maşında Çingiz onunla uca səslə danışmağa başlamış, bu zaman yaxınlıqdakı evdən Cəmil çıxıb Çingizə «səs-küy yaratmayın, çıxın gedin başqa yerdə söhbət edin» demiş, Çingizin isə uca səslə danışmadığını bildirmişdir. Buna görə onların arasında mübahisə yaranmış, Cəmil evlərinə getmiş və əlində balta ilə Çingizin maşını istiqamətinə hərəkət etmiş, Kənan isə araya girərək onları sakitləşdirməyə çalışmışdır. Bu zaman Çingiz də baltanı götürüb maşından düşmüş və Cəmilin başından vurmuş, onun başından qan axmış və sonuncu yerə yıxılmışdır. Bundan sonra Cəmil yerdən qalxıb öz evi tərəfə qaçarkən Çingiz arxadan balta ilə kürəyindən onu vurmuş, Cəmil xəsarət almış və dərhal qaçıb evə girmiş, Çingiz isə maşına minib oradan uzaqlaşmışdır. Bu hadisə baş verərkən Cəmilin oğlu da olada olmuşdur. Münaqişə vaxtı Cəmil əlindəki balta ilə Çingizi vurmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş X6 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Çingizin Cəmili başından və belindən balta ilə vurub xəsarət yetirdiyini, Cəmilin Cingizin əlindən qaçıb qaçıb həyətlərinə girdiyini, münaqişə vaxtı Cəmil əlindəki balta ilə Çingizi vurmadığını göstərmişdir. Məhkəmədə tədqiq edilmiş 02 may 2022-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxs Çinğiz Bayramov hadisə yerinə çatdıqdan sonra avtomobili saxlatdırıb 27 aprel 2022-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs balta ilə vurmasını hadisə yerində ardıcıl olaraq əyani şəkildə göstərmişdir. Məhkəmədə tədqiq edilmiş 21 iyul 2022-ci il tarixli “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə mübahisələrinin yarandığı yeri, onun avtomobili dayandırdığı yeri, onun baş və bel nahiyəsindən xəsarət yetirdiyi yeri göstərmişdir. Məhkəmədə tədqiq edilmiş 08 iyul 2022-ci il tarixli Şahid3 ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə atası Cəmilin mübahisələrinin yarandığı yeri, avtomobili dayandırdığı yeri, Çingizin Cəmilə baş və bel nahiyəsindən xəsarət yetirdiyi yeri göstərmişdir. Məhkəmədə tədqiq edilmiş 14 iyul 2022-ci il tarixli Şahid1 ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs mübahisələrinin yarandığı yeri, avtomobili dayandırdığı yeri, Çingizin Cəmilə baş və bel nahiyəsindən xəsarət yetirdiyi yeri göstərmişdir. Məhkəmədə tədqiq edilmiş 27 aprel 2022-ci il tarixli «Hadisə yerinə baxış keçirilməsi» haqqında protokoldan görünür ki, hadisə yeri Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin yaxınlığında olan küçədir. Hadisə yerinin sağ tərəfində Səbinə şadlıq sarayı yerləşir. Eyni zamanda köhnə Bakı-Ələt-Astara magistral yolu keçir. Hadisə yerindən sol tərəfdə şam ağacları və Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evi yerləşir. Hadisə yerində və Zərərçəkmiş şəxs yaşadığı evin həyətində olan stolun üzərində qanabənzər ləkələr aşkar edilmişdir. Hadisə yerinə baxış zamanı iş üçün sübut əhəmiyyəti kəsb edən aşkar edilmiş 01 ədəd dəstəyi metaldan olan balta və 03 ədəd qanabənzər ləkələrdən nümunə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 488 №-li rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs açıq kəllə-beyin travması, baş beyinin orta dərəcəli əzilməsi, sol təpə-gicgah sümüklərinin basılmış qəlpəli sınığı, sol təpə-gicgah nahiyəsində epudural hematoma, sol təpə-gicgah nahiyəsində və sol bel nahiyəsində kəsilmiş-çapılmış yara müəyyən olundu, müəyyən olunan xəsarətlər çapıcı əşyanın, ola bilər ki, ekspertizaya təqdim olunan baltanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə açıq kəllə-beyin travması, baş beyinin orta dərəcəli, əzilməsi, sol təpə-gicgah sümüklərinin basılmış qəlpəli sınığı, sol təpə- gicgah nahiyəsində epidural hematoma, sol təpə-gicgah nahiyəsində kəsilmiş-çapılmış yara vahid kompleks təşkil edib həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Sol bel nahiyəsindəki kəsilmiş-çapılmış yara isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 294 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs sol said nahiyəsində 4 (dörd) ədəd kəsilmiş yara və 3 (üç) ədəd kəsilmiş səthi yara müəyyən olundu, müəyyən olunan xəsarətlər iti kənarları əşyanın əşyaların təsirindən törənmişdir, ekspertizaya təqdim olunmuş balta ilə törənmə nəticəsində əmələ gələ bilməsi mümkün deyildir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğundur, dərəcəsinə görə kəsilmiş yaralar sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Kəsilmiş səthi yaralar isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs aşkar olunan xəsarətlər onun bədəninin öz əli çatan nahiyəsində yerləşmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 28 iyun 2022-ci il tarixli, 280/2022 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: Balfa/H/(İİİ). Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: O(İ) (şəxsiyyət vəsiqəsinin kserosürətinə əsasən) Ekspertizaya təqdim edilmiş 03 ədəd cubuqlu pambıq tamponlar, 01 ədəd cubuqlu pambıq tampon, C.H. Bayramova məxsus qolsuz mayka, qısaqol köynək, cins şalvar, bir ədəd kəmər, Ç.Ə. Bayramova məxsus qolsuz mayka, uzunqol köynək və bir ədəd cins şalvar üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə 03 ədəd kosmetik cubuqlu pambıq tamponlarda, C.H. Bayramova məxsus qolsuz mayka, qısaqol köynək, cins şalvar, bir ədəd kəmər üzərində olan ləkələrdə yalnız H antigeni alındı. Bu qan ləkələri bir şəxsə məxsus olduğu halda Oalfa, beta (İ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. 4.Ekspertizaya təqdim edilmiş evinin həyətindən götürülmüş 01 ədəd çubuqlu pambıq tamponda, Ç.Ə. Bayramova məxsus bir ədəd uzunqol köynək, qolsuz mayka və cins şalvar üzərində "B" və "H" antigenləri alındı. Aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri bir şəxsə məxsus olduğu halda Balfa (H) /İİİ/ qruplu Təqsirləndirilən şəxs məxsus ola bilər. Lakin ləkələrdə qanın qarışıq olduğu halında isə həmçinin Oalfa,beta (İ) qruplu Zərərçəkmiş şəxs qarışıq qanının olması da inkar olunmur. Ekspertizaya təqdim edilmiş sapı taxtadan olan baltada zəif intensivlikli qan aşkar olundu. Bu ləkələrdə zülal aşkar olunmadığı üçün qanın növünü təyin etmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş sapı dəmirdən olan baltada qan aşkar olunmadı. Məhkəmədə tədqiq edilmiş məhkəmə lifli-materialların ekspertizasının 6/265 №-li 06 iyun 2022-ci il tarixli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 N-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın üzərindən aşkar edilmiş tünd boz rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs Hüseynqulu oğluna məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus tərkib liflərindən yoxdur. Məhkəmədə tədqiq edilmiş məhkəmə tibbi-kriminalistik ekspertizasının 228/MTKŞ- 2022 №-li, 28 iyun 2022-ci il tarixli rəyində göstərilmişdir ki, təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın, koftanın və şalvarın hər birinin arxa səthinin sol yarısının aşağı hissəsində bir ədəd zədə var. Bu zədələr kəsilmiş zədə olub, hər hansı iti alətin kəsici kənarının təsirindən törənməyə uyğun gəlir, o cümlədən ekspertizaya təqdim edilmiş taxta dəstəkli baltanın tiyəsinin kəsici kənarının təsirindən törənməsinin mümkünlüyü inkar edilmir. Zərərçəkmiş şəxs məxsus şalvarın arxa səthinin sol yarısında bir ədəd zədə var. Bu zədə cırılmış zədədir, küt mexanizmdən, paltarın həmin nahiyəsinin dartılması nəticəsində törənməyə uyğun gəlir. Zərərçəkmiş şəxs məxsus kəmərin üzərində zədə aşkar edilmədi. Zərərçəkmiş şəxs məxsus maykanın, koftanın və şalvarın hər birinin arxa səthində olan zədə ilə onun bədəninin sol bel nahiyəsində olan xəsarət yerləşməsinə görə bir-biri ilə uyğunluq təşkil edir. Zərərçəkmiş şəxs bədən səthində olan digər xəsarətlər, onun bədəninin paltarlarla örtülü olmayan açıq nahiyəsində (baş nahiyyəsində) yerləşir. Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus uzunqol köynəyin sol qolunun arxa səthində iki ədəd, qolsuz maykanın arxa səthinin yuxarı hissəsində bir ədəd zədə var. Bu zədələr cırılmış zədələrdir, küt mexanizmdən, paltarın həmin nahiyələrinin dartılması nəticəsində törənməyə uyğun gəlir. Təqsirləndirilən şəxs məxsus şalvarın və bir cüt corabın üzərində zədə aşkar edilmədi. Təqsirləndirilən şəxs məxsus paltarların üzərində onun bədən səthində aşkar edilmiş xəsarətlərə uyğun zədələr həmçinin uzunqol köynəyin və qolsuz maykanın üzərində olan cırılmış zədələrə uyğun onun bədən səthində uyğun xəsarətlər əks olunmamışdır. Təqdim edilmiş dəstəyi taxtadan olan balta zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı baltadır və soyuq silah hesab edilmir. Baltanın üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmişdir. Təqdim edilmiş dəstəyi dəmirdən olan balta kustar üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı baltadır və soyuq silah hesab edilmir. Baltanın üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmişdir. Məhkəmədə tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının 30 iyun 2022-ci il tarixli, 1717 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən xroniki psixi xəstəlik psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlar idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməli, onun əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. İş materiallarında olan «CD diskə baxış keçirilməsi haqqında» 25 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs «Səbinə» şadlıq sarayının qarşısında dayanmış avtomobilin onun idarə etdiyi avtomobil olmasını, həmin avtomobildə Şahid1lə söhbət edən zaman həmkəndlisi Zərərçəkmiş şəxs ona yaxınlaşdığını və daha sonra aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs yaşadığı evin həyətindən əlində balta onun üzərinə gəlməsini və həmin vaxt isə o, da avtomobilindən baltanı götürərək Cəmilin üzərinə gedib onun baş nahiyəsində və sonra isə arxasınca qaçaraq bel nahiyəsindən balta ilə vuraraq xəsarət yetirdiyini, sonra isə avtomobilinə əyləşərək oradan uzaqlaşıb getdiyini bildirdi. CD diskə baxış keçirilərkən hadisə baş verən zaman orada azyaşlı uşağın olması müəyyən edildi, lakin, baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin vaxt həmin azyaşlı uşağın Cəmilin oğlu Məhəmməd olduğunu bilmədiyini bildirdi. Hadisə zamanı videgörüntülər uzaq məsafədən çəkildiyi üçün daha aydın şəkildə hadisəni müəyyən etmək mümkün deyildir. Baxış zamanı cinayət işi üçün əhəmiyyət kəsb edən başqa hər hansı hal qeydə alınmadı. İş materiallarında olan «CD diskə baxış keçirilməsi haqqında» 25 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs balta ilə vuraraq xəsarət yetirdikdən sonra Qarazəncir kəndində gəldiyi və videogörüntüdə uzunqol qara köynək və göy rəngli cins şalvar geyinmiş şəxsin özü olduğunu, yanında olan şəxsin isə onu uzaqdan görərək yanına gələn Əhməd adlı həmkəndlisi olduğunu və hadisə zamanı Əhmədin orada olmadığını, qırmızı köynək və göy rəngli cins şalvar geyinmiş digər şəxsin isə Şahid1 olduğunu və həmin vaxt Şahid1 hadisə ilə bağlı ona iradını bildirdiyini, hadisə vaxtı Şahid1 orada olduğunu bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs bildirdi ki, hadisə zamanı ona Zərərçəkmiş şəxs hər hansı formada xəsarət yetirməmişdir. Özünü müdafiə etmə üçün əvvəlki ifadələrində xəsarət almasını qeyd etmişdir. Qolunda olan xəsarətləri özü özünə yetirmişdir. Baxış zamanı cinayət işi üçün əhəmiyyət kəsb edən başqa hər hansı hal qeydə alınmadı. 25 iyul 2022-ci il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarla bir ədəd zavod üsulu ilə hazırlanmış dəstəyi taxtadan olan təsərrüfat-məişət təyinatlı balta, 1 ədəd dəstəyi dəmirdən olan balta, qanabənzər ləkələrdən olan nümunələr, Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli köynək, bir ədəd göy rəngli cins şalvar, bir ədəd ağ rəngi mayka., Zərərçəkmiş şəxs məxsus br ədəd qısaqol köynək, bir ədəd ağ rəngli mayka, bir ədəd qara rəngli şalvar maddi sübut kimi tanınmış və saxlanılması üçün Cəlilabad rayon prokurorluğunun «maddi sübutlar otağı»na təhvil verilmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, yuxarıda göstərilənlər təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmaması, niyyətinin onu qorxutmaq olması və Zərərçəkmiş şəxs əlində baltanı gördükdə özünü müdafiə etmək üçün zərərçəkmiş şəxsi balta ilə vurmasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadələrində göstərdiyi hallar, yəni Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmaması, həmçinin zərərçəkmiş şəxsin əlində baltanı görüb özünü qorumaq üçün onu həyat üçün təhlükəli olan baş və bel nahiyyələrindən balta ilə vurmasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri, maddi sübut, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrinin yuxarıda qeyd olunan hissələrini obyektiv həqiqət kimi qəbul etmir və onun bu ifadələrini məsuliyyətini yüngülləşdirmək məqsədi ilə vermiş olduğu ifadə və özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə heyəti təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Cingiz Bayramov Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gələrək öz cinayətkar niyyətini həyata keçirmək üçün soyuq silah hesab edilməyən məişət-təsərrüfat təyinatlı balta ilə zərərçəkmiş şəxsin azyaşlı uşağının gözləri qarşısında xüsusi amansızlıqla həyat üçün təhlükəli olan baş nahiyyəsinə vurduqdan sonra Zərərçəkmiş şəxs yerə yıxılmış, sonuncu Təqsirləndirilən şəxs yenidən balta ilə onun üzərinə gəldiyini görüb çox çətinliklə ayağa qalxıb yaralı vəziyyətdə evə qaçmaq istəyərkən Çingiz «gəl bura, səni öldürəcəm» deyərək arxasınca qaçmış və darvazanın yanına çatdıqda onun belindən bir dəfə balta ilə vurmuş, Zərərçəkmiş şəxs birtəhər onun əlindən canını qurtaraq qaçıb evə daxil olmaqda müvəffəq olmuş, həmin vaxt Təqsirləndirilən şəxs isə öz maşınına minib oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxs vaxtında göstərilən tibbi yardım nəticəsində Təqsirləndirilən şəxs iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyib zərərçəkmiş şəxsi qəsdən öldürməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs bu hərəkətləri ilə müstəsna dərəcədə rəhimsizlik göstərək Zərərçəkmiş şəxs azyaşlı övladının gözləri qarşısında balta ilə xəsarətlər yetirməklə sonuncuya doğma və əziz oğlu Məhəmmədə əzab verdiyini dərk etmişdir. Bundan başqa, məhkəmə tərkibi hesab edir ki, Çingiz Baramovun əməlində zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə cəhdi cinayətin əlamətləri mövcud deyil. Belə ki, zəruri müdafiədə qəsd mövcud və real olmalı, başqa sözlə qəsd başlamış, davam edən və hələ başa çatmayan olmalıdır. Məhkəmədə tədqiq olunmuş sübutlara müəyyən olunur ki, Zərərçəkmiş şəxs əlinə balta götürsə də təqsirləndirilən şəxsə qarşı hər hansı bir real, həqiqi qəsd olmadan, habelə zəruri müdafiə vəziyyəti yaranmadan Təqsirləndirilən şəxs maşından baltanı götürüb azyaşlı uşağının gözləri qarşısında qəsdən aldam öldürmək niyyəti ilə zərərçəkmiş şəxsin həyat üçün təhlükəli olan bədən nahiyyələrindən - başından və belindən zərbələr endirmiş, lakin zərərçəkmişə şəxsə vaxtında göstərilən tibbi yardım nəticəsində onun həyatını xilas etmək mümkün olmuş, yəni iradəsindən asılı olmayan səbəblərə görə öz cinayətkar niyyətini həyata keçirə bilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istər ibtidai istintaq, istərsə də məhkəmə baxışı zamanı təkzibolunmaz sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Habelə "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarına əsasən qəsdən adam öldürməyə cəhdə görə “təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn, başqa şəxslərin işə qarışması, ... ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. ... Təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirilməsi) nəzərə alınmalıdır”. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması,cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, istintaq orqanının «Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 27 aprel 2022-ci il tarixli protokolu ilə müəyyən olunur ki, həmin tarixdə, saat 22:05-də Təqsirləndirilən şəxs cinayət törətməkdə şübhəli şəxs kimi istintaq orqanı tərəfindən tutulmuş, 29 aprel 2022-ci il tarixdə CM-nin 29,120.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Cəlilabad Rayon Məhkəməsinin 29 aprel 2022ci il tarixli qərarı ilə barəsində həbs qətimkna tədbiri seçilmiş, həbsetmənin əvvəli 27 aprel 2022-ci il tarixdən hesablanmışdır. İşdə olan, xasiyyətnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan 2 iyun 2022-ci il tarixli 466 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəsi anası X3, arvadı X2, 16 yanvar 2010-cu il təvəllüdlü oğlu Polad Bayramlı və 5 dekabr 2020-ci il təvəllüdlü qızı Menisa Bayramlıdan ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs RF Xantı Mansiysk Rayon Məhkəməsinin 12 fevral 2018-ci il tarixli hökmü ilə RF CM-nin 327-ci mad. 3-cü his. ilə 280 saat ictimai işlər cəzasın məhkum edilmişdir. Həmin hökm Azərbaycan Respublikasının ərazisində müvafiq qanunvericiklə müəyyən edilmiş qaydada tanınmadığından o, məhkumluğu olmayan şəxs hesab edilir. Bundan başqa, tələbnaməyə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2014-cü ildə CM-nin 127.2.3-cü maddəsilə cinayət məsuliyyətinə cəlb edilmiş, xx.xx.2014-cü ildə CPM-nin 53.1.3-cü maddəsinə əsasən işin icraatı dayandırılmışdır. İş materiallarında olan Cəlilabad RPŞ-nın 5 iyul 2022-ci il tarixli məktubundan görünür ki, həmin cinayət işinin icraatına CPM-nin 39.1.3-cü mad.əsasən xitam verilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 29, 120.2.4-cü maddəsi ilə tövsif edilmişdir. CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı kifayət qədər əsaslı hesab edir və CM-nin 63.3-cü maddəsinin müddəaları nəzərə alınmaqla ona həmin Məcəllənin 29,120.2.4-cü maddəsində nəzərdə tutulmuş həddə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların omamasını, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinin müddəaları nəzərə alınmaqla ona həmin Məcəllənin 29,120.2.4-cü maddəsi ilə cəza təyin edərkən təyin olunacaq cəza həmin maddədə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin - 20 il azadlıqdan məhrum etmə cəzasının son həddinin dörddə üçündən, yəni 15 ildən çox ola bilməz. Həmçinin, məhkəmə Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzaya hesablanıb qəti cəza təyin olunmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 27 aprel 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan, Cəlilabad rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan bir ədəd zavod üsulu ilə hazırlanmış dəstəyi taxtadan olan təsərrüfat-məişət təyinatlı balta, 1 ədəd dəstəyi dəmirdən olan balta, qan nümunələri, Zərərçəkmiş şəxs məxsus br ədəd qısaqol köynək, bir ədəd ağ rəngli mayka, bir ədəd qara rəngli şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli köynək, bir ədəd göy rəngli cins şalvar, bir ədəd ağ rəngi mayka onun yaxın qohumlarına qaytarılmalıdir. İş üzrə ekspertiza xərci 89 (səksən doqquz) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 27 aprel 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Cəlilabad rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan bir ədəd zavod üsulu ilə hazırlanmış dəstəyi taxtadan olan təsərrüfatməişət təyinatlı balta, 1 ədəd dəstəyi dəmirdən olan balta, qan nümunələri, Zərərçəkmiş şəxs məxsus br ədəd qısaqol köynək, bir ədəd ağ rəngli mayka, bir ədəd qara rəngli şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli köynək, bir ədəd göy rəngli cins şalvar, bir ədəd ağ rəngi mayka onun yaxın qohumlarına qaytarılsın. İş üzrə ekspertiza xərci 89 (səksən doqquz) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-516/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-516/2022
12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver