Məhkəmə qərarları › İş №1(099)-516/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-516/2024

09.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-516/2024 09.09.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X11, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - xx xxxxx 1985-ci ildə Masallı rayonunun Yeddioymaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonunun Şıxlar kəndində qeydiyyatda olmaqla, həmin kənddə Ə.Hacıyev adına küçədə yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 09 fevral 2024-cü il tarixdə, saat 02 radələrində Masallı rayonunun Yeddioymaq kəndində yerləşən özünün icarə əsasında işlətdiyi kafenin qarşısında tanışı olan Masallı rayonu, Yeddioymaq kəndində qeydiyyatda olmaqla Masallı rayonunun Qasımlı kəndində yaşayan Zərərçəkmiş şəxs ilə söhbət edərək 10 iyul 2023-cü il tarixdə qardaşı Şahid3 məxsus olan ət kəsimi məntəqəsinin yanmasında iştirakının olubolmamasını aydınlaşdırmaq istəyərkən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı üzərində olan zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı soyuq silah hesab edilməyən qatlanan bıçaqla Zərərçəkmiş şəxs qəsdən bir dəfə zərbə vuraraq, sonuncuya qarnın ön divarının sol yarısının qarın boşluğuna nüfuz edən nazik bağırsaq ilgəklərini zədələyən bir ədəd kəsilmiş-deşilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs iki il olar ki, kənd sakini kimi tanıyır, onunla arasında “salam-məlikləri və gediş-gəlişləri” olmuşdur. Masallı rayonunun Yeddioymaq kəndində özünə məxsus adsız kafesi vardır. Əvvəllər Zərərçəkmiş şəxs onun qardaşı Şahid3 məxsus, hazırda ət kəsimi məntəqəsi kimi istifadə edilən yeri yandırmağa cəhd etdiyi üçün onunla arasında ədavəti olmuşdur. Zərərçəkmiş şəxs onun işlətdiyi kafeyə uzun müddət gəlib-getməmiş, 08 fevral 2024-cü il tarixdə Şamxalın onun kafesinə daxil olduğunu görmüşdür. Həmin vaxt masa yoldaşı ilə spirtli içki qəbul edirdi, daha sonra Şamxala yaxınlaşıb onu kafedən çölə çağıraraq söhbət etmək istədiyini bildirmiş, sonuncu da onunla razılaşıb kafedən çölə çıxmışdır. Həmin vaxt Şamxaldan qardaşı Mərdanəliyə məxsus ət kəsimi məntəqəsini yandırmağa cəhd göstərməsinin səbəbini soruşmuş, aralarında sözlə mübahisə yaranmış və əsəbiləşib Şamxalı qorxutmaq məqsədilə cibindəki özünə məxsus gümüşü rəngli dəstəyi olan açılıbqatlanan bıçağı çıxarıb bir dəfə onun sol qarın nahiyəsinin aşağı hissəsinə qəsdən vurmuşdur. Bundan sonra Şamxalın yanında olan adlarını dəqiq bilmədiyi iki nəfər şəxs onu oradan uzaqlaşdırmışlar. Onların hara getdikləri barədə məlumatı olmamışdır. Təxminən on dəqiqədən sonra atası Şahid2əli oğlu kafeyə gəlib, orada olan dayıoğlusu Şahid1 ilə birlikdə onu yaşadığı evə aparmışlar. Yolda hərəkətdə olarkən atası və dayısı oğlunun xəbəri olmadan üzərində olan bıçağı yol kənarına atmışdır. Daha sonra Masallı Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı evə gələrək onu polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs məhkəmədə cinayət prosesi iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə ilk tanışlığı təsadüfi olmuş, sonradan aralarında yaxşı dostluq münasibətləri və mütəmmadi görüşləri olmuşdur. Hazırki cinayət hadisəsinin səbəbini içkili olması ilə əlaqələndirmişdir. Belə ki, hadisə günü iki nəfərə üç “butulka” olmaqla, ümumilikdə iki litr “orqanik” adlı araq içmişlər. Hadisə günü spirtli içki qəbul etməsi hər hansı əlamətdar hadisə ilə bağlı olmamışdır. Həmin günü saat 19-dan 22-dək masa yoldaşı ilə birlikdə spirtli içki qəbul etmişlər. Şamxalla birinci kafeyə girəndə qapının ağzında söhbətləri olmuş, içəri daxil olduqdan sonra ikinci dəfə söhbətə gedərkən bıçağı özü ilə götürmüşdür. Şamxal kafeyə gələndən sonra onu çölə söhbət etməyə özü dəvət etmiş və bıçaqla vurandan sonra hadisə yerindəki şəxslərə onu gətirmələrini və xəstəxanaya aparacağını bildirmiş, lakin heç kəs onu eşitməmişdir. Şamxal özü də onun onu vurmasını hiss etməmişdir. Şamxalı vurduğu balaca bıçağı kafenin mətbəxindən götürmüşdür. Hadisə gecə, təxminən saat 21-22-də baş vermişdir. Polislər hadisədən sonra gecə vaxtı onun yaşadığı evə gəlmişlər. Hadisədən sonra bıçağı kənara atmış və həmin vaxt özündə olmamışdır. Əvvəllər bıçaqdan kiməsə qarşı istifadə etməmişdir. Hadisə vaxtı Şamxalla aralarında nalayiq formada danışıq olmamışdır. Şamxalı köhnə məsələyə görə bıçaqla vurmuşdur və əməlindən peşmandır. Şamxalla barışmış, ona dəymiş maddi ziyan qardaşı tərəfindən ödənilmişdir. Şamxalın, həmçinin də özünün ona qarşı hər hansı şikayət və tələbləri yoxdur. Şamxal xəstəxanadan çıxandan sonra onu lüləsi kəsik tüfənglə vurmuş və həbs olunmuşdur. Məhkəmədən barəsində yekun qərar qəbul olunarkən himayəsində iki azyaşlı uşağının, anasının ayağı protez olmaqla ikinci qrup əlil, özünün isə xəstə olmasının nəzərə alınaraq ədalətli hökm verilməsini xahiş etmişdir. Məhkəmə cinayət prosesi tərəflərinin (təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxs və şahidlərin) ifadələrini dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla əvvəllər arasında hər hansı ədavəti və ya düşmənçiliyi olmamışdır. 09 fevral 2024-cü il tarixdə gecə saatlarında Masallı rayonunun Yeddioymaq kəndində yerləşən Təqsirləndirilən şəxs işlətdiyi kafedə olmuş və həmin vaxt sonuncu bıçaqla bir dəfə onu vuraraq xəsarət yetirmiş, daha sonra qohumu Şahid6 və tanışı Rəfayıl adlı şəxslə birlikdə yaşadığı evə getmişdir. Evində olarkən qarnının sol aşağı tərəfindən qan axdığını görmüş və qardaşı Bəylər Muxtarzadədən onu xəstəxanaya aparmasını xahiş etmişdir. Hikmətlə barışmışdır, ona qarşı hazırda heç bir şikayət və ya tələbi yoxdur. Hikmətlə hazırda dostdur və məhkəmədən onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, hadisə 09 fevral 2024-cü il tarixdə gecə saatlarında baş vermiş, Təqsirləndirilən şəxs hadisədən sonra onunla maraqlanmış, ona kömək etmək istəmiş, sadəcə onu tapa bilməmişdir. Cinayət hadisəsinin baş verməsinə səbəb spirtli içki olmuşdur. Hikmətin onu bıçaqlamasını sonradan bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur, Zərərçəkmiş şəxs isə uzaq qohumudur və onların heç biri ilə aralarında ədavət və ya düşmənçiliyi yoxdur. Şamxalla Hikmət dostluq münasibətində olmuşlar. Hadisə baş verən gün axşam saat 20-21 radələrində Şahid1 ona zəng edərək, oğlu Hikmətin araq içməsini bildirmiş, o da hadisə yerinə gedərək oğlunu evə aparmışdır. Cinayət hadisəsinin törədilmə anını görməmiş, bu məzmunda ona heç bir məlumat verilməmişdir. Şahid2 cinayət prosesi iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, baş verən cinayət hadisəsi oğlu Hikmətin ağılsız hərəkəti ucbatından baş vermişdir. Hadisə yerinə çatanda orada olan şəxslər Hikmətin Şamxalı bıçaqla vurması barədə ona məlumat verməmişlər. Hadisə yerinə gedəndə belə baş vermiş cinayət hadisəsindən xəbərsiz olmuşdur. Hadisə yerinə qonşusu Seymura məxsus avtomobillə getmiş və Hikməti kafenin qarşısından götürüb evinə aparmışdır. Hadisə barədə səhəri gün xəbər tutmuş və xəstəxanaya gedib Şamxala baş çəkmişdir. Həmin vaxt Şamxal ona Hikmətin onu vurmasına inana bilmədiyini, Hikmət onu vurmaz, yalan söhbətdir deyə bildirmişdir. Cinayətin törədilmə vasitəsi olan bıçağı görməmişdir. Şamxalın Hikməti tüfənglə vurması hazırki hadisədən ay yarım sonra baş vermişdir. Şamxal həbs olunduğu üçün ondan oğlunu tüfənglə vurmasının səbəbini soruşa bilməmişdir. Şamxalla barışıq əldə olunmuşdur. Şamxalın onlara, onların da Şamxala qarşı heç bir şikayət və tələbləri yoxdur. İbtidai istintaq zamanı sənədə qol çəkmiş, lakin ifadəsini oxumamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsində əvvəllər baş vermiş yanğın hadisəsi ilə bağlı qeyd olunanlar barədə heç bir fikri yoxdur. Məhkəmədə verdiyi ifadəsi doğrudur. Məhkəmədə dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs tanıyır, sonuncu onun bibisi oğludur, onların heç biri ilə aralarında ədavət və ya düşmənçilik olmamışdır. 08 fevral 2024-cü il tarixdə, saat 19-20 radələrində Zərərçəkmiş şəxs ilə kənd ərazisində siqaret almaq məqsədilə piyada hərəkət edib Yeddioymaq kəndində yerləşən “Səməd market” adlı ərzaq mağazasına doğru hərəkət etmişlər. Mağazaya çatmamış Təqsirləndirilən şəxs işlətdiyi kafenin yanından keçəndə Şamxal ona kafeyə daxil olub “domino” oyunu oynamaq istədiyini bildirmiş, o da etiraz etməmiş və birlikdə kafeyə daxil olmuşlar. Həmin vaxt orada tanımadığı, müştəri qismində əyləşmiş şəxslər olmuşlar. Hikmətin kafenin içərisində olduğunu görmüşdür. Şamxal pivə sifariş etdikdən sonra onunla domino oynamağa başlamışdır. Pivə içdiyi vaxt Şamxal kafedən çölə çıxmış, bundan bir-iki dəqiqə sonra kafenin çölündən səs eşidib kafedən çıxmış, Hikmətin kənarda dayanmasını, digər tanışı Cavad Cavadovun isə Şamxalın yanında olmasını görmüş və nə baş verdiyini tam anlamamışdır. Həmin yerə yaxınlaşan bir nəfər şəxs ona Şamxalı aparmağı bildirdiyindən, Cavadla birlikdə Şamxala getmələrini deyib, onunla yaşadığı evin yerləşdiyi istiqamətdə hərəkət etməyə başlamışlar. Yolda Cavad onlardan ayrılıb öz evinə getmişdir. Şamxalla həmin yerdən təxminən yüz metr uzaqlaşdıqdan sonra ona siqaret almadıqlarını demiş, o da cibindən pul çıxardıb ona siqaret və yara binti almağını bildirmiş, ondan nə olduğunu soruşduqda Şamxal heç bir cavab verməyib dediklərini etməsini tələb etmişdir. Siqaret və bint almağa getmiş, geri qayıdarkən Şamxalın qardaşı Şahid5 Şamxalı avtomobilinə əyləşdirdiyini görmüşdür. Həmin vaxt yenə də nə baş verdiyini bilməmiş, buna görə də onlardan heç bir söz soruşmadan Bəylərin avtomobilinə əyləşmişdir. Masallı Rayon Mərkəzi Xəstəxanasına getdikdən sonra Şamxalın Hikmət tərəfindən bıçaqlandığını öyrənmiş, həmin vaxtadək Şamxalın bıçaqlanması barədə heç bir məlumatı olmamışdır. Şahid6 cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, hadisə baş verən gün Şamxalla birlikdə kafedə iki bakal pivə içmiş, Şamxal isə gündüzdən araq da içmişdir. Həmin gün Şamxalla birlikdə araq deyil, pivə içmişdir. Hadisə baş verən gün Hikmətlə Şamxal kafenin qarşısında söhbət etmişlər. Kafedə olduqları vaxt Şamxalın kafedən çıxmasının səbəbini bilməmiş, kiminsə onu çölə çağırmasının şahidi olmamışdır. Şamxal çölə çıxanda elə zənn etmişdir ki, o, siqaret çəkməyə görə çölə çıxıb. Həmin vaxt domino oyunu başa çatdığı, həm səs-küy eşidib Şamxalı axtarmaq üçün kafedən çölə çıxanda Şamxalın getməsini görmüş və sonuncu ona “gəl gedək” demişdir. Həmin vaxt Şamxal ona bıçaqla vurulması barədə heç nə deməmişdir. Hadisə vaxı on-on beş nəfər oraya toplaşmışdır. Həmin vaxt hava qaralmışdır və saat 19-20 radələri olardı. Şamxalla evə gedərkən onun hər-hansı narahatçılığının olmasını görməmiş və ondan kiminləsə mübahisə edib-etmədiyini soruşmamışdır. Şamxalla üç yüz metr məsafə piyada yol qət etmişlər. Şamxalgilə qayıdanda gecə saat 24-00 radələri olmuşdur. Hadisədən səhəri gün, Şamxal xəstəxanada olanda məlumatı olmuş, xəstəxanaya gedəndə Şamxal onu şüşə kəsdiyini bildirmişdir. Şamxala yara binti alanda ondan bunu nə üçün istədiyini soruşmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır, Zərərçəkmiş şəxs isə qardaşıdır və onların heç biri ilə aralarında ədavət və ya düşmənçilikləri yoxdur. 08 fevral 2024-cü il tarixdə, gecə saat 23 radələrində yaşadığı evdə olarkən qardaşı Şamxalın evə gəldiyini görmüş, həmin vaxt halsız olduğundan Şamxal zala keçib orada olan divanda uzanmışdır. Gecə saat 01-02 radələrində yatarkən Şamxalın səhhətində narahatçılığı olmuş, buna görə də oyanmışdır. Şamxalın bədənində xəsarət olduğunu bilmiş və həmin vaxt Şamxal ona heç bir məlumat verməmişdir. Şamxal xəstəxanada olarkən polislər gəlib-getmiş və yalnız bundan sonra hadisə barədə məlumatı olmuşdur. Şahid5 cinayət prosesi iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, fikrincə Hikmətin Şamxalı bıçaqla vurmasına ciddi səbəb olmamış, hadisə spirtli içkinin təsirindən baş vermişdir. Hikmətin ailəsi ilə aralarında yaxşı münasibət olmuşdur. Şamxalın Hikməti tüfənglə vurmasının səbəbi onun cavan olması, cahilliyi və acıqlı olmasından irəli gəlmişdir. Hikmətgil tərəfdən Şamxala qarşı barışıq əldə edilməsi və yardım göstərilməsi yönümlü hərəkətlər edildiyinin şahidi olnuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşıdır, Zərərçəkmiş şəxs uşaqlıqdan tanıyır, hər ikisi ilə arasında ədavət və düşmənçiliyi yoxdur. Hadisə günü 08 fevral 2024-cü il tarixdə, axşam saat 21-22 radələrində dostu ona zəng vuraraq qardaşı Hikmətin mübahisəsi düşdüyü barədə xəbər vermiş, həmin vaxt Masallı şəhərində yaşadığı evində olmuşdur. Evə getmiş və qardaşı Hikməti orada görmüşdür. Şahid3 cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, evə gələn kimi ona heç nə deyilməmiş, cinayət hadisəsindən səhəri günü məlumatı olmuşdur. Qardaşı Hikməti hadisə yerindən evə atası gətirmişdir. İşlətdiyi ət kəsimi məntəqəsində olan yanğın hadisəsinə görə Şamxalgillə ədavətləri olmamış, münasibətləri yaxşı olmuş, ibtidai istintaq orqanına yanğın hadisəsinə görə Şamxaldan şübhələnmələri məzmunda ifadə verməmişdir. Hazırki cinayət işinin ibtidai istintaqını aparan müstəntiqin işlətdiyi ət kəsimi məntəqəsindəki baş vermiş yanğın hadisəsinin araşdırmasını aparan müstəntiq olması barədə məlumatı yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bibisi oğludur, Zərərçəkmiş şəxs isə uzun müddətdir tanıyır, aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. 08 fevral 2024-cü il tarixdə, saat 22- 22:30 radələrində Hikmətin işlətdiyi kafenin yanında olarkən səs gəlməsini eşidib çöl giriş qapısına yaxınlaşdığı vaxt onun içkili halda olduğunu və Şamxal ilə mübahisə etdiyini görüb, Şamxalın yanında olan iki nəfər adlarını bilmədiyi şəxslə Şamxalı oradan aparmalarını bildirmişdir. Lakin, həmin vaxt artıq Hikmət bıçaqla Şamxalı vuraraq, sonuncuya xəsarət yetirmişdir. Sadəcə onlara yaxınlaşanda Hikmətin əlində bıçaq olduğunu görmədiyi üçün onun bıçaqla Şamxalı vurub, ona xəsarət yetirməsi ağlına gəlməmişdir. Sonra Hikmətin atası Şahid2 zəng edərək oğlunun işlətdiyi kafedə səs-küy salmasını, onu evə aparmağını bildirmişdir. Bundan sonra Abduləli həmin yerə gəlmiş və birlikdə Hikməti yaşadığı evə aparmışlar. Hikmətin evinə çatdıqdan sonra Hikmət onlara Şamxalı bıçaqladığını demişdir. Hadisənin baş verdiyi vaxt orada olmadığı üçün Hikmətin Şamxalı konkret olaraq hansı şəraitdə və hansı səbəbdən bıçaqlamasını bilməmişdir. Cinayət hadisəsinin törədilmə anını görməmişdir. Hikmətin sözə qulaq asmaması, spirtli içki təsiri altında olmasını sonradan bilmişdir. Hadisə baş verən gün Hikmətə yaxınlaşanda onda xəsarət izləri görmşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokolları, habelə digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Masallı Rayon Polis X5 10 fevral 2024cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (iş vərəqi 01). Masallı Rayon Polis Şöbəsinin 09 fevral 2024-cü il tarixli raportundan görünür ki, Zərərçəkmiş şəxs qarının sol aşağı tərəfin deşilmiş yarası, sağ çiyin nahiyyəsinin küt travması diaqnozu ilə xəstəxanaya daxil olmuşdur (iş vərəqi 04). Masallı Rayon Polis X5 09 fevral 2024-cü il tarixli protokolu və ona əlavə olunmuş fotocədvəldən görünür ki, cinayətin izlərini özündə əks etdirən bir ədəd qəhvəyi rəngli uzunqol köynək iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür (iş vərəqi 07-11). Təqsirləndirilən şəxs adına olan sərxoşluğun müayinə sənədindən görünür ki, o, hadisə vaxtı sərxoş vəziyyətdə deyil, ayıq vəziyyətdə olmuşdur (iş vərəqi 15). Masallı Rayon Polis X5 09 fevral 2024-cü il tarixli protokolundan görünür ki, hadisə yeri Masallı rayonunun Yeddioymaq kəndində “Səməd market” adlı ərzaq mağazasının yaxınlığında yerləşən kafenin giriş qapısının qarşısıdır. Həmin yer Təqsirləndirilən şəxs tərəfindən göstərilmiş, fotoşəkillər protokola əlavə olunmuşdur (iş vərəqi 16-22). Masallı Rayon Polis X5 10 fevral 2024-cü il tarixli protokolundan görünür ki, Zərərçəkmiş şəxs şifahi şəkildə baş vermiş hadisə ilə əlaqədar Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmamasını bildirmişdir (iş vərəqi 24). Masallı Rayon Polis X5 10 fevral 2024-cü il tarixli protokolundan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (iş vərəqi 32). Masallı Rayon Polis X5 10 fevral 2024-cü il tarixli qərar və protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 34-35; 37-38). Masallı Rayon Polis X5 11 fevral 2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi xüsusatları əyani olaraq hadisə yerində göstərmiş və bu istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən protokola əlavə olunmuş DVD diskə məhkəmə iclasında baxılmışdır (iş vərəqi 64-74). Masallı Rayon Polis X5 12 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 75-76). Masallı Rayon Məhkəməsinin 4(050)-10/2024 nömrəli, 12 fevral 2024-cü tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 10 fevral 2024cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə həbs qətimkan seçilmişdır (iş vərəqi 91- 94). Zərərçəkmiş şəxs Masallı Rayon Polis Şöbəsinə ünvanladığı 15 mart 2024-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxsla barışmışdır və ona qarşı şikayət və tələbi yoxdur (iş vərəqi 113). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X9 “canlı şəxsin ekspertizasına dair” 219 nömrəli, 16 mart 2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs qarnın ön divarının sol yarısının qarın boşluğuna nüfuz edən nazik bağırsaq ilgəklərini zədələyən bir ədəd kəsilmiş-deşilmiş yara müəyyən olundu, müəyyən olunan xəsarət deşici-kəsici əşyanın, ola bilər ki, ekspertizaya təqdim olunan bıçağın və ya buna oxşar digər alətin təsirindən törənmişdir, törənmə müəddəti qərarda qeyd olunan 09 fevral 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (iş vərəqi 118-120). Masallı Rayon Məhkəməsinin 4(050)-19/2024 nömrəli, 18 mart 2024-cü tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunmuşdur (iş vərəqi 123-127). Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Masallı Rayon Mərkəzi Xəstəxanası” X9 18 mart 2024-cü il tarixli, 18-1-60/2-587/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın psixo-nevroloji kabinetində dispanser qeydiyyatda deyildir (iş vərəqi 131). Masallı Rayon Polis Şöbəsi Cinayət Axtarış Bölməsinin 02 aprel 2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs hadisəni törədərkən istifadə etdiyi açılıbqatlanan bıçağın özünə məxsus olması müəyyən edilsə də, həmin bıçağı haradan və nə vaxt əldə etməsini müəyyən etmək mümkün olmamışdır (iş vərəqi 132). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 1188 nömrəli, 16 aprel 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyildir (iş vərəqi 137). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 20 aprel 2024-cü il tarixli tələbnaməsindən və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Masallı Rayon Məhkəməsinin 1(050)-125/2023 nömrəli, 01 iyun 2023-cü tarixli qərarı, barəsində həmin Məcəllənin 73.2-ci maddəsi (bu Məcəllənin ... 128-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir) tətbiq olunmaqla o, cinayət məsuliyyətindən azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 138- 139; 170-172). Masallı Rayon İcra Hakimiyyəti Başçısının Şıxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 23 aprel 2024-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonunun Şıxlar kəndində daimi qeydiyyatdadır və həmin kənddə Ə.Hacıyev adına küçədə yaşayır, ailə tərkibi arvadı, xx.xx.2019-cu il təvəllüdlü qızı, xx.xx.2021-cı il təvəllüdlü oğlu, atası, anasından ibarətdir və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vərəqi 140-141). Masallı Rayon Polis X5 26 aprel 2024-cü il tarixli protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və onlar ifadələrində qeyd etdikləri xüsusatları bir-birinin üzünə qarşı bildirmişlər. Həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən protokola əlavə olunmuş DVD diskə məhkəmə iclasında baxılmışdır (iş vərəqi 142-146). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X9 "xxxx" 213/2024-MTBŞ nömrəli, 19 aprel 2024-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu O/İ/-dir (axtarış vərəqəsinin kserosurətinə əsasən). Qan nümunəsidə vardır; ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək və bıçaq üzərində qana şübhəli ləkələr aşkar olunmadı (152-154). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X9 "xxxx" 145-MTKŞ/2024 nömrəli, 30 aprel 2024-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə küpü kafi itilikdə, ülgücü və iti ucu olan yastı tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Bu zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan cib bıçaqlarına uyğun gəlir və soyuq silah hesab edilmir və bıçağın üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmişdir (157-160). Masallı Rayon Polis X5 30 aprel 2024-cü il tarixli qərarından görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olan bir ədəd qəhvəyi rəngli uzunqol köynək və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ağır dərəcəli bədən xəsarəti yetirərkən istifadə etdiyi özünə məxsus bir ədəd gümüşü rəngli açılıb-qatlanan, soyuq silah hesab edilməyən bıçaq maddi sübut kimi tanınmış və saxlanılması üçün şöbənin saxlanc yerinə təhvil verilmişdir (iş vərəqi 162-163). Masallı Rayon Polis X5 18 sentyabr 2023-cü tarixli qərarından görünür ki, Masallı rayonu, Yeddioymaq kəndi ərazisində yerləşən X1 məxsus olan və həmkəndlisi Şahid3 icarəyə verilmiş yardımçı tikilidə baş vermiş yanğın hadisəsi ilə əlaqədar cinayət işinin başlanması rədd edilmişdir (iş vərəqi 167-168). Masallı Rayon Polis X5 “sübutların qiymətləndirilməsi haqqında” 01 may 2024-cü il tarixli qərarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə yeni məzmunda ittham elan edilmişdir (iş vərəqi 173-180;182-183). Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Masallı Rayon Şöbəsinin 084119 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs anası X4 ikinci qrup əlilliyə görə pensiya təyin edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin ambulator və yaxud stasionar xəstənin çıxarışından məlum olur ki, Təqsirləndirilən şəxs oğlu Hüseyn Əliyevə müayinə zamanı “OM-anadangəlmə qlauki” dioqnozu qoyulmuşdur. Məhkəməyə təqdim edilmiş X2 09 sentyabr 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs bel-oma fəqərələrində degenerativ dəyişikliklər, L2 fəqərə səviyyəsində yumşaq toxumada metalik yad cisim izlənilir. Məhkəmə cinayət işi üzrə həmçinin aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə 21 iyun 2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə 11 iyul 2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə müdafiəçisi vasitəsi ilə suallar vermiş, lakin ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə kollegiyası onu da qeyd etməyi məqsədə uyğun hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlinin sübuta yetirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin müəyyən etdiyi hüquqi prosedurlar daxilində aparılır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Təqsirləndirilən şəxs hadisə baş verən gün, yəni 08 fevral 2024-cü il tarixdə spirtli içki qəbul etməsi barədə deməsinə, hətta iş üzrə Zərərçəkmiş şəxs, şahidlər Şahid2 və Şahid1 da ifadələrində bu faktı təsdiq etmələrinə baxmayaraq, cinayət işinin materiallarındakı Təqsirləndirilən şəxs adına olan sərxoşluğun müayinə sənədində onun hadisə vaxtı sərxoş vəziyyətdə deyil, ayıq vəziyyətdə olması göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları”nın 2.4-cü bəndində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Buradan belə məlum olur ki, Təqsirləndirilən şəxs hadisə baş verən gün spirtli içki qəbul etsə də, yoxlama zamanı onda alkoqolun konsentrasiyası sərxoşluq vəziyyətində olmasını müəyyən etməyə səbəb olmamışdır. Məhkəmə hesab edir ki, belə olan halda Təqsirləndirilən şəxs həqiqətən də hadisə vaxtı sərxoş vəziyyətdə olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək əməlin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmaya görə cinayət məsuliyyəti müəyyən edilir. Göründüyü kimi, Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur. Həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Bu zaman həyat üçün təhlükəli zərər dedikdə, yetirilən anda zərərçəkmiş şəxsin həyatı üçün təhlükə törədən və ya adi gedişində ölümlə nəticələnən zərər başa düşülür. Sağlamlığa zərər vurmanın həyat üçün təhlükəli olmasını qiymətləndirdikdə tibbi yardım nəticəsində ölüm halının qarşısının alınması nəzərə alınmamalıdır. Şərh edilən cinayət maddi tərkibli olmaqla Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyasında göstərilmiş nəticələrdən hər hansı biri mövcud olduğu andan başa çatmış hesab ediləcəkdir. Hər bir halda zərərçəkmişə dəymiş zərərlə təqsirkarın qanunazidd əməli arasında səbəbli əlaqə olmalıdır. Bu cinayət subyektiv cəhətdən həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Təqsirkar başqa şəxsin sağlamlığı üçün təhlükəli olan əməl törətdiyini dərk edir, bunun həmin şəxsin sağlamlığına ağır zərər vuracağını qabaqcadan görür, belə zərərin vurulmasını arzu edir (birbaşa qəsd) və ya onun vurulmasına şüurlu surətdə yol verir (dolayı qəsd). Bu cinayətlər üzrə qəsd çox vaxt qeyri-müəyyən olur. Ona görə də, təqsirkarın əməli faktiki baş vermiş nəticələrə görə tövsif edilməlidir. Məhkəmə heyəti şahid qismində dindirilmiş Şahid3 işlətdiyi ət kəsimi məntəqəsində olan yanğın hadisəsinə görə Zərərçəkmiş şəxs ilə ədavətlərinin olmaması, münasibətlərinin yaxşı olması, ibtidai istintaq orqanına yanğın hadisəsinə görə Şamxaldan şübhələnmələri məzmunda ifadə verməməsi barədə dediklərini məhkəmədə tədqiq edilmiş mötəbər sübutlarla tam təkzib olunduğundan, eləcə də, onun təqsirləndirilən şəxsin ailə üzvü (qardaşı) olması, bununla da onun məsuliyyətini yüngülləşdirmək məqsədi güdməsi ilə əlaqələndirərək sübut kimi qəbul etmir və bu ifadəni təqsirləndirilən şəxsin müdafiəsi məqsədi daşımaqla törədilmiş cinayət hadisəsini öz mülahizəsi baxımından yanlış təqdim etməsi kimi qiymətləndirir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməlində cinayət tərkibi vardır və bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı üzərində olan zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı soyuq silah hesab edilməyən qatlanan bıçaqla sonuncuya qəsdən bir dəfə zərbə vuraraq, ona qarnın ön divarının sol yarısının qarın boşluğuna nüfuz edən nazik bağırsaq ilgəklərini zədələyən bir ədəd kəsilmiş-deşilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti yetirməsi ibtidai istintaq orqanı tərəfindən doğru olaraq həyat və sağlamlıq üçün təhlükəli olduğundan qəsdən sağlamlığa ağır zərərvurma kimi qiymətləndirilmiş və əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir, əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsində göstərilir ki, “... Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir”. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Göstərilən maddələrin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət Məcəlləsinin kommentariyasında göstərilir ki, ictimai təhlükəlilik əlaməti cinayətin maddi əlaməti sayılmaqla, əməlin qanunla mühafizə edilən ictimai münsibətlərə zərər yetirə bilmək xassəsini əks etdirir. İctimai təhlükəlilik əlaməti obyektiv kateqoriya sayılır və qanunverici orqanın mülahizəsindən asılı olmayaraq mövcud olur. Məhz bu əlamətin köməyi ilə qanunverici orqan bu və ya digər əməli kriminallaşdırır. Əməlin ictimai təhlükəiliyinə cinayət tərkibinin bütün əlamətləri təsir göstərir. Lakin əməlin qəsd etdiyi ictimai münasibətlərin onun bu xassəsinə təsiri daha mühümdür. Cinayət qanunvericiliyi cinayətin ictimai təhlükəliliyinin kəmiyyət və keyfiyyət tərəfini fərqləndirir. Belə ki, ictimai təhlükəliliyin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi sayılır, ictimai təhlükəliliyin dərəcəsi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallara cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Bu mənada məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimaitəhlükəliliyini azaldan zərərçəkmiş şəxslə razılıq əldə etməsi kimi halın olmasına baxmayaraq, onun şəxsiyyətini xarakterizə edərkən qeyd etməyi zəruri hesab edir ki, onun bundan əvvəl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş qəsdən sağlamlığa yüngül zərər vurma əməlini törətməsi, lakin həmin Məcəllənin 73.2-ci maddəsinə (bu Məcəllənin ... 128-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir) əsasən cinayət məsuliyyətindən azad olunması onu göstərir ki, o, bu qəbildən olan ictimaitəhlükəli əməlləri törətməyə meyillidir. Bundan başqa, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdikdən bir müddət sonra sonuncu ona tüfənglə atəş açmış və bununla əlaqədar həbs edilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olduğunu (birinin gözündə anadangəlmə qusur vardır), zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, habelə ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, anasının ikinci qrup əlil olmasını, ailənin yeganə gəlir gətirən fərdi olduğunu, habelə səhhətində olan problemləri, yəni, tibbi əməliyyat keçirməli olduğunu, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, əməlindən peşmançılıq çəkdiyini bildirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanı yüngülləşdirən hallar olduqda cəzanın təyin edilməsindən bəhs edən 60-cı maddəsində qeyd olunur ki, “Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunmaqla həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayət hesab olunur. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.1 və 132.1.7-ci maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; dəyəri olmayan digər əşyalar isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Masallı Rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmiş, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olan bir ədəd qəhvəyi rəngli uzunqol köynək və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyi bir ədəd gümüşü rəngli, açılıb-qatlanan, soyuq silah hesab edilməyən cib bıçağı məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsindəki hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə olunmalıdır. Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına keçirilib həbsdə saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X7 göndərilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.3 və 158.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət və sair müddətlər daxildir. Şəxsin həbsdə və ev dustaqlığında saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarını nəzərə alıb, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs 2024-cü ilin 10 fevral tarixindən 18 mart tarixinədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı 37 (otuz yeddi) gün və 2024-cü ilin 18 mart tarixindən 09 sentyabr 2024-cü il tarixinədək ev dustaqlığında olduğu müddət onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu gündən, yəni 10 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun, məhkəmə iclas zalında dərhal həbs edilsin və barəsində olan hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökmün bu hissədə icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə olunsun və o, Bakı İstintaq Təcridxanasına keçirilib həbsdə saxlanması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X7 göndərilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu yəni, 10 fevral 2024-cü il tarixdən hesablansın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Masallı Rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmiş, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olan bir ədəd qəhvəyi rəngli uzunqol köynək və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyi bir ədəd gümüşü rəngli, açılıb-qatlanan, soyuq silah hesab edilməyən cib bıçağı məhv edilsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Esmira Məmmədova Hakimlər Nahid Hüseynov Neymət Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar