Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-516/2025 09.01.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cavanşir Şirvan oğlu (sədrlik edən), X17 və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X38, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Lənkəran rayon Vəkil bürosunun vəkili X6 iştirakları ilə, xx xxxx 2002-ci il tarixdə Beyləqan rayonu Bolsulu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Beyləqan rayonu Bolsulu kəndinə qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X3 həbsdə saxlanılan Təqsirləndirilən şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM-nin) 120.2.6, 29,149.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 09 yanvar 2026-cı il tarixdə saat 10:30-da Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 1 nömrəli məhkəmə iclas zalında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 15 iyul 2025-ci il tarixdə saat 01 radələrində Beyləqan rayonunun Bolsulu qəsəbəsində yerləşən yaşadığı evdən çıxıb həmin evin yerləşdiyi küçə ilə piyada hərəkət edərkən xx.xx.1967-ci il təvəllüdlü, Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndində qeydiyyatda olmaqla Beyləqan rayonunun Bolsulu qəsəbəsində yaşamış X10 yaşadığı fərdi yaşayış evinin qarşısından keçdikdə həyətyanı sahədə darvazanın açıq olduğunu, sonuncunun əri X26 məxsus minik avtomobilinin həyətyanı sahədə olmadığını müşahidə edib ətrafda olmadığına əmin olduqdan sonra özgə əmlakını qəsdən tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq barədə qərara gələrək evin giriş qapısından içəri daxil olub zalda masanın üzərində həmin tarixə orta bazar dəyəri 320 (üç yüz iyirmi) manat təşkil edən 1 ədəd “Samsung Galaxy SM-A35” 8/256 GB markalı, açıq bənövşəyi rəngli mobil telefonu gizli olaraq taladıqdan sonra evdən çıxmaq istədikdə yataq otağının giriş qapısının önündən keçərkən qapının açıq olduğunu görüb oranı müşahidə edərək çarpayıda X10 alt paltarında tək yatmış vəziyyətdə gördüyü üçün ehtiraslanaraq yataq otağına keçərək Bəsti Həsənova ilə təbii yolla cinsi əlaqədə olmaq qərarına gəlmiş, lakin sonuncunun ona müqavimət göstərəcəyini əvvəlcədən ehtimal edib həmin şəraitin qarşısını almaq üçün evin həyətinə çıxaraq əvvəlcədən həyətyanı sahədə masanın üzərində gördüyü dəstəyinin ön hissəsi gümüşü rəngli, digər hissələrdə qara rəngli plastik lövhələrdən ibarət olmaqla ümumi uzunluğu 240 millimetr olan bir tərəfi küt, digər tərəfi kəsici xassəyə malik məişət təyinatlı, zavod üsulu ilə istehsal olunmuş, soyuq silah hesab edilməyən mətbəx bıçağını götürüb yenidən evə daxil olub yataq otağına keçərək Bəsti Həsənovanın iradəsinə zidd hərəkətlər edib zorlamağa başlamazdan əvvəl sonuncunun yuxudan oyanıb müqavimət göstərəcəyi təqdirdə öldürəcəyini əvvəlcədən planlaşdıraraq sağ əlində həmin bıçağı hazır vəziyyətdə saxlamaqla yatmasından istifadə edib Bəsti Həsənovanın bud nahiyəsinə sol əlini sürtmüş, daha sonra öz ehtirasını daha da şəhvətli etmək və Bəsti Həsənovaya zor tətbiq etməklə aktiv cinsi əlaqə mərhələsinə keçmək üçün onun üzərinə uzanmaq və öz sərtləşmiş cinsiyyət orqanını Bəsti Həsənovanın cinsiyyət orqanına salıb çıxarmaq niyyətini reallaşdırmaq istədikdə sonuncunun yuxudan oyanaraq onun sifətini gördüyünü və səsküy saldığını görmüş, bu zaman öz iradəsindən asılı olmayan səbəblərdən cinayətkar əməlini başa çatdıra bilmədiyini başa düşərək baş verən hadisənin yaşadığı qəsəbədə cəmiyyət arasında onun barəsində mənfi rəy formalaşmasına səbəb olacağını və rüsvay olacağını dərk edib, törətdiyi zorlamaya cəhd cinayət əməlini gizlətmək məqsədi ilə Bəsti Həsənovanı öldürmək qərarına gələrək öz cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə sağ əlində tutduğu mətbəx bıçağı ilə Bəsti Həsənovaya qəsdən çoxsaylı zərbələr endirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən döş qəfəsinin sağ yarısının ön səthində boşluğa keçməyən 1 ədəd yara, döş qəfəsinin sol yan səthində boşluğa keçməyən 1 ədəd yara, sol diz oynağının bayır səthində 2 ədəd yara, sağ bazu oynağının bayır səthində 1 ədəd yara, sağ qasıq nahiyəsində 1 ədəd yara, döş qəfəsinin sol yarısının arxa səthində 1 ədəd yara, sol onurğayanı xətt üzrə bel nahiyəsində 1 ədəd yara, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edilən sağ kürəküstü nahiyədə 1 ədəd yara, döş qəfəsinin sol yarısının arxa səthində 1 ədəd yara, döş qəfəsinin sağ yarısının arxa səthində 1 ədəd yara, sol orta kürək xətti üzrə bel nahiyəsində 1 ədəd yara, habelə sağlamlığa ağır zərərvurmaya aid edilən və baş vermiş qanitirmə ilə ölümünə səbəb olan döş qəfəsinin sol yarısının ön səthində sol döşyanı xətt boyunca 4-cü qabırğaarası sahədə boşluğa keçən plevranın perikardın və ürəyin sol mədəciyinin zədələnməsı və soltərəfli hemotoraks, ürəyin tamponadası ilə müşayiət olunan 1 ədəd yara xəsarətləri yetirdikdən sonra zərərçəkmiş şəxsin hərəkətsiz vəziyyətdə qaldığını görüb, ona müqavimət göstərmək imkanından məhrum olduğuna əmin olduqdan sonra hadisə yerindən qaçaraq həmin cinayətin aləti olan bıçağı və oğurladığı mobil telefonu qəsəbə ərazisindən keçən su kanalına atmış və bununla da, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talamış, yəni oğurlamış, həmçinin X12 zor tətbiq etməklə onunla təbii yolla cinsi əlaqədə olmağa, yəni onu zorlamağa cəhd etdikdən sonra həmin cinayəti gizlətmək məqsədi ilə və zorlama ilə əlaqədar onu qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – CPM-nin) 327.1.1-ci maddəsinə əsasən (təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdikdə) elan olunmuş, həmin ifadəsində Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, rayon ərazisində fəhlə işləyərək ailəsinin və özünün maddi ehtiyaclarını qarşılayır. 14 iyul 2025-ci il tarixdə Bolsulu qəsəbəsində Cavid adlı şəxsin həyətyanı sahəsində mişar daşından hasar tikmək üçün həyətdəki mişar daşlarını yığmaqda fəhlə kimi işləmişdir. Saat 19 radələrinə kimi fəhlə işləyib bunun müqabilində 30 manat zəhmət haqqı almışdır. Daha sonra Cavidə məxsus mağazaya gedib oradan pivə alıb mağazanın qarşısında olan stolda əyləşib içmişdir. Həmin vaxt Cavidin özü, habelə qəsəbə sakinləri Xəyal və Ceyhun adlı şəxslər də orada olmuşdur. Həmin gün orada saat 23 radələrinədək 6 bakal pivə içmişdir. Sonra Xəyalla sağollaşıb piyada yaşadığı evə getmiş, evdə anası Nazənimin yatdığını görüb ac olduğundan sonuncunun bişirdiyi kartof qızartmasını isidib yemiş, daha sonra isə həyətyanı sahəyə çıxaraq piyada özü üçün bir az gəzmiş, təxminən saat 01 radələrində küçəyə çıxıb siqaret çəkə-çəkə qəsəbədə küçə boyu piyada hərəkət etmiş, qəsəbə sakini X26 məxsus fərdi yaşayış evinin qarşısına çatdıqda həmin evin həyətyanı sahəsindəki darvazanın açıq olduğunu, Mayıl Qasımovun avtomobilinin həyətdə olmadığını, ümumiyyətlə həyətyanı sahəni kənardan seyr edərkən orada heç kəsin olmadığını görüb oğurluq məqsədilə evə daxil olmaq qərarına gəlmişdir. Ona görə də evə yaxınlaşıb giriş qapısının kilidinin açıq olduğunu görüb içəri daxil olmuş, giriş qapısından içəridəki zalda elektrik lampasının açıq olduğunu, zalın işıqlı olduğunu görmüş, nəzər yetirərək zalda pul tapmadığı üçün talama məqsədilə stolun üzərində qara rəngli qoruyucusu olan və markasını bilmədiyi smartfon tipli mobil telefonu götürüb cibinə qoymuşdur. Daha sonra zalda sol tərəfdəki yataq otağının qapısının açıq olduğunu görüb həmin otağa daxil olmuş, otaqda qarşı tərəfdə olan çarpayıda X21 arvadı X10 əynində alt paltarda yatmış vəziyyətdə görüb onun bədənini, ayaqlarını seyr edərək ehtiraslanmışdır. Bəsti Həsənova həmin vaxt çarpayıda sağ çiyni üstə yatmış və əynində ağ rəngli mayka və mavi rəngli tursik olmuşdur. Bəsti üzərini örtmədiyi üçün sol ayağı açıq vəziyyətdə görsənmişdir. Bəstinin ayağının o vəziyyətdə açıq olması və ağ rəngli budu uzaqdan baxdıqca onu ehtiraslandırmışdır. Daha sonra evin həyətyanı sahəsində, yardımçı tikilinin önündəki stolun üzərində evə daxil olmamışdan əvvəl gördüyü mətbəx bıçağını götürmək üçün evdən çölə çıxmış, dəstəyi qara rəngdə, tiyəsi isə təxminən 30 santimetr olan həmin bıçağı oradan götürüb yenidən Bəsti Həsənovanın yataq otağına daxil olmuş, ehtiraslanıb Bəsti Həsənovaya qarşı onda şəhvət hissi yarandığı üçün sonuncuya toxunmaq və onunla təbii yolla cinsi əlaqədə olmaq üçün çarpayıya yaxınlaşmış, əli ilə Bəsti Həsənovanın bədəninə toxunmaq istəmiş, lakin sonuncunun yuxudan oyanıb hay-küy salacağından ehtiyat edərək özü ilə götürdüyü mətbəx bıçağını sağ əlində tutmuş, Bəsti Həsənovanın oyanıb səs-küy salacağı təqdirdə sonuncunu susdurmaq üçün ona həmin bıçaqla zərbələr vuracağını özündə qətiləşdirərək sol əlini Bəstinin bud nahiyəsinə sürtüb onu təxminən 1 dəqiqə əlləmişdir. Daha sonra əlini yavaş-yavaş Bəstinin göbək nahiyəsinə doğru gətirmişdir. O, əlini Bəsti Həsənovanın göbək nahiyəsinə sürtəndə Bəsti yuxudan oyanmış və onu görən kimi başını qaldırıb qışqırmağa başlamışdır. Ona görə də bıçaqla Bəsti Həsənovanın bel nahiyəsinə bir dəfə zərbə yetirmişdir. Bəsti bundan sonra müqavimət göstərib onun sol qoluna təpik atıb özündən uzaqlaşdırmaq istəmiş və onun dayandığı istiqamətdə çevrilmişdir. O, Bəsti Həsənovanın qarın nahiyəsinə daha iki dəfə bıçaqla zərbə yetirmiş, lakin Bəsti Həsənovanın ona müqavimət göstərməkdə davam etdiyini görüb onun bud nahiyəsinə bir dəfə, ayaq nahiyəsinə iki dəfə zərbə endirmiş, beləliklə Bəsti Həsənovanın səs-küy etməkdə olduğunu görərək ona əlindəki bıçaqla bir neçə dəfə zərbələr vurmuşdur. Bəsti Həsənovaya vurduğu bıçaq zərbələrinin bəziləri boşa keçmiş, bəziləri isə Bəstiyə yüngül toxunmuşdur. Bu səbəbdən də ona bir neçə dəfə zərbələr endirmişdir. Həmin vaxt həyəcanlı olduğu üçün Bəsti Həsənovaya dəqiq neçə bıçaq zərbəsi vurduğunu dəqiq xatırlamasa da, fikrincə ona təxminən 7 dəfə zərbə endirmişdir və axırıncı zərbələrindən sonra Bəsti Həsənovanın artıq müqavimət göstərə bilmədiyini görüb, onu susdurduğunu görüb, hərəkətsiz qalmasına əmin olduqdan sonra evdən çıxmaq qərarına gəlmişdir. Bıçağı və evdən oğurladığı mobil telefonu da özü ilə götürüb küçəyə tərəf çıxmış, qəsəbənin girişi tərəfdən uzaqdan üç nəfərin küçə ilə ona doğru piyada gəldiyini görüb darvazanın qarşısından küçə ilə boş sahəliyə tərəfə qaçaraq təxminən 2 kilometr oradan uzaqlaşıb su kanalının yanına getmiş, Bəsti Həsənovaya xəsarət yetirdiyi bıçağı və onun evindən oğurladığı mobil telefonu kanala eyni istiqamətdə, lakin bir-birindən müxtəlif məsafələrdə uzağa doğru suya tullamışdır. Həmin vaxt kanalın içərisində su sürətli axırdı. Daha sonra piyada evinə gedib öz yataq otağına keçib yatmışdır. Saat təxminən 06 radələrində yuxudan oyanıb evin həyətində oturmuş, lakin baş verənlər barədə heç kimə məlumat verməmişdir. Həmin gün günorta saatlarına kimi yaşadığı ünvanda olmuşdur. Daha sonra, yəni 15 iyul 2025-ci il tarixdə saat 16 radələrində Cavidin yaşadığı ünvana getmiş və hörgü işlərində sonuncuya kömək etmişdir. Saat 18 radələrində polis əməkdaşları Cavidə zəng edərək onu rayon polis şöbəsinə dəvət etmiş və o, polis əməkdaşları ilə rayon polis şöbəsinə gedərək hadisənin hüquq mühafizə orqanlarına məlum olduğunu başa düşüb törətdiyi cinayət əməllərini etiraf etmişdir. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunduqdan sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Beyləqan rayonu Bolsulu qəsəbəsində yaşayır. Müddətli həqiqi hərbi xidməti başa vurduqdan sonra kənddə fəhlə işləməklə dolanışığını təmin etmişdir. Gündəlik olaraq kənd sakinləri tərəfindən müxtəlif fiziki işlərə cəlb olunmuş, bunun müqabilində təxminən 30 manat pul almışdır. Qazandığı pulu yalnız öz ehtiyacları üçün xərcləmişdir. Spirtli içki aludəçisi olmuşdur. Demək olar ki, hər gün kənd ərazisində yerləşən kafedə 6-7 bakal pivə içmişdir. Maili və Bəstini həmkəndliləri kimi tanımışdır. Onlarla heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Onun yaşadığı ev Bəstinin yaşadığı evdən təxminən 150 metr aralıda yerləşmişdir. İşə gedərkən və qayıdarkən küçədə Bəstini görmüş, Bəsti də onu görərək üzdən tanımışdır. Hadisə baş verən gün o adəti üzrə kənd ərazisində yerləşən kafedə spirtli içki qəbul etmiş, bir qədər sərxoş vəziyyətdə olmuşdur. Spirtli içki qəbul etdikdən sonra yaşadığı evə getmiş, bir müddət sonra piyada gəzmək üçün evdən çıxmışdır. Yaşadığı küçə ilə piyada hərəkət edərkən Bəstinin yaşadığı evin darvazasının açıq olduğunu görmüş, Mailin avtomobilinin evin həyətində olmamasından evdə heç kəsin olmadığına əmin olmuş, oğurluq etmək üçün evə daxil olmağa qərar vermişdir. O, evə daxil olmuş, evin qonaq otağında stolun üzərində bir ədəd mobil telefon görərək həmin telefonu götürüb cibinə qoymuşdur. Həmin vaxt evin qonaq otağında şkafların siyirməsinə baxmış, lakin heç bir dəyərli əşya tapa bilməmişdir. Evdən çıxmaq istəyərkən yataq otağında Bəstinin çarpayının üzərində yarı-çılpaq vəziyyətdə uzandığını görmüşdür. O, Bəstinin yarı-çılpaq vəziyyətdə olmasından ehtiraslanaraq onunla cinsi əlaqədə olmaq qərarına gəlmişdir. O, əvvəllər heç vaxt intim münasibətdə olmamışdır. O, Bəstinin müqavimət göstərəcəyindən ehtiyat edərək onu qorxudub onunla cinsi əlaqəyə razı salmaq məqsədilə evin həyətində stulun üzərində olan mətbəx bıçağını götürərək yataq otağına daxil olmuş, Bəstinin yanına uzanaraq onun bədəninin müxtəlif nahiyyələrini əli ilə sığallamağa başlamış, bu zaman Bəsti yuxudan oyanaraq onu görmüş və qışqırmağa, ayaqları ilə ona zərbə vurmağa başlamışdır. O, Bəstinin onu üzdən görüb tanıdığına əmin olmuş, belə ki, qonaq otağının yanılı vəziyyətdə olan işığı yataq otağına düşmüş, bununla əlaqədar yataq otağı qismən işıqlı olmuşdur. Bundan sonra o, Bəstinin müxtəlif nahiyyələrinə əlindəki bıçaqla zərbələr vurmuş, Bəsti hərəkətsiz vəziyyətdə qaldıqdan sonra evdən çıxmış, həyəcanlı olduğu üçün evin həyətində bir qədər gözləmiş, daha sonra darvazadan ətrafa baxaraq qaçıb oradan uzaqlaşmışdır. Onun əvvəlcədən Bəstini öldürmək niyyəti olmamış, Bəstinin onu üzdən görüb tanıdığını, onu kənddə rüsvay edəcəyini düşündüyündən onu öldürmək qərarına gəlmişdir. Darvazadan çölə baxarkən küçə ilə üç nəfər şəxsin piyada hərəkət etdiyini görmüş, onlardan iki nəfəri, Emin və Elvini tanımış digər şəxsi isə tanımamışdır. Hesab edir ki, həmin şəxslər o, qaçıb uzaqlaşarkən onu görməmişlər. O, qaçaraq evlərinin arxa tərəfində olan su kanalına getmiş, Bəstinin evindən götürdüyü mobil telefonu və ona zərbə vurarkən istifadə etdiyi bıçağı kanala atmışdır. Mobil telefonu evdən götürərkən həmin mobil telefonu satıb qazanc əldə etmək niyyətində olsa da, sonradan Bəstini öldürdüyündən cinayətin izini itirmək üçün mobil telefonu su kanalına atmışdır. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edir. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə, CPM-nin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, CPM-nin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X38 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs X18 onun həyat yoldaşıdır. Onlar ailə həyatı qurduqdan sonra onun Beyləqan rayonu Bolsulu kəndində yerləşən evində yaşamışlar. Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanıyır. Amili dəfələrlə gecə saatlarında küçə ilə piyada gəzdiyini görmüşdür. Lakin, Amilin zehni qüsuru olduğundan nə o, nə də digər kənd sakinləri heç vaxt onun xətrinə dəyməmiş, ona fikir verməmişdir. Hadisə baş verən gün o, həyat yoldaşı Bəsti ilə məsləhətləşərək gecə saatlarında bağını suvarmağa getmişdir. Belə ki, o növbəti gün Bakı şəhərində keçiriləcək yas mərasimində iştirak etmək üçün səhər erkən saatlarında yola düşməli imiş. Bəsti onun paltarlarını ütülədikdən sonra yataq otağına yatmağa getmişdir. O, bağı və həyəti suvardıqdan sonra suyu bağlamaq üçün yaxınlıqda olan “Şəhid bulağı”na getmişdir. Orada su bəndi olan yerdə nasazlıq yarandığından həmkəndlisinə nasazlığı aradan qaldırmağa köməklik etmişdir. Bundan sonra o, avtomobili ilə evinə geri qayıtmış, həyətə daxil olduqda həyat yoldaşı Bəstinin həyətdə yarım oturaq vəziyyətdə yerdə olduğunu, “məni vurdular” deyərək huşsuz vəziyyətə düşdüyünü görmüşdür. Həmin vaxt qonşuları da onun həyətində olmuşdur. Qonşuları ondan əvvəl “X39” zəng etmiş, bir qədər sonra “X41” avtomobili gələrək Bəstini xəstəxanaya aparmışdır. O, əvvəlcə xəstəxanaya daha sonra isə polis şöbəsinə getmişdir. Verilən suallara cavab olaraq X38 ifadəsinə davam edərək göstərmişdir ki, “Şəhid bulağı” ilə onun evi arasında məsafə təxminən 400 metrdir. Onun suyu bağlamaq üçün “Şəhid bulağı”na gedib evə qayıtması təxminən 20 dəqiqə müddət çəkmişdir. O, xəstəxanaya gedərkən pul lazım olacağını düşündüyündən evə daxil olmuş, stolun üzərində olan pul kisəsini götürmüşdür. Həmin vaxt diqqət etməsə də, sonradan ona məlum olmuşdur ki, Bəstinin mobil telefonu oğurlanmışdır. Evdən başqa heç bir əşya götürülməmişdir. Eləcə də, əşyaların vəziyyətindən evdə axtarış aparılmasını hiss etməmişdir. Həyat yoldaşı Bəsti ilə danışarkən Bəsti onu Kamilin vurduğunu bildirmişdir. O, hesab edir ki, həyat yoldaşı Bəsti Amilin adını Kamil kimi xatırladığından məhz “Kamil” adını çəkmişdir. Belə ki, Amilin qardaşının da adı Kamildir. Onun və həyat yoldaşı Bəstinin Amillə hər hansı düşmənçiliyi və ya ədavəti olmamışdır. Növbəti gün o, Bəstini bıçaqla vuran şəxsin Təqsirləndirilən şəxs olduğunu polis əməkdaşlarından öyrənmişdir. Təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün gecə saat 01-02 radələrində həmkəndliləri Şahid4, Elgün və Emin onun qapısını döyərək onu çölə çağırmışlar. O, çölə çıxdıqda Elşəngil ona Mailgilin həyətinə baxmağı demiş, o Mailgilin həyətinə daxil olduqda qonşusu Bəstinin qan içində yerdə olduğunu görmüş, əllərini başına tutaraq “Bu nəyə görə bu gündədi? Mail hardadı?” demiş, Bəsti yarı-çılpaq vəziyyətdə olduğundan həyat yoldaşına onun üzərini örtmək üçün çarşaf gətirməsini bildirmiş, Bəstidən onu kimin vurduğunu soruşduqda Bəsti ona “Məni vurdular, döydülər” deyərək huşunu itirmişdir. Təxminən 5 dəqiqə sonra Mail avtomobili ilə həyətə gəlmişdir. Mail Bəstiyə yaxınlaşaraq onun qolunu açmaq istədikdə qan təzyiqlə axmağa başlamışdır. X41 avtomobili gəldikdən sonra Bəsti xəstəxanaya təxliyyə edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Amil onun evində fəhlə kimi işləmişdir. Hadisə baş verən gün saat təxminən 17-18 radələrində Amil onun evinə gəlmiş, o, Amilə hörgü işləri görmək üçün sement hazırlamağı tapşırmışdır. Onlar divarı təxminən on daş hündürlüyündə hördükdən sonra çay içib istirahət edərkən onun mobil telefonuna zəng gəlmiş, zəng edən şəxs özünü polis əməkdaşı kimi təqdim edərək Amilin onun yanında olub-olmamasını soruşmuşdur. O, Amilin hazırda onun həyətində işlədiyini bildirdikdə polis əməkdaşı Amillə danışmaq istədiyini demişdir. Bir qədər sonra polis əməkdaşları onun həyətinə gələrək Amili özləri ilə polis şöbəsinə aparmışlar. Amil onun yanında olarkən Mailgilin evinə daxil olması, Bəsti Həsənovaya bıçaqla xəsarət yetirməsi barədə ona məlumat verməmiş, həmçinin, o da Amilin davranışlarından şübhələnməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün saat 01 radələrində işdən evinə qayıdarkən həmkəndliləri Emin və Elgünlə rastlaşmış, onlarla birlikdə küçə ilə piyada hərəkət edərkən Mailgilin evinin yanından keçən zaman evin darvazasının açıq olduğunu görmüş, həyətdən “kömək edin!” səsləri eşitmişdir. O, Eminə gedib həyətə baxmağı bildirmiş, Emin həyətə baxdıqdan sonra qaçaraq onların yanına gəlib həyətdə kiminsə qan içində yerdə olduğunu bildirmişdir. Onlar həyətə daxil olduqda həyətdə qan içində yerdə olan şəxsin Mailin həyat yoldaşı Bəsti olduğunu görmüşlər. Onlar Bəsti yarı çılpaq vəziyyətdə olduğundan ona yaxınlaşmamış, Mailin qonşusu Etibarın qapısını döyərək onu çağırmışlar. Bundan sonra Bəstinin üzərini çarşafla örtərək X41 çağırmışlar. Bəstidən onu kimin vurması barədə soruşsalar da Bəsti halsız vəziyyətdə olduğundan onlara cavab verə bilməmişdir. Onlar Mailgilin həyətinə yaxınlaşmamışdan öncə küçədə piyada hərəkət edərkən küçə ilə Mailgilin həyəti tərəfindən ucaboy bir nəfərin hərəkət etdiyini görmüşlər, lakin həmin şəxsin məhz Amil olduğunu bilməmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid5 Şahid4 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: İşdə olan, “Cinayət işinin başlanması və zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 16 iyul 2025-ci il tarixli qərardan görünür ki, Beyləqan rayon prokuroru, baş ədliyyə müşaviri Elşad Əzimov tərəfindən X10 naməlum şəxs tərəfindən qəsdən öldürülməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işinin başlanması, cinayət işinə ********* nömrəsinin verilməsi, cinayət işi üzrə ibtidai istintaqının aparılmasının Beyləqan rayon prokurorluğunun müstəntiqi, 2-ci dərəcəli hüquqşunas X5 tapşırılması, iş üzrə X10 zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. (Cild 1, i.v. 1-2;) İşdə olan, 16 iyul 2025-ci il tarixli meyitin baxışının aparılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bəsti Həsənovanın bədənində aşağıdakı paltarlar vardır: Yaşıl rəngli tibbi geyim forması. Digər paltar yoxdur. Paltar qurudur, əynində səliqəlidir. Paltar üzərində şübhəli ləkə və zədə yoxdur. Paltar soyunduruldu. Aydın oldu ki, meyit qadın cinsli olub, düzgün bədən quruluşlu, kafi köklükdədir. Meyitin boyu 165 santimetrdir. Meyit soyuqdur. Meyit qacıması periferik əzələ qruplarında inkişaf etmişdir. Meyit ləkələri bənövşəyımtil rəngdə olmaqla bədənin arxa səthində yerləşmişdir. Meyit ləkələrinə barmaqla təzyiq etdikdə rəngi avazıyır və təzyiq kəsildikdən 2-3 dəqiqə sonra əvvəlki rəngini alır. Meyitdə çürümə əlamətləri nəzərə çarpacaq dərəcədə inkişaf etməmişdir. Meyitin başı adi formada olub, tük örtüyü qara rəngdədir, saçları 30-35 santimetr uzunluqdadır. Başında xəsarət yoxdur. Kəllə tağı sümükləri əlləndikdə tamdırlar. Gözləri örtülüdür, göz qapaqlarını açdıqda bəbəklər simmetrikdir, dairəvidir, birləşdirici toxuma qişaları kəskin solğundur, bəbəklər bərabər ölçüdə genəlmişdir. Üz skleti sümükləri əlləndikdə tamdırlar. Burun sümüyü tamdır. Ağızı yarıaçıq vəziyyətdədir. Dodaqları solğun və qurudur. Ağızı açdıqda görünən dişlər tam və təbiidirlər. Dil ağız boşluğunda sərbəst yerləşmişdir. Ağız və burun dəliklərindən ifrazat yoxdur. Xarici qulaq seyvanları düzgün formalaşmış, elastıkıdırlər, qulaq dəliklərindən ifrazat yoxdur. Boynu bədəninə mütənasib olub, boynunda patoloji hərəkətlilik yoxdur. Döş qəfəsi silindrik formada olub, simmetrikdir. Əlləndikdə qabırğalar tamdır. Süd vəzləri kasavaridir, döş gilələri qəhvəyimtil rəngli piqmentasiyalı və ifrazatsızdır. Qarını qabırğa qövsü səviyyəsindədir. Xarici cinsiyyət üzvləri qadın tipli olub, düzgün formalaşmışdır. Anal dəlik örtülüdür, dəlikətrafı dəri təmizdir. Arxa keçəcək dəliyinin girəcəyində və onun selikli qişasında, həmçinin düz bağırsağın selikli qişasında onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən hər hansı bir əlamət (arxa geçəcək dəliyinin-anal dəliyin açıq olması, şuavarı buküşləriın hamarlaşması, duz bağırsağın xarici büzucu əzələsinin-sfinktorun boşalması və sair) aşkar edilmədi. Ətrafları bədəninə mütənasibdir. Əlləndikdə ətrafların sümükləri, kürək, çanaq və fəqərə sütunu sümükləri əlləndikdə tamdırlar. Xəsarətlər: Döş qəfəsinin sağ yarısının ön səthində daban altından 121 santimetr yuxarıda sağ döş giləsindən 1 santimetr solda 1,2x0,2 santimetr 1 ədəd, döş qəfəsinin ön səthində sol döşyanı xətt boyunca 4-cü qabırğaarası sahədə daban altından 122 santimetr yuxarıda 1,5x0,2 santimetr 1 ədəd, döş qəfəsinin sol yan səthində sol orta qoltuq xətti üzrə daban altından 116 santimetr yuxarıda 1,5x0,2 santimetr 1 ədəd, sol diz oynağının bayır səthində daban altından 48 santimetr yuxarıda 2x0.2 santimetr 1 ədəd və daban altından 51 santimetr yuxarıda 1,5x0,2 santimetr 1 ədəd, sağ bazu oynağının bayır səthində 6x0,5 santimetr 1 ədəd, sağ qasıq nahiyəsində daban altından 87 santimetr yuxarıda 3x0,2 santimetr 1 ədəd, döş qəfəsinin sol yarısının arxa səthində daban altından 112 santimetr yuxarıda 1,2x0,2 santimetr 1 ədəd, sol onurğayam xətt üzrə bel nahiyəsində daban altından 101 santimetr yuxarıda 1,2x0,2 santimetr kənarları hamar, ucları iti, üzərində cərrahi tikişlər olan yaralar, sağ kürəküstü nahiyədə daban altından 148 santimetr yuxarıda 0,6x0,2 santimetr 1 ədəd, döş qəfəsinin sol yarısının arxa səthində sol orta kürək xətti üzrə daban altından 121 santimetr yuxarıda 0,5x0,2 santimetr 1 ədəd və sağ yarısının arxa səthində sağ onurğayam xətt üzrə daban altından 113 santimetr yuxarıda 0,5x0,2 santimetr 1 ədəd, sol orta kürək xətti üzrə bel nahiyəsində daban altından 103 santimetr yuxarıda 0,3x0,2 santimetr kənarları hamar, ucları iti səthi yaralar var. Sağ bazunun orta 1/3-nin on səthində 13x10 santimetr ölçüdə göyümtül rəngdə, qeyri-müəyyən formada qançır, sağ diz oynağının ön səthində 2x0,3 santimetr, sol dız oynağının ön səthində 1x0,3 santimetr qırmızımtıl rəngdə, ətraf sağlam dəri səviyyəsindən aşağıda qeyri-düzgün formada sıyrıqlar var. Meyitin xarici müayinəsi üzərində digər xəsarət və ya xəsarət izləri aşkar edilməmişdir. (Cild 1, i.v. 8-16;) İşdə olan, 15 iyul 2025-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Beyləqan rayonu, Bolsulu qəsəbəsində yerləşən X26 məxsus fərdi yaşayış evidir. Hadisə yerinə baxış keçirilərkən X10 yataq otağındakı çarpayının üstündəki döşəyin üzərinə çəkilmiş 1 ədəd göy rəngli, üzərində gül şəkilləri və qanabənzər ləkələr olan mələfə və 1 ədəd ağ rəngli üzərində qanabənzər ləkələr olan mələfə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (Cild 1, i.v. 19-31;) İşdə olan, 15 iyul 2025-ci il tarixli şifahi ərizə protokolundan və izahatından görünür ki, 15 iyul 2025-ci il tarixdə saat 01 radələrində yaşadığı evdə tək olan zaman tanımadığı şəxsin onun evinə daxil olaraq ona bıçaqla zərbələr vurub ona bədən xəsarəti yetirdiyini bildirmişdir. (Cild 1, i.v. 32-34;) İşdə olan, Beyləqan RPŞ-nin məsul növbətçisi, polis baş leytenantı Emin Arazov tərəfindən 16 iyul 2025-ci il tarixli raportdan görünür ki, 16 iyul 2025-ci il tarixdə, 00:13 radələrində həkim Zahid Bağbanovun verdiyi məlumata əsasən 1967-ci il təvəllüdlü X18 bıçaqlanma nəticəsində ölmüşdür. (Cild 1, i.v. 43;) İşdə olan, Beyləqan rayon prokurorluğunun müstəntiqi, 2-ci dərəcəli hüquqşunas Məhəmməd Mahmudov tərəfindən imzalanmış 16 iyul 2025-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işinin tərəfindən icraata qəbul edilməsi və ibtidai istintaqının aparılması qərara alınmışdır. (Cild 1, i.v. 50;) İşdə olan, 16 iyul 2025-ci il tarixli istintaq qrupu yaradılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Beyləqan rayon prokurorluğunun müstəntiqi, 2ci dərəcəli hüquqşunas X11 və Beyləqan rayon prokurorunun köməkçisi, 3-cü dərəcəli hüquqşunas X7 ibarət istintaq qrupunun yaradılması qərara alınmışdır. (Cild 1, i.v. 51;) İşdə olan, 16 iyul 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 iyul 2025-ci il tarixdə, saat 20:15 radələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, i.v. 53; Cild 1, i.v. 69;) İşdə olan, 16 iyul 2025-ci il tarixli hadisə yerinin əlavə baxışının aparılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Beyləqan rayonunun Bolsulu qəsəbə sakini X26 məxsus fərdi yaşayış evinin iki taylı, qəhvəyi rəngli darvazası var. Evin həyətinə həmin darvazanın içərisində olan qapıdan daxil olunur. Darvazanın ümumi uzunluğu 390 santimetr, eni isə 290 santimetrdir. Darvazanın içərisində olan qapının uzunluğu 194 santimetr, eni isə 97 santimetrdir. Darvazadan içəri daxil olduqda sol tərəfdə mişar daşından tikilmiş evin və həmin evlə üzbəüzdə bir tikilinin olduğu müşahidə edilir. Həmin evin və tikilinin giriş qapıları bir-biri ilə üzbəüzdür və üzəri çardaqla örtülüdür. Evin və tikilinin fasadı sarımtıl rənglə boyanmışdır. Evin həyətyanı sahəsində üzərinə xırda daş qırıntıları tökülməklə torpaq örtüklü, çardağın altında yerləşən sahədə isə beton metlahlarla əhatələnmişdir. Ev sahibi Mayıl Qasımov solda olan tikilinin mətbəx sahəsi olduğunu bildirdi. Solda olan tikilinin sağ yan divarında, yəni darvaza ilə üzbəüzdə olan hissəsində bir ədəd əlüzyuyan sahə və güzgü var. Darvazanın sol küncündən həmin əlüzyuyanın sol küncünə kimi olan məsafə 213 santimetrdir. Evin giriş qapısına doğru irəlilədikdə əlüzyuyanla paralel sağ tərəfdə 255 santimetr məsafədə bir ədəd stolun və onun qarşısında qanabənzər ləkənin olduğu müşahidə edildi. Mayıl Qasımov həmin qanabənzər ləkəni göstərib 15 iyul 2025-ci il tarixdə gecə saat 01 radələrində idarə etdiyi avtomobillə darvazadan içəri daxil olduqda arvadı Bəsti Həsənovanın qan içində həmin yerdə oturmuş vəziyyətdə gördüyünü bildirdi. Həmin qanabənzər ləkə 156x90 santimetr sahəni əhatə edir. Daha sonra sözügedən qanabənzər ləkə 1 rəqəmi ilə işarələndi və həmin ləkədən 1 ədəd çubuqlu tampon vasitəsilə qanabənzər nümunə müvafiq qaydada qablaşdırılaraq götürüldü. 1 rəqəmi ilə işarələnmiş qanabənzər ləkənin damcılarının evin giriş qapısı istiqamətində uzandığı müşahidə edildi. Evin giriş qapısı taxta materialındandır və iki taylı olmaqla ağ rəngli boya ilə rənglənmişdir. Evin giriş qapısının uzunluğu 178 santimetr, eni isə 102 santimetrdir. Giriş qapısından evə içəri girdikdə birbaşa evin zalına daxil olunur. Zalın uzunluğu 07 metr, eni 350 santimetr, hündürlüyü isə 250 santimetrdir. Zalın sol divarında 2 otağın giriş qapısı var. Zalın giriş qapısından solda ola ilk qapıya qədər məsafə 270 santimetrdir. Zala daxil olduqda qarşıda olan divan örütüyünün üzərində qanabənzlər ləkələrin olduğu və həmin qanabənzər ləkələrin solda olan ilk qapıya doğru istiqiamətləndiyi müşahidə edildi. Sol tərəfdə olan otaq Bəsti Həsənova ilə Mayıl Qasımovun yataq otağıdır. Yerdə qanabənzər ləkələr var. Mayıl Qasımov bildirdi ki, Bəsti Həsənova hadisə zamanı aldığı xəsarətlərdən sonra evdən çıxmaq məqsədi ilə zala doğru hərəkət etmiş və zalda olan divanda əyləşib güc toplayaraq yenidən hərəkətinə davam edərək evdən çölə çıxmışdır. Divanın qarşısında döşəmə üzərindəki qanabənzər ləkə 2 metr x 64 santimetr sahəni əhatə edir. Həmin qanabənzər ləkə zalın giriş qapısından 110 santimetr, sağ divarından isə 150 santimetr məsafədə olan ərazini əhatə edir. Daha sonra sözügedən qanabənzər ləkə 2 rəqəmi ilə işarələndi və həmin ləkədən 1 ədəd çubuqlu tampon vasitəsilə qanabənzər nümunə müvafiq qaydada qablaşdırılaraq götürüldü. Mayıl Qasımov zalda olan masanı göstərərək Bəsti Həsənovaya məxsus mobil telefonun hadisə baş verən gecə orada olduğunu, lakin daha sonra Bəstiyə xəsarət yetirən şəxsin telefonu oğurladığını bildirdi. Daha sonra yataq otağına daxil olundu. Yataq otağının qapısının hündürlüyü 2 metr, eni isə 85 santimetrdir. Yataq otağının uzunluğu 660 santimetr, eni 315 santimetr, hündürlüyü isə 250 santimetrdir. Yataq otağına daxil olduqda sağ tərəfdə paltar dolabının, giriş qapısı ilə üzbəüzdə çarpayının və onun digər tərəfində isə servantın olduğu müşahidə edildi. Yataq otağının sol divarında 2 ədəd pəncərə vardır. Giriş qapısından çarpayıya kimi məsafə 370 santimetrdir. Mayıl Qasımov həmin çarpayının Bəsti Həsənova ilə ona məxsus olduğunu, Bəstiyə həmin çarpayıda xəsarət yetirildiyini bildirdi. Çarpayının uzunluğu 207 santimetr, eni isə 165 santimetrdir. Çarpayının üzərində olan yastığın üzərində qanabənzər ləkələr müşahidə edilmiş və yastıq üzü yastıqdan çıxardılıb müvafiq qaydada qablaşdırılaraq götürülmüşür. Çarpayının sol yan hissəsində pəncərə olan sol divardan 145 santimetr, sağ divardan isə 12 santimetr məsafədə döşəmənin üzərində 180x140 santimetr ölçüdə qanabənzər ləkənin olduğu və daha sonra damcılar formasında giriş qapısına doğru istiqamətləndiyi müşahidə edildi. Daha sonra sözügedən qanabənzər ləkə “3” rəqəmi ilə işarələnmiş və həmin ləkədən 1 ədəd çubuqlu tampon vasitəsilə qanabənzər nümunə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Daha sonra evin digər otağına daxil olundu. Mayıl Qasımov həmin otağın 44 günlük Vətən müharibəsində şəhid olan övladı Faiq Qasımovun otağı olduğunu bildirdi. X40 məxsus fortoşəkillər, çərçivələr və guşə vardır. Mayıl Qasımov hadisə baş verən ərəfədə özünün harada olduğunu göstərmək üçün küçəyə doğru hərəkət edib darvazadan çölə çıxaraq küçənin digər tərəfində olan kənarları hasarlanmış ərazini əli ilə göstərərək xx.xx.2025-ci il tarixdə gecə həmin ərazidə olan ağacları suvardığını bildirdi. O, daha sonra darvazadan qəsəbənin çıxışına doğru 210 metr hərəkət edərək artezian quyusunu təqdim edib həmkəndlisi X13 ilə artezian suyunu açdığını bildirdi. O, daha sonra artezian quyusundan qəsəbənin çıxışı istiqamətində olan Şəhidlər abidəsinə doğru 350 metr hərəkət edərək Amil Bərxudarovla həmin ərazidə olan arxın qabağını açarkən qaşılaşdığını və daha sonra onunla birlikdə artezian quyusunun yanına getdiyini bildirdi. (Cild 1, i.v. 94-109;) İşdə olan, 17 iyul 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittihamın elan edilməsi və təqsirləndirilən şəxs qismində cəlb olunması qərara alınmışdır. (Cild 1, i.v. 142-143;) İşdə olan, 18 iyul 2025-ci il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X33 zərərçəkmiş şəxs X10 hüquqi varisi qismində tanınması qərara alınmışdır. (Cild 1, i.v. 174-175;) İşdə olan, Beyləqan Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli 4(020)-65/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 15 iyul 2025-ci il tarixdən hesablanmışdır. (Cild 1, i.v. 210-215;) İşdə olan, 20 iyul 2025-ci il tarixli baxışın aparılması haqqında protokolundan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək, habelə taladığı mobil telefonu və törətmiş olduğu cinayətin aləti olan mətbəx bıçağını su kanalına atdığı yeri dəqiq müəyyən etmək məqsədilə müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla xx.xx.2025-ci il tarixdə ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti həyata keçirilərkən o, ifadəsində göstərdiyi halları bir daha təsdiq edərək törətdiyi əməli əyani şəkildə nümayiş etdirərək bıçağı və mobil telefonu su kanalına atdığı yeri göstərmişdir. Əhalinin təsərrüfatda suya olan tələbatı nəzərə alınmaq şərti ilə həftənin bazar günü, yəni xx.xx.2025-ci il tarixdə saat 09:00-da sözügedən suvarma kanalında suyun səviyyəsi azaldılmışdır. Suyun səviyyəsinin azaldılması məqsədi ilə suyun mənbəyindən, yəni “Yeni xan qızı” kanalından suyun qarşısı alınmış, eləcə də kanalın digər qollarına gedən suyun səviyyəsi artırılmışdır. Suyun səviyyəsi azaldıqdan sonra Bolsulu kənd sakini X31 Ağayevin ifadənin yerində yoxlanılması zamanı bıçağı və mobil telefonu atdığını göstərdiyi yerdən 30 metr suyun axarı istiqamətində aşağı hissədən kanala daxil olaraq axtarışa başlamışdır. Nizami Mustafayev daha sonra axtarışlarına davam edərək Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması zamanı dəqiq olaraq göstərdiyi hissəyə gəlmiş və ümumi uzunluğu 24 santimetr, tiyəsinin uzunluğu 13.5 santimetr, dəstəyi qara rəngli plastik materialla örtülmüş, tiyəsinin üzərinə “sanliu” sözləri yazılmış və üzərində torpaq hissəcikləri olan 1 ədəd bıçağı, eləcə də ön hissəsi tam ekrandan ibarət olmaqla arxa hissəsində 3 hissəli kamerası və 1 ədəd işığı olan, üzəri torpaq hissəcikləri əhatələnmiş açıq bənövşəyi rəngli “Samsung” markalı 1 ədəd mobil telefonu (İMEİ kodu-3516xx/xx/383956/4) aşkar edərək götürmüşdür. Daha sonra mobil telefon və bıçaq müvafiq qaydada qablaşdırılmışdır. Baxışda iştirak edən Nizami Mustafayev bıçağı və telefonu aşkar etdiyi yerlə üzbəüz torpaq yolun digər tərəfində 5 metr məsafədə olan paslanmış dəmir qapını göstərib sözügedən qapının Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin arxa giriş qapısı olduğunu, həmin qapıdan çox istifadə edilmədiyi üçün qamış və digər ot bitkiləri ilə əhatələndiyini bildirmişdir. (Cild 1, i.v. 217-227;) İşdə olan, 20 iyul 2025-ci il tarixli əşyanın tanınmasının aparılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs təqdim edilən telefonları nəzərdən keçirib “3” nömrə ilə işarələnmiş mobil telefonu göstərərək telefonun ümumi ölçülərindən, ələ yatımlılığından, ekranın kənarında olan açıq bənövşəyi rəngindən və digər əlamətlərindən həmin telefonun 15 iyul 2025-ci il tarixdə baş vermiş hadisə zamanı X12 xəsarət yetirməmişdən əvvəl həmin evdən oğurluq məqsədilə götürüb taladığı və sonradan kanala atdığı telefon olduğunu və həmin telefonu tanıdığından əmin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq xx.xx.2025-ci il tarixdə telefonu evdən götürən vaxt ona diqqətlə fikir vermədiyini, ekranı olan hissəsinin qara rəngdə olması səbəbindən şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilən zaman evdən götürdüyü telefonun qara rangli smartfon olduğunu bildirdiyini qeyd etmişdir. (Cild 1, i.v. 228-230;) İşdə olan, 20 iyul 2025-ci il tarixli əşyanın tanınmasının aparılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs təqdim edilən bıçaqları nəzərdən keçirib “2” nömrə ilə işarələnmiş, dəstəyi qara rəngli, tiyəsinin üzərinə “sanliu” sözləri yazılmış bıçağı göstərərək bıçağın ümumi ölçülərindən, tiyəsinin kəsici hissəsinin dəstəyə yaxın hissəsində olan boşluqdan (qapaq açmaq üçün olan hissə) və dəstəyində olan sağa meyillilikdən və digər əlamətlərindən həmin bıçağın 15 iyul 2025ci il tarixdə baş vermiş hadisə zamanı X12 xəsarət yetiridikdən sonra kanala atdığı bıçaq olduğunu və həmin bıçağı tanıdığından əmin olduğunu bildirmişdir. (Cild 1, i.v. 231-233;) İşdə olan, 20 iyul 2025-ci il tarixli əşyanın tanınmasının aparılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, X33 ona təqdim edilən telefonları nəzərdən keçirib “1” nömrə ilə işarələnmiş mobil telefonu göstərərək telefonun ümumi ölçülərindən, rəngindən, arxa hissəsində olan etiketdən, kameralarının qurluşundan və digər əlamətlərindən həmin telefonu tanıdığından əmin olduğunu bildirmişdir. Mayıl Qasımov əlavə olaraq həmin telefonu 2024-cü ilin noyabr ayında Beyləqan şəhərində yerləşən “Soliton” mağazalar şəbəkəsindən arvadı Bəsti Həsənovanın adına aldığını bildirmişdir. (Cild 1, i.v. 234-237;) İşdə olan, 20 iyul 2025-ci il tarixli əşyanın tanınmasının aparılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, X33 ona təqdim edilən bıçaqları nəzərdən keçirib “3” nömrə ilə işarələnmiş dəstəyi qara rəngli, tiyəsinin üzərinə “sanliu” sözləri yazılmış 1 ədəd bıçağı göstərərək bıçağın ümumi ölçülərindən, tiyəsinin kəsici hissəsinin dəstəyə yaxın hissəsində olan boşluqdan (qapaq açmaq üçün olan hissə) və digər əlamətlərindən həmin bıçağın hər gün evində istifadə etdikləri bıçaq olduğunu və həmin bıçağı tanıdığından əmin olduğunu bildirmişdir. (Cild 1, i.v. 238-240;) İşdə olan, Beyləqan Rayon İHB-nin Təzəkənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Ağayev X27 qəsəbəsində yaşadığı müddətdə mənfi keyfiyyət və xüsusiyyətlərə malik, mənfi təsir bağışlayan, pis davranışlarıyla özünü göstərmişdir. Bolsulu qəsəbəsində törədilən qanuna zidd əməllərdə daimi onun adı hallanmışdır. Bolsulu qəsəbəsində keçirilən heç bir mədəni-kütləvi tədbirlərdə iştirak etməmişdir. Onun haqqında Təzəkənd kənd icra nümayəndəliyinə çox sayda şikayət daxil olmuşdur. Təqsirləndirilən şəxs aşağıdakı ailə tərkibdə ailə üzvləri vardır. 1.Anası: X14. (Cild 2, i.v. 17-18;) İşdə olan, Beyləqan Rayon Mərkəzi X20 Şəxs tərəfindən verilmiş 23 iyul 2025-ci il tarixli, 18-1-29/2-956/2025 nömrəli məktubdan görünür ki, Ağayev X22 Rayon Mərkəzi X20 Şəxsin ruhi əsəb kabinetində “üzvü mənşəli depressiv pozuntu. Yaddaş və intelektin aşağı enməsi” diaqnozu ilə dispanser qeydiyyatındadır. (Cild 2, i.v. 21-22;) İşdə olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş 30 iyul 2025-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs barəsində heç bir məlumat yoxdur. (Cild 2, i.v. 88;) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X42 tərəfindən verilmiş 09 avqust 2025-ci il tarixli, 3-28-29/2-7575/2025 nömrəli məktubdan və ona əlavə edilmiş stasionar xəstənin tibbi kartasının surətindən görünür ki, Təqsirləndirilən şəxs 30 yanvar 2019-cu il tarixdən 02 fevral 2019-cu il tarixlərdə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmuşdur. (Cild 2, i.v. 100-120;) İşdə olan, materialların məhkəmə ekspertizasının 08 avqust 2025-ci il tarixli, 6/2595 nömrəli rəyindən görünür ki, Bəsti Həsənovaya və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının, hadisə yerindən götürüldüyü qeyd edilən döşək ağının, yastıq üzünün, döşək ağının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Bəsti Həsənovaya məxsus maykanın səthi üzərindən aşkar edilmiş tünd göy rəngli təbii pambıq lifləri rənginə və təbiətinə Təqsirləndirilən şəxs məxsus şalvarın tərkib liflərinə uyğun gəlir. Döşək ağının səthi üzərindən aşkar edilmiş mavi rəngli poliester kimyəvi liflər rənginə və təbiətinə görə Bəsti Həsənovaya məxsus alt tumanın tərkib liflərinə uyğun gəlir. Döşək ağının səthi üzərindən aşkar edilmiş tünd göy rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus şalvarın tərkib liflərinə uyğun gəlir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 154 (bir yüz əlli dörd) manat təşkil edir. (Cild 2, i.v 185-190;) İşdə olan, məhkəmə tibb ekspertizasının 16 iyul 2025-ci il tarixli, 22 nömrəli rəyindən görünür ki, X18 xx.xx.2025-ci il tarixdə saat 02:42-də “Döş qəfəsinin çoxsaylı (5 ədəd) açıq yaraları. Sağ bazunun dərin açıq yarası. Sol baldırın (2 yerdə) açıq yaraları. Yanaşı xəstəlik: Dəqiqləşdirilməmiş mədə-bağırsaq qanaxması” diaqnozu ilə Beyləqan rayon Mərkəzi xəstəxanasına daxıl olmuş, xx.xx.2025-ci il tarixdə saat 21:15-də ixtisaslı müayinə və müalicə üçün Bakı şəhərinə təxliyə edilsə də həmin gün saat 23 radələrində yolda ölmüşdür. Müayinə zamanı aşağıdakılar aşkar edildi a) Döş qəfəsinin sol yarısının ön səthində sol döşyanı xətt boyunca 4-cü qabırğaarası sahədə boşluğa keçən, plevranın, perikardın və ürəyin sol mədəciyinin zədələnməsi və soltərəfli hemotoraks, ürəyin tamponadası ilə müşayiət olunan 1 ədəd yara, b) döş qəfəsinin sağ yarısının ön səthində boşluğa keçməyən 1 ədəd yara, v) döş qəfəsinin sol yan səthində boşluğa keçməyən 1 ədəd yara, c) sol diz oynağının bayır səthində 2 ədəd yara, ç) Bağ bazu oynağının bayır səthində 1 ədəd yara, d) sağ qasıq nahiyəsində 1 ədəd yara, e) döş qəfəsinin sol yarısının arxa səthində 1 ədəd yara, ə) sol onurğayanı xətt üzrə bel nahiyəsində 1 ədəd yara, f) sağ kürəküstü nahiyədə 1 ədəd yara, g) döş qəfəsinin sol yarısının arxa səthində 1 ədəd yara, ğ) döş qəfəsinin sağ yarısının arxa səthində 1 ədəd yara, x) sol orta kürək xətti üzrə bel nahiyəsində 1 ədəd yara, h) sağ bazunun orta 1/3-nın ön səthində qançır, i) sağ və sol diz oynağının ön səthində sıyrıqlar. Qeyd olunmuş xəsarətlər-döş qəfəsinin sol yarısının ön səthində sol döşyanı xətt boyunca 4-cü qabırğaarası sahədə boşluğa keçən, plevranın, perikardın və ürəyin sol mədəciyinin zədələnməsi və soltərəfli hemotoraks, ürəyin tamponadası ilə müşayiət olunan 1 ədəd yara, döş qəfəsinin sağ yarısının ön səthində boşluğa keçməyən 1 ədəd yara, döş qəfəsinin sol yan səthində boşluğa keçməyən 1 ədəd yara, sol diz oynağının bayır səthində 2 ədəd yara, sağ bazu oynağının bayır səthində 1 ədəd yara, sağ qasıq nahiyəsində 1 ədəd yara, döş qəfəsinin sol yarısının arxa səthində 1 ədəd yara, sol onurğayam xətt üzrə bel nahiyəsində 1 ədəd yara, sağ kürəküstü nahiyədə 1 ədəd yara, döş qəfəsinin sol yarısının arxa səthində 1 ədəd yara, döş qəfəsinin sağ yarısının arxa səthində 1 ədəd yara, sol orta kürək xətti üzrə bel nahiyəsində 1 ədəd yaracəmi 13 ədəd yara kəsici-deşici alətin təsirindən törənmişdir, xx.xx.2025-ci il tarixdə bıçaqla vurulması nəticəsində əmələ gələ bilərdi. Döş qəfəsinin sol yarısının ön səthində sol döşyanı xətt boyunca 4-cü qabırğaarası sahədə boşluğa keçən plevranın perikardın və ürəyın sol mədəciyinin zədələnməsı və soltərəfli hemotoraks, ürəyin tamponadası ilə müşayiət olunan 1 ədəd yara dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Döş qəfəsinin sağ yarısının ön səthində boşluğa keçməyən 1 ədəd yara, döş qəfəsinin sol yan səthində boşluğa keçməyən 1 ədəd yara, sol dız oynağının bayır səthində 2 ədəd yara, sağ bazu oynağının bayır səthində 1 ədəd yara, sağ qasıq nahiyəsində 1 ədəd yara, döş qəfəsinin sol yarısının arxa səthində 1 ədəd yara, sol onurğayanı xətt üzrə bel nahiyəsində 1 ədəd yara - cəmi 8 ədəd yara isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Sağ kürəküstü nahiyədə 1 ədəd yara, döş qəfəsinin sol yarısının arxa səthində 1 ədəd yara, döş qəfəsinin sağ yarısının arxa səthində 1 ədəd yara, sol orta kürək xətti üzrə bel nahiyəsində 1 ədəd yara-cəmi 4 ədəd yara sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Sağ bazunun orta 1/3-nin ön səthində qançır, sağ və sol diz oynağının ön səthində sıyrıqlar bərk küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Aşkar edilmiş xəsarətlər həyatidir. Xəsarətlərin lokalizasiyasına və xarakterinə əsasən həmin xəsarətlərin zərərçəkmişə uzanmış və ya yarıoturaq duruş vəziyyətində yetirilməsi istisna edilmir. X10 ölümü müayinədən 2-4 saat əvvəl olmaqla xx.xx.2025-ci il tarixə uyğun gəlir və onun ölümünə səbəb, almış olduğu xəsarətlər nəticəsində baş vermiş qanitirmə olmuşdur. X10 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində güclütəsiredicı maddələr aşkar edilmədi, 2,8%o-qatılığında etil spirti aşkar edilmişdir ki, bu da obyektin çürüməsi ilə əlaqədar nisbi hesab edilir. X18 almış olduğu xəsarətlərdən sonra qısa müddətli müəyyən hərəkətlər etmək iqtidarında ola bilərdi. X10 arxa keçəcək dəliyinin girəcəyində və onun selikli qişasında, həmçinin düz bağırsağın selikli qişasında onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən hər hansı bir əlamət aşkar edilmədi. Uşaqlıq yolu və arxa keçəcək möhtəviyyatı olan tamponun məhkəmə tibbi tədqiqi zamanı sperma aşkar olunmadı. X10 meyiti üzərində aşkar edilmiş xəsarətlərin eyni və ya müxtəlif alətlərin təsirindən törənib-törənməməsini müəyyən etmək üçün hadisə zamanı əynində olmuş paltarların kriminalistik müayinəsi əhəmiyyət kəsb edir. (Cild 2, i.v 221-226;) İşdə olan, “Uniprice” ММС tərəfindən verilmiş məktubdan görünür ki, “Uniprice” ММС-nin tarif cədvəlinə müvafiq olaraq 150 manat təşkil edir. (Cild 2, i.v 241;) İşdə olan, “Uniprice” ММС-nin 02 sentyabr 2025-ci il tarixli, UNİ/A-98-536/2025 saylı mütəxəssis rəyindən görünür ki, əmlakın mövcud vəziyyəti, təyinatı, istifadə imkanları nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən siyahı üzrə “Samsung Galaxy” SM-A35 8/256 GB markalı açıq bənövşəyi rəngli mobil telefonun orta bazar dəyəri 320 manat təşkil edir. (Cild 2, i.v 242-252;) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X16” X42 tərəfindən verilmiş 285/MTKŞ-2025 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş X1 məxsus qolsuz maykanın ön səthinin yuxarı hissəsində iki ədəd və sol yan nahiyyəsində bir ədəd, arxa səthinin sol yarısında bir ədəd və orta hissəsində bir ədəd dəlib-keçən zədələr var, bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər, o cümlədən belə konstruktiv xüsusiyyətə malik bıçağın (bıçaqların) tiyəsinin təsirindən törənə bilərlər. X1 məxsus tumanın üzərində zədə aşkar edilmədi. Təqsirləndirilən şəxs məxsus qısaqol koftanın sağ qolunun azad kənarında bir ədəd, cins şalvarın arxa səthinin sağ yarısında bir ədəd sökülmüş zədə var, bu zədələr küt mexanizmdən, paltarın həmin nahiyyəsinin dartılması nəticəsində törənmişlər. Təqsirləndirilən şəxs məxsus qısaqol koftanın arxa səthində bir ədəd, cins şalvarın sağ ayağının arxa səthində kiçik ölçülü dörd ədəd cırılmış zədələr var, bu zədələr küt yaranma mexanizminə malikdir, paltarın həmin hissəsinin dartılması, o cümlədən hər hansı bir predmetə ilişib dartılması nəticəsində törənə bilərlər. Təqsirləndirilən şəxs məxsus tumanın və şəpitin üzərində zədə aşkar edilmədi. Təqsirləndirilən şəxs məxsus paltarların üzərində iti alətin, o cümlədən bıçağın tiyəsinin təsirindən törənməyə xarakterik hər hansı bir zədə aşkar edilmədi. Təqdim edilmiş ağ rəngli mələfənin üzərində çoxsaylı dəlib-keçən zədələr var, bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər, o cümlədən belə konstruktiv xüsusiyyətə malik bıçağın (bıçaqların) tiyəsinin təsirindən törənə bilərlər. Təqdim edilmiş yastıq üzünün və göy rəngli mələfənin üzərində zədə aşkar edilmədi. (Cild 3, i.v 2-9;) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X16” X42 tərəfindən verilmiş 286/MTKŞ-2025 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş maddi sübutların tədqiqatına və 285/MTKŞ-2025 nömrəli ekspert rəyində olan məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulmuş suallara müvafiq aşağıdakı nəticəyə gəlir: - Təqdim edilmiş X1 məxsus qolsuz maykanın ön səthinin yuxarı hissəsində iki ədəd və sol yan nahiyyəsində bir ədəd, arxa səthinin sol yarısında bir ədəd və orta hissəsində bir ədəd dəlib-keçən zədələr var, bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. X1 məxsus tumanın üzərində zədə aşkar edilmədi. X1 məxsus qolsuz maykanın üzərində olan deşilmişkəsilmiş zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Təqsirləndirilən şəxs məxsus qısaqol koftanın sağ qolunun azad kənarında bir ədəd, cins şalvarın arxa səthinin sağ yarısında bir ədəd sökülmüş zədə var, bu zədələr küt mexanizmdən, paltarın həmin nahiyyəsinin dartılması nəticəsində törənmişlər. Təqsirləndirilən şəxs məxsus qısaqol koftanın arxa səthində bir ədəd, cins şalvarın sağ ayağının arxa səthində kiçik ölçülü dörd ədəd cırılmış zədələr var, bu zədələr küt yaranma mexanizminə malikdir, paltarın həmin hissəsinin dartılması, o cümlədən hər hansı bir predmetə ilişib dartılması nəticəsində törənə bilərlər. Təqsirləndirilən şəxs məxsus tumanın və şəpitin üzərində zədə aşkar edilmədi. Təqsirləndirilən şəxs məxsus paltarların üzərində iti alətin, o cümlədən bıçağın tiyəsinin təsirindən törənməyə xarakterik hər hansı bir zədə aşkar edilmədi. Təqdim edilmiş ağ rəngli mələfənin üzərində çoxsaylı dəlib-keçən zədələr var, bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Təqdim edilmiş yastıq üzünün və göy rəngli mələfənin üzərində zədə aşkar edilmədi. Təqdim edilmiş ağ rəngli mələfənin üzərində olan deşilmiş-kəsilmiş zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmiş, bıçağının təyinatı dəyişdirilməmişdir. (Cild 3, i.v 11-18;) İşdə olan, 27 sentyabr 2025-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi və saxlanca verilməsi haqqında qərardan görünür ki, hadisə yerinə baxış keçirilməsi haqqında 15 iyul 2025-ci il tarixli protokola əsasən hadisə yeri müayinə edilərkən götürülmüş 1 ədəd göy rəngli, üzərində gül şəkilləri və qanabənzər ləkələr olan mələfə və 1 ədəd ağ rəngli üzərində qanabənzər ləkələr olan mələfə, hadisə yerinə əlavə baxış keçirilməsi haqqında 16 iyul 2025-ci il tarixli protokola əsasən hadisə yerinin əlavə müayinəsi zamanı götürülmüş 1 ədəd yastıq üzü və 3 ədəd çubuqlu tampon vasitəsilə götürülmüş qanabənzər nümunələr, “Beyləqan rayon Mərkəzi Xəstəxanası” X42i tərəfindən istintaqa təqdim edilmiş hadisə zamanı X10 əynində olmuş 1 ədəd ağ rəngli mayka və 1 ədəd açıq mavi rəngli trusik, götürmə və baxış keçirmə haqqında 16 iyul 2025ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi 1 ədəd boz rəngli qısaqol köynək, 1 ədəd tünd göy rəngli şalvar, 1 ədəd tünd göy rəngli olmaqla rezin hissəsində “UOMO” sözləri yazılmış trusik və 1 cüt, 44 ölçülü və hər bir tayının üzərinə “Sport” sözləri yazılmış çəkələk, bundan başqa baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokola əsasən su kanalından aşkar edilmiş 1 ədəd “Samsung Galaxy” SM-A35 8/256 GB markalı, açıq bənövşəyi rəngli mobil telefon və dəstəyinin ön hissəsi gümüşü rəngli metallik, digər hissələrdə qara rəngli plastik lövhələrdən ibarət olmaqla ümumi uzunluğu 240 millimetr olan mətbəx bıçağının maddi sübut kimi tanınaraq Beyləqan rayon prokurorluğunun saxlanc otağına təhvil verilməsi qərara alınmışdır. (Cild 3, i.v 28-29;) İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 29 avqust 2025-ci il tarixli, 5348 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 3, i.v 31-32;) İşdə olan, ambulator məhkəmə-psixiatrik ekspertizasının 05 sentyabr 2025-ci il tarixli, 2984 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda üzvi mənşəli şəxsiyyət pozuntusu müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar sübut edir. Təqsirləndirilən şəxs hazırda Üzvi mənşəli şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs hazırda müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, cinayət əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın, yəni törətdiyi əməl barəsində anlaqlı hesab edilir, onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur və bu iş üzrə ifadə vermək iqtidarındadır, yəni psixi vəziyyətinə görə iş üzrə prosessual fəaliyyət qabiliyyətlidir. (Cild 3, i.v 34-36;) İşdə olan, ambulator məhkəmə-psixoloji ekspertizasının 03 oktyabr 2025-ci il tarixli, 3380 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs idrak proseslərinin tədqiqi zamanı diqqətində dayanıqsızlıq (tez yayınıb, gec mərkəzləşməsi) təfəkküründə konkretlik, ilişkənlik, anlayışların dərk edilməsinin nisbətən zəif çıxış etməsi, qavrama prosesində lənglik, xarakterində dəyişkənlik-kobudluq, eqosentrizim, öz maraqlarına uyğun davranmaq, konfliktə meyillilik, emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik, psixi-emosional vəziyyətində əhval-ruhiyyənin bir qədər enməsi və sair aşkar olunur. Təqsirləndirilən şəxs emosional halından aslı olaraq öz hərəkətlərini tam dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində impulsivlik, aqressiyaya meyillilik yaranmış, həmin halın yaranması onda müəyyən edilən fərdi-psixi xüsusiyyətləri ilə əlaqədar olmuşdur. O, cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Onda yalan danışmağa və ya özündən uydurmağa pataloji meyillilik əlamətləri müəyyən edilmədi. (Cild 3, i.v 65-67;) İşdə olan, 08 dekabr 2025-ci il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlinin və ümumilikdə cinayət işi üzrə əməlin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən həmin Məcəllənin 120.2.6, 29 149.1 və 177.2.3-cü maddələrinə tövsif olunması, Təqsirləndirilən şəxs 17 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə elan olunmuş ittihama əlavələr və dəyişikliklər edilərək Təqsirləndirilən şəxs həmin Məcəllənin 120.2.6, 29 149.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddələrlə yenidən ittihamın elan edilməsi qərara alınmışdır. (Cild 3, i.v 73-126;) İşdə olan, 08 oktyabr 2025-ci il tarixli birgə istintaq qrupu yaradılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Beyləqan rayon prokurorluğunun müstəntiqi, 2-ci dərəcəli hüquqşunas X11 və Beyləqan rayon prokurorunun köməkçisi, 3cü dərəcəli hüquqşunas X19, Beyləqan Rayon Polis X8 müstəntiqi, polis kapitanı X4 ibarət istintaq qrupunun yaradılması qərara alınmışdır. (Cild 3, i.v. 128-130;) İşdə olan, 09 oktyabr 2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.6, 29 149.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə yenidən ittihamın elan edilməsi qərara alınmışdır. (Cild 3, i.v. 132-134;) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində seçdiyi müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Eyni zamanda müdafiə tərəfi məhkəmə istintaqında irəli sürülmüş ittihamı mübahisələndirməmişdir Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət və cinayət-prosessual qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, SSRİ Ali Məhkəməsi Plenumunun “Zorlama işləri üzrə məhkəmə təcrübəsi haqqında” 25 mart 1964-cü il tarixli qərarlarının müddəalarını da nəzərə alır. Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin maddənin sanksiyasında doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 120.2.6-cı maddəsində başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar qəsdən adam öldürməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin maddənin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 149.1-ci maddəsində zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq edilməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmaya görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin maddənin sanksiyasında dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində oğurluq yəni, özgənin əmlakını gizli olaraq talamaya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Həmin Məcəllənin 177.2.3-cü maddəsində CM-nin 177.1-ci maddəsində göstərilən əməllərin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Həmin maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-nin 177-ci maddəsinin Qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə adam öldürmə cinayətinin tövsifi bağlı ilk növbədə qeyd edir ki, cinayət qanunvericiliyinə görə qəsdən adam öldürmə, digər şəxsi qəsdən həyatdan məhrumetmədə ifadə olunur. Adam öldürmə cinayətinin obyektini başqa şəxsin həyatı təşkil edir. Adam öldürmə cinayətinə görə məsuliyyətin yaranması üçün zərərçəkmiş şəxsin dərhal və ya yaxud müəyyən müddətdən sonra ölməsinin əməlin tövsifi üçün heç bir əhəmiyyəti yoxdur. Adam öldürmə maddi tərkibli cinayət olduğundan törədilən əməllə (hərəkət və ya hərəkətiszliklə) baş verən nəticə arasında (ölüm) arasında səbəbli əlaqənin müəyyən edilməsi zəruridir. Əgər səbəbli əlaqə müəyyən edilməzsə, təsadüfi şərait zəminində ölümün baş verməsi qəsdən adam öldürmə sayıla bilməz. Təqsirkarın qəsdinin məzmunu və istiqaməti məsələsini həll edərkən törədilmiş cinayətin bütün hallarının məcmusunu əsas tutmalı və xüsusilə cinayətin üsulu və alətini, yetirilən yaraların və sair bədən xəsarətlərinin sayını, xarakterini və bədənin hansı nahiyəsinə yetirildiyini (məsələn, həyat üçün mühüm olan orqanlara zərər yetirilməsini), cinayət hərəkətlərinin kəsilməsi səbəblərini araşdırmalı, habelə təqsirkarın şəxsiyyəti, onun zərərçəkmişlə qarşılıqlı münasibəti, hadisədən əvvəl və hadisədən sonrakı davranışı haqqında məlumatlar tədqiq edilməlidir. Adam öldürmə cinayətlərinin düzgün tövsifi üçün cinayətin motivinin, məqsədinin, üsulunun tam və hərtərəfli araşdırılması zəruridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarının 10-cu bəndində göstərilmişdir ki, başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədilə qəsdən adam öldürmə (CM-nin 120.2.6-cı maddəsi) birbaşa qəsdlə həyata keçirilir. Bu zaman təqsirkar artıq törədilmiş, yaxud gələcəkdə törədiləcək (özü, yaxud başqası tərəfindən) cinayəti gizlətmək məqsədilə başqasını həyatdan qəsdən məhrum edir. Belə cinayətlərdə zərərçəkmiş şəxs qismində artıq törədilmiş cinayətin şahidləri, yaxud cinayətin sübutlarını özündə saxlayan və ya belə sübutların olduğu güman edilən şəxslər keçə bilər. Başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədilə qəsdən adam öldürmə cinayəti onunla xarakterizə olunur ki, təqsirkar gələcəkdə törədiləcək cinayətə mane ola bilən şəxsi qətlə yetirir. Belə hərəkətlər həm törədilməsi nəzərdə tutulmuş cinayət baş verənədək, həm də cinayətin törədilməsi prosesində həyata keçirilə bilər. Başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədilə qəsdən adam öldürmə, eyni zamanda CM-nin 120.2-ci maddəsində təsbit edilən başqa məqsədlə törədilən əməllər kimi qiymətləndirilə bilməz. CM-nin 120.2.6-cı maddəsi ilə həm də zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar qəsdən adam öldürmə cinayəti tövsif edilir. Bu növ cinayətlər zamanı təqsirkar ya zorlama prosesində zərərçəkmişin fəal müqavimətini aradan qaldırmaq məqsədilə, ya da digər alçaq niyyətlə (məsələn, sadizm) adam öldürür. Belə adam öldürmə həmçinin zorlama, yaxud seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar cinayətdən sonra həmin cinayəti gizlətmək məqsədilə də həyata keçirilə bilər. Zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar qəsdən adam öldürmə hadisəsi cinayətin törədilməsi prosesində əsasən dolayı qəsdlə xarakterizə olunduğu halda, hadisədən sonra cinayəti gizlətmək məqsədilə zərərçəkmişi və ya hadisənin şahidini öldürmə birbaşa qəsdlə həyata keçirilir. Belə cinayət işləri üzrə zərərçəkmiş qismində hər iki cinsdən olan şəxs keçə bilər. Bu cinayətlər üzrə təqsirkar, eyni zamanda zərərçəkmişin cinsi azadlığına və həyatına qəsd etdiyindən onun əməli CM-nin 120.2.6 və 149, yaxud 150-ci maddələri ilə tövsif edilməlidir. Eyni zamanda keçmiş SSRİ Ali Məhkəməsi Plenumunun “Zorlama işləri üzrə məhkəmə təcrübəsi haqqında” 25 mart 1964-cü il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, zorlama ilə bağlı işlərə baxarkən məhkəmələr hərtərfli, tam və obyektiv tədqiqat aparmalı, bu qəbildən olan işlərin xüsusiyyətləri nəzərə alınamaqla işin bütün halları məcmu halında nəzərə almalı, hadisənin baş verdiyi şəraiti və zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında qarşılıqlı münasibətləri diqqətlə aydınlaşdırmalıdır. Plenum qərarının 11-ci bəndində göstərilmişdir ki, məhkəmələr fiziki zor tətbiq etmək yolu ilə zorlamağa cəhd barədə məsələni həll edərkən təqsirləndirilən şəxsin tətbiq etdiyi zorakılığın hansı niyyəti həyata keçirməyə yönəldiyini, yəni fiziki zorun bilavasitə zərərçəkmişi zorlamağa yoxsa onun iradəsini qırmağa yönəldiyini nəzərə almalıdırlar. Yalnız bu halları aydınlaşdırdıqdan sonra əməlin zorlamağa cəhd olub-olmaması müəyyən edilə bilər. Eyni zamanda bu meyarlar nəzərə alınmaqla zorlamaya cəhd cinayətini, qadının şərəfini, ləyaqətini ləkələyən, habelə toxunulmazlığına qəsd edən cinayətlərdən fərqləndirilməlidir. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Plenum qərarında göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir (19-cu bənd). Yaşayış sahəsi dedikdə, yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür (20-ci bənd). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs özgə əmlakını tamah məqsədilə gizli yolla talamaq məqsədilə 15 iyul 2025-ci il tarixdə saat 01 radələrində qanunsuz olaraq X10 yaşadığı, Beyləqan rayonu Bolsulu qəsəbəsində yerləşən fərdi yaşayış evinin açıq vəziyyətdə olan darvazasından keçməklə həyətyanı sahəsinə, daha sonra isə evin giriş qapısından yaşayış sahəsinə daxil olmuş, qonaq otağında masanın üzərində olan həmin tarixə orta bazar dəyəri 320 (üç yüz iyirmi) manat təşkil edən bir ədəd “Samsung Galaxy SM-A35” 8/256 GB markalı, açıq bənövşəyi rəngli mobil telefonu gizli olaraq taladıqdan sonra evdən çıxmaq istədikdə yataq otağının giriş qapısının önündən keçərkən qapının açıq olduğunu görüb oranı müşahidə edərək çarpayıda X10 alt paltarında tək yatmış vəziyyətdə gördüyü üçün ehtiraslanaraq yataq otağına keçərək Bəsti Həsənova ilə təbii yolla cinsi əlaqədə olmaq qərarına gəlmiş, lakin sonuncunun ona müqavimət göstərəcəyini əvvəlcədən ehtimal edib həmin şəraitin qarşısını almaq üçün evin həyətinə çıxaraq əvvəlcədən həyətyanı sahədə masanın üzərində gördüyü soyuq silah hesab edilməyən mətbəx bıçağını götürüb yenidən evə daxil olub yataq otağına keçərək Bəsti Həsənovanın iradəsinə zidd hərəkətlər edib zorlamağa başlamazdan əvvəl sonuncunun yuxudan oyanıb müqavimət göstərəcəyi təqdirdə öldürəcəyini əvvəlcədən planlaşdıraraq sağ əlində həmin bıçağı hazır vəziyyətdə saxlamaqla yatmasından istifadə edib Bəsti Həsənovanın bud nahiyəsinə sol əlini sürtmüş, daha sonra öz ehtirasını daha da şəhvətli etmək və Bəsti Həsənovaya zor tətbiq etməklə aktiv cinsi əlaqə mərhələsinə keçmək üçün onun üzərinə uzanmaq və öz sərtləşmiş cinsiyyət orqanını Bəsti Həsənovanın cinsiyyət orqanına salıb çıxarmaq niyyətini reallaşdırmaq istədikdə sonuncunun yuxudan oyanaraq onun sifətini gördüyünü və səsküy saldığını görmüş, bu zaman Bəsti Həsənovanın aktiv fiziki müqaviməti ilə əlaqədar öz iradəsindən asılı olmayan səbəblərdən cinayətkar əməlini başa çatdıra bilmədiyini başa düşərək baş verən hadisənin yaşadığı qəsəbədə cəmiyyət arasında onun barəsində mənfi rəy formalaşmasına səbəb olacağını və rüsvay olacağını güman edib, törətdiyi zorlamaya cəhd cinayət əməlini gizlətmək məqsədi ilə Bəsti Həsənovanı öldürmək qərarına gələrək öz cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə sağ əlində tutduğu mətbəx bıçağı ilə Bəsti Həsənovaya qəsdən çoxsaylı zərbələr endirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən döş qəfəsinin sağ yarısının ön səthində boşluğa keçməyən 1 ədəd yara, döş qəfəsinin sol yan səthində boşluğa keçməyən 1 ədəd yara, sol diz oynağının bayır səthində 2 ədəd yara, sağ bazu oynağının bayır səthində 1 ədəd yara, sağ qasıq nahiyəsində 1 ədəd yara, döş qəfəsinin sol yarısının arxa səthində 1 ədəd yara, sol onurğayanı xətt üzrə bel nahiyəsində 1 ədəd yara, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edilən sağ kürəküstü nahiyədə 1 ədəd yara, döş qəfəsinin sol yarısının arxa səthində 1 ədəd yara, döş qəfəsinin sağ yarısının arxa səthində 1 ədəd yara, sol orta kürək xətti üzrə bel nahiyəsində 1 ədəd yara, habelə sağlamlığa ağır zərərvurmaya aid edilən və baş vermiş qanitirmə ilə ölümünə səbəb olan döş qəfəsinin sol yarısının ön səthində sol döşyanı xətt boyunca 4-cü qabırğaarası sahədə boşluğa keçən plevranın perikardın və ürəyin sol mədəciyinin zədələnməsı və soltərəfli hemotoraks, ürəyin tamponadası ilə müşayiət olunan 1 ədəd yara xəsarətləri yetirdikdən sonra zərərçəkmiş şəxsin hərəkətsiz vəziyyətdə qaldığını görüb, ona müqavimət göstərmək imkanından məhrum olduğuna əmin olduqdan sonra hadisə yerindən qaçaraq uzaqlaşmış. Bununla da yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talamış, yəni oğurlamış, həmçinin X12 zor tətbiq etməklə onunla təbii yolla cinsi əlaqədə olmağa, yəni onu zorlamağa cəhd etdikdən sonra həmin cinayəti gizlətmək məqsədi ilə və zorlama ilə əlaqədar onu qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 120.2.6, 29,149.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Onun tərəfindən həmin cinayət əməllərinin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs CM-nin 120.2.6, 29,149.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə nəzərə alır ki, CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə cəza təyin edərkən zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxslə barışmaması və ondan şikayətçi olmasını nəzərə alır. CM-nin 63-cü maddəsində başa çatmayan cinayətlərə görə cəza təyin edilməsinin əsaslarını müəyyən edir. Həmin maddənin dispozisiyasında göstərilir ki, başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır. Cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 120.2.6, 29, 149.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə təqsirli bilindiyi hər bir cinayət əməlinə görə ayrı-ayrılıqda cəza təyin edilməli, daha sonra CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna görə ona hazırkı iş üzrə qəti cəza təyin edilməlidir. CM-nin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər (CM-in 120.2.6-cı maddəsi) xüsusilə ağır cinayətlər, (CM-nin 29,149.1-ci maddəsi) ağır cinayətlər, (CM-nin 177.2.3-cü maddəsi) az ağır cinayətlər kimi təsnif edilmişdir. CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-nin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 15 iyul 2025-ci il tarixdə məhdudlaşdırılmış, Beyləqan Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutularaq saxlanıldığı 15 iyul 2025-ci tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Beyləqan rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanan hadisə yerinə baxış keçirilərkən götürülmüş göy rəngli, üzərində gül şəkilləri və qanabənzər ləkələr olan mələfə, üzərində qanabənzər ləkələr olan ağ rəngli mələfə, yastıq üzü və tampon vasitəsilə götürülmüş qanabənzər nümunələr, zərərçəkmiş şəxs Bəsti Həsənovanın hadisə zamanı əynində olmuş ağ rəngli mayka və açıq mavi rəngli alt geyimi, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş qısaqol köynək, göy rəngli şalvar, trusik və 1 cüt çəkələk və 1 ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Beyləqan rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanan zərərçəkmiş şəxs X12 məxsus bir ədəd “Samsung Galaxy” SM-A35 8/256 GB markalı, açıq bənövşəyi rəngli mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi X28 qaytarılmalıdır. CPM-nə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, CPM-nin 198.1-ci maddəsinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 154 (bir yüz əlli dörd) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına, mütəxəssisə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 150 (bir yüz əlli) manat məbləğində pul tutularaq hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296, SWİFT kod: AİİBAZ2XXXX hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 52-1, 344-349, 351- 353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.6, 29, 149.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-nin 120.2.6-cı maddəsi ilə 18 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 29, 149.1-ci maddəsi ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 19 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə 15 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Beyləqan rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan hadisə yerinə baxış keçirilərkən götürülmüş göy rəngli, üzərində gül şəkilləri və qanabənzər ləkələr olan mələfə, üzərində qanabənzər ləkələr olan ağ rəngli mələfə, yastıq üzü və tampon vasitəsilə götürülmüş qanabənzər nümunələr, zərərçəkmiş şəxs Bəsti Həsənovanın hadisə zamanı əynində olmuş ağ rəngli mayka və açıq mavi rəngli alt geyimi, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş qısaqol köynək, göy rəngli şalvar, tursik, bir cüt çəkələk və bir ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Beyləqan rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan zərərçəkmiş şəxs X12 məxsus bir ədəd “Samsung Galaxy” SM-A35 8/256 GB markalı, açıq bənövşəyi rəngli mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi X28 qaytarılsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 154 (bir yüz əlli dörd) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına, mütəxəssisə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 150 (bir yüz əlli) manat məbləğində pul tutularaq hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296, SWİFT kod: AİİBAZ2XXXX hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Cavanşir Nəbiyev Hakimlər: Esmira Məmmədova Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №1(099)-516/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-516/2025
09.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver