Məhkəmə qərarları › İş №1(099)-517/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(099)-517/2022

27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-517/2022 27.12.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Lənkəran rayon vəkil bürosunun vəkilləri Müdafiəçi4, Müdafiəçi5, Müdafiəçi3, Bakı şəhəri, 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri, “Arbitrium” vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1980-ci ildə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, Astara rayon məhkəməsinin 13 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 23 oktyabr 2020-ci ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Astara rayonunun Şahağacı kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində 05 may 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2, xx xxxx 1977-ci ildə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Astara rayonunun Sərək kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində 05 may 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4, xx xxxxx 1971-ci ildə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, Astara rayonunun Şahağacı kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində 05 may 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3, xx xxxx 1991-ci ildə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, Astara rayonunun Ərçivan kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində 05 may 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və 15 avqust 2005-ci ildə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, Astara rayonunun Sərək kəndində qeydiyyatda olmaqla orada yaşayır, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Vət. Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilərək məhkəmə məsuliyyətinə verilmişdir. Məhkəmədə işə mahiyyəti üzrə baxılarkən müəyyən olunmuşdur ki, ibtidai araşdırma orqanı tərəfindən vət. Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür. Dövlət ittihamçısı şifahi vəsatət verərək göstərmişdir ki, vət. Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Odur ki, təqsirləndrilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2-ci maddəsi ilə düzgün ittiham verilmədiyindən CPM-in 39.1.2-ci maddəsinə əsasən həmin ittihamdan imtina edilməlidir. Azərbaycan Respublikası CPM-in 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Həmin Məcəllənin 43.1.1, 43.1.2 və 314.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən həm tam, həm də qismən imtina etdikdə məhkəmə müvafiq olaraq cinayət işi üzrə icraata tam və ya qismən xitam verilməsi barədə qərar çıxarır. Azərbaycan Respublikası CPM-in 84.6.9-cu maddəsinə görə həmin Məcəllənin 41.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət ittihamçısının təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina etmək hüququ vardır. Odur ki, yuxarıda qeyd edilən qanunun tələblərinə və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq təqsirləndrilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın müdafiəsindən imtina edilməli, digər maddələrlə olan ittiham isə müdafiə edilməli və onlar CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-in 43.1.1-ci maddəsinin tələbinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Məhkəmə iş materiallarını araşdırıb, cinayət prosesi tərəflərinin fikirlərini dinləyərək hesab edir ki, təqsirləndrilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2-ci maddəsinin tərkibi olmaması səbəbindən dövlət ittihamçısı cinayət təqibindən imtina etdiyindən, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs1 verilmiş ittihamın CM-in 32.5, 206.3.2-ci maddəsi ilə olan hissəsinə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 41.3 və 321.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Vət. Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs1 verilmiş ittiham üzrə Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2-ci maddələri ilə olan hissədə cinayət təqibinə xitam verilsin. Vət. Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs1 barəsində olan cinayət təqibi Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə davam etdirilsin. Hakimlər:

1. (sədrlik edən) Cəlil Nəbiyev 2 Cavid Səfərli

3. Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar