Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-517/2023 12.12.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər – Səfərli Cavid Şamil oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X23, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi -Lənkəran rayon Vəkil bürosunun vəkili X15, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1964-cü ildə Yevlax rayonu, Havarlı kəndində doğulmuş, orta təhsilli, evli, Azərbaycan Respublikası vətəndaşı, işsiz, Belarusiya Respublikası, Qomel şəhəri, Sentralnıy Rayon Məhkəməsinin xx.xx.2004cü il tarixli hökmü ilə Belarusiya Respublikası CM-nin 171, 173 mad. 1-ci his., 72-ci mad. 1-ci his., 72-ci mad. 2-ci his. ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına; Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 221.2.1-ci maddəsilə təqsirli bilinib aylıq qazancından 20% tutulmaqla 1 (bir) il 1 (bir) ay 24 (iyirmi dörd) gün müddətinə islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 1.5ci bəndinə əsasən cəzadan azad edilmiş; Yevlax Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nin 221.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib 2(iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilmiş, hazırda məhkumluğu olmayan, Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi ev 74, mənzil 21-də qeydiyyada olmaqla Yevlax rayonu, Havarlı kəndində daimi yaşamış, barəsində həbs qətikan tədbiri seçilmiş, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində müalicə alan və saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 181.2.1, 181.2.3, 181.2.5 və 228.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmək qərarına gəlib həmkəndlisi mərhum X19 və tanışı Masallı rayonu Yeyənkənd kənd sakini mərhum X24 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək,xx.xx.2001-ci il tarixdə Yeyənkənd kəndi ərazisinə gələrək Elşən Abbasovun təyin etdiyi yerdə gözləyib, sonuncu tərəfindən məlum olmayan mənbədən qanunsuz əldə olunaraq görüş yerinə gətirilmiş “Kalaşnikov” markalı avtomat, həmin avtomatın üzərində olan silahın komplekt hissəsi olan döyüşə yararlı sandıqca və lüləsi kəsik ov tüfəngi ilə silahlanıb, tanınmamaq üçün üzlərini əvvəlcədən qara rəngli papaqdan hazırladıqları maskalarla gizlədib həmin gün saat 21 radələrində Masallı rayonu Yeyənkənd kənd sakini mərhum X2 həmin kənddə yerləşən fərdi yaşayış evinə avtomobil qarajından qanunuz daxil olub silahlı basqın edərək üzərlərində olan silahlarla Gülhüseyn Nəcəfov və onun ailə üzvlərinin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib onlardan pul, qızıl-zinyət və digər qiymətli əşyalar tələb etmiş, Gülhüseyn Nəcəfov onun və qrupun digər üzvləri olan Elşən Abbasov və Cümşüd Nəzərovun hüquqa zidd hərəkətlərindən qorxaraq evdə olan özünə və ailəyə məxsus bir ədəd 274.80 Azərbaycan manatı nisbətində 300 ABŞ dolları dəyərində qızıl üzüyünü, bir ədəd 300 manat dəyərində “Erikson” markalı mobil telefonunu və üzərində olan 5 manat dəyərində ***-***-**-** saylı nömrəni, 458.00 Azərbaycan manatı nisbətində 500 ABŞ dollarını və 31.94 Azərbaycan manatı nisbətində 1000 rus rublunu, ümumilikdə zərərçəkmiş şəxs Gülhüseyn Nəcəfovun 1069.74 manat məbləğində əmlak və pulunu ələ keçirməklə quldurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, saxlanılana qədər Mingəçevir şəhərində qeydiyyatda olsa da, Yevlax rayonu Havarlı kəndində yaşamışdır. 2001-ci il fevral ayının əvvəllərində Dağıstan Respublikasının Maxaçqala şəhərinə getmiş, orada olarkən mərhum qardaşı Camal və həmkəndlisi mərhum Cümşüd adlı şəxslə birlikdə balıq alveri ilə məşğul olmuşlar, oradan balıq gətirib Bakı şəhərində satmışdır. Bakı şəhərində balıq satışı ilə məşğul olduqları ərəfələrdə Masallı rayonunun Yeyənkənd kəndindən olan mərhum X24 ilə tanış olmuşdur. Hadisə barədə (Masallı rayonu, Yeyənkənd kənd sakini mərhum Gülhüseyn Nəcəfovun evinə 2001-ci ildə basqın edilməsi) Masallı RPŞ-də bilmişdir. Masallı rayonu, Yeyənkənd kənd sakini Gülhüseyn Nəzərovu tanımır, onun evinə basqın etməmişdir. Hadisə vaxtı Azərbaycan Respublikasında olmamış, Maxaçqala şəhərində olmuşdur. İstintaq zamanı ona qarşı zor tətbiq olunduğundan, polis əməkdaşları tərəfindən döyüldüyündən məcbur qalaraq özünün də hadisədə iştirak etdiyi barədə yalan ifadə vermişdir. Bu cinayətin törədilməsində iştirak etməsini yalnış bildirdirmişdir. Hər hansı bir cinayət törətməmişdir. Videogörüntü ilə olan ilkin etirafedici ifadəni verməyi tanımadığı polis əməkdaşları onu məcbur etmişlər. 22 il bundan əvvəl törədilmiş cinayət saxta sübutlarla üzərinə qoyulmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavabında əlavə olaraq bildirmişdir ki, 2008ci ildə Azərbaycana qayıtmışdır. Maxaçqalaya öz xarici pasportu ilə getmişdir. Sonradan Elşən ona X22 ad, soyad və ata adı olan pasport düzəltdirib göndərmişdir. Məcbur qaldığından Elşənin göndərdiyi pasportu götürmüşdür. xx.xx.2004-cü ildə Belarusiya Respublikası Qomel şəhərində 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Cəzasını çəkib qurtardıqdan sonra Rusiyaya qayıtmışdır. Azərbaycana 2008-ci ildə qayıtdıqdan sonra tutulana kimi Yevlax rayonu Havarlı kəndində yaşamışdır. Heç kim tərəfindən axtarılmamışdır. Xuliqanlıq etdiyinə görə xx.xx.2016-cı ildə Mingəçevir Rayon Məhkəməsi tərəfindən islah işləri cəzasına, xx.xx.2017-ci ildə isə Yevlax Rayon Məhkəməsi tərəfindən xuliqanlıq etdiyinə və narkotikdən istifadəyə görə 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş, cəzasını çəkib qurtarmışdır. Bundan sonra da Yevlax rayonu Havarlı kəndində sərbəst yaşamışdır. Həmin müddətdə Azərbaycan Respublikasında sürücülük vəsiqəsi və pasport almışdır. Hətta, tanışlarının şənliklərində iştirak etdib fotoşəkillər də çəkdirmişdir. Masallı sakini olmuş mərhum Elşən kriminal adam olduğundan onun barəsində şikayət etməyə çəkinmişdir. Onun adını qeyd olunan quldurluq cinayətində iştirak etməsini istintaq orqanına mərhum Cümşüd vermişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ilkin ifadələrində və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə videoçəkilişlə dövlət hesabına təyin olunmuş müdafiəçi X3 iştirakı ilə verdiyi 7 mart 2023-cü il tarixli sərbəst etirafedici ifadəsi elan olunmuş, o, həmin ifadəsində özünün müdafiəsi üçün heç bir dəlil gətirməyərək CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə özünü təqsirli bilərək göstərmişdir ki, hazırda Yevlax rayonu Havarlı kəndində yaşyayır. 1985-ci ildən Rusiya Federasiyasına gedib gəlmişdir. 1999- 2000-ci illər ərzində qardaşı Camal və mərhum həmkəndlisi Cümşüdlə Maxaçqala şəhərindən Bakı şəhərinə balıq gətirərək satmışlar. Həmin ərəfələrdə Bakı şəhərində Masallı rayonu Yeyənkənd sakini Elşən Abbasovla tanış olmuşdur. Birlikdə tez-tez Rusiyaya gedib gəlmişlər. 2001-ci ilin əvvəllərində Cümşüdlə birlikdə Bakı şəhərində Nəsimi rayonu ərazisində yerləşən bazarda olarkən Elşən həm kəndlisi Masallı rayonu Yeyənkən kəndindən olan əsasən Kazan şəhərində yaşayan Gülhüseyn adlı şəxsin, Kazanda azərbaycanlılara qarşı satlınçılıq etdiyni, müxtəlif şəxsləri Rusiyada “qanuni oğrulara” verməsini və həmyerlilərimizin pullarının əlindən alınmasını deyərək, Gülhüseynə qarşı tədbir görülməsini, ona da hədə-qorxu gəlib, pullarının əlindən alınmasını demişdir. Söhbət zamanı həmçinin, Gülhüseynin Masallı rayonu Yeyenkənd kəndində tək yaşadığını, evə girməzdən əvvəl kənddən onlara silah gətirəcəyini söyləmişdir. Gülhüseynin azərbaycanlılara qarşı etdiyi hərəkətdən təsirləndiyindən, Cümşüd və Elşənlə birlikdə Gülhüseynin evinə girərək pullarını ələ keçirməyi razılaşmışlar. Buna görə də, 2001-ci ilin fevral ayının 16-da hər üçü Bakı şəhərindən taksi ilə çıxaraq saat 20 radələrində Masallı rayonu, Yeyənkənd kəndinə çatmışlar. Daha sonra Elşən Cümşüdlə onu tanımadıqları bağ sahəsində qoyaraq, evlərinə odlu silah dalınca getmişdir. Bir müddət sonra Elşən 1 ədəd “ Kalaşnikov” avtomatı, 1 ədəd lüləsi kəsik tüfəng gətirərək, avtomatı özündə saxlamış, tüfəngi isə Cümşüdə vermişdir. Həmçinin Elşən və Cümşüdə silahlardan yalnız qorxutmaq məqsədi ilə istifədə edəcəklərini, atəş açmamaqlarını tapşırmışdır. Elşən Gülhüseynin evdə tək olduğunu demişdir, onlar tanınmamaq üçün özləri ilə gətirdikləri qayçı və bıçaqla, papaqdan düzəltdikləri maska ilə üzlərini bağlamışlar. Cümşüd öz başındakı şapkasını, gətirdikləri qayçı və bıçağı gözlədikləri yerə qoymuşlar. Elşən qabaqda, Cümşüdlə özü isə arxada gedərək, Gülhüseynin yaşadığı evin hasarından içəri keçmişlər. Elşən onları evə bitişik olan qaraja tərəf gətirmiş, həmin qarajdan isə evə açılan qapı ilə içəri daxil olmuşlar. Evdə digər ailə üzvlərinin olduğunu da görmüşlər. Ailə üzvləri hay-küy salmış, onlara narahat olmamaqlarını, sadəcə Gülhüseynlə söhbət edib gedəcəklərini demişlər. Gülhüseynin ailənin üzvləri başqa otağa keçdikdən sonra, ondan hədə-qorxu ilə pul tələb etmişlər. O, da cibindən 500 ABŞ dolları və 1000 rus rublu çıxararaq stolun üstünə qoymuşdur. Bu zaman Elşən Gülhüseynin barmağındakı qızıl üzüyü də çıxardıb götürmüşdür. Stolun üstündəki «Ericson» markalı telefonu isə Cümşüd götürərək, evdən girdikləri yolla çıxmışlar. Elşən onları ərazidən uzaqlaşdırmış, sahəliklə getdikləri zaman su arxına düşmüş və islanmışlar. İki saata yaxın yol getdikdən sonra tanmadıqları bir kəndə çatmışlar, bu zaman Elşən onlara silahları yerbəyer edib Bakıda onlarla görüşücəyini və əldə etdikləri əmlakı orada böləcəklərini demişdir. Cümşüdlə özü isə corab almaq üçün kənd ərazisində yerləşən dükana girmiş, orada üst-başlarının qurumasını gözləmişlər. Söhbət əsnasında dükan sahibinə Masallıya qonaq gəldiklərini və Bakıya necə qayıdacaqlarını soruşmuşlar. Dükan sahibi onlara taksi ilə Masallı şəhərinə oradan isə yanacaq doldurma məntəqəsinin yanından Bakıya taksi ilə gedə biləcəklərini demişdir. Səhərə yaxın onlar dükanın yaxınlığında tanımadıqları taksi ilə Bakı şəhərinə qayıtmışlar. Bakı şəhəri Nəsimi bazarının yaxınlığında Elşənlə görüşmüşlər. Elşən qızıl üzüyü satmış, bundan sonra onlar pulları öz aralarında bölmüşlər. «Ericson» mobil telefonu isə Cümşüddə qalmışdır. Bir müddət sonra o yenidən Maxaçqalaya qayıtmış, Maxaçqalada olarkən Cümşüd onunla əlaqə saxlamış, polis əməkdaşlarının onların izinə düşdüklərini, ifadə vermək üçün onu Masallı RPŞ-yə apardıqlarını söyləmişdir. Cümşüd ifadəsində «Ericson» mobil telefonu guya ondan aldığını, başından çıxardığı şapkanı isə bir müddət əvvəl ondan almağını bildirərək günahı onun üzərinə atmışdır. Bir müddət sonra Mahaçqala şəhərindən Belarusiya Respublikasına getmişdir. Polis onun izinə düşdükdən sonra Elşən ona “X22” ad, soyad, ata adı olan pasport düzəltidirib göndərmişdir. Həmin ərəfələrdə qardaşı Camalla əlaqə saxlayıb ona hadisə barədə məlumat verilmişdir. Camal Gülhüseynlə əlaqə saxlamış, ondan üzrxahlıq etmişdir. Özü də Gülhüseynlə mobil telefonla əlaqə saxlamış, Gülhüseynin yaxşı insan olduğunu bilmişdir. Hətta Gülhüseyn ona həm xərclik göndərmək istədiyini, həm də xəstə qız övladının müalicəsini öz üzərinə götürmək istədiyini demişdir. Söhbət əsnasında Gülhüseynə bu işlərin baş verməsinə səbəb Elşənin olmasını demiş, Gülhüseyn isə onu bağışladığını və onunla düşmənçilik etməyəcəyini demişdir. Belarusiya Respublikasında olduğu müddətdə 2003-cı ildə törətdiyi xuliqanlıq əməlinə görə 1 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını çəkib qurtardıqdan sonra Belarusiyadan Rusiyaya qayıtmış, 2007-2008-ci illər ərzində Elşənlə telefon əlaqəsi saxlamış, 2009-cu ildə isə Azərbaycana qayıdıb Yevlax şəhərində yaşamışdır. Elşənin 2012-ci ildə Kazan şəhərində öldüyünü öyrənmişdir. Hadisə zamanı silahlardan atəş açılmamışdır. Axtarışda olub-olmadığını bilməmişdir. Azərbaycana qayıdandan sonra da 2001-ci ildə baş verən hadisə ilə bağlı heç kim tərəfindən axtarılmamışdır (cild İİ. i.v. 30-34). Təqsirləndirilən şəxs Müdafiəçi ilə hüquqlarının müdafiəsi üçün 31 mart 2023-cü ildə müqavilə bağladıqdan sonra istintaq orqanı tərəfindən o, 24 may 2023-cü il tarixdə əlavə dindirilmiş, dövlət hesabına olan müdafiəçisinin iştirakı ilə 7 mart 2023-cü il tarixli ifadəsində göstərdiyi etirafedici xüsusatları inkar edərək özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyib tutulmağının səbəbini yalnız Masallı RPŞ-də bildiyini, polis əməkdaşlarının ona göstərəcəkləri təzyiqdən çəkinərək doğru ifadə vermədiyini, törətmədiyi, iştirakı olmadığı bir cinayətin törədilməsində iştirak etməsini bildirdiyini, həmin cinayətdə hər hansı bir formada iştirakının olmadığını, videogörüntü ilə olan etirafedici ifadəni verməyi tanımadığı polis əməkdaşlarının törətmədiyi cinayəti boynuna almağa onu razı saldıqlarını, digər xüsusatlarla bağlı suallara cavab vermək istəmədiyini, 22 il bundan əvvəl törədilmiş cinayətin saxta sübutlarla üzərinə qoyulduğunu göstərmişdir. 14 mart 2023-cü il tarixli «baxış keçirilməsi haqqında» protokoldan və fotoşəkildən görünür ki, Masallı rayonu, Yeyənkənd kənd sakini X6 xx.xx.2022-ci ildə vəfat etmiş və kənd qəbirstanlığında dəfn olunmuşdur. (cild İİ, i.v.53-56) Masallı rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/8-241 №-li məktubu ilə müəyyən olunur ki, Masallı rayonu Yeyənkənd kənd sakini Gülhüseyn Nəcəfovun ölümü Rusiya Federasiyasında qeydə alındığından avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində onun ölümü haqqında akt qeydi aşkar edilməmişdir. (cild İİ, i.v.244) Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməllərini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməlləri özünün ibtidai istintaq zamanı verdiyi 7 mart 2023-cü il tarixli etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə elan olunmuş zərərçəkmiş şəxs mərhum X2, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi (arvadı) Şahid3, şahidlərin ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmədə elan edilməklə tədqiq edilmiş zərərçəkmiş şəxs mərhum X2 ibtidai istintaq zamanı vermiş olduğu 17 fevral 2001-ci il tarixli ifadəsi elan olunmuş o, həmin ifadəsində göstərmişdir ki, 1995-ci ildən Rusiyanın Kazan şəhərində qediyyatdadır, Rusiya vətəndaşıdır. 13 fevral 2001-ci il tarixdə Kazandan evə gəlmişdir. 16 fevral 2001-ci ildə saat 21 radələrində qohumları onlardan çıxıb getmişlər və dəhlizdən evin çöl qapısını bağlamış, sonra evə bitişik olan qarajın içindən dəhlizə çıxan qapını bağlamaq üçün qaraja girərkən içəridən 3 nəfər maskalıların silahla dayandıqlarını görüb qapını örtmək istəmişdir. Bu zaman həmin şəxslər ona imkan verməyib evin dəhlizinə keçmişlər. Onun səsinə anası çıxıb həmin şəxsləri gördükdə həyətə düşüb qonşuları köməyə çağırmağa başlamış, özü isə onları dəhlizdə saxlayıb «içəridə uşaq var, qorxarlar» demişdir. Onlardan biri anasının dalınca həyətə çıxıb «gəlin, qorxmayın, heçnə olmaz» demişdir. Onların birinin əlində qundağlı Kalaşnikov avtomatı, digərində isə «obrez» deyilən qoşalülə tüfəng var idi. Digər şəxs isə anasının arxasınca həyətə çıxmışdır. Həmin şəxslər onu yerə otuzdurub barmağındakı qızıl üzüyü, cibindəki 500 ABŞ dolları, 1000 rus rublu və özünə məxsus «Erikson» markalı mobil telefonu götürmüşlər, onlar həyətdən səs gəldiyini eşidib qıçıb getmişlər. Səhərisi günü ərizə ilə Masallı RPŞ-yə müraciət emtişdir. Evə basqın edən şəxsləri tanımır, onların sifətlərində maska olmuşdur. Heç kimlə qərəzliyi olmamışdır. Basqın zamanı ailə üzvlərindən heç kim xəsarət almamışdır. Kazan şəhərində olduğu müddətdə hamı ilə münasibəti yaxşı olmuşdur. Məhkəmə baxışında ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi (arvadı) Şahid3 ibtidai istintaq zamanı videogörüntü ilə dindirilməsinə dair ifadəsi elan olunmuş, o, həmin ifadəsində xx.xx.2001-ci ildə Kazan şəhərindən kəndə gəldiyini, xx.xx.2001-ci ildə saat 21 radələrində evdə olarkən dəhlizdən səs-küy eşidib dəhlizə çıxaraq tanımadığı 3 nəfər maskalı şəxsləri gördüyünü, onlardan hansısa əlindəki silahı əri Gülhüseynin başına tutduğunu, bunu gördükdə dərhal həyətə çıxıb qohumlarıgilə qaçaraq qonşuları köməyə çağırdığını, sonra isə qohumları ilə evə qayıtdığını və 3 nəfər şəxsin həyətdən qaçıb getdiklərini gördüyünü, quldurluq edən şəxslərin Gülhüseynin barmağındakı 300 ABŞ dollar miqdarında üzüyünü,1000 rus pulunu, 500 ABŞ dollarını və «Erikson» markalı mobil telefonunu apardıqlarını göstərmişdir. Əvvəlcə hadisəni törədən şəxslərin kimliyini bilməsə də, soradan eşitmişdir ki, basqın edən şəxslərin birinin adı Calaldır. Sonradan Kazan şəhərinə qayıtmışdır. Hazırda isə hadisəni törədən şəxslərdən biri Yevlax rayon sakini mərhum Cümşüd Nəzərov, digəri isə həmkəndlisi mərhum Elşən Abbasov olduqlarını bilmişdir. Hazırda heç kimə qarşı heç bir şikayəti yoxdur, ziyan ödənilib. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, mərhum Gülhüseyn Nəcəfov onun əmisi nəvəsidir. Gülhüseyn Rusiya Federasiyasının vətəndaşı olmaqla Kazan şəhərində yaşamışdır. 13 fevral 2001-ci il tarixdə Gülhüseynlə Kazanda yaşayan qardaşı Xalid birlikdə Kazan şəhərindən Masallı rayonuna gəlmişlər. 16 fevral 2001-ci il tarixdə axşam saat 20 radələrində qardaşı Xalidlə birlikdə Gülhüseyngilə getmiş, bir saata yaxın onlarda oturduqdan sonra qardaşı Xalid onu öz maşını ilə evə aparacağını demişdir. Bu vaxtı Gülhüseynin arvadı Mətanətin qışqırıq səsini eşitmiş, dərhal Gülhüseyngilə gəlmişlər. Gülhüseyndən nə baş verdiyini soruşduqda Gülhüseyn ona 3 nəfər maskalı şəxsin evə silahlı basqın etməsini, onun qızıl üzüyünü, təxminən 500 ABŞ dollarını, sayını bilmədiyi qədər rus rublunu və bir ədəd “Ericscon” markalı mobil telefonunu ələ keçirmələrini demişdir. Həmin maskalı şəxsləri birbaşa özü görməmişdir. Növbəti gün isə Gülhüseyn baş vermiş hadisə barədə polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları həmin ərəfələrdə Masallı rayonu Yeyənkənd ərazisində cinayətkarların istifadə etdikləri əşyalardan tapmışlar. Həmin cinayətin kimin tərəfindən törədilməsindən məlumatı olmamışdır. Hazırda isə şöbədə ona məlum olmuşdur ki, 2001ci ildə olan hadisəni həmkəndlisi mərhum Elşən və Yevlax sakiniləri Cümşüd, Calar törətmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2001-2003-cü illərdə Masallı rayonu Qəriblər kəndi istiqamətindən keçən hissəsində yolun kənarında ərzaq dükanı işlətmişdir. Həmin ərəfələrdə dükanı nəzarətsiz qalmaması üçün gecələr dükanda qalmışdır. 2001-ci ilin fevral ayının 16-dan 17-ə keçən gecə saat 03 radələrində dükanın qapısının döyülməsinə oyanıb bayıra çıxmış, tanımadığı üç nəfərin dükanın qarşısında dayandığını görmüşdür. Tanımadığı şəxslər ona islandıqlarını bildirib isinmək üçün içəri keçmək istədiklərini demişlər. Lakin onları içəri buraxmamış, pulun müqabilində onlara corab və «pryanik» vermişdir. Həmin şəxslər ona Gəncə şəhərindən Cəlilabad rayonuna kartof almağa gəldiklərini, Masallı rayonunda kartofunun ucuz olduğunu bildirmişlər. Cavabında “sizə yalan məlumat veriblər, bu tərəflərdə kartof yoxdur” dedikdən sonra onları bayıra çıxarmış və qapını içəridən bağlamışdır. Həmin şəxslərin dayanacağa tərəf gedib orada dayandıqlarını pencərədən görmüşdür. Bir müddət sonra isə onu izahat vermək üçün Masallı polis şöbəsinə çağırmışlar. Qeyd etdikləri barədə şödəbə izahat vermiş, ona gördüyü şəxsləri tanımaq üçün bir neçə başqa şəxsləri tədqim etmişlər. Hadisədən 22 il keçidiyi üçün onların hər birinin sifət quruluşu yadında qalmamışdır. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Cəlal onun əridir. Əri Calal balıq alveri ilə məşqul olmuşdur. Tarixi xatırlamır, Calal 2001-ci ilin əvvəllərində Maxaçkala şəhərinə getmiş, bir daha onu görməmişdir. Eşitmişdir ki, 2004-cü ilin yay aylarında əri Calal Belarusiyada məhkum edilmişdir. 2008-ci ilin əvvəllərində Calal Azərbaycana qayıtmış və bir daha heç yerə getməmişdir. 2016-cı ildə Mingəçevir şəhər məhkəməsi, 2017-ci ildə isə Yevlax rayon məhkəməsi tərəfindən məhkum edilmişdir. Əri sərbəst Yevlax rayonu Havarlı kəndində yaşamışdır. 7 mart 2023cü ildə Calal həbs olunmuşdur.Bundan sonra bilmişdir ki, 2001-ci ildə Calal digər tanışları ilə quldurluq etdiyinə görə həmin vaxtdan axtarışda olmuşdur. Lakin onu heç kim axtarmamışdır. Calal tutulana kimi Yevlaxda sərbəst yaşyamış, polislər tərəfindən axtarılmamışdır. V-JQ 315717 N-li nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs və Afət Həsənəliyevanın nikahları 14 dekabr 1994-cü ildə rəsmiləşdirilmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının xx.xx.2001-ci il tarixli 01/764p saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş bir ədəd sandıq zavod üsulu ilə istehsal olunmuşdur, Kalaşnikov konstruksiyalı 7,62 mm kalibrli avtomat silahlar üçün nəzərdə tutulmuşdur, texniki cəhətdən sazdır və təyinayı üzrə istifadə üçün yararlıdır. Tədqiqata təqdim olunmuş dib hissəsində “530 73”zavod nömrələri olan 30 ədəd patron zavod üsulu ilə istehsal olunmuş 7,62 mm kalibrli olmaqla həmin kalibrli kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuşdur, döyüş sursatı sayılır, təyinatı üzrə istifadə üçün yararlıdır. Tədqiqata təqdim olunmuş 2 ədəd patron əldə doldurulmuş 16 kalibrli ov patronlarıdır, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuşdur, döyüş sursatı sayılmır, təyinatı üzrə istifadə üçün yararlıdır. Hər bir patronun içərisində zavod üsulu ilə hazılanmış 8,0 mm diametrli 0 ədəd çəkisi 31 qram çəkidə qırma və zavod üsulu ilə istehsal olunmuş artileriya mərmilərində uzaq vuran mərmilərdə (atıcı qüvvə enerjisi, “mototolniy zaryad”) istifadə olunan 2,7 qram çəkidə barıt doldurulmuşdur. Məhkəmədə tədqiq edilmiş məhkəmə soyuq silah ekspertizasının 26 mart 2001-ci il tarixli 01/02 P №-li ekspert rəyindən görünür ki, hadisə yerindən götürülmüş iki ədəd bıçaq zavod üsulu ilə hazırlanmış təsərrüfat –məişət təyinatlı bıçaqlardır və soyuq silah deyildirlər. Məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekpertizasının xx.xx.2001-ci il tarixli 259/2001-MTBŞ №-li ekspert rəyindən görünür ki, təqdim edilən hadisə yerindən götürülmüş qara rəngli kepka tipli papaq və maslka üzərindən tər ifrazatı ləkələri aşkar olunmuşdur. Bu ləkələrdə qrup mənsubiyyəti üzrə tədqiq olunduqda A, B, H antigenləri alınmadığı üçün tər ifrazatlarının qrup mənsubiyyəti haqqında fikir söyləmək mümkün deyil. Təqdim edilən hadisə yerindən götürülmüş boz rəngli kepka tipli papaq üzərindən tər ifrazatı aşkar olunmadı. Qərarın təsviri hissəsində göstərilən “kir” məhkəmə bioloji şöbənin səlahiyyətinə aid deyil. İşdə olan 17 fevral 2001-ci il tarixli «Hadisə yerinə keçirilmiş baxış protokolu»ndan görünür ki, quldurluq hadisəsi Masallı rayonu Yeyənkənd kəndində mərhum X4 məxsus fərdi yaşayış evinin dəhlizində baş vermişdir. İşdə olan 26 fevral 2001-ci il tarixli «tanınma üçün şəxsiyyətin təqdim edilməsi haqqında» protokoldan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid2 ona təqdim edilmiş ümumilikdə 4 nəfər şəxsdən biri olan X12 göstərərək onu xx.xx.2001-ci il tarixdə gördüyü 3 nəfər şəxsdən birinə oxşatmasını bildirmişdir. İşdə olan 05 mart 2001-ci il tarixli «tanınma üçün əşyanın təqdim edilməsi barədə» protokoldan görünür ki, hadisə yerinə keçirilmiş baxış zamanı aşkar edilmiş, qara rəngli, içəri tərəfində “adidas” yazısı olan kepka 4 ədəd eyni görnüşlü kepkalarla birlikdə tanınması üçün X13 təqdim edilmiş və o hadisə yerindən götürülmüş kepkanı göstərək kepkanın özünə məxsus olmasını, həmin kepkanı fevral ayının 8-12-si arası Calala verdiyini bildirmişdir. 31 mart 2001-ci il tarixli qərarla hadisə yerinə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş 2 ədəd kişi kepkası, 1 ədəd kişi şalvarı, 1 ədəd içərisində 30 ədəd güllə olan avtomat sandığı, 1 ədəd silahın penalı, 2 ədəd bıçaq, 1 ədəd maska, 11 ədəd parça kəsikləri, 1 ədəd selofan sumka, 1 ədəd parça kisə, selofan kəndir qırıqları, 1 ədəd qayçı, 3 ədəd rezin əlcək qabı, uşaq papağının qotazı, 2 ədəd dolu patron maddi sübut kimi tanınaraq saxlanılması üçün Masallı RPŞ-yə təhvil verilmişdir. İşdə olan əməliyyat tapşırığının cavabından görünür ki, Yevlax rayonu Havarlı kənd sakinləri Təqsirləndirilən şəxs, mərhum X19 və Masallı rayonu Yeyənkənd kənd sakini mərhum X5 rayonu Yeyənkənd kənd sakini mərhum X4 qarşı quldurluq etmək niyyəti ilə qabaqcadan aralarında olan razılıq əsasında xx.xx.2001-ci il tarixdə axşam saatlarında Bakı şəhərindən Masallı rayonu Yeyənkənd kəndinə gəlmişlər. Masallı rayonuna gəlməmişdən əvvəl isə həmin şəxslər Bakı şəhərindən özləri ilə 2 ədəd mətbəx bıçağı, maskalanmaq üçün 3 ədəd maska və digər əşyalar gətirmişlər. X27 Gülhüseyn Nəcəfovun evinə silahla daxil olmaq məqsədi ilə Cəlal Qəhrəmanovu və X18 kəndində yerləşən “dərə” kimi bilinən meşə ağaclarından ibarət olan əraziyə gətirib özünün odlu silah gətirib qayıtması üçün həmin ərazidə gözləmərlərini demişdir. Hadisə zamanı istifadə edilmiş “Kalaşnikov” avtomatını və lüləsi kəsilmiş ov tüfəngini Elşən Abbasov gətirmişdir. Elşən Abbasov, Cəlal Qəhrəmanov və Cümşüd Nəzərov qeyd edilən silahlarla silahlandıqdan və maskalandıqdan sonra Gülhüseyn Nəcəfovun evinə gedərək evə bitişik olan qaraja daxil olub orada gözləmişlər. Saat 21 radələrində Gülhüseyn Nəcəfov qaraja daxil olarkən Təqsirləndirilən şəxs, mərhum X19 və mərhum X24 ilə rastlaşmış və bu zaman həmin şəxslər Gülhüseyn Nəcəfova zor tətbiq edəcəkləri hədəsi ilə sonuncunun əmlakını quldurluq yolu ilə ələ keçirmişlər. İşdə olan 027789 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilənədək ölmüş şəxs X19 03 noyabr 2011-ci ildə təbii ölüm nəticəsində vəfat etmişdir. İşdə olan 14 mart 2023-cü il tarixli «baxış keçirilməsi haqqında» protokoldan və fotoşəkildən görünür ki, Masallı rayonu, Yeyənkənd kənd sakini X24 xx.xx.2014-cü ildə vəfat etmiş və kənd qəbirstanlığında dəfn olunmuşdur. (cild İİ, i.v.53-56) Masallı rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/8-241 №-li məktubu ilə müəyyən olunur ki, Masallı rayonu Yeyənkənd kənd sakini Elşən Abbasovun ölümü Rusiya Federasiyasında qeydə alındığından avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində onun ölümü haqqında akt qeydi aşkar edilməmişdir. (cild İİ, i.v.244) İşdə olan ibtidai istintaq orqanının 23 may 2023-cü il tarixli qərarın 4 və 5-ci bəndlərinə əsasən, sözügedən əməllərin törədilməsinin digər iştirakçıları olan təqsirləndirilən şəxs qismində cəlb edilənədək ölmüş şəxslər- X19 və X24 barələrində CMnin 181.2.1, 181.2.3, 181.2.5 və 228.2.1-ci maddələri ilə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmişdir. İşdə olan Yevlax RMX-nın və Mingəçevir şəhər rayonlararası Narkoloji Dispanserdən daxil olmuş məktublardan görünür ki, Təqsirləndirilən şəxs psixo-nevroloji kabinetdə dispanser qeydiyyatında və rayonlararası dispanserdə qeydiyyatda durmur. Təqsirləndirilən şəxs məhkəmə iclasında elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək müdafiəsi üçün dəlillər gətirərək tutulmağının səbəbini yalnız Masallı RPŞ-yə gətirildikdən sonra bildiyini, polis əməkdaşları tərəfindən döyülmüş və həqiqətə uyğun olmayan ifadə verməyə məcbur edilmişdir. 2001-ci ilin fevral ayının əvvəllərindən Azərbaycan Respublikasının ərazisində olmamışdır. Heç br cinayət törətməmişdir. Videogörüntü ilə olan ilkin etirafedici ifadəni verməyi tanımadığı polis əməkdaşlarının onu razı saldıqlarını, 22 il bundan əvvəl törədilmiş cinayətin saxta sübutlarla üzərinə qoyulduğunu göstərmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi bu xüsusatlara tənqidi yanaşaraq həmin ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmağa cəhd etmə və özünü müdafiə məqsədi ilə uydurulmuş, işin faktiki halları ilə təkzib olunan xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs 22 ildən sonra saxlanıldığı ilk gündən dövlət hesabına təyin olunmuş müdafiəçisinin iştirakı ilə verdiyi 7 mart 2023-cü il tarixli ifadələsində xx.xx.2001-ci ildə tanışları mərhum Cümşüd Nəzərovla və mərhum Elşən Abbasovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Masalı rayonu Yeyənkənd kənd sakini mərhum Gülhüseyn Nəcəfovun evinə hansı üsulla girmələri, haradan basqın etmələri, yəni hadisənin baş vermə maxanizmi, usulu barədə məntiqli və ardıcıl olaraq işin obyektiv hallarına uğun olan videoçəkilişlə sərbəst etirafedici ifadə vermişdir. İstintaqın gedişatında xx.xx.2023-cü ildə təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün digər Müdafiəçila müqavilə bağladıqdan sonra o, istintaq orqanı tərəfindən əlavə dindirilmiş və 7 mart 2023-cü il tarixli sərbəst etirafedici ifadəsində göstərdiyi xüsusatları inkar etmişdir. Bundan başqa, məhkəmə istintaqının gedişatında elan edilməklə tədqiq edilmiş mərhum zərərçəkmiş şəxs Gülhüseyn Nəcəfovun və onun arvadı –zərərçəkmiş şəxsin hüquqi varisi Şahid3 22 il əvvəl evlərinə basqın olunmasına dair xx.xx.2001-ci il tarixli ifadələrində göstərdikləri xüsusatlar təqsirləndirilən şəxsin etirafedici ifadəsində göstərdiyi xüsusatlarla uzlaşır və işin obyektiv hallarına uyğun gəlir. Təqsirləndirilən şəxs mərhum zərərçəkmiş şəxs Gülhüseyn Nəcəfovun evinə basqın etməsi hadisə yeriə baxış keçirilməsi haqqında protokolu, məhkəmə-ballistik ekspertizasının rəyi və istintaq hərəkətinin digər protokolları ilə təsdiq olunur. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmayaraq hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya olunduğunu təsdiq edir, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı videoçəkilişlə xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadəsini, məhkəmədə tədqiq edilmiş zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini, ekspertizanın rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri cinayət təqibi üzrə Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən mötəbər sübut hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi xüsusatları ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün sübut növü kimi qəbul etmir. Məhkəmə kollegiyası məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və yuxarıda qeyd olunanlar məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.5 və 228.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması sübuta yetirilmiş və onun bu əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə Təqsirləndirilən şəxs cəzalandırılmasının mübahisələndirilməsinə həsr olunmuş dəlillərinə gəldikdə, məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Hadisə 16 fevral 2001-ci ildə saat 21 radələrində Masallı rayonu Yeyənkənd kənd sakini Gülhüseyn Nəcəfovun fərdi yaşayış evində baş vermişdir. Təqsirləndirilən şəxs xx.xx.2001-ci ildə Azərbaycan Respublikası CM-nin 181.2.1,181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, istintaqdan qaçıb gizləndiyi üçün ona ittiham elan edilməsi mümkün olmamış, barəsində qətimkan tədbiri seçilmədən axtarışı elan olunmuş, qərarın icrası Masallı RPŞ-yə həvalə edilmişdir. xx.xx.2001-ci ildə cinayət işinin icraatı CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarda gizləndiyi üçün xx.xx.2001-ci ildə işin icraatı təzələnmiş, 24 may 2001-ci ildə Masallı Rayon Məhkəməsi tərəfindən onun barəsində qiyabi olaraq həbs qətimkan tədbiri seçilmiş və axtarışı davam edilməklə həmin gün işin icraatı CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. xx.xx.2001-ci ildə işin icraatı əlavə istintaq hərəkətləri keçirilməsi üçün təzələnmiş, istintaq müddəti uzadılmış, iş üzrə bir sıra istintaq hərəkətləri keçirildikdən sonra işin icraatı 06 yanvar 2002-ci ildə CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. İşdə olan Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin xx.xx.2004-cü il tarixli 9/9- 1379 №-li məktubunda qeyd edilmişdir ki, CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş və 29025 /01 saylı axtarış işi açılmış, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, dalan 5 ev 29, mənzil 26-da yaşayan Təqsirləndirilən şəxs axtarılır. Belarisiya Respublikasının Daxili İşlər Nazirliyindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə daxil olmuş sənədlər əsasında məlum olur ki, axtarışda olan 1965-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Dilənci oğlu «X22» adı ilə Belarusiya Respublikasının Qomel şəhər məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Belarusiya Respublikası CM-nin 171, 173 m.1 h. və 72 m. 1 və 2-ci hissələri ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs barəsində rus dilində tərcümə olunmuş sənədlər Belarusiya Respublikasının DİN-ə göndərilməsi üçün Azərbaycan Respublikası DİN-nin Baş Cinayət Axtarış İdarəsinə göndərilmişdir. Bu səbəbdən də onun barəsində olan 29025/01 №-li axtarış işi xitam olunmuşdur. İşdə olan Daxili İşlər Nazirliyinin xx.xx.2004-cü il tarixli11/8-13717 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs Moqilyov şəhərində 15 saylı CÇM-də cəza çəkmişdir. İşdə olan Masallı rayon prokurorunun xx.xx.2005-ci il tarixli 532 №-li məktubundan görünür ki, Belarusiya Respublikasında cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına gətirilməsi üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Baş prokurorluğunun Beynəlxalq əlaqələr şöbəsinə göndərilmişdir. İşdə olan məhkumluq haqqında tələbnamədən və hökmün surətindən görünür ki, X10 Respublikası, Qomel şəhəri, Sentralnıy Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Belarusiya Respublikası CM-nin 171, 173 mad. 1-ci his., 72-ci mad. 1-ci his., 72-ci mad. 2-ci his. ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına; Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 221.2.1-ci maddəsilə təqsirli bilinib aylıq qazancından 20% tutulmaqla 1 (bir) il 1 (bir) ay 24 (iyirmi dörd) gün müddətinə islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 1.5-ci bəndinə əsasən cəzadan azad edilmiş; Yevlax Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nin 221.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib 2(iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. xx.xx.2023-cü ildə işin icraatı təzələnmiş və işdə olan xx.xx.2023-cü il tarixli raporta əsasən, Yevlax rayonu Havarlı kəndində yaşayan Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə saat 15 radələrində həmin kənddə saxlanılaraq Masallı RPŞ-yə aparılmışıdır. xx.xx.2023-ci ildə Təqsirləndirilən şəxs 31 mart 2001-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə qərarı elan edilmiş və dindirilmişdir. xx.xx.2023-cü ildə ittiham aktı Masallı rayon prokuroru tərəfindən təsdiq olunaraq cinayət işi aidiyyəti üzrə baxılması üçün Lənkəran Ağır Cinayətlər məhkəməsinə göndərilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs “Ağciyər vərəmi” diaqnozu ilə PX İxtisaslaşdırılmış müalicə müəssisəsinə yerləşdirilmişdir. Məhkəməyə təqdim olunmuş sənədlə müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı ildə AC 981457 №-li sürücülük vəsiqəsi almışdır. Məhkəməyə təqdim olunmuş PP AZE P3447621 №li pasportun surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin pasportu xx.xx.2018-ci ildə almışdır. Məhkəməyə təqdim olunmuş Yevlax ŞİH başçısının Havarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 5-9-18/2-51 №li məktubla müəyyən olunur ki, Təqsirləndirilən şəxs 2008-ci ildən həbs olunan tarixədək Yevlax rayonu, Havarlı kəndində yaşamışdır. Məhkəmənin sorğusuna əsasən Təqsirləndirilən şəxs barəsində Mingəçevir və Yevlax Rayon məhkəmələrində baxılan cinayət işlərindən onun məhkum olunmasına dair tələbnamələrin surətləri məhkəməyə göndərilmiş, həmin tələbnamələrdə Təqsirləndirilən şəxs xx.xx.2001-ci il tarixli qərarla CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması, həmin vaxtdan Masallı RPŞ-ı tərəfindən axtarışda olması və barəsində olan cinayət işinin dayandırılmasına dair hər hansı bir qeydiyyat aparılmamışdır. CM-nin 15.4-cü maddəsində Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 181.2.1, 181.2.3, 181.2.5-ci maddələri ağır, CM-nin 228.2.1-ci maddəsi isə –az ağır cinayət kimi təsnif edilmişdir. CM-nin 75.1.2 və 75.1.3-cü maddələrində az ağır cinayətlər üçün cinayət məsuliyyətinə cəlb etmə müddəti 7 (yeddi) il, ağır cinayətlər üçün isə 12 (on iki) il nəzərdə tutulmuşdur. CM-nin 75.1-ci maddəsinə əsasən bu və ya digər kateqoriyalarda olan cinayətlər üçün CM-nin 75.1.1, 75.1.2, 75.1.3, 75.1.4-cü maddələrində nəzərdə tutulmuş müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-nin 75.2-ci maddəsinə əsasən müddətlər cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə hər bir cinayətə görə müddət müstəqil hesab edilir. CM-nin 75.3-cü maddəsində isə təsbit olunmuşdur ki, “cinayət törətmiş şəxs istintaqdan və məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur” Təqsirləndirilən şəxs istintaqdan və məhkəmədən yayındığı (qaçıb-gizləndiyi) müddətlərə gəldikdə isə, aşağıdakılar müəyyən olunur: Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs axtarışı elan edilməsi barədə Masallı RPŞ-nın 31 mart 2001-ci il tarixli qərarı çıxarıldığı tarixdən məhkəmədən və istintaqdan gizlənən təqsirləndirilən şəxs kimi qəbul edilməlidir. Bu müddətin (məhkəmədən və istintaqdan qaçıb gizlənmə dövrünün) nə qədər davam etməsinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin müddət Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşı olmaqla Belarusiya Respublikasının Qomel şəhərində azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, Moqilyev şəhərində 15 saylı CÇM-ə cəza çəkməsi məsələnin Minsk Konvensiyasına uyğun olaraq həll edilməli olunmasının Belarusiya Respublikasının səlahiyyətli orqanlarına rəsmən bildirildiyi tarixlə məhdudlaşdırılmalıdır. Bu cür, yəni Təqsirləndirilən şəxs olduğu yerin Azərbaycan Respublikasının orqanlarına məlum olmasını göstərən və onun Azərbaycan Respublikasına verilməli olduğunu ehtiva edən rəsmi məlumat isə artıq yuxarıda qeyd olunduğu kimi, Bakı şəhəri, Səbail RPİ-i idarəsi tərəfindən xx.xx.2004-cü ildə DİN-nin Baş Cinayət Axtarış idarəsinə, xx.xx.2005-ci ildə isə rus dilinə tərcümə olunmuş müvafiq sənədlər Masallı rayon prokuroru tərəfindən Azərbaycan Respublikası Baş prokurorluğunun Beynəlxalq Əlaqələr şöbəsinə göndərilmişdir. Bu məktubların Belarusiya Respublikasının səlahiyyətli orqanlarına çatması üçün 2 aylıq müddət ayrılsa (ağlabatan sayılsa) belə, hər halda xx.xx.2005-ci ildən sonrakı dövrü Təqsirləndirilən şəxs istintaqdan və məhkəmədən gizləndiyi dövr kimi nəzərdən keçirmək olmaz. Çünki, həmin tarixdən (xx.xx.2005-ci ildən) sonra artıq Belarusiya Respublikasının səlahiyyətli orqanlarına Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazisində 2001-ci ildə cinayət məsuliyyətinə cəlb edilməsi və axtarışda olması məlum idi. Bundan sonra da, naməlum səbəbdən Belarusiya Respublikasının səlahiyyətli orqanları tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına verilməsi təmin edilməmişdir. Təqsirləndirilən şəxs deməsinə görə o, Belarusiya Respublikasında cəzasnı çəkib qurtardıqdan sonra X11 şəhərinə, təxminən 2009-cu ilin əvvəllərində isə Rusiya Federasiyasından yaşadığı Yevlax rayonu Havarlı kəndinə qayıtmış, həmin kənddə açıq aşkar (gizlənmədən) yaşamış, heç bir hüquq-mühafizə orqanların tərəfindən axtarılmamışdır. Hətta, Təqsirləndirilən şəxs xx.xx.2016-cı ildə Mingəçevir Rayon Məhkəməsi tərəfindən islah işləri cəzasına məhkum olunmuşdur. Bundan sonra o, xx.xx.2016-cı ildə Azərbaycan Respublikasının ərazisində sürücülük vəsiqəsi almışdır. Daha sonra o, Yevlax Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə 2(iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikasında pasort da almışdır. Məhkəməyə təqdim olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009cu ildə və xx.xx.2010-cu ildə Azərbaycan Respublikasının ərazisində keçirilən şənliklərdə iştirak etmişdir. Qeyd olunanlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2001-ci ildən formal axtarış qərarı olsa da belə o, həbs olunduğu xx.xx.2023-cü il tarixədək Yevlax şəhərində sərbəst yaşamış, dəfələrlə Azərbaycan Respublikasının ərazisində məhkum olunmuş, səlahiyyətli orqanlarda pasport və sürücülük vəsiqəsi almış və Azərbaycan Respublikasının orqanlarından gizlənməmişdir. 22 ildən sonra - xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2001-ci il tarixli həbs qətimkan tədbirin seçilməsi haqqında qərarına əsasən həbs edilmişdir. Təsvir olunanlar onu göstərir ki, Azərbaycan Respublikasının rəsmi orqanları Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşı olmaqla Yevlax şəhərində leqal yaşaması, Azərbaycan Respublikasının ərazisində dəfələrlə məhkum olunması və Azərbaycan Respublikasının cinayət təqibini həyata keçirən orqanların fəaliyyətsizliyyindən və süründürməçiliyə yol vermələrindən irəli gəldiyindən xx.xx.2005-ci ildən xx.xx.2023-cü il tarixədək və sonuncu tarixdən hökm çıxanadək - xx.xx.2023cü ilədək olan müddət Calal Qəhramanavun istintaqdan və məhkəmədən gizləndiyi müddətə daxil edilə (həmin orqanların fəaliyyətsizliyinə görə məsuliyyət yükü Təqsirləndirilən şəxs üzərinə qoyula) bilməz. Qeyd olunan (xx.xx.2005-ci ildən xx.xx.2023-cü il tarixədək və sonuncu tarixdən hökm çıxanadək-xx.xx.2023-cü ilədək olan müddət) 18 (on səkkiz) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətlə yanaşı, cinayətin baş verdiyi -xx.xx.2001-ci ildən və Təqsirləndirilən şəxs 31 mart 2001-ci ildə təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərar qəbul olunanadək 1(bir) ay 12(on iki) gün müddət cinayət işi üzrə ilkin icraat dövründə istintaq orqanından yayınmadığı dövr də CM-nin 75.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədən və istintaqdan gizləndiyi dövr kimi nəzərə alınmamalıdır. Təqsirləndirilən şəxs istintaqdan və məhkəmədən yayınmadığı həmin müddətlərin cəmi 18 il 10 ay 12 gün təşkil edir (xx.xx.2005-ci ildən xx.xx.2023-cü ilədək olan dövr = 18 il 8 ay 28 gün; xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilədək olan dövr = 1 ay 12 gün; 18 il 8 ay 28 gün + 1 ay 12 gün =18 il 10 ay 10 gün). Şərh olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs cinayətin törədilməsindən hökm çıxarılanadək 18 (on səkkiz) il 10 (on) ay 10 (on) gün ərzində istintaqdan və məhkəmədən gizlənməmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməmiş, buna görə də müdafiə tərəfi bəraətverici əsasla cinayət işi üzrə icraata xitam verilməsi haqqında tələb irəli sürmüşdür. Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən «cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə)» cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 44.1 və 44.2.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, təqsirləndirilən şəxsə cəza təyin etməməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 181.2.1, 181.2.3, 181.2.5 və 228.2.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirlidir, lakin onun törətdiyi sözügedən cinayət əməllərindən 18(on səkkiz) il 10 (on) ay 10 (on) gün müddət, yəni cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçidiyi üçün barəsində CPM-in 39.1.3, 44.1 və 44.2.1-ci maddələrini əsas götürərək onun barəsində cəza təyin etməməklə ittiham hökmünün çıxarılması məqsədəmüvafiqdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 75.1.3-cü (ağır cinayətə görə 12 il keçdikdə) maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.5-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən və həmin Məcəllənin 75.1.2-ci (az ağır cinayətə görə 7 il keçdikdə ) maddəsinə əsasən CM-nin 228.2.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona CM-nin 181.2.1, 181.2.3, 181.2.5 və 228.2.1-ci maddələri ilə təqsirli bilinməli, lakin cəza təyin edilməməklə ittiham hökmü çıxarılmalıdır. X8 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 həbsdən azad edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Masallı RPŞ-də saxlanılan 17 fevral 2001-ci il tarixdə hadisə yerindən götürülmüş 2 ədəd kişi kepkası, 1 ədəd kişi şalvarı, 2 ədəd bıçaq, 1 ədəd maska, 11 ədəd parça kəsikləri, 1 ədəd selofan sumka, 1 ədəd parça kisə, selofan kəndir qırıqları, 1 ədəd qayçı, 3 ədəd rezin əlcək qabı, uşaq papağının qotazı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd içərisində 30 ədəd güllə olan avtomat sandığı, 1 ədəd silahın penalı və 2 ədəd dolu patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1. və 99-1.1.2. maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 51-2, 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.5 və 228.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 75.1.3-cü (ağır cinayətə görə) maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.5-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən və həmin Məcəllənin 75.1.2-ci (az ağır cinayətə görə) maddəsinə əsasən CM-nin 228.2.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona CM-nin 181.2.1, 181.2.3, 181.2.5 və 228.2.1-ci maddələri ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. O, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 həbsdən azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Masallı RPŞ-də saxlanılan 17 fevral 2001-ci il tarixdə hadisə yerindən götürülmüş 2 ədəd kişi kepkası, 1 ədəd kişi şalvarı, 2 ədəd bıçaq, 1 ədəd maska, 11 ədəd parça kəsikləri, 1 ədəd selofan sumka, 1 ədəd parça kisə, selofan kəndir qırıqları, 1 ədəd qayçı, 3 ədəd rezin əlcək qabı, uşaq papağının qotazı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd içərisində 30 ədəd güllə olan avtomat sandığı, 1 ədəd silahın penalı və 2 ədəd dolu patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Müşfiq Məmmədov Hakimlər: Neymət Məmmədov Cavid Səfərli
Məhkəmə qərarları › İş №1(099)-517/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-517/2023
12.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver