Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-518/2022 28.11.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, zərərçəkmiş şəxsin hüquqi varisi X11, müdafiəçi Cəlilabad Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1967-ci ildə Cəlilabad rayonu, Zərbiəlli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, fərdi təsərrüfatla məşğul olmuş, Cəlilabad rayonu, Zərbiəlli kəndində qeydiyyatda olmaqla orada yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 126.3-cü maddəsi ilə təqsirləndilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 09 may 2021-ci il tarixdə saat 19 radələrində birgə yaşadıqları Cəlilabad rayonu Zərbiəlli kəndindəki evin həyətində zərərçəkmiş şəxs - analığı X4 heç bir əsaslı səbəb olmadan zərərçəkmişin özünə məxsus əmlakları qohumlarına verməsini vəfat etmiş atası X8 qalan əmlakı bölüşdürməsi kimi qəbul edib onu və ailə üzvlərini də yaşadıqları evdən çıxaracağı kimi fikirləri özündə formalaşdıraraq həmin− reallıqda mövcud olmayan, yalnız özünün təxəyyülündə yaratdığı xəyali səbəbləri bəhanə edərək və həmin fikirlərin gələcəkdə baş verməsinin qarşısını almaq üçün, eləcə də zərərçəkmişin uzun müddətdir onların evində yaşamasına baxmayaraq atası öldüyünə görə daha həmin evdə yaşaya bilməyəcəyini deyərək öz şəxsiyyətini zərərçəkmişdən üstün tutub zərərçəkmişin fövqündə qoymaqla özünün müstəsna şəxsiyyət olmasına inanıb zərərçəkmiş Gülgəz Əsədova ilə mübahisə zamanı evin giriş qapısının qarşısında zərərçəkmişin sol ayağının arxa nahiyəsindən ayaq zərbələri ilə vurmaqla ona sol baldır nahiyəsində əzilmiş yara, sol qamış sümüyünün yerini dəyişən açıq sınığı kimi dərəcəsinə görə ağır bədən xəsarətləri yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına ağır zərər vurmuş, göstərilən ixtisaslı tibbi yardımlara baxmayaraq sonuncu 27 may 2021-ci il tarixdə saat 12:20 radələrində qardaşı X12 məxsus fərdi yaşayış evində aldığı həmin sol qamış sümüyünün yerini dəyişən açıq sınığı travması nəticəsində yaranmış ağ ciyər arteriyasının tromboemboliyası səbəbindən ölmüş, bununla da X1 xuliqanlıq niyyəti ilə qəsdən ağır zərər vurmaqla ehtiyatsızlıqdan onun ölümünə səbəb olmuşdur. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Gülgəz Əsədova atasının ikinci həyat yoldaşı olmuşdur. Gülgəz 22 il atasına məxsus evdə yaşamışdır. Bu müddət ərzində aralarında heç bir narazılıq olmamışdır. 27 yanvar 2021-ci ildə atası Saroğlan xəstəliyi ilə əlaqədar olaraq ölmüş, həmin vaxtdan o ailəsi ilə Gülgəzlə birlikdə bir evdə yaşamışlar. Gülgəz bir neçə dəfə ona və ailə üzvlərinə evin ona aid olduğunu, ona görə də onların evdən çıxmalarını tələb etdiyindən aralarında narazılıqlar yaranmışdır. 09 may 2021-ci il tarixdə o özünə məxsus mallarını örüşə aparmış, evə qayıdarkıən Gülgəzi evdə görməmişdir. Sonradan onun inək vurduğunu və ona görədə evdən getdiyini bilmişdir. Gülgəzin necə xəsarət aldığını heç kimdən soruşmamışdır. Gülgəzlə münasibəti yaxşı olsa da onun qardaşı Kamalla torpaq sahəsinə görə aralarında narazılıq olmuşdur. Ona görə də Gülgəzin ayağı sınandan sonra onun yanına getməmişdir. Gülgəzin ayağının sınmasını 11 may 2021-ci il tarixdə Sabir Qürbətov bacısı Xəyaləyə birdə onun bacısına demişdir. 27 may 2021-ci il tarixdə Gülgəzin Cəlilabad rayonu, Şükürlü kəndində qardaşı Kamalın evində öldüyünü eşitmişdir. Çöldəki otlaq sahəsi ilə əlaqədar aralarında narazılıq olsa da o Gülgəzi vurmamış, onun ayağına xəsarət yetirməmişdir. Tövlədə inəyin Gülgəzi vurmasını heç kim görməmişdir. İstintaqda hadisə baş verən vaxtı Gülgəzlə mübahisə etmələri barədə verdiyi ifadəsini təstiq etmir. O həmin vaxt malları örüşə aparmış, qayıdarkən Gülgəzi evdə görməmişdir. Bu barədə arvadından və qızından heç bir söz soruşmamışdır. O qardaşı Nizami ilə Gülgəzin xəsarət alması barədə danışdığını xatırlamır. Məhkəmədə CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və hazırki məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 09 may 2021-ci il tarixdə təxminən saat 19 radələrində yaşadıqları evdə ailə üzvləri ilə birlikdə olarkən Gülgəz Əsədova yenə də o və arvadı ilə danışaraq evdən çıxıb getməklərini istəmişdir. Gülgəz Əsədova çox danışmış, bəzən evin giriş qapısından həyətə çıxıb evə qayıtmışdır. O və arvadı isə yaşadıqları evin həm də onlara aid olduğunu, evdən çıxmayacaqlarını və başqa yerə getməyəcəklərini demişdir. O doğulduğundan həmin evdə valideynləri ilə birlikdə yaşamışdır. Həmin vaxt evdə oğlu Şahid9 da olmuşdur. Qızları Aytac və Şahid8lar isə həmin gün günorta saatlarında evdən çıxıb Cəlilabad rayonu, Zərbiəlli kəndində yaşayan qardaşı Əyyub Əsədovun evinə çiyələk məhsulunun yığımı ilə bağlı kömək etmək məqsədilə getmiş və həmin gün orada qalmışlar. Aralarında olan mübahisə təxminən 30 dəqiqə sonra qurtarmış, həmin ərəfədə evlərinə heç kim gəlməmiş, axşam Gülgəz Əsədova yaşadıqları evdə qalmışdır. 10 may 2021-ci il tarixdə saat 07 radələrində yaşadıqları evin həyətində olan tövlədə saxladıqları mal-qaranı otarmaq məqsədilə çıxartmış və Cəlilabad rayonu, Zərbiəlli kəndində yerləşən özünə məxsus ümumi sahəsi 3,76 hektar olan otlaq sahəsinə aparmışdır. Təxminən saat 11 radələrində mal-qaranı otardıqdan sonra yaşadıqları evin həyətinə gətirib bağlamışdır. Sonra evə daxil olduqda Gülgəz Əsədovanın evdə olmadığını görmüş, arvadından Gülgəz Əsədovanın harada olduğunu soruşduqda görmədiyini bildirmişdir. Həmin vaxtdan sonra Gülgəz Əsədova onların yaşadığı evə qayıtmamış və mərhumu görməmişdir. X15 ilə dava-dalaş etməmiş, onu döyməmiş, vurmamış və heç bir xəsarət yetirməmişdir. 27 may 2021-ci il tarixdə X4 Cəlilabad rayonu, Şükürlü kəndində yaşayan qardaşı Kamal İmanovun evində öldüyünü eşitmişdir. Gülgəz Əsədovanın onun barəsindəki müraciəti yalan və böhtandır, mərhumla münasibətləri yaxşı olmadığından elə bir ərizə və izahat yazmışdır. 09 may 2021-ci il tarixdə saat 19 radələrində o və arvadı ilə Gülgəz Əsədova arasında təxminən 30 dəqiqə söz-söhbət və mübahisə olmuşdur. Həmin vaxt Gülgəz Əsədova arasında dava-dalaş olmamış, onu döyməmiş, vurmamış və heç bir xəsarət yetirməmişdir. 09 may 2021-ci il tarixdə Cəlilabad rayonu, Zərbiəlli kəndində yaşadıqları evin həyətində və ya tövlədə X9 inək və ya hər hansı heyvan vurduğunu görməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli təqsirləndirilən şəxsin məhkəmədə elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı vermiş olduğu qismən ifadəsi ilə yanaşı,dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, məhkəmədə tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı vermiş olduqu ifadəsi, istintaq hərəkəti protokolları, tədqiq edilmiş ekspertiza rəyləri, sənədlər və işin faktiki halları ilə ona aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X21 ifadəsində göstərmişdir ki, X13 doğma bacısı olmuşdur. 1999-cu ildə bacısı X22 ilə evlənmiş və onunla birlikdə Cəlilabad rayonu Zərbiəlli kəndində yaşamışlar. 2021-ci ilin fevral ayında Saroğlan xəstəlikdən öldükdən sonra bacısı ilə Təqsirləndirilən şəxs münasibətləri pozulmuşdur. Sabir yaşadıqları evin atasına məxsus olduğunu deyərək bacısını həmin evdə çıxarmağa çalışmış, bacısı isə evdən çıxmamışdır. 11 may 2021-ci il tarixdə saat 10 radələrində bacısı oğlu Sabir Qürbətov ona zəng edərək bacısı Gülgəzin ayağının sındığını və onu Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına apardığını bildirmiş, o da Qarazəncir kənd yoluna çıxaraq Sabirin idarə etdiyi avtomobilə oturmuşdur. Avtomobildə bacısı Gülgəzi və bacısı qızı Xəyalənin olduğunu görmüş, Gülgəzdən ayağının sınmasınının səbəbini soruşmuş, Gülgəz ona məxsusbir baş inəyi və əkin sahəsidəki otu bacısı Xəyalənin oğlunun biçib aparmasına icazə verdiyi üçün 09 may 2021-ci il tarixdə saat 19 radələrində yaşadıqları evin həyətində Sabirin arvadı Ülviyyə ilə birlikdə onunla mübahisə edib, evdən çıxıb getməsini tələb etdiklərini, o isə evdən çıxmayacağını dediyindən, həyətdə Sabirin təpiklə onun sol ayağına vuraraq sındırdığını bildirmişdir. X24 xəstəxanasında olarkən bacısı həkimlərə ayağına inəyin təpiklə vurduğunu bildirmişdir. Bacısına nəyə görə həkimlərə yalan dediyini, nəyə şikayət etmək istəmədiyini soruşmuş, bacısı hadisəyə görə utandığını, Sabirin qardaşı Nizaminin Bakı şəhərindən gəlib bu işi yoluna qoyacağını və ona görə də şikayət etməyəcəyini ona demişdir. Sonra da bacısına Sabir qucağında həkim Firdovsi Abbasovun yanına aparmış, həkim də ona tibbi yardım göstərərək onun sol ayağının qamış sümüyünün sındığını bildirmiş və ayağını əməliyyat edərək baldır nahiyəsinin içərisindən millər qoymuş və ayağını gipslə bağlamış, müalicənin evdə aparılmalı olduğunu və 1 aydan sonra onu təkrar müayinəyə gətirmələrini demişdir. Bundan sonra o bacısını öz yaşadığı evə aparmışdır. O ifadəsinə əlavə olaraq göstərmişdir ki, bacısı əməliyyat olunarkən bacısı oğlu Sabir mobil telefonu ilə əməliyyatın fotoşəkilini çəkərək Nizamiyə göndərmişdir ki, o vəziyyətin ağır olduğunu bilsin. Bundan sonra Nizami də vəziyyətin gərgin olduğunu başa düşmüşdür. Xəstəxanada olduğu müddətdə Sabir bir neçə dəfə Nizami ilə telefon əlaqəsi saxlamışdır. Sabir Nizami ilə danışan zaman o telefonu Sabirin əlindən alaraq Nizamiyə iradını bildirmişdir. Nizami isə qardaşı Sabirin etdiyi əmələ görə utandığını demişdir. Bacısını evə gətirdikdən sonra o Sabir onu vurarkən orada onun arvadı Ülviyyənin, oğlu Pərvizin, qızları Səbirə və Aytacın da olduqlarını, Sabirin qızlarının onunla münasibətləri yaxşı olduğundan ona köməklik etmək istəyərkən Sabirin və arvadının onlara mane olduqlarını, sonra da oraya qonşuluqda yaşayan Şahid2 gəldiyini və onu vurduğuna görə Sabiri danladığını buna baxmayaraq Sabirin Gülgəzi evə buraxmadığını, hadisədən bir neçə saat sonra Nizaminin xahişi ilə Cəlilabad Rayon Polis Şöbəsində işləyən Asif İmanovun tapşırığı ilə sahə müvəkkili Şahid3 və polis nəfəri Şahid4 və Sabirin xalası oğlu Şahid1 oraya gəldiklərini Şahid3 ondan hadisənin necə baş verməsini soruşduqda o baş vermiş hadisə barədə ona məlumat versə də şikayət etmək istəmədiyini dediyini,vəziyyətinin daha da ağırlaşdığından 10 may 2021-ci il tarixdə Sabirin qardaşı oğlu Rəvana zəng edərək ayağında ağrıların olduğunu bildirərək onu həkimə aparmasını dediyini, Rəvan da onu Cəlilabad şəhərində sınıqçıya apardığını, sınıqçının guya onun ayağını yerinə saldığını, vəziyyətinin ağır olduğunu, ona qulluq lazım olduğundan Rəvandan onu Xəyalənin evinə aparmasını xahiş etdiyini və Rəvan da onu apardığını ona bildirmişdir. Bacısını yaşadığı evə gətirdikdən biriki gün sonra Sabirin qardaşı Nizami onun evinə gələrək baş vermiş hadisəyə görə bacısından və ondan üzr istəmiş, Sabirlə barışmaqlarını xahiş etmiş, lakin sonra Nizami bacısı ilə maraqlanmamışdır. Bacısının ayağında ağrıların şiddətləndiyini görüb onu yenidən həkim müayinəsinə aparmaq qərarına gəlmiş və 16 may 2021-ci il tarixdə oğlu Cavidə zəng edərək bacısının ayaq sümüyünün sındığını və onu həkimə aparmaq lazm olduğunu ona demişdir. Həmin vaxta kimi Cavidin baş vermiş hadisədən məlumatı olmamışdır. Bundan sonra Cavid Gülgəzə hüquq-mühafizə orqanlarına məlumat verməli olduğunu demiş, Gülgəz əvvəlcə buna razı olmasa da, sonra Nizamigilin onunla maraqlanmadıqlarından onlarla birlikdə Cəlilabad Rayon Polis Şöbəsinə getmişlər. Orada Gülgəz yeriyə bilmədiyindən, şöbənin təhqiqatçısı Tural Şahbazov gələrək avtomobildə bacısından şikayət ərizəsi və izahat almışdır. Onlar polis şöbəsində olarkən sahə rəisi Şahid3 onların yanına gələrək hadisə baş verən gün hadisə yerinə getdiyini, Gülgəzlə görüşdüyünü və Gülgəzdən hadisə barədə soruşduqda Sabirin onun ayağına vuraraq ona xəsarət yetirdiyini və lakin Sabirdən şikayət etməyəcəyini dediyini onlara bildirmişdir. Həmin gün onlar Biləsuvar xəstəxanasında Firdovsi həkimin yanına getmişlər. Həkim bacısına baxdıqdan sonra evə qayıtmışlar. Sonra da bacısının vəziyyəti daha da ağırlaşmışdır. 16 may 2021-ci il tarixdə axşam Sabir Qürbətov onun evinə gələrək Nizaminin ona zəng etdiyini və Gülgəzlə danışmaq istədiyini bildirib telefonu Gülgəzə vermiş, Nizami Sabirin onun ayağını sındırması ilə bağlı şikayət etməsinə görə ona narazılığını bildirmişdir. Bundan sonra Gülgəzin vəziyyəti tamamilə pisləşmiş və o 27 may 2021-ci il tarixdə saat 12 radələrində onun evində ölmüşdür. Bacısı öldükdən sonra Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmaq üçün özünə və ailə üzvlərinə məxsus torpaq sahəsini 2500 manata 5 illik icarəyə vermiş və özünə məxsus 9 baş iribuynuzlu heyvanları satmışdır. Onun bacısını Sabir heç bir günahı olmadan öldürmüşdür. Ona görə ona ağır cəza verilməsini xahiş edir. Dindirilmiş Şahid12 şahid X21 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Dindirilmiş şahid X17 ifadəsində göstərmişdir ki, mərhum X13 doğma xalası olmuşdur. 10 may 2021-ci il tarixdə səhər vaxtı xalası Gülgəzlə qonşuluqda yaşayan həmkəndlisi Asif İslamovun evində işləyərkən Asifdən xalası Gülgəzin görünmədiyini soruşmuş, Asif də 09 may 2021-ci il tarixdə axşam üstü Təqsirləndirilən şəxs Gülgəzlə dalaşdığını, həmin dava zamanı xalasının ayağının sındığını, bu gün isə Rəvanın onu idarə etdiyi avtomobillə Xəyalənin yaşadığı evə apardığını ona demiş, ona görə də o bacısının əri Yaşara zəng edərək hadisə barədə ondan da soruşmuş, Yaşar Asifin dediklərinin doğru olduğunu bildirdiyindən o işini yarımçıq qoyub bacısıgilə getmiş və orada xalasından nə baş verdiyini soruşduqda xalası ona 09 may 2021-ci il tarixdə saat 19 radələrində Sabir, arvadı Ülviyyə və oğlu Pərvizin əmlak üstündə onu evdən qovmaq istədiklərini, o isə evdən getməyəcəyini dediyindən Sabirin təpiklə onun sol ayağına vuraraq xəsarət yetirdiyini ona bildimişdir. Sonra o həmkəndlisi Şahid2 da zəng vurmuş, Cabbar ona narahat olmamağını, Nizaminin söhbətdən xəbəri olduğunu və onun hər şeyi yoluna qoyacağını demişdir. O Cabbardan Nizaminin mobil telefon nömrəsini alaraq Nizamiyə zəng etmiş, Nizami isə ona xalasını öz yaşadığı evə aparmasını və orada ona qulluq ediləcəyini demiş, o xalasının vəziyyətinin pis olduğunu, Sabirin və ailə üzvlərinin ona yardım etməyəcəyini demişdir. O xalasına onu həkim müayinəsinə aparmağı barədə təklif etmiş xalası həmin gün səhər vaxtı Rəvanın onu sınıqçıya apardığını, sınıqçının onun sol ayağını yerinə salmasını demiş və həkimə getmək istəməmişdir.Həmin gün o Akifin evində işini bitirdikdən sonra bacısıgilə getmiş, xalasının vəziyyətinin daha da ağırlaşmasını görmüşdür. Ona görə də ertəsi gün səhər vaxtı xalasını qucağına alaraq idarə etdiyi avtomobilə əyləşdirib onu X7 Mərkəzinə aparmışdır. Orada xalasının ayağını rentgen müayinəsi etdikdən sonra onun sol ayağının qamış sümüyünün sındığını və təcili əməliyyat edilməli olduğunu ona demişlər. Sonra o xalasını Biləsuvar Rayon Mərkəzi xəstəxanasına aparmaq qərarına gəlmiş, komək üçün dayısı Kamal İmanova zəng edərək ona bu barədə məlumat vermiş, sonra dayısı ilə birlikdə xalasını Biləsuvar rayon xəstəxanasına aparmışlar. Yolda olarkən xalası dayısına 09 may 2021-ci il tarixdə Sabir və onun ailə üzvləri ilə aralarında dava-dalaş olduğunu, dava zamanı Sabirin təpiklə onun ayağına vuraraq xəsarət yetirdiyini bildirmişdir. Biləsuvar rayon mərkəzi xəstəxanasında cərrah Firdovsi Abbasov xalasını müayinə edərək onun sol ayağının qamış sümüyünün sındığını bildirmiş və həmin ayağını əməliyyat edərək baldır nahiyəsinin içərisindən millər qoymuş və ayağını gipslə bağlamış, sonra da onun müalicəsini evdə davam etdirib, bir aydan sonra təkrar müyinəyə gətirmələrini tapşırmışdır. Onlar xəstəxanada olarkən Nizami ona zəng vurmuş, o Nizamiyə xalasının vəziyyətinin ağır olmasını bildirib, hətta xalasının əməliyyatının şəklini çəkərək Nizaminin telefonuna göndərmişdir. Həmin vaxt dayısı Kamalda Nizami ilə danışmış və onu danlamışdır. Sonra da xalasını dayısının evinə aparmışlar. 16 may 2021-ci il tarixdə axşam Nizami ona zəng etərək Gülgəzlə danışmaq istədiyini bildirib telefonu aparıb Gülgəzə verməsini dediyindən o dayısı Kamalın evinə gedərək dayısının yanında telefonu Gülgəzə vermiş, Nizami Sabirin onun ayağını sındırması ilə bağlı şikayət etməsinə görə ona narazılığını bildirmişdir. 27 may 2021-ci il tarixdə xalası Gülgəz dayısı Kamalın evində ölmüşdür. Dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 09 may 2021-ci il tarixdə saat 20 radələrində Cəlilabad Rayon Polis X25 Bölməsinin rəisi Asif İmanov ona zəng edərək Təqsirləndirilən şəxs yaşadığı Zərbiəlli kəndindəki evində münaqişə yaratmasını və Sabirin qardaşı Şahid5 onun mobil telefon nömrəsini verəcəyini və Nizaminin onunla əlaqə saxlayacağını bildirmişdir. Bir neçə dəqiqə sonra Nizami ona zəng edərək həmin münaqişə ilə bağlı qardaşı Sabirin yaşadığı evə getməsini xahiş etmişdir. Zərbiəlli kənd ərazisi müvəqqəti olaraq onun xidməti ərazisi olduğundan o polis nəfəri Şahid4lə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Evdə Təqsirləndirilən şəxs, arvadı Şahid6, oğlu Şahid9 kənd sakinləri Şahid1 və Şahid2 orada olmuşlar. O nə baş verdiyini soruşmuş, Təqsirləndirilən şəxs Gülgəz Əsədovanın atasının əmlakı ilə əlaqədar narazılıqlar yaratdığını, oğlu Pərviz isə atasının yaxşı edib onun hərəkətlərinə görə ayağını sındırdığını demişdir. Sonra onlar digər otaqda Gülgəz Əsədovanın çarpayıda uzandığını və ağrıdan zarıdığını görmüşlər. Onun yanında Təqsirləndirilən şəxs qızları Səbirə və Aytac olmuşlar. O, Gülgəz Əsədovadan nə hadisə baş verdiyini soruşmuş, Gülgəzdə həmin gün saat 19 radələrində özünə məxsus inəyi saxlamaq üçün bacısı qızı Xəyaləyə verdiyinə görə yaşadıqları evin həyətində Sabir, Ülviyyə və Pərvizin onunla mübahisə etdiklərini və mübahisə zamanı Sabirin təpiklə onun sol ayağına zərbə vurduğunu bildirmişdir. O Gülgəz Əsədovaya baş vermiş hadisə ilə bağlı ərizə yazmalı olduğunu bildirmiş, Gülgəz isə şikayəti olmadığını demiş, lakin həmin şəxsləri onunla münaqişə etməmələri barədə xəbərdar etməsini xahiş etmişdir. O da Təqsirləndirilən şəxs, Şahid6 və Şahid9 yazılı iltizam almışdır. O bu barədə rayon polis şöbəsinə şifahi məlumat vermişdir. 11 may 2021-ci il tarixdə Gülgəz Əsədovanı inək vuraraq sol qamış sümüyünü sındırması və bu barədə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına müraciət etməsi barədə Cəlilabad Rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur. Məlumat aidiyyəti üzrə ona verilmişdir. Həmin gün Gülgəz Əsədovanın xəsarət alması ilə bağlı izahatını almaq üçün onun yaşadığı ünvana getsə də onu tapa bilməmişdir. X16 ayağının Təqsirləndirilən şəxs vuraraq sındırdığına görə onun Cəlilabad Rayon Polis Şöbəsinə şikayət etdiyini bilmiş və onda olan materialı şöbənin Təhqiqat bölməsinə göndərmişdir. Dindirilmiş Şahid4h oğlu Şahid3la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabir onun xalası oğludur. O Sabirlə ara-sıra görüşmüşdür. 09 may 2021-ci il tarixdə Sabirlə Gülgəzin aralarında münaqişə olduğunu eşidib oraya getmişdir. Lakin orada dava-dalaşın olduğunu görməmiş və sonra da evinə getmişdir. Polisdən onu şahid olduğunu bildirib, şahid kimi dindirmişlər. İfadə verərkən ona hər hansı bir təsir və təzyiq olunmamışdır. O həmin gün onlarda heç nə görməmişdir. Müstəntiq onun ifadəsini ona oxumayıb, bilmir orada nə yazıb. Sabirin qardaşı Nizami həmin vaxt ona zəng etməmişdir. Onun məhkəmədə verdiyi ifadəsi doğrudur. Məhkəmədə CPM-nin 329.1-ci maddəsinə əsasən (şahidin əvvəllər vermiş olduğu və hazırki ifadələri arasında əhəhmiyyətli ziddiyyətlər olduğu üçün) Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 09 may 2021-ci il tarixdə saat 19:30 radələrində xalası oğlu Şahid5 ona zəng edərək qardaşı Sabirin yaşadığı evdə yenə Gülgəz Əsədova ilə dalaşdığını, hətta “Qanın su yerinə axdığını” bildirib dərhal oraya gedib onları sakitləşdirməyini, yoxsa orada ölüm olacağını ona dediyindən Sabirin yaşadığı evə getdiyini orada X31 Əsədovun aralarında yaranmış münaqişə zəminində ailə üzvlərinin qarşısında Təqsirləndirilən şəxs ayaq zərbəsi ilə evin həyətində onun sol ayağından vuraraq ayağını sındırdığını, bundan sonra onun yerdə uzanıqlı vəziyyətdə qaldığını, onların bu mübahisəsini eşidən qonşuları Şahid2 hadisə yerinə gələrək onu yerdə uzanıqlı vəziyyətdə gördüyünü, onunla münaqişə yaradan şəxslərin Təqsirləndirilən şəxs, arvadı Şahid6, oğlu Şahid9 olması, qızlarının bu mübahisəyə müdaxilə etmədiklərini bildirdiyini,həmin vaxt Gülgəz Əsədova ağrılar keçirdiyindən danışmaqda çətinlik çəkdiyini, sağalıb ayağa qalxandan sonra Sabir, Ülviyyə və Pərvizin etdiyi əməllər barədə hüquq-mühafizə orqanlarına şikayət edəcəyini, o isə Nizaminin onu həmin evə baş vermiş hadisə ilə bağlı maraqlanmaq və münaqişə tərəfləri arasında sülh yaratmaq üçün göndərdiyindən Gülgəz Əsədovaya baş vermiş hadisə barədə şikayət etməyin lazım olmadığını, hər ailədə söz-söhbət olduğunu, Şahid5 bu problemləri yoluna qoyacağını deyib mərhumu sakitləşdirməyə çalışdığını, Təqsirləndirilən şəxs və ailə üzvlərinə iradını bildirdiyini, həmin vaxt evə Cəlilabad Rayon Polis Şöbəsinin sahə rəisi Şahid3 və sahənin polis nəfəri Şahid4 gəldiklərini, Sabir və onun ailə üzvlərindən iltizam aldıqlarını, 27 may 2021-ci il tarixdə Gülgəz Əsədovanın öldüyünü eşitdiyini,Gülgəz Əsədova öldükdən bir neçə gün sonra Təqsirləndirilən şəxs ona zəng edərək Gülgəz Əsədovanın ölümündə günahkar olduğuna görə polis əməkdaşlarının onu həbs edəciyini bildiyinə görə rayon polis şöbəsinə getməyə qoxduğunu, avtomobilini onun yaşadığı evin həyətində saxlayaraq həbs olunarsa, avtomobilini ailə üzvlərinə təhvil verməsini xahiş etdiyini, sonra da məsuliyyətdən qurtarmaq üçün onun pul topladığını bildiyini göstərmişdir. Məhkəmə şahid Ağasən Həsənovun məhkəmədə verdiyi ifadəsini Təqsirləndirilən şəxs xalası oğlu olmaqla onu müdafiə məqsədi daşıdığından, məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən, habelə onun məhkəmədə elan olunmaqla tədqiq edilmiş işin faktiki hallarına uyğun gələn ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi, məhkəmədə dindirilmiş şahidlərin ifadələri və onun Təqsirləndirilən şəxsla üzləşdirilməsinə dair istintaq hərəkəti protokolu ilə təkzib edildiyindən həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Eyni zamanda məhkəmə Ağasən Həsənovun ibtidai istintaq zamanı vermiş olduğu məhkəmədə elan olunmaqla tədqiq edilmiş ifadəsini həqiqətə və işin hallarına uyğun gələn səmimi ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o Sabirlə həmkəndlidir. 09 may 2021ci il tarixdə axşamüstü səsə-küyə Sabirgilə getmiş, lakin orada sakitçilik olduğunu, Gülgəzin nəvələri ilə bir yerdə oturduğunu görmüşdür. Orada ailə üzvlərindən başqa heç kimi görməmiş, Sabirin Gülgəzi vurduğunu eşitməmiş, onun ayağında xəsarət görməmişdir. Şahid2 dindirilərkən şahid Sabir Qürbətov sədrlik edənin sualını cavablandıraraq bildirir ki, Sabirin Gülgəzi vurduğunu ona Cabbar demişdir. Allah ona lənət etsin. Həmin vaxt Gülgəz Cabbarın telefonu ilə Sabirin qardaşı Nizamiyə zəng etmişdir. Dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əmisi, Gülgəz Əsədova isə nənəliyidir. Gülgəz ona zəng edib onu bacısı oğlu Sabirin evinə aparmasını dediyindən, o idarə etdiyi avtomobillə onun yaşadığı evə getmiş, Gülgəz nənəsi əlində balaca qaz balonu ilə gəlib onun avtomobilinə oturmuş və onlar yola düşmüşlər. Yolda olarkən danışıb söhbət etmişlər. Söhbət zamanı nənəsi Gülgəz ona hadisə barədə heç nə deməmişdir. Hadisə barədə o Polis şöbəsində bilmişdir. Məhkəmədə CPM-nin 329.1-ci maddəsinə əsasən (şahidin əvvəllər vermiş olduğu və hazırki ifadələri arasında əhəhmiyyətli ziddiyyətlər olduğu üçün) Şahid11 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid11 ibtidai istintaq zamanı verdiyi ifadəsində 10 may 2021-ci il tarix saat 08 radələrində yaşadığı evdə olarkən adını telefon məlumatlarının qeyd olunduğu kitabçada “Baba” deyə qeyd etdiyi ancaq mobil telefon nömrəsini xatırlamadığı Gülgəz Əsədovanın ona zəng etdiyini, Gülgəz Əsədovanın gəlib onu bacısıgilə aparmasını dediyini, bir neçə dəqiqə sonra idarə etdiyi “Vaz 21061” markalı avtomobillə Gülgəz Əsədovanın yaşadığı evinə getduiyini, Gülgəzin əlində 3 litr həcmində boş qaz balonu ilə gələrək onun avtomobilinə əyləşdiyini və əyləşən zaman “Vay, dədə, vay” ifadəsi işlədəndə mərhuma nəyə görə belə dediyini soruşub yəqin ki, qocaldığına görə belə ahu-zar etməsi barədə soruşduğunu, Cəlilabad rayonu Şükürlü kəndində bacısı qızı olan Xəyalə Möhbiyevanın evinə gedəcəyini və ondan qaz balonunu doldurub ona geri qaytarmasını xahiş etdiyini, mərhumun yaşadığı evdən təxminən 200-300 metr aralı məsafəyə çatanda o avtomobildən düşüb Xəyalə Möhbiyevanın yaşadığı evə doğru getdiyini bildirmişdir. Dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 09 may 2021-ci il tarixdə hadisə baş verən günü o evdə olmamışıdr. O bacısı Səbirə ilə əmisi Əyyubgilə çiyələk yığmaq üçün getmişlər. Həmin gün əmisinin evində qalıb, səhəri gün də günortaya kimi çiyələk yığımında iştirak etmişlər. Onlar öz evləırinə qayıdarkən Gülgəzi evdə görməmişlər. Onun Xəyaləgilə getdiyini valideyinləri ona demişlər. X32 vurmasını görməmişdir. Dindirilmiş şahid X5 ifadəsində göstərmişdir ki, xəstə yanına gətirilib yaxınları tərəfindən bildiriblər ki, evdə xəstəni 3 gün öncə heyvan vurub. Bizdə hüquq mühafizə orqanlarına deyilən məlumatı vermişik. Xəstənin diz oynağında daxili travması aşkar edildi, sol qamış sümüyünün yer dəyişmiş sınığı var idi, bu barədə xəstənin yaxınlarına müalicə tədbirləri barədə məlumat verdik ki, açıq əməliyyat ola bilər, qapalı əməliyyat ola bilər və ya da gipsə qoyula bilər.Biz xəstənin yaxınları ilə razılaşıb kəsik aparmadan fiksaj edilib ayağı gipsə qoyuldu və xəstə evə aparılmışdır. Sonra xəstə iki dəfə onun yanına gətirilmiş o xəstəyə baxmışdır. Xəstənin ağ ciyərinin tromblaşmasınıdan sonradan məlumatı olub xəstəliyin necə baş verdiyini dəqiq deyə bilmir. Trombun əmələ gəlməsinə səbəblər çoxdur xəstənin yaşından tutmuş şəratinə kimi hər şey daxildir. Xəstənin qanında bütün formalı elementlərində olan çatışmamazlıqlarda səbəb ola bilər. Əməliyyatlar iki yerə bölünür var böyük əməliyyatlar birdə kiçik əməliyyatlar. Böyük əməliyyatlarda xəstənin bütün sistemi yoxlanılır. Bu xəstəni isə narkoz vermədən heç bir kəsik aparmadan sınığı düzəldib yerinə fiksaj etmişik. Bu böyük əməliyyat sayılmır bunun üçündə xəstənin bütün orqanlarının müainəsi vacib deyil. Şahid fadəsinə əlavə olaraq göstərmişdir ki, qamış sümüyü insan bədəninin çəkisini üzərində saxlayır. Qamış sümüyü sınan insanların sərbəst yeriməsi mümkünsüzdür. Buna görə də, Gülgəz Əsədova 11 may 2021-ci il tarixdə müayinə üçün ona müraciət edən zaman onu qohumları qucaqlarında gətirmişdilər. Yəni o sərbəst yeriyə bilməmişdir. O ifadəsinə əlavə olaraq göstərmişdir ki, onun təcrübəsində bir xəstənin qol sümüyünün sınmasından eyni səbəbdən ölməsi halı da baş vermişdir. Məhkəmədə Şahid9 yaxın qohumu-təqsirləndirilən şəxsin oğlu olmaqla ifadə verməkdən imtina etdiyindən CPM-nin 20-ci və Konstitusyanın 66-cı maddəsinin tələbinə əsasən onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid9 ibtiudai istintaq zamanı verdiyi ifadəsində 09 may 2021-ci il tarixdə təxminən saat 19 radələrində Gülgəz Əsədovanın valideyinləri ilə danışaraq evdən çıxmalarını tələb etdiyini, valideyinləri isə yaşadıqları evin həm də onlara aid olduğunu, evdən çıxmayacaqlarını bildirdiklərini, mübahisənin təxminən 25-30 dəqiqə olduğunu, 10 may 2021-ci il tarixdə saat 11 radələrində yuxudan durduqdan sonra anasından Gülgəzin harada olduğunu soruşduqda anasının onu görmədiyini, 27 may 2021-ci il tarixdə onun Cəlilabad rayonu, Şükürlü kəndində qardaşı Kamal İmanovun evində öldüyünü eşitdiyini bildirmişdir. Məhkəmədə Şahid6 təqsirləndirilən şəxsin yaxın qohum-arvadı olmaqla ifadə verməkdən imtina etdiyindən CPM-nin 20-ci və Konstitusyanın 66-cı maddəsinin tələbinə əsasən onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid6 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində 09 may 2021-ci tarixdə saat 19 radələrində yaşadığı evdə Gülgəz Əsədova yenə də onlarla danışaraq evdən çıxıb getmələrini tələb etdiyini onlarda evin onlara da aid olduğundan evdən çıxmayacaqlarını dediklərini, həmin axşam Gülgəzin evdə qaldığını, səhəri isə onu görmədiyini, 27 may 2021-ci il tarixdə X4 Cəlilabad rayonu, Şükürlü kəndində yaşayan qardaşı Kamal İmanovun evində öldüyünü eşitdiyini göstərmişdir. Məhkəmədə Şahid8 yaxın qohumu-təqsirləndirilən şəxsin qızı olmaqla ifadə verməkdən imtina etdiyindən CPM-nin 20-ci və Konstitusiyanın 66-cı maddəsinin tələbinə əsasən onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid8 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində 09 may 2021-ci il tarixdə hadisə baş verən günü o evdə olmadığını, bacısı Səbirə ilə əmisi Əyyubgilə çiyələk yığımaq üçün getdiklərini, həmin gün əmisinin evində qalıb, səhəri gün də günortaya kimi çiyələk yığımında iştirak etdiklərini, evlərinə qayıdarkən Gülgəzi evdə görmədiklərini, X10 yaşadığı evə getdiyini anasının ona dediyini, Gülgəzin 27 may 2021-ci il tarixdə ölməsini eşitdiyini bildirmişdir. Məhkəmədə Şahid5 təqsirləndirilən şəxs yaxın qohumu-qardaşı olmaqla ifadə verməkdən imtina etdiyindən CPM-nin 20-ci və Konstitusiyanın 66-cı maddəsinə əsasən onun ibtidai istintaq zaman verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid5 ifadəsində göstərmişdir ki, atası X22 anası X27 ilə evlənmişdir. Təxminən 1997-1998-ci ildə anası ölmüşdür. 1999-cu ildə atası X13 ilə evlənmiş və onunla birlikdə Cəlilabad rayonu Zərbiəlli kəndində yaşamışlar. Atası ilə Gülgəz Əsədovanın nikahından övladları doğulmamışdır. Həmin evdə onlarla birlikdə qardaşı Təqsirləndirilən şəxs, onun arvadı Şahid6, onların övladları Şahid9, Şahid8 və Şahid7 yaşamışdır. 2021-ci ilin fevral ayında atası xəstəlikdən ölmüşdür. 09 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs və onun ailə üzvlərinin yaşadığı evdə hər hansısa bir hadisə olması barədə məlumatı olmamışdır. 09 may 2021-ci il tarixdə X13, Şahid2, X29, Şahid1, Şahid11, Şahid3 ilə telefon əlaqəsi saxlamamışdır. Cinayət işinin materiallarında olan üzləşdirmədə istintaq hərəkəti protokollarından görünür ki, Təqsirləndirilən şəxs ilə şahidlər Şahid2, Şahid1, Şahid3 və Şahid4h oğlu arasında aparılmış üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişlər. Məhkəmə dindrilmiş şahidlər Rəvan, Ülviyyə, Aytac, Pərviz və Şahid5ların Sabir X20 ayağına təpiklə vurmamasına dair verdikləri ifadələrlə əlaqədar olaraq qeyd edir ki, onlar Təqsirləndirilən şəxs yaxın qohumları olmaqla onu müdafiə məqsədi daşıdıqlarından, məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, şahidlərin təqsirləndirilən şəxslə üzləşdirilmələrinə dair istintaq hərəkəti protokilları ilə təkzib edildiyindən habelə işin faktiki hallarına uyğun gəlmədiyindən həmin ifadələrə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxs X4 Cəlilabad Rayon Polis Şöbəsinə yazdığı ərizədən görünür ki, o həmin ərizəsində 09 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs onu yaşadığı evdə döyməsini bildirmişdir. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxs X4 Cəlilabad Rayon Polis Şöbəsinin təhqiqatçısı Tural Şahbazova verdiyi izahatından görünür ki, o həmin izahatında əri Saroğlandan qalan sahənin otunu biçdiyinə görə 09 may 2021-ci il tarixdə saat 19 radələrində evində Təqsirləndirilən şəxs onunla mübahisə edərək, evdən getməsini tələb etdiyini, sonra da təpiklə onun sol dizinin arxasından vuraraq ona xəsarət yetirdiyini, 11 may 2021-ci il tarixdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına gedərək müraciət etdiyini, həmin vaxt şikayət etmək fikri olmadığından həkimlərə inək vurduğunu bildirdiyini, sonra da Sabirin onu evə buraxmadığından şikayət vermək qərarına gəldiyini və 16 may 2021-ci il tarixdə Cəlilabad Rayon Polis Şöbəsinə müraciət etdiyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş hadisə yerinə baxış aparılması haqqında protokoldan görünür ki, Cəlilabad Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Tural Şahbazov hadisənin baş verdiyi yerə Təqsirləndirilən şəxs öz iştirakı ilə baxış keçirmiş və Təqsirləndirilən şəxs hadisə zamanı münaqişənin baş verdiyi yeri baxış iştirakçılarına göstərmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Gülgəz Əsədovanın meyitinə “Baxış aparılması haqqında” 27 may 2021-ci il tarixli protokoldan görünür ki, meyitin əynində qarışıq materialdan hazırlanmış üzərində qəhvəyi-ağ rəngli damaları olan, ön hissasi düyməli uzunqol don, üzərində göy və qırmızı damaları olan açıq qəhvəyi rəngli qarışıq materialdan hazırlanmış tuman, qarışıq materialdan hazırlanmış qara rangli qolsuz gecə köynəyi, sintetik materialdan hazırlanmış açıq qəhvəyi rəngli döşlük. Qeyd olunan paltarlar köhnədir, zədəsizdir. Paltarlar soyundurularkan meyit qadın cinsli olub düzgün bədən quruluşlu, orta köklükdədir. Boyunun uzunluğu 160 sm-dir. Toxunduqda meyit soyuqdur, meyit qacıması yoxlanılan əzələ qruplarında yaxşı inkişaf etmişdir. Meyit ləkələri göyümtülbənövşəyi rəngdə olub meyitin arxa va yan səthlərində yerləşmişdir. Ləkələrə barmaqla təzyiq etdikdə avazayır, təzyiq götürüldükdən 50-60 saniyə sonra bərpa olunur. Başında 20-30 sm uzunluğunda ağ və qara rəngli tükləri vardır. Başın tüklü hissəsi xəsarətsizdir. Gözləri göz qapaqları ilə örtülüdür, buynuz qişaları şəffafdır, bəbəkləri dairəvi formada olub diametləri 0,6 sm-ə müvafiqdir. Qulaq seyvanları adi formada olub tamdır. Hər iki qulaq keçəcəyi sərbəstdir. Yoxlanılarkən burun və üz skleti sümükləri tamdırlar. Hər iki xarici burun keçəcəyi sərbəstdir. Ağzı qapalıdır, aşağı çənədə dişləri yoxdur. Yuxarı çənədə dişləri çıxan protezdir. Dili ağız boşluğunda orta xətt üzərində yerləşmişdir. Boynu adi qalınlıqda və uzunluqda olub meyit qacıması fonunda hərəkətlidir. Döş qəfəsi silindirik formada olub, simmetrikdir. Yoxlanılarkən sümük divarında patoloji hərəkət qeyd olunmur. Qarnı qabırğa qövslərindən yuxarı səviyyədə yerləşmişdir. Xarici cinsiyyət üzvləri qadın cinsində düzgün inkişaf etmişdir. Anal dəliyi qapalıdır, ətrafı dəyişiksizdir. Ətrafları düzgün inkişaf etmişdir. Sol budun orta 1/3 hissəsindən sol aşıq-baldır oynağı nahiyəsinədək dairəvi gips sarğısı qoyulmuşdur. Gips sarğısı açılarkən sol baldırın yuxarı 1/3-nin bayır səthində 3,0x1,7sm ölçüdə 1 ədəd oval formalı, kənarları nahamar, qurtaran ucları küt sağalan yara vardır. Həmin yaradan 2 ədəd yanaşı yerləşmiş 2,5 sm uzunluğunda, 0,3 sm diametrində dəmir mil xaricə çıxmışdır. Digər ətraf sümükləri yoxlanılarkən tamdırlar. Meyitin xarici müayinəsi zamanı bədən səthində yuxarıda qeyd olunanlardan başqa hər hansı bir xəsarət izi aşkar olunmamışdır. Məhkəmədə tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 29 may 2021-ci il tarixli 282 nömrəli rəyindən görünür ki, X2 qamış sümüyünün yerini dəyişən açıq sınığı müəyyən olundu. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir. Təpiklə vurulma nəticəsində əmələ gələ bilməsi inkar olunmur. Törənmə müddəti qərarda qeyd olunan 09 may 2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmədə tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 24 iyun 2021-ci il tarixli 12 nömrəli rəyindən görünür ki, mərhum X4 ölümünə ağ ciyər arteriyasının tromboemboliyası səbəb olmuşdur. Meyitin bədəni üzərində sol baldır nahiyəsində əzilmiş yara, sol qamış sümüyünün yerini dəyişən açıq sınığı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti 09 may 2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Mərhumun ölümünə səbəb olmuş ağ ciyər arteriyasının tromboemboliyasının, onun 09 may 2021-ci il tarixdə aldığı sol qamış sümüyünün yerini dəyişən açıq sınığı travması nəticəsində törənmişdir. Mərhumun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və hər hansı bir narkotik və psixotrop maddələr aşkar edilməmişdir. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, meyit meyitxanada müayinə olunmağa başlandığı vaxtdan 4-8 saat əvvəl baş vermişdir. Məhkəmədə tədqiq edilmiş təkrar məhkəmə tibbi ekspertizasının 11 avqust 2021-ci il tarixli 166 nömrəli rəyindən görünür ki, G.H.Əsədovada sol qamış sümüyündə yerinidəyişən açıq sınıq, sol baldırda əzilmiş-cırılmış yara, ağciyər arteriyasının tromboemboliyası olmuşdur. Qeyd edilən xəsarət bərk küt əşyanın bilavasitə təsirindən törənmiş, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 08 may 2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Mərhum G.H.Əsədovanın ölümünə səbəb sol qamış sümüyünün yerinidəyişən açıq sınığından sonra yaranmış ağciyər arteriyasının tromboemboliyası olmuşdur. Belə ki, uzun borulu sümüklərin yerinidəyişən açıq sınıqlarının ən çox baş verən ağırlaşmalarından biri tromboemboliyadır. Bu səbəbdən də yetirilən xəsarətlə ölüm arasında birbaşa səbəbli əlaqə vardır. Məhkəmədə tədqiq edilmiş komisyon məhkəmə tibbi ekspertizasının 01 aprel 2022ci il tarixli KEŞ-142 nömrəli rəyindən görünür ki, 1.2. İş materiallarına əlavə edilmiş məlumatlara və Gülgəz Əsədovanın adına “Biləsuvar şəhər mərkəzi xəstəxanası”nda tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən o 11 may 2021-ci il tarixdə “sol qamış sümüyünün tış kondulusun yerdəyişmiş sınığı” diaqnozu ilə xəstəxanaya daxil olmuş, yerli anesteziya ilə 2 ədəd kişner metal ştif ilə fiksə edilmiş və ambulator müalicəyə buraxılmışdır. Xəstədə dəri səthi arxa gips langeti ilə ətraf fiksasiya edilmişdir. “Cəlilabad rayon mərkəzi xəstəxanası”nda G.Əsədovanın adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən o 16 may 2021-ci il tarixdə “sol qamış sümüyünün bayır epikondilusunun köndələn sınıq və ostiosintezi” diaqnozu ilə daxil olmuş və ambulator müalicə almışdır. 3. Gülgəz Əsədovaya aparılmış müalicələr təyin edilmiş diaqnoza uyğun olmuşdur. 4.7.8. Gülgəz Əsədovanın meyitinin məhkəmə tibbi müayinəsinə əsasən onun ölümünə səbəb “sol qamış sümüyünün yerini dəyişən açıq sınığından sonra yaranmış ağ ciyər arteriyasının tromboemboliyası” olduğu müəyyən edilmişdir. Belə ki, uzun borulu sümüklərin yerdəyişən açıq sınıqlarının ən çox baş verən ağırlaşmalarından biri tromboemboliyadır. Bu səbəbdən də yetirilən xəsarətlə baş vermiş ölüm arasında birbaşa səbəbli əlaqə vardır. Müalicənin proqnozu haqqında əvvəlcədən fikir söylənilməsi mümkün deyil. 5. Gülgəz Əsədovanın meyitinin məhkəmə tibbi müayinəsinə əsasən onun ölümünə səbəb “sol qamış sümüyünün yerini dəyişən açıq sınığından sonra yaranmış ağ ciyər arteriyasının tromboemboliyası” olduğu müəyyən edilmişdir ki, bununla da aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqə olmamışdır. 6.9. Gülgəz Əsədovaya göstərilmiş tibbi xidmət Səhiyyə sistemində qüvvədə olan mövcud təlimat qaydalarına uyğun olmuşdur. G.Əsədovaya göstərilmiş ambulator xidmətlə əlaqədar tibbi sənəd tərtib edilməli olduğu halda tərtib edilməmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə ambulator psixiatrik ekspertizasının 26 iyul 2022-ci il tarixli 1959 nömrəli rəyin nəticə hissəsində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər-hansı bir xroniki psixi xəstəliyin əlamətləri müəyyən edilmir. Onda üzvi emosional-ləbil pozuntusu müəyyən edilir. Bunu anmnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki müayinənin nəticələri (anamnestik məlumatlara görə təxminən beş il bundan əvvəl başından zədə alması, bundan sonra onda əsəbilik, yuxu pozuntusu meydana gəlməsi, kənd həkimi tərəfindən müalicə alması, sonradan onda əsəb və yuxu pozuntusu, baş ağrıları meydana gəldiyi üçün AR SN-nın Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicədə olması, təqdim edilmiş arayışa görə AR SN-nın Respublika Psixiatriya Xəstəxanasında 06 may 2022-ci il tarixdən 17 may 2022-ci il tarixə kimi “Üzvi mənşəli şəxsiyyət pozuntusu, kobud davranışla” diaqnozu ilə stasionar müalicədə olması, həmçinin hazırki müayinə zamanı bir qədər əsəbiliyi, emosional ləbilliyi və s.) sübut edir. İİ Yekun hissəsi. Cinayət iş materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: Təqsirləndirilən Təqsirləndirilən şəxs ona ittham olunan əməli törədənədək, cinayət əməlini törətdiyi zaman və hal-hazırda hər hansı psixi pozuntudan (xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair xəstəlik) əziyyət çəkirmi? Əgər əziyyət çəkirsə, bu pozuntu (xəstəliyin diaqnozu) necə xarakterizə olunur? 3-cü sual: Təqsirləndirilən Təqsirləndirilən şəxs ictimai təhülkəli əməli törətdikdən sonra və hazırki dövrdə də həmin psixi pozuntu davam edirmi? Əgər davam edirsə, bu pozuntu onu öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməkdən və ya onu idarə etməkdən məhrum edirmi? 1-ci və 3-cü suallara cavab: Təqsirləndirilən şəxs hər-hansı bir xroniki psixi xəstəliyin əlamətləri müəyyən edilmir. Onda üzvi emosional-ləbil pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilmiş qeyri-psixotik pozuntular o dərəcədə ifadə olunmayıb ki, o, qərarda göstərilən əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ona əməl barəsində anlaqlı hesab olunmalıdır. 2-ci sual: Təqsirləndirilən Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədənədək psixi pozuntudan əziyyət çəkmişdirsə, ittiham olunduğu cinayət əməlini törədən anda psixi pozuntusunun vəziyyətinə görə Təqsirləndirilən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliyini dərk edə və ya onları idarə edə bilmişdirmi? Yəni, anlaqlılığı istisna etməyən və ya anlaqsız vəziyyətdə olmuşdurmu? Onun əməli AR CM-in 21-ci və ya 22-ci maddələrinin təsiri altına düşürmü? 4-cü sual: Təqsirləndirilən Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyac varmı? Əgər ehtiyac varsa, tibbi xarakterli hansı növ məcburi müalicə təyin olunmalıdır? 2-ci və 4-cü suallara cavab: Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. 5-ci sual: Təqsirləndirilən Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyəti onun istintaq və prosessual hərəkətlərində iştirak etməsinə və öz prosessual hüquq və vəzifələrini icra etməsinə imkan verirmi? Cavab: Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq və prosessual hərəkətlərdə iştirak etmək və öz prosessual hüquq və vəzifələrini icra etmək iqtidarındadır. Təqsirləndirilən şəxs bu iş üzrə ifadə vermək iqtidarındadır, yəni psixi vəziyyətinə görə iş üzrə prosessual fəaliyyət qabiliyyətlidir. Cinayət işinin materiallarında olan verilmiş əməliyyat tapşırığına Cəlilabad RPŞ-nin 24 may 2022-ci il tarixli, 142-17504-1222 nömrəli cavabından görünür ki, 27 may 2021-ci il tarixdə Cəlilabad rayonu Şükürlü kənd sakini X4 qeyri müəyyən şəraitdə aldığı sol qamış sümüyünün yerini dəyişən açıq sınığı kimi ağır bədən xəsarətindən ölməsi faktı ilə bağlı hadisənin həqiqətlərini müəyyənləşdirmək üçün tərəfimizdən geniş miqyaslı əməliyyataxtarış tədbirləri həyata keçirilmişdir. Əməliyyat tapşırığında öyrənilməsi zərurəti yaranan xüsusatlar təhlil edilmişdir. Şahid11 və mərhum Gülgəz Əsədovanın yaxın ətrafının istifadələrində olan mobil nömrələr müəyyən edilərək müvafiq idarə təşkilatlara sorğular göndərilmiş, alınmış cavablar prokurorluğa təqdim olunmuşdur. Hadisə baş verən tarixdə, yəni 09 may 2021-ci il tarixdə X4 müəmalı şəkildə almış olduğu bədən xəsarətlərini görən şahid dairəsi müəyyən edilmişdir. Hadisə yerində olan Şahid8, Şahid7, Şahid2, Ağasən Cəfərov və hadisə yerinə gedən polis əməkdaşları Şahid3 ilə Şahid4 istintaq ifadələrinin alınması və zəruri istintaq hərəkətlərinin həyata keçirilməsi məqsədilə prokurorluğa təqdim edilmişlər. Əməliyyat tapşırığında göstərilən digər xüsusatlar üzrə əməliyyat-axtarış tədbirləri davam etdirilir. Cinayət işinin materiallarında olan verilmiş əməliyyat tapşırığına Cəlilabad RPŞ-nin 18 iyul 2022-ci il tarixli, 142-25733-1222 nömrəli cavabından görünür ki, Cəlilabad rayon Prokurorluğu tərəfindən verilmiş əməliyyat tapşırığı əsasında Cəlilabad rayon məhkəməsinin 11 aprel 2022-ci il tarixli 4 (073)-85/2022 nömrəli qərarı ilə keçirilmiş telefon danışıqlarına qulaq asma əməliyyat-axtarış tədbirindən çıxarışlardan müəyyən edilmişdir ki:Nizami (***-***-**-**) nömrəsinə bir qadına zəng edir. Nizami: Sonra da Nizami polis göndərdi. Həqiqətən də mən göndərmişdim. 20 dəqiqə sonra polislər gəldi. Surxayın oğlu Arzuman əlində telefonu qoşmuşdu. Nizami danışırdı.Hamısını bircəbircə.Yaxşı. Yəni deyirəm sən biləsən. Qurtardı getdi hər şey. İndi əbilini tutacaqlar 15 il.10 il verərlər, 8 il verərlər qurtardı getdi. Yəni sən biləsən. Rəvan (***-***-**-**) nömrəsindən bir kişiyə zəng edir.Rəvan : Prosto, **** bunu satıb.Kişi: Kim ? Rəvan: Bu da, yekəqarın. Kişi: Yekə qarın satsa da de böhtandır.Nizami (050 766 68 46 ) nömrəsindən bir kişiyə zəng edir. Nizami: Dediyindən dönmə ha. Səni incidə bilərlər nahaqdan. Bir dənə kəlmə ilə məhv edərsən özünü. Dönmə sözündən. Sənə heç kim, heçnə edə bilməz. Mən çıxardacam po lyubomu. Amma döndün ki, sözündən... Üzünə dursa de yalandanışırsan. Mənə böhtan, şər atırsan. Mənim nəyimə lazımdır ? Mənimlə şəxsi qərəzlik edirlər.Nizami: Sən operativ işini gör. Yaşara zəng edərsən gedərsən ora. Qabaqcadan işi qurmaq lazımdır. Birdən gəlib apararlar atarlar içəri. Çünki üzünə şahid durur. Arzumangil də izahatı səf veriblər. Amma bu **** oğlu pryamoy üzünə durur Sabirlə.Sabirə ( ***-***-**-** ) nömrəsindən Aytac adlı qadın zəng edir. Sabir: Mən heçnə verən deyiləm.Kimsə ərizə verib deyir, heç kimdə üzümə durmayıb. Kim dura bilər üzümə şahid, Kiminlə savaşmışam mənim şəxsi işimdir. Sabirə (***-***-**-**) nömrəsindən Firudin adlı kişi zəng edir. Sabir: Ə.Firudin, **** Ağasən ora gedib söz deyib. Deyib guya dava, söz olanda orada olub.Mənim adımı deyib.Nə var hamısını deyib ora.Firudin : Nə deyib ki ? Sabir: Guya vurub, nə edib.Uşaqlar qoluna girib. Guya sən pulu alanda demisən bu qədər pul orada..... Sən izahat ver. Dedim mənə heç kim deməyib elə şey.Firudin:Ağasən orada olub, Sabir: Olube. Prosto, **** deyib onu, satıb onu ora.Firudin: kimi satıbe? Sabir: məni də, məniFirudin: Ərizə yazıb? Sabir: Ərizə yazmayıb e,Soruşublar deyib onu. Deyib orada olmuşam.Sabirə (055 867 25 00) nömrəsindən bir kişi zəng edir. X26 məxsusdur. Kişi: Gəl xəstəxanaya sənə napravleniya tiksin sağlamlıq mərkəzinə. Rəy alaq. Alandan sonra gəl Maştağada səni yatırdım anormal kimi qoy qurtar işi. Sabir: Gələcəyəm Kişi: (Səs qırılaqırıla gəlir). Səni orada yerləşdirim. Rəy alım sənə. Cinayət işinin materiallarına əlavə edilmiş diskə “Baxış aparılması haqqında protokol”dan görünür ki, ümumi həcmi 7,73 mb olan diski “HP” markalı kompüterin disk yuvasına saldıqda içərisində“SMS_Tarixçəsi_**********1747_557580011”,“SMS_Tarixçəsi_**********1751__55 7580011”,“Zənglərin_Detallaşması_**********2248__557580011”,“Zənglərin_Detallaşması_ _**********2319___554457470”,“Zənglərin_Məxsusluq_Tarixçələri__**********2252___5575 80011_BKC”, “Zənglərin Məxsusluq-Tarixçələri-**********2***-*******70-BKC” adlı 6 ədəd PDF faylın olduğu müəyyən edildi. Həcmi 1,9 MB olan “Zənglərin-Detallaşması- **********2***-*******11” fayla daxil olduqda 09 may 2021-ci il tarixdə Şahid1 Qüdrət oğlunun istifadəsində olan ********** mobil telefon nömrəsi ilə Şahid5 istifadəsində olan ********** mobil telefon nömrəsi və Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil telefon nömrəsi ilə aralarında telefon danışıqlarının olması müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş diskə “Baxış aparılması haqqında protokol”dan görünür ki, ümumi həcmi 2,6 mb olan diski “HP” markalı kompüterin disk yuvasına saldıqda içərisində 9669 nömrəli zip fayl, onun içərisinə daxil olduqda isə “503472227_SMS.txt”, “504567069_SMS.txt”, “504642388_SMS.txt”, “505125578_SMS.txt”, “505352415_SMS.txt”, “505814236_SMS.txt”, “507312501_SMS.txt”, “515124616_SMS.txt”, “516120058_SMS.txt”, “**********27.txt”, “**********69.txt”, “**********88.txt”, “**********78.txt”, “**********15.txt”, “**********36.txt”, “**********01.txt”, “**********85.txt”, “**********16.txt”, “**********58.txt”, “abuneciler9659.xls”, “antena9659-2021.xls” və “antena9659-2022.xls” fayllarının olduğu müəyyən edildi. “**********27.txt” adlı fayla daxil olduqda 09 may 2021-ci il tarixdə Şahid5 öz istifadəsində olan ********** mobil telefon nömrəsi ilə Şahid2 istifadəsində olan **********, Şahid1 Qüdrət oğlunun istifadəsində olan **********, X23 istifadəsində olan **********, Şahid3 istifadəsində olan ********** və ********** mobil telefon nömrələri ilə aralarında aşağıdakı vaxt və müddətdə telefon danışıqlarının olması müəyyən edilmişdir. **********27 00**********36 2021-05-09 19:41:40 546 **********27 00**********16 2021-05-09 19:52:43 158 **********27 00**********36 2021-05-09 19:55:46 16 **********27 00**********36 2021-05-09 19:57:19 250 **********27 00**********36 2021-05-09 20:01:42 312 **********27 ********** 2021-05-09 20:08:13 79 **********27 00**********36 2021-05-09 20:10:05 42 **********27 **********3464 2021-05-09 20:13:57 47 **********27 00**********36 2021-05-09 20:19:13 101 **********27 ********** 2021-05-09 20:26:00 31 **********27 **********5450 2021-05-09 20:29:32 40 **********27 **********7087 2021-05-09 20:37:50 290 ********** **********27 2021-05-09 20:44:47 76 **********27 ********** 2021-05-09 20:46:30 69 **********27 00**********16 2021-05-09 20:48:27 6 ********** **********27 2021-05-09 20:52:55 138 ********** **********27 2021-05-09 21:03:41 53 **********27 00**********36 2021-05-09 21:05:44 68 **********27 00**********85 2021-05-09 21:07:31 55 **********27 **********7087 2021-05-09 21:33:00 102 **********27 ********** 2021-05-09 21:36:32 170 **********27 00**********36 2021-05-09 21:40:06 55 **********27 00**********85 2021-05-09 21:45:59 176 **********27 **********7087 2021-05-09 21:52:23 66 **********27 **********0011 2021-05-09 21:56:36 173 **********27 00**********16 2021-05-09 22:00:00 42 ********** **********27 2021-05-09 22:00:45 150 **********27 00**********36 2021-05-09 22:05:21 128 **********27 00**********36 2021-05-09 22:15:12 1181 **********27 00**********36 2021-05-09 22:36:36 355 **********27 **********0011 2021-05-09 22:43:44 56 **********27 00**********36 2021-05-09 22:44:58 1493 **********27 **********1002 2021-05-09 23:10:06 34 **********27 00**********36 2021-05-09 23:11:02 892 **********27 **********3464 2021-05-09 23:57:40 597 Bundan başqa “**********85.txt” adlı fayla daxil olduqda X4 istifadəsində olmuş 050 761 23 85 mobil telefon nömrəsi ilə 09 may 2021-ci il tarixdə aşağıdakı telefon danışıqlarının olması müəyyən edilmişdir ********** 507612385 2021-05-09 19:36:04 908 ********** 507612385 2021-05-09 21:07:31 55 ********** 507612385 2021-05-09 21:10:48 244 ********** 507612385 2021-05-09 21:45:59 176 **********16(**********41) **********85 2021-05-09 22:28:52 SMS ********** 507612385 2021-05-09 23:06:50 515 ********** 507612385 2021-05-09 23:15:49 253 Bundan başqa “**********36.txt” adlı fayla daxil olduqda Şahid2 istifadəsində olmuş 050 581 42 36 mobil telefon nömrəsi ilə 09 may 2021-ci il tarixdə aşağıdakı telefon danışıqlarının olması müəyyən edilmişdir. **********36 ********** 2021-05-09 19:36:49 284 ********** 505814236 2021-05-09 19:41:40 546 **********36 00**********16 2021-05-09 19:51:59 ********** 505814236 2021-05-09 19:55:46 16 ********** 505814236 2021-05-09 19:57:19 250 ********** 505814236 2021-05-09 20:01:42 312 ********** 505814236 2021-05-09 20:10:05 42 ********** 505814236 2021-05-09 20:18:01 69 ********** 505814236 2021-05-09 20:19:13 101 ********** 505814236 2021-05-09 21:05:44 68 ********** 505814236 2021-05-09 21:06:53 75 ********** 505814236 2021-05-09 21:40:06 55 ********** 505814236 2021-05-09 22:05:21 128 ********** 505814236 2021-05-09 22:15:12 1181 ********** 505814236 2021-05-09 22:36:36 355 ********** 505814236 2021-05-09 22:44:58 1493 ********** 505814236 2021-05-09 23:11:02 892 ********** 505814236 2021-05-09 23:26:29 361 Məhkəmədə təqsirləndirilən şəxs Əsədov X14 Əsədova ilə mübahisə edib dalaşmadığını və təpiklə onun ayağına vurmadığınıbildirmişdir. Məhkəmə onun bu ifadəsini özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən, işin faktiki hallarına uyğun gəlməyən ifadə olduğundan habelə məhkəmədə elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs özünün 09 may 2021-ci il tarixdə Gülgəz Əsədova ilə mübahisə etdiklərini göstərməsinə dair ifadəsi ilə, məhkəmədə dindirilmiş zərəçəkmiş şəxsin hüquqi varisi Kamal İmanovun, şahidlər Sabir Qürbətov, Şahid3, Şahid4 və digələrinin ifadələri ilə, şahidlər Şahid1 və Şahid11 elan olunmaqla tədqiq edilmiş ibtidai istintaq zamanı vermiş olduqları ifadələri ilə, üzləşdirmədə dindirmə istintaq hərəkəti protkolları, cinayət işinin materiallarında olan Gülgəz Əsədovanın onu ayağına Təqsirləndirilən şəxs təpiklə vurmasına dair Cəlilabad Rayon Polis Şöbəsinə verdiyi şikayət ərizəsi və izahatı ilə, hadisə yerinə və disklərə baxış aparılması haqqında protokollarla, telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən ələ keçirilmiş məlumatlara baxış keçirilməsi haqqında protokollarla, keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsinə dair verilmiş cavablarla, tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının rəyləri ilə təkzib olunduğundan həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Məhkəmə cinayətin motivi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkəti Gülgəz Əsədovanın qəsdən sağlamlığına ağır zərər vurmaqla ehtiyatsızlıqdan onun ölümünə səbəb olan hərəkət kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2012-ci il tarixli 3 saylı qərarı da bu mövqedən çıxış edir. Həmin qərarının 3-cü bəndində göstərəlir ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmişin hadisədən əvvəlki münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanının mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin CM-nin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dizpozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dizpozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümnkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 126.3-cü maddəsinin dispozisiyasına görə (əsas tərkibi təsbit edən CM-in 126.1-ci maddəsi ilə birlikdə götürməklə), həmin norma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla qəsdən sağlamlığa ağır zərər vurma əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutmuşdur. Göründüyü kimi, bu cinayət özündə təqsirin hər iki formasını əks etdirməklə, sağlamlığa zərər vurmaya münasibətdə qəsdən, nəticəyə (zərərçəkmişin ölümünə) münasibətdə isə ehtiyatsızlıqdan törədilmişdir. İş üzrə müəyyən olunmuş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Gülgəz Əsədovanın sağlamlığına ağır zərəri qəsdən (yanakı qəsdlə, yəni ağır zərərin vurulmasını birbaşa arzu etməsə də, hərəkətinin belə nəticəyə də səbəb ola biləcəyini qabaqcadan görməklə və buna şüurlu surətdə yol verməklə) yetirmişdir. CM-nin 25.1-ci maddəsinə görə, şəxsin qəsdən cinayət törətdiyini iddia etmək üçün onun əməlində birbaşa və yaxud dolayı qəsd müəyyən olunmalıdır. CM-nin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. CM-nin 25.3-cü maddəsinin tələblərindən görünür ki, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhülükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. Lakin, hazırki işdə Təqsirləndirilən şəxs baş vermiş nəticəyə (zərərçəkmiş şəxsin həyatdan məhrum edilməsinə) münasibətdə birbaşa və yaxud dolayı qəsdlə hərəkət etdiyini göstərən heç bir hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs sağlamlığa ağır zərər vurmaya münasibətdə qəsdən (dolayı qəsdlə) hərəkət etməsinin müəyyən edilməsi də avtomatik olaraq zərərçəkmiş şəxsin ölümü kimi nəticəyə münasibətdə də qəsdin mövcud olduğunu deməyə əsas vermir. Çünki, Təqsirləndirilən şəxs vurduğu ayaq zərbəsinin sağlamlığa ağır zərər vurmanın törətməsi təqsirkarın hərəkəti ilə səbəbli əlaqədə olan birincili nəticədir ki, belə nəticəyə səbəb ola biləcəyini qabaqcadan görməməsi (müvafiq olaraq da, həmin nəticələrə şüurlu surətdə yol verməməsi) mümkün deyil. Bu isə Təqsirləndirilən şəxs əməlində zərərçəkmiş şəxsin ölümünə münasibətdə ehtiyatsızlığın cinayətkarcasına etinasızlıq formasının olduğuna dəlalət edən haldır. Belə ki, CM-nin 26.3-cü maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. Məhkəmə şərh olunanlara əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Gülgəz Əsədovaya sağlamlığa ağır zərər vuran xəsarəti məhz qəsdən yetirmiş, bu xəsarət onun ehtiyatsızlığından zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyii əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirli olması tam sübuta yetirilir. Ona görə də onun əməli CM-in 126.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar olmadığından o, təqsirləndirildiyi maddənin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 1967-ci ildə Cəlilabad rayonu Zərbiəlli kəndində doğulmuşdur. Cəlilabad rayonu, Zərbiəlli kəndində qeydiyyatda olmaqla orada yaşamışdır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli qərarının surətindən görünür ki, həbsetmənin əvvəli qeyd edilən tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs X18 04 fevral 1954-cü ildə təvəllüdlü olmaqla qoca şəxs olmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakılar nəzərə alınmalıdır. CM-in 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 59.2-ci maddəsinə əsasən onun yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzasını yüngülləşdirən hal kimi, CM-nin 61.1.7-ci maddəsinə əsasən cinayəti qoca şəxsə qarşı törətməsini cəzasını ağırlaşdılan hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, onun cinayət baş verdikdən sonrakı davranışını nəzərə alaraq belə hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzanın təyin edilməsi onun islah olunması və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin başlanğıcı 18 iyul 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirlməməlidir. Məhkəmə hesab edir ki, CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutların məsələsini də həll etməlidir. İş üzrə maddi sübut olan "xxxx" MMC-dən daxil olmuş 1 ədəd, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə sair maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44, 51-2, 132, 346, 351-353, 356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs CM-nin 126.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı o tutulduğu andan, 18 iyul 2022-ci il tarixdən hesab edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. İş üzrə maddi sübut olan "xxxx" MMC-dən daxil olmuş 1 ədəd disk, "xxxx" MMCdən daxil olmuş 1 ədəd disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Hökmdən apellasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-518/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-518/2022
28.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver