Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-518/2023 29.08.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Ekol Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxx 1984-cü il tarixdə Cəlilabad rayonu, Ağdaş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, məhkumluğu olmayan, Cəlilabad rayonu, Ağdaş kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 126.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 16 fevral 2023-cü il tarixdə, saat 12 radələrində Cəlilabad rayonu, Ağdaş kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin həyətində qaynı Zərərçəkmiş şəxs ilə sonuncunun atası Şahid1 onun ünvanına nalayiq ifadələr işlətməsi ilə bağlı şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı təsərrüfat işlərini görmək məqsədi ilə üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını çıxarıb Zərərçəkmiş şəxs yaxın qohumları yəni, atası Şahid1, anası Şahid2 və bacısı Şahid3 onun bu hərəkətlərindən psixoloji sarsıntı keçirərək mənəvi əzab çəkmələrinə məhəl qoymayaraq xüsusi amansızlıqla Zərərçəkmiş şəxs qarın nahiyəsinə qəsdən bir dəfə vuraraq sonuncuya qarının ön divarında qarın boşluğuna keçən və qara ciyəri zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs onun qaynıdır. xx.xx.2023-cü ildə arvadı Şahid3 ata evindən yaşadıqları Cəlilabad rayonu, Ağdaş kəndindəki evlərinə qayıtmışdır. Bundan əvvəl isə arvadı anası ilə mübahisə etmiş, qayınatası isə gəlib arvadını öz evlərinə aparmışdır. Arvadının gəldiyini gördükdə yenidən mübahisənin olmaması üçün sahə müvəkkilinə zəng edib məlumat vermişdir. Arvadı ata evinə getdikdən sonra da aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin arvadı evlərinə qayıtdıqda ona ata, anasının gəldiyindən xəbərlərinin olmadığını demişdir. O isə həmin vaxt qayınanasına zəng vurmuş, lakin telefona qayınatası cavab vermiş, qayınatası həm də onun doğma dayısıdır. Zəng vurmaqda məqsədi uşaqlarının paltarlarının göndərilməsini demək olmuşdur. Dayısı telefonda ona hədə-qorxu gəlmiş, söyüş söymüş, gəlib onu öldürəcəyini demişdir. Bundan sonra özü 102 xidmətinə zəng vurub bu barədə məlumat vermiş, lakin bildirmişlər ki, iş məhkəmədə araşdırılır, məhkəməyə müraciət etmək lazımdır. Düşünmüş ki, dayısı gəlib anası ilə yenə mübahisə edər, bu səbəbdən sahə müvəkkilinə yenidən zəng vurmuş, lakin sonuncu telefona cavab verməmişdir. Özü isə qonşuda işləyirmiş, həmin vaxt görmüş ki, qayınatası Mehman, qayınanası Kiçikxanım, qaynı Nizami onların həyətinə gəliblər. Bu zaman yaşadığı həyətə keçməmiş, on dəqiqə gözləmiş, lakin görmüş ki, onlar getmirlər. Bundan sonra özü həyətə keçmiş, qaynı Nizami ilə danışmış, belə razılaşmışlar ki, Nizami atası Mehmanı sakitləşdirib aparsın, lakin uşaqlara dəyməsin. Razılaşdıqdan sonra isə özü qayıdıb həyətdən çıxmağa çalışmış. Bu zaman Mehman əlində almaturla üstünə gəlmişdir. Özünü qorumaq üçün işlədiyi bıçağı üstündən çıxarıb ki, qorxsun yaxın gəlməsin. Mehman isə ona söyüşlər söymüş, o isə cavab qaytarmışdır. Həmin vaxt Nizamidə əlinə balta götürüb onun üstünə gəlmişdir. Nizami həmin vaxt qonşusu çəpər düzəltdiyindən orda qalmış baltanı götürmüşdür. Lakin əmisi oğlu və qonşusu Nizami tutmuş, o an həyətdən çıxmaq istəyərkən birdən Nizami böyür tərəfdən onu tutmuş, bu zaman əlində bıçağı fırlatmış, görmüş ki, Nizami yerə yıxıldı. Onda bilmiş ki, Nizamini bıçaqla vurub. Əlində bıçağı fırlayanda bıçağın necə Nizamiyə dəyməsin bilməmişdir. Nizamini bıçaqla vurmaq məqsədi olmamışdır. Həmin vaxt Nizaminin anası, atası və bacısı orda olmuş, nə baş verdiyin görmüşlər. Daha sonra əmisi oğluna demişdir ki, tez xəstəxanaya apar, əmisi oğlu isə Nizamini Kiçikxanımla birgə xəstəxanaya aparmışdır. Özü də 102 xidmətinə zəng vurub məlumat vermişdir. Daha sonra bölmədən gəlib onu aparmışlar. Hadisə özünü müdafiə etdiyindən, ehtiyyatsızlıqdan törədilmişdir, əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, özü hadisə baş verən zaman Al marketdə satıcı-kassir vəzifəsində işləyirmiş. Həmin gün istirahət günü olmuş, küçələrində imiş. Bu zaman atası Mehman onu çağırıb bildirmişdir ki, Samir telefonda onunla nalayiq danışıb, davaları olub. Atası Mehman demişdir ki, gedək ora, lakin atasına getməməyi telefonda əlaqə saxlamağı bildirmiş, atası isə getməli olduqlarını Samirin özünün onu çağırdığını bildirmişdir. Bundan sonra özü, atası və anası birlikdə taksi ilə Samirin yaşadığı ünvana getmişlər. Onların həyətinə çatıb, içəri daxil olmuşlar. Bu zaman atası Mehman bacısı Arzunu çağırmışdır. Hətədə isə bibisini, yəni Samirin anasın görmüş, lakin ona yaxınlaşmamışlar. Bu zaman Samirin əmisi oğlu Əfsus və atasını tanıyan oradakı qonşular gəlmişdir. Onlar atası Mehmanın yanında olub, onu tutub saxlamışlar. Bundan sonra Əfsus onu kənara söhbət etmək üçün çağırmış, daha sonra ora Samir də gəlmişdir. Birlikdə söhbət edib razılaşmışlar ki, atası Mehmanı sakitləşdirib evə aparsınlar. Sonra Samir ondan uzaqlaşıb kənara keçmiş, özü də arxayın olmuş ki, Samir gedir, atası Mehmanı da sakitləşdirib evə aparacaqdır. Özü isə Əfsusla danışmağa başlamışdır. Birdən görmüş ki, atası ilə Samir mübahisə edir, söyüşlər söyürlər. Yaxınlaşmış Samirə ki, çıxsın həyətdən o da atasın aparsın. Həmin vaxt Samirin əlində heçnə görməmiş, yaxınlaşan zaman isə Samir onu bıçaqla vurmuşdur. Özünün Samirə yaxınlaşmasını tam dəqiq bilmir Samir gördü ya yox, lakin bıçağı ona Samir vurmuşdur. Bıçaq dəyəndən sonra yerə yıxılmış, Samir isə meşəyə tərəf qaçmışdır. Lakin Samir geri qayıdıb, onu Əfsusun maşınına qoyub xəstəxanaya aparmışlar. Samir geri qayıdan kimi ona kömək etmələri üçün hay salmışdır. Özü dəfələrlə Samirlə danışmış bildirmiş ki, ilk növbədə ailəsi atası və anası ilə barışıq əldə etsin, yalnız bundan sonra onunla barışa bilər. Hazırda Samirdən heç bir tələbi yoxdur, lakin onunla barışmır, Samirdən şikayətçidir. Lakin məhkəmə çıxışlarında Zərərçəkmiş şəxs hazırda təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş zərərin ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, hadisə 2023-cü ilin fevral ayında baş vermişdir. Hadisə günü onlara zəng gəlmiş, telefonu açmış ki, zəng edən Samirdi. Samirdən nə vaxt gəldiyini soruşmuş, o isə çoxdan burda olduğunu bildirmişdir. Çünki hadisədən əvvəl onun haqqında qızını evdə atdıqlarına görə polisə şikayət ərizəsi yazmışdılar. Samirə telefonda ora gələcəyini demişdir. Samir isə qızı Arzunun orda olduğunu bildirmişdir. Qızı Arzu isə həmin vaxt uşağı baxçaya aparmaq adı ilə evdən çıxmış, əvvəlcə nənəsigilə, daha sonra ər evinə getmişdir. Bundan sonra oğlu Nizami, arvadı və özü birlikdə Samirgilə getmişlər. Evlərinə çatıb qapıdan həyətə keçib, demişdir ki, qızı Arzu haradadır. Həmin qapıdan içəri girində onlar it saxladığından yerdən əlinə ağac parçası götürmüş, daha sonra atmışdır. Samirin anası çıxmış əvvəlcə, sonra qızı Arzu da eyvana çıxmışdır. Orda Samirin anasına demişdir ki, “çağır qızı aparım”. Qızı Arzuya niyə bura gəldiyini soruşmuş, daha sonra gəlib maşına oturmağını demişdir. Bundan sonra həyətin dəmir qapısı açılmış beş-altı adam içəri girmişdir. Samirin isə içəri girdiyini görməmişdir. Həmin adamlar yanına gəlmiş, lakin heçnə deməmişlər. Onların içərisində əmisi oğlu Zahid də olmuşdur. Bundan sonra Zahidlə söhbət etməyə başlamışdır. Kənarda da Müşkübün durmuşdur. Müşkübün demişdir ki, götür qızını apar. O da Müşkübünə demişdir ki, evdən qızını çıxarırsız, götürüb aparacaqdır onun üçün. Bir anlıq görmüş ki, uşağı Nizami yıxıldı, sinəsindən qan gəlir. O, özünü itirmişdir. Samirin isə əlində bıçaq durduğunu görmüşdür. Bundan sonra arvadı və ordakı uşaqlar oğlunu maşına qoyub xəstəxanaya aparmışlar. Samirə yaxınlaşın nəyə görə oğlunu bıçaqla vurduğunu soruşmuşdur. O zaman onları ordakı şəxslər aralaşdırmışlar. Ondan sonra orda Saməddinə demişdir ki, əli-ayağı əsir, maşınına oturub onu aparsın. Saməddin də onu evlərinə gətirmişdir. Sonra isə qonşusu ilə xəstəxanay getmişdir. Həkimə yaxınlaşmış, həkim isə hələ heç bir söz deyə bilməyəcəyini bildirmişdir. Oğlu iki-üç saat əməliyyatda olmuşdur. Bundan sonra polis əməkdaşları yaxınlaşmış hadisəni olduğu kimi danışmışdır. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, hadisə günü əri, oğlu Nizami ilə birlikdə Samirgilə getmişlər. Həmin qızı Arzu da orada olmuşdur. Orada aralarında sözsöhbət olmuş, Samirin anası isə Samiri çağırmışdır. Bundan sonra həyətə çoxlu adam tökülmüş, lakin heç kəs biri-birini vurmamış, döyməmişdir. Sözlə aralarında danışıq olmuşdur. Birdə Samir bıçaq çıxarıb oğlu Nizamini bıçaqla vurmuşdur. Samir söz-söhbət üstə oğlu Nizamini bıçaqla vurmuşdur. Samirin oğlu Nizamini bıçaqla vurduğunu görmüş, həmin vaxt Samiri ordakı adamlar saxlaya bilməmişlər. Samir oğlun bıçaqla vuranda oğlunun yanında olmuş, oğlunun başın qucağına alıb, yaylığını açıb, qan gələn yerə sıxmışdır. Bu hadisəni qızı Arzu və onun uşaqları da görürmüş. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, 2023–cü ilin fevral ayında ər evinə əşyalarına baxmaq üçün getmiş, həmin vaxt onu Samirin anası həyətə çıxıb qarşılamış, demişdir ki niyə gəlmisən. O isə heçnə demədən yuxarı çıxmışdır. Yuxarıda otaqda əşyalarını yığarkən gömüş ki, atası, anası və qardaşı gəlib aşağıda danışırlar. Daha sonra Ramiz həyətə gəlmiş, onlarla danışmışlar. Həmin vaxt atası ilə Samirin anası arasında sözlü mübahisə olmuşdur. Bundan sonra Samir qonşudan gəlmiş, atası ilə başlamışlar sözlə mübahisə etməyə, qardaşı Nizami isə atasını sakitləşdirməyə başlamışdır. Özü də həmin vaxt onların yanına gəlmişdir. Bir an Samir qardaşı Nizamiyə yaxınlaşıb əlindəki bıçaqla Nizamini vurmuşdur. Samir Nizamini bıçaqla vurarkən görmüşdür. Özünün uşaqları da həmin vaxt orda olmuş, hadisənin şahidi olmuşlar. Həmin vaxt qardaşı Nizaminin əlində heçnə olmamışdır. Əfsusla anası isə qardaşını xəstəxanaya aparmışlar. Məhkəmə iclasında Şahid6 ifadəsində göstərmişdir ki, hadisə günü Cəlilabad rayonunda olmuş, həmin vaxt əmisi oğlu Samir zəng vurub bildirmişdir ki, Arzunun atası gəlib, dava salır, ondan sahə müvəkkilinin nömrəsini istəmişdir. O da sahə müvəkkilinin nömrəsini Samirə demiş, Samir ona zəng vurmuşdur. Təxminən yarım saat sonra evinə gəlmiş, həmin vaxt Nizaminin maşının keçdiyini görmüşdür. Bu səbəbdən də Zahidlə birlikdə Samirgilin həyətinə getmişlər. Onlar gələndən 10-15 sonra Samir də həyətə gəlmişdir. Həyətdən Mehmanın əlində armatur olduğunu görmüşdür. Lakin Nizaminin əlində heçnə olmamışdır. Həmin vaxt Mehman Samiri söymüşdür. İlk əvvəl Samir cavab verməmiş, lakin Mehman daha ağır söyüşlər söydükdə Samir də ona cavab qaytarmışdır. Samir cavab qaytaranda Nizami Samirə tərəf cummuşdur. O, Nizamini saxlayıb kənara çəkmişdir. Nizamiyə ayıb olduğunu, qarışmamağını bildirmişdir. Ancaq Nizami orda olan baltanı götürüb yenədən Samirə tərəf getmişdir. Həmin balta orada meşəyə gedən kişiyə məxsus olmuş, həmin şəxs baltanı yerə qoymuşdu. Samir isə bıçaqla Nizamini vurmuşdur. Bundan sonra özü Nizamini həkimə aparmışdır. Sonra Mehman da xəstəxanay gəlmiş, orada onu təhqir etməyə başlamışdır. O isə heçnə demədən evinə qayıtmışdır. Məhkəmə iclasında Şahid7 ifadəsində göstərmişdir ki, hadisə günü Əfsusla birlikdə onlara məxsus həyətdə olmuşdur. Bu zaman Mehmanın maşının Samirgilə tərəf keçdiyini görmüşdür. O, isə Əfsusa demişdir ki, “gedək ora nəsə hadisə baş verəcək”. Həmin vaxt Samir Əfsusu yığmış, onlar telefonda danışmışlar. Əfsusun danışmağına görə biraz yubanmışlar, daha sonra getmişlər. Onlar həyətə daxil olanda görmüşlər ki, artıq sözlü dava gedir. Mehman Samirin anası ilə sözlü mübahisə etmişdir. Mehmanın əlində də armatur olmuşdu, amma heç bir şey eləmirmiş. O, gedib Mehmanı tutmuşdur. Biraz sonra isə həyətə Samir gəlmişdir. Mehman Samiri söymüş, daha sonra Samir də ona cavab qaytarmışdır. Bundan sonra Nizami Samirin üstünə gəlmiş, uşaqlar Nizamini tutmuşdur. Sonra Nizami birdə Samirin üstə gəlmiş, həmin vaxt arxası Samirə tərəf olmuşdur. Bir də görmüş ki, səs-küy düşüb, iş-işdən keçib. Həmin vaxt Samirin vurmasın görməmiş, Nizaminin də əlində heçnə görməmişdir. İşdə olan, xx.xx.2023-cü il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd bənövşəyi qırmızı rəngli uzunqol qış köynəyi götürülmüşdür. (c İ, i.v 8-11) İşdə olan, xx.xx.2023-cü il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, hadisə yeri Təqsirləndirilən şəxs yaşadığı Cəlilabad rayonu, Ağdaş kəndində yerləşən fərdi yaşayış evinin həyətidir. Təqsirləndirilən şəxs baxış zamanı ilkin münaqişənin baş verdiyi yeri, Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi yeri, həmin bıçağın yerini göstərir və bir ədəd bıçağı təqdim edir. (c İ, i.v 14-20) İşdə olan, Cəlilabad RPŞ-nin Göytəpə PB-nin məsul növbətçisi Fəqan Rəhmanlı tərəfindən həmin PB-nin rəisi Asif İmanova ünvanladığı xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Cəlilabad rayonu, ünvan 3 Təqsirləndirilən şəxs DİN-in 102 Xidməti Zəng Mərkəzinə zəng edərək, qaynı X1 bıçaqla xəsarət yetirməsi barədə məlumat vermişdir. (c İ, i.v 31) İşdə olan, Məhkəmə tibbi ekspertizasının 17 fevral 2023-cü il tarixli, 90 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qarının ön divarının qarın boşluğuna keçən və qara ciyəri zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara müəyyən olundu, müəyyən olunan xəsarətlər kəsici-deşici alətin, ola bilər ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 16 fevral 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. (c İ, i.v 32-33) İşdə olan, xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (c İ, i.v 34-35) İşdə olan, şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 54) İşdə olan, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(073)-23/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsə alınmanın əvvəli 17 fevral 2023-cü ildən hesablanmışdır. (c İ, i.v 95-98) İşdə olan, xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (c İ, i.v 127) İşdə olan, Cəlilabad Rayon Mərkəzi X4 Şəxsindən verilmiş 17 mart 2023-cü il tarixli, PHŞ-6-32/2-330/2023 N-li məktubdan görünür ki, Əsgərov X2 rayon mərkəzi X4 Şəxsin poliklinika şöbəsinin narkoloji və psixiatrik kabinetlərində xəstə kimi qeydiyyatda yoxdur. (c İ, i.v 128) İşdə olan, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(073)-47/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. (c İ, i.v 155-158) İşdə olan, Cəlilabad RİHB-nın Ağdaş kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində 2018-ci il təvəllüdlü və 2019-cu il təvəllüdlü uşaqları vardır. Yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (c İ, i.v 159-160) İşdə olan, Maddi sübutların məhkəmə tibbi-bioloji ekspertizasının 31 mart 2023-cü il tarixli 150/2023-MTBŞ saylı rəyindən görünür ki, 1. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: A-beta /İİ/. 2. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus uzunqol kofta, bıçağın üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A antigeni, həmçinin beta aqqlyutininləri də alındı. Beləliklə, bu qan ləkələri A-beta /İİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. (c İ, i.v 174-177) İşdə olan, Maddi sübutların məhkəmə tibbi-kriminalistik ekspertizasının 04 aprel 2023-cü il tarixli 109/2023-MTKŞ saylı rəyindən görünür ki, 1. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sağ aşağı nahiyəsində bir ədəd dəlibkeçən zədə aşkar edildi. Bu zədə deşilmiş-kəsilmiş zədədir, ülgücü və küpü olan yastı tiyə tipli kəsici-deşici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsinin təsirindən törənməsi inkar olunmur. 2. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində onun təyinatını dəyişdirən hər hansı bir əlavə və dəyişiklik edilməmişdir. (c İ, i.v 179-183) İşdə olan, 18 may 2023-cü il tarixli əşyanın maddi sübut kimi tanıması və saxlanca verilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd məişət təyinatlı mətbəx bıçağı, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş ön hissəsinin sağ aşağı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə olan bir ədəd uzunqol qış köynəyi maddi sübut kimi tanınmış, bir ədəd məişət təyinatlı mətbəx bıçağı saxlanılmasından ötrü Cəlilabad RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, ön hissəsinin sağ aşağı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə olan bir ədəd uzunqol qış köynəyinin tərəflər cinayət işinin materialları ilə tanış olduqdan sonra Zərərçəkmiş şəxs qaytarılması qərara alınmışdır. (c İ, i.v 184-185) İşdə olan, Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 08 aprel 2023-cü il tarixli 931 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ünsiyyətçillik, adaptivlik, inadkarlıq, emosionallıq kimi fərdi psixi xüsusiyyətlərə malikdir. Qərarın təsfiri hissəsində göstərilən əməli törədən zaman Təqsirləndirilən şəxs emosional sferasında situasiya ilə əlaqədar hirslilik, gərginlik halları meydana gəlmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl zamanı fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs hadisə zamanı emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. (c İ, i.v 188-191) İşdə olan, sübutların qiymətləndirilməsinə dair 26 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 29, 120.1, 126.2.4, 221.3, 228.4 və 221.1-ci maddələri cinayət işinin başlanması, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət işinin başlanılması, Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət işinin başlanılması və Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi inzibati icraatın başlanılması rədd edilmişdir. (c İ, i.v 218-232) Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları, ekspertiza rəyləri, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Ağır, az ağır və yüngül xəsarət növlərinin” Siyahısına əsasən şəxsin sağlamlığına vurulmuş xəsarətin iki forması müəyyən edilmişdir. Biri həyat üçün təhlükəli olan xəsarətlər, ikincisi isə həyat üçün təhlükəli olmayan, lakin nəticələrinə görə ağır hesab edilən xəsarətlərdir. “Ağır, az ağır və yüngül xəsarət növlərinin” Siyahısının 1-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs yetirilmiş xəsarət, yəni qarının ön divarında qarın boşluğuna keçən və qara ciyəri zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır xəsarət dərəcəsinə aid edilmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və qanuni yolla əldə edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs qohumdurlar (yeznə-qayın, eləcə də bibi oğlu-dayı oğlu). Cinayət hadisəsi baş verənədək onların ailələri arasında bir neçə dəfə ailə-məişət xarakterli mübahisələr olmuşdur. Sonuncu dəfə onların ailələri arasında ailə-məişət xarakterli mübahisə baş verdikdən sonra zərərçəkmiş şəxsin bacısı Arzu Əliyevə ata evinə getmişdir. Qeyd edilənlər cinayət işinin mübahisəsiz hallarıdır. Hadisə günü isə Arzu Əliyevə öz ər evinə geri qayıtmış, bu zaman Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətinə zərərçəkmiş şəxs və onun valideynləri (atası və anası) də gəlmişlər. Həmin vaxt zərərçəkmiş şəxsin atası Şahid1lə Təqsirləndirilən şəxs arasında sözlü mübahisə başlamışdır. Həmin vaxt mübahisəni sakitləşdirmək məqsədilə sonuncuya tərəf Zərərçəkmiş şəxs yaxınlaşdıqda, Təqsirləndirilən şəxs əlindəki soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs yaxın qohumları yəni, atası Şahid1, anası Şahid2 və bacısı Şahid3 gözü qarşısında, eləcə də həmin hərəkətləri ilə sonunculara əzab verdiyini dərk etməklə, yəni xüsusi amansızlıqla qəsdən vuraraq sonuncuya qarının ön divarında qarın boşluğuna keçən və qara ciyəri zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır xəsarət yetirmişdir. Qeyd edilən hallar da cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs əlində bıçağı fırlayanda necə dəyməsini bilməməsi, Nizamini bıçaqla vurmaq məqsədinin olmaması barədə verdiyi ifadəsini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilən özünün qismən etirafı ilə mübahisəsiz qaydada sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna alması, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona vurulmuş ziyanı ödəməsini, CM-nin 59.1.10, 59.1.12 və 59.1.13-cü maddələrinə, himayəsində iki azyaşlı uşağının olması isə CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.10, 59.1.12 və 59.1.13cü maddələrində nəzərdə tutulmuş könüllü gəlib təqsirini boynuna alması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, ona vurulmuş ziyanı ödəməsi kimi cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Habelə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbs olunmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, habelə Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1, 158.2.2 və 158.6-cı maddələrinə əsasən, onun 17 fevral 2023-cü il tarixdən 13 aprel 2023cü il tarixədək həbsdə saxlanılması, eləcə də 13 aprel 2023-cü il tarixdən 29 avqust 2023cü il tarixədək ev dustaqlığında olması müddəti bir günə bir gün hesabı ilə azadlıqdan məhrumetmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 17 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası CPM-nin 132.1.1 və 132.1.6-cı maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Cəlilabad RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd məişət təyinatlı mətbəx bıçağı məhv edilməli, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş ön hissəsinin sağ aşağı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə olan bir ədəd uzunqol qış köynəyi Zərərçəkmiş şəxs qaytarılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (alt) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 17 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına keçirilib həbsdə saxlanması üçün Lənkəran Şəhər Rayon X5 Saxlama Yerinə göndərilsin. İş üzrə maddi sübut kimi tanınmış Cəlilabad RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd məişət təyinatlı mətbəx bıçağı məhv edilsin, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş ön hissəsinin sağ aşağı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə olan bir ədəd uzunqol qış köynəyi Zərərçəkmiş şəxs qaytarılsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-518/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-518/2023
29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver