Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-518/2024 23.08.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1996-cı ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, Laçın rayonu, Qarıqışlaq kəndində qeydiyyatda olmaqla Bərdə şəhəri, Qarabağ qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla cinayətə aidiyyəti olmayan tanışı Şahid5 etibarnamə əsasında idarə etdiyi “X6” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu, Nəvahi kəndinə daşımış, 19 yanvar 2024-cü il tarixdə saat 17:15-də Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonu, Nəvahi kəndində yerləşən Azərbaycan Respublikası DİNnin BDYPİ-nin YPXA-nın 720 saylı stasionar postunda saxlanılaraq Hacıqabul Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd polietilen kəsiyində təmiz çəkisi 9,470 qram və əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd polietilen kəsiyində təmiz çəkisi 1,034 qram olmaqla, ümumi təmiz çəkisi 10,504 qram külli miqdarda kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib ifadəsində göstərmişdir ki, özü narkotik vasitələrdən marixuana istifadəçisi olmuşdur. Hadisə günü 19 yanvar 2024-cü ildə Bakı şəhərindən yas yerindən qayıdırmış. Həmin vaxt Nəvahi postunda saxlanılmışdır. Üzərində isə bir bükümdə on qram çəkidə “patı” (metamfetamin) olmuşdur. Onu Hacıqabul RPŞ-nə aparmışlar. Orada üzərində baxış zamanı çıxmışdır. Əməlindən peşmandır. Himayəsində iki azyaşlı uşağı var, özü də xəstədir. “Patı”nı Masazırda yerdən tapmışdır. Çünki Masazıra arabir müştəri aparmışdır. Oralarda yerə diqqətlə baxanda yerdən tapmaq olmuşdur. Göydə allah yerdə məhkəmədən kömək istəyir, himayəsində iki azyaşlı uşağı var, özü xəstədir, əməlindən peşmandır, qıcolma xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərmişdir ki, tarix dəqiq yadında qalmayıb hadisi Bakı şəhərindən yas yerindən qayıdırmış. Təqsirləndirilən şəxs, Ruslan və özü Ruslana məxsus avtomobillə gəlirmişlər. Nəvahi postuna çatdıqda avtomobil polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bu zaman isə Kərim avtomobildən düşüb qaçmışdır. Lakin polis əməkdaşları onu saxlayıb, birlikdə şöbəyə gətirmişlər. Orada izahatları alınmışdır. Daha sonra narkotik testi vermişlər və bir gün sonra buraxılmışlar. Şöbədə isə eşitmişdir ki, Kərimin üzərindən narkotik aşkar olunub. Kərimin üzərində narkotik olması barədə isə əvvəlcədən xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Hacıqabul RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 19 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında raprotla rəhbərliyə məruzə etmiş, müvafiq icazə alındıqdan sonra Hacıqabul RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 və Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Həmin gün əməliyyat yolu ilə Təqsirləndirilən şəxs sərnişin qismində əyləşdiyi “X6” markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərindən müəyyən edilmiş və avtomobilin hərəkətdə olmasını və müdaxilə olduğu halda yarana biləcək qəza şəraitinin qarşısını almaq məqsədilə tərəfindən Hacıqabul rayonu, Nəvahi kəndində yerləşən Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPXA-nın 720 saylı stasionar postuna həmin avtomobili posta daxil olan zaman saxlamaları xahiş edilmişdir. Avtomobil postda saxladıqdan Təqsirləndirilən şəxs yanında olan iki şəxslə birlikdə polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edildikdən sonra videoçəkilişlə üzərinə şəxsi axtarış aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd polietilen kəsiyində psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmiş və Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ cibindən 01 ədəd polietilen kəsiyində psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan götürülmüş maddənin psixotrop maddə metamfetamin olduğunu, Abşeron rayonu, Masazır qəsəbəsində “Zəngilan” şəhərciyində küçə ilə gedən zaman yerdən tapmasını və özünün istifadə etməsi məqsədilə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş metamfetaminə oxşar kütlələr elektron tərəzidə çəkilib ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. Təqsirləndirilən şəxs heç bir təsir və ya təzyiq göstərilməmiş, özü hər şeyi səmimi etiraf etmişdir. Məhkəmə iclasında şahidlər Şahid3 oğlu və Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. İşdə olan, Hacıqabul RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2024-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, üzərində narkotik vasitə gəzdirməsi və Hacıqabul rayonu ərazisindən keçən Bakı-Qazax magistral yolu ilə hərəkət etdiyi Hyunday SantaFe markalı, ** EF *** nömrəli avtomobillə Bərdə rayonuna daşıması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 4) İşdə olan, «əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2024-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Hacıqabul RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 5-6) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:15-dən hüquqları məhdudlaşdırılmış hesab edilməlidir. (c İ, i.v 25-26) İşdə olan, xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan və videoçəkilişdən görünür ki, xx.xx.2024-cü il tarixdə Hacıqabul RPŞ-nin inzibati binasında videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı onun əynində olan qara rəngli şalvarın qabaq sağ cibindən 1 ədəd sellofana bükülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə, əynində olan qara rəngli qış gödəkçəsinin qabaq sağ cibindən 1 ədəd sellofana bükülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüş, həmin psixotrop maddə metamfetaminə bənzər kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən götürülmüş maddələri xx.xx.2024-cü ildə saat 19 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyində yerdən tapmış və öz istifadəsi üçün üzərində saxlamışdır. (c İ, i.v 28-30) İşdə olan, materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli 18/85 №-li rəyindən görünür ki, “...Təqsirləndirilən şəxs üzərindən....” sözlər və imzalar olan kağız paketdəki sarı rəngli polietilen kəsiyində 2 ədəd polietilen kəsiyi bükümündə ayrı ayrılıqda təmiz çəkiləri 9,470 qram, 1,034 qram, ümumi təmiz çəkisi 10,504 qram olan maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamindir. Rəyin qeyd hissəsindən isə görünür ki, metamfetaminin ümumi təmiz çəkisi 10,504 qramdır, cəmi tədqiqata 0,1 qram (hər ob- 0,05qr) sərf edilmiş və 10,404 qram metamfetamin qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 manat təşkil edir. (c İ, i.v 88-90) İşdə olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 21 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs perinatal hipoksik ensefalopatiya, serebral hipertenziya, tez-tez qıcolma tutmaları diaqnozu ilə üçüncü dərəcəli əlildir. (c İ, i.v 123) İşdə olan, Hacıqabul rayon prokurorunun xx.xx.2024-cü il tarixli həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün rayon məhkəməsinə təqdimatla müraciət edilməsinə dair vəsatəti təmin edilməmişdir. (c İ, i.v 153-154) İşdə olan, xx.xx.2024-cü il tarixli tutulmuş şəxsin azad edilməsinə dair qərardan görünür ki, şübhəli şəxs qismində tutulmuş, Qədimov X2 Rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. (c İ, i.v 155-156) İşdə olan, xx.xx.2024-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (c İ, i.v 159-160) İşdə olan, xx.xx.2024-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi və saxlanca verilməsi haqqında qərardan görünür ki, ekspertiza tətqiqatına sərf edildikdən sonra qalıq çəkisi 10,404 qram qalmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək saxlanması üçün Hacıqabul RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş, şəxsi axtarış keçirilməsini özündə əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (c İ, i.v 176) İşdə olan, xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (c İ, i.v 179) İşdə olan, xx.xx.2024-cü il tarixli Bərdə RİHB-nın Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı və 2022 və 2023-cü il təvəllüdlü uşaqlarından ibarətdir, barəsində nümayəndəliyə hal-hazıradək heç bir şifahi və yazılı müraciət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (c İ, i.v 183-184) İşdə olan, Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 14 fevral 2024-cü il tarixli, 388 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlik və ya xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs oğlnun əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. (c İ, i.v 197-200) İşdə olan, Məhkəmə-narkoloji ekspertizasının 14 fevral 2024-cü il tarixli, 946 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 201-202) İşdə olan, xx.xx.2024-cü il tarixli Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (c İİ, i.v 20- 22) İşdə olan, Hacıqabul RPŞ-dən və Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli məktublardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Hacıqabul RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. (c İİ, i.v 26-28) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Məhkəmə təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşıması iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilən özünün səmimi etirafı ilə mübahisəsiz qaydada sübuta yetirilir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Psixotrop maddələr» başlıqlı «İİ siyahı»nın 118-ci sətrinə əsasən dərman preparatı kimi beynəlxalq adı «Metamfetamin» olan maddə psixotrop maddədir. Metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar, 400 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, ilk dəfə cinayət əməli törtəməsi, əməlini etiraf edib səmimi peşman olması, üçüncü dərəcəli əlilliyini, səhhətində olan ciddi problemlərini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halın olmamasını, təqsirləndirilən şəxsin səhhətində olan problemləri, əməlinə tənqidi münasibətini, səmimi peşmançılıq hisslərini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 29 iyun 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs 19 yanvar 2024-cü il tarixdən 21 yanvar 2024cü il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəza müddətinə daxil edilməli, həmin müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının 14 fevral 2024-cü il tarixli, 946 saylı rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Hacıqabul Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,404 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması ilə bağlı videoçəkilişin yazıldığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49,74 (qırx doqquz manat, yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 19 yanvar 2024-cü il tarixdən 21 yanvar 2024-cü il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəza müddətinə daxil edilsin, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həmin müddət ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 29 iyun 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,404 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması ilə bağlı video-çəkilişin yazıldığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-49,74 (qırx doqquz manat, yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-518/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-518/2024
23.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver