Məhkəmə qərarları › İş №1(099)-519/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-519/2025

03.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-519/2025 03.12.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Nuriyev Xamməd Abış oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi-X8, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs1, müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2, müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxx 1982-ci ildə Yardımlı rayonu, Avaş kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 13 aprel 2005-ci il tarixli, A- 0351/05 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Əzizbəyov Rayon Məhkəməsinin 24 oktyabr 2008-ci il tarixli hökmü ilə cəzadan vaxtından əvvəl şərti azad edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2011-ci il tarixli, 1(101)- 629/11 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 7(003)-617/2021 nömrəli qərarı ilə cəzadan 8 (səkkiz) ay 22 (iyirmi iki) gün vaxtından əvvəl şərti azad edilmiş, 01 aprel 2022-ci il tarixdə cəza müddəti başa çatmış, qanunvericliklə müəyyən olunmuş qaydada məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Yardımlı rayonu, Avaş kəndində qeydiyyatda olmaqla yaşamış, 03 avqust 2025-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yardımlı Rayon Məhkəməsinin 04 avqust 2025-ci il tarixli, 4(038)-35/2025 nömrəli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda X1 saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1993-cü ildə Beyləqan rayonu, Əlinəzərli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Əlinəzərli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsi, bina 25, mənzil 2 ünvanında yaşamış, 03 avqust 2025-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yardımlı Rayon Məhkəməsinin 04 avqust 2025-ci il tarixli, 4(038)-34/2025 nömrəli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda X1 saxlanılan Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıma barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş və külli miqdarda narkotik vasitəni gizlədilmiş yerdən götürüb daha təhlükəsiz yerdə gizlətməsi və sonradan sonuncunun göstərişi əsasında həmin narkotik vasitələri onun dediyi şəxslərə verməsi halında 5000 (beş min) manat məbləğində maddi qazanc alacağı vədi ilə razılaşaraq 2025-ci ilin iyul ayının sonlarında istintaqa və məhkəməyə məlum olmayan vaxtda Yardımlı rayonu, Avaş kəndi ərazisində gizlədilmiş içərisində 5945 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana olan 1 (bir) ədəd qara rəngli sellofan torbanı gizlədildiyi yerdən götürüb həmin kəndin ərazisində yerləşən yaşadığı evin yaxınlığındakı yarımtikilidə gizlətməklə qanunsuz əldə edib daşıyaraq saxlamış, 02 avqust 2025-ci il tarixdə, saat 22-23 radələrində iranlının göstərişi əsasında həmin qara rəngli sellofan torbada olan 3 (üç) ədəd bükülüdəki 2945 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı Beyləqan rayonu, Əlinəzərli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsi, bina 25, mənzil 2 ünvanında yaşamış Təqsirləndirilən şəxs1 vermiş, 3 (üç) ədəd bükülüdəki 3000 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı 1 (bir) ədəd qara rəngli sellofan torbada olmaqla yenidən həmin yarımtikilidə gizlətməklə saxlamış, Təqsirləndirilən şəxs1 ondan götürdüyü 2945 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3nda yaşayan Şahid7 idarə etdiyi “Hyundai Elantra” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobildə sonuncunun məlumatı və razılığı olmadan daşıyaraq saxlamış, 03 avqust 2025-ci il tarixdə saat 02:08 radələrində Təqsirləndirilən şəxs1 Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı-Yardımlı avtomobil yolunun 35-ci kilometrliyində, Yardımlı rayonu ərazisində həmin avtomobildə saxlanılmış, sonuncunun üzərində yoxlanış aparılan zaman 1 (bir) ədəd və “Hyundai Elantra” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman 2 (iki) ədəd bükülülərdən ayrı-ayrılıqda 1000 qram, 975 qram və 970 qram olmaqla ümumilikdə 2945 qram çəkidə külli miqdarda orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq o, 03 avqust 2025-ci il tarixdə, saat 16 radələrində rayonun Avaş kəndi ərazisində saxlanılaraq Yardımlı Rayon Polis Şöbəsinə gətirilmiş, həmin tarixdə saat 19:57-də onun rayonun Avaş kəndi ərazisində yerləşən yarımtikilidə təqdim etdiyi 1 (bir) ədəd qara rəngli sellofan torbadan 3 (üç) ədəd bükülülərdə ayrı-ayrılıqda 1000 qram, 1005 qram və 995 qram olmaqla ümumilikdə 3000 qram çəkidə külli miqdarda orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-birləri ilə eyni olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıma barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş və İran İslam Respublikası vətəndaşının Yardımlı rayonu ərazisində gizlədilməsini təmin etdiyi külli miqdarda narkotik vasitələri gizlədildiyi yerdən götürüb Bakı şəhəri ərazisində dediyi yerə qoyduqdan sonra bunun müqabilində 2200 (iki min iki yüz) manat məbləğində maddi qazanc alacağı vədi ilə razılaşaraq 02 avqust 2025-ci il tarixdə, saat 22-23 radələrində Yardımlı rayonu, Avaş kəndi ərazisində həmin kənddə qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs2 2945 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı götürərək qanunsuz əldə edib ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3nda yaşayan Şahid7 idarə etdiyi “Hyundai Elantra” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobildə sonuncunun məlumatı və razılığı olmadan daşıyaraq saxlamış, 03 avqust 2025-ci il tarixdə, saat 02:08 radələrində Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı-Yardımlı avtomobil yolunun 35-ci kilometrliyində, Yardımlı rayonu ərazisində həmin avtomobildə saxlanılmış, onun üzərində yoxlanış aparılan zaman 1 (bir) ədəd və “Hyundai Elantra” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman 2 (iki) ədəd bükülülərdən ayrı-ayrılıqda 1000 qram, 975 qram və 970 qram olmaqla ümumilikdə 2945 qram çəkidə külli miqdarda orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək demişdir ki, “Şəhram” adlı iranlı ona zəng edib bağlama var onu götürmək lazım olduğunu demişdir. İranlı ona iki dəfə zəng etmiş, lakin iranlı ilə razılaşmamışdır. Daha sonra ona pul lazım olduğu üçün iranlı ilə razılaşmışdır. İranlı ona “bağlamanı götürəcəksən, sonra adam var o gəlib bağlamanı səndən götürcək” demişdir. İranlı dediyi adamı tanımamış, bağlamanı ondan gəlib götürəcək adamın kişi və ya qadın olduğunu bilməmişdir. Kafedə olduğu zaman iranlı ona zəng edib bildirmişdir ki, kafenin qabağında gözləyirlər. Kafedən çıxıb maşına yaxınlaşmış, həmin maşında onu gözləyən şəxsin xanım olduğunu görmüşdür. İranlıya zəng edib bağlamanı götürən şəxsin qadın olacağını demədiyini bildirmişdir. İranlı fərqi olmadığını, bağlamanı həmin qadına verməsini bildirmişdir. Bağlamanı evin yaxınlığında gizlətmişdir. Həmin bağlamanı götürüb iranlı dediyi adama vermişdir. Narkotik vasitənin qalan hissəsini yenidən gizlətmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Məhburəni əvvəllər tanımamışdır. İranlı ona bağlamanı gəlib səndən götürəcəklər demiş, konkret kimin götürəcəyini deməmişdir. Pula ehtiyacı olduğu üçün iranlı dediyi yerdən bağlamanı götürmüşdür. İranlı ona həmin vaxt pul verməmişdir. İranlı ona 3-4 min manat pul verəcəkdir. İranlını tanımamış, onunla heç bir qohumluq əlaqəsi olmamışdır. İranlı əvvəl ona demişdi ki, bağlamanı harasa qoyacaq və kimsə gəlib götürəcəkdir. Daha sonra iranlı zəng edərək bildirmişdir ki, adam gəlir, bağlamanı həmin adama ver. İranlı zəng etdikdən az sonra narkotik vasitəni götürmək üçün Məhburə gəlmişdir. Birinci dəfə həbs olunan zaman həmin iranlının rolu olmamışdır. Əvvəllər həmin iranlının dediyi narkotik vasitəni götürməmişdir. İranlı qoyduğu narkotik vasitəni kənd ərazisindən kənardan götürmüşdür. Narkotik vasitəni kimin qoyduğunu bilməmişdir. İranlı narkotik vasitəni götürməyini özü təklif etmişdir. İranlı narkotik vasitəni götürməyini ona təklif edən zaman narkotik vasitənin harada olduğunu bilməmiş, iranlı bu barədə ona məlumat verməmişdir. İranlı ona zəng etdikdən neçə gün sonra narkotik vasitəni götürdüyünü xatırlamamışdır. İranlıya narkotik vasitə gətirməsi ilə bağlı heç bir sifariş verməmişdir. Yaşadığı Avaş kəndi İran İslam Respublikası ilə həmsərhəd kənddir. Onların kəndlərindən sonra dövlət sərhəddi yerləşir. Narkotik vasitələrdən istifadə etməmişdir. İranlı ona adının “Şəhram” olduğunu demişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı verdiyi ifadəsində elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərilmişdir ki, Yardımlı rayonu, Avaş kəndinə qeydiyyatdadır və tutulan vaxta qədər orada yaşamışdır. İşsizdir. Ağr Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 13 aprel 2005-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Əzizbəyov Rayon Məhkəməsinin 24 oktyabr 2008-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2011-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli qərarı ilə cəzadan 08 ay 22 gün vaxtından əvvəl şərti azad edilmişdir. 01 aprel 2022-ci il tarixində cəza müddəti başa çatmışdır. Tutulmamışdan təxminən 10 gün əvvəl ***-***-**-** saylı mobil nömrədə istifadə etdiyi “WhatsApp” proqramına ***-***-**-** saylı mobil nömrədən zəng gəlmişdir. Zəng edən şəxs adının “Şəhram” olduğunu və İran İslam Respublikası vətəndaşı olduğunu demişdir. “Şəhram” adlı İran İslam Respublikası vətəndaşı ona “Yardımlı rayonu, Avaş kəndi ərazisində narkotik maddələr gizlədəcəm, həmin narkotik maddələri gizlədildiyi yerdən götürüb təhlükəsiz bir yerdə gizlət, mən sənə deyəndə adam gələcək ona verərsən” demişdir. O da “Şəhram” adlı İran İslam Respublikası vətəndaşı ilə razılaşmışdır. Bundan təxminən 2-3 gün sonra “Şəhram” adlı İran İslam Respublikası vətəndaşı təkrar onunla əlaqə saxlayaraq içərisində narkotik vasitələr olan 1 (bir) ədəd qara rəngli kisəni rayonun Avaş kəndi ərazisində yaşadığı evin yaxınlığında yerləşən transformatorun yanında gizlətdiyini demiş və həmin kisəni oradan götürməsini tapşırmışdır. O da həmin tarixdə axşam hava qaranlıqladıqdan sonra “Şəhram” adlı İran İslam Respublikası vətəndaşının dediyi yerə getmiş və orada 1 (bir) ədəd qara rəngli kisə olduğunu görmüşdür. Həmin 1 (bir) ədəd qara rəngli kisəni gizlədildiyi yerdən götürərək yaşadığı evin yaxınlığında yerləşən qardaşına məxsus yarımtikili evə gətirmişdir. Həmin yerdə kisəyə baxmış və içərisində 6 (altı) ədəd bükülü olduğunu görmüşdür. Daha sonra 1 (bir) ədəd qara rəngli kisəni yarımtikili evdə gizlətmişdir. “Şəhram” adlı İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxlayaraq kisəni transformatorun yanından götürərək gizlətdiyini demişdir. “Şəhram” adlı İran İslam Respublikası vətəndaşı ona bir neçə gün sonra narkotik vasitələri götürməyə adam gələcəyini və həmin vaxt xəbər edəcəyini demişdir. “Şəhram” adlı İran İslam Respublikası vətəndaşı həmin vaxta qədər kisəni gizlətməsini tapşırmış və bunun müqabilində ona 5000 (beş min) manat pul verəcəyini demişdir. O da “Şəhram” adlı İran İslam Respublikası vətəndaşı ilə razılaşmışdır. 01 avqust 2025-ci il tarixdə “Şəhram” adlı İran İslam Respublikası vətəndaşı təkrar onunla əlaqə saxlayaraq 02 avqust 2025-ci il tarixdə narkotik vasitələri götürməyə adam gələcəyini demiş və həmin adamla görüşüb narkotik vasitələri ona verməsini tapşırmışdır. 02 avqust 2025-ci il tarixdə saat təxminən 22 radələrində yaşadığı Avaş kəndi ərazisində yerləşən çayxanada olmuşdur. Həmin vaxt “Şəhram” adlı İran İslam Respublikası vətəndaşı ona zəng vuraraq çayxananın yaxınlığındakı asfalt yolda avtomobil gözlədiyini demiş və həmin avtomobil ilə gedərək 3 (üç) ədəd bükülüdə narkotik vasitəni ona verməsini tapşırmışdır. O da “Şəhram” adlı İran İslam Respublikası vətəndaşının dediyi kimi etmişdir. Çayxanadan çölə çıxmış və asfalt yolda ağ rəngli, “Hyundai Elantra” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşdür. Həmin avtomobilə yaxınlaşaraq sağ qabaq oturacaqda əyləşmişdir. Sürücü təxminən 30-35 yaşlarında, ağ paltarlı, qaraşın, arıq bədən quruluşlu bir oğlan olmuş, arxa oturacaqda isə təxminən 30 yaşında, qaraşın, orta bədən quruluşlu bir qadın əylışmişdir. Arxa oturacaqda əyləşən qadın ona işarə verərək danışmamasını istəmişdir. O qadının bu işarəsindən elə başa düşmüşdür ki, sürücünün bunlardan məlumatı yoxdur. O yolu izah etmiş və narkotik vasitələri gizlətdiyi yarımtikili evə getmişlər. Həmin yarımtikilinin yaxınlığında sürücüyə avtomobili saxlamasını demiş və sürücü avtomobili saxlamışdır. O avtomobildən düşərək yolun alt tərəfində yerləşən yarımtikili evə tərəf getmişdir. Avtomobilin arxa oturacağında əyləşən qadın da düşərək onun arxasınca yarımtikiliyə gəlmişdir. O da 1 (bir) ədəd qara rəngli kisənin içərisindən 3 (üç) ədəd bükülünü götürmüş, həmin bükülüləri 1 (bir) ədəd ağ rəngli sellofan torbaya qoymuş və qadına vermişdir. Qadın evdən çıxaraq avtomobilə tərəf getməyə və o verdiyi bükülüləri paltarının altına qoymağa başlamışdır. Yolda qadının ayağının sürüşdüyünü və yıxıldığını görmüşdür. Daha sonra qadın yerdən qalxaraq avtomobilə tərəf getmiş və avtomobilin arxa oturacağında əyləşmişdir. Bundan sonra o da yaşadığı evə getmişdir. İfadəsi yerində yoxlanılan zaman həmin yarımtikilidə gizlətdiyi 1 (bir) ədəd qara rəngli sellofan torbanı istintaqa təqdim etmişdir. Onun və vəkilin iştirakı ilə həmin sellofan torbaya baxış keçirilmiş və içərisindən 3 (üç) ədəd bükülü aşkar olunmuşdur. Üzərində “FA” hərfləri yazılmış, birinci şəffaf rəngli sellofan bükülüdən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1065 qram olmuşdur. İkinci sarı rəngli sellofan büküldən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1085 qram olmuşdur. Üçüncü sarı rəngli sellofan büküldən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1055 qram olmuşdur. Aşkar olunmuş 3 (üç) ədəd sellofan büküldə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr aşkar olunduqları 1 (bir) ədəd qara rəngli sellofan torbada qablaşdırılıb-möhürlənərək götürülmüş, iştirakçılar tərəfindən imzalanmış və o da həmin torbanın qablaşdırılmasını imzalamışdır. Daha sonra bu barədə protokollar tərtib edilmiş, o da həmin protokolları imzalamışdır. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək demişdir ki, Təqsirləndirilən şəxs2 tanımamışdır. İranlı ilə danışmışdır. İranlı ona Yardımlı rayonuna gedib “Natiq” adlı şəxsdən narkotik vasitəni götürəcəyini demişdir. Qızının gözlərini əməliyyat etdirmək üçün pula ehtiyacı olmuşdur. Yasamalda yaşayan “Afa” adında rəfiqəsi ona “pula ehtiyacı varsa bir nəfər var, onun nömrəsini verim, danış onunla, gedib narkotik vasitə götürüb dediyi yerə qoyacaqsan” demişdir. Rəfiqəsi Afanın verdiyi nömrə ilə “WhatsApp”la danışan zaman ona bildirmişdir ki, Yardımlı rayonunda “Natiq” adlı şəxs var, ondan narkotik vasitə götürüb, Yasamalda deyilən konuma qoyduqdan sonra 2200 manat pul kartına köçürüləcəkdir. Yardımlı rayonuna taksi ilə getmiş, taksi sürücüsünə Yardımlı rayonuna dayısıgilə getdiyini orada 5-10 dəqiqə gözləyəcəyini və geri qayıdacaqlarını demişdir. Yardımlı rayonuna gedən zaman iranlı Natiqin olduğu yerin konumunu atmışdır. Yardımlıya çatdıqdan sonra Natiq gəlib onu qarşılamış, onunla yolun kənarında yerləşən evdən Natiq narkotik vasitəni çıxarıb ona vermiş və daha sonra geri qayıtmışdır. Narkotik vasitəni götürüb geri qayıdan zaman yolda polis əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları narkotik vasitəni kimdən əldə etdiyini soruşduqda narkotik vasitəni tanımadığı şəxsdən əldə etdiyini demişdir. Polis əməkdaşları həmin şəxsin üzünü gördükdən sonra tanıyıb-tanımayacağını soruşduqda, həmin şəxsi gördükdən sonra tanıya biləcəyini demişdir. Polis əməkdaşları Natiqi gətirdikdən sonra narkotik götürdüyü şəxsin həmin şəxs olduğunu demişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Natiqi əvvəllər tanımamışdır. Natiq ilə əvvəllər telefonda danışmamışdır. İranlı mənə 1 kq narkotik vasitə qrudulmuş marixuana götürəcəyini demişdir. İranlı göndərdiyi narkotik vasitəni götürüb Yasamal rayonunda deyilən konuma qoyub qarşılığında 2200 manat pul götürəcəkdir. Yardımlı rayonuna gələn zaman ona hər hansı bir məbləğdə pul köçürülməmişdir. Yardımlı rayonuna gələn zaman ona konum atılmış, konum ona Yardımlı rayonu, Avaş kəndinə aparmışdır. Natiq ona atılan konumda gözləmişdir. Polis əməkdaşları onu saxlayan zaman ona fiziki təziqlər göstərilməmişdir. “Afa” adlı şəxsi Yasamalda məhəllədən tanımışdır. “Afa” ona nömrə verib bildirmişdir ki, bu nömrə ilə əlaqə saxla sənə köməklik edəcəkdir. Qızı gözündən əməliyyat olunacağı üçün ona pul lazım olmuşdur. Natiqdən bir bağlamada narkotik vasitə götürmüşdür. Narkotik vasitənin çəkisini bilməmişdir. Onun götürdüyü bağlama ilə polis əməkdaşlarının götürərək baxış keçirdikləri bağlamalar eyni bağlamalar olmuşdur. Bağlamanın içində neçə büküm olduğunu bilməmişdir. Əməlindən peşmandır. Bundan əlavə verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Natiqin adını bilmədiyi üçün tanımadğı şəxsdən əldə etdiyini bildirmişdir. Polis əməkdaşlarına şəxsin avtomobilə əyləşib hansısa evin yanından narkotik vasitəni götürdüyünü demişdir. Şahid1 ona zor tətbiq etməmiş və hədə-qorxu gəlməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Məhburə Əsgər məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı verdiyi ifadəsində elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərilmişdir ki, Beyləqan rayonu, Əlinəzərli kəndində qeydiyyatda olsa da 10 ildir ki Bakı şəhərində yaşayır. Təxminən 4-5 ildir ki Bakı şəhəri, Yasamal rayonu X14 küçəsi, bina 25, mənzil 2 ünvanında kirayədə yaşayır. Nuray adlı 13 yaşlı bir qız övladı vardır. Tutulmamışdan təxminən 2-3 həftə əvvəl istifadəsində olan ***-***-**-** saylı mobil nömrədə istifadə etdiyi “WhatsApp” proqramına ***-***-**-** saylı mobil nömrədən zəng gəlmişdir. Zəng edən şəxs ona İran İslam Respublikası vətəndaşı “Firəngiz” olduğunu bildirmişdir. İran İslam Respublikası vətəndaşı ona dediyi yerlərdən narkotik maddələri götürüb onun dediyi yerə qoyacağı təqdirdə pul verəcəyini demişdir. Qızı Nurayın gözü cərrahi əməliyyat olunacağı və pula ehtiyacı olduğu üçün məcbur qalıb İran İslam Respublikası vətəndaşı ilə razılaşmışdır. Bundan sonra “Firəngiz” adlı şəxs ona konum göndərmiş, o da Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən 158 nömrəli məktəbin yanından 01 (bir) bükümdə narkotik vasitə marixuananı götürüb, səhəri gün həmin yerin yaxınlığında gizlətmiş və konumunu “Firəngiz” adlı şəxsə göndərmişdir. Həmçinin istifadəsində olan "xxxx" ASC tərəfindən verilmiş kartının fotoşəklini “Firəngiz” adlı şəxsə göndərmiş, o da bunun müqabilində istifadəsində olan həmin karta 400 manat pul göndərmişdir. 01 avqust 2025-ci il tarixində “Firəngiz” adlı şəxs onunla “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlayaraq Yardımlı rayonuna gedib-gedə bilməyəcəyini soruşmuşdur. O da gedə biləcəyini demişdir. “Firəngiz” adlı şəxs Yardımlı rayonu ərazisinə 3 bükümdə narkotik maddələr göndərəcəyəni, həmin narkotik maddələri gizlədildiyi yerdən götürüb Bakı şəhərində deyəcəyi yerə çatdıracağı təqdirdə ona 2200 (iki min iki yüz) manat pul verəcəyəni demişdir. O da “Firəngiz” adlı şəxslə razılaşmışdır. Həmin vaxt “Firəngiz” adlı İran İslam Respublikası vətəndaşı onun kart hesabına 600 manat pul göndərmiş, o da həmin pulu nağdlaşdırmışdır. “Firəngiz” adlı şəxsin pul göndərdiyi kartın nömrəsini xatırlamır. 02 avqust 2025-ci il tarixdə “Firəngiz” adlı İran İslam Respublikası vətəndaşı ona zəng vuraraq narkotik maddələri Yardımlı rayonu ərazisində gizlətdiyini bildirmiş və həmin narkotik maddələri götürməsini tapşırmışdır. O bundan sonra Yardımlı rayonuna necə tanış avtomobil ilə gedə biləcəyini fikirləşmişdir. Təxminən 2-3 ay olar ki tanış olduğu X2 onu Yardımlı rayonuna dayısının yaşadığı evə aparıb-gətirməsi üçün tanış avtomobil tapmasını xahiş etmişdir. Ziya Məhərrəmzadə də ona tanış avtomobil tapıb xəbər edəcəyini demişdir. Ziya Məhərrəmzadə qardaşı Ömərdən onu Yardımlı rayonuna aparmasını xahiş etmiş, daha sonra isə zəng vuraraq Şahid7in onu aparacağını demişdir. Bundan sonra o Şahid7 ilə əlaqə saxlamış, Şahid7 də onun kirayədə yaşadığı evin yanına gəlmişdir. 02 avqust 2025-ci il tarixdə saat 16-17 radələrində onlar Bakı şəhərindən yola düşmüşlər. O yol boyu “Firəngiz” adlı şəxslə mesajlaşmış, lakin Şahid7 onun Yardımlı rayonuna gəlmə məqsədini bilməməsi üçün “Firəngiz” adlı şəxslə danışmamışdır. “Firəngiz” adlı şəxs ona Yardımlı rayonu, Avaş kəndinə getməsini, ora çatdıqdan sonra konum göndərəcəyini bildirmişdir. 02 avqust 2025-ci il tarixdə 22-23 radələrində onlar Yardımlı rayonu, Avaş kəndinə çatmışlar. O “Firəngiz” adlı şəxslə əlaqə saxlamış, “Firəngiz” adlı şəxs də ona konum göndərmişdir. Konumun olduğu yerə getdikdə orada kafe olduğunu görmüşdür. O, “Firəngiz” adlı şəxslə əlaqə saxlayaraq həmin yerdə kafe olduğunu demişdir. “Firəngiz” adlı şəxs ona “orada təzə tikilən ev var, narkotik maddələr oradadır” demişdir. O dərəyə doğru hərəkət etmək istəmiş, lakin itlər hürdüyü üçün qorxmuşdur. Şahid7 “dayımla əlaqə saxlayım, mənim qabağıma adam göndərsin, onunla dayımın yaşadığı evə gedək” demişdir. Bundan sonra “Firəngiz” adlı şəxslə əlaqə saxlamış, ona “burada adamın varsa göndər, mən buraları tanımadım” demişdir. “Firəngiz” adlı şəxs də ona “orada gözləyin, mən adam deyəcəm gələcək yanınıza və sənə narkotik maddənin yerini göstərəcək” demişdir. Bundan bir az sonra bir şəxs gələrək avtomobilin qabaq oturacağında oturmuşdur. O həmin şəxsə işarə edərək Şahid7 onun hansı məqsədlə gəlməsini bilmədiyini başa salmağa çalışmışdır. Bundan sonra onlar geri dönərək xeyli gəlmişlər. Həmin şəxs işarə edərək avtomobildən düşməsini demişdir. Həmin şəxs və o avtomobildən yerə düşmüşlər. Bundan sonra həmin şəxslə birlikdə yoldan təxminən 40-50 metr aralıda olan təzə tikilən evə getmişdir. Orada həmin şəxs ona gözləməsini demiş, o təxminən 10 dəqiqə gözlədikdən sonra həmin şəxs yanına gələrək 01 (bir) bir ədəd ağ rəngli sellofan torba vermiş və narkotik maddələrin həmin sellofan torbada olduğunu bildirmişdir. O həmin sellofan torbanı götürmüş, onun içərisindəki bükülüləri paltarlarının alt hissəsinə yığmaq istəmiş, lakin yığa bilməmişdir. O, Şahid7 narkotik maddələri görməsin və şübhələnməsin deyə bükümləri paltarlarının altında gizlətmək istəmişdir. Narkotik maddələri paltarının altında gizlətmək istəyən vaxt ayağı sürüşmüş və yerə yıxılmışdır. Daha sonra yerdən qalxaraq avtomobilə getmiş və avtomobilin arxa oturacağında əyləşmişdir. Şahid7 dayısıgildən əşya götürdüyünü demiş, ona narkotik maddə götürməsini deməmişdir. Bundan sonra Şahid7 avtomobili idarə etmişdir. O bükümləri torbadan çıxararaq birini paltarlarının altına qoymuş, digər bükümlər paltarlarının altına yerləşmədiyi üçün onları oturduğu yerə ayaqlarının altına qoymuşdur. Bundan sonra Bakı şəhəri istiqamətində hərəkət etmişlər. O narkotik maddələrin qoxusunun gəlməməsi üçün aradabir ətir vurmuşdur. 03 avqust 2025-ci il tarixdə saat 02:08 radələrində Yardımlı rayonu ərazisində yol polisi avtomobili saxlamaları üçün işarə vermiş və Şahid7 də avtomobili saxlamışdır. Daha sonra polislər avtomobilə yaxınlaşaraq özlərini təqdim etmişlər və onlara narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqları bildirilmişdir. Şahid7 avtomobildən düşməsi tələb edilmiş və Ömər avtomobildən düşmüşdür. Şahid7 avtomobildə sərnişin olub-olmaması soruşulmuş, Ömər də onun olduğunu demiş və avtomobilin sol arxa qapısını açmışdır. O da avtomobildən yerə düşmüşdür. Onlardan özlərini təqdim etmələri tələb edilmiş, onlar da adlarının Təqsirləndirilən şəxs1 və Şahid7 olduğunu bildirmişlər. Daha sonra isə polis əməkdaşları özlərini təqdim etmişlər. Şahid7 Yardımlı rayonuna nə məqsədlə gəldiyi soruşulmuş, Ömər sürücü olduğunu, onu gətirdiyini və avtomobilin özünə məxsus olduğunu demişdir. Ondan Yardımlı rayonuna nə məqsədlə gəldiyi soruşulmuş, o da narkotik vasitə götürmək üçün gəldiyini demişdir. Ondan narkotik vasitələri haradan və kimdən əldə etdiyi soruşulmuş, o da İran İslam Respublikası vətəndaşının dediyi Yardımlı rayonu, Şəfəqli kəndi ərazisindən götürdüyünü demişdir. Onlara saxlanıldıqları andan etibarən Yardımlı RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti Fariz Mahmudov tərəfindən fasiləsiz videoçəkiliş aparıldığı barədə xəbərdarlıq edilmişdir. Ondan əldə etdiyi narkotik vasitənin hazırda harada olduğu soruşulmuş, o da sürücünün bilməməsi üçün çanta ilə avtomobilə əyləşdiyini, çantada pendir və qatıq olduğunu dediyini, daha sonra isə Yardımlı rayonuna gələn zaman postda polis əməkdaşlarını gördüyündən narkotik vasitələri bədənində gizlətdiyini demişdir. Ondan əldə etdiyi narkotik vasitələri təqdim etməsi tələb edilmiş, o da əynindəki üzərində ağ və qara rəngli zolaqlar olan paltarın altında gizlətdiyi 1 (bir) ədəd sellofan bükülünü təqdim etmişdir. Ondan başqa narkotik vasitə olub-olmadığı soruşulmuş, o da digər narkotik vasitələri avtomobilin arxa oturacağında ayaq altına qoyduğunu demiş və avtomobilin arxa oturacağında ayaq altında olan 2 (iki) ədəd sellofan bükülünü də təqdim etmişdir. Onun üzərində yoxlanış aparılmış, üzərindən heç bir əşya aşkar olunmamışdır. Şahid7 üzərində yoxlanış aparılmış, onun əynindəki ağ rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd “HONOR X9” markalı mobil telefon, sol arxa cibindən 1 (bir) ədəd 1 manatlıq pul əskinazı, 5 (beş) ədəd 20 qəpik, 1 (bir) ədəd 10 qəpik pul, sağ arxa cibindən isə 1 (bir) ədəd 100 manatlıq, 1 (bir) ədəd 50 manatlıq, 2 (iki) ədəd 20 manatlıq, 4 (dörd) ədəd 5 manatlıq və 10 ədəd 1 manatlıq pul əskinazları aşkar edilərək götürülmüş, üzərindən başqa əşya aşkar edilməmişdir. “Hyundai Elantra” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna və yük yerinə baxış keçirilmiş, qanunla dövriyyəsi məhdudlaşdırılmış və ya qadağan edilmiş əşya aşkar olunmamışdır. Ondan Yardımlı rayonu ərazisinə gələrkən kimlə əlaqəyə girdiyi soruşulmuş, o da əlaqəyə girdiyi şəxsin İran İslam Respublikası vətəndaşı olduğunu demişdir. O istifadəsində olan “Redmi” markalı mobil telefon vasitəsi ilə İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxladığını, həmin telefonda istifadə etdiyi “WhatsApp” proqramında “Firəgiz Makler” adı ilə qeyd etdiyi ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxladığını, lakin İran İslam Respublikası vətəndaşının göndərdiyi mesajları sildiyini demişdir. Ona məxsus “Redmi” markalı mobil telefonda olan “WhatsApp” proqramına baxış keçirilən zaman onun “Firəgiz Makler” adı ilə qeyd etdiyi ***-***-**-** saylı mobil nömrə ilə yazışmalar apardığı, lakin qarşı tərəfin göndərdiyi mesajların silindiyi müəyyən edilmişdir. Ondan əldə etdiyi narkotik vasitələri hara çatdıracağı soruşulmuş, o da həmin narkotik vasitələri Bakı şəhərinə çatdıracağını demişdir. Ondan bunun müqabilində İran İslam Respublikası vətəndaşının nə vəd verdiyi soruşulmuş, o da bunun qarşılığında İran İslam Respublikası vətəndaşının 2200 (iki min iki yüz) manat pul verəcəyini demişdir. Şahid7 İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxlayıb-saxlamadığı soruşulmuş, o heç bir danışıq və ya mesajlaşma aparmadığını bildirmişdir. Şahid7 məxsus 1 (bir) ədəd “HONOR X9” markalı mobil telefona baxış keçirilmiş, həmin telefondakı “WhatsApp” proqramına daxil olduqda onun ***-***-**-** saylı mobil nömrədən Şahid7 02 (iki) ədəd konum göndərdiyi müəyyən edilmişdir. Həmin konumlar Yardımlı rayonu ərazisini göstərmişdir. O Yardımlı rayonuna çatdıqdan sonra narkotik vasitələrin olduğu yeri tapa bilmədiyini, daha sonra sürücüyə konum göndərdiyini demişdir. Onun təqdim etdiyi və asfalt yolun üzərinə qoyulmuş 3 (üç) ədəd sellofan bükülüyə baxış keçirilmişdir. Birinci sellofan bükülüdən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1060 qram olmuşdur. İkinci sellofan bükülüdən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1090 qram olmuşdur. Üçüncü sellofan bükülüdən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1055 qram olmuşdur. Aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr 1 (bir) ədəd ağ rəngli sellofan torbada qablaşdırılaraq götürülmüş, iştirakçılar tərəfindən imzalanmış və onlar da həmin torbanın qablaşdırılmasını imzalamışdır. Bundan sonra Yardımlı Rayon Polis Şöbəsinə gətirilmişlər. Bu barədə protokol tərtib olunmuş, o da həmin protokolu imzalamışdır. Bundan əlavə verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, narkotik vasitə marixuanadan istifadə etmişdir. İranlının adını telefonuna “Firəngiz” adı ilə qeyd etmişdir. Telefonda danışdığı iranlı kişi cinsli şəxs idi. Taksi sürücüsü bağlamanı maşına qoyan zaman görməmiş, maşına oturduqdan sonra bağlamanı donunun altına qoymuşdur. İranlıya kafenin qabağında adam olmadığını demişdir. İranlı isə ona adam olduğunu və bağlamanı ona verəcəyini demişdir. İranlı ona bağlamanı gizlətiyi yerdən götürəcəyini deməmişdir. İranlı ona narkotik vasitənin Yardımlı rayonunda olduğunu, bir nəfər şəxsin narkotik vasitəni kəndə yaxınlaşdırdığını demişdir. Narkotik vasitə Natiq götürməmişdən bir neçə gül əvvəldən Yardımlı rayonu ərazisində olmuşdur. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri iş materiallarında olan, biri digəri ilə uzlaşan mötəbər ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 02 avqust 2025-ci il tarixdə ona iki nəfər şəxsin Yardımlı rayonu ərazisinə gələrək narkotik vasitələrin əldə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı Yardımlı RPŞ-nin rəhbərliyinə “raport”la məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmışdır. Onlara məlum olan avtomobili gözləməyə başlamışlar. Avtomobil ona yaxınlaşan zaman DYP-nin yol patrul inspektoru tərəfindən həmin avtomobil saxlanılmışdır. Avtomobilin sürücüsünə yaxınlaşıb özünü təqdim etmiş və avtomobildə ondan başqa kimin olduğunu soruşmuşdur. Avtomobilin sürcüsü Ömər adlı şəxs avtomobilində bir qadının olduğunu bildirmişdir. Avtomobildə olan qadını avtomobildən endirib Yardımlı rayon ərazisində narkotik vasitələrin daşınmasında şübhəli olduqları üçün tərəflərindən saxlanıldıqlarını bildirmişlər. Avtomobildə olan Məhburə özü etiraf etmişdir ki, Yardımlı rayonuna narkotik vasitə əldə etmək üçün gəlmişdir. Narkotik vasitəni kimdən əldə etdiyini soruşduqda o, narkotik vasitəni tanımadığı İran İslam Respublikasının vətəndaşından əldə etmək üçün Yardumlı rayonuna gəlmişdir. Daha sonra həmin narkotik vasitələri hardan necə əldə etdiyini soruşduqda o, narkotik vasitələri Yardımlı rayonu, Şəfəqli kəndi ərazisindən götürdüyünü bildirmişdir. Məhburəyə narkotik vasitələri onlara təqdim etməsini bildirmişlər. Məhburənin qarın hissəsində olan narkotik vasitə polis əməkdaşı tərəfindən götürüldükdən sonra avtomobilin arxa oturacağının ayaq altı hissəsində olan bağlama tərəflərindən götürülmüşdür. Bağlamalar götürüldükdən sonra videoçəkiliş aparılmış, videoçəkiliş aparıldıqdan sonra saxlanılan şəxs tərəflərindən polis şöbəsinə aparılmış və təhqiqatçıya təhvil verilmişdir. Daha sonra əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olmuşdur ki, Məhburə narkotik vasitəni Yardımlı rayon, Avaş kənd sakini Təqsirləndirilən şəxs2 əldə etmişdir. 03 avqust 2025-ci il tarixdə Şahid2 ilə birlikdə Yardımlı rayonu, Avaş kəndində getmişlər və Təqsirləndirilən şəxs2 RPŞ-nə gətirib istintaq bölməsinə təhvil vermişlər. Təqsirləndirilən şəxs2 istintaq bölməsinə təhvil verdikdən sonra müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələri İran İslam Respublikası vətəndaşından əldə etmişdir. Daha sonra qrup şəklində iki avtomobil ilə Yardımlı rayonu, Avaş kəndinə Təqsirləndirilən şəxs2 yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxs2 yaşadığı evinin yarım tikili olan hissəsində narkotik vasitəni onlara təqdim etmiş, Təqsirləndirilən şəxs2 narkotik vasitəni onlara təqdim etdikdən sonra polis şöbəsinə gəlmişlər. Verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, əməliyyat məlumatı iki nəfər şəxs barəsində daxil olmuşdur. Əməliyyat məlumatı şəxslərin Yardımlı rayonuna Bakı şəhərindən gələcəkləri barədə olmuşdur. Təqsirləndirilən şəxs2 Yardımlı rayonu sakinidir. Məhburə saxlanıldıqdan sonra, Təqsirləndirilən şəxs2 Yardımlı rayon sakini olduğu məlum olmuşdur. Məhburə Yardımlı rayonuna taksi ilə gəlmişdir. Taksi sürücüsünün heç bir məlumatı olmamışdır. Taksi sürücüsü Məhburənin Yardımlı rayonuna dayısıgilə gəldiyini bildiyini demişdir. Məhburənin əlində bağlamanı gördükdən sonra Məhburədən bağlamada nə olduğunu soruşduqda Məhburə ona bağlamada qatıq, yağ-pendir olduğunu bildirmişdir. Bağlama Yardımlı rayonu, Şəfəq kəndi ərazisindən götürülmüşdür. Məhburənin mobil telefonuna baxış keçirilən zaman iranlının adı Firəngiz kimi qeyd olunmuşdur. Sonradan onlara əməliyyat məlumatı əsasında məlum olmuşdur ki, Məhburə narkotik vasitəni Natiq adlı şəxsdən əldə etmişdir. Məhburə iranlının ona göndərdiyi konum vasitəsi ilə Yardımlı rayonunun Şəfəq kəndinə getmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitəni İran İslam Respublikası vətəndaşından əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 barəsində daha sonra əməliyyat məlumatı daxil olmuşdur. Məhburənin mobil telefonuna baxış keçirilmişdir. Mobil telefonu istintaqa təhvil vermişdir. Natiq barədə məlumatı Məhburə verməmiş, qeyri şəxslər tərəfindən məlumat daxil olmuşdur. Gecə saat 02:28 radələrində maşın yaxınlaşmış və onlar həmin maşını saxlamışlar. Məhburəni polis şöbəsinə gətirdikdikdən sonra, Təqsirləndirilən şəxs2 barəsində əməliyyat məlumatı daxil olmuşdur. Natiq barədə həmin gün saat 18:30 radələrində əməliyyat məlumatı daxil olmuşdur. Hadisə günü ona Dövlət Sərhəd Xidmətinin pozulması ilə bağlı məlumat daxil olmamışdır. Dindirilmiş şahidlər Şahid2, Şahid3 və X4 Şahid1 göstərdiyi xüsusatları olduğu kimi təsdiq etmişlər. Dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, Məhburəni Bakı şəhəri, Yasamal rayonundan götürmüşdür. Məhburə Yardımlı rayonuna gedəcəyini bildirmişdir. Məhburəni Yasamaldan götürəcəyini qardaşı Ziya ondan xahiş etmişdir. Məhburə Yardımlı rayonuna dayısıgilə getdiyini demişdir. Yardımlı rayonuna çatdıqdan sonra Məhburəyə “dayına de konum atsın həmin konumla gedək” demişdir. Məhburə dayısı dediyi adamla danışmış, həmin adam da konumu ona atmış və həmin ünvana gedib orada bir nəfəri götürüb daha sonra geri qayıdıb hansısa evə getmişlər. Məhburə ilə həmin şəxs evə gedib qayıtdıqdan sonra yolda onları polis əməkdaşları saxlamışlar. Məhburə maşına oturan zaman əlində balaca bir bağlama olmuş, Məhburədən bu bağlama nədir deyə soruşmuş, Məhburə isə cavabında bağlamanın əmanət olduğunu və pul götürdüyünü demişdir. Verilmiş suallara cavab olaraq Şahid7 bildirmişdir ki, Yasamal rayonuna Məhburəni götürməyə gedən zaman tək olmuşdur. Ziya onun qardaşıdır, qardaşı əvvəllər oğurluq etdiyi üçün məhkum olunmuşdur. Yasamal rayonuna gəlib qardaşına zəng etmiş, daha sonra Məhburə gələrək maşına minmişdir. Məhburənin nömrəsi onda olmamışdır. Məhburə maşına əyləşdikdən sonra Yardımlı rayonuna dayısıgilə gedəcəklərini bildirmişdir. Bakı şəhərindən saat 18-də çıxıb Yardımlı rayonuna getmişlər. Yardımlı rayonuna axşam çatmışlar, ancaq saatı xatırlamamışdır. Yardımlı rayonuna çatdıqdan sonra maşına dayısı dediyi adam əyləşmiş və aşağı kənddə evi olduğunu, ora getmələrini demişdir. Məhburənin dayısı dediyi ünvana çatdıqdan sonra hər ikisi maşından düşüb 15-20 dəqiqədən sonra qayıtmışlar. Məhburənin dayısı dediyi adam zalda oturan və təqsirləndirilən şəxs Natiqdir. Onlar maşından düşən zaman özü maşından düşməmişdir. Məhburə maşına tək gəlmiş, başqa heç kim gəlməmişdir. Məhburə maşına oturan zaman onun üzərində palçıq olubolmadığını görməmişdir. Yardımlı rayonundan qayıdan zaman polis əməkdaşları onları saxlamışlar və maşını yoxlayacaqlarını demişlər. Həmin vaxtı narkotik vasitə aşkarlanmışdır. Polis əməkdaşlarının gecə onları saat neçədə saxladıqlarını bilməmişdir. Bakı şəhərindən saat 18 radələrində çıxmışlar, 3 saata Yardımlı rayonuna çatmışlar. Yardımlı rayonuna çatdıqdan sonra səhv ünvana getmişlər, daha sonra konumla getmişlər. Polis əməkdaşları onları saxalayan zaman dərhal çəkiliş etmişlər. Videoçəkilişlə onları saxlamışlar. Məhburənin üzərini yoxlayan zaman onun üzərindən narkotik vasitə aşkarlanmışdır. Polis əməkdaşları onları saxlayan zaman 3-4 nəfər olmuşlar. Məhkəmə Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 03 avqust 2025-ci il tarixli qərardan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3nda yaşayan Şahid7 idarə etdiyi “Hyundai Elantra” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobildəki sərnişin Beyləqan rayonu, Əlinəzərli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsi, bina 25, mənzil 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 2945 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməsi faktı əsasında Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır.(cild 1,i.v.1-73) -“əməliyyat-axtarış tədbiri, şübhəli şəxslərin üstünün yoxlanılması, nəqliyyat vasitəsinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 03 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Yardımlı RPŞ-nə Təqsirləndirilən şəxs1 və Şahid7 satış məqsədi ilə külli miqdarda narkotik vasitələr əldə etmələri və idarə etdikləri avtomobildə daşımaları barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı onların 03 avqust 2025-ci tarixdə, saat 02:08 dəqiqədə Masallı-Yardımlı avtomobil yolunun 35 kilometrliyində sonuncunun idarə etdiyi “Hyundai Elantra” markaftı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Masallı rayonu istiqamətində hərəkət etdiyi müşahidə etmişlər. Fasiləsiz videoçəkilişlə əməliyyat-axtarış tədbirini keçirməyə başlamışlar. 03 avqust 2025-ci il tarixdə saat 02:08 dəqiqədə Yardımlı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis serjantı Şahid3 avtomobilə saxlaması üçün işarə vermiş və sürücü avtomobili saxlamışdır. Daha sonra avtomobilə yaxınlaşaraq özlərini təqdim etmişlər, onlara narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqları bildirilmişdir. Sürücü Şahid7 avtomobildən düşməsi tələb edilmiş və o avtomobildən düşmüşdür. Şahid7 avtomobildə sərnişin olubolmaması soruşulmuş, o bır xanım olduğunu demiş və avtomobilin sol arxa qapısını açmışdır. Avtomobilin arxa oturacağında əyləşmiş Təqsirləndirilən şəxs1 yerə düşmüşdür. Saxlanılan şəxslərdən özlərini təqdim etmələri tələb edilmişdir. Həmin şəxslər adlarının Təqsirləndirilən şəxs1 və Şahid7 olduğunu bildirmişlər. Daha sonra isə əməliyyat-axtarış tədbirinin keçirilməsində iştirak edən polis əməkdaşları özlərini təqdim etmişlər. Şahid7 Yardımlı rayonuna nə məqsədlə gəldiyi soruşulmuş, o sürücü olduğunu, Təqsirləndirilən şəxs1 gətirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 Yardımlı rayonuna nə məqsədlə gəldiyi soruşulmuş, o narkotik vasitə götürmək üçün gəldiyini demişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitələri haradan və kimdən əldə etdiyi soruşulmuş, o tanımadığı iran İslam Respublikası vətəndaşının dediyi Yardımlı rayonu, Şəfəqli kəndi ərazisindən götürdüyünü bildirmişdir. Saxlanılan şəxslərə saxlanıldıqları andan etibarən Yardımlı RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti Fariz Mahmduov tərəfindən fasiləsiz videoçəkiliş aparıldığı barədə xəbərdarlıq edilmişdir. Təqsirləndirilən şəxs1 əldə etdiyi narkotik vasitənin hazırda harada olduğu soruşulmuş, o sürücünün bilməməsi üçün çanta ilə avtomobilə əyləşdiyini, çantada pendir və qatıq olduğunu dediyini, daha sonra isə Yardımlı rayonuna gələn zaman postda polis əməkdaşlarını gördüyündən narkotik vasitələri bədənində gizlətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 əldə etdiyi narkotik vasitələri təqdim etməsi tələb edilmiş, o əynindəki üzərində ağ və qara rəngli zolaqlar olan paltarının altında gizlətdiyi 01 (bir) ədəd sellofan bükülünü təqdim etmişdir. Təqsirləndirilən şəxs1 başqa narkotik vasitə olub-olmadığı soruşulmuş, o digər narkotik vasitələri avtomobilin arxa oturacağında ayaq altına qoyduğunu demiş və avtomobilin arxa oturacağında ayaq altında olan 02 (iki) ədəd sellofan bükülünü də təqdim etmişdir. Yardımlı RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X9 tərəfindən Təqsirləndirilən şəxs1 üzərində yoxlanış aparılmış, onun üzərində heç bir əşya aşkar olunmamışdır. Yardımlı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən Şahid7 üzərində yoxlanış aparılan zaman onun əynindəki ağ rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd "HONOR X9" markalı mobil telefon, sol arxa cibindən 1 (bir) ədəd 1 manatlıq pul əskinazı, 5 (beş) ədəd 20 qəpik, 1 (bır) ədəd 10 qəpik pul, sağ arxa cibindən isə 1 (bir) ədəd 100 manatlıq, 1 (bır) ədəd 50 manatlıq, 2 (iki) ədəd 20 manatlıq, 4 (dörd) ədəd 5 manatlıq və 10 (on) ədəd 1 manatlıq pul əskinazları aşkar edilərək götürülmüş, onun üzərindən başqa əşya aşkar edilməmişdir. “Hyundai Elantra markalı, **- AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna və yük yerinə baxış keçirilmiş, qanunla dövriyyəsi məhdudlaşdırılmış və ya qadağan edilmiş əşya, eləcə də iş üzrə əhəmiyyət kəsb edən digər sübutlar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 Yardımlı rayonu ərazisinə gələrkən kimlə əlaqəyə girdiyi soruşulmuş, o da əlaqəyə girdiyi şəxsin İran İslam Respublikası vətəndaşı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 istifadəsində olan “Redmi" markalı mobil telefon vasitəsi ilə İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxladığı, həmin telefonda istifadə etdiyi “WhatsApp” proqramında “Firəngiz Makler” adı ilə qeyd etdiyi ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxladığını, lakin İran islam Respublikası vətəndaşının göndərdiyi mesajları sildiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 məxsus “Redmi” markalı mobil telefonda olan “WhatsApp" proqramına baxış keçirilən zaman onun “Firəngiz Makler" adı ilə qeyd olunmuş ***-***-**-** saylı mobil nömrə ilə yazışmalar apardığı, lakın qarşı tərəfin göndərdiyi mesajları sildiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 əldə etdiyi narkotik vasitələri hara çatdıracağı soruşulmuş, o həmin narkotik vasitələri Bakı şəhərinə çatdıracağını bildirmişdir. Təqsirləndirilən şəxs1 bunun müqabilində İran İslam Respublikası vətəndaşının ona nə vəd etdiyi soruşulmuş, o bunun qarşılığında İran İslam Respublikası vətəndaşının ona 2000 (iki min) manat pul verəcəyini bildirmişdir. Şahid7 İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxlayıb-saxlamadığı soruşulmuş, o heç bir danışıq və ya mesajlaşma aparmadığını bildirmişdir. Şahid7 məxsus 1 (bir) ədəd “HONOR X9" markalı mobil telefona baxış keçirilmiş, həmin telefondakı “WhatsApp" proqramına daxil olduqda Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Şahid7 2 (iki) ədəd konum göndərdildiyi müəyyən edilmişdir. Həmin konumlar Yardımlı rayonu ərazisini göstərmişdir. Təqsirləndirilən şəxs1 Yardımlı rayonuna çatdıqdan sonra narkotik vasitələrin olduğu yeri tapa bilmədiyini, daha sonra sürücüyə konum göndərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi və asfalt yolun üzərinə qoyulmuş 3 (üç) ədəd sellofan bükülüyə baxış keçirilmişdir. Birinci sellofan bükülüdən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1060 qram olmuşdur. İkinci sellofan bükülüdən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1090 qram olmuşdur. Üçüncü sellofan bükülüdən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1055 qram olmuşdur. Aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr 1 (bir) ədəd ağ rəngli sellofan torbada qablaşdırılaraq götürülmüş və iştirakçılar tərəfindən imzalanmışdır.(cild 1,i.v.9-13) -“cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 03 avqust 2025-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 05:30-da Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur.(cild 1,i.v.26) -“cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 03 avqust 2025-cü il tarixli protokoldan görünür ki, Şahid7 həmin tarixdə saat 05:55-də Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur.(cild 1,i.v.43) -“məhkəmə-bioloji ekspertizası”nın 03 avqust 2025-ci il tarixli, 19/316 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə.....” sözlər və imzalar olan bir ədəd bağlamadakı, 3 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkisi: -1000,0 qr; -975,0 qr; -970,0 qram olmaqla ümumi təmiz çəkisi: -2945,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Marixuananın ümumi təmiz çəkisi - 2945,0 qram, cəmi tədqiqata sərf edildi-0,3 qr (hər ob. 0,1 qr), qalıq 2944,7 qr.(cild 1,i.v.64-67) -“cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 03 avqust 2025-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 18:00-da Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur.(cild 1,i.v.105) -“şübhəli şəxsin ifadələrinin yerində yoxlanması haqqında” 03 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 “Şəhram” adlı İran İslam Respublikası vətəndaşının gizlətdiyi narkotik vasitələri gizlədildiyi yerdən götürərək daha təhlükəsiz yerdə gizlətməsi və daha sonra həmin narkotik vasitələrin bir qismini "Şəhram" adlı şəxsin göstərişi əsasında tanımadığı qadına verməsi ilə istintaqa verdiyi ifadələrində göstərdiklərini hadisə yerində sərbəst göstərə biləcəyini təklif etdikdə o etiraz etməyərək narkotik vasitələri əldə etdiyi və gizlətdiyi yerləri dəqiq göstərəcəyini bildirmişdir. Daha sonra Yardımlı rayonu, Avaş kəndi ərazisinə getmişlər. Yardımlı rayonu, Avaş kəndi ərazisində Natiq Mırzəyevin yaşadığı evin yaxınlığına çatdıqdan sonra ona narkotik vasitələri əldə etdiyi yeri göstərməsi təklif edilmişdir. Bundan sonra Natiq Mırzəyev bildirmişdir kı, “Şəhram” adlı şəxs ona narkotik vasitələri yaşadığı evin yaxınlığından keçən asfalt yolun üst tərəfində yerləşən transformatorun yanındakı dərədə gizlətdiyini demişdir. O da axşam təxminən 22 radələrində həmin yerə gedərək qara rəngli kisədə olan narkotik vasitələri gizlədildiyi yerdən götürmüşdür. Narkotik vasitələrin gizlədildiyi yer asfalt yolun üst tərəfində yoldan təxminən 15-20 metr məsafədə yerləşən transformatorun sağ tərəfindəki dərədir. Təqsirləndirilən şəxs2 dərədə gizlədilmiş içərisində narkotik vasitələr olan 1 (bir) ədəd qara rəngli kisəni gizlədildiyi yerdən götürərək yaşadığı evin yaxınlığında yerləşən, asfalt yolun alt tərəfindəki yarımtikilidə gizlətdiyini bildirmişdir. Həmin yarımtikilyə getmişlər. Təqsirləndirilən şəxs2 içərisində narkotik vasitələr olan 1 (bir) ədəd qara rəngli sellofan torbanın yarımtikilinın giriş qapısından sağda yerləşən zalın solundakı birinci otaqda olduğunu bildirmişdir. Daha sonra istintaq hərəkəti iştirakçıları ilə Təqsirləndirilən şəxs2 bildirdiyi otağa keçid etmişlər. Təqsirləndirilən şəxs2 həmin otağın küncündə gizlətdiyi və üzərini “Şifer” vasitəsi ilə örtdüyü 1 (bir) ədəd qara rəngli sellofan torbanı təqdim etmiş və içərisində 03 (üç) ədəd sellofan bükülü olduğunu bildirmişdir. Natiq Mırzəyev 1 (bir) ədəd qara rəngli sellofan torbada ümumilikdə 06 (altı) ədəd sellofan bükülü olduğunu, həmin 6 (altı) ədəd bükülüdən 3 (üç) ədədini qıza verdiyini bildirmişdir. X11 bildirmişdir ki, içərisində 6 (altı) ədəd sellofan bükülü olan 1 (bir) ədəd sellofan torbanı transformatorun yanında gizlədildiyi dərədən götürdükdən sonra yarımtikilidə gizlətmiş, daha sonra “Şəhram” adlı şəxs ona narkotik vasitələri bir adamın gəlib götürəcəyini demişdir. 02 avqust 2025-cı il tarixində axşam saatlarında bir qız və bir oğlan avtomobillə gələrək onu Avaş kəndi ərazisində yerləşən kafenin yanından götürmüşlər və daha sonra yarım tikilinin yaxınlığına gəlmişlər, oğlan avtomobildə qalmış, qız isə avtomobildən düşərək onun arxasınca yarımtikiliyə gəlmiş, orada 1 (bir) ədəd sellofan torbanın içərisindən 3 (üç) ədəd sellofan bükülünü qötürüb selofan torbaya qoyaraq qıza vermiş, qız həmin torbanı üstündə gızlədərək yarımtikilidən çıxıb getmişdir. Bunun müqabilində “Şəhram" adlı İran İslam Respublikası vətəndaşı ona 3000-4000 manat pul vəd etmişdir.(cild 1,i.v.123-125) -“baxış və götürmə keçirilməsi haqqında” 03 avqust 2025-ci il tarixli protokoldan görünür ki, baxışın keçirildiyi yer Yardımlı rayonu, Avaş kəndi ərazisində Təqsirləndirilən şəxs2 evinin yaxınlığında yerləşən asfalt yolun alt tərəfindəki yarımtikilidr. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılan zaman içərisində narkotik vasitələr olan 1 (bir) ədəd qara rəngli sellofan torbanı «şəhram adlı İran İslam Respublikası vətəndaşının gizlətdiyi yerdən götürərək həmin yarımtikilidə gizlətdiyini, 02 avqust 2025-ci il tarixdə “Şəhram” adlı İran İslam Respublikası vətəndaşının göstərişi əsasında 1 (bir) ədəd qara rəngli sellofan torbada olan 3 (üç) ədəd sellofan bükülünü tanımadığı qıza verdiyini, 3 (üç) ədəd sellofan bükülünün isə 1 (bir) ədəd qara rəngli sellofan torbada qaldığını bildirmiş və həmin sellofan torbanı baxışa təqdim etmişdir. Həmin qara rəngli sellofan torba yarımtikilinin otaqlarının birində küncdə gizlədilmiş və üzəri şifer vasitəsi ilə örtülmüş vəziyyətdə olmuşdur. 1 (bir) ədəd qara rəngli sellofan torbaya baxış keçirilmiş və içərisindən 3 (üç) ədəd sellofan bükülü aşkar olunmuşdur. Üzərində “FA” hərfləri yazılmış, birinci şəffaf rəngli sellofan bükülüdən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1065 qram olmuşdur. İkinci sarı rəngli sellofan bükülüdən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1085 qram olmuşdur. Üçüncü sarı rəngli sellofan büküldən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1055 qram olmuşdur. Aşkar olunmuş 3 (üç) ədəd sellofan büküldə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr aşkar olunduqları 1 (bir) ədəd qara rəngli sellofan torbada baxış və götürmənin keçirilməsində iştirak edən şəxslərin iştirakları ilə qablaşdırılıb-möhürlənərək götürülmü və iştirakçılar tərəfindən imzalanmışdır.(cild 1,i.v.126-128) -“şəxsin tanınmaya təqdim edilməsi haqqında” 04 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 təqdim olunmuş şəxslərdən üçüncü sırada dayanmış şəxsin ona 02 avqust 2025-ci il tarixdə narkotik vasitələri vermiş şəxs olduğunu, 02 avqust 2025-ci il tarixdə saat təxminən 22-23 radələrinə Yardımlı rayonu, Avaş kəndi ərazisində yerləşən kafenin yaxınlığında həmin şəxsi avtomobilə götürdüklərini, həmin şəxslə birlikdə Avaş kəndi ərazisində yerləşən yarımtikiliyə getdiyini, yarımtikilidə həmin şəxsin ona 3 (üç) ədəd bükülüdə narkotik vasitə verdiyini bildirmişdir. Həmin şəxsi sifət quruluşundan, bığı olmasından, burnundan, saçından və boyundan tanıdığını bildirmişdir. Tanınmaya təqdim edilmiş şəxslər arasında üçüncü sırada dayanmış şəxs Təqsirləndirilən şəxs2 olmuşdur.(cild 1,i.v.139-142) -“baxış keçirilməsi haqqında” 04 avqust 2025-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Şahid7 ona məxsus 1 (bir) ədəd “HONOR X96” markalı mobil telefonda ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrdən istifadə edir. Şahid7 ***-***-**-** saylı mobil nömrədən “WhatsApp” ani mesajlaşma tətbiqi ilə də istifadə edir. Şahid7 ***-***-**-** saylı mobil nömrədə istifadə etdiyi “WhatsApp” ani mesajlaşma tətbiqinə daxil olan zaman ona digər şübhəli şəxs Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** saylı mobil nömrədən 02 avqust 2025-ci il tarixdə, saat 21:12 və saat 21:27 dəqiqələrdə 02 (iki) konum göndərildiyi müəyyən edildi. Hər iki konum Yardımlı rayonu, Avaş kəndi ərazisini, 38.8669880 dərəcə coğrafi enlik və 48.0507210 dərəcə coğrafi uzunluq koordinatlarının kəsişməsindəki yeri göstərir.(cild 1,i.v.143-149) -“şəxsin tanınmaya təqdim edilməsi haqqında” 04 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Şahid7 təqdim olunmuş şəxslərdən ikinci sırada dayanmış şəxsin 02 avqust 2025-ci il tarixdə, saat təxminən 22-23 radələrində Yardımlı rayonu, Avaş kəndi ərazisində yerləşən kafenin yaxınlığında idarə etdiyi “Hyundai Elantra” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilə mindiyini, onun Təqsirləndirilən şəxs1 dayısı olduğunu zənn etdiyini, daha sonra Avaş kəndi ərazisində başqa yerə getdiklərini, orada həmin şəxsin avtomobildən düşdüyünü, onun ardınca Təqsirləndirilən şəxs1 də avtomobildən düşdüyünü, təxminən 10 dəqiqə sonra Təqsirləndirilən şəxs1 əlində sellofan torba ilə geri qayıtdığını, 03 avqust 2025-ci il tarixdə, saat 02:08 radələrində polis əməkdaşlarının onu və Təqsirləndirilən şəxs1 saxladıqlarını, Təqsirləndirilən şəxs1 üzərindən və avtomobilin arxa oturacaqlarının ayaq altında 03 (üç) ədəd bükülüdə narkotik vasitə aşkarlandığını bildirmişdir. Həmin şəxsi sifət quruluşundan, bığı olmasından, burnundan, saçından və boyundan tanıdığını bildirmişdir. Tanınmaya təqdim edilmiş şəxslər arasında ikinci sırada dayanmış şəxs Təqsirləndirilən şəxs2 olmuşdur.(cild 1,i.v.150-153) -“məhkəmə bioloji ekspertizası”nın 04 avqust 2025-ci il tarixli, 19/317 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs2 ifadəsi yerində saxlanılan zaman təqdim etdiyi və baxış keçirilərək götürülmüş içərisində 03 ədəd bükülüdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr olan 1 ədəd qara rəngli sellofan torba.....” sözlər və imzalar olan bir ədəd bağlamadakı, 3 ədəd bükülüdə ayrıayrılıqda təmiz çəkisi: -1000,0 qr; -1005,0 qr; -995,0 qram olmaqla ümumi təmiz çəkisi: - 3000, 0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərilərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs2 ifadəsi yerində saxlanılan zaman təqdim etdiyi və baxış keçirilərək götürülmüş içərisində 03 ədəd bükülüdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr olan 01 ədəd qara rəngli sellofan torba.....” və “Şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və X3 aşkar edilmiş ümumilikdə 3 bükülü Marixuana Rəy №-19/316.....” sözlər və imzalar olan 1 ədəd bağlamadakı və 1 ədəd paketdəki ümumilikdə 6 ədəd bükülüdə olan marixuanalar, orqanoleptik əlamətlərinə və bioloji komponenet tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Marixuananın ümumi təmiz çəkisi - 3000,0 qr, cəmi tədqiqata sərf edildi-0,3 qr (hər ob. 0,1 qr), qalıq 2999,7 qr. (1-3 №li. ob).Marixuananın ümumi təmiz çəkisi - 2944,7 qr, cəmi tədqiqata sərf edildi-0,1 qr, qalıq 2944,6 qr.(4-6 №-li. ob). (cild 1,i.v.160-164) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 04 avqust 2025-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Yardımlı Rayon Məhkəməsinin 04 avqust 2025-ci il tarixli, 4(038)-34/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 avqust 2025-ci il tarixədək müəyyən edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 bildirmişdir ki, elan olunmuş ittihamın mahiyyəti ona aydındır. Özünü təqsirli bilir və əməlindən peşmandır. Tanışı onun mobil telefon nömrəsini İran İslam Respublikasının vətəndaşına verdiyi üçün həmin İİR-nın vətəndaşı onun mobil telefonuna zəng edərək Yardımlı rayonuna gedərək oradan onun gizlətdiyi yerdən narkotik vasitəni götürüb onun dediyi yerə aparmasını və buna görə ona 2200 manat pul verəcəyini bildirmişdir. O, da İİR-nın vətəndaşı ilə razılaşmış və tanışının tanışı Şahid7 idarə etdiyi avtomobillə Yardımlı rayonuna gəlmişdir. O, Ömərə Yardımlı rayonuna dayısıgilə getdiyini bildirmişdir, Ömərin Yardımlı rayonuna narkotik vasitə götürməyə gəlməsindən heç bir məlumatı olmamışdır. Yardımlı rayonunda İİR-nın vətəndaşının dediyi yerə getmiş və orada 20-30 dəqiqə qalmışdır. Həmin yerdən 3 bükümdə narkotik vasitə olan marixuananı götürmüş, onun bir bükümünün qarnında, bir bükümünü donunun altında, bir bükümünü isə avtomobilə əyləşərkən altında gizlətmişdir. Daha sonra Şahid7 idarə etdiyi avtomobillə Bakı şəhəri istiqamətində gedərkən yolda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı bir fiziki və psixi təsir göstərilməmişdir. Himayəsində azyaşlı uşağı vardır və uşaq hazırda dayısının yanında qalmışdır. Özü arabir narkotik vasitə olan marixuanadan istifadə edir. Əməlindən peşmandır. Barəsində “ev dustaqlığı” qətimkan tədbirinin seçilməsini məhkəmədən xahiş etmişdir.(cild 1,i.v.170-171, 214-219) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 04 avqust 2025-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Yardımlı Rayon Məhkəməsinin 04 avqust 2025-cü il tarixli, 4(038)-35/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 avqust 2025-ci il tarixədək müəyyən edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 bildirmişdir ki, elan olunmuş ittihamın mahiyyəti ona aydındır. Özünü təqsirli hesab edir. Saxlandığı vaxtdan 2-3 gün əvvəl İran İslam Respublikasının vətəndaşı onun yaşadığı evin yaxınlığında narkotik vasitə gizlətmişdir. Həmin şəxs Natiqə narkotik vasitəni gizlətdiyi yerdən göütürüb saxlamağı ona təklif etmiş və buna görə 5000 manat məbləğində pul verəcəyini vəd etmişdir. Həmin şəxs bildirmişdir ki, göndərdiyi şəxslər gəlib həmin narkotik vasitəni ondan götürəcəkdir. Yaşadığı evdə olarkən tanımadığı bir qadın onlara gəlmiş və saxladığı narkotik vasitədən 3 (üç) büküm ona verməsini bildirmişdir. O, da saxladığı 6 büküm narkotik vasitədən 3 bükümünü qadına vermişdir. Həmin qadının kim olmasını bilməmişdir və həmin vaxt qadın onun yanına sürücü ilə gəlmişdir. O, qadınla söhbət edərkən onun işarəsindən başa düşmüşdür ki, sürücünün qadının narkotik vasitə götürməyə gəlməsindən məlumatı olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı bir fiziki və psixi təsir göstərilməmişdir. Barəsində “həbs” qətimkan tədbirinin seçilib-seçilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.(cild 1, i.v.185-187, 221-227) -“tutulmuş şəxsin azad edilməsi və şübhəli şəxs qismində iştirakına xitam verilməsi barədə” 04 avqust 2025-ci il tarixli qərardan görünür ki, Şahid7 dərhal azad edilmiş və şübhəli şəxs qismində iştirakına xitam verilmişdir.(cild 1, i.v.229-231) -“maddi sübutun tanınması və təhvil verilməsi haqqında” 05 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar olunmuş ekspertiza tədqiqatından sonra qalıq qalan 2944,6 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və Təqsirləndirilən şəxs2 aşkar olunmuş ekspertiza tədqiqatından sonra qalıq qalan 2999,7 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanılması üçün Yardımlı RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir.(cild 2, i.v.1-3) -“baxış keçirilməsi haqqında” 05 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ona məxsus 1 (bir) ədəd “Redmi 13C” markalı mobil telefonda ***-***- **-** saylı mobil nömrədən istifadə etmişdir. Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı mobil nömrədən “WhatsApp” ani mesajlaşma tətbiqi ilə də istifadə etmişdir. Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı mobil nömrə vasitəsi ilə istifadə etdiyi “WhatsApp” ani mesajlaşma tətbiqinə daxil olan zaman onun “Firəgiz MAKLER” adı ilə qeyd etdiyi ***-***-**-** saylı mobil nömrə ilə 01 avqust 2025-ci il tarixdə saat 21:18-də, 02 avqust 2025-ci il tarixdə saat 19:58, 21:02 və 21:55 dəqiqələrdə telefon danışıqları apardığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 “Firəgiz MAKLER” adı ilə qeyd etdiyi ***-***-**-** saylı mobil nömrə ilə apardığı yazışmalar silindiyindən onların məzmununu müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs1 saxlanılan zaman, eləcə də istintaqa verdiyi ifadələrində İran İslam Respublikası vətəndaşı ilə “Firəgiz MAKLER” adı ilə qeyd etdiyi ***-***-**-** saylı mobil nömrədə əlaqə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı mobil nömrə vasitəsi ilə istifadə etdiyi “WhatsApp” ani mesajlaşma tətbiqi ilə “ÖMƏR Qaqasim” adı ilə qeyd etdiyi Şahid7 məxsus ***-***-**-** saylı mobil nömrəyə 02 avqust 2025-ci il tarixdə saat 21:12 və saat 21:27 dəqiqələrdə 2 (iki) konum göndərdiyi müəyyən edilmişdir. Hər iki konum Yardımlı rayonu, Avaş kəndi ərazisini, 38.8669880 dərəcə coğrafi enlik və 48.0507210 dərəcə coğrafi uzunluq koordinatlarının kəsişməsindəki yeri göstərmişdir. “Redmi 13C” markalı mobil telefonun “Qalareya” bölməsinə daxil olan zaman 02 avqust 2025-ci il tarixdə saat 20:27-də Təqsirləndirilən şəxs1 “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsi ilə bir konum fotoşəkli göndərildiyi müəyyən edilmişdir. Həmin fotoşəkildə Yardımlı rayonunun girişindən Yardımlı rayonu, Avaş kəndinə qədər olan yolun “Google Maps” tətbiqində işarələndiyi, konum fotoşəklinin üzərindəki yazıların isə İran İslam Respublikası hərfləri ilə yazıldığı müəyyən edilmişdir. Ehtimal olunur ki, həmin konum fotoşəkli Təqsirləndirilən şəxs1 İran İslam Respublikası vətəndaşı tərəfindən göndərilmişdir. “Redmi 13C” markalı mobil telefonun “Fayl İdarəedicisi” bölməsindəki “WhatsApp Voice Notes” qovluğunda Təqsirləndirilən şəxs1 “WhatsApp” ani mesajlaşma tətbiqi üzərindən göndərilmiş səs yazıları olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 02 avqust 2025-ci il tarixdə saat 11:28-də göndərilmiş “PTT-20250802-WA0019.opus” adlı səs yazısında “Sən onla bir vaxt götürsən 9-a çatsan ora yaman gözəl olar, 9-da alıb elə orda kənddən qayıdacsan dala, onçun üstündə aparacsan postda zaddada heç problem yoxdu, üstündə bildin ətirdən belə-belə şeylərdən, gördün o gedə yolu nə şəraitdə gəlirdi, özündə bir həmbədən zaddan pambıqdan götürərsən 2-3 tikə, ətirdən zaddan hopdurub qoyarsan üstünə, day başqa iy gəlməzdə” deyildiyi müəyyən edilmişdir. Ləhcə, danışıq tərzi və istifadə etdiyi sözlərdən ehtimal olunur ki, həmin səs İran İslam Respublikası vətəndaşı tərəfindən göndərilmişdir. “Redmi 13C” markalı mobil telefondakı “WhatsApp” ani mesajlaşma tətbiqində olan yazışmaların və konumların fotoşəkli əldə edilərək və aşkar olunmuş səs yazısı 1 (bir) ədəd CD-yə köçürülərək protokola əlavə edilmişdir.(cild 2, i.v.12-23) -“baxış keçirilməsi haqqında” 05 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ona məxsus 1 (bir) ədəd “Redmi Note 8” markalı mobil telefonda ***- ***-**-** və ***-***-**-** saylı mobil nömrələrdən istifadə etmişdir. Təqsirləndirilən şəxs2 ***- ***-**-** və ***-***-**-** saylı mobil nömrələrdən “WhatsApp” ani mesajlaşma tətbiqi ilə də istifadə etmişdir. Təqsirləndirilən şəxs2 ***-***-**-** saylı mobil nömrədə istifadə etdiyi “WhatsApp” ani mesajlaşma tətbiqinə daxil olan zaman ***-***-**-** saylı mobil nömrənin qeyd olunduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman, eləcə də istintaqa verdiyi ifadələrində ***-***-**-** saylı mobil nömrənin “Şəhram” adlı İran İslam Respublikası vətəndaşına məxsus olduğunu və onunla həmin nömrədən əlaqə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs2 məxsus “Redmi Note 8” markalı mobil telefonun “Telefon” bölməsinə daxil olduqda İran İslam Respublikası mobil operatoruna məxsus “Əni” adı ilə qeyd edilmiş +98 914 627 0396, “Həmşəri” adı ilə qeyd edilmiş +98 919 933 1247, “nateg” adı ilə qeyd edilmiş +98 919 983 1247 və +98 918 296 6051 saylı mobil nömrələrin qeyd olunduğu müəyyən edilmişdir. “Redmi Note 8” markalı mobil telefonun və həmin telefondakı “WhatsApp” ani mesajlaşma tətbiqinin fotoşəkilləri əldə edilərək protokola əlavə edilmişdir.(cild 2, i.v.24-28) -“Yardımlı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş 05 avqust 2025-ci il tarixli, 271/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 ruhi-əsəb xəstəsi kimi PHŞ-də dispanser qeydiyyatında dayanmır.(cild 2, i.v.54) -“Beyləqan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş 07 avqust 2025-ci il tarixli, 18-1-29/2-1016/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 PHŞ-in nevropsixoloji, ruhi-əsəb və digər kabinetlərində dispanser qeydiyyatında yoxdur.(cild 2, i.v.55) -“baxış keçirilməsi haqqında” 07 avqust 2025-ci il tarixli protokoldan görünür ki, əməliyyat-axtarış tədbiri, şübhəli şəxslərin üstünün yoxlanılması, nəqliyyat vasitəsinə baxış keçirilməsi və əşyaların götürülməsi zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 1 (bir) ədəd DVD-yə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 və Şahid7 satış məqsədi ilə qanunsuz olaraq qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitələr əldə etməkdə şübhəli olduqları üçün Masallı-Yardımlı avtomobil yolunun 35-ci kilometrliyində, Yardımlı rayonu ərazisində sonuncunun idarə etdiyi “Hyundai Elantra” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilə Yardımlı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı Şahid3 saxlaması üçün işarə vermiş və sürücü avtomobili saxlamışdır. Yardımlı RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 öz istifadəsində olan mobil telefonunu göstərərək tarixin 03 avqust 2025-ci il, saatın 02:08 olduğunu bildirmişdir. Şahid1 avtomobilə yaxınlaşaraq sürücüyə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmiş və avtomobili söndürərək yerə düşməsini tələb etmişdir. Sürücü Şahid7 avtomobildən yerə düşmüşdür. Şahid7 avtomobildə sərnişin olub-olmaması soruşulmuş, o bir xanım olduğunu demiş və avtomobilin sol arxa qapısını açmışdır. Avtomobilin arxa oturacağında əyləşmiş Təqsirləndirilən şəxs1 yerə düşmüşdür. Saxlanılan şəxslərdən özlərini təqdim etmələri tələb edilmiş, həmin şəxslər adlarının Şahid7 və Təqsirləndirilən şəxs1 olduğunu bildirmişlər. Daha sonra isə əməliyyat-axtarış tədbirinin keçirilməsində iştirak edən polis əməkdaşları özlərini təqdim etmişlər. Şahid7 və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqları üçün saxlanıldıqları izah edilmişdir. Şahid7 Yardımlı rayonuna nə məqsədlə gəldiyi soruşulmuş, o sürücü olduğunu, Təqsirləndirilən şəxs1 gətirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 Yardımlı rayonuna nə məqsədlə gəldiyi soruşulmuş, o narkotik vasitə götürmək üçün gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitələri haradan və kimdən əldə etdiyi soruşulmuş, o tanımadığı İran İslam Respublikası vətəndaşının dediyi Yardımlı rayonu, Şəfəqli kəndi ərazisindən götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs1 və Şahid7 saxlanıldıqları andan etibarən Yardımlı RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti, polis kapitanı Fariz Mahmduov tərəfindən fasiləsiz videoçəkiliş aparıldığı barədə xəbərdarlıq edilmişdir. Təqsirləndirilən şəxs1 əldə etdiyi narkotik vasitənin hazırda harada olduğu soruşulmuş, o sürücünün bilməməsi üçün çanta ilə avtomobilə əyləşdiyini, çantada pendir və qatıq olduğunu dediyini, daha sonra isə Yardımlı rayonuna gələn zaman postda polis əməkdaşlarını gördüyündən narkotik vasitələri bədənində gizlətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 əldə etdiyi narkotik vasitələri təqdim etməsi tələb edilmiş, o əynindəki üzərində ağ və qara rəngli zolaqlar olan paltarın altında gizlətdiyi 1 (bir) ədəd sellofan bükülünü təqdim etmişdir. Təqsirləndirilən şəxs1 başqa narkotik vasitə olub-olmadığı soruşulmuş, o digər narkotik vasitələri avtomobilin arxa oturacağında ayaq altına qoyduğunu demiş və avtomobilin arxa oturacağında ayaq altında olan 2 (iki) ədəd sellofan bükülünü də təqdim etmişdir. Yardımlı RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X9 tərəfindən Təqsirləndirilən şəxs1 üzərində yoxlanış aparılmış, onun üzərindən heç bir əşya aşkar olunmamışdır. Yardımlı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən Şahid7 üzərində yoxlanış aparılmış, onun əynindəki ağ rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd “HONOR X9b” markalı mobil telefon, sol arxa cibindən 1 (bir) ədəd 1 manatlıq pul əskinazı, 5 (beş) ədəd 20 qəpik, 1 (bir) ədəd 10 qəpik pul, sağ arxa cibindən isə 1 (bir) ədəd 100 manatlıq, 1 (bir) ədəd 50 manatlıq, 2 (iki) ədəd 20 manatlıq, 4 (dörd) ədəd 5 manatlıq və 10 (on) ədəd 1 manatlıq pul əskinazları aşkar edilərək götürülmüş, üzərindən başqa əşya aşkar olunmamışdır. “Hyundai Elantra” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna və yük yerinə baxış keçirilmiş, qanunla dövriyyəsi məhdudlaşdırılmış və ya qadağan edilmiş əşya, eləcə də iş üzrə əhəmiyyət kəsb edən digər sübutlar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 Yardımlı rayonu ərazisinə gələrkən kimlə əlaqəyə girdiyi soruşulmuş, o da əlaqəyə girdiyi şəxsin İran İslam Respublikası vətəndaşı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 istifadəsində olan “Redmi” markalı mobil telefon vasitəsi ilə İran İslam Respublikası vətəndaşı ilə həmin telefonda istifadə etdiyi “WhatsApp” proqramında “Firəgiz Makler” adı ilə qeyd etdiyi ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxladığını, lakin İran İslam Respublikası vətəndaşının göndərdiyi mesajları sildiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 məxsus “Redmi” markalı mobil telefonda olan “WhatsApp” proqramına baxış keçirilən zaman onun “Firəgiz Makler” adı ilə qeyd olunmuş ***-***-**-** saylı mobil nömrə ilə yazışmalar apardığı, lakin qarşı tərəfin göndərdiyi mesajları sildiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 əldə etdiyi narkotik vasitələri hara çatdıracağı soruşulmuş, o həmin narkotik vasitələri Bakı şəhərinə çatdıracağını bildirmişdir. Təqsirləndirilən şəxs1 bunun müqabilində İran İslam Respublikası vətəndaşının ona nə vəd etdiyi soruşulmuş, o bunun qarşılığında İran İslam Respublikası vətəndaşının ona 2200 (iki min iki yüz) manat pul verəcəyini bildirmişdir. Şahid7 İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxlayıb-saxlamadığı soruşulmuş, o heç bir danışıq və ya mesajlaşma aparmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 Şahid7 heç bir şeydən xəbərinin olmadığını bildirmişdir. Şahid7 məxsus 1 (bir) ədəd “HONOR X9b” markalı mobil telefona baxış keçirilmiş, həmin telefondakı “WhatsApp” proqramına daxil olduqda Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Şahid7 02 (iki) ədəd konum göndərdiyi və həmin konumların Yardımlı rayonu ərazisini göstərdiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 Yardımlı rayonuna çatdıqdan sonra narkotik vasitələrin olduğu yeri tapa bilmədiyini, daha sonra sürücüyə dayısı evi adı ilə konum göndərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi və asfalt yolun üzərinə qoyulmuş 3 (üç) ədəd sellofan bükülüyə baxış keçirilmişdir. Birinci sellofan bükülüdən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1060 qram olmuşdur. İkinci sellofan bükülüdən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1090 qram olmuşdur. Üçüncü sellofan bükülüdən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1055 qram olmuşdur. Aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr 1 (bir) ədəd ağ rəngli sellofan torbada qablaşdırılaraq möhürlənib götürülmüş və iştirakçılar tərəfindən imzalanmışdır. Yardımlı RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 videoçəkilişdə deməsinə görə Təqsirləndirilən şəxs1 və Şahid7 saxlanması, üstlərinin yoxlanması və “Hyundai Elantra” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi 03 avqust 2025-ci il tarixdə saat saat 02:30-da başa çatmışdır.(cild 2, i.v.57-59) -“baxış keçirilməsi haqqında” 07 avqust 2025-ci il tarixli protokoldan görünür ki, şəxsiaxtarış və götürmə keçirilən zaman çəkilmiş videogörüntünü özündə əks etdirən 1 (bir) ədəd DVD-yə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə etməkdə şübhəli olduğu üçün Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 03 avqust 2025-ci il tarixdə Yardımlı rayonu, Avaş kəndi ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə, psixotrop maddə və ya digər cinayət xarakterli əşya olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 1 (bir) ədəd “Redmi” markalı mobil telefonu, sağ yan cibindən isə 1 (bir) ədəd pul qabını çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi pul qabına baxış keçirilmiş, həmin pul qabından 1 (bir) ədəd 4098 5844 9468 6437 nömrəli "xxxx" ASC-yə məxsus plastik bank kartı, 1 (bir) ədəd 10 manatlıq, 1 (bir) ədəd 5 manatlıq və 3 (üç) ədəd 1 manatlıq pul əskinazlarında ibarət olmaqla ümumilikdə 18 manat nağd pul vəsaiti aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış, onun üzərindən başqa bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 şübhə ilə bağlı ona məlum olan halları bildirməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması səbəbindən saxlanıldığını, narkotik vasitələri İran İslam Respublikası vətəndaşından dediyi yerdən, təxminən 2-3 gün əvvəl rayonun Avaş kəndi ərazisində yaşadığı evin yaxınlığındakı transformatorun yanından əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 İran İslam Respublikası vətəndaşının ona adam gələcəyini, narkotik vasitələri həmin adama verməsi gərəkdiyini, 02 avqust 2025-ci il tarixində yaşadığı evin yanında olan yarımtikilidə gizlətdiyi narkotik vasitələri bir qıza verdiyini, qızın yanında sürücü olduğunu, sürücünün qızın narkotik vasitələr əldə etməsindən məlumatının olmadığını güman etdiyini, həmin qızın adını bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 qız ilə harada görüşdüyü soruşulmuş, o qızın Avaş kəndi ərazisində yaşadığı evdən biraz kənarda onu götürdüyünü, daha sonra isə narkotik vasitələri gizlətdiyi yerə gedərək 3 (üç) ədəd bükülüdə narkotik vasitələri qıza verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 ümumilikdə neçə ədəd bükülü olduğu soruşulmuş, o ümumilikdə 5 (beş) ədəd bükülü olduğunu, 2 (iki) ədəd bükülünün hazırda həmin yarımtikilidə olduğunu və onları istintaqa təqdim edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 İran İslam Respublikası vətəndaşı ilə necə əlaqə saxladığı soruşulmuş, o üzərindən aşkar edilmiş “Redmi” markalı mobil telefonda olan “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxladığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 mobil telefonundakı “WhatsApp” proqramında olan İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxladığı mobil nömrəni baxışa təqdim etmişdir. Həmin mobil nömrənin ***-***-**-** saylı nömrə olduğu və “WhatsApp” proqramında istifadəçi hesabında Azərbaycan Respublikası bayrağının şəkli olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 İran İslam Respublikası vətəndaşı ilə apardığı mesajlaşmaların silindiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitələri verdiyi qızı və ya sürücünü tanıyıb-tanımadığı soruşulmuş, o narkotik vasitələri verdiyi qızı tanımadığını, onun nömrəsini bilmədiyini və onunla əlaqə saxlamadığını, narkotik vasitələri həmin qıza verməsini İran İslam Respublikası vətəndaşının tapşırdığını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 (bir) ədəd “Redmi” markalı mobil telefon 1 (bir) ədəd zərfdə qablaşdırılaraq möhürlənib götürülmüş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 narkotik vasitələri gizlədildiyi yerdən götürərək başqa yerdə gizlətməsi, daha sonra isə başqa şəxsə verməsi müqabilində İran İslam Respublikası vətəndaşının ona nə vəd etdiyi soruşulmuş, o bunun müqabilində X12 vətəndaşının ona 3-4 min manat pul verəcəyini, lakin pulu hələ göndərmədiyini, pulu hansı formada göndərəcəyini bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən saxlanılarkən, polis şöbəsinə gətirilərkən, eləcə də polis şöbəsində olarkən ona qarşı fiziki və ya psixi zor tətbiq edilib-edilmədiyi soruşulmuş, o heç bir fiziki və ya psixi zora məruz qalmadığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılması 03 avqust 2025-ci il tarixdə saat 18:21-də başlamış və həmin tarixdə saat 18:32-də başa çatmışdır.(cild 2, i.v.62-64) -“baxış keçirilməsi haqqında” 07 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində ifadəsi yerində yoxlanılan, eləcə də baxış və götürmə keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 (bir) ədəd DVD-yə baxış keçirilmişdir. 03 avqust 2025-ci il tarixdə saat 19:17-də Yardımlı RPŞ-nin MSY-də şübhəli şəxs Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinə başlanılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiyi xüsusatların baş verdiyi rayonun Avaş kəndi ilə Yardımlı RPŞ-nin inzibati binasının yerləşdiyi yer arasında məsafənin çox olması səbəbindən videoçəkiliş dayandırılmış və videoçəkilişə rayonun Avaş kəndi ərazisində davam ediləcəyi bildirilmişdir. 03 avqust 2025-ci il tarixdə saat 19:50 dəqiqədə digər videoçəkilişə başlanılmış və şübhəli şəxs Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması rayonun Avaş kəndi ərazisində, Təqsirləndirilən şəxs2 yaşadığı evin yaxınlığında davam etdirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 narkotik vasitələri əldə etdiyi yeri göstərməsi təklif edilmiş, Təqsirləndirilən şəxs2 əli ilə asfalt yolun üst tərəfində olan dərəni göstərərək narkotik vasitələri həmin dərədən götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs2 qeyd etdiyi dərə istiqamətində hərəkət edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiyi transformatorun dərənin yanındakı transformator olduğunu, narkotik vasitələrin qara rəngli kisədə olduğunu, həmin kisəni götürən zaman havanın qaranlıq və saatın təxminən 23 radələri olduğunu bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 həmin narkotik vasitələri götürdükdən sonra nə etdiyi soruşulmuş, o da narkotik vasitələri asflat yolun alt tərəfində olan yarımtikilidə gizlətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 qeyd etdiyi yarımtikiliyə doğru hərəkət edilmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitələri konkret olaraq hansı otaqda gizlətdiyi soruşulmuş, o da içərisində narkotik vasitələr olan 1 (bir) ədəd qara rəngli sellofan torbanı yarımtikilinin giriş qapısından sağda yerləşən zalın solundakı birinci otaqda gizlətdiyini bildirmişdir. İstintaq hərəkəti iştirakçıları Təqsirləndirilən şəxs2 narkotik vasitələri gizlətdiyini bildirdiyi otağa keçid etmişdir. Təqsirləndirilən şəxs2 həmin otağın küncündə gizlətdiyi və üzərini şifer vasitəsi ilə örtdüyü 1 (bir) ədəd qara rəngli sellofan torbanı təqdim emiş və içərisində 3 (üç) ədəd sellofan bükülü olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 ümumilikdə neçə ədəd bükülü olduğu soruşulmuş, o 3 (üç) ədəd bükülünü qıza verdiyini, ümumilikdə 6 (altı) ədəd bükülü olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 içərisində 6 (altı) ədəd sellofan bükülü olan 1 (bir) ədəd sellofan torbanı transformatorun yanında gizlədildiyi dərədən götürdükdən sonra yarımtikilidə gizlətdiyini, daha sonra “Şəhram” adlı İran İslam Respublikası vətəndaşının ona narkotik vasitələri bir adamın gəlib götürəcəyini dediyini, 02 avqust 2025ci il tarixində axşam saatlarında bir qız və bir oğlanın avtomobillə gələrək onu rayonun Avaş kəndi ərazisində yerləşən kafenin yanından götürdüklərini, daha sonra yarımtikilinin yaxınlığına gəldiklərini, oğlanın avtomobildə qaldığını, qızın isə avtomobildən düşərək onun arxasınca yarımtikiliyə gəldiyini, orada 1 (bir) ədəd sellofan torbanın içərisindən 3 (üç) ədəd sellofan bükülünü götürüb sellofan torbaya qoyaraq qıza verdiyini, qızın həmin torbanı üstündə gizlədərək yarımtikilidən çıxıb getdiyini, bunun müqabilində “Şəhram” adlı İran İslam Respublikası vətəndaşının ona 3-4 min manat pul vəd etdiyini bildirmişdir. Bundan sonra 03 avqust 2025-ci il tarixində saat 19:57-də şübhəli şəxs Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılıması istintaq hərəkəti sona çatmış, lakin ifadənin yerində yoxlanılması zamanı aşkar edilmiş narkotik vasitələrə baxış keçirilməsi və götürülməsi zərurəti yarandığından videoçəkiliş davam etdirilərək Təqsirləndirilən şəxs2 təqdim etdiyi 1 (bir) ədəd qara rəngli sellofan torbaya baxış keçirilmişdir. 1 (bir) ədəd qara rəngli sellofan torbanın içərisindən 3 (üç) ədəd sellofan bükülü aşkar olunmuşdur. Üzərində “FA” hərfləri yazılmış, birinci şəffaf rəngli sellofan bükülüdən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1065 qram olmuşdur. İkinci sarı rəngli sellofan büküldən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1085 qram olmuşdur. Üçüncü sarı rəngli sellofan büküldən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1055 qram olmuşdur. Aşkar olunmuş 3 (üç) ədəd sellofan büküldə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr aşkar olunduqları 1 (bir) ədəd qara rəngli sellofan torbada baxış və götürmənin keçirilməsində iştirak edən şəxslərin iştirakları ilə qablaşdırılıb-möhürlənərək götürülmüş və iştirakçılar tərəfindən imzalanmışdır. İstintaq hərəkəti iştirakçılarından istintaq hərəkətini keçirilməsinə hər hansı bir etirazları, şikayət və ya təklifləri olub-olmadığı soruşulmuş, onlar heç bir etirazları, şikayət və ya təklifləri olmadığını bildirmişlər. Bundan sonra 03 avqust 2025-ci il tarixdə saat 20:08-də videoçəkiliş baş çatmışdır.(cild 2, i.v.65-67) -“təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 20 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmiş və göstərmişdir.(cild 2, i.v.116-122) -“baxış keçirilməsi haqqında” 12 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin telefon danışıqlarının siyahısına, sms mətnlərinə və anten məlumatlarına dair DİN-in Baş İnformasiya-Kommunikasiya İdarəsindən istintaqa daxil olmuş 1 (bir) ədəd diskə baxış keçirilmişdir. DİN-in Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş 1 (bir) ədəd disk üzərində “Verbatim” yazılmış CD olmuşdur. CD-yə daxil olduqda 3 (üç) ədəd “Excell” faylı olduğu müəyyən edilmişdir. “Yardımlı RPŞ 4924 001 Hadisə-TN (abunə ilə texniki parametr ilə) **********57 01” adlı “Excell” faylına baxış keçirilərkən Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı mobil nömrə ilə 02 avqust 2025-ci il tarixində saat 21:38-dən saat 22:39-a kimi isə narkotik vasitələri əldə etdiyi, Yardımlı rayonu, Avaş kəndi ərazisində yerləşən "xxxx" MMC-nin anten dairələri ilə telefon danışıqları apardığı və internet istifadə etdiyi müəyyən edilmişdir. CD-də olan “Yardımlı RPŞ 4924-002 SMS Statistika-TN (qarşı abunə ilə) **********57-02” və “Yardımlı RPŞ 4924-003 Zəng statistika-TN (qarşı abunə ilə) **********57-03” adlı “Excell” fayllarında iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək məlumatlar aşkarlanmamışdır.(cild 2, i.v.234) -“baxış keçirilməsi haqqında” 12 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin telefon danışıqlarının siyahısına, sms mətnlərinə və anten məlumatlarına dair DİN-in Baş İnformasiya-Kommunikasiya İdarəsindən istintaqa daxil olmuş 1 (bir) ədəd diskə baxış keçirilmişdir. DİN-in Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş 1 (bir) ədəd disk üzərində “Verbatim” yazılmış CD olmuşdur. CD-yə daxil olduqda 6 (altı) ədəd “Excell” faylı olduğu müəyyən edilmişdir. “Yardımlı RPŞ 4921 001 Hadisə-TN (abunə ilə - Texniki parametr ilə) **********77 01” və Yardımlı RPŞ 4921 004 Hadisə-TN (abunə ilə - Texniki parametr ilə) **********23 04” adlı “Excell” fayllarına baxış keçirilərkən Təqsirləndirilən şəxs2 02-03 avqust 2025-ci il tarixlərində yaşadığı və narkotik vasitələri gizlətdiyi Yardımlı rayonu, Avaş kəndi ərazisində yerləşən "xxxx" MMC-nin anten dairələri ilə telefon danışıqları apardığı və internet istifadə etdiyi müəyyən edilmişdir. CD-də olan “Yardımlı RPŞ 4921 002 SMS Statistika-TN (qarşı abunə ilə) **********77 02”, “Yardımlı RPŞ 4921 003 Zəng statistika-TN (qarşı abunə ilə) **********77 03”, “Yardımlı RPŞ 4921 005 SMS Statistika-TN (qarşı abunə ilə) **********23 05” və “Yardımlı RPŞ 4921 006 Zəng statistika-TN (qarşı abunə ilə) **********23 06” adlı “Excell” fayllarında iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək məlumatlar aşkarlanmamışdır.(cild 2, i.v.235) -“maddi sübut qismində tanınması haqqında” 26 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş 1 (bir) ədəd “Redmi Note 8” markalı və Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş 1 (bir) ədəd “Redmi 13C” markalı mobil telefonlar maddi sübut qismində tanınaraq saxlanılması üçün Yardımlı RPŞnin maddi sübutları saxlama otağına təhvil verilmişdir.(cild 2, i.v.247-250) -“ambulator məhkəmə-psixiatrik ekspertizası”nın 18 avqust 2025-ci il tarixli, 2718 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 hadisəni törətdiyi anda hər hansı psixi xəstəliyin əlamətləri qeyd olunmur. Təqsirləndirilən şəxs1 hadisəni törətdiyi anda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Bunda görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 halhazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. (cild 3, i.v.11-13) -“ambulator məhkəmə-psixiatrik ekspertizası”nın 18 avqust 2025-ci il tarixli, 2719 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs2 hadisəni törətdiyi anda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Bunda görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. (cild 3, i.v.14-15) -“ambulator məhkəmə-narkoloji ekspertizası”nın 21 avqust 2025-ci il tarixli, 461 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür.(cild 3, i.v.16) -“ambulator məhkəmə-narkoloji ekspertizası”nın 21 avqust 2025-ci il tarixli, 462 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 psixi və fiziki asılılıq olmadan kannabinoidlərdən istifadə halları olub. Lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür.(cild 3, i.v.17) -“sübutların qiymətləndirilməsi haqqında” 10 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməlləri Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan 4 (dörd) ədəd DVD və 7 (yeddi) ədəd CD maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir.(cild 3, i.v.32-74) -“cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 10 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin istintaq materiallarından şəxsiyyəti istintaqa məlum olmayan İran İslam respublikası vətəndaşı, narkotik vasitənin mənbəyi və digər şəxslər barəsində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır.(cild 3, i.v.76-78) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 11 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə yenitən ittiham elan edilmişdir.(cild 3, i.v.86-87) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 11 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə yenitən ittiham elan edilmişdir.(cild 3, i.v.98-100) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında qeyd etmişdir ki, ictimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayət qanunvericiliyinə görə, şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını guman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair”a 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələri, həmin maddələr ilə təqsirli bilinərək cəzalandırılmaları üçün dörd şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a) şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b) belə hərəkətləri qanunsuz etməlidir; c) narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalı; ç) qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın müvafiq bəndlərinə əsasən qurudulmuş marixuana narkotik hesab edilir. Siyahılara əsasən qurudulmuş marixuananın 5 qram və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) xeyli miqdar, 500 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) külli miqdar, 50000 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) isə xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Həmin Plenum qərarının 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Qanunun 1.0.10-cu maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, yuxarıdakı narkotik vasitələrin (psixotrop maddələrin) saxlanmasına dair izahları eynilə narkotik vasitələrin və ya psixotrop maddələrin prekursorlarına da şamil etmək mümkündür. Həmin Plenum qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıb-çatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Həmin Plenum qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarının 9-cu bəndində göstərilmişdir ki, Cinayət Mcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 Yardımlı rayonu, Avaş kəndi ərazisində gizlədilmiş içərisində 5945 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana olan 1 (bir) ədəd qara rəngli sellofan torbanı gizlədildiyi yerdən götürüb həmin kəndin ərazisində yerləşən yaşadığı evin yaxınlığındakı yarımtikilidə gizlətməsi, 02 avqust 2025-ci il tarixdə saat 22-23 radələrində iranlının göstərişi əsasında həmin qara rəngli sellofan torbada olan 3 (üç) ədəd bükülüdəki 2945 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs1 verməsi, 3 (üç) ədəd bükülüdəki 3000 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı 1 (bir) ədəd qara rəngli sellofan torbada olmaqla yenidən həmin yarımtikilidə gizlətməklə saxlaması, Təqsirləndirilən şəxs1 ondan götürdüyü 2945 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı Şahid7 idarə etdiyi avtomobildə saxlayaraq daşıması, 03 avqust 2025-ci il tarixdə saat 02:08 radələrində Təqsirləndirilən şəxs1 Yardımlı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı-Yardımlı avtomobil yolunun 35-ci kilometrliyində, Yardımlı rayonu ərazisində həmin avtomobildə saxlanılmış, sonuncunun üzərində yoxlanış aparılan zaman 1 (bir) ədəd və avtomobilə baxış keçirilən zaman 2 (iki) ədəd bükülülərdən ayrıayrılıqda 1000 qram, 975 qram və 970 qram olmaqla ümumilikdə 2945 qram çəkidə külli miqdarda orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-birləri ilə eyni olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməsi, Təqsirləndirilən şəxs2 təqdim etdiyi 1 (bir) ədəd qara rəngli sellofan torbadan 3 (üç) ədəd bükülülərdə ayrı-ayrılıqda 1000 qram, 1005 qram və 995 qram olmaqla ümumilikdə 3000 qram çəkidə külli miqdarda orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-birləri ilə eyni olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməsi onların narkotik vasitələrin satışı ilə məşğul olduqlarını və qeyd edilən kütlələri qanunsuz olaraq satış məqsədi ilə əldə etdiklərini sübut edir. Göstərilən hallar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərilərindən aşkar edilmiş narkotik vasitələrə münasibətdə satış niyyətində olmaları barədə nəticəyə gəlməyə tam əsas verir. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Cinayət işi üzrə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə ayrı-ayrılıqda İran İslam Respublikasının vətəndaşı ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, razılığa gəlib külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə etmişlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bir-birləri ilə də satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmələri sübut olunmuş, bu fakt dövlət ittihamçısının diqqətinə çatdırılmasına baxmayaraq sonuncu verilmiş ittihamı müdafiə etmişdir. Məhkəmə tərkibi göstərilənlərə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrində, məhkəmə istintaqı zamanı verdikləri ifadələrində narkotik vasitələrin satışı ilə məşğul olmamaları barədə bildirdiklərini iş materiallarına uyğun olmadığından və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edilmədiyindən iş üzrə sübut kimi qiymətləndirmir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı verdikləri ifadələri müdafiəçilərinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiklərinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçiləri ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüşlər, əleyhlərinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçiləri vasitəsi ilə suallar vermişlər və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxslər və onların müdafiəçiləri) təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsələr də, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 külli miqdarda-narkotik vasitə marixuana əldə edib, saxlamaq və daşımaqla onların məhz həmin maddələrin qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxslərin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuşdur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətmələri onların ibtidai araşdırma zamanı verdikləri etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, “əməliyyat-axtarış tədbirinin keçirilməsi, vətəndaşın saxlanılması və üzərinin yoxlanılması haqqında” həmin protokola əlavə edilmiş videoçəkiliş, “məhkəmə-ekspertizası”nın rəyləri, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitələrin qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Yuxarıda qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə məhkum edilməlidirlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdırlar. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar yoxdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -12 avqust 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır.(cild 2,i.v.93) -26 sentyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 13 aprel 2005-ci il tarixli, A-0351/05 nömrəli hökmü ilə Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Əzizbəyov Rayon Məhkəməsinin 24 oktyabr 2008-ci il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad edilmişdir. Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2011-ci il tarixli, 1(101)-629/11 nömrəli hökmü ilə Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 7(003)-617/2021 nömrəli qərarı ilə cəzadan 8 (səkkiz) ay 22 (iyirmi iki) gün vaxtında əvvəl şərti azad olunmuş, 01 aprel 2022-ci il tarixində cəza müddəti başa çatmışdır.(cild 2,i.v.133-140,cild 3,i.v.01-10) -Yardımlı rayon İcra Hakimiyyəti Başçısının Avaş İƏD-i üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 sentybar 2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Yardımlı rayonu, Avaş kəndində yaşamışdır, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur.(cild 2,i.v.240-241) -Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Əlinəzərli kənd İƏD-i üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 sentybar 2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Beyləqan rayonu, Əlinəzərli kəndində qeydiyyatda olmasına baxmayaraq, ünvan 6 ünvanında yaşamış, himayəsində 07 dekabr 2010-cu il təvəllüdlü X7 adlı uşağı var, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur.(cild 2,i.v.243-245) Təqsirləndirilən şəxs2 qanunvericiliklə müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Cinayət Məcəlləsinin 15.4-cü maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayət hesab edilir. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs2 cəza müddəti 01 aprel 2022-ci il tarixində bitmiş, onun cəzasını çəkib qurtardığı gündən altı il keçməmiş, yəni məhkumluğu ödənilməmiş və qanunverciliklə müəyyən edilmiş qaydada götürülməmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs2 təhlükəli residiv olması Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar yoxdur. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən onun şəxsi və ailə vəziyyəti nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 tək valideyn olmaqla, himayəsində yetkinlik yaşına çatmayan bir qızı vardır, uşağın yeganə qanuni və faktiki təminatçısıdır, həyat yoldaşı yoxdur. Daha çox müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi bu halda yalnız təqsirləndirilən şəxsə deyil, eyni zamanda heç bir təqsiri olmayan uşağın mənafeylərinə ciddi zərər vuracaq, onun normal inkişafını, qayğı və tərbiyə hüququnu təhlükə altına alacaqdır. Bu səbəbdən, təqsirləndirilən şəxsin himayəsində uşağın olması, ailə yükünün tam şəkildə onun üzərində cəmləşməsi və uşağın alternativ sosial təminat imkanlarının olmaması cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməli və cəzanın fərdiləşdirilməsi zamanı Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkum еdilmiş şəхsə cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. “Cinayət Məcəlləsinin 48-ci maddəsi, Cinayət Məcəlləsinin 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı” Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Cinayət Məcəlləsinin 64.1-ci maddəsində göstərilmişdir ki, iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cəzalar təyin olunan zaman onların hər birinin cinayətin törədilməsində faktiki iştiraklarının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştiraklarının əhəmiyyəti nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsində göstərilmişdir ki, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsində göstərilmişdir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə tərkibi bildirir ki, Təqsirləndirilən şəxs2 cəza təyin olunan zaman Cinayət Məcəlləsinin 65.1 və 65.2-ci maddələri nəzərə alınmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən (cinayətlərin residivi zamanı) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 03 avqust 2025-ci il tarixdən hesablanmalı, Yardımlı Rayon Məhkəməsinin 04 avqust 2025-ci il tarixli, 4(038)- 35/2025 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən (qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün) ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 03 avqust 2025-ci il tarixdən hesablanmalı, Yardımlı Rayon Məhkəməsinin 04 avqust 2025-ci il tarixli, 4(038)-34/2025 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “Ambulator məhkəmə-narkoloji ekspertizası”nın rəyləri nəzərə alınaraq Təqsirləndirilən şəxs2 ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə və “ambulator məhkəmənarkoloji ekspertizası”nın rəyləri nəzərə alınaraq Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 120 (bir yüz iyirmi) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manat məbləğdə məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bərabər məbləğdə tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə tərkibi hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq, Yardımlı RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 (bir) ədəd qəhvəyi rəngli kağız paketdə 2944,6 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, 1 (bir) ədəd qəhvəyi rəngli kağız paketdə 2999,7 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş 4 (dörd) ədəd DVD və 7 (yeddi) ədəd CD disklər cinayət işinin materiallarında saxlanılmalı, cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxs2 məxsus 1 (bir) ədəd “Redmi Note 8” markalı və Təqsirləndirilən şəxs1 məxsus 1 (bir) ədəd “Redmi 13C” markalı mobil telefonlar onların yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 03 avqust 2025-ci il tarixdən hesablansın. Yardımlı Rayon Məhkəməsinin 04 avqust 2025-ci il tarixli, 4(038)-35/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 03 avqust 2025-ci il tarixdən hesablansın. Yardımlı Rayon Məhkəməsinin 04 avqust 2025-ci il tarixli, 4(038)-34/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 120 (yüz iyirmi) manat məbləğdə pul bərabər məbləğdə tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq, Yardımlı Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 (bir) ədəd qəhvəyi rəngli kağız paketdə 2944,6 qram çəkidə və 1 (bir) ədəd qəhvəyi rəngli kağız paketdə 2999,7 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 4 (dörd) ədəd DVD və 7 (yeddi) ədəd CD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxs2 məxsus 1 (bir) ədəd “Redmi Note 8” markalı və Təqsirləndirilən şəxs1 məxsus 1 (bir) ədəd “Redmi 13C” markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra onların yaxın qohumlarına qaytarılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 münasibətdə isə hökmün surətinin onlara verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar