Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-52/2022 04.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1991-ci ildə Sabirabad rayonunun Sarxanbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Sabirabad rayonunun Sarxanbəyli kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda çətənə (kannabis) bitkilərini kultivasiya etmə cinayəti törətmişdir. Belə ki, o, özünə məlum mənbədən çətənə (kannanis) bitkisinin toxumları əldə etmiş və 2021-ci ilin aprel ayının əvvəllərində Sabirabad rayonunun Sarxanbəyli kəndində yaşadığı evin həyətyanı sahəsində böyürtkən kollarının arasındakı torpağı şumlayıb həmin toxumları qanunsuz olaraq torpağa əkmiş, bu toxumlardan cücərmiş tərkibində narkotik maddələr olan külli miqdarda-30 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etmiş, daxil olmuş məlumata əsasən 23 may 2021ci il tarixdə Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman həyətyanı sahədə böyürtkən kollarının arasında külli miqdarda-30 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilib ifadəsində göstərmişdir ki, o, Sabirabad rayonunun Sarxanbəyli kəndində yaşayır, subaydır, rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin fəhləliklə məşğul olmuşdur. Xeyli müddətdir ki, vərəm xəstəliyindən əziyyət çəkir, hazırda da vərəm xəstəliyi ilə bağlı müalicəsini davam etdirir. Bir müddət olar ki, “nəşə”dən (marixuanadan) istifadə etməyə başlamışdır. 2021-ci ili aprel ayında Güzdək qəsəbəsində daş karxanasında fəhlə işləyən zaman ərazidə siqaret kağızında bükülü tapmış, həmin bükülünün içərisində “nəşə” (çətənə) bitkisinin toxumları olmuş və bu toxumları cibinə qoyub saxlamışdır. Həmin vaxtdan bir neçə gün sonra yaşadığı Sabirabad rayonunun Sarxanbəyli kəndinə qayıtmış və özünün şəxsi istifadəsi üçün “nəşə” (marixuana) əldə etmək məqsədilə tapdığı nəşə toxumlarını həyətyanı sahədə böyürtkən kollarının arasında müxtəlif yerlərdə torpağa əkmişdir. Bir aydan sonra toxumlardan cücərmiş və 30 ədəd “nəşə” bitkisinin şitilləri əmələ gəlmişdir. O, çətənə şitillərinə su verməklə, ətrafındakı alaq otlarını təmizləməklə qulluq edib həmin bitkiləri yetişdirmişdir. 23 may 2021-ci il tarixdə, saat 12 radələrində yaşadığı evdə olan zaman bir qrup polis əməkdaşları həyətinə gəlib ona həyətində çətənə kolları əkib-yetişdirməsi barədə məlumatları olduğunu və həyətinə baxış keçiriləcəyi bildirilmiş, o da etiraz etməmişdir. Bundan sonra özünün, kənd icra nümayəndəsinin müavini Daşqının, kənd bələdiyyəsinin işçisi Adəmin və başqa şəxslərin iştirakı ilə polis əmkdaşları tərəfindən yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı həyətyanı sahədə böyürtkən kollarının arasında əkdiyi 30 ədəd çətənə bitkiləri aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən aşkar edilmiş çətənə kolları torpaqdan çıxarılmış, sonra sayılıb bir ədəd kisəyə qablaşdırılıb götürülmüşdür. O, özünün şəxsi istifadəsi üçün çətənə bitkilərini əkib-yetişdirmiş və əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, o, Sabirabad RPŞ-nin əməkdaşıdır. 23 may 2021-ci il tarixdə Sabirabad rayonunun Sarxanbəyli kənd sakini Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərinin əkilibbecərilməsi barədə şöbəyə əməliyyat məlumatı daxil olmuş və o, həmin məlumatın yoxlanması ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirində iştirak etmişdir. Belə ki, həmin gün günorta saatlarında əməliyyat qrupu Sabirabad rayonunun Sarxanbəyli kəndinə Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə getmiş, həyətdə müstəntiq X5 Əbilzadəyə həyətyanı sahəsində çətənə bitkiləri əkib-becərməsi barədə məlumat daxil olduğunu və həyətinə baxış keçiriləcəyini bildirilmiş, Təqsirləndirilən şəxs də baxışın keçirilməsinə etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, mütəxəssis-aqronom Elçin Əhmədov, Moranlı kənd bələdiyyəsinin sədr müavini Şahid5 və Moranlı kənd icra nümayəndəsinin müavin Şahid4 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahədə böyürtkən kollarının arasında 30 ədəd çətənə bitkilərinə oxşar bitkilər aşkar edilmişdir. Baxışda iştirak edən aqronom Elçin Əhmədov həmin 30 ədəd bitkinin çətənə bitkiləri olduğunu və aqrotexniki qaydada becərildiyini bildirmişdir. Şifahı sorğu zamanı Təqsirləndirilən şəxs çətənə bitkilərini özünün istifadəsi məqsədi ilə əkib-yetişdirdiyini bildirmişdir. Aşkar olunmuş 30 ədəd çətənə bitkiləri torpaqdan çıxarılıb bir ədəd kisəyə qablaşdırılıb müstəntiq tərəfindən götürülmüş, sonra sənədləşmə aparılmışdır. Məhkəmə iclasında Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Sabirabad RPŞ-nin əməkdaşının 23 may 2021-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Sabirabad rayonunun Sarxanbəyli kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətində tərkibində narkotik maddələr olan bitkiləri əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. İşdə olan, “Baxış aparılması haqqında” 23 may 2021-ci il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən olunur ki, həmin tarixdə Sabirabad RPŞ-nin İB-nin müstəntiqi Mikayıl Rüstəmov tərəfindən Sabirabad rayonunun Sarxanbəyli kəndində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə Təqsirləndirilən şəxs, hal şahidləri və mütəxəssis-aqronomun iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı həyətyanı sahədə böyürtkən kollarının arasında 30 ədəd çətənə (kannabis) bitkiləri aşkar edilmişdir. Aşkar olunmuş həmin bitkilər qablaşdırılıb təhqiqat orqanı tərəfindən götürülmüşdür. İşdə olan, 21 iyun 2021-ci il tarixli “Mütəxəssis rəyi”nə əsasən həmin tarixdə Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən Sabirabad rayonunun Sarxanbəyli kəndində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahədə aşkar edilmiş 30 ədəd bitkilər tərkibində narkotik maddələr olan çətənə kollarıdır və həmin bitkilər aqrotexniki qaydada qulluq edilməklə yetişdirilmişdir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 25 may 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış...” sözləri və imzalar olan sintetik torbanı açdıqda ümumi sayı 30 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi-100 qram yaş vəziyyətdə olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 qəpik təşkil edir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 27 avqust 2021-ci il tarixli rəyi lə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Maddi sübut kimi tanımaq haqqunda” 25 may 2021-ci il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra 30 ədəd çətənə bitkiləri iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanması üçün Sabirabad RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Beləliklə, tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərilən cinayəti törətmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməli ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər»ə aid İİİ Siyahıya əsasən Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər siyahısına daxil olan “Çətənə növlü bitkilər” in ölçü vahidləri-sayı 16 ədəd olduqda külli miqdar hesab olunur. Həmçinin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanununun 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanması başa düşülür. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 30 ədəd çətənə (kannabis) bitkilərinin sayı küli miqdardadır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmişdir (əkmiş və yetişdirmişdir). Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Sabirabad Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 23 may 2021-ci il tarixdən hesablanmış, habelə həmin məhkəmənin 19 avqust 2021-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz vedilmişdir. İşdə olan, Azərbaycan Respublikası DİN-nin daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Sabirabad rayon İHB-nın Moranlı kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 27 may 2021-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Sabirabad rayonunun Sarxanbəyli kəndində qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət (yaşadığı kəndin əhalisi arasında hörmət qazınmaqla ictimai işlərdə iştirak etmişdir) xarakterizə olunur. İşdə olan, “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” X7 01 aprel 2022-ci il tarixli arayışı ilə müəyyə olunur ki, Təqsirləndirilən şəxs 26 avqust 2021-ci il tarixdən “Sol ağciyərin fibroz-kavernoz vərəmi, sağ ağciyərə səpələnmə mərhələsi, qan hayxırma fəsadlaşması ilə, genişlənmiş vərəm preparatlarına qarşı rezistentik (XDR) forma” diaqnozu ilə Sabirabad RMX-nın Vərəm şöbəsində qeydiyyatdadr. Təqsirləndirilən şəxs 17 sentyabr 2021-ci il tarixdən 28 mart 2022-ci il tarixədək “Profuz ağ ciyər qanhayxırması fəsadlaşması” diaqnozu ilə xəstəxanada stasionar müalicədə olmuş və hal-hazırda ambulator şəraitdə müalicəsini davam etdirir. Məhkəmə hazırda Təqsirləndirilən şəxs “Profuz ağ ciyər qanhayxırması fəsadlaşması” diaqnozu ilə xəstə olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qəbul edir. İş üzrə təqsirləndirilən şəxsin cəzanı ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, eləcə də əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 237.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsinə əsasən) yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, habelə CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 23 may 2021-ci il tarixdən 19 avqust 2021-ci il tarixədək həbsdə saxlanılması, eləcə də 19 avqust 2021-ci il tarixdən 04 aprel 2022-ci il tarixədək həbs qətimkan tədbirinin əvəzi kimi ev dustaqlığında olması müddəti azadlıqdan məhrumetmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 23 may 2021-ci il tarixdən hesablanmalıdır. Habelə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalında dərhal həbs edilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin narkoloji tibbi yoxlamanın rəyi nəzərə alaraq məhkəmə hesab edir ki, CMnin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Sabirabad RPŞ-nin maddi sübutlar otağında saxlanılan 30 ədəd çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X2 X3 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-31 (otuz bir) manat 95 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 23 may 2021-ci il tarixdən 19 avqust 2021-ci il tarixədək həbsdə saxlanılması, eləcə də 19 avqust 2021-ci il tarixdən 04 aprel 2022-ci il tarixədək həbs qətimkan tədbirinin əvəzi kimi ev dustaqlığında olması müddəti azadlıqdan məhrumetmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 23 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Sabirabad Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 30 (otuz) ədəd çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Oruc Cəlilov Hakimlər: Xamməd Nuriyev Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-52/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-52/2022
04.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver