Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-52/2023 28.07.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – X17 oğlunun sədrliyi ilə, hakimlər – Quliyev Nizami Fərzi oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məsləhətçi – Rəhimov Emil Vəliağa oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçilər - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhər 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 04 avqust 1994-ci ildə Beyləqan rayonu Birinci Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, İmişli rayonu Yalavac kəndində qeydiyyatda olmaqla İmişli şəhəri Melorator qəsəbəsi, bina 4, mənzil-1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 2,124 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 1,119 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib, həmin narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini özü ilə daşıyaraq yaşadığı İmişli şəhəri Melerator qəsəbəsi bina 4, mənzil 1 ünvanına gətirib orada saxlamış, 20 iyun 2022-ci il tarixdə saat 16 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ünvana aparılan baxış zamanı yataq otağında divara tərəf döşəmənin üzərində olan xalçanın altındakı örtüyün altından 1,119 qram psixotrop maddə metamfetamin və xalça üzərində olan qəhvəyi rəngli aksesuar kamodunun divara tərəf olan hissəsində, yəni arxasında döşəmənin üzərində külli miqdarda, yəni 2,124 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək öz ifadəsində göstərmişdir ki, 20 iyun 2022-ci il tarixdə evdə olarkən 18-20 nəfər polis əməkdaşları evə gələrək onu küçəyə çağırıb tutmuş və üstündə narkotik vasitə olduğunu bildirərək onu polis şöbəsinə aparmışlar. Şöbədə ona təzyiq göstərilmiş və üzərinə baxış keçirmişlər. Lakin üzərində narkotik vasitə aşkar olunmamışdır. Sonra ondan evinə baxış keçirilməsindən ötrü razılıq ərizəsinə imza etməsi istənilmişdir. O həmin ərizəyə imza etməmişdir. Sonra polislər evlərinə baxış keçiriləcəyini deyib onu evə aparmışlar. Evə çatıdqdan sonra onu maşından düşürməyib evinə daxil olaraq anasından evə baxış keçirilməsi razılığını aldıqdan sonra onu maşından düşürüb evə daxil olmuşlar. Polis əməkdaşları evin otaqlarını axtarmamamış, özləri ilə gətirdikləri narkotik vasitəni onlardan tapdıqlarını bildirmişlər. O həmin narkotik vasitəsini birinci dəfə görmüşdür. Sonra onu şöbəyə aparmışlar. Əvvəllər narkotik vasitə istifadəçisi olduğuna görə özünü narkotik istifadəçisi kimi təqsirli bilir, narkotik vasitə aslılığından 2 dəfə müalicə olunmuş, sonuncu müalicədən bir neçə gün sonra onu tutmuşlar. O, həmçinin ifadəsində göstərmişdir ki, özü könüllü olaraq narkotik vasitə aslılığından müalicə olunmuş, əvvəllər heroin qəbul etmiş, onu yaxınları «Bodı» ləqəbi ilə çağırmışlar, istintaq materiallarında göstərilən hər iki mobil telefon nömrələri ona məxsus olsa da, onları özü istifadə etməmiş, sinif yoldaşı istifadə etmiş, həmin nömrələr əvvəl onlarda, evdə olmuş, sonra onları sinif yoldaşı işlətmişdir. Evdə axtarış videoçəkilişlə aparılmış, onun evində narkotik və psixotrop maddə olmamış, həmin maddələri polislər öz əlləri ilə qoyub sonra götürmüşlər. Polislər onu günorta vaxtı saat 14-15 radələrində evdə saxlayıb şöbəyə aparmışlar. Orada onun üzərinə baxış keçirilmiş, bundan təxminən 3 saatdan sonra evə baxış keçirmək üçün gəlmişlər. Həmin vaxt artıq axşamüstü olmuş, hava tam qaranlıq olmamış, saat 19 radələri olmuşdur. Evin içində bir otaqda işıq olmuş, 3 otaqda isə işıq olmamışdır. Həmin vaxt evdə dayısı və anası olmuşdur.O anasına məxsus telefon nömrələri ilə mesaj yazmamış, həmin telefon nömrələrini dostu Azad istifadə etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində polis şöbəsində olarkən ona təzyiq göstərilməsi, aşkar olunmuş narkotik və psixotrop maddənin ona məxsus olmaması polis əməkdaşlarının onun evinə qoyması barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq onun ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə məsuliyyətdən yayınmaq məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmış və tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 20 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə satmaq məqsədilə qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni saxlaması, onun narkotik vasitələri satışı ilə məşğul olması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumata əsasən əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs İmişli şəhəri Melorator qəsəbəsində küçədə hərəkət etdiyini görüb onu saxlayaraq İmişli rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində müdafiəçinin və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, üzərindən qanunsuz predmet və ya əşya aşkar edilməmişdir. Daha sonra əməliyyat qrupunun üzvləri ilə Təqsirləndirilən şəxs evinə baxış keçirilməsi üçün getmişdir. Təqsirləndirilən şəxs anası X2 evə baxış keçirilməsi barədə yazılı ərizə alındıqdan sonra evə daxil olub müdafiəçinin iştirakı ilə baxış keçirməyə başlamışlar. Baxış zamanı otaqların birində döşəmənin üstündə olan xalçanın altında olan linelum örtüyünün altından bir ədəd iynə başlığı və bir ədəd şəffaf rəngli sellofan bükümün içərisində narkotik vasitəyə bənzəyən kütlə aşkar edilmişdir. Daha sonra otaqda olan kamodu araladıqda kamodun arxasında döşəmənin üzərindən bir ədəd sellofan bükümdə, qəhvəyi rəngli narkotik maddəyə bənzər kütlə aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı təzyiq-təsir olmamış, baxış zamanı bağlamalar aşkar olunanda təhqiqatçı evdə axtarış zamanı götürülmüş digər əşyaların qeydlərini aparmaqla məşğul olmuş, linelumun altında narkotikə bənzər bağlama tapılandan sonra Təqsirləndirilən şəxs bu barədə soruşulduqda, o, «narkotik vasitədir nədir bilmirəm» cavabını vermişdir.Təqsirləndirilən şəxs evindən aşkar olunan əşya və predmetləri təhqiqatçı orada qablaşdırmış və onlar bu barədə sənədə imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 20 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə satmaq məqsədilə qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni saxlaması barədə əməliyyat məlumatı daxil olduğundan sonuncu onlar tərəfindən saxlanılaraq İmişli rayon polis şöbəsinə gətirilmiş, şöbədə müdafiəçinin və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, üzərindən qanunsuz predmet və ya əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs evinə baxış keçirilməsi üçün getmişlər. Təqsirləndirilən şəxs anasından evə baxış keçirilməsi barədə yazılı ərizə alındıqdan sonra evə daxil olub baxış keçirməyə başlamışlar. Baxış zamanı otaqların birində döşəmənin üstündə olan xalçanın altında olan linelum örtüyünün altından bir ədəd iynə başlığı və bir ədəd şəffaf rəngli sellofan bükümün içərisində narkotik vasitəyə bənzəyən kütlə və həmin otaqda olan kamodu araladıqda kamodun arxasından döşəmənin üzərindən bir ədəd sellofan bükümdə, qəhvəyi rəngli narkotik maddəyə bənzər kütlə aşkar edilmişdir. Onlar Təqsirləndirilən şəxs yaşadığı küçədə saxlayıb polisə aparmış, Təqsirləndirilən şəxs saxlayan zaman o, tək olmuş, yanında heç kim olmamışdır. Təqsirləndirilən şəxs üzərinə və evinə müdafiçinin və hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, Təqsirləndirilən şəxs evinə onunla birlikdə daxil olmuşlar, ondan əvvəl heç kim evə daxil olmamışdır.Təqsirləndirilən şəxs evindən aşkar olunan narkotik maddəyə bənzər kütlələrin ona aid olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs nahardan sonra küçədə hərəkətdə olduğu zaman saxlayıb polis şöbəsinə aparmışlar. Şöbəyə müdafiəçi və hal şahidləri dəvət edildikdən sonra onun üzərinə baxış keçirilmiş, onun üzərinə baxış keçiriləndən sonra evinə getmiş, təxminən 30-40 dəqiqədən sonra da evinə baxış keçirilmişdir. Polis şöbəsi ilə Vasifin evinin arasında təxminən 2-3 km məsafə olmuşdur. Təqsirləndirilən şəxs evindən aşkar olunan əşyalar və narkotik vasitələrə oxşar maddələr orada qablaşdırılmış və bu barədə sənədi imzalamışlar. Linelumun altından büküm aşkar olunduqdan sonra Təqsirləndirilən şəxs onun «kakos» olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ifadəsində göstərmişdir ki, 20 iyun 2022-ci il tarixdə Şahid1 Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə satmaq məqsədilə qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumata əsasən əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs yaşadığı küçədə saxlayaraq İmişli rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində müdafiəçinin və hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilmiş, üzərindən qanunla qadağan edilmiş heç nə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs evinə getmişlər. Təqsirləndirilən şəxs anasından evə baxış keçirilməsi barədə yazılı ərizə alındıqdan sonra Təqsirləndirilən şəxslə birlikdə evə daxil olub baxış keçirməyə başlamışlar. Baxış zamanı otaqların birində linelum örtüyünün altından bir ədəd iynə başlığı və bir ədəd şəffaf rəngli sellofan bükümün içərisində narkotik vasitəyə bənzəyən kütlə və həmin otaqda olan kamodun arxasında, döşəmənin üzərindən bir ədəd sellofan bükümdə, qəhvəyi rəngli narkotik maddəyə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs evindən götürülən əşyalar orada zərfə qoyularaq qablaşdırılmış və bu barədə sənədə imza etmişlər. Təqsirləndirilən şəxs küçədə tək saxlanılmış, onun yanında başqa şəxs olmamışdır. Təqsirləndirilən şəxs üzərinə və evinə müdafiəçi və hal şahidlərinmn iştirakı ilə baxış keçirilmiş, ona qarşı qanuna zidd hərəkətlərə yol verilməmişdir. Onlar Təqsirləndirilən şəxslə birlikdə evə daxil olmuş, onlardan qabaq evə heç kim daxil olmamışdır. Təqsirləndirilən şəxs evindən linelumun altından tapılan bükümün içərisində nə olduğu soruşulduqda o, əvvəl həmin bükümün içərisində «kakos» olduğunu, sonra isə bükümün içərisində nə olduğunu bilmədiyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 20 iyun 2022-ci il tarixdə saat 16 radələrində İmişli şəhərində Heydər Əliyev prospektində hərəkətdə olduğu zaman polis əməkdaşı ona yaxınlaşaraq bir nəfər rayon sakininin üzərində şəxsi axtarış aparılacağını bildirib hal şahidi qismində orada iştirak etməyini təklif etmiş, polis əməkdaşı ilə razılaşıb onunla birlikdə İmişli rayon polis şöbəsinin inzibati binasına daxil olmuşdur. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, onun üzərindən qanunsuz predmet və ya əşya aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Polis əməkdaşları Vasif Mahralıyevin anasından evə baxış keçirilməsi barədə razılıq ərizəsi aldıqdan sonra evə daxil olmuşlar. Evə baxış keçirilərkən otaqların birində linelum örtüyünün altından bir ədəd iynə başlığı, bir ədəd şəffaf rəngli sellofan bükümün içərisində narkotik vasitəyə bənzəyən kütlə və həmin otaqda olan kamodun arxasından isə döşəmənin üzərindən bir ədəd sellofan bükümdə, qəhvəyi rəngli narkotik maddəyə bənzər kütlə aşkar edilmişdir. O polis şöbəsində Vasif Mühralıyevə qarşı zor tətbiq edilməsini görməmiş, sonuncu özü də bu barədə ona bir söz deməmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman müdafiəçi yanında olmuş, Təqsirləndirilən şəxs üzərindən qadagan edilmiş heç nə aşkar edilməmişdir. Evə baxış zamanı isə hal şahidləri və müdafiəçi Təqsirləndirilən şəxs yanına olmuşuq, birlikdə evə daxil olmuşlar. Baxış başa çatdıqdan sonra evdən götürülənlər orada qablaşdırılmış və bu barədə sənədə imza etmişlər. Təqsirləndirilən şəxs evdən aşkar olunan əşyalar barədə bir söz deməmiş, polislərin onun evindən aşkar etdiklərindən xəbərsiz olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, fəhləlik etməklə ailəsini dolandırır, 20 iyun 2022-ci il tarixdə işə gedərkən bir polis əməkdaşı ona yaxınlaşaraq şöbədə bir nəfərin üzərində şəxsi axtarış aparılacağını bildirib hal şahidi qismində orada iştirak etməyini xahiş etmiş, etiraz etməyib polis əməkdaşı ilə birlikdə şöbəyə gəlmişdir. Orada otaqların birində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs evinə getmişlər. Polis əməkdaşları Vasif Mahralıyevin anasından evə baxış keçirilməsi barədə razılıq ərizəsi aldıqdan sonra evə daxil olmuşlar. Evə baxış keçirilərkən otaqların birində linelum örtüyünün altından bir ədəd iynə başlığı və bir ədəd şəffaf rəngli sellofan büküm, bundan əlavə həmin otaqda olan kamodun arxasında döşəmənin üzərindən isə bir ədəd sellofan büküm aşkar edilmişdir. Polis əməkdaşlarının deməsinə görə həmin bükümlər narkotik maddəyə bənzər kütlələrə oxşadığı üçün həmin bükümləri götürmüşlər. Baxış başa çatdıqdan sonra evdən aşkar olunanlar qablaşdırılmış və bu barədə sənədi imzalamışlar. Polislər linelumun altından tapılan bükümdə nə olması barədə Vasifdən soruşduqda o, «xəstəyəm, özümə vururam» cavabını vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o hal-hazırda Bakı İstintaq Təcridxanasında həbsdədir, Vasifi qonşu kimi tanımış, o, narkotik vasitə satan olmamışdır. O özü də narkotik vasitə satan olmamış, onlar metal yığmaqla məşğul olmuşlar, lakin onların hər ikisinə narkotik vasitə satan adı qoymuşlar. O Vasifdən narkotik vasitə almamış, ona mesaj yazmamışdır, heç adını da yaza bilmir. Sadə telefon işlətmişdir, səsli mesaj isə göndərə bilmir. Tutulandan 4-5 ay qabaq telefon işlətməmişdir. Telefon alıb bir iki gün işlətdikdən sonra istifadəsi məqsədilə narkotik vasitə almaq üçün onu satmışdır. Elə hal olmuşdur ki, onlar ikisi pul qoyub istifadə etmək üçün narkotik vasitə almışlar. Vasifin pul götürüb qaçması olmuş, amma onun narkotik vasitə satması olmamışdır. O Vasifin narkotik vasitə əvəzinə torpaq verməsini demiş, amma onun narkotik vasitə satması halı olmamışdır. Vasif ona narkotik vasitə satmamışdır. İstintaq zamanı venrdiyi ifadəsini müstəntiq öz bildiyi kimi yazmışdır. Hal-hazırda Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuşdur. Şahid7 istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşu kimi şəxsən tanıyır. Eyni zamanda Vasifi həm narkotik maddə istifadəçisi kimi, həm də narkotik maddə satan şəxs kimi tanımışdır.O Vasiflə birlikdə mütəmadi olaraq narkotik maddə olan “kakos” istifadə etmiş, narkotik vasitəsi olmayanda Vasif ona bir neçə dəfə “kakos” vermişdir.Həmçinin çəkməyə narkotiki olmayanda Vasifə pul vermiş, o da gedib rayon ərazisində tanımadığı şəxslərdən narkotik vasitə olan “kakos” alıb gətirmişdir. Vasif mütəmadi olaraq onun pulunu götürüb qaçmışdır. Vasif narkotik maddə satan şəxs olmuş, amma çox vaxt narkotik maddə əvəzinə sellofan bükümlərə torpaq doldurub vermiş, ona görə də “narkomanlar” arasında nüfuzu olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, istintaq zamanı müstəntiq ondan Vasifi tanıyıb-tanımadığını, Vasifin narkotik vasitə satıb satmadığını soruşmuş. Ona Vasifi tanıdığını, özünün narkotik vasitə istifadə etdiyini, Vasiflə isə uzun müddətdir ki, münasibəti olmadığına görə onun narkotik vasitə satıbsatmaması barədə məlumatı olmadığını bildirmişdir. İstintaq zamanı Vasifin ondan narkotik vasitə istəyən şəxslərin pulunu alaraq onlara narkotik vasitə yerinə torpaq verməsini bildirməmişdir, müstəntiq ondan polis şöbəsində ifadə almış, o həmin vaxt təxminən 5 dəqiqə müstəntiqin yanında olmuş, ifadəni özü yazmamış, müstəntiqin verdiyi suallara cavab vermişdir. İstintaq zamanı iki ildir narkotik vasitə istifadə etmədiyini bildirmişdir. Dövlət tərəfindən ona iki ildir “tramadol” adlanan dərman verilir və ondan istifadə edir. Vasif rayonda Bodi ləqəbi ilə çağırılmış, onu futbolçu kimi tanımışdır. Şahid6 istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs şəxsən tanıyır, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Qeyd etmişdir ki, o, təxminən iki il olar ki, narkotik maddə istifadə edirmiş. O, əsasən “tramadol” adlanan narkotik tərkibli dərman istifadə edirmiş. Belə ki, o, İmişli rayon xəstəxanasında rəsmi qeydiyyatdadır və oradan həkim resepti əsasında həmin adı çəkilən psixotrop dərmanı əldə edirmiş. O, özü rayon ərazisində narkotik maddə satan şəxslərdən narkotik vasitə əldə etsə də Təqsirləndirilən şəxs ona narkotik vasitə satması üçün müraciət etməmişdir. O, rayon ərazisində yaşayan və narkotik maddə istifadə edən şəxslərdən Təqsirləndirilən şəxs narkotik vasitə satdığını eşitsə də ona bu barədə yaxınlaşmamışdır. Çünki, o, eşitmişdir ki, Təqsirləndirilən şəxs ondan narkotik vasitə istəyən şəxslərin pulunu qabaqcadan alaraq narkotik vasitə yerinə onlara torpaq verirmiş. O, bu üsulla bir neçə narkotik vasitə istifadəçisini aldatmışdır. Ona görə də onu aldatmasın deyə o, heç vaxt Təqsirləndirilən şəxs müraciət etməmişdir. Həmçinin onun Vasiflə əlaqəsi bir o qədər də ciddi olmamışdır və buna görə də onun narkotik vasitələri haradan və kimdən əldə etməsini bilmir. Məhkəmə, şahid qismində dindirilmiş Şahid7 və Şahid6 məhkəmə istintaqı zamanı verdiyi ifadələrinə tənqidi yanaşaraq, hesab edir ki, həmin ifadələr Təqsirləndirilən şəxs müdafiə xarakteri daşıyır və həmin ifadələr onların istintaq zamanı verdiyi ifadələri və işin faktiki halları ilə tam təkzib edilir. Ona görə də, məhkəmə hesab edir ki, Şahid7 və Şahid6 məhkəmədə verdiyi ifadələri sübut kimi qəbul edilməməli və işin tam və obyektiv həlli üçün nəzərə alınmamalıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısı oğludur. 20 iyun 2022-ci il tarixdə günorta vaxtı saat 11- 12 radələrində bacısı ona zəng edib oğlu Vasifin üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğuna görə polis əməkdaşları tərəfindən polis şöbəsinə aparıldığını bildirmişdir. Buna görə də o dərhal məsələnin nə yerdə olmasını öyrənmək üçün bacısı İradə Mehralıyevanın yaşadığı ünvana gəlmişdir. Orada olarkən saat təxminən 15 radələrində polis əməkdaşları gələrək evdə axtarış aparmışlar. Axtarış aparılarkən narkotik vasitə tapdıqlarını bildirdikləri otağa baxış keçirərkən onu içəri buraxmamışlar. Sonra iki bağlama gətirərək evdən çıxdığını bildirmiş və bu barədə sənədə imza etdirmişlər. Vasif gənc yaşlarından idmana meyilli olmuş, Qəbələ futbol komandasında dəfələrlə naliyyətlər əldə etmiş, bütün rayon əhalisi onunla fəxr etmişdir. Lakin sonradan onun narkotik vasitə qəbul etməyə başladığını eşitmişdir. Axtarış apararkən polislər evi alt-üst etmiş, həmin vaxt birinci və ikinci otaqlara onunla birlikdə girmişlər. Güya narkotik vasitə aşkar etdikləri otağa girəndə isə onu həmin otağa buraxmamışlar. Vasif narkotik vasitə istifadə etmiş, amma satmamışdır. Polislər çölə çıxıb iki bağlama tapıldığını bildirdikləri vaxt Vasif qışqıraraq “mama mənlik deyil” demişdir. O saat 11-12 radələrində bacısı gilə gələndə bacısı ona polislərin gəlib evi axtardıqlarını, sonra Vasifi apardıqlarını demiş, saat 15 radələrində polislər gəlib yenə də evi axtarmışlar, o gələndə polislərin çöldə oturduqlarını görmüşdür. Onun istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsi düzgün yazılmamışdır, o istintaq zamanı da məhkəmədə verdiyi ifadəyə uyğun ifadə vermiş, istintaq zamanı ifadə verərkən müstəntiq ifadəsini yazdıqdan sonra ona istəyirsə ifadəni oxumasını demiş, lakin inanaraq ifadəni oxumadan imza etmişdir. Şahid8 istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısı oğlu olmaqla qohumudur. Onun Vasiflə heç bir ədavəti və ya düşmənçilik münasibəti olmamışdır. Qohum kimi münasibətləri yaxşı olmuşdur. Vasif gənc yaşlarından idmana meyilli olmuşdur. O, futbol komandasında dəfələrlə naliyyətlər əldə etmişdir. Lakin o, sonradan eşitmişdir ki, o, narkotik vasitə qəbul etməyə başlamışdır. Onun Vasifin hansı növ narkotik vasitə qəbul etməsi ilə bağlı heç bir məlumatı olmamışdır. Amma sonradan o, müalicə olunmağa qərar vermiş və müalicə də olunurmuş. Lakin onun müalicə olunandan sonra yenə də narkotik vasitə qəbul edib-etməməsini o, bilmirmiş. 20 iyun 2022-ci il tarixdə o, eşitmişdir ki, Vasifi polis əməkdaşları üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğuna görə polis şöbəsinə aparıblar. Buna görə də o, dərhal bacısı İradə Mehralıyevanın yaşadığı İmişli şəhəri Melorator qəsəbəsi bina 4, mənzil 1 ünvanına gəlmişdir ki, məsələnin nə olmasını öyrənsin. Təxminən saat 17 radələri olarmış ki, o və bacısı İradə Mehralıyeva həyətdə dayanan zaman bir qrup polis əməkdaşının qapının kəndarında küçədə dayandığını görmüşdür. Sonra onlar bacısı İradə Mehralıyevanı çağırıb ona özlərini təqdim edib bildirmişlər ki, oğlu Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxlaması ilə bağlı əsaslı şübhələr olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməlidir. Bundan sonra polis əməkdaşları İradə Mehralıyevadan yaşadıqları evdə axtarış keçirilməsi üçün etirazının olub-olmamasını soruşmuşlar. İradə Mehralıyeva isə etiraz etməmiş və bu barədə polis əməkdaşlarına ərizə də vermişdir. Sonra polis əməkdaşları, vəkil və polis əməkdaşlarının hal şahidləri adlandırdıqları iki nəfər şəxsin, onun, Təqsirləndirilən şəxs və İradə Mehralıyevanın iştirakı ilə evə baxış keçirməyə başlamışlar. İlk öncə videoçəkiliş başlamış daha sonra orada iştirak edən şəxslər bir-bir özlərini təqdim etmişlər. Daha sonra polis əməkdaşları onun gözünün qarşısında evə baxış keçirməyə başlamışlar. O, özü də bacısı İradə Mehralıyevaya demişdir ki, imkan versin polis əməkdaşları öz işlərini görsünlər. Polis əməkdaşları evə daxil olmuşlar. Ev qaranlıq olduğundan bir nəfər polis əməkaşı pəncərənin pərdəsini çəkmişdir ki, işıq düşsün. Sonra onlar mobil telefonun işığından da istifadə etmişlər. Yataq otağında polis əməkdaşları çarpayının üstündəki yorğan-döşəyin arasını, küncdəki əşya sandığının içərisini və üst-üstə yığılmış yataq dəstlərinin arasını axtarmışlar. Polis əməkdaşları demişlər ki, bu otaqda əhəmiyyətli heç bir əşya aşkar edilməmişdir. O, görüb ki, çarpayının üstündəki döşyəin altından “ştepsis” adlı əşya tapılmışdır. Daha sonra evin anbar kimi istifadə olunan və təmir olunmamış otağa daxil olmuşlar. Həmin otaqda da yerdəki qapını qaldırıb altına baxmışlar. Polis əməkdaşları həmin otaqda da əhəmiyyətli bir əşya olmadığını demişlər. Daha sonra polis əməkdaşları evin digər otağına daxil olmuşlar. Həmin otaqda üstündə televizor olan televizor altlığının rəflərini axtarandan sonra görmüşdür ki, oradan bir ədəd hesab kartı və içərisində zər hissəcikləri olan kiçik qab tapmışlar. Daha sonra otağın çölə açılan ikinci qapısından həyətə çıxmışlar. Evə daxil olmaq üçün qoyulmuş qapının yanında bir əşya şkafı olmuşdur. Polis əməkdaşları həmin əşya şkafını axtarmağa başlamışlar. Həmin şkafdan dəqiq hansı əşyaların aşkar edilməsi yadında qalmasa da xatırlamışdır ki, polis əməkdaşlarından biri həmin şkafın üstündən iki ədəd şpris tapmışdır. Daha sonra oradan telefon adapterləri və ağ rəngli boru formasında olan nəsə kiçik bir əşya tapmışlar. Daha sonra polis əməkdaşları evin digər otağına baxış keçirmək üçün daxil olmuşlar. Polis əməkdaşlarının həmin otaqda hansı əşyaların arasını axtarmaqları dəqiq yadında qalmasa da xatırlamışdır ki, iki nəfər polis əməkdaşı çarpayının üstündə olan paltarların ciblərinə və digər hissələrinə baxırmışlar. Sonra polis əməkdaşlarından bir nəfər xalçanın altını qaldırmışdır. Xalçanın altında zinə çəkməsin deyə sərilmiş bir qat linelum örtüyü qaldırmışdır. Həmin polis əməkdaşı oradan bir ədəd iynə başlığı və nə isə bir ədəd büküm olduğunu götürüb digər polis əməkdaşına vermişdir. Daha sonra həmin polis əməkdaşı və ondan başqa digər bir adını bilmədiyim polis əməkdaşı otağın küncündəki güzgülü kamodu aralayıb arxasına baxmışlar. Oradan da döşəmənin üzərindən bir sellofan bükümdə, qəhvəyi rəngli nəsə bir kütlə tapıb götürmüşlər və başqa bir polis əməkdaşına vermişlər. O, orada eşitmişdir ki, bu kütlələrin narkotik vasitəm olub-olmamasına ekspertiza rəy verəcəkmiş. Sonra həmin bükümlərin arasında olanlar barədə Təqsirləndirilən şəxs sual vermişlər. Vasif əvvəlcə onların nə olduğunu bilmədiyini sonra da ona məxsus olmadığını demişdir. Daha sonra polis əməkdaşları bayıra çıxıb tapdıqları əşyaları bir-bir sadalayıb qeydiyyat aparmışlar. Daha sonra onlar demişlər ki, bu aşkar edilən kütlələri ekspertizaya göndərəcəklərmiş. Bundan sonra polis əməkdaşları oradan çıxıb getmişlər. O, özü Vasifgilin yaşadığı yerdən bir qədər kənarda yaşadığını, mütəmadi gəliş-gedişinin olmadığını bildirmişdir. Öz şəxsi təsərrüfatı ilə məşğul olurmuş. Lakin o, qohum-əqrəbadan eşitmişdir ki, bacısı oğlu Təqsirləndirilən şəxs narkotik vasitə qəbul edirmiş. Sonra o, eşitmişdir ki, o, müalicə olunurmuş. Həmin müalicədən sonra Vasifin narkotik vasitə qəbul edib-etməməsi ilə bağlı heç bir məlumatı olmamışdır. Vasifin narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olması ilə bağlı isə ümumiyyətlə məlumatı olmamışdır. Məhkəmə iclasında, müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilən X5 ifadəsində göstərmişdir ki, 20 iyun 2022-ci il tarixdə evdə yatdığı zaman saat 11 radələrində oğlu Vasif kanala çimməyə getmək üçün ondan dəsmal istəmiş, həmin vaxt polislər onlara gəlib qapını qıraraq içəri girmiş və evi axtarmışlar. O qardaşına zəng edib bu barədə məlumat vermişdir. Polislər çıxıb getmiş, lakin 2 polis əməkdaşı qapıda oturmuşdur. Bir neçə dəqiqədən sonra qardaşı onlara gəlmişdir. Sonra yenə polislər gəlib sənədlərə imza etmək lazım olduğunu bildirmişlər. Həmin vaxt qardaşı ona sənədlərə imza etməyini deyərək bildirmişdir ki, «daha evi axtarıblar». Odur ki, sənədlərə imza etmişdir. Sonra polislər gəlib evi axtarmışlar. Narkotik vasitə tapdıqlarını bildirdikdə Vasif «mənim deyil» demişdir. Vasifə həmin gün o özü 3 manat pul vermişdir, onda narkotik vasitə olmamışdır. Vasif futbolçu olmuş, xəstə olduğu üçün futbolu da yarıda qoymuşdur. Onun 5 yaşlı qızı vardır. Polislər evdə 2 dəfə, birinci dəfə saat 11 radələrində, ikinci dəfə isə bundan 1-2 saat sonra axtarış aparmışlar. Polislər tərəfindən evə baxış keçiriləndə qardaşı ilə evdə olmuş, lakin onlar içəri buraxılmamışlar. Polislər birinci dəfə evə gələndə ondan evə baxış üçün razılıq ərizəsi almamış, ikinci dəfə gələndə baxış keçirmək üçün ərizəyə imza etdirmişlər. İttihamda göstərilən hər iki telefon nömrəsi evdə olmuş, həmin telefon nömrələrini oğlu və o işlətmişdir, savadsız olduğundan mesay yaza bilmir. Məhkəmə Şahid8 və müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X3 ifadələrində evdə baxış keçirilərkən polis əməkdaşlarının kobud rəftarına, evdə iki dəfə axtarış aparılmasına, axtarış aparılarkən onların evə buraxılmamalarına, Təqsirləndirilən şəxs evdə tutularaq polis şöbəsinə aparılmasına dair göstərdikləri xüsusatlara tənqidi yanaşaraq, hesab edir ki, onların bu cür ifadələr verməsi təqsirləndirilən şəxsi müdafiə xarakteri daşıyır və digər şahid ifadələri, Şahid8 istintaq zamanı verdiyi ifadəsi, həmçinin işin faktiki halları ilə kifayət qədər təkzib olunur. Ona görə də, məhkəmə hesab edir ki, həmçinin Şahid8 və X3 məhkəmədə verdikləri ifadələri sübut kimi qəbul edilməməli və işin tam və obyektiv həlli üçün nəzərə alınmamalıdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilən Şahid18 ifadəsində göstərmişdir ki, dəqiq xatırlamadığı tarixdə axşam vaxtı Vasifin anası İradə Vasiflə birlikdə onlara gəlmiş, Vasifi həmin vaxt görmüşdür. İradə ondan narkoloji dispanserdə həkim işləyən Elçin həkimin nömrəsini istəmiş, ona Elçin həkimin nömrəsini bilmədiyini bildirmiş, səhəri gün isə Elçin həkimin nömrəsini öyrənib İradəyə demişdir. Onun istifadəsində üç mobil nömrə olmuş, həmin nömrələrdən özü istifadə etmiş, heç kim həmin nömrələrdən istifadə etməmişdir. O İradədən mobil telefonunun nömrəsini Elçin həkimin nömrəsini öyrəndikdən sonra ona zəng edib nömrəni demək üçün almış, səhərisi gün nömrəni öyrənib İradəyə zəng edib nömrəni ona demişdir. İstifadə etdiyi telefon köhnə telefondur, ümumiyyətlə SMS göndərə bilmir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilən Şahid16 ifadəsində göstərmişdir ki, istifadəsində ***-***-**-** mobil nömrə var, həmin nömrəni 15 ildir ki, istifadə edir. 35 yaşlı oğlu X6 telefonunda kontur olmayanda onun telefonundan istifadə etmişdir.Onun əvvəl soyadı Səfərova olmuş, hal-hazırda 62 yaşı var, 50 yaşdan sonra şəxsiyyət vəsiqəsini dəyişirərkən soyadı Cahangirova kimi qeyd edilmişdir. Onun adına ***-**-** telefon nömrəsi olmamışdır, mobil nömrə almaq üçün şəxsiyyət vəsiqəsini də heç kimə verməmişdir. Oğlu Tuqay narkotik vasitə istifadə etdiyinə görə məhkum olunmuş, təxminən bir il qabaq narkotik vasitə istifadə etdiyinə görə 4 ay həbsdə saxlanılmış, sonra həbsdən azadlığa buraxılmışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, istifadəsində ***-**-** nömrəli mobil telefon nömrəsi olmuş, həmin nömrəni 2017-ci ildə almış, 2021-ci ildə Rusiya Federasiyasının Moskva şəhərinə gedəndə həmin nömrəni telefondan çıxarıb evdə qoyub getmişdir.Təxminən 10 gün olar ki, RF-dan geri qayıtmışdır, əvvəllər məhkum olunmamışdır, onun narkotik vasitə istifadə edən, hazırda həbs olunan dayısı vardır, həmin dayısı X4r. Mobil nömrəni evdə qoyub getdiyindən ola bilər ki, həmin nömrədən onlara gəlib gedən adam kimi Eldəniz Nəsirov istifadə etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması barədə 20 iyun 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış İmişli rayon polis şöbəsinin inzibati binasında süni işıqlandırılmış hava şəraitində aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən 01 ədəd bir manatlıq əskinaz, bir ədəd içərisində 16 ədəd siqaret olan üzərində “LD” sözləri yazılmış siqaret qutusundan savayı qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs yaşadığı İmişli şəhəri, Melorator qəsəbəsi, bina 4, mənzil 1 ünvanına baxış keçirilməsi haqqında 20 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzil binanın birinci mərtəbəsindədir. Binanın blokuna daxil olan zaman pilləkənlər başlayır, pilləkənləri çıxdıqdan sonra sağ tərəfdə Təqsirləndirilən şəxs yaşadığı mənzilin qapısı yerləşir. Mənzilin qapısı dəmirdəndir. Mənzilə daxil olduqda təxminən 3 metr uzunluqda zaldır. Sağ tərəfdə yerləşən birinci qapıdan daxil olduqda yataq otağıdır. Yataq otağında iki ədəd çarpayı vardır. Hər iki çarpayıda yorğan-döşək vardır. Otağa daxil olduqda qapısı açıq halda olan bir ədəd sandıq vardır. Sandığın içərisində müxtəlif sayda xeyli əşyalar vardır. Otaqda binanın həyətinə açılan pəncərə vardır. Pəncərə taxta materialdandır.Həmin otağın qapısından zala çıxdıqda əks tərəfdə dəmir qapılı mənzilin digər qapısı vardır. Həmin dəmir qapı bağlıdır. Zal tərəfdən açılamsı mümkün deyildir. Zalda sağ tərəfdə ikinci qapı da vardır. Həmin qapı taxtadandır. Həmin qapıdan otağa daxil olduqda qarşıda pəncərəsi vardır. Otaqda bir ədəd qabaq stolu vardır. Mənzilin otağında taxtalar vardır. Otaq təmirsizdir. Otaqda yaşayış yoxdur. Otağın döşəməsi yoxdur. Otaqda bir ədəd taxta qapı vardır. Həmin otaqdan çıxdıqda sağda digər otağın qapısı vardır. Həmin oatağa daxil olduqda sağda bir ədəd televizor vardır. Televizor altının üzərində bir ədəd spiçka qutusu vardır. Spiçka qutusunun içərisində kibritlər vardır. Ondan sonra otaqda bir ədəd stol vardır. Stolun üzərində heç nə yoxdur. Televizor altının üzərində Təqsirləndirilən şəxs məxsus plastik kart vardır. Həmin otaqdan həyət çıxış vardır. Otaq iki qapıdan ibarətdir. Digər otaqdan həyətə çıxdıqda həyətdə oturacaq və qabaq stolları vardır. Evin həyətinə çıxdıqda solda yerləşən qapıdan yəni, evin həyətindəki otağa daxil olmaq üçün qapı vardır. Otağa daxil olmamış dayandıqda sağda mətbəxt dəsti və şkaf vardır. Otağa daxil olduqda solda oturacaq stolu vardır. Qarşıda yataq dəsti vardır. Yataq dəstindən sonra mənzilin digər zalına çıxmaq üçün dəmir qapı vardır. Həmin qapı bağlıdır. Otağın döşəməsində xalça vardır. Otağa daxil olduqda sağda şkaflı termo vardır. Termonun arxasında asılqanlı xalını qaldırdıqda xalçanı altında döşəmənin üzərində içərisində ağ rəngli, toz şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər bir ədəd, həmin termonun arxasında döşəmənin üzərində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə olan heroinə bənzər, sellofana bükülmüş bir ədəd büküm aşkar edilərək götürülmüşdür. Protokol ucadan oxundu, düzgün tərtib edilmişdir, əlavə və düzəlişlər daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 26 iyun 2022-ci il tarixli protokoldan görünür ki, CD diskin ümumi həcmi 4 GB olmaqla, həmin diskin 1.64 GB-si doldurulmuşdur. CD diksdə 01 ədəd “MP4” video formatında olan 15 dəqiqə 28 saniyə uzunluqda videofayl vardır və həmin videofayl “Samsung” markalı telefonla videoqeydiyyata alınmış kadrlardır. Həmin videoda İmişli RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini Akif Nəsirov, İmişli RPŞ CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2, İmişli RPŞ CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid1, İmişli RPŞ CAB-ın əməliyyat baş müvəkkili polis polkovnik-leytenantı İlqar Süleymanov, İmişli RPŞ CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, İmişli RPŞ TB-nin rəisi polis mayoru Elsevər Əliyev, İmişli RPŞ TB-nin təhqiqatçısı, polis kapitanı Sabit Orucov, Azərbaycan Respublikası Vəkillər Kolegiyası İmişli şəhər Vəkillər Bürosunun üzvü Yusif Nərimanov, hal şahidləri Qabil Əbilov və Şahid5, Təqsirləndirilən şəxs və onun valideyni İradə Mehralıyeva və dayısı Şahid8 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı İmişli şəhəri Melorator qəsəbəsi bina 4, mənzil 1 ünvanında yerləşən yaşayış evinə baxış keçirmişlər. Baxış zamanı tədbirin məqsədi İmişli RPŞ TB-nin təhqiqatçısı polis kapitanı Sabit Orucov tərəfindən iştirakçılara elan olunduqdan sonra Təqsirləndirilən şəxs yaşadığı evə daxil olmuşlar. Evin giriş qapısı taxtadan olmuş və qarşısına qırmızı rəngli pərdə çəkilmişdir. Evdə işıqlandırma sistemi olmamışdır. İşıq üçün mobil telefonun işığından istifadə edilməklə tədbir süni işıqlandırma şəratində keçirilmişdir. İlk öncə evin giriş qapısı ilə üzbəüz olan yataq otağına girmişlər. Otaqda giriş qapısına nisbətdə sağda çarpayı, solda isə yataq dəstləri yığılmış yük olmuşdur. Otağın pəncərəsinin qarşısına qırmızı rəngli pərdə çəkilməklə giriş qapısı ilə üzbəüz vəziyyətdə olmuşdur. X13 otaqda olan çarpayının üzərindəki döşəyi qaldırmışdır. X15 altından bir ədəd videoda adı Təqsirləndirilən şəxs tərəfindən “ştepsis” adlandırılan əşyanı götürmüşdür. Daha sonra Şahid3 həmin çarpayının üzərində olan yorğanı və örtüyü qaldıraraq arasına baxış keçirmişdir. Daha sonra Sabit Orucov çarpayının qarşısında olan və bir ədəd karton qutuya yığılmış paltarların içərisini axtarmışdır. Bu zaman Təqsirləndirilən şəxs həmin paltarların anasına məxsus olduğunu qeyd etmişdir. Daha sonra Sabit Orucov həmin karton qutunun qarşısında olan bir ədəd üzəri qırmızı-göy naxışlarla bəzənmiş və qapağının üzərində üç ədəd oyuncaq olan əşya sandığının içərisinə baxış keçirmişdir. Daha sonra Sabit Orucov və Şahid2 həmin əşya sandığının içərisində olan müxtəlif geyim əşyalarını və sellofan torbaları, həmçinin sellofan torbanın içərisində olan və Təqsirləndirilən şəxs tərəfindən “ Quran” kitabı adlandırılan əşyanı çıxarmış və sonra da yerinə qoymuşlar. Əşya sandığının içərisindən iş üçün sübut əhəmiyyətinə malik olan hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Şahid2, Şahid3, Şahid1 və Sabit Orucov otağın sol tərəfindən yığılmış yataq dəstlərindən ibarət yükdə axtarış keçirmişlər. Yükün ibarət olduğu yataq üçün yorğan və döşəklərin altını yoxlamışlar. Daha sonra evin anbar kimi istifadə olunan və təmirsiz otaq təəsüratı yaradan hissəsinə daxil olunmuşdur. Otaqda olan stolun üstündə ağ rəngli plastik qab, balta, kiçik taxta parçası və dəmir parçası olmuşdur. Şahid2 döşəmənin üzərində olan linelum örtüyün altını qaldıraraq baxış keçirmişdir. Daha sonra Təqsirləndirilən şəxs köməyi ilə Şahid2 döşəmənin üstündə olan sarı mebel rəngli qapını yerdən qaldıraraq altına baxış keçirmişlər. Həmin anbar kimi istifadə olunması qeyd olunan otaqdan iş üçün sübut əhəmiyyətinə malik olan hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra evin qapısı olamayan, lakin qırmızı rəngli pərdə ilə örtülmüş otağına daxil olunmuşdur. Otağın giriş hissəsinə nisbətdə sağda üzərində süni gül qoyulmuş televizor, televizorun qarşısında döşəmənin üstündə ağ-göy rəngli döşək, bir ədəd stol və üzərinə sarı rəngli örtük keçirilmiş divan olmuşdur. Otağın giriş hissəsi ilə üzbəüz çölə açılan çıxış qapısı olmuşdur. Qapı taxtadan olmaqla və sarı rəngli olmuşdur. Qapının qarşısına qırmızı rəngli pərdə asılmışdır. Daha sonra Sabit Orucov üstünə televizor qoyulmuş və rəflərində müxtəlif əşyalar olan televizor altlığına baxış keçirmişdir. Sabit Orucov birinci rəfdən şüşə qabı götürərək içərisində bir ədəd hesab kartına bənzər əşya olduğunu qeyd etmiş və onun nə olmasını sual vermişdir. Təqsirləndirilən şəxs isə vərəm xəstəsi olduğunu və həmin kartın vərəm xəstəsi olduğuna görə aldığı ödənişin kartı olduğunu qeyd etmişdir. Sabit Orucov həmin kartı götürmüşdür. Daha sonra Sabit Orucov ikinci rəfdən şəffaf rəngli göy qapağı olan kiçik ölçülü qabı götürmüşdür. Daha sonra Sabit Orucov ikinci rəfdən bir ədəd kibrit qutusunu götürmüşdür. Təqsirləndirilən şəxs həmin şaffaf qabı Sabit Orucovun əlindən alaraq içərisində zər olduğunu qeyd etmiş və qapağını açaraq içərisindəki toz halında olan maddəni yerə səpmişdir. Bundan sonra Sabit Orucov həmin qabı yenidən Təqsirləndirilən şəxs əlindən alaraq qapağını bağlamış və geri götürmüşdür. Daha sonra Sabit Orucov götürdüyü kibrit qutusunun açaraq içərisini nümayiş etdirmişdir. Kibrit qutusunun içərisində sayı qeyd olunmayan kibrit çöpləri olmuşdur. Daha sonra Sabit Orucov divanın üstündə olan örtüyü, ardınca isə oturacaq hissəsini qaldırmış və altına baxış keçirmişdir. Həmin otaqdan sübut əhəmiyyətinə malik olması ehtimal olunan bir ədəd hesab kartı və bir ədəd qapaq hissəsi göy rəngdə olan və içərisində toz hissəcikləri olan şəffaf qab aşkar olunaraq götürülmüşdür. Daha sonra otağın çölə açılan ikinci qapısından və qırmızı pərdə çəkilmiş çıxış hissəsindən çölə çıxmışlar. Həmin çöl hissədə evin digər hissəsinə giriş qapısı olmuşdur. Qapının yanında mebel rəngli əşya şkafı olmuşdur. Sabit Orucov həmin əşya şkafının üzərindən bir ədəd üstünə “blade” sözü yazılmış dəmir qabı götürmüşdür. Qabın qapağını açmışdır. Qabın içərisindən bir ədəd ağ rəngli dərman preparatının qabına bənzər əşyanı çıxarıb nümayiş etdirmiş və sonra da qabın içərisinə qoymuşdur. Qabın içərisində ağ rəngli dalğavarı formada əşya olması müşahidə edilmişdir. Daha sonra Sabit Orucov qabın qapağını bağlamış və götürmüşdür. Daha sonra Şahid1 həmin şkafın üzərində meyvə qabı ilə taxta əşyanın arasında iki ədəd şpris olmasını göstərmişdir. Şprislərdən biri yaşıl digəri isə çəhrayı rəngdə olmuşdur. Daha sonra Şahid1 şkafın üzərindən qızılı rəngli qabı götürmüş və içərisində bir ədəd telefon kabrosu, kabronun üzərində bir ədəd üstündə meyvə şəkli olan kağız, əmin qızılı rəngli qabın içərisində biri qara, digəri isə ağ rəngli olan iki ədəd telefon adapterinin olmasını göstərmişdir. Daha sonra Sabit Orucov şkafın qapısını açmış və oradan üstündə qırmızı rəngli telefon şəkli olan və “Galaxy A32 sözü yazılmış telefon qutusunu götürmüşdür və açmaq üçün Şahid1 vermişdir. Telefon qutusunun içərisində telefona məxsus olan sənədlər olmuşdur.Daha sonra Sabit Orucov şkafın şüşə qapağını açmış və oradan bir ədəd içərisində ağ rəngli dairəvi kağızlar olan stəkanı götürüb Şahid1 vermişdir. Şahid1 həmin stəkanın içərisindən bir ədəd ağ rəngli boru formasında olan və narkotik vasitə qəbul etmək üçün nəzərdə tutulmuş əşyaya bənzər aləti tapmışdır. Daha sonra Sabit Orucov həmin şkafın içərisindən fincanı götürmüş və içərisindən bir ədəd üzərində ağ rəngli kağız olan şüşə ampulanı taparaq Şahid1 saxlaması üçün vermişdir. Həmin fincanın içərisində müxtəlif sayda kibrit çöpləri müşahidə olunmuşdur. Daha sonra evin digər otağına keçmək üçün nəzərdə tutulmuş və qarşısına ağ rəngli və qırmızı rəngli tül pərdə asılmış qapısından içəri daxil olunmuşdur. Həmin otaqda giriş qapısından sağda bir ədəd qarşısında güzgü olan əşya kamodu,giriş qapısından solda bir ədəd stol və iki ədəd stul, bir ədəd çarpayı olmuşdur. Əşya kamodunun qarşısında bir ədəd çərəz qabı, bir ədəd içərisi boş duz qabı, bir ədəd meyvə şirəsinin boş butulkası, üç ədəd faliqa kağızının hissəsləri, bir ədəd ətrafı faliqa kağızı ilə sarınmış boru formalı əşya, biri sarı, biri göy digəri isə qızılı rəngli olmaqla üç ədəd alışqan və bir qutu yara bantı olmuşdur. Daha sonra Sabit Orucov çarpayının yanında olan şkafın üst örtüyünü qaldırıb altına baxış keçirmişdir. Şahid1 isə stolun üstündə olan örtüyü qaldırıb altına baxış keçirmişdir. Daha sonra Şahid2 və Şahid1 çarpayının üstündə olan geyim əşyalarının ciblərinə və digər hissəslərinə baxış keçirmişlər. Daha sonra çarpayının üstündə olan yastığın və yumşaq oyuncağın içərisinə baxış keçirmişlər. Daha sonra çarpayının üstündə olan döşəyi qaldırıb altına baxış keçirirlər. Daha sonra Şahid1 çarpayının arxa tərəfində döşəmənin üstündə olan xalçanı qaldırıb altına baxış keçirmişdir. Daha sonra Şahid1 evin giriş qapısına nisbətdə sağ tərəfdə divar hissədən döşəmənin üstündə olan xalçanı və xalçanın altında olan linelum örtüyü qaldırıb altına baxış keçirmişdir. Oradan bir ədəd iynə başlığı və bir ədəd videogörüntüdə yaşılımtıl rəngdə görünən adətən narkotik vasitələrin bükümləndiyi formada olan bükümdə kütləni aşkar edərək Sabit Orucova vermişdir. Daha sonra Şahid1 və Şahid2 əşya kamodunu divardan aralamışlar. Əşya kamodunun arxasından döşəmənin üzərindən bir ədəd sellofan bükümdə, qəhvəyi rəngli narkotik maddəyə bənzər kütlə Şahid2 tərəfindən həmin yerdən götürülmüş və Şahid1 verilmişdir. Sabit Orucov həmin kütləni Şahid1 almış və Təqsirləndirilən şəxs bu kütlənin nə olması və ona məxsus olubolmaması barədə sual vermişdir. Təqsirləndirilən şəxs öncə həmin kütlənin adının “kakos” olduğunu qeyd etsə də sonradan nə olduğunu bilmədiyini və özünə məxsus olmadığını bildirmişdir. Daha sonra Sabit Orucov həmin kütləni qablaşdıraraq götürmüşdür. Daha sonra Şahid1 əşya kamodunun arxasından bir ədəd uzunsov formalı əşyanı götürmüşdür. Həmin əşyanın işıq üçün olduğu bildirilmiş və yerinə qoyulmuşdur. Daha sonra Sabit Orucov pəncərənin qarşısından bir ədəd gümüşü rəngli kağız qabda olan əşyanı götürüb nə olması barədə sual vermişdir. Təqsirləndirilən şəxs anası İradə Mehralıyeva həmin əşyanın özünə məxsus olmasını və qadın əşyası olmasını qeyd edib götürmüşdür. Daha sonra Şahid1 kamodun arxasından bir ədəd qırmızı rəngli qapaq formasında əşyanı götürüb yerinə qoymüşdur. Daha sonra Şahid2 əşya kamodunun aşağı qapılarını açaraq orada olan əşyalara baxış keçirmişdir. Oradan bir ədəd siqaret dənəsi aşkar olunmuş və yerinə qoyulmuşdur. Daha sonra otaqdan bayıra çıxılmış və Sabit Orucov həyətdəki stolun üstündə Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş sübut əhəmiyyətinə malik olması ehtimal olunan əşyaları bir-bir nümayiş etdirmişdir. Həmin əşyalar bir ədəd şəffaf sellofan bükümün arasında narkotik maddəyə bənzər kütlə, bir ədəd hesab kartı, bir ədəd dərman preparatının qabına bənzər ağ rəngli qab, iki ədəd faliqa kağızının hissələri, bir ədəd şəffaf rəngli sellofan bükümün arasında qəhvəyi rəngli narkotik maddəyə bənzər kütlə,ağ rəngli dalğavarı formada plastik əşya, iki ədəd alışqan, bir ədəd ağ rəngli nazik boru formalı əşya, bir ədəd arxasında dairəvi məftil olan açar, bir ədəd üzərində ağ rəngli kağız olan şüşə ampula, bir ədəd kibrit qutusu, bir ədəd plastik materiallı bolt formasında olan əşya, bir ədəd qapaq hissəsi göy rəngdə olan və içərisində toz hissəcikləri olan şəffaf rəngli qab, bir ədəd iynə başlığı və bir ədəd uzunsov qəhvəyi rəngli darçın bitkisinin qabığına bənzər əşyalar olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı İmişli şəhəri Melorator qəsəbəsi bina 4, mənzil 1 ünvanındakı evinə keçirilmiş baxış prosesi yekunlaşmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi haqqında 06 avqust 2022-ci il tarixli protokoldan görünür ki, CD diskdə ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrə daxil olan və çıxan sms mətnləri yazılmış, mobil telefon nömrələrinin yəni, abunəçilərinin adı, soyadı, ata adı və yaşadığı ünvan göstərilmiş, 20 iyun 2020-ci il tarixdən 20 iyun 2022-ci il tarixədək olan müddət ərzində mobil telefonla aparılan danışıq zamanı onların anten dairəsi məlumatları olmuşdur. CD diskin abunəçilər fayl bölməsi açıldıqda müəyyən olunmuşdur ki, ***-***-**-** saylı sim telefon nömrəsi İmişli rayonu Yalavac kənd sakini X3 adına, AA1011829 nömrəli şəxsiyyət vəsiqəsi ilə xx.xx.2020-ci il tarixdə saat 00:00:00-da qeydiyyata alınmışdır. ***-***-**-** saylı mobil Sim telefon nömrəsi İmişli rayonu Yalavac kənd sakini X3 adına, AZE N ******* nömrəli şəxsiyyət vəsiqəsi ilə ilə xx.xx.2020-ci il tarixdə saat 00:00:00-da qeydiyyata alınmışdır. CD diskdə olan X3 adına qeyd olunmuş ***-***-**-** saylı sim mobil nömrəsinə 20 iyun 2020-ci il tarixdən 20 iyun 2022-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan sms mətnlərinə baxılmış və müəyyən olunmuşdur ki:23 iyul 2020-ci il tarixdə saat 15:34:45-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Qaqa 10 manat duzeldi lomkadan olurem tez ol bawua donerem” məzmununda mesaj göndərilmişdir. ***- ***-**-** saylı nömrə İmişli şəhər Şahid8 küçəsi ev 20 ünvanında yaşayan X11 məxsusdur.30 iyul 2020-ci il tarixdə saat 11:09:25-də **********68 saylı nömrədən **********42 saylı nömrəyə “Ay qaqa menem ac da mamamda yoladmki sene desin telefonu ac menem bodi” məzmununda mesaj göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli şəhəri Z.Bünyadov küçəsi dalan 1, ev 12 ünvanında yaşayan X8 məxsusdur.10 aprel 2021-ci il tarixdə saat 21:48:09-da **********59 saylı nömrədən **********68 saylı nömrəyə “HEC ACMA VAR YOXUN S...M MAL COXDU GEDİB ALACAM AMA MEN SENEN ALMAG İSTEYİRDM NEYSE” məzmununda mesaj göndərilmişdir. **********59 saylı nömrə İmişli şəhər Şahid8 küçəsi ev 20 ünvanında yaşayan X11 məxsusdur.13 aprel 2021-ci il tarixdə saat 12:07:27-də **********31 saylı nömrədən **********68 saylı nömrəyə “Ne deyirsen alim patını” məzmununda mesaj göndərilmişdir. **********31 saylı nömrə İmişli şəhər H.Aslanov küçəsi ev 48 ünvanında yaşayan Şahid9 məxsusdur.20 mart 2022-ci il tarixdə saat 04:34:58-də **********68 saylı nömrədən **********49 saylı nömrəyə “Olurem elmeddin mene mal ver var yoxun s...m ele elemeki seni gelib atim awaga ordan vezuyetim pisdi”; 21 mart 2022-ci il tarixdə saat 08:23:14-də “Aa sənə deyirəm bakya gedəcəmmm”; 21 mart 2022-ci il tarixdə saat 10:06:27-də “Səniiii siməcəm bacslıın s...mmmm”; 21 mart 2022-ci il tarixdə saat 10:21:08-də “Aaaaaa ölüüüürəəəm”; 21 mart 2022-ci il tarixdə saat 12:56:30-da “Aaaa ölüüürəəəm açççç 25 manaat vaaar” məzmununda mesajlar göndərilmişdir. **********49 saylı nömrə İmişli şəhər Melorator qəsəbəsi ev 12, mənzil 4 ünvanında yaşayan Şahid7 məxsus olmuşdur. 04/2022-ci il tarixdə saat 00:41:23-də **********81 saylı nömrədən **********68 saylı nömrəyə “Axwamin xeyir tezdenen pul ozumde olacaq zeng vurum meni yola salirsan ? Bir cavab yaz bilim daniwa bilmirem dedem indi girdi eve nehlet olmuw canimda el”; 02 aprel 2022-ci il tarixdə saat 00:50:48-də “Vatcabun varsa yazda mene vatcapda”; 04/2022-ci il tarixdə saat 22:05:15-də “Qaqa bu ne hereketdi pulum yoxdu diye meydim ortada qalacaq ?bele wey olmaz bawa duw hec olmasa” məzmununda mesajlar göndərilmişdir. **********81 saylı nömrə İmişli şəhər N.ünvan 1 ünvanında yaşayan Şahid10 məxsus olmuşdur. 7 aprel 2022-ci il tarixdə saat 11:58:55-də **********20 saylı nömrədən **********68 saylı nömrəyə “Bodi saat 3-ə qədər səni gözləyirəm. And olsun allaha ki, bu iş yaxşı olmayacaq. Həzrəti Əli demişkən hər kəsin öz dilində danış.”; 8 aprel 2022-ci il tarixdə saat 18:21:50-də “a pislik oldugunu özün fikirles. Men bax bu imislide yubka geyib gezecem eger etdiklerinin cavabin almasan. Bir gün bes gün axir ki, menden ogurladigin e linden Çixacaq qalmayacag. Qalacaq olan sene etibar eden kisiye etdiyin xeyanet olacag. Men qehbe olaram etdiyin herekete göre sene olmazin pisliyin etme”; 18 aprel 2022-ci il tarixdə saat 18:21:50-də “Bodi hezret Elinin bir sözü var, her kesin öz dilinde danis. Yeni yaxsiya yaxsi ol, pislede pis kimi davran. İndi mene qarsi etdiyin hereketin yaxsi ve ysem sagligi olsun” məzmununda mesajlar göndərilmişdir. **********20 saylı nömrə İmişli şəhər C.Cabbarlı küçəsi ev 20 ünvanında yaşayan Şahid11 məxsus olmuşdur. 04 may 2022-ci il tarixdə saat 15:05:15-də **********99 saylı nömrədən **********68 saylı nömrəyə “Bodi burdan bura xarab tel soxursan indi guya mene sen? 5 3 xetir hormet var idi oda itdi. Soxum o malada pulada.” məzmununda mesaj göndərilmişdir. **********99 saylı nömrə İmişli şəhər Şahid8 küçəsi ev 22 ünvanında yaşayan Şahid12 məxsus olmuşdur. CD diskdə olan X3 adına qeyd olunmuş ***-***-**-** saylı SİM mobil telefon nömrəsinə daxil olan və çıxan SMS mətnlərinə baxılmış və 20 iyun 2020-ci il tarixdən 20 iyun 2022-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan SMS mətnlərinə baxılmış və müəyyən olunmuşdur ki, 22 oktyabr 2021-ci il tarixdə saat 20:07:07-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Bodu bu gece olerem gelirik size menim pulumu qaytar”; 22 oktyabr 2021-ci il tarixdə saat 20:07:45-də “Agridan olurem var yoxun s...m”; 22 oktyabr 2021-ci il tarixdə saat 21:24:20-də “Menim pulumu getirmiyenin Arvadin s...m anasin s...m her weyin s...m” məzmununda mesajlar göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli şəhər Şahid8 küçəsi ev 20 ünvanında yaşayan X11 məxsus olmuşdur. 01/2022-ci il tarixdə saat 20:47:38-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Qaqa gelmirse bir sos de qalmisam jolun ostasinda” məzmununda mesaj göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli şəhər N.ünvan 1 ünvanında yaşayan Şahid10 məxsus olmuşdur. 26 yanvar 2022-ci il tarixdə saat 16:24:38-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Bodı hardasan”; 26 yanvar 2022-ci il tarixdə saat 16:52:54-də “Harda qaldun”; 27 yanvar 2022-ci il tarixdə saat 20:02:20-də “Kışı oğli pul yollayim ver”; 27 yanvar 2022-ci il tarixdə saat 20:06:39-da “Mənı nıyə belə közədırırsən ağreram dedım axi” ; 07 fevral 2022-ci il tarixdə saat 12:24:48-də “Bodı mən yol kedəcəm ımkan varsa mənı yola sal kedim”; 07 fevral 2022-ci il tarixdə saat 12:28:32-də “Əyər kec olacaqsa azadi yolla kəlsın taksı pulunda verəcəm21 m varımdı”; 07 fevral 2022-ci il tarixdə saat 12:51:24-də “Bodı sız nə oyindi oynayirsuz mənım başim cixmir belə oyinin axrk yaxşi olmir bu hormətsızıyın axrin bılmırsüz necə olir neynə mən kəlırəm ora 5 dəqəyə ordayam”; 07 fevral 2022-ci il tarixdə saat 13:02:59-da “Bodı mənı düzkün qıymələndırmədün”; 07 fevral 2022-ci il tarixdə saat 13:13:59-da “Bodı ıkı dünyağ bır ola nələr olacaq alah bılır azada kələcəy öz qo” ; 13 fevral 2022-ci il tarixdə saat 13:05:27-də “Bodı bır nəfər var deyır 20m pulu var yari ısəyır nə deyim” məzmununda mesajlar göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli şəhəri P.Həsənov küçəsi ev 43 ünvanında yaşayan Şahid13 məxsus olmuşdur. 27 fevral 2022-ci il tarixdə saat 17:15:53-dən saat 18:13:54-də qədər olan müddət ərzində ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Bodu sen meni aqrda saxladin he bideki sozve fkir ver kisi kisnin isin gorer bu ne herketdi ozun soyus soydunki varyoxun skim gel 30 manatni vercem indi bele edrsen, men senjn bir klmene geldim getdiy bakiya sen gor ne herketd edrsen hec senden gozlmezdim dansanda bele dansmirdin ancaq yaduna sal dediyin sozu men hemen xezrem neyse kisnin kisye isi duser men senle soz dansmisdim sense meni mehlozde bas bayra deyrsen eybj yoxdur bodu , Sen bodu dednki gel rayona soyus soydunki varyoxun skim 30 manatni vercem indide menim masnim xarab olub taksyle gelmsem sen bele edrsen ancaq men sene b akida bele etmedim sehreqder yol surdum obyda yaxslqin qarwsnda bele eledin mene dansanda duzdyden dansrsan bodu demey sen meni aldatdin he oturdum taksye qaytdim kende yaxsi bodu men senjn bir klmene geldim ancaq sen mene telfonda soyus soyursen bodu sen demisdinki iyrmi yanvarda varyoxun skim gel rayon 30 manatni vercem gelmisem pul isdemirem bir tke dedim kola vererdin mene telfonda gor ne deyrsen ozunde dansanda duzduyden dansirdun men hemin xezrem bodu sene sabahcan masin suren bu gunki gunu cegdyniz kakosu men xezernen gedib goturdun men ezyetd cekdim sabahcan bu guneri senin eldyin herketin adni n e qoyaq elmeddin eden herketi eledin bil mene, Bu herketdnin yeri yoxydi mene telfon sondurursen yadndadi menle gednde ne dansrdin masnda dedyin sozder ay bodu yadundadi hec olmya indi mene telfon sondurursen men sene pis olmadim indi durub neyse gore bele edrsen nedki sen kimse bu herketi ede blrsen mene yox bodu men sen fikirlesdyin oqlanardan dorem, İndi telfon sondurursen mene bodu budyqe esbden olurem senin bu herketine gore bele cxirki men sene culban iydim obyda rskin altina girdim sende soyus soydunki ki gel rayona 30 manatni vercem dednki varyoxun s..m neqder men rayondayam sen mala pul vermysen mene mal lazim deyil pulmu ver gedib alcam mal her yerde var mal bodu ancaq senin bir klmne men geldim masin surdum bakiya sehere qeder indi sen gor ne herket edrsen usaq herketi durub telfonda soyus soyursen telfonu ac isim var senele Bodu bele etme pisdi vezyetim biz soz dansmisiq axi indi telfon sondurursen mene deyrem bodu pisdi vezyetim senin bir klmene men geldim e sen telfon sondurursen mene ceddim haki bu pis gun hami ucun olcaq mene bele etme bodu men seni bele tanmamsam bir zengne gelmsem ozunde gordunki men nece oqlanam mene telfon ac isim var senle guya nye bele edrsenki telfonu sondurursen mene telfonu ac isim var senle pulmda var allaha sukur purosdu senin bele elmeynin blmek isdeyremki bu ne demeydi mene qarsi bu herketin yeri yoxuydu men gelib qalmsam sizin mehlede mene deyrsenki bas bayra bu ne sozdu sen bze gelsun men sene o sozu demerem hec vaxtd bil” məzmununda mətn mesajı göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli rayonu Qaradonlu kənd sakini Şahid14 məxsus olmuşdur. 04 mart 2022-ci il tarixdə saat 17:13:53-də ***-***- **-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Qaqa men lomkadan oldum axi basua donum niye bele edirsen” məzmununda mesaj göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli rayonu Məzrəli kənd sakini Şahid15 məxsus olmuşdur. 04 aprel 2022-ci il tarixdə saat 20:31:59-da ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Bodu bu ne hereketdi eliyersen lomkada qoyursan meni zeyif bilirsen bele edirsen bodu ya pulu yada temani” məzmununda mesaj göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli şəhəri Melorator qəsəbəsi ev 6 mənzil 13 ünvanında yaşayan X7 məxsus olmuşdur. 02 aprel 2022-ci il tarixdə saat 22:55:08-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Noler deyrem olem gelde vezyet pisdi de QAQA” məzmununda mesaj göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli şəhəri H.Aslanov küçəsi ev 51 ünvanında yaşayan Şahid17 məxsus olmuşdur. 24 aprel 2022-ci il tarixdə saat 23:03:22-də ***-***-**-** saylı nömrədən ***-***- **-** saylı nömrəyə “veziyyet pisdi nolar komeg ele mene” məzmununda mesaj göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli rayonu Yalavac kənd sakini Şahid18 Adışrin qızına məxsus olmuşdur. Sonuncu dəfə ***-***-**-** saylı nömrəsindən 20 iyun 2022-ci il tarixdə saat 06:49:07-də 9622 saylı koduna boş SMS göndərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 21 iyun 2022-ci il tarixli 18/685 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı evindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-2,124 qram olan qəhvəyimtil rəngli maddə maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 01 ədəd bükümdə təmiz çəkisi - 1,119 qram olan ağımtıl rəngli, kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Cinayət işinin materiallarına əlavə edilmiş təkbaşına məhkəmə narkoloji ekspertizasının 30 iyun 2022-ci il tarixli 3554 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin, hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar edilmir. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 13 avqust 2022-ci il tarixli 2167 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törədərkən hər hansı psixi xəstəlikdən əzab çəkməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməllər barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21ci maddəsinin təsiri altına düşmür. Cinayət işinin materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında 20 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 iyun 2022-ci il tarixdə, saat 16:00-da tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş İmişli Rayon İcra Hakimiyyətinin başçısının Rəsullu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi anası və qardaşından ibarətdir. Cinayət işinin materiallarına əlavə edilmiş İmişli Rayon İcra Hakimiyyətinin başçısının Rəsullu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə hər hansı bir şifahi və ya yazılı şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: şahid ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və yüngülləşdirən hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzasını ağırlaşdıran və yüngülləşdirən halların olmadığını, həmçinin təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını müzakirə edərək, iş üzrə maddi sübut olan və İmişli RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan ekspertiza tədqiqatından sonra 2,074 qram qalıq çəkidə olan 01 bükümdə narkotik vasitə heroin, ekspertiza tədqiqatından sonra 1,069 qram qalıq çəkidə olan 01 bükümdə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, 01 ədəd baxış protokoluna əlavə edilmiş CD disk və 01 ədəd "xxxx" MMC-dən daxil olmuş CD diskin isə cinayət işinin materiallarında saxlanılması qərarına gəlir. İş üzrə keçirilmiş ekspertizanın dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 20 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və İmişli RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan ekspertiza tədqiqatından sonra 2,074 qram qalıq çəkidə olan 01 bükümdə narkotik vasitə heroin, ekspertiza tədqiqatından sonra 1,069 qram qalıq çəkidə olan 01 bükümdə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd baxış protokoluna əlavə edilmiş CD disk və 01 ədəd "xxxx" MMC-dən daxil olmuş CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza xərci olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs münasibətdə həmin müddət hökmün surətinin ona verildiyi andan hesablanır.
Məhkəmə qərarları › İş №1(099)-52/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-52/2023
28.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver