Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-52/2024 05.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X7, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxx 1982-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli, 1(101)-313/2017 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 278, 279.1, 281.2 və 283.2.3-cü maddələri təqsirli bilinərək, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 12 (on iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, «Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında» Azərbaycan Respublikası Prezidentinin 16 mart 2019-cu il tarixli, 1049 saylı Sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda yaşamış, 31 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Cəlilabad Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 4(073)-15/2023 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda-33,302 qram psixotrop maddə olan metamfetamini əldə edib, üzərində saxlayaraq daşımış, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 31 yanvar 2023-cü il tarixdə, saat 18 radələrində Cəlilabad şəhəri, H.Əliyev prospekti ərazisində keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq Cəlilabad Rayon Polis Şöbəsinə gətirilmiş, üzərinə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sağ içəri cibindən bir ədəd qara rəngli sellofana bükülmüş həmin külli miqdarda-33,302 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 31 yanvar 2023-cü il tarixdə, saat 18 radələrində onu Cəlilabad rayonunun girəcəyində olan «Bazarstor» adlı marketdən sağa dönən zaman adını bilmədiyi küçədə 300 metr getdikdən sonra olan dörd yol ayrıcında saxlamışlar, həmin vaxtı piyada hərəkət etməmiş, velosipet ilə hərəkətdə olmuşdur. Polislər onu saxladıqdan sonra yoldan keçən bir nəfərə onun velosipetini vermişlər, özünü də maşına mindirmişlər. Həmin vaxtı maşında onu saxlayan şəxslərdən kimlər olduğunu, onu hansı tərəfə apardıqlarını soruşmuşdur. Həmin şəxslər Cəlilabad RPŞ-yə getdikdən sonra biləcəyini demişlər. Həmin şəxslərin polis əməkdaşları olduqlarını bildiyi üçün onu nə üçün saxladıqlarını da soruşmuşdur. Polis əməkdaşları RPŞ-də hər şeyi izah edəcəklərini bildirmişlər, RPŞ-yə çatdıqdan sonra yenidən nə üçün saxlanmasına dair verdiyi suala Baş Mütəşəkil Cinayətkarlıqla Mübarizə İdarəsinin sifarişi əsasında onu tutduqlarını bildirmişlər. Tutulmağının əsasını soruşduqda polis əməkdaşları hökmətin onu içəridə görmək istədiyini bildirməklə başqa sual verməməyini, üzərinə narkotik qoyacaqlarını, həmin narkotiki də boynuna alacağını demişlər. Polis əməkdaşlarının qoyduğu narkotikin özünün olmadığını demiş, bu vaxtı Nəbi adlı şəxs əli ilə onun sifətinə vurmuşdur. Birinci dəfə həbs olunan zaman Baş Mütəşəkil Cinayətkarlıqla Mübarizə İdarəsində onun başına çoxlu dubinka ilə vurduqlarından başının sol hissəsində yığılma əmələ gəlmiş, Nəbi adlı polis əməkdaşı sifətinə sillə ilə vurduğundan başı silkələnmiş və özündən getmişdir. Ayılan zaman sillə ilə onu ayıltdıqlarını görmüşdür, psixotrop maddə metamfetaminin özünün olduğunu deməsə evindən 1 kq psixotrop maddə metamfetamin çıxaracaqlarını, ailəsini RPŞ-yə gətirəcəklərini demişlər. Polis əməkdaşları onu çox söydüklərindən onların təklifi ilə razılaşmış, bütün sənədlərə qol çəkmişdir. Bundan sonra ona dönər vermişlər və dönərin arasında psixotrop maddəni ona yedirtmişlər. Bundan sonra bir ay özünə gələ bilməmişdir. Haram olan psixotrop maddəni yemişdir. Cəlilabad rayon sakinləri onu tanımış, hamı bilmişdir ki, narkotik vasitədən və psixotrop maddədən istifadə etməmiş və satmamışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, saxlanılan zaman üzərində psixotrop maddə olmamışdır. Cəlilabad şəhərinin Xəqani küçəsindən bir küçə o biri tərəfdə onu polis əməkdaşları saxlamışlar, həmin küçənin adını bilməmişdir. Saxlanılan zaman tək olmuş, həmin vaxtı dostugilə getmişdir. RPŞ-də Nəbi və adlarını bilmədiyi əməliyyatçılar ona təzyiq göstərmişlər, yşadıqları evə narkotik vasitə qoyacaqları ilə hədələmişlər, söyüş söymüşlər. Ona Nəbi adlı şəxs bir zərbə vurmuş, özündən getmiş, əməliyyatçılar onu ayıltmışlar. Bədəni üzərində heç bir xəsarət olmamışdır. Əvvəllər narkotiklə bağlı polis şöbəsinə getməmişlər. Birinci dəfə həbs olunan zaman polis şöbəsinə getmişdir. Üzərinə psixotrop maddəni əməliyyatçı qoymuşdur, həmin əməliyyatçının adını bilməmişdir. Saxlanılan zaman vəkil istəsə də vəkil çağırmamışlar. Ona ifadə verməmək hüququ izah edilməmişdir. Polislər ilə razılaşdıqdan sonra vəkil çağırmışlar, qorxduğu üçün vəkilə heç bir məlumat verməmişdir. Heç kimə psixotrop maddə satmamış, belə bir şəxs heç vaxt ola bilməz. Əməliyyatçılar onu aldadaraq içərisində psixotrop maddə olan dönər yedirtmişlər. Polislər tərəfindən döyülməsi, ona zor tətbiq edilməsi və hədələnməsi ilə bağlı heç bir orqana müraciət etməmişdir. Bakı İstintaq Təcridxanasına daxil olan zaman bədəni üzərində heç bir xəsarət aşkar olunmamışdır. Şahid2 və Şahid1 adlı əməliyyatçıları tanımadığını, saxlanılan zaman həmin polis əməkdaşlarının orada olmadıqlarını demişdir. Məhkəmədə şahid qismində dindirilən şahidlərdən heç biri onun üzərinə psixotrop maddə metamfetamin qoymamışlar, üzərinə psixotrop maddə metamfetamin qoyan həmin polis əməkdaşı məhkəmədə ifadə verməmişdir, onun adı istintaq materiallarında öz əksini tapmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu izahatı və ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, ona elan olunmuş Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilməmişdir. Əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuşdur. 2 il müddətdir ki, ara-sıra psixotrop maddə metamfetamin istifadə etmişdir. İstifadə etdiyi psixotrop maddələri Bakı və Lənkəran şəhərində tanımadığı müxtəlif şəxslərdən əldə edirmişdir. 31 yanvar 2023-cü il tarixdə səhər saatlarında Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən «Bağ» adlanan yerdə piyada gəzən zaman yerdə qara rəngli sellofana bükülmüş bükülü olduğunu görmüşdür. Həmin bükülünü götürüb içərisinə baxdıqda orada psixotrop maddə olan metamfetamin olduğunu görmüşdür. Həmin metamfetamini gələcəkdə istifadə etməkdən ötrü götürüb üzərində saxlamışdır. Həmin gün saat 17:55 radələrində Cəlilabad şəhəri, H.Əliyev prospekti ilə, «Bağ» adlanan yerin yaxınlığı ilə piyada hərəkətdə olan zaman ona üç nəfər mülki geyimli şəxs yaxınlaşmışdır. Həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz olaraq əldə edilib saxlanılmasında şübhəli olduğunu bildirərək Cəlilabad RPŞ-yə dəvət etmişdir. Etiraz etməyib onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinin inzibati binasında yerləşən otaqlardan birində ona tutulmağı, hüquq və vəzifələri izah edilməklə üzərinə vəkilinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ iç cibindən həmin psixotrop maddəni çıxarıb təqdim etmişdir. Həmin kütlə elektron tərəzi vasitəsilə çəkildikdən sonra qablaşdırılaraq ekspertizaya təqdim ediləcəyi bildirilmişdir. Bundan başqa baxış zamanı üzərindən ona məxsus olan «XİAOMİ Redmi» markalı mobil telefon aşkar edilmişdir. Mobil telefon iş üzrə əhəmiyyət kəsb edildiyi bildirilərək götürülmüşdür. Üzərindən aşkar edilmiş həmin metamfetamindən istifadə etməmişdir. Həmin metamfetaminin üzərində olması barədə hər hansı şəxsin məlumatı olmamışdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs oxşar məzmunlu izahat, şübhəli şəxs qismində dindirilərkən oxşar məzmunlu ifadə verərək törətdiyi cinayət əməlini etiraf etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin özünə məxsus deyildir, Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən ona qarşı psixoloji təzyiqlər göstərildiyindən, hədələndiyindən həmin psixotrop maddə metamfetamini üzərinə götürməsini tələb etdikləri üçün aşkar olunmuş metamfetaminin özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında üzərində-cibində psixatrop maddə metamfetamin olmadığını, aşkar olunan psixatrop maddə metamfetaminin polislərin üzərinə qoyduğunu, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı psixoloji təzyiqlər göstərilməklə, hədələməklə həmin psixotrop maddə metamfetamini üzərinə götürməsini tələb etdikləri üçün, üzərindən-cibindən çıxan psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu deməyini tələb etdiklərini, üzərində şəxsi axtarış keçirilən zaman aparılan videoçəkilişdə dediyi xüsusatları polislər hədələdikdən sonra bildirdiyini dedikləri ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş şahid Cəlilabad RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 31 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində qanunsuz olaraq nakotik vasitələri əldə edib saxlaması və daşıması ilə məşğul olması ilə bağlı daxil olmuş əməliyyat məlumatına əsasən şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 və Cəlilabad RPŞ-nin PPXB-nın polis nəfəri, polis serjantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs olması ehtimal edilən yerlər müəyyən edilmişdir. 31 yanvar 2023-cü il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən «Bağ» adlanan yerin yaxınlığı ilə hərəkətdə olan zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Təqsirləndirilən şəxs müşahidə etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim etmişlər, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq əldə edilib daşınmasında şübhəli olduğunu bildirib həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və müvafiq sənədlərin tərtib olunması məqsədi ilə onu RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs də etiraz etməyərək onlarla birlikdə RPŞ-yə getmiş, RPŞ-də Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Ona hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuşdur. Videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin və onların iştirakı ilə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan gödəkçənin cibindən 01 ədəd qara rəngli sellofana bükülmüş bükülünü çıxarıb təqdim edərək həmin bükülünün içərisindəki maddənin «şüşə» adlanan narkotik vasitə olduğunu, həmin kütləni 31 yanvar 2023-cü il tarixdə səhər saatlarında Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən «Bağ» adlanan yerdən tapdığını və şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirmişdir. Təhqiqatçı tərəfindən həmin bükülü açıldıqda içərisində ağ rəngli sellofan kəsiyinə bükülmüş halda psixotrop maddə olan metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Həmin bükülü elektron tərəzi vasitəsilə çəkilərək ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd «XİAOMİ Redmi» markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuşdur, Təqsirləndirilən şəxs üzərinə tərəflərindən psixotrop maddə metamfetamin qoymamışlar, Təqsirləndirilən şəxs qarşı zor tətbiq etməmişlər, döyməmişlər və hədələməmişlər. Təqsirləndirilən şəxs barədə məlumat saxlanılan gün daxil olmuşdur. Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə satması barədə məlumat əldə edə bilməmişlər. Narkotik vasitənin mənbəyi barədə Təqsirləndirilən şəxs «Bağ» adlanan ərazidən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman şərait uyğun olmadığından yerində onun üzərində şəxsi axtarış aparmamışlar. Təqsirləndirilən şəxs konkret olaraq hansı marketin yanında saxladıqlarını deyə bilməmişdir. Təqsirləndirilən şəxs psixotrop maddəni konkret olaraq hansı cibindən çıxarmasını xatırlamamış, çünki 2023-cü ilin 6 ayı ərzində 96 nəfəri narkotik vasitə və ya psixotrop maddə istifadə edən və ya satan şəxslərin əməliyyatlarında iştirak etmişdir. İstintaq orqanına verdiyi ifadəsini təsdiq etmişdir. Dindirilmiş şahid Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsində Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə verib Təqsirləndirilən şəxs döymədiklərini, ona qarşı qanunsuz hərəkətlər etmədiklərini, hədələmədiklərini, üzərinə psixotrop maddə qoymadıqlarını bildirmiş və istintaq orqanına verdiyi ifadəsini təsdiq etdiyini demişdir. Dindirilmiş şahid Cəlilabad RPŞ-nin PPXB-nın polis nəfəri işləyən Şahid3 ifadəsində bildirmişdir ki, 31 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində qanunsuz olaraq nakotik vasitələrin və psixotrop maddələri əldə edib saxlaması və daşıması ilə məşğul olması ilə bağlı daxil olmuş əməliyyat məlumatına əsasən şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən o, Cəlilabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 və Cəlilabad RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs olması ehtimal edilən yerlər müəyyən edilmişdir. 31 yanvar 2023-cü il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən «Bağ» adlanan yerin yaxınlığı ilə hərəkətdə olan zaman onlar tərəfindən əməliyyat müşahidəsinə götürülmüşdür. Təqsirləndirilən şəxs müşahidə etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq əldə edilib daşınmasında şübhəli olduğunu bildirib həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və müvafiq sənədlərin tərtib olunması məqsədi ilə onu RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs də etiraz etməyərək onlarla birlikdə RPŞ-yə getmiş, polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Ona hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuşdur. Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin və onların iştirakı ilə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ iç cibindən 01 ədəd qara rəngli sellofana bükülmüş bükülünü çıxarıb təqdim edərək həmin bükülünün içərisindəki maddənin «şüşə» adlanan psixotrop maddə olduğunu, həmin kütləni 31 yanvar 2023-cü il tarixdə səhər saatlarında Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən «Bağ» adlanan yerdən tapdığını və şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirmişdir. Təhqiqatçı tərəfindən həmin bükülü açıldıqda içərisində ağ rəngli sellofan kəsiyinə bükülmüş halda psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Sonra isə həmin bükülü elektron tərəzi vasitəsilə çəkilərək ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd «XİAOMİ Redmi» markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Verilən suallara cavab olaraq Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra vəkillə təmin olunmuş, onun saxlanılması ilə bağlı ailə üzvülərinə və ya yaxın qohumlarına məlumat verilməsi ona aid deyildir. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olması barədə məlumatın necə daxil olmasını bilməmişdir. Təqsirləndirilən şəxs içərisində psixotrop maddə olan dönər və ya meyvə suyu verməmişdir. RPŞ-də yeməyə dönər verilməmişdir. Heç kim də ona Təqsirləndirilən şəxs dönər və ya meyvə suyu alması ilə bağlı göstəriş verməmişdir. Təqsirləndirilən şəxs Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən «Bağ» adlanan yerin yaxınlığı ilə hərəkətdə olan zaman saxlamışlar, konkret olaraq «Bağ» adlanan yerin hansı hissəsində olmasını xatırlamamışdır. İstintaq orqanına verdiyi ifadəsini təsdiq etmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı oğludur. Təqsirləndirilən şəxs saxlanması zamanı iştirak etməmişdir. 31 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs RPŞ-nin əməkdaşları aparmışlar. 1-2 fevral 2023-cü il tarixlərində RPŞ-yə getsələr də Təqsirləndirilən şəxs polis şöbəsində olduğunu deməmişlər, 3 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs RPŞ-nin əməkdaşları tərəfindən saxlandığını bilmişlər. Təqsirləndirilən şəxs yaşadığı evdə kobud şəkildə axtarış aparmışlar, qanunsuz hərəkətlərə yol vermişlər. RPŞ-nin əməkdaşlarının qanunsuz hərəkətləri barədə heç bir orqana müraciət etməmişlər. Məhkəmə Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 33,302 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib daşımaqla üzərində saxlaması, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 31 yanvar 2023-cü il tarixdə, saat 18 radələrində Cəlilabad şəhəri, H.Əliyev prospektində «Bağ» adlanan yerin yaxınlığında hərəkətdə olan zaman saxlanılaraq Cəlilabad Rayon Polis Şöbəsinə gətirilməsi, üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sağ içəri cibindən 01 ədəd bükümdə qara rəngli sellofana bükülmüş halda həmin psixotrop maddə olan metamfetaminin aşkar edilərək götürülməsi faktı əsasında Cəlilabad RPŞ-nin təhqiqat bölməsində toplanmış ilkin araşdırma materialları əsasında 01 fevral 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1-36) -«cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında» 31 yanvar 2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:10-da şübhəli şəxs qismində tutulmuşdur.(i.v. 13) -«şəxsi axtarış və götürmə aparılması haqqında» 31 yanvar 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş 1 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ iç cibindən bir ədəd qara rəngli sellofana bükülmüş halda psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetaminə bənzər kütlələri 31 yanvar 2023-cü il tarixdə Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən «Bağ» deyilən ərazidən tapdığını və istifadə etmək məqsədilə cibində gəzdirdiyini etiraf etmişdir. (i.v. 30-31) -«məhkəmə fiziki-kimyəvi ekspertizası»nın 01 fevral 2023-cü il tarixli, 19/133 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetaminə bənzər kütlə ....» sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -33,302 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir. (i.v. 37-40) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 01 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuş, barəsində Cəlilabad Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 4(073)-15/2023 nömrəli qərarı ilə 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.(i.v. 50-51; 66-69) -«ambulator məcburi narkoloji tibbi yoxlamanın» 02 fevral 2023-cü il tarixli, 122 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. (i.v. 85) -«əşyanın maddi sübut kimi tanınması barədə» 05 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi: -33,302 qram psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı -33,252 qram çəkidə qalığı cinayət işi üzrə maddi sübut hesab edilmiş və Cəllabad RPŞ-nin saxlancına təhvil verilmişdir.(i.v. 116-117) -Cəlilabad RPŞ-nin 15 fevral 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetamini kimdən, nə zaman, harada əldə etməsini müəyyən etmək mümkün olmasa da onun həmin metamfetamini sataraq qazanc əldə etmək məqsədilə əldə edib üzərində daşıdığı müəyyən edilmişdir. (i.v. 128) -Şirvan Apelyasiya Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 4(106)-12/2023 nömrəli qərarından görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 4(073)- 15/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri, Müdafiəçi1 Dünyamalı oğlunun apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.(i.v. 131-136) -Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli, 1(101)-313/2017 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 278, 279.1, 281.2 və 283.2.3-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 12 (on iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.(i.v. 185-198) -«Ambulator Məhkəmə Psixiatrik Ekspertizası»nın 10 aprel 2023-cü il tarixli, 959 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs özünə və ətrafdakılarına zərər yetirmək təhlükəsi yoxdur. (i.v. 217-220) -«sübutların qiymətləndirilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması, ayrılan cinayət işinin icraata qəbul edilməsi haqqında» 19 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 33,302 qram psixotrop maddə metamfetaminin mənbəyini müəyyən etmək məqsədi ilə hazırki cinayət işindən bu xüsusat üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrı icraata ayrılmış və icraata qəbul edilərək ibtidai istintaq davam etdirilmişdir.(i.v. 227-241) İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair»a 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadəsində üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin polis əməkdaşları tərəfindən üzərinə qoyulması, heç vaxt narkotik vasitələr və psixotrop maddələrdən istifadə etməməsi və satmaması məzmununda ifadə verməsi ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Bundan əlavə şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a)şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b)şəxs belə hərəkətləri qanunsuz etməlidir; c)narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nın müvafiq bəndlərinə əsasən metamfetamin psixotrop maddə hesab edilir. Siyahılara əsasən dərman preparatı kimi beynəlxalq adı «Metafetamin» olan maddə psixotrop maddədir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2,0 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs külli miqdarda-33,302 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlayaraq daşımış, psixotrop maddə metamfetamini bir ədəd qara rəngli sellofana bükülmüş halda əynində olan qara rəngli gödəkçənin sağ iç cibində saxlamış, üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sağ iç cibindən aşkar edilib qablaşdırılaraq götürülməsi onun psixotrop maddələrin satışı ilə məşğul olduğunu və onun qeyd edilən kütləni satış məqəsi ilə qanunsuz əldə etdiyini sübut edir. Göstərilən hallar Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə tam əsas verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «X1rşı» iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrində, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində psixotrop maddələrin satışı ilə məşğul olmaması barədə bildirdikləri iş materiallarına uyğun olmadığından və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edilmədiyindən iş üzrə sübut kimi qiymətləndirmir. «X3 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. «Fuşe Fransaya qarşı», «Bulut Avstriyaya qarşı», «Bobek Polşaya qarşı» və «Klimentyev Rusiyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. -bundan əlavə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hədə-qorxu gəldiklərini, üzərindən-cibindən çıxan psixotrop maddə metamfetaminin ona məxsus olduğunu deməyini tələb etdiklərini, polislər tərəfindən zorla üzərinə qoyulduğunu, üzərində şəxsi axtarış keçirilən zaman aparılan videoçəkilişdə dediyi xüsusatları polis əməkdaşları tərəfindən hədələnərək məcbur edildiyi üçün deməsi barədə etirafedici ifadə verməsi barədə göstərdiyi ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqında polis bölməsində hədələrə və psixi zorakılığa məruz qalması ilə bağlı hər-hansı quruma şikayət etmədiyini bildirmişdir. Məhkəmə tərkibi hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq hədəyə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. «İ.H.Avstriyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, irəli sürülən ittihamlar, o cümlədən məhkəmənin məsələ ilə bağlı hansı hüquqi qiymətləndirməni verə biləcəyi haqqında məlumat ya məhkəmə iclasından əvvəl ittiham aktında, ya da ən azı məhkəmə icraatının gedişində ittihamın rəsmi və ya nəzərdə tutulan əlavəsi kimi təqdim edilə bilər. Aydındır ki, məhkəmənin cinayət əməli ilə bağlı ittiham tərəfindən fərqli qənaətə gəlmək ehtimalının olduğuna adi işarə yetərli deyildir. Şahid Samir Əliyevin ifadəsində bildiyi 1-2 fevral 2023-cü il tarixlərdə RPŞ-yə getsələr də Təqsirləndirilən şəxs polis şöbəsində olduğunu deməmələri, 3 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs RPŞ-nin əməkdaşları tərəfindən saxlandığını bildiyi, Təqsirləndirilən şəxs yaşadığı evdə kobud şəkildə axtarış apardıqları, qanunsuz hərəkətlərə yol vermələri barədə bildirdiklərini işin hallarına uyğun olmama, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunmasına hesablanaraq bildirmə kimi qiymətləndirərək həmin ifadəni sübut kimi nəzərə almır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, «şəxsi axtarış və götürmə aparılması haqqında»,«baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə» protokollar, həmin protokollara əlavə edilmiş videoçəklişlər, təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, digər istintaq hərəkəti protokolları, materialların məhkəmə ekspertizasının rəyləri, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış metamfetamin, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli, 1(101)-313/2017 nömrəli hökmündən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 278, 279.1, 281.2 və 283.2.3-cü maddələri təqsirli bilinərək, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 12 (on iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, «Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında» Azərbaycan Respublikası Prezidentinin 16 mart 2019-cu il tarixli, 1049 saylı Sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir. (i.v 214-215). -Cəlilabad şəhər İcra Hakimiyyəti Başçısının Cəlilabad şəhər İƏD-i üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 aprel 2023-ci il tarixli, 5-41/2-5-1871/2023 nömrəli arayış, xasiyyətnamədən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Cəlilabad şəhəri, M.Hadi küçəsi, ev 08-də yaşayır, ailəlidir, ailə tərkibi anasından, arvadından, dörd az yaşlı uşaqlarından- 2011-ci il təvəllüdlü X6, 2013-cü il təvəllüdlü X5, 2019-cu il təvəllüdlü X8 və 2022-ci il təvəllüdlü X4 ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir.(i.v. 199-200) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində az yaşlı uşaqlarının olması Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.5-ci maddəsinin tələblərinə görə xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş sayılır. Qeyd olunanlara əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, baxılan iş üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan ağır cinayəti törətmiş Təqsirləndirilən şəxs əməli əvvəllər xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxs kimi Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələblərinə əsasən cinayətlərin residivini yaradır. Belə ki, Cinayət Məcəlləsinin 18.3.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətlərin xüsusi təhlükəli residivini yaradır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs əməlinin cinayətlərin residivini yaratmasını Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cinayətlərin xüsusi təhlükəli residivinə görə cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən xüsusi təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az ola bilməz. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 31 yanvar 2023-cü il tarixdən hesablanmalı və Cəlilabad Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 4(073)-15/2023 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. «Ambulator məcburi narkoloji tibbi yoxlamanın» 02 fevral 2023-cü il tarixli 122 nömrəli rəyi nəzərə alınaraq Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 60 (altmış) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. İttiham aktında yazılmış istintaq zamanı məhkəmə-linqvistik və dinşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 200 (iki yüz) manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs həmin halla bağlı ittiham elan edilmədiyindən ona aid edilməməlidir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 33,252 qram təşkil edən psixotrop maddə olan metamfetamin məhv edilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 31 yanvar 2023-cü il tarixdən hesablansın. Cəlilabad Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 4(073)-15/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs toksikomaniyadan (narkomaniya) məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 33,252 qram təşkil edən psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-52/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-52/2024
05.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver