Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-520/2023 26.07.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), X6 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respubilikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət X2 prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və müdafiəçi Şirvan Rügional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1989-cu ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, subay, məhkum olunmamış, fərdi əməklə məşğul olan, tutulana qədər Şirvan şəhəri, H.Əliyev prospekti ev 1-də qeydiyyatda olmaqla Müdafiə Sənayesi Nazirliyinin nəzdindəki yataqxanada yaşamış, barəsində Şirvan Şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayət Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 20 oktyabr 2022-ci il tarixdə saat 15:30 radələrində Şirvan şəhəri, Naxçıvan küçəsində əvvəldən tanıdığı qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunun ona qarşı nalayiq ifadələr işlətməsindən hiddətlənərək baş və yumruğu ilə onun baş və sifət nahiyyəsinə çoxsaylı zərbələr endirərək Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, baş beyinin əzilməsi, baş beyin maddəsinə qansızma, sol paraorbital nahiyədə qançır, sol gözaltı nahiyədə şişkinlik, sol gözün ağlı qişasında qansızma, sol göz yarığının daralması, burun sümüklərinin qəlpəli, açıq, yerdəyişən, sağ haymor boşluğunun üst divarının qəlpəli, basılmış sınıqları, burunüstü nahiyədə əzilmiş-cırılmış yara kimi həyat üçün həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onunla qonşuluqda yaşayır. Telmanla əvvəllər də münasibətləri pis olmuşdur. 20 oktyabr 2022-ci il tarixdə təxminən saat 15 radələrində gələn maşını qarşılamaq üşün yaşadığı evdən çıxmışdır. Küçədə Telmanla qarşılaşmışdır. Telman onu görəndə dilinin altında nə isə deyib deyinmiş, sonra da ona yaxınlaşarkən onun var yoxuna söymüşdür. O da əvvəlcə əlində olan telefonu Telmana atmış, sonra da onun üz nahiyyəsindən kəlləsi ilə vurmuşdur. Həmin vaxt atası Rahil idarə etdiyi avtomobillə oraya gəlib onları ayırmaq istəyərkən Telman atasına təpik atmışdır. Həmin vaxt Telman ona şərəfsiz deyib, əlində olan çanta ilə onu vurmuş, o da təpiklə Telmanı vurmuşdur. Telmanın üzü qan içində olduğundan o əynindəki maykanı çıxarıb Telmanın üzünə basmışdır. Sonra da o atası ilə avtomobilə minib oradan getmişdir. O ifadəsinə əlavə olaraq göstərmişdir ki, Telmanla əvvəllər aralarında kiminsə avtomobilinin qonşunun həyətində saxlaması ilə əlaqədar mübahisələri olmamışdır. Lakin bir dəfə o hüzr məclisi üçün Telmandan qab-qacaq istəmiş Telman isə qab-qacaq vermədiyinə görə aralarında narazılıq yaranmışdır. Hadisə vaxtı Telmana xəsarətləri o, yetirmişdir. Telmanı vurduğuna görə peşmandır. Lakin ona ağır xəsarət yetirməmişdir. Məhkəmədə təqsirləndirillən şəxs Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi, özünün ifadəsindən başqa dindirilimiş zərərçəkmiş şəxs və şahidlərinin ifadələri, istintaq hərəkəti protokolları, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, sənədlər və işin faktiki halları ilə ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, əvvəllər Tural ona Səkinə adlı qadının həyətində avtomobilin niyə dayandığını soruşmuş, o da kim-kimə qonaq gəlməsi barədə heç nə deyə bilmədiyini demişdir. Sonra da Tural xeyir şər etmək üçün dövlət və Şirvan icması tərəfindən verilən qab-qacaqdan istəmiş, o isə vermədiyindən aralarında narazılıq yaranmışdır. 20 oktyabr 2022-ci il tarixdə təxminən saat 15 radələrində işlədiyi X4 idarəsindən yaşadığı evə gedərkən Tural onu saxlayıb niyə onu söydüyünü deyib, onunla mübahisə etmiş, sonra da onlar tutaşmışlar. Tural başı ilə onun burun nahiyyəsinə vurmuş, həmin vaxt Turalın atası Rahildə idarə etdiyi avtomobillə oraya gəlmiş, avtomobillə onu divara sıxmış, Tural başı ilə, Rahil isə təpiklə onu döymüşlər. Sonra da onu ölmüş bilib hadisə yerindən getmişlər. Həmin vaxt o huşunu itirmiş, ayılarkən tamamilə qan içərisində olduğunu görmüş, çox çətinliklə durub evinə getmiş, orada arvadı Tamilla təcili yardım çağıraraq onu xəstəxanaya aparmışlar. Hadisə nəticəsində onun burnu sınmış, üzündən xəsarətlər almışdır. O ifadəsinə əlavə olaraq göstərmişdir ki, o Turala şərəfsiz deməmiş, onu vurmamışdır. Ona xəsarətləri Tural yetirmişdir. O Turalla barışmamışdır. Ona qanunda nəzərdə tutulan cəza təyin edilməsinni xahiş edir. Dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Zərərçəkmiş şəxs isə onunla qonşuluqda yaşayır, Telmanla əvvəllər ədavətləri olmuşdur. 20 oktyabr 2022-ci il tarixdə təxminən saat 15 radələrində idarə etdiyi VAZ 2107 markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobillə evinə gedərkən, Naxçıvan küçəsində Telmanla oğlu Turalın bir-biri ilə yaxalaşdığını görüb, o avtomobildən düşüb, onları ayırmağa çalışmış, Telmanın burnundan qan axdığını həm də Turalın da sifətinin qanlı olduğunu görmüşdür. O Telmanın qollarından tutub Turaldan ayırarkən, Telman yerə yıxılmış və o ayağa qalxıb Turala şərəfsiz demiş, Tural həmin vaxt ayağı ilə Telmanı vurmuş, Telman yerə yıxılmışdır. Sonra da Tural əynində olan köynəyini çıxarıb Telmanın burnuna tutub qanı dayandırmağa çalışmışdır. O Turalla birlikdə Telmanı ayağa qaldıraraq, yerə düşmüş çantasını ona vermişlər. Telman isə əlindəki çantanı Turalın başına vurub “şərəfsiz” demişdir. Tural təpiklə Telmanın sinəsindən bir dəfə vurmuş, Telman yerə yıxılmışdır. Sonra da o Turalı avtomobilinə əyləşdiriib evinə aparmışdır. Dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 20 oktyabr 2022-ci il tarixdə axşamüstü həyətlərində olarkən Telmanın yavaş-yavaş piyada gəldiyini görüb, onu avtomobil vurduğunu guman etmişdir. Telman ona yaxınlaşanda onun başının sol tərəfində qan olduğunu görmüş o, Telmanın yanına gedənə qədər Telman hamama keçmiş, oğlu Ravil Telmandan nə olduğunu soruşduqda o Turalla Rahilin onu küçədə döydüklərini demişdir. Sonra da onlar təcili tibbi yardım çağıraraq onu xəstəxanaya aparmışlar. Dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 20 oktyabr 2022-ci il tarixdə camaatdan Telmanın söyüş söyməsi səbəbindən Turalın Telmanı döyməsini eşitmişdir. Telman dəfələrlə qonşuları heç bir səbəb olmadan nalayiq söyüşlərlə söyüb təhqir etmişdir. Komendant kimi işlədiyi dövrdə camaatla normal münasibət saxlamamışdır. O, dəfələrlə Telmanın Turala nalayiq söyüşlər söyməsinin şahidi olmuşdur. Dindirilmiş şahidlər Şahid4 və X3 ifadələrində Telmanın Turala söyüş söyməsi səbəbindən Turalın Telmanı vurmasını eşitdiklərini bildirmişlər. Cinayət işinin materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Şirvan şəhəri, Naxçıvan küçəsidir. Cinayət işinin materiallarında olan ifadənin yerində yoxlanılması haqqında istintaq hərəkəti protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılarkən o ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani göstərməklə bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan ifadənin yerində yoxlanılması haqqında istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani göstərməklə bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan üzləşdirmədə dindirmə istintaq hərəkəti protokolundan görünür ki, keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 08 dekabr 2022-ci il tarixli, 651 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 31 oktyabr 2022-ci il tarixli, 613 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər – qapalı kəllə beyin travması, baş beyinin əzilməsi, baş beyin maddəsinə qansızma, sol paraorbital nahiyədə qançır, sol gözaltı nahiyədə şişkinlik, sol gözün ağlı qişasında qansızma, sol göz yarığının daralması, burun sümüklərinin qəlpəli, açıq, yerdəyişən, sağ haymor boşluğunun üst divarının qəlpəli, basılmış sınıqları, burunüstü nahiyədə əzilmiş-cırılmış yara küt əşyanın (əşyaların) zərbəvi təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 20 oktyabr 2022-ci il tarixdə kənar şəxs (şəxslər) tərəfindən yetirilə bilərdi. Qeyd olunan xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmədə tədqiq edilmiş təkrar məhkəmə-tibbi ekspertizasının 13 aprel 2023-cü il tarixli, T201/2023 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs qapalı kəlləbeyin travması, baş beyinin əzilməsi, baş beyin maddəsinə qansızma, sol paraorbital nahiyənin qançırı və sol gözaltı nahiyənin şişkinliyi fonunda sol gözün ağlı qişasına qansızma, sol göz yarığının daralması, burunüstü nahiyənin əzilmiş-cırılmış yarası ilə müşayiət edilən burun sümüklərinin qəlpəli, açıq, yerdəyişən, sağ haymor boşluğunun üst divarının qəlpəli, basılmış sınıqları, boşluğa qan və hava qabarcıqları yığılma sağ retrobulbar sahədə hava qabarcıqları, almacıq nahiyəsində dəri altı hematoma olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmiş, kənar şəxs tərəfindən bədən hissələri ilə həmin nahiyələrə zərblə vurulması nəticəsində qərarda göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Qeyd edilən xəsarətlərlə əlaqədar Zərərçəkmiş şəxs hər-hansı bədən orqanı öz funksiyasını itirməmişdir. Zərərçəkmiş şəxs adına tərtib edilmiş 31 oktyabr 2022-ci il tarixli 613 saylı rəyin nəticə hissəsi təsviri hissəyə uyğun tərtib edilmişdir. Məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 06 fevral 2023-cü il tarixli, 276 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əvvəllər hər hansı psxi xəstəlik keçirməsi barədə məlumat yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs yalan danışmağa və özündən qondarma fikirlər söyləməyə patoloji meyl qeyd olunmur. Bununla yanaşı Təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədi ilə bilərəkdən yalan danışması və yaxud hadisələri təhrif etməsi mümkündür. İşdə olan «Şirvan şəhər mərkəzi xəstəxanası» publik hüquqi şəxsin 25 noyabr 2022-ci il tarixli, 1213 nömrəli məktubunda görünür ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər Mərkəzi Xəstəxanasının ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o Zərərçəkmiş şəxslə şəxsi münasibətlər zəmnində mübahisə edib dalaşaraq onu döymüşdür. Ona görə əməlindən peşmandır. Lakin ona ağır xəsarət yetirməmişdir. Məhkəmə onun bu ifadəsini özünü ağır ittihamdan müdafiə etmək məqsədi daşıyan ifadə olmaqla, məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən, habelə məhkəmədə dindirilmiş zərəçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, məhkəmədə tədqiq edilmiş onun zərərçəkmiş şəxsə yetirdiyi xəsarətin ağır xəsarət olması barədə məhkəmə-tibbi ekspertizasının 31 oktyabr 2022-ci il tarixli, 613 nömrəli rəyi və təkrar məhkəmə-tibbi ekspertizasının 13 aprel 2023-cü il tarixli, T201/2023 nömrəli rəyi ilə tamamilə təkzib edildiyindən həmin hissədə ifadəsinə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CMnin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 1989-cu ildə Şirvan (əvvəlki Əli-Bayramlı) şəhərində doğulmuşdur. Şirvan şəhəri, H.Əliyev prospekti ev 1-də qeydiyyatda olmaqla, Müdafiə Sənayesi Nazirliyinin nəzdindəki yataqxanada yaşamışdır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İşdə olan Şirvan Şəhər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən həbs müddətinin başlanğıcı 16 noyabr 2022ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Daxili İşlər Nazirliyinin Baş əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində cəza yətin edilərkən aşağıdakılar nəzərə alınmalıdır. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanın təyin etmənin ümumi əsaslarını təsbit edən CM-nin 58.3-ci maddəsində cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə CM-nin 61-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixi qərarının 2ci hissəsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə yuxarıda qeyd edilən qanunun tələblərini və Ali Məhkəmə Plenumunun tövsiyələrini rəhbər tutaraq təqsirləndirilən şəxsin şəxsiyyətini, onun törətdiyi cinayətinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı ağırlaşdıran hallar olmamaqla yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan orta həddə cəza təyin edilməsi mümkündür. CM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin başlanğıcı o tutulduğu vaxtdan yəni, 16 noyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirlməməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44, 51-2, 346, 351- 353, 356-358,383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 16 noyabr 2022-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-520/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-520/2023
26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver