Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-520/2025 12.12.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Nuriyev Xamməd Abış oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi-X26, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslərin hüquqi varisləri X12, X13, X14, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1992-ci ildə Kürdəmir rayonu, Cəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Cəyli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 18 iyun 2024-cü il tarixdə, saat 17 radələrində idarə etdiyi “Mersedes Benz C 230” markalı, ** DS *** qeydiyyat nişanlı avtomobili ilə Kürdəmir rayonu, Cəyli kəndi ərazisində Ağsu-Kürdəmir-İmişli avtomobil yoluna tərəf hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmaqla, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq idarəetməni itirməsi nəticədə avtomobil yoldan sağ tərəfə çıxaraq aşmış, avtomobildə olan sərnişinlər X2 açıq kəllə beyin travması, baş beynin diffuz travması, sağ gicgah sümüyünün sınığı, sağ gicgah nahiyyəsində əzilmiş-cırılmış yara, alın-burunüstü nahiyədə sıyrıqlarla müşayiət olunan ağırlıq dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran xəsarətlər alaraq, aldığı xəsarətlərdən baş vermiş travmatik şok nəticəsində hadisə yerində ölməsinə, X1 V, Vİ, Vİİ, Vİİİ, sol Vİ, Vİİ qabırğaların sınıqları, ağ ciyərin hər iki payının cırılması, alnın əzilmiş-cırılmış yarası, bədən səthinin sıyrıqları ilə müşayiət olunan ağırlıq dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran xəsarətlər alaraq, aldığı xəsarətlərdən ikincili residivləşmiş qanaxma və travmatik şok nəticəsində hadisə yerində ölməsinə və X3 baş beynin diffuz travması, sağ gicgah sümüyünün sınığı, baş beyin maddəsinə qansızma ilə, sağ gicgah əzələsində hematoma, bədən səthində çoxsaylı əzilmiş-cırılmış yaralar və sıyrıqlarla müşayiət olunan ağırlıq dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran xəsarətlər alaraq, aldığı xəsarətlərdən baş vermiş travmatik şok nəticəsində həmin tarixdə “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” X34 ölməsinə, yəni yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, avtoqəza nəticəsində avtomobilində rəhmətə gedənlərin hamısı yaxınları olmuş, Ceyhun Xanəliyev dayısı oğlu, Toğrul Xanəliyev sinif yoldaşı, həm də Toğrulun atası ilə anası əmi qızı əmi oğlu, Süleyman Əhmədov isə dayısı oğlu Ceyhunun bacanağı olmuşdur. Hadisə Toğrul ilə birlikdə Ceyhun və Süleymanı rayon mərkəzinə tərəf aparan zaman baş vermişdir. Hadisənin necə baş verməsini xatırlamamışdır. Xəstəxanaya gedən zaman təcili tibbi yardım maşınında ayılmışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Toğrul onun yanında əyləşmiş, digərlərinin avtomobildə harada necə oturduqlarını xatırlamamış, kəndin içi ilə hərəkətdə olmuş, avtomobilin surəti saatda 50-40 km olmuşdur. Avtomobilin necə aşdığını xatırlamamış, avtomobilində rəhmətə gedənlərin heç biri ilə şəxsi ədavəti olmamış, onlar onun yaxınları olmuşlar. Hadisə baş verməmişdən əvvəl Cəyirli kəndindən qayıtmışdır. Cəyirli kəndində yaşamamış, Sumqayıt şəhərində yaşamış, “Qurban bayramı” ilə əlaqədar olaraq kəndə getmişdir. Bir-iki gün yuxusuz və yorğun olmuşdur. Hadisə baş verməmişdən qabaq Ceyhunla Süleyman onun yanında olmamış, onlar rayondan kəndə hansısa məclisə gəlmişlər. Hadisə baş verən kənddə böyümüş, yolları yaxşı tanımışdır. Hadisə baş verən zaman səs eşitmiş, başqa heç nəyi xatırlamamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, himayəsində iki az yaşlı uşaqlarının olmasını, ailəsinin yeganə qazanc gətirən şəxsi olmasını, zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışmasını bildirərək məhkəmə tərkibindən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X12 ifadəsində bildirmişdir ki, hadisə baş verən günü bacısı Sevinc onlara gələrək Ceyhunla Süleymana zəng etdiyini, telefona cavab vermədiklərini bildirmişdir. Bacısına onların telefona cavab verməmələrinin mümkün olmadığını, 5-10 dəqiqə bundan qabaq Süleymanla danışdığını, toyda olduqlarını və toy sahibi Xəyal ilə oturduqlarını bildirmişdir. Bacısı toy olan tərəfə təcili tibbi yardım avtomobilinin getdiyini bildirmişdir. Yoldaşı telefon zənglərinə tez cavab verən olmuşdur. Daha sonra yoldaşının telefonuna zəng etmiş, telefona başqa bir adam cavab vermiş, həmin şəxsdən yoldaşını soruşduqda həmin şəxs “mən sizə nə deyim, olanlar olub” sözlərini demişdir. Bacısı ilə birlikdə xəstəxanaya getmiş, hadisə barədə bilmişlər. Təqsirləndirilən şəxsla barışmış, ondan heç bir tələb və şikayəti olmamış, Əflatun barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X13 ifadəsində bildirmişdir ki, rəhmətə gedən Ceyhun Xanalıyev həyat yoldaşı olmuşdur. Hadisə baş verən günü evdə olduğu zaman günorta saat 14:00 radələrində əri ilə telefonda danışanda əri ona “hazırlaş atam gəlib səni götürəcək kəndə toya aparacaq” sözünü demişdir. Toya getmək üçün əvvəl salona getmiş, salona yaxınlaşan zaman bədəninə istilik gəlmiş həmin vaxt o, salona girməmişdir. Əri Ceyhuna zəng etmiş, Ceyhun telefona cavab verməmiş, daha sonra yeznəsi Süleymanı yığmış, Süleyman da telefona cavab verməmişdir. Dərhal ordan çıxıb bacısıgilə gəlmiş, həmin gün bacısının evlilik il dönümü olduğu üçün onlar da hazırlaşıb harasa gedəcəkmişlər. Bacısına Ceyhun və Süleymanın telefonlara cavab vermədiklərini demiş, yoldaşı Ceyhun əvvəllər ona “sənə zəng edən də cavab ver, mən də sən zəng edəndə telefona cavab verəcəm” sözlərini demişdir. Onlar bir-birilərinə zəng edəndə nə olursa olsun cavab verirmişlər. Bacısına Süleymanın telefona nə üçün cavab vermədiyini bilmədiyini, lakin Ceyhunun isə telefona cavab verməli olduğunu bildirmişdir. Bacısı ona “qaraçılıq eləmə Süleymanla danışmışam, ola bilər hardasa oturub yeyib-içirlər” sözlərini demişdir. Bacısı əri Süleymanın telefonuna zəng etmiş, həmin vaxt Süleymanın telefonuna cavab verilmiş, bacısı telefona cavab verən şəxsdən kim olduğunu soruşduqda, telefona cavab verən şəxs bacısından Süleymanın nəyi olduğunu soruşmuş, bacısı Süleymanın arvadı olduğunu bildirmişdir. Bacısından telefonu alıb həmin şəxsin kimliyini soruşmuş, cavab verən şəxs kənddə toy edən şəxsin qardaşı olmuşdur. Həmin şəxsdən Ceyhunla Süleymanın harada olduğunu soruşduqda o, onların yüngül avtoqəza keçirdiklərini bildirmişdir. Rayon Mərkəzi Xəstəxanasında işlədiyi üçün iş yoldaşlarına zəng etmiş, iş yoldaşı ona “bura gələn üzü saqqalı adamdır, sizinkilər deyil” sözlərini demişdir. Bacısı Şəhanəyə xəstəxanaya getməyi demiş, xəstəxanaya girən zaman morq olan yerə baxmış, fikirləşmişdir ki, orada polis əməkdaşı dayanmayıbsa demək morqda heç kim yoxdur, salamatçılıqdır. Xəstəxanadan içəri girən zaman Ceyhunun dayısı arvadının ağladığını görmüş, ondan nə olduğunu soruşduqda “bizimkilər oradadır” sözünü demişdir. Həmin vaxt qohumlarından heç kim xəstəxanada olmamış, bacısı və özü orada olmuşdur. Daha sonra qaynatasına zəng edib hadisə barədə məlumat vermişdir. Daha sonra Təqsirləndirilən şəxs yanına getmiş, Ceyhungilin harada olduğunu soruşmuş, həmin vaxt Əflatun özündə olmamışdır. Təcili tibbi yardım avtomobilinin sürücüsü ona yaxınlaşıb “neçə illərdi burada işləyirsən, hər şeyi yaxşı bilirsən, gəl gedək ölünə sahib çıx, yoldaşın rəhmətə gedib” sözlərini demişdir. Daha sonra olanları xatırlamamışdır. Özü də xəstədir, övladı onkoloji xəstədir. Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, Ceyhun onu məcburi harasa aparmışdır. Belə bir hal ola bilməz. Əflatun heç vaxt Ceyhunun ölməsini, onun balalarının yetim qalmasını istəməzdi, onların münasibətləri həmişə yaxşı olmuşdur. Əflatunla barışmış, ondan heç bir tələb və şikayətim yoxdur. Əflatunun barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində bildirmişdir ki, hadisə baş verən günü evdə olduğu zaman oğlunun avtoqəza keçirməsini eşitmişdir. Hadisə yerinə çatan zaman oğlunun öldüyünü görmüşdür. Həmin vaxt oğlunun meyidi asfaltda olmuş, başı partlamış və qolu qırılmış vəziyyətdə olmuşdur. Hadisə yerində infakt keçirmişdir. Saatda 50 km surətlə gedən avtomobildə adam ölməyi mümkün deyildir. Təqsirləndirilən şəxs şikayətçidir, bir oğlu olmuş, o da ölmüşdür. Verilən suallara cavab olaraq zərərçəkmiş şəxsin hüquqi varisi Hikmət Xanalıyev bildirmişdir ki, Təqsirləndirilən şəxs oğlu ilə düşmənçiliyi olmamış, münasibətləri yaxşı olmuşdur. Dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, 18 iyun 2024-cü il tarixdə saat 17:00 radələrində xidmətdə olarkən Kürdəmir rayonu, Cəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat alaraq Kürdəmir rayonu, Cəyli kəndinə getmişdir. Cəyli kəndindən Ağsu-Kürdəmir-İmişli avtomobil yoluna tərəf gedən avtomobil yolunda “Mersedes Benz C230” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin yoldan boş torpaq sahəsinə çıxaraq aşmış vəziyyətdə olmasını, ətrafda isə iki nəfər şəxsin meyitlərinin, iki nəfər şəxsin isə yaralı halda olmasını görmüş, dərhal polis şöbəsinə və təcili yardıma zəng vuraraq məlumat vermişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin hüquqi varislərinin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq materiallarından, yəni; -“cinayət ili başlaması və icraata qəbul etmək haqqında” 18 iyun 2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Kürdəmir rayonu Cəyli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs məxsus “Mersedes Benz C230” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Kürdədmir rayonu, Cəyli kəndi ərazisində hərəkətdə olduğu zaman yoldan çıxaraq boş əraziyə aşmış, nəticədə həmin vaxt avtomobildə olan şəxslər Kürdəmir rayonu, Cəyli kəndində qeydiyyatda olmaqla yaşamış X8 və X15 hadisə yerində, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X3 isə sonradan Kürdəmir RMX-da ölmələri faktı ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır.(i.v.1) -“yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 18 iyun 2025-ci il tarixli protokoldan, protokola əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, 18 iyun 2024-cü il tarixdə, saat 17 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes Benz C230” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən öz hərəkət zolağında yoldan çıxaraq aşmışdır. Yolun hərəkət hissəsi asfaltbeton, düz olmaqla hadisə zamanı quru olmuşdur, hadisə gündüz, aydın havada baş vermişdir, yol işıqlandırılmır, yol örtüyünün eni 3.5 metrdir, yolda qarşı-qarşıya nəqliyyat axını ayırmaq üçün 1.1 uzununa nişanlama xətti vardır, yolun hərəkət hissəsinin ümumi eni 7 metrdir, yolun sağında və solunda olan yol çiyinləri 1.5 metrdir, “Mersedes Benz” minik markalı 90- DS-875 dövlət qeydiyyat nişanlı minik avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuşdur.(i.v.8-15) -“maddi sübut kimi tanınmaq haqqında” 20 iyun 2024-cü il tarixli qərardan görünür ki, “Mersedes Benz C230” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil işin hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmış və Kürdəmir RPŞ-nin DYPB-nin cərimə meydançasında saxlanılmışdır.(i.v.35) -“ölmüş zərərçəmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında” 05 iyul 2024-cü il tarixli qərardan görünür ki, X12 ölmüş zərərçəkmiş şəxs X3 hüquqi varisi qismində tanınmışdır.(i.v.45) -“ölmüş zərərçəmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında” 05 iyul 2024-cü il tarixli qərardan görünür ki, X13 ölmüş zərərçəkmiş şəxs X2 hüquqi varisi qismində tanınmışdır.(i.v.57) -“ölmüş zərərçəmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında” 16 iyul 2024-cü il tarixli qərardan görünür ki, X9 ölmüş zərərçəkmiş şəxs X5 hüquqi varisi qismində tanınmışdır.(i.v.71) -“məhkəmə-tibbi ekspertizası”nın 16 iyul 2024-cü il tarixli, 21 nömrəli rəyindən görünür ki, X3 meyitinin xarici və daxili müayinəsi zamanı aşkar olunan xəsarətlər-baş beynin diffuz travması, sağ gicgah sümüyünün sınığı, baş beyin maddəsinə qansızma ilə, sağ gicgah əzələsində hematoma, bədən səthində çoxsaylı əzilmiş-cırılmış yaralar və sıyrıqlar - küt əşya zərbəvi təsirindən törənmiş, həyatidir, qərarın təsviri hissəsində göstərilən 18 iyun 2024-cü il tarixdə hərəkətdə olan minik avtomobilinin aşması nəticəsində əmələ gələ bilərdi və ağırlıq dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid edilmişdir. X21 ölümünə səbəb yuxarıda qeyd olunan xəsarətlər nəticəsində baş vermiş travmatik şok olmuşdur. İlkin meyit əlamətlərinə inkişaf dərəcəsinə əsasən ölüm meyit müayinə olunandan 2-4 saat əvvəl baş vermişdir. X31 ölümündən az əvvəl spirtli içki qəbul etmiş, qanda etil spirtinin qatılığı 2.1 promilli olmuşdur ki, bu da canlı şəxslərdə orta dərəcəli sərxoşluq kimi qiymətləndirilir. Narkotik vasitələr aşkar edilməmişdir. Bu da onun meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatının nəticələri ilə sübut olunmuşdur.(i.v.80-83) -“məhkəmə-tibbi ekspertizası”nın 16 iyul 2024-cü il tarixli, 22 nömrəli rəyindən görünür ki, X6 meyitinin xarici və daxili müayinəsi zamanı aşkar olunan xəsarətlər-sağ V, Vİ, Vİİ, Vİİİ, sol Vİ, Vİİ qabırqaların sınıqları, ağ ciyərin hər iki payının cırılması, alının əzilmiş-cırılmış yarası, bədən səthinin sıyrıqları - küt əşyanın zərbəvi təsirindən törənmiş, həyatidir, qərarın təsviri hissəsində göstərilən 18 iyun 2024-cü il tarixdə hərəkətdə olan minik avtomobilinin aşması nəticəsində əmələ gələ bilərdi və ağırlıq dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilmişdir. X22 ölümünə səbəb yuxarıda qeyd olunan xəsarətlər nəticəsində baş vermiş ikincili residivləşmiş qanaxma və travmatik şok olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən ölüm meyit müayinə olunandan 2-4 saat əvvəl baş vermişdir. X32 ölümündən az əvvəl spirtli içki və narkotik vasitələr qəbul etməmişdir, bu da onun meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatının nəticələri ilə sübut olunmuşdur. X22 meyiti üzərində yol-nəqliyyat travması ilə əlaqəsi olmayan digər xəsarət aşkar olunmamışdır.(i.v.84-87) -“məhkəmə-tibbi ekspertizası”nın 16 iyul 2024-cü il tarixli, 23 nömrəli rəyindən görünür ki, X4 meyitinin xarici və daxili müayinəsi zamanı aşkar olunan xəsarətlər-açıq kəllə beyin travması, baş beynin diffuz travması, sağ gicgah sümüyünün sınığı, sağ gicgah nahiyyəsində əzilmiş-cırılmış yara, alın-burunüstü nahiyədə sıyrıqlar - küt əşya zərbəvi təsirindən törənmiş, həyatidir, qərarın təsviri hissəsində göstərilən 18 iyun 2024-cü il tarixdə hərəkətdə olan minik avtomobilinin aşması nəticəsində əmələ gələ bilərdi və ağırlıq dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aid edilmişdir. X24 ölümünə səbəb yuxarıda qeyd olunan xəsarətlər nəticəsində baş vermiş travmatik şok olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən ölüm meyit müayinə olunandan 2-4 saat əvvəl baş vermişdir. X24 meyitindən götürülmüş qanda etil spirti və narkotik maddələr aşkar edilməmişdir. X24 bədən səthində yol-nəqliyyat travmasından başqa digər xəsarət aşkar olunmamışdır.(i.v.88-91) -“məhkəmə-kimyəvi ekspertizası”nın 17 iyul 2024-cü il tarixli, 3170 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtlləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1.4, benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir.(i.v.92-95) -“Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” X36 tərəfindən verilmiş 18 iyul 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs PHŞ-in Poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında yoxdur.(i.v.96) -Kürdəmir RPŞ-i tərindən verilmiş 04 avqust 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt RQİTBŞ-i tərəfindən 27 yanvar 2022-cü il tarixdə 10 illik müddətində verilmiş “BC” kateqoriyalı BD 071221 nömrəli sürücülük vəsiqəsi vardır, qüvvədədir, məhdudlaşdırılmamışdır. Kürdəmir rayonu, Cəyli kəndi ərazisində nəzarət müşahidə kameraları olmamışdır.(i.v.101) -“cinayət işi üzrə icraatın dayandırılması haqqında” 15 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə “məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası” təyin edilmiş, lakin müvafiq rəy almaq mümkün olmadığından, eyni zamanda cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsləri müəyyən etmək mümkün olmadığından cinayət işi üzrə icraat dayandırlmışdır.(i.v.112) -“məhkəmə-tibb ekspertizası”nın 11 oktyabr 2024-cü il tarixli, 360 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər- sol baldır sümüklərinin orta aşağı 1/3-nin açıq yerdəyişmiş sınığı, sol körpücük sümüyünün sınığı, döş qəfəsinin ön səthində çapıq toxuması, sol bazunun iç səthində çapıq toxuması. Göstərilən xəsarətlər küt əşya təsirindən törənmişdirlər, qərarda göstərlən 18 iyun 2024-cü il tarixdə avtomobil qəzası zamanı sükan arxasında əyləşən sürücüdə əmələ gəlməyə uyğundur. Qeyd olunan xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmya aiddir.(i.v.114-116) -“məhkəmə yol-nəqliyyat hadisələri üzrə ekspertizası”nın 29 noyabr 2024-cü il tarixli, 8/2772 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mersedes Benz C230” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.(i.v.117-120) -“cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” 30 dekabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilmişdir.(i.v.121) -“təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 30 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.(i.v.123) -“cinayət işi üzrə icraatın dayandırılması haqqında” 01 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasının nəticəsinə əsasən avtomobil qəzası zamanı almış olduğu xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olan xəsarətlər olduğundan Cinayət Məcəlləsinin 53.1.4 və 53.3.4-cü maddələrinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır.(i.v.125-126) -“cinayət işi üzrə icraatın dayandırılması barədə qərarın ləğv edilməsi haqqında” Kürdəmir rayon prokurorluğunun 22 sentyabr 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işi üzrə icraatın dayandırılması haqqında Kürdəmir RPŞ-nin istintaq bölməsinin baş müstəntiqi polis mayoru Fuad Babayevin 01 yanvar 2025-ci il tarixli qərarı əsassız olduğundan ləğv edilmişdir.(i.v.129-130) -“təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 27 sentyabr 025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməməmk haqqında iltizam qətimkan tədbiri seçilmişdir.(i.v.157-158) Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslərin hüquqi varisləri X7, X13 və X12 ayrıayrılıqda məhkəməyə notariat qaydada təsdiq olunmuş, eləsə də özləri tərəfindən yazılmış ərizələrini təqdim edərək Təqsirləndirilən şəxsla barışdıqlarını, onlara dəymiş ziyanın ödənildiyini, ona qarşı şikayət, tələb və mülki iddialarının olmadığını, gələcəkdə də olmayacağını və Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişlər. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün heç bir dəlil irəli sürməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən-hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən-hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayət-Prosessual Məcəlləsinin 139.0-cı maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə tərkibi hesab etmişdir ki, Cinayət- Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olubolmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olub-olmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur. Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin dispozisiyasına görə, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda, həmin şəxsin bu maddə ilə nəzərdə tutulmuş eyni əməlləri törətməsi ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda isə Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalarla cəzalandırılmasına səbəb olur. Göründüyü kimi, şəxsin Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün aşağıdakı halların sübutlar əsasında müəyyən edilməsi tələb olunur: belə şəxsin yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması, onun göstərilən əməli törətməsinin ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olması. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz C230” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Kürdəmir rayonu, Cəyli kəndi ərazisində Ağsu-Kürdəmir-İmişli avtomobil yoluna tərəf hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmaqla, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli olduğu halda bunlara riayət etməyib, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq idarətməni itirmiş, nəticədə avtomobil yoldan sağ tərəfə çıxaraq aşmış, sərnişinlər X8 və X5 hadisə yerində ölmələrinə, X3 isə Kürdəmir RMX-da ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhz bu əməlləri törətdiyinə görə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsini 263.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və göründüyü kimi, yuxarıda göstərilən dispozitiv əlamətin hamısı ona qarşı irəli sürülmüş ittihamda öz əksini tapmışdır. Məhkəmə tərkibi bildirir ki, sürücü Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respubikası Qanununun tələblərinə uyğun formada idarə etməli, həmin Qanunun 36-cı maddəsinin, 1-ci hissəsinin 3-cü bəndində qeyd edilmiş yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdır tələblərini pozmuşdur. “X16 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Fuşe Fransaya qarşı”, “Bulut Avstriyaya qarşı”, “Bobek Polşaya qarşı” və Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclasında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, ifadə verən şahidə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Dindirilmiş zərərçəkmiş şəxslərin hüquqi varisləri X12, X13 və X10 ifadələrində Təqsirləndirilən şəxs heç bir şikayət, tələb və iddiaları olmadıqlarını, Təqsirləndirilən şəxsla barışdıqlarını, onun barəsində həbslə əlaqədar olmayan cəza verilməsini bildirmişlər və müvafiq ərizə vermişlər. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə tədqiq olunmuş sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, verilmiş ittiham üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Məhkəmə tərkibi təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında 24 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.(i.v.97) -Kürəmir Rayon İcra Hakimiyyəti başçısının Cəyli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 04 oktyabr 2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvüləri ilə birlikdə Kürdəmir rayonu, Cəyli kəndində yaşayır, himayəsində 30 avqust 2016-cı il təvəllüdlü Duyğu Umudova və 15 may 2021-ci il təvəllüdlü Nəfəs Umudova adlı qızları vardır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur.(i.v.162-163) Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə etməsi (Cinayət Məcəlləsinin 59.1.12-cü maddəsi), cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi (Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsi), şəxsiyyətini, yaşayış yerində müsbət xarakterizə olmasını, ilk məhkumluğunu, əməlini etiraf etməsini, ailə, maddi və sosial vəziyyətini, ailənin tək qazanc gətirəni olmasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını, zərəçəkmiş şəxslər hüquqi varislərinin onun barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmələrini yüngülləşdirici hallar kimi nəzərə alır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, ağır xəstə olmasını, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini, eləcə də, cinayət məsuliyyətindən yayınmamasına dəlalət edən və əməlin ictimai təhlükəliliyini azaldan hallar kimi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Cinayət Məcəlləsinin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömərəli qərarının 21-cü bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması Cinayət Məcəlləsinin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə Cinayət Məcəlləsinin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə tərkibi cəza təyin edən zaman Təqsirləndirilən şəxs hadisə nəticəsində sol baldır sümüklərinin orta aşağı 1/3-nin açıq yerdəyişmiş sınığı, sol körpücük sümüyünün sınığı, döş qəfəsinin ön səthində çapıq toxuması, sol bazunun iç səthində çapıq toxuması həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmya aid xəsarətləri alması da nəzərə alır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Cinayət-Prosessual Məcəlləsinin 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən (ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün) məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqeyinə əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan törədilən-Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətə görə təyin olunacaq əsas cəzanın-azadlıqdan məhrum etmənin müddəti 5 ildən artıq olmadığından, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 30 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan elan edilmişdir. “Qətimkan tədbiri seçmək haqqında” 27 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömərəli qərarının 22-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli-hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, həbelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əsli götürülməli, cinayət işinə əlavə edilməli və ittiham hökmü qanuni qüvvəyə minənəndək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 263, 263-1, 264 və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması və ya yetkinlik yaşına çatmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə, nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq edilməsi Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəzanın (azadlıqdan məhrum etmə, islah işləri və ya cərimə cəzasının) təyin edilməsindən asılı olmayaraq məcburidir. Məhkəmə göstərilən əlavə cəzanı yalnız Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulan əsaslar mövcud olduqda, həmin maddəyə istinad etməklə və qəbul olunmuş qərarın motivlərini hökmdə göstərməklə tətbiq etməyə bilər. Həmin plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (bundan sonra-Cəzaların İcrası Məcəlləsinin) 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl əsas cəzadan azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə, hökmün surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi onun yaşadığı yerin icra məmuruna göndərir. (Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsi). İcra məmuru tərəfindən göstərilən sənədlər icra olunması üçün qəbul edildiyi vaxtdan şəxsə təyin olunmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəza üçün müəyyən edilmiş müddətin axımı başlayır. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə cəzaları ilə əlaqədar olmayan digər cəzalarla birlikdə, habelə əsas cəzanın şərti olaraq tətbiq edilməsi zamanı təyin edildiyi hallarda əlavə cəzanın çəkilməsi müddəti hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanır. Cinayət Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş əsaslarla şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın icrası təxirə salındıqda, həmin cəzaya əlavə olaraq təyin edilmiş nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə növündə cəza icraya yönəldilir. Cəzaların İcrası Məcəlləsinin 154.1-ci maddəsində göstərilmişdir ki, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə barədə hökm qanuni qüvvəyə mindikdən sonra və ya bu Məcəllənin 154.3-cü maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru onun surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi məhkuma bu hüququ verən orqana göndərir. Həmin Məcəllənin 154.3-cü maddəsində göstərilmişdir ki, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza azadlığın məhdudlaşdırılması intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə hökmün surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərir. İş üzrə xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğdə pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 51-2, 132, 179-188, 318, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə təhvil verilsin, hökmün bu hissədə icrası yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair əlavə cəzanın icrası əsas cəzanı icra edən müəssisə (orqan) tərəfindən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1 və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilsin. İş üzrə maddi sübut qismində tanınmış Kürdəmir RPŞ-nin DYPB-nin cərimə meydançasında saxlanılan “Mercedes Benz C-230 minik “markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra mülkiyyətçisi Kürdəmir rayonu, Böyük Kəngərli kənd sakini X11 qaytarılsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-520/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-520/2025
12.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver