Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-521/2023 12.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X13, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Lənkəran rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1972-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Lənkəran şəhəri, Z.Əliyeva küçəsi, ev 78/21, mənzil 3-də qeydiyyatda olmaqla yaşamış, 29 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Lənkəran Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 4(049)-104/2023 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayında, Lənkəran rayonu ərazisində istintaqa və məhkəməyə məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq, bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda-12,342 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 29 mart 2023-cü il tarixdə saat 18:00 radələrində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı, Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra, həmin tarixdə saat 19:30 radələrində Lənkəran şəhəri, Tofiq İsmayılov 26 ünvanında yerləşən polis şöbəsinin inzibati binasında üzərinə keçirilən şəxsi axtarış zaman əynində olan şalvarın sol yan cibindən 01 ədəd şəffaf selofan bükümdə külli miqdarda-12,342 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 29 mart 2023-cü il tarixdə saat 13-14 radələrində üç nəfər polis əməkdaşı olmaqla iki polis əməkdaşı mülki geyim formasında bir nəfər polis əməkdaşı isə polis geyim formasında olmaqla yaşadıqları evə gəlmişlər, onu çağıraraq Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. ŞRPŞ-nin inzibati binasında özü və ailəsi haqqında bir neçə sənəd tərtib etdikdən sonra, axşam tərəfi bir nəfər mülki geyim formasında olan polis əməkdaşı gələrək ona bir ədəd içərisində psixotrop maddə olan büküm uzadaraq həmin bükümü götürüb cibinə qoymalı olduğunu və həmin psixotrop maddənin özünə məxsus olmasını etiraf etməli olduğunu demişdir. Etiraz edərək psixotrop maddənin ona məxsus olmadığını bildirmiş, polis əməkdaşları məcburi şəkildə psixotrop maddəni cibinə qoymuşlar, o isə cibindən psixotrop maddə metamfetamini götürərək atmışdır. Bundan sonra onu ŞRPŞ-nin Cinayət Axtarış Bölməsinin rəisinin yanına aparmışlar, adını bilmədiyi həmin şəxs də təkidlə ona təklif olunan psixotrop maddə metamfetamini götürərək cibinə qoymalı olduğunu bildirmiş, çünki onun tutulmasına dair tapşırıq verildiyini bildirmişdir. Etiraz etsə də tutaraq psixotrop maddə metamfetamini məcburi şəkildə cibinə qoymuşlar, şəkillərini çəkmişlər ki, guya üzərindən psixotrop maddə metamfetamin çıxmışdır. Həmin vaxtı əlləri qandalda olmuş, üzərindən psixotrop maddə metamfetamini polislər çıxarmışlar. Həmçinin polislər sənədlərə imza çəkməsə evindən üzərindən çıxan psixotrop maddə metamfetamindən daha artıq narkotik vasitə çıxaracaqlarını bildirmişlər. Özünün abır-həyasını saxlamaq və ailəsini qorumaq, onlarda təşviş yaratmamaq üçün polislər ilə razılığa gələrək sənədlərə imza çəkmişdir. Müstəntiqə də narkotik vasitə və psixotrop maddələrdən istifadə etmədiyini, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Polis əməkdaşlarının hamısı onu tanımış, onun işi meyitləri götürmək, namaz qılmaq olmuşdur. Məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, onu polis şöbəsində döyməmişlər, sənədləri imzalamaq üçün polislər onu hədələmişlər. Heç vaxt narkotik vasitə və psixotrop maddələrdən istifadə etməmişdir, məhkəmə-narkoloji ekspertizasının rəyi ilə razı deyildir. Hər hansı polis əməkdaşı ilə ədavəti və münaqişəsi olmamışdır. Üzərində şəxsi axtarış aparılan zaman müdafiəçisi olsa da polislərin ona qarşı etdiyi qanunsuz hərəkətlər barədə müdafiəçisinə heç bir məlumat verməmişdir. Polis əməkdaşları onu evdən aparan zaman arvadı Könül İsmayılova və oğlu Zaman İsmayılzadə görmüşlər. Onu Lənkəran ŞRPŞ-nə apardıqdan sonra azad etməmişlər, axşama kimi ŞRPŞ-də saxlamışlar, onu hədələyən və üzərinə psixotrop maddəni qoyaraq çıxaran polis əməkdaşının adını bilməmiş və onu tanımamışdır. Ona təqdim edilmiş psixotrop maddənin özünə məxsus olduğunu bildirməsə ona işgəncə verərək boynuna qoyacaqlarını polis əməkdaşları bildirmişlər. Əllərini arxadan qandallayıb psixotrop maddəni cibinə qoyaraq sonra hal şahidlərinin işitirakı ilə polis əməkdaşları özləri cibindən çıxarmışlar. Üzərində şəxsi axarış aparılan vaxt telefonla çəkiliş aparılmış, həmin zaman foto və ya video çəkiliş aparıldığını bilməmişdir. Psixotrop maddə metamfetamin onun sol cibindən çıxarılmış, üzərində şəxsi axtarış aparılan zaman əlləri arxadan qandallı olmuşdur. Sağ yan cibində axtarı aparılan zaman əlləri açıq olmuş, sol yan cibində axtarış aparılan zaman isə əlləri arxadan qandallı vəziyyətdə olmuşdur. Üzərində şəxsi axtarış aparılan zaman video çəkiliş aparılmasını tələb etməmişdir. Sənədləri imza edən zaman əlləri açıq olmuşdur, şəxsi axtarış aparılması nəticəsində tərtib edilmiş protokolu özü imzalamışdır. Əlləri qandallı olan zaman cibinə psxotrop maddəni qoymuşlar, üzərində şəxsi axtarış aparılan zaman cibindən psxotrop maddəni çıxarmışlar. Əvvəllər dəfələrlə onu Lənkəran ŞRPŞ-nə çağırmışlar, bu onun dini təhsil alması və dini ayinləri icra etməsi ilə bağlı olmuşdur. Dini ayinləri icra etməmişdən əvvəl sakinlər ilə pul qoyaraq hər ay həmin pulu biri götürmüşlər, həmin pul onun tərəfindən yığılmışdır. Buna görə ŞRPŞ-nə çağırılmış, ona hansısa xarici dövlət tərəfindən maliyələşdirildiyi bildirilmiş, araşdırma aparıldıqdan sonra bunun əsassız olduğunu görmüşlər, sakinlər izahatlar vermişlər və sonra onu buraxmışlar. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu izahatı və ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmişdir. Əvvəllər məhkum olunmamış və əvvəllər narkotik vasitə istifadə etməmişdir. 29 mart 2023-ci il tarixdə Lənkəran şəhəri, Z.Əliyeva küçəsində olduğu zaman Lənkəran ŞRPŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və ona üzərində narkotik vasitə gəzdirməyində şübhəli olduğunu bildirib onu Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. Polis şöbəsində ona hüquq və vəzifələri izah edilmişdir. Müdafiə hüququna əsasən öz istəyi ilə vəkil X5 dəvət edilmiş və o, vəkillə təmin edilmişdir. Polis şöbəsində üzərinə hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Ona üzərində qanunla qadağan olunan hər hansı əşya, predmet olub-olmaması soruşulmuş, üzərində qanunla qadağan olunan hər hansı bir əşya olmamasını bildirmişdir. Daha sonra üzərinə polis əməkdaşı tərəfindən baxış keçirilmişdir. Baxış zamanı əynində olan şalvarın sol yan cibindən bir ədəd şəffaf selofana bükülmüş büküm və bir ədəd salfet kağızı aşkar olunmuşdur. Üzərindən aşkar edilmiş bükümün içərisindəkinin nə olmasından və hansı səbəbdən onun üzərində olmasından xəbərinin olmadığını bildirmişdir. Həmin bükümün içinə baxıldıqda psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Ondan götürülmüş psixotrop maddəyə bənzər kütlə elektron tərəzidə çəkilmiş, psixotrop maddəyə bənzər kütlənin çəkisi 12,72 (on iki tam yüzdə yetmiş iki) qram müəyyən olunmuşdur. Həmin 1 (bir) ədəd bükümdə olan psixotrop maddə metamfetamin zərfə qoyulmuş, üzərində qeydlər aparılmış və onun tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən tutulan zaman ona qarşı heç bir psixi və ya fiziki zorakılıq hərəkətləri olmamışdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs oxşar məzmunlu izahat, şübhəli şəxs qismində dindirilərkən oxşar məzmunlu ifadə verərək törətdiyi cinayət əməlini qismən etiraf etmiş və polis əməkdaşları tərəfindən ona qarşı psixi və yaxud fiziki zor tətbiq edilmədiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı çəkilmiş fotoşəkillər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, aşkar olunmuş psixotrop maddə metamfetaminin üzərində olmasından xəbəri olmamış, polislər tərəfindən cibinə qoyulmuş, həmin psixotrop maddə metamfetamin ona məxsus olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı hədələr edildiyi, psixi zorakılığa məruz qaldığı üçün o, üzərindən aşkar edilmiş bükümün içərisindəkinin nə olmasından və hansı səbəbdən onun üzərində olmasından xəbərinin olmadığı bildirmiş və tərtib edilmiş istintaq sənədlərini imzalamışdır. Ona verilmiş ittiham üzrə özünü təqsirli bilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında üzərindən-cibindən aşkar olunan bükümün içərisindəkinin nə olmasından və hansı səbəbdən onun üzərində olmasından xəbərinin olmadığını, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hədələr olunduğunu, üzərindən-cibindən çıxan psixotrop maddə metamfetaminin ona məxsus olduğunu deməyini tələb etdiklərini, polislər tərəfindən zorla üzərinə-cibinə psixotrop maddə metamfetamin qoyulduğunu, üzərində şəxsi axtarış keçirilən zaman dediyi xüsusatları polislər hədələdikdən sonra bükümün içərisindəkinin nə olmasından və hansı səbəbdən onun üzərində olmasından xəbərinin olmadığını bildirdiyini dedikləri ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən, polis mayoru Şahid1 ifadəsində bildirmişdir ki, 29 mart 2023-cü il tarixdə icraatına Lənkəran şəhəri, Z.Əliyeva küçəsi ev 78/21, mənzil 3-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq psixotrop maddələr əldə edib saxlaması, üzərində gəzdirməsi və alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuş və həmin əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən polis şöbəsinin rəisinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək, o və Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı Şahid2, Lənkəran ŞRPŞnin PPXB-nün polis nəfərləri, polis serjantları Şahid3 və Şahid4 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna özü tərəfindən rəhbərlik edilmişdir. 29 mart 2023cü il tarixdə, saat 18:00 dəqiqədə Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Z.Əliyeva küçəsində piyada hərəkətdə olduğunu görüb, nəzarətə götürmüşlər. Yaxınlaşaraq özlərini təqdim edib üzərində qanunsuz olaraq psixotrop maddələr gəzdirməsində şübhələr olduğundan üzərinə şəxsi axtarış keçirilməsini bildirib, Lənkəran şəhəri, T.İsmayılov 26 ünvanında yerləşən Lənkəran ŞRPŞ-nin inzibati binasına dəvət etmişlər. Polis şöbəsinin inzibati otaqlarının birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra müdafiəçi İntiqam Hüseynovun iştirakı ilə polis nəfəri, polis serjantı Şahid4 tərəfindən fotoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuş, Vuqar İslamayılovda, bu təklifdən sonra əynində olmuş qara rəngli şalvarın sol yan cibindən şəffaf sellofanda olan 1 (bir) ədəd büküm və 1 (bir) ədəd salfet kağız aşkar olunmuşdur. Aşkar olunmuş 1 (bir) ədəd bükümə baxış zamanı içərisində ağ rəngli, kristal formada psixotrop maddə metamfetaminə bənzər maddəni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən qanunla qadağan edilmiş hər hansı bir predmet aşkar edilməmişdir. Təqdim edilmiş büküm elektron tərəzidə çəkilmiş və 1 (bir) ədəd metamfetaminə bənzər bükümün çəkisinin 12,72 qram olması məlum olmuşdur. Sonra götürülmüş kütlələr məhkəmə-kimyəvi ekspertizasına göndərilməsindən ötrü zərfə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin nə olmasından məlumatı olmadığını, özünə məlum olmayan səbəbdən üzərindən çıxdığını bildirmişdir. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, saxlanılan zaman Təqsirləndirilən şəxs yanında heç kim, o cümlədən ailə üzvülərindən heç kim olmamışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman hara getməsi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir zor tətbiq olunmamış və Təqsirləndirilən şəxs hədələnməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini haradan əldə etməsi soruşulsa da sonuncu heç bir məlumat verməmişdir. Təqsirləndirilən şəxs hər hansı şəxsə psixotrop maddə satmalarını müəyyən edə bilməmişlər. İstintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin İTB-nün polis sahə rəisi, polis leytenantı Şahid2, Lənkəran ŞRPŞ-nin PPXB-nün polis nəfərləri, polis serjantları Şahid3 və Şahid4 ifadələrində ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini bildirməklə Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq edib eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, 29 mart 2023-cü il tarixdə, saat 19 radələrində Lənkəran ŞRPŞ-nin qarşısından keçən zaman polis əməkdaşı ona yaxınlaşıb özünü təqdim etmiş və bildirmişdir ki, narkotik vasitələrin üzərində gəzdirilməsində şübhəli olan bir şəxsi polis şöbəsinə gətirmişlər və şöbəyə şübhəli şəxs qismində gətirilmiş şəxsin üzərinə axtarış keçirilməsində hal şahidi kimi iştirak etməsini xahiş etmişdir. O da polis əməkdaşının xahişini qəbul edərək könüllü olaraq razılaşmışdır. Polis əməkdaşı ilə birgə Lənkəran ŞRPŞ-nin inzibati binasına daxil olmuşdur. Lənkəran ŞRPŞ-nin inzibati binasında əvəllər tanımadığı şübhəli şəxsin üzərinə baxış keçirilməzdən əvvəl ona və orada olan digər hal şahidi olan Şahid6 Elmar oğluna hüquq və vəzifələri elan olunmuşdur. Orada ona məlum olmuşdur ki, şübhəli şəxs Lənkəran şəhəri, Z.Əliyeva küçəsi, bina 78/21, mənzil 3-də yaşayan Təqsirləndirilən şəxsdur. Əvvəllər Təqsirləndirilən şəxs görməmiş və tanımamışdır. Həmin vaxt şöbəyə vəkil də gəlmişdir. Polis əməkdaşı Lənkəran ŞRPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya vardırsa təqdim etməsini bildirmiş, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən bir ədəd sellofana bükülmüş büküm və bir ədəd salfet kağızı olması müəyyən olunmuşdur. Polis əməkdaşı tərəfindən həmin sellofan bükümə baxış keçirtdikdə içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan şəffaf sellofana bükülmüş 1 (bir) ədəd büküm olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən başqa qanunla qadağan olunan əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm elektron tərəzidə çəkilmiş, çəkisi 12.72 (on iki tam yüzdə yetmiş iki) qram olması müəyyən olunmuşdur. Onların iştirakları ilə büküm zərfə qoyularaq qablaşdırılmış, möhürənmiş, zərfin üstü imzalarla təsdiq edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs sənədləri imzalayaraq, üzərindən aşkar olunan psixotrop maddələrin özünə məxsus olmadığını bildirmişdir. Şəxsi axtarış barədə Lənkəran ŞRPŞ-nin təhqiqatçısı, polis baş leytenantı X6 tərəfindən protokol tərtib edilmiş, iştirakçılara və Təqsirləndirilən şəxs ucadan oxunmuş, protokolu doğru bilib imzalarla təsdiq etmişlər. Verilən suallara cavab olaraq Şahid5 bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman psixotrop maddə metamfetamini polis əməkdaşı çıxararaq stolun üzərinə qoymuşdur. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş X7 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, 29 mart 2023-cü il tarixdə günorta vaxtı təxminən saat 13 radələrində yaşadıqları evdə olan zaman qapı döyülmüş, qapını açdıqda polis əməkdaşları olduğunu görmüş, polis əməkdaşları Vuqarı soruşmuşlar, həmin vaxtı Vuqar və oğlu Mehdi yaşadıqları evdə yatılı olmuşlar. Vuqarı çağırmışdır ki, polislər çağırır, həmin vaxtı iki nəfər polis geyimində olmuş, bir nəfər isə mülki geyim formasında olmuşdur. Vuqar polis əməkdaşlarının yanına getmiş, həmin vaxtı Vuqarla polis arasında hansı söhbətin olmasını eşitməmişdir, bir az sonra Vuqar qapını bağlayaraq evin içərisinə girmişdir. Təxminən 5-10 dəqiqə keçməmiş qapı möhkəm şəkildə döyülmüşdür. Mehdiyə polislərə Vuqarın əl-üzünü yuduğunu və gəldiyini deməsini demişdir. Mehdi qapını açdıqda Vuqar da əl-üzünü yuyub çıxmış, onlar Mehdini də görmüşlər. Vuqar paltarını geyinərək çıxıb getmiş, sonra isə evə qayıdaraq telefonunu verməyini bildirmişdir. Həmin vaxtı Vuqarın telefonu enerji yığmaq üçün toka qoşulu vəziyyətdə olmuşdur. Vuqarın telefonunu tokdan çıxararaq özünə vermiş, Vuqar telefonu aldıqdan sonra polis əməkdaşları ilə çıxıb getmiş, bundan sonra baş verənlərdən xəbəri olmamışdır. Verilən suallara cavab olaraq şahid Könül İsmayılova bildirmişdir ki, evlərinə gələn polis əməkdaşlarının üzlərinə baxmamışdır. Onları tanımamışdır. Vuqarı hara apardıqlarını polis əməkdaşları ona bildirməmişlər, o da polis əməkdaşlarından heç bir söz soruşmamışdır. Polis əməkdaşları apardıqdan sonra Vuqar evə qayıtmamışdır, Vuqarın əynində həmin vaxtı göy rəngli şalvar, qəhvəyi-ağ, tünd göy rəngli nazik gödəkçəsi olmuşdur. Əvvəllər polis əməkdaşları heç vaxt polis əməkdaşları onların evlərinə gəlməmişdir. Vuqarı arada polis şöbəsinə çağırmışlar, ancaq nə ilə bağlı çağırdıqlarını bilməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, 29 mart 2023-cü il tarixdə təxminən saat 13 radələrində yaşadıqları evdə olan zaman 4 nəfər polis əməkdaşı üçü polis geyim formasında biri isə mülki geyim formasında olmaqları evlərinə gələrək qapını döymüşlər, valideyni qapını açmışdır. Atası Vuqar ilə birlikdə yatılı vəziyyətdə olmuşdur, anası Könülün çağırmasına əsasən yuxudan oyanmışlar. Atasının əl-üzünü yuması bir az çəkdiyindən polislər yenidən qapını döymüş, bu dəfə qapını özü açmış, atası gəldikdən sonra polislər ilə birlikdə çıxıb getmişdir. Polislər mülki maşında olmuşlar. Sonra atasını görməmişdir. Verilən suallara cavab olaraq şahid Mehdi İsmayılzadə bildirmişdir ki, atası ilə polislərin nə danışmasını eşitməmişdir. Atası qapıdan çıxanda telefonu istəmiş, anası ilə telefonu vermişlər. Atasını aparan zaman polis əməkdaşları onlara heç bir məlumat verməmişlər, atasını hara aparmalarını onlara bildirməmişlər. Atasının psixotrop maddə istifadəsindən və ya üzərində gəzdirməsindən məlumatı olmamışdır. Atası mütamadi olaraq yas mərasimlərində iştirak etmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Movsum oğlunun 29 mart 2023-cü il tarixdə saat 18:00 radələrində Lənkəran şəhəri Zərifə Əliyeva küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilməsi, videoçəkiliş müşayiəti ilə üzərinə şəxsi axtarış keçirilən zamanı külli miqdarda- 12,342 qram psixotrop maddə metamfetamin aşkar edilib götürülməsi faktı əsasında Lənkəran ŞRPŞ-nin təhqiqat bölməsində toplanmış ilkin araşdırma materialları əsasında 30 mart 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1-60) -«cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında» 29 mart 2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Movsum oğlu həmin tarixdə saat 19:20-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v.12) -«şəxsi axtarış keçirilməsi haqqında» 29 mart 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs Movsum oğlunun üzərindən ilkin çəkisi 12,72 qram olan bir ədəd bükümdə psixotrop maddə mentamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin nə olmasından məlumatı olmadığını, özünə məlum olmayan səbəbdən üzərindən çıxdığını bildirmişdir. (i.v. 29-41) -«məhkəmə fiziki-kimyəvi ekspertizası»nın 30 mart 2023-cü il tarixli 19/379 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə....” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 12,342 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir.(i.v. 57-60) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 30 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuş, barəsində Lənkəran Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 4(049)- 104/2023 nömrəli qərarı ilə 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.(i.v. 64- 65, 78-82) -«ambulator məcburi narkoloji tibbi yoxlama»nın 30 mart 2023-cü il tarixli 342 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki aslılıq olmadan narkotik vasitələrdən istifadə halları istisna olunmayır. Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. (i.v.83) -«məhkəmə-tibbi ekspertizası»nın 30 mart 2023-cü il tarixli 304 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir.(i.v. 84-85) -«Lənkəran Şəhər Psixiatriya Xəstəxanası»nın 11 aprel 2023-cü il tarixli, 629 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda yoxdur. (i.v. 101) -«əşyanın maddi sübut kimi tanınması barədə» 15 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi: -12,342 qram psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı -12,292 qram çəkidə qalığı cinayət işi üzrə maddi sübut hesab edilmiş, psixotrop maddə metamfetamin Lənkəran ŞRPŞ-nin saxlancına təhvil verilmişdir.(i.v. 106) -«cinayət işinin ayrı icraata ayrılması və icraata qəbul edilməsi haqqında» 02 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş külli miqdarda- 12,342 qram psixotrop maddə metamfetaminin mənbəyini müəyyən etmək məqsədi ilə hazırki cinayət işindən həmin fakta görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmış və icraata qəbul edilərək ibtidai istintaq davam etdirilmişdir. (i.v. 142-143) İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair»a 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadəsində üzərində aşkar olunmuş psixotrop maddə metamfetaminin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən üzərinə qoyularaq götürülməsi, hədələnməsi məzmununda ifadə verməsi ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Bundan əlavə şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a)şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b)şəxs belə hərəkətləri qanunsuz etməlidir; c)narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nın müvafiq bəndlərinə əsasən metamfetamin psixotrop maddə hesab edilir. Siyahılara əsasən dərman preparatı kimi beynəlxalq adı «Metafetamin» olan maddə psixotrop maddədir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2,0 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs külli miqdarda- 12,342 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, əynindəki şalvarın sol yan cibində saxlayaraq daşımış, üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sol yan cibindən aşkar edilib qablaşdırılaraq götürülməsi onun narkotik vasitələrin-psixotrop maddələrin satışı ilə məşğul olduğunu və onun qeyd edilən kütləni satış məqəsi ilə qanunsuz əldə etdiyini sübut edir. Göstərilən hallar Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə tam əsas verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «X2rşı» iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrində, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində narkotik vasitələrin-psixotrop maddələrin satışı ilə məşğul olmaması barədə bildirdikləri iş materiallarına uyğun olmadığından və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edilmədiyindən iş üzrə sübut kimi qiymətləndirmir. «X10 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. «Fuşe Fransaya qarşı», «Bulut Avstriyaya qarşı», «Bobek Polşaya qarşı» və «Klimentyev Rusiyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. -bundan əlavə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hədə qorxu gəldiklərini, üzərindən-cibindən çıxan psixotrop maddə metamfetaminin ona məxsus olduğunu deməyini tələb etdiklərini, polislər tərəfindən zorla üzərinə qoyulduğunu, üzərində şəxsi axtarış keçirilən zaman dediyi xüsusatları polis əməkdaşları tərəfindən evindən üzərindən çıxan psixotrop maddə metamfetamindən artıq narkotik vasitə çıxaracaqları ilə hədələdiklərindən, ailə üzvülərini qorumaq üçün polislər ilə razılığa gələrək sənədlərə imza çəkdiyini deməsi barədə etirafedici ifadə verməsi barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə tərkibi hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq hədəyə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. «İ.H.Avstriyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, irəli sürülən ittihamlar, o cümlədən məhkəmənin məsələ ilə bağlı hansı hüquqi qiymətləndirməni verə biləcəyi haqqında məlumat ya məhkəmə iclasından əvvəl ittiham aktında, ya da ən azı məhkəmə icraatının gedişində ittihamın rəsmi və ya nəzərdə tutulan əlavəsi kimi təqdim edilə bilər. Aydındır ki, məhkəmənin cinayət əməli ilə bağlı ittiham tərəfindən fərqli qənaətə gəlmək ehtimalının olduğuna adi işarə yetərli deyildir. Məhkmə tərkibi məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs arvadı-X7 və oğlu-X3 göstərdiyi polis əməkdaşlarının Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdə günorta vaxtı təxminən saat 13 radələrində yaşadıqları evə gələrək aparmalarını göstərdikləri işin halları, şahid ifadələri və digər istintaq və məhkəmə sənədləri ilə tam təşkildə təkzib edilmiş, həmin şaxslərin ifadələri Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmasına hesablanaraq xidmət etmişdir. Odur ki, şahidlər X7 və X4 ifadələri sübut kimi qiymətləndirilməməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, «şəxsi axtarış keçirilməsi haqqında», protokol, həmin protokola əlavə edilmiş fotoşəkillər, təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, digər istintaq hərəkəti protokolları, materialların məhkəmə ekspertizasının rəyi, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış metamfetamin, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v.113) -Lənkəran Şəhər İcra Hakimiyyəti Lənkəran Şəhər Mənzil Təsərrüfat İdarəsi tərəfindən verilmiş 20 may 2023-ci il tarixli, 558 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Ak.Z.Əliyeva küçəsi, ev 78/21 mənzil 3də yaşayır, ailəlidir, üç yetkinlik yaşına çatmış uşağı var və yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir.(i.v.119-120) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 29 mart 2023-cü il tarixdən hesablanmalı və Lənkəran Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 4(049)- 104/2023 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan «ambulator məcburi narkoloji tibbi yoxlama»nın 30 mart 2023cü il tarixli, 342 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs məcburi müalicəyə təyin edilməməli, lakin o ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 65 (altmış beş) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi- 12,292 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 29 mart 2023-cü il tarixdən hesablansın. Lənkəran Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 4(049)-104/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 12,292 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-521/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-521/2023
12.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver