Məhkəmə qərarları › İş №1(099)-521/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-521/2024

04.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-521/2024 04.11.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Vəliyeva Ayşən Umud qızından ibarət tərkibdə, məhkəmə iclas katibi- X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1978-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Salyan rayonu Ərəbqardaşbəyli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 234.4-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə 2024-cü il martın 22-də saat 02 radələrində Köhnə Ələt-Astara avtomobil yolunun Salyan şəhəri ərazisindən keçən 59-cu km-də yolun sol tərəfində yerləşən Salyan şəhəri H.Z.Tağıyev küçəsi ev 40-da yaşayan Zərərçəkmiş şəxs1 məxsus olan saxlanc yeri hesab edilən “Şəfa” adlı aptekə şiferdən ibarət olan dam örtüyünü qaldırmaqla qanunsuz daxil olub aptekin içərisindəki şkafın yuxarıdan birinci siyirməsindən 150 manat nağd pul və 70 manat dəyərində qəpiyi gizli yolla talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 220 manat məbləğində maddi ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə 2024-cü il martın 24-də saat 04 radələrində ünvan 3-də yaşayan Zərərçəkmiş şəxs2 məxsus olan saxlanc yeri hesab edilən fərdi yaşayış evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olub həyətində yerləşən damdan ümumilikdə 250 manat dəyərində 5 ədəd ev quşu olan hindquşunu gizli yolla talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 250 manat maddi ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda ayrıayrılıqda təmiz çəkisi 1100,0 qram, 1400,0 qram, ümumi təmiz çəkisi 2500,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, üzərində saxlayaraq daşımış, Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşımasına dair əsaslı şübhələr müəyyən edilmiş və o, 2024-cü il martın 26-da saat 10:45 dəqiqədə Salyan şəhəri Nizami küçəsində şübhəli bilinərək saxlanılıb saat 11:00 dəqiqədə ünvan 1 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirilmiş, üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli gödəkçəsinin sağ iç tərəfindən xüsusilə külli miqdarda kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli həmin narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş X7 ona elan olunmuş ittiham üzrə özünü verilmiş ittiham üzrə qismən, yəni aptekdən oğurluq etməsinə görə təqsirli bilmiş, hind quşunun oğurlanması və xüsusilə külli miqdarda narkotik vasitənin daşıması və üzərində saxlaması ilə bağlı özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2024-cü il martın 22-də saat 02 radələrində yaşadığı evdə olan zaman spirtli içki qəbul etmişdir. Bundan sonra evdən çıxaraq Salyan rayonunun mərkəzinə gedib X14 avtomobil yolunun Salyan şəhərindən keçən hissəsində Şəfa adlı aptekin qarşısından keçən zaman dayanmış və aptekdən oğurluq etməyi qərarlaşdırmışdır. Aptekə qapıdan daxil ola bilməyəcəyini başa düşmüş və arxa tərəfdə olan ağac vasitəsilə aptekin damına çıxmış, damda olan zaman üzərində olan dırnaqtutan ilə şiferin mismarını çıxırıb şiferi qaldırmaqla aşağı hissəyə keçmişdir. Daha sonra aptekin tavan hissəsini əli ilə sındırmış və aptekin içərisinə daxil olmuşdur. Aptekə daxil olandan sonra şkafları açaraq içərisinə baxmış, sonda şkafın yuxarıdan birinci siyirməsini açmışdır. Bu zaman siyirmədə kağız pul əskinaslar və qəpiklər olduğunu görmüşdür. O, həmin kağız pul əskinasları və qəpikləri cibinə qoymuş və şkafın üzərinə çıxaraq aptekə daxil olmaq üçün sındırdığı tavandan yuxarı keçərək oradan şiferin üzərinə qalxmış və aptekin arxa tərəfində olan ağac vasitəsilə damdan yerə düşmüşdür. Sonra oradan uzaqlaşaraq çıxıb getmişdir. Oğurladığı pulları saymış, 150 manat nağd pul və 70 manat dəyərində qəpik olduğunu aşkar etmişdir. Oğurladığı pulları şəxsi ehtiyaclanı axərcləmiş. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməmişdir. Bundan başqa o ifadəsində qeyd etmişdir ki, Zərərçəkmiş şəxs2 tanımır, onun həyətindən hindquşlarını oğurlamamışdır. Belə ki, oğurluq etdiyi aptekdən pulları götürüb çıxan zaman xəsarət alaraq qabırğasını əzmiş, bununla bağlı 23 mart 2024-cü il tarixdən 24 mart 2024-cü il tarixə keçən gecə təcili tibbi yardımla xəstaxana aparılmış, səhərisi günü təxminən saat 9 radələrində polis əməkdaşları gələrək onu polis şöbəsinə aparmışlar. 24 mart 2024-cü il tarixdən 26 mart 2024-cü il tarixədək polis şöbəsində saxlanılmışdır. 26 mart 2024-cü il tarixdə üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş üzərindən xüsusilə külli miqdarda narkotik vasitə aşkar olunmuşdur. Onun narkotik vasitələrindən xəbəri olmamış, narkotik vasitələri polis əməkdaşları əlavə etmişlər. Aptekdən oğurluq etdiyi üçün əməlindən peşmandır. Təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün, onun ibtidai istintaqa verdiyi ifadələri (Zərərçəkmiş şəxs2 həyətində 5 ədəd hind quşunun oğurlanması və narkotik vasitələrinə munasibətdə) elan edilmişdir. Həmin ifadələrində o, özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 tanımır, 2024-cü il martın 23-də səhər saatlarında Salyan şəhərinin mərkəzində piyada gəzən zaman tanımadığı bir nəfər şəxsin yaşadığı evin qarşısında ev quşu olan hindquşu otardığını görmüş, o, həmin hindquşlarını oğurlamaq qərarına gəlmişdir. Həmin tarixdə axşam saatlarında o, yaşadığı evə getmişdir. 2024-cü il martın 24-də saat 04 radələrində o, evdən çıxaraq Salyan rayonunun mərkəzinə getmişdir. Salyan şəhərinin mərkəzində piyada hərəkət edərək hindquşlarını otaran şəxsin yaşadığı evin qarşısına getmişdir. O, ətrafa baxmış və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra hasardan tullanaraq həyətə daxil olmuşdur. Həyətdə gəzərək damı tapmış və dama tərəf getmişdir. Damın qapısını açaraq ev quşu olan hindquşlarının orada olduğunu görmüşdür. O, dama daxil olaraq qapını bağlamış, 5 ədəd ev quşu olan hindquşunu tutaraq damın qapısını açıb həyətə baxmış, həyətdə heç kimin olmadığını görüb damdan çıxaraq həyətə daxil olduğu kimi hasardan tullanaraq küçəyə çıxmışdır. O, ev quşu olan hindquşlarını əlində tutaraq Salyan rayonunun mərkəzində yerləşən Avtovağzal ərazisinə getmişdir. Orada 215 manat pul müqabilində 5 ədəd hindquşunu tanımadığı şəxsə satmışdır. Bundan başqa 2024-cü il martın 25-də saat 09 radələrində o, Şirvan şəhərində yerləşən Məşğulluq idarəsinə getmişdir. Məşğulluq idarəsinə müraciət edərək işsiz olduğunu və işləmək üçün köməklik etmələrini xahiş etmişdir. İdarədə tanımadığı işçi qeydiyyat apararaq məlumat verəcəklərini bildirmişdir. O da Şirvan şəhərində tanımadığı kafeyə getmişdir. O, kafedə yemək yeyib spirtli içki qəbul etmiş, sərxoş olmuşdur. O, Salyan rayonuna qayıtmaq üçün Şirvan şəhərində yerləşən Avtovağzala getmişdir. Avtovağzalda olan zaman Salyan rayonuna gedən taksi tapa bilməmişdir. Avtovağzalda olan zaman təsadüfən Muradağa adlı şəxs ilə tanış olmuşdur. Həmin şəxs qalmağa yeri olmadığı üçün onu tanımadığı ünvanda yerləşən evinə aparmışdır. Muradağa onunla söhbət edərək ona işinin düşdüyünü bildirmiş, o, nə işi olduğunu soruşmuşdur. Muradağa 2 ədəd bağlamada “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, narkotik vasitəni Salyan rayonunda Kürqaraqaşlı kəndindən keçən magistral yolun kənarında Sabirin işləməyən qastronomunun yanından 1 nəfər tanımadığı şəxsin gəlib alacağını, qarşılığında isə ona 500 manat pul verəcəyini bildirmişdir. O da fikirləşdikdən sonra 500 manat pula görə razılaşmışdır. 2024-cü il martın 26-da səhər saatlarında Muradağa “kakos” kimi tanıdığı narkotik vasitə heroin olan 2 ədəd bağlamanı 1 ədəd sellofan torbaya qoyaraq ona vermiş, o da Şirvan şəhərində tanımadığı taksiyə əyləşərək Salyan rayonuna gəlmişdir. Həmin gün saat 11 radələrində Salyan şəhəri Nizami küçəsi ilə Salyan rayonu Kürqaraqaşlı kəndinə gedən magistral yola gedən zaman mülki geyimdə polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək saxlayaraq polis şöbəsinə aparmışlar. Orada şəxsi axtarış zamanı üzərində qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə varsa təqdim etməsi təklif olunmuş, o, da əynində olan gödəkçəsinin sağ içəri tərəfində sağ cib tərəfdən əli ilə saxladığı 1 ədəd qara rəngli sellofan torbanı masanın üzərinə qoymuşdur. Baxış zamanı sellofan torbanın içərisində 2 ədəd bağlama olması müəyyən olunmuşdur. Həmin bağlamalara baxış keçirilərkən birinci bağlamanın içərisində qəhvəyi rəngli, toz halında narkotik vasitə heroinə oxşar kütlənin olduğu, ikinci bağlamanın içərisində də qəhvəyi rəngli, toz halında narkotik vasitə heroinə oxşar kütlənin olduğu müəyyən edilmişdir. Gəmin maddələr qablaşdırılaraq götürüldü və bu barədə protokol tərtib edildi. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində “5 ədəd hin quşunun oğurlamaması, üzərində heç bir narkotik vasitəsinin olmaması, polis tərəfindən narkotik vasitənin onun üzərinə qoyulması” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları ona cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə Zahid Həşimovun ibtidai istintaq zamanı verdiyi ifadəsini işin faktiki hallarına uyğun olduğunu hesab edir və sübut kimi qəbul edir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, X14 avtomobil yolunun Salyan şəhərindən keçən hissəsinin 59cu kilometrliyində yerləşən Şəfa adlı aptek ona məxsusdur. 2024-cü il martın 22-də səhər saat 08:00 dəqiqədə aptekə getmişdir. O, aptekin qapısını açaraq içəri daxil olmuşdur. Bu zaman aptekin içərisinin dağınıq halda olduğunu görmüş, o, ətrafa baxmış və naməlum şəxsin damdan aptekə daxil olduğunu aşkar etmişdir. O, dərhal Salyan Rayon Polis Şöbəsinə məlumat vermişdir. Polis əməkdaşları aptekə gəlib baxış keçirtmişlər. O, aptekdə şkaflara baxmış, hər hansı bir dərmanın və ya tibbi ləvazimatın oğurlanmadığını görmüş, lakin pulun olduğu şkafın siyirməsinə baxan zaman pulun orada olmadığını aşkar etmişdir. Bildirmişdir ki, naməlum şəxs və ya şəxslər aptekdən 150 manat nağd pul və 70 manat dəyərində qəpik, ümumilikdə 220 manat pul oğurlamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2024-cü il martın 23-də axşam saatlarında özünə məxsus hind quşlarını həyətində olan dama salmışdır. 2024-cü il martın 24-də səhər saatlarında o, ev quşu olan hindquşunu otarmaq üçün küçəyə çıxartmaq istəmişdir. Bu zaman 5 hindquşunun olmadığını aşkar etmiş və hindquşlarının oğurlandığını başa düşmüşdür. DİN-in “102” xidməti-zəng vuraraq məlumat vermişdir. Sonradan həyətində oğurlanan hind quşlarının Zahid Həşimov tərəfindən oğurlandığını bilmişdir. Ona ümumilikdə 400 manat dəyərində maddi ziyan dəymiş, lakin istintaq orqanı tərəfindən 250 manat müəyyən edilmişdir. İstintaq zamanı ona 200 manat pul qaytarlmışdır. Təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Salyan rayon Polis Şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 2024-cü il martın 26-da Salyan rayonu Ərəbqardaşbəyli kəndində qeydiyyatda Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması və saxlaması barədə məlumat daxil olmuş, əməliyyat-axtarış tədbirlərin həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. Həmin gün saat 10:45 dəqiqədə polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs Salyan şəhəri Nizami küçəsində müşahidə edib yaxınlaşıb özlərini təqdim edib ona qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşımaqda şübhəli olduğunu izah edib polis şöbəsinə gətirmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs gödəkçəsinin sağ içəri tərəfində sağ cib tərəfdən əli ilə saxladığı 1 ədəd qara rəngli sellofan torbanı masanın üzərinə qoymuşdur. Baxış zamanı sellofan torbanın içərisində 2 ədəd bağlama olması müəyyən olunmuşdur. Həmin bağlamalara baxış keçirilərkən birinci bağlamanın içərisində qəhvəyi rəngli, toz halında narkotik vasitə heroinə oxşar kütlənin olduğu, ikinci bağlamanın içərisində də qəhvəyi rəngli, toz halında narkotik vasitə heroinə oxşar kütlənin olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlələr “kakos” kimi tanıdığı narkotik vasitə heroindir və özünə məxsusdur. Həmin kütlələri 2024-cü il martın 25-də səhər saatlarında işlə bağlı Şirvan şəhərinə getdiyini, gecəni orada qaldığını, təsadüfən tanış olduğu Muradağa adlı şəxsin heroin olan 2 ədəd bağlamanı Salyan rayonuna aparmağını, Kürqaraqaşlı kəndindən keçən magistral yolun kənarında, Sabirin işləməyən qastronomunun yanından 1 nəfər tanımadığı şəxsin gəlib ondan alacağını, qarşılığında isə ona 500 manat pul verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içində narkotik vasitə heroinə oxşar kütlə olan 02 ədəd bağlama ayrı-ayrılıqda elektron əl tərəzisi vasitəsilə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Zayid Həşimov saxlanılarkən onun bədəni üzərində xəsarət olmuşdur, həmin xəsarəti rayon ərazisində aptekdən oğurluq edərkən aldığını bildirmiş, bundan başqa onun həyatyanı sahədən də hindquşlarını oğurladığı istintaq orqanı tərəfindən müəyyən edilmişdir. Şahid qismində dindirilmiş Salyan Rayon Polis Şöbəsinin əməkdaşları Şahid2 Füzuli oğlu və Şahid3 da Şahid1 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə kimyəvi ekspertizasının 26 mart 2024-cü il tarixli 3-16-16/2-18/329 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs...” sözləri yazılmış qara rəngli polietilen torbada olan 2 ədəd qara rəngli polietilen torbada ayrı-ayrılıqda təmiz çəkisi 1100,0 qram, 1400,0 qram, ümumi təmiz çəkisi 2500,0 qram olan qəhvəyimtil rəngli maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə olan heroindir. Tədqiqatdan sonrakı qalıq heroin 2499,90 qram. Ekspertiza xərclərinə dair arayışa əsasən aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat təşkil edir. İş materiallarında olan 29 mart 2024-cü il tarixli 302 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 13 noyabr 2023-cü il tarixli 1125 nömrəli məhkəmə tibbiekspertizasının rəyindən görünür ki, X5 bədəni üzərində hər-hansı bir xəsarət aşkar olunmamışdır. İş materiallarında olan 26 mart 2024-cü il tarixli videoçəkilişlə «şəxsi axtarış aparılması və götürmə aparılması haqqında» protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərindən 1 ədəd sellofan torbanın içərisindən 2 ədəd bağlamada narkotik vasitə heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 14 mart 2024-cü il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yerinə baxış keçirilərkən oğurluq cinayət əməlinin baş verdiyi ərazinin ünvan 3-də yaşayan Zərərçəkmiş şəxs2 məxsus olması və saxlanc yeri hesab edilən fərdi yaşayış evinin həyətinin 4 tərəfdən bağlı olması müəyyən edilmiş, bununla bağlı protokol və fotocədvəl tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 22 mart 2024-cü il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yerinə baxış keçirilərkən oğurluq cinayət əməlinin baş verdiyi ərazinin Köhnə Ələt-Astara avtomobil yolunun Salyan şəhəri ərazisindən keçən 59-cu km-də yolun sol tərəfində yerləşən Salyan şəhəri H.Z.Tağıyev küçəsi ev 40-da yaşayan Zərərçəkmiş şəxs1 məxsus olması və saxlanc yeri hesab edilən “Şəfa” adlı aptekin olması müəyyən edilmiş, bununla bağlı protokol və fotocədvəl tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 28 mart 2024-cü il tarixli «ifadənin yerində yoxlanılması haqqında» protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində yerləşən damdan oğurluq etdiyi yeri göstərməklə bir daha təsdiq etmişdir. İş materiallarında olan 28 mart 2024-cü il tarixli «ifadənin yerində yoxlanılması haqqında» protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman Zərərçəkmiş şəxs1 məxsus X14 avtomobil yolunun Salyan şəhərindən keçə hissəsində yerləşən Şəfa adlı aptekdən oğurluq etdiyi yeri göstərməklə bir daha təsdiq etmişdir. İş materiallarında olan 27 mart 2024-cü il tarixli 02 nömrəli Salyan rayon “Muğan Nemətləri” şirkətinin məktubundan görünür ki, əsasən 2024-cü ilin mart ayına biri erkək cinsli, 8 aylıq, 5-6 kiloqram çəkidə hindquşunun satış qiyməti 60.00 manat, 1 ədəd ana dişi cinsli 3 illik, 7 kiloqram hindquşunun satış qiyməti 70.00 manat, 3 ədəd dişi cinsli, 8 aylıq, 4-5 kiloqram çəkidə olan hindquşunun bazarda satış qiyməti 120 manat (hər birinin satış qiyməti 40 manat) məbləğində olmuşdur. Ümumilikdə 250.00 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan 26 mart 2024-cü il tarixli «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 26 mart 2024-cü il tarixdən hesablanmmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 28 mart 2024-cü il tarixli «maddi sübut kimi tanınması haqqında» qərardan görünür ki, ekspertizadan sonra qalıq qalmış 2499,90 qram narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Salyan RPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki Təqsirləndirilən şəxs Salyan rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci ildə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qərarı ilə 03 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuşdur, xx.xx.2023-cü ildə cəzasını tam çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli 1(057)- 67/2024 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, üzərində 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs ətrafında aparılmış əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair 26 mart 2024-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin 04 aprel 2024-cü il tarixli 3-13-11/2-4374/2024 saylı məktubundan görünür ki, 2024-cü il martın 22-də Köhnə Ələt-Astara avtomobil yolunun Salyan şəhəri ərazisindən keçən 59-cu km-də yerləşən vət.Zərərçəkmiş şəxs1 məxsus olan “Şəfa” adlı aptekdə baş vermiş oğurluq faktı ilə əlaqədar olaraq hadisə yerinin müayinəsi zamanı ekspert tərəfindən götürülmüş əl izləri xx.xx.2024-cü il tarixdə KTİ-nə daxil olmuşdur. DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş, müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi xx.xx.1978-ci il tarixdə Salyan rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlin ovuc (siyirmənin üzərindən götürülmüş) əksi ilə eynilik müəyyən etmişdir. Digər eynilik müəyyən edilməmişdir. İş materiallarında olan Salyan rayonu, Kürqaraqaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 aprel 2024-cü il tarixli yaşayış yeri, ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, X2 rayonu, Ərəbqaşıqlı kəndində yaşayır, ailə tərkibi anasından ibarətdir, yaşadığı müddətdə barəsində nümayəndəliyə şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 30 aprel 2024-cü il tarixli «cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması və icraata qəbul edilməsi haqqında» qərarla istintaqa məlum olmayana mənbə tərəfindən satış məqsədilə qanunsuz olaraq xüsusilə külli miqdarda küstar üsulla hazırlanmış narkotik vasitə heroinin əldə edilməsi, saxlanması və daşınması faktına görə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə başqa cinayət işi ayrıca icraata ayrılmışdır. Məhkəməyə təqdim olunmuş Zərərçəkmiş şəxs1 21 avqust 2024-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxs X7 ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim olunmuş Zərərçəkmiş şəxs2 04 noyabr 2024-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxs X7 tərəfindən ona dəymiş maddi ziyandan 200 manatı qaytarılmış, ona qanunla nəzərdə tutulmuş qaytata cəza verilməsini xahiş edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, X6 istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi CM-in 177.2.2, 177.2.3 və 234.4-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, X5 əməli CM-in 177.2.2, 177.2.3 və 234.4-1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. X5 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə X6 cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, X6 CM-in 177.2.2, 177.2.3 və 234.4-1-ci maddələri ilə düzgün ittiham verilmişdir. X1 Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.4-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyaları daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxs X5 əməlini qismən etiraf etməsini və əməmindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödəməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. X7 hazırkı iş üzrə cinayəti Salyan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü üzrə məhkumluğu ödənilmədən və ya götürülmədən törətmişdir. Bu Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən “Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz”. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsirini, həmçinin təqsirləndirilən şəxslərin hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, X6 Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.4-1-ci maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Bundan sonra X6 hazırki hökmlə təyin olunacaq cəza ilə Salyan rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli hökmü il tarixli hökmü ilə təyin olunmuş cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplamaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs X7 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən X6 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurulmuş ziyana görə Azərbaycan Respublikası CPM-in 180.2-ci maddəsinə əsasən mülki iddia verilmədiyindən hökm qanuni qüvvəyə mindikdən sonra mülki mühakimə icraatı qaydasında X6 qarşı mülki iddia vermək hüquqları izah edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübut kimi tanınaraq - Salyan Rayon Polis Şöbəsində saxlanılan ekspertizadan sonra qalıq qalmış 2499,90 qram narkotik vasitə heroin məhv edilməlidir. Məhkəmə eyni zamanda iş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində ekspertiza xərcinin X3 tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 26 mart 2024-cü il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: X7 Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 234.4-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. CM-in 177.2.2, 177.2.3-ci maddələri ilə ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4-1-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X6 Salyan Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli hökmü ilə təyin olunmuş 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəza ilə qismən toplansın və ona qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 26 mart 2024-cü il tarixdən hesablansın. X7 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun, ərazi narkoloji xəstəxanada qeydiyyatda olması nəzərə alınsın. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində ekspertiza xərci X3 tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq - Salyan Rayon Polis Şöbəsində saxlanılan ekspertizadan sonra qalıq qalmış 2499,90 qram narkotik vasitə heroin məhv edilsin. Azərbaycan Respublikası CPM-in 180.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxs X6 qarşı mülki mühakimə icratı qaydasında mülki iddia vermək hüququ izah edilsin. Hökmdən elan olunduğu (həbsdə olan Zahid Həşimova hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Əli Əliyev Ayşən Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar