Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-522/2021 25.11.2021 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Abdullayev İlkin Qismət oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi – X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi2, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxx 1994-cü ildə Masallı rayonunun Qızılavar kəndində doğulmuş Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, həmin ünvanda qeydiyyatda olmaqla orada yaşamış, barəsində 06 aprel 2021-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 182.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 2021-ci ilin mart ayında tanış olduğu Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul tələb etmək qərarına gəlib, bu məqsədlə istifadəsində olan mobil telefonundakı “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Zərərçəkmiş şəxs ilə əlaqə saxlayarkən sonuncu ona israrlı tələbləri nəticəsində öz çılpaq fotoşəkillərini göndərdikdən sonra niyyətini həyata keçirtmək üçün təhsili ilə əlaqədar Lənkəran rayonunda olan Zərərçəkmiş şəxs 31 mart və 01 aprel 2021ci il tarixlərdə yaşadığı Masallı rayonunun Qızılavar kəndində olarkən eyni proqramda səsli mesajlar göndərib əlaqə saxlayaraq çılpaq fotoşəkillərini, yəni haqqında rüsvayedici məlumatları tələbə qız yoldaşları və ailə üzvləri arasında yayacağı ilə hədələyərək ondan vahid niyyətə - hədə-qorxu ilə 100 manat məbləğində pul tələb etmiş, bundan sonra "xxxx" ASC-dən adına verilmiş 4169 7413 2565 7847 saylı plastik kartın fotoşəkilini onun tələbi ilə razılaşan Zərərçəkmiş şəxs göndərmiş və sonuncudan haqqında rüsvayedici məlumatlar yaymaması müqabilində 02 aprel 2021-ci ildə, saat 10 radələrində 100 manat məbləğində pul vəsaitini tanışı X4 vasitəsi ilə adına olan plastik karta yüklənməsinə nail olmaqla, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə 100 manat məbləğində pul tələb etmişdir. Bundan başqa, o, 02 aprel 2021-ci ildə, saat 10 radələrində Lənkəran şəhərində olarkən Zərərçəkmiş şəxs hədə-qorxu ilə tələb etdiyi 100 manat məbləğində pul vəsaitini adına olan plastik karta köçürülməsinə nail olduqdan sonra, haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə Zərərçəkmiş şəxs təkrarən pul tələb etmək qərarına gələrək, bu məqsədlə yenidən istifadəsində olan mobil telefonundakı "WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə sonuncuya səsli mesajlar göndərib əlaqə saxlayaraq çılpaq fotoşəkillərini, yəni haqqında rüsvayedici məlumatları tələbə qız yoldaşları və ailə üzvləri arasında yayacağı ilə hədələyərək ondan təkrar hədə - qorxu ilə 100 manat məbləğində pul tələb etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 182.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, instagram” sosial şəbəkəsindən tanış olduğu Zərərçəkmiş şəxs tanışlıq üçün bir neçə şəkilini istəmiş, sonuncu ona şəkillərini göndərmiş, ondan xoşu gəldiyini deyib ona çılpaq şəkillərini göndərməsini istəmiş, Sona şəkillərini göndərdikdən sonra onun haqqında rüsvayedici məlumatlar yaymaqla hədələyib 2021-ci ilin aprel ayının 02-də Sonadan kartına yüklənməklə 100 manat pul almış, həmin tarixdə onu yenidən haqqında rüsvayedici məlumatlar yaymaqla hədələyib 100 manat pul tələb etmiş, lakin Sonanın şikayətinə əsasən 2021-ci ilin aprel ayının 4-də polis işçiləri tərəfindən saxlanılmışdır. Hazırda əməlindən səmimi peşmançılıq keçirməsini, zərərç əkmiş şəxsdən üzrxahlıq etməsini gənc olmasını və ilk dəfə cinayət törətməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin verilən ittiham üzrə cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs istintaqda verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 25 mart 2021-ci ildə “o dildora” adlı “instagram” profilindən “Zuzu” adlı profilinə mesaj gəlmiş, həmin şəxs özünü Dilarə adı ilə Rusiya Federasiyası vətəndaşı kimi tanıtmış, 27 mart 2021-ci ildə ona “whatsapp” vasitəsi ilə mesaj gəlmiş, həmin şəxs “instagram”da tanış olduğu Dilarə adlı şəxsin tanışı, Masallı rayonunun Qızılavar kəndində yaşayan Təqsirləndirilən şəxs olduğunu, onunla dost olmaq istədiyini demiş, onlar əlaqə saxlayaraq aralarında səmimi münasibətləri yaranmış, tanışlıq üçün ona bir neçə şəklini göndərmişdir. 31 mart 2021-ci ildə Elvin onunla “whatsapp” vasitəsi ilə əlaqə saxlayıb ondan xoşu gəldiyini, bədənini görmək istədiyini deyib çılpaq şəkillərini istəmiş, Elvinə göndərməyəcəyini dedikdə sonuncu əsəbləşib çılpaq şəkili ona göndərməyəcəyi halda onda olan şəkillərini barəsində əxlaqsız ifadələrlə internetdə yayacağını demiş, rüsvay olmaqdan qorxub üzünün görünmədiyi çılpaq şəkilini ona göndərmiş, lakin Elvin üzünün də göründüyü çılpaq şəkilini istəmiş, ikinci dəfə üzünün göründüyü çılpaq şəklini Elvinə göndərib baxdıqdan sonra şəkilləri silməsini ondan xahiş etmiş, Elvin şəkilləri sildiyini, ondan xoşu gəldiyi üçün şəkillərini istədiyini, yalandan dediyini bildirmiş, Elvinlə münasibətini davam etmişdir. Həmin gün gecə saatlarında Elvinlə danışarkən Elvin ona göndərdiyi çılpaq şəkillərini silmədiyini, ailəsində, təhsil aldığı kollecdə yayılaraq rüsvay olmamasını istəyirsə, ona 100 manat pul göndərməsini tələb etmiş, Elvinə pulu olmadığını bildirsə də, Elvin şəkilləri yayacağını, pul göndərdiyi halda isə siləcəyini, ona "xxxx"a məxsus plastik kartın şəklini göndərərək pulu həmin hesaba göndərməyini bildirmiş, 02 aprel 2021-ci ildə, səhər saatlarında qohumu Nemətlə əlaqə saxlayıb ondan borca 100 manat pul istəmiş və həmin pulu Elvinin ona göndərdiyi karta köçürməsini xahiş etmiş, pul köçürüldükdən sonra Elvindən şəkillərini silməsini istədikdə, Elvin şəkilləri silməyəcəyini deyərək yenidən ona hədə-qorxu gəlib ondan 100 manat pul tələb etmiş, maddi imkanı olmadığından məcbur qalıb DİN-in 102 xidmətinə zəng edərək məlumat vermiş, sonra ərizə ilə Lənkəran ŞRPŞ-nə müraciət etmişdir. Hazırda təqsirləndilən şəxs Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid Əlisafa qızı məhkəməyədək icraatı zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşıdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs isə tanımamış, qardaşı Elvinin Sona ilə tanışlığı barədə məlumatı olmamışdır. Özü Bakı şəhərində yaşamaqla orada işləyir, qardaşı Elvin heç bir yerdə işləmədiyindən hər ay 50-100 manat arası Elvinin 4169 7413 2565 7847 saylı "xxxx" plastik kartına pul göndərmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən və zərər çəkmiş şəxsin, eləcə də şahidin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan mesajlaşma mətinlərinə baxış keçirilməsi haqqında 05 aprel 2021-ci il tarixli protokoldan görünür ki, whatsappda ***-***-**-** saylı mobil nömrədən “Ya o weklini at meni sakitlewdir yeniden bawliyag yadaki get qebrini qaz hazir qoy...”, “Ya o wekil ya seni yox eliyecem...”, “Adam kimi diyrem at yenidenbawliyag...”, “Ve seni 1 saat gozduyrem...”, alt paltar etiketinin altında yazılan “Bele..”, “Ataninda”, “Nomresini”, “Tapacam”,”Anainda”, “Sebirli ol” mesaj mətinləri, həmçinin ***-***-**-** saylı mobil nömrəyə “and iç”, “mən atandan sonra mendenheçneisdemeyeceksen”, “her sei sileceksen....”, “sen menden şekil isdeme...”, “ama şekil isdeme menden”, “atdım ama üzümü sala bilmerem...”, “maykayla deyirdin indi başdan ayağa budu senin hereketin...”, mesaj mətinləri göndərilmişdir. Mesajlaşma metinlərinin surətlərinə baxış keçirilməsində iştirak edən Zərərçəkmiş şəxs təqdim etdiyi mesajlaşma mətinlərini öz telefonundan götürərək təqdim etdiyini, mətnlərin başlığında qeyd olunan ***-***-**-** saylı nömrənin Təqsirləndirilən şəxs aid olduğunu, mesajlarda əks olunanların Təqsirləndirilən şəxs onunla istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə whatsapp ani mesajlaşma mübadiləsi sistemində əlaqə saxlayıb səs yazıları və mesajlar göndərməsindən ibarət olduğunu, mesaj mətinlərindəki ***-***-**-** saylı mobil nömrəyə göndərilən mesajların onun tərəfindən yazılıb göndərildiyini, həmçinin üzü görünən qadın şəklinin özü olduğunu, çılpaq şəkillərini Təqsirləndirilən şəxs göndərildikdən sonra sildiyinə görə baxış zamanı aşkar edilmədiyini bildirmişdir. Həmçinin Mesajlaşma mətinlərinin surətlərinə baxış keçirilməsində iştirak edən Təqsirləndirilən şəxs təqdim edilmiş mesajlaşma mətinlərindəki ***-***-**-** saylı nömrənin özünə aid olduğunu, mesajlarda əks olunanların özünün Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə whatsapp ani mesajlaşma mübadiləsi sistemində əlaqə saxlayıb səs yazıları və mesajlar göndərməsindən ibarət olduğunu, mesaj mətinlərindəki ***-***-**-** saylı mobil nömrədən göndərilən mesajların onun tərəfindən yazılıb göndərildiyini, həmçinin üzü görünən qadın şəklinin Sona Əsəsdullayeva olduğunu bildirmişdir. İş materiallarında olan CD diskdə səs yazılarına baxış keçirilməsi haqqında 06 aprel 2021-ci il tarixli protokoldan görünür ki, CD diskdə ümumilikdə 19 ədəd kişi cinsinə aid audio səs yazıları olan fayllar vardır və faylların hər birində şəkilləri yaymaq hədə-qorxusu ilə pul tələb edildiyini əks etdirən ayrı - ayrılıqda aşağıdakı ifadələr işlədilmişdir: AUD-20210405-WA0016 faylda- “Hə mənəm içmişdim. Nömrələrə görə, sənin şəkillərinə görə. Söhbət bu şəkildən getmir. Nəysə, mən sənə dedim. 100 də elə vsyo söhbət bağlanır. Ümumiyyətlə mən onu dəyişirəm, sən də mənim nömrəmi blok eliyirsən, yəni silirsən vsyo söhbət bağlanır, bu qədər asan yəni...”; AUD-20210405-WA0017 faylda- “Mən də sənə dedim, yəni eləməsən Vallah bu şəklini o qızlara hamısına bir-bir atacam, yəni sənin necə biri olduğunu biləcəklər, başa düşdün? 100 dəelə, söhbəti bağlayaqümumiyyətlə...”; AUD-20210405-WA0018 faylda- “Mən səni axşama kimi gözləyirəm vsyo. Saat 4-ə kimi gözləyirəm, eləməsən Allaha and olsun eliyəcəm. Başa düşdün? Sonra daha da pis olaca qsənə. Saat 4-ə kimi 100 də elə vsyo. Məni at bloka, nömrənidə sil, daha mənə heç nə yazma, gözləyirəm mən səni 4-ə kimi...”; AUD-20210405-WA0019 faylda- “Sən guya görmürsən mənim zəngimi cavab vermirsən sən mənə? Allah haqqı bax əsəbləşirəm, tüpürərəm o pula, bilirsən də neyliyərəm...”; AUD-20210405-WA0020 faylda- “İndi heçnəyi silməyəcəm, pul köçsün karta, sonra hər şeyi siləcəm...”; AUD-20210405-WA0021 faylda- “Mən səni aldatmıram, sən məni aldatma, bu gün gözləyirəm. Gün ərzində elə. Elə vsyo hara gedirsən get neyləyirsən elə, vsyo...”; AUD-20210405-WA0022 faylda- “A nəyi, nəoldu, demədinsabah? Sabahatacamda...”; AUD-20210405-WA0023 faylda- “Belə deyim də, nə qədər tez eləsən sənə xeyirdi...”; AUD-20210405-WA0024 faylda- “Sabah səhər ataram kartı, sabah da pulu yollayarsan, yaxşı?...”; -AUD-20210405-WA0025 faylda- “Mən nəyi tezeliyim ki, başa düşmədim nəyi? Sənə problem yaratmağımı tezeliyim yəni, onu deyirsən?...”; -AUD-20210405-WA0026 faylda- “Kart atacam qoyarsan karta, “Milliön”lə qoyarsan karta...”; - AUD-20210405-WA0027 faylda- “Bakıdayam mən hara gəlim, başın xarabdı, 50 manat da yol puluya verim gəlim, məzələnirsən, bəhanə axtarırsan bala? Adam kimi deyirəm elə, cəhənnəm ol hara gedirsən get...”; - AUD-20210405-WA0028 faylda- “2-ci yox, 1-ci gün gözləyirəm, yaxşı? 2-ci günyox. Orda çətin bir şey yoxuydu. Yaxınlaşırsan aparata, luboyuna desən yəni maqazendə falan onu eliyərlər, problem deyil. Belə bacarmırsan, gedib poçtla eliyərsən, poçtla göndərərsən...”; - AUD-20210405-WA0029 faylda- “Bu səfər siləcəm, bu səfər. Problmemim var, kömək elə vəziyyətdən çıxım, sonra çıx get həyatını yaşa, yaxşı ? Vsyo...”; - AUD-20210405-WA0030 faylda- “İnanmırsan öz problemindi, mən sənə dedim, mən səni 1-ci günə kimi gözləyirəm. Yoxsa Allaha and olsun bir-bir o qızların hamısına yığacam, hamısına yazacam, sənin erotik şəklini də atacam, yəni. Məsələ belə bağlanacaq yəni. Ən azından biləcəm ki, bir şey elədim yəni, hirsim soyuyar, okey ? Ya dediyimi elə, Allaha and olsun narahat eləmiyəcəm səni. Başıma çırpıram zatən səni? Sənin bütün məlumatların vare məndə bala, yaxşı ?...”; - AUD-20210405-WA0031 faylda- “Sənə 1-ci günəqədərvaxtverirəm, pul göndərməsən Allah haqqı ailəndən istəyəcəm o pulu yaxşı ? vsyo...”; -AUD-20210405-WA0032 faylda- “Əşşi kim nə deyib, kim nə deyib səni maraqlandırmasın, mən sənə dedim, 1-ci günə qədər 100 manat göndərirsən vsyo, get həyatını yaşa, əks halda eləməsən göndərdiyin nə var hər şeyidə paylaşacam, yəni bir sözlə səni yəni, o dediyim kimi yaxşı? Amma bu səfər inanki, eliyərəm, yaxşı? Heç vecimədə deyil özünü öldürərsən, ağac soxarsan, neyləyərsən get elə, yaxşı?...”; - AUD-20210405-WA0033 faylda- “Ə vicdansız, mənə adboy eləmə, yaxşı ? Məni təzədən dəli eləmə, Allaha and olsun bu səfər çönsəm vara, səni cırıq-cırıq eliyərəm, bax sənə deyirəm mən, Adam kimi deyirəm kodu ver, kodu ver ikimiz işlədək o səhifəni...”; - AUD-20210405-WA0034 faylda- “Ə olmur, olur da indi olur, indi olur, başa düşürsən, indi olur. Mənə kodu ver, sənə son dəfə deyirəm, kodu ver”. Səs yazılarının əks olunduğu CD diskə baxış keçirilməsində iştirak edən Zərərçəkmiş şəxs təqdim etdiyi diskdəki səs yazılarının Masallı rayonu Qızılavar kənd sakini Təqsirləndirilən şəxs aid olduğunu, həmin səs yazılarını Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə onunla istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə whatsapp ani mesajlaşma mübadiləsi sistemində göndərdiyini, bu səs yazıları ilə Təqsirləndirilən şəxs ondan çılpaq şəkillərini ailə üzvləri və təhsil aldığı X8 Kollecində yayıb rüsvay etməklə hədə-qorxu gəlib pul tələb etdiyini bildirmişdir. Həmçinin Səs yazılarının əks olunduğu CD diskə baxış keçirilməsində iştirak edən Təqsirləndirilən şəxs diskdəki səs yazılarının özünə aid olduğunu, həmin səs yazılarını istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə X1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə whatsapp ani mesajlaşma mübadiləsi sistemində göndərdiyini, bu səs yazıları ilə özünün Zərərçəkmiş şəxs çılpaq şəkillərini ailə üzvləri və təhsil aldığı X8 Kollecində yayıb rüsvay etməklə hədəqorxu gəlib pul tələb etdiyini bildirmişdir. İş materiallarında olan 19 iyun 2021-ci il tarixli əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs hədə-qorxu ilə tələb etmə cinayət əməlini tək törətmişdir. İş materiallarında olan Lənkəran Şəhər Psixatriya Xəstəxanasının 13 aprel 2021-ci tarixli, 284 nömrəli arayışından görünür ki, Eyvazov X3 ŞPX-da qeydiyyatda deyildir. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışmasını, ona dəymiş maddi ziyanın tam ödənilməsini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmiş və Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan qərardan görünür ki, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasındakı whatsapp ani mesajlaşma mübadiləsi sistemində yazılan qarşılıqlı mesaj mətnləri, səs yazılarını əks etdirən 01 ədəd CD disk, 100 manat pulun göndərilməsini əks etdirən elektron qəbzin surəti, "xxxx" ASC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş 4169 7413 2565 7847 nömrəli plastik karta aid mədaxil və məxariclərin siyahısının X4 istifadəsində olan plastik kartdan birbank vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunmuş plastik karta 02 aprel 2021-ci ildə saat 09:53:18-də 100 manat pulun körüldüyünün əks olunduğu hissəsi və Təqsirləndirilən şəxs istifadəsində olan 4169 7413 2565 7847 nömrəli Kapital bank plastik kartın əsli iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə uyğun olaraq iş üzrə (təqsirləndirilən şəxsin məhkəməyədək və məhkəmə icraatı zamanı verdiyi etirafedici, zərər çəkmiş şəxsin və şahidin isə istintaq zamanı, eləcə də məhkəmədə verdikləri təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutu, ekspertiza rəylərini və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifini müzakirə edərkən onun hərəkətini Azərbaycan Respublikası CM-in 182.2.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət təqibi ilə bağlı ona elan edilmiş ittihamda nəzərdə tutulan ictimai təhlükəli əməlin törədilməsini, həmin əməlin törədilməsində təqsirləndirilən şəxsin qəsdən iştirak etməsini, törədilmiş əməlin ona aid edilməsini təsdiq edən, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv araşdırıb cinayətin tamah məqsədi ilə törədilməsi qənaətinə gəlir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 182.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli cinayət qanununa uyğun cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı qanuni və ədalətli hesab edir. Eyni zamanda, onun barəsində Azərbaycan Respublikası CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində saxlanıldığı vaxtdan, yəni 04 aprel 2021-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Lənkəran rayon məhkəməsinin 06 aprel 2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 04 aprel 2021-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-in 56.1 və 56.1.2-ci maddələrinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün o, ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Eyvazov X5 rayonunun Qızılavar kəndində qeydiyyatda olmaqla valideynləri ilə birlikdə orada yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərər çəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eləcə də, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, təqsirini etiraf etməklə əməlindən peşmanlıq keçirməsini, gənc olmasını, ilk məhkumluğunu və yaşayış yerindən müsbət xarakterizə olunmasını isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasındakı whatsapp ani mesajlaşma mübadiləsi sistemində yazılan qarşılıqlı mesaj mətnləri, səs yazılarını əks etdirən 01 ədəd CD disk, 100 manat pulun göndərilməsini əks etdirən elektron qəbzin surəti, "xxxx" ASCdən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş 4169 7413 2565 7847 nömrəli plastik karta aid mədaxil və məxariclərin siyahısının X4 istifadəsində olan plastik kartdan birbank vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunmuş plastik karta 02 aprel 2021-ci il tarixdə saat 09:53:18-də 100 manat pulun körüldüyünün əks olunduğu hissəsi cinayət işi materialarında saxlanılmalı, Təqsirləndirilən şəxs istifadəsində olan 4169 7413 2565 7847 nömrəli Kapital bank plastik kartın əsli onun yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 182.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 5 (beş) il 6 (altı) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 04 aprel 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran şəhər-rayon polis şöbəsində saxlanılan təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs arasındakı whatsapp ani mesajlaşma mübadiləsi sistemində yazılan qarşılıqlı mesaj mətnləri, səs yazılarını əks etdirən 01 ədəd CD disk, 100 manat pulun göndərilməsini əks etdirən elektron qəbzin surəti, "xxxx" ASC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş 4169 7413 2565 7847 nömrəli plastik karta aid mədaxil və məxariclərin siyahısının X4 istifadəsində olan plastik kartdan birbank vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunmuş plastik karta 02 aprel 2021-ci ildə saat 09:53:18-də 100 manat pulun körüldüyünün əks olunduğu hissəsi cinayət işi materialarında saxlanılsın, Təqsirləndirilən şəxs istifadəsində olan 4169 7413 2565 7847 nömrəli Kapital bank plastik kartın əsli onun yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:
1. (sədrlik edən) Cəlil Nəbiyev
2. İlkin Abdullayev
3. Müşfiq Məmmədov