Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-522/2022 01.09.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1940-cı ildə Beyləqan rayonu, Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, təqaüdçü, Beyləqan rayonu, Birinci Şahsevən kəndində pasport qeydiyyatında olmaqla yaşayan, barəsində Beyləqan rayon məhkəməsinin 09 aprel 2022-ci il tarixli qərarı ilə “ ev dustaqlığı” qətimkan tədbiri, ibtidai istintaq orqanının 17 iyul 2022ci il tarixli qərarına əsasən “polisin nəzarəti altına vermə “qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 126.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 07 aprel 2022-ci il tarixdə, saat 12 radələrində Beyləqan rayonu, Birinci Şahsevən kəndindəki yaşadığı evin mətbəxinin içərisində yerləşən ayaq yolunda olduğu zaman həyat yoldaşı Zərərçəkmiş şəxs ayaq yolunun qapısını açdığıüçün o, buna etiraz etdiyindən Zərərçəkmiş şəxs onu söyüb təhqir etmiş, o, ayaq yolundan çıxdıqdan sonra da Zərərçəkmiş şəxs onu söyüb təhqir etməkdə davam etdiyinə görə aralarında ailə-məişət münaqişəsi zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmaq məqsədilə həmin vaxt mətbəxdəki yemək masasının arxasındakı stulda oturmuş Zərərçəkmiş şəxs yaxınlaşaraq onun fiziki qüsuruna görə ona müqavimət göstərmək imkanına malik olmadığını və xx xxxxxx 1941-ci ildə anadan olmaqla qoca yaşında olmasını bilib, onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olmasından istifadə edərək ona sağ göz, ağız vəçənə nahiyələrinə qəsdən vurduğu yumruq zərbələrinin təsirinin zəif olmasını hiss edərək ona daha çox ağrı yetirmək üçün Zərərçəkmiş şəxs dizinin üzərində olan zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən, xüsusi təyinatlı dekorativ əsanıgötürərək onun baş nahiyəsinə bir dəfə zərbə endirmiş, Zərərçəkmiş şəxs həmin zərbənin təsirindən yerə yıxıldıqdan sonra o, cinayətkar niyyətini davam etdirib sonuncuya fiziki ağrı yetirdiyini və Zərərçəkmiş şəxs həmin ağrılardan əziyyət çəkdiyini dərk edərək xüsusi amansızlıqla əlindəki həmin əsa ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə, hər iki said və sol əl nahiyələrinə qəsdən çox saylı zərbələr vuraraq Zərərçəkmiş şəxs qəsdən qapalıkəllə-beyin travması, baş beyin silkələnməsi, alın, ənsə, təpə və sol gicgah nahiyələrinin çoxsaylıəzilmiş yaraları, sağ mil sümüyünün aşağıüçdə birinin qapalı, fraqmentləri yerinidəyişən sınığı, sol said sümüklərinin orta üçdə birinin qapalı, qəlpəli, fraqmentləri yerinidəyişən sınığı, sol əlin 3cü, 4-cü və 5-ci barmaqlarının proksimal falanqalarının fraqmentlərinin yerinidəyişən qapalı sınıqları, sol əlin 2-ci və 3-cü barmaqlarının açıcı əzələlərinin cırılması, travmatikhemorragik şok xarakterli xəsarətlər yetirmiş, bununla da o, Zərərçəkmiş şəxs onun köməksiz vəziyyətindən istifadə edərək, xüsusi amansızlıqla həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 07 aprel 2022-ci il tarixdə saat 12 radələrində o, yaşadığı evin mətbəxinin arxasında yerləşən tualetə getmiş, suyu açaraq oturmuş, bir neçə dəqiqə sonra arvadı Dilarə tualetin qapısını açmış, o Dilarəyə “eşitmirsən suyun səsini” deyib qışqırmış, bundan sonra Dilarə onun üstünə qışqıraraq onu söyüb təhqir etmişdir. O, tualetdən çıxanda Dilarənin mətbəxdəki stulda, üzü tualetə tərəf oturduğunu görmüş, Dilarə yenə də onu söyüb təhqir etmişdir. O, yaşlı adam olduğundan Dilarənin onu təhqir etməsinə görə çox əsəbiləşmiş, Dilarəni cəzalandırmaq istəmiş, ona görə də yaxınlaşıb əvvəlcə yumruqla onun çənəsinə, sağ gözünün altına, ağzına vurmuşdur. Dilarə isə təhqir etməkdə davam etmiş, ona görə də o Dilarənin dizinin üzərində olan ağacdan hazırlanmış çəliyini götürüb onun başına, əllərinə, qollarına, harasına gəldi zərbələr vurmuş, çəlik nazik olduğu üçün qırılmışdır. O, çəliklə vurduqca Dilarə qışqırıb “ay Məlahət, ay Məlahət, gəl kömək elə” deyib gəlnini onu çağırmış və onun yazığı gəldiyi üçün Dilarəni çəliklə vurmağı dayandırmış, Dilarənin birdən ölə biləcəyini düşünüb, həkim çağırmaq lazım olar deyə dizləri üstə oturub Dilarənin nəbzini yoxlamış və nəbzinin vurduğunu bilmişdir. Bundan sonra gəlni Məlahət oraya gələrək oğlu Rəşşadı çağırmış, Rəşşad evə gəlib həkimə zəng etmiş və həkimlər gəlib Dilarəni xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq göstərmişdir ki, o Dilarəni öldürmək istəməmişdir. İstintaqa bu barədə verdiyi ifadəsini təsdiq etmir. Etdiyi əməldən peşmandır. Dilarə ilə barışmışdır. Onun 83 yaşında xəstə və qoca olmasının cəza təyin edilərkən nəzərə alınmasını xahiş edir. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi özünün səmimi etirafedici ifadəsindən başqa, dindirilmiş şahidlərin ifadələri, məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, tədqiq edilmiş ekspertiza rəyləri, maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona tamamilə sübutdur. İşdə olan Beyləqan rayon X3 Hüquqi şəxsin 27 avqust 2022-ci il tarixli tibbi arayışından görünür ki, arayışından görünür ki, Zərərçəkmiş şəxs hazırda hər iki diz oynağının artirozu, hərəkət məhdudluğu diaqnozu ilə xəstədir. Məhkəmədə gəlməyən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmaqla tədqiq edilmişdir. O həmin ifadəsində göstərmişdir ki, onun ailə üzvləri əri Nuru, oğlu Rəşşad, Rəşşadın oğlu Sübhan və arvadı Məlahətdən ibarətdir. O, Nuru ilə təxminən 60 ildir ki, ailəlidir, himayələrində 5 nəfər uşaqları olmuşdur. O, 07 aprel 2022-ci il tarixdə saat 12 radələrində yaşadıqları evin mətbəxinin arxa tərəfində yerləşən tualetin qapısını açıb içəri girmək istəyən zaman Nurunun içəridə olduğunu görüb qapını bağlamış, Nurunun içəridə olmasını əvvəlcədən bilməmişdir. Bundan sonra Nuru deyinib onu təhqir etməyə başlamış, o da Nurunu təhqir edərək cavabını vermiş, sonra da keçib mətbəxdəki stulda oturmuş, Nuru tualetdən çıxıb onu təhqir edərək yanına gəlmiş, o da oturduğu yerdə Nurunu təhqir edərək cavabını vermişdir. Nuru onun üzərinə gəlib söyə-söyə yumruqla onun sağ gözünə, ağzına, çənəsinə vurmuş, daha sonra onun dizinin üstündə olan çəliyi götürüb baş nahiyəsinəçəliklə vurmuş, birinci zərbədən sonra o, yerə yıxılmış, Nuru bir dizini yerə, digər dizini isə onun sinəsinin üstünə qoyub çəliklə başına zərbələr vurmuşdur. O, çəlik zərbələri başına dəyməsin deyəəlini qabağa vermiş, həmin vaxt sol əlindən xəsarət almışdır. Nuru onu vurduqca çəlik sınmış, lakin Nurunun ona neçə dəfə vurmasını bilməmişdir. O, bir müddətlik huşunu itirmiş, gözünü açdıqda evlərinə həkimlərin gəlib onu xəstəxanaya apardıqlarını görmüş, həkimləri oğlu Rəşşad çağırmışdır. Nuru onu çəliklə vuran zaman orada onlardan başqa heç kəs olmamış, gəlini Məlahət həyətdə, Rəşşad və Sübhan isə işdə olmuşlar. Nuru onu yalnız çəliklə vurmuş, başqa alətlə vurmamışdır. Onun Nuru ilə münasibətləri uzun illərdir ki, yaxşı deyil, Nuru onu səbəbsiz yerə söymüş, cavan yaşlarında 2-3 dəfə yumruq və təpiklə döymüşdür. Onlar uzun illərdir ki, ayrı yataqlarda yatmış, ər-arvad kimi yaşamamışlar. Təqsirləndirilən şəxs əvvəllər onu öldürməklə hədələməmiş, 07 aprel 2022-ci il tarixdə onu öldürmək üçün imkanı olsa da, Nuru onu öldürmək istəmədiyi üçün bunu etməmiş, əgər istəsəydi onu öldürə bilərdi. O, uzun illər ərzində Nurunu tanıdığı üçün Nurunun adam öldürməyə əlinin gəlməyəcəyini bilmişdir. Onun Təqsirləndirilən şəxs 07 aprel 2022-ci il tarixdə ona xəsarət yetirməsi ilə bağlı şikayət və tələbi yoxdur. 18 may 2022-ci il tarixli, 212/22 nömrəli məhkəmə-tibbi ekspertiza rəyinə əsasən onda aşkar olunmuş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, alın, ənsə, təpə və sol gicgah nahiyələrinin çoxsaylı əzilmiş yaraları, sağ mil sümüyünün aşağı üçdə birinin qapalı, fraqmentlərinin yerinidəyişən sınığı, sol said sümüklərinin orta üçdə birinin qapalı, qəlpəli, fraqmentləri yerinidəyişən sınığı, sol əlin 3-cü, 4-cü və 5-ci barmaqlarının proksimal falanqalarının fraqmentləri yerinidəyişən qapalı sınıqları, sol əlin 2-ci və 3-cü barmaqlarının açıcı əzələlərinin cırılması, travmatik-hemorragik şok xəsarətlərini ona əri Təqsirləndirilən şəxs 07 aprel 2022-ci il tarixdə çəliklə vuraraq yetirmiş, həmin xəsarətləri alan zaman onun başında qanaxma baş vermişdir. Məhkəmətibbi ekspertizasının 08 aprel 2022-ci il tarixli, 211/22 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs burun və sağ almacıq nahiyələrində aşkar edilmiş sıyrıq xəsarətlərini ola bilsin ki, 07 aprel 2022-ci il tarixdə Nuru onu çəliklə vuran zaman o, Nurunu əlləri ilə özündən uzaqlaşdırmaq istədikdə dırnaqları ilə bilmədən yetirmiş, həmin xəsarətlərdən qan axmamışdır. Hadisə yerindən aşkar edilərək götürülmüş yaylıq hadisə baş verən zaman onun başında olmuş, yaylığın üzərindəki zədələr Nuru onu çəliklə vurub xəsarət yetirərkən yaranmış, əvvəllər həmin yaylıqda heç bir zədə olmamışdır. Eyni zamanda məhkəməyə daxil olmuş Zərərçəkmiş şəxs ərizələrindən görünür ki, o xəstə olması ilə əlaqədar yeriyə bilməməsi səbəbindən məhkəməyə gələ bilmədiyindən, məhkəmə prosesini onun iştirakı olmadan keçirilməsini və əri Təqsirləndirilən şəxsla barışdığını, ondan heç bir tələb və şikayəıti olmadığını bildirib onun barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qaynatası, Dilarə isə qaynanasıdır. 07 aprel 2022-ci il tarixdə saat təxminən 11 radələrində əri Rəşad ona zəng edərək evə ət göndərdiyini dediyindən o evdən çıxaraq yaşadıqları evin həyət darvazasının qarşısına getmişdir. O, evdən çıxan zaman qaynanası Dilarənin tualetin qapısını açıb içəri girmək istəməsini görmüşdür. Həmin vaxt Nuru Dilarəyə “gözün görmür, qulağın suyun səsini eşitmirmi qapını açırsan” demiş, Dilarə Nuruya qapının açıq olduğunu, içəridə adam olduğunu bilmədiyini demiş və aralarında mübahisə yaranmışdır. O, əti gətirən adını bilmədiyi oğlan gözləməsin deyə evdən çıxmış və həmin vaxt Nuru ilə Dilarə arasında mübahisə davam etmişdir. O, təxminən 5-6 dəqiqə gözlədikdən sonra oğlanın gəlmədiyini görüb hava küləkli olduğu üçün evə qayıtmış, evə daxil olan vaxt qaynanası Dilarənin mətbəxdə stolun yanında, giriş qapısı tərəfdə yerdə uzandığını, Nurunun bir dizi yerdə, digər dizi isə Dilarənin sinəsinin üstündə tərpənmədən dayandığını, Dilarənin baş və sifəti nahiyyəsinin qan içində olduğunu görmüşdür. Bundan sonra o, tez Nuruya yaxınlaşaraq onun köynəyindən tutub, onu geriyə çəkmiş və əri Rəşşada zəng edib baş verənləri ona bildirmiş, təxminən beş dəqiqə sonra Rəşşad evə gəlmiş və dərhal təcili tibbi yardım çağırıb, anasını xəstəxanaya aparmışdır. O, Nurunun Dilarə ilə mübahisə etdiklərini görmüş, lakin Nurunun Dilarəni döyməsinin şahidi olmamışdır. Dindirilmiş şahidlər X2, Şahid1 və Şahid4 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təstiq etməklə oxşar məzmunlu ifadə verdilər. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 08 aprel 2022-ci il tarixli, 210/22 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs burun və sağ almacıq nahiyələrində sıyrıqlar aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər küt təsir mexanizminə malik əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə vəşəraitdə, yəni 07 aprel 2022-ci il tarixdəəl dırnaqları ilə yetirilə bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 18 may 2022-ci il tarixli, 212/22 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs qapalıkəllə-beyin travması, baş beyin silkələnməsi, alın, ənsə, təpə və sol gicgah nahiyələrinin çoxsaylıəzilmiş yaraları, sağ mil sümüyünün aşağıüçdə birinin qapalı, fraqmentləri yerinidəyişən sınığı, sol said sümüklərinin orta üçdə birinin qapalı, qəlpəli, fraqmentləri yerinidəyişən sınığı, sol əlin 3cü, 4-cü və 5-ci barmaqlarının proksimal falanqalarının fraqmentlərinin yerinidəyişən qapalı sınıqları, sol əlin 2-ci və 3-cü barmaqlarının açıcıəzələlərinin cırılması, travmatikhemorragik şok aşkar edilmişdir. Qeyd olunan xəsarətlər məhdud təsir səthinə malik bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aiddirlər. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi kriminalistik ekspertizasının 12 may 2022-ci il tarixli, 172-2021/MTKŞ nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus yaylığın üzərində 13 ədəd küt travma mexanizminə malik olan məhdud cırılma zədələri vardır. Bu zədələr yaylığın hər hansıəşyaya (əşyalara, predmetə, predmetlərə) ilişib cırılması nəticəsindəəmələ gəlməyə xarakterikdir. Ekspertizaya təqdim olunmuş 1, 2 və 3 nömrəli fraqmentlər əsanın dayaq hissəsi, 3 nömrəli fraqment isəəsanın başlığıdır və vahid bir tamın, yəni əsanın hissələridir. Ekspertizaya təqdim edilən fraqmentləri təşkil edən əsa zavod üsulu ilə hazırlanmışdır, xüsusi təyinatlı dekorativ əsadır, həm vahid tam halında əsa şəklində, həm də hazırki vəziyyətində ayrı-ayrı fraqmentlər şəklində soyuq silah hesab olunmur. Təqdim edilmiş əsanın müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən xx.xx.1941-ci ildə anadan olmuş qadının başına və bədəninin müxtəlif hissələrinə vurulması nəticəsində sınması istisna olunmur. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus yaylığın, Təqsirləndirilən şəxs məxsus şalvar və jaketin, o cümlədən süfrə, dəsmal və xalçanın üzərində aşkar olunmuş qan ləkələri qan mənbəyi ilə (qanlı səthlə) geniş statik kontakt və az dinamiki kontakt nəticəsində fiziki kapillyarlıq faktoru üzrə toxunma daxilinə hopmuşdur. Təqdim olunmuş protezin üzərində aşkar olunmuş ləkələr yaxma xarakterli olub qan mənbəyi ilə (qanlı səthlə) dinamiki kontakt nəticəsində yaranmağa uyğun gəlir. 04 ədəd hissəyə sınmış vəziyyətdə təqdim olunmuşəsanın hissələrinin üzərində olan qan ləkələri qan mənbəyinə (qanlı səthə) cüzi olaraq əlavə kinetik impuls verməklə düşən “sıçrantı” xarakterli ləkələrdir. Pambıq tamponlara hopdurulmuş qan ləkələri öz ilkin forması və morfoloji əlamətlərini itirdiyinə görə, həmin pambıq tamponlara hopdurulmuş qan ləkələrinin yaranma mexanizmi barədə fikir söyləmək mümkün deyildir. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus gödəkcənin və pencəyin üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. Məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 10 may 2022-ci il tarixli, 214/2022-MTBŞ nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu –Abeta(H)/İİ/-dir. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu – Abeta(H)/İİ/-dir. Ekspertizaya təqdim olunana ağacdan 04 ədəd çəlik hissələri, 01 ədəd alt çənə diş protezi, xalça, stolüstü süfrə-müşənbə, əl-üz dəsmalı, 03 ədəd pambıq tampon, qadın baş yaylığı, Təqsirləndirilən şəxs məxsus şalvar və jaket üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “A” və “H” antigenləri, əksər ləkələrdə həmçinin, beta aqqlyutinini alındı. Bu qan ləkələri Abeta(H)/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs məxsus ola bilərdi, əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olmuşdursa. Tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs məxsus gödəkcə və pencək üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. Məhkəmədə tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik məhkəməpsixoloji ekspertizasının 08 iyun 2022-ci il tarixli, 1462 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilmiş əməli törədərkən və törətməyə hazırlaşarkən hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisə zamanı emosional halına görə öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmış, həmin halın yaranması situasiya iləəlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Cinayət işinin materiallarında olan “Baxış aparılması haqqında” 07 aprel 2022-ci il tarixli protokolda göstərilmişdir ki,hadisə yeri Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus birmərtəbəli fərdi yaşayış evinin mətbəxidir. Evin girişində yola çınqıl tökülmüşdür. Evin həyəti giriş hissədə ağ boya ilə rənglənmiş mişar daşı ilə hasara alınmışdır. Həmin divarda evin həyətinə açılan metal materialdan hazırlanmış bir ədəd iki taylı, açıq-boz rəngli dəmir darvaza və bir ədəd bir taylı, açıq-boz rəngli qapı vardır. Evin həyətinə həmin darvaza və ya darvazadan solda yerləşən qapıdan daxil olunur. Evin giriş qapısı qarşısında yarımdairə formada inşa edilmiş, qəhvəyi boya ilə rənglənmiş beşədəd pilləkən və sürahili artırma vardır. Evin giriş qapısı taxta olub ağ boya ilə rənglənmişdir, iki taylıdır, üst tərəfində iki ədəd düzbucaqlışəklində pəncərə yerləşir. Evin iki zalı, üç yataq otağı, bir mətbəxi və mətbəxin içərisində bir sanitar qovşağı vardır. Giriş qapısından yaşayış evinin zalına daxil olunur. Zal otağından mətbəxə giriş qapısı bir taylıdır, taxtadan hazırlanmışdır, ağ boya ilə rənglənmişdir, qapının üzərində bir ədəd düzbucaqlışəklində nəfəslik yeri vardır, şüşəsi yoxdur. Həmin qapıdan mətbəxə daxil olduqda sağ tərəfdə küncdə bir ədəd soyuducu, soyuducunun yanında üzəri qırmızı rəngli parça iləörtülmüş stol, onun üzərində bir ədəd “İTİMAT” markalı soba, plastmas qablar və müxtəlif mətbəx ləvazimatları yığılmışdır. Mətbəxə daxil olarkən sol tərəfdə, divarda mətbəx mebeli quraşdırılmışdır. Mətbəxin sağ tərəf divarında çərçivəsinin uzunluğu 1.30 metr, hündürlüyü 1.50 metr olan bir ədəd pəncərə vardır, pəncərə acıq-sarı rəngli jalüzləörtülmüşdür, çərçivəsi taxtadandır və ağ boya ilə rənglənmişdir. Mətbəxdə pəncərə yerləşən divar suvanmışdır və rənglənməmişdir. Mətbəxin digər divarları suvanmış və açıq-sarı boya ilə rənglənmişdir. Mətbəxin döşəməsinə sərilmiş xalçanın üzərində ortada 01 ədəd üzəri sarı rəngli, naxışlıörtükləörtülmüş masa və həmin masanın ətrafında hər tərəfdə bir ədəd olmaqla dörd ədəd stul vardır. Stolun üzərindəki masa örtüyü təmiz görünür vəüzərində künc tərəfdə 01 ədəd sarı rəngli çaydan vardır. Mətbəxin eni 4.10 metr, uzunluğu giriş qapısından daxil olduqda sol tərəfdən 4,65 metr, sağ tərəfdə isə 6,20 metrdir. Mətbəxin giriş qapısı ilə masa arasındakı məsafə 1.20 metrdir. Masanın altında mətbəxin giriş qapısı tərəfdə xalça üzərində qana bənzər ləkələr müşahidə olunur və qana bənzər ləkələr olan 01 ədəd qara rəngli 82x80 sm ölçüdə qadın başörtüyü, 01 ədəd üzərində qanabənzər ləkələr olan üzərində 6 ədəd ağ rəngli, 8 ədəd sarı rəngli diş olan alt çənə protezi, 01 ədəd üzərində qanabənzər ləkələr olan 40x40 sm ölçüdə, ağ rəngli dəsmal və 03 ədəd diametri ən qalın hissəsində 22 mm, uzunluqları müvafiq olaraq 278 mm, 310 mm və 305 mm olan silindrik formalı qırılmış taxta parçası, mətbəxə girişdən sağ tərəfdə soyuducunun qarşısında xalça üzərində isə 01 ədəd dalğavari formalı, uzunluğu 118 mm, eni 30 mm, hündürlüyü isə 20 mm olan çəlik başlığına oxşar taxta parçası vardır. Həmin çəlik başlığına oxşar taxta parçası ilə xalça üzərində olan qana bənzər ləklər arasında 1.10 metr məsafə vardır. 278 mm uzunluğunda olan taxta parçasının qurtaracağına 30 mm hissədə qara rəngli yapışqan lent bağlanmışdır. Taxta parçaları arasında 7-15 sm məsafə vardır. Hadisə yerinə baxış aparılan zaman baxış iştirakçısı Təqsirləndirilən şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs yumruq vəçəliklə zərbələr endirərək xəsarət yetirdiyini bildirmiş və hadisənin baş verdiyi yeri əyani olaraq təqdim etmişdir. Həmçinin, digər baxış iştirakçısı Şahid2 Zərərçəkmiş şəxs aşkar etdiyi yeri vəşəraiti əyani olaraq təqdim etmişdir. İşdə olan ibtidai istintaq orqanının 16 iyul 2022-ci il tarixli qərarından görünür ki, hadisə yerindən götürülmüş dörd ədəd odun parçası, bir ədəd üzərində qana bənzər ləkələr olan qadın başörpəyi, bir ədəd üzərində qana bənzər ləkələr olan ağ rəngli dəsmal, bir ədəd üzərində 6 ədəd ağ rəngli, 8 ədəd sarı rəngli diş olan alt çənə protezi, bir ədəd masa örtüyü, bir ədəd xalça, döşəmənin üzərindən bir ədəd pambığa hopturulmaqla, xalçanın üzərindən iki ədəd pambığa hopturulmaqla qanabənzər maddələrdən nümunələr, Təqsirləndirilən şəxs hadisə baş verən zaman əynində olmuş bir ədəd tünd boz rəngli şalvar, bir ədəd tünd boz-qara rəngli pencək, bir ədəd tünd göy rəngli jaket və bir ədəd qaramtıl-yaşılımtıl rəngli gödəkcə maddi sübut kimi tanınmış və alt çənə protezinin Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınaraq digər maddi sübutlar saxlanması üçün Beyləqan rayon prokurorluğunun maddi sübutların saxlanc otağına təhvil verilmişdir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini və sənədləri Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilir. Ona görə də o CM-nin 126.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki,Təqsirləndirilən şəxs xx xxxx 1940-cı ildə Beyləqan rayonu, Şahsevən kəndində anadan olmuş, Beyləqan rayonu, Birinci Şahsevən kəndində qeydiyyatda olmaqla orada yaşayır.Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İşdə olan DİN-nin BƏSİİ-nin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Beyləqan rayon məhkəməsinin 09 aprel 2022-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı müddətinin əvvəli 07 aprel 2022-ci il tarixdən hesablanmaqla ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İşdə olan ibtidai istintaq orqanının 17 iyul 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs qarşı polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşdə olan Zərərçəkmiş şəxs ibtidai istintaq və məhkəməyə təqdim etdiyi ərizələrdən görünür ki, o ərizələrində təqsirləndirilən şəxs əri Təqsirləndirilən şəxsla barışdığını, ondan heç bir tələb və şikayəti olmadığını göstərib, ona azadlıqdan məhrum etmə ilə əlaqədar olamayan cəza təyin edilməsini xahiş etmişdir. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanın təyin etmənin ümumi əsaslarını təsbit edən CM-nin 58.3-ci maddəsində cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəzanı yüngülləşdirən hallar dedikdə CM-nin 59-cu maddəsində sadalanan, eləcədə 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-in 59.1.8-ci maddəsi təqsirkarın cinayəti zərəçəkmiş şəxsin qanunsuz hərəkəti nəticəsində törətməsi, CM-in 59.1.12-ci maddəsi zərərçəkmiş şəxslə barışıq əldə etməsi birbaşa cəzanı yüngülləşdirən hallar qismində nəzərdə tutulmuşdur. CM-nin 59.2-ci maddəsi isə bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərilməyən, o cümlədən şəxsin əməlindən peşmançılıq çəkməsi, başqa şəxslərin qayğısına qalması kimi halların da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmasını istisna etmir. Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbinə görə isə həmin Məcəllənin 59.1.8, 59.1.10–59.1-13-cu maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə CM-nin 59.1.8-ci maddəsinə sasən Təqsirləndirilən şəxs cinayəti zərəçəkmiş şəxsin qanunsuz hərəkəti nəticəsində törətməsi, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi, CM-nin 59.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə ər-arvad münasibətində olmalarnı, onun 82 yaşı olmaqla xəstə olmasını, yaşayış yerindən müsbət səciyyələndirilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə CM-nin 61-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmədə müəyyən edilmiş yuxarıda sadalanan hallar təqsirləndirilən şəxsin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixi qərarının 2ci hissəsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini, Ali Məhkəmə Plenumunun tövsiyyələrini və Təqsirləndirilən şəxsoğlunun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, onun cinayət hadisəsindən sonrakı davranışını və kifayət qədər cəzasını yüngülləşdirən halların olmasını nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi CM-in 126.2.3-cümaddəsi ilə müəyyən edilmiş aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi məqsədə uyğundur. CM-nin 70-ci maddəsinin mahiyyəti ondan ibarətdir ki, şəxsiyyəti buna imkan verən təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı çəkmədən islah olunması mümkündürsə, həmin şəxsə cinayət qanunvericiliyinin ədalət və humanizm prinsipindən yanaşmaq olar və bu halda onun cəza çəkməsinə lüzum yoxdur. CM-nin 70.3-cü maddəsinin tələbinəəsasən Təqsirləndirilən şəxs şərti məhkum edilərkən sınaq müddəti təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini dəyişdikdə bu barədə onun davranışına nəzarət edən orqanlara məlumat vermək vəzifəsi qoyulmalıdır. Onun davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Beyləqan Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs qarşı seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan və Beyləqan Rayon Polis Şöbəsində saxlanılan hadisə yerindən götürülmüş dörd ədəd odun parçası, bir ədəd üzərində qana bənzər ləkələr olan qadın başörpəyi, bir ədəd üzərində qana bənzər ləkələr olan ağ rəngli dəsmal, və döşəmənin üzərindən bir ədəd, xalçanın üzərindən iki ədəd pambığa hopturulmaqla qanabənzər maddələrdən pambığa hopturulmaqla götürülmüş nümunələr məhv edilməlidir, bir ədəd masa örtüyü, bir ədəd xalça, Təqsirləndirilən şəxs hadisə baş verən zaman əynində olmuş bir ədəd tünd boz rəngli şalvar, bir ədəd tünd boz-qara rəngli pencək, bir ədəd tünd göy rəngli jaket və bir ədəd qaramtıl-yaşılımtıl rəngli gödəkcə onun özünə qaytarılmalıdır. Eyni zamanda ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs məxsus olan alt çənə protezinin ona qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respubilikası CPM-nin 44,132,346, 351- 353,356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs 126.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini dəyişdikdə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Beyləqan Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs qarşı seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Beyləqan Rayon Polis Şöbəsində saxlanılan hadisə yerindən götürülmüş dörd ədəd odun parçası, bir ədəd üzərində qana bənzər ləkələr olan qadın başörpəyi, bir ədəd üzərində qana bənzər ləkələr olan ağ rəngli dəsmal və döşəmənin üzərindən bir ədəd, xalçanın üzərindən iki ədəd pambığa hopturulmaqla qanabənzər maddələrdən pambığa hopturulmaqla götürülmüş nümunələr məhv edilsin, bir ədəd masa örtüyü, bir ədəd xalça, Təqsirləndirilən şəxs hadisə baş verən zaman əynində olmuş bir ədəd tünd boz rəngli şalvar, bir ədəd tünd boz-qara rəngli pencək, bir ədəd tünd göy rəngli jaket və bir ədəd qaramtıl-yaşılımtıl rəngli gödəkcə onun özünə qaytarılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-522/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-522/2022
01.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver