Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-522/2025 26.12.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Nuriyev Xamməd Abış oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi-X9, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi-Bakı şəhəri, “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi-Cəlilabad Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Salyan rayonu, Qaraçala qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Qaraçala qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, 04 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Beyləqan Rayon Məhkəməsinin 05 oktyabr 2024-cü il tarixli, 4(020)- 59/2024 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, hazırda X1 saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.4.1, 234.4.3 və 310-cu maddələri ilə, xx xxxx 1999-cu ildə Salyan rayonu, Qaraçala qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Qaraçala qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, 04 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Beyləqan Rayon Məhkəməsinin 05 oktyabr 2024-cü il tarixli, 4(020)- 60/2024 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, hazırda X1 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.4.1, 234.4.3 və 310-cu maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmək, saxlamaq və daşımaq barədə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zəngilan rayonunun Bartaz kəndinin ərazisində gizlədilmiş külli miqdarda narkotik vasitələri daşımaq üçün 2 oktyabr 2024-cü il tarixdə “Hyundai İX-35 minik” marka-modelli, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşlər, portal icazəsi olmadan işğaldan azad olunmuş ərazilərə keçə bilməyəcəklərinə əmin olduqdan sonra işğaldan azad edilmiş ərazilərdə təşkil edilmiş komendant postlarından maneəsiz keçmək üçün birlikdə özbaşına özlərini vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbi qulluqçusu kimi təqdim etmək qərarına gələrək Sərhəd Qoşunlarının hərbi qulluqçusu olmalarına dair görüntü yaratmaq məqsədilə Şirvan şəhəri ərazisində yerləşən hərbi geyimlər satılan mağazadan özləri üçün Sərhəd Qoşunlarının hərbi qulluqçularına aid olan hərbi geyim formasını almışlar və Salyan rayonu, Qarabağlı kəndində yerləşən avtomobil duracağının ərazisinə qanunsuz və gizli daxil olaraq oradan Sərhəd Qoşunlarının N saylı hərbi hissəsinin balansında olan “MAZ-631708 (6x6)” markalı yük avtomobilinə aid “X 071 SQ” nömrəli 2 ədəd hərbi qeydiyyat nömrə nişanını götürmüşlər, 4 oktyabr 2024-cü il tarixdə istintaqa və məhkəməyə məlum olmayan vaxtda Sərhəd Qoşunlarının hərbi qulluqçularına məxsus hərbi geyim formasını geyinib Təqsirləndirilən şəxs1 idarə etdiyi “Hyundai İX-35 minik” markamodelli, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə isə “X 071 SQ” nömrəli hərbi qeydiyyat nömrə nişanını quraşdıraraq həmin avtomobillə Füzuli rayonu ilə Cəbrayıl rayonu sərhəddində təşkil edilən Daxili İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin əməkdaşlarının birgə xidmət apardığı komendant postundan yoxlanılmadan işğaldan azad olunmuş ərazilərə keçməyə nail olmaqla həmin qurumların mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər edərək Zəngilan rayonunun Bartaz kəndi ərazisinə gedib oradan gizlədilmiş külli miqdarda narkotik vasitələri götürüb idarə etdikləri avtomobildə saxlamaqla Beyləqan rayonunun Birinci Şahsevən kəndinin ərazisinə daşımışlar, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 4 oktyabr 2024-cü il tarixdə, saat 08:10-da Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisində saxlanılaraq Beyləqan Rayon Polis Şöbəsinin inzibati binasının həyətinə gətirilib avtomobilə baxış keçirilən zaman 1 ədəd qara rəngli üzəri yapışqan lentlə bağlanmış polietilen bağlamanın içərisində 7 ədəd sarımtıl rəngli üzəri yapışqan lentlə bağlanmış polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1005,0 qram, 1010,0 qram, 1005,0 qram, 1005,0 qram, 1000,0 qram, 1040,0 qram, 1430,0 qram, ümumi təmiz çəkisi 7495,0 qram və 1 ədəd qara rəngli üzəri yapışqan lentlə bağlanmış polietilen bağlamanın içərisində 7 ədəd sarımtıl rəngli üzəri yapışqan lentlə bağlanmış polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 975,0 qram, 1085,0 qram, 1090,0 qram, 1075,0 qram, 1010,0 qram, 1015,0 qram, 1025,0 qram, ümumi təmiz çəkisi 7275,0 qram olmaqla, ümumilikdə 2 ədəd qara rəngli üzəri yapışqan lentlə bağlanmış polietilen bağlamanın içərisində 14 ədəd sarımtıl rəngli üzəri yapışqan lentlə bağlanmış polietilen bağlamada ümumilikdə külli miqdarda-14770,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə təqsirli bilsə də Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilməyərək demişdir ki, 03 oktyabr 2024-cü il tarixdə Füzuli rayonuna getmişlər, ərazini müşahidə edərək əraziyə girməyin mümkün olmadığını görmüşlər. Həmin günü Salyan rayonu, Qarabağlı kəndinə geri qayıtmışlar, səhəri günü hərbi geyim almışlar. İttiham aktında avtomobil qeydiyyat nişanını oğurluq etmələri yazılmış, həmin ifadə düzgün deyil, avtomobil qeydiyyat nişanlarını tanışlıq vasitəsi ilə əldə etmişlər. 04 oktaybr 2024-cü il tarixdə yenidən Füzuli rayonuna qayıtmış, hərbi nömrələri avtomobilin üzərinə bağlayıb hərbi fomaları geyindikdən sonra işğaldan azad olunan ərazilərə daxil olmuşlar. Əraziləri gəzib qayıtdıqdan sonra Beyləqan rayonu, Birinci Şahsevən kəndi ərazisində avtomobili saxlayıb hərbi nömrələri açdıqdan sonra əyinlərində olan hərbi geyimləri dəyişmişlər. Həmin vaxt onlara polis əməkdaşları yaxınlaşmışlar. Polis əməkdaşları onlara yaxınlaşan zaman avtomobilə baxış keçirməmişlər. Həmin günü Azərbaycan Respublikasının ali baş komandanı səhər saat 8-9 radələrində həmin ərazidən keçmişdir. Polis əməkdaşlarının onları yoxlamalarının səbəbi bu olmuşdur. Daha sonra polis əməkdaşı Şahid2 onların həqiqətəndə hərbiçi olub- olmadıqlarını yoxlamaq üçün onları Beyləqan RPŞ-nin inzibati binasına aparmışdır. Polis şöbəsində olan zaman bir neçə dəqiqə sonra “Hyundai ix35” markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobil polis şöbəsinin inzibati binasının həyətinə daxil olmuşdur. Həmin vaxtı onlar RPŞ-nin rəisi Ceyhun Qurbanovun otağında olmuşlar. Polis şöbəsinin rəisinin otağında 5-6 nəfər polis əməkdaşı onlara təzyiq göstərmişlər və avtomobillərində narkotik vasitənin olduğunu bildirmişlər. Polis əməkdaşlarına hadisə yerində avtomobildə hərbi geyimlərin olduğunu demiş, ancaq avtomobildə narkotik vasitə olmamışdır. Polis əməkdaşları onlara avtomobildə narkotik vasitənin olduğunu qəbul etmələrini, əks halda təxribat etməklə bağlı onları sənədləşdirəcəklərini demişlər, onlar da buna görə polis əməkdaşları ilə razılaşıb sənədlərə imza etmişlər. Polis şöbəsinin həyətində videoçəkiliş olmuş, sonra isə onları məhkəməyə sanksiyaya çıxarmışlar. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, işğal olunan ərazilərə marağı olduğu üçün, həmin əraziləri gəzməyə getmişdir. “İnterpol” da axtarışda olduğu üçün portaldan qeydiyyatdan keçə bilməmişdir. Avtoxuliqanlıq inzibati xətasını törətdiyi üçün təyin olunmuş ictimai işlər cəzasını çəkməməsi səbəbindən Dağıstan Respublikasının hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarışa verilmişdir. İşğaldan azad olunmuş ərazilərdə abidələri və dağılan evləri görmək istəmişdir. Ərazilərdə olan zaman “Alxanlı Oteli” və “Hava Limanı”nı görmüşdür. İranlı ona konum göndərməmişdir. Birinci dəfə posta yaxınlaşıb əraziləri gəzmək istədiyini demiş, polis əməkdaşı portalsız buraxa bilməyəcəyini dediyi üçün geri qayıdıb hərbi forma almışlar. Könüllü şəkildə ifadə verməmiş, polis əməkdaşı nə yazmışdırsa onu da imzalamışdır. Polis əməkdaşları imza çəkməsə təxribatla qeydiyyata alacaqlarını demişlər. Onları saxlayan zaman iki nəfər polis əməkdaşı yaxınlaşmış, onlardan nə üçün orada olduqlarını soruşmuş, onlar hərbiçi olduqlarını və növbədən çıxdıqları üçün paltarlarını deyişdiklərini demişlər. Polis əməkdaşları maşına baxış keçirməyi istəmişlər, onlar buna etiraz etməmişlər. Polis əməkdaşları maşına baxış keçirmişlər, ancaq maşından heç nə aşkar olunmamışdır. Sonra polis əməkdaşları RPŞ-nə getməli olduqlarını demişlər. Maşını polis şöbəsinə polis əməkdaşı Şahid2 aparmışdır. Onları saxladıqları yerdən polis şöbəsinə olan məsafə təxminən 10-15 dəqiqəlik yol olardı. Onlar polis şöbəsinə çatdıqdan sonra onların maşınını bir neçə dəqiqədən sonra polis şöbəsinə gətirmişlər. Mobil nömrəsini xatırlamamışdır. Mobil telefonunda “WhatsApp” tətbiqi olmamışdır. Telefonunda aşkar olunmuş yazışmaları həmin gün polis əməkdaşları özləri yazmışlar. Polis şöbəsində rəisin otağında bir saat qalmışlar, sonra onları əməliyyatçıların otağına aparmışlar, daha sonra isə müstəntiqin yanına aparmışlar. Oradan isə maşının yanına aparıb videoçəkiliş etmişlər. Müdafiəçi görməmişdir. Uzun müddətdir, yəni 15 yaşından narkotik vasitədən istifadə etmişdir. Barəsində sanksiya seçilən zaman özünü təqsirli bildiyini demişdir. Məhkəmədə 500 qram narkotik vasitə olması ilə bağlı polis əməkdaşları ilə razılaşdığı üçün özünü təqsirli bildiyini demişdir. Getdikləri ərazilər də meşəlik olmuş, üzüm bağları otellər olmuşdur. Polis şöbəsində ona bir-iki sillə vurmuşlar, sonra “Sirab” butulkası gətirib narkotik vasitəni qəbul etməsə butulkaya oturacağını demişlər. Narkotik vasitəni qəbul etdiyi üçün onu butulkanın üzərində otuzdurmamışlar. İşğaldan azad olunan ərazilərdə olan zaman foto şəkillər çəkmişdir. Telefonunda görmək istədiyi abidələrin şəkilləri olmamışdır. Birinci dəfə gedən zaman da həmin maşın ilə getmişlər. Polis əməkdaşları tərəfindən saxlanılana qədər axtarışda olmuşdur. Sürücülük vəsiqəsi almaq üçün polis şöbəsinə getmiş, orada axtarışda olduğunu öyrənmişdir. Təziyqlər olduğu üçün istintaq zamanı etirafedici ifadələr vermişdir. Hərbi geyimləri pul ilə almışlar. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək ifadələrində demişdir ki, o, Təqsirləndirilən şəxs1 tanıyır, Ramil həm onun həmkəndlisi, həm də dostudur. O, narkotik vasitə olan marixuanadan arabir istifadə etmiş, narkotik vasitə olan marixuana lazım olduqda “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikası vətəndaşı kimi tanıdığı “Bəhruz” adlı İran İslam Respublikasında yaşayan şəxsə zəng edərək əldə etmişdir. Belə ki, o, marixuana istədikdə öz istifadəsində olan mobil telefonla Bəhruza “Whatsapp” mobil tətbiqi vasitəsilə zəng etmiş, Bəhruzdan marixuana istəyərək sonuncunun dediyi bank kart hesabına pul göndərdikdən sonra Bəhruz Bakı şəhərində ayrı-ayrı yerlərə içərisində marixuana olan bükümü gizlədərək “Whatsapp” mobil tətbiqi vasitəsilə atdığı konum (yer) əsasında həmin yerə gedib marixuananı oradan götürmüşdür. Bu hal təxminən 300-400 dəfə təkrar olunmuşdur. Ramil də narkotik vasitə olan marixuana istifadə etmiş, onun kimi marixuananı Bəhruzdan əldə etmişdir. Bəzi hallarda Ramillə birlikdə gedib Bəhruzun marixuana qoydurduğu yerdən götürüb birlikdə istifadə etmişlər. 02 oktyabr 2024-cü il tarixdə, saat təxminən 16 radələrində Ramillə birlikdə Salyan rayonu, Qarabağlı kəndində yerləşən “Asif” şadlıq sarayında çay içən zaman İran İslam Respublikasında yaşayan İran İslam Respublikası vətəndaşı olan Bəhruz ona zəng etmiş, ona “2 bağlama narkotik vasitə olan marixuana var, onu Zəngilan rayonundan götürüb mən istəyən yerə qoya bilərsənmi? Əgər dediyimi etsən mən sənə 10000 (on min) manat pul verəcəm” demişdir. Bəhruz həmin təklifi Ramilə də etmiş, Ramillə birlikdə fikirləşdikdən sonra narkotik vasitəni Bəhruzun dediyi yerdən götürüb lazım olan nöqtəyə qoymaq barədə razılığa gəlmiş və Bəhruza zəng edərək onunla razı olduqlarını bildirmişlər. Bəhruz ilkin olaraq razılaşdıqları üçün ona məxsus ***-***-**-** nömrəsində olan “M10” hesabına 450 (dörd yüz əlli) manat pul göndərmişdir. Bundan sonra o, Ramillə birlikdə Şirvan şəhərinə getmiş, oradan “Hyundai ix35” markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobili şirkətdən icarəyə götürmüşdür. İcarə pulunu “M10” hesabına göndərilmiş pul ilə ödəmiş, qalıq pul ilə yanacaq doldurmuşdur. Daha sonra isə Ramillə birlikdə Şirvan şəhərində “Aytən” şadlıq sarayının yanında yerləşən hərbi geyim mağazasından 2 ədəd sərhədçi formasını almış, həmin formaların birini Ramil, digərini o, geyinmişdir. Həmin gün saat təxminən 20 radələrində o, Ramillə birlikdə “Hyundai İX 35” markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cəbrayıla getmiş, Cəbrayılın girişində polis postu olduğuna görə geri qayıtmışdır. Onlar bir qədər həmin yerdə müşahidə apardıqdan sonra postdan yalnız xidməti avtomobillərin rahatlıqla keçdiyini görmüş, buraxılış olmadığına görə onlar Bəhruza zəng edərək postdan keçməyin mümkünsüz olduğunu dedikdə Bəhruz onları hədələmişdir. Ramillə birlikdə avtomobillə Salyan rayonu, Qarabağlı kəndinə qayıtmış, Bəhruzun onlara gəldiyi hədə qorxudan çəkinib Salyan rayonunda yerləşən “Asif” adlı şadlıq sarayının yaxınlığına getmiş, orada yararsız hərbi texnikaların olduğu ərazidən hərbi avtomobillərə baxıb hərbi avtomobillərinin birinin üzərindən X-071-SQ hərbi qeydiyyat nişanını açmışlar. 04 oktyabr 2024-cü il tarixdə, saat 01 radələrində onlar Füzuli rayonuna getmiş, orada postun qarşısında **-GV-*** dövlət qeydiyyat nişanını çıxarıb X-071-SQ dövlət qeydiyyat nişanını avtomobilin üzərinə quraşdırmışlar. Bundan sonra avtomobillə polis postlarından keçib Cəbrayıl rayonuna getmiş, Cəbrayıl rayonunda Bəhruzun ona atdığı konuma çatmışlar. O, avtomobildə Ramili gözləmiş, Ramil düşüb 2 ədəd bağlamada olan narkotik vasitə marixuananı götürüb avtomobilin yaxınlığına gətirmiş, o, həmin narkotiki avtomobilin yük hissəsinə qoymuşdur. Bundan sonra birlikdə avtomobillə Bəhramtəpə yolu ilə İmişli rayonu istiqamətində hərəkət edən zaman siqaret çəkmək məqsədilə avtomobili yolun sağ kənarında saxlamış, həmin vaxt 2 nəfər polis əməkdaşı onlara yaxınlaşmış və gözləməklərini tələb etmiş, bir qədər sonra digər polis əməkdaşları da həmin yerə gəlmiş və onunla Ramili avtomobillə birlikdə Beyləqan rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində polis əməkdaşlarının iştirakı ilə və videoçəkilişlə onların üzərinə və idarə etdikləri avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobildən 02 ədəd bağlamada narkotik vasitə olan marixuana aşkar olunaraq götürülmüşdür. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona və Ramilə qarşı zor tətbiq edilməmiş, narkotik vasitəni əldə etməkdə məqsədləri həmin narkotiki Bakı şəhəri, Qaradağ rayonuna daşıyaraq bir yerdə gizlədib həmin yerin məlumatlarını Bəhruza göndərmək, əvəzində 10.000-15.000 manat pul almaq olmuşdur. İstintaqın davamında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü təqsirli bilməmiş, ilkin ifadələrini təkzib edərək məsuliyyətdən yayınmağa yönələn özünü müdafiə xarakterli ifadələr verməklə 06 iyun 2025 və 07 iyun 2025-ci il tarixli ifadəsində işğaldan azad edilmiş əraziyə Təqsirləndirilən şəxs1 ilə birlikdə getsə də, narkotik vasitəni tək götürdüyünü, Təqsirləndirilən şəxs1 onun narkotik vasitə əldə etməsindən, avtomobildə daşımasından məlumatı olmadığı bildirmişdir. Təqsirləndirilən şəxs2 rayon prokurorluğunda verdiyi 09 oktyabr 2025-ci il və 10 oktyabr 2025-ci il tarixli ifadələrində isə ümumiyyətlə narkotik vasitə əldə edib saxlamağadını, onun Təqsirləndirilən şəxs1lə birlikdə Zəngilan rayonu ərazisinə gəzmək üçün getdiyini, ancaq işğaldan azad edilmiş ərazilərə daxil olmaq üçün icazələri olmadığı üçün həmin ərazilərə keçiddə təşkil edilən komendant postlarını rahat keçə bilmək üçün onun və Təqsirləndirilən şəxs1 Sərhəd Qoşunlarının hərbi qulluqçularına məxsus hərbi formanı geyindiklərini, eləcə də icarə əsasında idarə etdikləri avtomobilin üzərinə “X-071-SQ” hərbi qeydiyyat nişanını quraşdırdıqlarını, nə onun, nə də Təqsirləndirilən şəxs1 narkotik vasitə əldə edib daşımadığını, geri qayıdan zaman Beyləqan rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılarkən özlərini Sərhəd Qoşunlarının hərbi qulluqçusu kimi təqdim etdiklərini, polis şöbəsinə gətirildikdən sonra avtomobilin yük yerindən narkotik vasitə aşkar edildiyini, həmin narkotik vasitənin onlara məxsus olmadığını bildirmişdir. İfadəsi elan olunduqdan sonra verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, onun narkotik vasitə dalınca getməyindən Ramilin xəbəri olmamışdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında narkotik vasitələrin onlara məxsus olmamasını, polis əməkdaşları tərəfindən qoyularaq götürülməsi, narkotik vasitələr ilə yüklənən zaman polis əməkdaşları tərəfindən döyülmələri və təxribat törətməklərinə dair sənədləşdiriləcəkləri ilə hədələnmələri ilə bağlı hissədə verdiyi ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, özünü və ya digər Təqsirləndirilən şəxs1 müdafiəsi məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaqlarına, eləcə də məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə təqsirli bilsə də Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilməyərək demişdir ki, gəzmək məqsədi ilə işğaldan azad olunan ərazilər getmişlər. Birinci dəfə getdikdə komendant postun keçə bilməmişlər, daha sonra hərbi nömrə və hərbi forma ilə postları keçməyi planlaşdırmışlar. Hərbi geyimləri Şirvan şəhərindən alıb həmin ərazilərə keçmişlər, gəzməli və görməli yerlər tapa bilmədiklərindən geri qayıtmışlar. Geri qayıtdıqdan sonra yolun kənarında avtomobili saxlayıb əyinlərində olan hərbi formanı dəyişən zaman iki polis əməkdaşı onlara yaxınlaşıb haradan olduqlarını soruşmuşlar. Onlar polis əməkdaşlarına Salyan rayonundan olduqlarını bildirmişlər. Polis əməkdaşları burada nə etdiklərini soruşmuşlar, onlar hərbiçi olduqlarını, burada dayanıb hərbi formalarını dəyişdiklərini bildirmişlər. Daha sonra polis əməkdaşları onları saxlayıb Beyləqan RPŞ-nə rəisin otağına aparmışlar. Polis şöbəsində 2-3 saat olduqdan sonra onları aşağı salıb maşının yanında videoçəkiliş aparmışlar. Maşının yük yerindən narkotik vasitə aşkarlanmışdır. Həmin narkotik vasitəni görməmişdir. Polis əməkdaşları onları saxlayan zaman videoçəkiliş etməmişlər. Onlar saxlandıqdan sonra polis əməkdaşı özləri maşını sürərək polis şöbəsinə aparmışlar. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. İşğaldan azad olunan ərazilərə Təqsirləndirilən şəxs2lə bir yerdə icarəyə götürdükləri avtomobil ilə getmişlər. İşğaldan azad olunan ərazilərə ilk dəfə getmişdir. Getdiyi yerləri tanımamış, Füzuli rayonunda olan polis postunu keçdiyi üçün oranı tanımışdır. Getdikləri ərazilərə getmələri üçün portaldan icazə almamışdır. Getdikləri ərazi Cəbrayıl rayonu ərazisi olmuşdur. Onları Beyləqan rayonu ərazisində saxlamışlar. Onları əyinlərində olan hərbi formanı dəyişən zaman saxlamışlar. Hərbi formanı səhv edib geyinmişdir. Getdikləri ərazilərdə heç nə görməyib qayıtmışlar. Getdikləri yerdə yol torpaq yol olmuşdur. Sərhədyanı əraziyə getməmişlər. Getdikləri ərazidə 3-4 saat vaxt keçirmişlər. Hərbi geyimdə olduqları üçün postlarda onları saxlamamışlar. Narkotik vasitəni polis şöbəsinin həyətində avtomibilə baxış keçirilən zaman görmüşdür. Polis əməkdaşları onlardan əvvəl avtomobilə baxış keçirmişlər. PPXnin əməkdaşları onları saxlamışlar. Beyləqan rayonu ərazisində onları iki polis əməkdaşı saxlamışdır. Onlardan biri kapitan rütbəli, digər isə polis serjantı olmuşlar. Onları saxlayan zaman polis əməkdaşı onlara silah tətbiq edib RPŞ-nə aparmışlar. Beyləqan rayonu ərazisində təxminən 15 dəqiqə olduqdan sonra polis əməkdaşları onları saxlamışlar. Onlar mülkü geyimdə olan zaman polis əməkdaşları onlara yaxınlaşmışlar. Hərbi geyimləri dəyişib avtomobilin yük yerinə qoymuşlar. Polis əməkdaşlarının onları saxladıqları yerdən polis şöbəsinə olan məsafə 15-20 dəqiqəlik məsafə olardı. RPŞ-də onları rəis Ceyhun Qurbanovun otağına aparıb orada onlara təziqlər göstərmişlər. Onlara avtomobildə olan narkotik vasitəni hara aparırsınız demişlər, həmin vaxta kimi onun narkotik vasitədən xəbəri olmamışdır. Əllərini bağlayıb onları döymüşlər və təhqir etmişlər. Əyinlərini soyundurub qəbul etməsəniz butulkaya oturacaqsınız demişlər. 2-3 saat onları otaqda saxladıqdan sonra avtomobilin yanına aparıb videoçəkiliş etmişlər. Videoçəkiliş zamanı yanlarında müdafiəçi olmamışdır. Axşam otaqda videoçəkiliş aparılan zaman onlara vəkilləri təqdim etmişlər. Onlar səhər vaxtı saat 8-9 radələrində saxlanılmışlar. Videoçəkiliş isə polis şöbəsində axşam saat 19-20 radələrində aparılmışdır. ***-***-**-** saylı və ***-***- **-** saylı mobil nömrələr üzərində olmuşdur. Heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. Sosial şəbəkədə və ya mobil telefonda heç kimlə narkotik vasitələrlə bağlı əlaqəsi olmamışdır. Ümumiyyətlə iranlı tanımamış və heç kimlə təması olmamışdır. Polis əməkdaşları onları avtomobilin yanında saxlayan zaman üzərilərinə baxış keçirməmişlər. Hərbi formaları birinci dəfə gedən zaman geyinməmişlər, ikinci dəfə gedəndə alıb geyinmişlər. DSX-yə məxsus dövlət qeydiyyat nişanlı nömrəni Muradla Salyan rayonunda əldə etmişlər. Vəkil onunla görüşüb təklikdə söhbət aparmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində demişdir ki, o, bir müddətdir narkotik vasitə olan qurudulmuş marixuana istifadə edir, narkotik vasitəni tanımadığı şəxslərdən alır. Təqsirləndirilən şəxs2 uşaqlıqdan tanımış, onunla bir kənddə böyüyüb yaşamış, aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. O, bir müddət əvvəl Abşeron rayonuna köçüb orada işləməyə başlamış, yaşadığı müddət ərzində Muradla daimi olaraq telefon əlaqəsi saxlamış, tez-tez rayona gələndə görüşmüşdür. Onunla bir neçə dəfə Bakı şəhərində görüşən zaman Murad “İnstagram” sosial şəbəkəsində “Bəhruz” adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olmasını, söhbətlərini “Whatsapp” proqramında davam etdirdiklərini, həmin şəxsdən bir neçə dəfə narkotik vasitə qurudulmuş marixuana alıb istifadə etdiyini bildirmişdir. O, Muraddan narkotik vasitəni həmin şəxsdən necə əldə etdiyini soruşduqda Murad narkotiki küçələrə atdırıb “Whatsapp” proqramında ona məkan məlumatı göndərdiyini, həmin məlumat əsasında gedib narkotiki götürdüyünü, qarşılığında isə pulu İran İslam Respublikası vətəndaşının ona verdiyi bank kartının hesab nömrəsinə göndərdiyini bildirmişdir. 2024-cü ilin sentyabr ayının sonlarında o, Abşeron rayonunda olarkən Muradla telefonla əlaqə saxlamış, telefon danışığı zamanı Murad Bəhruz adlı İran İslam Respublikası vətəndaşı ilə danışdığını, Bəhruzun sərhəddən qaçaqmalçılıq yolu ilə göndərdiyi narkotiki işğaldan azad olunmuş Zəngilan rayonuna qoyduracağını, həmin narkotiki götürmək qarşılığında 10-15 min manat pul təklif etdiyini bildirmiş və ondan getmək istəyib-istəmədiyini soruşmuş, razı olacağı halda alınacaq pulu yarı böləcəklərini bildirmişdir. O, Murada razılıq vermiş və 01 oktyabr 2024-cü il tarixdə Salyan rayonu, Qaraçala qəsəbəsinə gəlib Muradla görüşmüşdür. Görüş zamanı Murad ona Zəngilan rayonuna getməli olduqlarını, bunun üçün onlara maşın lazım olacağını bildirmiş və onun sürücülük vəsiqəsi olduğu üçün “Rent a car”dan onun adına maşın götürməli olduqlarını bildirmişdir. O, Muradla razılaşmış və Şirvan şəhərinə gedərək "xxxx" MMC-dən öz adına “Hyundai İX 35” maraklı, **-GV-*** dövlət-qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdür. Bundan sonra onlar maşınla Şirvan şəhərində “Köhnə bazar” deyilən yerə gedib orada yerləşən hərbi geyim mağazalarından birinə daxil olmuş, hərəsinə bir dəst Dövlət Sərhəd Xidmətinin formasını alıb geyinmişdir. Onlar satıcıya özlərini əsgər kimi təqdim edib formaları almışdır. Bundan sonra onlar gecə vaxtı Zəngilan rayonu istiqamətində hərəkətə başlamış, Füzuli rayonu ərazisində yerləşən postlardan birinə çatıb dayanmış və müşahidə etməyə başlamışdır. Onlar postda avtomobillərin yoxlandığını görüb keçməyin mümkün olmadığını başa düşmüş və geri Salyan rayonuna qayıtmışdır. Onlar Salyan rayonuna qayıtdıqdan sonra 03 oktyabr 2024-cü il tarixdə rayonun Qarabağlı kəndində gedib orada olan köhnə avtomobil dayanacağı kimi olan yerdə Dövlət Sərhəd Xidmətinə məxsus yararsız bir avtomobilin yanına gedib üzərində olan X-071-SQ nömrəsini açıb götürmüşdür. Həmin dayanacaq fəaliyyət göstərməsə də, mühafizəsi təşkil olunur, ətrafı mişar daşından inşa edilmiş hasarla əhatələnmişdir. Onlar içəri hasarın üzərindən aşaraq daxil olmuş, arxa tərəfdən daxil olduqları üçün mühafizəçi onları görməmişdir. Onlar nömrəni götürüb daxil olduqları yerdən çıxıb oradan uzaqlaşmışdır. 03 oktyabr 2024-cü il tarixdə, saat 21 radələrində Salyan rayonundan çıxıb Zəngilan rayonuna doğru hərəkətə başlamış, sürücülük vəsiqəsi olduğu üçün avtomobili o, idarə etmişdir. Onlar götürdükləri Dövlət Sərhəd Xidmətinə məxsus avtomobil nömrəsini icarəyə götürdükləri avtomobilin üzərinə bağlamış, avtomobilin öz nömrəsini isə avtomobilin yük yerinə qoymuşdur. Əyinlərinə aldıqları hərbi geyimləri geyinmişlər. Onlar bu formada əvvəlcə Füzuli rayonu, daha sonra Cəbrayıl rayonu ərazisində təşkil edilmiş postlardan keçmiş, postlarda avtomobilin xidməti avtomobil olduğunu və onların hərbiçi olduqlarını düşünüb onları saxlamamışlar. Onlar postlardan rahat keçib Zəngilan rayonu, “Bartaz” kəndi ərazisində bir çayın yaxınlığına gedib narkotik olan yerə çatmış, İran İslam Respublikası vətəndaşı onları narkotiki qoydurduğu ağacın kənardan çəkilmiş şəklini və həmin yerin məkan məlumatını Muradın istifadəsində olan ***-***-**-** saylı mobil nömrədə quraşdırılmış “whatsapp” proqramına göndərmişdir. İran İslam Respublikası vətəndaşı Bəhruz adlı şəxsi mobil nömrəsi +**********16-dir. Bir neçə dəfə Bəhruzla o da özünə məxsus ***-***-**-** saylı mobil nömrə ilə “whatsapp” proqramı vasitəsilə danışmışdır. X12 göndərdiyi məkan məlumatı ilə gedib həmin narkotik olduğu yerə çatmış və iki ədəd bağlama olduğunu görmüşdür. O, avtomobildən düşüb narkotikin yanına getmiş və narkotiki növbə ilə avtomobilin yanına gətirmişdir. Murad da narkotik olan bağlamaları ondan alıb avtomobilin yük yerinə qoymuşdur. Sonra onlar ikisi də avtomobilə əyləşmişdir. Bundan sonra o, avtomobili idarə etməyə və geriyə qayıtmağa başlamışdır. Onlar yenə də postlardan rahatca keçib Beyləqan rayonuna doğru hərəkət etməyə başlamış, Beyləqan rayonu, Birinci Şahsevən kəndi ərazisində avtomobili yolun kənarında saxlayıb əyinlərində olan paltarları və avtomobilin nömrəsini dəyişmək istəyən zaman həmin vaxt iki nəfər polis əməkdaşı gəlib onları saxlamış və özlərini təqdim etmişlər. Polis əməkdaşları onlara kim olduqlarını, burada nə etdiklərini soruşmuşdur. Onlar özlərini hərbi qulluqçu kimi təqdim edib əyinlərini dəyişdiklərini demişdir. Polis əməkdaşları onlara avtomobildə nə daşıdıqlarını soruşmuş, onlar qaçmağın mümkün olmayacağını düşünüb polis əməkdaşlarına avtomobilin yük yerində narkotik vasitə olduğunu bildirmişdir. Polis əməkdaşları onları dəvət edərək polis şöbəsinə gətirmişlər. Polis şöbəsinin inzibati binasının həyətində polis əməkdaşları onların iştirakı ilə videoçəkiliş apararaq avtomobilə baxış keçirirərək narkotiki qablaşdıraraq götürmüşdür. İstintaqın davamında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamla özünü təqsirli bilməmiş, ilkin ifadələrini təkzib edərək məsuliyyətdən yayınmağa yönələn özünü müdafiə xarakterli ifadələr verməklə 07 iyun 2025-ci il tarixli ifadəsində işğaldan azad edilmiş əraziyə Təqsirləndirilən şəxs2 ilə birlikdə getsə də, Təqsirləndirilən şəxs2 narkotik vasitəni əldə etməsindən, avtomobildə daşımasından məlumatı olmadığı bildirmişdir. Təqsirləndirilən şəxs1 rayon prokurorluğunda verdiyi 09 oktyabr 2025-ci il və 10 oktyabr 2025-ci il tarixli ifadələrində isə ümumiyyətlə narkotik vasitə əldə edib saxlamadığını, onun Təqsirləndirilən şəxs2lə birlikdə Zəngilan rayonu ərazisinə gəzmək üçün getdiyini, ancaq işğaldan azad edilmiş ərazilərə daxil olmaq üçün icazələri olmadığı üçün həmin ərazilərə keçiddə təşkil edilən komendant postlarını rahat keçə bilmək üçün onun və Təqsirləndirilən şəxs2 Sərhəd Qoşunlarının hərbi qulluqçularına məxsus hərbi formanı geyindiklərini, eləcə də icarə əsasında idarə etdikləri avtomobilin üzərinə “X-071-SQ” hərbi qeydiyyat nişanını quraşdırdıqlarını, nə onun, nə də Təqsirləndirilən şəxs2 narkotik vasitə əldə edib daşımadığını, geri qayıdan zaman Beyləqan rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılarkən özlərini Sərhəd Qoşunlarının hərbi qulluqçusu kimi təqdim etdiklərini, polis şöbəsinə gətirildikdən sonra avtomobilin yük yerindən narkotik vasitə aşkar edildiyini, həmin narkotik vasitənin onlara məxsus olmadığını bildirmişdir. İfadəsi elan olunduqdan sonra verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, məhkəməyə getmədən öncə polis şöbəsində ona təzyiq göstərmişlər, özünü təqsirli bilməsə təxribat törədəcəkləri ilə bağlı sənədləşmə edəcəklərini demişlər. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında narkotik vasitələrdən xəbəri olmaması, polis əməkdaşları tərəfindən döyülmələri və təxribat törətməklərinə dair sənədləşdiriləcəkləri ilə hədələnmələri ilə bağlı hissədə verdiyi ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, özünü və ya digər Təqsirləndirilən şəxs2 müdafiəsi məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaqlarına, eləcə də məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrıayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 310-cu maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri iş materiallarında olan, biri digəri ilə uzlaşan ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 04 oktyabr 2024-cü il tarixdə səhər saatlarında Salyan rayonu, Qaraçala kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin üzərilərində və idarə etdikləri “Hyundai İX 35” markalı avtomobildə daşıyaraq Beyləqan rayonu ərazisinə keçmələri ilə bağlı ona əməliyyat məlumatı daxil olmuşdur. Dərhal əməliyyat məlumatı ilə bağlı rayon polis şöbəsinin rəhbərliyinə “raport”la məruzə etmişdir. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirməklə bağlı tərəfindən qərar qəbul edilmişdir. Şəxslərin rayonun hansı küçəsindən keçmələri ilə bağlı tam dəqiq məlumat olmadığı üçün PPX və YPX əməkdaşlarına məlumat vermişdir ki, qeyd olunan dövlət qeydiyyat nömrə nişanlı avtomobili harda görürlərsə saxlanılsın və dərhal rayon polis şöbəsinin növbətçi hissəsinə “ratsiya” ilə məlumat verilsin. Təxminən 20-30 dəqiqə sonra növbətçi hissədən ona qeyd olunan dövlət qeydiyyat nişanlı avtomobilin rayonun Şahsevən kəndi ərazisində PPX-nin əməkdaşı Nəriman Əliyev və X2 əməkdaşı Şahid2 tərəfindən saxlanılması barədə məlumat verilmişdir. Həmin avtomobil yol kənarında dayanmış vəziyyətdə olarkən polis əməkdaşları avtomobilə yaxınlaşdıqdan sonra rayon polis şöbəsinə məlumat vermişlər. Əməliyyat tədbirinin qrup üzləri ilə bir yerdə qeyd olunan ünvana getmişlər. Hadisə yerinə çatdıqdan sonra yol kənarı olduğundan şərait olmadığı üçün həmin avtomobildə olan şəxsləri rayon polis şöbəsinə aparmışlar. Səhər saatlarında təxminən saat 09 radələrində tərəfindən ardıcıllıqla şəxslərin üzərinə və avtomobilə baxış keçirilməsinə başlanılmışdır. Şəxsi yoxlama zamanı şəxslərin üzərindən qanunla qadağan olunan heç bir əşya və ya predmet aşkar olunmamışdır. Onların birinin üzərindən mobil telefon və avtomobilin açarı, digərindən isə mobil telefon aşkar olunaraq tərəflərindən götürülmüşdür. Daha sonra şəxslərin iştirakı ilə avtomobilə baxış keçirilmişdir. Avtomobilin yük yerindən 2 (iki) ədəd DSX-ə məxsus dövlət qeydiyyatlı nömrə nişanı, DSX-yə məxsus zabit hərbi geyimləri və 2 (iki) ədəd qara selofan yapışqan lentlə bağlanılmış böyük bağlama aşkar edilmişdir. Bağlamalar tərəflərindən bir-bir açılıb içinə baxılarkən həmin bağlamaların içindən 14-15 ədəd yapışqan lentlə bağlanılmış bükümlər aşkarlanmışdır. Bükümlərə baxış keçirilən zaman içərilərində tünd yaşıl rəngdə kəskin qoxulu narkotik vasitə marixuanaya bənzər maddə olduğu müəyyən edilmişdir. Həmin bağlamalar hər iki şəxsin iştirakı ilə tərəzidə çəkilmişdir. Bağlamaların ümumi çəkisi təxminən 15-16 kq olmuşdur. Daha sonra bükümlər tərəflərindən qablaşdırılaraq götürülmüşdür. Şəxslərdən narkotik vasitələri hardan ədlə etdiklərini soruşduqda onlar hansısa köhnə qarajdan DSX-ə məxsus dövlət qeydiyyat nişanlarını oğurladıqlarını, “Hyundai iİX 35” markalı avtomobili “Rent a car”-dan götürdüklərini və həmin dövlət qeydiyyat nişanlarını avtomobilin üzərinə bağladıqlarını və Zəngilan rayonunda Araz çayının su səviyyəsi az olan yerdən narkotik vasitəni götürdüklərini bildirmişlər. Daha sonra postları keçib geri qayıtmışlar. Şəxslərdən biri Füzuli postunda gözləyib digəri isə axıra kimi gedib qayıtmışdır. Onlar Beyləqan rayonu ərazinə keçdikdən sonra onları saxlamışlar. Şəxslərə postları necə keçdiklərini soruşduqda onlar əvvəllər postlarda yoxlamalar keçirdiklərini və postlarda hansı halda saxlamalar və hansı halda buraxmalar olduğunu əvvəldən müəyyən etdiklərini və ona görə də qabaqcadan tədbirlərini gördüklərini bildirmişlər. Verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, hadisə yerində şəxsən iştirak etmişdir. Rayon polis şöbəsinin avtomobilləri ilə postları keçərkən hər postda onları 1 saat saxlayıb onların postları keçməkləri ilə bağlı məruzə olunmuşdur. Hətta postda duran əməkdaşlarla mübahisə edib bildirmişdir ki, iki nəfər narkotik daşıyıcının İran İslam Respublikasından iki torbada küllü miqdarda narkotik vasitənin gözlərinin qabağında daşımaqlarını və onları saxlmadıqlarını onlar polis əməkdaşları olduqları halda saatlarla postda saxladıqlarını bildirmişdir. Onlar təqsirləndirilən şəxsləri saxlayan zaman DSX-ə aid nömrəni açıb mülkü nömrəni avtomobilin üzərinə bağlamışlar. Təqsirləndirilən şəxslər bildirmişlər ki, əvvələr də bura yoxlama məqsədi ilə gəlib-getmişlər, iranlı ilə yazışdıqlarını və danışdıqlarını bildirmişlər. İranlının onları hədələdiyini narkotik vasitənin başına bir iş gələrsə iranlının onları məhv edəcəyini bildirmişlər. Saxladıqları şəxslərdən biri gedib Araz çayının yaxınlığında köhnə yolun kənarında narkotik vasitəni götürüb Füzuli rayonunda digər şəxsi götürüb yola davam etmişlər. Şəxslərə qarşı heç bir zor tətbiq olunmamışdır. RPŞ-də tarixində görünməyən çəkidə narkotik vasitə aşkarlanmışdı, təzyiq göstərmələrinə heç bir ehtiyac olmamışdır. Əməliyyat tədbiri mürrəkkəb və daha ağır olduğu üçün, həm də şərait imkan vermədiyi üçün hadisə yerində videoçəkiliş aparmamışlar. Külli miqdarda narkotik vasitə ilə bağlı əməliyyat məlumatı həmin gün özünə daxil olmuşdur. X18 Respublikasından keçirilən narkotik vasitə ilə bağlı idi. Rayonun ərazisi geniş olduğu üçün şəxslərin Şahsevən kəndi ərazisindən yox, Kərimli kəndi ərazisindən çıxma ehtimalını fikirləşib məlumatın məxfiçiliyini pozub PPX və YPX əməkdaşlarına məlumat vermişdir. Hadisə yeri nəqliyyat axını ərazisində, yəni Daşburun-Bəhrəmtəpə magistral yolunun üzərində olmuş, 15-20 kq narkotik vasitənin videoçəkilişini aparmaq üçün şərait imkan verməmişdir. RPŞ-nin inzibati binasının həyətində 08-09 radələrində baxışları həyata keçirmiş, ondan təxminən 1 saat qabaq təqsirləndirilən şəxslər tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxsləri RPŞ-nə gətirdikdən dərhal sonra baxış keçirmişlər. Məlumat iki nəfər şəxsin barəsində daxil olmuş, hətta şəxslərin ad soyadlarına kimi verilmişdir. Avtomobili saxladıqları yerdə baxış keçirməmişlər, daxil olan məlumata inanmış və tədbirlərini keçirmişdir. Ramil və Murad barələrində əvvəllər onda heç bir əməliyyat məlumatı olmamışdır. İfadənin yerində yoxlanılması zamanı şəxslərin öz aralarında mübahisə düşmüşdür. Ramil Murada bildirmişdir ki, “mən orada olmamışam, sən gedib götürmüsən, mən durub gözləmişəm”. Murad isə Ramilə bildirdi ki, “sən bilirdin mən ora nəyə görə getmişəm”. Dindirilmiş şahidlər Şahid2, X4, Şahid4 və Şahid5 ifadələrində Şahid1 ilə eyni məzmunlu ifadələr verərək ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini, təqsirləndirlən şəxslərə qarşı hər hansı qanunsuz hərəkətlərə yol vermədiklərini, döymədiklərini bildirmişlər. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 05 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmələri, saxlamaları və daşımaları faktına görə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır.(cild 1,i.v.1-2) -“əməliyyat axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, nəqliyyat vasitəsinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 04 oktyabr 2024-cü il tarixli protokol və həmin protokola əlavə olunmuş videomaterillardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 idarə etdikləri “Hyundai İX 35” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobildə avtomobilin arxa yük yerinə baxış zamanı oradan 2 ədəd qara rəngli, üzəri yapışqan lentlə bağlanmış polietilen bağlama, 1-ci bağlamadan içərisində yapışqan lentlə sarılmış, içərisində tünd yaşıl rəngli, kəskin qoxulu narkotik vasitə marixuanaya bənzər kütlələr olan daha kiçik 07 ədəd bağlamada çəkilərinin ayrı-ayrılıqda 1.100 qram, 1.100 qram, 1.100 qram, 1.100 qram, 1.040 qram, 1.120 qram və 1.080 qram olmaqla ümumi çəkisinin 7.955 olan narkotik vasitə marixuanaya bənzər kütlə, 2-ci bağlamadan içərisində yapışqan lentlə sarılmış, içərilərində tünd yaşıl rəngli, kəskin qoxulu, narkotik vasitə marixuanaya bənzər kütlələr olan daha kiçik 07 ədəd bağlama olmaqla çəkilərinin ayrı-ayrılıqda 1.530 qram, 1.085 qram, 1.085 qram, 1.105 qram, 1.105 qram, 1.105 qram və 1.080 qram olmaqla ümumi çəkisi 8.380 qram olan narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Həmçinin, avtomobilin yük yerindən Sərhəd Qoşunlarının hərbi qulluqçularına məxsus hərbi geyimlər və 2 ədəd “X 071 SQ” hərbi qeydiyyat nişanı aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni Bartaz kəndi ərazisindən əldə edib avtomobildə daşıdıqlarını, “X 071 SQ” hərbi qeydiyyat nişanını isə postları rahatlıqla keçmək üçün istifadə etdiklərini bildirmişdir.(cild 1, i.v.11-15) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 04 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 11:30-da şübhəli şəxs qismində tutulmuşdur.(cild 1,i.v.27) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 04 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 14:10-da şübhəli şəxs qismində tutulmuşdur.(cild 1,i.v.43) -məhkəmə-bioloji ekspertizası”nın 05 oktyabr 2024-cü il tarixli, 18/844 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda “...ƏAT nəticəsində götürülmüş əşyalara baxış...” sözləri yazılmış və imzalar olan sintetik torbanın içərisində, üzərindəki ağ kağızda “...Təqsirləndirilən şəxs1 idarə etdiyi...” sözləri yazılmış və imzalar olan sintetik torbada üzəri yapışqan lentlə bağlanmış, tamlığı pozulmuş, ümumi 1 ədəd polietilen torba bağlamanın içərisində 7 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri-1005,0 qram, 1010,0 qram, 1005,0 qram, 1005,0 qram, 1000,0 qram, 1040,0 qram, 1430,0 qram, ümumi çəkisi-7495,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərindəkin ağ kağızda “...ƏAT nəticəsində götürülmüş əşyalara baxış...” sözləri yazılmış və imzalar olan sintetik torbanın içərisində, üzərindəki ağ kağızda “...Təqsirləndirilən şəxs1 idarə etdiyi...” sözləri yazılmış və imzalar olan sintetik torbada üzəri yapışqan lentlə bağlanmış, tamlığı pozulmuş, ümumi 1 ədəd polietilen torba bağlamanın içərisində 7 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri-975,0 qram, 1085,0 qram, 1090,0 qram, 1075,0 qram, 1010,0 qram, 1015,0 qram, 1025,0 qram, ümumi çəkisi-7275,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildən götürülmüş, ümumi çəkisi-14770,0 qram olan marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidir.(cild 1,i.v.66-70) -“təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 05 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddələrdə nəzərdə tutulmuş ittihamlar ona elan olunmuşdur. Beyləqan Rayon Məhkəməsinin 05 oktyabr 2024-cü il tarixli, 4(020)-59/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 04 oktyabr 2024-cü il tarixdən saat 08:10-dan hesablanmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən ona elan edilmiş Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş ittihamlarda özünü təqsirli bildiyini və barəsində həbs qətimkan tədbirinin seçilməsinə etiraz etmədiyini bildirmişdir.(cild 1,i.v.81- 82; 120-125) -“təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 05 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddələrdə nəzərdə tutulmuş ittihamlar ona elan olunmuş, Beyləqan Rayon Məhkəməsinin 05 oktyabr 2024-cü il tarixli, 4(020)-60/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 04 oktyabr 2024-cü il tarixdən saat 08:10-dan hesablanmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən ona elan edilmiş Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş ittihamlarda özünü təqsirli bildiyini və barəsində həbs qətimkan tədbirinin seçilməsinə etiraz etmədiyini bildirmişdir.(cild 1, i.v.92-93; 126-131) -“maddi sübut hesab edilməsi haqqında” 07 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 idarə etdikləri avtomobildən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 14768,6 qram qalan qurudulmuş marixuana və “əməliyyat tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, nəqliyyat vasitəsinə baxış keçirilməsi və əşyaların götürülməsi” 04 oktyabr 2024-cü il tarixli protokola əlavə edilmiş 1 (bir) ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış, 14768,6 qram qurudulmuş marixuana saxlanması üçün Beyləqan RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir.(cild 1,i.v.158-159) -“maddi sübut hesab edilməsi haqqında” 07 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus 1 (bir) ədəd “Redmi 12” markalı mobil telefon və Təqsirləndirilən şəxs2 məxsus 1 (bir) ədəd “Redmi Note 11 Pro 5G” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış, saxlanması üçün Beyləqan RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir.(cild 1,i.v.185) -“baxış keçirilməsi haqqında” 19 dekabr 2024-cü il tarixli protokoldan və həmin protokola əlavə olunmuş videomateriallardan görünür ki, Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi X8 tərəfindən Təqsirləndirilən şəxs1 məxsus “Redmi 12” markalı mobil telefona Təqsirləndirilən şəxs1 və müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı mobil telefonun “Qalareya” adlı hissəsindən 04 oktyabr 2024cü il tarixdə, saat 06:55-də və 07:00-da çəkilmiş 2 ədəd videogörüntünün, həmçinin 04 oktyabr 2024-cü il tarixdə 00:42-də çəkilmiş fotoşəkillərin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 baxış zamanı videogörüntülərdə əks olunan yolun Cəbrayıl- Beyləqan yolu olduğunu, əyləncə üçün özü tərəfindən mobil telefon vasitəsilə çəkdiyini, fotoşəkillərdə olan avtomobilin isə idarə etdikləri “Hyundai İX 35” markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu, həmin avtomobilə “X 071 SQ” hərbi qeydiyyat nişanını bağladıqlarını, şəkildə avtomobilin qarşısında Sərhəd Qoşunlarının hərbi qulluqçularına məxsus hərbi formada dayanmış şəxsin Təqsirləndirilən şəxs2 olmasını bildirmişdir. Baxış zamanı videoçəkiliş aparılmış və 1 ədəd DVD diskə köçürülməklə protokola əlavə edilmişdir.(cild 1,i.v.259-261) -“Baxış keçirilməsi haqqında” 19 dekabr 2024-cü il tarixli protokoldan və həmin protokola əlavə olunmuş videomateriallardan görünür ki, Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi X8 tərəfindən Təqsirləndirilən şəxs2 məxsus “Redmi Note 11 Pro 5G” markalı mobil telefona Təqsirləndirilən şəxs2 və müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı mobil telefonda “Whatsapp” mobil tətbiqində “+98 930 144816” saylı İran İslam Respublikası domenli mobil nömrə ilə 04 oktyabr 2024-cü il tarixdə saat 07:46-da telefon danışığı olması aşkar edilmiş, Təqsirləndirilən şəxs2 həmin mobil nömrənin onlara narkotik vasitənin yerini söyləyən “Bəhruz” adlı İranlı şəxs olduğunu, narkotik vasitəni götürdükdən sonra ona zəng edib vəziyyət barədə maraqlandığını bildirmişdir. Həmçinin, baxış zamanı mobil telefonun “Qalareya” adlı hissəsindən narkotik vaisitələrlə bağlı fotoşəkillər olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs2 həmin şəkillərin “Bəhruz” adlı şəxs tərəfindən göndərdildiyini bildirmişdir. Baxış zamanı video və fotoçəkiliş aparılmış, 01 ədəd DVD disk və fotocədvəl protokola əlavə edilmişdir.(cild 1,i.v.262-265) -“maddi sübut hesab edilməsi haqqında” 19 dekabr 2024-cü il tarixli qərardan görünür ki, “baxış keçirilməsi haqqında” 19 dekabr 2024-cü il tarixli protokollara əlavə edilmiş 2 (iki) ədəd CD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir.(cild 1,i.v.266) -“təqsirləndirilən şəxslərin ifadələrinin yerində yoxlanılması barədə” 19 dekabr 2024cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələri götürdükləri yeri əyani surətdə göstərmişlər, ifadələri ilə ziddiyyət aşkar edilməmişdir. (cild 2,i.v.1-4) -“məhkəmə-psixiatrik ekspertizası”nın 22 noyabr 2024-cü il tarixli, 3366 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 də həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Hal hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs1 müayinə zamanı emosional halında hər hansı dəyişiklik müşahidə edilməmişdir.(cild2, i.v. 29-32) -“məhkəmə-psixiatrik ekspertizası”nın 22 noyabr 2024-cü il tarixli, 3367 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 də həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hərəkətləri CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Hal hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs2 müayinə zamanı psixoloji vəziyyətində hər hansı dəyişiklik müşahidə edilməmişdir.(cild 2,i.v.35-38) -“ambulator məcburi narkoloji tibbi yoxlama”nın 29 noyabr 2024-cü il tarixli, 7554 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 kannabioidlərdən epizodik istifadə etmə halları olmuşdur. Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür.(cild 2,i.v.41-42) -“ambulator məcburi narkoloji tibbi yoxlama”nın 29 noyabr 2024-cü il tarixli, 7555 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, hal hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.(cild 2,i.v.45-46) -“cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 07 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 2 (iki) ədəd bağlamada olan narkotik vasitə qurudulmuş marixuananı əldə etdikləri mənbənin müəyyən edilməsi ilə bağlı ********* nömrəli cinayət işinin materiallarından Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır.(cild 2,i.v.49-50) -“sübutların qiymətləndirilməsi haqqında” 07 yanvar 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir.(cild 2,i.v.52-66) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 07 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəllənin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir.(cild 2,i.v.68-69) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 08 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəllənin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir.(cild 2,i.v.83-85) -“sübutların qiymətləndirilməsi və təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərarların, ibtidai istintaqın qurtarması barədə məlumat vermə, təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmənin nəticələrinin ləğv edilməsi barədə” Beyləqan rayon prokurorluğunun 12 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Beyləqan RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis leytenantı X5 “sübutların qiymətləndirilməsi barədə” 07 yanvar 2025-ci il tarixli, “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 07 yanvar 2025 və 08 yanvar 2025-ci il tarixli qərarları, ibtidai istintaqın qurtarması barədə məlumat vermə, təqsirləndirilən şəxsi və onun müdafiəçisinin cinayət işininin materialları ilə tanış etmənin nəticələri ləğv edilmiş, cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün Beyləqan RPŞ-nin İstintaq bölməsinə göndərilmişdir. (cild 2,i.v.133-136) -“Salyan Rayon Mərkəzi Xəstəxanası” X14 29 dekabr 2024-cü il tarixli, 18-1-68/2- 2381/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 PHŞ-in Psixoloji və Narkoloji kabinetlərində qeydiyyatda yoxdurlar.(cild 2,i.v.137) -“cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə” 27 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Beyləqan RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə istintaq müddəti 03 (07) ay müddətə, yəni 05 fevral 2025-ci il tarixdən 05 may 2025-ci il tarixədək uzadılmışdır.(cild 2,i.v.176-177) -Beyləqan Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli, 4(020)-9/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti, 3 (üç) ay müddətinə, yəni 04 may 2025-ci il tarixədək uzadılmışdır.(cild 2,i.v.178-185) -Beyləqan Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli, 4(020)-8/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti, 3 (üç) ay müddətinə, yəni 04 may 2025-ci il tarixədək uzadılmışdır.(cild 2,i.v.186-193) -“maddi sübut hesab edilmə haqqında” 05 fevral 2025-ci il tarixli qərardan görünür ki, “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokola əlavə edilmiş 1 (bir) ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmışdır.(cild 2,i.v.194) -“sübutların qiymətləndirilməsi haqqında” 06 aprel 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 206.3.2, 234.41 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir.(cild 2,i.v.261-278) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 06 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəllənin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir.(cild 3,i.v.1-3) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 06 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəllənin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir.(cild 3,i.v.16-17) -“sübutların qiymətləndirilməsi haqqında qərarın, ibtidai istintaqın qurtarması barədə məlumat vermə, təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmənin nəticələrinin ləğv edilməsi barədə” Beyləqan rayon prokurorluğunun 11 aprel 2025-ci il tarixli qərarından görünür ki, Beyləqan RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis leytenantı Zaman Əhmədlinin “sübutların qiymətləndirilməsi barədə” 06 aprel 2025-ci il tarixli, “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 06 aprel 2025-ci il tarixli qərarları, ibtidai istintaqın qurtarması barədə məlumat vermə, təqsirləndirilən şəxsi və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış etmənin nəticələri ləğv edilmiş, cinayət işi ibtidai istintaqı davam etdirilməsi üçün Beyləqan RPŞ-nin İstintaq bölməsinə göndərilmişdir. (cild 3,i.v.56-59) -“cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə” 30 aprel 2025-ci il tarixli qərardan görünür ki, Beyləqan RPŞ-nin İstintaq bölməsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə istintaq müddəti 02 (iki) ay-09 ayadək, yəni 05 may 2025-ci il tarixdən 05 iyul 2025-ci il tarixədək uzadılmışdır.(cild 3,i.v.78-79) -Beyləqan Rayon Məhkəməsinin 02 may 2025-ci il tarixli, 4(020)-38/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti, 2 (iki) ay müddətinə, yəni 04 iyul 2025-ci il tarixədək uzadılmışdır.(cild 3,i.v.86-92) -Beyləqan Rayon Məhkəməsinin 02 may 2025-ci il tarixli, 4(020)-37/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti, 2 (iki) ay müddətinə, yəni 04 iyul 2025-ci il tarixədək uzadılmışdır.(cild 3,i.v.93-99) -Dövlət Sərhəd Xidmətinin 06 may 2025-ci il tarixli, 3-38/9-2-1443/25 nömrəli məktubdan görünür ki, X071SQ hərbi qeydiyyat nişanı Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin balansında olan MAZ-631708 (6x6) markalı yük avtomobilinin üzərində olmuş, lakin həmin avtomobildə yaranmış texniki nasazlıq ilə əlaqədar Salyan şəhərində yerləşən “A+H Təmir Tikinti” MMC-yə məxsus avtoservisə yerləşdirilmişdir. X071SQ hərbi qeydiyyat nişanının oğurlanması faktı Beyləqan RPŞ tərəfindən Dövlət Sərhəd Xidmətinə məlumat verildikdən sonra məlum olmuşdur.(cild 3,i.v.100) -“sübutların qiymətləndirilməsi haqqında” 06 iyun 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir.(cild 3,i.v.163-182) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 07 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəllənin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir.(cild 3,i.v.183-184) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 07 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəllənin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir.(cild 3,i.v.197-198) -“sübutların qiymətləndirilməsi və təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərarların, ibtidai istintaqın qurtarması barədə məlumat vermə, təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmənin nəticələrinin ləğv edilməsi barədə” Beyləqan rayon prokurorluğunun 11 iyun 2025-ci il tarixli qərarından görünür ki, Beyləqan RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis leytenantı X5 “sübutların qiymətləndirilməsi barədə” 06 iyun 2025-ci il tarixli, “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 07 iyun 2025-ci il tarixli qərarları, ibtidai istintaqın qurtarması barədə məlumat vermə, təqsirləndirilən şəxsi və onun müdafiəçisinin cinayət işininin materialları ilə tanış etmənin nəticələri ləğv edilmiş, cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün Beyləqan RPŞ-nin İstintaq bölməsinə göndərilmişdir.(cild 3,i.v.222- 226) -“cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə” 21 iyun 2025-ci il tarixli qərardan görünür ki, Beyləqan RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə istintaq müddəti 01 ay (10) ay müddətə, yəni 05 iyul 2025-ci il tarixdən 05 avqust 2025-ci il tarixədək uzadılmışdır.(cild 3,i.v.251-253) -Beyləqan Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, 4(020)-55/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti, 1 (bir) ay müddətinə, yəni 04 avqust 2025-ci il tarixədək uzadılmışdır.(cild 3,i.v.256-261) -Beyləqan Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, 4(020)-54/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti, 1 (bir) ay müddətinə, yəni 04 avqust 2025-ci il tarixədək uzadılmışdır.(cild 3,i.v.262-269) -“cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə” 29 iyul 2025-ci il tarixli qərardan görünür ki, Beyləqan RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə istintaq müddəti 03 ay-13 ayadək, yəni 05 avqust 2025-ci il tarixdən 05 noyabr 2025-ci il tarixədək uzadılmışdır.(cild 4,i.v.43-45) -Beyləqan Rayon Məhkəməsinin 31 iyul 2025-ci il tarixli, 4(020)-69/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti, 3 (üç) ay müddətinə, yəni 04 noyabr 2025-ci il tarixədək uzadılmışdır.(cild 4,i.v.54-61) -Beyləqan Rayon Məhkəməsinin 01 avqust 2025-ci il tarixli, 4(020)-70/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti, 3 (üç) ay müddətinə, yəni 04 noyabr 2025-ci il tarixədək uzadılmışdır.(cild 4,i.v.62-66) -“maddi sübut hesab edilmə haqqında” 30 avqust 2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadə etdikləri Sərhəd Qoşunlarının hərbi qulluqçularına məxsus hərbi geyim forması-2 (iki) ədəd kitel və 1 (bir) ədəd gödəkçə, həmçinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin balansında olan “MAZ-631708 (6x6)” markalı yük avtomobilinə aid “X 071 SQ” nömrəli 2 ədəd hərbi qeydiyyat nömrə nişanı maddi sübut kimi tanınmış və saxlanılması üçün Beyləqan RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir.(cild 4,i.v.86-87) -“əməlin tövsif edilməsi barədə” 30 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.4.1, 234.4.3 və 310-cu maddələrinə tövsif edilmişdir.(cild 4,i.v.98-101) -“cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında” 30 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 310-cu maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi istintaq aidiyyəti üzrə Beyləqan rayon prokurorluğuna göndərilmişdir.(cild 4,i.v.102-104) -“cinayət işinin icraata qəbul edilməsi haqqında” 01 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 310-cu maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi Beyləqan rayon prokurorluğunda icraata qəbul olunaraq istintaq aparılmışdır.(cild 4,i.v.106-107) -“birgə istintaq qrupunun yaradılması haqqında” 01 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Beyləqan rayon prokurorluğu və Beyləqan RPŞ-nin müstəntiqlərindən ibarət istintaq qrupu yaradılmışdır.(cild 4,i.v.108-109) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 10 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.41, 234.4.3 və 310-cu maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir.(cild 4,i.v.163-164) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 10 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.41, 234.4.3 və 310-cu maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir.(cild 4,i.v.184-185) İş üzrə ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində qabaqçadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşımağa görə, Cinayət Məcəlləsinin 310-cu maddəsində isə özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməyə görə cinayət məsuliyyətləri nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamların qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özlərini müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı verdikləri ifadələrində narkotik vasitələrin onlara məxsus olmamasını, polis əməkdaşları tərəfindən qoyularaq götürülməsi, narkotik vasitələr ilə yüklənən zaman polis əməkdaşları tərəfindən döyülmələri və təxribat törətməklərinə dair sənədləşdiriləcəkləri ilə hədələnmələri ilə bağlı göstərdikləri hissələr ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələri, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmaları üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a)şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b) şəxs belə hərəkətləri qanunsuz etməlidir; c) narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində göstərilmişdir narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın müvafiq bəndlərinə əsasən qurudulmuş marixuana, tiryək və metadon həbləri narkotik hesab edilir. Siyahılara əsasən qurudulmuş marixuananın 5 qram və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) xeyli miqdar, 500 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) külli miqdar, 50000 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) isə xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Həmin Plenum qərarının 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Qanunun 1.0.10-cu maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, yuxarıdakı narkotik vasitələrin (psixotrop maddələrin) saxlanmasına dair izahları eynilə narkotik vasitələrin və ya psixotrop maddələrin prekursorlarına da şamil etmək mümkündür. Həmin Plenum qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıb-çatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Həmin Plenum qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarının 9-cu bəndində göstərilmişdir ki, Cinayət Mcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 külli miqdarda- 14770,0 qram tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib maşında saxlayaraq daşımaları onların narkotik vasitələrin satışı ilə məşğul olduğunu və qeyd edilən kütlələri qanunsuz olaraq satış məqəsi ilə əldə etdiyini sübut edir. Göstərilən hallar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 maşınlarında aşkar edilmiş narkotik vasitələrə münasibətdə satış niyyətində olmaları barədə nəticəyə gəlməyə tam əsas verir. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Cinayət işi üzrə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmək, saxlamaq və daşımaq barədə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zəngilan rayonunun Bartaz kəndinin ərazisində gizlədilmiş külli miqdarda narkotik vasitələri daşımaq üçün 2 oktyabr 2024-cü il tarixdə “Hyundai İX-35 minik” marka-modelli, **-GV-***” dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşlər, portal icazəsi olmadan işğaldan azad olunmuş ərazilərə keçə bilməyəcəklərinə əmin olduqdan sonra işğaldan azad edilmiş ərazilərdə təşkil edilmiş komendant postlarından maneəsiz keçmək üçün birlikdə özbaşına özlərini vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbi qulluqçusu kimi təqdim etmək qərarına gələrək Sərhəd Qoşunlarının hərbi qulluqçusu olmalarına dair görüntü yaratmaq məqsədilə Şirvan şəhəri ərazisində yerləşən hərbi geyimlər satılan mağazadan özləri üçün Sərhəd Qoşunlarının hərbi qulluqçularına aid olan hərbi geyim formasını almışlar və Salyan rayonu, Qarabağlı kəndində yerləşən avtomobil duracağının ərazisinə qanunsuz və gizli daxil olaraq oradan Sərhəd Qoşunlarının N saylı hərbi hissəsinin balansında olan “MAZ-631708 (6x6)” markalı yük avtomobilinə aid “X 071 SQ” nömrəli 2 ədəd hərbi qeydiyyat nömrə nişanını götürmüşlər, 4 oktyabr 2024-cü il tarixdə istintaqa və məhkəməyə məlum olmayan vaxtda Sərhəd Qoşunlarının hərbi qulluqçularına məxsus hərbi geyim formasını geyinib Təqsirləndirilən şəxs1 idarə etdiyi “Hyundai İX-35 minik” marka-modelli, “** GV ***” dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə isə “X 071 SQ” nömrəli hərbi qeydiyyat nömrə nişanını quraşdıraraq həmin avtomobillə Füzuli rayonu ilə Cəbrayıl rayonu sərhəddində təşkil edilən Daxili İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin əməkdaşlarının birgə xidmət apardığı komendant postundan yoxlanılmadan işğaldan azad olunmuş ərazilərə keçməyə nail olmaqla həmin qurumların mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər edərək Zəngilan rayonunun Bartaz kəndi ərazisinə gedib oradan gizlədilmiş külli miqdarda narkotik vasitələri götürüb idarə etdikləri avtomobildə saxlamaqla Beyləqan rayonunun Birinci Şahsevən kəndinin ərazisinə daşımışlar, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində 4 oktyabr 2024-cü il tarixdə, saat 08:10-da Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisində saxlanılaraq Beyləqan Rayon Polis Şöbəsinin inzibati binasının həyətinə gətirilib avtomobilə baxış keçirilən zaman 1 ədəd qara rəngli üzəri yapışqan lentlə bağlanmış polietilen bağlamanın içərisində 7 ədəd sarımtıl rəngli üzəri yapışqan lentlə bağlanmış polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1005,0 qram, 1010,0 qram, 1005,0 qram, 1005,0 qram, 1000,0 qram, 1040,0 qram, 1430,0 qram, ümumi təmiz çəkisi 7495,0 qram və 1 ədəd qara rəngli üzəri yapışqan lentlə bağlanmış polietilen bağlamanın içərisində 7 ədəd sarımtıl rəngli üzəri yapışqan lentlə bağlanmış polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 975,0 qram, 1085,0 qram, 1090,0 qram, 1075,0 qram, 1010,0 qram, 1015,0 qram, 1025,0 qram, ümumi təmiz çəkisi 7275,0 qram olmaqla, ümumilikdə 2 ədəd qara rəngli üzəri yapışqan lentlə bağlanmış polietilen bağlamanın içərisində 14 ədəd sarımtıl rəngli üzəri yapışqan lentlə bağlanmış polietilen bağlamada ümumilikdə külli miqdarda-14770,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə tərkibi göstərilənlərə əsasən təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrində narkotik vasitələrin satışı ilə məşğul olmamaları barədə bildirdikləri iş materiallarına uyğun olmadığından və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edilmədiyindən iş üzrə sübut kimi qiymətləndirmir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Fuşe Fransaya qarşı, Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı və Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə doğrudan da bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçiləri ilə birlikdə iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüşlər, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçiləri vasitəsi ilə kifayət qədər suallar vermişlər, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və onlara qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitə ilə yüklənən zaman polis əməkdaşları tərəfindən döyülmələri və təxribat törətməklərinə dair sənədləşmə aparılacağı ilə bağlı hədələnmələrinə dair dedikləri barədə məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İbtidai istintaqın ilkin mərhələlərində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməllərini etiraf etmişlər və polis əməkdaşları tərəfindən onlara qarşı psixi və yaxud fiziki təzyiq edilmədiyini bildirmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Cinayət-Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Plenum qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Avropa Məhkəməsi “Assenov və Digərləri Bolqarıstana qarşı” və “Selmuni Fransaya qarş” işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Eyni zamanda Avropa Məhkəməsinin “Yallo Almaniyaya qarşı” qərarında qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə bağlı istintaq hərəkətləri aparılan zaman çəkilmiş vidioçəkilişlərdə sonuncuların bədəni üzərində hər hansı xəsarətin olması müşahidə olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5 ifadələrində təqsirləndirlən şəxsələr Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı hər hansı qanunsuz hərəkətlərə yol vermədiklərini, onları döymədiklərini bildirmişlər. Cinayət işinin materiallarının 4-cü cildinin 90-92-ci səhifələrində olan Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində qəbul olunmuş 14 mart 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanma müddətinin uzadılması barədə təqdimata baxılan zaman sonuncunun Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən tutularkən döyülməsi, işgəncə, fiziki zor və sair təzyiqlərə məruz qalmasını bildirməsi barədə məhkəmənin məlumatı əsasında araşdırma aparılmış, nəticədə Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. “Məhkəmə-tibbi ekspertizası”nın 06 oktyabr 2024-cü il tarixli, 706/24 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində xəsarət məyyən edilməmişdir. Nə Təqsirləndirilən şəxs1 nə də müdafiəçisi tərəfindən polis əməkdaşlarının ona qarşı qanunsuz hərəkətlərə yol vermələri və onu döymələri barədə hər hansı bir müraciətləri olmamışdır. Məhkəmə tərkibi hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onların hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq hədəyə məruz qaldıqlarını göstərmələrini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən cinayət məsuliyyətindən yayınmaları üçün formal olaraq istinad olunması qənaətinə gəlir. “İ.H.Avstriyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, irəli sürülən ittihamlar, o cümlədən məhkəmənin məsələ ilə bağlı hansı hüquqi qiymətləndirməni verə biləcəyi haqqında məlumat ya məhkəmə iclasından əvvəl ittiham aktında, ya da ən azı məhkəmə icraatının gedişində ittihamın rəsmi və ya nəzərdə tutulan əlavəsi kimi təqdim edilə bilər. Aydındır ki, məhkəmənin cinayət əməli ilə bağlı ittiham tərəfindən fərqli qənaətə gəlmək ehtimalının olduğuna adi işarə yetərli deyildir. Mövcud olan halda məhkəmə tərkibi, Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdikləri ifadələrində polis əməkdaşlarının narkotik vasitələri qoyaraq götürmələri, narkotik vasitə satmamalarını bildirmələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai istintaqın ilkin mərhələsi zamanı verdikləri ifadələrini daha çox inandırıcı hesab edir, onların məhkəmə istintaqı zamanı verdikləri ifadələri özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə tərkibi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai araşdırmanın ilkin mərhələsi zamanı verdikləri “etirafedici” ifadələrinə münasibətdə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi məhkəmə tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmədə verdikləri ifadələrinin narkotik vasitələr satmamaları, ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmamalarına münasibətdə həqiqəti əks etdirməməsi öz təsdiqini tapmış, məhkəmə istintaqında obyektiv həqiqəti özündə ehtiva etməyən ifadə verməklə özlərini ağır cinayətə görə məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətlərini yüngülləşdirmək məqsədinə xidmət etmiş, onların ibtidai istintaq zamanı özlərinə qarşı verdikləri ifadələri alınan zaman konstitusiya hüquqları və azadlıqları, yaxud Cinayət-Prosessual Məcəlləsinin digər tələblərinin pozulması ilə qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi hallarına yol verilməmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəməyədək dövrdə özlərinə qarşı verdikləri ifadələrinin məhz təzyiqlər nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə tərkibi göstərilənlərə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı verdikləri ifadələrini, müdafiəçilərinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiklərindən, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı Cinayət Məcəlləsinin 310-cu maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiklərini etiraf etmişlər və özlərini həmin maddə ilə təqsirli bilmişlər. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 310-cu maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, “əməliyyat axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, nəqliyyat vasitəsinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokol, həmin protokola əlavə edilmiş videoçəkiliş, məhkəmə ekspertizasının rəyləri, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitələr, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 310-cu maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyaları həddində ədalətli şəkildə cəzalandırılmalıdırlar. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır.(cild 1, i.v.209-210) -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır.(cild 1, i.v.212-213) -Salyan rayon İcra Hakimiyyəti Başçısının Qaraçala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 dekabr 2024-ci il tarixli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ailə üzvüləri ilə birlikdə Salyan rayonu, Çadırlı kəndində yaşamış, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir.(cild 1,i.v.255- 256) -Salyan rayon İcra Hakimiyyəti Başçısının Qaraçala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 dekabr 2024-ci il tarixli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ailə üzvüləri ilə birlikdə Salyan rayonu, Qaraçala qəsəbəsində yaşamış, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir.(cild 1,i.v.257-258) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən olunmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunmaları, ailə və maddi vəziyyətləri Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzalarını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 310-cu maddəsinə nəzərdə tutulan cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmələri Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən cəzalarını ağırlaşdıran haldır. Məhkəmə tərkibi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onların qəsdən az ağır və ağır cinayətlər törətmələri nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxslərin özləri və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə törətdikləri cinayət əməllərinin tövsüf olunduğu maddələrin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara, cinayətin törədilməsində iştirak dərəcələrinə əsasən təyin edilməlidir. Buna görə də onlara qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Məhkəmə tərkibi hesab edir ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquqi qaydalarının möhkəmləndiriliəsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma təsirini təmin edir. Məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir. Onun həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarışısını alır. Buna görə də cəza təyinetmənin ümumi başlanğıcı cəzanın düzgün fərdiləşdirilməsini və onun səmərəli olmasını təmin edir. Cəzanın düzgün fərdiləşdirilməsi hər bir halda kriminal əməlin düzgün tövsifindən və təqsirləndirilən şəxslərin həmin cinayətləri törədərkən icra etdikləri rollardan asılıdır. Əməlin düzgün tövsifi qanunçuluq prinsipinin tələblərindən irəli gəlir. Düzgün olmayan tövsif, təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına yaxud cinayət etməkdə təqsiri olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın növünün həddinin əsassız olaraq seçilməsinə, bir sıra başqa hüquqi məhdudiyyətlərin tətbiqinə, ya da tətbiq edilməsinə, (məsələn cinayət məsuliyyətindən və cəzadan azad etmənin tətbiqinə, ittiham hökmünün icrası müddətinin həllinə, məhkumluğun ödənilməsinə və sar.) səbəb ola bilər. Buna görə cinayət qanunvericiliyinin tələbələrinə dəqiq və dönmədən riayət edilməli, əməlində cinayət tərkibi olamayan şəxslərin mühakimə olunmasına, eləcə də əməlin düzgün olmayan tövsifi işin vəziyyətini və təqsirkarın şəxsiyyətini nəzərə almadan cəza təyininə yol verilməməlidir. Törədilən cinayət qanuna müvafiq olaraq bu əmələ görə məsuliyyət müəyyən edən maddə ilə dəqiq tövsif edilməli və bu tələbdən kənara çıxmaya yol verilməməlidir. Qüvvədə olan Cinayət Məcəlləsinin 58-ci maddəsi cəza təyinetmənin ümumi müddəalarını müəyyən edir. Belə ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarkteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 58-ci maddəsində məhkəmələrin konkret iş üzrə cəza təyin edərkən rəhbər tutmalı olduğu müəyyən tələblər təsbit edilmişdir. Bir sözlə, təyin edilən cəza aşağıdakı tələblərə cavab verməlidir; cəza ədalətli olmalıdır, cəza Cinayət Məcəlləsinin Xüsusi hissəsinin maddəsinin sanksiyası ilə müəyyən edilən hüdudu təyin edilməlidir, cəza təyin edərkən ümumi hissənin müddəaları nəzərə alınmalıdır, cinayətin xarakterini və təhlükəlilik dərəcəsini nəzərə almaqla cəza təyin edilməlidir, cəza təyin edilərkən təqsirkarın şəxsiyyəti nəzərə alınmalıdır, cəza təyin edilərkən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır, cəza təyin edilərkən cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəritinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Eyni zamanda cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Azərbaycan Respublikası cinayət qanunvericiliyi ağır cinayətlər törətmiş, əvvəllər məhkum edilmiş şəxslərə ciddi cəzalar təyin edilməsi, eyni zamanda ilk dəfə az təhlükəli cinayət etmiş və cəmiyyətdən təcrid olunmadan islah təyin edilməsi üçün məhkəmələrə cəza təyininə diferensiyal yanaşmanı həyata keçirmək üçün böyük imkanlar yaradır. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalıdır. Bu zaman təqsirin forması, motiv üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və sair kompleks halda qiymətləndirilməlidir. Ədalətli cəza təyin edilməsi üçün zəruri və mühüm amillərdən biri də təqsirləndirilən şəxsin şəxsiyyətinin hərtərəfli təhqiq edilməsidir. Təqsirləndirilən şəxsin həyat yolu ictimai vəzifəyə, əməyə münasibətidir. Ailədə məişətdə davranışı, məhkumluğu və sair kifayət qədər aydınlışdırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəzanın məqsədlərini təmin edə bilmir. Buna görə də məhkəmə törədilmiş cinayətə görə az ciddi cəza deyil, daha ciddi cəza tətbiq edilməsinin səbəbələrini hökümdə əsaslandırılmalıdır. Məhkəmə tərkibi qeyd edir ki, cəza vəzifəli şəxslərin mülahizəsinə görə deyil, xalqa bəlli olan qanunla müəyyən edilməlidir. Cəza təyin edilərkən mövcud qanun əsas götürülməli və əməlin xarakteri xarakterizə edilməlidir, cəza təyini ilə bağlı bu müddəaların təkmilləşmiş forması artıq bir çox ölkələrdə olduğu kimi ölkəmizin də cinayət-hüquq tarixində dəyişikliklərə məruz qalmış və qüvvədə olan Cinayət Məcəlləsinin sivil formada öz əksini tapmışdır. Məhkəmə tərkibinin fikrinə əsasən, təyin edilən, cəza o halda ədalətli ola bilər ki, konkret iş üzrə cəza təyin edilərkən cəza təyininə dair bütün müddəalar nəzərə alınmış olsun. Cəza təyin edilərkən Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınır. Bununla əlaqədar, cinayət məsuliyyətinin əsasları, şəxsin əməlində cinayət tərkibinin olub-olmaması araşdırılır, hansı əmələ görə ona cəza təyin ediləcəyi aydınlaşdırılır. Eyni zamanda əməlin hansı məkanda və hansı zamanda baş verdiyi, cinayətin hansı kateqoriyadan olub-olmaması, təkrar cinayətin olub-olmaması cinayətin təkbaşına və ya iştirakçılıqla törədilməsi, əməlin ictimai-təhlükəliliyini istisna edən halların olub-olmaması aydınlaşdırılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı da bu mövqedən çıxış edir. Həmin qərarın 1-ci maddəsində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanunun ədalət prinsiplərindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli, 415 saylı qərarının 45-ci bəndində göstərilir ki, məhkəmələr cəza təyini zamanı həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanı onun islah olunmasına və ailəsini həyat şəraitinə təsirini nəzərə almalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Delkourt Belçikaya qarşı, Piersack Belçikaya qarşı və X11rşı” işlər üzrə qərarlarında ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi aydın görünməlidir”. Bundan başqa, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli Azərbaycan Respublikası Qanunun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsininn 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, istənilən məhkəmə aktının qanuni və əsaslı həll edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi aydın görülməlidir. Cinayət Məcəlləsinin 64.1-ci maddəsində göstərilmişdir ki, iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 66.3-cü maddəsində göstərilmişdir ki, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bir neçə cinayəti törətməkdə təqsirli bilindikləri üçün onlara Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 04 oktyabr 2024cü il tarixdən hesablanmalı və Beyləqan Rayon Məhkəməsinin 05 oktyabr 2024-cü il tarixli, 4(020)-59/2024 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 04 oktyabr 2024cü il tarixdən hesablanmalı və Beyləqan Rayon Məhkəməsinin 05 oktyabr 2024-cü il tarixli, 4(020)-60/2024 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. “Ambulator məcburi narkoloji tibbi yoxlama”nın rəylərinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məcburi müalicəyə təyin edilməməli, lakin Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 99,48 (doxsan doqquz manat qırx səkkiz qəpik) məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 99,48 (doxsan doqquz manat qırx səkkiz qəpik) manat məbləğdə məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bərabər məbləğdə tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Beyləqan RPŞ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan-14768,6 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs2 məxsus 1 ədəd “Redmi Note 11 Pro 5G” markalı mobil telefon və Təqsirləndirilən şəxs1 məxsus 1 (bir) ədəd “Redmi 12” markalı mobil telefon onların yaxın qohumlarına qaytarılmalı, təqsirləndirilən şəxslərin istifadə etdikləri Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbi qulluqçularına məxsus hərbi geyim forması-2 (iki) ədəd kitel və 1 (bir) ədəd gödəkçə məhv edilməli, Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin balansında olan “MAZ-631708 (6x6)” markalı yük avtomobilinə aid “X 071 SQ” nömrəli 2 (iki) ədəd hərbi qeydiyyat nömrə nişanı Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarına qaytarılmalı, “əməliyyat tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, nəqliyyat vasitəsinə baxış keçirilməsi və əşyaların götürülməsi” 04 oktyabr 2024-cü il tarixli protokola əlavə edilmiş 1 (bir) ədəd DVD disk, “baxış keçirilməsi haqqında” 19 dekabr 2024-cü il tarixli protokollara əlavə edilmiş 2 (iki) ədəd CD disk, “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokola əlavə edilmiş 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 132, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 310-cu maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 04 oktyabr 2024-cü il tarixdən hesablansın. Beyləqan Rayon Məhkəməsinin 05 oktyabr 2024-cü il tarixli, 4(020)-59/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 310-cu maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 04 oktyabr 2024-cü il tarixdən hesablansın. Beyləqan Rayon Məhkəməsinin 05 oktyabr 2024-cü il tarixli, 4(020)-60/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 99,48 (doxsan doqquz manat qırx səkkiz qəpik) manat pul bərabər məbləğdə tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Beyləqan Rayon Polis Şöbəsinin maddi sübutların saxlama otağından saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan- 14768,6 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Beyləqan Rayon Polis Şöbəsinin maddi sübutların saxlama otağından saxlanılan Təqsirləndirilən şəxs2 məxsus 1 (bir) ədəd “Redmi Note 11 Pro 5G” markalı mobil telefon və Təqsirləndirilən şəxs1 məxsus 1 (bir) ədəd “Redmi 12” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onların yaxın qohumlarına qaytarılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Beyləqan Rayon Polis Şöbəsinin maddi sübutların saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 istifadə etdikləri Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının hərbi qulluqçularına məxsus hərbi geyim forması-2 (iki) ədəd kitel və 1 (bir) ədəd gödəkçə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Beyləqan Rayon Polis Şöbəsinin maddi sübutların saxlama otağında saxlanılan Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin balansında olan “MAZ-631708 (6x6)” markalı yük avtomobilinə aid “X 071 SQ” nömrəli 2 (iki) ədəd hərbi qeydiyyat nömrə nişanı hökm qanuni qüvvəyə mindikdən sonra Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarına qaytarılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuş “əməliyyat tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, nəqliyyat vasitəsinə baxış keçirilməsi və əşyaların götürülməsi” 04 oktyabr 2024-cü il tarixli protokola əlavə edilmiş 1 (bir) ədəd DVD disk, “baxış keçirilməsi haqqında” 19 dekabr 2024-cü il tarixli protokollara əlavə edilmiş 2 (iki) ədəd CD disk, “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokola əlavə edilmiş 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 münasibətdə isə hökmün surətinin onlara verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-522/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-522/2025
26.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver