Məhkəmə qərarları › İş №1(099)-523/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(099)-523/2024

29.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-523/2024 29.07.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, Əzizov Ağa Əziz oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - xx xxx 1977-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, üçüncü dərəcə əlilliyi olan, Şirvan Şəhər Məhkəməsinin 19 may 2020-ci il tarixli, 1(032)- 57/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, 19 iyun 2023-cü il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, Şirvan şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs ittiham sübutları ilə kifayət qədər təqsirləndirilir ondan ötrü ki, satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib, saxlamaqla daşımış, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni satış məqsədi ilə qanunsuz əldə edib, saxlamaqla, daşımışdır. Belə ki, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs ilə bağlı gəldiyi nəticəyə görə, o, istintaqa məlum olmayan mənbədən, istintaqa məlum olmayan vaxtda və şəraitdə satış məqsədilə qanunsuz olaraq 15,967 qram çəkidə olmaqla külli miqdarda kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroini, 8,74 qram çəkidə olmaqla külli miqdarda kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamini, 4,042 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, 81,0 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuananı, təsiredici maddəsinin ümumi miqdarı 0,1 qram olmaqla bir ədəd üzərində “Methadone 40” əmtəə göstəricisi olan və üzərində “F/M40” göstərici olan bir ədəd bütöv və bir ədəd ½ hissədən ibarət narkotik vasitə metadon həblərini, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan tərkibində güclü təsir edən maddələrə aid preqabalinin təsir maddəsinin miqdarı 0,15 qram olan üzərində “P150” yazısı həkk olunmuş bir ədəd ağ-narıncı rəngli kapsulu, tərkibində güclü təsir edən maddələrə aid tramadolun təsir maddəsinin miqdarı 0,35 qram olan yeddi ədəd kapsulu, tərkibində güclü təsir edən maddələrə aid preqabalinin təsir maddəsinin ümumi miqdarı 0,75 qram olan beş ədəd ağ-narıncı rəngli kapsulu əldə edib yaşadığı Şirvan şəhəri, Ordubadi küçəsi 10 saylı ünvanda yerləşən fərdi yaşayış evinə daşıyaraq, narkotik vasitə heroini 0,385 qram, 0,408 qram, 0,090 qram, 0,05 qram, 0,06 qram, 0,05 qram, 0,07 qram, 0,05 qram, 0,05 qram, 8,311 qram, 3,779 qram, 2,664 qram olmaqla on iki ədəd bükümə, psixotrop maddə metamfetamini 0,05 qram və 8,690 qram olmaqla iki ədəd bükümə ayıraraq saxlamış, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 08 yanvar 2024-cü il tarixdə, saat 16:50-dən saat 17:45-dək olan müddət ərzində yaşadığı Şirvan şəhəri, Ordubadi küçəsi 10 saylı ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman yataq otağından on iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,385 qram, 0,408 qram, 0,090 qram, 0,05 qram, 0,06 qram, 0,05 qram, 0,07 qram, 0,05 qram, 0,05 qram, 8,311 qram, 3,779 qram, 2,664 qram külli miqdarda kustar üsulla hazırlanmış eyni tərkibli həmin narkotik vasitə heroin, iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,05 qram və 8,690 qram külli miqdarda kustar üsulla hazırlanmış eyni tərkibli həmin psixotrop maddə metamfetamin, 4,042 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 81,0 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli həmin narkotik vasitə qurudulmuş marixuana, təsiredici maddəsinin ümumi miqdarı 0,1 qram olmaqla bir ədəd üzərində “Methadone 40” əmtəə göstəricisi olan və üzərində “F/M40” göstərici olan bir ədəd bütöv və bir ədəd ½ hissədən ibarət narkotik vasitə metadon həbləri, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan tərkibində güclü təsir edən maddələrə aid preqabalinin təsir maddəsinin miqdarı 0,15 qram olan üzərində “P150” yazısı həkk olunmuş 1 (bir) ədəd ağ-narıncı rəngli kapsul, tərkibində güclü təsir edən maddələrə aid tramadolun təsir maddəsinin ümumi miqdarı 0,35 qram olan 7 (yeddi) ədəd kapsul, tərkibində güclü təsir edən maddələrə aid preqabalinin təsir maddəsinin ümumi miqdarı 0,75 qram olan 5 (beş) ədəd ağ-narıncı rəngli kapsul, içərisində narkotik vasitə heroinin izləri olan 1 (bir) ədəd şüşə ampula aşkar olunaraq götürülmüşdür. İş üzrə məhkəmə istintaqı zamanı ibtidai istintaq orqanının təqdim etdiyi sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmış, o cümlədən təqsirləndirilən şəxs və şahidlər dindirilmiş, ekspertiza rəyləri və cinayət işinə əlavə edilmiş digər sənədlər tədqiq olunmuşdur. Məhkəmə iclasında dövlət ittihamçısı məhkəməyə vəsatət təqdim edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə irəli sürülmüş ittihamdan imtina etmiş və cinayət təqibinin həmin Məcəllənin 234.4.3-cü maddəsi üzrə davam etdirilməsini xahiş etmişdir. Dövlət ittihamçısı fikrini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərkən təzyiqi və xəstəliklərinə görə narkotik vasitələrdən istifadə etməsini, 08 yanvar 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən yaşadığı evində aparılmış axtarış zamanı evdən narkotik vasitə və psixotrop maddələrlə yanaşı müxtəlif dərmanların da aşkar olunmasını, fenazepam, preqabalin və tramadol dərmanlarının ona Şirvan Şəhər Mərkəzi Xəstəxanasının həkimləri tərəfindən yazılmasını, dərmanlar qurtardıqda hər ayın 05-06-sı gedib resept əsasında, adətən bir dərmandan dörd, digərindən isə iki qutu olmaqla Şirvan şəhərində yerləşən aptekdən aldığını, reseptlər aptekə verildiyindən hazırda onda olmadığını narkotik vasitələrdən istifadə etməyə başladığından dərmanlardan istifadəni dayandırmasını, buna görə də sonuncu dəfə aldığı dərmanlardan qalan bir neçəsini kənara atmasını və həmin dərmanları heç kimə satmamasını bildirmişdir. Bundan başqa Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Şirvan Şəhər Mərkəzi X2 Şəxsin məktublarından Təqsirləndirilən şəxs xəstəxananın narkoloji kabinetində “Tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi” diaqnozu ilə qeydiyyatda olması (həkim-narkoloq Mirzəyev Kamil H.oğlu tərəfindən qeydiyyata götürülüb) və ona “Tramadol 50 ml №80” və “Preqabalin 150 ml №56” dərman preparatlarının yazılması müəyyən olunmuşdur. Belə olan halda Təqsirləndirilən şəxs əməlində ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi müəyyən olunmur. Məhkəmə iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə dövlət ittihamçısının məhkəməyə təqdim etdiyi vəsatət müzakirəyə çıxarılmışdır. Müdafiəçi dövlət ittihamçısının məhkəməyə təqdim etdiyi vəsatətin cinayət işinin materiallarına əlavə olunmasını və əsaslı olması səbəbindən təmin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs hüquq müdafiəçisi ilə həmfikir olduğunu bildirmişdir. Məhkəmə heyəti cinayət prosesi iştirakçılarının fikirlərini dinləyib, iş materiallarını nəzərdən keçirərək və qanunvericiliyin tələblərinə əsaslanaraq hesab edir ki, dövlət ittihamçısının məhkəməyə təqdim etdiyi vəsatət cinayət işinin materiallarına əlavə olunmalı, qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yanaşı, həm də həmin Məcəllənin 240.1-ci maddəsi ilə ittiham verilmişdir. Belə ki, ittiham orqanının gəldiyi nəticəyə görə Rəfael Əlyev satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrə aid preqabalinin təsir maddəsinin miqdarı 0,15 qram olan üzərində “P150” yazısı həkk olunmuş bir ədəd ağ-narıncı rəngli kapsulu, tərkibində güclü təsir edən maddələrə aid tramadolun təsir maddəsinin miqdarı 0,35 qram olan yeddi ədəd kapsulu, tərkibində güclü təsir edən maddələrə aid preqabalinin təsir maddəsinin ümumi miqdarı 0,75 qram olan beş ədəd ağ-narıncı rəngli kapsulu əldə edib yaşadığı Şirvan şəhəri, Ordubadi küçəsi 10 saylı ünvanda yerləşən fərdi yaşayış evinə daşıyaraq saxlamış, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 08 yanvar 2024-cü il tarixdə, saat 16:50-dən saat 17:45-dək olan müddət ərzində yaşadığı Şirvan şəhəri, Ordubadi küçəsi 10 saylı ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman yataq otağından narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan tərkibində güclü təsir edən maddələrə aid preqabalinin təsir maddəsinin miqdarı 0,15 qram olan üzərində “P150” yazısı həkk olunmuş bir ədəd ağ-narıncı rəngli kapsul, tərkibində güclü təsir edən maddələrə aid tramadolun təsir maddəsinin ümumi miqdarı 0,35 qram olan 7 ədəd kapsul, tərkibində güclü təsir edən maddələrə aid preqabalinin təsir maddəsinin ümumi miqdarı 0,75 qram olan 5 ədəd ağ-narıncı rəngli kapsul aşkar olunaraq götürülmüşdür. İbtidai istintaq orqanının təqdim etdiyi sübutların məcmusunun, habelə məhkəmə istintaqı zamanı əlavə sübutların tədqiqi nəticəsində məhkəmə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrə aid preqabalinin təsir maddəsinin miqdarı 0,15 qram olan üzərində “P150” yazısı həkk olunmuş bir ədəd ağ-narıncı rəngli kapsulu, tərkibində güclü təsir edən maddələrə aid tramadolun təsir maddəsinin miqdarı 0,35 qram olan yeddi ədəd kapsulu, tərkibində güclü təsir edən maddələrə aid preqabalinin təsir maddəsinin ümumi miqdarı 0,75 qram olan beş ədəd ağ-narıncı rəngli kapsulu əldə edib yaşadığı Şirvan şəhəri, Ordubadi küçəsi 10 saylı ünvanda yerləşən fərdi yaşayış evinə daşıyaraq saxlamasına dair ittihamının əsaslandırılması üçün təqdim etdiyi sübutların Təqsirləndirilən şəxs əməlində bu hissədə cinayət tərkibinin olmaması qənaətinə gəlir. Məhkəmə mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə təqsirləndirilən şəxsin, məhkəmədə verdiyi ifadəsini (Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə verilmiş ittiham hissəsində) sübut kimi qiymətləndirir, bununla əlaqədar verilmiş sorğulara alınmış cavabları mötəbər hesab edərək onlara əsaslanmanı ədalətli sayır. Bu mənada təqsirləndirilən şəxsin ifadəsindəki mövqe də ağlabatan hesab edildiyindən, həmin sübutlarla birmənalı müəyyən olunur ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş cinayət əməlinin tərkibi yoxdur. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı sərbəst ifadəsində bildirmişdir ki, narkotik vasitə istifadəçisi olmuş və bununla əlaqədar əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Təzyiqinə və xəstəliklərinə görə narkotik vasitələrdən istifadə etmişdir. 08 yanvar 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən evində aparılmış axtarış zamanı evindən narkotik vasitə və psixotrop maddələrlə yanaşı müxtəlif dərmanlar da aşkar olunmuşdur. Hansı ki, həmin dərmanları resept əsasında aptekdən almışdır. Reseptlər aptekə verildiyindən hazırda onda deyildir. Polislə birlikdə həkimə getmiş və həkim evindən aşkar olunmuş dərmanları yazılmış resept əsasında hər ay aldığını bildirmiş, həmin dərmanlardan hazırda olmadığı üçün ona “ketonal” və “tsiklodol” vermişdir. Evindən aşkarlanan fenazepam, preqabalin və tramadol dərmanlarını ona Şirvan Şəhər Mərkəzi Xəstəxanasında həkimlər yazmışlar. Hər ayın 05-06-sı resept əsasında həmin dərmanları Şirvan şəhərində yerləşən aptekdən almışdır. Sözügedən aptek şəhərdə həmin dərmanların satıldığı yeganə aptek olmuşdur, lakin adını xatırlamır. Hər ay dərmanlar bitdikdə yenidən almışdır. Adətən bir dərmandan dörd, digərindən isə iki qutu alırdı. Sonuncu dəfə həmin dərmanları alanda ona daha həmin dərmanlardan verilməyəcəyini bildirmişlər. Narkotik vasitələrdən istifadə etməyə başladığından dərmanlardan istifadəni dayandırmış, buna görə də sonuncu dəfə aldığı dərmanlardan qalan bir neçə dənəsini bir kənara atmışdır. Həmin dərmanları heç kimə satmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Bu mənada məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Şirvan Şəhər Mərkəzi X2 Şəxsin xx.xx.2024-cü il tarixli, 18-1-35/2-143/2024 nömrəli məktubundan Təqsirləndirilən şəxs xəstəxananın narkoloji kabinetində “Tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi” diaqnozu ilə qeydiyyatda olması müəyyən olunur. (iş vərəqi 130). Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Şirvan Şəhər Mərkəzi X2 Şəxsin xx.xx.2024-cü il tarixli, 18-1-35/2-1086/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsinin narkoloji kabinetində “Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi” diaqnozu ilə qeydiyyatdadır (həkim-narkoloq Mirzəyev Kamil H.oğlu tərəfindən qeydiyyata götürülüb). Xəstəyə xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü ildə “Tramadol 50 ml №80”; xx.xx.2023-cü ildə “Preqabalin 150 ml №56” dərman preparatları yazılıb. Məktuba əlavə edilmiş elektron sistemdən “xəstə qeydiyyatı” barədə çıxarış və xəstənin adına olan tibbi kartaların surətində məktubun məzmununda göstərilənlərin eynilə sistemdə və tibbi kartalarda qeydiyyata alınması göstərilmişdir. Məhkəmə qanunu rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməklə bu nəticəyə gəlir. Təqsirləndirilən şəxs ittiham verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsinin dispozisiyasında narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət işinin mübahisəsiz olan müəyyən edilmiş halı odur ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 08 yanvar 2024-cü il tarixdə, saat 16:50-dən saat 17:45-dək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı Şirvan şəhəri, Ordubadi küçəsi 10 saylı ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman yataq otağından narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan tərkibində güclü təsir edən maddələrə aid preqabalinin təsir maddəsinin miqdarı 0,15 qram olan üzərində “P150” yazısı həkk olunmuş 1 (bir) ədəd ağnarıncı rəngli kapsul, tərkibində güclü təsir edən maddələrə aid tramadolun təsir maddəsinin ümumi miqdarı 0,35 qram olan 7 (yeddi) ədəd kapsul, tərkibində güclü təsir edən maddələrə aid preqabalinin təsir maddəsinin ümumi miqdarı 0,75 qram olan 5 (beş) ədəd ağ-narıncı rəngli kapsul aşkar olunaraq götürülmüşdür. Lakin Təqsirləndirilən şəxs həmin narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan tərkibində güclü təsir edən maddələrə aid preqabalin və tramadolu qanunsuz əldə edib-etməməsi, ümumiyyətlə bu faktın cinayət əməli hesab olunub-olunmaması, cinayət məsuliyyətinə səbəb olubolmaması mübahisələndirilən haldır və məhkəmə belə hesab edir ki, məhz bu faktla bağlı Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi müəyyən edilmir. Məhkəmə cinayət hüquq nəzəriyyəsi baxımından da gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, Cinayət Məcəlləsinin kommentariyasına görə nəzərdən keçirilən cinayətin əsas bilavasitə obyekti əhalinin sağlamlığının təhlükəsizliyidir. Bu cinayətin əlavə obyekti qismində ictimai təhlükəsizlik, mülkiyyət münasibətləri, dövlət müəssisə və idarələrinin normal fəaliyyəti çıxış edir. Şərh olunan cinayət əməlinin predmeti narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələr, habelə bu maddələri hazırlamaq və ya emal etmək üçün olan avadanlıqdır. Güclü təsir edən maddələr dedikdə xeyli miqdarda qəbul edildikdə və istehlak olunması barədə tibbi əks göstərişlər olduqda, insanların həyatına və sağlamlığına təhlükəli təsir göstərən maddələr başa düşülür. Belə maddələr insanlarda fiziki və psixi asılılıq yarada, hallüsinasiyalara və ya düşünmə, qavrama, davranış funksiyalarının pozulmasına, əhval-ruhiyyənin dəyişməsinə səbəb olaraq, mərkəzi sinir sisteminə stimulverici və ya depressiv təsir göstərə bilər. Bu və ya digər maddənin güclü təsir edən və ya zəhərli maddələrə aid edilməsi yalnız müvafiq ekspertizanın aparılması əsasında həyata keçirilməlidir. Sözügedən maddədə nəzərdə tutulan cinayətin obyektiv cəhəti narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq, yaxud emal etmək üçün avadanlığı qanunsuz satmadır. “Satma” dedikdə güclü təsir edən və zəhərli maddələrin qanunsuz olaraq hər hansı bir üsulla yayılması başa düşülməlidir (satma, bəxşiş vermə, dəyişdirmə, borc əvəzinə vermə, borc olaraq vermə, başqa şəxsə iynə vurma və s.). Cinayət Məcəlləsinin 240.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan və şərh edilən cinayətin obyektiv cəhətini təşkil edən bütün əməllər yalnız qanunsuz olaraq törədildikdə cinayət məsuliyyətinə səbəb olur. Şərh olunan cinayət formal tərkibli olduğu üçün Cinayət Məcəlləsinin 240.1-ci maddəsində nəzərdə tutulan hərəkətlərdən hər hansı biri törədildiyi andan başa çatmış hesab olunur. Sözügedən cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Təqsirkar güclü təsir edən və ya zəhərli maddələri satış məqsədi ilə qanunsuz hazırladığını, emal etdiyini, əldə etdiyini, saxladığını, daşıdığını və ya göndərdiyini, habelə bu maddələri və ya onları hazırlamaq, yaxud emal etmək üçün avadanlığı qanunsuz satdığını dərk edir və məhz belə hərəkət etməyi arzu edir. Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə məsuliyyət bu maddədə nəzərdə tutulan əməllər satış məqsədi ilə törədildikdə yaranır. Göstərilən maddədə nəzərdə tutulan cinayət əməlinin subyekti cinayəti törədənədək 16 yaşı tamam olmuş həm vəzifəli olmayan, həm də vəzifəli şəxs ola bilər. Bu mənada Təqsirləndirilən şəxs verilmiş ittihamda cinayət əməlinin obyekti və predmeti mübahisələndirilmir. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/299 nömrəli rəyi və ona əlavə olunmuş aktdan görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №55” dairəvi möhür əksləri olan iki ədəd zərfdə üzərində “Şirvan şəhəri, Ordubadi küçəsi 10 saylı ünvanda yerləşən fərdi yaşayış evinin yataq otağında olan stolun üzərindəki tünd qəhvəyi rəngli kauçuk qabdan aşkar” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisindəki üzərində “....ZEPAM 2 mg” göstəricisi olan bir ədəd konvalyut kəsiyində üç ədəd ağ rəngli dərman həbin tərkibində fenazepamin təsir maddəsinin ümumi miqdarı 0,006 qram olduğu müəyyən edildi (üzərində olan göstəriciyə əsasən bir ədəd həbdə fenazepamin təsir maddəsinin miqdarı 0,002 qramdır), üzərində “Preqabalin” göstəricisi olan bir ədəd konvalyut kəsiyində üzərində “P150” yazısı olan bir ədəd ağ-narıncı rəngli kapsulun tərkibində preqabalin təsir maddəsinin miqdarı 0,15 qram olduğu müəyyən edildi (üzərində olan göstəriciyə əsasən bir ədəd kapsulda preqabalinin təsir maddəsinin miqdarı 0,15 qramdır), bir ədəd konvalyut kəsiyində bir ədəd ağ-göy rəngli kapsulun tərkibində tramadolun təsir maddəsinin miqdarı 0,05 qram olduğu müəyyən edildi (üzərində olan göstəriciyə əsasən bir ədəd kapsulda tramadolun təsir maddəsinin miqdarı 0,05 qramdır), üzərində “Şirvan şəhəri, Ordubadi küçəsi 10 saylı ünvanda yerləşən Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş dərman vasitələri...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisindəki üzərində “Preqabalin 150 mq» göstəricisi olan bir ədəd konvalyutda ümumilikdə beş ədəd ağ-narıncı rəngli kapsulun tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 0,75 qram olduğu müəyyən edildi (üzərində olan göstəriciyə əsasən bir ədəd kapsulda preqabalinin təsir maddəsinin miqdarı 0,15 qramdır), üzərində “Tramadol 50 mq” göstəricisi olan bir ədəd konvalyutda ümumilikdə altı ədəd ağ-göy rəngli kapsulun tərkibində tramadolun təsir maddəsinin ümumi miqdarı 0,3 qram olduğu müəyyən edildi (üzərində olan göstəriciyə əsasən bir ədəd kapsulda tramadolun təsir maddəsinin miqdarı 0,05 qramdır). Ekspertiza tədqiqatından sonrakı güclü təsir edən maddə preqabalin kapsullarının 5 (beş) ədəd qalığı, güclü təsir edən maddə tramadol kapsulunun 6 (altı) ədəd qalığı, fenazepam həblərinin 2 (iki) ədəd qalığı ibtidai istintaq orqanına qaytarılmışdır. Preqabalin və tramadol hidroxlorid Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının Siyahısı”na (1 nömrəli əlavə) daxildir. Fenazepam “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin Siyahısı”na (Siyahı İİİ) daxildir (iş vərəqi 178-183). Sözügedən cinayət əməlin obyektiv və subyektiv cəhətləri isə maddənin dispozisiyasında nəzərdə tutlan əməlləri satış məqsədi ilə qanunsuz əldə etmə, saxlama, daşımada və bütün bunları birbaşa qəsdlə qəsdlə törətmədə ifadə olunur. Lakin, cinayət işinin materiallarından, məhkəməyə daxil olmuş Şirvan Şəhər Mərkəzi X2 Şəxsin xx.xx.2024-cü il tarixli, 18-1-35/2-1086/2024 nömrəli məktubu və ona əlavə olunmuş elektron sistemdən “xəstə qeydiyyatı” barədə çıxarış, xəstənin adına olan tibbi kartaların surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın narkoloji kabinetində “Tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi” diaqnozu ilə qeydiyyatdadır və evindən aşkar olunmuş güclü təsir edən maddələrə aid preqabalin və tramadolu ona yazılmış resept əsasında aptekdən almaqla əldə etmiş, müalicə məqsədilə istifadə etmiş, lakin sonradan istifadəni dayandırdığı üçün qalan dərmanları evində bir kənara atmaqla saxlamışdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü tarixli, 8 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Qeyd olunan Plenum Qərarının 5-ci bəndinin 1-ci abzasına əsasən, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.10cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. X1 6-cı bəndində qeyd edilir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi qiymətləndirilməlidir. X3 8-9-cu bəndlərinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Plenum Qərarının 24-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 240-cı maddəsində nəzərdə tutulmuş güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədi ilə qanunsuz dövriyyəsi üzrə cinayətlərin tərkibinin olub-olmaması müəyyən edilərkən nəzərə alınmalıdır ki, CM-in 240.1-ci maddəsində və ya 240.1-1-ci maddəsində təsbit edilən müvafiq olaraq narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan zəhərli maddələri qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma, göndərməyə görə cinayət məsuliyyəti yalnız həmin əməllər satış məqsədi ilə törədildikdə və ya şəxs həmin maddələri, yaxud onları hazırlamaq, emal etmək üçün avadanlığı qanunsuz satdıqda yaranır. Odur ki, qeyd olunan cinayətlərə dair işlərə baxılarkən, sübutetmə predmetini təşkil edən digər məsələlərlə yanaşı, maddələrin güclü təsir edən və ya zəhərli maddələrə aid edilib-edilməməsi, şəxsdə bu maddələri satmaq məqsədinin olub-olmaması, avadanlığın belə maddələr hazırlamaq, emal etmək üçün nəzərdə tutulub-tutulmaması araşdırılmalıdır. Maddələrin güclü təsir edən və ya zəhərli maddələrə aid olması barədə nəticə müvafiq ekspert rəyinə əsaslanmalıdır. Nəzərə alınmalıdır ki, “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının Siyahısı” və “Zəhərli maddələrin siyahısı” 2016-cı il 18 mart tarixli 180-VQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli, 180-VQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının” Siyahısının 71 və 81-ci bəndlərinə əsasən preqabalin və tramadol hidroxlorid güclü təsir edən maddələrdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə verilmiş ittiham üzrə əməldə cinayət tərkibinin olmaması Ali Məhkəmə Plenumunun sözügedən qərarı ilə bir daha təsbit olunmuşdur. Beləliklə, məhkəmədə tədqiq edilərək araşdırılmış cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs evindən güclü təsir edən maddələrə aid preqabalin və tramadol həblərinin aşkar olunması özü-özlüyündə cinayət tərkibini yaratmır. Məhkəmə cinayət işi üzrə verilmiş vəsatətlə bağlı həmçinin aşağıdakı milli və beynəlxalq hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Kondraşinanın Rusiya Federasiyasına qarşı işi”ndə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərində biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı iş” üzrə 17 yanvar 1970-ci il tarixli qərar, “Piersack Belçikaya qarşı iş” üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, “X4rşı iş” üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirlən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. “Hoanq Fransaya qarşı” işində Avropa Məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. Məhkəmə həm milli cinayət-prosessual, həm də beynəlxalq qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən əməldə cinayət tərkibinin olmaması nəzərə alınmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 63-cü bəndinə əsasən, dövlət ittihamçısının ittihamdan imtina etməsi təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna etməklə onun haqqında cinayət təqibinə xitam verilməsi haqqında qərarın çıxarılmasını şərtləndirir. Lakin, nəzərə alınmalıdır ki, cinayət-prosessual qanun cinayət təqibinə xitam verilməsinə səbəb olan əsasları (cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları) dəqiq müəyyən edib onları bəraətverici olan və ya olmayan iki qrupa ayırdığından, dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi də həmin əsasların mövcud olmasına dair konkret və aydın qənaətindən irəli gəlməli və onun ittihamdan imtina etməsi ilə əlaqədar çıxarılan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə qərarında da cinayət təqibinə CPM-in 39 və yaxud 40-cı maddələrində göstərilən hansı, o cümlədən bəraətverici olan və ya olmayan əsasla xitam verilməsi aydın şəkildə əks etdirilməlidir. Odur ki, yuxarıda qeyd edilən Plenum Qərarının tələblərinə və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə irəli sürülmüş ittihamdan imtina edilməli, digər ittihamla bağlı cinayət təqibi davam etdirilməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1, 39.1.2-ci maddələrinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 39.3-cü maddədə isə göstərilir ki, bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Həmin Məcəllənin cinayət təqibinə xitam verilməsi qaydasından bəhs edən 41-ci maddəsinin 3-cü bəndində qeyd olunur ki, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-cü tarixli Qərarına əsasən, CPM-in 43.1.1 və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən (o cümlədən, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində ittiham elan edildikdə, məhkəmə baxışında ittihamdan bir və ya bir neçə maddə üzrə) imtina edilməsini ehtiva edir. Məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır (Cinayət-Prosessual Məcəllənin 43.1 və 43.1.1-ci maddələri). Cinayət-Prosessual Məcəllənin 84.6.9-cu maddəsinə əsasən, bu Məcəllənin 41.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət ittihamçısının təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina etmək hüququ vardır. Həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verilməlidir. Məhkəmə qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə elan edilmiş ittihamdan imtina edən dövlət ittihamçısının mövqeyini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3 və 314.2-ci maddələrinin tələblərinə uyğun hesab edir və bu səbəbdən də, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə dövlət ittihamçısının həmin Məcəllənin 240.1-ci maddəsi ilə əlaqədar ittihamdan imtina etməsi (hissəvi imtina) qanuni və əsaslı olduğundan cinayət işinə həmin hissədə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.3, 43.1, 43.1.1, 314.2, 344-347, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə dövlət ittihamçısının 240.1-ci maddə üzrə ittihamdan bəraətverici əsasla (əməldə cinayət tərkibi olmadıqda) imtina etməsi səbəbindən cinayət təqibinə həmin maddə ilə bağlı hissədə xitam verilsin. Qərardan elan olunduğu (həbsdə saxlanılan məhkuma qərarın surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar