Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-523/2025 19.12.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X24, zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxsin hüquqi varisi- X20, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs və müdafiəçisi-Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1999-cu ildə Masallı rayonu, Xoşçobanlı kəndində doğulmuş, Azərbaycam Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, “X21”ndə və “Antiterror Əməliyyatların”da iştirak etmiş, Masallı rayonu Xoşçobanlı kəndində qeydiyyatda olmaqla yaşamış, 29 iyun 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 4(050)- 47/2025 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda X6 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 120.2.4, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 29 iyun 2025-ci il tarixdə, saat 02 radələrində arvadı Zərərçəkmiş şəxs1 Abşeron rayonu, Saray qəsəbəsində yaşayan anası Aybəniz Məmmədova, qızı Zərərçəkmiş şəxs2 və qohumları Zərərçəkmiş şəxs3 sonuncunun idarə etdiyi “Changan Qyuan A05” markalı **-QR-*** nömrə nişanlı avtomaşınla Zərərçəkmiş şəxs1 ilə aralarında ailə məişət zəminində uzun müddət davam edən narazılığa aydınlıq gətirmək üçün onun Masallı rayonu, Xoşçobanlı kəndində ailə üzvləri ilə birgə yaşadıqları fərdi yaşayış evinə gəlmiş, söhbət zamanı X16 Məmmədovanı uşaqları ilə birlikdə özü ilə aparmaq istədiyini bildirdikdə o, buna etiraz edərək aralarında sözlə mübahisə yaranmış, mübahisə zamanı əsəbiləşərək qisas alıb qəsdən öldürmək qərarına gələrək, evin həyətində olan özünə məxsus “Vaz 2107” markalı, **-UY-*** nömrə nişanlı avtomaşında saxladığı zavod üsulu ilə istehsal edilmiş, 12 kalibirli “Derya Lion” modelli, 12-1452 №-li yivsiz odlu ov tüfəngini götürüb şüurlu şəkildə açılacaq atəş nəticəsində başqa şəxslərin həyatı üçün təhlükə yarada biləcəyinə əhəmiyyət verməyib övladları Arzu və Zərərçəkmiş şəxs2lara aşkar surətdə xüsusi əzab verərək iztirab çəkdirdiyini dərk edib, bunu arzulayaraq onların gözləri qarşısında müstəsna dərəcədə qəddarlıq göstərib şiddətli ağrılar vermək məqsədilə xüsusi amansızlıq və ümumi təhlükəli üsulla yaxın məsafədən Aybəniz Məmmədovanın sağ qarın nahiyəsinə qəsdən bir dəfə atəş açmış, Zərərçəkmiş şəxs1 anasına kömək etmək istədikdə o, həmin silahla Zərərçəkmiş şəxs1 da sol döş qəfəsi nahiyəsinə qəsdən bir dəfə atəş açmış, bununla kifayətlənməyib öz cinayətkar niyyətini davam etdirib azğınlıq göstərərək Aybəniz Məmmədovanın gəldikləri “Changan Qyuan A05” markalı **-QR-*** nömrə nişanlı avtomaşının arxa salonunda Zərərçəkmiş şəxs2 sonuncunun yanında, Zərərçəkmiş şəxs1 qabaq sərnişin oturacağında, Zərərçəkmiş şəxs3 isə sürücü sükan arxasında əyləşərək getdiklərini görüb avtomaşının sağ arxa tərəfindən avtomaşında olan şəxslərin hər birini xüsusi amansızlıq və ümumi təhlükəli üsulla qəsdən öldürmək məqsədi ilə qəsdən üçüncü dəfə atəş açmış, açdığı atəşlər nəticəsində Aybəniz Məmmədovanın ölümünə səbəb olan döş qəfəsinin və qarnın odlu silah yaralanması nəticəsində sağ ağciyərin, sağ böyrəyin və yoğun bağırsağın zədələnməsindən törənən qanitirmə ilə nəticələnən sağ qoltuqaltı nahiyənin və qarının sağ ön divarının, sağ döş boşluğuna və qarın boşluğuna nüfuz edən sağ körpücük sümüyünü, sağ İ, İİ, İİİ, İV qabırğaları, İİİ bel fəqərəsini, sağ ağciyərin yuxarı payını, sağ böyrəyi və yoğun bağırsağı zədələyən iki ədəd kor odlu silah-qırma yaralanması və sağ əlin odlu silah qırma yaralanması ilə müşayiət olunan dərəcəsinə görə ayrı-ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, Zərərçəkmiş şəxs1 döş qəfəsinin sol yarısının ön-yan hissəsinin sol plevra döş boşluğuna və qarın boşluğuna nüfuz edən sol Vİİİ-İX-X qabırğaları, sol ağciyərin aşağı payını, diafraqmanı, dalağı və mədəaltı vəzini zədələyən bir ədəd odlu silah yaralanması ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, Zərərçəkmiş şəxs2 sağ bazunun orta 1/3-nin dəlib keçən odlu silah yaralanması, sağ bazu sümüyünün orta 1/3-nin açıq, qəlpəli yerdəyişən sınığı ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, Zərərçəkmiş şəxs3 başın ənsə və sağ gicgah nahiyəsinin, sağ qulaq seyvanının, boynun arxa hissəsinin, döş qəfəsinin arxa yuxarı hissəsinin və sağ bazunun arxa hissəsinin odlu silah yaralanmaları ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, həmin vaxt oraya gəlmiş şəxslər tərəfindən cinayəti törətməkdə istifadə etdiyi tüfəng onun əlindən alındığından eyni zamanda Aybəniz Məmmədova, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 “Masallı Rayon Mərkəzi Xəstəxanası” X28 çatdırılmalarına baxmayaraq Aybəniz Məmmədova ölmüş, digər şəxslərə göstərilən ixtisaslı tibbi yardım nəticəsində həyatları xilas edilmiş, bu hərəkəti ilə o, Aybəniz Məmmədovanı xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən öldürmüş, öz iradəsindən asılı olmayan səbəblərdən niyyətini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, ümumilikdə üç şəxsi odlu silahdan istifadə etməklə xüsusi amansızlıq və ümumi təhlükəli üsula qəsdən öldürməyə, yəni qəsdən həyatdan mərhum etməyə cəhd etmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində demişdir ki, mərhumu öldürmək məqsədi olmamış, onu cəzalandırmaq istəmişdir. Digər zərərçəkmişlərə qırma dəymişdir. Zərərçəkmiş şəxs2 ilə münasibəti yaxşı olmuş, Aysuna zərər gəlməsini istəməzdir. Ailəsini qorumaq istəmişdir. Özü polis əməkdaşı olmuşdur. Hadisə baş verən günü xidmətdə olmuş, işdən evə qayıdan zaman atasına zəng edib sahədə əkdikləri yonca sahəsinə gedib-getmədiyini soruşmuş, atası sahəyə getmədiyini demişdir. Daha sonra atasından uşaqlarını soruşmuş, atası ailəsinin dayısıgilə getdiyini demiş, bundan xəbəri olmamışdır. Arvadı Arzuya zəng edərək harada olduğunu soruşmuş, Arzu da dayısıgildə olduğunu demişdir. Arzuya evə getməsini və evə gəldiyini demişdir. Arzunun dayısıgillə qonşuluqda yaşamışlar. Evə gələn zaman onların tərəfində maşın görmüşdür. Həyətə girdikdən sonra atasından uşaqlarını soruşmuş, atası onların evdə olmadıqlarını demişdir. Hiss etmişdir ki, ailəsi həmin maşınla getmişdir. Geri qayıdan zaman həmin maşının qapıda olmadığını görmüşdür. Arzunun dayısı Şahid4 ailəsini soruşmuş, Nahid xəbəri olmadığını bildirmişdir. Nahidə maşında gedənlərin ailəsinin olduğunu soruşduqda Nahid uşaqların həmin maşında getdiyini demişdir. Nahidə “bəs xəbərim yoxdur niyə deyirsən dedikdə” Nahid ona Məsciddə olduğunu və məlumatının olmadığını bildirmişdir. Özünə məxsus maşınla həmin maşının arxasıyca gedib maşının işıqlarını yandırıb-söndürməklə ona maşını saxlamasına işarə vermişdir. Ailəsinin olduğu maşın saxlamadıqda öz maşını ilə həmin maşının qabağını kəsmiş və həmin vaxt arvadı ilə uşaqlarının maşında olduğunu görmüşdür. Maşının sürücüsü ilə arasında mübahisə olmuş, sürücüyə “axşam saat 22-də sənə kim ixtiyar verib ki, məndən xəbərsiz ailə-uşağımı aparasan” demişdir. Sürücüdən onu kimin göndərdiyini soruşduqda sürücü onu Alı adlı şəxsin göndərdiyini bildirmişdir. Alının kim olduğunu soruşduqda həmin şəxsin türk vətəndaşı olduğunu və onu tanımadığını bildirmişdir. Alı adlı şəxsi adından tanımış, arvadı Arzudan onun adını eşitmiş, həmin şəxs baldızı Nazlının əridir. Həmin vaxtı əsəbləşmiş və “Alı kim olur ki, mənim ailə-uşağım üçün maşın göndərsin” demişdir. Daha sonra arvadı ilə uşaqları maşından düşürtmüş, öz maşınına əyləşdirdikdən sonra evə qayıtmış, evdə taksinin pulunu verib yola salmışdır. Evdə olan zaman arvadının dayısıgil onlara gəlmişlər, həmin vaxtı aralarında söz-söhbət olmuş, arvadını və uşaqlarını evə qaldırıb özü həyətdə oturmuşdur. Qaynanasıgil ona dəfələrlə zəng etmiş, ancaq telefonu açmamışdır. Daha sonra baldızı Zərərçəkmiş şəxs2 ona zəng etmiş, həmin vaxtı telefonu açmışdır. Aysun ona gəlmək istədiklərini demiş, Aysuna bu gün gəlməmələrini, sabah gələ biləcəklərini demişdir. Aysun ona etiraz edərək bu gün gələcəklərini demişdir. Aysunla telefonda danışan zaman qaynanası kənardan ona xoşa gəlməyən sözlər demişdir. Elə bilmişdir ki, Aysungil onlara Alı ilə gələcəklər. Bir müddətdən sonra Aysun ona zəng edərək qapıları açmağını demiş, Aysuna qapıların açıq olduğunu və gəlmələrini demişdir. Qaynanası Aybəniz və baldızı Aysun onlara gəlmişlər. Onlara səs salmamalarını və uşaqların yatdıqlarını bildirmişdir. Sakit-sakit danışmaqlarını təklif etmişdir. Aybəniz onu itələmiş və ona qarşı nalayiq ifadələr işlədib uşaqlarını götürüb gedəcəyini demişdir. Həmin vaxt əsəblərinə hakim ola bilməmiş, Aybənizin sözü ona təsir etmişdir. Maşında tüfəngi olmuş, tüfəngi götütüb qaynanasına atəş açmışdır. Birinci atəşdən sonra özündə olmamışdır. Hadisə baş verən zamanı nə etmiş və necə etmiş bilməmiş, əsəblərinə hakim ola bilməmişdir. Qaynanasını öldürmək məqsədi olmamış, onu cəzalandırmaq istəmişdir. Aysuna silahı tuşlamamışdır. Zərərçəkmiş şəxs3 ümumiyyətlə tanımamışdır. Qaynanasından xoşu gəlməmiş, münasibətləri yaxşı olmamış, bəzi səbəbləri məhkəmədə deyə bilməmişdir. O pis insan olmamışdır. Birinci qaynanasına atəş açmış, ikinci atəşi arvadına açmışdır. Evin qarşısı qaranlıq olmuş, arvadını öldürmək məqsədi olmamışdır. Boş sahəyə açdığı atəş arvadına dəymişdir. Onun arvadını, Aysunu və Fərmanı öldürmək məqsədi olmamışdır. Hər gün silahla oynayan adam olmuşdur. Öldürmək məqsədi olsa idi hər birinə bir patron atardı. Məhkəmə iclasında Təqsirləndirilən şəxs “X21”ndə və “Antiterror Əməliyyatların”da iştirak etdiyini, könüllü təslim olduğunu, iki azyaşlı uşağının olduğunu nəzərə alaraq ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı bildirmişdir ki, Cinayət Məcəlləsinin 120.2.4, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində göstərmişdir ki, Masallı rayonu Xoşçobanlı kəndində atası Şahid2 məxsus fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşamışdır. 2019-cu ildə həmkəndlisi 2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 ilə rəsmi nikah olmadan dini kəbin əsasında ailə həyatı qurmuş, həmin evlilikdən 08 yanvar 2020-ci il təvəllüdlü qızı Mələk və 13 avqust 2022-ci il təvəllüdlü oğlu Zəfər dünyaya gəlmişdir. 2022-ci ilin aprel ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Masallı rayon polis şöbəsinin post patrul xidmət bölüyündə polis nəfəri, polis serjantı kimi işə başlamışdır. Evləndikdən sonra bir neçə dəfə arvadı Zərərçəkmiş şəxs1 ilə aralarında ailə daxili mübahisələri olmuşdur. Lakin həmin mübahisələr öz aralarında həllini taparaq böyüməmişdir. Arzu ilə mübahisələri əsasən sonuncunun anası Aybəniz Məmmədova üstündə baş vermişdir. Belə ki, Arzunun atası Namik 2016-cı ildə vəfat edəndən sonra anası Aybəniz Abşeron rayonuna köçmüşdür. X17 bir qədər tüfeyli həyat tərzi keçirən qadın olduğuna görə onunla münasibəti yaxşı olmamış, bu səbəbdən arvadı və övladlarının onun yanına getmələrinə və görüşmələrinə qarşı olmuşdur. Bir neçə dəfə Arzu anasının yanına gedib qalmaq istəməsi üstündə mübahisələri də olmuşdur. Hadisədən təxminən 1 həftə əvvəl Arzu Abşeron rayonuna anasının yanına getmək istədiyini demiş, o da Arzuya yaxın günlərdə gedə biləcəyini bildirmişdir. 28 iyun 2025-ci il tarixdə saat 20 radələrində evdə olan zaman Arzu yenə də söhbət açıb anası Aybənizin yanına getmək istədiyini bildirmişdir. O, Arzuya 10-15 gündən sonra gedə biləcəyini demişdir. Bundan sonra Stansiya Məscidi deyilən yerə getmişdir. Orada olan zaman Arzu ilə əlaqə saxlamış, sonuncu onlarla qonşu yaşayan dayısı Şahid4 evində olduğunu demişdir. Arzuya evə qayıtmasını, bir azdan özü də evə qayıdacağını bildirmişdir. Saat təxminən 23 radələrində evə qayıtmışdır. Həmin vaxt evdə atası Zəfər də olmuşdur. Anası Səbinə və qardaşı Nurlan isə kənd Məscidində olmuşlar. Evə qayıdıb evin pələdinə daxil olanda Arzunun dayısı Şahid4 evinin qarşısında “Mercedes Benz” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomaşın görmüşdür. Həmin maşının yanından keçib öz evlərinə daxil olanda atası onu qarşılamış, sonuncudan Arzu və uşaqları soruşanda isə dayısı Nahidgildə olduqlarını bildirmişdir. O, gördüyü həmin avtomaşının Arzunu aparmaq üçün anasının göndərdiyini başa düşmüşdür. Evin həyətinə çıxıb baxanda artıq həmin avtomaşın Arzunun dayısı Nahidin evindən getmişdir. Arzu ondan icazə almadan övladlarını da götürüb anasının yanına yollandığı üçün əsəbiləşmiş və onları yolda saxlayıb geri qaytarmaq qərarına gəlmişdir. Bu məqsədlə özünə məxsus “Vaz- 2107” markalı, **-UY-*** dövlət nömrə nişanlı avtomaşınla Bakı-Astara yoluna çıxışın yaxınlığında stansiya Təklə deyilən yerdə avtomaşını saxlatdırmışdır. Arzunu və hər iki övladını avtomaşından düşürmüş, sürücüyə vəziyyəti izah etmiş, sürücü Aybənizlə yol pulu kimi 80 manata danışdığını demişdir. Arzu və uşaqları öz avtomaşınına əyləşdirib evə gəlmiş, evdən 80 manat pul götürüb sürücüyə vermişdir. Həmin vaxt saat təxminən 23 radələri olmuş, evdə olan zaman qaynanası Aybəniz onun telefonuna zəng edib söyüşlər verib özü Abşeron rayonundan gəlib qızını və nəvələrini aparacağını bildirmişdir. O, isə Aybənizə gəlməməsini, ailəsini dağıtmamasını demişdir. Bir müddət sonra qardaşı və anası məsciddən evə gəlib baş verənləri bilmişlər. Sonra atası, anası, qardaşı və uşaqlar yatmış, Arzu otağa getmiş, o isə həyətdə qalmışdır. O, sahələrində əkini suvarmaq məqsədi ilə gedəcəyi üçün özünə məxsus 12 kalibrli “Lion” markalı, 12-1452 nömrəli ov tüfəngini də özü ilə götürmüşdür. Silah maşınında dolu vəziyyətdə olmaqla üzərində 5 ədəd patron olmuşdur. Aybənizin gəlməsini gözləyib, məsələni həll edib sonra isə sahəyə getmək istəmişdir. 29 iyun 2025-ci il tarixdə, saat təxminən 03 radələrində X17 və kiçik baldızı Zərərçəkmiş şəxs2 evin həyətinə doğru gəldiklərini görmüşdür. Onları qarşılayanda Aybəniz həyətə daxil olan kimi onun üzərinə gəlmiş, evə daxil olub Arzu və uşaqları götürüb gedəcəyini demişdir. Həmin vaxt aralarında mübahisə yaranmış, bu vaxt Arzu da onların yanına gəlmiş, o, Aybənizə çıxıb getməsini desə də sonuncu ona məhəl qoymadan evin giriş qapısına doğru getməyə başlamış, yaranmış səsə qardaşı və anası evdən çıxmışlar. Bu zaman əsəblərinə hakim ola bilməmiş, qorxutmaq məqsədi ilə öz avtomaşınından patronla dolu vəziyyətdə olan “Lion” markal ov tüfəngini götürüb əvvəlcə Aybənizə yaxınlaşmış və təxminən 3-4 metr məsafədən yan tərəfdən sonuncuya doğru atəş açmış, atəşin təsirindən Aybəniz evin giriş qapısından bir qədər sağ tərəfdə yerə yıxılmış, bundan dərhal sonra Aybənizdən təxminən bir metr sağda dayanmış Arzuya doğru tüfəngi yönəldib ona da qarın nahiyəsindən bir dəfə atəş açmışdır. Atəşlərdən sonra qardaşı Nurlan ona yaxınlaşıb tüfəngi əlindən almaq istəmiş, o isə müqavimət göstərib Nurlandan yayınmış və tüfəngi vermək istəməmişdir. Lakin Nurlan atası ilə birlikdə tüfəngi onun əlindən almışlar. Bu əsnada Aybənizi gətirmiş qohumu, yəni bacısının əri Zərərçəkmiş şəxs3 və qardaşı Şahid4 birlikdə onların həyətlərinə gəlmişlər. X23 vurulduğunu görüb küçəyə doğru qaçmışdır. Həmin vaxt qonşuları Əlikiram həyətlərinə gəlib onu sakitləşdirməyə çalışaraq qollarından yapışmış, silah isə qardaşı Nurlanda olmuşdur. Təxminən 1-2 dəqiqədən sonra Zərərçəkmiş şəxs3 özünə məxsus “Changan” markalı avtomaşınla arxa-arxaya həyətlərinin giriş qapısının yanına park edib avtomaşından düşüb ona doğru gəlmiş, Nahid isə piyada bacısı Aybənizi götürüb Fərmanın avtomaşınının arxa salonuna yerləşdirmişdir. Həmçinin Arzu özü həmin avtomaşının qabaq sərnişin tərəfdən, Aysun anasının yanına, Fərman isə sürücü sükanına əyləşib avtomaşınla getmək istəyəndə o, yenidən qardaşı Nurlanın əlindən tüfəngi alıb avtomaşına doğru yaxınlaşmış, Əlikiram və atası Zəfərin onu tutmalarına baxmayaraq sağ arxa qapısı açıq olan avtomaşına həmin istiqamətdən təxminən 4-5 metr məsafədən üçüncü atəşi açmışdır. Üçüncü atəşi açmaqda məqsədi yenə də Aybənizi vurmaq və qorxutmaq olmuşdur. Üçüncü atəşdən sonra qardaşı Nurlan ona çatıb atası ilə birlikdə tüfəngi əlindən almışlar. Həmin vaxt 3-cü atəşin kimə tuş gəldiyini bilməmişdir. Nurlan tüfəngdə qalan 1 ya 2 patronu çıxarıdb tüfəngi yerə çırparaq qırmışdır. Qonşuları, Arzunun dayısı Nahidin əmisi oğlu Sadiq evlərinin önünə gələrək Zərərçəkmiş şəxs3 avtomaşınını idarə edib onları xəstəxanaya aparmışdır. O isə polis əməkdaşına zəng edib hadisə barədə məlumat vermişdir. Bir müddətdən sonra polis əməkdaşları evlərinə gəlmişlər, onu, tüfəngi və açdığı atəşlərin gilizlərini götürüb Masallı RPŞ-nə aparmışlar. Masallı RPŞ-də olduğu zaman açdığı sonuncu atəş nəticəsində Zərərçəkmiş şəxs3 və baldızı Zərərçəkmiş şəxs2 da xəsarət aldıqlarını bilmişdir. Məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X20 ifadəsində bildirmişdir ki, Aybəniz Məmmədova anasıdır, Təqsirləndirilən şəxs isə bacısı Arzunun əridir. Arzu Kamranla evləndikdən sonra bir neçə dəfə onların arasında ailədaxili mübahisələri olmuş və Arzu bir neçə günlük anasının yanına gəlib qalmışdır. Kamran isə Arzunun anasının yanına gəlib qalmasına həmişə narazılıq etmişdir. 28 iyun 2025-ci il tarixdə, saat təxminən 21 radələrində birlikdə izlədikləri teleseriala baxmaq üçün Abşeron rayonu Saray qəsəbəsində yerləşən anasının evinə getmiş, orada olduğu müddətdə bacısı Arzu anası Aybənizə görüntülü zəng edərək ağlaya-ağlaya Kamranın onun anasının yanına gəlməsinə icazə vermədiyini bildirmişdir. Anası Arzunun dediklərinə bir qədər əsəbiləşərək arxası ilə taksi göndərəcəyini, uşaqlarını da götürüb gəlməsini demişdir. Aysun Kamranla danışaraq rayona gedib Arzunu götürmək istədiklərini demiş, Kamran da “hamınız gəlib oturub söhbət edək” demişdir. Onun sözü ilə Ali Arzunu və övladlarını gətirməsi üçün taksi göndərmişdir. Arzu anasına zəng edib Kamranın yolda onları gətirən taksini saxlatdırıb evə geri qaytardığını bildirmişdir. Anası özü Arzunu gətirmək üçün getmək qərarına gəlmişdir. Arzu anasına mesaj yazıb Kamranın ona “səni və ananı öldürəcəm” dediyini bildirmişdir. Aybəniz xalasının əri Zərərçəkmiş şəxs3 zəng edib onu Masallı rayonuna aparmasını xahiş etmişdir. Saat təxminən 23:40 radələrində Fərman gəlib Aybənizlə Aysunu götürüb getmişdir. Ali gəlib onu anasının evindən götürüb öz evlərinə aparmışdır. Təxminən saat 02:30 radələrində Aysun ona zəng edib çatdıqlarını demiş, telefonda anasının “çəkil qabağımdan uşaqlarımı götürüb gedəcəm” dediyini eşitmişdir. Bundan sonra telefon sönmüşdür. Təxminən 15 dəqiqədən sonra Aysun telefonda “anamı vurdu” demiş və telefon yenə sönmüşdür. Kamrana zəng etmiş, sonuncu zəngini açan kimi ona “ərinidə götürüb gələrdin sizidə vurardım” demişdir. Kamran həmçinin onu da söymüş, söyüşlərə fikir verəməyərək anasına nə olduğunu soruşmuş, lakin Kamran telefonu söndürmüşdür. X31 Kamranın anasını, bacıları Arzunu, Aysunu və Zərərçəkmiş şəxs3 silahla vurduğunu və anasının öldüyünü demişdir. Masallı rayouna gəlib anasını dəfn etmişlər, bacıları Arzu və Aysun isə müalicəsini davam etdirmişlər. Kamrandan şikayətçi olduğunu və ağır cəza verilməsini xahiş etmişdir. Dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əridir və birlikdə Masallı rayonu, Xoşçobanlı kəndində yerləsən fərdi yasayış evində yaşamışlar. Kamranla ailədaxili münaqişələri baş vermiş, bəzən Kamran onu döymüşdür. Kamrana onu anasıgilə aparmasını bildirsə də Kamran hər dəfə müxtəlif bəhanələrlə, onu anasıgilə aparmamışdır. Anası Aybəniz ilə Kamranın münasibətləri yaxşı olmamış, Kamranın ümumiyyətlə anasından xoşu gəlməmiş, sonuncunun onların ailə işlərinə qarışmasını demişdir. 28 iyun 2025-ci il tarixdə anası Aybəniz onu aparması üçün taksi göndərəcəyini, həmin taksinin övladları ilə birlikdə Saray qəsəbəsinə aparacağını demişdir. Kamranın bu barədə biləcəyi halda onu buraxmayacağını bildiyi üçün bu barədə Kamrana heç nə deməmiş, övladlarını götürərək taksi sürücüsünün onları aparması üçün qonşuluqda yaşayan dayısı Nahidin evinə getmişdir. Təxminən saat 20 radələrində anası tərəfindən göndərilmiş taksiyə uşaqları ilə birlikdə minərək Saray qəsəbəsinə getmək üçün yola düşmüşdür. Kamran öz avtomobili ilə arxaları ilə gələrək getdikləri avtomobili dayandırmış, onları həmin avtomobildən endirərək yaşadıqları evə qaytarmışdır. Anasına bu barədə məlumat vermiş, anası gəlib onları aparacağını demişdir. Bu barədə Kamrana dedikdən sonra sonuncu “sənin də ananın da ölümü mənim əlimdə olacaq” demişdir. Kamranın dedikləri haqqında dərhal bacısı Aysuna “Whatsapp” mobil tətbiqi ilə mesaj yazaraq bildirmişdir. Daha sonra Kamran yenidən onun yanına gələrək ona məxsus “Redmi” markalı mobil telefonu almış, evdən çıxmamağı barədə tapşırıq verərək həyətə enmişdir. 29 iyun 2025-ci il tarixdə, təxminən saat 02:00 radələrində anası bacısı Zərərçəkmiş şəxs2 ilə birlikdə, yaşadığı evə gəlmiş, həmin vaxt o, otaqda olmuş, anası və bacısının gəlməsini həyətdə olan səs-küydən eşitmişdir. Həyətə getmiş, anası qaynanası Səbinəyə “qızımı götürmək üçün gəlmişəm” demiş, qaynanası da “apar” demişdir. O da qəti şəkildə anası ilə birlikdə gedəcəyini demiş, bu vaxt Kamran avtomobilə tərəf gedərək tüfəngi götürüb heç bir söz demədən, bir-başa anasının qarın nahiyəsinə bir dəfə atəş açmış, anası yerə yıxılmışdır. Kamran silahı ona tərəf yönəldərək ikinci atəşi ona açmış, onu qarnının sol nahiyəsindən vurmuşdur. Atəşin təsirindən yerə yıxılmış, həmin vaxt bacısı Aysun da onların yanlarında olmuş, qışqıraraq kömək istəmiş, anasını yerindən qaldırmağa cəhd etmişdir. Yaranmış səs-küyə dayısı Şahid4 və xalası Gültəkin Qarayevanın əri Zərərçəkmiş şəxs3 həyətə gəlmişlər. Bir qədər sonra Zərərçəkmiş şəxs3 avtomobillə arxa-arxaya həyətə gəlməsini görmüşdür. Avtomobilin həyətə gəlməsindən dərhal sonra dayısı Şahid4 anası Aybənizi qucağına alaraq həmin avtomobilin sağ arxa oturacağı tərəfdən yerləşdirmiş, bacısı Aysun da həmin tərəfdən avtomobilə əyləşməyə çalışmışdır. O, insanların arasından keçərək avtomobilin sağ qabaq oturacağına əyləşmiş, həmin vaxt Kamran hələ də sakitləşməmişdir. Fərman avtomobilə əyləşərək onları oradan aparmaq istədiyi vaxt avtomobilin sağ arxa qapısı tərəfdən bir dəfə də atəş səsinin gəlməsini eşitmişdir. Həmin atəş nəticəsində xəsarət almasa da, Fərmanın boyun nahiyəsindən qan açılmasını həyəcanlı şəkildə avtomobildən enməsini görmüşdür. Bir qədər sonra Fərman yenidən avtomobilə əyləşmiş, bir qədər avtomobili hərəkət etdirmiş, Şahid7 həyətə gəlmiş, sonuncu Fərmanı endirərək özü sükan arxasına keçmişdir. Şahid7 həmin avtomobili idarə edərək onları “Masallı Rayon Mərkəzi Xəstəxanası” X28 aparmışdır. Xəstəxanada anasının və Fərmanın yaralı səkildə avtomobildən endirildiyini görmüş, tibbi yardım göstərilməsi üçün otaqlardan birinə aparılmışdır. Kamran ümumilikdə üç dəfə atəş açmış, Kamran onları vurduqdan sonra dayanmadan qışqırmış, söyüşlər söymüş, ona mane olan şəxslərə söyüşlər söymüşdür. Kamranı saxlamağa çalısan şəxslərə “Arzu hələ ölməyib, buraxın məni, öldürəcəm onu da” demişdir. Kamran atəş açdığı ov tüfəngi uzun müddət yaşadıqları evdə olmuşdur. Sonradan Kamranın açdığı atəş nəticəsində bacısı Aysunun da qolundan yaralanmasını bilmişdir. Kamrandan şikayətçi olduğunu və ağır cəza verilməsini xahiş etmişdir. Dindirilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ifadələrində zərərçəkmiş şəxsin hüquqi varisi Nazlı Məmmədova və Zərərçəkmiş şəxs1 göstərdiyi xüsusatları təsdiq etmişlər, Zərərçəkmiş şəxs2 Kamrandan şikayətiçi olduğunu və ağır cəza verilməsini xahiş etmiş, Zərərçəkmiş şəxs3 isə şikayət və tələbi olmadığını, dövlət ittihamçısının təklifi ilə razı olduğunu bildirmişdir. Dindirilmiş Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşdır. Kamran evləndikdən sonra bir neçə dəfə yoldaşı Zərərçəkmiş şəxs1 ilə aralarında ailə daxili mübahisələr olmuşdur. Kamranın Arzu ilə mübahisələri əsasən Arzunun anası Aybəniz Məmmədova üstündə baş vermişdir. 28 iyun 2025-ci il tarixdə, təxminən saat 23 radələrində anası ilə evə qayıdanda qardaşı Kamranla atasının evin həyətində durduqlarını görmüşdür. X12 digər kürəkəni vasitəsi ilə Arzu və uşaqlarını aparması üçün Kamrandan xəbərsiz taksi göndərdiyini, Kamranın yolda həmin taksini saxladıb ailəsini evə qaytardığını eşitmişdir. 29 iyun 2025-ci il tarixdə, saat 02:30 radələrində yatdığı yerdən ard-arda atılan atəş səslərinə oyanmışdır. Çölə çıxanda Aybəniz Məmmədovanın evin giriş qapısından bir qədər aralıda yerdə beli üstə hərəkətsiz uzanıqlı vəziyyətdə olduğunu və qarın nahiyəsindən qan axdığını görmüşdür. Arzu da Aybənizin yanında şok vəziyətində olmuşdur. Həmin vaxt Arzunun vurulmasından xəbəri olmamışdır. Kamranın əlindən silahı almışlar. Bu əsnada Aybənizin qonşuluqda yaşayan qardaşı Şahid4 və sonradan adının Zərərçəkmiş şəxs3 olduğunu bildiyi şəxs onların həyətinə gəlmişlər. Nahid bacısının vurulduğunu görəndən sonra Fərmanla birlikdə öz evlərinə doğru qaçmışlar. Onlar həyətlərindən çıxar-çıxmaz qonşuları Əlikiram gəlmiş və Kamranı tutub sakitləşdirməyə çalışmışdır. Heç 1-2 dəqiqə keçməmiş, Nahid və arvadı Şəfiqə piyada, Zərərçəkmiş şəxs3 isə özünə məxus “Changan” markalı avtomaşını ilə yenidən həyətlərinə gəlmişlər. Həmin vaxt həyətin girişindəki yardımçı tikilidə Kamranın əlindən aldığı ov tüfəngini boşaltmağa çalışmışdır. Tüfəngi boşalda bilməyib evə aparmaq istəmiş, həyətin ortasında Kamran üzərinə gəlib yenidən silahı əlindən dartıb almışdır. Əlikiram Kamranı tutmağa çalışsa da silahı ondan almasına mane ola bilməmişdir. Nahid isə bacısı Aybənizi götürüb Fərmanın avtomaşınına aparmış, Arzu və Aysu da həmin avtomaşına əyləşmişlər. Fərman da sürücü sükanına əyləşib avtomaşını hərəkət etdirməyə çalışdığı anda Kamran Əlikiram və atası Zəfərin tutmasına baxmayaraq silahla avtomaşının sağ arxa tərəfindən atəş açmışdır. Atəşdən sonra Fərman avtomaşından yerdə düşmüş, sonuncunun paltarları qan olmuş, Aysun isə Nahidgilə tərəf getmişdir. Atəşdən sonra o, atası və Əlikiram birləşib tüfəngi Kamranın əlindən alaraq boşaldıb qundağını yerə vuraraq sındırmışdır. Bir neçə dəqiqədən sonra Nahidin əmisi oğlu Sadiq gələrək Aybənizi, Arzunu və Zərərçəkmiş şəxs3 sonuncuya məxsus avtomaşınla aparıb getmişdir. Bir az keçdikdən sonra polis əməkdaşları gəlib Kamranı, silahı və atılmış atəşlərə dair gilizləri götürüb getmişlər. Aybənizin xəstəxanaya çatmamış yolda öldüyünü, digərlərinin isə vəziyyətinin ağır olduğunu bilmişlər. Fərmanın avtomobilini səhvən daşlamış, vurulmuş ziyanı tam şəkildə ödəmişdir. Dindirilmiş Şahid2 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onunla oxşar məzmunlu ifadə vermişdir. Dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Aybəniz Məmmədova bacısıdır. Təqsirləndirilən şəxs isə Aybənizin kürəkənidir. Kamran ailə üzvəri ilə birlikdə onların qonşuluğunda yerləşən atası Şahid2 məxus evdə yaşamışdır. Kamranla Arzu ailə həyatı qurandan sonra bir neçə dəfə onların arasında ailə daxili münaqişələri olmuşdur. 28 iyun 2025-ci il tarixdə, saat 23 radələrində evə gələn zaman Aruzunun iki övladı ilə birlikdə onlarda olduğunu və tanımadığı “Mercedens Benz” markalı taksi sürücüsü ilə Abşeron rayonuna bacısı Aybəzinin yanına getmək üzərə olduqlarını görmüşdür. Arzudan hara getməsini soruşanda sonuncu, taksini anasının göndərdiyini və onun yanına getdiyini bildirmiş, maşına əyləşib çıxıb getmişlər. Arzu taksiyə əyləşib çıxdıqdan 4-5 dəqiqə sonra Kamran onların evinə gəlib onu çağırmış, ondan Arzunun və uşaqlarının harada olduğunu, evlərinin qarşısında dayanmış “Mercedes Benz” markal avtomaşının onları aparıbaparmadığını soruşmuşdur. Arzunun uşaqları ilə birlikdə anasının yanına getməsindən Kamranın xəbəri olduğunu düşünərək həmin maşınla getdiklərini demişdir. Kamran isə evlərinə qayıdıb öz avtomaşını ilə onların arxası ilə getmişdir. Bir az keçdikdən sonra həyətlərində olan səsdən Kamranın yolda maşının qarşısını kəsib Arzu və uşaqlarını götürüb evə gətirdiyini başa düşmüşdür. Aybəniz ona zəng edib, yeznəsi Fərmanla birlikdə kəndə gəlib Arzunu və nəvələrini götürüb gedəcəyini bildirmişdir Aybənizə Kamrangilə gəlməməsini xahiş etmiş, Aybəniz onu eşitməmiş, bu zaman kəndə gəlib çatanda polis çağırmasını və onların müşayiəti ilə uşaqlarını götürüb getməsini demişdir. Təxminən saat 02:30 radələrində evin həyətində olarkən yeznəsi Fərman avtomaşınını evin pələtində saxlayıb həyətə daxil olmuş, o, Aybənizin harada olduğunu soruşmüş, X14 evinə ayrılan yolda düşüyünü demişdir. Bu zaman atəş səsi eşitmiş, getmək istəyərkən ikinci atəş səsi də gəlmişdir. Fərman və arvadı Şəfiqə ilə birlikdə Kamrangilə tərəf qaçmış, onların evinin qarşısına çatanda atası Zəfərin Kamranın əlindən tüfəngi almağa çalışdığını, evin girişinə doğru irəliləyəndə bacısı Aybənizin və qızı Arzunun yaralı vəziyyətdə yerdə uzanıqlı olduqlarını görmüşdür. Evinə tərəf qaçıb avtomaşınını götürüb yaralıları xəstəxanaya aparmaq istəmişdir. Fərman ondan cəld davranıb tez öz avtomaşını Kamragilin həyətinin girişinə sürmüşdür. Aybənizlə Arzunu götürmək üçün yenidən onların həyətinə daxil olanda Zəfərlə Nurlanın giriş darvazasının qarşısında olduqlarını, ov tüfənginin Nurlanın əlində olduğunu, Əlikiramın Kamranı tutub sakitləşdirməyə çalışdığını görmüşdür. Aybənizi yerdən götürüb sağ tərəf arxa oturacaqdan Fərmanın avtomaşına əyləşdirmiş, Arzu özü həmin avtomaşının qabaq sərnişin oturacağına, Aysu anasının yanına, Fərman özü də sürücü sükanına əyləşib maşını hərəkət etdirmək istəyəndə Kamran Aybənizin yerləşdirdiyi tərəfdən növbəti atəşi açmışdır. Həmin atəş nəticəsində Aysun və Fərmana da xəsarət yetirmişdir. Hadisə yerinə gələn Sadiq Fərmanın avtomaşınını idarə edərək Aybənizi, Arzu və Fərmanı xəstəxanaya aparmışdır. Aysu isə xəsarət alandan sonra onlara getmiş və təcili yardımın həkimləri gələrək Aysunu da xəstəxanaya aparmışlar. Xəstəxanaya çatanda Aybənizin öldüyünü bilmişdir. Dindirilmiş Şahid5 əri Şahid4 göstərdiyi xüsusatları olduğu kimi təsdiq etmişdir. Dindirilmiş Şahid9 ifadəsində bildirmişdir ki, Masallı RPŞ-nin PPXT bölüyünün komandir müavini vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Masallı RPŞ-nin Post Patrul Xidmət Bölüyünün polis nəfəri vəzifəsində işləmişdir. Xidmətdə olduğu müddətdə Kamranla münasibətləri yaxşı olmuşdur. 29 iyun 2025-ci il tarixdə, saat 02:40-da Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəsinə zəng edərək evlərində ailə məişət zəminində münaqişə baş verdiyini və söyüş işlədərək öz tüfəngli ilə qaynanası, arvadı, baldızı və əlavə bir nəfər şəxsin üzərinə atəş açdığını, qaynanasını öldürdüyünü, digərlərinin isə ölmə ehtimallarının olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişdir. Kamran evlərinin həyətində durmuşdur. Yaralılar artıq xəstəxanaya aparılmışlar. Kamran atəş açdığı tüfəngi, 3 ədəd gilizi və özünə məxsus “Samsung” markalı mobil telefonu ona təhvil vermişdir. O, həmin əşyaları və Kamranı götürüb Masallı RPŞ-nə aparmış və RPŞ-nin “Növbətçi Hissəsi”nə təhvil vermişdir. Kamran qaynanasının onların işlərinə müdaxilə etdiyini, həmin gecə baldızı və bir nəfər sürücü ilə onların evinə gəlib arvad və uşaqlarını aparmaq istədiyini, buna görə də əsəbiləşərək onların hamısını güllələdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra- Cinayət Prosessual Məcəlləsi) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin başlanması və iş üzrə ibtidai istintaqın tapşırılması haqqında” 29 iyul 2025-ci il tarixli qərardan görünür ki, 29 iyun 2025-ci il tarixdə, saat 02 radələrində Təqsirləndirilən şəxs Masallı rayonu Xoşçobanlı kəndində yaşadığı fərdi yaşayış evində arvadı 2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 ilə aralarında ailə məişət zəminində yaranmış narazıllığa aydınlıq gətirmək və Abşeron rayonu Saray qəsəbəsindən qızını aparmaq üçün gəlmiş qayınanası Aybəniz Məmmədova ilə aralarında yaranmış mübahisə zamanı özünə məxsus olan ov tügəngi ilə bir neçə dəfə atəş açmaqla Aybəniz Məmmədovaya, sonuncu ilə gəlmiş qızı 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2, qohumu Zərərçəkmiş şəxs3 və arvadı Zərərçəkmiş şəxs1 müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi, Aybəniz Məmmədovanın aldığı xəsarətlərdən Masallı RMX-da ölməsi, digər şəxslərin isə aldığı xəsarətlərlə əlaqədar müalicələrinin davam etdirilməsi faktı ilə əlaqədar toplanmış material üzrə 29 iyun 2025-ci il tarixdə Masallı rayon prokuroru tərəfindən Cinayət Məcəlləsinin 120.1 və 29,120.2.7-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır.(cild 1. i.v.1) -“hadisə yerinə baxış keçirilməsi haqqında” 29 iyun 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Masallı rayonu, Xoşçobanı kəndində yerləşən Şahid2 məxsus fərdi yaşayış evinin həyətidir. Həmin fərdi yaşayış evinin giriş qapısı göy rəngli boya ilə boyanmış dəmir materialdan olmaqla yarısınadək blok, qalan hissəsi məhəccərvaridır. Həyətin giriş qapısından sol tərəfdə mişar daşından hörülmüş yardımçı tikili, sağ tərəfdə isə müxtəlif ağac kolları vardır. Həyətə daxil olduqda sağ tərəfdə bir ədəd “Vaz2107” markalı, fərdi yaşayış evinin qarşısında bir ədəd “Niva” bir ədəd “Mercedes Benz” avtomaşınlar vardır. Fərdi yaşayış evi ikimərtəbəli olmaqla fasadı betonla suvaqlanmış və üzəri açıq göy rəngli boya ilə boyanmışdır. Evin damı profilli örtüklərlə qapadılmışdır. Birinci mərtəbənin dörd pəncərəsi vardır. İkinci mərtəbə isə şüşəbənddir. Evin ön divarından 4 metr önə düzbucaqlı formasında yer səthi keramit piltə ilə örtülmüşdür. Evin birinci mərtəbəsinə giriş sağ tərəfdəndir. Giriş qapının papalelində talvar tipli tikili vardır. Qapının qarşısında bir neçə ayaqqabı və çəkələk vardır. Giriş qapısı ilə üzbə-üz sol tərəfdə bir-birindən 0,5 metr məsafədə keramit piltələrin səthi üzərində qanabənzər ləkələr vardır. Hadisə yerinə baxışda iştirak edən Şahid1 həmin qanabənzər ləkələri göstərib həmin yerdə qardaşı Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs1 və X17ya ov tüfəngi ilə hərəsinə bir dəfə atəş açdığını və ləkələrin sonunculardan axan qan izləri olduğunu bildirmişdir. Fərdi yaşayış evinin həyətində yerləşən “VAZ-2107” markalı avtomaşının arxasında torpaq səthi üzərində də qana bənzər ləkələr aşkar olunmuşdur. Baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən başqa hal və ya fakt aşkar edilməmişdir. Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb etdiyindən 3 (üç) ədəd qanabənzər numunələr qablaşdırılaraq götürülmüşdür.(cild 1. i.v.5-10) -“meyitə baxış keçirilməsi haqqında” 29 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Aybəniz Məmmədovanın meyitinə baxış keçirilmişdir. Meyitin əynində qara rəngli, sintetik materialdan hazırlanmış, üçdüyməli yarımqol köynək, qara rəngli, sintetik materialdan olan döşlük, sarımtıl boz rəngli şalvar, qara rəngli trusik, ayaqlarında 1 cüt qara rəngli, sandalet ayaqqabı olmuşdur. Meyitin əynində olan köynəyin yuxarı iki düyməsi açıq vəziyyətdə, düymələr yerində olmuşdur. Həmin köynəyin sağ ön hissəsində, sağ çiyin tikişindən 35 sm aşağıda, sağ yan tikişindən 12 sm solda, sol yan tikişindən 37 sm sağda 1 ədəd 4.0x3.0 sm ölçülü, kənarları didilmiş zədə, köynəyin sağ ön hissəsində 7.0x4.0 sm sahədə 12 ədəd 0.3x0.3 ölçüdən 1.2x0.5 sm ölçüyə qədər zədə olmuş, zədə sahəsi sağ çiyin tikişindən 17 sm aşağıda, sağ qoltuq tikişindən 5 sm solda, sol qoltuq tikişindən 28 sm sağda yerləşmişdir. Köynəyin arxa hissəsində sağ yan tikişdən 5 sm solda, sol yan tikişdən 39 sm sağda, sağ çiyin tikişindən 7.5 sm aşağıda, 24x8.5 sm ölçüdə, kənarları didilmiş zədə vardır. Döşlüyün sağ hissəsinin sağ yan kənarına yaxın hissədə 5 ədəd 0.5x0.3 sm ölçüdən 1.0x0.5 sm ölçüyə kimi zədələr vardır. Sol əlin İİİ və İV barmağının əsas falanqa nahiyəsində hərəsində 1 ədəd sarımtıl rəngli metaldan hazırlanmış, qaşsız üzük, boyun nahiyəsinin qırışında 1 ədəd sarımtıl rəngli, həlqə formalı, qaşsız, bağlanan yeri olan kulonabənzər əşya aşkar edilmiş, meyitin başında şabalıdı rəngli, 35-40 sm uzunluqda, sıx və düz saçları vardır. Gözləri örtülüdür, qulaq və burun keçəcəkləri sərbəstdir. Ağzı yarımaçıqdır, görünən dişləri özününkü olmaqla tamdır. “Vidaci çuxuru” nahiyədə 9.0x7.0 sm sahədə 31 ədəd 0.3x0.2 sm ölçüdə deşilmiş yara, sağ qoltuqaltı nahiyədə 1 ədəd 8.5x8.0 sm ölçüdə yara və yara ətrafında 17.0x13.0 sm sahədə 35 ədəd 0.3x0.2 sm ölçüdən 0.5x0.3 sm ölçüyə kimi deşilmiş yaralar vardır. Qarının sağ yarısının ön divarında 1 ədəd 3.5x3.5 sm ölçüdə oval formalı, kənarları sıyrıntılı və qançırlı yara və yaranın yuxarı kənarında 4 ədəd 0.2x0.3 sm ölçüdə deşilmiş yara vardır. Sağ əlin İ barmağının əsas falanqa nahiyəsinin arxa hissəsində sağ əlin arxa hissəsində İ əl darağı sümüyünün proyektində 5 ədəd 0.3x0.2 sm ölçüdə deşilmiş yara vardır. Meyitin daxili müayinəsi zamanı Azbəniz Məmmədovanın meyitindən ümumilikdə 18 (on səkkiz) ədəd qırma, 2 (iki) ədəd plastik tıxac aşkar edilmişdir. Baxış zamanı Aybəniz Məmmədovanın meyiti üzərində qeyd edilənlərdən başqa xəsarət aşkar edilməmiş, meyitin əynində olan paltarlar, zinət əşyaları, o cümlədən daxili müayinə zamanı aşkar edilmiş 18 (on səkkiz) ədəd qırma və 2 (iki) ədəd tıxac götürülmüşdür.(cild 1.i.v.11-19) -“avtomobilə baxış keçirilməsi haqqında” 29 iyun 2025-ci il tarixli protokoldan görünür ki, baxışın keçirildiyi avtomobil “Changan Qyuan a05” markalı, ağ rəngli, **-QR-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Həmin avtomobil Masallı RMX PHŞ-nin “Acil” şöbəsinin giriş qapısının yaxınlığına dayanmışdır. Avtomobilin arxa sağ qapısının tavan hissəsində çöldən içəriyə tərəf meyilli olan bir neçə ədəd zədə müəyyən edilmişdir. Baxış zamanı habelə avtomobildə aparılan videoçəkilişin yükləndiyi yaddaş kartı götürülmüşdür.(cild 1.i.v.22-33) -“şübhəli şəxsin tutulması haqqında” 29 iyun 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 07:05-də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1 və 29, 120.2.7-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsinə şübhə etməyə kifayət qədər əsaslar olduğundan şübhəli şəxs qismində tutulmuşdur.(cild 1. i.v.47-48) -“baxış keçirilməsi haqqında” 29 iyun 2025-ci il tarixli protokoldan görünür ki, həmin yaddaş kartı “micro card” olmaqla üzərində “128 GB” sözləri yazılmışdır. Həmin yaddaş kartı komputerə yerləşdirildikdən sonra açılmış pəncərədə “Android”, “EVT”, “NOR”, “PHO” adlı qovluqlar müəyyən edilir. Qovluqlara baxış keçirilərkən həmin qovluqlardan bəzilərində videoyazıların olması müəyyən edilir. Həmin video yazılar avtomobilə quraşdırılmış kameralar vasitəsi ilə çəkilmişdir və eyni vaxtda avtomobilin hər tərəfindən baş verən hadisələri görməyə imkan verir. “Nor” adlı qovluqda ümumilikdə 612 ədəd videofayl vardır. Həmin video fayllara tərəfimdən baxış keçirildi. “Nor” adlı qovluqda olan NOR_20250629_063326_M_00001, NOR_20250629_063627_M_00002 və NOR_20250629_063927_M_00003 adlı video fayllara tərəfimdən baxış keçirilərkən aşağıdakılar müəyyən edilir. NOR_20250629_063326_M_00001 adlı videofaylın başlanğıcında Zərərçəkmiş şəxs3 idarə edərək çəkiliş aparılan avtomobil ilə hərəkətə başlayır və istintaq materiallarına əsasən Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə yaşadığı evə tərəf yönəlməklə arxa-arxaya həmin evin həyətinə girir. Həmin vaxt avtomobilin yanı ilə Şahid4 evin həyətyanı sahəsinə tərəf getdiyi, həyətin ortasında Şahid6 Təqsirləndirilən şəxs qucaqlayaraq onu sakitləşdirməyə çalışdığı görünür. Həmin vaxt qeyd edilən həyətin girişində yardımçı tikilinin yanında Şahid2, Şahid1 olması, həyətdə “Niva” və “Vaz 2107” markalı avtomobillərin olması görünür. Şahid1 ilk kamera obyektivinə düşdüyü vaxtda onun tualetin yanında olması və silahın əlində olması, həmin silahı bir neçə dəfə zərblə yerə çırpması görünür. Avtomobilin dayanmasından sonra Zərərçəkmiş şəxs3 də avtomobildən enir. Eyni vaxtda Şahid1 tüfəng əlində olmaqla yaşadıqları evə tərəf gedir, bu vaxt Təqsirləndirilən şəxs Şahid6 onu saxlamasına baxmayaraq həmin şəxsi sürüyərək Şahid1 tərəf irəliləyir, dartaraq həmin tüfəngi ondan alır. Qeyd edilən vaxtda Nahid X9cağında avtomobilə tərəf gətirməsi və Zərərçəkmiş şəxs2 tərəfindən avtomobilin sağ arxa qapısı açıldıqdan sonra onu avtomobilin sağ arxa oturacağına yerləşdirməsi, eyni vaxtda Zərərçəkmiş şəxs1 avtomobilə yaxınlaşaraq avtomobilin sağ ön oturacağına, Zərərçəkmiş şəxs2 isə avtomobilin sağ arxa oturacağına əyləşməsi, Zərərçəkmiş şəxs3 də avtomobilin sükanı arxasına əyləşməsi görünür. Aparılan video qeyddə avtomobildə edilən hərəkətlər video qeydin hər bir xanasının yuxarı sağ küncündə olan xanalar vasitəsi ilə müəyyən edildiyindən, Zərərçəkmiş şəxs3 sükan arxasına əyləşdikdən sonra avtomobili hərəkətə gətirmək üçün sürətlər qutusunu “irəli” (D-Drive) vəziyyətə gətirməsi, həmin vaxtda avtomobilin sağ yan tərəfindən, Şahid6 və Şahid2 onu saxlamağa çalışmalarına baxmayaraq Təqsirləndirilən şəxs yaxınlaşaraq avtomobilin qeyd edilən hissəsindən avtomobilin açıq vəziyyətdə olan sağ arxa qapısından içərisinə tərəf atəş açır, avtomobil dayanır, bundan sonra sürücü Zərərçəkmiş şəxs3 əynində olan paltarlar qana bulaşmış şəkildə avtomobildən enir. Videonun 02:13 dəqiqəsində Zərərçəkmiş şəxs2 sağ qolunu tutaraq avtomobilin sağ tərəfindən keçməklə həyətin çıxışına tərəf irəliləməsi görünür. Video qeyd boyunca Şahid4 arvadı Şəfiqənin və Şahid2 arvadı Səbinənin həyətdə olması, həmin şəxslərin baş verən hadisələrə müdaxilə etməyə çalışması görünür. NOR_20250629_063627_M_00002 adlı videofayl açıldıqdan sonra həmin videofaylda olan hadisələrə əsasən vəziyyətin bir qədər sakitləşməsi, həyətdə olan hər kəsin həyətin çıxışına tərəf irəliləməsi, lakin Təqsirləndirilən şəxs hələ də qəzəbli hərəkətlər etməsi müəyyən edilir. Qeyd edilən vaxt silahın Şahid2 əlində olması görünür. Videonun 2:17-ci dəqiqəsində Zərərçəkmiş şəxs3 yaralı halda avtomobilin sükanı arxasına keçərək bir qədər irəliyə sürür, lakin Təqsirləndirilən şəxs avtomobilin qarşısına keçərək onu dayandırır, atası Zəfərin müdaxilə etməsinə baxmayaraq avtomobilin irəliləməsinə imkan vermir. NOR_20250629_063927_M_00003 adlı videofayl açıldıqdan sonra görüntünün ilk saniyələrində Şahid7 evin həyətinə gəlir və Kamranla nə isə danışır. Həmin vaxt Şahid2 və Şahid6 Kamranı saxlamağa çalışırlar. Zərərçəkmiş şəxs3 isə avtomobili bir qədər də irəliyə sürür. Videonun 00:18-ci saniyəsində Şahid4 Şahid7 çağırır, Şahid7 qaçaraq avtomobilə tərəf irəliləyir, Zərərçəkmiş şəxs3 sol arxa oturacağa əyləşdirdikdən sonra isə avtomobilin sükanı arxasına əyləşərək avtomobili həyətin çıxışına tərəf sürməklə həyətdən çıxaraq irəliləyir. Bundan başqa baxış zamanı qeyd edilən videofayllardan sonrakı videofayllara da baxış keçirilmiş, baxış zamanı avtomobilin yol ilə getməsi və Masallı RMX PHŞ-nin həyətində dayanması müəyyən edilir. Bununla baxış başa çatdırılmış, baxış zamanı müəyyən edilmiş və istintaq üçün əhəmiyyət kəsb edən videofayllar diskə köçürülməklə protokola əlavə edilmişdir.(cild 1. i.v.75-77) -“hadisə yerinə əlavə baxış keçirilməsi haqqında” 29 iyun 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Masallı rayonu, Xoşçobanlı kəndində yerləşən Şahid2 məxsus fərdi yaşayış evinin həyətidir. Həmin fərdi yaşayış evinin giriş qapısı göy rəngli boya ilə boyanmış dəmir materialdan olmaqla yarısınadək blok, qalan hissəsi məhəccərvaridir. Həyətin giriş qapısından sol tərəfdə mişar daşından hörülmüş yardımçı tikili, sağ tərəfdə isə müxtəlif ağac kolları vardır. Fərdi yaşayış evi ikimərtəbəli olmaqla fasadı betonla suvaqlanmış və üzəri açıq göy rəngli boya ilə boyanmışdır. Evin damı profilli örtüklərlə qapadılmışdır. Birinci mərtəbənin dörd pəncərəsi vardır. İkinci mərtəbə isə şüşəbənddir. Evin ön divarından 4 metr önə düzbucaqlı formasında yer səthi keramit piltə ilə örtülmüşdür. Evin birinci mərtəbəsinə giriş sağ tərəfdəndir. Giriş qapının paralelində talvar tipli tikili vardır. Hadisə yerinə baxışda iştirak edən Şahid1 hadisə zamanı qardaşı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə atəş açdığı ov tüfəngini onun əlindən aldıqdan sonra silahdan boşaltdığı 2 ədəd patronu və Kamran Zərəbliyevin hadisə zamanı üzərində olmuş qara rəngli qısaqol koftanı təqdim etdi. Baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən başqa hal və ya fakt aşkar edilmədi. Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb etdiyindən 2 ədəd patron və Təqsirləndirilən şəxs hadisə zamanı üzərində olmuş qara rəngli qısaqol kofta qablaşdırılaraq götürülmüşdür.(cild 1. i.v.80-82) -Masallı RPŞ-nin 29 iyun 2025-ci il tarixli, 97/2-24485/25 nömrəli məktubu ilə Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd 12 kalibrli, “Lion” markalı, 12-1452 nömrəli ov tüfəngi, 3 (üç) ədəd həmin tüfəngə məxsus giliz və 1 (bir) ədəd “Samsung” markalı mobil telefon Masallı rayon prokurorluğuna göndərilmişdir.(cild 1. i.v.89) -Masallı RPŞ-nin PPXB-nin komandir müavini, polis leytenantı Şahid9 tərəfindən tərtib olunmuş 29 iyun 2025-ci il tarixli “raport” dan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 02:40-da istifadəsində olan mobil telefonuna zəng edərək ailə məişət zəminində münaqişə baş verdiyini və özünə məxsus tüfənglə qayınanası, arvadı, baldızı və əlavə bir neçə nəfərin üzərinə atəş açdığını, ölmə ehtimallarının olduğunu bildirmişdir. Polis serjantı Murad Seyfullayev ilə birlikdə həmin tarixdə saat 03 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvanda olaraq baş vermiş hadisənin şahidi olmuşlar. Təqsirləndirilən şəxs könüllü olaraq atəş açarkən istifadə etdiyi tüfəngi, “Samsung” markalı mobil telefonu təhvil vermiş və Təqsirləndirilən şəxs RPŞ-nə gətirərək Növbətçi Hissəyə təhvil vermişlər.(cild 1. i.v.90) -“götürmə aparılması haqqında” 29 iyun 2025-ci il tarixli protokoldan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş boz rəngli idman şalvarı götürülmüşdür.(cild 1. i.v.93-95) -“götürmə və baxış aparılması haqqında” 29 iyun 2025-ci il tarixli protokoldan görünür ki, “Masallı rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Qəbul şöbəsinin feldşeri işləyən Zaur X7, X5, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 məxsus paltarlar və digər əşyaları, həmçinin cərrahi əməliyyat zamanı Zərərçəkmiş şəxs1 bədənindən çıxarılmış 7 ədəd qırmanı təqdim etdi. Bundan sonra həmin paltarlara və əşyalara baxış keçirildi. Baxış zamanı aşağıdakılar müəyyən edildi. Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd açıq mavi rəngli cins şalvarın bel nahiyəsində olan etiketdə “Rus Amor” sözləri yazılmışdır. Həmin şalvarda qan ləkələri vardır. Bundan başqa həmin şəxsə məxsus olan 1 ədəd qara rəngli busqalter, 1 ədəd boz rəngli trusik, 1 cüt ağ rəngli coraba da baxış keçirilmiş, həmin paltarlarda hər hansı zədə aşkar edilməmiş, 1 cüt üzərində “adidos” yazılmış idman ayaqqabısında də zədə olmamış, həmin ayaqqabıda qan ləkələri olmuşdur. Daha sonra təqdim edilmiş və Zərərçəkmiş şəxs1 məxsus paltara baxış keçirilmiş, Zərərçəkmiş şəxs1 məxsus olmuş 1 ədəd tünd narıncı rəngli pambıq materialdan olan qısaqol köynəyin bir çox yerində qana bənzər ləkələr, sağ qarın nahiyəsində müxtəlif ölçülü deşilmiş zədələr aşkar edilmiş, köynək bir neçə yerdən kəsilmiş, köynəyin bir hissəsi kəsilərək ayrılmışdır. Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd boz rəngli, yun materialdan olan şalvar, 1 ədəd ağ-çəhrayımtıl rəngli trusik, 1 ədəd qara rəngli busqalter, bir cüt boz rəngli, üzərində bəzəkləri olan corabın üzərində qanabənzər ləkələr aşkar edilmiş, həmin paltarlar zədəsizdirlər. Daha sonra təqdim edilmiş və Zərərçəkmiş şəxs3 məxsus paltarlara baxılş keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, 1 ədəd V şəkilli yaxalıqlı, yaxalığın sağ yuxarı hissəsində şaquli formada “Paris” sözü yazılmış, qarışıq materialdan hazırlanmış, qısaqol könəyin sağ və sol kürək, boyun nahiyələrində müxtəlif ölçülü, deşib-keçən zədələr vardır. Həmin köynəyin sinə, boyun, sağ və sol qol nahiyələrində qanabənzər ləkələr vardır. Bundan başqa 1 ədəd tünd göy rəngli, belində qara rəngli kəmər olan, cins şalvar zədəsidir, həmin şalvarın çox yerində qanabənzər ləkələr vardır.(cild 1. i.v.100-109) -“zərərçəkmiş şəxs qismində tanınma haqqında” 29 iyun 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır.(cild 1. i.v.114-115) -“zərərçəkmiş şəxs qismində tanınma haqqında” 29 iyun 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır.(cild 1. i.v.124-125) -“zərərçəkmiş şəxs qismində tanınma haqqında” 29 iyun 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır.(cild 1. i.v.134-135) -“baxış keçirilməsi haqqında” 29 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı zərərçəkmiş şəxslərə atəş açdığı silaha, patronlara və gilizə baxış keçirilmişdir.Silaha baxışı keçirilərkən aşağıdakılar aşkar edilmişdir: Silah təklüləli olmaqla qara rənglidir. Üzərində “Lion” 12-1452 yazısı vardır. Qundağı taxtadandır. Silahın qundağı əsas hissəsinə bitişik hissəsindən sınmış, aralı vəziyyətdədir. Patronluğunun uzunluğu 76 sm-dir. Mərmi yuvası yoxlanıldıqda boş vəziyyətdə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdikdən sonra Masallı RPŞ-nin əməkdaşlarına zəng edib məlumat verib sonunculara təqdim etdiyi 3 ədəd gilizə baxış keçirilmiş, həmin gilizlər 12 kalibirli olmaqla ikisi yaşıl rəngli, bir isə şəffaf rənglidir. Yaşıl rəngli gilizlərin üzərinə “12 Mega Hunting” sözləri yazılmışdır. Şəffaf rəngli gilizin üzərində isə “12 Zuber” sözü yazılmışdır. Baxış keçirilən 2 ədəd patron 12 kalibirli olmaqla yaşıl rəngdədirlər. Üzərlərində “12 Mega Hunting” sözləri yazılmışdır. Baxış yekunlaşdırıldıqdan sonra silah, patronlar və gilizlər müvafiq qaydada qablaşdırılmışdır.(cild 1. i.v.136-137) -“şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 30 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisənin baş verdiyi yeri və şəraiti əyani olaraq göstərmiş və həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmaqla törətmiş olduğu cinayəti bir daha etiraf etmişdir.(cild 1. i.v.153-156) -“cinayət işi üzrə əməlin tövsif olunması haqqında” 30 iyun 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 120.1 və 29,120.2.7-ci maddələrindən həmin məcəllənin 120.2.4 və 29,120.2.7-ci maddələrinə tövsif edilmişdir.(cild 1. i.v.160-161) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 30 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.(cild 1. i.v.162-164) -Masallı Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 4 (050)-47/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli onun şübhəli şəxs kimi tutulduğu 29 iyun 2025-ci il tarixdən hesablanmışdır.(cild 2. i.v.1-7) -“məhkəmə tibbi ekspertizası”nın 02 iyul 2025-ci il tarixli, 600 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 başın ənsə və sağ gicgah nahiyəsinin, sağ qulaq seyvanının, boynun arxa hissəsinin, döş qəfəsinin arxa yuxarı hissəsinin və sağ bazunun arxa hissəsinin odlu silah yaralanmaları. Başın ənsə və sağ gicgah nahiyəsinin, sağ qulaq seyvanının, boynun arxa hissəsinin, döş qəfəsinin arxa yuxarı hissəsinin və sağ bazunun arxa hissəsinin odlu silah yaralanmaları gilizi qırma ilə doldurulmuş odlu silahdan, ola bilər ki, ov tüfəngindən açılan atəş nəticəsində törənmişdir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Aşkar olunan xəsarətlərin törənmə müddəti qərarda qeyd olunan 29 iyun 2025-ci il tarixdə uyğun gəlir.(cild 2. i.v.29-32) -“telefona baxış keçirilməsi haqqında” 03 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Aybəniz Məmmədovaya məxsus məxsus “İphone 11” markalı mobil telefonda quraşdırılmış WhatsApp mobil tətbiqində telefonun yaddaşında “Arzu” adı ilə qeyd edilmiş +**********74 saylı mobil nömrə ilə olan yazışmalarında “Arzu” adlı kontakdan 28 iyun 2025-ci il tarixdə saat 23:24-də “Ana mənə deyir sənində ölümün mənim əlimdən olacaq ananinda” mətində mesajın gəldiyi müəyyən olunmuşdur. Həmin mesajın X10 Məmmədovadan gəldiyi təsdiq edilmişdir. (cild 2. i.v.43) -“ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında” 10 iyul 2025-ci il tarixli qərardan görünür ki, X20 ölmüş zərərçəkmiş şəxs Aybəniz Məmmədovanın hüquqi varisi qismində tanınmışdır.(cild 2. i.v.73-74) -“məhkəmə tibbi ekspertizası”nın 28 iyul 2025-ci il tarixli, 31 nömrəli rəyindən görünür ki, Aybəniz Məmmədovanın meyitinin xarici və daxili müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olunmuşdur: Sağ qoltuqaltı nahiyənin və qarının sağ ön divarının, sağ döş boşluğuna və qarın boşluğuna nüfuz edən sağ körpücük sümüyünü, sağ İ, İİ, İİİ, İV qabırğaları, İİİ bel fəqərəsini, sağ ağciyərin yuxarı payını, sağ böyrəyi və yoğun bağırsağı zədələyən iki ədəd kor odlu silah-qırma yaralanması və sağ əlin odlu silah qırma yaralanması. Aşkar olunan xəsarətlər gilizi qırma ilə doldurulmuş odlu silahdan, ola bilər ki, ov tüfəngindən açılan ən azı iki atəş nəticəsində onun ölümündən az əvvəl törədilmişdir, dərəcəsinə görə ayrı-ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir. X11rnın sağ ön divarında aşkar olunan odlu silah yaralanması mərmilərin (qırmaların) kompakt (yığcam) təsir etdiyi məsafədən açılmış atəş nəticəsində, sağ qoltuqaltı nahiyədə aşkar olunan odlu silah yaralanması atəşin əlavə faktorlarının təsir etmədiyi uzaq məsafədən açılan atəş nəticəsində əmələ gəlmişdir. X18 ölümünə səbəb döş qəfəsinin və qarının odlu silah yaralanması nəticəsində sağ ağciyərin, sağ böyrəyin və yoğun bağırsağın zədələnməsindən törənən qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, ölüm meyit meyitxanada müayinə olunmağa başladığı vaxtdan 2-4 saat əvvəl baş vermişdir. X18 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı zamanı qanda alkoqol və hər hansı bir narkotik maddə aşkar olunmamışdır.(cild 2. i.v.136-143) -“məhkəmə tibbi ekspertizası”nın 30 iyul 2025-ci il tarixli, 687 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 döş qəfəsinin sol yarısının ön-yan hissəsinin sol plevra döş boşluğuna və qarın boşluğuna nüfuz edən sol Vİİİ-İX-X qabırğaları, sol ağciyərin aşağı payını, diafraqmanı, dalağı və mədəaltı vəzini zədələyən bir ədəd odlu silah yaralanması aşkar olundu, aşkar olunan xəsarət gilizi qırma ilə doldurulmuş odlu silahdan, ola bilər ki, ov tüfəngindən açılan ən azı bir atəş nəticəsində törənmişdir, törənmmə müddəti tibbi sənəddə qeyd olunan 29 iyun 2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir.(cild 2. i.v.144-147) -“məhkəmə tibbi ekspertizası”nın 15 avqust 2025-ci il tarixli, 644 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sağ bazunun orta 1/3-nin dəlib keçən odlu silah yaralanması, sağ bazu sümüyünün orta 1/3-nin açıq, qəlpəli yerdəyişən sınığı müəyyən olunmuş, müəyyən olunan xəsarətlər gilizi qırma ilə doldurulmuş odlu silahdan, ola bilər ki, ov tüfəngindən açılan ən azı bir atəş nəticəsində törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 29 iyun 2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir.(cild 2. i.v.148-151) -“kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizası”nın 09 iyul 2025-ci il tarixli, 2223 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayəti törətməmişdən əvvəl, eləcədə cinayəti törətdikdən sonra və hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri qeyd olunmur. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal hazırda da öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarəetmək iqtidarındadır. Təqsirləndirilən şəxs inadkarlıq, öz fikirlərini üstün tutmaq hövsələsizlik, əsəbilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs əqli imkanlarına görə cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs psixi-emosional vəziyyətində fərdi-psixi xüsusiyyətləri fonunda situasiya ilə əlaqədar əsəbilik, gərginlik, aqressiya əmələ gəlmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır.(cild 2. i.v.152-156) -“kompleks məhkəmə ballistik və trasoloji ekspertizası”nın 27 avqust 2025-ci il tarixli, 3/774-3/775-3/776 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş, patronluğunun uzunluğu 76 mm olan, 12 kalibrli, "Derya Lion” modelli, “12-1452” №-li, daxili çaxmaqlı, təklüləli tüfəngdir-yivsiz odlu ov silahıdır, detallarında təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməmişdir, rəyin tədqiqi hissəsində göstərilən səbəblərdən həmin silah hal hazırda nasazdır, atəşə yararsızdır. Həmin silahın da aid olduğu yivsiz odlu ov tüfənglərindən (saz vəziyyətində olduğu halda) təyinatı üzrə nəzərdə tutulan, zavod üsulu ilə hazırlanmış 16 mm kalibrli patronlardan istifadə etməklə 20-30 dərəcə bucaq altında atəş açılarkən 2 mm diametrli qırmalar 200 m, 3 mm diametrli qırmalar 300 m, 4 mm diametrli qırmalar 400 m, karteçlər 600 metr məsafəyə, 30-40dərəcə bucaq altında atılan güllələr isə 1000-1500 metr məsafəyə uçma qabiliyyətinə və təxminən 100 metr məsafədəki hədəfdə (o cümlədən canlı hədəfdə) zədəyetirmə qabiliyyətinə malikdirlər. Təqdim edilmiş ov tüfəngi atəşə yararsız olduğundan qərarda qoyulmuş “2.6) Müəyyən şəraitdə konkret silahın tətiyini çəkmədən kənar fiziki təsir nəticəsində ondan öz-özünə atəşin açılması mümkündürmü?” sualı üzrə tədqiqat aparılmadı. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, 12 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patronlardırlar, atəşə yararlıdırlar. Tədqiqata təqdim edilmiş 3 (üç) ədəd giliz zavod üsulu ilə istehsal edilmiş, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 12 kalibrli patronların atəşlə ayrılmış hissələridir - gilizləridir. Həmin gilizlər eyni bir silahdan atılmışdır. Lakin təqdim edilmiş ov tüfəngi təyinatı üzrə istifadəyə - atəşə yararsız olduğundan həmin gilizlərin təqdim edilmiş ov tüfəngindən atılıb-atılmaması ilə bağlı eyniləşdirmə tədqiqatını aparmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş 25 (iyirmi beş) ədəd metal predmet yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən müxtəlif kalibrli patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, atəş komponentinin atəşlə ayrılmış hissələridir - qırmalardır, onlar bərk predmetə dəyməsi nəticəsində deformsiyaya uğrayaraq öz ilkin forma və ölçülərini itirmişlər. Həmin qırmaların üzərində atəş prosesində istifadə olunan zaman atıldığı tüfəngin lülə kanalının divarından qalmağa xarakterik izlər vardır. Lakin həmin izlər xüsusi əlamətlərə malik olmadığından və eyniləşmə tədqiqatı üçün azlıq təşkil etdiyindən, onların 12 kalibrli, “Derya Lion”modelli, “12-1452” №-li ov tüfəngdən atılıb-atılmadığını müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd plastik predmet 12 kalibrli, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, atəş komponentinin atəşlə ayrılmış hissələridir - polietilen (“konteyner" tipli) tıxaclardır. Həmin tıxacların üzərlərində atəş prosesində istifadə olunan zaman atıldığı tüfəngin lülə kanalının divarından qalmağa xarakterik sürtünmə izləri vardır. Lakin həmin izlər xüsusi əlamətlərə malik olmadığından və eyniləşmə tədqiqatı üçün azlıq təşkil etdiyindən, onların 12 kalibrli, “Derya Lion” modelli, “12-1452” №-li ov tüfəngdən atılıb-atılmadığını müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş, "Derya Lion” modelli; “12-1452” №-li tək lülləli ov tüfənginin lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilmiş, bu da onu göstərir ki, həmin silahlardan atəş (atəşlər) açılmışdır, lakin müvafiq elmi metodika olmadığından, sonuncu dəfə açılan atəşin vaxtını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş, “Changan Qyuan a05” markalı ağ rəngli, **-QR-*** dövlət qeydiyyat nişanlı avtomobildə rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədələr vardır. Zədələrin ətrafında metal izinin aşkar edilməməsinə baxmayaraq, onların formasına, ölçüsünə, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hisəciklərinin aşkar edilməsinə əsasən həmin zədələr yivsiz (hamarlüləli) odlu ov tüfəngindən açılan bir atəş nəticəsində qırmaların təsirindən, 1,5 m-dən yuxarı məsafədən, arxadan önə, sağdan sola doğru istiqamətdə yetirilməyə xarakterikdir. Lakin zədələrin yetirildiyi silahın kalibrini müəyyən etmək mümkün olmadı. Bu zədələr təqdim edilmiş silahdan açılan atəş nəticəsində qırmaların təsirindən də yarana bilər. Tədqiqata təqdim edilmiş, X3 məxsus olduğu qeyd edilən 01 ədəd köynəyin üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədələr vardır. Zədələrin ətrafında metal izinin aşkar edilməməsinə baxmayaraq, onların ölçüsünə, formasına, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə əsasən, həmin zədələr yivsiz (hamarlüləli) odlu ov tüfəngindən açılan bir atəş nəticəsində qırmaların təsirindən, 1,5 mdən yuxarı məsafədən, öndən arxaya doğru istiqamətdə yetirilməyə xarakterikdir. Atəş açılan zaman silahın lülə ağzı bir ədəd köynəyin ön hissəsinə doğru istiqamətlənmiş vəziyyətdə olmuşdur. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən 01 ədəd köynəyin və 01 ədəd büstqalterin üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədələr vardır. Zədələrin ətrafında metal izinin askar edilməməsinə baxmayaraq, onların ölçüsünə, formasına, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barit hissəciklərinin aşkar edilməsinə əsasən, həmin zədələr yivsiz (hamarlüləli) odlu ov tüfəngindən açılan bir atəş nəticəsində qırmaların təsirindən, 1,5 m-dən yuxarı məsafədən, soldan sağa doğru istiqamətdə yetirilməyə xarakterikdir. Atəş açılan zaman silahın lülə ağzı bir ədəd köynəyin sol yan hissəsinə doğru istiqamətlənmiş vəziyyətdə olmuşdur. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs3 məxsus olduğu qeyd edilən 01 ədəd köynəyin üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədələr vardır. Zədələrin metal izinin aşkar edilməməsinə baxmayaraq, onların ölçüsünə, formasına, morfoloji quruluşuna, zədələrin ətrafından atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə əsasən, həmin zədələr yivsiz (hamarlüləli) odlu ov tüfəngindən açılan bir atəş nəticəsində qırmaların təsirindən, 1,5 m-dən yuxarı məsafədən, arxadan önə doğru istiqamətdə yetirilməyə xarakterikdir. Atəş açılan zaman silahın lülə ağzı bir ədəd köynəyin arxa hissəsinə doğru istiqamətlənmiş vəziyyətdə olmuşdur. Tədqiqata təqdim edilmiş, X3 məxsus olduğu qeyd edilən bir ədəd şalvar, bir ədəd alt tumanı, bir ədəd büstqalter və bir cüt ayaqqabı, Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən bir ədəd şalvar və bir ədəd alt tumanı, Zərərçəkmiş şəxs3 məxsus olduğu qeyd edilən bir ədəd şalvar, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən bir ədəd qısaqol köynək və bir ədəd şalvar, Zərərçəkmiş şəxs2 məxsus olduğu qeyd edilən bir ədəd şalvar, bir ədəd alt tumanı, bir ədəd büstqalter, bir cüt corab və bir cüt ayaqqabının səthləri üzərində odlu silahdan açılan atəş nəticəsində qırmaların təsirindən yaranmağa xarakterik zədələr aşkar edilməmişdir. Tədqiqata təqdim edilmiş, X13 qizina məxsus olduğu qeyd edilən bir ədəd şalvar, bir ədəd alt tumanı, bir ədəd büstqalter və bir cüt ayaqqabı, Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən bir ədəd şalvar və bir ədəd alt tumanı, Zərərçəkmiş şəxs3 məxsus olduğu qeyd edilən bir ədəd şalvar, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən bir ədəd qısaqol köynək və bir ədəd şalvar, Zərərçəkmiş şəxs2 məxsus olduğu qeyd edilən bir ədəd şalvar, bir ədəd alt tumanı, bir ədəd büstqalter, bir cüt corab və bir cüt ayaqqabının səthləri üzərində atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilmişdir. Təqdim edilmiş “Changan Qyuan a05” markalı, **-QR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (alın şüşəsində, arxa külək qoruyucu şüşədə) olan zədələr, izlər öz formasına, morfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı bərk predmetlə kontakda olması, o cümlədən daş parçasının təsiri nəticəsində yarana bilər. Tədqiqata təqdim edilmiş geyim əşyaları üzərində hər hansı mexaniki zədə, fiziki qüvvənin təsirindən yarana bilən zədə (dartılma, cırılma, sökülmə, qoparılma və s.) aşkar edilməmişdir.(cild 2. i.v.182-191) -“məhkəmə tibbi bioloji ekspertizası”nın 15 sentyabr 2025-ci il tarixli, 435/2025-TBŞ nömrəli rəyindən görünür ki, Aybəniz Məmmədovanın ABO sistemi üzrə qan qrupu: Abeta/H//ll/, Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qan qrupu: O/İ/, Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu: O/l/, Zərərçəkmiş şəxs3 ABO sistemi üzrə qan qrupu: AB/İV/, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: A/İİ/ /Sonuncuların şəxsiyyət vəsiqələrinin kserosurətlərinə əsasən/. Ekspertizaya təqdim edilən mərhumə X1 məxsus qısaqol köynək, şalvar, büstqalter, trusikk üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti ABO sitemi üzrə tədqiq olunduqda A və H antigenləri, bəzi ləkələrdə həmçinin beta aqqlyutinini də alındı. Beləklə, bu qan ləkələri A-beta/H//İİ/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə mərhumə X3 və eyni qruplu Təqsirləndirilən şəxs /əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarət olubsa və onun qanında müşayiətçi H antigeni olduğu təqdirdə/ məxsus ola bilər. Ləkələrdə O/l/ qruplu Zərərçəkmiş şəxs2 və ya Zərərçəkmiş şəxs1 qanlarının olması yalnız həmin ləkələrdə qarışıq qanın olduğu halında mümkündür. Təqdim edilən Zərərçəkmiş şəxs2 məxsus cins şalvar, büstqalter, trusikk, bir cüt idman ayaqqabısı /krasofka/, Zərərçəkmiş şəxs1 məxsus qısaqol mayka, ev şalvarı, büstqalter, trusikk, bir cüt corab üzərindəki ləkələrdə və hadisə yerindən 02 ədəd pambıq topası üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup mənsubiyyəti ABO sitemi üzrə tədqiq olunduqda H antigeni, bəzi ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri də alındı. Beləliklə, bu qan ləkələri O-alfa, beta/l/ qruplu şəxsə/şəxslərə/, o cümlədən ABO sistemi üzrə zərərçəkmişlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Bu ləkələrdə X2, Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs qanlarının olması ABO sistemi ilə inkar olunur. Zərərçəkmiş şəxs3 məxsus belində cins şalvar, şalvarın belinə keçirilmiş kəmər və qısaqol köynək üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti ABO sitemi üzrə tədqiq olunduqda A, B və H antigenləri alındı, aqqlyutininlər isə alınmadı. Beləliklə, bu qan ləkələri AB/H//V/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs3 /onun qanında müşayiətçi H antigeni olduğu təqdirdə/ məxsus ola bilər. Ləkələrdə A/ll/ qruplu Aybəniz Məmmədovanın, O/l/ qruplu Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və ya A/İİ/ qruplu Təqsirləndirilən şəxs /əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarət olubsa və onun qanında müşayiətçi H anigeni olduğu təqdirdə/ qanlarının olması yalnız həmin ləkələrdə qarışıq qanın olduğu halında mümkündür. Təqdim olunan Aybəniz Məmmədovaya məxsus bir cüt sandalet üzərində, hadisə yerindən digər 01 ədəd pambıq topası/3 sayla işarlənmiş/ üzərinə hopdurulub götürülmüş ləkədə qan, Zərərçəkmiş şəxs2 məxsus bir cüt corab, təqsirləndirilən səxs Təqsirləndirilən şəxs məxsus qısaqol mayka və idman şalvarı üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır. (cild 2. i.v.192-201) -Masallı rayon prokurorluğunun 07 oktyabr 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs hadisəi törətdiyi 12 kalibrli “Derya Lion” markalı 12-1452 nömrəli ov tüfəngi, 1 ədəd 12 kalibrli patron, 3 ədəd giliz, 25 ədəd qırma və 2 ədəd plastik tıxacın silah otağında saxlanılması üçün Masallı RPŞ-nə göndərilmişdir.(cild 2. i.v.202) -“sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 15 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, törədilmiş əməl Cinayət Məcəlləsinin 120.2.4 və 29, 120.2.7-ci maddələrindən həmin Məcəllənin 120.2.4, 29, 120.2.4 və 29, 120.2.7-ci maddələrinə tövsif edilmişdir. İstintaq zamanı götürülmüş 12 kalibrli “Derya Lion” markalı 12-1452 nömrəli ov tüfəngi, 1 ədəd 12 kalibrli patron, 3 ədəd giliz, 25 ədəd qırma və 2 ədəd plastik tıxac maddi sübut kimi tanınmış və saxlanılması üçün Masallı RPŞ-nə göndərilməsi nəzərə alınmışdır. İstintaq zamanı götürülmüş 3 ədəd qanabənzər nümunələr, Təqsirləndirilən şəxs məxsus qısaqol kofta, boz rəngli idman şalvarı, “Samsung S23” markalı mobil telefon, mərhum X3 məxus yarımqol köynək, büsqalter, sarımtıl boz rəngli şalvar, qara rəngli trusik, 1 cüt qara rəngli sandalet ayaqqabı, “İphone 11” markalı mobil telefon, Zərərçəkmiş şəxs2 məxsus cins şalvar, qara rəngli büsqalter, boz rəgli trusik, 1 cüt ağ rəngli corab, 1 cüt idman ayaqqabısı, Zərərçəkmiş şəxs1 məxsus qısaqol köynək, boz rəngli şalvar, ağ-çəhrayımtıl rəngli trusik, qara rəngli büsqalter, 1 cüt boz rəngli corab, Zərərçəkmiş şəxs3 məxsus qısaqol köynək, tünd göy rəngli, belində qara rəngli kəmər olan cins şalvar, 1 ədəd micro kart maddi sübut kimi tanınmış və saxlanılması üçün Masallı rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Hadisənin video görüntülərini əks etdirən 1 ədəd, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində ifadəsi yerində yoxlanılan zaman lentə alınmış video görüntüləri özünə əks etdirən 1 ədəd, zərərçəkmiş şəxs Arzu Məmmdəovanın dindirilməsi zamanı lentə alınmış video görüntüləri özünə əks etdirən 1 ədəd, tədqiqat üçün nümunələrin götürülməsi zamanı lentə alınmış video görüntüləri özünə əks etdirən 1 ədəd, ümumilikdə 4 ədəd DVD disklər istintaq hərəkəti protokollarına əlavələr kimi cinayət işinin materiallarına əlavə edilmişdir. Zərərçəkmiş şəxs3 məxsus “Changan Qyuan a05” markalı, **-QR-*** dövlət nömrə nişanlı avtomaşına dəymiş ziyanla bağlı Cinayət Məcəlləsinin 186-cı maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığına görə Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Meyitə baxış zamanı götürülmüş mərhum Aybəniz Məmmədovaya məxsus 2 ədəd sarı rəngli metaldan olan üzük, 1 ədəd sarı rəngli qaşsız klonabənzər əşya, Zərərçəkmiş şəxs3 məxsus avtomaşına baxış keçirilən zaman Aybəniz Məmmədovaya məxsus 1 ədəd çantanın içərisində olan əşyalarla birlikdə, Masallı RMX PHŞ-dən götürülmüş Zərərçəkmiş şəxs2 və Aybniz Məmmədovaya məxsus 3 cüt qızılı rəngli metaldan sırğa, 2 ədəd qızılı rəngli metaldan bilərzik, 1 ədəd qızılı rəngli metaldan boyunbağı, 1 ədəd parça materialdan hazırlanmış biləkliyin istintaq dövründə ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi Nazlı Məmmədova və zərərçəkmiş şəxs Aysu Məmmədovaya təhvil verilmələri nəzərə alınmışdır.(cild 3. i.v.16-52) -“təqsirləndirilən şəxs qismində cəlb olunmuş şəxsə yenidən ittiham elan etmək haqqında” 16 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilərək o, Cinayət Məcəlləsinin 120.2.4, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir.(cild 3. i.v.53-55) Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə elan olunmuş ittihamlar düzgün tövsif edilmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Prosessual Məcəllənin 139-cu maddəsi bu normada göstərilmiş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli qərarının 8ci bəndində göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi ilə zərərçəkmişin xüsusi amansızlıqla həyatdan məhrum edilməsi əhatə olunmuşdur. Yəni sözügedən tövsifedici əlamətin təqsirkarın əməlinə şamil edilməsi üçün buna münasibətdə onun birbaşa və ya dolayı qəsdi müəyyən edilməlidir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və sair.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Ümumi təhlükəli üsulla adam öldürmə cinayətində təqsirkar hər hansı şəxsi öldürmək istərkən şüurlu surətdə elə vasitə seçir ki, bu vasitə nəinki zərərçəkmişin, həmçinin başqalarının (heç olmasa bir nəfərin) da həyatı üçün təhlükəli olur. Təqsirkar ümumi təhlükəli üsulla zərərçəkmişi öldürərkən başqa şəxsi də həyatdan məhrum etmişsə onun əməli Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə yanaşı, 120.2.7ci maddəsi ilə, belə şəxslərin səhhətinə zərər vurmuşsa zərərin dərəcəsindən asılı olaraq sağlamlığa zərər vurmağa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə də tövsif edilməlidir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli qərarının 11-ci bəndində göstərilmişdir ki, təqsirkar iki və ya daha çox şəxsi öldürməyə görə Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi ilə o vaxt məsuliyyət daşıya bilər ki, o, eyni bir hərəkətlə iki və ya daha çox şəxsi qəsdən (istər birbaşa, istərsə də dolayı qəsdlə) öldürsün və yaxud onun iki və ya daha çox şəxsin öldürülməsinə yönələn müxtəlif hərəkətləri vahid qəsdlə əhatə olunsun və bir qayda olaraq eyni vaxtda törədilmiş olsun. Belə tövsifedici əlamətlə müşayiət edilən cinayət ayrı-ayrı vaxtlarda törədilən əməllərdən də təşkil oluna bilər, bu şərtlə ki, təqsirkarın iki və ya daha çox şəxsi öldürməkdən ibarət qəsdi əvvəlcədən, yəni birinci əməlin icra olunmasına başlananadək və yaxud birinci əməlin icra edilməsi prosesində, hər bir halda birinci zərərçəkmiş şəxsin həyatdan məhrum edilməsinədək yaranmış olsun. Bir nəfərin öldürülməsi və digər şəxsin həyatına sui-qəsd edilməsi iki nəfərin öldürülməsindən ibarət başa çatmış cinayət kimi tövsif edilə bilməz. İkinci şəxsin öldürülməsi təqsirkarın iradəsindən asılı olmayan səbəbdən həyata keçmədiyinə görə belə hallarda onun əməli Cinayət Məcəlləsinin 120.1 yaxud 120.2-ci və 29, 120.2.7-ci maddələri ilə tövsif edilməlidir. Qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən baş vermir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs odlu silahdan üç dəfə açdığı atəş nəticəsində Aybəniz Məmmədovanı xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən öldürmüş, öz iradəsindən asılı olmayan səbəblərdən niyyətini başa çatdıra bilməyərək Arzu və Zərərçəkmiş şəxs2ları və Zərərçəkmiş şəxs3 xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən öldürmək, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayət qanununun başlıca prinsiplərindən olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. Qanunçuluq prinsipinin mahiyyəti cinayət qanununun tətbiqi ilə bağlı hüquqtətbiqedən orqanın fəaliyyətinin yalnız qanuna əsaslanmasından və qanun əsasında həyata keçirilməsindən, eləcə də əməlin cinayət sayılması və belə əməli törədən şəxsin təqsirli hesab edilməsi və onun barəsində cəzanın tətbiqinə yalnız cinayət qanunu əsasında yol verilməsindən ibarətdir. Eyni zamanda, şəxsin cinayət tərkibi yaradan ictimai-təhlükəli əməli törətməsinin onun cinayət məsuliyyətinin əsaslarını yaratması, əməlin cinayət sayılması və cəzalanmalı olmasının yalnız cinayət qanunu ilə müəyyən edilməsi qanunçuluq prinsipinin təmin edilməsinin əsas üsullarındandır. Cinayət qanununun prinsiplərinin sabitliyi onların xarakterik cəhətidir. Bununla belə, cəmiyyətin inkişafı bu prinsiplərin məzmununu dərinləşdirir, nəticədə onlar cinayət hüququnda daha əhatəli əksini tapmış olur. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Cinayət Prosessual Məcəllənin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Cinayət Prosessual Məcəllənin 144-146cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə təqsirli bilinməsi işin müəyyən edilmiş hallarına uyğun olmaqla yanaşı cinayət və cinayət-prosessual qanunların normalarının tələblərinə də tam cavab verən hüquqi və obyektiv nəticədir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(cild 2,i.v.125) -Masallı Rayon İcra Hakimiyyəti Başçısının Təklə kənd İnzibati-Ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 22 iyul 2025-ci il tarixli arayışlar və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Xoşçobanlı kəndində qeydiyyatda olmaqla orada yaşamış, “X21”nin iştirakçısı olmaqla müharibə veteranıdır, 08 yanvar 2020-ci il təvəllüdlü Mələk Zərbəliyeva, 06 avqust 2022-ci il tarixli Şahid2 adlı azyaşlı uşaqları var, yaşayış yeri üzrə müsbət xarakteri olunur.(cild 2,i.v.102-103) -Masallı Rayon İcra Hakimiyyəti Başçısının Təklə kənd İnzibati-Ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 14 oktyabr 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 08 yanvar 2020-ci il təvəllüdlü Mələk Zərbəliyeva və 06 avqust 2022ci il tarixli Şahid2 adlı azyaşlı uşaqları sonuncunun atası Şahid2 himayəsində olmaqla Masallı rayonu, Xoşçobanlı kəndində yaşayır.(cild 2,i.v.203) -Masallı RPŞ-nin 18 aprel 2022-ci il tarixli əmrindən görünür ki, Təqsirləndirilən şəxs Masallı RPŞ-in Post-patrul xidməti bölüyünün 1-ci tağımının, 3-cü manqasının polis nəfəri vəzifəsinə təyin olunmuşdur.(cild 2,i.v.130-131) -Masallı RPŞ-nin 26 iyun 2025-ci il tarixli əmrindən görünür ki, Təqsirləndirilən şəxs öz arzusu ilə Masallı RPŞ-in Post-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsindən azad olunmuşdur.(cild 2,i.v.129) Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı “Asan Xidmət” mərkəzi nümayəndəsinin 05 noyabr 2025-ci il tarixli elektron arayışından və Təqsirləndirilən şəxs adına olan SX №0357200 nömrəli hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs 26 yanvar 20117-ci il tarixdən 26 iyul 2018-ci il tarixədək həqiqi hərbi xidmətdə, 29 sentyabr 2020-ci il tarixdən 11 yanvar 2021-ci il tarixədək isə hərbi xidmətdə olmuşdur. Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanladığı 16 dekabr 2025-ci il tarixli ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayəti və tələbi olmadığını bildirmiş, lakin ağır cəza təyin olunmasını xahiş etmişdir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olması, 59.1.10-cu maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna alması, 59.1.12-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs3 ilə barışıq əldə edilməsi, “X21”ndə və “Antiterror Əməliyyatların”da iştirak etməsi Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallardır. Məhkəmə tərkibi tərəfindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün və konstitusiya qurluğunun qorunması məqsədilə aparılmış “X21”ndə, eləcə də sonradan icra edilmiş antiterror əməliyyatlarında bilavasitə iştirak etmişdir. Təqsirləndirilən şəxs qeyd olunan hərbi əməliyyatlarda iştirakı onun dövlət və xalq qarşısında xüsusi xidmətlərinin olmasını, vətənpərvərlik mövqeyini, yüksək vətəndaşlıq məsuliyyətini və ictimai faydalı davranışını sübut edən mühüm hüquqi əhəmiyyətli hal kimi qiymətləndirilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməllər xüsusilə ağır cinayətlər, yəni ömürlük və ya uzunmüddətli azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulan cinayətlər kateqoriyasına aid edilsə belə, bu hal cəzanın avtomatik olaraq maksimal həddə və ya müstəsna ağır formada təyin edilməsi üçün yetərli əsas hesab edilə bilməz. Cinayət hüququnun əsas prinsiplərinə uyğun olaraq, xüsusilə cəzanın fərdiləşdirilməsi, ədalətlilik və humanizm prinsipləri tələb edir ki, cəza təyin edilərkən yalnız törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsi deyil, eyni zamanda təqsirləndirilən şəxsin şəxsiyyəti, həyat yolu, əvvəlki davranışı və cəmiyyət qarşısında xidmətləri də kompleks şəkildə qiymətləndirilsin. Təqsirləndirilən şəxs real döyüş və yüksək risk şəraitində könüllü şəkildə həyatını və sağlamlığını təhlükə altına qoyaraq dövlətin təhlükəsizliyinin təmin olunmasında iştirak etməsi onun şəxsiyyətində müsbət sosial yönümlü dəyərlərin mövcud olduğunu, cəmiyyət və dövlət üçün faydalı olmaqla potensialını, habelə islah olunmaq imkanlarının tam tükənmədiyini göstərir. Bu hallar Təqsirləndirilən şəxs sosial təhlükəlilik dərəcəsinin mütləq və dəyişməz olmadığını, cinayətin ağırlığına baxmayaraq, cəzanın məqsədlərinə daha yüngül cəza növü və ya daha aşağı həddə cəza təyin etməklə də nail olunmasının mümkünlüyünü təsdiq edir. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs şəxsiyyətini müsbət xarakterizə edən bu hallar yüngülləşdirici hal kimi nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, göstərilən halların kompleks şəkildə mövcudluğu Təqsirləndirilən şəxs barəsində cəza təyin edilərkən ömürlük azadlıqdan məhrumetmə cəzasının tətbiqindən imtina edilməsinə, son həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməməsinə, habelə cəzasının ilk dörd ilini həbsxanada çəkməsindən imtina edilməsinə hüquqi əsas yaradır. Bu yanaşma cəzanın qanunauyğunluq, ədalətlilik və hümanizm prinsiplərinə tam uyğun olacaqdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını cinayətin odlu silahdan istifadə etməklə törətməsi cəzasını ağırlaşdıran haldır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı da bu mövqedən çıxış edir. Həmin qərarın 1-ci maddəsində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanunun ədalət prinsiplərindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli, 415 saylı qərarının 45-ci bəndində göstərilir ki, məhkəmələr cəza təyini zamanı həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanı onun islah olunmasına və ailəsini həyat şəraitinə təsirini nəzərə almalıdır. Avropa İnsan hüquqları məhkəməsi özünün bir çox qərarlarında (Delkourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-cil tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X25rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi aydın görünməlidir”. Bundan başqa, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli Azərbaycan Respublikası Qanunun 3cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsininn 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, istənilən məhkəmə aktının qanuni və əsaslı həll edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi aydın görülməlidir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 60.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. Təqsirləndirilən şəxs cəza təyin olunan zaman Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq olunmamalıdır. Cinayət Məcəlləsinin 63.3-cü maddəsində göstərilmişdir ki, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 63.4-cü maddəsində göstərilmişdir ki, cinayətə hazırlığa və ya cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduğu hallarda başa çatmamış cinayətə görə belə cəza növü təyin edilə bilməz. Belə hallarda təqsirkara yalnız Cinayət Məcəlləsinin 63.2 və 63.3-cü maddələrində göstərilən hədlər daxilində azadlıqdan məhrumetmə cəzası təyin edilə bilər. Cinayətə hazırlığa və cinayətə cəhdə görə cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, bu zaman təyin olunası cəza müddəti Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az ola bilər. Bu səbəbdən də belə hallarda Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Cəzalar Cinayət Məcəlləsinin 63.2 və 63.3-cü maddələrilə müəyyən edilən qaydalara əsasən təyin edildikdə bu, hökmün təsviriəsaslandırıcı hissəsində əsaslandırılmalıdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4-ci maddəsi ilə yanaşı Cinayət Məcəlləsinin 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə təqsirli bilinməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 15-ci bəndində göstərilmişdir ki, başa çatmış və başa çatmayan cinayətlərin çoxluğu cinayətlərin təkrar törədilməsi əlaməti üzrə Cinayət Məcəlləsinin bir maddəsi ilə deyil, başa çatmayan və başa çatmış cinayətlərin məcmusu kimi tövsif edildiyi, yəni başa çatmış və başa çatmayan cinayətlərin istər real, istərsə də ideal məcmusu olduğu hallarda təqsirkar şəxsə cəza da cinayətlərin məcmusuna görə cəzaların təyin edilməsi qaydalarına riayət olunmaqla təyin olunmalı, yəni Cinayət Məcəlləsinin 66.1-ci maddəsi tələb etdiyi kimi əvvəlcə cinayətlərin məcmusuna daxil olan hər bir cinayətə, o cümlədən başa çatmış və Cinayət Məcəlləsinin 66-cı maddəsinin müəyyən etdiyi hədlər daxilində başa çatmayan cinayətə görə ayrı-ayrılıqda cəzalar təyin edilməli və daha sonra məcmuya daxil olan cinayətlərin təsnifatından asılı olaraq Cinayət Məcəlləsinin 66.2 və yaxud 66.3-cü maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu üzrə qəti cəzanın müddəti və ya həcmi müəyyən olunmalıdır. Başa çatmış və başa çatmayan cinayətlərin məcmusu üzrə birbaşa vahid cəzanın təyin edilməsi cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsi qaydalarına zidd olmaqla yanaşı həm də ona görə yolverilməzdir ki, başa çatmayan cinayətlərə görə cəzanın Cinayət Məcəlləsinin 63-cü maddəsinə müvafiq olaraq təyin edilməli olmasını, yəni həmin maddəyə görə məcmuya daxil olan başa çatmayan və başa çatmış cinayətlər üzrə sanksiyaların fərqli olduğunu nəzərə almır. Cinayət Məcəlləsinin 66.3-cü maddəsində göstərilmişdir ki, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs bir neçə cinayəti törətməkdə təqsirli bilindiyi üçün ona Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən (xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu 29 iyun 2025-ci il tarixdən hesablanmalı, Masallı Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 4 (050)-47/2025 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə tərkibi bildirir ki, azadlıqdan məhrum etmə cəzasının icrası yalnız cəmiyyətin qorunması məqsədi daşımamalı, eyni zamanda məhkumun insan ləyaqətinə hörmət, islah olunma və cəmiyyətə yenidən inteqrasiya imkanlarına real və effektiv şəkildə təmin etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi dəfələrlə vurğulaşmışdır ki, uzunmüddətli azadlıqdan məhrumetmə cəzası çəkən şəxslərə tətbiq olunan həbsxana rejimi Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinin-işgəncələr, qeyri-insani və ləyaqəti alçaldan rəftarın qadağan olunması prinsipinin tələblərinə uyğun olmalıdır. Məhkəmənin mövqeyinə görə, məhkumun uzun müddət daimi və sərt rejimdə saxlanılması, sosial təcrid, məhdud ünsiyyət imkanları, məqsədiz və perspektivsiz cəza icrası, eləcə də rejimin avtomatik və fərdi qiymətləndirmə aparılmadan tətbiqi qeyri-insani və ləyaqəti alçaldan rəftar kimi qiymətləndirilə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi xüsusilə vurğulayır ki, həbsxana rejimi statik deyil, dinamik və mərhələli (progressiv) xarakter daşımalı, məhkumun davranışı, islah olunma səyləri və fərdi xüsussiyyətləri nəzərə alınmaqla zamanla yumşaldılma imkanlarını özündə etiva etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi hesab edir ki, xüsusilə ağır cinayətlər törətmiş şəxslərə yalnız törədilmiş əməlin ağırlığına əsaslanaraq daimi sərt rejimdə saxlanıla bilməz. Uzunmüddətli azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərə münasibətdə həbsxana rejimi insan ləyaqətinə hörmət, islah olunma imkanı, mərhələli yumşalma və real perspektiv prinsipləri üzərində qurulmalı, bu tələblərin təmin edilməməsi isə Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinin pozuntusu kimi qiymətləndirilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə tərkibi hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut qismində tanınmış və Masallı Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd 12 kalibrli “Derya Lion” markalı 12-1452 nömrəli ov tüfəngi, 1 (bir) ədəd 12 kalibrli patron, 3 (üç) ədəd giliz, 25 (iyirmi beş) ədəd qırma və 2 (iki) ədəd plastik tıxac hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməli, Masallı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 3 (üç) ədəd qanabənzər nümunələr, Təqsirləndirilən şəxs məxsus qısaqol kofta, boz rəngli idman şalvarı, zərərçəkmiş şəxs Aybəniz Məmmədovaya məxus yarımqol köynək, büsqalter, sarımtıl boz rəngli şalvar, qara rəngli trusik, 1 (bir) cüt qara rəngli sandalet ayaqqabı, zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus cins şalvar, qara rəngli büsqalter, boz rəgli trusik, 1 (bir) cüt ağ rəngli corab, 1 (bir) cüt idman ayaqqabısı, Zərərçəkmiş şəxs1 məxsus qısaqol köynək, boz rəngli şalvar, ağ-çəhrayımtıl rəngli trusik, qara rəngli büsqalter, 1 (bir) cüt boz rəngli corab, zərərçəkmiş şəxs Fəman Qarayevə məxsus qısaqol köynək, tünd göy rəngli, belində qara rəngli kəmər olan cins şalvar və 1 (bir) ədəd micro kart hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinin materiallarına əlavə olunmuş hadisənin video görüntülərini əks etdirən 1 (bir) ədəd, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində ifadəsi yerində yoxlanılan zaman lentə alınmış video görüntüləri özünə əks etdirən 1 (bir) ədəd, Zərərçəkmiş şəxs1 dindirilməsi zamanı lentə alınmış video görüntüləri özünə əks etdirən 1 (bir) ədəd, tədqiqat üçün nümunələrin götürülməsi zamanı lentə alınmış video görüntüləri özünə əks etdirən 1 (bir) ədəd, ümumilikdə 4 (dörd) ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs məxsus “Samsung S23” markalı mobil telefon yaxın qohumlarına və zərərçəkmiş şəxs Aybəniz Məmmədovaya məxus “İphone 11” markalı mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi Nazlı Məmmədovaya qaytarılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 192 (bir yüz doxsan iki) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 192 (bir yüz doxsan iki) manat pul məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 132, 346, 351-353, 356- 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 29,120.2.4 və 29,120.2.7-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə 16 (on altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 29 iyun 2025-ci il tarixdən hesablansın. Masallı Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 4 (050)-47/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut qismində tanınaraq Masallı Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd 12 kalibrli “Derya Lion” markalı 12-1452 nömrəli ov tüfəngi, 1 (bir) ədəd 12 kalibrli patron, 3 (üç) ədəd giliz, 25 (iyirmi beş) ədəd qırma və 2 (iki) ədəd plastik tıxac hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut qismində tanınaraq Masallı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 3 (üç) ədəd qanabənzər nümunələr, Təqsirləndirilən şəxs məxsus qısaqol kofta, boz rəngli idman şalvarı, mərhum X3 məxus yarımqol köynək, büsqalter, sarımtıl boz rəngli şalvar, qara rəngli trusik, 1 (bir) cüt qara rəngli sandalet ayaqqabı, Zərərçəkmiş şəxs2 məxsus cins şalvar, qara rəngli büsqalter, boz rəgli trusik, 1 (bir) cüt ağ rəngli corab, 1 (bir) cüt idman ayaqqabısı, Zərərçəkmiş şəxs1 məxsus qısaqol köynək, boz rəngli şalvar, ağ-çəhrayımtıl rəngli trusik, qara rəngli büsqalter, 1 (bir) cüt boz rəngli corab, Zərərçəkmiş şəxs3 məxsus qısaqol köynək, tünd göy rəngli, belində qara rəngli kəmər olan cins şalvar və 1 (bir) ədəd micro kart hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə olunmuş hadisənin video görüntülərini əks etdirən 1 (bir) ədəd, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində ifadəsi yerində yoxlanılan zaman lentə alınmış video görüntüləri özünə əks etdirən 1 (bir) ədəd, Zərərçəkmiş şəxs1 dindirilməsi zamanı lentə alınmış video görüntüləri özünə əks etdirən 1 (bir) ədəd, tədqiqat üçün nümunələrin götürülməsi zamanı lentə alınmış video görüntüləri özünə əks etdirən 1 (bir) ədəd, ümumilikdə 4 (dörd) ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məxsus “Samsung S23” markalı mobil telefon onun yaxın qohumlarına və zərərçəkmiş şəxs X3 məxus “İphone 11” markalı mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi X15 hökm qanuni qüvvəyə mindikdən sonra qaytarılsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 192 (bir yüz doxsan iki) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-523/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-523/2025
19.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver