Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-524/2024 02.08.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxx 1965-ci il tarixdə Əli Bayramlı şəhərində doğulmuş, evli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işsiz, məhkumluğu olmayan, Şirvan şəhəri, Təqsirləndirilən şəxs küçəsi ev 38-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda, yəni 11,371 qram narkotik vasitə heroini və külli miqdarda, yəni 6,377 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, 11,371 qram narkotik vasitə heroini 12 ədəd bükümə və 6,377 qram psixotrop maddə metamfetamini 14 ədəd bükümə ayırmaqla yaşadığı Şirvan şəhəri, Təqsirləndirilən şəxs küçəsi 38 saylı ünvanda yerləşən fərdi yaşayış evinə daşımaqla saxlamış, Şirvan şəhər PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 15 yanvar 2024-cü il tarixdə saat 19:41-dən saat 20:30-dək olan müddət ərzində yaşadığı şəhərin Təqsirləndirilən şəxs küçəsi 38 saylı ünvanda yerləşən fərdi yaşayış evində keçirilmiş baxış zamanı evin yataq otağında olan stolun üzərindən 12 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,433 qr, 0,437 q, 0,456 qr, 0,439 qr, 0,446 qr, 0,455 qr, 0,440 qr, 0,441 qr, 0,450 qr, 0,442 qr, 0,428 qr, 6,504 qr, ümumi təmiz çəkisi 11,371 qram kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin və 14 ədəd şəffaf polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 1,168 qr, 0,394 qr, 0,398 qr, 0,405 qr, 0,434 qr, 0,424 qr, 0,409 qr, 0,367 qr, 0,409 qr, 0,394 qr, 0,390 qr, 0,371 qr, 0,394 qr, 0,420 qr, ümumi çəkisi 6,377 qram kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib törətdiyi cinayət əməlinə görə peşman olduğunu, iş üzrə ibtidai istintaq zamanı ifadə verdiyini və həmin ifadələrini təsdiq etdiyini bildirib ifadə verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdiyi üçün Azərbaycan Respublikası CPM-nin 327.1.1-ci maddəsinə əsasən (təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdikdə onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan oluna bilər) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmədə elan olunmaqla tədqiq olunmuşdur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 14 yanvar 2024-cü il tarixdə saat təxminən 21 radələrində mobil telefonunda olan “Watshapp” sosial şəbəkəsi vasitəsi ilə İran İslam Respublikası vətəndaşı Həmid adlı şəxslə ona məxsus +98 936 806 38 64 saylı nömrəsi ilə danışan zaman sonuncudan narkotik vasitə və psixotrop maddə almaq istədiyini bildirmiş, həmin şəxsdə ona demişdir ki, ona məxsus kart hesabına 900 manat pul göndərsin, oda ona narkotik vasitə və psixotrop maddə verəcəkdir. Sonra Həmid adlı şəxs ona məxsus kart hesabını ona göndərmiş, oda həmin kart hesabına 900 manat pulu “Dəniz” marketdə olan terminaldan göndərmiş və qəbzi ona yollamışdır. Sonra Həmid demişdir ki, narkotik vasitəni və psixotrop maddəni Bakı şəhəri, Nizami rayonunda dayancağın yanına qoyacaqdır, o, ora gedəndə ona xəbər etsin, oda malı ora qoysun. 15 yanvar 2024-cü il tarixdə saat 11 radələrində o, yol maşını ilə Bakı şəhərinə getmiş, Nizami rayonuna gəlmiş, Həmidə zəng edərək, dediyi ünvanda olduğunu bildirmiş, o da ona demişdir ki, ondan xəbər gözləsin. Bir neçə dəqiqə sonra Həmid ona zəng edərək, narkotik vasitə və psixotrop maddənin yerini göstərmişdir. Oda onun dediyi yerdən 1 ədəd sarı rəngli sellofan torbada olan narkotik vasitə və psixotrop maddəni götürüb və oradan bir başa yol maşını ilə Şirvan şəhərinə evinə gəlmişdir. Sonra sellofan torbanı açıb içərisində baxdıqda, içərisində 1 ədəd bükümdə narkotik vasitə heroin və 1 ədəd bükümdə psixotrop maddə metamfetamin olmasını görmüşdür. Sonra o, həmin sellofan bükümlərdə olan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini istifadə etmək üçün xırda bükümlərə ayırmışdır. 15 yanvar 2024-cü il tarixdə saat 19 radələrində yaşadığı ünvanda olarkən polis əməkdaşları yaşadığı ünvana gəlmiş və evinə baxış keçirəcəklərini bildirmişlər. Oda etiraz etməmişdir. Bundan sonra videoçəkiliş vasitəsi ilə evinə baxış keçirilmiş, baxış zamanı ona verilən şifahi suallara cavab olaraq, yaşadığı evdə yataq otağında narkotik vasitə və psixotrop maddə saxladığını bildirmiş və könüllü olaraq təqdim edə biləcəyini demişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə yataq otağına gəlmiş, orada o, stolun üzərində olan 14 ədəd bükümdə olan psixotrop maddə metamfetamini, 11 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini, 1 ədəd kağız bükümdə olan narkotik vasitə heroini, 2 ədəd kalçuk qabda olan çətənə kolunu və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Təqdim etdiyi kültələr ayrı-ayrılıqda qablaşdırılmış və ona aid 2 ədəd “İNOİ” və “YEZZ” və 1 ədəd Samsung markalı mobil telefonu götürülmüşdür. Həmin vaxt o, qablaşdırmada iştirak etmiş və imza etmişdir. Bundan sonra müvafiq protokol tərtib edilmiş, oda protokolla tanış olduqdan sonra iştirakçılarla bərabər protokola imza etmişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmişdir. Polis şöbəsinin İstintaq bölməsində olarkən müdafiəçinin iştirakı ilə üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmış, lakin üzərindən heç bir qanunla qadağan olmuş əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs ifadəsini təsdiq etdiyini bildirmişdir. Daha sonra verilmiş suallara cavab verərkən Təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin tərəfindən bükümlərə ayrılmadığını, əvvəlcə polis əməkdaşları evinə girib həmin predmetləri stolun üzərinə qoyub, daha sonra evdən çıxıb yenidən çəkilişlə qapı döyəcəklərini, onun isə qapını gəlb açacağını bildirmişlər, özü də polis əməkdaşları ilə razılaşmışdır. Çəkilişlə evinə girərkən isə içəridə qapının arxasında bir polis əməkdaşının olduğunu və əli ilə ona susması barədə işarə etdiyini, predmetlərin isə stolun üstündə bükümlərə bölündüyünü, elektron tərəzini isə qızıl çəkmək məqsədilə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə, eləcədə iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilən özünün səmimi etirafı ilə mübahisəsiz qaydada sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə icraatına Təqsirləndirilən şəxs Şirvan şəhərində Demanlı adlanan hissədə yaşadığı evdə və üzərində qanunsuz yolla əldə etdiyi, narkotik vasitə saxlamaqda, istifadə etməkdə, satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd olunan məlumatın yoxlanılması məqsədilə tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və həmin qərarın icrası ilə bağlı əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin günü əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, Təqsirləndirilən şəxs küçəsi, ev 38-ə getmişlər. Həmin küçədə yerləşən 38 nömrəli fərdi yaşayış evinin dəmir qapısı baş müstəntiq Əhməd Baloğlanov tərəfindən döyülmüş və bu zaman qapını Təqsirləndirilən şəxs açmış və baş müstəntiq Əhməd Baloğlanov tərəfindən Təqsirləndirilən şəxs çölə dəvət olunduqdan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə saxlamağına dair məlumat daxil olmasını və evinə polis əməkdaşlarının iştirakı ilə baxış keçirilməsi bildirildikdən polis əməkdaşları və o, özlərini təqdim etdikdən sonra etirazının olub-olmaması soruşulmuş, sonra evinə baxış keçirilməsinə etirazının olmaması barədə Təqsirləndirilən şəxs ərizə ilə müraciət etdikdən sonra evə daxil olub videoçəkilişlə baxış keçirmişlər. Baxış zamanı evin yataq otağındakı stolun üzərində 14 ədəd sellofan kəsiyində psixotrop maddə metamfetamin 11 ədəd narkotik vasitə heroin 1 ədəd açıq vəziyyətdə kağız kəsiyində olan narkotik vasitə heroin, iki ədəd çətənə bitkisi və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs orada hər şeyi səmimi etiraf etmiş, daha sonra müvafiq qaydada sənədləşmə aparılmış və birlikdə şöbəyə gəlmişlər. Şöbədə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya və ya vasitə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs narkotikləri iranlıdan aldığını bildirib, ona qarşı heç bir təzyiq və təsir olunmayıb, yaşlı adamdır, buna isə ümumiyyətlə nə səlahiyyətləri, nə də ki, tərbiyələri yol verməz. Narkotiklər necə var elə də aşkar edilib, baxışdan əvvəl onun evinə daxil olmayıblar, belə hallara yol verilməyib. Hətta baxış zamanı Cəfərov bildirmiş ki, “bir həftəyə ya qızımı ya da arvadımı öldürəcəkdim, yaxşıki məni tutduz”. Məhkəmə iclasında Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Şirvan ŞPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2024-cü il tarixli “Raport”undan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz yolla əldə etdiyi, narkotik vasitə saxlamaqda, istifadə etməkdə, satışı ilə məşğul olması barədə əməliyyat marağı kəsb edən məlumat daxil olmuşdur. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 3) İşdə olan, «təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2024-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Şirvan ŞPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 4-5) İşdə olan, xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs tərəfindən yazılmış ərizədən görünür ki, yaşadığı evə baxış keçirilməsinə etirazı yoxdur. (c İ, i.v 10) İşdə olan, xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokolundan və videoçəkilişdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı evdə baxış və götürmə aparılan zaman onun yaşadığı evin yataq otağında, masanın üzərindən narkotik vasitə heroin, psixotrop maddə metamfetamin, iki ədəd çətənə kolu, mobil telefonlar və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Ona görə də Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə yaşadığı evin yataq otağında, masanın üzərindən narkotik vasitə heroin, psixotrop maddə metamfetamin, iki ədəd çətənə kolu, mobil telefonlar və bir ədəd elektron tərəzinin aşkar olunmamasını özündə əks etdirən 1 ədəd disk protokola əlavə edilmişdir. (c İ, i.v 10-13) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə saat 21:25-də şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 27) İşdə olan, materialların məhkəmə və məhkəmə bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 18/59-18/60 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 11 ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri-0433 qram, 0,437 qram, 0,456 qram, 0,439 qram, 0,446 qram, 0,455 qram, 0,440 qram, 0,441 qram, 0,450 qram, 0,442 qram, 0,428 qram, ümumi təmiz çəkisi-4,867 qram olan maddələr kustar üsulla hazırlanmış, narkotik vasitə heroindir. 2.Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd ağ rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi-6,504qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 3.Tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 14 ədəd şəffaf polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri-1,168 qram, 0,394 qram, 0,398 qram, 0,405 qram, 0,434 qram, 0,424 qram, 0,409 qram, 0,367 qram, 0,409 qram, 0,394 qram, 0,390 qram, 0,371 qram, 0,394 qram, 0,420 qram, ümumi təmiz çəkisi-6,377 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 4.Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə-heroinin və psixotrop maddə metamfetamin izləri vardır, iz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən(elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) onların miqdaını və digər maddələrlə eyniliyi müəyyən etmək mümkün deyildir. 5.Tədqiqata təqdim olunmuş “...Təqsirləndirilən şəxs yaşadığı...” sözləri yazılmış və imzalar olan kağız paketdəki cəmi 2 ədəd,nəm vəziyyətdə, ümumi çəkisi 0,44 qram olan bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Tədqiqata təqdim olunmuş cəmi 12 ədəd bükümdə ümumi çəkisi- 11,371 qram olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Tədqiqata təqdim olunmuş cəmi 14 ədəd bükümdə ümumi çəkisi-6,377 qram olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Heroinin təmiz çəkisi-11,371 qr, tədqiqata sərf edildi-0,6 (hər ob-0,05 qr), qalıq-10,771 qr. Metamfetamin təmiz çəkisi-6,377 qr, tədqiqata sərf edildi-0,7 qr (hər ob-0,05), qalıq-5,677 qr. Aparılmış ekspertiza tədqiqatının dəyəri 99,48 manat təşkil edir. (c İ, i.v 41-44) İşdə olan, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(032)-14/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 15 yanvar 2024-cü il tarixdən hesablanmışdır. (c İ, i.v 65-72) İşdə olan, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(032)-15/2024 saylı qərarından görünür ki, Şirvan şəhər Polis şöbəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 “Təxisalınmaz əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında” 15 yanvar 2024-cü il tarixli qərarında nəzərdə tutulmuş Şirvan şəhəri, Təqsirləndirilən şəxs küçəsi ev 38 ünvanında yerləşən fərdi yaşayış evinə qanunverilcilikdə nəzərdə tutulmuş qaydada baxış keçirilməsi hissəsində qanuni hesab edilmişdir. (c İ, i.v 86-87) İşdə olan, «Şirvan Şəhər Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 18-1-35/2-139/2024 nömrəli məktubundan görünür ki, Şirvan şəhəri, Təqsirləndirilən şəxs küçəsi, ev 38-də qeydiyyatda Təqsirləndirilən şəxs Şirvan ŞMX-nın narkoloji kabinetində “narkoloji maddələrdən istifadə nəticəsində Narkomaniya xəstəliyi aşkar olunub” bu səbəbdəndə narkoloji kabinetdə qeydiyyatdadır. Ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. (c İ, i.v 88) İşdə olan, Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilmiş, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 234.2, 132, 66.3 və 68.2-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrum etmə və 100 manat cərimə cəzasına məhkum edilmişdir.xx.xx.2014-cü ildə cəzasının sonu ilə azad edilib. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. (c İ, i.v 106-107) İşdə olan, xx.xx.2024-cü il tarixli Şirvan ŞİHB-nın 1 X7 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış, xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs A. Cəfərov küçəsi, ev 38 ünvanında yaşayır, onun barəsində nümayəndəliyə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. (c İ, i.v 108-109) İşdə olan, xx.xx.2024-cü il tarixli, 30 nömrəli tibbi ekspertizanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilmədi. (c İ, i.v 125- 126) İşdə olan, Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1016 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabionidlərin istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində proilaktik qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 127-128) İşdə olan, Məhkəmə-psixiatriya ekspertizasının xx.xx.2024-cü il tarixli, 608 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəalliyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi mülaicəyə ehtiyacı yoxdur. (c İ, i.v 130-131) İşdə olan, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus 3 ədəd mobil telefon X5 təhvil verilmişdir. (c İ, i.v 139) İşdə olan, 30 aprel 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalan 10,771 qram narkotik vasitə heroinin, qalıq qalmış 5,677 qram psixotrop maddə metamfetamin, 2 ədəd çətənə kolu və bir ədəd elektron tərəzi, video görüntülərin əks olunduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq, narkotik vasitələr, psixotrop maddə, elektron tərəzi Şirvan ŞPŞ-nin saxlanc yerinə verilmiş, 01 ədəd DVD disk cinayət işi materiallarına əlavə edilmişdir. (c İ, i.v 140- 149) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı qismən mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: aşkar edilmiş narkotik vasitələr və psixotrop maddəni satış niyyəti ilə deyil, öz şəxsi istifadəsi üçün əldə etmiş, narkotik vasitə və psixotrop maddə tərəfindən bükümlərə ayrılmamış, elektron tərəzini isə qızıl çəkmək məqsədilə əldə etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin yuxarıda qeyd edilən ifadəsinə münasibət bildirərək qeyd edir ki, təqsirləndirilən şəxsin bu hissədə də söylədikləri həqiqətə uyğun deyil, onun müvafiq ifadə verməsi isə elan olunmuş ittiham üzrə cinayət məsuliyyətinin yüngülləşdirilməsinə hesablanmışdır. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən qanunsuz olaraq əldə etdiyi 12 ədəd bükümdə ümumi təmiz çəkisi 11,371 qram eyni tərkibli narkotik vasitə heroin və 14 ədəd bükümdə ümumi çəkisi 6,377 qram psixotrop maddə metamfetamini yaşadığı evdə stolun üzərində saxlamışdır. Bundan başqa həmin evdə yataq otağında stolun üzərində 01 ədəd elektron tərəzi də aşkar edilərək götürülmüşdür. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır, eyni zamanda təqsirləndirilən şəxsin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri ilə də tam təsdiq edilir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə hesab edilən metamfetamini əldə edərkən, daşıyarkən və yaşadığı evin yataq otağında saxlayarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bu hissədə məhkəmə, təqsirləndirilən şəxsin külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə hesab edilən metamfetamini tədarük etməsini, narkotik vasitə və psixotrop maddənin ayrı-ayrı növlərdə olması, çəkilib ümumilikdə 26 ədəd xırda bağlamalara bükülməsi, bununla yanaşı yaşadığı evdə yataq otağında 01 ədəd elektron tərəzi saxlaması, aşkar edilmiş narkotik vasitə heroinin şəxsi istehlak miqdarından dəfələrlə (təxminən 76 dəfə) çox, psixotrop maddə metamfetaminin isə şəxsi istehlak miqdarından dəfələrlə (təxminən 43 dəfə) çox olması kimi işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də yaşadığı evdən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədi ilə qanunsuz şəkildə əldə etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evdə yataq otağında videoçəkiliş vasitəsilə baxış keçirilərkən işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin istintaq hərəkətində təqsirləndirilən şəxs narkotik vasitə heroinin və pxsixotrop maddə metamfetaminin özünə məxsus olmasını səsli nitqi ilə əsasında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmiş, aşkar edilmiş bükümlərin sayı və çəkisi ilə bağlı heç bir etiraz bildirməmişdir. Daha sonra isə aşkar edilmiş bükümlər müstəntiq tərəfindən tərəflərin iştirakı ilə qablaşdırılmış və üzəri möhürlənmişdir. Məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı ondan aşkar edilmiş kütlələrin tərəfindən xırda bağlamalara bükülməməsi ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə də bildirdikləri həqiqətə uyğun deyil, təqsirləndirilən şəxsin həmin ifadəsi şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 83-cü sətrinə əsasən heroin narkotik vasitə hesab edilir, həmin maddənin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının aşağı həddi 2 qram, xüsusilə külli miqdarının aşağı həddi 800 qramdır. Habelə bu Qanunun İİ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı «Metamfetamin» olan maddə psixotrop maddədir. Metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar, 400 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməsi, qardaşı X2 İ Qarabağ Müharibəsi şəhidi olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını, aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin çəkisini, müxtəlif növlərə aid olmasını, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitə və psixotrop maddənin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Cavad Ağayevin həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 15 yanvar 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Şirvan Şəhər Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 10,771 qram narkotik vasitə heroin və 5,677 qram psixotrop maddə metamfetamin, 02 (iki) ədəd çətənə bitkisi şitili və 01 (bir) ədəd elektron tərəzi məhv edilməli, iş materiallarında olan baxış istintaq hərəkətinin keçirilməsinə dair görüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 99,48 (doxsan doqquz manat, qırx səkkiz qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 15 yanvar 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 10,771 qram narkotik vasitə heroin və 5,677 qram psixotrop maddə metamfetamin, 02 (iki) ədəd çətənə bitkisi şitili və 01 (bir) ədəd elektron tərəzi məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan baxış istintaq hərəkətinin keçirilməsinə dair görüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-99,48 (doxsan doqquz manat, qırx səkkiz qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-524/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-524/2024
02.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver