Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-525/2022 06.10.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1997-ci ildə Saatlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, Saatlı şəhəri, M.Müşfiq küçəsi ev 10-da qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 3270 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək yaşadığı ünvan 1 ünvanında yerləşən evin giriş hissəsindən daxil olduqda sağda yerləşən birinci otaqda taxta dolabın içərisində ayrı-ayrılıqda 1020 qram və 2250 qram olmaqla iki ədəd sintetik torbada saxlamış, 31 yanvar 2022-ci il tarixdə saat 02:00 radələrində onun evində axtarış aparılarkən həmin külli miqdarda narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə marixuanadan ara bir istifadə edir. 31 yanvar 2022-ci il tarixdə gecə saatlarında polis işçilərinin yaşadığı evin həyətinə gəldiklərini görüb qorxaraq qaçıb Bakı şəhərinə getmişdir. Polis əməkdaşları evində axtarış etmiş, guya evindən qurudulmuş narkotik vasitə marixuanna aşkar etmişlər. Halbu ki, evində heç bir narkotik vasitə olmamışdır. O, heç bir yerdən narkotik vasitə tapmamış, evinə narkotik vasitə gətirməmişdir. İstintaq zamanı polis əməkdaşları ona qurudulmuş marixuanna narkotik vasitəsini guya tapdığını, evinə saxlaması barədə deməsini, əməlini yüngül maddə ilə verəcəklərini dedikləri üçün ifadəsini imzalamış. İstintaq zamanı verdiyi ifadələrini təsdiq etmir. Məhkəmədən əməlinin düzgün tövsif olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai araşdırma dövründə verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə təqsirləndirilən şəxs göstərmişdir ki, 2021-ci ilin təxminən sentyabr ayında Saatlı şəhəri, “Molday” deyilən yerin çöl sahəsində kollektorun kənarı ilə piyada gəzərkən kollektorun kənarında müxtəlif kolların arasında yabanı halda bitmiş 4 ədəd “nəşə” bitkisini görərkən, həmin bitkini tanımış və bitkini torpaqdan kötüyü ilə birlikdə çıxarıb lazımı hissələrini qırıb iki ədəd ağ kisəyə yığmış, lazımsız gövdə və kök hissəsini isə kanala atmışdır. Topladığı hissələrini yaşadığı evə gətirib evin girişindən sağ tərəfdə olan müxtəlif əşyalar yığılan və onun yaşadığı otağın sağ tərəfindəki dolabda gizlətmiş, bundan ailə üzvlərinin heç bir xəbəri olmamışdır. Tapdığı narkotikdən heç kimə satmamış, öz istifadəsi üçün saxlamışdır. 31 yanvar 2022-ci il tarixdə gecə saatlarında polis işçilərinin yaşadığı evin həyətinə gəldiklərini görüb o, qaçıb Bakı şəhərinə çıxıb getmişdir. Sonradan o, qohumlarından eşitmiş ki, yaşadığı evdə qanunsuz olaraq saxladığı 2 ədəd ağ kisədə olan narkotik vasitəni polis əməkdaşları gəlib aşkar etmişlərdir. Sonradan gəlib təslim olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində qeyd olunan xüsusatlar obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində göstərdiyi xüsusatları ona cəza təyin edilməməsinə, başqa sözlə, cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Saatlı rayon Polis şöbəsinin əməkdaşı Şahid3 ifadəsində göstərmişdir ki, 31 yanvar 2022-ci il tarixdə Saatlı şəhəri M.Müşfiq küçəsi ev 10-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, satması və evində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Həmin gün gecə saatlarında polis əməkdaşları və hal şahidləri ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmişlər, Təqsirləndirilən şəxs arvadı evdə axtarış keçirilməsinə etiraz etməyərək, icazə verməsi barədə ərizə təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs arvadı və bibisinin iştirakı ilə videoçəkilişlə birlikdə axtarış aparılmasına başlanılmışdır. Axtarış zamanı evə giriş qapısından daxil olduqda sağ tərəfdə yerləşən birinci otağında sağda yerləşən dolabın içərisində 2 ədəd ağ rəngli sintetik kisə aşkar edilmişdir. Təqsirləndirilən şəxs arvadı həmin bağlamalarda narkotik olması və ərinə məxsus olduğunu bildirmişdir. Həmin bağlamalara baxış keçirildikdə içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr aşkar edilmişdir. Ekspertiza aparılması məqsədi ilə həmn bağlamalar qablaşdırılaraq götürülmüşdür və protokol tərtib edilmişdir. Lakin Təqsirləndirilən şəxs qaçaraq gizlənmişdir, bir müddət sonra isə tutulmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Saatlı rayon polis şöbəsinin əməkdaşı Şahid4 və Şahid5 eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Saatlı şəhər icra nümayəndəliyində mühasib işləyir, 31 yanvar 2022-ci il tarixdə saat 02 radələrində polis işçiləri müraciət edərək Saatlı şəhəri, M.Müşfiq küçəsi ev 10-də yaşayan şəxsin evinə axtarış aparılmasında hal şahidi kimi iştirak etmək üçün dəvət edilmiş, o, da, razılıq vermiş, polis işçilərinin yanına getmişdir. Axtarış keçirilməzdən əvvəl ona və digər hal şahidi qismində dəvət edilmiş şəxsə hüquq və vəzifələri izah edildikdən sonra, polis əməkdaşları ilə birlikdə Saatlı şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmişlər və polis əməkdaşları həmin evdə yaşayan Təqsirləndirilən şəxs arvadının icazəsi ilə evdə axtarış keçirilmiş, axtarışda Təqsirləndirilən şəxs bibisi də iştirak edirdi. Evə giriş qapısından daxil olduqda sağ tərəfdə yerləşən birinci otaqda sağda yerləşən dolabın içərisində 2 ədəd ağ rəngli sintetik kisə aşkar edildi. Kamranın arvadı bildirdi ki, həmin bağlamalarda narkotik vasitələr vardır, ərinə məxsusdur. Bundan sonra həmin bağlamalar qablaşdırılaraq götürüldü, protokol tərtib edildi. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə məhkəmə-bioloji ekspertizasının 31 yanvar 2022-ci il tarixli 18/121 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı evdən...” sözləri və imzalar olan 02 ədəd sintetik torbada ayrı-ayrılıqda təmiz çəkisi-1020 qr, 2250 qr, ümumi təmiz çəkisi – 3270 qram olan kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi – 3270 qram, cəmi tədqiqata istifadə olundu – 0,04 qr (hər ob-0,02 qr), qalıq – 3269,96 qram. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik təşkil edır. İş materiallarında olan 09 iyun 2022-ci il tarixli 3109 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 23 aprel 2022-ci il tarixli 1005 saylı məhkəmə-psixatriya ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman və ona qədər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda da, hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırda da, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. İş materiallarında olan 31 yanvar 2022-ci il tarixli «axtarış aparılması haqqında» protokoldan görünür ki, ona əlavə olan fotoşəkillərdən və videoçəkilişdən görünür ki, Saatlı RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış aparılarkən evə giriş qapısından daxil olduqda sağ tərəfdə yerləşən birinci otaqda sağda yerləşən dolabın içərisində 2 ədəd ağ rəngli sintetik kisədə, ayrı-ayrılıqda 1080 qram, digərində isə 2290 qram narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilib götürülmüşdür. İş materiallarında olan 18 mart 2022-ci il tarixli «axtarışda olanın tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. İş materiallarında olan Saatlı rayon məhkəməsinin 19 mart 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 18 mart 2022-ci il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs saatlı Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli hökmünə əsasən Azəbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 177.2.3-cü-cü maddələri ilə təqsirli bilinib 8 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmişdir. İş materiallrında olan 09 fevral 2022-ci il tarixli Saatlı rayon Mərkəzi Xəstəxanasının arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın narkoloji kabinetində qeydiyyatda durmur. Ruhi-Əsəb kabinetində isə “Mülayim dərəcədə ifadə olunmuş nevrasteniya, emosional iradi pozuntularla, özünükəsmələrlə kəllə beyin travması anamnezində” diaqnozu ilə dispanser qeydiyyatındadır.poliklinika şöbəsində nevroloji və narkoloji kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan Saatlı Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair Saatlı rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvvəkili Şahid3 31 yanvar 2022-ci il tarixli “qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan yaşayış yerindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Saatlı hşəhəri, M.Müşfiq küçəsi ev 10-da qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından və üç azyaşlı uşaqlarından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan «maddi sübut kimi tanınma haqqında» 31 yanvar 2022-ci il tarixli qərarla ekspertiza tədqiqatından sonrakı qalıq 3269,96 qram qurudulmuş marixuanna maddi sübut kimi tanınmış saxlanılması üçün Saatlı Rayon Poli Şöbəsinin saxlanc kamerasına təhvil verilmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün ittiham verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi qurudulmuş marixuanna narkotik vasitə “külli miqdar” kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olmasını, himayəsində üç azyaşlı uşaqlarının olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub, Saatlı rayon Polis Şöbsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 3269,96 qram qurudulmuş marixuanna məhv edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, cəzasının çəkilmə müddətinin əvvəli 18 mart 2022-ci il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 18 mart 2022-ci il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış - Saatlı rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 3269,96 qram qurudulmuş marixuanna məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-525/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-525/2022
06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver