Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-525/2024 10.09.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər-Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə xx xxxxxxxx 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, ev 245B-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 19B-də qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, ev 245B-də yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 öz aralarında və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddələrin əldə olunması, saxlanması və daşınmasına razılaşaraq, cinayətkar qrupun şəxsiyyətləri məlum olmayan üzvləri tərəfindən bir ədəd sellofan torbada qablaşdırılmış iki ədəd bağlamalarda ayrıayrılıqda 465,0 qram və 585 qram olmaqla cəmi, külli miqdarda-1050,0 qram narkotik vasitə olan tiryəkin köhnə Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonun Xırmandalı kəndinin ərazisindən keçən hissəsində, üzərində “102” rəqəmi yazılmış yol nişanının yanında gizlədilməsi barədə məlumat verməsindən sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə şəxsiyyəti məlum olmayan şəxsin idarə etdiyi “Taksi” avtomobil ilə 08 fevral 2024-cü il tarixdə, saat 23 radələrində Biləsuvar rayonun Xırmandalı kəndinin ərazisinə gəlib qeyd olunan yerdən bir ədəd sellofan torbada qablaşdırılmış iki ədəd bağlamalarda ayrı-ayrılıqda 465,0 qram və 585 qram olmaqla cəmi, külli miqdarda-1050,0 qram narkotik vasitə olan tiryəki götürüb satış məqsədi ilə qanunsuz olaraq birgə əldə edib, saxlayıb, daşıyarkən, daxil olmuş əməliyyat məlumatına əsasən Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 08 fevral 2024-cü il tarixdə, saat 23:40 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonun Xırmandalı kəndi ərazisindən keçən “103”-cü kilometrliyində yerləşən ərzaq mağazasının yaxınlığında saxlanılıb üzərilərində şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki paltonun altında gizlədib saxladığı bir ədəd sellofan torbada qablaşdırılmış iki ədəd bağlamalarda ayrı-ayrılıqda 465,0 qram və 585 qram olmaqla cəmi, külli miqdarda-1050,0 qram narkotik vasitə olan tiryək aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq sübaydır, lakin tanışı Təqsirləndirilən şəxs1 ilə qeyri-rəsmi olaraq ər-arvad müansibitində olmaqla tutulan vaxtadək özünə məxsus ünvan 1 ünvanda olan mənzildə bir yerdə yaşamışlar. O, xeyli müddətdir ki, narkotiklərdən istifadə etməyə başlamış, əsasən də heroindən istifadə etmişdir. Əvvəllər narkotiklə bağlı məhkum olunmuşdur. Aynurə də narkotik istifadəçisidir. Tutulmamışdan bir müddət əvvəl o, instagram sosial şəbəkəsində İran vətəndaşı kimi özünə təqdim edən “Sadıq” adlı şəxslə tanış olmuş, sonradan telefon danışığı zamanı həmin şəxsdən öz istifadəsi üçün narkotik vasitə istəmiş, “Sadıq” da ona 50 qram tiryəkin Biləsuvar rayonun ərazisində yolun kənarında 102-ci kilometrliyi göstərən yol nişanın yanında sellofan bağlamada gizlədildiyini bildirib gedib həmin yerdən narkotik maddəni götürməsini demişdir. 08 fevral 2024-cü il tarixdə o, Aynurə ilə birlikdə Biləsuvar rayonuna getmişlər, həmin vaxt o, Aynurəyə narkotik götürmək üçün gəldiyini deməmiş, Aynurə də onun narkotiklə bağlı Biləsuvara gəldiyini bilməmişdir. İranlı telefonla ona narkotikin qoyulduğu yerin konumunu, həm də bağlamanın şəklini göndərmişdir. Biləsuvar rayonun ərazisində avtomobil yolunun kənarında olan, üzərində “102” yazılmış yol nişanın yanına gəlib bağlama qoyulan yerə yaxınlaşmış, orada olan bağlamanın böyük olmasını görüb bağlamanı götürməmişdir O, həmin yerə gəlib 50 qram tiryəki götürmək istəyərkən polislər tərəfindən tutulmuşdur. Həmin vaxt ondan bir qədər aralıda dayanmış Aynura Hacıyeva da polislər tərəfindən tutulmuşdur. Sonra onları Biləsuvar RPŞ-nə aparmışldar. Polis şöbəsində ona qarşı təzyiqlər olmuş və qarşısına qoyulmuş bağlamada olan tiryək üzərinə götürməsi məcbur edilmişdir. Bundan sonra polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış olmuş və üzərində olan bağlama götürülmüş, həmin bağlamanın içərsində tiryək aşkar olunmuşdur. Həmin vaxt o, 50 qram tiryəkin özünə məxsus olduğunu, həmin narkotik maddəni götürmək üçün gəldiyini, iranlı “Sadıq” adlı şəxsə telefonda özü danışıb ondan istifadəsi üçün narkotik maddə istədiyini demişdir. Həmçinin iranlı ilə yazışmalar özü tərəfindən aparılmış, bundan Aynurənin xəbəri olmamış, Aynurə iranlı ilə danışmamışdır. Aynurə Biləsuvar rayonuna onunla sadəcə yol yoldaşı kimi gəlmişdir. İranlının dediyi yerdən götürmək istədiyi narkotik maddənin Aynurəyə heç bir aidiyyəti yoxdur. O, ittihamda göstərilən narkotiklə bağlı özünü təqsirli bilmir, lakin istifadəsi üçün 50 qram tiryəki götürmək üçün Biləsuvar rayonuna getdiyinə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Həmçinin Təqsirləndirilən şəxs2 ona verilən sualları cavablandırarkən bildirmişdir ki, onlar Bakıdan taksi ilə çıxıb Biləsuvara gələrkən yolda, Salyanda olarkən Aynurə onun narkotik maddənin dalınca getdiyini bilmişdir. İranlının ona göndərdiyi konum vasitəsilə o, Biləsuvar rayonunun ərazisində avtomobil yolunun kənarında olan üzərində “102” yazılmış yol nişanın yanına gəlib oradan narkotik maddəni götürmüş, həmin vaxt Aynurə ondan aralıda dayandığı üçün onun oradan nə götürdüyünü görməmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, qeyri-rəsmi olaraq birlikdə yaşadığı Təqsirləndirilən şəxs1 ona instagram sosial şəbəkəsində İran vətəndaşı Sadıq adlı şəxslə tanış olduğunu və həmin şəxslə yazışdığını demişdir. 08 fevral 2023-cü il tarixdə günorta saatlarında Aynurə ona iranlı Sadıq adlı şəxsin vatsapla (İran telefon operatoruna məxsus +**********37 saylı telefon nömrəsi ilə) onun (Aynurənin) 099/811-18-20 saylı mobil telefon nömrəsinə zəng edib Biləsuvar rayonunun ərazisində avtomobil yolun kənarında 102-ci kilometrliyi göstərən yol nişanın yanında gizlədilən sellofan bağlamada olan tiryəki götürüb Bakı şəhərinə aparıb deyəcəyi yerə bağlamanı qoyamasını və buna görə ona (Aynurəyə) 50 qram heroin verəcəyini deməsini bildirmişdir. Aynurə ona (Təqsirləndirilən şəxs2) “maddi imkan yoxdur, narkotik vasitə də tapıb qəbul edə bilmirik” deyib birlikdə gedib iranlı Sadıqın dediyi narkotik vasitəni götürüb onun deyəcəyi yerə qoyub qarşılığında verəcəyi 50 qram heroini alıb istifadə etmələrini təklif etmiş, o da heç bir yerdə işləmədiyindən, maddi imkanının olmamasından, həm də bədənində ağrılar olduğu üçün narkotik vasitə tapıb qəbul edə bilmədiyindən Aynurənin təklifi ilə razılaşmışdır. Sonra onlar yol maşını ilə Biləsuvar rayonuna getmişlər. Biləsuvar rayonuna gedərkən Aynurə tanışı Sadıqla vatsapla həm səsli, həm də yazılı mesajlaşmaqla əlaqə saxlamış, Sadıq Aynurənin telefonuna Biləsuvar rayonunda yolun kənarında 102-ci kilometrliyi göstərən yol nişanının şəklini göndərmiş, Aynurə də bu barədə ona demiş və onlar həmin yerə çatıb yol nişanın yanında maşından düşmüşlər. Sonra o, Aynurə ilə birlikdə 102-ci kilometrliyi göstərən yol nişanın yanına gedib ətrafı axtarmağa başlamışlar və o, bağlamanı (sellofan torbanı) tapıb götürüb Aynurəyə də bağlamanı tapıb götürdüyünü demişdir. Sonra onlar Bakı şəhəri istiqamətində piyada hərəkət edib yolboyu maşınlara işarə etmişlər ki, maşın saxladıb Bakı şəhərinə getsinlər. Onlar həmin yerdən 150-200 metr piyada hərəkət edib uzaqlaşandan sonra polis əməkdaşları onları saxlayıb polis şöbəsinə aparmışlar. Polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmışdır. Axtarış zamanı ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etsin. Bundan sonra o, əynindəki paltonun altına qoyduğu yapışqan lentlə sarılmış bir ədəd bağlamanı (sellofan torbanı) çıxarıb stolun üstünə qoyub bildirmişdir ki, təqdim etdiyi bağlamada tiryək vardır və həmin bağlamanı o, yolun kənarındakı üzərində “102” yazılmış yol nişanın yanından götürmüşdür. Həmçinin o, götürdüyü tiryəki Bakı şəhərinə aparıb iranlı Sadıqın deyəcəyi yerə qoyacağı təqdirdə Sadıqın da ona heroin verəcəyini demişdir. Təqdim etdiyi bağlama (sellofan torba) açılıb baxılarkən orada iki ədəd bağlamanın içərisində tiryəkə oxşar maddələr aşkar olunmuşdur. Polis əməkdaşları tərəfindən aşkar olunmuş maddələr qablaşdırılıb götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Şifahi sorğu zamanı o, üzərində aşkar olunmuş tiryəkin Təqsirləndirilən şəxs1 tanışı iranlı Sadıq adlı şəxsə məxsus olmasını və həmin tiryəki 08 fevral 2024-cü il tarixdə Aynurə ilə birlikdə Biləsuvar rayonun Xırmandalı kəndinin ərazisində yerləşən asfalt yolun kənarındakı 102-ci kilometrliyi göstərən yol nişanın yanına gedib oradan götürmüşdür. Biləsuvar rayonuna gəlib tiryəki götürməzdən əvvəl Aynurə ilə razılaşmaları olmuşdur ki, birlikdə gedib həmin narkotik maddəni iranlı Sadıqın dediyi yerdən götürüb Bakı şəhərinə aparsınlar və Sadıqın dediyi yerə qoysunlar və bunun müqabilində Sadıqın Aynurəyə verəcəyi 50 qram heroini birlikdə qəbul etsinlər. İranlı Sadıqla ancaq Aynurə telefonunun vatsapı ilə yazışıb əlaqə saxlamışdır. O, iranlı Sadıqı tanımamış və onunla heç bir əlaqəsi olmamışdır. Sadıqın Aynurəyə dediyi içərisində narkotik vasitə olan bağlamanı götürüb deyəcəyi yerə çatdırdıqdan sonra qarşılığında verəcəyi narkotik vasitəni əldə etməkdən ötrü o, Aynurə ilə birlikdə Biləsuvar rayonuna getmişdir. İranlı tanışı Sadıq tərəfindən həmin narkotik maddənin ora nə vaxt və kimin vasitəsi ilə gətirilib qoyulmasından onların heç bir məlumatı olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq edildikdən sonra Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, o, ibtidai istintaq zamanı polislərin təzyiqi altında belə ifadələr vermiş, həmin ifadələrində onun Aynurə ilə birlikdə narkotik maddə götürmək üçün Biləsuvara getmələri, Aynurənin əvvəldən bu barədə məlumatının olması və iranlı Sadıq adlı şəxslə Aynurənin əlaqə saxlaması barədə yazılanları, həmçinin özünün yolun 102-ci kilometrliyini göstərən yol nişanın yanından bağlamanı (sellofan torbanı) götürməsi barədə yazlanları təsdiq etmir. O, üzərində aşkar olunmuş tiryəklə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin istifadəsi üçün 50 qram tiryəki götürmək üçün Biləsuvar rayonuna getdiyinə görə özünü təqsirli bilir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, əvvəllər evli olmuş və həmin evlilikdən bir azyaşlı uşağı vardır, tutulduğu üçün hazırda həmin uşaq qardaşının himayəsindədir. Əvvəlki ərindən ayrılıb subay olsa da, sonradan tanışı Təqsirləndirilən şəxs2la qeyri-rəsmi olaraq ər-arvad münasibətində olmaqla tutulan vaxtadək Dəyanətə məxsus ünvan 2 ünvanında olan mənzildə yaşamışdır. Xeyli müddətdir ki, narkotik vasitələrdən istifadə etməyə başlamış, Dəyənət də narkotik istifadəçisidir. Əvvəllər narkotiklə bağlı bir dəfə məhkum olunmuşdur. 08 fevral 2024-cü il tarixdə Dəyanətin təklif ilə onunla birlikdə Biləsuvar rayonuna getmişdir. Dəyənətin Biləsuvara nəyə görə getməsini bilməmiş, lakin Bakıdan taksi ilə çıxıb Biləsuvara gedərkən yolda, Salyanda olarkən bilmişdir ki, Dəyanət narkotik maddə götürmək üçün Biləsuvara gedir. Biləsuvar rayonuna çatıb tanımadığı yerdə, yolun kənarında üzərində “102” yazılmış yol nişanının yanında avtomobildən düşmüşlər, həmin yerdə olarkən Dəyənətin nəsə götürməsini görməmişdir. Bir az sonra polis əməkdaşları Dəənəti və onu tutub Biləsuvar RPŞ-nə aparmışlar. Polis şöbəsində üzərində axtarış olmuş, lakin üzərindən narkotik maddə və ya başqa qanunsuz əşya aşkar edilməmişdir. Axtarış zamanı özünə məxsus bir ədəd “Samsung” markalı mobil telefon polislər tərəfindən götürülmüşdür. Sorğu-sual zamanı o, Dəyənətlə yol-yoldaşı kimi Biləsuvara gəldiyini bildirmiş, sonra ona məlum olmuşdur ki, Dəyənətin üzərindən narkotik maddə aşkar olunmuşdur. Polis şöbəsində ona qarşı təzyiqlər olduğu üçün o, mobil telefonla iranlı “Sadiq” adlı şəxslə danışdığını, sonra Dəyənətlə birlikdə narkotik götürmək üçün Biləsuvara gəldiyini bildirmişdir. Əslində isə o, Sadıq adlı şəxsi tanımamış, onunla telefon danışığı olmamışdır. Ümumiyyətlə isə o, Sadıq adlı və ya başqa bir iranlını tanımamış, iranlı olan şəxslə və ya başqa bir şəxslə narkotiklə bağlı telefonla danışıqlar aparmamış, telefon danışıqlarına dair məlumatlarda göstərilənlərin ona aid deyil və telefon danışıqlarına dair göstərilən faktlarla bağlı onun heç bir məlumatı yoxdur. Ona məxsus telefondan Dəyənət də istifadə etmiş, ola bilsin ki, Dəyənət onun mobil telefonu ilə kiminləsə danışmışdır, lakin o, Dəyənətin kiminlə və nə barədə danışmasından xəbəri olmamışdır. Təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri (CPM-nin 327.1.3-cü maddəsinə əsasən) elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində, M.Hüseynzadə küçəsi, ev 19 B-də qeydiyyatda olsa da, tanışı Təqsirləndirilən şəxs2 ilə qeyri-rəsmi olaraq birlikdə Dəyanətə məxsus ünvan 3 ünvanında yaşamışdır. O, doqquz ildir ki, narotiklərdən istifadə etməyə başlamış, əsasən də heroindən istifadə etmiş, Dəyanət də heroindən istifadə etmişdir. Əvvəllər narkotiklə bağlı məhkum olunmuş, cəzasını çəkib azadlığa buraxıldıqdan sonra yenə də heroindən istifadə etməyə başlamışdır. Tutulduğu gündən təxminən bir həftə əvvəl o, instagram sosial şəbəkəsində İran vətəndaşı Sadıq adlı şəxslə tanış olmuş, aralaranda münasibət yarandığından istifadəsində olan 099/811-18-20 saylı mobil telefon nömrəsini Sadığa vermişdir. Sonra Sadıq da +**********37 saylı telefon nömrəsindən vatsapla 099/811-18-20 saylı nömrəyə yazmaqla onunla əlaqə saxlamışdır. İranlı Sadıqla tanış olmağı barədə Dəyanətə də məlumat vermişdir. İranlı Sadıqla telefonunun vatsapında danışan vaxtı ona narkotikdən istifadə etməsi barədə məlumat vermişdir. 08 fevral 2024-cü il tarixdə günorta saatlarında Sadıq +**********37 nömrəndən vatsapla ona zəng edib “Biləsuvar rayonuna gedərsən, yolun kənarında 102-ci kilometrliyi göstərən yol nişanı var, həmin yol nişanın yanında sellofan bağlamada narkotik vasitə tiryək gizlətmişəm, onu oradan götürüb Bakı şəhərinə apar, Bakı şəhərində olarkən mən sənə hansı ünvan desəm aparıb həmin bağlamanı ora qoyarsan və mən sənə zəhmət haqqı olaraq 50 qram heroin verəcəm” demiş, həmçinin heroini ona nə vaxt və harada verəcəyi barədə Sadıq bir söz deməmişdir. Heç bir yerdə işləmədiyi, maddi imkanının olmaması, həm də bədənində ağrılar olduğu üçün narkotik vasitə tapıb qəbul edə bilmədiyindən o, Sadıqın təklifi barədə Dəyanətə məlumat verib təklif etmişdir ki, birlikdə Biləsuvar rayonuna gedib Sadıqın dediyi yerdən narkotik vasitəni götürüb birlikdə Bakı şəhərinə aparıb Sadıqın dediyi yerə narkotik vasitəni qoyandan sonra zəhmət haqqı olaraq ona veriləcək heroini birlikdə qəbul etsinlər. Dəyanət onun təklifi ilə razılaşmış, sonra onlar birlikdə yol maşını ilə Biləsuvar rayonuna getmişlər. Biləsuvar rayonuna gedərkən yolda Sadıqla telefonunun vatsapı ilə həm səsli, həm də yazılı mesajlaşmaqla əlaqə saxlamış, Sadıq ona Biləsuvar rayonunda yolun kənarında 102-ci kilometrliyi göstərən yol nişanının şəklini göndərib narkotik vasitənin həmin yerə qoylmasını bildirmiş və onlar həmin yol nişanın yanına çatıb orada maşından düşmüşlər. Sonra o, Dəyanətlə birlikdə yolun 102-ci kilometrliyi göstərən yol nişanın yanına gedib ətrafı axtarmağa başlamışlar və orada Dəyanət bağlamanı tapıb götürdüyünü demişdir. Hava qaranlıq olduğu üçün o, Dəyanətin bağlamanı götürməsini görməmişdir. Sonra onlar Bakı şəhəri istiqamətində yolun kənarı ilə hərəkət getməyə başlayıb yolboyu hərəkət edən maşınlara işarə etmişlər ki, bir maşın saxladıb Bakıya getsinlər. Həmin yerdən 150-200 metr piyada hərəkət edib uzaqlaşdıqdan sonra polis əməkdaşları onları saxlayıb onu və Dəyanəti polis şöbəsinə aparmışlar. Polis şöbəsində polis əməkdaşları tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmiş, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Axtarış zamanı ona məxsus “Samsung” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Tanışı Dəyanətin üzərində aşkar olunmuş narkotik vasitə tiryək tanışı iranlı Sadıq adlı şəxsə məxsusdur. 08 fevral 2024-cü il tarixdə o, Dəyanətlə birlikdə Biləsuvar rayonun Xırmandalı kəndinin ərazisində, yolun kənarındakı 102-ci kilometrliyi göstərən yol nişanın yanına gedib həmin tiryəki götürmüşlər. Biləsuvar rayonuna götürməzdən əvvəl onun Dəyanətlə razılaşmaları olmuşdur ki, birlikdə gedib iranlı Sadıqın dediyi yerdən tiryəki götürüb Bakı şəhərinə aparıb Sadıqın deyəcəyi yerə qoysunlar və bunun müqabilində Sadıqın onlara verəcəyi 50 qram heroini birlikdə qəbul etsinlər. Özü iranlı Sadıqla telefonun vatsapı ilə əlaqə saxlamışdır. X7 tanımamış, həmçinin Dəyanət də Sadıqı tanımamaqla onunla heç bir əlaqəsi olmamışdır. Həmin tiryəkin iranlı Sadıq tərəfindən ora nə vaxt və kimin vasitəsilə gətirilib qoyulmasından heç bir məlumatı və xəbəri olmamışdır. O, Dəyanətin üzərində aşkar olunmuş narkotiklə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir və heç bir cinayət əməli törətməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı polislərin təzyiqi altında o, belə ifadələr vermişdir. O, Dəyənətin Biləsuvara nəyə görə getməsini bilməmiş, lakin Bakıdan taksi ilə çıxıb Biləsuvara gedərkən yolda, Salyanda olarkən bilmişdir ki, Dəyanət narkotik maddə götürmək üçün Biləsuvara gedir. Biləsuvar rayonuna çatıb tanımadığı yerdə, yolun kənarında üzərində “102” yazılmış yol nişanının yanında avtomobildən düşmüşlər, həmin yerdə olarkən o, Dəyənətin nəsə götürməsini görməmişdir. O, iranlı Sadıq adlı şəxsi tanımamış, onunla telefon danışığı olmamışdır. Telefon danışıqlarına dair göstərilən faktlarla bağlı onun heç bir məlumatı yoxdur. O, verilmiş ittiham üzrə özünü təqsirli bilmir və heç bir cinayət əməli törətməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Biləsuvar RPŞ-nin əməkdaşıdır. 08 fevral 2024-cü il tarixdə ona Bakı şəhər sakini Təqsirləndirilən şəxs1 Biləsuvar rayonu ərazisində X1 dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılıb həmin gün əməliyyat-axtarış tədbiri keçirilmişdir. Belə ki, əməliyyat qrupu tərəfindən 08 fevral 2024-cü il tarixdə, saat 23:40 radələrində Ələt-Astara yolunun Biləsuvar rayonun Xırmandalı kəndindən keçən 103-cü kilometrliyində olan mağazanın qarşısında Təqsirləndirilən şəxs1 və onun yanında olan Təqsirləndirilən şəxs2 saxlanılıb üzərilərində qanunsuz olaraq narkotik vasitələr gəzdirməkdə şübhəli olduqları bildirilib polis şöbəsinə aparılmışlar. Polis şöbəsində müstəntiq tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki paltonun altından üzəri yapışqan lentlə sarılmış bir ədəd sellofan torbanı çıxarıb təqdim etmiş və həmin torbanın içərisində olan iki ədəd bağlamalarda tiryəkə oxşar kütlələr aşkar olunmuşdur. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb müstəntiq tərəfindən götürülmüş, sonra protokol tərtib olunmuşdur. Həmçinin təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı onun üzərindən narkotik və psixotrop maddələr, qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən onlara qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərilərində axtarış zamanı onların hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Biləsuvar RPŞ-nin əməkdaşının 08 fevral 2024-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Bakı şəhər sakini Təqsirləndirilən şəxs1 Biləsuvar rayonu ərazisində narkotik vasitələr əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxıl olmuş və həmin məlumat əsasında Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 08 fevral 2024-ci il tarixdə, saat 23:30 radələrində Biləsuvar rayonun ərazisində, Ələt-Astara avtomobil yolunun 103-cü km-də yerləşən ərzaq imağazasının yanında saxlanılıb Biləsuvar RPŞ-nə gətirilmişlər. İşdə olan, Biləsuvar Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli qərarı ilə təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 08 fevral 2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə haqqında” 09 fevral 2024-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Biləsuvar RPŞ-nin İB-nin müstəntiqi Nicat İbayev tərəfindən müdafiəçi Fədai Quliyevin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan olunmuş əşya və ya predmetlər aşkar olunmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung” markalı mobil telefon təhqiqat orqanı tərəfindən tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə haqqında” 09 fevral 2024-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Biləsuvar RPŞ-nin İB-nin müstəntiqi Nicat İbayev tərəfindən müdafiəçi Habil Məmmədovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki paltonun altından üzəri yapışqan lentlə sarılmış bir ədəd sellofan torbanı çıxarıb stolun üstünə qoymuşdur. Həmin torbada olan iki ədəd bağlamaların içərisindən narkotik vasitə olan tiryəkə oxşar kütləlır aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 aşkar olunmuş tiryəki iki gün əvvəl tanış olduğu İran vətəndaşının göndərdiyini və həmin narkotik maddə götürmək üçün Təqsirləndirilən şəxs1 ilə birlikdə Biləsuvar rayonuna gəldiklərini bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqat orqanı tərəfindən götürülmüşdür. Habelə Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Honor” markalı mobil telefon təhqiqat orqanı tərəfindən tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 09 fevral 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş içərisində narkotik vasitə tiryəkə bənzər maddə olan bükülü ... ” sözlər və imzalar olan bir ədəd bağlamanı açdıqda, 02 ədəd üzəri yapışqanlı lentlə sarılmış ayrı-ayrılıqda təmzi çəkiləri-460,0 qram və 585,0 qram olmaqla ümumi təmiz çəkisi 1050,0 qram olan tünd-qəhvəyi rəngli, spesifik tiryək iyli, qətranabənzər maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitətiryəkdir. Ekspertiza tədqiqatından sonra qalıq tiryək 1049,8 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 12 fevral 2024-cü il tarixli 59 və 60 №-li rəyləri ilə müəyyən olunur ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 12 fevral 2024-cü il tarixli 135 və 136 nömrəli rəyləri ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, məcburi müalicəyə ehtiyacları vardır və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmaları məsləhət görülür. İşdə olan, “Telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi” haqqında 11 aprel 2024-cü il tarixli protokolla müəyyən edilir ki, 099/811-18-20 saylı mobil nömrə Təqsirləndirilən şəxs1, 099/858-18-21 saylı mobil nömrə Təqsirləndirilən şəxs2 adına rəsmiləşdirilmişdir. Həmçinin 99477/745-27-47 saylı mobil nömrə də Təqsirləndirilən şəxs2 istifadəsində olmuşdur. “SMS tarixçəsi” qovluğuna baxış zamanı **********47 saylı nömrə ilə **********20 nömrə arasında “Sən bordənə 10 qöy salfetkanın icinə Əlişka qəlir”, “atandan sonra mənə xəbər elə”, “q atiram fso”, “Əli catir uje 1 dəqəyə catar pencereden bax qələnə yaxın at” “atdim”, “goturdu balam fso”, “goturdu getdi pencer”, “Ok halaldı”, “Tema saxla mənim ücündə”, “Zakladka noş cıxdı”, “qayidirsiz uje?” “senin zaklatkan boş”,“ M 10 da atda” mətində yazışmalar aşkar olundu. Bundan başqa **********20 saylı nömrə ilə **********47 saylı nömrə arasında “Sən bordənə 10 q”, “Atandan sonra mən”, “q atiram fso”, “Əli catir uje 1 də”, “Aydın qəldi”, “atdim”, “goturdu balam fso”, “senin zaklatkan boş cixa bilmez eee aladirsan he?” mətnli mesajlaşmalar müəyyən olundu. Bundan başqa **********21 saylı nömrə ilə **********07 saylı nömrə arasında “Dərman düzəlir isdiyirsənsə xəbər elə”, “İsdiyirsense derman xəbər elə”, **********21 saylı nömrə ilə **********70 saylı nömrə arasında “kera pul + yada da”, “daşun var kola var”, **********21 saylı nömrə ilə **********46 saylı nömrə arasında “Kəkliy ptu isdiyirdin var amma təcilidi qaqqş yanımdadı .Qedor indi”, “**********21 saylı nömrə ilə .**********00 saylı nömrə arasında “Birdə tiryek var super dənəsi 15 man .5 qram bir yerdə alson 65 ma”, “İkisidə super temadı”, “Səndə nəqədə pul var .necəliy kola isdiyirsən”, “Qəl voobşe bayagki yerə mal almışam tuxda cıxıb burda mənim qünahım”, “Mən beyəm başqa mal vururam”, “Məndə qedirəm onun üstünəki bes bu nədi vermisən”, “**********21 saylı nömrə ilə **********57 saylı nömrə arasında “Daş var başqa hecnə yoxdu”, “Necəliy isdiyirsən daşı xəbər elə”, mətnli mesajlaşmalar müəyyən olunmuşdur. Zənglərin anten dairələri üzrə detallaşmasına əsasən 099/858-18-21 saylı və 099/981-118-20 saylı mobil nömrələr yuxarıda qeyd olunan tarixlərdə Biləsuvar rayon ərazisində aktiv olması müəyyən olunmuşdur. İşdə olan, “Maddi sübutun tanınması və həlli barədə” 15 fevral və 07 may 2024-cü il tarixli qərarlarla müəyyən edilir ki, ekspertiza tədqiqatından sonra qalıq-1049,8 qram tiryək və Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanması üçün Biləsuvar RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin və telefon danışıqlara dair məlumatların yazıldığı iki ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, məhkəmə-psixiatrik ekspertizasının 18 aprel 2024-cü il tarixli 1043 və 1044 №-li rəyləri ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər hansı psixi xəstəlikdən əziyyət çəkmirlər. Onlarda ittiham olunduqları əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə onlar öz hərəkətlərinin faktiki xarakterini və ictima təhlükəliliyini dərk etmiş, onları idarə etmək iqtidarında olmuşlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21 maddəsinin təsiri altına düşmür və onlar törətdikləri əməl barəsində anlaqlı hesab olunmalıdırlar. Onların məcburi müalicəyə ehtiyacları yoxdur. Onlar hazırkı psixi vəziyyətlərinə görə barələrində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarındadırlar. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 07 may 2024-cü il tarixli qərarla müəyyən edilir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində CM-nin 206-cı maddəsinin tərkibi olmadığandan onların barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. İşdə olan, “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 07 may 2024-cü il tarixli il tarixli qərarla müəyyən olunur ki, cinayətkar qrupun şəxsiyyətləri məlum olmayan digər üzvlərinin barəsində CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, telefon danışıqlarına dair məlumatları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə şahidlər Şahid1 və Şahid2 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdikləri ifadələri (Təqsirləndirilən şəxs2 ifadələrində göstərilənlər-tanış olduğu iranlı ilə mobil telefonla yalnız özünün danışması və həmin iranlıya yalnız 50 qram tiryək sifariş verməsi, Aynurənin iranlını tanımaması və onunla danışmaması, onun iranlıya narkotik sifariş verməsindən Aynurənin məlumatının olmaması, Biləsuvar rayonuna gəlib yolun kənarında olan 102-i rəqəmi yazılmış yol nişanının altında gizlədilmiş 50 qram tiryəki götürmək istəyərkən polis əməkdaşları tərəfindən tutulması, içərisində narkotik maddə olan bağlamanı əlinə götürməməsi, polis şöbəsində ona qarşı təzyiqlər olduğu üçün qarşısına qoyulmuş bağlamada olan tiryəkin özünə məxsus olmasını deməsi, əslində isə bağlamada olan tiryəkin yalnız 50 qramının ona məxsus olması, telefon danışıqlarına dair məlumatlarda göstərilənlərin yalnız özünə məxsus olması, narkotik maddələrin satışı ilə məşğul olmamasına aid hallar, eləcə də Təqsirləndirilən şəxs1 ifadələrində göstərilənlər- Dəyanətin Biləsuvar rayonuna hansı məqsədlə getməsini əvvəldən bilməməsi, Sadıq adlı və ya başqa bir iranlını tanımaması, iranlı olan şəxslə və ya başqa bir şəxslə narkotiklə bağlı telefonla danışıqlar aparmaması, telefon danışıqlarına dair məlumatlarda göstərilənlərin özünə aid olmaması, özünə məxsus mobil telefonla iranlı ilə özünün yox, Dəyənətin danışması, Biləsuvar rayonuna gəldikdən sonra Dəyanətin yolun kənarında olan yol nişanının altından bağlama götürməsini bilməməsi, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqləri olduğu üçün onun iranlı Sadıq adlı şəxsi tanıması və həmin iranlının qoyduğu yerdən narkotik maddə götürmək üçün Dəyanətlə birlikdə Biləsuvara gəldiyini bildirməsi, narkotik maddələrin satışı ilə məşğul olmamasına və heç bir cinayət əməli törətməməsinə aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs2 məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni tanış olduğu iranlı ilə mobil telefonla yalnız özünün danışması və həmin iranlıya yalnız 50 qram tiryək sifariş verməsi, Aynurənin iranlını tanımaması və onunla danışmaması, onun iranlıya narkotik sifariş verməsindən Aynurənin məlumatının olmaması, Biləsuvar rayonuna gəlib yolun kənarında olan 102-i rəqəmi yazılmış yol nişanının altında gizlədilmiş 50 qram tiryəki götürmək istəyərkən polis əməkdaşları tərəfindən tutulması, içərisində narkotik maddə olan bağlamanı əlinə götürməməsi, polis şöbəsində ona qarşı təzyiqlər olduğu üçün qarşısına qoyulmuş bağlamada olan tiryəkin özünə məxsus olmasını deməsi, əslində isə bağlamada olan tiryəkin yalnız 50 qramının ona məxsus olması, telefon danışıqlarına dair məlumatlarda göstərilənlərin yalnız özünə məxsus olması, narkotik maddələrin satışı ilə məşğul olmamasın dair hallar, habelə Təqsirləndirilən şəxs1 məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdikləri xüsusatlar, yəni Dəyanətin Biləsuvar rayonuna hansı məqsədlə getməsini əvvəldən bilməməsi, Sadıq adlı və ya başqa bir iranlını tanımaması, iranlı olan şəxslə və ya başqa bir şəxslə narkotiklə bağlı telefonla danışıqlar aparmaması, telefon danışıqlarına dair məlumatlarda göstərilənlərin özünə aid olmaması, özünə məxsus mobil telefonla iranlı ilə özünün yox, Dəyənətin danışması, Biləsuvar rayonuna gəldikdən sonra Dəyanətin yolun kənarında olan yol nişanının altından bağlama götürməsini bilməməsi, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqləri olduğu üçün onun iranlı Sadıq adlı şəxsi tanıması və həmin iranlının qoyduğu yerdən narkotik maddə götürmək üçün Dəyanətlə birlikdə Biləsuvara gəldiyini bildirməsi, narkotik maddələrin satışı ilə məşğul olmamasına və heç bir cinayət əməli törətməməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1 və Şahid2 ifadələri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar, ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə, o cümlədən telefon danışıqlarına dair məlumatlarla (həmin məlumatlarda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iranlı “Sadıq” adlı şəxslə (əsasən Təqsirləndirilən şəxs1) narkotikin alınması ilə bağlı çoxsaylı danışılqlar aparmaları və qarşılıqlı olaraq SMS, səsli və yazılı mesajların göndərilməsi tam təsdiq olunur), eləcə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdikləri ifadələri (həmin ifadələrində təqsirləndirilən şəxslər ittihamda göstərilən bütün halları tam olaraq təsdiq etmişlər) tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdikləri ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onların bu ifadələri özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin müdafiə tərəfinin fikrincə ibtidai istintaq zamanı narkotik maddənin təqsirləndirilən şəxslərə məxsus olmasına dair verdikləri və sonradan ittihamın əsasını təşkil edən, həmin maddənin onlara məxsus olmasına dair ifadələri onlar hədə-qorxu nəticəsində, yəni polis əməkdaşlarının onlara qarşı təzyiqləri nəticəsində vermişlər. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu fikirləri əsassızdır. Belə ki, cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Lakin işdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutulduqdan sonra hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuşlar və ibtidai istintaq dövründə nə təqsirləndirilən şəxslər, nə də onların müdafiəçiləri yuxarıda göstərilən hallarla və ya digər hər hansı bir hallarla bağlı şikayətlə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqanlara müraciət etməmişlər. Əksinə təqsirləndirilən şəxslərin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının vəsatətinə Biləsuvar Rayon Məhkəməsində (məhkəmə nəzarətini həyata keçirən məhkəmə) baxılarkən təqsirləndirilən şəxslər verilmiş ittiham üzrə özləri (CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə) təqsirli bilmişlər. Qeyd olunanlara əsasən məhkəmə müdafiə tərəfinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özlərinə qarşı verdikləri ifadələrinin məhz hədə-qorxu nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər verilmiş ittihamda göstərilən cinayəti törətmişlər. Habelə məhkəmə təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik maddə əldə etmə, saxlama və daşıma cinayət əməli törətmələri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Tiryək” olan maddə narkotik vasitədir. Tiryəkin 0,5 qramdan artıq hissəsi xeyli miqdar, 50 qramdan 5000 qramadək külli miqdar və 5000 qram və ya ondan artıq hissəsi isə xüsusilə külli miqdar (təmiz halda qramlarla) hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində izah olunur ki, … təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Habelə həmin Qərarın 12-ci bəndində izah edilir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-nin 34.2-ci maddəsinin mənasına görə, CM-nin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Göründüyü kimi, təqsirləndirilən şəxslərdən götürülmüş 1050,0 qram narkotik vasitə olan tiryək külli miqdar təşkil edir. Həmçinin məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunur ki, təqsirləndirilən şəxslər öz aralarında və cinayətkar qrupun digər üzvlərinin arasında olan razılaşmaya əsasən onların niyyəti külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma olmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni şahidlər və təqsirləndirilən şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 öz aralarında və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onlar tərəfindən törədilməsi və onların təqsirliliyi tam sübuta yetirilmiş, habelə təqsirləndirilən şəxslərin qeyd olunan cinayət əməlində təqsirlərini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli düzgün olaraq CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. İşdə olan, Biləsuvar Rayon Məhkəməsinin 10 fevral 2024-cü il tarixli qərarları ilə müəyyən olunur ki, həmin tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 09 fevral 2024-cü il tarixdən hesablanmışdır. Lakin işdə olan sənədlərə, o cümlədən təhqiqat orqanının 08 feral 2024-cü il tarixli “Raport”u, 09 fevral 2024-cü il tarixli “Şübhəli şəxs qismində tutma haqqında”, “Şəxsi axtarış və götürmə haqqında” qərarlar və protokollar, 10 fevral 2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarlar və digər rəsmi sənədlərlə müəyyən olunur ki, Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən 08 feral 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin gün saat 23:40-da tutulmuşlar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 seçilmiş həbs qətimkan tdbiri üzrə həbsetmənin əvvəli, faktiki olaraq tutulduqları vaxtdan, yəni 08 fevral 2024-cü il tarixdən hesablanmalıdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə və məhkəmə hökmünün surəti ilə müəyyən olunur ki, Astara Rayon Məhkəməsinin 21 yanvar 2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 24 oktyabr 2020-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən (az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzasını çəkil qurtardığı gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir) 21 yanvar 2016-cı il tarixli hökm üzrə Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmiş, hazırda o, məhkumluğu olmayan şəxsdir. İşdə olan, şəxsiyyəti təsdiq edən sənədlərə dair məlumatlara əsasən Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, ev 245B-də qeydiyyatda olmaqla yaşamışdır. İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (CM-nin 59 və 61-ci maddələrində göstərilən) yoxdur. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə və məhkəmə hökmünün surəti ilə müəyyən olunur ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2015-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib 04 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 aprel 2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 il 03 ay 29 günü şərti olaraq vaxtından əvvəl azad edilmiş və 04 avqust 2019-cu ildə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən 30 iyul 2015-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmiş, hazırda o, məhkumluğu olmayan şəxsdir. İşdə olan, şəxsiyyəti təsdiq edən sənədlərə dair məlumatlara əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 19B-də qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, ev 245B-də yaşamışdır. İşdə olan, AZ-İİ 740767 №-li doğum haqqında şəhadətnamənin surəti ilə müəyyən olunur ki, X2 21 avqust 2011-ci ildə doğulmuş və anası Təqsirləndirilən şəxs1dır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, eləcə də əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onların CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılmaları qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, Təqsirləndirilən şəxs1 münasibətdə cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxslərin islah olunmalarına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün onlara azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Eyni zamanda iş üzrə müəyyən edilmiş halları, o cümlədən Təqsirləndirilən şəxs1nın narkomaniya xəstəsi olmaqla narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınaraq məhkəmə hesab edir ki, hazırda Təqsirləndirilən şəxs1nın barəsində CMnin 79-cu maddəsinin (Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması) tətbiq edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 08 fevral 2024cü il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəylərini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-nin 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1nın barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onlar cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə təqsirləndirilən şəxslər yaşadıqları ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Biləsuvar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, ayrı-ayrı qablaşdırılmış-1049,8 qram tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X1 X3 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin və telefon danışıqlara dair məlumatların yazıldığı iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Biləsuvar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung” markalı mobil telefon aparatı (üzərində mobil telefon nömrəsi olmaqla), eləcə də iş üzrə götürülmüş Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Honor” markalı mobil telefon aparatı (üzərində mobil telefon nömrələr olmaqla) onların şəxsi əşyası kimi saxlanılıb sonradan onlara təhvil verilməsi üçün onların cəzaçəkdiyi yer üzrə göndərilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni Təqsirləndirilən şəxs2 30 (otuz) manat və Təqsirləndirilən şəxs1 30 (otuz) manat tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 08 fevral 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 08 fevral 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Biləsuvar Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan, ayrı-ayrı qablaşdırılmış-1049,8 qram narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin və telefon danışıqlarına dair məlumatların yazıldığı 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Həmçinin hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Biləsuvar Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung” markalı mobil telefon aparatı (üzərində 099/811-18-20 saylı mobil telefon nömrəsi olmaqla) şəxsi əşyası kimi saxlanılıb sonradan ona təhvil verilməsi üçün onun cəzaçəkdiyi yer üzrə göndərilsin. Habelə hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə götürülmüş və Biləsuvar Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Honor” markalı mobil telefon aparatı (üzərində mobil telefon nömrələri olmaqla) şəxsi əşyası kimi saxlanılıb sonradan ona təhvil verilməsi üçün onun cəzaçəkdiyi yer üzrə göndərilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat məhkum olunmuş şəxslərdən bərabər qaydada, yəni məhkum Təqsirləndirilən şəxs2 30 (otuz) manat və məhkum Təqsirləndirilən şəxs1 30 (otuz) manat tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hökmün surətini aldıqları vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-525/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-525/2024
10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver