Məhkəmə qərarları › İş №1(099)-526/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-526/2024

03.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-526/2024 03.09.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1993-cü ildə Astara rayonu, Ərçivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 228.4 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah hesab olunan beşbarmağı qanunsuz olaraq əldə edib üzərində gəzdirmiş, həmçinin istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən külli miqdarda -7,651 qram çəkidə narkotik vasitə olan heroini (bundan sonra - heroin) satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 15 fevral 2024-cü il tarixdə, saat 18:00-da Astara Rayon Polis Şöbəsinin (bundan sonra – Astara RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyinə görə Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində saxlanılaraq Astara RPŞ-nin inzibati binasına gətirilmiş, üzərində aparılan şəxsi axtarış zamanı 01 ədəd beşbarmaq əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən və 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi -7,651 qram olan heroin əynində olan göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15 fevral 2024-cü il tarixdə, saat 16-17 radələrində Astara rayon Ərçivan qəsəbəsində yaşadığı evin yaxınlığında piyada hərəkət edərkən polis əməkdaşları ona yaxınlaşıb saxlamış, polis şöbəsinə aparıb orada üzərinə baxış keçirmişlər. Baxış zamanı üzərindən bir ədəd beşbarmaq və bir ədəd siqaret qutusunda marixuana çıxmışdır. Polis əməkdaşları marixuananı bir kənara qoyub ona heroini verib “narkotiki götürməlisən” demişlər. Onlara narkotiklə əlaqəsinin olmadığını və heroini götürməyəcəyini bildirmiş, polis əməkdaşları isə heroini götürmədiyi halda narotik vasitəni evindən çıxaracaqlarını bildirmişlər. O, qəsəbədə yaşadığı və evində azyaşlı uşağı olduğu üçün məcbur olub narkotik vasitənin ona aid olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları ona fiziki təsir göstərmişlər, lakin bədənində qançır izləri olmamışdır. Narkotik vasitəni evindən çıxaracaqları ilə hədələdiklərindən onlarla razılaşmış, buna görə də onu döyməyə ehtiyac olmamışdır. Üzərindən aşkar edilmiş beşbarmaq ona aid olmuşdur. Dəmir yığarkən beşbarmağı görüb götürmüş, istifadə etmək fikri olmamış, sadəcə üzərində saxlamışdır. Saxlanılanadək marixuanadan arada bir istifadə etmişdir. Üzərinə şəxsi axtarış keçirilən zamanı videoçəkiliş aparılmış və həmin vaxt polis əməkdaşlarının dediklərini demişdir. Narkotik vasitənin evindən çıxarılacağını dedikləri üçün polis əməkdaşlarının dediklərini demişdir. İfadəsini özü imzalamış, ibtidai istintaq zamanı yanında vəkili olmuş, polis əməkdaşları vəkilin yanında ona nə deyəcəyini demişlər, vəkil də onların nə dediklərini yaxşı bilmişdir. Videoçəkliş zamanı özü narkotik vasitəni çıxarıb təqdim etmişdir. Onu təxminən saat 16-17 radələrində saxlamışlar. Saxlanıldığı yerdən polis şöbəsinə kimi 15-20 dəqiqə məsafə olmuşdur. Belə ki, onu Ərçivan qəsəbəsində dəqiq xatırlamasa da ya maşın ehtiyat hissələri ya da ərzaq dükanının yanında saxlamışlar. Onu döyən şəxslərin adlarını bilməmiş, onları üzdən görsə tanıya bilər. Məhkəmənin hazırlıq iclasında üzərində narkotik vasitənin və beşbarmağın olmasını etiraf etməyinin, ona qarşı fiziki təsir göstərilmədiyini deməsinin səbəbi səsləri yaxşı eşitmədiyi və sualı başa düşmədiyi olmuşdur. Barəsində həbs qətimkan tədiri seçilərkən narkotik vasitənin üzərində olduğunu demişdir. Üzərində bir ədəd siqaretdə marixuana olmuş, onun çəkisi qramdan belə az olmuşdur. Narkotik vasitəni Bakı şəhərindən əldə etmişdir. Heroini cibinə qoyan polis əməkdaşının adını xatırlamır. ƏN PX-nin BİT-də bədəninə baxış keçirilmiş və xəsarətlər aşkar edilməmiş, döyülməsi barədə bildirməmişdir. İstintaq dövründə təcridxanada olarkən heç bir yerə döyülməsi və heroinin ona aid olmaması barədə şikayət etməmişdir. Şikayət etməməsinin səbəbi məhkəməni gözləməyi olmuşdur. Hazırkı məhkəmə iclasında dediklərini sübut edəcək hər hansı bir dəlili və ya şahidi yoxdur. Təqsirləndirilən şəxs məhkəməyə ünvanladığı son sözündə barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı 15 fevral 2024-cü il tarixdə üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən şifahi və həmin tarixdə müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində yazılı qaydada verdiyi izahatı, 15-16 fevral 2024-cü il tarixlərdə müvafiq olaraq şübhəli və təqsirləndirilən şəxs qismində, eləcə də 15 may 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü təqsirli bilərək, məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, təxminən 3-4 ildir ki, qurudulmuş marixuanadan istifadə edir, bundan başqa təxminən 5-6 il əvvəl heroindən də istifadə etmiş, tutulmazdan 2 gün əvvəl, 13 fevral 2024-cü il tarixdə saat 15 radələrində Lənkəran şəhərində yerləşən kiçik bazar adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsə yaxınlaşaraq ondan narkotik vasitə qurudulmuş marixuana istəmiş, lakin həmin şəxs ona onda qurudulmuş marixuana olmadığını, lakin heroin olduğunu bildirmiş, əvvəllər də heroindən istifadə etdiyindən və bədənində ağrıları olduğundan ona 100 manat verib 01 ədəd şəffaf sellofan bükümün içərisində heroin alaraq cibinə qoymuş, daha sonra isə Astara rayonuna gəlmişdir. 15 fevral 2024-cü il tarixdə, saat 18 radələrində Astara rayon, Ərçivan qəsəbəsində yaşadığı evin yaxınlığında piyada hərəkətdə olan zaman heroin də üzərində olmuş, yol kənarında hərəkətdə olan zaman yanında avtomobil dayanmış, avtomobildən düşən mülki geyimli şəxslər özlərini ona təqdim edib polis əməkdaşları olduqlarını, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Polis şöbəsində müdafiəçinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış keçirilməyə başlanmış, şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd beşbarmaq, 1 ədəd qatlanan bıçaq, gödəkçənin sol yan iç cibindən bir ədəd şəffaf sellofan bükümdə heroin və gödəkçənin sol yan cibindən 1 ədəd “Nokia” markalı mobil telefonu təqdim edərək masanın üzərində qoymuş, bundan başqa üzərindən hər hansı əşya və predmet aşkar edilməmişdir. Bundan sonra onunla şifahi sorğu aparılmış, şifahi sorğu zamanı təqdim etdiyi 01 ədəd bükümdə narkotik vasitə olan heroinin ona məxsus olduğunu, tutulmazdan 2 gün əvvəl, yəni 13 fevral 2024-cü il tarixdə, saat 15 radələrində Lənkəran rayonunda tanımadığı şəxsdən ağrıları olanda istifadə etmək üçün 100 manata aldığını, bıçaqla beşbarmağı isə təxminən 3-4 ay əvvəl Astara rayon, Ərçivan qəsəbəsində metal yığan zaman yerdən tapdığını demişdir. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Astara Rayon Məhkəməsinin 18 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin məhkəmə iclasında özünü təqsirli bilmiş, 7,651 qram çəkidə heroinin ona məxsus olduğunu, həmin narkotik vasitəni satmaq niyyətinin olmadığını bildirərək barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları tərəfindən hədələndiyi üçün o, yuxarıda qeyd olunan məzmunda ifadə vermişdir, həmin ifadəni təsdiq etmir. Tutulduqdan 03 ay sonra verdiyi etirafedici ifadəsinin səbəbini isə izah edə bilmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Astara RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 Bafəddin oğlu ifadəsində göstərdi ki, 15 fevral 2024-cü il tarixdə ona Təqsirləndirilən şəxs narkotik vasitəni üzərində saxlaması barəsində əməliyyat məlumatı daxil olmuş, rəhbərliyə məruzə edilmiş əməliyyat qrupu yaradılmışdır. O, Şahid3 və Şahid2 həmin qrupa daxil olmuşdur. Ərçivan qəsəbəsinə Təqsirləndirilən şəxs yol kənarında piyada gəzərkən avtomobillə ona yaxınlaşıb özlərini təqdim etmişlər və nədə şübhəli olduğunu və üzərinə baxış keçirilməli olduğunu bildirmişlər, yolda sıx hərəkət olması səbəbi ilə Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmiş, təhqiqatçı, vəkil və əməliyyat qrupunun iştirakı ilə üzərinə baxış keçirilmiş və üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etməsi istənilmiş, Təqsirləndirilən şəxs beşbarmaq, bıçaq və bir büküm üzərində olan narkotik vasitəni təqdim etmiş və həmin narkotik vasitə qablaşdırılmışdır. Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitə aşkar edilərkən Təqsirləndirilən şəxs etirazını bildirməmiş, sonuncunu saxlayarkən aralarında heç bir ziddiyyət olmamışdır. Təqsirləndirilən şəxs beşbarmağı 3-4 ay əvvəl tapdığını, şəxsi istifadəsi üçün narkotik vasitəni üzərində saxladığını, narkotik vasitəni Lənkəranda tanımadığı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs saat 18 radələrində, Ərçivan qəsəbəsində, avtobus dayanacağının yanında saxlamışlar. Təqsirləndirilən şəxs narkotik vasitəni üzərində daşıması barədə əməliyyat məlumatı olmuş, beşbarmaq və bıçaq polis şöbəsində üzərində axtarış zamanı aşkar edilmişdir. Təqsirləndirilən şəxs qarşı fiziki zor tətbiq olunmamış, sonuncunun üzərinə heç kim narkotik vasitə qoymamış, onun evindən narkotik vasitə çıxarılacağı ilə hədələnməmişdir. Bıçaq və beşbarmaq da Elvinə aid olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Astara RPŞ-nin əməkdaşı Şahid2 Şahid1 ilə eyni məzmunda ifadə vermiş və ona verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat iştirakçısı olmuş, əməliyyat məlumatı onda olmamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki, mənəvi təsir, təzyiq olunmamışdır. Şəxsi axtarış keçirilən zaman ona qanunla qadağan olunmuş əşyanı təqdim etməsi təklif olunmuş və Təqsirləndirilən şəxs üzərində olanları təqdim etmişdir. Təqsirləndirilən şəxs kənddə tək hərəkət edərkən saxlamışlar, sonuncu saxlanılarkən heç bir etirazını bildirməmişdir. Təqsirləndirilən şəxs təxminən saat 18 radələrində saxlamışlar. Sonuncunun saxlanıldığı yerdən Astara RPŞ-yə təxminən 15-20 dəqiqəlik yol olmuşdur. Elvin gödəkçəsinin çöl cibindən beşbarmağı çıxartdığını xatırlayır. Narkotik vasitə şəffaf sellofana bükülü olmuş, narkotik vasitəni çəkliş zamanı Təqsirləndirilən şəxs özü təqdim etmiş, lakin hansı cibindən çıxartdığını xatırlamır. Təqsirləndirilən şəxs qarşı fiziki zor tətbiq olunmamış, üzərinə heç kim narkotik vasitə qoymamış, onun evindən narkotik vasitə çıxarılacağı ilə hədələnməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Astara RPŞ-nin əməkdaşı Şahid3 Şahid1 ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 15 fevral 2024-cü il tarixli raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxsin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir (səh. 3-06; 10; 28-30) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:40-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v.12) -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 15 fevral 2024-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncu əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd beş barmağa bənzər alət, 01 ədəd açılıb baqlanan bıçaq və sol yan iç cibindən 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütləni, sol yan cibindən 1 ədəd Nokia markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Şifahi sorğu zamanı üzərindən aşkar edilərək götürülmüş kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin kütləni tutulduğu gündən təxminən 2 gün əvvəl, yəni 13 fevral 2024-cü il tarixdə Lənkəran rayonunda tanımadığı şəxsdən 100 manata aldığını və öz istifadəsi üçün üzərində saxlayaraq daşıdığını, bundan başqa üzərindən aşkar olunan 01 ədəd beş barmağa bənzər aləti və 01 ədəd açılıb baqlanan bıçağı təxminən 3-4 ay əvvəl Astara rayon Ərçivan qəsəbəsi ərazisində metal yığan zaman tapıb üzərində saxlayaraq daşıdığını bildirmişdir. (i.v. 28-30) -Materialların məhkəmə ekspertizasının 16 fevral 2024-cü il tarixli, 19/148 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş. Təqsirləndirilən şəxs təqdim etdiyi bir bükümdə büküm...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 7,651 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (i.v. 36-39) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 17 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 50-51) - Astara Rayon Məhkəməsinin 18 fevral 2024-cü il tarixli, 4(018)-10/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. (i.v. 69-71) -Ambulator məcburi narkoloji tibbi yoxlamanın 19 fevral 2024-cü il tarixli, 163 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan aslılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji xəstəxanasında profilaktik qeydiyyata alınması məsləhət görülür. (i.v. 83) - Məhkəmə tibbi ekspertizasının 19 fevral 2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi ekspertizasından keçirilmiş, bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. (i.v. 85-86) - Astara Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 5(018)-23/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Astara RPŞ-nin ƏİÜ rəis müavini Orxan Novruzovun xx.xx.2024-cü il tarixli qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri qanuni hesab edilmişdir. (i.v. 90-92) - Məhkəmə-ballistik ekspertizasının 15 mart 2024-cü il tarixli, 3/439 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet kustar üsulla beşbarmaq (kastet) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. (i.v. 114-116) - “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 15 may 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə istintaq edilən cinayət işi həmin Məcəllənin 234.1-1 və 228.4-cü maddələrinə tövsif edilmişdir. (i.v.119-120) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 15 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4 və 234.1- 1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona yenidən ittiham elan edilmişdir. (i.v. 122-123) - “Sübutların qiymətləndirilməsi haqqında” 16 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsa elan edilmiş ittihamın qüvvədə saxlanılması, cinayət işi materiallarından başqa cinayət işi ayrılması, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,551 qram olan heroinin və 01 ədəd kustar üsulla beşbarmaq (kastet) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahın maddi sübut kimi tanınması və saxlanılması üçün Astara RPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi qərara alınmışdır. (i.v. 133-141) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: - məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs saxlanılarkən üzərində 0,5 qrama yaxın qurudulmuş marixuana olduğunu, heroinin polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu, polis əməkdaşlarının hədəsi və az da olsa fiziki təzyiqi ilə həmin kütlə barədə etirafedici ifadələr verdiyini deməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirlən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində ilkin və sonrakı, hətta şübhəli şəxs qismində tutulduqdan 03 ay sonra, yəni 15 may 2024-cü il tarixdə verdiyi ifadələrində ona elan olunmuş ittihamda göstərilən həcmdə narkotik vasitənin ona aid olduğunu, həmin vasitədən istifadə etdiyini və həmin kütləni Lənkəran şəhərində tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Astara Rayon Məhkəməsinin 18 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin məhkəmə iclasında özünü təqsirli bilmiş, 7,651 qram çəkidə heroinin ona məxsus olduğunu, həmin narkotik vasitəni satmaq niyyətinin olmadığını bildirərək barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı narkotik vasitə əldə etdiyini (çəkiləri və növləri barədə fərqli fikirlər söyləsə də) göstərmiş, lakin Təqsirləndirilən şəxs məhkəmə baxışı dövründə verdiyi ifadəsində hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada təhrif edildiyi müəyyən edilmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələrinin bir hissəsi yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, məhkəmə istintaqının səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Astara RPŞ-nin yuxarıda adları qeyd edilən əməkdaşları da ifadələrində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs üzərindən heroin aşkar edilərək götürülmüş, şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs cibində olan 01 bükümdə heroinə bənzər kütləni könüllü təqdim etmiş, onunla şifahi sorğu zamanı həmin kütlənin ona məxsus olmasını, şəxsi istifadəsi məqsədi ilə saxladığını və s. halları tam etiraf etmiş, hər hansı etirazı olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırkı halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini (yuxarıda qeyd edilən hissədə) özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili - saxlanılarkən polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər və hədələr edildiyi üçün həmin narkotik vasitə barədə etirafedici ifadələr verməsi barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqə və hədəyə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istərsə də onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər və eyni zamanda onlar, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış, şübhəli və təqsirləndirilən şəxs qismində dindirmə istintaq hərəkəti zamanı müdafiəçinin sualına cavab olaraq söylədiyi səsli nitqində ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir fiziki təsirlərin edilmədiyini, hədə-qorxu gəlinmədiyini, bu barədə heç bir şikayətlərinin olmadığını bildirmiş, eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini bildirmişlər. Həmçinin ƏN PX-nin Bakı İstintaq Təcridxanasının Tibbi-sanitar hissəsinin rəisi tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli məktubundan və məktuba əlavə edilmiş 1364/2024 nömrəli “Məhkumun tibbi kitabçası”nın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə PX-nin Bakı istintaq təcridxanasına daxil olmuş,tibbi müayinədən keçirilmiş, bədən səthində hər hansı xəsarət aşkar edilməmiş, saxlanılan zaman zədə almadığını bildirmişdir. Həmçinin məhkəmə tibbi ekspertizasının 19 fevral 2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs aid 1364/2024 nömrəli “Məhkumun tibbi kitabçası”nda saxlanılarkən bədəni üzərinə hər hansı xəsarət olmaması və hər hansı zədə almamasını bildirməsini, məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli rəyini, cümlədən, hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz fiziki təzyiq və hədə-qorxu nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə və hədələrə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Hazırki cinayət işinə məhkəmədə baxılanadək Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitənin növünü və çəkisini mübahisələndirməmiş, ibtidai istintaq dövründə dəfələrlə ifadə verərək özünü ona irəli sürülmüş ittiham üzrə təqsirli bilərək, üzərində aşkar edilmiş kütlənin ona məxsus olmasını bildirmişdir. Lakin o, məhkəmə istintaqında tamamilə fərqli məzmunda ifadə verərək ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs verilmiş ittihamdan müəyyən edilir ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah hesab olunan beşbarmağı qanunsuz olaraq əldə edib üzərində gəzdirmişdir. Təqsirləndirilən şəxs ona həmin maddə ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş, müdafiəsi üçün hər hansı dəlil gətirməmişdir. Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsində milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. “Xidməti və mülki silah haqqında” Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silahlara konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istisna edilməklə xəncər, beybut, ov bıçağı, qılınc, süngü bıçaqları və s.) sair kəsici-deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyintına malik olan (nizə, döyüş baltası və s.) eləcə də zərbə-dağıdıcı təsirli əşyalar (beşbarmaqlar, nunsaklar, gürzlər, toppuzlar və s.) aid edilir. Soyuq silahın qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. əl yükündə gəzdirilməsi başa düşülməlidir. Cinayət işi materiallarına əlavə edilmiş 15 mart 2024-cü il tarixli, 3/439 nömrəli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd predmet kustar üsulla beşbarmaq (kastet) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində beşbarmaq olduğunu, həmin soyuq silahı metal yığarkən tapdığını və üzərində gəzdirdiyini bildirmişdir. Cinayət işi materiallarından da görünür ki, Təqsirləndirilən şəxs Ərçivan qəsəbəsi ərazisində olarkən saxlanılmış və saxlanılarkən də beşbarmağı üzərində gəzdirdiyindən Təqsirləndirilən şəxs soyuq silahı gəzdirməsi CM-in 228.4-cü maddəsinin tərkib əlamətlərini özündə əks etdirir. Bundan əlavə 01 ədəd beşbarmaq Təqsirləndirilən şəxs tərəfindən qanunsuz əldə edildiyindən, həmin predmetin qanuni olaraq əldə edilməsi barədə hər hansı sübut olmadığından və həmin predmetlər yuxarıda qeyd edilən ekspertiza rəyinə əsasən soyuq silah hesab edildiyindən Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə məsuliyyətə cəlb olunmuşdur. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini qəsdən törətmişdir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin külli miqdarda heroini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib, saxlamış, bundan əlavə 01 ədəd beşbarmağı qanunsuz olaraq əldə etmiş, gəzdirmişdir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 228.4 və 234.1-1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Bafəddin oğlu, Şahid2 və Şahid3 ifadələri, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı tam, məhkəmə istintaqı zamanı isə qismən etirafedici ifadələri, “şəxsi axtarış keçirilməsi haqqında” 15 fevral 2024-cü il tarixli protokollar, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, digər istintaq hərəkəti protokolları, materialların məhkəmə ekspertizasının 16 fevral 2024-cü il tarixli, 19/148 nömrəli, məhkəmə-ballistik ekspertizasının 15 mart 2024-cü il tarixli, 3/439 nömrəli, ambulator məcburi narkoloji yoxlamanın 19 fevral 2024-cü il tarixli, 163 nömrəli rəyləri, əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş material hesab edilən, Astara RPŞ-nin səlahiyyətli əməkdaşının tərtib etdiyi 02 mart 2024-cü il tarixli raport, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroin və 01 ədəd beşbarmaq, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 228.4 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin sanksiyasında üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə, həmin Məcəllənin 234.1-1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v 113) - Astara rayon İcra Hakimiyyəti Başçısının Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 13 may 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs rayonun Ərçivan qəsəbəsində yaşayır, evlidir, ailə tərkibi həyat yoldaşı və 2014-cü il təvəllüdlü qızından ibarətdir. Qəsəbədə yaşadığı müddətdə özünü nümunəvi davranışla aparmağa səy göstərmişdir. (i.v. 110-112) Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, himayəsində bir azyaşlı uşağının olması ilə bağlı cəzasını yüngülləşdirən halın olduğunu (Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən) və Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 228.4 və 234.1-1-ci maddələrinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 15 fevral 2024-cü il tarixdən hesablanmalı və Astara Rayon Məhkəməsinin 18 fevral 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 19 fevral 2024-cü il tarixli, 163 nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 124 (yüz iyirmi dörd) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 124 (yüz iyirmi dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Astara RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 7,551 qram heroin və 01 ədəd soyuq silah hesab edilən kastet (beşbarmaq) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən, eləcə də şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən qeydə alınmış videoçəkilişin köçürüldüyü 03 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü tarixli, 8 nömrəli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 228.4-ci maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu 15 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci 124 (yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Astara RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 7,551 qram heroin və 01 ədəd soyuq silah hesab edilən kastet (beşbarmaq) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən qeydə alınmış videogörüntülərin əks olunduğu 03 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar