Məhkəmə qərarları › İş №1(099)-529/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-529/2022

01.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-529/2022 01.09.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emil Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri X2 və müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 18 avqust 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olumamış, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi ev 11, mənzil 23-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşı « Məhəmməd » adı ilə tanıdığı şəxslə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, Biləsuvar rayonu, «Çaylı-Əsgərabad» dairəvi yolunun kənarında, «Biləsuvar-Bəhramtəpə- Şuşa» sözləri yazılmış lövhənin altında gizlədilmiş külli miqdarda, 460 qram psixotrop maddə metamfetamini əldə etmək məqsədilə 20 may 2022-ci il tarixdə saat 21:30 radələrində cinayət barədə xəbərsiz olan taksi sürücüsü Şahid4 ilə birlikdə sonuncunun idarə etdiyi “Kia Pride” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gələrək qeyd edilən psixotrop maddəni gizlədildiyi yerdən götürüb, avtomobilin qabaq sağ oturacağının alt hissəsinə qoyaraq, satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşıyarkən, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 20 may 2022-ci il tarixdə saat 21:40 radələrində Astara-Ələt yolunun Biləsvar rayonu ərazisindən keçən 132-ci kilometrliyində, Bakı şəhəri istiqamətində hərəkətdə olarkən saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra Şahid4 idarə etdiyi “Kia Pride” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən həmin avtomobilin qabaq sağ oturacağının altından külli miqdarda, 460 qram çəkidə psixotrop maddə metamfetamin bir ədəd sellofan bağlamanın içərisində olmaqla aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu Məhəməd ona “WhatsApp” la zəng edərək Biləsuvar rayonuna 150 qram psixotrop maddə metamfetamin göndərcəyini, həmin maddənin gedib götürüb aparmasını və pulu olanda kartına metamfetaminin hər qramına görə 15 manat olmaqla 2250 manat pul göndərməsini təklif etmişdir. O da Məhəmməd adlı həmin şəxsin bu təklifi ilə razılaşmışdır. 20 may 2022-ci il tarixdə saat 18 radələrində tanışı taksi sürən Şahid4 zəng edərək Biləsuvar rayonunda bir qız tanışının olmasını, həmin qızla görüşmək üçün onu idarə etdiyi avtomobillə Biləsuvar rayonuna aparmasını xahiş etmiş və bunun əvəzində isə onun avtomobilinə yanacaq vuracağını və əlavə olaraq yol haqqı verəcəyini bildirmiş Firad da razılaşmışdır. Həmin gün saat 19 radələrində Firadın idarə etdiyi “Kia” markalı avtomobillə Biləsuvar rayonuna gəlmişlər. Biləsuvar rayonuna gələn zaman o Məhəmmədə mesaj yazaraq metamfetamini harada gizlətdiyini soruşmuşdur. Məhəmməd isə ona Biləsuvar rayonuna çatdıqdan sonra metamfetaminin gizlədildiyi yeri bildirəcəyini demişdir. Həmin gün saat 21 radələrində Biləsuvar rayonunda olarkən Məhəmməd onun telefonuna səs ataraq içərisində psixotrop maddə metamfetamin olan bağlamanı üzərində Biləsuvar-Bəhramtəpə-Şuşa sözləri yazılmış lövhənin altında gizlədiyini demiş, o da avtomobilə əyləşib Firada avtomobili bir qədər irəli sürməsini demiş, onlar həmin lövhənin yanına çatarkən o Firada tualetə getmək istədiyini deyib, avtomobili saxlatdıraraq, düşüb lövhənin yanına getmiş və onun altında gizlədilmiş bir ədəd bağlamaını götürüb əynindəki gödəkçənin altında gizlədərək, avtomobilə əyləşmiş və Firada qızla görüşə bilmədiyini, ona görə də Bakıya qayıtmaq istədiyini demiş, Firad da avtomobili Bakı şəhəri istiqamətində sürmüş, həmin vaxt Yol Patrul Xidmətinin əməkdaşları onların avtomobili saxlamışlar. O isə gödəkçəsinin altında gizlətdiyi bağlamanı əyləşdiyi oturacağın altında qoymuş, sonra da polis əməkdaşları onları polis şöbəsinə aparmışlar. Polis şöbəsində vəkillərin iştirakları ilə onların üzərlərində axtarış aparsalarda üzərlərindən heç bir qadağan olunmuş əşya aşkar edilməmişdir. Daha sonra avtomobilə baxış keçirilmiş, baxış zamanı onlara avtomobildə narkotik vasitə və ya qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa könüllü olaraq təqdim etmələri təklif olunmuşdur. Şahid4 avtomobildə özünə aid qadağan edilmiş heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Lakin o, həmin avtomobildə özünə məxsus olan psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları avtomobilin sağ qabaq oturacağının altında gizlətdiyi içərisində metamfetamin olan bağlamanı aşkar edib götürmüşlər. Həmin bağlamaya baxarkən içərisində metamfetamin olması aşkar edilmiş, bağlama elektron tərəzidə çəkildikdə çəkisi 470 qram olmuşdur. Şahid4 onun Biləsuvar rayonuna metamfetamin əldə etmək üçün gəlməsindən, İranlı Məhəmməd adlı şəxslə əlaqələrinin olmasından, avtomobilində metamfetamin gizlətməsindən heç bir məlumatı olmamışdır. O, Firada Biləsuvar rayonunda bir qız tanışı ilə görüşmək üçün getdiyini bildirmişdir. Məhəmməd ona 470 qram deyil, 150 qram psixotrop maddə metamfetamin göndərəcəyini demişdir. O da həmin metamfetamini özünün istifadəsi məqsədilə əldə etmək istəmişdir. Lakin həmin metamfetamindən heç kimə satmaq və ya vermək niyyəti olmamışdır. Etdiyi əməldən peşmandır. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi özünün ifadəsindən başqa dindirilmiş şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, əldə edilmiş maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona tamamilə sübutdur. Dindirilmiş şahid Biləsuvar Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhər sakini Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən 20 may 2022-ci il tarixdə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, bununla əlaqədar olaraq, əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun tərkibinə o, əməliyyat müvəkkili Şahid1, polis nəfəri Şahid3, Dövlər yol polisi əməkdaşları Rəcəb Səfərli və Rəşad Mirzəyev və daxil edilmişlər. 20 may 2022-ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs içərisində əyləşdiyini ehtimal etdikləri “Kia Pride” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil Astara- Ələt yolunun 132-ci kilometrliyində hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinə gətirmişlər. Orada vəkillərin iştirakları ilə avtomobili idarə edən Şahid4 və Təqsirləndirilən şəxs üzərlərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Lakin onlardan hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya və predmet aşkar olunmamışdır. Sonra isə videoçəkiliş aparılmaqla Şahid4 idarə etdiyi “Kia Pride” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin qabaq sağ oturacağının altından bir ədəd sellofan bağlama aşkar edilərək götürülmüşdür. Həmin bağlama açılıb baxıldıqda içərisində psixotrop maddə metamfetamin olması müəyyən edilmişdir. Aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin elektron tərəzidə çəkildikdə çəkisi 470 qram olmuşdur. Təqsirləndirilən şəxs həmin maddəni İran vətəndaşı Məhəmməd adlı şəxsin göndərdiyini və özünə məxsus olmasını, avtomobilin sürücüsü Şahid4 heç bir məlumatının olmamasını bildimişdir. Şahid4 idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş metamfetamin müvafiq qaydada qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilmiş, saxlanılan şəxslər də protokolun döğruluğunu imzaları ilə təstiq etmişlər. Həmin vaxt və sonra onlara heç bir təsir və təzyiq olunmamışdır. Dindirilmiş Şahid1 Şahid2 ifadəsində qeyd edilən xüsusatları tam təsdiq etməklə eyni məzmunlu ifadə verdilər. Məhkəmədə CPM-nin 329-cu maddəsinə əsasən müdafiə və ittiham tərəfin razılığı ilə gəlməyən Şahid4 ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Həmin ifadə ilə də Təqsirləndirilən şəxs oğunun ittiham olunan cinayət əməlini törətməsi təsdiq olunur. Cinayət işinin materiallarında olan Biləsuvar Rayon Polis Şöbəsinin təhqiqatçısı Azər Qəmbərli tərəfindən 20 may 2022-ci il tarixdə tərtib edilmiş «Nəqliyyat vasitəsinə baxış keçirilməsi və maddi sübutun götürülməsi» barədə protokoldan görünür ki, Şahid4 etdiyi etdiyi “Kia Pride” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə, psixotrop maddə olması şübhəsinə görə RPŞ-nin NQMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, KTQnun baş ekspert-kriminalisti polis kapitanı Anar Abduhəlimov, vəkillər Mehman Mütəllimov və Əli Hüseynov, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs və Şahid4 iştirakları ilə videoçəkiliş aparılmaqla Şahid4 idarə etdiyi “Kia Pride” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı şübhəli şəxslər Təqsirləndirilən şəxs və Şahid4 avtomobildə özlərinə aid narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa könüllü olaraq çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs və Şahid4 avtomobildə özlərinə aid olan narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olmadığını bildirmişlər. Bundan sonra polis əməkdaşları həmin avtomobilə baxış keçirmiş, baxış zamanı avtomobilin qabaq sağ oturacağının altından bir ədəd sellofan bağlama aşkar edilərək götürülmüşdür. Həmin bağlama açılıb baxıldıqda içərisində psixotrop maddə metamfetamin olması müəyyən edilmişdir. Aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin elektron tərəzidə çəkildikdə 470,0 qram olması müəyyənləşdirilmişdir. Şahid4 idarə etdiyi avtomobilə baxış zamanı digər hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya, predmet aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan ifadənin yerində yoxlanılması haqqında istintaq hərəkəti protokolundan və fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən, o, Biləsuvar rayonu, «Çaylı-Əsgərabad» dairəvi yolunun kənarında, üzərində Biləsuvar-İran sərhədi-Bəhramtəpə-Şuşa» sözləri yazılmış lövhəsinin yanını göstərərək İranlı Məhəmməd adlı şəxsin göndərdiyi içərisində psixotrop maddə metamfetamin olan bağlamanı 20 may 2022-ci il tarixdə həmin lövhənin yanından götürməsini bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması barədə tərtib edilmiş müvafiq protokol və fotocədvəl cinayət işinin istintaqı materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 21 may 2022-ci il tarixli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Şahid4 idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş Təqsirləndirilən şəxs məxsus olan psixotrop maddə” sözlər və imzalar olan bir ədəd paketdəki, 01 ədəd bükümdə təmiz çəkisi 460,0 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindir. Metamfetaminin təmiz çəkisi 460,0 qram, tədqiqata sərf edildi---0,05 qram, qalıq 459,95 qram İşdə olan ibtidai istintaq orqanının 22 may 2022-ci il tarixli qərarından görünür ki, tədqiqata təqdim edilmiş 460 qram psixorop maddə metamfetaminin tədqiqatdan sonrakı 459,95 qram qalığı cinayət işi üzrə maddi sübut hesab edilərək məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs məxsus «Samsung Galaxy A02S» markalı, qara rəngli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Həmin mobil telefonun üzərində ***-***-**-** saylı mobil nömrəsi vardır. Telefonun “kontaktlar” hissəsinə baxan zaman İran İslam Respublikasının operatorlarına məxsus olan +**********31saylı mobil nömrəsinin, həmin mobil nömrənin sahibinin adının “Baba” kimi qeyd edilməsi müəyən edilmişdir. X4 Respublikasının operatorlarına məxsus olan +**********49 saylı mobil nömrəsinin qeyd edilməsi, lakin adın yazılmaması, “Qalareya” bölümünə baxış keçirilərkən Biləsuvar rayonu ərazisində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin fotoşəklinin olması,telefonun “WA Businees” proqramına baxış keçirilən zaman **********49 saylı mobil nömrədən 20 may 2022-ci il tarixdə saat 20:48 dəqiqədə və 21:24 dəqiqədə qarşılıqlı olaraq zənglərin edilməsi müəyyən olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxsla İran İslam Respublikasının operatorlarına məxsus olan +**********49 saylı mobil nömrənin istifadəçisinin 20 may 2022-ci il tarixdə qarşılıqlı olaraq aşağıdakı səs yazılarını biri-birinə göndərmələri müəyyənləşdirimişdir: -Təqsirləndirilən şəxs “ha heç nə telefonu söndürürəm, gedim götürüb xəbər edəcəm sənə, öpürəm”, +**********49 saylı mobil nömrənin istifadəçisi “götürən kimi mənə xəbər elə, başuva dönüm sənin, götürdün mənə xəbər elə, nigaran qalmayım, telefonu söndür, çıx gəl Bakıya, qardaş qadan alım götürdün, başına dönüm sənin götürmüsənsə xəbər elə mənə, ay qaqa”. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoqoidlərini tərkibində saxlayan narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə Təqsirləndirilən şəxs Şahid4 idarə etdiyi nəqliyyat vasitəsindən aşkar edilmiş külli miqdarda narkotik psixotrop maddənin yalnız 150 qramından məlumatı olduğunu, Məhəmmədin ona o qədər metamfetamin göndərəcəyindən məlumatı olmadığını göstərmişdir. Məhkəmə onun bu ifadəsi özünü ağır məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıdığından, məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən və işin faktiki hallarına uyğun gəlməyən ifadə olduğundan, habelə dindirilmiş şahidlərin ifadələri, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, avtomobilə baxış keçirilməsi və telefona baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolları, maddi sübutlar, sənədlər və işin faktiki halları ilə təkzib edildiyindən həmin hissədə ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21-ci madəsinə görə narkotik vasitərin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün bir narkotik vasitənin və psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Bu həcm isə 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahısı” əsasında tənzimlənir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarı da bu mövqedən çıxış edir. Belə ki, həmin qərarın 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın nakotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də o CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 18 avqust 1995-ci ildə Bakı şəhərində anadan olmuşdur.Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi ev 11, mənzil 23-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivində yaşamışdır. Bakı şəhəri, Suraxanı rayonu RİHB-nın Hövsan qəsəbəsi üzrə İƏD nümayəndəliyindən daxil olmuş xasiyyətnamə ilə o müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Biləsuvar rayon məhkəməsinin 22 may 2022-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 20 may 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən aşağıdakılar nəzərə alınmalıdır. CM-in 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs gənc olmasını, ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini məhkəmə onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda məhkəmə CM-in 61.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halın olmasını müəyyən etmədi. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 20 may 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-in 93.1.2-ci maddəsinin tələbinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Biləsuvar rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 459,995 qram psixotrop maddə metamfetamin məhv edilməli, bir ədəd «Samsung Galaxy A02S » markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvünə təhvil verilməlidir. İş üzrə 50 manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44, 51-2, 132, 344-349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 20 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. CM-nin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Biləsuvar rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 459,995 qram psixotrop maddə metamfetamin məhv edilsin. Bir ədəd «Samsung Galaxy A02S » markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvünə təhvil verilsin. İş üzrə 50 manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar