Məhkəmə qərarları › İş №1(099)-53/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-53/2023

16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-53/2023 16.05.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – X8 oğlunun sədrliyi ilə, hakimlər – Quliyev Nizami Fərzi oğlu və Hüseynov Nahid Nəsir oğlundan oğlundan ibarət tərkibdə, Rəhimov Emil Vəliağa oğlunun katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1986-cı il tarixdə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 6 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Neftçala şəhəri M.Ə.Sabir küçəsində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, 27 mart 2022-ci il tarixdə saat 17 radələrində Neftçala şəhəri, S.İmanov küçəsində tanışı Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi "xxxx" MMC-yə məxsus “Ford Tranzit” markalı ** XA *** dövlət qeydiyyat nişanlı avtomobili hərəkətdə olarkən saxladıb üzərində olan zavod üsulu ilə istehsal edilmiş deşici xassəyə malik soyuq silah hesab olunmayan bizlə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vurmaqla sonuncuya başın sol ənsə nahiyəsinin, sağ əlin üst səthinin deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan deşici-kəsici alətin təsirindən törənməyə xarakterik sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirərək həyatı üçün təhlükəli olan zor tətbiq etməklə 15000 manat dəyərində “Ford Tranzit” markalı, ** XA *** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan idarə edib hadisə yerindən uzaqlaşmaqla xeyli miqdarda ziyan vurub avtomobili qanunsuz olaraq ələ keçirmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o Zərərçəkmiş şəxs narkotik vasitələr satan şəxs kimi tanımış, 27 mart 2022-ci il tarixdə saat təxminən 17 radələrində məhəlləyə çıxdığı vaxt Zərərçəkmiş şəxs narkotik vasitə satmasına maneçilik törətmək üçün onun maşınını saxlatmışdır.Elnur maşını saxlayıb aşağı düşərək ona “niyə maşını saxladırsan, nə olub?” demiş, həmin vaxt onun maşınında narkotik vasitə olduğunu bilmiş, ona nə üçün narkotik vasitə satdığını deyib bu əməlinə etiraz etmişdir.Bu zaman mübahisə etmişlər, Elnurun maşınında narkotik vasitə olduğuna görə o, maşını polis şöbəsinə aparmaq istəməmişdir. Elnur maşından düşəndə maşın işlək vəziyyətdə olduğuna görə avtomobilə oturub onu polisə təhvil vermək məqsədilə idarə edərək Bakı şəhərinə aparmış, Bakı şəhəri, Lökbatan qəsəbəsinə çatdıqda avtomobili saxlamış və sonra polis əməkdaşları gəlib maşını oradan götürmüşlər.O Zərərçəkmiş şəxs vurmamış, Elnur özü də istintaq zamanı birinci dəfə ifadə verərkən onun tərəfindən vurulmadığını bildirmişdir. O Zərərçəkmiş şəxs saxlayanda əlində heç bir alət olmamışdır, maşında tapılan biz isə onun deyildir. Zərərçəkmiş şəxs xəsarət almasından onun xəbərim yoxdur.Onun Zərərçəkmiş şəxsla əvvəldən münasibəti olmuş, Elnurun narkotik vasitələr satması barədə məlumatı olmuş, sonuncu onun qardaşı ilə bir yerdə həbsdə olub, cəza çəkmişdir. Elnurun avtomobilini idarə edib Neftçaladan Bakıya gətirməsi, yəni hadisə barədə «102»-yə zəng edib məlumat vermiş, həmin vaxt idarənin təcili yardım maşınında narkotik vasitə satılmasını demiş, avtomobili də 102-yə təhvil vermək üçün Bakıya gətirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona verilmiş ittihamda özünü təqsirli bilməsə də onun ifadəsini qismən etirafedici ifadə kimi qiymətləndirməklə zərər çəkmiş şəxsə zor tətbiq etməməsi və ona bədən xəsarətləri yetirməməsinə dair ifadəsinə tənqidi yanaşaraq həmin ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında tədqiq edilmiş iş materialları, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, o və Ortoped MMC-nin digər həkimləri X5 LTD-də fəaliyyət göstərirlər. Ortoped MMC-nin təcili yardım çağırışlarına getmək üçün “Ford Tranzit” markalı, ** XA *** dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin avtomobili etibarnamə əsasında Neftçala şəhər sakini olan Zərərçəkmiş şəxs idarə etmişdir. 27 mart 2022-ci il tarixdə axşam tərəfi onlara Elşad adlı şəxsin Zərərçəkmiş şəxs Neftçala şəhərində hərəkətdə olarkən saxlatdırıb ona xəsarət yetirərək avtomobili qaçırması barədə məlumat daxil olmuşdur. Sonra avtomobili görməmiş, avtomobil Neftçala RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə tapılaraq şirkətə qaytarıliış, avtomobilə ziyan dəyməmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi və iddiaları yoxdur. Halhazırda Zərərçəkmiş şəxs onlarla işləmir. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı istintaq orqanına verdiyi ifadəsindən görünür ki, o Neftçala şəhəri, məhəllə 7-də qeydiyyatda olmaqla orada ailəsi ilə birlikdə yaşayır və Bakı şəhəri, Nəsimi rayonu, City Hospitalda sürücü işləyir. Hazırda Neftçala şəhərində yerləşən neft şirkətində ezamiyyətdədir. “Ford tranzit” markalı, ** XA *** dövlət qeydiyyat nişanlı avtomobil ona təhkim olunmuşdur, o, idarə edir. O, X4 və Təqsirləndirilən şəxs Neftçala şəhər sakini kimi tanıyır. Əvvəllər həmin şəxslərlə hər hansı ədavəti və ya qərəzli münasibəti olmamışdır. O, təxminən 2-3 ay əvvəl eşitmişdir ki, Heydər və Elşad ataları Sədirxanı evdə incidirlər və bir tanış adam kimi Heydər və Elşadla görüşüb bu barədə onlara öz iradını bildirmişdir. Sonra nə Heydəri, nə də Elşadı görməmişdir. 27 mart 2022-ci il tarixdə saat təxminən 17 radələrində Neftçala şəhər M.Ə.Sabir küçəsində yerləşən yanacaq doldurma məntəqəsinə benzin vurmağa getmişdir. Bu vaxt Neftçala şəhəri, S.İmanov küçəsində hərəkətdə olmuşdur. Bu vaxt həmin küçədə olan Təbrik restoranın yanından keçən kimi yolun sağ tərəfində bir nəfər şəxsin əl işarəsi edib onu saxlatdırmaq istədiyini görmüşdür. O, avtomobili saxlamışdır. Bu vaxt onun tərəfdən qapıya yaxınlaşan şəxs Elşadı tanımışdır. Elşad ona ağzını açmağa imkan verməmiş, onu avtomobildən düşürmüş, bundan sonra onu əlindəki dəqiq xatırlamadığı bıçaq və ya kəsici olan alətlə vurmağa başlamışdır. Elşad onun müxtəlif bədən nahiyələrindən vurmağa çalışmışdır. O, sağ əliylə zərbələrin qarşısını almağa çalışmışdır. Buna baxmayaraq həmin zərbələr boynundan və əlindən dəymişdir. Bu vaxt o, özündən gedib kənara yıxılmışdır. Bundan sonra Elşad və sonradan yanlarına gələn qardaşı Samir avtomobilə əyləşib qaçmışlar. O, xatırladığı qədəri ilə avtomobili Elşad sürmüşdür. O, nə narkotik vasitə satır, nə də istifadə edir. Ümumiyyətlə Samirlə belə yaxından tanışlığı yoxdur, üzdən tanıyır ki, Elşadın qardaşıdır. O, ilkin olaraq Neftçala RPŞ-nə ünvanladığı ərizənizdə onu Elşad və Samirin vurduğunu həyəcanlı olduğundan və Samir də avtomobilə əyləşdiyinə görə yazmışdır. Onu yalnız Elşad vurmuşdur. Həmin vaxt onun idarə etdiyi avtomobilində və yanlarında Samirdən başqa heç kim olmamışdır. Elşad onu avtomobildən düşürdükdən sonra ondan pul və ya başqa nəsə tələb etməmişdir, sadəcə onu vurmağa başlamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəfələrlə çağırılmasına, barəsində məcburi gətirmə qərarı çıxarılmasına və onun iştirakının təmin olunması barədə Neftçala RPŞ-nə, həmçinin DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət olunmasına baxmayaraq məhkəmə iclaslarına gəlməkdən heç bir üzürlü səbəb bildirmədən yayınmış, yalnız məhkəməyə göndərdiyi 09 may 2023-cü il tarixli teleqramda Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi olmadığını, gələcəkdə də olmayacağını, onunla barışdığını, səhhəti ilə bağlı məhkəmə iclasına gələ bilmədiyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə Şahid məhkəməyədək icraat zamanı istintaq orqanına verdiyi ifadəsindən görünür ki, o ailəsi ilə birlikdə Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yaşayır və hazırda heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun qardaşıdır. Onlar hamısı bir evdə qalırlar. O 27 mart 2022-ci il tarixdə saat təxminən 17 radələrində evdə olmuş, şəxsi işi ilə əlaqədar piyada Neftçala şəhəri, S.İmanov küçəsi tərəfi getməyə başlamışdır. Bu vaxt küçəyə çatdıqda qardaşı Elşadın “Ford Tranzit” markalı dövlət qeydiyyat nişanını görmədiyi bir avtomobilin qarşısında kiminləsə dava etdiyini görmüşdür. O, həmin vaxt Elşada yaxınlaşıb onu sakitləşdirməyə çalışmışdır. O, çatana yaxın Elşad həmin şəxsin avtomobilinə əyləşmişdir. Bu vaxt avtomobildən tanımadığı bir qadın düşmüşdür. O, həmin vaxt Elşadın özündə olmadığını görmüşdür. O, Elşaddan həmin vaxt avtomobili sürməməyi xahiş etmişdir. Elşad isə ona məhəl qoymamışdır. O, Elşadın hər hansı hadisə törədə biləcəyindən qorxduğu üçün onun yanına əyləşmişdir. Elşad avtomobili Bakı şəhəri istiqamətində sürmüşdür. Yolda gedəndə Elşad ona avtomobilin sahibi, sonradan adını bildiyi Elnur adlı şəxsin narkotik vasitə satışı ilə məşğul olmasını, bu barədə 102 xidmətinə məlumat verməsini demişdir. O, Elşadın dediyini etmişdir. Onlar təxminən saat 19 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinə çatmışlar. Elşad avtomobili orada qoymuşdur. O, Elşada bu barədə polisə məlumat verməyini və hər hansı hadisə törətməməyi bildirmişdir. Daha sonra o, oradan uzaqlaşmışdır. Bundan sonra nə baş verməsi barədə heç bir məlumatı yoxdur. O, Elnura hər hansı xəsarət yetirməmiş, ümumiyyətlə onu tanımamşıdır və Elşadın Elnura hansı alətlə xəsarət yetirdiyini görməmişdir. Şahid dəfələrlə çağırılmasına, barəsində məcburi gətirmə qərarı çıxarılmasına və onun iştirakının təmin olunması barədə Neftçala RPŞ-nə, həmçinin DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət olunmasına baxmayaraq məhkəmə iclaslarına gəlməkdən heç bir üzürlü səbəb bildirmədən yayınmış, Neftçala rayon İHB-nın Neftçala şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin verdiyi xx.xx.2023-cü il tarixli 426 nömrəli arayışda onun hal hazırda qeydiyyatda olduğu ərazidə yaşamadığı göstərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 27 mart 2022-ci il tarixli və 12 aprel 2022ci il tarixli baxış keçirilməsi haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən qaçırılmış “Ford Tranzit” markalı ** XA *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində müəyyən edilən vaxt avtomobildən 1 ədəd biz aşkar edilərək götürülmüş, 12 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs iştirakı ilə həmin bizə baxış keçirilərkən o, təqdim edilmiş bizlə hadisə vaxtı Zərərçəkmiş şəxs xəsarət yetirdiyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının 07 aprel 2022-ci il tarixli, 60 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-Başın sol ənsə nahiyəsinin, sağ əlin üst səthinin deşilmişkəsilmiş yaraları deşici-kəsici alətin təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə yəni xx.xx.2022-ci il tarixdə bıçaqla və ya hər hansı kəsici alətlə vurma nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-psixiatrik ekspertizasının 02 iyul 2022-ci il tarixli, 1738 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və onlara rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə zərurət yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-kriminalistik ekspertizasının 07 iyul 2022-ci il tarixli, 3/878 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, deşici xassəyə malik alətdir-bizdir, soyuq silahın kriminalistik təsnifatına və konstruksiyasına görə soyuq silah hesab edilmir. Cinayət işinin materiallarına əlavə edilmiş Neftçala şəhərində fəaliyyət göstərən X6 məxsus avto təmir sexi tərəfindən təqdim olunmuş arayışdan görünür ki, Ortoped MMC-yə məxsus “Ford Tranzit” markalı, ** XA *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırda orta bazar qiyməti 15000 manat təşkil edir. Cinayət işinin materiallarına əlavə edilmiş “Neftçala RMX” X10 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 356 nömrəli arayışdan görünür ki, təqsirləndirilən şəxs Ağayev X3 MRX-da narkoloji və ruhi xəstəliklə dispanser qeydiyyatında yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə verilmiş tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materillarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilmişdir. Cinayət işinin materiallarında olan Neftçala rayon İHB-nın Neftçala şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin verdiyi xx.xx.2022-ci il tarixli 1044 nömrəli arayışından və şəxsiyyət vəsiqələrinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs Sədrxan oğlunun ailə tərkibi həyat yoldaşı və altı azyaşlı uşağından ibarətdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 12 dekabr 2022-cti il tarixli xx/xx-3287 nömrəli arayışından görünür ki, xəstə-məhbus Təqsirləndirilən şəxs 15 aprel 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasından “ Ağciyər vərəmi ” diaqnozu ilə həmin müəssisəyə daxil olmuşdur. Xəstə stasionarda kliniki, rentgenoloji, laborator müayinələrdən keçirilmiş və onda son kliniki diaqnoz “Sol ağciyərin yuxarı payının ocaqlı vərəmi, VM (+) pozitiv, R-davamlı forma” təsdiqlənmişdir. Xəstə xx.xx.2022-ci il tarixdə “yeni” hal kimi 2-ci sıra vərəməleyhi dərmanlarla müalicəyə cəlb edilmişdir. Hal-hazırda xəstənin vəziyyəti kafidir, vərəməleyhi müalicələri davam etdirilir. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, araşdırılan zərər çəkmiş şəxs və şahid ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs Sədrxan oğluna istinad edilən cinayət əməlinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.3.3cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs Sədrxan oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Sədrxan oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində altı azyaşlı uşağının olmasını, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılmasını, həmçinin zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarşı heç bir tələb və şikayətinin olmamasını, yaşadığı ərazi nümayəndəliyi tərəfindən müsbət xarakterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını və “Sol ağciyərin yuxarı payının ocaqlı vərəmi, VM (+) pozitiv, R-davamlı forma” diaqnozlu xəstəlikdən əziyyət çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs Sədrxan oğlunun cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs Sədrxan oğlunun əvvəllər dəfələrlə məhkum olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs narkotik vasitə satmasına maneçilik törətmək üçün onun avtomobilini ələ keçirməsinə, avtomobili 102 xidmətinə zəng edərək Bakı şəhərində polis əməkdaşlarına təhvil vermək, rayon ərazisində insanları narkotikə qurşandıran şəxsin rayonu tərk etməsinə nail olmaq məqsədilə bu əməli törətməsinə dair ifadələrinə diqqət yetirərək, həmçinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəfələrlə məhkəməyə çağırılmasına, barəsində məcburi gətirmə qərarı çıxarılmasına və onun iştirakının təmin olunması üçün barəsində dəfələrlə Neftçala RPŞ-nə, həmçinin DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət olunmasına baxmayaraq məhkəməyə hörmətsizlik edərək məhkəmə iclaslarına gəlməkdən heç bir üzürlü səbəb bildirmədən yayınmasını, bu hadisədən sonra həmin rayonu tərk etdiyini də nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Sədrxan oğluna cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların isə olmadığını, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, yəni altı azyaşlı övladlarının məişət qayğılarının, tərbiyəsinin və təhsilinin inkişafının bir ailə başçısı kimi əsasən ondan asılı olmasını, həmçinin ailədə yeganə qazanc gətirən şəxs olmaqla həmin işlərin icrasında müstəsna rolunu, onun azadlıqdan məhrumetmə cəzasını çəkəcəyi təqdirdə azyaşlı uşaqlarının maddi durumlarına və sosial rifahlarına mənfi təsir edəcəyini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə yuxarıda şərh olunan cəzanı yüngülləşdirən halları nəzərə alaraq, eləcə də, onun şəxsiyyətcə təyin olunan cəzanı çəkmədən islah olunmasını mümkün sayaraq, Təqsirləndirilən şəxs Sədrxan oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilib sınaq müddəti verilməklə ona təyin edilən cəzanın şərti olaraq tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs Sədrxan oğlunun haqqında olan hökmün icrası Neftçala Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Sədrxan oğluna təyin edilən cəzanın şərti olaraq tətbiq ediləcəyini nəzərə alaraq hesab edir ki, barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməklə o, məhkəmə iclas zalında həbsdən dərhal azad edilməli və hökm qanuni qüvvəyə minənədək barəsində «başqa yergə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını müzakirə edərək, iş üzrə maddi sübut olan və Neftçala RPŞ-də saxlanılan bir ədəd bizin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi qərarına gəlir. İş üzrə keçirilmiş ekspertiza xərci olan 64 (altımış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası CM-nin 185.3.3-cü maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Bu müddət ərzində Təqsirləndirilən şəxs öz davranışı ilə islah olunmasını sübut etməlidir. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və ailəsinə maddi yardım göstərmək bir vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs haqqında olan hökmün icrası Neftçala Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək «başqa yergə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin. İş üzrə maddi sübut olan və Neftçala RPŞ-də saxlanılan bir ədəd biz hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza xərci olan 64 (altımış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar