Məhkəmə qərarları › İş №1(099)-53/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-53/2024

12.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-53/2024 12.01.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X8, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Astara Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1994-cü ildə Astara şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Astara şəhəri, M.Əzizbəyov küçəsi, ev 3-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-24,842 qram narkotik vasitə olan heroin əldə edib, saxlayıb üzərində daşıyarkən, daxil olmuş məlumat əsasında 29 mart 2023-cü il tarixdə, saat 15 radələrində Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Astara şəhəri, S.Vurğun küçəsində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarının cibindən bir ədəd sellofan bükümdə külli miqdarda-24,842 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir və ailəsi ilə birlikdə Astara şəhəri, M.Əzizbəyov küçəsi, ev 3-də qeydiyyatda olmaqla yaşamış, himayəsində bir azyaşlı uşağı vardır. O, əvvəllər yük maşının sürücüsü işləmiş, tutulan vaxt heç bir yerdə işləməmişdir. Tutulan vaxtdan bir müddət əvvəl ona yeni iş təklif olunduğundan o, hazırlaşmışdır ki, 29 mart 2023-cü il tarixdə Bakı şəhərinə, oradan da Belarusiyaya gedib oradan yük maşını gətirsin. 29 mart 2023-cü il tarixdə günorta saatlarında Astara RPŞ-də işləyən tanışı Murad ona zəng edib görüşmək istədiyini demiş və o, Muradla görüşmək üçün Astara şəhəri, S.Vurğun küçəsi ilə piyada gedərkən bir neçə polis əməkdaşı onu saxlayıb Astara RPŞ-nə aparılmışdır. Polis şöbəsində o, rəis müavinin yanına aparılmış, orada rəis müavini Orxan adlı şəxs və orada olan digər polis əməkdaşları ona “sənin İranla əlaqən var, xəyanətkarsan, üzərinə narkotik vasitə götürməlisən, yoxsa dövlətə xəyanətlə həbsə göndəriləcəksən, ya da evindən narkotik vasitə tapıb ailəni də polisə gətirəcəyik” deyərək ona qarşı təzyiq və təhdidlər edildiyindən o, razılaşmışdır ki, ona təqdim olunan narkotik maddəni üzərinə götürüb həmin maddənin özünə məxsus olmasını bildirəcəkdir. Sonra polislərin ona təqdim etdiyi bir ədəd bükümü cibinə qoymuş, həmin bükümün içərisində hansı növ narkotik maddə olmasını bilməmişdir. Həmçinin həmin gün o, Astara gömrük postunun yaxınlığındakı terminalda dayanmış yük maşınlarına baxmaq üçün getdiyindən polislər də ona üzərində olan narkotik maddəni terminalda tanımadığı şəxsdən aldığını və istifadəsi üçün üzərində saxladığını deməyi tapşırmış, o da razılaşmışdır. Bundan sonra polis əməkdaşları tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə onun üzərində axtarış keçirilmişdir. Axtarış zamanı o, polislərin əvvəldən ona dedikləri kimi hərəkət edib cibində olan bir ədəd bükümü çıxarıb polislərə təqdim edib bükümün içərisində narkotik maddə (heroin) olduğunu, Astara gömrük postunun yaxınlığındakı terminalda tanımadığı şəxsdən aldığını və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqdim etdiyi bükümün içərisində tanımadığı narkotik maddə aşkar olunmuş, polislərin deməsindən bilmişdir ki, həmin maddə heroindir. Üzərində aşkar olunmuş narkotik maddə (heroin) ona məxsus deyil, həmin narkotik (heroin) polis əməkdaşları tərəfindən üzərinə qoyulmuşdur. Polis əməkdaşlarının ona qarşı belə hərəkət etmələrinin səbəbini bilməmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən həmin narkotik maddə (heroin kütləsi) qablaşdırılıb götürülmüş, daha sonra isə sənədləşmə aparılmışdır. O, heç vaxt narkotik vasitələrdən istifadə etməmiş, siqaret belə çəkməmiş və barəsində verilən narkoloji rəylə razı deyil, həmçinin o, narkotiklərin satışı ilə məşğul olmamışdır. O, üzərində aşkar olunmuş narkotik maddə ilə (heroinlə) bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir və ona bəraət verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, təxminən 4 aydır ki, narkotik vasitədən istifadə etməyə başlamışdır. 24 mart 2023-cü il tarixdə, saat 16 radələrində istifadəsi üçün narkotik maddə almaq məqsədilə Astara şəhərində, Astara gömrük postunun yaxınlığında yerləşən terminala getmiş və orada təsadüfən rastlaşdığı tanımadığı şəxsdə 150 manata 1 ədəd bükümdə heroin almışdır. Həmin gün aldığı narkotik maddədən bir qədər istifadə etmişdir. 29 mart 2023-cü il tarixdə, saat 15 radələrində o, bir qədər vaxt keçirmək məqsədilə yaşadığı evdən küçəyə çıxmış, həmin vaxt narkotik maddə (heroin) üzərində olmuşdur. Sonra o, Astara şəhəri, S.Vurğun küçəsində piyada hərəkət edərkən yanında dayanmış avtomobildən düşən bir neçə polis polis əməkdaşı onu saxlayıb X6 dövriyyəsində və satışında şübhəli olduğu bildirilib Astara RPŞ-nə aparılmışdır. Polis şöbəsində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı özü əynindəki şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Şifahi sorğu zamanı o, aşkar olunmuş narkotik maddəni (heroini) 24 mart 2023-cü il tarixdə, saat 16 radələrində Astara gömrük postunun yaxınlığındakı terminalda tanımadığı bir nəfər şəxsdən 150 manata öz istifadəsi üçün aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra narkotik maddə (heroin) polis əməkdaşları tərəfindən zərfə qablaşdırılıb götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. O, narkotikdən istifadə etsə də, narkotiklərin satışı ilə məşğul olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, o, tutulan vaxt üzərində heç bir narkotik maddə olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsində narkotik maddəni terminalda tanımadığı şəxsdən alması və narkotiklərdən istifadə etməsi barədə yazılanlar doğru deyil. Tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı fiziki zorakılıq halları, yəni döyülməsi halları olmasa da, ona qarşı psixi qaydada sözlə təhdid və təzyiqlər olduğu üçün o, üzərində aşkar olunmuş narkotik maddənin (heroinin) özünə məxsus olduğunu bildirmişdir. Əslində üzərində aşkar olunmuş narkotik maddəni (heroini) üzərinə polis əməkdaşları tərəfindən qoyulmuşdur. Tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı psixi təhdid və təzyiqlərin olması ilə bağlı anası prokurorluğa şikayət etsə də, özü şikayət etməmiş, həmçinin barəsində həbs qətimkan tədbiri seçilərkən o, məhkəmədə (Astara Rayon Məhkəməsində) üzərində aşkar olunmuş narkotik maddənin (heroinin) özünə məxsus olmasını demiş, onun belə deməsinə səbəb polis əməkdaşlarının ona qarşı olan psixi təzyiqləri olmuşdur. Üzərində aşkar olunmuş heroin ona məxsus deyil, həmin heroini üzərinə polis əməkdaşları tərəfindən qoyulmuşdur. O, narkotik maddələrin satışı ilə məşğul olmamış və bununla bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübut, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Astara RPŞnin əməkdaşıdır. 29 mart 2023-cü il tarixdə ona, Astara şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün, saat 15 radələrində əməliyyat-axtarış tədbiri keçirilmiş və əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs Astara şəhəri, S.Vurğun küçəsində saxlanılıb ona qanunsuz olaraq narkotik maddələr əldə edib üzərində gəzdirməsində şübhəli olduğu bildirilib rayon polis şöbəsinə aparılmışdır. Polis şöbəsində müstəntiq Qeys Mahmudzadə tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən bir ədəd bükümdə heroinə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş kütləni (heroini) Astara şəhərində yerləşən yük terminalının yanında tanımadığı şəxsdən əldə etdiyini və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə qablaşdırılıb müstəntiq tərəfindən qablaşdırılıb götürülmüş, sonra protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları, o cümlədən özü və digər polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğludur. Təqsirləndirilən şəxs evlidir, himayəsində bir azyaşlı uşağı vardır və ailəsi ilə birlikdə tutulan günədək onun evində yaşamışdır. Təqsirləndirilən şəxs əvəllər yük maşının sürücüsü işləmiş, İrana, Rusiyaya yük daşımaqla məşğul olmuşdur. Tutulmamışdan bir müddət əvvəl Akif ona iş təklif olunduğunu yük maşını gətirməsi üçün Belarusiyaya gedəcəyini bildirmişdir. Tutulan gün (29 mart 2023-cü il tarixdə) Akif yola çıxacağını, getməsi üçün ona bilet də alınduğunı bildirib paltarlarını hazırlamasını yoldaşına tapşırıb saçını qırxdırması üçün evdən çıxmışdır. Evdə gözləsələr də Akif evə gəlməmiş, sonra qohumu Məhəmməd adlı şəxs zəng edib Akifin polis tərəfindən tutulması barədə məlumat vermişdir. Bundan sonra polis şöbəsində onlara məlumat verilmişdir ki, Akifi narkotiklə bağlı tutulmuşdur. Oğlu Akifin hər hansı zərərli vərdişlərdən, o cümlədən narkotik vasitələrdən istifadə etməsi halları olmamışdır. O, hesab edir ki, polis şöbəsinə aparıldıqdan sonra oğlu Akifin üzərində aşkar olunmuş narkotik maddə ona (Təqsirləndirilən şəxs) aid deyil, həmin narkotik maddə oğlu Akifin üzərinə polis əməkdaşları tərəfindən qoyulmuşdur. Bir neçə gündən sonra yaşadığı evdə polis əməkdaşları axtarış aparmış və evdə hər hansı bir qanunsuz əşya, həmçinin narkotik vasitə aşkar edilməmişdir. İşdə olan, Astara RPŞ-nin əməkdaşının 29 mart 2023-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Astara şəhər sakini Təqsirləndirilən şəxs X6 dövriyyəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxıl olmuş və həmin məlumat əsasında 29 mart 2023-cü il tarixdə, saat 15:50-də Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Astara şəhəri, S.Vurğun küçəsində saxlanıb polis şöbəsinə gətirilmişdir. İşdə olan, təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 29 mart 2023-cü il tarixli qərarla müəyyən olunur ki, həmin tarixdə təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs X6 dövriyyəsi və satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat-axtarışın tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İşdə olan, Astara Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli qərarı ilə təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 29 mart 2023-cü il tarixli qərarı qanunauyğun hesab edilmişdir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 31 mart 2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. İşdə olan, “Şəxsi axtarış və götürmə barədə” 29 mart 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Astara RPŞ-nin İB-nin müstəntiqi Qeys Mahmudzadə tərəfindən müdafiəçi Allahverən Əbilovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən bir ədəd bükümdə heroinə oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroini Astara şəhərində yerləşən yük terminalının yanında tanımadığı şəxsdən əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə qablaşdırılıb müstəntiq tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 30 mart 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Astara şəhər sakini Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 01 bükümdə kütlə ....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 24,842 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatından sonra qalıq heroin 24,792 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İşdə olan, “Maddi sübut kimi tanımaq haqqında” 05 aprel 2023-cü il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 24,792 qram heroin iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübut saxlanılması üçün Astara RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 13 noyabr 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs opioidlərdən istifadə etmə halları istisna olunmur, lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyyin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadən məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan, Astara RPŞ-nin 20 aprel 2023-cü il tarixli məktubu ilə (istintaq orqanının əməliyyat tapşırığına cavab) müəyyən olunur ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik maddəni haradan və kimdən əldə etməsi, o cümlədən satması və ya satacağı barədə məlumatlar əldə edilməmişdir. İşdə olan, “Cinayət işinin ayrı icraata ayrılması və icraata qəbul edilməsi haqqında” 20 may 2023-cü il tarixli qərarla müəyyən olunur ki, hazırki cinayət işindən təqsirləndirilən şəxsin əldə etdiyi narkotik maddənin mənbəyi ilə bağlı CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. İşdə olan, “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 14 avqust 2023-cü il tarixli qərarla müəyyən edilir ki, X2 şikayəti üzrə (oğlu Təqsirləndirilən şəxs Astara RPŞnin polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması ilə bağlı) Astara rayon prokurorluğunda araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalması faktı təsdiq olunmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübut və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (tutulan vaxt üzərində narkotik maddənin (heroinin) olmaması, polis şöbəsində polis əməkdaşları tərəfindən ona qarşı psixi təzyiqlərin olması və polis əməkdaşları tərəfindən cibinə qoyulmuş bir bükümdə narkotik maddənin (heroinin) üzərinə götürməsinə məcbur edilməsi, üzərində aşkar olunmuş narkotik maddənin (heroinin) ona məxsus olmaması, həmin narkotik maddəni (heroini) cibinə polis əməkdaşları qoyması və narkotik vasitələrdən istifadə etməməsinə aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, maddi sübut, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla (həmin vaxt o, üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını və şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir) təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni tutulan vaxt üzərində narkotik maddənin (heroinin) olmaması, polis şöbəsində polis əməkdaşları tərəfindən ona qarşı psixi təzyiqlərin olması və polis əməkdaşları tərəfindən cibinə qoyulmuş bir bükümdə narkotik maddənin (heroinin) üzərinə götürməsinə məcbur edilməsi, üzərində aşkar olunmuş narkotik maddənin (heroinin) ona məxsus olmaması, həmin narkotik maddəni (heroini) cibinə polis əməkdaşları qoyması və narkotik vasitələrdən istifadə etməməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri ifadələri, maddi sübut, ekspertiza rəyləri, “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 14 avqust 2023-cü il tarixli qərarla, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla (şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş heroinin ona məxsus olmasını və şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını, habelə ona qarşı hər hansı zorakılıq hallarına yol verilmədiyini bildirmişdir), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (ifadələrində o, üzərində aşkar olunmuş narkotik maddənin (heroinin) özünə məxsus olmasını, həmin heroini tanımadığı şəxsdən 150 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Habelə şahid İlahə Hüseynovanın ifadəsində göstərdiyi xüsusatlar, yəni oğlu Akifin hər hansı zərərli vərdişlərdən, o cümlədən narkotik vasitələrdən istifadə etməsi hallarının olmaması, oğlu Akifin üzərində aşkar olunmuş narkotik maddənin ona (Təqsirləndirilən şəxs) aid olmaması və həmin narkotik maddəni oğlu Akifin üzərinə polis əməkdaşları tərəfindən qoyulmasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, maddi sübut, ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən şəxsi axtarışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlə təkzib olunduğundan məhkəmə şahid İlahə Hüseynovanın ifadəsini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsi oğlu Təqsirləndirilən şəxs müdafiəsi məqsədilə öz mülahizəsinə uyğun verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Eyni zamanda məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini tədqiq edərək və iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-24,842 qram narkotik vasitə olan heroin əldə edib üzərində daşımaqla saxlamış, daxil olmuş məlumat əsasında 29 mart 2023-cü il tarixdə, saat 15 radələrində Astara RPŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Astara şəhəri, S.Vurğun küçəsində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarının cibindən bir ədəd sellofan bükümdə külli miqdarda-24,842 qram heroin aşkar edilib götürülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı verilmiş ittiham üzrə onun əməli məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmır. Belə ki, Təqsirləndirilən şəxs iş üzrə verdiyi ilkin ifadələrində bildirmişdir ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmamış və üzərində aşkar olunmuş narkotik maddəni (heroini) şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamışdır. Habelə işdə olan narkoloji tibbi yoxlamanın rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə halları istisna olunmayır. Eyni zamanda məhkəmə istintaqı zamanı, eləcə də ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs qeyd olunan narkotik maddəni hər-hansı şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşdiyi, yaxud faktiki olaraq buna cəhd etdiyi öz təsdiqini tapmamışdır. İş üzrə ifadə vermiş şahidlər (polis əməkdaşları) göstərmişlər ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması, istifadəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olsa da, onun kiməsə narkotik vasitələr satması barədə konkret məlumatlar əldə edilməmişdir. Həmçinin saxlandığı vaxt Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş heroini şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun bu tələbinə görə satış dedikdə yalnız qeyd olunan amillərin, yəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndində verilmiş izaha əsasən 28 iyun 2005-ci il tarixli Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərindən azad olunmasına nail olmaq, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi başa düşülür. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik maddəni əldə etməyə dair ittiham verilmiş, lakin həmin ittihamda təqsirləndirilən şəxsin bu maddəni əvəzli və ya qazanc üçün əldə etməsi, yaxud digər şəxsi marağının nədən ibarət olması müəyyən edilməmiş, eyni zamanda bu amillər məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, bu qanunun tələbi nəzərə alındıqda elan edilmiş bu ittihamın məzmununda təqsirləndirilən şəxsin narkotik maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq üçün əldə etməsi müəyyən edilmədiyindən bu halların, yəni təqsirləndirilən şəxsin 24,842 qram heroin əldə edilməsinin satış kimi qiymətləndirilməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi narkotik maddə olan heroinin miqdarı 24,842 qram olmaqla külli miqdar təşkil edir, lakin Təqsirləndirilən şəxs əldə etdiyi narkotik maddənin külli miqdarda olması onun bu maddəni məhz satış məqsədi ilə əldə etməsi kimi qiymətləndirilməsinə əsas vermir. Həmçinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddə əldə etmə, saxlama, daşıma və satma cinayətini, yəni CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayəti törətməsi heç bir mötəbər hesab edilə bilən sübutlarla təsdiq edilməmiş, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı da onun bu cinayət əməlini törətməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmamışdır. Habelə məhkəmə cinayət qanunvericiliyinin müddəaları baxımından da hesab edir ki, hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlara əsasən Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetmir, onun hərəkətlərində CM-nin 234.2-ci maddəsinin (bu əməllər külli miqdarda törədildikdə CM-nin 234.4.3-cü maddəsinin) tərkib əlamətləri də yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qeyd olunan maddəyə əsasən cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulmuş obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti, cinayətin obyektiv cəhəti, cinayətin subyekti və cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxtda mövcud olduğu təqdirdə törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin obyektiv cəhəti təqsirkarın satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma hərəkətləri etməkdən ibarətdir. Cinayətin törədilməsi, icra edilməsi dedikdə onun obyektiv tərəfini təşkil edən hərəkətlərin, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma hərəkətlərin edilməsi başa düşülür. Hazırki iş üzrə təqsirkarın satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddə əldə etmə, saxlama, daşıma və satma hərəkətləri, yəni Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri təşkil edir. Bu isə o deməkdir ki, təqsirkar şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddəni əldə etmə, saxlama, daşıma və satma hərəkətləri etməsini, yəni narkotik maddənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi tələb olunur. Lakin hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla təqsirkar şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddəni əldə etmə, saxlama, daşıma və satma ilə bağlı hərəkətləri, yəni narkotik maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi təsdiq olunmur. Habelə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik maddəni əldə etməyə dair ittiham verilsə də, təqsirləndirilən şəxsin bu maddəni əvəzli və ya qazanc üçün əldə etməsi, yaxud digər şəxsi marağının nədən ibarət olması müəyyən edilməmiş, eyni zamanda bu amillər məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə tədqiq olunmuş sübutları, işin faktiki hallarını və cinayətin ittihamda göstərildiyi kimi törədilməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində (eləcə də həmin Məcəllənin 234.2-ci maddəsində) nəzərdə tutulan cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinin sübuta yetirilməsi ilə əlaqədar ittiham tərəfindən irəli sürülən dəlillər əsassızdır, bu dəlillər konkret sübutlara deyil, mülahizələrə əsaslanır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərildiyi kimi narkotik maddəni satış məqsədi ilə əldə edilməsinə dair fikir yalnız mülahizə (ehtimal) xarakteri daşıyır. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqlarının və X5 X3 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həmin Konvensiyasının 7-ci maddəsinə əsasən heç kəsə cinayət törədildiyi anda tətbiq edilməli olan cəzadan daha ağır cəza təyin edilə bilməz. Azərbaycan Respublikası CM-nin 7-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-24,842 qram heroin əldə edib, saxlayıb, üzərində daşımış, 29 mart 2023-cü il tarixdə, saat 15 radələrində Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, saxlanılıb üzərində şəxsi axtarış zamanı qeyd olunan heroin aşkar edilib götürülmüş və bununla da o, CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə əsasən (bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə) satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməlləri bu cinayətin törədilməsi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə qeyd olunanlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından, onun törətdiyi cinayət əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunmalı və o, CM-nin 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Astara Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 29 mart 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Astara şəhər İƏD üzrə Nümayəndəliyindən verilmiş 22 may 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Astara şəhəri, M.Əzizbəyov küçəsi, ev 3-də qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (ondan nümayəndəliyə heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, Astara şəhər İƏD üzrə Nümayəndəliyindən verilmiş 22 may 2023-cü il tarixli arayışla müəyyən edilir ki, Təqsirləndirilən şəxs himayəsində 21 sentyabr 2023-cü il təvəllüdlü X10 vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 29 mart 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Astara RPŞ-nin maddi sübutlar otağında saxlanılan 24,792 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X6 X7 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 29 mart 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Astara Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 24,792 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-65 (altmış beş) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar