Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-53/2025 10.06.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X4 və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1983-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmuş və məhkumluğu olan, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, 9 inzibati binada qeydiyyatda olmaqla Bakı şəhərində qeyri-dəqiq ünvanlarda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli və külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin əldə olunması, saxlanması və daşınmasına razılaşaraq, cinayətkar qrupun şəxsiyyətləri məlum olmayan üzvləri tərəfindən bir ədəd sellofan torbada qablaşdırılmış xüsusilə külli miqdarda-2397,0 qram narkotik vasitə olan heroin, külli miqdarda-3122,0 qram narkotik vasitə olan tiryək və külli miqdarda-52,643 qram psixotrop maddə olan metamfetaminin Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonun ərazisindən keçən 104-cü kilometrliyində yol təmirini göstərən nişanının yanında gizlədilməsi barədə məlumat verməsindən sonra idarə etdiyi “Lada Niva” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobillə 04 mart 2024-cü il tarixdə, saat 03 radələrində Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonun ərazisindən keçən 104-cü kilometrliyində yol təmirini göstərən nişanın yanına gəlib gizlədilmiş yerdən bir ədəd sellofan torbada qablaşdırılmış xüsusilə külli miqdarda-2397,0 qram narkotik vasitə olan heroin, külli miqdarda-3122,0 qram narkotik vasitə olan tiryək və külli miqdarda- 52,643 qram psixotrop maddə olan metamfetamini götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb, bu maddələri idarə etdiyi avtomobilin qabaq oturacağın altına qoyub daşımaqla Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonun ərazisindən keçən hissəsində hərəkətdə olarkən, daxil olmuş əməliyyat məlumatına əsasən Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 04 mart 2024-cü il tarixdə, saat 03:50 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində “Lada Niva” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanıldıqdan sonra həmin avtomobilə baxış zamanı avtomobilin ön sağ sərnişin oturacağının ayaqaltı hissəsindən bir ədəd sellofan torbanın içərisində qablaşdırılmış iki ədəd bağlamada, ayrı-ayrılıqda 1172,0 qram və1225,0 qram olmaqla cəmi-xüsusilə külli miqdarda-2397,0 qram narkotik vasitə olan heroin, iki ədəd bağlamada, ayrı-ayrılıqda 857,0 qram və 2265,0 qram olmaqla cəmi-külli miqdarda-3122,0 qram narkotik vasitə olan tiryək və bir ədəd bükümdə külli miqdarda-52,643 qram psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, subaydır, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, 9 inzibati binada qeydiyyatda olmaqla Bakı şəhərində müxtəlif ünvanlarda (qeyri-dəqiq) yaşamış, heç bir yerdə işləməmişdir. Təxminən 10-15 ildir ki, narkotik maddələrdən istifadə etməyə başlamış, müxtəlif növ narkotiklərdən istifadə etmişdir. Əvvəllər narkotik vasitələrdən istifadə etdiyinə görə məhkum olunmuş, sonuncu dəfə 2017-ci ildə məhkum olunmuş və 2023-cü ildə cəzaçəkmə yerindən azadlığa buraxılmışdır. Azadlığa çıxandan sonra da narkotiklərdən istifadə etməyi davam etmişdir. Tutulmamışdan bir neçə gün əvvəl, təxminən 01 mart 2024-cü il tarixdə İrana aid telefon nömrəsindən tanımadığı bir nəfər şəxs zəng edib “Əhliman” adlı şəxsi soruşmuş, o da səhv “düşmüsən” demiş, səhərsi gün həmən nömrədən ona yenə zəng gəlmiş və bu şəxs yenə də “Əhliman” adlı şəxsi soruşmuş ona səhv “düşdüyünü” demişdir. Sonra bu şəxs yenidən ona zəng edib İran ləhçəsi ilə danışıb ona “gəl iş görək” demiş, o da onu tanımadığını, hansı işdən söhbət etdiyini, səhv düşdüyünü deyib telefon danışığını tamamlamışdır. 11 mart 2024-cü il tarixdə gündüz saatlarında həmin nömrədən yenə ona zəng gəlmiş və o, bu şəxslə danışmağa başlamış, həmin şəxs ona narkotik maddə təşkil edə biləcəyini demiş, o da narkotik istifadəçisi olduğundan bu şəxsdən 500 qram marixuana istəmiş, o da təşkil edə biləcəyini və narkotik maddəni Salyana gedib götürməsini demişdir. Sonra o, uşaqlıq dostu Surxaybəyə zəng edib onunla görüşüb ona Salyana gedəcəyini, bir nəfərlə görüşüb qayıdacağını, onunla birlikdə yol yoldaşı kimi Salyana gedib-gəlməsini demiş, Surxaybəy də razılaşmışdır. Həmin gün axşam saatlarında özünə məxsus avtomaşınla (“Lada Niva” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobillə) Surxaybəylə birlikdə Salyan rayonuna getmiş, ora çatanda iranlı kimi özünü təqdim edən şəxslə vatsapda danışıb Salyan rayonu ərazisinə olduğunu demiş, həmin şəxs də ona Salyanın ərazisini yaxşı tanımadığını, rayonları səhv saldığını, narkotik maddənin Biləsuvar rayonun ərazisinə qoyulduğunu demiş, o da maşını Biləsuvar rayonuna sürmüşdür. Onunla danışan şəxs narkotik maddənin qoyulduğu yerin fotoşəklini də onun telefonuna göndərmiş, həmçinin aralarında vatsapla danışıqları olmuşdur. Onlar Biləsuvar rayonuna gecə saatlarında çatıb içərisində narkotik maddə olan bağlamanın qoyulduğu yerdə (Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonun ərazisindən keçən 104-cü kilometrliyində yol təmirini göstərən nişanın yanında) maşını saxlayıb Surxaybəyə tualetə getmək istədiyini bildirib maşından yerə düşmüş, Sürxaybəy də maşından düşmüş, sonra o, Sürxaybəydən aralanıb telefonunda göstərilən yerdən, yəni yolun kənarındakı nişanın (yol təmirini göstərən nişanın) yanından bir ədəd sellofan bağlamanı götürüb gətirib maşının qabaq oturacağının ayaqaltı hissəsinə qoymuşdur. Həmin vaxt Surxaybəy maşına qoyduğu bağlamanın nə olmasını soruşmuş, o da sonra deyəcəyini bildirib maşına oturub sürmüş, bir az hərəkət etdikdən sonra arxadan yol polisin maşının gəlməsini və ona “saxla” işarəsi verilməsinə baxmayaraq o, maşının idarə edib həmin yerdən uzuqlaşmaq istəmiş, lakin polis əməkdaşları avtomobillə arxadan onu təqib etmiş və bir az getdikdən sonra polis əməkdaşları avtomobilini sıxışdırdıqları üçün o, avtomobili polislərin olduğu avtomobilə dəyərək idarəetməsini itirmiş və avtomobil yolun kənarında olan su arxına düşüb dayanmışdır. Sonra polis əməkdaşları əvvəl onu və Surxaybəyi tutub Biləsuvar RPŞ-nə aparmış, iki saatdan sonra isə polislər avtomobilini Biləsuvar RPŞ-nə gətirmişlər. Polis şöbəsində polis əməkdaşları ondan nə qədər narkotik maddə üçün gəldiyini soruşanda o, 500 qram marixuana üçün gəldiyini demiş, lakin polis əməkdaşları onun dediklərinə inanmayıb ona qarşı təzyiqlər etmişlər. Bundan sonra polis əməkdaşları tərəfindən özünün və Surxaybəyin iştirakı ilə, həm də videoçəkilişlə avtomobilə (“Lada Niva” markalı, **-NN- *** dövlət qeydiyyat nişanlı avtomobilə) baxış keçirmişlər. Baxış zamanı özü avtomobilin qabaq oturacağın ayaqaltı hissəsindən bir ədəd bağlamanı götürüb polislərə təqdim etmişdir. Polislər bağlamanı açıb baxarkən bağlamanın içərisindən heroin, tiryək və metamfetamin aşkar olunmuşdur. O, polis əməkdaşlarına iranlıdan istifadəsi üçün 500 qram marixuana istədiyini və götürdüyü bağlamanın içərisində təxminən 1 kq marixuana ola biləcəyini bildirib maşından götürülmüş bağlamadan bu qədər narkotik maddələrin aşkar olunması ilə razılaşmadığını deyib aşkar olunmuş həmin narkotik maddələrin ona məxsus olmamasını, həmçinin onun narkotik maddə götürmək üçün gəlməyindən dostu Surxaybəyin məlumatının olmamasını demişdir. O, narkotik vasitələrdən istifadə etsə də, narkotiklərin satışı ilə məşğul olmamış və verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin özünün istifadəsi üçün 500 qram marixuana götürmək üçün Biləsuvara rayonuna getdiyinə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, təxminən 15 ildir ki, narkotik vasitələrdən istifadə edir, buna görə də bir neçə dəfə məhkum olmuşdur. Sonuncu dəfə 30 yanvar 2017-cı il tarixdə CM-nin 234.4.3-cü maddəsi ilə 09 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 25 sentyabr 2023-cü il tarixdə şərti olaraq vaxtından əvvəl azad edilmişdir. O, azadlığa çıxandan sonra da heroindən istifadə etməyi davam etmişdir. Şahid1 uşaqlıq dostudur. 01 mart 2024-cü il tarixdə istifadəsində olan mobil telefon nömərəsinə vatsapla İrana aid +**********53 saylı nömrədən zəng gəlmiş, zəng edən şəxs ondan “Əhliman” adlı şəxsi soruşmuş, o da səhv adama zəng etdiyini demişdir. Bir neçə saat sonra həmin şəxs yenə zəng edib ona “salam” yazmış, o da “bayaq sənə səhv adama zəng etdiyini dedim yenidən niyə mənə yazırsan” sualını vermiş, bu şəxs də “baba, baba bağışla səhv yazmışam” demişdir. Danışığından bu şəxsin İran vətəndaşı olduğunu, həmçinin iranlının ona narkotik vasitə təklif etmək istədiyini bilmişdir. 03 mart 2024-cü il tarixdə o, özünə məxsus “Lada Niva” markalı, **-NN- *** dövlət qeydiyyat nişanlı avtomobildə dostu Surxaybəylə əyləşib söhbət edərkən həmin iranlı yenidən ona zəng etmişdir. O, iranlı ilə əvvəl olan söhbəti barədə Surxaybəyə demiş, Surxaybəy də ona zəngi açmamağı məsləhət etmişdir. O, narkotiklərdən istifadə etsə də, Surxaybəy narkotilərdən istifadə etməmiş və heroindən istifadə etdiyinə görə Surxaybəy onu tənqid etmişdir. Bu səbəbdən o, Surxaybəyin yanında iranlı ilə danışa bilməmişdir. Bir müddət keçdikdən sonra o, Surxaybəydən gedib maqazindən siqaret almasını xahiş etmiş, Surxaybəy də avtomobildən düşüb getmiş, bundan sonra o, iranlının telefonunu açıb danışmışdır. İranlı ona Bakı şəhərində tanışı olmadığını, göndərəcəyi narkotik vasitəni satmağı ona təklif etmiş, o da ona “mən narkotik vasitə istifadəçisiyəm, sadəcə narkotik vasitə tapa bilmirəm, sən mənə kömək edə bilərsən” demiş, iranlı da ona 150-200 qram narkotik vasitə təklif etmişdir. Sonra o, iranlıya “yalan danışma nə sən məni tanıyırsan, nə də mən səni, sən mənə istifadəm üçün narkotik vasitə verə bilərsən” demiş, iranlı da “niyə vermirəm, bir-iki qram verərəm” bildirmiş, sonra “məkan göndərsəm oradan gedib götürə bilərsən” soruşmuş, o da götürə bilərəm demişdir. İranlı ona “məkan “Salyandadır get götür” demiş və bir neçə dəqiqə sonra iranlı vatsapla telefonuna +**********15 saylı nömrədən məkan göndərmişdir. Az sonra Surxaybəy siqaret alıb gəlib onun avtomobilinə əyləşmişdir. O, Surxaybəyi aldadıb ona “Salyan rayonunda bir nəfər adam var onunla görüşüb qayıdacam, sən mənə yoldaşlıq et, yolda radarlara düşməyim və yatmayım” demiş, Surxaybəy də razılaşmışdır. Həmin gün axşam saatlarında o, idarə etdiyi avtomobillə Surxaybəylə birlikdə Salyan rayonu istiqamətində hərəkət etmişlər. Yolda olarkən Salyan rayonu ərazisində Surxay narahat olub “biz Salyanı keçdik” bildirmiş, o da “görüşəcəyim adam mənə məkan göndərib həmin yerə çatırıq” demişdir. İranlının göndərdiyi məkana çatanda o, avtomobili saxlayıb Surxaybəyə “ayaqyoluna gedək” demiş və onlar avtomobildən düşmüşlər. Surxaybəy ayaqyoluna gedəndə o, iranlıya zəng vurub məkana çatdığını bildirmiş, iranlı da “baba bir bağlama var onu versəm Bakıya apara bilərsən, sənə zəng gələcək həmin adama verərsən” soruşmuş, o da verərəm, problem yoxdur demişdir. O, iranlı ilə ona görə razılaşmışdar ki, əgər ona “yox” desə, o da 2-3 qram heroini ona verməz. Sonra o, əlindəki fanarla işıq salıb dayandığı yerdə bağlamanı axtarmağa başlamış və orada bağlamanı görüb bağlamaya yaxınlaşanda Surxaybəy ona yaxınlaşıb nə axtardığını soruşmuş, o da bağlamanı götürüb tez avtomobilə əyləşib bağlamanı Surxaybəyin əyləşdiyi oturacağın ayaqaltına qoyub avtomonbili işə salmış, Surxaybəy ondan bağlamada nə olduğunu təkidlə soruşanda o, “səbirli ol, yolda sənə başa salacam” demiş, bu zaman yol patrul avtomobilini görmüş və YPX əməkdaşları onun idarə etdiyi avtomobilə “saxla” işarəsi vermiş, maşında narkotik vasitə olduğu üçün o, tutulmaqdan qorxduğundan avtomobili saxlamamış, hərəkəti davam etmişdir. Elə həmin vaxt Surxaybəy bağlamada narkotik vasitə olduğunu başa düşmüşdür. O, bağlamanı avtomobildən yerə tullamaq istəmiş, lakin idarəetməni itirdiyi üçün bağlamanı ata bilməmiş və avtomobil yolun kənarındakı su arxına düşüb dayanmışdır. Bundan sonra polis əməkdaşları onlara yaxınlaşıb onu və Surxaybəyi tutub polis şöbəsinə aparılmışlar. Polis şöbəsində vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmiş və üzərindən qanunla qadağan edilən hər hansısa bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra polis əməkdaşları onun, müdafiəçinin və Surxaybəyin iştirakı ilə, həm də videoçəkilişlə avtomobilinə (“Lada Niva” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilə) baxış keçirmiş və baxış zamanı özü avtomobilin qabaq oturacağının ayaqaltı hissəsindən bir ədəd bağlamanı götürüb polislərə təqdim etmişdir. Həmin bağlama açıldıqda içərisində yeddi ədəd bükümdə narkotik maddələr aşkar edilmişdir. Şifahi sorğu zamanı o, içərisində narkotik maddələr olan bağlamanın iranlıya məxsus olmasını bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsini təsdiq etməyib, sonrakı ifadəsini təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, polis şöbəsində ona qarşı təzyiqlər olduğu üçün o, bağlamada aşkar olunmuş narkotik maddələrin özünə məxsus olmasını demiş, əslində isə bağalamalarda olan narkotik maddələr (heroin, tiryək və metamfetamin) ona məxsus deyil. İranlının dediyi yerdən götürdüyü bağlamanın içərisində hansı növ narkotik maddələrin olması və nə qədər narkotik maddələr olması barədə məlumatı olmamış, götürdüyü bağlamanın içərisində sonradan aşkar olunan qədər narkotik maddə olmamış, daha az miqdarda narkotik maddə olmuşdur. O, narkotik vasitələrdən istifadəsi etsə də, narkotiklərin satışı ilə məşğul olmamış və verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin özünün istifadəsi üçün 500 qram marixuana götürmək üçün Biləsuvara rayonuna getdiyinə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, o, Biləsuvar RPŞ-nin əməkdaşıdır. 03 mart 2024-cü il tarixdə Bakı şəhər sakini Təqsirləndirilən şəxs X1 əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və 04 mart 2024-cü il tarixdə saat 03 radələrində əməliyyat-axtarış tədbiri keçirilmişdir. Əməliyyat tədbirinə uyğun olaraq Təqsirləndirilən şəxs içərisində olduğu ehtimal olunan “Niva” markalı maşın (“Lada Niva” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobil) Biləsuvar rayonun Xırmandalı kəndinin ərazisindəki “Lukoyl” YDM-nin yaxınlığında əməliyyat müşahidəsinə götürülmüş, az sonra Ələt-Astara yolunun Biləsuvar rayonun Xırmandalı kəndinin ərazisindən keçən hissəsində yerləşən “Turist-5” kafesinin yaxınlığında əməliyyat qrupunun üzvləri olan DYPB-nin əməkdaşları tərəfindən həmin avtomobilə “saxla” işarəsi verilmiş, lakin sürücü “saxla” işarəsinə məhəl qoymayıb hərəkətini davam etdirmişdir. Bundan sonra o, idarə etdiyi avtomobillə yolda süni tıxac yaratmış, şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə tıxacdan çıxmaq istəyərkən onun idarə etdiyi avtomobilinə arxadan dəymiş, sonra sürücü sürətlə oradan uzaqlaşmaq istəyərkən həmin ərazidə “Mahmudçala” deyilən yerdə idarəetməni itirib yoldan çıxıb su arxına düşüb dayanmışdır. Əməliyyat qrupu avtomobilə yaxınlaşıb sürücü Təqsirləndirilən şəxs və sərnişinə (Şahid1) qanunsuz olaraq narkotik maddələr əldə edib saxlamaqda şübhəli olduqları bildirilib onlar, həmçinin avtomobil polis şöbəsinə aparılmışdır. Polis şöbəsində təhqiqatçı Mahsun Kərimov tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə əvvəl saxlanmış şəxslərin (Təqsirləndirilən şəxs və Şahid1) üzərində şəxsi axtarış keçirilmiş, onların üzərindən qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Sonra təhqiqatçı tərəfindən saxlanmış şəxslərin (Təqsirləndirilən şəxs və Şahid1) və vəkilin (müdafiəçinin) iştirakı ilə, həm də videoçəkilişlə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə “Niva” markalı maşına (“Lada Niva” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilə) baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin qabaq oturacağın ayaqaltısından yapışqan lentlə biribirinə sarınmış vəziyyətdə bağlamanı götürüb təqdim etmişdir. Təqdim olunan bağlamaların içərisində heroinə, tiryəkə və metamfetaminə oxşar kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələri tanışı İran vətəndaşından əldə etdiyini, həmçinin sərnişin olan şəxsin (Şahid1) bu işdən xəbərsiz olduğunu, onu özü ilə yol yoldaşı kimi gətirdiyini bildirmişdir. Aşkar olunmuş heroinə, tiryəkə və metamfetaminə oxşar kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları, o cümlədən özü və digər polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış və avtomobilə baxış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında şahidlər Şahid3 və Şahid4 Şahid2 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, o narkotik vasitə istifadəçisi deyil. Təqsirləndirilən şəxs tanıyır, aralarında yaxın münasibətləri vardır. 03 mart 2024-cü il tarixdə, axşam saatlarında İsmayılxanla görüşüb söhbət edərkən İsmayılxan ona Salyan rayonuna gedib bir nəfərlə görüşüb qayıdacağını deyib onunla birlikdə Salyana yol yoldaşı kimi getməsini və yolda radara düşməməsi üçün radarlara diqqət etməsini xahiş edib bir saata gedib qayıdacağını demiş, o da razılaşmışdır. Sonra o, İsmayılxanla birlikdə onun (İsmayılxanın) idarə etdiyi “Niva” markalı maşınla (“Lada Niva” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobillə) Salyan rayonuna getmişlər. Yolda İsmayılxan telefonla kiminləsə danışmış, həmin vaxt elə başa düşmüşdür ki, İsmayılxan görüşəcəyi adamla danışır. Salyana çatandan sonra İsmayılxan maşını Biləsuvar rayonuna sürmüşdür. Bir qədər getdikdən sonra İsmayılxan maşını saxlayıb ayaqyoluna gedəcəyini demişdir. Sonra İsmayılxan maşından düşüb yolun kənarına tərəf getmiş, özü də maşından yerə düşmüşdür. Bir az sonra İsmayılxanın yolun kənarında nəsə axtardığını görüb ona yaxınlaşıb nə axtardığını soruşmuş, elə həmin vaxt İsmayılxan yolun kənarında yol nişanın yanından bağlamanı götürüb maşına tərəf gəlib, bağlamanı maşının qabaq oturacağının ayaqaltına qoyub ona maşına oturmasını demişdir. O, maşına oturub İsmayılxandan maşına qoyduğu bağlamada nə olmasını soruşmuş, İsmayılxan “narahat olma yolda başa salacam” deyib maşını işə salıb geriyə döndərib sürmüşdür. Yolda yol polisi maşını saxlamağı işarə vermiş, lakin İsmayılxan maşını saxlamayıb hərəkəti davam etdirmişdir. Arxadan isə yol polisin avtomobili onları təqib etmişdir. O, bağlamada nə olduğunu bilməmiş, İsmayılxandan bu barədə təkrar soruşmaq istəyərkən polis əməkdaşları İsmayılxanın maşınını dayandırmaqdan ötrü süni tıxac yaratmışlar, İsmayılxan da maşının idarəetməsini itirmiş və maşın yoldan çıxıb su arxına düşüb dayanmışdır. Sonra polis əməkdaşları onu və İsmayılxanı tutub maşınla birlikdə polis şöbəsinə gətirmişlər. Polis şöbəsində videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmiş və üzərindən qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Sonra polis əməkdaşları onun və İsmayılxanın iştirakı ilə, həm də videoçəkilişlə İsmayılxanın idarə etdiyi avtomobilə (“Lada Niva” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilə) baxış keçirmişdir. Baxış zamanı İsmayılxan avtomobilin qabaq oturacağının ayaqaltısından bağlamanı götürüb polislərə təqdim etmişdir. Təqdim olunan bağlamanın içərisindən tanımadığı maddələr aşkar edilmişdir. Polis əməkdaşları aşkar olunan maddələrin narkotik olduğunu demişlər. Polislər soruşanda İsmayılxan həmin maddələrin özünə məxsus olmasını demişdir. O, bağlamanın içərisində nə olmasını əvvəldən bilməmiş, sonradan ona məlum olmuşdur ki, İsmayılxanın yolun kənarından götürüb maşına qoyduğu bağlamanın içərisində narkotik maddələr olmuşdur. İşdə olan, təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 03 mart 2024-cü il tarixli qərarla müəyyən olunur ki, həmin tarixdə təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs X1 dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat-axtarışın tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İşdə olan, Biləsuvar RPŞ-nin əməkdaşının 04 mart 2024-cü il tarixli “Raport”u və “Əməliyyat qrupunun yaradılması barədə” 04 mart 2024-cü il tarixli protokolu ilə müəyyən olunur ki, Bakı şəhər sakini Təqsirləndirilən şəxs X1 dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında yaradılmış əməliyyat qrupu tərəfindən 04 mart 2024-cü il tarixdə, saat 03:30 radələrində Təqsirləndirilən şəxs içərisində olması güman edilən “Lada Niva” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilin Biləsuvar rayonun Xırmandalı kəndinin ərazisində yerləşən “Lukoyl” YDM-nin yaxınlığında olması müşahidə edilmiş, təxminən 5 dəqiqədən sonra əməliyyat qrupunun üzvü olan YPX-nin əməkdaşları tərəfindən Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonun Xırmandalı kəndinin ərazisindən keçən 104-cü km-də yerləşən “Turist-5” kafesinin yaxınlığında “saxla” işarəsi verilmiş, lakin sürücü avtombili saxlamayıb hərəkətini davam etdirmiş, bundan sonra süni tıxac yaradılaraq avtomobil saxlanılmışdır. Avtomobili idarə edən Təqsirləndirilən şəxs və avtomobildə olan sərnişin Şahid1 saxlanılıb avtomobillə birlikdə Biləsuvar RPŞ-nə gətirilmişlər. İşdə olan, “Şəxsi axtarış və götürmə haqqında” 04 mart 2024-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Biləsuvar RPŞ-nin TB-nin təhqiqatçısı Mahsun Kərimov tərəfindən müdafiəçi Habil Məmmədovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefon təhqiqat orqanı tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd CD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, “Baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə” 04 mart 2024-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Hacıqabul RPŞ-nin TB-nin təhqiqatçısı Mahsun Kərimov tərəfindən müdafiəçi Habil Məmmədovun, şübhəli şəxs Təqsirləndirilən şəxs və Şahid1 iştirakı ilə, həm də Təqsirləndirilən şəxs idarə etdiyi “Lada Niva” markalı, **-NN-*** qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs və Şahid1 avtomobildə onlara aid narkotik vasitə və yaxud qanunla qadağan edilmiş digər əşya varsa, təqdim etmələri təklif olunmuşdur. Şahid1 avtomobildə ona aid qanunla qadağan edilmiş heç bir əşya olmadığını bildirmiş, Təqsirləndirilən şəxs isə avtomobilində İran vətəndaşının ona göndərdiyi bağlama və həmin bağlamanın içərisində narkotik vasitələr olduğunu demişdir. Bundan sonra avtomobilin ön sağ sərnişin oturacağın ayaqaltısından üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış iki ədəd böyük bağlama və bir ədəd bükülü bir yerdə sarılmış vəziyyətdə aşkar edilmişdir. Həmin bağlamaların içərisində heroinə və tiryəkə, bükümün içərisində isə metamfetaminə oxşar kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələri tanışı İran vətəndaşından əldə etdiyini bildirmişdir. Aşkar olunmuş heroinə, tiryəkə və metamfetaminə oxşar kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Baxışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd CD disk protokola əlavə edilmişdir. İşdə olan, materialların məhkəmə ekspertizasının 04 mart 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində “**-NN-*** d.q.n-lı avtomobildən aşkar olunmuş kütlələrin qablaşdırıldığı bağlama ... ” sözlər və imzalar olan bağlamadakı, 2 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri-1172,0 qram, 1225,0 qram ümumi təmiz çəkisi 2397,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitəheroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Bir ədəd bükülüdə təmiz çəkisi-52,643 qram olan ağ rəngli kiristallardan ibarət maddə metamfetamindir. İki ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri-857,0 qram,2265,0 qram ümumi təmiz çəkisi 3122,0 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. İşdə olan, Biləsuvar Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli qərarı ilə təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 03 mart 2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir. İşdə olan, “Mobil telefona baxış keçirilməsi haqqında” 09 mart 2024-cü il tarixli protokolla müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd “Samsung” markalı mobil telefonun üzərində 050/207-23-17 və 077/203-23-17 saylı mobil telefon nömrələri vardır. Mobil telefonun yaddaş kitabçasına, zənglər siyahısına və mesajlara baxış zamanı yaddaşda İran telefon operatoruna aid “sadig +**********53” və “+98***-***-**-**” telefon nömrələrin yazılması, həmçinin Təqsirləndirilən şəxs vatsapla “sadig +**********53” saylı telefon nömrəsi arasında 03 mart 2024-cü il tarixdə və əvvəlki tarixlərdə çoxsaylı danışıqlar, səsli mesajlar, göndərilən narkotik vasitənin fotoşəkilləri və zənglərin olması müəyyən edilmişdir. Səs yazıları silindiyi üçün köşürülməsi mümkün olmamış, lakin fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İşdə olan, “Maddi sübutun tanınması və həlli barədə” 04 mart 2024-cü il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 2396,8 qram heroin, qalıq 3121,8 qram tiryək və 52,543 qram metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Biləsuvar RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarış, baxış və istintaq hərəkətinin aparılması ilə bağlı aparılmış videoçəkilişlərin yazıldığı dörd ədəd CD disk, eləcə də bir ədəd “Samsung” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 06 mart 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və Stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur və məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, ambulator məhkəmə-psixatrik ekspertizasının 07 mart 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də o, ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. İşdə olan, “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” 06 iyun 2024-cü il tarixli qərarla müəyyən olunur ki, istintaq orqanı tərəfindən Şahid1 əməli CM-nin 234.4-1-ci maddəsindən həmin Məcəllənin 307.1-ci maddəsinə tövsif edilmiş və onun barəsində cinayət işinin CM-nin 234.4-1-ci maddəsinə aid hissəsinə xitam verilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək həbsdən azad edilmişdir. İşdə olan, “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 06 iyun 2024-cü il tarixli qərarla müəyyən olunur ki, hazırki cinayət işindən Şahid1 əməlində “cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə” cinayətinin olmasına görə barəsində CM-nin 307.1-ci maddəsi ilə cinayət işi ayrılıb istintaq aidiyyəti üzrə Biləsuvar rayon prokurorluğuna göndərilmişdir. İşdə olan, Biləsuvar rayon prokurorluğunun “Cinayət işinin icraatına xitam verilməsi haqqında” 05 avqust 2024-cü il tarixli qərarın surəti ilə müəyyən olunur ki, Şahid1 əməlində CM-nin 307.1-ci maddəsində nəzərə tutulan cinayətin tərkib əlamətləri olmadığından CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. İşdə olan, “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 06 iyun 2024-cü il tarixli qərarla müəyyən olunur ki, hazırki cinayət işindən təqsirləndirilən şəxsin narkotik vasitələr və psixotrop maddə əldə etdiyi mənbə barəsində CM-nin 234.4-1-ci maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutlar, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (avtomobilində aşkar olunmuş narkotik vasitənin (narkotik vasitələrin və psixotop maddənin) deyildiyi qədər deyil daha az olması, istifadəsi üçün 500 qram marixuana götürmək məqsədilə Biləsuvara getməsi, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olması və narkotik vasitələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarış və baxışla bağlı protokolla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni avtomobilində aşkar olunmuş narkotik vasitənin (narkotik vasitələrin və psixotop maddənin) deyildiyi qədər deyil daha az olması, istifadəsi üçün 500 qram marixuana götürmək məqsədilə Biləsuvara getməsi, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olması və narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri, maddi sübutlar (o cümlədən maddi sübut olan elektron tərəzinin üzərində heroin və metamfetamin üzlərinin aşkar edilməsi), ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə şəxsi axtarış və baxışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlərlə, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi izahat və ifadələri ilə (həmin ifadələrində o, avtomobilində aşkar olunmuş narkotik vasitələrin və psixotop maddənin özünə məxsus olmasını göstərmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin müdafiə tərəfinin fikrincə ibtidai istintaq zamanı narkotik vasitələrin və psixotrop maddənin Təqsirləndirilən şəxs məxsus olmasına dair verdiyi və sonradan ittihamın əsasını təşkil edən, həmin maddələrin ona məxsus olmasına dair ifadəsini o, hədə-qorxu nəticəsində, yəni polis əməkdaşlarının ona qarşı təzyiqləri nəticəsində vermişdir. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu fikirləri əsassızdır. Belə ki, cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Lakin işdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və ibtidai istintaq dövründə nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi yuxarıda göstərilən hallarla və ya digər hər hansı bir hallarla bağlı şikayətlə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər. Əksinə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının vəsatətinə Biləsuvar Rayon Məhkəməsində (məhkəmə nəzarətini həyata keçirən məhkəmə) baxılarkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşında aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin ona məxsus olmasını bildirərək verilmiş ittiham üzrə özünü tam təqsirli hesab etmişdir. Qeyd olunanlara əsasən məhkəmə müdafiə tərəfinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünə qarşı verdiyi ifadənin məhz hədə-qorxu nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddə əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ və İİ Siyahılara əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” və “Tiryək” olan maddələr narkotik vasitələr və “Metamfetamin” olan maddə psixotrop maddədir. Heroinin və metamfetamin 0,15 qramdan, tiryəkin 0,5 qramdan artıq hissəsi xeyli miqdar, heroinin 2 qramdan 800 qramadək, metamfetaminin 2 qramdan 400 qramadək və tiryəkin 50 qramdan 5000 qramadək hissəsi külli miqdar, heroinin 800 qramı, metamfetaminin 400 qramı və tiryəkin 5000 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində izah olunur ki, … təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 2397,0 qram heroin xüsusilə külli miqdar, 3122,0 qram tiryək və 52,643 qram metamfetamin külli miqdar təşkil edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ayrı-ayrı növlərdən ibarət olmaqla narkotik vasitələr və psixotrop maddə, o cümlədən xüsusilə külli miqdarda heroin, külli miqdarda tiryək və metamfetamin əldə edib həmin maddələri idarə etdiyi avtomobildə daşıması onun həmin maddələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda heroin, külli miqdarda tiryək və metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4-1-ci maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Biləsuvar Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 04 mart 2024-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə, məhkəmə hökmü və qərarının surətləri ilə müəyyən edilir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 yanvar 2010-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 may 2010-cu il tarixli qərarına əsasən cəzanın çəkilməmiş 03 ay 15 günü şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 iyul 2013cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 dekabr 2014-cü il tarixli qərarına əsasən 04 ay 07 gün şərti olaraq vaxtından əvvəl azad edilmiş, 11 aprel 2015-ci ildə sınaq müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 09 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 il 11 ay 05 gün müddəti çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən 19 yanvar 2010-cu il və 04 iyul 2013-cü il tarixli hökmlər üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş, lakin CM-nin 83.3.4-cü maddəsinə əsasən (ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir) 30 yanvar 2017-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Ona görə də hazırda o, məhkumluğu olan şəxsdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.3.3-cü maddəsinə əsasən qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətlərin xüsusilə təhlükəli residivi yaranır. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən onun bu əməlində cinayətlərin xüsusilə təhlükəli residivi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən ağır cinayət törətdiyindən onun bu əməli cinayətlərin xüsusilə təhlükəli residivi yaratdığından ona CM-nin ittiham olunduğu maddə üzrə cəza təyin edilərkən CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəza təyin edilməli, habelə cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi də nəzərə alınmalıdır. Eyni zamanda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində CM-nin 76-cı maddəsi tətbiq edilərək, 30 yanvar 2017-ci il tarixli hökmlə ona təyin edilmiş 09 il müddətə azadlıqdan məhrumetmə cəzasından çəkilməmiş 01 il 11 ay 05 gün şərti olaraq vaxtından əvvəl azad edildikdən sonra məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsi ərzində qəsdən xüsusilə ağır cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilir. Beləliklə, məhkəmə hesab edir ki, CM-nin 76.6.3-cü maddəsinə əsasən, məhkum Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzasından 01 il 11 ay 05 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv olunmalı və CM-nin 67.1ci maddəsinə əsasən ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. İşdə olan sənədlərlə müəyyən olunur ki, Təqsirləndirilən şəxs subaydır və Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, 9 inzibati binada qeydiyyatda qeydiyyatda olmaqla Bakı şəhərində qeyri-dəqiq ünvanlarda yaşamışdır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar (CM-nin 59-cu maddəsində göstərilən və başqa) yoxdur. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.4-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cazanı ağırlaşdıran halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xüsusilə təhlükəli residivə görə cəza təyin edilməli, yəni ona təyin olunacaq cəza ittiham olunduğu maddə (CM-nin 234.4-1-ci maddəsi) üzrə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az olmamalıdır. Həmçinin təqsirkarın əvvəllər dəfələrlə eyni xarakterli cinayətlərə görə, o cümlədən CM-nin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına baxmayaraq islah olunmaması və yenidən qəsdən xüsusilə ağır cinayət törətməsini məhkəmə nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının müddəti orta həddə təyin edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli qərarı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 09 il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 01 il 11 ay 05 gün müddəti çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv olunmalı və CM-nin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs 30 yanvar 2017ci il tarixli hökmlə təyin edilmiş 09 il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 01 il 11 ay 05 gün müddət yeni təyin edilmiş cəzaya qismən birləşdirilərək ona hökmlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.4cü maddəsinə əsasən (cinayətlərin xüsusilə təhlükəli residivi nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 04 mart 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Biləsuvar RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan (ayrı-ayrı qablaşdırılmış) 2396,8 qram narkotik vasitə olan heroin, 52,543 qram psixotrop maddə olan metamfetamin və 3121,8 qram narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X1 X2 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. Həmçinin hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut olan və Biləsuvar RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefon aparatı şəxsi əşyası kimi saxlanılıb sonradan ona təhvil verilməsi üçün onun cəzaçəkdiyi yer üzrə göndərilməli, habelə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarış və baxışla bağlı, eləcə də istintaq hərəkətlərinin icrası zamanı aparılmış videoçəkilişlərin yazıldığı 04 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli qərarı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 1 (bir) il 11 (on bir) ay 5 (beş) gün müddəti çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv olunsun. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 1 (bir) il 11 (on bir) ay 5 (beş) gün müddət yeni təyin edilmiş cəzaya qismən birləşdirilərək Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 04 mart 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və narkomaniyadan məcburi müalicə olunsun, habelə yaşadığı ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Biləsuvar Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan (ayrı-ayrı qablaşdırılmış) 2396,8 qram narkotik vasitə olan heroin, 52,543 qram psixotrop maddə olan metamfetamin və 3121,8 qram narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Habelə hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut olan və Biləsuvar Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefon aparatı şəxsi əşyası kimi saxlanılıb sonradan ona təhvil verilməsi üçün onun cəzaçəkdiyi yer üzrə göndərilsin. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarış və baxışla bağlı, habelə istintaq hərəkətlərinin icrası zamanı aparılmış videoçəkilişlərin yazıldığı 4 (dörd) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-65 (altmış beş) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-53/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-53/2025
10.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver