Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-530/2022 26.10.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1983-cü ildə Astara rayonu, Şiyəkəran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Astara Rayon Məhkəməsinin 05 avqust 2020-cu il tarixli hökmünə əsasən Azəbaycan Respublikası CM-nin 228.1, 229.1-ci maddələri ilə, CM-in 66.2, 67.1 və 68.2-ci maddələri tətbiq olunmaqla 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına və 2100 manat cərimə cəzasına məhkum olunmuş məhkumluğu ödənilməmiş, Astara rayonu, Şiyəkəran kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1, 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq məlum olmayan vaxtda və mənbədən bir ədəd döyüş sursatı hesab edilən “RQD-5” tipli hücum təyinatlı qəlpəli əl qumbarasının gövdəsini, həmin gövdə ilə birləşdikdə “F-1” tipli müdafiə təyinatlı qəlpəli əl qumbarasını təşkil edən, “F-1”, “RQ-42”, RQD-5” tipli döyüş sursatı hesab olunan qəlpəli əl qumbaralarının gövdələrinin partladılması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatının hissəsi hesab olunan bir ədəd “UZRQM” tipli alışdırıcını və bir ədəd zavod üsulu ilə istehsal edilmiş, döyüş (hərbi) təyinatlı, “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komlekt hissəsi olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab olunan süngü bıçağını əldə edib daşıyaraq yaşadığı Astara rayonu Şiyəkəran kəndində yerləşən evində saxlamış və 23 aprel 2022-ci il tarixdə, saat 09 radələrində Astara RPŞ-nin əməkdaşları tərəfindən onun evinə baxış keçirilən zaman həmin “RQD-5” tipli hücum təyinatlı qəlpəli əl qumbarasının gövdəsi və “UZRQM” tipli alışdırıcı evin həyətində olan sürahilərin arxasında olan qara rəngli sellofan paketin içərisindən, bir ədəd süngü bıçağı isə qonaq otağında yerləşən çarpayının üzərindəki döşəyin altından aşkar edilərək götürülmüşdür. Bundan başqa o, məlum olmayan vaxtda və mənbədən, satış məqsədi ilə qanunsuz olaraq bir ədəd sellofan bükümdə, külli miqdarda, təmiz çəkisi -52,19 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla yaşadığı Astara rayonu Şiyəkəran kəndində yerləşən evinə daşıyaraq saxlamış, onun külli miqdarda narkotik vasitələri əldə etməsi, üzərində gəzdirməklə daşıması, yaşadığı evdə saxlaması və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 23 aprel 2022-ci il tarixdə, saat 09 radələrində Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı evə baxış keçirilərkən həmin bir ədəd sellofan bükümdə və 52,19 qram çəkidə narkotik vasitə olan heroin qonaq otağında yerləşən çarpayının üzərindəki döşəyin altından aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 23 aprel 2022-ci il tarixdə, səhər saatlarında evdə olan zaman polis əməkdaşları gələrək onun evinə narkotik vasitə, soyuq silah, həyətinə isə qumbara yerləşdirərək onu şərləyib məsuliyyətə cəlb etmişlər. Polis tərəfindən təzyiqlərə məruz qaldığı üçün silah və narkotik saxlamasını etiraf etmişdir. Heç bir günahı olmadığı üçün əməlinin düzgün tövsif edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, özünü təqsirli bilərək göstərmişdir ki, 7-8 il əvvəl Astara rayonu, Şiyəkəran kəndində Təngərüd kəndi ilə sərhəddə olan pay torpaq sahəsində işləyirmiş və torpağı çəltik əkini üçün belləyən zaman belin ağzına nəsə ilişmiş, o, beli bir neçə dəfə yerə vurduqda elə bilmişdir ki, yerin altında böyük bir daş var. O, torpaq sahəsində çəltik əkəcəyindən həmin daşı yerdən götürməli olmuş, buna görə də əlini bellədiyi yerə aparmış ki, daşı yerdən çıxarsın və görmüşdür ki, belin ilişdiyi əşya daş deyil, başqa bir şeydir. Bir qədər həmin əşyanın ətrafını torpaqdan təmizləmiş və görmüşdür ki, yerin altında bir ədəd qumbara və bir ədəd bıçaq vardır. O, qumbaranı və bıçağı götürüb özü ilə evinə gətirmişdir. Həmin əşyaları evin zirzəmisində, bankaların qoyulduğu rəflərin üzərində, bankaların arxasında gizlətmişdir. Sonradan bıçaqdan özü üçün təsərrüfatda istifadə etdiyindən bıçağı yerindən götürmüş, yay aylarında ailə üzvləri zirzəmidə olan bankalarda istifadə etdiyindən o, çox vaxt qumbaranın yerini dəyişib, başqa bir yerdə gizlədirmiş. Lakin bıçağı son zamanlarda istifadə etmədiyindən, bıçağın soyuq silah olduğunu bildiyindən yatdığı otaqda, çarpayının üzərində olan döşəyin altında gizlətmişdir. 2022-ci ilin aprel ayının ortalarında evinə gedərkən, yol kənarında bir ədəd qara rəngli sellofan büküm görmüş, həmin bükümü yerdən götürüb içərisinə baxmış və içərisində narkotik vasitə olan, “kakos” adlanan heroinə bənzər kütlənin olduğunu görmüşdür. Bükümün içərisindəki kütləyə barmağını batırıb bir qədər daddıqda bükümün içərisindəki kütlənin həqiqətən də narkotik vasitə heroin olduğunu bilmişdir. Daha sonra tapdığı bükümü özü ilə evinə gətirmişdir. İlk öncə bükümdən bir qədər iynə ilə damarına vurmuş, bir neçə dəqiqə keçdikdən sonra narkotikin təsirini hiss etməyə başlamış, sonra isə tapdığı sellofan bükümü bankaların arasında gizlətmişdir. Həmin vaxt gizlətdiyi qumbaranı görmüş, qumbaranı zirzəmidən çıxarıb, başqa bir yerə qoymaq fikrinə düşmüşdür. Daha sonra isə otağına gedib, otağından yapışqan lent götürüb, zirzəmiyə qayıtmış, içərisində narkotik vasitə olan heroinin olduğu sellofan bükümü yapışqan lentə büküb, şalvarının cibinə salmış, qumbaranı isə qara rəngli sellofan paketin içərisinə salıb zirzəminin çıxışında, sürahilərin arxa tərəfində olan güllərin altına atmışdır. Daha sonra isə yatdığı otağa getmiş və içərisində heroin olan bükümü çarpayının üzərində olan döşəyin altında, bıçağın yanında gizlətmişdir. Daha sonra da bir neçə dəfə tapdığı heroin bükümündən istifadə etmiş və yenə də heroini yastığın altında gizlətmişdir. 23 aprel 2022ci il tarixdə, saat təxminən 09:30-da evdə olduğu zaman polis əməkdaşları gələrək vəkilin iştirakı ilə videoçəkilişlə evinə baxış keçirmişlər. Baxış zamanı onun yatdığı otaqda çarpayının altında gizlətdiyi soyuq silah olan süncü bıçağı və heroin aşkar edilərək götürülmüş, daha sonra isə həyətdə qumbara da aşkar edilərək götürülmüşdür. Bu barədə protokol tərtib edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində qeyd olunan xüsusatlar obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi xüsusatları ona cəza təyin edilməməsinə, başqa sözlə, cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Astara rayon Polis şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 23 aprel 2022-ci il tarixdə saat 08:43-də Astara rayonun Şiyəkəran kənd sakini Şahid5 Azərbaycan Respublikası DİN-in 102 xidmətinə müraciət edərək, əri Təqsirləndirilən şəxs mütəmadi olaraq, həmçinin 22 aprel 2022-ci il tarixdə onu döyməsini, evdə qumbara, bıçaq saxlamasını və narkotik maddələrdən istifadə etməsini bildirmişdir. Daxil olmuş məlumatın yerində yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilərək əməliyyat qrupu yaradılmış, 23 aprel 2022-ci il tarixdə saat 09:50-də Astara rayonun Şiyəkəran kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə gedərək orada evə və evin həyətində olan tikililərə videoçəkiliş vasitəsilə baxış keçirmişlər. Baxışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs daşınması, gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın olması halında təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, evində qanunla qadağan edilən hər hansı bir əşya yoxdur. Bunun ardınca evə və həyətdəki tikililərə baxış keçirilməyə başlanmış, evə baxış zamanı zalda olan çarpayının üzərinə sərilmiş döşəyin altından bir ədəd şəffaf sellofana bükülmüş kütlə və bir ədəd süngü bıçağı aşkar edilmişdir. Bir ədəd bükümün içinə baxdıqda kəskin iyə malik heroinə oxşar kütlə olması müəyyən edilmişdir. Lakin Təqsirləndirilən şəxs həmin əşyaların ona aid olmadığını bildirmişdir. Bundan sonra aşkar olunan bir ədəd süngü bıçaq və şəffaf sellofana bükülmüş kütlə ayrı-ayrılıqda qablaşdırılaraq möhürlənmişdir. Bunun ardınca digər otaqlara da baxış keçirilmiş, lakin həmin otaqlardan qanunla qadağan edilən hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Daha sonra həyətdəki tikililərə və evin zirzəmisinə baxış keçirilmiş, həyətdə evin qarşısındakı sürahilərin arasında bir ədəd qara sellofanda bir ədəd qumbaraya bənzər və bir ədəd qumbaranın alışdırıcısına bənzər predmet aşkar edilmiş, Təqsirləndirilən şəxs qumbaraya oxşar predmeti 7-8 il əvvəl sahədə işləyərkən tapdığını bildirmişdir. Aşkar olunan qumbaraya bənzər və qumbaranın alışdırıcısına bənzər predmetlər qablaşdırılaraq möhürlənmiş, sonda bununla bağlı protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs şöbəyə gətirilərək şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş, daha sonra üzərinə şəxsi axtarış keçirilmişdir, lakin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş və doğruluğu iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Astara rayon polis şöbəsinin əməkdaşı Şahid2 və Şahid4 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, son zamanlarda Sadiqin əhvalında dəyişiklik hiss edirmiş, Sadiq evə gələrkən gözləri sulu olurmuş və kənddə gəzən söz-söhbətlərdən eşitmişdir ki, Sadiq narkomandır. 2021-ci ildən başlayaraq isə o, Sadiqin əllərində olan damarların qızardığını görmüş və bilmişdir ki, Sadiq artıq damara iynə vurma yolu ilə narkotik vasitə istifadə edir. Əri hər dəfə evə gəldikdə heç bir səbəb olmadan onunla mübahisə edirmiş və evdə münaqişə yaranırmış. Sonuncu dəfə 21 aprel 2022-ci il tarixdə, təxminən saat 18 radələrində yaşadığı evdə olarkən Sadiq evə gəlib, ondan pul istəmiş, o, Sadiqə pulunun olmadığını bildirdikdə Sadiq onunla mübahisə etməyə başlamışdır. O, bilmişdir ki, Sadiq narkotik vasitələrin təsiri altındadır, buna görə də Sadiqə öz iradlarını bildirmişdir. Bundan sonra Sadiq onu döymüşdür. O, azyaşlı qızı Xədicə Rzayevanı götürüb anasının evinə getmişdir. Növbəti gün Astara rayon Polis Şöbəsinə gəlib döyülməyi barədə şikayət etmiş, 23 aprel 2022-ci il tarixdə, təxminən saat 08 radələrində yaşadığı evə gəlmiş, evin həyətinə daxil olduqda evin həyətində, sürahilərin arxa tərəfində 1 ədəd qara rəngli sellofan olduğunu görmüş, sellofanda narkotik olacağından şübhələnmiş, buna görə də sellofanın içərisinə baxmış və sellofan paketin içərisində 1 ədəd qumbara olduğunu görmüşdür. O, Sadiqin həmin qumbara ilə evi partladacağından, həmçinin başqa bir cinayət törədəcəyindən qorxduğu üçün Sadiqin barəsində DİN-in “102” xidməti-zəng mərkəzinə zəng edərək məlumat vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə məhkəmə fiziki-kimyəvi ekspertizasının 23 aprel 2022-ci il tarixli 18/501 saylı rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evindən götürülmüş bir ədəd büküm...” sözlər və imzalar olan bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 52,19 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs evindən aşkar edilən maddə....” sözlər və imzalar olan bir ədəd bağlamadakı, 1 ədəd bükümdə təmiz çəkisi 745,0 qram olan ağ rəngli dənəvari formalı maddə narkotik, psixotrop, zəhərli və güclü təsir edən maddələrin siyasına aid deyildir. Ekspertiza tədqiqatından sonrakı qalıq heroin 52,14 qram, qeyri narkotik maddə 744,95 qram təşkil edir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edır. İş materiallarında olan 25 aprel 2022-ci il tarixli 501 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən “narkomaniya” xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 25 aprel 2022-ci il tarixli 148 saylı “məhkəmə tibbi ekspertizasının” rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar olunmamışdır. İş materiallarında olan 02 iyun 2022-ci il tarixli 3/593 saylı “məhkəmə billistik ekspertizasının” rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet “RQD-5” tipli döyüş sursatı hesab edilən hücum təyinatlı qəlpəli əl qumbaralarının zavod üsulu ilə istehsal edilmiş hissəsidir-gövdəsidir, təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet “F-1”, “RQ-42”, “RQD-5” tipli, döyüş sursatı hesab edilən qəlpəli əl qumbaralarının gövdələrinin partladılması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatlarının hissəsi hesab edilən “UZRQM” tipli alışdırıcısıdır, istifadəyə yararlıdır. Yuxarıda göstərilən qumbara gövdəsinə təqdim edilmiş “UZRQM” tipli alışdırıcı bağlandıqda, o, döyüş sursatı hesab edilən “F-1” tipli, müdafiə təyinatlı qəlpəli əl qumbarasını təşkil edir, təyinatı üzrə istifadəyə yararlıdır. Aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manat təşkil edir. İş materiallarında olan 02 iyun 2022-ci il tarixli 3/592 saylı “məhkəmə billistik ekspertizasının” rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, döyüş (hərbi) təyinatlı, “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik süngü bıçağıdır, soyuq silah hesab edilir. Aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manat təşkil edir. İş materiallarında olan 23 aprel 2022-ci il tarixli «baxış keçirilməsi və götürmə aparılması haqqında» protokoldan görünür ki, 23 aprel 2022-ci il tarixdə saat 09:50-də Astara rayonun Şiyəkəran kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə gedərək orada evə və evin həyətində olan tikililərə videoçəkiliş vasitəsilə baxış keçirmiş, evə baxış zamanı zalda olan çarpayının üzərinə sərilmiş döşəyin altından bir ədəd şəffaf sellofana bükülmüş kütlə və bir ədəd süngü bıçağı aşkar edilmiş, bir ədəd bükümün içinə baxdıqda kəskin iyə malik heroinə oxşar kütlə olması müəyyən edilmiş, baxış zamanı Təqsirləndirilən şəxs həmin əşyaların ona aid olmadığını bildirmiş, aşkar olunan bir ədəd süngü bıçaq və şəffaf sellofana bükülmüş kütlə ayrı-ayrılıqda qablaşdırılaraq möhürlənmiş, ardınca digər otaqlara baxış keçirilmiş, lakin həmin otaqlardan qanunla qadağan edilən hər hansı bir əşya və predmet aşkar edilməmiş, sonra həyətdəki tikililərə və evin zirzəmisinə baxış keçirilmiş, həyətdə olan hamam və odunların yığıldığı tikiliyə baxış keçirilmiş, bu yerlərdən qanunla qadağan edilən hər hansı bir əşya və predmet aşkar olunmamış, evin zirzəmisinə baxış keçirilməyə başlanmış, evin zirzəmisində banka saxlanılan hissəyə baxış keçirildikdən sonra digər tərəfə də baxış keçirilmiş, bu zaman evin altında yarımçıq divarın üzərində sellofan paketdə ağ rəngli dənəcik halında olan kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs bu kütlənin gübrə olduğunu bildirmiş, həmin ağ dənəciklər halında olan kütlə götürülərək bir ədəd sellofanda qablaşdırılmış, sonra evin qarşısındakı sürahilərin arasında bir ədəd qara sellofanda bir ədəd qumbaraya bənzər və bir ədəd qumbaranın alışdırıcısına bənzər predmet aşkar edilmiş, Təqsirləndirilən şəxs qumbaraya oxşar predmeti 7-8 il əvvəl sahədə işləyərkən tapdığını bildirmiş, aşkar olunan qumbaraya bənzər və qumbaranın alışdırıcısına bənzər predmetlər qablaşdırılaraq möhürlənmişdir. İş materiallarında olan 23 aprel 2022-ci il tarixli «şübhəli şəxs qismində tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Astara rayon məhkəməsinin 25 aprel 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 23 aprel 2022-ci il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Rzayev X2 Rayon Məhkəməsinin 05 avqust 2020-cu il tarixli hökmünə əsasən Azəbaycan Respublikası CM-nin 228.1, 229.1-ci maddələri ilə, CM-in 66.2, 67.1 və 68.2-ci maddələri tətbiq olunmaqla təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına və 2100 manat cərimə cəzasına məhkum olunmuş, 06 iyul 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmişdir. Astara rayon İcra və Probasiya Şöbəsinin 10 okytabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 05 avqust 2020-cu il tarixli hökmünə əsasən Azəbaycan Respublikası CM-nin 228.1, 229.1-ci maddələri ilə təyin olunmuş 2100 manat cərimə cəzası «8 noyabr – zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında» Azərbaycan respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.11-ci bəndi tətbiq edilməklə hökmlə təyin edilmiş 2100 manat miqdarda cərimə cəzasının ödənilməmiş qalaq 2000 manat hissəsindən azad olunmuşdur. İş materiallarında olan «maddi sübut kimi tanınma haqqında» 23 iyul 2022-ci il tarixli qərarla ekspertiza tədqiqatından sonrakı qalıq 52,14 qram narkotik vasitə heroin, bir ədəd süngü bıçaq, RQD-5” tipli əl qumbarasının gövdəsi, UZRQM” tipli qumbara alışdırıcı və evə baxış hərəkətləri aparılarkən qeydə alınmış və diskə köçürülmüş bir ədəd DVD disk maddi sübut kimi tanınmış. 01 ədəd DVD disk iş materiallarına əlavə olunmuş, narkotik vasitə heroin, bir ədəd süngü bıçaq və RQD-5” tipli əl qumbarasının gövdəsi, UZRQM” tipli qumbara alışdırıcı saxlanılması üçün Astara Rayon Poli Şöbəsinin saxlanc kamerasına təhvil verilmişdir. İş materiallarında olan «cinayət işinin materiallarından ayrı icraata ayrılması və icraata uəbul edilməsi haqqında» 26 iyul 2022-ci il tarixli qərarka istintaqa məlum olmayan şəxs barəsində cinayət işinin materiallarından Azərbaycan respublikası CM-in 234.4.3-cü maddəsi ilə ayrıca cinayət işi ayrılmışdır. İş materiallarında olan 21 iyul 2022-ci il tarixli Astara rayonu, Şiyəkəran kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş ailə tərkibi haqqında arayışdan, xasiyyətnamədən və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Rzayev X2 rayonu, Şiyəkəran kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından xx.xx.2005-ci il təvəllüdlü Mirzəbala, xx.xx.2007-ci il təvəllüdlü Xədicə adlı yetkinlik yaşına çatmayan və xx.xx.2010-cu il təvəllüdlü Rəsul adlı azyaşlı uşaqlarından ibarətdir, yaşadığı müddət ərzində və məhəllədə özünü yaxşı aparmamıi, birgə yaşayış qaydalarına mütəmadi əməl etməmiş, yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 228.1, 228.4 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 228.1, 228.4 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1, 228.4 və 234.4.3-cü maddələri ilə düzgün ittiham verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi heroin narkotik vasitə “külli miqdar” kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşaqlarının olması əməlini yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı və iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayəti Astara Rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli hökmü üzrə məhkumluğu ödənilmədən və ya götürülmədən törətmişdir. Bu hal isə, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən resedivi nəzərə alınmalıdır.Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1, 228.4 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub, Astara rayon Polis Şöbsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 52,14 qram narkotik vasitə heroin məhv edilməli, bir ədəd süngü bıçaq, RQD-5” tipli əl qumbarasının gövdəsi, “UZRQM” tipli qumbara alışdırıcısı xüsusi müsadirə olunmalı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməli və evə baxış hərəkətləri aparılarkən qeydə alınmış və diskə köçürülmüş bir ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 178 (yüz yetmiş səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, cəzasının çəkilmə müddətinin əvvəli 23 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1, 228.4 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. CM-in 228.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.3-cü maddəsi ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq ona 8 (səkkiz) il 6 (ayltı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 23 aprel 2022-ci il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 178 (yüz yetmiş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış - Astara rayon Polis Şöbsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 52,14 qram narkotik vasitə heroin məhv edilsin. - Bir ədəd süngü bıçaq, RQD-5” tipli əl qumbarasının gövdəsi, “UZRQM” tipli qumbara alışdırıcısı xüsusi müsadirə olunsun və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. -Bir ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-530/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-530/2022
26.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver