Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-530/2025 18.11.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), X9 və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi-X14, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1961-ci ildə Sabirabad rayonu, Pakrovka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Qaratəpə kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, 02 avqust 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sabirabad Rayon Məhkəməsinin 04 avqust 2025-ci il tarixli, 4(056)-45/2025 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında qapalı məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cinsi ehtirasını təmin etmək məqsədilə 2025-ci ilin iyun ayının əvvəllərində dəqiq müəyyən olunmayan gündə və saatda yaşadığı Sabirabad rayonu, Qaratəpə kəndində yerləşən evində, onunla qonşuluqda yaşayan Qanuni nümayəndə xx xxxxxx 2019-cu il tarixdə doğulmaqla 14 yaşına çatmayan, azyaşlı olduğundan psixi inkişafının yaş xüsusiyyətlərinə uyğun olaraq özünə qarşı edilən seksual xarakterli hərəkətlərin mahiyyətini dərk etmək və qarşısını almaq üçün müqavimət göstərmək qabiliyyətinə malik olmamaqla köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs dodaqlarını öpməklə, əli ilə bud, sağrı nahiyəsinə və cinsi orqanına toxunub əlləməklə, eləcə də sonuncuya öz cinsi orqanını əllətməklə cinsi ehtirasını pozğun formada təmin edib Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa, o, təkrarən öz cinsi ehtirasını təmin etmək məqsədilə 2025-ci ilin iyun ayının əvvəllərindən həmin ilin iyul ayının əvvəllərinədək olan müddət ərzində dəqiq müəyyən olunmayan iki ayrı-ayrı günlərdə və saatlarda yaşadığı Sabirabad rayonu, Qaratəpə kəndində yerləşən evində, azyaşlı olduğundan psixi inkişafının yaş xüsusiyyətlərinə uyğun olaraq özünə qarşı edilən seksual xarakterli hərəkətlərin mahiyyətini dərk etmək və qarşısını almaq üçün müqavimət göstərmək qabiliyyətinə malik olmamaqla köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs hər dəfə dodaqlarını öpməklə, əli ilə bud, sağrı nahiyəsinə və cinsi orqanına toxunub əlləməklə, eləcə də sonuncuya öz cinsi orqanını əllətməklə cinsi ehtirasını pozğun formada təmin edib, bu hərəkətlərini göstərilən tarixlərdə 2 dəfə törətməklə köməksiz vəziyyətdə olan, Zərərçəkmiş şəxs qarşı təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ona elan olunmuş ittihamda göstərilmiş seksual xarakterli digər zorakılıq hərəkətləri Zərərçəkmiş şəxs qarşı 3 dəfə etmişdir. Mehin onunla qonşuluqda yaşayır, onlara tez-tez gəlmişlər. Hadisə vaxtlarını dəqiq bilmir, ancaq Mehin onlarda olduğu vaxt balkonda oturmuş, Mehinin üzündən öpüb, əlini Mehinin bədənində gəzdirmişdir. Əlini Mehinin cinsi orqanına sürtmuş, daha sonra Mehinin əlini öz cinsi orqanına sürtmüşdür. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Mehinin dodaqlarından öpmüşdür. Mehinə qarşı 3 dəfə seksual xarakterli digər zorakılıq hərəkətlərini etmişdir. Mehingillə qonşu olduqları üçün onlar həmişə bir-birinin evinə gəlibgetmişlər. Videogörüntünü arvadı qızına demiş, qızı da Mehinə qarşı etdiyi bütün hərəkətləri telefonla videoçəkiliş etmişdir. Mehinə qarşı niyə belə hərəkətlər etməsinin səbəbini bilməmişdir. Törətdiyi əməllərdən peşmandır. Əvvəllər heç kimə qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ilkin ifadələrində və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri elan olunmuş və müəyyən edilmişdir ki, o, 16 oktyabr 2025-ci il tarixli qərarla Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, həbs olunanadək Sabirabad rayonu Qaratəpə kəndində yaşamış, rəsmi olaraq Sabirabad rayonunda yerləşən pambıq zavodunda traktorist kimi fəaliyyət göstərmişdir. O, əvvəllər üç dəfə ailə qurmuş, sonuncu dəfə 2021-ci ildə Saatlı rayonu Qarayevka kənd sakini Şahid2 ilə qeyri-rəsmi nikaha daxil olmuşdur. Şahid2 ondan əvvəl başqa biri ilə evlənib boşanmış, sonuncunun həmin evliliyindən Şahid1 adında qızı olmuşdur. O, Gülşənlə Sabirabad rayonu Qaratəpə kəndindəki evində ailə kimi yaşadığı zamandan etibarən Şahid2 əvvəlki evliliyindən olan qızı Şahid1 də onlarla birlikdə yaşamışdır. Sabirabad rayonu Qaratəpə kəndində “Əslan” ləqəbi ilə tanınan, əsl adı isə Güloğlan olan qonşusu olmuş, sonuncu ilə aralarında düşmənçilik və ya ədavətləri olmamış, onlar daimi olaraq bir-birilərinin evlərinə gəlib-getmişlər. X11 adında qızı olmuş, sonuncu əvvəllər bir dəfə ailə qurmuş və həmin evliliyindən Mehin adında təxminən 6 yaşlı qız övladı vardır. Fatma həmin ərindən boşanmış, daha sonra başqa biri ilə yenidən ailə qurmuş və həmin münasibətindən də başqa bir körpə övladı dünyaya gəlmiş, lakin yenidən əri ilə münasibətləri pozulduğu üçün təxminən 1 ildir ki, atası Güloğlanın evində yaşayır. Bu bir il müddətində Güloğlanın arvadı, qızı və nəvələri tez-tez onun evinə gəlmiş, həmçinin o və ailə üzvləri də tez-tez qonşusu Güloğlanın evinə gedib-gəlmişlər. 2025-ci ilin iyun ayının əvvəllərində qonşusu Fatma onun həyat yoldaşı Şahid2 ilə birlikdə Sabirabad şəhərinə getmiş, həmin zaman Fatmanın körpə övladı və azyaşlı qızı Mehin onun evində qalmış və ögey qızı Şahid1 həmin uşaqlara nəzarət etmişdir. Həmin gün o, günorta saat təxminən 12 radələrində yaşadığı evə gəldikdə azyaşlı Zərərçəkmiş şəxs körpə bacısı ilə birlikdə onun evində olmasını görmüş, bu vaxt yaşadığı evin qonaq otağına daxil olaraq həmin uşaqlarla oynamışdır. O, uşaqlarla oynayıb əzizləyən zaman Zərərçəkmiş şəxs əynindəki donun yuxarı qalxdığını və ayaq və budlarının açıq olmasını görmüş, həmin vaxt özündən asılı olmadan Mehinin ayaqlarına toxunmuşdur. Bu vaxt onda azyaşlı Zərərçəkmiş şəxs qarşı ehtiras hissi oyanmış, öz cinsi ehtirasını təmin etmək üçün əli ilə Zərərçəkmiş şəxs ayaqlarına, budlarına və cinsi orqanına toxunmağa davam etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs özünə tərəf çəkərək dodaq və yanaqlarını öpmüş, aralarında 4-5 dəqiqə ərzində davam etmiş həmin münasibət zamanı Mehin də onu öpmüşdür. 2025-ci ilin iyun ayının əvvəllərindən 2025-ci ilin iyul ayının əvvəllərinədək olan müddət ərzində azyaşlı Zərərçəkmiş şəxs oynamaq üçün onun evində gəldikdə hər dəfə kimsənin onu görmədiyinə əmin olduqdan sonra eyni hərəkətləri Zərərçəkmiş şəxs qarşı yenidən təkrar etmiş, sonuncunun budlarına, cinsi orqanına, sağrı nahiyəsinə toxunmaqla və dodaqlarını öpməklə öz cinsi ehtirasını təmin etmiş, o, Zərərçəkmiş şəxs qarşı başqa hər hansı seksual xarakterli hərəkətlər etməmiş, sonuncu ilə cinsi əlaqədə olmamışdır. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək bildirmişdir ki, azyaşlı Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etməsini əks etdirən videogörüntünün sosial şəbəkələrdə yayılması barədə məlumatı olmuş, həmin videogörüntünü dindirilən zaman yenidən izləmiş, qeyd olunan görüntülər 2025-ci ilin iyun ayının ortalarında qeydə alınmışdır. Videogörüntü çəkilən ərəfədə ögey qızı Şahid1 həmin görüntüləri arvadı Gülşənə və azyaşlı Mehinin anasına göstərmiş, bu barədə sonuncunun baba və nənəsinin də məlumatı olmuşdur. Məhkəmə tərkibi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli iş üzrə dindirilmiş şahidin ifadələri, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində bildirmişdir ki, Sabirabad rayonu, Qaratəpə kəndində atası X1 məxsus olan evdə valideynləri və uşaqları Zərərçəkmiş şəxs və X3 ilə birlikdə yaşayır. Kəramət Abdullayev adlı şəxslə evlənmiş, bu nikagdan qızı Zərərçəkmiş şəxs xx xxxxxx 2019-cu il tarixdə doğulmuşdur. Daha sonra boşanaraq ata evinə geri qayıtmış və 2023-cü ildə ikinci dəfə Bəybala Xankişiyev adında şəxslə evlənmiş, 2024-cü il təvəllüdlü Səma Xankişiyeva dünyaya gəlmiş, həmin ildə də Bəybala Xankişiyevdən ayrılmışdır. Təqsirləndirilən şəxs atası Şahid3la qonşuluqda yaşamış, Mərdanın Mehinə qarşı seksual xarakterli hərəkətlər etməsindən məlumatı olanadək Mərdanla aralarında heç zaman mübahisələri olmamışdır. Bir-birilərinin evinə gedib-gəlmişlər. Mərdan və ailəsi ilə yaxşı səviyyədə münasibətləri olmuş, işinin çox olduğu vaxtlarda azyaşlı övladlarını baxmaları üçün Mərdanın arvadı və qızına tapşırmış, onların onun övladlarına öz övladı kimi yanaşacaqlarından şübhə etməmişdir. 2025-ci ilin iyun ayında Mərdanın arvadı Gülşən Mərdanın onun azyaşlı qızı Mehinə qarşı əxlaqsız hərəkətlər etdiyini bildirmişdir. Gülşənin dediklərinə inanmadıqda isə Gülşənin qızı Şəhla mobil telefonunda olan, sosial şəbəkələrdə yayılmış videonu göstərmiş və həmin videonu özünün çəkdiyini bildirmişdir. Mərdannın azyaşlı Mehinə qarşı etdiyi əxlaqsız hərəkətləri gördükdə əsəbləşərək Gülşən və Şəhla ilə mübahisə etmiş, onlardan telefonda olan görüntüləri silmələrini tələb etmiş, onlar da mobil telefonlarından qeyd olunan videonu sildiklərini bildirmişlər. Mərdanın qeyri-əxlaqi hərəkətləri barədə ana və atasına məlumat versə də, bir neçə gün sonra azyaşlı qızının biabır olmaması üçün bu məsələni işıqlandırmamaq, Mərdanın hərəkətləri barədə heç kəsə, hətta Mehinin atası Kəramətə də məlumat verməmək və Mərdanın barəsində hüquqmühafizə orqanlarına şikayət etməmək qərarına gəlmişlər. Hadisədən sonra dəfələrlə Mehinlə Mərdanın ona qarşı etdiyi hərəkətlər barəsində danışmaq istəmiş, lakin azyaşlı olması səbəbindən uşağı ilə hadisə barədə danışması üçün ünsiyyət qura bilməmişdir. Hadisə barədə onun, ata və anasının məlumatı olduqdan sonra Mərdan onlarla qonşuluqda olan evinə gəlməmiş və kənd ərazisində başqa bir yerdə ata evində yaşadığı üçün sonuncunu görməmişdir. Sabirabad RPŞ-də araşdırma başlanılmış və Mərdan həbs edilmişdir. Mərdandan şikayətçidir və ona ağır cəza verilməsini məhkəmədən xahiş edir. Dindirilmiş Şahid4 ifadəsində şahid Qanuni nümayəndə göstərdiyi xüsusatları olduğu kimi təsdiq etmişdir. Dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, anası Şahid2 2021-ci ildə Sabirabad rayonu, Qaratəpə kənd sakini Təqsirləndirilən şəxs ilə ailə həyatı qurduqdan sonra onlarla birlikdə yaşamağa davam etmişdir. 2025-ci ilin iyun ayının ortalarında qonşuları Qanuni nümayəndə azyaşlı övladı Zərərçəkmiş şəxs onların evinə gələrək evin həyətində onunla oynamış, bu vaxt ögey atası Təqsirləndirilən şəxs isə evdə qonaq otağında tək olmuşdur. Mehin həyətdə bir qədər onunla oynadıqdan sonra evə daxil olmuş, bu vaxt Mərdan ona məxsus mobil telefonda “tik-tok” sosial şəbəkəsində videolara baxmış, o da həmin videoların səsini evin həyətindən eşitmişdir. Mehin Mərdanın yanına getdikdən sonra Mərdanın əlindəki mobil telefonun səsinin kəsildiyini eşitmiş, Mərdanla azyaşlı Mehinin birlikdə telefona baxmadıqları təqdirdə nə etmələri ona maraqlı gəlmişdir. Təxminən 2-3 dəqiqə sonra Mərdan onun yanına gələrək mobil telefonunun ekranının kilidə düşdüyünü demiş, o, telefonu alıb baxan zaman “tik-tok” sosial şəbəkəsinin videoçəkiliş üçün nəzərdə tutulmuş bölümündə təxminən 6-7 saniyəlik videogörüntü olduğunu, lakin həmin görüntünün yaddaşa yazılmadığını görmüşdür. Həmin görüntüyə diqqətlə baxarkən ögey atası Mərdanın Mehinin yanağından yavaş və dərin öpüşlərlə öpdüyünü görmüş, bu görüntüləri Mərdan özü də bilmədən qeydə almış, həmin vaxt Mərdana bu barədə heç nə deməmiş, dərhal videonu telefonunun yaddaşına yazmadan silmiş, lakin Mərdanın Mehini dərin və uzun öpüşlərlə öpməsinin normal olmamasını başa düşərək Mərdanın Mehinə qarşı seksual xarakterli hərəkətlər etməsindən şübhələnmişdir. Anası Gülşən evə gəldikdə olanları danışmış, lakin anası ona inanmayaraq “uşaqdı öpür də burda nə var ki, Mərdan həmin uşaqları nəvəsi gözündə görür” deyə cavab vermişdir. Həmin günün səhəri saat təxminən 12 radələrində anası evdə olmadığı müddətdə Mərdan ona səslənərək qonşu Fatmanın körpə qızı Səmanı gətirməyini, sonuncu ilə oynamaq istəməyini bildirmişdir. O, Fatmanın evinə getmiş, Səmanı aparıb oynatmaq istədiyini demiş və uşağı özü ilə birlikdə evə gətirmiş, bu vaxt azyaşlı Mehində onlarla birlikdə gəlmişdir. O, uşaqları evin qonaq otağına aparıb Mərdana verdikdən sonra evin həyətinə düşmüş, həyətdə olan zaman Mərdanın körpə Səmanı oynatmaq səslərini eşitmiş, lakin gah Mərdanın səsinin kəsilməsi, gah da təxminən 10-15 saniyə sonra isə yenidən uşağı oynatmaq səslərinin gəlməsi onda yenə də şübhə yaratmışdır. Mərdanın evdə nə etdiyini dəqiqləşdirmək üçün evə daxil olub qonaq otağına girərək mobil telefonunu cərəyana qoşacağını demiş, əslində isə həqiqəti öyrənib anası Gülşənə demək üçün mobil telefonu videogörüntüyə qoyub yenidən evin həyətinə düşmüşdür. Təxminən 5-6 dəqiqə sonra Mərdan hər iki uşaqla birlikdə həyətə düşdükdə evə qalxıb mobil telefonunu götürüb çəkilmiş videogörüntüyə baxarkən Mərdanın azyaşlı Mehinin dodaqlarından dəfələrlə öpdüyünü, eləcə də əlləri ilə bud və cinsi orqanını əllədiyini görmüşdür. Təxminən 1 saat sonra anası evə gəlmiş, onu şəxsiyyət vəsiqəsi almaq üçün Sabirabad şəhərində yerləşən “Asan Xidmət”ə aparmış, o, anası ilə birlikdə yolda olan zaman sonuncuya Mərdanın azyaşlı Mehinə qarşı etdiklərini danışmış və mobil telefonundakı videogörüntünü göstərmişdir. Onlar evə qayıtdıqdan sonra anası Gülşən Mərdana bu barədə məlumat vermiş, sonuncu ilə etdiklərinə görə mübahisə etmiş və dalaşmışdır. Anası onunla birlikdə qonşusu Fatmanın evinə gedərək olanları sonuncuya danışmış və mobil telefonundakı videonu göstərmişdir. Həmin gün Fatmagil əsəbləşmişlər, lakin sonrakı günlərdə onların evinə gələrək camaat arasında biabır olmamaları üçün Mərdanın barəsində heç yerə şikayət etməyəcəklərini bildirmiş və ondan telefonundakı videonu silməyini xahiş etmişlər. O, telefonunun “Galereya” bölməsindən videonu silmiş, lakin “Google foto” bölməsinin yaddaşından isə silməmişdir. Xeyli müddət keçməsinə baxmayaraq o, Fatma və valideynlərinin, eləcə də anası Gülşənin Mərdanın iyrənc və qanunsuz əməlini bilə-bilə bu barədə polisə şikayət etməmələrini və heç nə olmamış kimi davranmalarını gördükdə əsəbləşmiş, Mərdanın azyaşlı qıza qarşı etdikləri ağlından çıxmamış, həmin əməllərindən sonra Təqsirləndirilən şəxs azadlıqda qalması onu incitmişdir. Buna görə 2025-ci ilin iyul ayının sonlarında dəqiq xatırlamadığı gündə “İnstagram” sosial şəbəkəsində “sonsuz_sevgim280” adı ilə qeydiyyatdan keçdiyi səhifəsində “xeberci.az_official” xəbər portalının səhifəsinin mesaj bölməsinə Mərdanın Mehinə qarşı əxlaqsız hərəkətlər etdiyi videgörüntünü göndərmiş və mətn formasında mesaj yazaraq adının və kimliyinin bilinməməsini və videoda azyaşlı uşağa qarşı əxlaqsız hərəkətlər edən şəxsin “Curum” ləqəbli Sabirabad rayonu, Qaratəpə kənd sakini olmasını yazmışdır. Sonradan həmin səhifənin göndərdiyi videogörüntünü paylaşıldığını görmüş, bu vaxt qeyd olunan videonu xəbər portalına göndərdiyinə görə məsuliyyətə cəlb edilməsindən qorxaraq instaqram səhifəsində olan bütün yazışmaları, eləcə də mobil telefonundakı instaqram tətbiqini silmişdir. Verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, videogörüntünü polisə göndərdiyi halda kimliyinin aşkar olunacağından qorxmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini tədiq etmişdir. Dindirilmiş Şahid2 qızı ifadəsində Şahid1 göstərdiyi halları olduğu kimi təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra- Cinayət-Prosessual Məcəlləsi) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin başlanması və icraata qəbul olunması haqqında” 02 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 2025-ci ilin iyun ayının əvvəllərindən həmin ilin iyul ayının əvvəllərinədək olan müddət ərzində yaşadığı Sabirabad rayonu, Qaratəpə kəndində yerləşən evində qonşusu Qanuni nümayəndə xx xxxxxx 2019-cu ildə anadan olmaqla 14 yaşına çatmayan uşağı Zərərçəkmiş şəxs qarşı, bud, sağrı nahiyələrinə və cinsi orqanına toxunmaqla, eləcə də dodaqlarından öpməklə seksual xarakterli zorakılıq hərəkətləri etməsi barədə Sabirabad RPŞ-nin polis sahə rəisi X7 RPŞ-nin rəisinə yazdığı 02 avqust 2025-ci il tarixli raport və həmin məlumat əsasında toplanmış ilkin araşdırma materialları əsasında fakta görə Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə cinayət işi başlanmışdır.(i.v.1-2). -“Sabirabad RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru Mirzəli Əliyev tərəfindən yazılmış 02 avqust 2025-ci il tarixli “raport”dan görünür ki, 02 avqust 2025-ci il tarixdə “İnstagram” sosial şəbəkəsinin “xeberci.az_official” xəbər portalında Sabirabad rayonu, Qaratəpə kənd sakini “Curum” ləqəbli şəxsin azyaşlı qız uşağına qarşı seksual xarakterli hərəkətlər etməsini əks etdirən videogörüntü yayılmışdır. Qeyd olunan şəxsin xx xxxxxx 1961-ci il təvəllüdlü, Sabirabad rayonu, Qaratəpə kənd sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və o, 02 avqust 2025-ci il tarixdə keçirilmiş tədbirlər nəticəsində Sabirabad RPŞ-nin İTB-nin polis nəfəri, polis serjantı Elnur Əliquliyevlə birlikdə yaşadığı kənd ərazisində saxlanılaraq tərəflərindən Sabirabad RPŞ-nə gətirilmişdir.(i.v.3-4) -“şübhəli şəxsin tutulması haqqında” 02 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:40-da şübhəli şəxs qismində tutulmuşdur.(i.v.17) -“zərərçəkmiş şəxs qismində tanınma haqqında” 02 avqust 2025-ci il tarixli qərardan görünür ki, X4 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v.28) -“zərərçəkmiş şəxsin qanuni nümayəndəsi kimi tanınma haqqında” 02 avqust 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs azyaşlı olduğundan cinayət işi üzrə anası Qanuni nümayəndə onun qanunu nümayəndəsi kimi tanınmışdır.(i.v.32) - 02 avqust 2025-ci il tarixli və 11 oktyabr 2025-ci il tarixli protokollardan görünür ki, Zərərçəkmiş şəxs azyaşlı olması, həyacan və qorxu hisləri keçirməsi səbəbindən öz fikirlərini aydın şəkildə izah edə bilmədiyi və onunla hadisə barədə ifadəsinin alınması məqsədilə ünsiyyət qurmaq mümkün olmadığı üçün Zərərçəkmiş şəxs dindirilməsi mümkün olmamışdır.(i.v.43, 127) -“baxış keçirilməsi haqqında” 02 avqust 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Şahid1 məxsus olan “Redmi” markalı mobil telefona baxış keçirilən zaman telefonun “Google Foto” bölməsində 05 dəqiqə 37 saniyə müddətində olan videoçəkiliş müəyyən edilmişdir. Baxışda iştirak edən Şahid1 həmin videoçəkilişi 2025-ci ilin iyun ayında Təqsirləndirilən şəxs azyaşlı Zərərçəkmiş şəxs qarşı etdiyi seksual xarakterli hərəkətlərin görüntüsü olmasını bildirmişdir.(i.v.61-64) -“baxış keçirilməsi haqqında” 03 avqust 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Şahid1 mobil telefonundan aşkar edilməklə bir ədəd elektron daşıyıcı-diskin yaddaşına yazılmış videogörüntüyə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs 05 dəqiqə 37 saniyə müddətində olan görüntünü izlədikdən sonra həmin görüntünün 2025-ci ilin iyun ayında, dəqiq xatırlamadığı vaxtda ögey qızı Şahid1 tərəfindən onun xəbəri olmadan, gizlin şəkildə qeydə alındığını, videogörüntüdəki şəxsin özü, yanındakı uşağın isə qonşusu Qanuni nümayəndə azyaşlı qızı Zərərçəkmiş şəxs olduğunu, həmin vaxt cinsi ehtirasını təmin etmək üçün sonuncunun yanaq və dodaqlarından dəfələrlə öpdüyünü, bud, sağrı nahiyələrini və cinsi orqanını əlləri ilə əllədiyini bildirmişdir.(i.v.65) -“təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 04 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur.(i.v.66-67) -Sabirabad Rayon Məhkəməsinin 04 avqust 2025-ci il tarixli, 4(056)-45/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsidə 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli 02 avqust 2025-ci il tarixdən hesablanmışdır.(i.v.83-85) -“baxış keçirilməsi haqqında” 25 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyi yer onun Sabirabad rayonu, Qaratəpə kəndində yerləşən fərdi yaşayış evinin qonaq otağıdır.(i.v.119-125) -“məhkəmə-tibbi ekspertizası”nın 16 avqust 2025-ci il tarixli, 370 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girməsinə mane ola biləcək hər hansı anomaliya və ya patalogiya aşkar edilməmiş, potensiya simptomları müsbət olmuşdur. (i.v.134-136) -“kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası”nın 22 avqust 2025-ci il tarixli, 2776 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamış, o, ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilmişdir. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşməmiş, onun psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac olmamışdır. Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik, həmçinin təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar olunmamışdır. Hadisədən bilavasitə əvvəl və hadisə zamanı Təqsirləndirilən şəxs psixi-emsional vəziyyətində cinsi ehtirasını təmin etmək istəməsi ilə əlaqədar şəhvət hissi yaranmış, o, hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. Onun əqli-intellektual imkanları normaya uyğun olmuş, yaranmış şəraitin mahiyyətini tam dərk etmək və davranışının mümkün nəticələrini görmək iqtidarında olmuşdur.(i.v.138-141) -“kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası”nın 01 sentyabr 2025-ci il tarixli, 2916 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkməmiş, ona qarşı törədilən əməl zamanı hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Onun əqli-psixi inkişafının yaş xüsusiyyətlərinə uyğun olmaqla norma daxilində olması müəyyən edilmiş, fərdi psixioloji xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) daha yaxın olmuş, ünsiyyətçilik, fəallıq, emosional sabitlik kimi xarakterik xüsusiyyətlərə malik olmuşdur. Zərərçəkmiş şəxs təlqinə qapılmağa, özündən uydurmağa meyillilik müşahidə olunmamış, onun əqli-inkişafında gerilik əlamətləri müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs azyaşlı olduğundan ona qarşı seksual xarakterli hərəkətlər edilərkən həmin hərəkətlərin mahiyyətini dərk etmək və qarşısını almaq üçün müqavimət göstərmək qabiliyyətinə malik olmamışdır.(i.v.143-146) -“sübutların qiymətləndirilməsi haqqında” 15 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs azyaşlı Zərərçəkmiş şəxs qarşı etdiyi seksual xarakterli hərəkətlərin videogörüntülərinin yaddaşına köçürüldüyü 1 (bir) ədəd disk maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işinin materiallarına əlavə olunmuşdur.(i.v.148-159) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 16 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan olunmuş ittihama əlavə və dəyişikliklər edilməklə, ona Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir.(i.v.161-162) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında qeyd etmişdir ki, ictimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayət qanunvericiliyinə görə, şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını guman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair”a 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs dindirilməsi mümkün olmamış, sonuncu verilən suallara cavab verə bilməmişdir. Cinayət Məcəlləsinin 150-ci maddəsində nəzərdə tutulan seksual xarakterli zorakılıq hərəkətləri cinayətinin obyektiv cəhəti fiziki zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbaşlıqda və ya seksual xarakterli digər zorakılıq hərəkətlərində ifadə olunur. Zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmə o halda zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə törədilmiş sayılır ki, o, özünün psixi və fiziki vəziyyətinə görə (azyaşlı olması, fiziki qüsurlarının olması, ruhi fəaliyyətinin pozulmuş olması, sair xəstəlik və ya süursuz vəziyyətdə olması və sair) onun barəsində edilən hərəkətlərin mənasını və xarakterini anlamamış olsun və ya belə hərəkətlərin mənasını anlasa da, təqsirkara müqavimət göstərmək imkanından məhrum olsun, təqsirkar isə belə vəziyyətdə olan zərərçəkmiş şəxsə qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etdiyini dərk etmiş olsun. “Kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası”nın rəyindən görünür ki, Zərərçəkmiş şəxs azyaşlı olduğundan ona qarşı seksual xarakterli hərəkətlər edilərkən həmin hərəkətlərin mahiyyətini dərk etmək və qarşısını almaq üçün müqavimət göstərmək qabiliyyətinə malik olmamışdır. Məhkəmə tərkibi müəyyən edir ki, Zərərçəkmiş şəxs 2019-cu il təvəllüdlü olması onun psixoloji və intelektual inkişaf səviyyəsinə görə cinsi davranışların mahiyyətini anlamaq qabiliyyətinə malik olmadığını tam şəkildə göstərir. Bu yaşda olan uşağın istənilən “razılığı” hüquqi baxımdan etibarsızdır və cinsi xarakterli hərəkətləri qanuniləşdirmir. Seksual xarakterli digər zorakılıq hərəkətlərinə uşaqbazlıq istisna olmaqla, cinsi ehtirasın pozğun formada təmin edilməsinə yönələn qalan bütün zorakılıq hərəkətləri aiddir. Cinayət formal tərkiblidir və dispozisiyada göstərilən hərəkətlər edildiyi andan başa çatmış sayılır. Seksual xarakterli zorakılıq hərəkətləri subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Təqsirləndirilən şəxs seksual xarakterli digər zorakılıq hərəkətlərinə yol verdiyini dərk etmiş və bunu arzu etmişdir. Cinayətin motivi cinsi ehtirası təmin etməkdir. Təqsirləndirilən şəxs az yaşlı uşağın bədəninin intim nahiyyələrinə toxuması, onu öpməsi, uşağa öz cinsi orqanını əllətməsi uşağın cinsi toxunulmazlığını ən kobud şəkildə pozur. Bu davranış həm yüksək ictimai təhlükə daşıyır, həm də qanunla ciddi şəkildə cəzalandırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cinayətlərin çoxluğu termininin adı çəkilməsə də, Cinayət Məcəlləsinin 16, 17 və 18-ci maddələrində cinayətlərin çoxluğuna aid olan cinayətlərin təkrar törədilməsi, cinayətlərin məcmusu, cinayətlərin residivi və onların növləri ilə bağlı olan məsələlər tənzimlənir. Təkrarlıq institutu cinayətlərin çoxluğunun ən mürəkkəb formasıdır və Cinayət Məcəlləsində dar mənada istifadə olunur. Cinayət Məcəlləsinin 16-cı maddəsində ümumi təkrarlıq anlayışından imtina edilmiş, xüsusi təkrarlığın isə iki müstəqil növü müəyyən olunmuşdur: Məcəllənin eyni maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi (Cinayət Məcəlləsinin 16.1-ci maddəsi); yalnız Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda, Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi (Cinayət Məcəlləsinin 16.2-ci maddəsi). Maddənin mahiyyətindən göründüyü kimi, təkrar cinayətlər eyni və həmcins cinayətlərə bölünür. Cinayət Məcəlləsində nəzərdə tutulmuş eyni tərkib əlamətlərinə malik olan cinayətin təkrar törədilməsi eyni cinayət hesab olunur. Həmcins cinayətlər isə oxşar tərkib əlamətlərinə malik olan cinayətlərin qəsdən və ya ehtiyatsızlıqdan təkrar törədilməsi kimi qəbul edilir. Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan təkrarlıq: həm ehtiyatsızlıqdan, həm də qəsdən törədilən cinayətlər zamanı; cinayətləri təkrar törətmiş şəxs, onlardan heç birinə görə məhkum olunmadığı halda; şəxsin iki və ya daha artıq cinayət törətməsi zamanı; eyni və həmcins cinayətlərin törədilməsi zamanı yaranır. Təkrarlıqla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair” 2 iyun 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, təkrarlıq yalnız o hallarda yaranır ki, əməllərin hər birində müstəqil cinayətin tərkib əlamətləri olsun, yəni ayrılıqda götürülmüş hər bir əməldə cinayət tərkibi olmalıdır. Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, təkrarlıq, cinayətlərin real məcmusu və davam edən cinayətlər anlayışları ilə müəyyən qarşılıqlı əlaqədədir. Həm təkrarlıqda, həm cinayətlərin real məcmusunda iki və daha artıq cinayət törədilir. Bu anlayışlardan əmələ gələn cinayətlər müəyyən zaman fərqi ilə törədilir. Bundan əlavə, təkrarlığa daxil olan və ya real məcmunu yaradan bütün cinayətlər şəxs məhkum olunana qədər törədilir. Təkrarlıq ilə cinayətlərin real məcmusu arasında ciddi fərqlər də var. Belə ki, eyni cinayətlərin təkrarlığı zamanı, bu cinayətlərə aid olan cinayət əməlləri başa çatmış olduqda və ya cinayətə cəhd təşkil etdikdə, törədilənlərin hamısı Cinayət Məcəlləsinin eyni maddəsi ilə əhatə olunur. Real məcmuda isə hər bir cinayət əməli Cinayət Məcəlləsinin fərqli maddələrinin təsiri altına düşür. Təkrarlıq ilə davam edən cinayətləri birləşdirən odur ki, hər ikisində eyni növdən olan iki və daha çox cinayət törədilir. Bundan əlavə, bu əməllər arasında müəyyən zaman kəsiyi var. Lakin həmin anlayışlar arasında müraciətdə qaldırılan məsələ üçün böyük əhəmiyyət kəsb edən fərq ondan ibarətdir ki, davam edən cinayətdə təkrarlıq istisna olunur və şəxsin əməli vahid cinayət kimi tövsif olunur. Davam edən cinayət vahid cinayət olaraq onunla səciyyələnir ki, onu təşkil edən əməllər ümumi məqsədə yönələn vahid niyyətlə birləşir. Həmcins cinayətlərin təkrarlığı zamanı isə vahid, tək cinayətlər deyil, cinayətlərin çoxluğu əhəmiyyət daşıyır. Burada hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur, təkrarlıq zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir. Məhkəmə tərkibi təqdim olunmuş sübutları, tərəflərin ifadələrini, ekspert rəylərini və digər sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinsi ehtirasını təmin etmək məqsədilə 2025-ci ilin iyun ayının əvvəllərində dəqiq müəyyən olunmayan gündə və saatda yaşadığı Sabirabad rayonu, Qaratəpə kəndində yerləşən evində, onunla qonşuluqda yaşayan Qanuni nümayəndə xx xxxxxx 2019-cu il tarixdə doğulmaqla 14 yaşına çatmayan, azyaşlı olduğundan psixi inkişafının yaş xüsusiyyətlərinə uyğun olaraq özünə qarşı edilən seksual xarakterli hərəkətlərin mahiyyətini dərk etmək və qarşısını almaq üçün müqavimət göstərmək qabiliyyətinə malik olmamaqla köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs dodaqlarını öpməklə, əli ilə bud, sağrı nahiyəsinə və cinsi orqanına toxunub əlləməklə, eləcə də sonuncuya öz cinsi orqanını əllətməklə cinsi ehtirasını pozğun formada təmin edib Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa, o, təkrarən öz cinsi ehtirasını təmin etmək məqsədilə 2025-ci ilin iyun ayının əvvəllərindən həmin ilin iyul ayının əvvəllərinədək olan müddət ərzində dəqiq müəyyən olunmayan iki ayrı-ayrı günlərdə və saatlarda yaşadığı Sabirabad rayonu, Qaratəpə kəndində yerləşən evində, azyaşlı olduğundan psixi inkişafının yaş xüsusiyyətlərinə uyğun olaraq özünə qarşı edilən seksual xarakterli hərəkətlərin mahiyyətini dərk etmək və qarşısını almaq üçün müqavimət göstərmək qabiliyyətinə malik olmamaqla köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs hər dəfə dodaqlarını öpməklə, əli ilə bud, sağrı nahiyəsinə və cinsi orqanına toxunub əlləməklə, eləcə də sonuncuya öz cinsi orqanını əllətməklə cinsi ehtirasını pozğun formada təmin edib, bu hərəkətlərini göstərilən tarixlərdə 2 dəfə törətməklə köməksiz vəziyyətdə olan, Zərərçəkmiş şəxs qarşı təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Fuşe Fransaya qarşı, Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı və Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, qapalı məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Odur ki, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, şahidin ifadələri, ekspert rəyləri, digər istintaq hərəkəti protokolları və sənədlər, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmiş və onun bu əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs qeyd olunan maddə üzrə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. Göstərilən əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün hər hansı bir əsas yoxdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilən 19 sentyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur.(i.v.113) - Salyan Rayon İcra Hakimiyyəti Başçısının Qaratəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabirabad rayonu, Qaratəpə kəndində yaşayır, yaşayış yeri üzrə mənfi xarakterizə olunur.(i.v.117-118) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə tərkibi cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və yüksək ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində müəyyən edilmiş sanksiya daxilində orta həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və o, cəzasını çəkməlidir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (Cinayət Məcəlləsinin 48-ci maddəsi, Cinayət Məcəlləsinin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı, Xirvisari Finlandiyaya qarşı, X10rşı və Hacianastassion Yunanıstana qarşı” işlər üzrə qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və X8 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə tərkibinin fikirincə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs azyaşlı olmaqla ona qarşı köməksiz vəziyyətindən istifadə edib onunla təkrarən seksual xarakterli digər zorakılıq hərəkətlərinə yol verməsi cinayətinə görə müəyyən edilən cəza obyektiv zərurətdən irəli gəlməlidir. Cəza vəzifəli şəxslərin mülahizəsinə görə deyil, xalqa bəlli olan qanunla müəyyən edilməlidir. Cəza təyin edilərkən mövcud qanun əsas götürülməli və əməlin xarakteri xarakterizə edilməlidir, cəza təyini ilə bağlı bu müddəaların təkmilləşmiş forması artıq bir çox ölkələrdə olduğu kimi ölkəmizin də cinayət-hüquq tarixində dəyişikliklərə məruz qalmış və qüvvədə olan Cinayət Məcəlləsinin sivil formada öz əksini tapmışdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Məhkəmə tərkibi qeyd edir ki, cinayətin ictimai-təhlükəlilik dərəcəsi konkret əməlin fərdi əlaməti olub, edilən cinayətin ağırlığını müəyyən edir. Cinayətin ictimai təhlükəlilik dərəcəsi, edilmiş konkret əməlin həmin növündən olan başqa konkret cinayətlə müqayisədə fərqlənən təhlükəliliyidir. Təhlükəliliyinə görə bir-birindən fərqlənən cinayətlərə cinayət qanunu müxtəlif qiymət verir. Bu da müəyyən növ cinayətlərə görə məsuliyyət nəzərdə tutan ayrı-ayrı maddələrin sanksiyalarında öz əksini tapmışdır. Cinayət tərkibində göstərilən əlamətlər, habelə cinayət tərkiblərinin növlərə ayrılmasında qanunu meyar kimi istifadə etdiyi əlamətələr heç də konkret əməlin deyil, müəyyən sinfə daxil olan əməllərin təhlükəlilik dərəcəsini xarakterizə edir. Bununla yanaşı, eyni sinfə daxil olan konkret əməllər müxtəlif təhlükəlilik dərəcəsinə malik olur. Əksər hallarda qanun cinayətin nəticəsini, edilmə üsulunu, hərəkətin intensivliyini, qəsd və ya ehtiyatsızlığın növünü, cinayətin motiv və məqsədini səciyyələndirən əlamətləri cinayət tərkibinə daxil etmir. Halbuki, müxtəlif üsulla, müxtəlif motiv dərəcə və məqsədlə edilən eyni növündən olan cinayət əməli müxtəlif dərəcədə ictimai təhlükəli olar. Eləcə də, əməlin nəticəsini dərk etmək dərəcəsinə görə, qəsdin yaranma vaxtına görə (birbaşa qəsd, dolayı qəsd, qəfilətən yaranan qəsd, əvvəlcədən düşünülmüş qəsd və s.) fərqlənən cinayətlərin ictimai təhlükəlilik dərəcəsi müxtəlif olur. Əməlin ictimai təhlükəlilik dərəcəsi müəyyən edilərkən, həm cinayət tərkibində bu və ya başqa əlamətin nəzərdə tutduğu hallar konkretləşdirilir, həm də tərkibə daxil olmayan hallar araşdırılır və cəzanın fərdiləşdirilməsində nəzərə alınır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi bir qayda olaraq, cinayətin obyektiv cəhəti, cinayətin xarakterini isə cinayətin obyektiv və subyektiv cəhəti xarakterizə edir. Cəza təyinində törədilən cinayətin xarkteri və təhlükəlilik dərəcəsi müəyyən edilərkən konkret cinayətlərə bağlı bütün hallar məcmu qaydasında götürülərək nəzərə alınır. Məhkəmə tərkibi müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 5 yaşlı köməksiz vəziyyətdə olan azyaşlı qıza qarşı törətdiyi seksual xarakterli hərəkətlər insan ləyaqətinə, azyaşlının toxunulmazlığına və psixoloji bütövlüyünə ən ağır müdaxilə formasıdır və cəmiyyət tərəfindən heç bir halda bəraət qazandırıla biləcək davaranış deyildir. Bu cür əməllər dövlət tərəfindən ən yüksək hüquqi sərtliklə qiymətləndirilməli və onlara qarşı tam “sıfır tolerantlıq” prinsipi tətbiq olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki, azyaşlıya qarşı seksual istismar-xüsusilə zərəçəkmiş şəxsin cəmi 5 yaşlı olması-ictimai təhülkəlilik dərəcəsinin ən yüksək həddə olduğunu, uşağın psixikasına vurulan zərərin uzunmüddətli və geridönməz xarakter daşıdığını, həmçinin belə cinayətlərin cəmiyyətin mənəvi təhlükəsizliyinə bilavasitə təhdid yaratdığını göstərir. Bu cinayətin xarakteri və onun doğurduğu nəticələr nəzərə alınaraq məhkəmə belə qənatə gəlir ki, Təqsirləndirilən şəxs əməli yalnız və yalnız ən sərt cəza reaksiyası ilə qiymətləndirilməli, hər hansı yumşaldıcı yanaşma uşaqların müdafiəsi prinsipinə, dövlətin beynəlxalq öhdəliklərinə və ictimai ədalət hissəsinə zidd olar, cəza həm xüsusi, həm də ümumi qabaqlayıcılıq məqsədinə xidmət etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı presedent hüquq ilə müəyyən edilir ki, dövlət uşaqların cinsi istismar və zorakılıqdan qorunması üzrə mütləq pozitiv öhdəlik daşıyır, uşaqlara qarşı cinsi xarakterli hərəkətlər “insan ləyaqətinin ən ağır pozuntularından biri” kimi qiymətləndirilir, cəza zərərçəkənin yaşının xüsusilə az olması səbəbindən xüsusilə sərtliklə təyin edilməlidir, belə hallarda cəzanın yüngülləşdirilməsi məsuliyyətə səbəb ola bilər. Bu müddəalar əsasında məhkəmə müəyyən edir ki, Təqsirləndirilən şəxs təyin edləcək cəza törədilmiş əmələ proporsional olmaqla yanaşı, həm də maksimum dərəcədə çəkindirici olmalıdır. Çünki şöhbət sadəcə fiziki toxunulmazlığa qarşı müdaxilədən deyil, uşağın gələcək inkişafını məhv edən, onun psixoloji bütövlüyünü pozan ağır insani və hüquqi faciədən gedir. Məhkəmə tərkibinin araşdırdığı sübutlar məcmusu-şahid ifadələri, prosessual qaydada alınmış ekspert rəyləri, video və elektron məlumatlar- Təqsirləndirilən şəxs 5 yaşında olan zərərçəkmiş qıza qarşı seksual xarakterli digər zorakılıq hərəkətlər etməsini tam və qəti sübut edir. Məhkəmə tərkibi müəyyən edir ki, Təqsirləndirilən şəxs azyaşlının cinsi xarakterli hərəkətlərə məruz qalmaması üçün dövlət tərəfindən təmin edilən fundamental müdafiə sistemini pozmuş, uşağın toxunulmazlığına, psixoloji və emosional bütövlüyünə son dərəcə ağır zərər vurmuş, azyaşlının yaşına, psixoloji inkişaf səviyyəsinə və müdafiəsiz vəziyyətinə qəsdən sui-istifadə etmiş, əməllərini uşaq üçün qorxulu, zərərli və layaqətini alçaldan şəkildə həyata keçirmişdir. Zərərçəkmiş şəxsin cəmi 5 yaşlı olması cinayətin ictimai təhlükəlilik dərəcəsini ən yüksək mərhələyə qaldırır. Bu yaşda olan uşaq nə hadisəni anlaya bilir, nə də özünü müdafiə etmək iqtidarındadır. Bu səbəbdən törədilən əməlin təsiri həm psixi, həm emosional, həm də sosial inkişaf üçün dağıdıcı xarakter daşıyır və nəticələri uzun illər davam edə bilər. Cinayət-Prosessual Məcəlləsinin 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən (xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu 02 aqvust 2025-cü il tarixdən hesablanmalı, Sabirabad Rayon Məhkəməsinin 04 avqust 2025ci il tarixli, 4(056)-45/2025 nömrəli qərarı ilə barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Sinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il müddətə yetkinlik yaşına çatmayanlarla bağlı vəzifə tutma və fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 02 avqust 2025-cü il tarixdən hesablansın. Sabirabad Rayon Məhkəməsinin 04 avqust 2025-ci il tarixli, 4(056)-45/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-530/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-530/2025
18.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver