Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-531/2025 05.12.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Məmmədli Ənnağı Əbdül oğlu (sədrlik edən və məruzəçi), Nəbiyev Cavanşir Şirvan oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi - X9, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1985-ci ildə Sabirabad rayonu, Qəzili kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, X7 LTD-də sementləyici aqreqat motorçusu işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşamış, 08 iyul 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şirvan Şəhər Məhkəməsinin 4(032)-107/2025 nömrəli, 09 iyul 2025-ci il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 05 dekabr 2025-ci il tarixdə, saat 10:40-da Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, 2 nömrəli məhkəmə iclas zalında, “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, 01 ədəd polietilen bükümdə, külli miqdarda, ümumi təmiz çəkisi 9,970 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, 02 ədəd qara rəngli polietilen torbada, külli miqdarda, orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkibli, ayrı-ayrılıqda təmiz çəkiləri 590,0 qram, 600,0 qram olan, ümumi təmiz çəkisi 1190,0 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşişi, 06 ədəd qara rəngli polietilen torbada, külli miqdarda, orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkibli, ayrı-ayrılıqda təmiz çəkiləri 1015,0 qram, 1020,0 qram, 955,0 qram, 1000 qram, 945 qram, 815 qram olan, ümumi təmiz çəkisi 5750,0 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, 01 ədəd qara rəngli polietilen torbada, külli miqdarda, üzərində “Methadone 40” əmtəə göstəricisi olan 40 ədəd konvalyutda, cəmi 399 ədəd, ümumi miqdarı 15,96 qram olan narkotik maddə metadon tərkibli həbləri, satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxlamış, 07 iyul 2025-ci il tarixdə saat 22:14 dəqiqədən saat 22:45 dəqiqəyədək Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsində, saxlanmasında, daşınmasında, istifadəsində və satışında şübhəli bilindiyi üçün Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində yerləşən “İES” stansiyasının yaxınlığında əlində polietilen torba olarkən saxlanılaraq baxış aparılmış, əlindəki polietilen torbaya baxış aparılan zaman 01 ədəd polietilen bükümdə, külli miqdarda, ümumi təmiz çəkisi 9,970 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 02 ədəd qara rəngli polietilen torbada, külli miqdarda, orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkibli, ayrı-ayrılıqda təmiz çəkiləri 590,0 qram, 600,0 qram olan, ümumi təmiz çəkisi 1190,0 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş və 06 ədəd qara rəngli polietilen torbada, külli miqdarda, orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkibli, ayrı-ayrılıqda təmiz çəkiləri 1015,0 qram, 1020,0 qram, 955,0 qram, 1000 qram, 945 qram, 815 qram olan, ümumi təmiz çəkisi 5750,0 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd qara rəngli polietilen torbada, külli miqdarda, üzərində “Methadone 40” əmtəə göstəricisi olan 40 ədəd konvalyutda, cəmi 399 ədəd, ümumi miqdarı 15,96 qram olan narkotik maddə metadon tərkibli həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, patı istifadəçisi olmuş, İran İslam Respublikası vətəndaşı ilə internet vasitəsi ilə tanış olub narkotik barədə maraqlanmışdır. Son iki ildə psixotrop maddələrdən istifadə edir. Patını əldə etmək onun üçün çətin olmuşdur. İran vətəndaşı ilə “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsi ilə danışmış, İranlı ona Şirvan şəhərində balaca paketin olduğunu və onu götürərək deyəcəyi ünvana qoyacağı təqdirdə ona patı-şüşə verəcəyini demiş, o da razılaşmışdı. Tutulduğu günü saat 19:00-da işdən çıxıb yaşadığı evə getmiş, yemək çantasını evdə qoyaraq iranlının dediyi ünvana getmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, iranlını İnstagram vasitəsi tanımış və “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə tutulduğu gün saat 12:00-13:00 radələrində və ondan bir gün əvvəl danışmışdır. Həmin şəxsin danışığından, ləhcəsindən və telefon nömrəsindən onun İranlı olduğunu düşünmüşdür. O, həmin şəxsdən patının qiymətini soruşduğu üçün güman edir ki, patı istifadəçisi olduğunu bilmişdir. İranlı ona bağlama qoyulacağı yerin konum-məkanını və işıq dirəyinin şəklini göndərmiş, həmçinin demişdir ki, bağlamanın içərisində marixuana olacaq və onun istifadəsi üçün 2-3 qram da patı qoyacaqdır. Malın çəkisi ilə maraqlandıqda İranlı ona demişdi “sən get malı götür mənə xəbər elə, mən sənə sonra deyəcəm”. Onun dediyi marixuananı götürüb özündə saxlamalı və sonradan onun deyəcəyi ünvana aparıb qoymalıydı. X11 Stansiyasının yaxınlığında olan dayanacağın arxasına qoyulmuşdu. Həmin ünvana taksi ilə getmiş və sürücüyə onu gözləməsini demişdir. Taksidən düşdüktən sonra əlində telefonunu fanarı ilə bağlamanın olduğu yerə, işıq dirəyinin yanına yaxınlaşmış və orada böyük qara bağlamanın olduğunu görmüşdür. Bağlama böyük olduğundan onu açıb içinə baxmış, içində qara bükümlərin olduğunu görmüşdür. İranlının ona söz verdiyi patını bağlamada tapmamışdır. Bağlamanı götürüb 1-2 addım getdikdən sonra 3 nəfər polis əməkdaşı tərəfindən tutmuşdur. Həmin vaxt ətrafda kiminsənin olub-olmamasına fikir verməmiş, saat 22:00-23:00 radələri olduğundan hava qaranlıq olmuşdur. İbtidai istintaq zamanı ona zor tətbiq edilməmişdir. Bağlama onun yanında çəkilsə də çəkisi yadında qalmamışdır. O, əvvələr öz istifadəsi üçün ayrı-ayrı kartlara pul köçürməklə tanımadığ şəxslərdən patı əldə etmişdir. Himayəsində üç uşağının olmasını nəzərə alaraq barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarında olan, Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuşdur. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində demişdir ki, təxminən 2025-ci ilin iyun ayında internet vasitəsilə dəqiq xatırlamadığı hesabda adını “Aqşin” kimi təqdim edən İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş, həmin şəxslə +98 ***-***-**-** saylı mobil nömrənin “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə əlaqə saxlamağa başlamışdır. Sonuncunun mobil nömrəsini “Nokia” markalı digər mobil telefonunun kontaktında “Aki” kimi qeyd etmişdir. 07 iyul 2025-ci il tarixdə günorta saatlarında Aqşin ilə mobil telefonda “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə danışarkən ona demişdir ki, “axşam sənə konum atacam, orada salafan olacaq, işdən çıxanda gedib götürərsən. Götürəndən sonra sənə yer deyəcəm, ora apararsan. Qardaşın sənin üçün də patı qoyub, götürüb çəkərsən”. O, həmin gün saat 20 radələrində işdən çıxıb evinə getmiş, iş çantasını evinə qoyub çıxmışdır. Təxminən saat 21 radələrində Şirvan şəhərində diaqnostika mərkəzinin qarşısına gəlib taksi gözləmiş, həmin vaxt “Hyundai” markalı **-KN-*** qeydiyyat nişanlı avtomobilə əl ilə işarə etmişdir. Avtomobil saxladıqda sürücü ilə danışıb 06 manata onu “Qres” kimi bildiyi İES stansiyasının yanına aparması üçün razılaşmış, o, arxa sağ oturacaqda əyləşmişdir. Yol gedərkən sürücüdən soruşmuşdur ki, “Bakıya neçiyə aparıb gətirərsən?”, sürücü isə ona 70 manata aparıb-gətirəcəyini demişdir. O, demişdir ki, “iş yerimin yanında sumka var onu götürəndən sonra deyəcəm Bakıya gedək ya yox”. Onlar Hacıqəhrəmanlı qəsəbəsi istiqamətində hərəkət edib İES yaxınlığında yolun kənarında dayanmışdır. O, avtomobildən düşüb Aqşinin konum göndərdiyi yerə getmişdir. Həmin yerə çatdıqda dayanacağın arxasında qara rəngli plastik torba olduğunu görmüşdür. Torbanı götürüb avtomobilə tərəf gedərkən mülki geyimdə olan polis əməkdaşlarının yaxınlaşdığını görmüşdür. Polis əməkdaşları ona səslənərək polis əməkdaşı olduqlarını və dayanamasını bildimişlər. O isə qorxub torba ilə qaçaraq uzaqlaşmağa başlamışdır. Polis əməkdaşlarının ona çatdığını gördükdə əlindəki torbanı yerə atıb qaçmağa davam etmişdir. Lakin çox qaça bilməmiş və polis əməkdaşları onu tutub saxlamışdır. Videoçəkilişlə onun götürdüyü torbanın içərisini açmışlar. Torbadanmişdir ədəd lentlə bağlanmış qara rəngli paket və bir bükümdə metamfetamin aşkar edilmişdir. 09 ədəd qara rəngli paketləri açdıqda isə birinin içərisində 40 list metadon həbləri aşkar edilmişdir. Digər ikisinin içərisindən həşiş, altısının içərisindən isə qurudulmuş marixuana aşkar edilmişdir. Həmin aşkar edilmiş kütlələr qablaşdırılaraq götürülmüşdür. Bundan sonra üzərində baxış apararkən cibindən “flakon” adlanan şüşə, pul əskinazları və “Nokia” markalı mobil telefonu aşkar edilmişdir. Pul əskinazları özünə geri qaytarılmış, mobil telefonu və “flakon” adlanan şüşə isə iş üçün əhəmiyyətli olduğu bildirilərək götürülmüşdür. Bundan sonra qablaşdırılmş əşyalarla birlikdə onu polis şöbəsinə aparmışlar. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında içərisində narkotik vasitələr olan həmin sellofan torbanı açıb içinə baxarkən, torbanın içərisində olan narkotik vasitələrin onun iranlıdan istədiyindən çox olmasını, onun iranlıdan az miqdarda, ona zəng vuran iranlının onun üçün orada mal qoyduğunu, amma hansı malları və çəkisini deməməsi ilə bağlı hissədə verdiyi ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə tərkibi araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Şirvan ŞPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 07 iyul 2025-ci il tarixdə daxil olmuş əməliyyat məlumatına əsasən tərəfindən raportla şöbə rəhbərliyinə məlumat verilmiş, rəhbərliyin göstərişinə əsasən əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun tərkibinə o, Şahid2, Şahid5 Əskər oğlu, Şahid4 və Şahid3 daxil olmuşdur. Həmin əməliyyat qrupu ilə birlikdə saat 22:00 radələrində Şirvan şəhərinin, Hacı Qəhrəmanlı qəsəbəsinə getmişlər. Daxil olmuş əməliyyat məlumatında göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi və satışı ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs sellofan torbanı götürdüyü andan sonra yaxınlaşaraq özlərini təqdim edib saxlamaq istəyərkən Təqsirləndirilən şəxs torbanı yerə ataraq qaçmışdır. Onlar 22:14-də videoçəkilişə başlamış, Təqsirləndirilən şəxs onlardan bir az aralansa da onu tuta bilmişlər. Torbaya videoçəkilişlə baxış keçirilmiş, içində 9 büküm, bükümlərin birində metamfetaminə bənzər kütlə, digərlərində marixuanaya bənzər kütlə, həşiş və həmçinin 40 ədəd metadon həbləri aşkar olunmuşdur. Saxlanma zamanı Təqsirləndirilən şəxs əynində olan qara idman şalvarını sağ yan cibindən həmin psixotrop maddəni istifadə etmək flakon şüşə, “Nokia” markalı telefon və pul əskinasları aşkar olunmuşdur. Aşkar olunmuş narkotik vasitələr və psixotrop maddələr əməliyyat qrupu üzvləri və təqsirləndirilən şəxsin iştirakı ilə qablaşdırılmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs İranlı ilə danışdığını, onun vasitəsi ilə narkotik vasitələri əldə etdiyini və iranlını dediyi yerlərə daşıyacağını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, üzərində “WhatApp” tədbiqindən istifadə etdiyi smart telefonunun olduğunu bildirdiyi üçün ərazini axtarsalar da telefonu tapa bilməmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 Əskər oğlu ifadəsində bildirmişdir ki, 07 iyul 2025-ci il tarixdə Şirvan ŞPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 Naiq Xankişiyev barəsində əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitələrin üzərində gəzdirməsi, satışı və daşıması barəsində olmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradılmış və həmin əməliyyat qrupuna daxil olmuşdur. Onlar Şirvan şəhəri, Hacı Qəhrəmanlı qəsəbəsinə getmişlər, Təqsirləndirilən şəxs əlində sellofan torba və piyada hərəkətdə olduğunu müəyyənləşdirmişlər. Onlar özlərini Təqsirləndirilən şəxs təqdim edərkən o torbanı yerə ataraq qaçmağa başlasada onu tutub saxlamışlar. Torbaya baxış keçirilmiş, içərisində 8-9 bükümdə lentlə bağlanmış paketlər aşkar olunmuşdur. Paketlərə baxış keçirilərkən marixuanaya bənzər kütlə, M40 list dərmanlar qablaşdırılmış, protokol tərtib olunaraq, iştirakçılar tərəfində imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 7 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs ilə bağlı əməliyyat məlumatı daxil olmuş, əməliyyat tədbiri həyata keçirlərkən Təqsirləndirilən şəxs qaçmağa cəhd edərkən onu tutub saxlamışlar. Üzərində “Nokia” markalı sadə telefon aşkar edərək götürmüşdür. Təqsirləndirilən şəxs qaçarkən başqa bir telefonunu düşürdüyünü dediyi üçün ərazini axtarsalar da tapa bilməmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 Natiq Xanikişyevin narkotik vasitələrin satışı, daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. 07 iyul 2025-ci il tarixdə əməmliyyat qrupu yaradılandan sonra Hacı Qəhrəmanlı qəsəbəsinə getdik, özümüzü Təqsirləndirilən şəxs onun əlində torba olduğunda təqdim edəndə o torbanı ataraq qaçdı. Onu qaçarkən saxlayanda videoçəkiliş apardıq. Onun Təqsirləndirilən şəxs İranlı ilə yazışması barədə məlumatı olmayıb. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“Cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında” 08 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində yerləşən “İES” stansiyasının yaxınlığında külli miqdarda narkotik vasitələri və psixotrop maddəni qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə daxil olmuş məlumat əsasında Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən 07 iyul 2025-ci il tarixdə, saat 21:45 dəqiqədən saat 22:14 dəqiqəyədək keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı, Təqsirləndirilən şəxs əlində olan 01 ədəd sellofan bükülü ilə Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində yerləşən “İES” stansiyasının yaxınlığında saxlanılaraq, əlində daşıdığı qara rəngli plastik torbaya baxış zamanı, 01 ədəd sellofan bükülüdə, külli miqdarda, təmiz çəkisi 9,970 qram olan psixotrop maddə metamfetamini, 02 ədəd qara rəngli polietilen torbada, külli miqdarda, ayrı-ayrılıqda çəkiləri 590 qram, 600 qram olmaqla ümumi təmiz çəkisi 1190 qram olan narkotik vasitə həşiş və 06 ədəd qara rəngli polietilen torbada, külli miqdarda, ayrı-ayrılıqda çəkiləri 1015 qram, 1020 qram, 955 qram, 1000 qram, 945 qram, 815 qram olmaqla ümumi təmiz çəkisi 5750 qram olan narkotik vasitə qurudulmuş marixuananı aşkar edilərək götürülməsi, əsas isə bununla bağlı Şirvan şəhər X12 Bölməsində toplanmış materialda satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayətinin törədilməsi faktına görə Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq aidiyyəti üzrə Şirvan ŞPŞ-nin İstintaq Bölməsinə verilmişdir.(i.v.1) -“Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 07 iyul 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, 07 iyul 2025-ci il tarixdə saat 22:14 dəqiqədən saat 22:45 dəqiqəyədək olan müddət ərzində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi ərazisində qaçarkən polis əməkdaşları tərəfindən saxlanılmış, qaçarkən yerə atdığı qara rəngli plastik torbaya baxış aparılmış, baxış zamanı qara rəngli torbadan 09 ədəd lentlə bağlanmış qara rəngli paket və bir bükümdə metamfetamin aşkar edilmişdir. 09 ədəd qara rəngli paketləri açdıqda isə birinin içərisində 40 list metadon həbləri aşkar edilmişdir. Digər ikisinin içərisindən həşiş, altısının içərisindən isə qurudulmuş marixuana aşkar edilmişdir. Həmin aşkar edilmiş kütlələr qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd “flakon” adlanan şüşə əşya, pul əskinazları və sol yan cibindən isə “Nokia” markalı mobil telefon aşkar edilmişdir. Pul əskinazları Təqsirləndirilən şəxs özünə geri qaytarılmış, “Nokia” markalı mobil telefon və “flakon” adlanan şüşə əşya isə iş üçün əhəmiyyətli olduğu üçün götürülmüşdür.(i.v.11-13) -“Cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında” 08 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur.(i.v.25) -“Əməliyyat axtarış tədbirlərinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” 08 iyul 2025-ci il tarixli protokoldan və videoçəkilişdən görünür ki, 08 iyul 2025-ci il tarixdə saat 02:45 dəqiqədən saat 03:15 dəqiqəyədək olan müddət ərzində Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs əlində daşıdığı qara rəngli plastik torbadan aşkar edilmiş premdetlərə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, aşkar edilmiş kütlələr tərəzidə çəkilmiş, metamfetamin 10,18 qram, marixuana və həşiş 7540 qram çəkidə olması, 40 list metadon həblərində isə 399 ədəd həb olması müəyyən edilmişdir. Baxış keçirilmiş predmetlər yenidən müvafiq qaydada ayrı-ayrılıqda qablaşdırılmışdır.(i.v.33-35) -“Məhkəmə bioloji, materialların məhkəmə ekspertizası”nın 08 iyul 2025-ci il tarixli, 18/515-516 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs məxsus..” sözləri yazılmış kağız paketdə 01 ədəd polietilen bükümdə təmiz çəkisi - 9,970 qram olan ağımtıl rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 02 ədəd qara rəngli polietilen torbada ayrı-ayrılıqda təmiz çəkisi - 590,0 qram, 600,0 qram, ümumi çəkisi 1190,0 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkibli narkotik vasitə həşişdir. 06 ədəd qara rəngli polietilen torbada ayrı-ayrılıqda təmiz çəkisi - 1015,0 qram, 1020,0 qram, 955,0 qram, 1000 qram, 945 qram, 815 qram, ümumi çəkisi - 5750,0 qram olan bitki mənşəli kütlələr narkotik təkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır.(i.v.47-51) -“Cinayət işinin icraata qəbul edilməsi haqqında” 08 iyul 2025-ci il tarixli qərardan görünür ki, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə istintaq edilən ********** saylı cinayət işi icraata qəbul edilərək istintaqı davam etdirilmişdir.(i.v.53-54) -“Cinayət əməlinin tövsif edilməsi haqqında” 09 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir.(i.v.67-69) -“Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 09 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuş, Şirvan Şəhər Məhkəməsinin 4(032)-107/2025 nömrəli, 09 iyul 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Qərarın məzmunundan görünür ki, məhkəmədə barəsində verilən təqdimata münasibət bildirən Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş itthamla təqsirli bilmiş, uzun müddətdir ki, psixotrop maddə metamfetamindən istifadə etdiyini, narkotik vasitəsləri adətən tanımadığı şəxslərdən əldə etdiyini, Aqşin adlı İran vətəndaşının ona ismarıc yazaraq dediyi yerdən sellefon torbanı götürərək sonra onun deyəcəyi yerə aparıb qoymasını, həmçinin onun özü üçün psixotrop maddə metamfetamin qoyacağını bildirmiş, o da razılaşmışdır. Əməlindən peşmandır. (i.v.71-73; 101-103) -“Baxış aparılması haqqında” 09 iyul 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Şirvan ŞPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzərində 07 iyul 2025-ci il tarixdə səxsi axtarış zamanı aşkar edilmiş bir ədəd Nokia markalı mobil telefon və bir ədəd şüşə əşya istintaqa təqdim edilmiş və həmin tarixdə baxış aparılaraq götürülmüşdür.(i.v.105-106) -“Məhkəmə-tibbi ekspertizası”nın 17 iyul 2025-ci il tarixli 363 saylı rəyindən görünür ki, müayinə zamanı, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi.(i.v.145-146) -“Materialların məhkəmə ekspertizası”nın 24 iyul 2025-ci il tarixli, 6/2434 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün № 55 dairəvi möhür əksi “Təqsirləndirilən şəxs məxsus həblər imza Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan paketdəki, üzərində “Methadone 40” əmtəə göstəricisi olan 40 ədəd konvalyutda ümumilikdə 399 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər narkotik maddə olan metadon tərkibli həblərdir və 399 ədəd həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 15,96 qram təşkil edir. (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram metadon olmaqla). Təqdim olunmuş həblər xarici əlamətlərinə və tərkibində təsiredici maddəsinin miqdarına görə eynidirlər.(i.v.152-156) -“Şirvan şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 30 sentyabr 2025-ci il tarixli, 18-1-35/2-1187/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan ŞMX-nın polklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur.(i.v.182-183) -“Ambulator məcburi narkoloji tibbi yoxlama”nın 05 sentyabr 2025-ci il tarixli, 5528 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür.(i.v.186-187) -“Ambulator məhkmə-psixiatrik ekspertizası”nın 12 sentyabr 2025-ci il tarixli, 3092 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur.(i.v.188-189) -“Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 08 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yeni məzmunda yenidən ittiham elan olunmuşdur.(i.v.197-199) -“Materialların məhkəmə ekspertizası”nın 15 oktyabr 2025-ci il tarixli, 18/737 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs üzərindən..” sözləri yazılmış kağız paketdə 01 ədəd şüşə əşyanın içərisində psixotrop maddə metamfetaminin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən iz mikrohissəciklərinin miqdarını müəyyən etmək mümkün deyil.(i.v.224-226) -“Sübutların qiymətləndirilməsi haqqında” 15 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 9,870 qram təşkil edən psixotrop maddə metamfetamin, 1189,80 qram təşkil edən həşiş, 5749,40 qram təşkil edən qurudulmuş marixuana, 389 ədəd metadon həbləri olan narkotik vasitələr və Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ cibindən aşkar edilmiş bir ədəd şüşə əşya maddi sübut kimi tanınaraq saxlanılması üçün Şirvan ŞPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs əlində daşıdığı plastik torbaya baxış aparilmasını özündə əks etdirən 2 (iki) ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir.(i.v.229-241) Məhkəmə tərkibi iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 9,970 qram çəkidə psixotrop maddə metamfetamini, 1190 qram çəkidə narkotik vasitə həşişi, 5750 qram çəkidə olan tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, üzərində “Methadone 40” əmtəə göstəricisi olan 40 ədəd konvalyutda, cəmi 399 ədəd, ümumi miqdarı 15,96 qram olan narkotik maddə metadon tərkibli həblərini əldə edib üzərində saxlayaraq daşıması onun narkotik vasitələrin satışı ilə məşğul olduğunu və qeyd edilən kütlələri qanunsuz olaraq satış məqəsi ilə əldə etdiyindən əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli biliinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Cinayət Məcəlləsinin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında içərisində narkotik vasitələr olan həmin sellofan torbanı açıb içinə baxarkən, torbanın içərisində olan narkotik vasitələrin onun iranlıdan istədiyindən çox olmasını, ona zəng vuran iranlının onun üçün orada mal qoyduğunu, amma hansı malları və çəkisini deməməsi ilə bağlı hissədə verdiyi ifadələrini ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Məhkəmə tərkibi təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixlə 8 №-li qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın müvafiq bəndlərinə əsasən heroin, qurudulmuş marixuana və tiryək narkotik hesab edilir. Siyahılara əsasən qurudulmuş marixuananın 5 qram və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) xeyli miqdar, 500 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) külli miqdar, 50000 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) isə xüsusilə külli miqdar hesab olunur. Siyahılara əsasən narkotik vasitə kimi beynəlxalq adı “Metadon” olan dərman həbləri narkotik vasitədir, “Metadon”un şəxsi istehlak miqdarından (qramla) artıq xeyli miqdarının yuxarı həddi 0,02 qram, külli miqdarının (qramla) aşağı həddi 1,6 qram, xüsusilə külli miqdarı 160 qramdır. Siyahılara əsasən narkotik vasitə həşişin 1 qramı xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, 100 qramı külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, 10000 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) isə xüsusilə külli miqdar hesab olunur. Siyahılara əsasən metamfetamin psixotrop maddə hesab edilir. Metamfetaminin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) aşağı həddi 2 qram, xüsusilə külli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 400 qram hesab olunur. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş - 9,970 qram çəkidə psixotrop maddə metamfetamin, 1190 qram çəkidə narkotik vasitə həşiş, 5750 qram çəkidə olan tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, üzərində “Methadone 40” əmtəə göstəricisi olan 40 ədəd konvalyut, cəmi 399 ədəd, ümumi miqdarı 15,96 qram olan narkotik maddə metadon tərkibli həblər “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”da nəzərdə tutulmuş start külli miqdar həddindən dəfələrlə artıq miqdarlarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024- cü il tarixlə 8 №-li qərarında məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli həmin qərarının doqquzuncu bəndində qeyd olunur ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və psixotrop maddələri təkcə satma deyidl, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yartdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a) şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b) şəxs belə hərəkətləri qanunsuz etməlidir; c) narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində göstərilmişdir narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Təqsirləndirilən şəxs külli miqdarda - 9,970 qram çəkidə psixotrop maddə metamfetamini, 1190 qram çəkidə narkotik vasitə həşişi, 5750 qram çəkidə olan tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, üzərində “Methadone 40” əmtəə göstəricisi olan 40 ədəd konvalyutda, cəmi 399 ədəd, ümumi miqdarı 15,96 qram olan narkotik maddə metadon tərkibli həblərini əldə edib üzərində saxlayaraq daşıması onun narkotik vasitələrin satışı ilə məşğul olduğunu və qeyd edilən kütlələri qanunsuz olaraq satış məqəsi ilə əldə etdiyini sübut edir. Göstərilən hallar Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrə və psixotrop maddəyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə tam əsas verir. Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində narkotik vasitələrin və psixotrop maddənin satışı ilə məşğul olmaması barədə bildirdikləri iş materiallarına uyğun olmadığından və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edilmədiyindən iş üzrə sübut kimi qiymətləndirmir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Fuşe Fransaya qarşı”, “Bulut Avstriyaya qarşı”, “Bobek Polşaya qarşı” və “Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə doğrudan da bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adı qeyd edilmiş şəxsin ifadəsi, -“əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və təqdim olunmuş əşyalara baxış keçirilməsinə dair” protokol və ona əlavə edilmiş videoçəkilişlər, “məhkəmə ekspertizası”nın rəyləri, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış psixotrop maddə və narkotik vasitələr, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v.159-160) -Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının İ nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 iyul 2025-ci il tarixli, 3043 nömrəli arayışlardan, 234 nömrəli xasiyyətnamədən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri arvadından və üç az yaşlı övladlarından - 2017-ci il təvəllüdlü X4, 2012-ci il təvəllüdlü X3 və 2010-cu il təvəllüdlü X2 ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir.(i.v.131-135) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olması Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əməlini qismən etiraf etməs, ailə və maddi vəziyyəti Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (Cinayət Məcəlləsinin 48-ci maddəsi, Cinayət Məcəlləsinin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Qanunvericilik Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.(CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı, Xirvisari Finlandiyaya qarşı, X10rşı və Hacianastassion Yunanıstana qarşı” işlər üzrə qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və X8 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Cinayət işinin materiallarında olan “cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında” 08 iyul 2025-ci il tarixli protokolda, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:50-də şübhəli şəxs qismində tutulması və onun azadlığının faktiki olaraq 08 iyul 2025ci il tarixdən saat 22:14-dən məhdudlaşdırılmısı göstərilmişdir. Lakin cinayət işinin materiallarında olan, 07 iyul 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar”dan, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 07 iyul 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş bir ədəd diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən 07 iyul 2025-ci il tarixdə saat 22:14-də saxlanılmışdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 07 iyul 2025-ci il tarixdən məhdudlaşdırılmışdır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə tutulduğu vaxtdan 07 iyul 2025-ci il tarixdən hesablanmalı və Şirvan Şəhər Məhkəməsinin 09 iyul 2025-ci il tarixli, 4(032)-107/2025 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə təyin edilmiş Ambulator məcburi narkoloji tibbi yoxlamanın 5528 nömrəli, xx.xx.2025-ci il tarixli rəydən görünür ki, məhkəmə-narkoloji müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşur. Nakomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülmüşdür.(i.v 187) Qeyd olunanlara və Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji tibbi dispanserdə qeydiyyata alınmalıdır. Bundan başqa, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 245 (iki yüz qırx beş) manat 20 (iyirmi) qəpik məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 245 (iki yüz qırx beş) manat 20 (iyirmi) qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkiləri - 9,870 qram təşkil edən psixotrop maddə metamfetamin, 1189,80 qram təşkil edən həşiş, 5749,40 qram təşkil edən qurudulmuş marixuana, 389 ədəd metadon həbləri olan narkotik vasitələr və bir ədəd şüşə əşya məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş 2 (iki) ədəd DVD disk icraat materiallarının saxlanıldığı müddət ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-1, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı faktiki azadlığının məhdudlaşdırıldığı vaxtdan - 07 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi Narkoloji tibbi dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkiləri - 9,870 qram təşkil edən psixotrop maddə metamfetamin, 1189,80 qram təşkil edən həşiş, 5749,40 qram təşkil edən qurudulmuş marixuana, 389 ədəd metadon həbləri olan narkotik vasitələr və bir ədəd şüşə əşya hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 2 (iki) ədəd DVD disk icraat materiallarının saxlanıldığı müddət ərzində cinayət işinin materiallarında saxlanılsın. Ekspertlərə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 245 (iki yüz qırx beş) manat 20 (iyirmi) qəpik məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ənnağı Məmmədli Hakimlər Cavanşir Nəbiyev Esmira Məmmədova
Məhkəmə qərarları › İş №1(099)-531/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-531/2025
05.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver