Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-533/2025 27.11.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud qızı və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X7, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X14 və müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxxx 1986-cı il tarixdə Rusiya Federasiyası, Tümen vilayətində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Kürdəmir rayonu Şilyan kəndində qeydiyyatda olan və yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurduğu və Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən formal əsaslarla boşanmaqla faktiki olaraq ər-arvad münasibətlərini davam etdirdiyi arvadı X3 illərdə müxtəlif kişilərlə sevgi münasibətləri yaşamasından, 2025-ci ilin may-iyun aylarında isə dəfələrlə ondan xəbərsiz Bakı şəhərinə gedərək naməlum şəxslərlə görüşməsindən şübhələnərək qısqanclıq zəminində qisas alıb qəsdən öldürmək qərarına gəlmiş, 28 iyun 2025-ci il tarixdə saat 19 radələrində hadisəni görməməsi məqsədilə Kürdəmir rayonu Şilyan kəndində yaşadığı evdə olan yetkinlik yaşına çatmayan qızını evdən yola saldıqdan sonra evin mətbəx otağından zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, soyuq silah hesab olunmayan mətbəx bıçağını götürüb evin yataq otağına daxil olub çarpayının üzərində uzanmış Samirə Abdulovaya yad kişilər ilə görüşməsinin onun özü və ailə üzvləri üçün utancverici olduğunu bildirərək sağ əlində tutduğu bıçaqla sonuncunun həyat fəaliyyəti üçün vacib orqanların yerləşdiyi nahiyələrə qəsdən öldürmək niyəti ilə qəsdən ardıcıl bıçaq zərbələri vuraraq ona sol alın-təpə nahiyəsində bir ədəd yara, alın nahiyəsində kənarları hamar, ucları iti bir ədəd yara, sağ gözün yan hissəsindən kənarları hamar, ucları iti bir ədəd cızıq, burunun üst hissəsində bir ədəd yara, sağ üst dodağın yan səthində bir ədəd yara, sağ alt çənə bucağında bir ədəd yara, sol yanaq nahiyəsində, kənarları hamar bir ədəd səthi yara, boynun sol yan hissəsində, kənarları hamar, ucları iti bir ədəd yara, döş qəfəsinin ön hissəsinin sağ yarısında, kənarları hamar, ucları iti iki ədəd yara, sağ çiyin nahiyəsində iki ədəd və sağ bazu oynağının üzərində olmaqla üç ədəd, kənarları hamar, ucları iti yara, sol bazunun ön və yan səthində altı ədəd kənarları hamar, ucları iti yara, sol kürək nahiyəsində iki ədəd, kənarları hamar, ucları iti yara, sol saidin arxa səthində orta 1/3 nahiyəsində iki ədəd, kənarları hamar, ucları iti yara, sağ əlin iç səthində əlin iç hissəsini bütünlüklə kəsən, kənarları hamar yara, sağ və sol əllərin hər ikisinin içərisində çoxsaylı kiçik ölçülü, kənarları hamar yara kimi həyat üçün təhlükəli olmayan, sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid, bundan əlavə döş qəfəsinin ön hissəsinin sağ yarısında, kənarları hamar, ucları iti döş boşluğuna daxil olan bir ədəd kəsilmiş-deşilmiş yara, qarın nahiyəsində sol qabırğaaltı nahiyədən aşağı, göbəkdən sola, kənarları hamar, ucları iti bir ədəd kəsilmiş-deşilmiş yara, boyun nahiyəsində yan hissəsindən başlayaraq aşağıya doğru və ön hissəsinə doğru uzanan əzələ, sinir və boyun arteriya və vena damarlarının kəsilməsi ilə müşayiət olunan, kənarları hamar bir ədəd yara kimi həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətlərini qəsdən yetirərək həmin xəsarətin fonunda boyunun kəsilmiş deşimiş yarası, boyun arteriya və venalarının zədələnməsi nəticəsində baş vermiş kütləvi qan itirmə nəticəsində X11 qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, arvadı Samirə Abdulovanı dəfələrlə başqa kişilərdə danışdığını tutmuşdur. Arvadı onlardan xəbərsiz itkin düşmüşdür, bu barədə polisə şikayət etmiş, polis arvadını tapıb gətirmişdir. Arvadı ilə aralarında dəfələrlə mübahisə olurdu, arvadı uşaqlara baxmamışdır. Arvadının bu hərəkətlərindən, başqa kişilərlə görüşməsi səbəbindən kəndə çıxa bilməmişdir. Hadisə günü, yəni 28 iyun 2025-ci il tarixdə, yenə də arvadının telefonla danışdığını tutmuş, arvadı ilə söhbət edərək bu hərəkətlərə son qoymasını demişdir. Sonra aralarında yenə mübahisə yaranmış, elə həmin vaxt mətbəxdən bıçağı götürərək, həmin bıçaqla xəsarətlər yetirərək arvadını öldürmüşdür. Arvadına neçə bıçaq zərbələri vurmasını xatırlamır. Arvadını öldürdükdən sonra DİN-in 102 xidmətinə zəng vuraraq arvadını öldürdüyünü bildirmişdir. Arvadını öldürən zaman qızı Ayşən anasının evində olmuş, oğlanları Anar və Ayxan kəndlərində bərbərdə olmuşlar, hadisəni heç kəs görməmişdir. Hazırda tutduğu əməldən peşmandır, himayəsində 3 uşağının olmasını nəzərə alıb ona aşağı həddə cəza verilməsini xahiş edir. Məhkəmə baxışında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, mərhum Samirə Abdulovanın atasıdır. Samirə Təqsirləndirilən şəxsla ailə həyatı qurmuş, birgə nikahlarından 3 övladı olmuşdur. 2022-ci ilə qədər qızı Samirə ilə Elşən arasında heç bir problem olmamışdır. Sonradan qızı Samirə yolunu azmış, o, müxtəlif yad kişilər ilə telefonla danışmışdır. Samirə 2023-cü ilin yay aylarında İsmayıllı rayonu Qubaxəlilli kənd sakini Elsevər adlı şəxs ilə münasibət qurmuş, Samirə Elsevər ilə qoşulub ailəsini tərk edib Bakı şəhərinə getmişdir. Samirə 4-5 gün müddətində Elsevər ilə Bakı şəhərində yaşamışdır. Kürəkəni Elşən həmin vaxt yoldaşının itkin düşməsi ilə bağlı Kürdəmir RPŞ-ya şikayət etmiş, Samirənin Bakı şəhərində qaldığı yer müəyyən edilmiş, Elşən Bakıya gedib Samirəni evinə gətirmişdir. Bundan sonra Elsevər ilə Samirənin münasibəti başa çatmışdır. 28 iyun 2025-ci il tarixdə isə yaşadığı Şilyan kəndində olarkən axşam saat 21 radələrində ona qohumları zəng vurub kürəkəni Elşənin qızı Samirəni Şilyan kəndində yaşadığı evdə bıçaqlayıb öldürdüyünü bildirmişdir. O, dərhal işdən çıxıb Elşənin evinə gəlmiş, həyətə daxil olanda polis əməkdaşları Təqsirləndirilən şəxs polis maşınına mindirib həyətdən çıxarırmışlar. O, evə daxil olub qızının evin yataq otağında qan içərisində olan meyitini görmüş, qızı artıq ölmüşdür. Hazırda Təqsirləndirilən şəxsla barışmış, onu bağışlayır, ondan heç bir şikayət və tələbi yoxdur. İş üzrə şahid qismində çağrılmış Şahid1 Azərbaycan Respubikası Konstitusiyasının 66-cı və CPM-nin 20-ci maddələrinə əsasən oğlu olan Təqsirləndirilən şəxs qarşı məhkəmə iclasında ifadə verməkdən imtina etmişdir. Məhkəmə Şahid1 istintaq vaxtı verdiyi ifadəsini elan edir. Həmin ifadədə o, göstərmişdir ki, Təqsirləndirilən şəxs oğludur. Təqsirləndirilən şəxs onunla yanbayan qonşuluqda ailəsi ilə birgə yaşamışdır. Elşən X2 ilə ailə həyatı qurmuş, birgə nikahdan 2009-cu il təvəllüdlü Şahid2, 2010-cu il təvəllüdlü Şahid3 və 2015-ci il təvəllüdlü Şahid4 adlı üç övladları anadan olmuşdur. Elşən ilə gəlini Samirə arasında əvvəllər heç bir mübahisə olmamışdır. Onlar xoşbəxt şəkildə yaşamışlar. Samirə evdar qadın olmuş, heç bir yerdə işləməmişdir. Elşən evi tək dolandırmışdır. Lakin, 2022-ci ildən etibarən Samirə ailədə söz-söhbət salmağa başlamışdır. Belə ki, gəlini Samirə “Tik-tok” sosial şəbəkəsinə girir, müxtəlif kişilər ilə telefonla danışmışdır. Əvvəllər bunu oğlu Elşəndən gizli şəkildə etsə də, sonradan gizlətmədən açıq-aşkar telefonla danışırmış. Samirə 2023-cü ilin yay aylarında Elsevər adlı şəxs ilə münasibət qurmuş, ailəsini tərk edib Bakı şəhərinə getmişdir. Samirə 4-5 gün müddətində Elsevər ilə Bakı şəhərində yaşamışdır. Elşən həmin vaxt yoldaşının itkin düşməsi ilə bağlı polisə müraciət etmiş, Samirənin Bakı şəhərində qaldığı yer müəyyən edilmiş, Elşən Bakıya gedib Samirəni evinə gətirmişdir. Bundan sonra Elsevər ilə Samirənin münasibəti başa çatmışdır. Lakin, Samirə yenə də müxtəlif kişilərlə danışmağa davam edirmiş. 2025-ci ilin may ayında öz başına tək Bakı şəhərinə gedib orada yaşamışdır. Samirə iyun ayının əvvəllərində Qurban bayramında 1-2 günlük rayona gəlmiş, sonra yenidən Bakı şəhərinə getmişdir. O, Samirənin Bakı şəhərində kimlə yaşadığını bilməmişdir. Elşən ona Samirənin yad kişilər ilə Bakıda yaşadığını demişdir. X22 bu cür hərəkətlərinə görə kənd içərisinə çıxa bilmir, ona kənd camaatının arxasınca danışdığını deyirmiş. 28 iyun 2025-ci il tarixdə Elşənin qızı, yəni nəvəsi Ayşən onun yaşadığı evə gələrək atası ilə anasının evdə mübahisə etdiklərini demişdir. Həmin gün, saat 19-20 radələrində evin həyətində toyuq-cücəni hinə salarkən oğlu Elşənin qışqırıq səslərini eşitmiş, dərhal evin həyətindən çıxıb Elşənin yaşadığı evə tərəf getmişdir. Evlərin darvazaları arasında olan məsafə təxminən 15 metrdir. Evin həyətinə girdikdən sonra Elşəni əli qanlı həyətdə görmüşdür. Elşən onu qucaqlayıb ağlayaraq namusunu təmizlədiyini, Samirəni öldürdüyünü bildirmişdir. O, dərhal otağa girib gəlini Samirənin qan içində yataq otağında olan çarpayının yanında ağzı üstə yerdə uzanıqlı olduğunu görmüşdür. Samirənin meyitinin yanında yerdə bıçaq da olmuşdur. Samirə artıq ölmüşdür. Elşən daha sonra “DİN 102” xidmətinə zəng vurub arvadı Samirəni öldürdüyünü demiş, sonra polis əməkdaşları gəlib onu aparmışlar. İş üzrə yetkinlik yaşına çatmamış şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs atası, mərhum Samirə Abdulova isə anasıdır. 2022-ci ildən anası Samirənin birdən-birə ona, qardaşlarına və atası Elşənə qarşı olan münasibəti dəyişmişdir. Anası bütün günü telefonla müxtəlif şəxslərlə danışır, onlara baxmamışdır. Anası 2023-cü ilin may ayında bir nəfər kişi ilə qoşulub Bakı şəhərinə getmiş, təxminən 1 həftə həmin kişi ilə Bakıda yaşamışdır. Atası Elşən anasının onlardan xəbərsiz Bakı şəhərinə getməsi ilə bağlı polis şöbəsinə şikayət etmiş, polislər anasını tapmışlar. Atası ilə anası son vaxtlarda demək olar ki, hər gün mübahisə etdikləri üçün onların mübahisəsi ona adi hal kimi gəlmişdir. 28 iyun 2025-ci il tarixdə atası ilə anası mübahisə edən zaman o evdən çıxıb nənəsi Gülabatının evinə getmiş, nənəsi evdə tək olmuşdur. O, nənəsinə atası ilə anasının yenə mübahisə etdikərini, anasının Bakıya getmək istədiyini demişdir. 15-20 dəqiqə sonra çöldən səs-küy gəldiyini eşitmiş, səsə tez çölə çıxmış, çölə çıxdıqda evin qarşısında qonşuların yığışdığını görmüşdür. Atası onu qucaqlayıb öpmüş, namuslarını təmizlədiyini demişdir. Ona aydın olmuşdur ki, atası anasını öldürüb. İş üzrə yetkinlik yaşına çatmamış şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs atası, mərhum Samirə Abdulova isə anasıdır. Atası ilə anası arasında tez-tez mübahisələr olmuşdur, anası onlara baxmamış, Bakı şəhərində yaşamışdır. Hadisə günü o, qardaşı Ayxanla bərbərdə olmuşdur. Sonra bərbərdən çıxıb evə getmişlər. Kənd camaatının onların evinə doğru getdiklərini görmüşlər. Camaatın danışmağından öyrənmişdir ki, atası Elşən anası Samirəni bıçaqlayıb öldürmüşdür. Onları evin həyətində nənəsi Gülabatın qarşılamış, nənəsi onları həyətə girməyə qoymamışdır. İş üzrə yetkinlik yaşına çatmamış şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs atası, mərhum Samirə Abdulova isə anasıdır. Hadisə günü o qardaşı Anarla bərbərdə olmuşdur. Bərbərdən çıxdıqdan sonra isə qardaşı ilə evə getmişlər. Evə gedərkən kənd camaatının onların evinə doğru getdiklərini görmüşlər. Evə çatdıqda kənd camaatı evin həyətinə yığılmışdır. Evə çatdıqda atası Elşənin anası Samirəni bıçaqlayıb öldürdüyünü eşitmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli 23 nömrəli rəyində göstərilmişdir ki, X8 meyitinin üzərində aşağıdakı xəsarətlər vardır: Sol alın-təpə nahiyyəsində 1 ədəd; alın nahiyyəsində kənarları hamar ucları iti 1 ədəd yara ; sağ gözün yan hissəsindən kənarları hamar ucları iti 1 ədəd cızıq; burunun üst hissəsində 1 ədəd; sağ üst dodağın yan səthində 1 ədəd; sağ alt çənə bucağında 1 ədəd; sol yanaq nahiyyəsində, kənarları hamar 1 ədəd səthi yara. Boyun nahiyyəsində yan hissəsindən başlayaraq aşağıya doğru və ön hissəsinə doğru uzanan əzələ, sinir və boyun damarlarının kəsilməsi ilə müşahidə olunan, kənarları hamar 1 ədəd yara. Boyunun sol yan hissəsində, kənarları hamar ucları iti 1 ədəd yara. Döş qəfəsinin ön hisəssinin sağ yarısında, kənarları hamar ucları iti 3 ədəd yara (onlardan bir ədəd döş boşluğuna daxil olan və 2 ədəd döş boşluğuna daxil olmayan zədələrdir). Qarın nahiyyəsində sol qabırğaaltı nahiyyədən aşağı, göbəkdən sola , kənarları hamar ucları iti 1 ədəd kəsilmişdeşilmiş yara. Sağ çiyin nahiyyəsində 2 ədəd və sağ bazu oynağının üzərində olmaqla 3 ədəd, kənarları hamar ucları iti yara. Sol bazunun ön və yan səthində 6 ədəd, kənarları hamar ucları iti yara. Sol kürək nahiyyəsində 2 ədəd, kənarları hamar ucları iti yara . Sol saidin arxa səthində orta 1/3 nahiyyəsində 2 ədəd, kənarları hamar ucları iti yara. Sağ əlin iç səthində əlin iç hissəsini bütünlüklə kəsən, kənarları hamar yara. Sağ və sol əllərin hər ikisinin içərisində çoxsaylı kiçik ölçülü, kənarları hamar yara. Göstərilən xəsarətlər iti uca və iti kənara malik olan deşici-kəsici alətin (ola bilsinki bıçağın) təsirindən törənmişdirlər, törənmə müddətləri qərarda göstərilən 28 iyun 2025-ci il tarixə uyğun gəlirlər və dərəcəsinə görə - boyun nahiyyəsində olan, boyun arteriya və venalarının kəsilməsi ilə müşaiyət olunan 1 ədəd kəsilmiş-deşilmiş yara, döş boşluğuna daxil olan 1 ədəd deşilmişkəsilmiş yara və qarın nahiyyəsində sol qabırğaaltı nahiyyədən aşağı, göbəkdən sola, kənarları hamar ucları iti 1 ədəd kəsilmiş-deşilmiş yara həyat üçün təhlükəli hal olduqları üçün hər biri ayrı-ayrılıqda sağlamlığa ağır zərərvurmaya aiddirlər. Qalan başqa yuxarıda təsvir olunan xəsarətlər hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. 2. X1 ölümünə səbəb - boynun kəsilmişdeşilmiş yarası boyun arteriya və venalarının zədələnməsi nəticəsində kütləvi qanitirmə olmuşdur. Ölüm meyitin məhkəmə tibbi müayinəsindən 8-12 saat əvvəl baş vermişdir. 3. X1 meyitindən götürülmüş qanda hər hansı bir psixotrop maddələr, etil spirti və ya dərman preparatları müəyyən olunmamışdır. 4. X8 uşaqlıq yolu və arxa keçəcək möhtəviyyatları olan tamponda məhkəmə tibbi tədqiqi nəticəsində sperma aşkar olunmadı. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 422/2025-MTBŞ nömrəli “Maddi sübutların məhkəmə-tibbi bioloji tədqiqinə dair” rəyindən görünür ki, “Maddi sübutların məhkəmə-tibbi bioloji tədqiqinə dair” rəyinin nəticə hissəsindən görünür ki, 1. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: AB-/İV/-dir. 2. X8 ABO sistemi üzrə qan qrupu:A-/İİ/-dir./şəxsiyyət vəsiqəsinin kserosürətinə əsasən/ 3. Ekspertizaya təqdim edilən Samirə Abdulovaya məxsus qolsuz mayka, lifçik (büstqalter), trusik, bir cüt corab, sağ və sol dırnaq nümunələri, Təqsirləndirilən şəxs məxsus cins şalvar, bir ədəd mətbəx bıçağı üzərindəki ləkələrdə və hadisə yerindən 12 ədəd bint kəsiyinə üzərinə hopdurulub götürümüş maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A antigeni, həmçinin beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri A-beta/İİ/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə X12 məxsus ola bilər. 4. Təqdim edilən S.M.Abdulovanın və Təqsirləndirilən şəxs əl barmaq dırnaq kəsikləri yatağında dəri toxumasına/epidermisə/ şübhəli hər hansı bir hissəcik və Təqsirləndirilən şəxs dırnaq kəsiklərində qan aşkar olunmadı. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 272-MTKŞ/2025 nömrəli “Maddi sübutların kompleks məhkəmə tibbi-kriminalistik və məhkəmə-kriminalistik tədqiqinə dair” rəyinin nəticə hissəsindən görünür ki, 1. Ekspertizaya təqdim edilmiş X12 məxsus büstqalterin ön səthində solda, onun aşağı sərbəst kənarında bir (01) ədəd kənari dəlibkeçən, qolsuz maykanın ön səthində solda iki (02) ədəd və maykanın arxa səthində solda üç (03) dəlib- keçən zədələr deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənmələri inkar olunmur. 2. X12 məxsus büstqalterin ön səthində solda aşağı kənarında olan bir ədəd (kənari), qolsuz maykanın ön səthində solda iki (02) ədəd və maykanın arxa səthində solda iki (02) ədəd deşilmiş-kəsilmiş zədələri onun bədəni üzərində aşkar edilmiş bir qrup eyni xarakterli xəsarətlərlə, yəni qarın nahiyəsində solda iki (02) ədəd və sol kürək nahiyəsində iki (02) ədəd xəsarətlərlə öz yerləşmələrinə görə nisbi olaraq üst-üstə düşürlər. - X6 meyitinin üzərində aşkar edilmiş digər xəsarətlər (baş, üz, boyun nahiyələrində, hər iki ətrafda və sairə) ona məxsus paltarlarda öz əksini tapmamışdırlar, bu da bədənin müvafiq nahiyələrinin paltarlarla örtülməməsi ilə izah oluna bilər. 3.3. Təqdim edilmiş X12 məxsus trusikin ön səthinin sol yuxarı nahiyəsində bir ədəd cırılma xarakterli zədə aşkar olundu. Bu cırılma küt yaranma mexanizminə malik olub, trusikin müvafiq nahiyəsinin dartılması nəticəsində əmələ gələ bilərdi. 4.Ekspertizaya təqdim edilmiş S.M.Abdulovaya məxsus bir cüt corab, qara rəngli şalvar, hadisə yerindən götürülmüş qısaqol kofta, döşəkağı və bir ədəd kişi şalvarın üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. 5. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. İş materiallarında olan kompleks ambulator-məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 489 nömrəli rəyindən görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə: 1. yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. 2. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədərkən anlaqlılığı istisna etməyən psixi pozuntudan əziyyət çəkməmişdir. 3. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda da hər hansı psixi xəstəlikdən əziyyət çəkmir və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. 4. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs baş verənləri düzgün qavramaq və təsvir etmək iqtidarına malikdir. Məhkəmə-psixoloji ekspertizası üzrə: 1. Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır. 2. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertdir. Ünsiyyətçillik, emosionallıq, adaptivlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional sferasında hirslilik və aqressiya kimi hallar yaranmışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən onun keçirdiyi emosional halın yaranma səbəbi situasiya ilə əlaqədar olmuşdur. İş materiallarında olan 28 iyun 2025-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yeri Kürdəmir rayonu Şilyan kəndində, kənd sakini Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evi və evin yataq otağıdır. Fərdi yaşayış evi Şilyan kəndində asfalt kənd yolunda “Oba Market”dən solda 200-300 metr məsafədə yerləşir. Evin həyətyanı sahəsinin giriş qapısı dəmir darvazadandır. Giriş darvazasından içəri daxil olduqda evin böyük həyətyanı sahəsi vardır. Həyətyanı sahənin ətrafı dəmir hasarla hasarlanmışdır. Həyətyanı sahənin giriş qapısından sağ tərəfdə 60-70 metr məsafədə birmərtəbəli fərdi yaşayış evi vardır. Fərdi yaşayış evinin divarları beton suvaqla üzlənmişdir. Fərdi yaşayış evinin giriş hissəsində evin divarına bitişik əl-üz yuma dəsti qoyulmuş, həmçinin solda taxta çardaq vardır. Evin girişində 5 pilləli, üzəri beton suvaqla üzlənmiş daş pilləkən vardır. Daş pilləkənin üzərində fincan qırıqları vardır. Pilləkəndən sağda evin hamam otağı vardır. Pilləkən ilə yuxarı qalxdıqda taxta materialdan bir laylı ölçüləri 2,16x1 metr olan qapı vardır. Qapıdan içəri daxil olduqda ölçüləri 8,5x3,4 metr, hündürlüyü 2,76 metr olan zal otağı vardır. Zal otağında giriş qapısından sağ qarşı tərəfdə divarın yanında stol, stul dəsti, həmçinin otağın baş tərəfində divan dəsti vardır. Zal otağının giriş qapısından sağ divarda 3 ədəd plastik materialdan pəncərə vardır. Zal otağının giriş qapısından sol istiqamətdə iki ədəd bir laylı taxta qapılar vardır. Həmin qapılar müvafiq olaraq evin birinci və ikinci yataq otağının qapılarıdır. Həmçinin zal otağının baş tərəfində yarımçıq təmir olunmuş, evin mətbəx otağı kimi istifadə edilən mətbəx otağı vardır. Evin birinci yataq otağının giriş qapısı taxta materialdan olmaqla iki laylıdır. Qapının ölçüləri 2,1x1,1 metrdir. Qapıdan içəri daxil olduqda evin yataq otağı vardır. Yataq otağının ölçüləri 6x4 metr, hündürlüyü 2,76 metrdir. Giriş qapısı ilə üzbəüz divarın qarşısında yük dəsti, yorğan döşək və s. vardır. Qapıdan 1 metr məsafədə otağın kəllə divarına bitişik ağ rəngli termo vardır. Giriş qapısından sol tərəfdə başda iki nəfərlik yataq dəsti, həmçinin qapı ilə üzbəüz divarın sol küncündə ağ rəngli paltar şkafı vardır. Giriş qapısından sol tərəf divarda aralarında olan məsafə 1 metr olan iki ədəd taxta materialdan pəncərə vardır. Hər pəncərədən pərdə asılmışdır. Yataq otağında olan çarpayının aşağı tərəfində yerdə uzanıqlı vəziyyətdə üzərində qanabənzər ləkələr və bıçaq yaraları olan bir ədəd qadın meyiti vardır. Yataq otağının giriş qapısının sağ tinindən meyitin baş nahiyəsinə qədər olan məsafə 3,1 metr, giriş qapısı ilə üzbəüz divarın mərkəzində meyitin sağ ayaq pəncəsinə qədər olan məsafə 2,25 sm, giriş qapısından sol istiqamətdə divarın mərkəzindən meyitin baş nahiyəsinə qədər olan məsafə 35 sm-dır. Meyitdən sol tərəf yuxarıda çarpayının qırağında yerdə başdan-başa qan gölməçəsi vardır. Çarpayının üzərinə salınmış döşəkağının üzərində qana bənzər ləkələr vardır. Bundan başqa yataq otağının giriş qapısından içəri daxil olduqda yerdə, taxta döşəmədə müxtəlif istiqamətlərdə qanabənzər ləkələr, həmçinin evin zal otağında birinci yataq otağının giriş qapısının qarşısında yerdə taxta döşəmədə qanabənzər ləkələr vardır. Meyitin baş nahiyəsində yerdə taxta döşəmənin üstündə üzərində qanabənzər ləkələr olan, tiyəsinin uzunluğu 15,5 sm, dəstinin uzunluğu 10,5 sm olan qəhvəyi rəngli dəsti olan mətbəx bıçağı, həmçinin yerdə üzərində qanabənzər ləkələr olan yarımqol kofta vardır. Baxış zamanı hadisə yerində olan meyit, bıçaq, gödəkçə, qan gölməçəsi və qana bənzər ləkələr 1-dən 12-yə qədər olan nömrələr ilə nişanlanmışdır. Müvafiq nömrələr ilə nömrələnmiş qan gölməçəsi və qanabənzər ləkələrin ölçülər aşağıdakı kimidir. 4№ 25x10sm, 5№ 25x9sm, 6№ 25x9sm, 7№30x10sm, 8№ 45x60sm, 9№ 130x60sm. Evin yataq otağında olan termo, şkafın içərisində olan əşyalar səliqəlidir. Otaqda hər hansı şübhəli əşya aşkar edilmədi. Evin ikinci yataq otağının hadisə baş verən birinci yataq otağı ilə yanbayan yerləşməklə otağın giriş qapısı taxta materialdan olmaqla iki laylıdır. Qapının ölçüləri 2,1x1,1 metrdir. Qapıdan içəri daxil olduqda evin yataq otağı vardır. Yataq otağının ölçüləri 4x4 metr, hündürlüyü 2,76 metrdir. Giriş qapısından içəri daxil olduqda qapı ilə üzbəüz üzərində müxtəlif əşyalar (əl çantaları, qənd qabı, çörək və s.) olan stol, stolun baş tərəfində isə iran sobası vardır. Həmçinin, qapıdan sağda iki ədəd çarpayı vardır. Həmin otaqda da hər hansı şübhəli əşya aşkar edilməmişdir. Evin zal otağının baş tərəfində yerləşən yarım təmirli otaq isə mətbəx otağı kimi istifadə olunur. Mətbəx otağının giriş qapısından içəri daxil olduqda otaqda stol, stolun altında isə xalça vardır. Stolun üstündə və xalçanın üstündə müxtəlif mətbəx əşyaları (qazan, tava, boşqab və s.) vardır. Baxış zamanı istintaq üçün əhəmiyyət kəsb etdiyindən hadisə yerindən bir ədəd üzərində qanabənzər ləkələr olan, tiyəsinin uzunluğu 15,5 sm, dəstinin uzunluğu 10,5 sm olan qəhvəyi rəngli dəsti olan mətbəx bıçağı, bir ədəd üzərində qanabənzər ləkələr olan yarımqol kofta, bir ədəd üzərində qanabənzər ləkələr olan döşəkağı, bir ədəd şalvar, bir ədəd “Samsung A13” markalı mobil telefon, bir ədəd “Samsung A05S” markalı mobil telefon və qanabənzər ləkələrdən nümunələr müvafiq qaydada qablaşdırılaraq götürüldü. İş materiallarında olan 31 iyul 2025-ci il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 iyun 2025-ci il tarixdə törətdiyi qətl hadisəsi ilə bağlı əvvəllər istintaqa verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdiyi xüsusatları əyani şəkildə göstərmişdir. İş materiallarında olan 04 sentyabr 2025-ci il tarixli “CD diskdə olan materiallara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, materiallara əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsindən rayon prokurorluğuna daxil olmuş xx.xx.2025-ci il tarixli, 489 nömrəli “Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji” ekspertizasının rəyinin nəticə hissəsindən görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə: 1. yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. 2. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədərkən anlaqlılığı istisna etməyən psixi pozuntudan əziyyət çəkməmişdir. 3. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda da hər hansı psixi xəstəlikdən əziyyət çəkmir və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. 4. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs baş verənləri düzgün qavramaq və təsvir etmək iqtidarına malikdir. Məhkəmə-psixoloji ekspertizası üzrə: 1. Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır. 2. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertdir. Ünsiyyətçillik, emosionallıq, adaptivlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional sferasında hirslilik və aqressiya kimi hallar yaranmışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən onun keçirdiyi emosional halın yaranma səbəbi situasiya ilə əlaqədar olmuşdur. İş materiallarında olan 28 iyun 2025-ci il tarixli “Könüllü gəlmə barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 iyun 2025-ci il tarixdə törətdiyi qəsdən adam öldürmə cinayət hadisəsi üzrə təqsirini boynuna almaqla könüllü şəkildə polisə təslim olmuşdur. İş materiallarında olan 29 iyun 2025-ci il tarixli «şübhəli şəxs qismində tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 28 iyun 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin məktubdan görünür ki, Kürdəmir rayonu Şilyan kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.1986-cı il təvəllüdlü Abdulov X10 Rayon Mərkəzi Xəstəxanası PHŞ-in Poliklinika şöbəsində psixiatrik və narkoloji kabinetlərdə qeydiyyatda yoxdur. İş materiallarında olan 25 iyul 2025-ci il tarixli Kürdəmir rayon polis şöbəsinin məktubu və məktuba əlavə edilmiş xx.xx.2025-ci il tarixli raportun surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 20:15-də Azərbaycan Respublikası DİN-nin “102” mərkəzizəng xidmətindən operator məlumat verərək bildirdi ki, Kürdəmir rayonu Şilyan kənd sakini Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən zəng edərək yoldaşını öldürməsi barədə məlumat verdi. İş materiallarında olan Kürdəmir rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)- 1070/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs ilə X15 arasında xx.xx.2009-cu il tarixdə bağlanmış və Kürdəmir rayon qeydiyyat şöbəsində 319 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. İş materiallarında olan Kürdəmir rayon polis şöbəsinin təhqiqatçısı, polis mayoru X16 tərəfindən qəbul edilmiş 26 may 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, X8 xx.xx.2025-ci il tarixdə yaşadığı evdən çıxıb getməsi və xx.xx.2025-ci il tarixdə Bakı şəhərində tapılaraq evinə qayıtması faktı əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan X5 X4 çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs DİN-in Vahid məlumat axtarış sistemində məhkumluğu barədə ilkin əməliyyat məlumatları aşkar edilməmişdir. İş materiallarında olan Kürdəmir rayon polis şöbəsinin əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş tədbirlərlə Kürdəmir rayonu Şilyan kənd sakini, xx.xx.1990cı il təvəllüdlü X1 son illərdə əri Təqsirləndirilən şəxs ilə qısqanclıq zəminində mübahisələrinin baş verməsi, Samirə Adbulovanın son illərdə İsmayıllı rayonu Qubaxəlilli kənd sakini X13 ilə sevgi münasibətləri yaşaması və 2025-ci ilin aprel-iyun aylarında ailə üzvlərindən xəbərsiz Bakı şəhərinə getməsi və Elsevər Babazadə ilə birgə yaşaması, bununla bağlı kənd camaatı arasında Samirə Abdulovanın əri Təqsirləndirilən şəxs xəyanət etməsinə dair söz-söhbət yayılması və bütün bunların fonunda Samirə Abdulovanın kənd camaatı arasında nüfuzdan düşməsi barədə ilkin əməliyyat məlumatları aşkar edilmişdir. İş materiallarında olan 20 oktyabr 2025-ci il tarixli “bıçağın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, hadisə yerinə baxış zamanı aşkar edilmiş bıçaq tanınması üçün Təqsirləndirilən şəxs tanınmaya təqdim olundu. Tanınmalı olan bir ədəd bıçağı oxşar olan eyni görünüşlü nömrələnmiş vəziyyətdə aşağıda göstərilən əşyalar arasında təqdim edildi: 4 ədəd eyni görünüşdə, aralarında kəskin fərqlər olmayan bıçaqlar təqdim edilmiş, tanınmalı olan əşya isə 1 nömrəsi altında qoyulmuş, lakin bu barədə tanıyan şəxsin məlumatı olmamışdır. Tanıyan şəxsə tanıya bildiyi bıçağı göstərmək və həmin bıçağı məhz hansı əlamətlərinə görə tanıdığını izah etmək təklif olundu. Tanıyan şəxs Təqsirləndirilən şəxs təqdim edilən əşyaları nəzərdən keçirib, 1 nömrəsi altında qoyulmuş bıçağın xarici görkəminə görə tanıyaraq, arvadı X11 həmin bıçaqla öldürdüyünü bildirdi. İş materiallarında olan «maddi sübut kimi tanınması haqqında» xx.xx.2025-ci il tarixli qərarından görünür ki, hadisə yerindən götürülmüş bir ədəd üzərində qanabənzər ləkələr olan, tiyəsinin uzunluğu 15,5 sm, dəstinin uzunluğu 10,5 sm olan qəhvəyi rəngli dəsti olan mətbəx bıçağı, bir ədəd üzərində qanabənzər ləkələr olan yarımqol kofta, bir ədəd üzərində qanabənzər ləkələr olan döşəkağı, 1-dən 12-yə qədər olan nömrələr ilə nişanlanmış qana bənzər ləkələrdən nümunələr, Təqsirləndirilən şəxs götürülmüş qan, baş tükü və dırnaq nümunələri,həmçinin Samirə Abdulovanın meyitinə baxış keçirilərkən götürülmüş bir ədəd üzərində qanabənzər ləkələr olan qolsuz mayka, bir ədəd üzərində qanabənzər ləkələr olan lifçik (büstqalter), bir ədəd üzərində qanabənzər ləkələr olan tursik və üzərində qanabənzər ləkələr olan bir cüt corab, meyitdən götürülmüş qan, baş tükü və dırnaq nümunələri maddi sübut kimi tanınaraq Kürdəmir rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılır. İş materiallarında olan Kürdəmir rayon Şilyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışından, xasiyyətnamədən görünür ki, Abdulov X10 rayonu, Şilyan kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi xx.xx.2009-cu il təvəllüdlü Şahid2 adlı yetkinlik yaşına çatmayan, xx.xx.2010-cu il təvəllüdlü Şahid4 və xx.xx.2010-cu il təvəllüdlü Şahid3 adlı azyaşlı uşaqlarından ibarətdir, yaşadığı müddətdə barəsində şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyə təqdim olunmuş zərərçəkmiş şəxsin hüquqi varisi X9 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxsla barışmış, onu bağışlayır, ondan heç bir şikayət və tələbi yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliyi tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə düzgün tövsif edilərək ittiham edilmişdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs təqsirini könüllü boynuna alaraq arvadını öldürməsi barədə DİNə məlumat verib könüllü təslim olması Azərbaycan Respublikası CM-in 59.1.10-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, ilk dəfə məhkum olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən “Bu Məcəllənin 59.1.10 –cu maddəsinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz”. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tələbi nəzərə alınmaqla həmin Məcəllənin 120.1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, ağırlığını, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən olunmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası CPM-in 160.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin iki azyaşlı (Anar və Şahid4lar) və bir yetkinlik yaşına çatmayan (Şahid2) övladlarının nənələri Şahid1 ilə birlikdə qalmalarını nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixi qərarının 2ci hissəsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – Kürdəmir rayon prokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş bir ədəd üzərində qanabənzər ləkələr olan, tiyəsinin uzunluğu 15,5 sm, dəstinin uzunluğu 10,5 sm olan qəhvəyi rəngli dəsti olan mətbəx bıçağı, bir ədəd üzərində qanabənzər ləkələr olan yarımqol kofta, bir ədəd üzərində qanabənzər ləkələr olan döşəkağı, 1-dən 12-yə qədər olan nömrələr ilə nişanlanmış qana bənzər ləkələrdən nümunələr, Təqsirləndirilən şəxs götürülmüş qan, baş tükü və dırnaq nümunələri,həmçinin Samirə Abdulovanın meyitinə baxış keçirilərkən götürülmüş bir ədəd üzərində qanabənzər ləkələr olan qolsuz mayka, bir ədəd üzərində qanabənzər ləkələr olan lifçik (büstqalter), bir ədəd üzərində qanabənzər ləkələr olan tursik və üzərində qanabənzər ləkələr olan bir cüt corab, meyitdən götürülmüş qan, baş tükü və dırnaq nümunələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 28 iyun 2025-ci il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış: – Kürdəmir rayon prokurorluğunda saxlanılan Kürdəmir rayon prokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş bir ədəd üzərində qanabənzər ləkələr olan, tiyəsinin uzunluğu 15,5 sm, dəstinin uzunluğu 10,5 sm olan qəhvəyi rəngli dəsti olan mətbəx bıçağı, bir ədəd üzərində qanabənzər ləkələr olan yarımqol kofta, bir ədəd üzərində qanabənzər ləkələr olan döşəkağı, 1-dən 12-yə qədər olan nömrələr ilə nişanlanmış qana bənzər ləkələrdən nümunələr, Təqsirləndirilən şəxs götürülmüş qan, baş tükü və dırnaq nümunələri,həmçinin Samirə Abdulovanın meyitinə baxış keçirilərkən götürülmüş bir ədəd üzərində qanabənzər ləkələr olan qolsuz mayka, bir ədəd üzərində qanabənzər ləkələr olan lifçik (büstqalter), bir ədəd üzərində qanabənzər ləkələr olan tursik və üzərində qanabənzər ləkələr olan bir cüt corab, meyitdən götürülmüş qan, baş tükü və dırnaq nümunələri məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Ayşən Vəliyeva Cavanşir Nəbiyev
Məhkəmə qərarları › İş №1(099)-533/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-533/2025
27.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver