Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-534/2022 20.10.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxxxx 1991-ci ildə Biləsuvar rayonunun Ovçubərə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, həmin ünvanda qeydiyyatda olmaqla orada yaşamış, barəsində 05 may 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 03 may 2022-ci ildə saat 18 radələrində Biləsuvar rayonunun Ovçubərə kəndində yaşadığı evin qarşısında əvvəllər aralarında qərəzçilik münasibəti olan qonşusu Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində, yəni sonuncunun ona məxsus həyətə icazəsiz girib su arxı çəkmək istəməsi ilə bağlı aralarında yaranmış mübahisə zamanı sonuncu onu nalayiq ifadələrlə təhqir edərək sinə nahiyəsindən əli ilə zərbə vurduğuna görə üzərində olan soyuq silah hesab edilməyən turist bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs döş qəfəsinin ön nahiyəsindən bir dəfə vurmuş, Zərərçəkmiş şəxs onu qucaqlayıb yerə yıxmaq istədikdə sərbəst qalan sağ əlindəki həmin bıçaqla onun döş qəfəsinin sol yarısının arxa səthinə 5 dəfə bıçaqla vurmaqla ona döş qəfəsinin 4 ədədi daxilə keçən, sol ağciyəri, diafraqmanı və mədəni zədələyən deşilmiş, kəsilmiş yaraları, daxili qan itirmə, travmatik və hemoraggik şok ilə nəticələnən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır və yüngül zərər vuramaya xəsarətlər yetirməklə qəsdən zərər çəkmiş şəxsin sağlamlığına zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki 03 may 2022-ci ildə saat 18 radələrində evdə olarkən pəncərədən həmkəndlisi Səxavətin bağda su kanalının içərisində dayanıb həyətə baxmasını görüb ona yaxınlaşaraq “ondan nə üçün bağa keçməsini” soruşarkən sonuncu “su kanalını qazmaq üçün keçdiyini, onun buna icazəsi olduğunu, istədiyi vaxt bağa girəcəyini” deyərək onu təhqir edib sinəsindən bir dəfə əli ilə zərbə vurmuş, o da Səxavətin onu təhqir etməsindən və onu vurmasından əsəbləşib cibində olan bıçağı çıxarıb onun qarın nahiyəsindən vurmuş, Səxavət onun üzərinə hücum edərək onu qucaqlamış, Səxavəti özündən uzaqlaşdırmaq məqsədi ilə əlindəki bıçaqla sonuncunun döş qəfəsinin sol yarısının arxa səthinə bir neçə zərbə vurmuş, Səxavətə xəsarət yetirdikdən sonra kənara çəkilmiş, həmin vaxt hadisə yerinə gələn əmisi Şahid onlara yaxınlaşaraq sonuncunun qolundan tutub həyətinə aparmış, özü isə həmkəndlisi Nemətin maşını ilə polis şöbəsinə gedərək törətdiyi cinayət hadisəsi barədə məlumat verməklə könüllü təslim olmuş və Səxavəti vurduğu bıçağı polis əməkdaşina təhvil vermişdir. Hazırda təqsirini səmimi etiraf etməklə əməlindən peşmanlıq keçirməsini, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin verilən ittiham üzrə cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirli olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırki göstərmişdir ki, 03 may 2022-ci ildə, saat 18 radələrində su kanalını qazmaq üçün həmkəndlisi Təqsirləndirilən şəxs bağına girmiş, lakin torpaq bərk olduğundan qaza bilməyib evə getmək məqsədi ilə küçəyə çıxaraq evinə gedərkən Əlizadə onun qarşısını kəsərək “sən nə üçün su kanalı qazmadın” sözlərini deyərkən sonuncuya “torpaq bərk olduğu üçün qaza bilmədim, sonra gəlib qazacam” cavabını vermiş, bu vaxt Əlizadə əlində olan bıçaqla onun sinə nahiyəsindən zərbə vurmuş, zərbə nəticəsində üzü üstə yerə yıxılmış, sonuncu onun yıxılmasından istifadə edib daha bir neçə dəfə bıçaqla onun kürək nahiyəsindən vurmuşdur. Təqsirləndirilən şəxs qanuni cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, iş üzrə təqsirləndirilən şəxs Əlizadə onun qardaşı oğlu, zərər çəkmiş şəxs Səxavət isə həmkəndlisidir. 03 may 2022-ci ildə saat 18 radələrində yaşadığı evin həyətində olarkən ucadan qışqırıq səsi eşidib küçəyə çıxmış, təxminən 70 metr uzaqlıqda iki nəfər şəxsin əlbəyaxa olmasını görüb həmin yerə gedərkən onlardan birinin qardaşı oğlu Əlizadə, digərinin isə qonşusu Səxavətin olmasını görmüş, Əlizadə həmkəndlisi Səxavətin yanında dayanmış, Səxavət isə qarnını tutub oturmuş, Səxavət özünü yaxşı hiss etmədiyini görüb onun qolundan tutub yaşadığı evin həyətinə aparmış, söhbət zamanı Səxavətin qardaşı oğlu Əlizadə tərəfindən bıçaqlandığını bilmiş, hadisə yerinə gələrkən Əlizadənin əlində bıçaq görməmiş və həmin vaxt Səxavətin bıçaqlanmasını bilməmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən və zərər çəkmiş şəxsin, eləcə də şahidin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan 03 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:45 dəqiqədə Biləsuvar rayon polis şöbəsinə könüllü gələrək həmkəndlisi Zərərçəkmiş şəxs bıçaqla vuraraq ona xəsarət yetirdiyini bildirmiş və cinayətin aləti olan bir ədəd bıçağı şöbəyə təqdim etmişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 07 may 2022-ci il tarixli 138 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində heç bir xəsarət aşkar olunmamışdır. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 02 iyun 2022-ci il tarixli 159 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində 6 (altı) ədəd bıçaq yarası, daxili qanitirmə. Travmatik və Hemoraggik şok müəyyən olmuşdur. A) döş qəfəsinin daxilə keçən sol ağciyəri, diafraqmanı və mədəni zədələyən deşilmiş kəsilmiş yaraları 4 (dörd) ədəd, b) döş qəfəsinin daxilə keçməyən 2 (iki) ədəd deşilmiş kəsilmiş yaraları. A bəndində göstərilən xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, b bəndində göstərilən xəsarətlər isə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Qeyd olunan xəsarətlər iti uclu və iti kənarlı alətin (alətlərin) ola bilsinki bıçağın və ya eyni konustruksiyaya malik digər alətin təsirindən əmələ gələrək yetirilmə müddəti 03 may 2022-ci il tarixə uyğun gəlir və göstərilən xəsarətlərin xarakteri və lokalisasiyası zərərçəkənlə xəsarət yetirən şəxsin üzbəüz olmasına dəlalət edir. İş materiallarında olan məhkəmə-ballistik və trasoloji ekspertizasının 20 iyun 2022-ci il tarixli 3\675;3\681 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq istifadə üçün yararlıdır, zavod üsulu hazırlanmış, bir tərəfi kəsici ucu batıcı xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus geyim əşyaların üzərində rəyin tədqiqi hissəsində yerləşmə yeri və sayı göstərilməklə bir tərəfi kəsici, ucu deşici xassəyə malik predmetin, o cümlədən tədqim edilmiş bıçaq və ya ona bənzər xassəli hər hansı bir alətin təsiri yaranmağa xarakterik deşilmə-kəsilmə zədələri vardır. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarda və köynəkdə trasoloji zədə yoxdur. Tədqiqata təqdim edilmiş geyim əşyaların material xüsusiyətlərindən asılı olaraq zədə bucaqlarının müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyalarının səthində olan deşilib-kəsilmə zədələrinin yaranma mexanizmini təyin etmək mümkün olmadı. Qərarda göstərilən “zədə yetirənlə qarşılıqlı vəziyyəti müəyyən edilsin” sualına istintaq eksperimenti aparılmaqla cavab vermək mümkündür. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının trasoloji zədə yoxdur. İş materiallarında olan məhkəmə lifli-kriminalistik ekspertizasının 06 iyun 2022-ci il tarixli 6\2905 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Kənar Lif mikrohissəciklərinin rəngi və təbiəti rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Həmin kənar lif mikrohissəciklərinin arasında; -Zərərçəkmiş şəxs gödəkçəsinin üzərindən aşkar edilmiş tünd qırmızı rəngli poliakrilonitril kimyəvi liflər cinsi əlamətlərinə görə Əlizdə Abdullayevin köynəyinin tərkib liflərinə uyğun gəlirlər; -Təqsirləndirilən şəxs köynəyinin üzərindən aşkar edilmiş qara rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs gödəkçəsinin tərkib liflərinə uyğun gəlirlər. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 19 iyul 2022-ci il tarixli, 1882 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs simulyativ davranış müəyyən edilir. Belə ki, Təqsirləndirilən şəxs təqdim olunmuş tibbi sənədlərə əsasən əvvəllər psixiatra müraciət etməmiş, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuş, ifadə verərkən törətdiyi əməli inkar etsə də fikirlərini ardıcıl və düzgün şərh etmişdir. Əiizadə Abdullayevin müayinə zamanı suallara cavab verməməsi, heç nəyi xatırlamamasını bildirməsi hər hansı psixi xəstəliyin və kəmağıllığın əlamətləri olmayıb kobud simulyativ davranışa xasdır. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur, istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçaq, hadisə zamanı əynində olmuş bir ədəd uzunqol gödəkçə, bir ədəd şalvar və bir ədə uzunqol köynək, eyni zamanda Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd şalvar, bir ədəd gödəkçə, bir ədəd qısa qol yay köynəyi, bir ədəd mayka maddi sübut kimi tanınaraq Biləsuvar RPŞ-nin saxlanc yerində saxlanılır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin etirafedici, zərər çəkmiş şəxsin və şahidin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və işdə olan digər sənədləri də sübut növü kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət təqibi ilə bağlı ona elan edilmiş ittihamda nəzərdə tutulan ictimai təhlükəli əməlin törədilməsini, həmin əməlin törədilməsində təqsirləndirilən şəxsin qəsdən iştirak etməsini, törədilmiş əməlin ona aid edilməsini təsdiq edən, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv araşdırıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayəti zərər çəkmiş şəxslə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun əməlini Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMin 126.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından Təqsirləndirilən şəxs əməli cinayət qanununa uyğun cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsi, eyni zamanda onun barəsində Azərbaycan Respublikası CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı qanuni və ədalətli hesab edir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar rayon məhkəməsinin 23 may 2019-cu il tarixli hökmü ilə Azərbyacan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə islah işləri cəzasına məhkum olunmuşdur. İş materiallarına əlavə olunmuş Biləsuvar rayon İcra və Probasiya şöbəsinin 11 oktyabr 2022-ci il tarixli, xx-xx/2019 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 23 may 2019-cu il tarixli hökmlə təyin olunmuş cəzanı 27 avqust 2021-ci ildə çəkib qurtardığından qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar rayonunun Ovçubərə kəndində qeydiyyatda olmaqla, himayəsində heç bir yerdə işləməyən arvadı və iki azyaşlı uşaqları ilə birgə orada yaşamış və yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində 2 (iki) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, heç bir yerdə işləməyən arvadının olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ağır cinayət törətdiyini nəzərə alaraq onun cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir və ona azadlıqdan məhrum etmə cəzasını təyin etməklə çəkiləcək bu cəzanın maksimum dərəcədə onun islah olunması məqsədinə xidmət edəcəyini əsas götürür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin izah və tələblərinə əsasən (mad. 41.2) “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs kimi tutulduğu gündən, yəni 03 may 2022-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, Biləsuvar rayon məhkəməsinin 05 may 2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 03 may 2022-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar rayon polis şöbəsində saxlanılan bir ədəd bıçaq, eləcə də Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd gödəkçə, bir ədəd uzunqol köynək, bir ədəd qısa qol yay köynəyi, bir ədəd mayka və bir cins ədəd şalvar, bir ədəd köynəyi və bir ədəd şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Qeyd edilənlərlə yanaşı, Təqsirləndirilən şəxs 189 (yüz səksən doqquz) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 03 may 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar rayon polis şöbəsində saxlanılan bir ədəd bıçaq, eləcə də Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd gödəkçə, bir ədəd uzunqol köynək, bir ədəd qısa qol yay köynəyi, bir ədəd mayka və bir cins ədəd şalvar, bir ədəd köynəyi və bir ədəd şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertiza xərcləri olan 189 (yüz səksən doqquz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-534/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-534/2022
20.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver