Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-535/2022 02.09.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Musayev Aqil Əlisa oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1969-cu il tarixdə Neftçala rayonu, Aşağı Surra kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməmiş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq dörd ədəd bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri 0,201 qram, 0,378 qram, 1,067 qram və 1,072 qram olmaqla, ümumi təmiz çəkisi 2,718 qram, yəni külli miqdar təşkil edən narkotik vasitə olan heroini (bundan sonra - heroin) əldə etmiş, üzərində saxlamış, daşımış, 24 aprel 2022-ci il tarixdə saat 18 radələrində onun bir ədəd bükümdə təmiz çəkisi 1,067 qram təşkil edən hissəsini Neftçala şəhəri, Kimyaçılar şəhərciyində tanışı Şahid5 qanunsuz olaraq müəyyən məbləğdə pula satmış, qalan üç ədəd bükümlərdə, ümumi təmiz çəkisi 1,651 qram təşkil edən hissəsini əynində olmuş şalvarın sağ cibində saxlamışdır. Göstərilən kütlələr 25 aprel 2022-ci il tarixdə Neftçala Rayon Polis Şöbəsinin (bundan sonra – Neftçala RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 14 radələrində Şahid5, saat 21 radələrində isə Təqsirləndirilən şəxs Neftçala şəhərində saxlanılıb şübhəli şəxs qismində tutulmalarından sonra üzərilərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq etmiş və ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, əvvəllər hər gün 0,2-0,3 qram heroindən istifadə etmiş, hər hansı şəxsə narkotik vasitə satmamışdır. İş üzrə tutulmamışdan bir neçə gün əvvəl Salyan şəhərində olarkən yerdən üç ədəd bükümlərdə, xatırlamadığı çəkidə tapdığı heroinləri satış deyil, şəxsən istifadə etmək məqsədi ilə götürüb Neftçala şəhərində yaşadığı evə gətirmiş, sonradan həmin kütlələrin hər birinin üzərindən bir az götürüb istifadə etmişdir. 25 aprel 2022-ci il tarixdə saat 21 radələrində üç ədəd bükümlərdəki heroinləri şəxsi istifadə məqsədi ilə əynində olmuş şalvarın sağ yan cibinə qoyub yaşadığı evdən çıxmış, Neftçala şəhəri, Kimyaçılar şəhərciyində küçə ilə piyada hərəkət edərkən polis əməkdaşları onu üzərində narkotik vasitə olması şübhəsi ilə saxlayıb Neftçala RPŞ-yə gətirmişlər. Orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ cibində üç ədəd bükümlərdə, ümumi çəkisi 1,8 qram olmuş heroinləri çıxarıb təqdim etmiş, həmin kütlələr qablaşdırılıb götürülmüşdür. Həmin vaxt da hazırki ifadəsi ilə oxşar məzmunda izahat vermişdir. Göstərdikləri barədə tərtib edilmiş protokola imza etmişdir. Üzərindən aşkar edilmiş heroinlərin ona qarşı irəli sürülmüş ittihamda göstərilən ümumi təmiz çəkisini mübahisələndirmir. Əvvəllər Şahid5 (bundan sonra - Ramiz) tüfeyli həyat tərzi keçirən şəxs kimi tanımışdır. Sonuncu ilə aralarında hər hansı münasibət, ədavət və düşmənçilik, eləcə də 24 aprel 2022-ci il tarixdən əvvəl telefon danışığı olmamışdır. Ramiz birinci dəfə 24 aprel 2022-ci il tarixdə onun istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə zəng edib və sonradan yaşadığı evə gəlib ondan şəxsi istifadəsi üçün heroin verməsini xahiş etmiş, lakin Ramizə heroin verməkdən imtina etmişdir. Bununla belə, iş üzrə ibtidai istintaq zamanı 28 iyul 2022-ci il tarixdə Ramiz onunla üzləşdirilərkən ona məlum olmayan səbəbdən ifadəsində 25 aprel 2022-ci il tarixdə üzərindən bir ədəd bükümdə aşkar edilmiş heroini ondan aldığını yalan demişdir. Lakin Ramizin məhkəmə istintaqı zamanı dindirilməsinə ehtiyac görmür və ibtidai istintaq zamanı onun əleyhinə verdiyi ifadələrinin məhkəmə istintaqı zamanı elan edilməsinə etiraz etmir. Çünki Ramiz onunla üzləşmə zamanı əleyhinə ifadə vermişdir. Törətdiyini etiraf etdiyi cinayət əməlindən səmimi peşimandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsini və barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Neftçala RPŞ-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, polis nəfəri Şahid3 verdikləri ifadələrində iş üzrə Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın nəticələri barədə sonuncu ilə eyni məzmunda göstərmiş, həmçinin ibtidai istintaq zamanı verdikləri ifadələrinin məzmununu təsdiq etmiş və əlavə olaraq göstərmişlər ki, 25 aprel 2022-ci il tarixdə saat 14 radələrində üzərində narkotik vasitə olması şübhəsilə saxladıqları Şahid5 (bundan sonra - Ramiz) onların da iştirakları ilə üzərinə şəxsi axtarış keçirilərkən üzərindən bir ədəd bükümdə aşkar edilmiş heroini 24 aprel 2022-ci il tarixdə saat 18 radələrində Neftçala şəhəri, Kimyaçılar şəhərciyində Təqsirləndirilən şəxs 15 manat məbləğində pula aldığını göstərdiyinə görə 25 aprel 2022-ci il tarixdə sonuncunu Şahid1 qəbul etdiyi əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərar əsasında Neftçala şəhəri ərazisində saxlayıb Neftçala RPŞ-yə gətirmişlər. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Şahid5 cinayət prosesi tərəflərinin razılığı ilə, Azərbaycan Respublikası CPM-in 337.2-ci maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilmiş, ibtidai istintaq zamanı videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən şifahi qaydada verdiyi izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən, eləcə də Təqsirləndirilən şəxs ilə üzləşdirmə zamanı verdiyi ifadələrində göstərmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs (bundan sonra - İlqar) ilə normal münasibəti olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. 24 aprel 2022-ci il tarixdə şəxsi istifadəsi üçün heroin almaq məqsədilə istifadəsində olmuş ***-***-**-** mobil nömrədən İlqarın istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə zəng edib sonuncuya şəxsi işi ilə əlaqədar görüşmək istədiyini demişdir. İlqar yaşadığı evdə olduğunu dediyinə görə həmin gün saat 18 radələrində sonuncunun yaşadığı evə tərəf getmiş və İlqarla Neftçala şəhəri, Kimyaçılar şəhərciyində görüşmüşdür. Sonuncudan ona istifadə etmək üçün heroin verməsini istəmişdir. İlqar ona üzərində olan heroini 15 manat məbləğində pula sata biləcəyini demişdir. Bununla razılaşıb İlqara 15 manat məbləğində pul vermiş, sonuncu ona bir ədəd bükümdə heroin vermişdir. İlqardan aralandıqdan sonra saat 14 radələrində polis əməkdaşları onu üzərində narkotik vasitə olması şübhəsi ilə saxlamışlar (İ cild, səh. 26-28, 90, 91, 101, 102). Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - ilkin araşdırma materiallarından, yəni 25 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında raport, “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, onun və Şahid5 üzərinə şəxsi axtarış keçirilməsi barədə protokollar və onlara əlavə edilmiş videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri, sonuncu və Şahid5 üzərinə şəxsi axtarışın keçirilməsi əsasları, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadəsinin üzərinə şəxsi axtarış keçirilməsinin nəticələri ilə bağlı hissəsi, şahid qismində dindirilmiş polis əməkdaşlarının verdikləri ifadələri, eləcə də Şahid5 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş ifadələrində göstərilmiş qaydada baş verdiyi, xüsusilə də sonuncunun üzərinə şəxsi axtarış keçirilərkən üzərindən aşkar edilmiş bir ədəd bükümdəki heroini 24 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs 15 manat məbləğində pula aldığını bildirməsi müəyyən edilir (İ cild, səh. 26, 27, 45, 47, 53, 69, 70). - Materialların məhkəmə ekspertizasının 26 aprel 2022-ci il tarixli, 18/464 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Şahid5 üzərindən ...” sözləri yazılmış bir ədəd bükümdə təmiz çəkisi 1,067 qram təşkil edən maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata sərf edildikdən sonra heroinin qalıq çəkisi 1,017 qram təşkil edir (İ cild, səh. 39-41). - Materialların məhkəmə ekspertizasının 26 aprel 2022-ci il tarixli, 18/465 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən ...” sözləri yazılmış üç ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,201 qram, 0,378 qram və 1,072 qram olmaqla, ümumi təmiz çəkisi 1,651 qram təşkil edən maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Həmin heroinlərlə Şahid5 üzərindən aşkar edilmiş heroin eyni tərkiblidir. Tədqiqata sərf edildikdən sonra heroinin qalıq çəkisi 1,501 qram təşkil edir. Ekspertiza xərci 31,95 manatdır (İ cild, səh. 81- 83). - "xxxx" MMC-nin 23 iyun 2022-ci il tarixli məktubu ilə təqdim edilmiş telefon danışıqları haqqında məlumatlar və onlara baxış keçirilməsi barədə 07 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və Şahid5 müvafiq olaraq istifadələrində olmuş ***-***-**-** və ***-***-**-** mobil nömrələr arasında sonuncunun zəng etməsi nəticəsində 05 aprel 2022-ci il tarixdə saat 09:22, 09 aprel 2022-ci il tarixdə saat 22:51 və 23:36, 10 aprel 2022-ci il tarixdə saat 15:34, 17 aprel 2022-ci il tarixdə saat 13:12, 19 aprel 2022-ci il tarixdə saat 19:27 və 19:46, 22 aprel 2022-ci il tarixdə saat 21:58, 23 aprel 2022ci il tarixdə saat 19:21, 24 aprel 2022-ci il tarixdə saat 11:30-dan 19:35-dək cəmi 9 dəfə, Təqsirləndirilən şəxs zəng etməsi nəticəsində 08 aprel 2022-ci il tarixdə saat 20:30, 09 aprel 2022-ci il tarixdə saat 23:20, 14 aprel 2022-ci il tarixdə saat 23:21 və 23:28, 18 aprel 2022-ci il tarixdə saat 01:24, 19 aprel 2022-ci il tarixdə saat 12:14-dən 16:13-dək cəmi 4 dəfə, 21 aprel 2022-ci il tarixdə saat 11:01 və 11:35, 22 aprel 2022-ci il tarixdə saat 14:41dən 22:14-dək cəmi 6 dəfə, 23 aprel 2022-ci il tarixdə saat 19:46 və 24 aprel 2022-ci il tarixdə saat 19:32-də telefon danışıqları olmuşdur (İ cild, səh. 180-182). - Məhkəmə-narkoloji ekspertizasının 25 iyun 2022-ci il tarixli, 3491 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 200, 201). İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və ya satmağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən heroin narkotik vasitə hesab edilir. Heroinin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) aşağı həddi isə 2,0 qramdır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrində 24 aprel 2022-ci il tarixdə Şahid5 narkotik vasitə satmaması, bundan əvvəl sonuncu ilə hər hansı münasibəti və ya telefon danışığının olmaması və iş üzrə üzərindən aşkar edilmiş heroinlərə münasibətdə niyyətinin satış deyil, şəxsən istifadə etmək olduğu barədə özünü müdafiə etmək üçün dəlillər irəli sürmüşdür. Məhkəmə hesab edir ki, həmin dəlillər: - Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrində 24 aprel 2022-ci il tarixdə Şahid5 ona zəng edib və sonradan yaşadığı evə gəlib ondan şəxsi istifadəsi üçün heroin verməsini xahiş etdiyini bildirməsi, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bundan əvvəl Şahid5la hər hansı münasibəti və ya telefon danışığının olmadığını göstərdiyi halda, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə dair telefon danışıqları haqqında məlumatlar əsasında 05 aprel 2022-ci il tarixdən 24 aprel 2022-ci il tarixə saat 19:35-dək sonuncu və Şahid5 qarşılıqlı zənglərindən sonra dəfələrlə, 24 aprel 2022-ci il tarixdə 11:30-dan 19:35-dək cəmi 10 dəfə onlar arasında telefon danışıqlarının olmasının müəyyən edilməsi, - sonuncunun ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş izahat və ifadələrində 25 aprel 2022-ci il tarixdə üzərindən bir ədəd bükümdə aşkar edilmiş heroini 24 aprel 2022-ci il tarixdə saat 18 radələrində Neftçala şəhəri, Kimyaçılar şəhərciyində Təqsirləndirilən şəxs 15 manat məbləğində pula aldığını göstərməsi, - materialların məhkəmə ekspertizasının 26 aprel 2022-ci il tarixli, 18/465 nömrəli rəyinə əsasən Şahid5 üzərindən bir ədəd bükümdə təmiz çəkisi 1,067 qram təşkil edən heroinin Təqsirləndirilən şəxs üzərindən üç ədəd bükümlərdə aşkar edilmiş, ümumi təmiz çəkisi 1,651 qram təşkil edən heroinlə eyni tərkibli olmasının müəyyən edilməsi və - Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində əvvəllər hər gün 0,2-0,3 qram heroindən istifadə etdiyini göstərdiyi halda, 24 aprel 2022-ci il tarixdə saat 21 radələrində yaşadığı evdən çıxarkən tamamilə şəxsi istifadə məqsədini aşan üç ədəd bükümlərdə, ümumi təmiz çəkisi 1,651 qram təşkil edən heroini üzərində götürməsi ilə tam təkzib edilir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrinin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərlə bağlı olan hissələrini özünü müdafiə etmək hüququndan irəli gələrək cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirib sübut kimi nəzərə almır, qalan hissələrini isə ona qarşı sübut kimi qiymətləndirir. Məhkəmə göstərilənlərə əsasən belə qənaətə gəlir ki, məhkəmə-narkoloji ekspertizasının 25 iyun 2022-ci il tarixli, 3491 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunsa da, cinayət işi materialları ilə onun 24 aprel 2022-ci il tarixdə Şahid5 oğuna təmiz çəkisi 1,067 qram təşkil edən heroini 15 manat məbləğində pula satmasının sübuta yetirilməsi Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumi təmiz çəkisi 1,651 qram təşkil edən heroinə münasibətdə də satış niyyətində olması, ümumilikdə isə təmiz çəkisi 2,718 qram olmaqla, külli miqdar təşkil edən heroini satış məqsədilə əldə etməsi, daşıması və saxlaması barədə nəticəyə gəlməyə tam əsas verir. Bu hallar Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi özünün məhkəmə istintaqı və ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrinin sübut kimi qiymətləndirilən hissələri ilə yanaşı, Şahid1, Şahid2 və Şahid3 məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində verdikləri ifadələr, Şahid5 oğunun ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş ifadələri, Təqsirləndirilən şəxs və Şahid5 üzərinə şəxsi axtarış keçirilməsi barədə 25 aprel 2022-ci il tarixli protokollar, onlara əlavə edilmiş videogörüntülər, "xxxx" MMC-nin 23 iyun 2022-ci il tarixli məktubu ilə təqdim edilmiş telefon danışıqları haqqında məlumatlar və onlara baxış keçirilməsi barədə 07 iyul 2022-ci il tarixli protokol, materialların məhkəmə ekspertizasının 26 aprel 2022-ci il tarixli, 18/464 və 18/465 nömrəli rəyləri, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroin qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamə və Neftçala Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 1(053)21/2022 nömrəli hökmü və 27 aprel 2022-ci il tarixli, 7(053)22/2022 nömrəli qərarının surətlərindən görünür ki, həmin məhkəmə hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 2 (iki) il 4 (dörd) ay 26 (iyirmi altı) gün hissəsi həmin məhkəmə qərarı ilə 1 (bir) il 02 (iki) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlinə münasibətdə məhkumluğu hazırki iş üzrə cinayət əməlini törətdiyinə görə ödənilməsə də, Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən cinayətlərin residivini yaratmır. Buna görə də sonuncu hazırki iş üzrə məhkumluğu olan şəxsdir (İ cild, səh. 187, 188, 190-196). - Neftçala RİH Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş 27 iyul 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, valideynləri, arvadı və yetkinlik yaşına çatmış uşağı ilə birlikdə yaşamış, yaşayış yeri üzrə normal xarakterizə olunmuşdur (İ cild, səh. 197, 198). Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halı, ağırlığı və nəticəsini, Neftçala Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli hökmü ilə təqsirli bilindiyi cinayət əməlinə görə məhkumluğu olan şəxs olması və yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki,: Cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alınan hallara əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Eləcə də, cinayət işi materialları ilə sonuncunun satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi, saxladığı və daşıdığı heroinin ümumi təmiz çəkisinin 2,718 qram olması ilə yanaşı, onun təmiz çəkisi 1,067 qram hissəsini Şahid5 müəyyən məbləğdə pula satması sübuta yetirildiyinə görə hazırki iş üzrə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə deyil, ona yaxın həddə, konkret olaraq 5 (beş) il 6 (altı) ay müddətə təyin edilməsi məqsədəuyundur. Bundan əlavə, sonuncuya Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPMin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 25 aprel 2022-ci il tarixdən hesablanmalı və barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 25 iyun 2022-ci il tarixli, 3491 nömrəli rəyi nəzərə alınaraq, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Neftçala RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 1,501 qram təşkil edən heroin məhv edilməlidir. İş üzrə xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına Neftçala Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 1(053)21/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilindiyinə görə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 2 (iki) il 4 (dörd) ay 26 (iyirmi altı) gün hissəsinin həmin məhkəmənin 27 aprel 2022-ci il tarixli, 7(053)22/2022 nömrəli qərarı ilə əvəz edildiyi 1 (bir) il 02 (iki) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə hökmlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 25 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Neftçala RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 1,501 qram təşkil edən heroin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-535/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-535/2022
02.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver