Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-535/2024 30.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Vəliyeva Ayşən Umud qızı (sədrlik edən və məruzəçi), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X12, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslərin hüquqi varisləri X7 və X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Lənkəran Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1977-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Ağcabədi rayonu Şahmalılar kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında videokonfrans əlaqə sistemindən istifadə etməklə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 sentyabr 2023-cü il tarixdə saat 18 radələrində St.Mingəçevir-Bəhrəmtəpə yolunun Ağcabədi rayonu Hacıbədəlli kəndindən keçən 95.5-ci kilometrliyində idarə etdiyi Toyoto Corolla markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun sağ kənarındakı yolun genişləndirilmiş hissəsində İmişli rayonu istiqamətində düzünə hərəkətə başlayıb sonra sola doğru Ağcabədi rayonu istiqamətində 20 km/saat surətlə dönərkən “X16" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci və 6-cı hissələrinin tələblərini pozaraq, yəni o, dönmə zamanı manevr təhlükəsiz olmalı, hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı və dairəvi təşkil olunmuş yol ayrıcına dönmə istisna olmaqla sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalı olduğu halda bunu etməyərək, avtomobilinin qabaq sol tərəfi ilə Şahid1 60 km/saat sürətlə idarə etdiyi VAZ-21703 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna çıxaraq arxa sağ tərəfindən İmişli rayonu istiqamətində yolun sağ kənarından ortaya doğru 10.2 metr məsafədə toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan VAZ-21703 markalı avtomobilin sərnişinləri X1 əsası sümüyünün xətti sınığı, baş beyin sağ yarımkürəsinə yayılmış qansızma xəsarətləri ilə müşayiət edilən, həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri almasına, aldığı xəsarətlərdən hadisə yerində ölməsinə, X2 əsası sümüyünün xətti sınığı, baş beyinin sol yarımkürəsi üzərində yayılmış qansızma xəsarətləri ilə müşayiət edilən, həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri almasına, aldığı xəsarətlərdən həmin gün Ağcabədi RMX-da ölməsinə səbəb yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 30 sentyabr 2023-cü il tarixdə saat 18 radələrində St.Mingəçevir-Bəhrəmtəpə yolunun Ağcabədi rayonu Hacıbədəlli kəndindən keçən hissəsində o, bir nəfərdən söz soruşmaq üçün maşını yolun kənarında saxlamış, daha sonra həmin yerdən geriyə dönüb qayıtmaq istədikdə mersedes markalı maşının gəldiyini görmüş və onun gəlib keçməsini gözləmişdir. Mersedes markalı maşın keçəndən sonra arxası ilə bir Vaz 2107 markalı maşın da gəlmiş və o, həmin maşınla bir yerdə, eyni istiqamətdə yola çıxmışdır. Onun arxası ilə də traktor gəldiyini görmüşdür. O, Vaz 2107 markalı maşınla eyni stiqamətdə Ağcabədi istiqamətinə dönmüş və elə bu zaman qarşıdan siqnal gəldiyini və qabağında priyora markalı maşının olduğunu görmüşdür. Dərhal əyləcdən istifadə etmiş və idarə etdiyi Toyoto Corolla markalı avtomobil arxadan gələn VAZ-21073 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı digər avtomobilin sol zolağa çıxması nəticəsində onun avtomobilinin qabaq sol tərəfi həmin avtomobilin arxa sağ tərəfinə dəymiş və bununla da mövcud hadisə baş vermişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, öz hərəkət zolağından Ağcabədi istiqamətinə çıxmaq istəmişdir, Vaz 2107 markalı maşın traktorun arxasınca gəlirmiş, o, həmin maşını görməmiş və görməyi də qeyri-mümkün olmuşdur, traktorla aralarında təxminən 100 metr, 3-4 dəqiqəlik məsafə olarmış, həmin avtomobil traktorun arxasında imiş, traktorun arxasında 2 qoşqusu olmuşdur, onu görə bilməzdi, traktorla arasında olan məsafəni və traktorun hərəkət sürətini nəzərə alıb yola çıxmışdır, əgər həmin maşın normal sürətlə gəlsəydi heç bir qəza olmazdı. Amma həmin maşın çox sürətli gəldiyinə görə qəza baş vermişdir. Həmin yolda piyada keçidi var və orada sürət 60dan artıq ola bilməz. Hesab edir ki, sürət həddi 60 olan yolda təxminən 160 sürətlə avtomobil idarə etdiyinə görə yol-nəqliyyat hadisəsinin baş verməsinin təqsirkarı Şahid1 olmuşdur. Şahid1 avtomobilinin qabaq sağ hissəsi ilə onun avtomobilinin arxa sol hissəsi toqquşmuş, yəni, Vaz 2107 markalı maşının sürücüsü sürətlə gəldiyi üçün və həmin yolda yol hərəkəti qaydalarını gözləmədiyi üçün onun maşınını vurmuşdur, əsas yola çıxmaq istəyərkən həmin maşını görməmiş, həmin maşını görən kimi qəza baş verməməsi üçün əyləci sıxmışdır, lakin, hadisənin qarşısını ala bilməmişdir, həmin maşın təxminən 20 metr gedəndən sonra elektrik dirəyinə dəymişdir, çıxmaq istədiyi yol ikitərəfli yol olmuşdur, hesab edir ki, qəzaya əsas səbəb həmin maşının sürücüsünün maşını sürətlə idarə etməsi olmuş, amma yenə də nəticədə iki nəfər dünyasını dəyişmişdir və buna görə də özünü müəyyən qədər təqsirli bilir. Sonda təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək, məhkəmədən barəsində cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. İş üzrə ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X7 şahid qismində ifadə verərək bildirdi ki, rəhmətə gedən Orxan Hüseynov onun oğludur. Orxan bir neçə nəfər tanışı ilə Qarabağda işğaldan azad edilmiş ərazilərdə işləməyə gedəndə yolda qəzaya düşüblər və oğlu X10 hadisə yerində vəfat edib. Təqsirləndirilən şəxslə barışmışdır, heç bir tələbi və şikayəti yoxdur. İş üzrə ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X4 şahid qismində ifadə verərək bildirdi ki, mərhum Elvin Hüseynovun həyat yoldaşıdır. Həmin gün yoldaşı Elvin Hüseynov, qaynı Orxan Hüseynov və həmkəndliləri Eminlə birlikdə Qarabağ zonasına işləməyə gedirmişlər. X9 əməliyyata aparmışlar, evə qayıdandan sonra yoldaşına zəng etmiş, onlarla birlikdə gedən Emin telefonu açıb yüngül avtoqəza keçirdiklərini demişdir. Yoldaşı Elvini soruşanda danışa bilmədiyini demişdir. Daha sonra yenə də zəng etdikdə tibb bacısı Elvinin komada olduğunu demişdir. Daha sonra xəstəxanaya yola düşmüşlər, yolda qaynı Orxan Hüseynovun vəfat etdiyini öyrənmişlər. Xəstəxanaya çatanda isə yoldaşının da vəfat etdiyini öyrənmişlər. Birinin 8 yaşı, o birinin də 9 yaşı olan 2 azyaşlı uşağı var. Təqsirləndirilən şəxslə barışmışlar, heç bir tələbi və şikayəti yoxdur. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 30 sentyabr 2023-cü il tarixdə saat 18 radələrində Gəncədən Beyləqana gələrkən Ağcabədi rayonu yaxınlığında o, öz hərəkət zolağında Beyləqan rayonu istiqamətində hərəkətdə olmuş, yolun sağ tərəfində marketlər olmuşdur. Həmin istiqamətdən Təqsirləndirilən şəxs idarə etdiyi çıxmış, maşını kənara çəkərək toqquşmanın qarşısını almaq istəmiş, ancaq bu mümkün olmamış, Toyota Corolla markalı maşın onun idarə etdiyi Vaz 21703 markalı maşının arxa sağ hissəsindən vurmuşdur. Daha sonra onun maşını fırlanıb elektrik dirəyinə dəymiş və arxada oturan iki nəfərdən biri hadisə yerində vəfat etmişdir, o birisini isə xəstəxanaya çatdırmış, amma sonradan o da rəhmətə getdiyini bilmişdir. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, hadisə baş verən zaman onun qarşısında traktor olduğunu xatırlamır, hadisə zamanı 60 km/saat sürətlə hərəkətdə olmuşdur, çünki, yolun həmin hissəsi girintili-çıxıntılı olduğu üçün orada yüksək sürətlə hərəkət etmək qeyri-mümkün olmuşdur, Təqsirləndirilən şəxs maşını qarşısına çıxanda da yola çıxmaması üçün siqnal vermişdir, təqsirləndirilən şəxsin avtomobilini hansı məsafədən gördüyünü dəqiq xatırlamır, maşınların toqquşması bir göz qırpımında baş vermişdir, hadisə zamanı əyləcdən istifadə edib-etmədiyini xatırlamır, ötmə əməliyyatı etməmiş, qarşı yola çıxmamışdır, ondan qabaqda bir mersedes markalı maşın, bir də ağ maşın olmuşdur, Təqsirləndirilən şəxs maşınını əvvəlcədən görməmiş, hadisə bir an içində baş verdiyi üçün qarşısını ala bilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə günü dördyolda qarşılarına Anarın idarə etdiyi avtomobil çıxmış, Orxan idarəetməni itirmiş, avtomobil dəyib fırlandıqdan sonrasını xatırlamır. Hadisə vaxtı ön sərnişin oturacağında oturmuşdur, Orxanın avtomobili idarə etdiyi sürət təxminən 60-70 km/saat sürət olmuşdur. Verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, radardan sonra YPX əməkdaşları yolda dayanmış, olduqları yolun yuxarı sürət həddi 90 km/saat olmuş, onları saxlayan olmamış, maşın radara düşməmiş, Orxanın 140-160 km/saat sürətlə hərəkət etməsi ilə bağlı heç yerdə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra- Cinayət-Prosessual Məcəlləsi) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin hüquqi varislərinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, həmçinin, digər yazılı sənədləri mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan : - «Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında» 30 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, yolnəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfalt örtükdən ibarət olmaqla səthi hamardır, yol düzdür, hadisə baş verən zaman avtomobil yolu quru vəziyyətdə olmuşdur. Yolnəqliyyat hadisəsi St.Mingəçevir-Bəhrəmtəpə yolunun Ağcabədi rayonu Hacıbədəlli kəndi ərazisindən baş vermişdir. Avtomobil yolu iki istiqamətlidir, İmişli rayonu və Mingəçevir şəhəri istiqamətində avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuşdur, Mingəçevir şəhəri istiqamətində 1, İmişli rayonu istiqamətində 1-i Ağcabədi şəhəri istiqaməti üçün, digəri İmişli rayonu istiqamətində gedən avtomobillər üçün olan 2 hərəkət zolağı vardır. İmişli rayonu istiqamətində olan yolun sağ kənarında mağazaların qarşısında avtomobillərin saxlaması üçün yol genişləndirilmişdir. Mingəçevir şəhəri istiqamətində gedəndə sağ tərəfdən yola Ağcabədi şəhərindən gələn yol birləşir. İmişli rayonu istiqamətində yol ayrıcında sol zolaq yalnız Ağcabədi şəhəri istiqamətinə dönmək üçün, sağ zolaq düzünə hərəkət nəzərdə tutulmuşdur. Hadisə baş vermiş ərazidə sürət həddi 60 km/saat sürətlə məhdudlaşdırılmışdır. (6-13) - 03 oktyabr 2023-cü il tarixli, 229 nömrəli «ölüm haqqında şəhadətnamə»dən görünür ki, X18 oğlu 30 sentyabr 2023-cü il tarxidə dünyasını dəyişmişdir. (i.v.74) - İş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-сi il tarixli 39 nömrəli rəyindən məlum olmuşdur ki, X6 bədənində aşkar edilmiş xəsarətlər – kəllə əsası sümüyünün xətti sınığı, baş beynin sol yarımkürəsinə yayılmış qansızma. Yuxarıda qeyd olunan xəsarətlər həyati olmaqla X6 bədənin ağır küt travması nəticəsində törənmişlər, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 30 sentyabr 2023-cü il tarixdə hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdirlər və mərhumun ölümü ilə birbaşa səbəbli əlaqədədirlər. X6 ölümünə bilvasitə səbəb bədənin ağır küt travması nəticəsində əmələ gəlmiş kəllə əsası sümüyünün xətti sınığı, baş beyinə yayılmış qansızma olmuşdur. Meyit əlamətlərinin inkişaf dinamikasına əsasən göstərmək olar ki, X6 ölümü 30 sentyabr 2023-cü il tarixdə baş vermişdir. X6 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində onun qanında etil spirti aşkar edilməmişdir. (3598/k saylı, xx.xx.2023-cü il tarixli məhkəmə-kimyəvi akt) (i.v.57-60) - «Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma» haqqında 18 noyabr 2023-cü il tarixli, 847 saylı qərardan görünür ki, cinayət işi üzrə X4 ölmüş zərərçəkmiş şəxs X6 hüquqi varisi qismində tanınmışdır.(i.v 75) - 03 oktyabr 2023-cü il tarixli, 230 nömrəli «ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, X10 30 sentyabr 2023-cü il tarixdə dünyasını dəyişmişdir. (i.v. 86) - İş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-сi il tarixli 38 nömrəli rəyindən məlum olmuşdur ki, X5 bədənində aşkar edilmiş xəsarətlər – kəllə əsası sümüyünün xətti sınığı, baş beynin sağ yarımkürəsinə yayılmış qansızma. Yuxarıda qeyd olunan xəsarətlər həyati olmaqla X5 bədənin ağır küt travması nəticəsində törənmişlər, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 30 sentyabr 2023-cü il tarixdə hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdirlər və mərhumun ölümü ilə birbaşa səbəbli əlaqədədirlər. X5 ölümünə bilvasitə səbəb bədənin ağır küt travması nəticəsində əmələ gəlmiş kəllə əsası sümüyünün xətti sınığı, baş beynin yayılmış qansızma olmuşdur. Meyit əlamətlərinin inkişaf dinamikasına əsasən göstərmək olar ki, X5 ölümü 30 sentyabr 2023-cü il tarixdə baş vermişdir. X5 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində onun qanında etil spirti aşkar edilməmişdir. (3597/k saylı, xx.xx.2023-cü il tarixli məhkəmə-kimyəvi akt) (i.v.53-56) - «Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma» haqqında 28 noyabr 2023-cü il tarixli, 874 saylı qərardan görünür ki, cinayət işi üzrə X7 ölmüş zərərçəkmiş şəxs X5 hüquqi varisi qismində tanınmışdır.(i.v. 87) - Kompleks məhkəmə-yol nəqliyyat hadisəsi və məhkəmə trasoloji ekspertizasının 14 mart 2024-cü il tarixli 8/312-8/322 nömrəli rəyindən müəyyən edilmişdir ki, “Toyota Corolla” markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı və VAZ-21703 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərində olan əziklər və əziklərin xarakteri rəyin tədqiqi hissəsində göstərilmişdir. İlkin kontakt anında toqquşma Toyoto Corolla markalı avtomobilin qabaq sol tin hissəsi ilə VAZ 21703 markalı avtomobilin arxa sağ qapı hissəsi arasında təxminən 20- 30 dərəcə bucaq altında baş vermişdir. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Toyoto Corolla markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X16» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin, 42-ci maddəsinin 6-cı hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ- 21703 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində hadisənin qarşısının alınması ilə əlaqədar «X16» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Sürücü Şahid1 VAZ-21703 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «X16» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. (i.v.118-124) - «Təqsirləndirilən şəxs qismində cəlb etmək» haqqında 08 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. (i.v. 144-145) - Ağcabədi Rayon Məhkəməsinin 08 may 2024-cü il tarxli, 4(017)-40/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs 4(dörd) ay müddətinə həbs qətimkan təbiri seçilmişdir. (169-172) - Cinayət işinə əlavə edilmiş BDYPİ-dən daxil olmuş 23 aprel 2024-cü il tarixli, 3-13- 16/2-63726/2024 nömrəli məktubdan görünür ki, xx.xx.1998-ci il təvəllüdlü Şahid1 Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə (xx.xx.2026-cı il tarixədək etibarlı olan) AE 914361 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. (i.v.132) - Sərxoşluq vəziyyətini təyin edən xx.xx.2023-cü il tarixli 170 nömrəli tibbi müayinə protokolundan müəyyən edilmişdir ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. (i.v. 21) - « Avtomobilin maddi sübut hesab edilməsi» haqqında 10 noyabr 2023-cü il tarixli, 815 nömrəli qərardan görünür ki, “VAZ-21703” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı və “Toyoto Corolla” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobillər iş üzrə maddi sübut hesab edilmiş və qəbzlə sahiblərinə qaytarılmışdır. (68-70) Təqsirləndirilən şəxs özünü müdafiə etdiyi dəlillərinə, yəni, Təqsirləndirilən şəxs əsas yola çıxmaq istəyərkən təxminən 100 metr aralıda 2 qoşqusu olan traktorun gəldiyi, traktorla onun arasında 3-4 dəqiqəlik məsafə olduğu, Şahid1 idarə etdiyi Vaz21703 markalı maşının traktorun arxasından sürətlə, yəni təqribən 140-160 km/saat sürətlə çıxdığı üçün onu əvvəlcədən görmək imkanının olmaması və hadisənin baş verməsinə səbəb Şahid1 ötmə hərəkəti qadağan olunan yolda 140-160 km/saat sürətlə hərəkətdə olaraq qəfldən traktorun arxasından çıxıb onu ötməsinin olması ilə bağlı dəlillərinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, təqsirləndirilən şəxsin dəlillərinin heç biri iş materialları ilə təsdiq olunmamış, bunun əksinə Şahid1 və Şahid2 Şahid1 60 km/saat sürətlə hərəkət etdiyini bildirmiş, hadisə yerini müşahidə kamerasında traktor görünməmişdir, iş üzrə dindirilmiş digər şəxslər traktorun hadisə yerində mövcudluğunu, Şahid1 traktorun arxasından 160 km/saat sürətlə çıxdığını təsdiq etməmişdir. Bundan əlavə, iş üzrə müvafiq ekspertiza rəyində də Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanının olduğu, Şahid1 belə imkanının olmadığı qeyd olunmuşdur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara obyektiv hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 30 sentyabr 2023-cü il tarixdə, saat 18:00 radələrində St.Mingəçevir- Bəhrəmtəpə yolunun Ağcabədi rayonu Hacıbədəlli kəndindən keçən 95.5-ci kilometrliyində idarə etdiyi Toyoto Corolla markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun sağ kənarındakı yolun genişləndirilmiş hissəsində İmişli rayonu istiqamətində düzünə hərəkətə başlayıb sonra sola doğru Ağcabədi rayonu istiqamətində 20 km/saat surətlə dönərkən avtomobilinin qabaq sol tərəfi ilə Şahid1 60 km/saat sürətlə idarə etdiyi VAZ-21703 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna çıxaraq arxa sağ tərəfindən İmişli rayonu istiqamətində yolun sağ kənarından ortaya doğru toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan VAZ-21703 markalı avtomobilin sərnişinləri X5 hadisə yerində ölməsinə, X6 aldığı xəsarətlərdən həmin gün Ağcabədi RMX-da ölməsinə səbəb yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Göstərilənlərə əsasən, məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalı, cəza təyin edilərkən aşağıda qeyd edilən hallar nəzərə alınmalıdır: - Ağcabədi Rayon İcra Hakimiyyətinin Şərəfxanlı Kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs, xx.xx.1977-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşıdır, orta təhsilli, evlidir, fərdi əməklə məşğul olmuşdur, Ağcabədi rayonu Şahmalılar kəndində yaşamış, yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. (i.v.131- 132) - Ağcabədi rayon İcra Hakimiyyətinin Şərəfxanlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş 03 iyul 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri anası və 2 övladından ibarətdir. - Nikah haqqında şəhadətnamənin və ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs arvadı X8 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən sürücü Təqsirləndirilən şəxs məhkumluğunun və barəsində təqsirləndirici materiallar olmadığı müəyyən edilmişdir. (i.v.64-65) - zərərçəkmiş şəxslərin hüquqi varisləri X4 və X3 məhkəməyə ünvanlanmış notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar və ona qarşı heç bir şikayət və tələbləri yoxdur. - İşdə olan vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs oğlu X13 “Vətən müharibəsi” iştirakçısıdır, “Füzulinin azad olunmasına görə” medalı ilə və hərbi xidmət dövründə fəxri fərmanlarla təltif olunmuşdur. Məhkəmə Anar Həmiodovun zərərçəkmiş şəxsin hüquqi varisləri ilə barışıq əldə etməsini ARCM-in 59.12-ci maddəsinə əsasən, oğlunun vətən müharibəsi iştirakçısı olmasını və ailəsinə təkbaşına başçılıq etməsini ARCM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmə Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə yuxarıda qeyd olunan qanunun müddəasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 263.3-cü maddəsində azadlıqdan məhrum etmə cəzasının son həddi 10 il olduğundan ona həmin cəzanın dörddə üçündən, yəni 7 il 6 aydan artıq azadlıqdan məhrum etmə cəzası təyin oluna bilməz. Məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunan yüngülləşirən hallar təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin ictimai təhlükəliliyini azaldan hallardır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər yol-nəqliyyat hadisəsinə səbəb olan əməl törətməmiş, hadisə yerindən qaçmamış, ümumiyyətlə məhkum olunmamış, Vətən müharibəsi iştirakçısı olan övlad yetişdirmiş, həyat yoldaşı onun həbs olunmasından cəmi 20 gün sonra vəfat etmiş, həbsdə olduğu müddətdə övladlarının qayğısına yaşlı anası qalmış və zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışmışdır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini, eləcə də, cinayət məsuliyyətindən yayınmamasına dəlalət edən və əməlin ictimai təhlükəliliyini azaldan hallar kimi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir ki, həm cəzanın məqsədlərinə xidmət etsin, həm də təqsirləndirilən şəxsin ailəsi onun varlığının maddi və mənəvi təminatından minimum həddə məhrum olunmuş olsun. Əks təqdirdə, təqsirləndirilən şəxsə daha sərt (ağır) cəzanın təyin edilməsi onu daha ciddi məhrumiyyətlərə düçar etməklə, təqsirləndirilən şəxsin islah olunması məqsədinə xidmət edə bilməz. Bundan əlavə, Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində “həbs” qətimkan tədbirinin seçildiyi 08 may 2024-cü il tarixdən hesablanmalı və Ağcabədi Rayon Məhkəməsinin 4(017)-40/2024 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, hökmün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair hissəsinin - əlavə cəzanın icrasının Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsini də əsaslı hesab edir. Bu halda əlavə cəza, əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. İş üzrə maddi sübut olan Toyota Corolla markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı və VAZ-21703 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. ARCM-in 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin tətbiqinə zərurət yoxdur. Mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli ) manat məhkəmə məsrəfi vardır. Odur ki, məhkəmə tərkibi hesab edir ki, AR CPM-in 198.3-cü maddəsinə əsasən həmin 250 (iki yüz əlli) manat məbləğdə pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarının, «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 15 noyabr 2013-cü il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 51-2, 344–349, 351–353, 356, 358, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 08 may 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan “Toyota Corolla” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı və “VAZ-21703” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahibinə qaytarılması nəzərə alınsın. Məhkəmə məsrəfi hesab edilən 250 (iki yüz əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Əli Əliyev Oruc Cəlilov
Məhkəmə qərarları › İş №1(099)-535/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-535/2024
30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver