Məhkəmə qərarları › İş №1(099)-538/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-538/2024

03.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-538/2024 03.09.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1981-ci ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, Şirvan şəhəri, M.Əsədov küçəsi, ev 104-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda külli miqdarda, yəni 19,567 qram narkotik vasitə heroini (bundan sonra – heroin), külli miqdarda, yəni 29,112 qram psixotrop maddə metamfetamini (bundan sonra – metamfetamin), 2,10 qram narkotik vasitə qurudulmuş marixuananı (bundan sonra – marixuana), konvalyut kəsiklərində 10 ədəd təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram olan narkotik vasitə metadonu (bundan sonra – metadon) və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən 07 ədəd təsiredici maddəsinin ümumi miqdarı 1,5 qram olan preqabalin kapsulasını (bundan sonra – preqabalin kapsulası) qanunsuz olaraq əldə edib daşıyaraq, ayrı-ayrı bükümlərə ayırmaqla yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində saxlamış, Şirvan Şəhər Polis Şöbəsinin (bundan sonra – Şirvan ŞPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 18 yanvar 2024-cü il tarixdə, saat 02:35-dən saat 03:20-dək olan müddət ərzində yaşadığı M.Əsədov küçəsi 104 saylı ünvanda yerləşən fərdi yaşayış evində Təqsirləndirilən şəxs razılığı ilə və videoçəkilişlə keçirilmiş baxış zamanı evin həyətində olan tikilidən bir ədəd kauçuk qabın içərisindən 01 ədəd polietilen bükümdə təmiz çəkisi-19,093 qram, 03 ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-0,314 qram, 0,08 qram, 0,08 qram olmaqla külli miqdarda, ümumi təmiz çəkisi - 19,567 qram eyni tərkibli heroin, 02 ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi - 27,170 qram, 1,287 qram, 02 ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi - 0,583 qram, 0,072 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi - 29,112 qram eyni tərkibli metamfetamin, 04 ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi - 0,32 qram, 0,64 qram, 0,40 qram, 0,24 qram, 01 ədəd polietilen bükümdə təmiz çəkisi - 0,50 qram, ümumi təmiz çəkisi - 2,10 qram eyni tərkibli qurudulmuş marixuana, konvalyut kəsiklərində 10 ədəd təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram olan metadon, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən 04 ədəd ağ-sarı rəngli kapsullarda 0,6 qram və 03 ədəd ağ-qəhvəyi rəngli kapsullarda 0,9 qram olmaqla ümumi miqdarı 1,5 qram olan preqabalin kapsulası və narkotik vasitələri satan zaman çəkilərini müəyyən etmək məqsədi ilə istifadə etdiyi üzərində heroin və metamfetamin izləri olan elektron tərəzi aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 240.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 18 yanvar 2024-cü il tarixdə, gecə saat 01 radələrində hamamda olarkən qapının döyülməsini eşitdib paltarlarını geyinərkən polis əməkdaşlarının qapını sındırıb evinə daxil olduqlarını görmüşdür. Atası onların çox olduqlarını, 20 nəfər olduqlarını görmüşdür. Polis əməkdaşları onu çölə çıxardıb avtomobilə əyləşdirib təxminən 30 dəqiqə orada döydükdən sonra onu yenidən həyətə gətirib onda “nəşə” olduğunu bildirmişlər. And içərək onda narkotik vasitənin olmadığını bildirmiş, lakin polis əməkdaşı avtomobilinə yaxınlaşıb oradan 2 kiloqram “nəşə” gətirmiş və narkotik vasitənin ona aid olduğunu bildirmişlər. Buna etirazını bildirib narkotik vasitənin ona aid olmadığını bildirmiş, sonradan polis əməkdaşları “kakos” və “şüşə” deyilən narkotik vasitələri gətirib “onda bunu götür” demişlər. Onlarla razılaşdığından polislər ona nə demək lazım olduğunu izah etmiş və ilk dəfə həbs olunacağı üçün qısa müddət sonra buraxacaqlarını bildirmişdilər. Sonra küçəyə çıxıb ondan qapını açmağı tələb edilmiş, sonra isə çəkiliş başlamışdır. Çəkiliş aparılaraq narkotik vasitələri tərəziyə qoymuş, tərəzi işləmədiyi üçün evindəki pultun daşını tərəziyə qoymuşlar. Tərəzi də ona aid olmamışdır. Belə ki, tərəzi tutulan qardaşının olmuş və evdə divanın altında olmuşdur. Qardaşının avtomobilini satarkən avtomobilindən çıxmışdır. Tərəzini də ona verib “bunuda götür” demişlər. Onda 9-10 ədəd “M40”, 7 ədəd isə “preqabalin” deyilən dərman olmuşdur. Belə ki, QİÇS xəstəsi olduğu üçün ağrılarını azaltmaq üçün həmin dərmanlardan istifadə etmişdir. Həmin həbləri telefonla danışdığı adam Şirvan şəhərində bir yerə atmış, o, da həmin həbləri Şirvandan götürmüşdür. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, tərəzi evdən çıxmışdır. Lakin tərəzini qardaşının avtomobilini satarkən tapmış və evdə divanın altına qoymuşdur. Tərəzinin üzərində ekspert rəyində göstərildiyi kimi həm heroinin, həmdə metamfetaminin izlərinin aşkar olunma səbəbi, polis əməkdaşlarının narkotik vasitələri tərəzinin üzərinə tökmələri olmuşdur. Aşkar olunan narkotik vasitələrdən “M40”, “preqabalin” və 02 qram nəşə ona aid olmuşdur. Heroin və metamfetamin ona aid olmamışdır. İbtidai istintaq zamanı ifadəsini özü imzalamış, lakin kiril əlifbasını oxuya bilmədiyi üçün orada nə yazıldığını bilməmişdir. Əvvəllər narkotik vasitədən istifadə etməmiş, həbləri xəstəliyinə görə atmağa başlamışdır. İfadəsinin məzmununda nə yazıldığını bilməmiş, ona nə deyilmişdirsə onu yazmışdır. Latın əlifbası ilə oxuya bilmədiyi üçün ifadəsini oxumamışdır. İranlı Həsən adlı şəxslə görüşməmiş, lakin telefonunda onun nömrəsi olmuşdur. Həmin şəxsdən dərman almaq üçün nömrəsini özündə saxlamışdır. Polis əməkdaşları onu evdə saxlamışlar. Polis əməkdaşları onu saxlayarkən evində marixuana, 10 ədəd metsdon həbləri və “preqabalin” adlı dərman olmuşdur. Elektron tərəzidən istifadə etməmişdir. Tərəzi divanın altında olmuş, axtarış zamanı polis əməkdaşları tərəzini tapmışlar. Evində elektron tərəzi olmasını bilmişdir. İlkin olaraq üzərinə baxış keçirilmişdir. Çəkiliş olmadan öncə onu avtomobilə əyləşdirib sonra çəkiliş aparmışlar. Ona təzyiq edənlərdən birinin adı “İsmayıl” olmuş, digər polis əməkdaşlarının adını bilməmişdir. Polis şöbəsində 18-20 yanvar tarixlərində olmuş, istintaq təcridxanasına aparılarkən üzərində xəsarət olmamışdır. Onu ekspertizaya aparmamışlar. Təcridxanada onu həkim müayinə etməmişdir. Onun baş nahiyəsinə dirsək və yumruqla vurmuşlar. Təqsirləndirilən şəxs xəstəliyi ilə bağlı narkotik vasitələrdən istifadə etdiyini, xəstəliyini, heroin və metamfetaminin ona aid olmadığını nəzərə alaraq barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı 18 yanvar 2024-cü il tarixdə evində videoçəkiliş aparılmaqla axtarış keçirilərkən və həmin tarixdə tarixdə müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində yazılı qaydada verdiyi izahatı, 18-19 yanvar 2024-cü il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində, eləcə də tutulduqdan 03 aydan artıq vaxt keçdikdən sonra, yəni 10 may 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilərək məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən QİÇS xəstəliyi ilə əlaqədar olaraq istifadə edir. Tutulmamışdan 1 həftə əvvəl o, mobil telefonunda olan “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə ona məxsus mobil nömrə ilə İran İslam Respublikası vətəndaşı “Həsən” adlı şəxsə aid +98 919 069 34 21 saylı nömrə ilə danışan zaman sonuncudan narkotik vasitə, psixotrop maddə və dərman həbləri almaq istədiyini demiş, həmin şəxsin “EMON” hesabına Abşeron rayonu Xırdalan qəsəbəsində yerləşən terminalların birindən 700 manat pul göndərmiş və qəbzi ona göndərmiş, daha sonra “Həsən” narkotik vasitəni və psixotrop maddəni Xırdalanda xatırlamadığı yerə qoymuş və ona demiş, o da “Həsənin” dediyi yerə getmiş, narkotik vasitə, psixotrop maddənin və dərman həblərini dediyi yerdən 1 ədəd sellofan torbada götürmüş, oradan bir başa yol maşını ilə Şirvan şəhərinə evinə gəlmiş, sellofan torbanı açıb içərisində baxdıqda, içərisində 3 ədəd bükümdə heroin, 1 ədəd bükümdə metamfetamin, qurudulmuş marixuana, metadon və güclü təsir edən preqabalin həbləri olmasını görmüş, o həmin sellofan bükümlərdə olan heroini, qurudulmuş marixuananı və metamfetamini istifadə etmək üçün xırda bükümlərə ayırmış, 18 yanvar 2024-cü il tarixdə saat 02 radələrində yaşadığı ünvanda olarkən polis əməkdaşları evinə gəlmiş və evinə baxış keçirəcəklərini bildirmiş, o etiraz etməmiş, bundan sonra videoçəkiliş vasitəsi ilə evinə baxış keçirilmiş, baxış zamanı polis əməkdaşları ilə birlikdə fərdi yaşayış evinin həyətində əldamı olan tərəfə gəlmiş, əl damının girişindən sol tərəfdə yerləşən hissədən 1 ədəd kauçuk qabı təqdim etmiş, onun iştirakı ilə kauçuk qabın içərisinə baxış keçirilmiş, baxış zamanı kauçuk qabın içərisindən 1 ədəd elektron tərəzi, metadon və güclü təsir edən dərman həbləri, 5 bükümdə qurudulmuş marixuanaya, 3 ədəd bükümdə metamfetamin və 5 ədəd heroinə bənzər kütlələr aşkar edilmiş, təqdim etdiyi kültələr elektron tərəzi vasitəsi ilə çəkilərək ayrı-ayrılıqda qablaşdırılmış və götürülmüşdür. Bundan sonra o polis əməkdaşları ilə birlikdə Şirvan Şəhər Polis Şöbəsinə gəlmiş, polis şöbəsinin İstintaq bölməsində olarkən ona vəkil dəvət edilmiş, sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərində olan 1 ədəd Samsung markalı mobil telefonu təqdim etmiş, bundan sonra üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan olmuş əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Şirvan Şəhər Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin məhkəmə iclasında özünü qismən təqsirli bilmiş, xəstəliyi ilə bağlı narkotik vasitələrdən istifadə etdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, aşkar olunmuş narkotik vasitələri, psixotrop maddəni və elektron tərəzini tanımadığı İran vətəndaşından aldığını, Şirvan ŞPŞ-də polis əməkdaşları tərəfindən ona heç bir təsir olmadığını bildirərək barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, latın əlifbası ilə oxuya bilmədiyindən ifadəsində yazılanları oxumamış və imza çəkmişdir, həmin ifadəni təsdiq etmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 18 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın dəqiqləşdirilməsi üçün əməliyyat qrupu yaradılmış, o, Şahid2 və Şahid3 həmin qrupa daxil olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə gedib evlərinin qapısını döydükdə qapını Təqsirləndirilən şəxs özü açmış, ona evində narkotik vasitə saxlamasında şübhəli olduğunu və evinə baxış keçirəcəkləri bildirilmiş və baxışa razılıq verməsi barədə ərizə aldıqdan sonra həyətə daxil olmuşlar. Həyətə daxil olduqda sağ tərəfdə yarım tikilidə özünün təqdim etdiyi 01 ədəd tərəzi, 05 büküm marixuanaya bənzər, 04 büküm heroinə bənzər və 04 büküm metanfetaminə bənzər narkotik vasitə və 17 ədəd həblər aşkar edilmişdir. Təqdim etdiyi narkotik vasitələr qablaşdırılaraq götürülmüş və üzərinə şəxsi axtarış keçirilməsi üçün polis şöbəsinə dəvət olunmuşdur. Polis şöbəsində vəkilin iştirakı və videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmiş, üzərində narkotik vasitə aşkar edilməmişdir. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs heç bir fiziki təzyiq göstərilməmişdir. Polis əməkdaşları evə daxil olarkən Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş, evdə axtarış zamanı videoçəkilişdən istifadə olunmuş, Təqsirləndirilən şəxs özü narkotik vasitələri təqdim etmişdir. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs yaşadığı yerdə narkotik vasitəni saxlaması və satışı ilə məşğul olması barədə daxil olmuşdur. Həmin evə gecə saat iki radələrində getmişlər, qapını döydükdə Təqsirləndirilən şəxs ev qeyimində qapını açmışdır. Əvvəllər Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı məlumat olmamışdır. Təqsirləndirilən şəxs saxlanılan kimi evində axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs avtomobildə əyləşdirib sonradan evinə baxış keçirməmişlər. Həmin vaxt evdə Təqsirləndirilən şəxs başqa heç kim olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin əməkdaşı Şahid3 Şahid1 ilə eyni məzmunda ifadə vermiş və ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs evində kimlərinsə olmasını xatırlamır. Sonuncu evə baxış zamanı etirazını bildirməmiş, aşkar olunmuş narkotik vasitələri şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Aşkar edilmiş tərəzi narkotik vasitələrin olduğu ümümi qabda olmuş, tərəzinin işlək vəziyyətdə olub-olmadığını xatırlamır. Aşkar olunan kütlələr evin içindən yox, həyətdə olan tikilidən aşkar edilmiş, həmin tikilidə dəmir alətlər də olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun yaşadığı evdə narkotik vasitələr və psixotrop maddələr saxlamaqda və satışı ilə məşğul olmaqda şübhəli olmasına dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 18 yanvar 2024-cü il tarixli raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun evinə baxış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxsin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir (i.v. 04-06; 11-13) -“baxış keçirilməsi və götürmə aparılması” haqqında 18 yanvar 2024-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin həyətində olan tikilidən narkotik vasitələrə, psixotrop maddəyə, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəyə bənzər kütlələr, eləcə də elektron tərəzi aşkar edilərək götürülmüşdür. (i.v.10-13) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 04:35-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v.24) -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 18 yanvar 2024-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən üzərindən bir ədəd “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. (i.v. 30-31) - məhkəmə-biloji ekspertizasının 18 yanvar 2024-cü il tarixli, 18/72-73 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış ünvanından aşkar edilmiş 04 ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi – 0,32 qram, 0,64 qram, 0,40 qram, 0,21 qram, 01 ədəd polietilen bükümdə təmiz çəkisi – 0,50 qram, ümumi çəkisi – 2,10 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli qurudulmuş marixuanadır. 02 ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi – 27,170 qram, 1,287 qram, 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi – 0,583 qram, ümumi çəkisi – 29,040 qram olan ağımtıl rəngli, kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli metamfetamindir. 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi – 0,072 qram olan ağımtıl rəngli maddə psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş 04 ədəd bükümdə psixotrop maddə olan metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. 01 ədəd polietilen bükümdə təmiz çəkisi – 19,093 qram, 03 ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi – 0,314 qram, 0,08 qram, 0,080 qram, ümumi çəkisi – 19,567 qram olan qəhvəyimtil rəngli maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli heroindir. 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən iz mikrohissəciklərinin miqdarını müəyyən etmək mümkün deyildir. (i.v. 39-43) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 19 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 49-50) - Şirvan Şəhər Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 4(032)-17/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. (i.v. 69-76) -Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(032)-19/2024 saylı qərarından görünür ki, Şirvan ŞPŞ-nin əməliyyat müvəkkili Şahid1 xx.xx.2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir . (i.v. 98-100) -Materialların məhkəmə ekspertizasının 13 fevral 2024-cü il tarixli 6/744 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış ünvanından aşkar edilmiş konvalyut kəsiklərinə 10 ədəd üzərində “Methadone 40 F/40” yazılan qəhvəyi rəngli dairəvi formalı həblər sintetik narkotik vasitə-metadon olub, 10 ədəd həbin tərkibində metadon təsiredici maddənin ümumi miqdar 0,4 qramdır. Həmin zərfin içərisində olan 4 ədəd konvalyut kəsiyində üzərində “Preqabalin 150 mq” yazılan ağ-sarı rəngli kapsula və konvalyut kəsiyində üzərində “Preqabalin 300mq” yazılan 3 ədəd ağ-qəhvəyi rəngli kapsula güclü təsir edən maddə preqabalindir. Dörd ədəd ağ-sarı rəngli kapsulaların tərkibində preqabalin təsiredici maddəsinin ümumi miqdarı 0,6 qram, 3 ədəd ağ-qəhvəyi rəngli kapsulanın tərkibində preqabalin təsiredici maddəsinin ümumi miqdarı 0,9 qram təşkil edir. (i.v. 116-121) - Məhkəmə Psixiatrik Ekspertizası X10 Şəxsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 1068 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər-hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Ona ittiham olunan əməl dövründə hər-hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Onun hərəkətləri Azərbaycan Respublikası CMin 21-ci maddəsinin təsiri altına düşmür, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v. 147-149) -Ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 2200 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin və psixstimulyatorların birgə qəbul edilməsi yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 150-151) - “Baxış keçirilməsi” haqqında 07 may 2024-cü il tarixli protokoldan görünür ki, “Azerfon MMC-dən xx.xx.2023-cü il tarixli 33334 nömrəli məktubla göndərilmiş CD diskinə baxış keçirilməsi zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdən saat 06:18 dəqiqədən xx.xx.2023-cü il tarixdə saat 19:20 dəqiqəyədək olan müddət ərzində ***-***-**- **, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrlə X6 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında qarşılılıq olaraq (i.v. 158) - Şirvan Şəhər Məhkəməsinin 10 may 2024-cü il tarixli, 4(032)-114/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 01 (bir) ay müddətinə uzadılmışdır. (i.v. 167-171) - “Sübutların qiymətləndirilməsi haqqında” 10 may 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə istintaq edilən cinayət işi həmin Məcəllənin 234.4.3 və 240.1-ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş kütlələr və elektron tərəzi maddi sübut kimi tanınmış, saxlanılması üçün Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. (i.v. 172- 180) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 10 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona yenidən ittiham elan edilmişdir. (i.v. 182-184) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs saxlanılarkən evində 02 qram marixuana, 10 ədəd metadon və 07 ədəd preqabalin həblərinin olmasını, yaşadığı evdə heroin və metamfetaminin polis əməkdaşları tərəfindən qoyulduğunu, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, polis əməkdaşlarının fiziki təzyiqi ilə həmin kütlələr barədə etirafedici ifadələr verdiyini deməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirlən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində ilkin və sonrakı ifadələrində ona elan olunmuş ittihamda göstərilən həcmdə narkotik vasitə və psixotrop maddənin ona aid olduğunu, həmin vasitələrdən istifadə etdiyini və həmin kütlələri iranlı şəxsdən aldığını bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı narkotik vasitə əldə etdiyini (çəkiləri və növləri barədə fərqli fikirlər söyləsə də) göstərmiş, lakin Təqsirləndirilən şəxs məhkəmə baxışı dövründə verdiyi ifadəsində hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada təhrif edildiyi müəyyən edilmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələrinin bir hissəsi yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, məhkəmə istintaqının səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin yuxarıda adları qeyd edilən əməkdaşları da ifadələrində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs yaşadığı evdən heroin, metamfetamin, qurudulmuş marixuana, metadon və tramadol həbləri aşkar edilərək götürülmüş, evdə axtarış keçirilərkən Təqsirləndirilən şəxs həmin kütlələri və həbləri könüllü təqdim etmiş, onunla şifahi sorğu zamanı həmin kütləllərin və həblərin ona məxsus olmasını, şəxsi istifadəsi məqsədi ilə saxladığını və s. halları tam etiraf etmiş, hər hansı etirazı olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırkı halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini (yuxarıda qeyd edilən hissədə) özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili - saxlanılarkən polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər edildiyi üçün həmin narkotik vasitə və psixotrop maddə barədə etirafedici ifadələr verməsi barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istərsə də onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər və eyni zamanda onlar, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və baxış istintaq hərəkəti zamanı müdafiəçinin sualına cavab olaraq söylədiyi səsli nitqində ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir fiziki təsirlərin edilmədiyini, bu barədə heç bir şikayətlərinin olmadığını bildirmiş, eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxsa qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini bildirmişlər. Həmçinin ƏN PX-nin Bakı İstintaq Təcridxanasının Tibbi-sanitar hissəsindən daxil olmuş 395/2024 nömrəli “Məhkumun tibbi kitabçası”nın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə PX-nin 03 saylı istintaq təcridxanasına daxil olmuş, tibbi müayinədən keçirilmiş, bədən səthində köhnə çapıq toxumalar və inyeksiya izləri aşkar edilmiş, saxlanılan zaman zədə almadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs aid 395/2024 nömrəli “Məhkumun tibbi kitabçası”nda saxlanılarkən bədəni üzərinə hər hansı xəsarət olmaması və hər hansı zədə almamasını bildirməsini, o cümlədən, hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz fiziki təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Hazırki cinayət işinə məhkəmədə baxılanadək Təqsirləndirilən şəxs evində aşkar edilmiş narkotik vasitənin növünü mübahisələndirməmiş, ibtidai istintaq dövründə dəfələrlə ifadə verərək özünü ona irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilərək, evində aşkar edilmiş kütlələrin ona məxsus olmasını, lakin narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Lakin o, məhkəmə istintaqında tamamilə fərqli məzmunda ifadə verərək ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. -Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs başqa bir dəlili isə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamasını bildirməsidir ki, məhkəmə tərkibi qeyd edilən dəlillə bağlı qeyd edir ki, cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Abbasağa oğlunun istifadəsində olan ***-***-**-** saylı GSM mobil nömrəsinə müxtəlif vaxtlarda və müxtəlif nömrələrdən narkotik vasitələrin tələb edilməsi ilə bağlı (“əmioğlu daş lazımdı gəlim götürüm mənə hə yox dedə”, “qaqa siz tərəfdəyəm mənə 20p verdə”, “qaqa qapıda idim 20k alınar”, “qaqa evdəsən keçim siz tərəfə? Axşam götürdüyümdən lazımdı”, “10k alınar”) mesajların göndərilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü tarixli, 8 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz əldə edilməsi kimi təfsir edilməlidir. Qeyd olunan Plenum Qərarının 5-ci bəndinin 1-ci abzasına əsasən narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. X9 8-9-cu bəndlərinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Bu maddədə “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddəni satış məqsədi ilə əldə etmiş, saxlamış, həmin məqsədlə də əldə etdiyi narkotik vasitəni çəkərək xırda bükümlərə bölmüş, satış məqsədi ilə həmin bükümləri evində saxlamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs evində axtarış zamanı onun evindən narkotik vasitələri çəkilib xırda bükümlərdə saxlanılması üçün istifadə edilən elektron tərəzi də aşkar edilmişdir ki, həmin hal da Təqsirləndirilən şəxs evində aşkar edilmiş narkotik vasitələrə və psixotrop maddəyə və güclü təsir edən maddəyə münasibətdə satış niyyətinin olmasını təsdiq edir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini qəsdən törətmişdir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin külli miqdarda heroini, külli miqdarda metamfetamini, qurudulmuş marixuananı, metadonu, eləcə də güclü təsir edən maddə preqabalini qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlaması onun məhz həmin maddələri qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkəti kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4.3 və 240.1-ci maddələrində ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Vaif oğlu və Şahid3 oğlunun ifadələri, “baxış keçirilməsi haqqqında” 18 yanvar 2024-cü il tarixli protokol, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, digər istintaq hərəkəti protokolları, materialların məhkəmə ekspertizasının 18 yanvar 2024-cü il tarixli 18/72-73 saylı, 13 fevral 2024-cü il tarixli 6/744 saylı ekspertiza rəyləri, ambulator məcburi narkoloji yoxlamanın xx.xx.2024-cü il tarixli 2200 nömrəli rəyi, “telefon məlumatlarına baxış keçirilməsi” haqqında 07 may 2024-cü il tarixli protokol, əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş material hesab edilən, Şirvan ŞPŞ-nin səlahiyyətli əməkdaşının tərtib etdiyi 10 fevral 2024-cü il tarixli raport, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış metamfetamin, heroin, qurudulmuş marixuana, metadon və preqabalin həbləri, eləcə də 01 elektron tərəzi, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə, həmin Məcəllənin 240.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum edilməmişdir. (i.v. 141-142) - Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 19 fevral 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, şəhərin M.Əsədov küçəsi ev 104 ünvanında yaşayır, himayəsində xx.xx.2016-cı il təvəllüdlü bir azyaşlı oğlu var, barəsində nümayəndəliyə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır. (i.v. 113-115) Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, himayəsində bir azyaşlı uşağının olması ilə bağlı cəzasını yüngülləşdirən halın olduğunu (Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən) və Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.4.3 və 240.1-ci maddələrinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 18 yanvar 2024-cü il tarixdən hesablanmalı və Şirvan Şəhər Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 2200 nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 204 (iki yüz dörd) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 204 (iki yüz dörd) manat 90 (doxsan) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 2 qram qurudulmuş marixuana, 28,992 qram metamfetamin, 19,407 qram heroin, 09 ədəd metadon həbləri, 05 ədəd narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən preqabalin kapsulları və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və evinə baxış aparılarkən qeydə alınmış videoçəkilişin köçürüldüyü 02 ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü tarixli, 8 nömrəli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 240.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu 18 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 204 (iki yüz dörd) manat 90 (doxsan) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 2 qram qurudulmuş marixuana, 28,992 qram metamfetamin, 19,407 qram heroin, 09 ədəd narkotik vasitə olan metadon həbləri, 05 ədəd narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən preqabalin kapsulları və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və evinə baxış aparılarkən qeydə alınmış videoçəkilişin köçürüldüyü 02 ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar