Məhkəmə qərarları › İş №1(099)-54/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-54/2022

12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-54/2022 12.01.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər, Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, 27 iyul 1983-cü ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri S.Vurğun küçəsi ev 20, mənzil 15-də yaşayan, iş üzrə 17 iyul 2021-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə; xx xxxxxx 1961-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Yevlax şəhəri N.Hacıyev küçəsi ev 17-də yaşayan, iş üzrə 17 iyul 2021-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıma barədə qabaqcadan əlbir olaub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, istintaqa məlum olmayan vaxta və mənbədən 1120 qram küstar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq birgə əldə edib Təqsirləndirilən şəxs2 məxsus və idarə etdiyi “Mercedes Benz” markalı, **-GN-*** qeydiyyat nişanlı avtomobilin arxa yük yerində birlikdə saxlayıb daşıdıqları zaman 17 iyul 2021-ci il tarixdə Hacıqabul Rayon Polis Söbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində “Qədir-Xum” ailəvi istirahət mərkəzinin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib avtomobilə baxış keçirilərkən qeyd olunan narkotik vasitə heroin yük yerində aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Yevlax şəhərindən Bakı şəhərinə getməli olmuşdur. Ona görə də tanışı, özünə məxsus “Mercedes Benz” markalı avtomobil ilə taksi fəaliyyətilə məşğul olan Təqsirləndirilən şəxs2 zəng edərək Bakıya gedəndə onu da avtomobilə götürməsini xahiş etmişdir. Onu Bakıya aparıb gətirməyə görə Təqsirləndirilən şəxs2 50 manat pul vermək barədə razılaşmışlar. Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobil ilə birlikdə Bakı şəhərinə getmişlər. Bir müddət Bakı şəhərində olduqdan sonra geri qayıdarkən yolda «Qədir-Xum» istirahət mərkəzində dayanmışlar. Bu zaman polis işçiləri onları saxlayaraq Hacıqabul rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində bir gün saxlayaraq döymüşlər. Həmin müddətdə avtomobil də polis işbəsinin həyətində olmuşdur. Səhəri gün onların iştirakları ilə avtomobilin yük yerini açanda yük yerində narkotik vasitə olduğunu görmüşlər. Narkotik vasitə onlara məxsus olmamış, polis əməkdaşları tərəfindən qoyulmuşdur. Müstəntiq onun işini CM-nin 234.1-ci maddəsi ilə bağlayacağına söz vermişdir. Ona görə də istintaq vaxtı bütün sənədlərə və etirafedici ifadəsinə imza etmişdir. Lakin Təqsirləndirilən şəxs1 ibtidai istintaqda özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində göstərmişdir ki, Yevlax şəhərində yaşayır. Əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Rusiya Federasiyasında narkotik vasitələrlə bağlı məhkum olunmuşdur. Bir ildən artıqdır ki, narkotik vasitə olan heroin qəbul edir. Həmyerlisi Təqsirləndirilən şəxs2la münasibətləri yaxşı olmuşdur. Rusiya Federasiyasından olan tanışı Vidadi tutlmalarından təxminən 4-5 ay əvvəl ona “vhatsap” nömrəsi ilə zəng edərkən ona narkotik vasitə lazım olduğu təqdirdə xəbər etməsini demişdir. O da bir neçə gündən sonra Vidadiyə zəng edib narkotik vasitə heroin lazım olduğunu bildirmişdir. Vidadi ona +**********02 saylı İran İslam Respublikası mobil operatoruna məxsus mobil telefon nömrəsi vermiş və həmin nömrənin Ramil adlı şəxsə məxsus olduğunu demişdir. O, təxminən bir ay, ay yarım əvvəl Ramil adlı şəxslə danışıb ondan qramı 14 manata olmaqla 400 qram heroini Bakı şəhərindən almışdır. Aldığı heroini özü istifadə etmişdir. Sonra isə heroini alıb satmaq istəmişdir. Ramillə “vvhatsap” proqramı vasitəsilə danışarkən narkotik 1 kiloqram heroin almaq istədiyini bildirmişdir. Ramilə heroinə görə 8500 manat pul verəcəyini, qalan hissəsini isə sonra verəcəyini demiş və razılaşmışlar. xx.xx.2021-ci il tarixdə Yevlax şəhərində avtovağzalın yaxınlığında marketdən “million” aparatından 2000 manat Ramilin ona verdiyi, hazırda xatırlamadığı kart hesabına yükləmişdir. xx.xx.2021-ci il tarixdə saat 21 radələrində Anarla Yevlax şəhərində görüşmüşlər. Anara Bakı şəhərində narakotik vasitə heroin olduğunu, həmin heroini Yevlax şəhərinə gətirmək lazım olduğunu, ona yol haqqı olaraq avtomobilinə 50 manatlıq yanacaq vuracağını və götürəcəyi narkotik vasitədən istifadə etməsi üçün verəcəyini bildirmişdir. O, üzərində olan kağız kəsiyi bükümünü çıxarıb içərisində heroin olmasını deyərək həmin heroini iki hissəyə bölüb falqa vasitəsi ilə Anarla birlikdə sonuncunun idarə etdiyi avtomobildə Yevlax şəhərində istifadə etdikdən sonra birlikdə Bakı şəhərinə getmək üçün yola düşmüşlər. Onlar Bakı şəhərinə gedərkən yolda ona məxsus «Samsung» markalı mobil telefon vasitəsi ilə Ramin adlı şəxslə danışarkən Ramin ona götürəcəyi narkotik vasitənin yerini demişdir. Onlar Bakı şəhəri Binəqədi rayon ərazisində olarkən o, “Qız Qalası” adlı marketin yanında düşüb marketə girmişdir. Marketdən içmək üçün su almış və Raminin ona verdiyi nömrəsini xatırlamadığı kart hesabına 1500 manat pul yükləmişdir. Bundan sonra marketdən çıxıb avtomobilə minmişdir. Anara avtomobili sürməsini demişdir. Ramin ona mobil telefonla danışarkən marketdən çıxaraq 500-600 metr getdikdən sonra yolun sağ hissəsində zibil qutularıının yanında yerdə iki ədəd sellofan torba olduğunu, onlardan birinin qara, digərinin isə göy rəngli olduğunu, qara rəngli sellofan torbada zibil olduğunu, göy rəngli sellofan torbada isə narkotik vasitə olan heroin olduğunu demişdir. O, Anarla irəliyə doğru getmiş və 500 metrdən sonra yolun sağ kənarında yerləşən zibil qutularının yanında sellofan torbanı görmüşdür. O, avtomobildən düşüb sellofan torbada 5000 manat pulu ora qoyub narkotik vasitə olan heroini götürmüşdür. Bundan sonra onlar Yevlax şəhərinə yola düşmüşlər. Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində “Qədir-Xum” ailəvi istirahət mərkəzinin yaxınlığında avtomobildə olan heroindən istifadə edib istirahət edən zaman yaxınlıqda olan polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etdikdən sonra onlara narkotik vasitə saxlamaqda şübhəli olduqlarını bildirərək onları Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. Onlar da polis əməkdaşları ilə razılaşmış və birlikdə Hacıqabul rayon polis şöbəsinə gəlmişlər. Polis şöbəsində o, şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edildikdən sonra videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Üzərində qanunsuz olaraq cinayət xarakterli əşya və predmet aşkar edilməmişdir. Sorğu zamanı o, polis əməkdaşlarına avtomobilin arxa yük yerində narkotik vasitə heroin olmasını və həmin sellofan torbada olan narkotik vasitəni təqdim edə biləcəyimi bildirmişdir. Sonra müdafiəçi, polis əməkdaşları və Anarla birlikdə avtomobilə baxış keçirilmiş və avtomobilin arxa yük yerində narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş və o, da protokolu imzalamışdır. İstifadəsində olan mobil telefon nömrəsi ***-***-**-**-dır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki,ailəsi ilə Yevlax şəhərində yaşamaqla özünə məxsus «Mersedes Benz» markalı avtomobiml ilə taksi fəaliyyəti ilə məşğul olur. Həmyerlisi Təqsirləndirilən şəxs1la münasibətləri yaxşı olmuşdur. Lakin onunla narkotik vasitə əldə etmə barədə heç bir söhbətləri olmamışdır. 16 iyul 2021-ci il tarixdə İlqar ona zəng edərək Bakı şəhərinə gedərkən onuda avtomobilə götürməsini demişdir. Həmin gün Bakı şəhərinə gedərkən İlqarı da avtomobilə götürmüş və birlikdə Bakı şəhərinə getmişlər. Bir müddət Bakı şəhərində qaldıqdan sonra Yevlaxa qayıdanda Hacıqabul rayonu ərazisindəki istirahət mərkəzində dayanmışlar. Bu zaman onun üzərində öz istifadəsi üçün 0,2 qram narkotik vasitə heroin olmuşdur. Lakin ona məxsus avtomobilin yük yerində narkotik vasitə olmamışdır. İstirahət mərkəzinin yanında olduqları vaxt polis əməkdaşları tərəfindən saxlanılmışlar. Polis əməkdaşları narkotik vasitə daşımaqda şübhəli olduqlarını bildirməklə onları rayon polis şöbəsinə aparmışlar. Bir gün orada saxlamaqla döymüşlər. Səhəri gün isə polis şöbəsinin həyətində avtomaşına onun və İlqarın iştirakları ilə baxış keçirilərkən avtomobilin yük yerindən heroin aşkar olunmuşdlur.Onun avtomobilində narkotik vasitə olmamışdır. Avtomobilin yük yerinə narkotik vasitə polis əməklaşları tərəfindən qoyulmuşdur. Lakin Təqsirləndirilən şəxs2 ibtidai istintaqda özünü elan olunmuş ittiham üzrə təqsirli bilməklə verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində göstərmişdir ki, ailəsi ilə Yevlax şəhərində yaşayır. Bir ilə yaxındır ki, narkotik vasitə qəbul edir. Özünə məxsus “Mercedes” markalı, **-GN-*** qeydiyyat nişanlı avtomobil ilə taksi faliyyəti göstərir. Yevlax şəhər sakini Təqsirləndirilən şəxs1 tanıyır, onunla münasibətləri yaxşı dır. xx.xx.2021-ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs1la Yevlax şəhərində görüşmüşəndə İlqar ona Bakı şəhərində narakotik vasitə heroin olduğunu, həmin heroini Yevlax şəhərinə gətirmək lazım olduğunu, yol haqqı olaraq avtomobilinə 50 manatlıq yanacaq vuracağını və götürəcəyi narkotik vasitədən ona istifadə etməsi üçün verəcəyini bildirmişdir. Həmin vaxt İlqar üzərində olan kağız kəsiyi bükümünü çıxarıb içərisində heroin olmasını bildirərək heroini iki hissəyə bölüb falqa vasitəsi ilə onun idarə etdiyi avtomobildə Yevlax şəhərində istifadə etdikdən sonra birlikdə Bakı şəhərinə yola düşmüşlər. Onlar Bakı şəhərinə gedərkən yolda İlqar özünə məxsus “Samsung” markalı mobil telefon vasitəsi ilə Ramin adlı şəxslə əlaqə saxlayarkən və danışarkən həmin şəxs telefonda İlqara götürəcəyi narkotik vasitənin yerini demişdir. Onlar Bakı şəhəri Binəqədi rayon ərazisində “Qız Qalası” adlı marketin yanında olarkən İlqar avtomobildən düşüb marketə girmiş və bir müddət sonra geri qayıdaraq Raminin hesabına 14.000 (on dörd min) manat pul göndərdiyini və əvəzində həmin qeyd edilən 1 (bir) kq narkotik vasitəni götürəcəyini bildirmişdir. X4 telefon əlaqəsi saxlamışdır. Ramin İlqara marketin yaxınlığında olan məişət tullantıları qabının yanına qoyulmuş sellofan torbanın olduğu yeri və həmin sellofan torbada qeyd edilən narkotik olmasını bildirmişdir. O, avtomobili bir qədər irəli sürmüşdür. Zibil qutularının yanında selofan torba olmasını hər ikisi görmüşlər. İlqar üzərində olan mobil telefonla həmin selofan torbanın şəkilini çəkdikdən sonra avtomobildən düşüb sellofan torbanı olduğu yerdən götürüb avtomobilin salonuna gətirmiş və salonda da həmin bağlamanın şəkilini telefonla çəkmişdir. O, avtomobili hərəkətə gətirərək oradan ayrılmış və Yevlax şəhərinə getmək üçün yola düşmüşlər. Bakı-Qazax avtomobilinin Hacıqabul rayon ərazisindən keçən hissəsində yolun kənarında “Qədir Xum” restoranının qarşısında İlqarın təkidi ilə avtomobili saxlamışdır. İlqar avtomobildən düşüb bağlamada olan narkotik vasitədən istifadə etmələri üçün bir az götürüb və bağlamanı avtomobilin arxa yük yerinə qoymuşdur. Avtomobilin salonunda hər ikisi falqa vasitəsi ilə narkotik vasitə heroini istifadə etmişlər. Avtomobildə narkotik vasitənin təsirindən dincələn zaman yaxınlıqda olan polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etdikdən sonra onlara narkotik vasitə saxlamaqda şübhəli olduqlarını bildirərək onları Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. Onlar da polis əməkdaşları ilə razılaşmış və birlikdə Hacıqabul RPŞ-nə gəlmişlər. Polis şöbəsində o, şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edildikdən sonra videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Həmin vaxt ondan üzərində qanunsuz olaraq cinayət xarakterli əşya və predmet aşkar edilməmişdir. Həmin vaxt istifadəsində olan mobil teleonu təqdim etmişdir. Sorğu zamanı o, polis əməkdaşlarına idarə etdiyi avtomobilin arxa yük yerində narkotik vasitə olan heroin olmasını və həmin selofan torbada olan narkotik vasitəni onlara təqdin edə biləcəyini və avtomobilinə baxış keçirilməsinə etirazının olmamasını bildirmişdir. Sonra müdafiəçi, polis əməkdaşları və İlqarla birlikdə avtomobilə baxış keçirilmişdir. İlqar avtomobilin arxa yük yerində narkotik vasitə heroin olmasını deyərək həmin bir ədəd selofan torbada olan heroini təqdim etmiş və 14.000 manata aldığı 1 kq çəkidə olan heroini Yevlax şəhərinə apararaq satacağını bildirmişdir. Aşkar edilmiş bağlamada olan heroin qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. Təqsirəlndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməlləri özlərinin ifadələrindən əlavə məhkəmədə dindirilən şahidlərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Şahid1 məhkəmədə göstərdi ki, Hacıqabul rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir. 17 iyul 2021-ci il tarixdə xidmətdə olduğu zaman Yevlax şəhər sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə əldə edib üzərlərində və Təqsirləndirilən şəxs2 idarə etdiyi **-GN-*** qeydiyyat nişanlı avtomobildə saxlamaqla dışımaları, hazırda Hacıqabul rayonu ərazisində olduqları barədə əməliyyat məlumatı daxil olmuşdur. Təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilməklə polis nəfəri X2 ilə birlikdə 17 iyul 2021-ci il tarixdə saat 03 radələrində Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisində “Qədir-Xum” ailəvi istirahət mərkəzininə doğru getmişlər. Mərkəzin yaxınlığında “Mercedes” markalı, **-GN-*** qeydiyyat nişanlı avtomobil görüb həmin avtomobilə yaxınlaşmışlar və avtomobildə sürücü ilə birlikdə 2 nəfər şəxsin olduğunu görmüşlər. Həmin şəxslərə özlərini təqdim etdikdən sonra narkotik vasitə saxlamaqda şübhəli olduqlarını bildirərək onları Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər ikisi şübhəli şəxs kimi tutulmuşlar. Təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərlərində şəxsi axtarış keçirilmiş, lakin qanunsuz əşya aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bildirmişlər ki, avtomobilin yük yerində narkotik vasitə olan heroin vardır. Avtomobilə baxış keçirilərkən yük yerində bir ədəd bağlamada heroinə oxşar maddə aşkar olunub götürüldmüşdür. Onlar İlqarın narkotiki almaq üçün Ramin adlı şəxsin hesabına 14.000 (on dörd min) manat pul göndərdiyini və narkotiki Bakı şəhəri Binəqədi qəsəbəsində götürdüklərini bildirmişlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir təsir-təzyiq göstərməmişlər. Şahid X2 da məhkəmədə Şahid1 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Baxış keçirilməsi və götürmə aparılması barədə 17 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olduqları «Mersedes Benz» markalı, **-GN-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilçrkçn avtomobilin yük yerindən bir ədəd sellofan torbada narkotik vasitə heroinəbənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni Bakı şəhərində şəxsən tanımadığı Ramil adlı şəxsin hesabına 14.000 manat pul keçirməklə sahibsiz yerdən məişət tullantıları qabının yanından götürdüyünü, narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Materialların məhkəmə ekspertizasının 17 iyul 2021-ci il tarixli, 18/737 №-li rəydən görünür ki, tədqiqata təqdim edilmiş “Mercedes Benz” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən götürülmüş 01 ədəd şəffaf polietilen torbada təmiz çəkisi- 1120 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 3214 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 3826 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Samsung Galaxy J-7” markalı mobil telefona baxış protkolundan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus həmin mobil telefonun üzərində olan ***-***-**-** saylı mobil nömrədən “Whatsapp” proqramı vasitəsilə fərqli nömrələr o cümlədən +**********02 saylı mobil telefon nömrəsinə mütəmadi zənglər olunaraq danışıqlar aparılması, sonuncu dəfə isə “Whatsapp” proqramı vasitəsilə +**********02 saylı mobil telefon nömrəsinə xx.xx.2021ci il tarixdə saat 00:41, 00:42 və 01:02-də zəng olunaraq danışıqlar aparılması müəyyən olunmuşdur. İşdə olan tələbnamədən Təqsirləndirilən şəxs2 Yevlax rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 3 (üç) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilərək 2 (iki) il sınaq müddəti müəyyən edilməklə cəzasə şərti şərti hesab edilmişdir. xx.xx.2018-ci il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs1 Yevlax rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. Ailə tərkibi haqqında xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ailəlidir, himayəsində azyaşlı uşaq yoxdur. Yaşayış yerindən verilmiş eyni tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs1 müsbət səciyyələnir. Ailə tərkibi haqqında xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ailəlidir, himayəsində azyaşlı uşağı yoxdur. Yaşayış yerindən verilmiş xasiyyətnamədə müsbət səciyyələnir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrupp şəxs halında cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etmələri, saxlamaları və daşımaları, əməllərində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında verdikləri-narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq birgə əldə etməmələri, saxlamamaları və daşımamaları, onlarda ümumiyyətlə narkotik vasitə olmaması, narkotik vasitənin avtomaşına polis əməkdaşları tərəfindən qoyulması, polis əməkdaşlarının təzyiqi nəticəsində ibtidai istintaqda cinayəti törətmələrini etiraf etmələri barədə ifadələrini özlərini müdafiə məqsədi daşımaqla qeyri obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Onların ibtidai istintaqda verdikləri ifadələrini obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri CM-nin 234.4.1 və 234.4.3-cü maddələləri ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətlərini, təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını yüngülləşdirən və CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldıqları müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətlərinin başlanğıcı 17 iyul 2021-ci il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla təqsirləndirilən şəx Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tədbiq edilməli və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs1 isə ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan 1119,95 qram narkotik vasitə heroin məhv edilməlidir. Ekspertizaxərci 31 manat 95 qəpik təqsçirəlndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 15 manat 98 qəpik alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ:

1. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 17 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın.

2. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 17 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan 1119,95 qram narkotik vasitə heroin məhv edilsin. Ekspertiza xərci 31 manat 95 qəpik təqsçirəlndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 15 manat 98 qəpik alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar