Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-54/2023 09.06.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X13, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhər 18 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3 və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi - Zərərçəkmiş şəxs başçısı aparatının Hüquq şöbəsinin məsləhətçisi Nümayəndə iştirakları ilə, xx xxxxxx 1970-ci ildə Sabirabad rayonu Pakrovka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Zərərçəkmiş şəxs başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri - baş memar vəzifəsində işləmiş, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1, 311.3.2 və 313-cü maddələri ilə; xx xxxxx 1962-ci ildə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin Baş Dövlət Tikinti X2 Obyektlər üzrə Dövlət Tikinti Müfəttişliyinin baş məsləhətçisi vəzifəsində işləmiş, ünvan 2 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin (bundan sonra CM-nin) 32.5,311.1 və 312-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs üzrə 4 avqust 2016-cı il tarixli əmrlə Zərərçəkmiş şəxs başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri - baş memar vəzifəsinə təyin edilərək həmin vəzifədə işləyərkən yerli icra hakimiyyəti başçısının memarlıq və tikinti sahəsində təsbit edilmiş funksiyalarının həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə və Zərərçəkmiş şəxs başçısı tərəfindən 7 yanvar 2022-ci il tarixdə təsdiq edilmiş “Zərərçəkmiş şəxs başçısı aparatının vəzifə bölgüsü”nə əsasən, şəhərsalma, memarlıq və tikinti sahələrində öz səlahiyyəti çərçivəsində yerli səviyyədə normativ tənzimlənmənin, dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsinin təmin edilməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada yerli səviyyədə şəhərsalma, memarlıq və tikinti sahələrində dövlət nəzarətinin həyata keçirilməsi, yaşayış məskənlərinin baş planlarının, müfəssəl planlaşdırma layihələrinin, yaşayış məskənlərinin hüdudları layihələrinin və digər layihələrin, habelə onlarda müvafiq dəyişiklikləri nəzərdə tutan layihələrin hazırlanmasının təşkil edilməsi, təsdiq edilmiş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsinə rəy verilməsi, müvafiq qaydada təsdiq olunmuş şəhərsalma sənədləri olmadıqda və ya şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi zamanı baş planlarda, müfəssəl planlaşdırma və ərazi-tikinti layihələrində və mövcud ərazilərin memarlıq-planlaşdırma həllərində dəyişiklik edilməsi tələb olunduğu hallarda bu dəyişikliklərə razılıq verilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada arxitektura qurumundan rəy alınmasının təşkil edilməsi, tikinti obyektlərinin inşası, genişləndirilməsi və yenidən qurulmasının memarlıq həlləri üzrə layihələrinə baxılması və razılaşdırılmasının təmin edilməsi, tikintisi başa çatmış obyektlərin istismara qəbulu üzrə komissiyaların işində iştirak edilməsi, obyektin tikintisinə icazə və tikinti obyektlərinin istismarına icazə sənədlərinin hazırlanaraq təsdiq üçün təqdim edilməsi, yerli səviyyədə dövlət şəhərsalma kadastrının yaradılması və aparılması, şöbəyə daxil olmuş ərizə və şikayətlərə baxılması və qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsi, rəylər verilməsi, tikinti layihələrinin təsdiq edilməsi, şəhərsalmanın əsasları haqqında qanunvericiliyin pozulması haqqında işlərə baxılması, rayon İcra Hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirməklə şöbəyə rəhbərliyin həyata keçirilməsi, başçının memarlıq və tikinti sahəsində qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətlərinin həyata keçirilməsinin təmin edilməsi, yaşayış və qeyri-yaşayış binalarının tikintisinə və istismarına nəzarət edilməsi, bu sahədə sənədlərin hazırlanması və təsdiqinə rəhbərlik etməklə rəy verilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirməklə başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən, yaxud nəticələnə bilən hərəkətləri etmək hüququna malik, xidməti vəzifəsinə görə fiziki və hüquqi şəxslərin müraciəti əsasında inşa edilməsi nəzərdə tutulan tikinti obyektlərinin layihəsinin şəhərsalma və tikinti normalarına uyğunluğunu müəyyən etdikdə layihənin təsdiq edilməsi, həmçinin tikinti işlərini aparmaq üçün icazə, təqdim edilmiş layihəyə uyğun qeyri-yaşayış obyektinin tikintisinin aparılmasının məqsədəmüvafiq hesab edilməsi barədə baş memarın rəyi və tikintisi başa çatdırılmış obyektin istismara qəbul (icazə) aktının verilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsini təmin etməli olan vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkət müqabilində, yəni Sabirabad rayonu Yenikənd kəndində yerləşən 0,20 ha torpaq sahəsi üzərində yerləşən, sahəsi 188 m2 olan ticarət və xidmət obyektinə dair layihənin təsdiq olunması, tikinti işlərinin aparılmasına icazə, baş memarın rəyi və istismara icazə (qəbul) aktının verilməsində köməklik göstərilməsi üçün 2022-ci ilin yanvar-fevral aylarında ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs inzibati binasının yaxınlığındakı kafedə özünə müraciət etmiş həmin tikinti obyektinin sahibi Şahid1 həmin obyektlə bağlı layihənin təsdiq olunması, baş memarın rəyi və digər zəruri sənədlərin verilməsinə görə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, qeyd edilən ünvanda Şahid1 həmin gün maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən rüşvət qismində almışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkət müqabilində, yəni Sabirabad rayonu, Qalağayın kəndində yerləşən, arvadı X9 məxsus 0,008502 ha torpaq sahəsi üzərində inşa edilmiş, sahəsi 94,60 m2 olan ticarət obyektinə dair layihənin təsdiq olunması, tikinti işlərinin aparılmasına icazə, baş memarın rəyi və istismara icazə aktının verilməsində köməklik göstərilməsi üçün 2022-ci ilin aprel ayında ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs inzibati binasının həyətində özünə müraciət etmiş Şahid3 həmin obyektlə bağlı layihənin təsdiq olunması, baş memarın rəyi və digər zəruri sənədlərin verilməsinə görə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 500 (beş yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, qeyd edilən ünvanda Şahid3 həmin gün maddi nemət olan 500 (beş yüz) manat məbləğində pul vəsaitini şəxsən özü üçün birbaşa yolla təkrarən rüşvət qismində almışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin Baş Dövlət Tikinti X2 Obyektlər üzrə Dövlət Tikinti Müfəttişliyinin baş məsləhətçisi vəzifəsində işləyən tanışı Təqsirləndirilən şəxs2 müraciət edən şəxsi özünə yönləndirməklə tərəfindən tikinti ilə əlaqədar verilməsi nəzərdə tutulan sənədlərin mahiyyəti və təqdiminə, habelə arzuolunmaz nəticələrin baş verməyəcəyinə əminlik üçün pul vəsaitinin onun iştirakı ilə veriləcəyi barədə sonuncunun cinayətin törədilməsinə yardım etməyə yönəlmiş məsləhət və məlumatları, yəni köməkçiliyi ilə xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni Şahid4 məxsus olmaqla Sabirabad rayonu Balahəşimxanlı kəndi ərazisində yerləşən 0,449 ha torpaq sahəsi üzərində inşa edilmiş 191,20 m2 sahəsi olan xidmət obyektinə dair layihənin təsdiq olunması, tikinti işlərinin aparılmasına icazə, baş memarın rəyi və istismara icazə aktının verilməsində köməklik göstərilməsi üçün Təqsirləndirilən şəxs2 müraciət etməklə sonuncunun eyni xarakterli məsləhət və məlumatları əsasında 2022-ci ilin may ayında ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs inzibati binasında özünə müraciət etmiş Şahid4 etibarnamə üzrə nümayəndəsi Şahid5 həmin obyektlə bağlı layihənin təsdiq olunması, baş memarın rəyi və digər zəruri sənədlərin verilməsi ilə əlaqədar tədbirlərin görülməsinə görə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyərək Şahid5 razılığını alıb, həmin niyyətlə 21 iyun 2022-ci il tarixdə eyni ünvanda maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitini şəxsən özü üçün birbaşa yolla Təqsirləndirilən şəxs2 köməkçiliyi ilə Şahid5 təkrarən rüşvət qismində almış, bundan sonra verdiyi vədin icrası ilə əlaqədar, Zərərçəkmiş şəxs başçısı tərəfindən 7 yanvar 2022-ci il tarixdə təsdiq edilmiş “Zərərçəkmiş şəxs başçısı aparatının vəzifə bölgüsü”nə əsasən, Memarlıq və tikinti şöbəsinin fəaliyyətinə nəzarəti həyata keçirməklə obyektin tikintisinə icazə və tikinti obyektinin istismarına icazə sənədlərinin təsdiq edilməsi rayon İcra Hakimiyyəti başçısının birinci müavininin səlahiyyətlərinə aid edildiyi halda, xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək 21 iyun 2022-ci ildən 25 iyun 2022-ci ilədək keçən müddət ərzində Zərərçəkmiş şəxs inzibati binasındakı xidməti otağında istifadəsində olan kompyuter vasitəsilə öz adından, müəyyən edilmiş rekvizitlərə malik olan və torpaq sahəsi üzərində tikinti-quraşdırma işlərinin aparılmasına başlamaq hüququ verməklə rəsmi sənəd hesab edilən “Tikinti işlərini aparmaq üçün İcazə” adlanan 129 nömrəli icazə sənədinin nümunəvi blankını doldurub aşağı hissədə “Rayon İcra Hakimiyyəti başçısının birinci müavini: Şahid9” qrafasının yerinə “RİHB aparatının Memarlıq və tikinti şöbəsinin müdiri: Təqsirləndirilən şəxs1” formasında sözlərini qeyd etməklə yanaşı, eyni məzmunlu icazə sənədinin başçının birinci müavininin adından ikinci nüsxəsini hazırlayıb, müvafiq icazələrin inşası artıq başa çatdırılmış sözügedən obyektdə guya tikinti işlərinə başlanmazdan əvvəl verilməsi görüntüsünü yaratmaqla obyektə dair zəruri sənədlərin hazırlanması prosesində digər dövlət orqanları və aidiyyəti təşkilatların razılığının alınması görüntüsü yaratmaqla tamah niyyəti ilə “Tikinti işlərini aparmaq üçün İcazə” adlanan 129 nömrəli rəsmi icazə sənədlərinin məzmununa qeyd olunan sənədlərin hər iki nüsxəsinin guya 22 sentyabr 2016-cı il tarixdə tərtib edilməsinə dair bilə-bilə yalan məlumat daxil etdikdən sonra printer vasitəsilə çap edib, müvafiq nüsxənin digər təşkilati sənədlərlə birgə təqdim edib cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs başçısının birinci müavini Şahid9 tərəfindən imzalanmasına və üzərində “Azərbaycan Respublikası Zərərçəkmiş şəxs başçısı” sözləri yazılmış dairəvi möhürlə həmin müddətdə İcra Hakimiyyətinin inzibati binasında təsdiq edilməsinə nail olub, cinayətkar niyyətinə uyğun olaraq, səlahiyyətlərinə aid olmadığı halda öz adından tərtib etdiyi icazə sənədini də şəxsən imzalayaraq üzərində orta hissədə “Memarlıq və tikinti şöbəsi” sözləri yazılmış dairəvi möhürlə təsdiq etməklə rəsmi sənədlərin məzmununa vahid tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmiş, həmin hərəkətləri ilə dövlətin məqsəd və funksiyalarının yerli səviyyədə həyata keçirilməsi sahəsində qanunçuluğun, nizamlılığın, fəaliyyətin bütün sferaları üzrə koordinasiyanın mərkəzləşməsinin təmin edilməsi ilə əlaqədar fəaliyyətini pozmaqla qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərini aşmışdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi üzrə 14 dekabr 2020-ci il tarixli 1442/Ş nömrəli əmrlə Nazirliyin Tikintidə X4 Agentliyinin Baş Dövlət Tikinti X2 Obyektlər üzrə Dövlət Tikinti Müfəttişliyinin baş məsləhətçisi vəzifəsinə təyin edilərək Agentliyin Baş Dövlət Tikinti Müfəttişliyinin 1 mart 2022-ci il tarixli 011 nömrəli əmrinə əsasən, Şirvan şəhəri və Hacıqabul rayonu üzrə Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2014-cü il tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın tələblərinə uyğun səlahiyyətləri yerinə yetirərkən Şahid4 məxsus olmaqla Sabirabad rayonu, Balahəşimxanlı kəndi ərazisində 0,449 ha torpaq sahəsi üzərində inşa edilmiş 191,20 m2 sahəsi olan xidmət obyektinə istismara hazırlıq aktının verilməsində köməklik göstərilməsi üçün 2022-ci ilin may ayında Şirvan şəhəri ərazisində özünə müraciət etmiş Şahid4 etibarnamə üzrə nümayəndəsi Şahid5 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi üzrə 8 iyul 2019-cu il tarixli qərarla təsdiq edilmiş “Tikintidə X4 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi haqqında Əsasnamə”nin və Agentlik üzrə 19 iyun 2015-ci il tarixli 017 nömrəli əmrlə təsdiq edilmiş “Tikinti obyektinin istismara hazırlıq aktının rəsmiləşdirilməsinə dair Daxili Təlimat”ın müddəalarını rəhbər tutmaqla Agentliyə yazılı müraciət göndərmə qaydalarını izah edərək onu Agentliyə yönəltməli olduğu halda, Baş Dövlət Tikinti Müfəttişliyi üzrə 01 mart 2022-ci il tarixli 011 nömrəli əmrə əsasən, Müfəttişliyin Muğan regionu üzrə Sabirabad rayonu X14 adına Elmi-Tədqiqat Layihə Konstruktor və X3 cinayətdən xəbərsiz olan mütəxəssisi Şahid11 və Baş Dövlət Tikinti X2 Obyektlər üzrə Dövlət Tikinti Müfəttişliyinin cinayətdən xəbərsiz olan baş məsləhətçisi Şahid12 fəaliyyət dairəsində (kurasiyasında) olduğuna görə Şahid5 qeyd edilən obyektə istismara hazırlıq aktının verilməsinə dair gələcəkdə rəsmi qaydada ünvanlanması nəzərdə tutulan müraciəti qanunvericilikdə müəyyən edilmiş qaydada rəsmiləşdirildikdən sonra tutduğu vəzifəyə və aralarındakı tanışlıq münasibətinə görə malik olduğu həqiqi təsir imkanlarından istifadə edərək, həmkarları Şahid11, Şahid12 və “Muğan” Regional Tikinti Müfəttişliyinin rəisi vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid13 tərəfindən “Tikinti obyektinin istismara hazırlıq aktının rəsmiləşdirilməsinə dair Daxili Təlimat”ın tələblərinə uyğun olaraq Baş Dövlət Tikinti Müfəttişliyinin rəhbərliyinə obyektdə tikinti-quraşdırma işlərinin tam başa çatması və tikinti obyektinin istismara hazır olması barədə müsbət məzmunlu birgə xidməti məlumat göndərilməsinə, bununla da, Baş Dövlət Tikinti Müfəttişliyinin rəhbərliyinin birgə xidməti məlumatda ifadə edilən razılıq xarakterli rəyə əsaslanıb müvafiq ticarət və xidmət obyektinə istismara hazırlıq aktının verilməsinə dair qərarlarına qanunsuz təsir etmək məqsədilə Şahid5 özü üçün şəxsən birbaşa yolla 3.000 (üç min) manat məbləğində maddi nemət olan pul vəsaitini istəməklə həmin məbləğin 2.000 (iki min) manatını 21 iyun 2022-ci il tarixdə Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “Füzuli” parkının ərazisində, 1.000 (bir min) manatını isə 29 iyun 2022-ci il tarixdə Şirvan şəhəri, İstiqlaliyyət prospekti 10 ünvanında yerləşən Şirvan şəhər İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında Şahid5 alıb şəxsi ehtiyaclarına sərf etməklə, öz həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxs olan Baş Dövlət Tikinti Müfəttişliyinin rəhbərliyinin, Şahid11, Şahid12 və Şahid13 qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitini istəməklə alaraq nüfuz alveri etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən Zərərçəkmiş şəxs üzrə 4 avqust 2016cı il tarixli əmrlə Zərərçəkmiş şəxs başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri baş memar vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyən və Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə və Zərərçəkmiş şəxs başçısı tərəfindən 7 yanvar 2022-ci il tarixdə təsdiq edilmiş “Zərərçəkmiş şəxs başçısı aparatının vəzifə bölgüsü”nə əsasən, şəhərsalma, memarlıq və tikinti sahələrində öz səlahiyyəti çərçivəsində yerli səviyyədə normativ tənzimlənmənin, dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsinin təmin edilməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada yerli səviyyədə şəhərsalma, memarlıq və tikinti sahələrində dövlət nəzarətinin həyata keçirilməsi, yaşayış məskənlərinin baş planlarının, müfəssəl planlaşdırma layihələrinin, yaşayış məskənlərinin hüdudları layihələrinin və digər layihələrin, habelə onlarda müvafiq dəyişiklikləri nəzərdə tutan layihələrin hazırlanmasının təşkil edilməsi, təsdiq edilmiş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsinə rəy verilməsi, müvafiq qaydada təsdiq olunmuş şəhərsalma sənədləri olmadıqda və ya şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi zamanı baş planlarda, müfəssəl planlaşdırma və ərazi-tikinti layihələrində və mövcud ərazilərin memarlıq-planlaşdırma həllərində dəyişiklik edilməsi tələb olunduğu hallarda bu dəyişikliklərə razılıq verilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada arxitektura qurumundan rəy alınmasının təşkil edilməsi, tikinti obyektlərinin inşası, genişləndirilməsi və yenidən qurulmasının memarlıq həlləri üzrə layihələrinə baxılması və razılaşdırılmasının təmin edilməsi, tikintisi başa çatmış obyektlərin istismara qəbulu üzrə komissiyaların işində iştirak edilməsi, obyektin tikintisinə icazə və tikinti obyektlərinin istismarına icazə sənədlərinin hazırlanaraq təsdiq üçün təqdim edilməsi, yerli səviyyədə dövlət şəhərsalma kadastrının yaradılması və aparılması, şöbəyə daxil olmuş ərizə və şikayətlərə baxılması və qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsi, rəylər verilməsi, tikinti layihələrinin təsdiq edilməsi, şəhərsalmanın əsasları haqqında qanunvericiliyin pozulması haqqında işlərə baxılması, rayon İcra Hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirməklə şöbəyə rəhbərliyin həyata keçirilməsi, başçının memarlıq və tikinti sahəsində qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətlərinin həyata keçirilməsinin təmin edilməsi, yaşayış və qeyri-yaşayış binalarının tikintisinə və istismarına nəzarət edilməsi, bu sahədə sənədlərin hazırlanması və təsdiqinə rəhbərlik etməklə rəy verilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirməklə başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən, yaxud nəticələnə bilən hərəkətləri etmək hüququna malik, xidməti vəzifəsinə görə fiziki və hüquqi şəxslərin müraciəti əsasında inşa edilməsi nəzərdə tutulan tikinti obyektlərinin layihəsinin şəhərsalma və tikinti normalarına uyğunluğunu müəyyən etdikdə layihənin təsdiq edilməsi, həmçinin tikinti işlərini aparmaq üçün icazə, təqdim edilmiş layihəyə uyğun qeyri-yaşayış obyektinin tikintisinin aparılmasının məqsədəmüvafiq hesab edilməsi barədə baş memarın rəyi və tikintisi başa çatdırılmış obyektin istismara qəbul (icazə) aktının verilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsini təmin etməli olan vəzifəli şəxs Təqsirləndirilən şəxs1 müraciət edən şəxsi ona yönləndirməklə sonuncu tərəfindən tikinti ilə əlaqədar verilməsi nəzərdə tutulan sənədlərin mahiyyəti və təqdiminə, habelə arzuolunmaz nəticələrin baş verməyəcəyinə əminlik üçün pul vəsaitinin özünün iştirakı ilə veriləcəyi barədə məsləhət və məlumatları ilə yardım edərək Müşfiq Qasımovun xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkət, yəni Şahid4 məxsus olmaqla Sabirabad rayonu, Balahəşimxanlı kəndi ərazisində yerləşən 0,449 ha torpaq sahəsi üzərində inşa edilmiş 191,20 m2 sahəsi olan xidmət obyektinə dair layihənin təsdiq olunması, tikinti işlərinin aparılmasına icazə, baş memarın rəyi və istismara icazə aktının verilməsində köməklik göstərilməsi üçün özünə müraciət etməsi ilə əlaqədar özünün müvafiq məsləhət və məlumatlar verməklə yönləndirməsi ilə 2022-ci ilin may ayında ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs inzibati binasında Müşfiq Qasımovla görüşmüş Şahid4 etibarnamə üzrə nümayəndəsi Şahid5 həmin obyektlə bağlı layihənin təsdiq olunması, baş memarın rəyi və digər zəruri sənədlərin verilməsi ilə əlaqədar tədbirlərin görülməsinə görə Müşfiq Qasımovun özü üçün birbaşa yolla maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyərək Şahid5 razılığını alıb, həmin niyyətlə 21 iyun 2022-ci il tarixdə eyni ünvanda maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitini Müşfiq Qasımovun özü üçün birbaşa yolla Şahid5 rüşvət qismində özünün iştirakı ilə almasında köməkçi qismində iştirak etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 309.1, 311.3.2 və 313-cü maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs başçısının 04 avqust 2016-cı il tarixli əmri ilə İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri - baş memar vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə və başçı tərəfindən təsdiq edilən “Zərərçəkmiş şəxs başçısı aparatının vəzifə bölgüsü”nə əsasən, xidməti vəzifələri rayon ərazisində inşa edilən obyektlərin tikintisinə icazə və tikinti obyektinin istismarına icazə sənədlərini hazırlayaraq təsdiq üçün başçının birinci müavininə təqdim etmək, obyektin layihəsini təsdiq etmək, obyektin tikintisinin aparılmasının məqsədəmüvafiq hesab edilməsi barədə rəy vermək, rayon ərazisində aparılan tikinti, quruculuq və abadlıq işlərinə, rayonun baş planına riayət edilməsinə, fərdi yaşayış evlərinin və qeyri-yaşayış obyektlərinin şəhərsalma-tikinti qanunvericiliyinin tələblərinə uyğun inşa olunmasına nəzarət etmək, rayon ərazisindən keçən bütün kommunikasiya xətlərinin normal fəaliyyət göstərməsini təmin etmək, vətəndaşların aidiyyəti sahələr üzrə müraciətlərinə baxıb müraciətdə göstərilən məsələlərin həlli istiqamətində zəruri tədbirlər görməkdən və s. ibarətdir. İttiham aktında göstərildiyi kimi, Sabirabad rayonu Yenikənd kəndində qanunsuz olaraq çayxana binasının, «Qardaşlar» kafesinin tikintisi ilə bağlı, sənəd düzəltmək adı ilə Şahid1 onun işini yoluna qoymaq üçün 1000 manat pul almışdır. Şahid1 1000 manat pulu rayon icra hakimiyyətinin yanında yerləşən kafedə almışdır. Lakin həmin pulu öz şəxsi ehtiyaclarına deyil, Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə xərcləmişdir. Evi yanmış adam üçün tikinti materialları almışdır. Şahid1 qanunsuz olaraq aparmış olduğu tikili ilə bağlı lahiyənin hazırlanıb təsdiq edilməsini, baş memar kimi rəy verəcəyini və tikintinin istismara verilməsini vəd etməmişdir. Əslində qanunsuz tikintiyə göz yummaq üçün Şahid1 1000 manat pul almışdır. Bundan başqa Sabirabad rayonu Qalağayın kəndin sakini Ülvü Əhədovu taksi sürücüsü kimi tanımışdır. Ülvinin idarə etdiyi avtomobildən dəfələrlə taksi kimi istifadə etmişdir. Ülvü Əhədovun arvadı Samirə Əhədovanın adına olan, Qalağayın kəndində yerləşən mağazanın lahiyyəsinin çəkilməsi üçün Ülvü Əhədovdan 500 (beş yüz) manat pul almışdır. Həmin pulun 250 manatını lahiyənin çəkilməsinə vermiş, 250 manatı isə onda qalmışdır. 500 manat pulu Ülvü Əhədovdan rüşvət kimi almamışdır. Bundan başqa 2022-ci ilin may ayının ortalarında əvvəldən tanıdığı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin “Muğan” Regional Tikinti Müfəttişliyinin baş məsləhətçisi Təqsirləndirilən şəxs2 ona zəng edərək, Sabirabad rayonu, Balahəşimxanlı kəndində yaşayan Şahid4 məxsus torpaq sahəsində inşa olunmuş mağazaya istismar aktının alınması üçün Azərin qohumu Şahid5 ona müraciət etdiyini və mağaza ilə bağlı müvafiq sənədəlrin, yəni rəyin, rayon icra hakimiyyəti başçısının sərəncamının verilməsi üçün Bəhruzu ona yönəltdiyini bildirmiş, həmin şəxsə sənədləşmə məsələsinin həllində köməklik göstərməyini xahiş etmişdir. O, ittiham aktında göstərldiyi qaydada Şahid5lə rayon icra hakimiyyətinin yanında yerləşən bağda görüşərək ondan 3000 manat məbləğində pulu almışdır. Həmin məbləğdə pulu mağazanın sənədləşdirilməsi ilə bağlı işləri görmək məqsədi ilə almışdır. Tamah məqsədi ilə almamışdır. Pulu aldıqdan sonra təxminən iyun ayının 25-dək Zərərçəkmiş şəxs inzibati binasındakı xidməti otağında istifadəsində olan kompyuter vasitəsilə Sabirabad rayonu, Balahəşimxanlı kənd sakini Şahid4 istifadəsində olan 0.449 ha torpaq sahəsinin üzərində təqdim olunmuş layihəyə uyğun qeyri-yaşayış obyektinin tikintisinin aparılmasının məqsədəmüvafiq hesab edilməsi barədə Sabirabad rayonu Baş memarının rəyini hazırlamış, həmin rəydə adının qarşısında imzasını icra etmişdir. Bundan başqa, iki nüsxədən ibarət “Tikinti işlərini aparmaq üçün İcazə” adlı 22 sentyabr 2016-cı il tarixli 129 nömrəli sənədləri tərtib edib bir nüsxəsini özü imzalamış, digərinin imza qrafasında isə Zərərçəkmiş şəxs başçısının birinci müavini Şahid9 adını qeyd etmiş və sənədi sonuncuya imzalatmışdır. Həm özü imzaladığı, həm də başçının birinci müavini tərəfindən imzalanmış hər ikisi 22 sentyabr 2016-cı il tarixli, 129 nömrəli olmaqla “Tikinti işlərini aparmaq üçün İcazə” adlı sənədləri o özü 2022-ci ilin iyun ayının 25-dək keçmiş tarixə hazırlamışdır. Başçının birinci müavini Şahid9 sözügedən sənədin ikinci nüsxəsinə tarixə diqqət yetirmədən imza çəkmişdir. O, qeyd olunan sənədləri hazırladıqdan sonra hamısını Eldara təhvil verməsi üçün Bəhruza təqdim etmişdir. Sənədləri Bəhruza özü işdə olmadığı vaxt tapşırığı ilə məsələnin mahiyyətindən xəbərsiz olan Sabirabad RİHB aparatının Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi – mühəndis Şahid8 vermişdir, lakin sonradan Eldar və o həbs olunduğu üçün obyektə istismara hazırlıq və istismara icazə aktlarının verilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində eyni xüsusatları təsdiq etməklə göstərmişdir ki, Sabirabad rayonu Yenikənd kəndində ümumi sahəsi 0,20 ha olan torpaq sahəsinin bir hissəsində kənd sakini Şahid1 tərəfindən 2019-2021-ci illərdə inşa edilmiş, sahəsi 188 m2 olan ticarət və xidmət obyekti – “Qardaşlar” kafesinə dair zəruri sənədlərin verilməsi müqabilində sonuncudan 1.000 (bir min) manat məbləğində pul tələb edib almışdır. Belə ki, əvvəldən tanıdığı rayon sakini Şahid2 2022-ci ilin yanvar-fevral aylarında dəqiq xatırlamadığı tarixdə ona zəng edib təklikdə Zərərçəkmiş şəxs inzibati binasının həyətində yerləşən kafedə görüşüb qohumu Hənifənin Sabirabad rayonu Yenikənd kəndində inşa etdirdiyi obyektə dair heç bir sənəd düzəltdirməməsi barədə məlumat vermişdir. O isə ilk növbədə obyektin layihəsinin baş memar tərəfindən təsdiq olunması, həmçinin qeyriyaşayış obyektinə dair tikinti işlərini aparmaq üçün icazə və təqdim edilmiş layihəyə uyğun qeyri-yaşayış obyektinin tikintisinin aparılmasının məqsədəmüvafiq hesab edilməsi barədə Sabirabad rayon baş memarının rəyinin verilməsinin zəruri olduğunu, yekun mərhələdə Zərərçəkmiş şəxs tərəfindən istismara qəbul (icazə) aktının veriləcəyini deyib, həmin hərəkətlərin edilməsi müqabilində 1.000 manat məbləğində pul tələb etmiş, sənədlərin pul verildikdən sonrakı bir neçə ay ərzində hazır olacağını vəd etmiş, bundan əlavə, tikinti obyektinə dair FHN tərəfindən istismara hazırlıq aktının verilməli olduğunu, həmin məsələni FHN-in aidiyyəti qurumları ilə ayrıca danışıb həll etməyin zəruriliyini bildirmişdir. Cəmil isə Hənifə ilə danışıb nəticəsini ona deyəcəyini qeyd etmişdir. Bundan bir neçə gün sonra Cəmil ona zəng edib Hənifənin təkliflə razılaşaraq pulu düzəltməsi barədə məlumat vermişdir. Onlar görüş təyin edib 2022-ci ilin yanvar-fevral aylarında dəqiq xatırlamadığı tarixdə üçlükdə Zərərçəkmiş şəxs inzibati binasının həyətində yerləşən kafedə görüşmüş, görüş zamanı o, Hənifə ilə şəxsən söhbət edərək əvvəl Cəmilə dediyi sözləri təkrarən təsdiq etmişdir. Hənifə isə obyektin layihəsinin tərtib edilmədiyini dedikdə o, sonuncunu münasib bir layihəçi ilə əlaqələndirəcəyini, həmin şəxs tərəfindən layihənin tərtib olunacağını, layihə xərcinin də 1.000 manata daxil olduğunu, bunun üçün əlavə pul istəməyəcəyini bildirmişdir. Lakin tikinti obyektinə dair FHN tərəfindən istismara hazırlıq aktının verilməli olduğunu, həmin məsələni FHN-in aidiyyəti qurumları ilə ayrıca danışıb həll etməsinin zəruriliyini vurğulamışdır. Hənifə razılaşıb ondan İcra Hakimiyyəti ilə bağlı sənədləri hazırlamasını xahiş edərək cibindən 1.000 manat pul çıxarıb ona təqdim etmişdir. Lakin işlə bağlı obyektiv səbəblərdən dolayı tutulduğu vaxtadək sənədləri hazırlayıb təqdim edə bilməmişdir. Həmçinin Sabirabad rayonu Qalağayın kəndində yerləşən, X9 məxsus olan 0,008502 ha torpaq sahəsində 2021-2022-ci illərdə inşa edilmiş mağazaya dair zəruri sənədlərin verilməsi müqabilində birincinin əri Şahid3 500 manat pul tələb edib almışdır. Məlumat üçün bildirmişdir ki, Ülvini həm rayon sakini, həm də müştərisi olduğu taksinin sürücüsü kimi tanıyır. Belə ki, o, Ülvinin idarə etdiyi “Lada Vaz 2104” markalı, **-VF-*** qeydiyyat nişanlı avtomobildən dəfələrlə taksi kimi istifadə etmişdir. 2022-ci ilin aprel ayında dəqiq xatırlamadığı tarixdə Ülvi təklikdə Zərərçəkmiş şəxs inzibati binasına gəlib onunla görüşmüşdür. Həmin vaxt o, həyətdə təmir-bərpa işləri aparan ustaların yanında dayanıb onlara nəzarət etmişdir. O, Ülvidən gəlişinin səbəbini soruşduqda sonuncu Sabirabad rayonu, Qalağayın kəndində yerləşən, arvadı X9 məxsus olan 0,008502 ha torpaq sahəsində ərzaq məhsullarının satışını həyata keçirmək məqsədilə İcra Hakimiyyətindən tikintiyə icazə almadan bir mərtəbəli ticarət obyekti inşa etdirdiyini, torpağa dair alqı-satqı müqaviləsinin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın mövcud olduğunu, ticarət obyektinə dair istismara icazə aktı almaq istədiyini bildirmişdir. O isə ilk növbədə obyektin layihəsinin hazırlanıb baş memar tərəfindən təsdiq olunması, həmçinin qeyri-yaşayış obyektinə dair tikinti işlərini aparmaq üçün icazə və təqdim edilmiş layihəyə uyğun qeyri-yaşayış obyektinin tikintisinin aparılmasının məqsədəmüvafiq hesab edilməsi barədə Sabirabad rayon baş memarının rəyinin verilməsinin zəruri olduğunu, yekun mərhələdə Zərərçəkmiş şəxs tərəfindən istismara qəbul (icazə) aktının veriləcəyini deyib, həmin hərəkətlərin edilməsi müqabilində 500 manat məbləğində pul tələb etmiş, pul verildikdən sonrakı bir neçə ay ərzində sənədlərin hazır olacağını vəd edərək, sənədlər təqdim edildikdən sonra obyektin fəaliyyətə başlaya biləcəyini demişdir. O, Ülviyə obyektin layihəsinin kim tərəfindən, nə vaxt, hansı qaydada hazırlanacağını, həmçinin əlavə olaraq FHN-dən hər hansı sənəd almalı olduğunu bildirməmişdir. Ülvi təkliflə razılaşıb avtomobilində 500 manat pul olduğunu demiş, o isə gedib pulu gətirməyini istəmişdir. Ülvi ondan aralaşıb bir qədər sonra 500 manat pulla geri qayıdaraq icra hakimiyyətinin həyətində kənar şəxslərin görmədiyi şəraitdə təklikdə pulu sayıb ona vermişdir. O isə pulu götürüb cibinə qoymuşdur. Ülvi sağollaşıb həmin yerdən uzaqlaşmışdır. O, Ülvidən aldığı 500 manatın 250 manatını həmin ərəfələrdə Ülviyə məxsus obyektin layihəsinin çəkilməsi üçün layihəçi Şahid6 vermiş, sonuncu layihəni hazırlayıb ona təqdim etmişdir. O, layihənin bütün səhifələrində əlyazma ilə “Baş memar: Təqsirləndirilən şəxs1” sözlərini yazaraq qarşısında öz imzasını çəkmiş, lakin vaxt məhdudiyyəti baxımından layihəni Memarlıq və tikinti şöbəsinin möhürü ilə təsdiq edə, həmçinin vəd etdiyi digər sənədləri hazırlaya bilməmişdir. Bundan başqa, 2022-ci ilin may ayının ortalarında əvvəldən tanıdığı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin “Muğan” Regional Tikinti Müfəttişliyinin baş məsləhətçisi Təqsirləndirilən şəxs2 ona zəng edərək, Sabirabad rayonu, Balahəşimxanlı kəndində yaşayan Şahid4 məxsus 0.449 ha torpaq sahəsində sonuncu tərəfindən təxminən 6-7 il əvvəl 191,20 m2 ölçüdə mağaza inşa olunduğunu, Azərin qohumu Şahid5 həmin mağazaya FHN-dən istismara hazırlıq aktı almaq üçün özünə müraciət etdiyini, lakin ilk növbədə İcra Hakimiyyəti tərəfindən zəruri sənədlərin hazırlanması vacib olduğundan Bəhruzu ona yönəltdiyini bildirib həmin şəxsə sənədləşmə məsələsinin həllində köməklik göstərməyini xahiş etmiş, o isə tanımadığı adamla bu mövzuda görüşüb söhbət etməkdən çəkindiyini, cinayət məsuliyyətinə cəlb edilmə və tutulma ehtimalının olduğunu dedikdə, Eldar Bəhruzla qohumluq münasibətlərinin mövcudluğunu, sonuncunun problemsiz şəxs olduğunu, etibar edib sənədləşmə işlərinin həlli üçün səmimi söhbət edə biləcəyini, narahatçılığa heç bir əsas olmadığını əlavə etmişdir. Ona görə də o, Bəhruzu qəbul edib problemini dinləməyə və məsələnin müsbət həll edilməsi üçün sonuncuya köməklik göstərməyə razılaşmışdır. Həmin ərəfələrdə dəqiq xatırlamadığı tarixdə özünü Eldarın qohumu Bəhruz kimi təqdim edən şəxs onunla telefon əlaqəsi saxlayıb Eldarın dediklərini təsdiq etmiş, onlar təfərrüatları müzakirə etmək üçün ikilikdə Zərərçəkmiş şəxs inzibati binasında görüşmüşlər. O, icra hakimiyyətinin iclas zalında Bəhruzun gətirdiyi sənədlərə baxıb torpaq sahəsinin çıxarışının olmadığını bildirmiş, Bəhruz çıxarışın tezliklə veriləcəyini demişdir. Bundan sonra, o, obyektin istismara başlaması üçün tələb olunan zəruri sənədlərin hazırlanması, yəni qeyri-yaşayış obyektinə dair tikinti işlərini aparmaq üçün icazə, təqdim edilmiş layihəyə uyğun qeyri-yaşayış obyektinin tikintisinin aparılmasının məqsədəmüvafiq hesab edilməsi barədə Sabirabad rayon baş memarının rəyi və istismara icazə (qəbul) aktlarının verilməsi, həmçinin obyektin layihəsinin Baş memar tərəfindən təsdiq olunması müqabilində əli ilə “3” işarəsi göstərib ardınca sözlə 3.000 manat pul lazım olduğunu bildirmişdir. Lakin həmin pulu kimlərlə və hansı qaydada böləcəyi, pulu tam həcmdə və ya bir hissəsini kiməsə verəcəyi barədə heç nə deməmişdir. Bəhruz da bu barədə heç nə soruşmadan təklifini qəbul etmiş, obyektə dair istismara hazırlıq aktını Eldarın köməkliyi ilə alacağını bildirmişdir. Lakin həmin sənədin alınması üçün Eldarla hansı qaydada sövdələşməsi, Eldara pul və başqa nemət vermək barədə öhdəlik götürüb-götürməməsi barədə heç nə deməmişdir. 21 iyun 2022-ci il tarixdə Eldar ona zəng edib Şahid5 tələb olunan pulu hazırladığını izah edərək, üçlükdə görüşməyi təklif etmişdir. O isə Zərərçəkmiş şəxs inzibati binasının həyətindəki kafedə görüşməyin münasib olduğunu bildirmişdir. Beləliklə, həmin gün üçlükdə, yəni o, Bəhruz və Eldar qeyd olunan ünvanda görüşmüşlər. Görüş zamanı onlar sənədləşmə və digər şəxsi mövzular ətrafında söhbət etmişlər. Bəhruz obyektə dair zəruri sənədləri, yəni obyektin memarlıqplanlaşdırma bölməsinin əslini, torpağın çıxarışının, özünün və Azərin şəxsiyyət vəsiqəsinin, Azər tərəfindən verilmiş etibarnamənin surətlərini ona təqdim etmişdir. Eldarın yanında 3.000 manat məbləğində pul vəsaitini gətirdiyini bildirmişdir. O, Bəhruza masadan durub kənarda piyada yeriməyi, pulu kənarda verməsini təklif etmişdir. Çünki qorxduğu üçün həmin vəsaiti bir az kənarda, yəni insanların az olduğu yerdə almaq istəmişdir. Bəhruz onunla razılaşıb masadan kənarlaşmış, Eldar isə masada qalmışdır. Onlar ikilikdə masadan təxminən 30-40 metr aralaşdıqdan sonra Bəhruz əynindəki şalvarın cibindən pulu çıxarıb ona uzatmış, o isə kənardan görünməməsi üçün dərhal əlini uzadıb pulu Bəhruzun əlindən alaraq saymadan ovcunun içərisində bükülmüş vəziyyətdə əynindəki şalvarın sağ yan cibinə qoymuş, “burda 30 dənədir?”- deyə soruşmuş, Bəhruz isə “hə, 30 dənədir”- deyə cavab vermişdir. Bundan sonra onlar qayıdıb masada Eldarın yanında oturmuş, bir neçə dəqiqə obyektin sənədləşdirilməsi mövzusunda söhbəti davam etdirmişdir. Eldar FHN tərəfindən obyektə dair verilməli olan sənədi özü verəcəyini, bundan sonra İcra Hakimiyyətinin yekun sənədi təqdim etməsi ilə obyektin istismara buraxılacağını, obyektə dair çıxarış almaq zərurətinin olmadığını bildirmişdir. O da həmçinin obyektin çıxarış olmadan istismara buraxıla biləcəyini təsdiq etmiş, bundan sonra onlar sağollaşıb ayrılmışlar. Pulu aldıqdan sonra təxminən iyun ayının 25-dək Zərərçəkmiş şəxs inzibati binasındakı xidməti otağında istifadəsində olan kompyuter vasitəsilə Sabirabad rayonu Balahəşimxanlı kənd sakini Şahid4 istifadəsində olan 0.449 ha torpaq sahəsinin üzərində təqdim olunmuş layihəyə uyğun qeyri-yaşayış obyektinin tikintisinin aparılmasının məqsədəmüvafiq hesab edilməsi barədə Sabirabad rayonu Baş memarının rəyini hazırlamış, həmin rəydə adının qarşısında imzasını icra etmişdir. Bundan başqa iki nüsxədən ibarət “Tikinti işlərini aparmaq üçün İcazə” adlı 22 sentyabr 2016-cı il tarixli, 129 nömrəli sənədləri tərtib edib bir nüsxəsini özü imzalamış, digərinin imza qrafasında isə Zərərçəkmiş şəxs başçısının birinci müavini Şahid9 adını qeyd etmiş və sənədi sonuncuya imzalatmışdır. Həm özü imzaladığı, həm də başçının birinci müavini tərəfindən imzalanmış hər ikisi 22 sentyabr 2016-cı il tarixli, 129 nömrəli olmaqla “Tikinti işlərini aparmaq üçün İcazə” adlı sənədləri o özü 2022-ci ilin iyun ayının 25-dək keçmiş tarixə hazırlamışdır. Başçının birinci müavini Şahid9 sözügedən sənədin ikinci nüsxəsinə tarixə diqqət yetirmədən imza çəkmişdir. Çünki hər gün Şahid9 imzalaması üçün çoxsaylı sənədlər təqdim olunur. Fövqəladə Hallar Nazirliyinin səlahiyyətli qurumları bəzi hallarda tikinti işlərini aparmaq üçün icazə sənədinin baş memar tərəfindən, bəzən isə başçının birinci müavini tərəfindən imzalanmış variantını tələb edirlər. Çünki bəzi rayonlarda tikintiyə icazənin verilməsi səlahiyyəti başçı tərəfindən baş memara, bəzilərində isə birinci müavinə həvalə edilmişdir. Ona görə də, o, eyni sənəddən iki nüsxə hazırlamışdır ki, tələb olunacağı təqdirdə sənədin hər iki variantı hazır olsun. Çünki o, Bəhruz adlı şəxsdən kifayət qədər yüksək məbləğdə, yəni 3.000 manat pul vəsaiti almış, buna görə də, sənədləşmə prosesində hər hansı problem yaranmasını istəməmişdir. Sənədləşmədə problem olacağı təqdirdə Bəhruz adlı şəxsin ona verdiyi pul vəsaitinin geri qaytarılmasını tələb edə biləcəyindən ehtiyatlanmışdır. Halbuki başçı tərəfindən təsdiq edilən “Zərərçəkmiş şəxs başçısı aparatının vəzifə bölgüsü”nə əsasən, tikintiyə icazənin verilməsi birinci müavinin səlahiyyətinə aiddir. Əslində, tikinti işlərini aparmaq üçün icazə obyektin inşasına başlamazdan əvvəl alınmalıdır. Bəhruz adlı şəxsin ona verdiyi məlumata əsasən, sözügedən obyekt təxminən 6-7 il öncə tikilmişdir. Bu səbəbdən də, o, icazə sənədinin tərtib edilməsi üçün obyektin tikildiyi vaxta uyğun gələn təxmini bir tarix müəyyən etmiş və təsadüfi olaraq 22 sentyabr 2016-cı il tarixi seçmişdir. Həmçinin təqvimdə 22 sentyabr 2016-cı il tarixin iş günü hesab edilməyən bayram və istirahət günlərinə təsadüf edib-etməməsini də yoxlamış, həmin tarixin iş günlərinə təsadüf etdiyini müəyyənləşdirdikdən sonra müvafiq tarixi sənədə əlavə etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs başçısının birinci müavini Şahid9 adından Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin rəisi Cəbrayıl Xanlarova ünvanlanan 21 iyun 2022-ci il tarixli 2/2107 №-li tikintinin sənədləşdirilməsinə razılıq məktubu hazırlayıb imzalanmaq üçün Şahid9 təqdim etmiş, həmin sənəd sonuncu tərəfindən imzalanmışdır. Bütün sənədlər hazırlanıb imzalandıqdan sonra onları Zərərçəkmiş şəxs başçısına və Memarlıq və tikinti şöbəsinə məxsus olan möhürlərlə təsdiq etmişdir. Belə ki, tikinti işlərini aparmaq üçün icazə sənədinin özü tərəfindən imzalanmış nüsxəsini, baş memarın rəyini və obyektin layihəsini Memarlıq və tikinti şöbəsinin, tikinti işlərini aparmaq üçün icazə sənədinin Şahid9 tərəfindən imzalanmış nüsxəsini isə Zərərçəkmiş şəxs başçısının möhürü ilə təsdiq etmişdir. Məlumat üçün bildirmişdir ki, hər iki möhür başçının xidməti otağında sonuncu tərəfindən saxlanılır. Memarlıq və tikinti şöbəsinə məxsus olan möhürün başçıda saxlanılmasının səbəbini bilmir. Əvvəldən belə bir qayda müəyyən edilsə də, əslində hər bir şöbənin, o cümlədən Memarlıq və tikinti şöbəsinin möhürü həmin şöbədə saxlanılmalıdır. Beləliklə, möhürlər başçıda olduğuna görə o, qeyd olunan sənədləri başçının xidməti otağında sonuncudan götürdüyü möhürlərlə özü təsdiq etmiş, başçı həmin sənədlərin məzmunundan xəbərsiz olmuşdur. Bəhruzdan aldığı 3.000 manat pulun hamısını öz şəxsi ehtiyaclarına sərf etmiş, pulun bir hissəsini başçı Siraqəddin Cabbarova, birinci müavin Şahid9 və ya başqa şəxsə verməmiş, sonuncular cari məsələ barədə məlumatsız olmuşlar. O, qeyd olunan sənədləri hazırladıqdan sonra hamısını Eldara təhvil verməsi üçün Bəhruza təqdim etmişdir. Sənədləri Bəhruza özü işdə olmadığı vaxt tapşırığı ilə məsələnin mahiyyətindən xəbərsiz olan Sabirabad RİHB aparatının Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi – mühəndis Şahid8 vermişdir, lakin sonradan Eldar və o həbs olunduğu üçün obyektə istismara hazırlıq və istismara icazə aktlarının verilməsi mümkün olmamışdır. Cinayət işinin materiallarında bəhs edilən iki nüsxədən ibarət “Tikinti işlərini aparmaq üçün 22 sentyabr 2016-cı il tarixli 129 №-li İcazə”lər, “Torpaq sahəsi üzərində tikintinin məqsədəmüvafiq hesab edilməsi barədə Sabirabad rayonu Baş memarının Rəyi”, obyektin Sabirabad RİH-in Memarlıq və tikinti şöbəsi tərəfindən möhürlə təsdiq olunmuş layihəsi və Zərərçəkmiş şəxs başçısının birinci müavini tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin rəisi Cəbrayıl Xanlarova ünvanlanan 21 iyun 2022-ci il tarixli 2/2107 №-li məktubun əsllərini 2022-ci ilin iyun ayında hazırlayıb Şahid5 təqdim etmiş, surətlərini isə İcra Hakimiyyətində saxlamamışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 32.5, 311.1 və 312-1.1-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək göstərdi ki, Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin Baş Dövlət Tikinti X2 Obyektlər üzrə Dövlət Tikinti Müfəttişliyinin baş məsləhətçisi vəzifəsində işləmişdir. O, Şirvan şəhəri və Hacıqabul rayonları üzrə fəaliyyət göstərirmişdir. O, Şahid5 taksi sürücüsü kimi tanımışdır. 2022-ci ilin may ayında Şahid5lə görüşmüşdür. Şahid5 ona qohumu Şahid4 adından müraciət edərək Sabirabad rayonu Balahəşimxanlı kəndində Şahid4 məxsus obyekt olduğunu, həmin obyektin tikildiyi torpaq sahəsinin sənədinin olmadığını, obyektin icazəsiz tikildiyini bildirmiş və ondan həmin obyektin istismara hazırlıq aktının verilməsinə kömək etməyimi xahiş etmişdir. O isə Şahid5 Sabirabad rayonuna onun baxmadığını bildirmişdir. Həmçinin Bəhruza birinci növbədə torpağa aid sənədləri düzəltmək lazım olduğunu bildirmişdir. Sonra Zərərçəkmiş şəxs baş memarı Təqsirləndirilən şəxs1 zəng edərək qeyd olunan xidmət obyektinə dair sənədlərin hazırlanmasında Şahid5 köməklik etməsini xahiş etmişdir. Şahid5 onun xahişimdən sonra Təqsirləndirilən şəxs1 yanına getmişdir. Lakin onun qeyd olunan ticarət obyektinə aid sənədlərin düzəldilməsi müqabilində Şahid5lə Təqsirləndirilən şəxs1 aralarında pul söhbəti olması və Təqsirləndirilən şəxs1 ondan pul alması barədə məlumatım olmamışdır. Mən özüm də Şahid5 pul götürməmişəm. Sonra Şahid5 torpaq sahəsinin sənədini düzəltdi və mənə gətirib göstərdi. Sabirabad rayonu ərazisində yerləşən tikinti obyektləri Fövqalədə Hallar Nazirliyinin əməkdaşları Şahid11 və Şahid12 nəzarət sahəsinə aid olmuşdur. O, Şahid5 nazirliyin əməkdaşları Şahid6, Şahid11 və Şahid12 təsir etmək üçün 3000 manat pul almamışdır. O, Şahid5 Təqsirləndirilən şəxs1 pul verməsini deməmişdir. Eyni ilə Təqsirləndirilən şəxs1 da Şahid5 pul almasını deməmişdir. Özü də Şahid5vin işini həll etmək üçün ondan 3000 manat pul almamışdır. Şahid5lə 21 iyun 2022-ci il, 29 iyun 2022-ci il tarixlərdə Şirvan şəhərində görüşmüşdür. Şahid5lə 21 iyun 2022-ci il tarixdə görüşəndə ona 1000 manat pul vermək istəmişdir. Ancaq o götürməmişdir. Həmin vaxt çəkilmiş videogörüntü ilə əlaqədar onu deyə bilər ki, Şahid5 ona pul yox, dəsmal vermişdir. 29 iyun 2022-ci il tarixdə görüşəndə isə ona 1000 manat vermişdir, lakin həmin pulu Bəhruzun özünə qaytarmışdır. Lakin Təqsirləndirilən şəxs2 ibtiadi istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində göstərmişdir ki, əvvəllər Sabirabad rayonu da onun rəhbərliyində olduğuna görə Sabirabad rayonu Balahəşimxanlı kəndi ərazisində 0,449 ha torpaq sahəsi üzərində 4-5 il əvvəl tikilmiş 191,20 m2 sahəsi olan bir mərtəbəli mağazanın sənədlərinin qaydasında olmadığını aşkar edərək obyektin sənədlərini düzəltməyi obyektin sahibi Şahid4 tələb etmişdir. 2021-ci ilin oktyabr-noyabr aylarında Sabirabad rayonu Balahəşimxanlı kənd sakini kimi tanıdığı Şahid5 ona müraciət edərək, qohumu Şahid4 məxsus olmaqla Şirvan - Sabirabad yolunun 8-ci km-də, Sabirabad rayonu, Balahəşimxanlı kəndi ərazisində 0,449 ha torpaq sahəsi üzərində 4-5 il əvvəl tikilmiş 191,20 m2 sahəsi olan bir mərtəbəli mağazanı sənədləşdirmək istədiyini bildirmişdir. O isə dəqiq xatırlamadığı tarixdə Bəhruzla Şirvan şəhəri Gülbala Şıxbalaoğlu küçəsində yerləşən avtovağzalın yaxınlığında görüşüb torpağın sənədlərini nəzərdən keçirərək həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaqla Şahid4 istifadəsinə verildiyini, ilk növbədə torpağın özəlləşdirilməsinin vacib olduğunu, torpağı özəlləşdirdikdən sonra ona müraciət edə biləcəyini bildirmiş, Bəhruz onunla razılaşmışdır. Təxminən 2022-ci ilin may ayının ortalarında Bəhruz yenidən ona müraciət edərək qohumu Azərin torpağı özəlləşdirmək üçün zəruri tədbirlər gördüyünü, tezliklə bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alacağını, həmçinin obyektin layihəsinin hazırlandığını bildirmişdir. O, Bəhruzla Şirvan şəhəri ərazisində görüşüb sənədlərə baxdıqdan sonra hamısının qaydasında olduğunu görüb obyektə dair Zərərçəkmiş şəxs tərəfindən tikinti işlərini aparmaq üçün icazə və təqdim edilmiş layihəyə uyğun qeyri-yaşayış obyektinin tikintisinin aparılmasının məqsədəmüvafiq hesab edilməsi barədə Sabirabad rayonu baş memarının rəyinin verilməsi, layihənin təsdiq olunması, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinə tikintinin sənədləşdirilməsinə dair razılıq məktubunun göndərilməsi, Agentlik tərəfindən istismara hazırlıq aktı və yekunda İcra Hakimiyyəti tərəfindən istismara qəbul (icazə) aktının verilməsinin zəruri olduğunu bildirmişdir. İcra Hakimiyyətinin səlahiyyətlərinə aid sənədlərin düzəldilməsi üçün Bəhruzu Zərərçəkmiş şəxs Memarlıq və tikinti şöbəsinin müdiri–baş memar Təqsirləndirilən şəxs1 yönəltmişdir. 2022-ci ilin iyun ayında dəqiq xatırlamadığı tarixdə Bəhruz yenidən ona zəng edərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən torpaq sahəsinin çıxarışını götürdüyünü, həmçinin Müşviqlə danışıb müvafiq sənədlərin hazırlanması üçün 3.000 (üç min) manata razılaşdığını, pulu verib sənədləri aldıqdan sonra ona təqdim edəcəyini bildirmiş, o razılaşmışdır. xx.xx.2022-ci il tarixdə Bəhruz ona zəng edib sənədləşmə işlərini ətraflı müzakirə etmək üçün Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Füzuli” parkının içərisindəki “Çınqıl” kafesində görüşməyi təklif etmişdir. O razılaşaraq həmin gün Bəhruzla qeyd olunan ünvanda görüşmüşdür. Onu görüşə xidməti avtmobillə Mərkəzin sürücüsü Şahid10 aparmışdır. Onlar kafedə obyektin sənədləşmə proseslərini müzakirə etmiş, söhbət əsnasında Bəhruz Müşviqin tələb etdiyi 3.000 manat pulu hazırladığını, Zərərçəkmiş şəxs həyətindəki kafedə görüş təyin etdiklərini bildirib görüş yerinə onunla birlikdə getməyi təklif etmişdir. O razılaşaraq həmin gün Şirvan şəhərindən çıxıb Sabirabad rayonuna getmişdir. Onlar üçlükdə Zərərçəkmiş şəxs həyətindəki kafedə görüşmüşlər. Görüş zamanı sənədlərin hazırlanması barədə müzakirə aparılmış, söhbətin ortasında Müşviqlə Bəhruz masadan durub kənara çəkilmişlər. X16 3.000 manat pul vermiş, sonra onlar geri qayıtmışlar. O, Müşviqin Bəhruzdan aldığı pulu kimlərlə böləcəyini bilməmiş, sonuncular bu barədə ona heç nə deməmişlər. Müşviq Bəhruzun sənədlərinin qısa müddət ərzində hazır olacağını bildirmişdir. Bir neçə gün sonra Bəhruz İcra Hakimiyyətindən tikintiyə icazə sənədi, Agentliyə razılıq məktubu, layihənin baş memar tərəfindən təsdiq olunmuş əsli və baş memarın rəyini götürüb ona təqdim etmişdir. O, obyektin yerləşdiyi əraziyə gedib obyektdə ölçmə işləri aparmış, bundan sonra Bəhruza 1.000 manat dövlət rüsumu ödəməli olduğunu bildirmişdir. Bəhruz isə həmin rüsumu onun ödəməsini xahiş etmişdir. O razılaşmışdır. xx.xx.2022-ci il tarixdə günün birinci yarısında Şirvan Şəhər İcra Hakimiyyətinin arxasında Bəhruzla görüşmüşlər. Bəhruz ona dövlət rüsumu qismində ödəmək üçün 1.000 manat pul vermişdir. Lakin o, sonradan pulu Bəhruza qaytarıb özünün ödəməsini bildirmişdir. O, 1.000 manat pulu Bəhruza qaytardıqdan, sonuncu isə pulu götürdükdən az müddət sonra prokurorluq əməkdaşları onu saxlayaraq prokurorluğa aparmışlar. Ona görə də istismara hazırlıq aktının tərtib edilməsi üçün zəruri sənədləri agentliyə göndərə bilməmişdir. Bununla da, obyektə istismara hazırlıq aktının verilməsi prosesi yarımçıq qalmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş əməliyyat çəkilişinin video görüntüləri və audio yazılara əsasən, xx.xx.2022ci il tarixdə Şirvan şəhəri, “Füzuli” parkının içərisindəki kafedə qeydə alınmış görüntülərdə o, Bəhruz və işlədiyi Mərkəzin sürücüsü Elman, həmin gün Zərərçəkmiş şəxs həyətindəki kafedə qeydə alınmış görüntülərdə o, Bəhruz və baş memar Təqsirləndirilən şəxs1, xx.xx.2022-ci il tarixdə isə Şirvan şəhər İcra Hakimiyyətinin arxasında qeydə alınmış görüntülərdə o və Bəhruz olmuşdur. xx.xx.2022-ci il tarixdə Şahid5 ilə görüşərkən sonuncu ona Şahid4 məxsus olmaqla Şirvan - Sabirabad yolunun 8-ci km-də, Sabirabad rayonu, Balahəşimxanlı kəndi ərazisində 0,449 ha torpaq sahəsi üzərində inşa edilmiş 191,20 m2 sahəsi olan bir mərtəbəli ticarət obyektinə dair zəruri sənədlərin hazırlanması üçün 2.000 manat pul təqdim etməmiş, o, həmin görüntüdə cibinə pul deyil, cib dəsmalı qoymuş, Bəhruzla yalnız sənədləşmə mövzusunda söhbət etmişdir. xx.xx.2022-ci il tarixdə Şahid5 ona verdiyi pul isə obyektin sənədləşdirilməsi üçün qanunla müəyyən edilmiş dövlət rüsumu olmuş, lakin o, həmin vəsaiti Bəhruza geri qaytararaq dövlət rüsumunu özünün ödəməsini bildirmişdir. xx.xx.2022-ci il tarixdə Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Füzuli” parkının içərisindəki kafedə baş tutan görüşdə iştirak etmiş Mərkəzin sürücüsü Şahid10 şahid qismində dindirilərkən Şahid5 istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, həmin gün sonuncunun ona 2.000 manat məbləğində pul vəsaiti verməsi, onun isə həmin vəsaiti götürüb cibinə qoyması barədə dedikləri həqiqəti əks etdirmir. Çünki Şahid5 həmin gün ona 2.000 manat məbləğində pul vəsaiti verməmişdir. İş materiallarına əlavə edilmiş “FHN 2000 azn” adlı video görüntüyə baxış keçirilərkən, həmçinin xx.xx.2022-ci il tarixli qərarla təyin edilmiş kompleks məhkəməportret və məhkəmə-fonoskopik ekspertizasının 27 iyul 2022-ci il tarixli 4/1076, 3/995 nömrəli rəyinə əsasən müəyyən edilmiş, xx.xx.2022-ci il tarixdə onunla Şahid5 arasında Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Füzuli” parkının içərisindəki kafedə görüş zamanı baş tutmuş dialoqda istifadə olunmuş “haqq-hesab”, “saymaq” kimi sözlərlə nədən bəhs edildiyini, ümumiyyətlə, həmin gün aralarındakı danışıqların məzmununu xatırlamamışdır. Ona görə də, hansı səbəbdən dialoqda Bəhruzun ona “Yo, indi mən səən haqq-hesabı gətirmişəəəm, sənnən haqq-hesab var axı. Sənin haqq-hesabıın 2000-in verəcəm sənə, bu səən haqq-hesabındı, qalanın da səə 4 günə 5 günə verəcəm”dediyini, özünün isə Bəhruza “Saymısan da?”- sualını ünvanladığını bilməmişdir. İş materiallarına əlavə edilmiş “WhatsApp Audio 2022-06-29 at 15.19.41 (1)” adlı səs fonoqramına baxış keçirilərkən, həmçinin xx.xx.2022-ci il tarixli qərarla təyin edilmiş kompleks məhkəmə-portret və məhkəmə-fonoskopik ekspertizasının 27 iyul 2022-ci il tarixli 4/1076, 3/995 nömrəli rəyinə əsasən müəyyən edilmiş, onunla Şahid5 arasında baş tutmuş dialoqda Bəhruzun ona “Eldar məllim İnşallah birinci ya ikinci gün indi pulu götürəcəm məllim o şey sizə ödədiyim pul olacax a o dövlət pul/// dövlət rüsumu o pulun içində olacax, yoxsa ayrı olacax?”, onun Bəhruza “Hamısı hamısı hə hamısı hamısı onun içində/// Get Müşfiqin yanına. Get onun yanına denən ki, Eldar məllim fövqəladə də icazə verir, siz də icazə verin gedim açım bunu, sən onun üş dənəsini ver”, Bəhruzun ona “Onda belə eliyək. Mən ona aparım üş dənəsin verim sənədin zadın verim, hazır eliyim o hazırrasın sora gəlim sənnən də görüşüm, sənin üş dənəni verim”, onun Bəhruza “Hə, mənnən də görüş”- deməsi ilə əlaqədar bildirmişdir ki, Bəhruza Təqsirləndirilən şəxs1 tələb etdiyi 3000 manat məbləğində pulu Müşviqin özünə verməsini, bu yolla İcra Hakimiyyəti tərəfindən verilməli olan sənədlərin tez bir zamanda hazırlanmasına nail olmasını tövsiyə etmiş, Müşviqlə razılaşdıqdan sonra isə FHN-ə aid olan sənədləşmə işlərini müzakirə etmələri üçün gəlib onunla görüşməsini tapşırmışdır. Bəhruz ona xitabla “Sənin üş dənəni verim”- deyərkən üç min manat pul verməyi nəzərdə tutumamış, yəqin ki, ona təqdim edəcəyi sənədlərin sayını bildirmiş, o isə Bəhruza “hə”- deyərək razılıq vermişdir. İş materiallarına əlavə edilmiş “WhatsApp Audio 2022-06-29 at 15.20.21” adlı səs fonoqramına baxış keçirilərkən, həmçinin xx.xx.2022-ci il tarixli qərarla təyin edilmiş kompleks məhkəmə-portret və məhkəmə-fonoskopik ekspertizasının 27 iyul 2022-ci il tarixli 4/1076, 3/995 nömrəli rəyinə əsasən müəyyən edilmiş, onunla Şahid5 arasında baş tutmuş telefon danışığı zamanı Bəhruzun ona “Hə bir də ki, məllim sənin xərcin də məllim 2000, 2000-ə yaxın nə qədər olacax əmi sənin o vaxtı demişdin”, onun Bəhruza “Hə hə elə təxminən sən deyən o civarda olacax”, Bəhruzun ona “Hə bildim də 3000. 3000 olacax da onda hə”, onun Bəhruza “Hə”- deməsi ilə əlaqədar bildirmişdir ki, telefonla danışarkən Bəhruzun danışıqlarının məzmununu dəqiq eşitməmiş, ona görə də, sonuncunun ona 3000 manat verəcəyi barədə dediklərini yaxşı eşitmədən təsdiq cavabı vermiş, çünki Bəhruzun ona təqdim edəcəyi obyektin sənədlərinin məzmununa və sayına dair söhbət etdiyini hesab etmişdir. İstintaq orqanının sorğusu əsasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktuba əsasən, tikinti obyektlərinə dair istismara hazırlıq aktının verilməsi üçün qanunvericilikdə dövlət rüsumu nəzərdə tutulmadığı halda, xx.xx.2022-ci il tarixdə Şahid5 1.000 (bir min) manat məbləğində pul vəsaitini dövlət rüsumu adı ilə istəyib alması barədə bildirmişdir ki, əvvəllər tikinti obyektlərinə istismara hazırlıq aktının verilməsi üçün qanunvericilikdə dövlət rüsumu nəzərdə tutulduğunu zənn etmiş, bu məsələ ilə bağlı qanunvericiliyin müddəalarından xəbəri olmamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri özlərinin ifadələrindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəmədə göstərdi ki, Zərərçəkmiş şəxs başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar vəziyəsində işləmiş Təqsirləndirilən şəxs1 ona verilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməsini sonradan bilmişdir. Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur. Şahid1 məhkəmədə göstərdi ki, Sabirabad rayonu Yenikənd kəndində özünə məxsus olan 0,20 ha torpaq sahəsinin bir hissəsində 2021-ci ildə ümumi sahəsi 188 m2 olan “Qardaşlar” kafesi tikib başa çatdırmışdır. Lakin kafenin tikintisinə icazə verilməsi barədə sənəd almamışdır. Ona kafeni işlətmək üçün sənəd lazım olmuşdur. Bibisi oğlu Şahid2 xahiş etmişdir ki, əgər adamı varsa, kafenin sənədlərinin alınmasına ona kömək etsin. Şahid2la birlikdə asan xidmətə gedərək kafenin sənədəlrini düzəltmək istəmişlər. Sənədləri düzəltmək üçün asan xidmətdə 2500 manat pul istəmişlər. Bundan sonra Cəmil Zərərçəkmiş şəxs Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar Təqsirləndirilən şəxs1la münasibəti yaxşı olduğundan birlikdə icra hakimiyyətinə getməklə Təqsirləndirilən şəxs1la görüşərək ondan kafeyə dair sənədlərin düzəldilməsinə köməklik etməsini xahiş etmiş, eyni zamanda 1000 manat pulları olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs1 kafeyə aid sənədləri düzəldəcəyinə söz vermişdir. Bundan sonra Cəmil onda olan 1000 manat pulu götürmüş və kafenin sənədlərinin hazırlanması üçün Müşviqə vermişdir. Müşviq 1000 manat pulu almış və sənədləri düzəldəcəyini demişdir. Lakin müəyyən müddət keçməsinə baxmayaraq Müşviq kafenin sənədlərini düzəltməmiş və sonda həbs olunmuşdur. Şahid1 həmçinin göstərmişdir ki, o və Cəmil Təqsirləndirilən şəxs1 1000 manat pulu verərkən özlərində qalsa, xərcləyəcəyini, işin düzəlməsi üçün onda borc kimi qalmasını demişlər. Təqsirləndirilən şəxs1 isə pulu saxlayacağını demişdir. Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan edilməklə tədqiq olunan ifadəsində isə göstərmişdir ki, Sabirabad rayonu Yenikənd kəndində özünə məxsus 0,20 ha torpaq sahəsinin bir hissəsində ümumi sahəsi 188 m2 olan ticarət və xidmət obyekti -“Qardaşlar” kafesi tikdirmişdir. Kafenin tikintisi 2021-ci ildə tam başa çatmasına baxmayaraq, sənədləri hazır olmadığına görə xidmət göstərilməsi üçün istifadə etməmişdir. Bibisi oğlu Şahid2 Zərərçəkmiş şəxs Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Təqsirləndirilən şəxs1 ilə münasibətinin yaxşı olduğunu, kafeyə aid sənədlərin düzəldilməsi üçün onunla söhbət edəcəyini demişdir. 2022-ci ilin yanvar-fevral aylarında Cəmil Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs inzibati binasının həyətində yerləşən kafedə görüşüb söhbət etdiyini, sonuncuya müvafiq obyektə dair heç bir sənədin düzəldilməməsi barədə danışdığını, Müşviqin isə ilk növbədə obyektin layihəsinin baş memar tərəfindən təsdiq olunması, həmçinin qeyri-yaşayış obyektinə dair tikinti işlərini aparmaq üçün icazə və təqdim edilmiş layihəyə uyğun qeyri-yaşayış obyektinin tikintisinin aparılmasının məqsədəmüvafiq hesab edilməsi barədə Sabirabad rayon baş memarının rəyinin verilməsinin zəruri olduğunu, yekun mərhələdə Zərərçəkmiş şəxs tərəfindən istismara qəbul (icazə) aktının veriləcəyini deyib, həmin hərəkətlərin edilməsi müqabilində 1.000 (bir min) manat məbləğində pul tələb etdiyini, sənədlərin pul verildikdən sonrakı bir neçə ay ərzində hazır olacağını vəd etdiyini, bundan əlavə, tikinti obyektinə dair FHN tərəfindən istismara hazırlıq aktının verilməli olduğunu, həmin məsələni FHN-in aidiyyəti qurumları ilə ayrıca danışıb həll etməyin zəruriliyini bildirmişdir. O isə obyektə dair İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olan sənədlərin hazırlanması müqabilində 1.000 manat pul verməyə razılaşmışdır. Həmin ərəfələrdə o, pulu düzəltdikdən sonra Cəmil Müşviqlə danışıb görüş təyin etmiş, 2022-ci ilin yanvar-fevral aylarında dəqiq xatırlamadığı tarixdə onlar üçlükdə Zərərçəkmiş şəxs inzibati binasının həyətində yerləşən kafedə görüşmüşlər. O, Müşviqdən İcra Hakimiyyəti ilə bağlı sənədləri hazırlamasını xahiş edərək Cəmilin yanında cibindən 1.000 (bir min) manat pul çıxarıb Müşviqə təqdim etmişdir. Müşviq ona sənədlərin bir neçə ay ərzində hazırlanıb veriləcəyini dediyinə görə sənədlərlə bağlı uzun müddət maraqlanmamış, 2022-ci ilin iyul ayında isə Müşviqlə əlaqə yaratmağa cəhd edərkən onun həbs olunduğunu öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid2 göstərdi ki, Şahid1 onun dayısı oğludur. Hənifə Sabirabad rayonu Yenikənd kəndində özünə məxsus torpaq sahəsində tikdirdiyi «Qardaşlar» kafesinə sənəd almaq istəmişdir. Hənifə həmin obyektə dair sənədlərin hazırlanmasında ona kömək etməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs Memarlıq şöbəsinin müdiri Təqsirləndirilən şəxs1la münasibətləri yaxşı olduğundan 2022ci ilin təxminən yanvar-fevral aylarında ona zəng edərək icra hakimiyyətinin binasının həyətində yerləşən kafedə görüşmüşlər. Müşviqə qohumu Hənifənin inşa etdiyi obyekt barədə məlumat vermiş və həmin obyekə dair sənədlərin düzəldilməsinə köməklik etməsini xahiş etmişdir. Müşviq bunun üçün 1000 manat məbləğində pul tələb etmişdir. Pulun verilməsindən sonra sənədləri bir ay ərzində hazırlayacağını, sonra Fövqalədə Hallar Nazirliyindən də istismara hazırlıq aktının verilməli olduğunu bildirmişdir. Sonra Hənifə ilə görüşüb, Müşviqin sözlərini ona çatdırmışdır. Bundan bir neçə gün sonra icra hakimiyyətinin inzibati binasının həyətində yerləşən kafedə o, Hənifə və Müşviq görüşmüşlər. Müşviq Hənifəyə də obyektin lahiyəsinin hazırlanmalı olduğunu, baş memarın rəyi və başqa sənədlərin lazım olduğunu, sonda isə Fövqalədə Hallar Nazirliyindən obyektin istismara hazır olması barədə akt almaq lazım olacağını demişdir. Hənifə Müşviqdən icra hakimiyyətinə aid sənədlərin hazırlanmasını xahiş etmiş və buna görə cibindən 1000 manat pul çıxarıb Müşviqə təqdim etmişdir. Müşviq pulu götürmüşdür. Müşviq pulu alanda o, Hənifə və Müşviq üçü birlikdə olmuşlar. Hənifə 1000 manat pulu saymış və Müşviqə uzatmışdır. O da Müşfiqə pulu götürməsini demişdir. Müşviq pulu götürmüşdür. Lakin sonradan obyektə dair sənədləri hazırlamamışdır. Müşviq icra hakimiyyətinə aid səndləri düzəltməli olmuşdur. Şahid3 məhkəmədə göstərdi ki, arvadı X7 adına olan, Sabirabad rayonu Qalağayın kəndində yerləşən torpaq sahəsində 2022-ci ilin yaz aylarında sahəsi 85,02 m2 olan bir mərtəbəli ticarət obyekti inşa etdirmişdir. Həmin obyektin müvafiq sənədləri olmamışdır. Obyektin fəaliyyətə başlaması üçün rayon icra hakimiyyətindən istismara icazə aktı almaq istəmişdir. Bu məqsədlə Zərərçəkmiş şəxs Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar Təqsirləndirilən şəxs1 müraciət etəmk qərarına gəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 əvvələr idarə etdiyi taksi ilə müştəri kimi müxtəlif vaxtlardan evdən işə və işdən evinə apardığından aralarında münasibət yaranmışdır. O, 2022-ci ilin aprel ayında dəqiq xatırlamadığı tarixdə Zərərçəkmiş şəxs inzibati binasına getmişdir. Binanın həyətinə daxil olarkən orada ustalar tərəfindən təmir-bərpa işləri aparıldığını, Təqsirləndirilən şəxs1 isə ustaların yanında dayanıb tapşırıqlar verdiyini görmüş və onunla görüşmüşdür. Təqsirləndirilən şəxs1 Sabirabad rayonu Qalağayın kəndində yerləşən, arvadı X7 adına olan torpaq sahəsində ərzaq məhsullarının satışını həyata keçirmək məqsədilə icra hakimiyyətindən tikintiyə icazə almadan birmərtəbəli ticarət obyekti inşa etdirdiyini, obyektin işləməsi üçün istismara icazə aktı almaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 isə ilk növbədə obyektin layihəsinin hazırlanıb baş memar tərəfindən təsdiq edilməli olmasını, həmçinin qeyri-yaşayış obyektinin tikintisinin aparılmasının məqsədəmüvafiq hesab edilməsi barədə Sabirabad rayonu baş memarının rəyinin verilməsinin zəruri olduğunu, yekun mərhələdə Zərərçəkmiş şəxs tərəfindən istismara qəbul (icazə) aktının verilməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 həmin işləri görmək və obyektin istismara qəbul aktının verilməsi üçün ondan 500 manat məbləğində pul tələb etmiş, pul verildikdən sonrakı bir neçə ay ərzində sənədlərin hazır olacağını vəd etmişdir. O, Müşviqin tələbi ilə razılaşmış və yaxınlığında saxladığı avtomobilinən 500 manat pul götürüb geri qayıdaraq icra hakimiyyətinin həyətində kənar şəxslərin görmədiyi şəraitdə, təklikdə pulu sayıb Müşviqə vermişdir. Müşviq isə pulu götürüb cibinə qoymuşdur. Müşviq ona obyektin lahiyəsini kimə çəkdirəcəyi, pulu hər hansı şəxsə verəcəyi bprədə ona bir söz deməmişdir. Müşviq Sənədlərin bir neçə ay ərzində hazır olacağını bildirsə də, sözünə əməl etməmiş və sonda həbs olunduğundan oyektin istismara verilməsi üçün lazımı sənədləri ala bilməmişdir. Şahid5 məhkəmədə göstərdi ki, Sabirabad rayonu Balahəşimxanlı kənd sakini Şahid4 onun oğlunun kirvəsidir. Şahid4 Sabirabad rayonu Balahəşimxanlı kəndi ərazisində avtomobil yolunun kənarında yerləşən torpaqda sahəsində ticarət obyekti tikdirmişdir. Lakin sənədləri qaydasında olmadığına görə obyektdən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edə bilməmişdir. 2021-ci ilin sentyabr-oktyabr aylarında Azər ona həmin obyektin sənədlərini düzəltməkdə kömək etməsini xahiş etmişdir. O, həmin ərəfələrdə Təqsirləndirilən şəxs2lə telefonla danışıb, obyektin sənədlərinin hazırlanmasında köməklik göstərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 ona Şirvan şəhəri ərazisində görüşüb torpağın və obyektin sənədlərinə baxmaq istədiyini bildirmişdir. O, 2021-ci ilin təxminən noyabr ayında Şirvan şəhərində avtovağzalın yaxınlığında Təqsirləndirilən şəxs2lə görüşüb obyektin eskiz layihəsini oan təqdim etmişdir. Eldar layihəyə baxıb əvvəlcə daşınmaz əmlakın dövlət reyestrindən torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış alınmasının zəruri olduğunu, çıxarış alındıqdan sonra torpaq sahəsi üzərində yerləşən obyektə dair tikinti işlərini aparmaq üçün icazə, təqdim edilmiş layihəyə uyğun qeyri-yaşayış obyektinin tikintisinin aparılmasının məqsədəmüvafiq hesab edilməsi barədə Zərərçəkmiş şəxs baş memarının rəyi, tikinti obyektinin istismara hazırlıq və istismara icazə aktlarının verilməsinin lazım olduğunu bildirmişdir. Eldar həmçinin Zərərçəkmiş şəxs ilə əlaqəli şəkildə qeyd olunan sənədlərin hazırlanmasında köməklik göstərəcəyini bildirmişdir. Sonra Azərlə görüşərək Təqsirləndirilən şəxs2 dedikləri barədə ona məlumat vermişdir. Şahid4 torpağa tezliklə çıxarış alacağını bildirmişdir. Bu barədə Eldarı məlumatlandırmışdır. Eldar ona Zərərçəkmiş şəxs Memarlıq və tikinti şöbəsinin müdiri Təqsirləndirilən şəxs1 mobil telefon nömrələrini verərək, sonuncu ilə əlaqə saxlayıb obyektin layihəsini ona göstərib rəyini öyrənməyini istəmişdir. Eldar həmçinin Təqsirləndirilən şəxs1 zəng edərək onunla telefon vasitəsi ilə danışaraq qeyd olunan obyektin sənədləşdirilməsində ona kömək etməsini demişdir. Sonra o, 2022-ci ilin may ayının ortalarında dəqiq xatırlamadığı tarixdə Müşviqlə telefonla əlaqə saxlayıb Zərərçəkmiş şəxs inzibati binasında görüşmüşdür. Müşviq sənədlərə baxmış və torpaq sahəsinin çıxarışının olmadığını bildirmiş, o isə çıxarışın tezliklə veriləcəyini demişdir. Təqsirləndirilən şəxs1 obyektin istismara başlaması üçün tələb olunan zəruri sənədlərin hazırlanması, yəni qeyri-yaşayış obyektinə dair tikinti işlərini aparmaq üçün icazə, təqdim edilmiş layihəyə uyğun qeyri-yaşayış obyektinin tikintisinin aparılmasının məqsədəmüvafiq hesab edilməsi barədə Zərərçəkmiş şəxs baş memarının rəyinin, həmçinin obyektin layihəsinin baş memar tərəfindən təsdiq olunması üçün əli ilə “3” işarəsi göstərib ardınca sözlə 3.000 (üç min) manat pul lazım olduğunu bildirmişdir. Azər obyektin sənədləşdirilməsində onun adından iştirak etməsi üçün ona notarial qaydada təsdiq olunmuş etibarnamə vermişdir. O, 08 iyun 2022-ci il tarixdə “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsinə yaxınlaşıb Şahid4 məxsus 0,449 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarışı götürmüşdür. Təqsirləndirilən şəxs2 zəng edib çıxarışı götürdüyünü, həmçinin müvafiq sənədlərin hazırlanıb təqdim olunması üçün baş memar Təqsirləndirilən şəxs1 ondan 3.000 manat pul istədiyini bildirmişdir. Həmçinin obyektin sənədləşdirilməsi işinə görə onun özünə nə qədər pul verməli olduqlarını Təqsirləndirilən şəxs2 sonruşmuşdur. Eldar ona da Müşviqə verməli olduğu vəsaitlə eyni miqdarda, yəni 3.000 manat pul verməli olduğunu bildirmişdir. O, Eldarla razılaşıb qısa müddət ərzində tələb olunan vəsaiti verəcəyini demişdir. O, Azərə sözügedən ticarət obyektinə dair sənədlərin hazırlanması üçün Zərərçəkmiş şəxs Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Təqsirləndirilən şəxs1 tərəfindən 3.000 manat, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin “Muğan” Regional Tikinti Müfəttişliyinin baş məsləhətçisi Təqsirləndirilən şəxs2 də 3.000 manat olmaqla ümumilikdə 6.000 manat pul tələb olunduğunu bildirmişdir. Azər isə tələb olunan məbləğdə pul vəsaitinin olmadığını, bununla yanaşı, sənədləşdirmə proseslərinin icra edilməsi üçün pul tələb olunmasının qanunsuz olduğunu demişdir. Beləliklə, onlar irəli sürülən tələblərin qanunsuz olduğunu başa düşdükləri üçün hər ikisi şikayət ərizəsi ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmişlər. Müraciətləri əsasında qanunla müəyyən edilmiş qaydada əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. İdarənin əməkdaşları tərəfindən ona pul vəsaitlərinin barələrində şikayət olunan şəxslərə verilməsi zamanı gizli audio-video çəkiliş aparılmasından ötrü üzərinə xüsusi təyinatlı qeydiyyat cihazının yerləşdirilməsi təklif olunmuş, o isə həmin tədbirlərdə iştirak etməyə etirazını bildirməmişdir. İlk növbədə Təqsirləndirilən şəxs2 tələb etdiyi 3.000 manat vəsaitin 2.000 manatını və Təqsirləndirilən şəxs1 tələb etdiyi 3.000 manatı tam həcmdə nəzarət qaydasında vermək üçün xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən ona ümumilikdə 5.000 manat məbləğində pul vəsaiti və audiovideo qeydiyyat cihazı təqdim olunaraq həmin cihazdan istifadə qaydaları izah edilmişdir. O, Eldarla telefon vasitəsilə əlaqə saxlayıb pulun bir hissəsini təqdim etmək üçün Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “Füzuli” parkının içərisindəki “Çınqıl” kafesində görüşməyi təklif etmişdir. Eldar isə razılaşmışdır. Elə həmin gün onlar qeyd olunan ünvanda görüşmüşlər. O, görüş yerinə idarə etdiyi “Lada Vaz 2106” markalı, **-XU-*** qeydiyyat nişanlı avtomobil ilə getmiş, maşını parkın qarşısında saxlamışdır. Eldar kafedə əvvəllər tanımadığı, sonradan adının Elman olduğunu, “Muğan” Regional Tikinti Müfəttişliyinin sürücüsü işlədiyini öyrəndiyi şəxslə birlikdə əyləşmişdir. Masanın ətrafında Eldar onun qarşı tərəfində solda, Elman isə sağda oturmuşdur. Eldarın əynində ağ rəngli klassik köynək, gözündə qara rəngli gün eynəyi olmuşdur. O, özü ilə birlikdə sənədləri də aparmışdır. Eldar bir daha torpağın və obyektin sənədlərinə nəzərə salmış, o, şərtləşdikləri 3.000 manat pulun 2.000 manatını özü ilə gətirdiyini, qalanını da ən geci 4-5 gün ərzində verəcəyini, həmçinin Təqsirləndirilən şəxs1 tələb etdiyi 3.000 manatı verməyə hazır olduğunu, 3.000 manatın Sabirabad rayonunda əmisigildə olduğunu, oradan götürüb verə biləcəyini bildirmişdir. Eldar əvvəlcə Müşviqə verilməli olan vəsaiti ertəsi gün təqdim etməyini istəsə də, sonradan həmin gün Sabirabad rayonunda görüşmək təklifi ilə razılaşmışdır. O, Eldara 20 ədəd 100 manatlıq əskinas formasında 2.000 manat vəsaiti verib saymasını istəmiş, Eldar isə özünün sayıb-saymadığını soruşduqda o, təsdiq cavabı verdiyinə görə pulun miqdarının düzgün olduğuna əminliyini ifadə edib pulu saymadan əynindəki şalvarın sağ yan cibinə qoymuşdur. Qısa müddət ərzində obyektin layihəsinin baş memar tərəfindən təsdiq olunacağını, tikintiyə icazə, rəy və Fövqalədə Hallar Nazirliyinə obyektin sənədləşdirilməsi üçün razılıq məktubunun yazılıb özünə təqdim ediləcəyini, özü isə üzərinə düşən sənədləri, yəni istismara hazırlıq aktının hazırlanmasını təmin edəcəyini, bundan sonra İcra Hakimiyyəti tərəfindən obyektin istismarına icazə veriləcəyini, adi halda bu qəbildən olan işlərin bir neçə ay ərzində həll olunduğunu, lakin ona aid sənədlərin bir neçə gün ərzində hazırlanıb veriləcəyini bildirmişdir. O, pulu Eldara verdikdən sonra Sabirabad rayonuna getmək üçün oranı tərk etmişdir. Eldar da özü Sabirabad rayonuna gedib İcra Hakimiyyətində Müşviqlə birgə onu gözləyəcəyini bildirmişdir. Şirvanda Eldargildən ayrıldıqdan sonra idarə etdiyi avtomobillə birbaşa Sabirabad şəhərinə yola düşmüşdür. Şəhərə daxil olanda Eldara zəng edib harada olduğunu soruşmuş, Eldar isə Təqsirləndirilən şəxs1la birgə ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs inzibati binasının həyətindəki kafedə əyləşib onu gözlədiyini bildirmişdir. O, avtomobilini yaxınlıqdakı dayanacaqda saxlayıb deyilən yerə çatdıqda, həqiqətən də, Eldarla Müşviqin ikilikdə onu gözlədiklərini, masanın ətrafında başqa şəxsin olmadığını görmüşdür. O, masanın arxasında əyləşdikdə Eldar solunda, Müşviq isə sağında olmuşdur. Onlar birlikdə sözügedən sahibkarlıq obyektinə dair sənədlərin hazırlanması barədə söhbət etdikləri əsnada o, Müşviqə tələb etdiyi 3.000 manatı düzəldib gətirdiyini bildirmişdirp. Müşviq isə ona masadan durub kənarda piyada yeriməyi təklif etmişdir. O razılaşaraq Müşviqlə birgə ayağa qalxmış, Eldar isə masada qalmışdır. Onlar ikilikdə masadan təxminən 30 metr aralaşdıqdan sonra o, əynindəki şalvarın sol yan cibindən 30 ədəd 100 manatlıq əskinas formasında 3.000 manat pulu çıxartmış, Müşviq dərhal əlini pula tərəf uzadıb pulu əlindən alaraq saymağına imkan vermədən və özü də saymadan ovcunun içərisində bükülmüş vəziyyətdə əynindəki şalvarın sağ yan cibinə qoymuş və “burda 30 dənədir?”- deyə soruşmuşdur. O isə “hə, 30 dənədir”- deyə cavab vermişdir. Bundan sonra onlar qayıdıb masada Eldarın yanında oturmuşlar. Bir neçə dəqiqə obyektin sənədləşdirilməsi mövzusunda söhbəti davam etdirmişlər, X17 Nazirliyi tərəfindən obyektə dair verilməli olan sənədi özü verəcəyini, bundan sonra İcra Hakimiyyətinin yekun sənədi təqdim etməsi ilə obyektin istismara buraxılacağını, obyektə dair çıxarış almaq zərurətinin olmadığını bildirmiş, Müşviq də, həmçinin obyektin çıxarış olmadan istismara buraxıla biləcəyini təsdiq etmiş, bundan sonra onlar sağollaşıb ayrılmışlar. 2022-ci ilin iyun ayının təxminən 24-25 tarixlərində Eldar ona zəng edib vəd olunan sənədlərin Təqsirləndirilən şəxs1 tərəfindən hazırlandığını, onları Zərərçəkmiş şəxsndən götürə biləcəyini demişdir. O isə öz növbəsində Zərərçəkmiş şəxsnə gedərək iki nüsxədən ibarət “Tikinti işlərini aparmaq üçün 22 sentyabr 2016-cı il tarixli, 129 №-li İcazə”lər, “Torpaq sahəsi üzərində tikintinin məqsədəmüvafiq hesab edilməsi barədə Sabirabad rayonu Baş memarının Rəyi”, obyektin Sabirabad RİH-in Memarlıq və tikinti şöbəsi tərəfindən möhürlə təsdiq olunmuş layihəsi və Zərərçəkmiş şəxs başçısının birinci müavini tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin rəisi Cəbrayıl Xanlarova ünvanlanan 21 iyun 2022-ci il tarixli 2/2107 №-li məktubunu götürüb həmin gün Sabirabad rayonu, Balahəşimxanlı kəndində yerləşən sözügedən obyektdə görüşüb Eldara vermişdir. Eldar qalan 1.000 manatı da verməsini demişdir. O isə kəsir qalan vəsaiti də verəcəyini bildirmişdir. 29 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən təqdim edilmiş 1.000 (bir min) manat pulu götürüb həmin gün Şirvan şəhəri, İstiqlaliyyət prospekti 10 ünvanında yerləşən Şirvan şəhər İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında Eldarla təklikdə ayaqüstü görüşüb sonuncuya vermişdir. O, 1.000 manatı təqdim edərkən Eldar pulu əlində olan sellafona qoymasını bildirdiyindən o, 1.000 manat məbləğində pulu Eldarın əlində olan sellafona qoymuşdur. Eldar qısa müddət ərzində obyektə dair istismara hazırlıq aktının verilməsini təmin edəcəyini bildirmiş, lakin bir neçə dəqiqə sonra söhbət əsnasında qəflətən ona aqressiv formada “sən məni tutdurmaq istəyirsən?!”- deyərək, ondan aldığı pulu özünə qaytarmış və ərazidən uzaqlaşmağa cəhd göstərmişdir. Çünki müvafiq əməliyyat-axtarış tədbirini təşkil etmiş və tədbirin keçirilməsində iştirak etmiş Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları həmin vaxt Təqsirləndirilən şəxs2 cinayət başında yaxalamaq üçün kənarda xidməti avtomobillərdə gözləyirmişlər. Eldar prokurorluğun əməkdaşları tərəfindən saxlanılmışdır. Ona tanış olmaq üçün təqdim edilən “FHN 2000 azn” adlı video görüntüdə o, Təqsirləndirilən şəxs2 və Mərkəzin sürücüsü Elman, “FHN 1000 azn” adlı video görüntüdə o və Eldar, “Memar 3000 azn” adlı video görüntüdə o, Müşviq və Eldar iştirak etmiş, onun üzərinə audio-video qeydiyyat cihazı yerləşdirildiyinə görə çəkilişlərdə özü görünməmişdir. “FHN 2000 azn” adlı video görüntüdə Eldarın cibinə qoyduğu əşya dəsmal deyil, onun verdiyi 2.000 manat pul olmuş, hətta Eldara pulu saymasını təklif etdikdə sonuncu onun saydığına əmin olduqdan sonra heç bir problem olmadığını bildirmişdir. Şahid4 məhkəmədə göstərdi ki, Şahid5 ilə aralarında kirvəlik münasibətləri vardır. Sabirabad rayonu Balahəşimxanlı kəndi ərazisindəki avtomobil yolunun kənarında yerləşən və özünə məxsus olan torpaq sahəsində ticarət abyekti tikmişdir. Lakin ticarət obyektinin sənqədləri olmadığına görə ondan istifadə edə bilməmişdir. Fövqalədə Hallar Nazirliyinin işçisi Təqsirləndirilən şəxs2 dəfələrlə ona obyektin sənədlərini düzəltməsini demişdir. O, 2021-ci ilin sentyabr-oktyabr aylarında Şahid5 ticarət obyektinin sənədlərinin düzəldilməsində ona köməklik etməsini xahiş etmişdir. Bir qədər sonra Şahid5 ona bildirmişdir ki, obyektin sənədlərinin düzəldilməsi barədə Təqsirləndirilən şəxs2lə danışmışdır. Təqsirləndirilən şəxs2 sənədlərin bir hissəsinin Zərərçəkmiş şəxs Memarlıq şöbəsinin müdiri Təqsirləndirilən şəxs1 tərəfindən, Fövqalədə Hallar Nazirliyi ilə bağlı sənədlərin isə onun tərəfindən hazırlanacağını, məsələnin həll olunmasını Müşviqdən xahiş edəcəyini demişdir. O, obyektə dair sənədlərin alınmasında onun adından iştirak etmək üçün Şahid5 etibarnamə vermişdir. Sonra Şahid5 ona Təqsirləndirilən şəxs1la və Təqsirləndirilən şəxs2lə görüşdüyünü, obyektin sənədlərinin hazırlanması üçün onların hər birinin 3000 manat pul istədiklərini demişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin ondan 3000 manat pul tələb etmələri qanunsuz olduğundan özü və Şahid5 bu barədə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübparizə Baş İdarəsinə ərizə ilə müraciət etmişlər. Bundan slnrakı proseslərdə iştirak etməmişdir. Lakin sonradan məlum olmuşdur ki, prokurorluq tərəfindən keçirilən əməliyyat zamanı nəzarət altında Müşviqin tələb etdiyi 3000 manatı tam həcmidə, Təqsirləndirilən şəxs2 isə tələb etdiyi 3000 manat pulun 2000 manatını onlara vermişdir. Məhkəmədə şahid kimi dindirilən Şahid10 göstərdi ki, 2013-cü ildən hazırkı dövrədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin Baş Dövlət Tikinti X2 Obyektlər üzrə Dövlət Tikinti Müfəttişliyinin “Muğan” Regional Mərkəzinin sürücüsü işləyir. “Chevrolet Niva” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobili idarə edir. X18 şəhərində yerləşir. xx.xx.2022-ci il tarixdə mərkəzin məsləhətçisi Təqsirləndirilən şəxs2lə birlikdə xidməti avtomobillə obyekt müayinəsi ilə əlaqədar Hacıqabul rayonuna getmişlər. Hacıqabuldan Salyan şəhərinə qayıdarkən Şirvan şəhərində Bəhruzla çayxanada görüşmüşlər. Bəhruzla Təqsirləndirilən şəxs2 apalarında çayxanada obyektlə bağlı söhbət olmuşdur. X23 pul vermişdir. Həmin pul manatlardan ibarət olmuşdur. Lakin miqdarını bilməmişdir. Sonra Eldar Zərərçəkmiş şəxsnə getməli olduqlarını bildirmişdir. Oradan Şahid5 və Təqsirləndirilən şəxs2lə birlikdə Zərərçəkmiş şəxs həyətinə getmişlər. Orada Eldar və Bəhruz Təqsirləndirilən şəxs1la görüşmüşlər. Şahid10 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edidlmiş ifadəsində göstərmişdir ki, 21 iyun 2022-ci il tarixdə Eldarla birlikdə Şirvan şəhəri Heydər Əliyev prospektində yerləşən “Füzuli” parkındakı çayxanada Şahid5lə görüşərkən Bəhruz Eldarla razılaşdırdığı pul vəsaitinin 2.000 manatını düzəldib özü ilə gətirdiyini bildirərək cibindən bükülmüş halda milli pul çıxarıb Eldara təqdim edib saymasını demişdir. Eldar isə pulu saymadan əynindəki şalvarın cibinə qoymuşdur. Bəhruz pulun qalan hissəsini də düzəldəcəyini demişdir. Bəhruz Eldara 2.000 manatı verdikdən sonra Müşviqin tələb etdiyi pulu vermək üçün Eldarla birgə Sabirabad rayonuna getmək istədiyini bildirərkən Eldar əvvvəlcə həmin gün getməyə tərəddüd etsə də, sonradan Bəhruzla razılaşıb sonuncuya ayrılıqda Sabirabad rayonuna getməsini, özünün də vaxt itirmədən Sabirabad rayonuna gedib Müşviqlə görüşərək İcra Hakimiyyətinin yaxınlığında Bəhruzu gözləyəcəyini demişdir. Bundan sonra Bəhruz sağollaşıb kafeni tərk etmişdir. Eldar ondan maşını birbaşa Zərərçəkmiş şəxsnə sürməsini demişdir. Eldarla Sabirabad Rayon İcra Haicra hakimiyyətinin inzibati binasının arxa tərəfindəki dayanacağa getmişlər. O, dayanacaqda gözləmiş, Eldar isə Müşviqlə görüşmək üçün getmişdir. Eldar təxminən yarım saat sonra geri qayıtmışdır. Sonra Salyan şəhərinə iş yerinə getmişlər. Təqsirləndirilən şəxs2 istintaqa verdiyi ifadəsində xx.xx.2022-ci il tarixdə Şirvan şəhəri, “Füzuli” parkının içərisindəki kafedə Bəhruzla görüşərkən videogörüntüdə olan, cibinə qoyduğu əşyanın dəsmal olması barədə dedikləri həqiqəti əks etdirmir. Belə ki, söhbət əsnasında Bəhruz Eldarla razılaşdırdığı pul vəsaitinin 2.000 manatını düzəldib özü ilə gətirdiyini bildirərək cibindən bükülmüş halda milli valyutada pul vəsaitləri çıxarıb Eldara təqdim edib saymasını istəmiş, Eldar isə pulu saymadan əynindəki şalvarın cibinə qoymuş, bundan sonra Bəhruz pulun qalanını bir neçə gün ərzində verəcəyini demişdir. Şahid11 məhkəmədə göstərdi ki, 2017-ci ildən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 X12 adına Elmi-Tədqiqat Layihə Konstruktor və X3 mütəxəssisi vəzifəsində işləyir. Tikintidə X4 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi üzrə xx.xx.2022-ci il tarixli əmrlə müfəttişliyin Muğan regionu üzrə İmişli, Saatlı və Sabirabad rayonları onun və Şahid12 rəhbərliyinə verilmişdir. Şirvan şəhəri və Hacıqabul rayonu isə Təqsirləndirilən şəxs2 rəhbərliyinə verilmişdir. Vəzifələri xidməti ərazidə tikinti fəaliyyətinin subyektləri tərəfindən şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə, tikinti layihəsinə əməl edilməsinə nəzarət etməkdir. Sabirabad rayonu Balahəşimxanlı kəndi Təqsirləndirilən şəxs2 nəzarət sahəsi olmadığı halda onan həmin ərazidə yerləşən ticarət obyektinə dair istismara hazırlıq aktının verilməsi müqabilində pul alması barədə məlumatı olmamışdır. Bu barədə sonralar eşitmişəm. Təqsirləndirilən şəxs2 həmin ticarət obyekti ilə bağlı ona müraciət etməmişdir. Məhkəmə baxışında şahid kimi dindirilmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin Baş Dövlət Tikinti X2 Obyektlər üzrə Dövlət Tikinti Müfəttişliyinin baş məsləhətçisi Şahid12 da Şahid11lə analoji məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. Şahid13 məhkəmədə göstərdi ki, 2019-cu ilin oktyabr ayından hazırkı dövrədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin “Muğan” Regional Tikinti Müfəttişliyinin rəisi vəzifəsində işləyir. “Muğan” Regional Tikinti Müfəttişliyinin tabeliyindəki inzibati ərazi vahidləri Şirvan şəhəri, Salyan, Neftçala, Hacıqabul, Sabirabad, Saatlı, Biləsuvar və İmişli rayonlarıdır. Tikintidə X4 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi üzrə xx.xx.2022-ci il tarixli 011 №-li əmrə əsasən Muğan regionu üzrə İmişli, Saatlı və Sabirabad rayonları Şahid11 və Şahid12, Şirvan şəhəri və Hacıqabul rayonu isə Təqsirləndirilən şəxs2 rəhbərliyinə verilmişdir. Təqsirləndirilən şəxs2 Muğan regionu üzrə xidmət etdiyi əraziyə Sabirabad rayonu daxil olmadığı halda onun Sabirabad rayonu Balahəşimxanlı kəndi ərazisində yerləşən ticarət obyektinə dair istismara hazırlıq aktının verilməsi müqabilində Şahid4 etibarnamə üzrə nümayəndəsi Şahid5 maddi nemət olan pul vəsaitini tələb edib alması barədə məlumatı olmamışdır. Bu barədə sonradan eşitmişdir. Sabirabad rayonunu əvvəllər Təqsirləndirilən şəxs2 rəhbərliyində olmuşdur. Təqsirləndirilən şəxs2 göstərilən xidmət obyektinə istismara hazırlıq aktının verilməsi üçün ona müraciət etməmişdir. Şahid8 məhkəmədə göstərdi ki, 2012-ci ildən hazırkı dövrədək Zərərçəkmiş şəxs aparatının Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi–mühəndis vəzifəsində işləyir. Təxminən 2022-ci il 24-25 iyun tarixlərlərdə nahar fasiləsindən sonra baş memar Təqsirləndirilən şəxs1 idarədən kənarda olarkən ona zəng edərək şöbənin mütəxəssislər otağında masanın üzərində bir ədəd sellafon paketin içərisində Sabirabad rayonu Balahəşimxanlı kənd sakini Şahid4 məxsus ticarət obyektinə dair layihə və digər sənədlərin olduğunu, bir azdan Bəhruz adlı şəxsin həmin sənədləri götürmək üçün idarəyə gələcəyini bildirib qeyd olunan sənədləri Bəhruza verməsini xahiş etmişdir. Bir qədər sonra, günorta saatlarında əvvəllər tanımadığı Bəhruz adlı şəxs icra hakimiyyətinə gəlib sənədləri ondan təhvil alaraq getmişdir. Onun Təqsirləndirilən şəxs1 Şahid4 məxsus obyektə dair sənədlərin hazırlanması ilə əlaqədar Şahid5 pul alması barədə heç bir məlumatım yoxdur. Şahid5 iş materiallarında olan, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə baş idarəsinə yazdığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, qohumu Şahid4 aid Bala Həşimxanlı kəndində yerləşən mağazanın sənədləşdirilməsi işləri ilə əlaqədar olaraq Zərərçəkmiş şəxs baş memarı Təqsirləndirilən şəxs1 və Fövqalədə Hallar Nazirliyinin əməkdaşı Təqsirləndirilən şəxs2 3000 manat və 1.200 manat pulu rüşvət kimi istədiklərini göstərmişdir. Pul vəsaitlərinin və xüsusi texniki vasitənin təqdim edilməsi barədə xx.xx.2022-ci il tarixli 02/4-6 №-li protokoldan görünür ki, Şahid5 Azərbaycan Respublikası Baş Prokurorluğunun maddi-texniki təminat şöbəsindən götürülmüş 20 ədəd 100 manatlıq əskinaslardan ibarət olmaqla cəmi 2.000 (iki min) manat məbləğində pul vəsaiti təqdim edilmişdir. Götürmə aparılması və baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, istintaq hərəkətində iştirak edən Şahid5 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin əməkdaşı Təqsirləndirilən şəxs2 Sabirabad rayonu, Balahəşimxanlı kənd sakini Şahid4 məxsus olmaqla həmin kənd ərazisində yerləşən 191 m2 sahəsi olan qeyri-yaşayış obyektinə istismara hazırlıq aktının verilməsi müqabilində ondan özü üçün 3.000 (üç min) manat məbləğində pul tələb edərək, həmin vəsaitin 2.000 (iki min) manatını xx.xx.2022-ci il tarixdə, qalan 1.000 (bir min) manatını isə xx.xx.2022-ci il tarixdə aldığını, lakin 1.000 manatı aldıqdan bir neçə dəqiqə sonra onun özünə qaytardığını bildirmişdir. Şahid5 Təqsirləndirilən şəxs2 ondan aldığı 1.000 manatı özünə qaytarmasının səbəbi soruşulduqda o, bunun səbəbini bilmədiyini, lakin Təqsirləndirilən şəxs2 pulu aldıqdan sonra özü barəsində əməliyyat-axtarış tədbirlərinin keçirildiyini başa düşdüyünə görə 1.000 manatı qaytardığını ehtimal etdiyini qeyd etmişdir. Bundan sonra, Şahid5 1.000 manat pulu könüllü şəkildə təqdim etmişdir. 9 (doqquz) ədəd 100 (yüz) manat və 2 (iki) ədəd 50 manatlıq əskinasların seriya və nömrələri aşağıdakı kimidir: C56982685, A44410272, C32481352, B06096030, C40783577, C43512673, C82230041, A45261013, A35571839, A84447395, B********. Xüsusi işıqlandırma vasitəsi ilə həmin pullara baxış keçirilərkən C56982685, A44410272 və C32481352 seriya-nömrəli əskinasların üzərinə “Nəzarət 2022” sözlərinin yazıldığı aşkar edilmişdir. Bununla da, həmin əskinasların Təqsirləndirilən şəxs2 ətrafında əməliyyataxtarış tədbirlərinin keçirilməsi üçün xx.xx.2022-ci il tarixdə Baş İdarənin Əməliyyat İdarəsi tərəfindən Şahid5 təqdim edilmiş vəsaitlərlə eynilik təşkil etdiyi müəyyən olunmuşdur. Baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs inzibati binasındakı xidməti otağına baxış keçirilərkən ön masanın üzərindən Sabirabad rayonu, Qalağayın kəndində yerləşməklə X9 məxsus olan ticarət və xidmət obyektinin memarlıq-planlaşdırma bölməsi və İcra Hakimiyyətinin fəaliyyəti ilə əlaqədar digər sənədlər götürülmüşdür. Diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi nəticəsində əldə edilən məlumatların qeydə alındığı 1 (bir) ədəd diskə baxış keçirilmişdir. Diskə köçürülmüş gizli audio-video yazılarda Şahid5 ilə Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin Baş Dövlət Tikinti X2 Obyektlər üzrə Dövlət Tikinti Müfəttişliyinin baş məsləhətçisi Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri - baş memar Təqsirləndirilən şəxs1 arasında Sabirabad rayonu, Balahəşimxanlı kənd sakini Şahid4 məxsus olmaqla Şirvan- Sabirabad yolunun 8-ci kilometrliyində, rayonun Balahəşimxanlı kəndi ərazisində 0.449 ha torpaq sahəsi üzərində yerləşən 191 m2 sahəsi olan qeyri-yaşayış obyektinə dair tikinti işlərini aparmaq üçün icazə, təqdim edilmiş layihəyə uyğun qeyri-yaşayış obyektinin tikintisinin aparılmasının məqsədəmüvafiq hesab edilməsi barədə Zərərçəkmiş şəxs baş memarının rəyi, tikinti obyektinin istismara hazırlıq və istismara qəbul aktlarının verilməsində köməklik göstərilməsi müqabilində hər bir şəxsin özü üçün 3.000 manat məbləğində pul vəsaiti tələb edib alması bağlı görüş və müzakirələr qeydə alınmışdır. Əşya və sənədlərə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla daxil olmuş əşya və sənədlərə baxış keçirilmişdir. Əməliyyat İdarəsi tərəfindən təqdim edilmiş, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs inzibati binasındakı xidməti otağından götürülmüş iki ədəd bağlamanın içərisində Sabirabad rayonu, Bala Həşimxanlı kənd sakini Şahid4 məxsus 0,449 ha torpaq sahəsinin çıxarışının və sonuncu tərəfindən Şahid5 verilmiş 16 iyun 2022-ci il tarixli etibarnamənin surətləri, Sabirabad rayonu, Qalağayın kəndində yerləşən X9 məxsus ticarət və xidmət binasının memarlıq planlaşdırma bölməsi, iki nüsxədən ibarət “Tikinti işlərini aparmaq üçün 22 sentyabr 2016-cı il tarixli 129 №-li İcazə”lərin, “Sabirabad rayonu Baş memarının Rəyi”nin və Zərərçəkmiş şəxs başçısının birinci müavini tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin rəisi Cəbrayıl Xanlarova ünvanlanan 21 iyun 2022-ci il tarixli 2/2107 №-li məktubun surətləri və İcra Hakimiyyətinin fəaliyyəti ilə əlaqədar digər sənədlər mövcud olmuşdur. Həmin bağlamaların içərisində olan yuxarıdakı abzasda sadalanan sənədlərin cinayət təqibi üzrə icraatda sübut əhəmiyyətinə malik ola biləcəyi nəzərə alınmaqla qeyd olunan sənədlər cinayət işinin materiallarına əlavə edilmişdir. Əməliyyat İdarəsi tərəfindən təqdim edilmiş, rüşvət predmeti olan 1.000 (bir min) manat məbləğində pul vəsaiti 9 ədəd 100 manatlıq və 2 ədəd 50 manatlıq formasında milli valyutada olan kağız pul əskinaslarıdır, seriya və nömrələri aşağıdakı kimidir: C56982685, A44410272, C32481352, B06096030, C40783577, C43512673, C82230041, A45261013, A35571839, A84447395 və B********. Həmin əskinasların seriya və nömrələri Təqsirləndirilən şəxs2 ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün 29 iyun 2022ci il tarixdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsi tərəfindən Şahid5 təqdim edilən vəsaitlərin seriya və nömrələri ilə eynilik təşkil edir. İş üzrə təyin edilmiş kompleks məhkəmə-xətşünaslıq və sənədlərin-texniki ekspertizasının 27 iyul 2022-ci il tarixli 4/1064-5/815-5/816 nömrəli rəyinə əsasən, ekspertizaya təqdim olunmuş, tikinti işlərini aparmaq üçün 22 sentyabr 2016-cı il tarixli 129 №-li icazənin kserosurətinin aşağı hissəsində “Rayon icra hakimiyyəti başçısının birinci müavini: Şahid9” qrafasında əks olunan imza (yuxarı sağ küncündə qırmızı rəngli rəngləyici maddə ilə şərti olaraq “1” rəqəmi ilə işarələnmiş), Zərərçəkmiş şəxs başçısının birinci müavini tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin rəisi Cəbrayıl Xanlarova ünvanlanan 21 iyun 2022-ci il tarixli 2/2107 №-li məktubun kserosurətinin aşağı hissəsində “Hörmətlə, Şahid9” qrafasında əks olunan imza – Şahid9 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, tikinti işlərini aparmaq üçün 22 sentyabr 2016-cı il tarixli 129 №-li icazənin kserosurətinin aşağı hissəsində “RİHB aparatının Memarlıq və tikinti şöbəsinin müdiri Təqsirləndirilən şəxs1” qrafasında əks olunan imza (yuxarı sağ küncündə qırmızı rəngli rəngləyici maddə ilə şərti olaraq “2” rəqəmi ilə işarələnmiş), Sabirabad rayonu Baş memarının rəyinin aşağı hissəsində “Sabirabad rayon İHB aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, Baş memar Təqsirləndirilən şəxs1” qrafasında əks olunan imza – Təqsirləndirilən şəxs1 tərəfindən icra olunmuşdur. Sabirabad rayonu Memarlıq və tikinti şöbəsinin Şahid4 adına Tikinti işləri aparmaq üçün 22 sentyabr 2016-cı il tarixli 129 nömrəli İcazələrinin surətlərində, Sabirabad rayon İHB aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Təqsirləndirilən şəxs1 rəyinin surətində olan möhür əksləri surət olduğu, üzərindəki yazıları yayılmış şəkildə əks olduğu üçün, möhür əkslərinin ölçüləri nümunələrin ölçülərindən kəskin şəkildə fərqləndiyindən həmin möhür əkslərinin müqayisəli tədqiqatı aparılmadı. Tədqiqata təqdim edilmiş 2 ədəd A84447395, B03395157 nömrəli 50 Azərbaycan manatı nominallı, 9 ədəd B06096030, C40783577, C43512673, A45261013, A35571839, C82230041, C56982685, A44410272, C32481352 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinasları xüsusi mühafizə vasitələrlə təchiz olunmaqla poliqrafik çap üsulları ilə hazırlanmışdır və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 vətəndaş Bəhruz Məmiyadən aldığı 1.000 (bir min) manat pul vəsaiti” yazıları olan zərfin içərisində olan 3 ədəd C56982685, A44410272, C32481352 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinaslarının üzərində UB işıqda görünən “Nəzarət 2022” yazıları müəyyən edildi. İş üzrə təyin edilmiş kompleks məhkəmə-portret və məhkəmə-fonoskopik ekspertizasının 27 iyul 2022-ci il tarixli, 4/1076, 3/995 nömrəli rəyinə əsasən, “FHN 2000 azn” adlı mübahisəli fonoqramdakı danışıqların yazılı mətni aşağıdakı kimidir: K1 – Ay məllim K2 – Ay salam meleykim K1 – Eldar məllim necəsiz? K2 – Nətərsiz? K1 – Kefiz, əhvalız? K2 – Kefin yadın nətərdi? K1 – Necəsiz, salamatçılıqdi, nağayrsız, neynirsiz? K2 – Şükür Allaha, yavaş-yavaş K1 – Hə Eldar məllim nağayrsız, tezdənnən də Əlibayramlıdayıq gilinc olmuşuq Allaha and olsun K2 – Axır aldın şeyi K1 – Hə çıxarışı ayə, deyirsən çıxarışı ver. Deyir gözlə portala oturmuyub. Ayın 8-nən oturub poratala indi verir K2 – Sən çıxarışı almağın tez başa gəldi. Ən azı 4 ay, 5 ay, 6 ay çəkire o K1 – Yox e, mənə çatmıyan nədii, 8-i deyir portala oturub sistemə oturub həə K2 – Hmm K1 – Bular indi verir məə, niyə görə gecikdirirsən ki. İndi niyə verirsən e K2 – Portala oturub? K1 – Oturub, 8-i sms də gəlibsəəə bunu elə verginən da K2 – Hə uje 8-i verilibsə K1 – Hə K2 – Sən uje 9-u ala bilərdin onu K1 – Hə. Baxın sənədlərə əmi başına dönərəm, gör hamısı burdadi? Öz adımnan etibarnaməni də çıxartdırmışaam K2 – Hə K1 – Dedim ki əmimin də elə bilki etibarnamə K2 – Hə K1 – Bax buundu da abyekt ba bunu K2 – Həə K1 – Şahid4 K2 – İndi Allah qoysa onu verəcəyik şeyəə Müşviqə. Özüm başa salacam məktubu da nətər verəcək. Çünki köhnə aktdı. Neçənci ildə tikilib bu? K1 – Buu tikilib hardasa nəbilim hardasa bir/// K2 – Doxsan neçə, iki min neçə K1 – Hə çoxduda, tikilmişdi sora bunu remont yad elədik çoxdannan K2 – Ay sağ ol K1 – Çoxdannan K2 – İntası bunu mən verəcəm Müşviqə, məktubun formasını başa salacam nətər yazsın, peçatdıyıb verəcək mənə çıxarışnan bir yerdə. Bunu məə verənnən sora sənə zəng eliyəcəm gedəcəyik Balahəşimxanlıya K1 – Balahəşimxanlıya K2 – Hə abyektin şəkillərini götürməliyəm K1 – İndi gör nə deyirəm e, məllim mən. Mən sənnən niyə görüşməyə gəlmişdime, mən indi bilmədim Müşviq məllimnən də, Müşviq məllimin indi amanatı bizim şeydi Azər əmimdədi K2 – Hə K1 – İndi mamamı götürəm sabah bizdə hüzür düşüb, ildii. Bizim o ağsaqqalımızın... var o rəhmətə gedib. Sabah orda ildi, sabah orda ildə olacaqlar mamamgil. İndi maamı götürüb ora gedirəm Balahəşimxanlıya. K2 – Ay sağ ol K1 – İndi maamı götürüb ordan/// K2 – Bir dəqə darıxma bulara baxım mən. Etibarnamə deməli ... oğlu tərəfindən verilibdi həə. Səə verirda bunu K1 – Hə məə verib K2 – Verib bunu sənə. Bu torpağın çıxarışı, torpağın buun burdaa deməli ııı 4490 kvadrat. Təxminən ərazisi böyükdü, 4 sot. Ahaa bu belə, bunu işdiyib ... Çingizgil, onnan sora bu onun şəxsiyyət vəsiqəsi, Balahəşimxanlı, 191 kvadrat budu K1 – Hə K2 – Aydındı. Bular yerində. Həcmi, ümumi sahə bu. Bax indi o vaxt məə gətdin göstərdin ha K1 – Hə odu da məllim K2 – Həmənkidi də K1 – Hə K2 – Deməli 23.60 uzunudu çöldən (kənar replikalar eşidilir) K2 – Hə, 8.10 enidida bunun? K1 – Hə K2 – İçəridə sütunları var bunun? K1 – Həə sütunları var K2 – Bax layihədə verib 6 metrdən çoxdusa K1 – Hə K2 – Hə munii K1 – İndi malları yadı gətirir yavaş-yavaş yüklüyür. Açacayuq inşallah K2 – Yüklüyün, yüklüyüüün K1 – İnşallah K2 – Sənədin verəcəyik onun, sənədi/// K1 – İndi gör nə deyirəm e K2 – Bunu verməmiş, sənədi şey eləməmiş istismara cərimə yazılır. Cəriməni bilirsən də yazmamışam. Bilirsənda o vaxt dedim aç işdət. İndi Müşviqin haq hesabıdı səndə? K1 – Yo, indi mən səən haq hesabı gətirmişəəəm K2 – Hə, mənkin K1 Sənnən haqq-hesab var axı. Sənin haqq-hesabıın 2000-in verəcəm sənə, bu səən haqq-hesabındı qalanın da səə 4 günə 5 günə verəcəm. Müşviq məllimin haqq-hesabı indi Sabirabaddadı. Əmimgildədi, hazırdı. K2 – Onda belə eliyək K1 – Səən haqq-hesabı veriiim K2 – Hə K1 – Sən onu şey yavaş-yavaş Müşviq məllimnən danışarsan nağayrsan eliyərsən. Mən sənə/// K2 – Məktub formasını başa salacam nətər yazsın K1 – Həə bildim, Səən haqq-hesabı verəcəm. Sora indi gedirəm Müşviq məllimin şey Balahəşimxanlıya da, Müşviq məllimində amanatını götürüüm, ordadı. K2 – Sabahları mən gəlib ordan Sabirabada gedəcəm K1 – Sən sabah mən işdəyəm, mən sabah evdə olmayacam K2 – Sabah mən onu götürüm ki, gedim Müşviqin yanınadaa mən. Aparım buları verim ona peçatdasın, məktubun formasını/// K1 – İndi gedəmmərik Müşviq yanına elə bilki gedərdük Sabirabada mən gedirəm da Balahəşimxanlıya. Ordan çıxım mən gedim İcra hakimiyyəti tərəfə, sən də yavaş-yavaş gəl orda görüşəkda elə. Müşviq məllimnən görüşək eliyək da indi danışıb eliyək da Müşviq məllimnən K2 – İdarəyə K1 – Səni tanıyıram sən heçda özmünküsən da K2 – Yooooo K1 – Müşviq məllim birinci dəfədi tanıyır K2 – Müşviq mənim qohumumdii onnan sora məə zəng elə/// sən dedin haa zəng vururam telefonu açmır K1 – Hə K2 – Həmin gün orda K1 – Bildim hadisəni eşitdim hə, eşitdim həə. Ona görə hə eşitdim K2 – Dedi Eldar yo problem yoxdu /// K1 – İndi birinci dəfədi tanıyıruq indi Müşviq məllimə də baxma da pul verəcəm Müşfiq məllimi tanımıram indi K2 – Hmm K1 – Səni tanıyıram, sən etibarlı insansan, sən şey sən başqası döyülsən, Müşviq məllimi tanımıram K2 – Səni heç yeri gəlsə ki, sabah mən gələndə burdan götürüb amma getsəm Müşviqin yanına. Sən Müşviqin yanında lazım döyülsən. Müşviq peçatdıyacaq, məən özümə göndərəcək onu. Aydındı? K1 – Müşviq peçatdıyacaq səən özünə göndərəcək K2 – Müşviq peçatdıyacaq, məktubunda formasını başa salacam bu cür məktub. Çünki sən o vaxtı ... heç icazən yoxdu də K1 – Həə, K2 – Həsən məllimin, 1-ci müavinin adınnan bidənə məktub verəcək ki, bəli bunun sənədləşdirilməsinə// K1 – İndi belə eliyəhda məllim, mən gedim Balahəşimxanlıya, Müşviq məllimin amanatını götürüüm, Müşviq məllimin amanatını götürüm. Mən ordan gedim Sabirabada, sən də yavaş-yavaş gəlda ora uzaqbaşı 45 dəyqə. Neçə dəyqə səən işin qurtarır? K2 – Sabirabda getsəy biz uje/// mən deyirəm sabah gedərdik da ora K1 – Sabaha səncanı saxlamayaq, sabaha birsi günə işdəyəm başa dönüm. Bu gün həll eliyək K2 – Sabah işdəsan da K1 – Hə K2 – Sən neftdə işdirsən? K1 – Hə, SOCAR petroliyumda K2 – Harasında, harda işdirsən? K1 – Bakıda K2 – Həə elə bildim buralarda işdirsən K1 – Yox, neftdəyəm. Smen rəisi işdiyirəm da K2 – Neftdə yəni dövlətdi da K1 – Hə, nağayrağ ee. Əmimin də övladı yoxdu, onun uşağı olsaydı o həll eliyərdi. Mən düşmüşəm əl ayağa Allah haqqı bu işdər həll eləsin qurtasın. Sənin amanatın/// K2 – Onda, saat neçədi Elman, Sabirabda gedib gələ biləcəyük də? K1 – Gələ sən say K2 – Bu bizimkidi K1 – Hə K2 – Saymısan da? K1 – Hə K2 – Gedək onu da götürək ordaan, yaxşı K1 – Hə K2 – Gedək Sabirabada K1 – Mən gedirəm maamı götürəm, gedirəm Balahəşimxanlıya. Mamamı atıram ordan da gedirəm Sabirabada. K2 – Gəl Sabirabdaaa K1 – Hə K2 – İcranın yanında gözləyəcəm səni K1 – İcranın yanındaa? Müşviq məllimidə çağır oraa elə orda da görüşəy K2 – Hə hə şey eliyəcəm K1 – Problem yoxdu K2 – Hə fiso sən get K1 – Hə gedim başa dönüm K2 – Çay iç, iç çayı K1 – Maamda gözdüyür, sabah hüzürdü başa dönərəm K2 – Get götür hə, götür getginən. Bizdə gəliriy ora K1 – Yaxşı özüzdən muğayət olun. Çayın pulun verim əmii? K2 – Yo yooo vermişəm, vermişəm narhat olma K1 – Sağol əmi özüzdən muğayət olun. Mən zəng eliyəcəm sizə K2 – Yaxşı K1 – Onda 1 saata yada zəngləşəəək əmi orda? Hardasa mən hardasa indi getsəm oraa 15 dəqəyə, 20 dəqəyə ora çatacam K2 – 1 saata zəngləşək da hə K1 – 1 saata zəngləşək. K2 – Gəlirsən ora K1 – Məndə gəlirəm ora yaxşı əmi “Memar 3000 azn” adlı mübahisəli fonoqramdakı danışıqların yazılı mətni aşağıdakı kimidir: K2 - ... K1– Həə K2– Verdin? K1 – Allah köməyiniz olsun K2 – İndi Allah qoysa, sən bunu haçana verirsən mənə? K1– Nə vaxta hazır eliyəcəysiz, məllim? K2 – Mənə verəcəysən? K1– Həə K3 – Bunun əsli hanı? K1 – Bunun əsli özümdədi. Ya istirsən/// Əslidə lazımdı, həə? K3 – Peçatı nəyə vuracaq? K2 – Peçat əslinə də vurulmalıdı K1– Onda mən belə eliyim, məllim. Sabah mən gündüz smenindəyəm, bürsüyün gecə smenindəyəm. Sizə bürsüyün tezdən gətirərəm əslisini K2 – Bürsüyün smenə gətirərsən. Deməli, əslinə də vurursan, maa da vurursan. Çünki, bunu axırda mən Bakıya göndərirəmdə. Axırdakını istismar aktını olanını da. Bunu Bakıya göndərirəm. Verirsən bunu peçatdıyıb bunu mənə verənnən sora səə zəng eliyəcəm gedəssən Həşimxanlıya K1 – Həşimxanlıya K2 – Bala Həşimxanlı həə, obyekti ... K1– İnşallah K2 – Sən onu haçan çatdırırsan mənə? K1– Nəyi? K2 – Əslin K1– Bunun əslin/// K2 – Kopyadı bu, hə K1– Əslini sabah yox, bürsügün tezdən gətirim da onda, məllim K3 – Yoxe, sabaha. Bugün yollaya bilmərsən? K1– Yox, bu gün əmələ gəlmire. Bilirsiz, sabah babamın ilidi, orda mamamgili yadı aparmışam hüzür yaddı K2 – Sabah taksinin birinə ver göndərsin da K1– Sabah? K2 – Ya da ki, Müşü Sabirabadda yaşayan adamdıdana K1– Onda mənə bax belə eliyim. Sabah taksinən göndərtdirərəm K3 – Göndər bura da, hə K1– İndi gedəndə sənəddəri alaraam. Elə bilki şey eliyərəm, ordan götürərəm göndərərəm. Taksiynən danışaram. Bəlkə elə bu gün əmələ gəldi K2 – Onda bu gün göndər K1– Bütün günü burdasız da məllim, hə onda K3 – Büyün ayə deyəssən polis götürəcək K1– Deyəcəm elə İcra Hakimiyyətində/// K2 – İcrada aşağı gedirsən, denən orda polisə versin, vəssəlam K1– Fso, həə ən yaxşısı elənçinə elə K2 – Çay içirsən səə stəkan gətirsin? K1– Hə, bir stəkan içərəm, həə K3 – Mayis, denən təzə stəkan gətirsinda K1– Həəə, indi Allah qoysa Müşviq məllim sənədləri hazırlıyırıq K2 – Sən onu bu gün şeyləginən, bu gün göndər çatsın K1– Hə, bu gün göndərtdirərəm. Çalışaram bu gün göndərəm. Ayə, inanırsan, istilərdə imkan vermir ee qaçhaqaç K2 – Ay istilər deyəndə bu gün 20-di, 21-di? Yay indi giribdəə K1– Hmmm K2 – Dünən girib yay K1– İnanırsan, əvvəlki kimidə satış yoxdu ee. İndi alver biraz zəyifliyib maqazinlərdə yadda. Əvvəl/// K3 – Balahəşimxanlıda hansıdı? K1– O Fəxrinin abyekti variydı e, tanıyardın yolun qırağında? Onnan biraz bərkiüzdəki abyektdi. Təzə tikilibe, əmi K3 – Fəxri hansı? O qardaşı oğlu nazirlikdə tikinti tikən? K1– Dəsən o olmalıdı, bilmirəm, tanımıram. K3 – Sən özün harda olursan? K1– Mən özüm Şirvanda qalıram. Təzə şəhərdə K2 – Buun əmisiynən K1– Həəə K2 – Kişinin haqq-hesabın ver K1– Həə, kişinin haqq-hesabın verim K3 – Ə burda/// K2 – Məə ver, məə ver K3 – Burda şey eləmə, başa düşməsinlər K1– Ə nə olacaqki, diyan sayım K3 – Yoo, yox, elə yox. K2 – Məə ver, məə ver/// K3 – A darıxma dana K1– İstiyirsən qoyum cibimə. Bir yerə çəkilərik verərik də, camahat baxır. Bura Sabirabaddı e, Eldar məllim... K1 – Ay məllim, şeydi bu Səlyanda şeydi adı nədi, banklar niyə azdı, orda Səlyanda? K2 – Səlyanda var Aksesbank K1– Yelobank K2 – Turan bank. Yelobank təzə açılıb. Mən qohumlarım/// K1– Həə, Yelobank təzə açıldı, həə K2 – Aksesdən getdida ora kredit şöbəsi/// K1– Şirvanda çoxdu orda K2 – Şirvanda bank Respublikada vaar. Bizdə o yoxdu. Onnan sora Kapitalbank bütün yerlərdə vaar K1– Həəə K2 – Beynəlxalq bank. Olar hamsı Səlyanda var K1 – Hə, o gün banka gəlmişdik elə pul götürməyə K2 – Hansı bank? Aksesə? K1– Yelobanka gəldük K2 – Müdirin yanına girdiz Anarın? Hündür oğlandı K1– Heç yerə girmədik. Bidənə elə prostu soruşduqki, sahibkarıq bizə nə verir? Dedi alınmır. Nəbilim, o sənəd çatışmır, bu sənəd çatışmır K2 – Hansınnan götürdüz axırı? K1– Nəm Bank Respublikadan götürdük K2 – Şirvannan? K1– Hə, o sahibkarlara verir axı. K2 – Həəə K1 – Ordan götüdük K3 – Neçə kvadratdı? K1 – 191 K2 – Eni 8-di də, ortadan sütunlar verilib. Yerində də qoyublar. Olar uje bizdiydidə. Olmasa qoydurruq də heç olmasa qoydurruq onu mütləq ... K1 – İndi burda məllim, icazə olacaqda dövlət tərəfinnən? K2 – Yox, icazə yox. Biz istismar aktını verənnən sora bu kişi icazə verəcək, gedəssən onnan sora Əmlaka K1– Əmlaka hə. Eldar məllim, Fövqəladəni də sən həll eliyəcəksənda bunnan sora? K2 – Həəə K3 – Bəs Arxitektura Komitəsi kod istəmir bulara? K2 – Kodu istəmir, istəsə oları sora sən alarsandaa K3 – Mən alammaram onu. Boynuma götürəmmərəm K2 – Biz kod vermirik axı K3 – Bizdə vermirik K2 – Hazır obyekt kimi verəmmirsiz kod? K3 – Verəmmirik, yoox. Arxitektura komitəsi verir K2 – Bəs Əmlaka gedəndə kod istəyəcəklər bunnan? K3 – Ola bilsin istədilər K2 – Yoo. Biz kod vermirik axı. Bə bular özü Komitəyə gedir? K3 – Həə K3 – Dədə, bax, mənim çiy işnən aram yoxdu ha K1– Hə, bildim K3 – Layhə təsdiqliyirəm, memar rəyi verirəm. Sora istismardan gəlir, istismar qəbul aktı peçatdıyıb verirəm K1 – Həə K2 – Yaxşı, kod almaq çətin işdiki? K3 – Kod bizdə yoxdu axı K1 – Müşviq məllim, Allahın köməkliyinnən, indi sizə 3000 verəcəm aa, onnan olar 2500verim? O 500 maatıda sora verim K3 – Qardaşımsan yox, yox, o soralar mənim başıma o qədər oyunlar gətirib K1 – Həə, bildim həə, başa düşdüm K2 – (telefonla danışır) K1– Keçəy məllim, səən puluu verim keçək o tərəfə görən olmasın K3 – Gedəy, gəl söhbət eliyə-eliyə gedək K1– Ora nəyin kalxozdu, məllim? Say say K3 – Hə. 30 dənədi? K1– Hə, 30 dənədi. Əmi, başaa dönərəm, elə eliyəkki, onu hazır eliyək. Başaa dönüm, arxayınəm səə K3 – Oldu, yaxşı K1– Hə, başaa dönərəm, əmi. Oldu. K3 – Oldu K1 – Hə, məndə məllim gedim, maşını saxlamışam bazarda. Gedim ora bazara dəyim K2 – (telefonla danışır) K3 – Siz kupçanı neynirsiz ki, imennoy? K1– Nəyi kupçanı? K3 – Hə K1– Hansı kupçanı? K3 – İstismara gedənnən sora kupçanı neynirsüzki? İstismara buraxılannan sora kupçanı neynirsüzki? K1– Obyektin kupçası heç özəlləşməsi yoxiydiki. Təzə almışıqe bu gün, özəlləşmədən təzə götürülüb K3 – Yox ey, neynirsizki. Bu istismara gedənnən sora kupçanı neynillər ki? K1– O da Fövqəladə alınmır axı. Gərək kupça düzələ, sora Fövqəladə alasan K3 – Yoo K2 – Yo, Fövqəladəyə kağızı mən verəcəm sənə, mənnən sora o verəcəy K1– Həə, başa düşdüm K2 – Kupça deyirki buun/// K3 – Problemdida K2 – Hə, problem olacaq deyir. İndi hələlik bugün reyestr oları vermir K3 – Həə bildim K1– Əsas odu düzəlsin görək K2 – İstismarın var, vəssəlam K1– Hə K3 – Nağıldı e, o K2 – Hə, ola bilsin gələcəyə olara bir şey versinlər. Onda verəcəklər. Hələki, deyir o verilmir K1– Yaxşı, mən gedirəm, əmi K2 – Yaxşı K1– Özüzdən muğayət olun, Allah amanında. Allah Sizdən muğayət olsun K2 – Bu gün çatdırsan lap yaxşı olardı K1– Hə İnşallah çalışacam bu gün çatdırım/// “FHN 1000 azn” adlı mübahisəli fonoqramdakı danışıqların yazılı mətni aşağıdakı kimidir: K1 – Eldar məllim necəsiz, nə var nə yox? Kefiniz əhvalınız? K2 – .. 077 kimdi? K1 – A şeydi bibioğludu danaa K2 – Bibin oğludi? K1 – Hə gəlmişdi burda tədbirnən bağlı gəlmişdi K2 – Hə gəldim burda gördüm orda dayanmışdı. İndi gedib deey orda ağ maşın cip K1 – Həəə. Bəri bax məllim K2 – Hə K1 – İnşallah bəri bax bu iş nətər olacax şey eliyək da? K2 – İndi Allah qoysa, bu gün 3-cü gündiii K1 – Hə K2 – Sabah 4-cü gün yazıb verəcəm müdirə, aparacaq Bakiyəə K1 – Aha K2 – Yəqin ki, uje 15 gün ərzində, maksimum 1 ay ərzində gələcəy salamatçılıq olsun K1 – Yaxşı məllim, mən sizə pulu veriim, gələ sayginən 1000 manat K2 – Ə yo saymıram, qoy bura K1 – Sayarsan da, birdən düzlük olsun da K2 – Yaxşı “WhatsApp Audio 2022-06-29 at 15.20.20 (1)” adlı mübahisəli fonoqramdakı danışıqların yazılı mətni aşağıdakı kimidir: (Ümumi replikalar eşidilir) K2 – Bəli K1 – Eldar məllim mənəm e, Bəhruzdu K2 – Eşidirəm Bəhruz K1 – Eldar məllim burdan maşın çıxır, gedirəm o Sabirabada o şey abyektin yiyəsi var ey, o sənətdər varıydı ha K2 – Hə hə K1 – Hə oları götürməyə. Sən bəri bax bi dənə Sabirabadnan danışa bilərsən o baş memarnan ki, mən gedim elə birbaşa elə onun yanına gedəy danışax da elə əmi K2 – Sənin sənətdərinə mən baxım deyim nə var nə yox sora/// K1 – Bir dəfə baxmışdız özünüz dediz ki, şey göndərərəm o şey icra hakimiyyətində o memar var a, baş memar ha K2 – Hə hə K1 – Hə ora göndərərəm, mən də onuynan danışın elə o Azər məllimi də götürüm elə onuynan gedə-gedə orda danışax da elə K2 – Hə get onda onun yanına ora K1 – Aha K2 – O memarı görəndə ordan bir dənə zəng edin bir dənə mənnən əlaqə zəng elə danışax K1 – İcra hakimiyyətində oturur da K2 – Bəli bəli K1 – Adı nədi ki? K2 – X24 K1 – Müşfiq məllim hə gedim onun yanına deyim ki, Eldar məllim K2 – Hə yaxşı K1 – Hə yaxşı başa düşdüm göndərib hə yaxşı. Bir də telefon nömrəsin verə bilərsən əmi mənə? K2 – 374 K1 – 050-di? K2 – 050 hə K1 – 374 K2 – 44 24 K1 – 024? Neçə? K2 – 44 24 K1 – 44 24 hə hə K2 – İndi bir dənə baxım düz olmasa deyəcəm sənə/// K1 – Hə indi zəng eliyim deyim ki, Eldar məllim verib mənə nömrənizi gəlirəm sizin yanınıza bir dənə danışaq da bu sənətdəri hə? K2 – Hə hə yığ danış/// K1 – Hə yaxşı Allah köməyiniz olsun çox sağ olun Eldar məllim. Sağ olun sağ olun K2 – Sağ ol. K1 – sağ olun. “WhatsApp Audio 2022-06-29 at 15.19.41” adlı mübahisəli fonoqramdakı danışıqların yazılı mətni aşağıdakı kimidir: K1 – Salam məlöyküm K2 – Ya Allah K1 – Salam xoş gördük Eldar məllim, necəsiz? K2 – Xoş gördük nətərsən? Kefin əhvalın nətərdi? Nə var nə yox? K1 – Allah köməyiniz olsun K2 – Bəhruz oldu da adın? K1 – Hə K – Adını indi yazmışam Bəhruz K2 – Hə nətərdi getdin Müşfiq məllimnən həll elədin? Görüşdün? K1 – Hə getdim Müşfiq məllimnən sağ ol Allah köməyin olsun hə görüşdüm elə bil ki sənəddərin hamısı/// K2 – Hamısın verdin ona? K1 – Yox dedim ki, bunu şeydi torpağın sənədini düzəldillər axı ollar K2 – Hə hə K1 – Torpağın sənədi yoxuydu axı K2 – Hə K1 – Müşfiq məllimə dedim ki, bunu nətər eləməy olar K2 – Məə zəng eləmişdi dedim hə köməy elə ona K1 – Dedim torpağın sənədi var a gətirim, dedi ki, torpağın sənədini gətir mənə düzüb qoşacam bir həftiyə də on günə hazır eliyəcəm K2 – Hə K1 – Dedim hə torpağın sənədin hamısın verim onu elə dedim hazırlasın, mənə bax əmi o sənin sənəddərin zadın var a olar hazır olannan sora torpağa sənəd/// K2 – Olar torpağın sənədidi, sora sən tikmisən icazə yoxdu köhnə tikilib də tikilib hazırdı də K1 – Hə hə K2 – Mən gələcəm abyektinə baxacam layihəynən sənin çertyojun varıydı də K1 – Hə çertyoju verəcəm Müşfiq məllimə K2 – 191 kvadratdı da hə? K1 – Hə K2 – Böyük döyül ki? K1 – Yo yo 191 kvadrat K2 – Hə 191 hə, odu onuynan çertyoju götürüb verəcəm, onnan sora tikintiyə məktub verəcəm Həsən məllimin birinci müavinin adınnan ki, sənəddəşdirmək üçün etirazımız yoxdu. O vaxt gələndə məsəlçün icazə almamısan də K1 – Hə K2 – Hə o alacaxsan, hə deməli icazə alacaxsan çertyojun torpağın sənədin verəssən mənə... ərizəsin yazılıb götürməsin zadın hamısın həll eliyərik. K1 – İnşallah biz də indi danışmışam ...ev zalox qoyuruq kredit zad götürürük ki, işdərin hamısın kutarax ki, biz abyekti açax. Abyekt də ki, maqazin vermək istiyir o adam K2 – Abyekti aç da onda hələ K1 – Qoymullar axı K2 – Kim qoymur? K1 – Yol idarəsinin müdürü kankret deyir ki, olmaz sənətdərin zadın hamısı hazır olsun fövqəladə zad K2 – Ələmbəylidədi? K1 – Balahəşimxanlıda K2 – Balahəşimxanlıda hə K1 – Hə deyir ki, hamısı hazır olsun onnan sora... K2 – Kim gəlir onu yol idarəsi gəlir deyir? Tikilib kutarıb hazırdı? K1 – Tikilib kutarıb, içini zadını remont eliyiblər, prostu vitrinə vurmax istiyir maqazini qoymurlar K2 – Ala vitrini zadını vur. Kim qoymur? K1 – İcra hakimiyyəti qoymur deyir icazə yoxdu get deyir memarlıqdan zaddan Müşfiq/// K2 – Yox e, icra icazə vermir sənə? K1 – Hə K2 – Qoymur hələ? K1 – Hə K2 – İndi Müşfiqə mən zəng eliyim deyim sənətdəri də düzəldirsən də K1 – Sənətdəri düzəldirəm K2 – Hə sən Müşfiqin yanına haçan gedəssən? K1 – İndi Müşfiqin yanına ya sabah ya birisigün getməliyəm K2 – Get onun yanına K1 – Hə K2 – Hə mənə zəng eləmişdi ki, denən bir az tez gəlsin mən opusqaya çıxacam nağaracam. Deyə bilsəm deyərəm elə o da özü zəng eləmişdi. Get onun yanına denən ki, Eldar məllim fövqəladə də icazə verir, siz də icazə verin gedim açım bunu sən onun üş dənəsini ver sənədi də bir həftiyə on günə verəcək... aç işdətginən beş manat çörək pulu qazan də K1 – Onda belə eliyək. Mən ona aparım üş dənəsin verim sənədin zadın verim, hazır eliyim o hazırrasın sora gəlim sənnən də görüşüm K2 – Hə mənnən də görüş K1 – Üş dənəni verim K2 – Hə K1 – Onnan sora açax işdədək də K2 – Aç işdətginən. Aç işdət qaldı ki, ora/// K1 – Siz də sənətdəri təxminən bir həftiyə on günə zada hazır eliyərsiz K2 – Səkkiz ay doqquz ay çəkir e K1 – Səkkiz-doqquz ay K2 – Səninkini eliyəcəm uzağı iyirmi günə K1 – İyirmi günə K2 – İndi bilmirəm bəlkə də on beş günə məsələn ba belə K1 – Müşfiq məllim də yəqin on gün deyər K2 – Hə hə elənçi eliyəcəm onu tez eliyəm. Hə qaldı ki, açarsan sən onu işdədərsən. Sən Müşfiqnən görüş K1 – Hə K2 – Ora yol idarəsi zad gələndə lap orda denən ki, məə denən icra da icazə verib, denən yığmışam ... danışdır onu mən Müşfiqə onun yanında şey elə onun yanına gedəndə məniynən onu danışdırarsan K1 – Hə yaxşı K2 – Deyəcəm ki, sən maa denən ki, tay dəyməsin işdəsin fövqəladə tərəfdən də mən ona icazə verəcəm ki, işdəsin, vəssalam, açıb işdədərsən K1 – Yaxşı. Onda mənə bax məllim onda sabah yox birsügün Müşfiq məllimə gedəcəm yanına deyəcəm sənəddərin hamısını gətirmişəm K2 – Hə hə belənçi ordan məni danışdır mən onu başa salım ki, işdəməyə icazə versin K1 – Müşfiq məllimin yanına çatanda sənə zəng eliyəcəm danışarsan K2 – Oldu K1 – Yaxşı oldu əmi K2 – Maşınım da var istiyirsən/// K1 – Yo yo sağ ol başına dönüm İnşallah görüşərik K2 – Oldu zəngləşərik sağ ol K1 – Allah köməyin olsun sağ ol “WhatsApp Audio 2022-06-29 at 15.19.41 (1)” adlı mübahisəli fonoqramdakı danışıqların yazılı mətni aşağıdakı kimidir: K2 – Bəli K1 – Salam Eldar məllim, necəsiz? K2 – Əlöykümə salam. Sağ ol yaxşı olasan K1 – Kefiniz əhvalınız? K2 – Nə var nə yox salamatçılıxdı? K1 – Allah razı olsun məllim, elə biz də işdə-güjdə olurux. Necəsiz salamatçılıxdı məllim? Eldar məllim İnşallah birinci ya ikinci gün indi pulu götürəcəm məllim o şey sizə ödədiyim pul olacax a o dövlət pul/// dövlət rüsumu o pulun içində olacax, yoxsa ayrı olacax? K2 – Hamısı hamısı hə hamısı hamısı onun içində K1 – Hə K2 – Sən gedərsən Müşfiqnən söhbət eliyərsən K1 – Hə K2 – Sənədini zadını şey eliyənnən sora hə onnan görüşəndə orda sora mənə zəng vurarsan da yaxşı? K1 – Hə mənim gözüm üstə hə oldu məllim oldu çox sağ ol K2 – Hə oldu oldu sağ ol sağ ol K1 – Sağ ol sağ ol sağ ol. “WhatsApp Audio 2022-06-29 at 15.20.21” adlı mübahisəli fonoqramdakı danışıqların yazılı mətni aşağıdakı kimidir: (ümumi replikalar eşidilir) K2 – Hə salam ...getdin opşim Müşfiqnən görüşdün də yəni K1 – Hə Müşfiq məllimnən görüşdüm məllim, hə Müşfiq məllim dedi ki, torpağın sənədini gətir, bir də şəxsiyyət/// K2 – Bilirdi mən sizə demişdim də hə K1 – Hə o torpağın alqı-satqısın müqaviləsin şəklin çəkib atmışdım e, sənə məllim K2 – Ay sağ ol hə bilirəm hə hə ... K1 – Hə indi o torpağın sənədin sabada birsügündə alım bir də şəxsiyyət vəsiqəsin kopyası K2 – Kopyasın bəli ad familya düzgün/// K1 – Hə oları dedi gətir bir də üç min manat pul məllim K2 – Hə aydındı K1 – Hə bi də oları aparıb verəcəm İnşallah, şeydi bir də ki məllim K2 – Olmuyannan sora məniynən gəlib görüşərsən gələrsən baxarıq sənə deyəcəm ki, nədi nə döyül K1 – Bir də ki, məllim sən o vaxtı baxmışdın 191 kvadratıydı hə, dedin ki, bunun xərci çox çıxacax da indi bu Azər əmiynən indi görəy də biz bangdan indi kredit götürəcik indi pul götürəcük də kredit götürəcük, indi mən də istiyirəm ki, burda Müşfiq məllimin də pulunu verək, gələk səniynən də danışaq sənin də pulunu verək yəni K2 – Hə onunkunu şey eliyəndə gələrsən bura burda söhbət eliyərik. Yanıma gələrsən görüşərik ya Şirvanda görüşərik söhbət eliyərik, ancaq o torpağın sənətdəri var a oların bir kopyasın da mənə saxlıyarsan/// K1 – Hə bir kopyası sənə çatacax K2 – Layihənin bir kopyasın mənə verərsən hə K1 – Hə bir də ki, məllim sənin xərcin də məllim 2000, 2000-ə yaxın nə qədər olacax əmi sənin o vaxtı demişdin K2 – Hazır köçürməsi zadı var da indi Bakıynan danışacam köçürmələr var da oları danışacıx həll eliyəcik/// K1 – İndi primernən primernən nə qədər olar? Biz opşi bangdan kredit götürə/// K2 – Mən yo yo mən layihəni Bakıya göndərəcəm də çertyoju göndərəcəm Bakıya sənətdəri ki, o da kvadrata görə hesablanır da o. Kvadratı da məsələn iki-üç günə cavab deyiləcək ki, budu. Köçürtdürəndə Bakıya çekini də veriləcək görəssən K1 – Hə bilirəm köçürdəcəyik banga çeki də veriləcək. İndi təxminən nə qədər pul çıxar əmi ordan? K2 – O çertyoj gələnnən sora olacax K1 – Çertyoj gələnnən sora? K2 – Hə hə elə təxminən sən deyən o civarda olacax K1 – Hə bildim də 3000. 3000 olacax da onda hə K2 – Hə K1 – Hə başa düşdüm hə narahat olma əmi onda biz kredit götürək narahat olma sabada birsügündə sənnən əlaqə saxlıyacam əmi narahat olma K2 – Oldu sağ ol K1 – Sağ ol sağ ol “WhatsApp Audio 2022-06-29 at 15.20.22” adlı mübahisəli fonoqramdakı danışıqların yazılı mətni aşağıdakı kimidir: K3 – Alo K1 – Salam Müşviq məllim necəsiz? K3 – Salam K1 – Eee şeydi məəə bu Fövqaladə Eldar məllim verdi mütəxəssis da nömrözü K3 – Hə K1 – Hə Eldar məllim verdi. Mən elə bil ki, Sabirabadda bu abyektim var, onu sənəddəşdirəcöyük, bidənə gəlirəm İcra hakimiyyətinə bidənə buna baxardız da, məllim bidənə danışardıx K3 – Sən hansı kənddənsən? K1 – Mən bu şeydi bu Balahəşimxanlıdan K3 – ... K1 – Bir, bir K3 – Gəlirsən? K1 – İndi bu sənəddəri gətiriim, Eldar məllim baxıb bu sənəddərə, Eldar məllim dedi ki, gedərsiz Müşviq məllimin yanına, Müşviq məllim buna baxsıın, icazəsini indi görək verəcək-verməyəcək.İndi gəlirik sizin də yanınıza da bidənə muun söhbət eliyərdik, bidənə bu sənədə baxardızda məllim abyektin sənədləridi K3 – Gəl görüm, gəl görüm qardaş K1 – İcra hakimiyyətinə gəlim də məllim hə? K3 – Hə K1 – Hə gəlim hə gəlim çatım sizə zəng eliyərəm. Oldu məllim, oldu. Tədqiqata təqdim edilmiş 1 ədəd fləş yaddaş kartında olan “FHN Eldar” adlı alt qovluğun daxilindəki 02 ədəd “FHN 2000 azn” və “FHN 1000 azn” adlı videogörüntülərdən çıxarılmış fotoşəkillərdə, o cümlədən “X19” adlı alt qovluğun daxilində olan “Memar 3000 azn” adlı videogörüntüdən çıxarılmış qara eynəkli şəxsin fotoşəklində və “Eksperimental nümunələr” adlı qovluqda olan “Təqsirləndirilən şəxs2” adlı fayldakı videogörüntüdən çıxarılmış eksperimental fotoşəkildə eyni bir kişi cinsli şəxs əks olunmuşdur. Tədqiqata təqdim edilmiş 1 ədəd fləş yaddaş kartında olan “X19” adlı alt qovluğun daxilindəki “Memar 3000 azn” adlı videogörüntüdən çıxarılmış kostyumlu şəxsin fotoşəklində və “Eksperimental nümunələr” adlı qovluqda olan “Təqsirləndirilən şəxs1” adlı fayldakı videogörüntüdən çıxarılmış eksperimental fotoşəkildə eyni bir kişi cinsli şəxs əks olunmuşdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd fləş yaddaş kartında olan “FHN 1000 azn” adlı fonoqramdakı tədqiqatı tələb olunan əsas mövzu üzrə danışıqlarda 2 kişi cinsinə məxsus səslə danışan diktor iştirak etmişdir. Mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi –Şahid5 və «K2» kimi işarə olunmuş diktorun səsi və nitqi – Təqsirləndirilən şəxs2 məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd fləş yaddaş kartında olan “FHN 2000 azn” adlı fonoqramdakı tədqiqatı tələb olunan əsas mövzu üzrə danışıqlarda 2 kişi cinsinə məxsus səslə danışan diktor iştirak etmişdir. Mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi –Şahid5 və «K2» kimi işarə olunmuş diktorun səsi və nitqi – Təqsirləndirilən şəxs2 məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd fləş yaddaş kartında olan “WhatsApp Audio 2022-06-29 at 15.19.41 (1)”, “WhatsApp Audio 2022-06-29 at 15.19.41”, “WhatsApp Audio 2022-06-29 at 15.20.20 (1)” və “WhatsApp Audio 2022-06-29 at 15.20.21” adlı fonoqramlardakı tədqiqatı tələb olunan əsas mövzu üzrə danışıqlarda 2 kişi cinsinə məxsus səslə danışan diktor iştirak etmişdir. Mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi – Şahid5 və «K2» kimi işarə olunmuş diktorun səsi və nitqi – Təqsirləndirilən şəxs2 məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd fləş yaddaş kartında olan “Memar 3000 azn” adlı fonoqramdakı tədqiqatı tələb olunan əsas mövzu üzrə danışıqlarda 2 kişi cinsinə məxsus səslə danışan diktor iştirak etmişdir. Mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi – Şahid5 və «K3» kimi işarə olunmuş diktorun səsi və nitqi – Təqsirləndirilən şəxs1 məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd fləş yaddaş kartında olan “WhatsApp Audio 2022-06-29 at 15.20.22” adlı fonoqramdakı tədqiqatı tələb olunan əsas mövzu üzrə danışıqlarda 2 kişi cinsinə məxsus səslə danışan diktor iştirak etmişdir. Mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi – Şahid5 və «K3» kimi işarə olunmuş diktorun səsi və nitqi – Təqsirləndirilən şəxs1 məxsusdur. "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli 13254 №-li məktubla daxil olmuş diskə baxış keçirilməsi haqqında 01 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Şahid5 məxsus (055) *** ** ** nömrəsi ilə Şahid4 məxsus (050) *** ** ** nömrəsi arasında xx.xx.2022-ci il tarixdə saat 14:35:37-də 65 saniyə, xx.xx.2022-ci il tarixdə saat 18:37:12-də 220 saniyə, xx.xx.2022-ci il tarixdə saat 12:09:45-də 250 saniyə, saat 12:22:11-də 79 saniyə, saat 12:30:11-də 150 saniyə və saat 12:41:30-da 84 saniyə; Şahid5 məxsus (055) *** ** ** nömrəsi ilə Təqsirləndirilən şəxs1 məxsus (050) *** ** ** nömrəsi arasında xx.xx.2022-ci il tarixdə saat 14:00:56-da 64 saniyə, saat 14:47:34-də 14 saniyə, xx.xx.2022-ci il tarixdə saat 10:35:28-də 18 saniyə; Təqsirləndirilən şəxs2 məxsus (050) *** ** ** nömrəsi ilə Təqsirləndirilən şəxs1 məxsus (050) *** ** ** nömrəsi arasında xx.xx.2022-ci il tarixdə saat 18:29:46-da 98 saniyə, saat 18:34:56-da 52 saniyə, xx.xx.2022-ci il tarixdə saat 12:33:37-də 141 saniyə, xx.xx.2022-ci il tarixdə saat 10:29:32-də 15 saniyə, saat 11:02:42-də 101 saniyə, xx.xx.2022-ci il tarixdə saat 11:04:38-də 68 saniyə, xx.xx.2022-ci il tarixdə saat 16:17:02də 56 saniyə, xx.xx.2022-ci il tarixdə saat 12:15:35-də 61 saniyə, xx.xx.2022-ci il tarixdə saat 10:32:38-də 25 saniyə, xx.xx.2022-ci il tarixdə saat 14:55:46-da 24 saniyə, xx.xx.2022-ci il tarixdə saat 15:36:42-də 14 saniyə, saat 18:29:05-də 153 saniyə, saat 19:13:25-də 45 saniyə, xx.xx.2022-ci il tarixdə saat 16:31:09-da 46 saniyə; Təqsirləndirilən şəxs2 məxsus (050) *** ** ** nömrəsi ilə Şahid5 məxsus (055) *** ** ** nömrəsi arasında xx.xx.2021-ci il tarixdə saat 23:41:38-də 16 saniyə, xx.xx.2021-ci il tarixdə saat 09:46:47-də 50 saniyə, xx.xx.2021-ci il tarixdə saat 17:37:30-da 28 saniyə, xx.xx.2021-ci il tarixdə saat 10:57:25-də 22 saniyə, xx.xx.2021-ci il tarixdə saat 12:59:44də 40 saniyə, saat 13:05:05-də 12 saniyə, 13:15:54-də 16 saniyə, xx.xx.2021-ci il tarixdə saat 09:27:18-də 41 saniyə, xx.xx.2021-ci il tarixdə saat 11:30:59-da 100 saniyə, xx.xx.2021-ci il tarixdə saat 12:33:12-də 78 saniyə, saat 14:09:52-də 55 saniyə, saat 14:44:34-də 15 saniyə, xx.xx.2022-ci il tarixdə saat 12:52:24-də 92 saniyə, saat 14:35:26da 35 saniyə, xx.xx.2022-ci il tarixdə saat 10:03:42-də 63 saniyə, xx.xx.2022-ci il tarixdə saat 16:59:30-da 126 saniyə, xx.xx.2022-ci il tarixdə saat 09:29:31-də 2 saniyə, saat 09:37:57-də 45 saniyə, saat 09:40:55-də 28 saniyə, saat 11:15:49-da 16 saniyə, xx.xx.2022-ci il tarixdə saat 17:23:50-də 84 saniyə, saat 17:27:30-da 40 saniyə, xx.xx.2022-ci il tarixdə saat 09:41:24-də 44 saniyə, saat 10:19:10-da 11 saniyə, xx.xx.2022-ci il tarixdə saat 21:58:42-də 54 saniyə, xx.xx.2022-ci il tarixdə saat 10:58:42də 33 saniyə, saat 11:05:17-də 8 saniyə, xx.xx.2022-ci il tarixdə saat 18:41:37-də 97 saniyə, xx.xx.2022-ci il tarixdə saat 11:17:58-də 41 saniyə, xx.xx.2022-ci il tarixdə saat 12:16:16-da 63 saniyə, saat 12:18:57-də 21 saniyə, saat 12:21:07-də 43 saniyə, xx.xx.2022-ci il tarixdə saat 18:50:29-da 86 saniyə, xx.xx.2022-ci il tarixdə saat 16:04:12də 63 saniyə, xx.xx.2022-ci il tarixdə saat 12:56:38-də 42 saniyə, saat 13:58:22-də 96 saniyə, saat 16:23:12-də 138 saniyə, xx.xx.2022-ci il tarixdə saat 10:23:29-da 29 saniyə, saat 10:29:30-da 9 saniyə, xx.xx.2022-ci il tarixdə saat 20:23:24-də 39 saniyə, xx.xx.2022ci il tarixdə saat 19:09:45-də 82 saniyə, saat 19:41:37-də 40 saniyə, xx.xx.2022-ci il tarixdə saat 09:35:17-də 39 saniyə, saat 13:14:51-də 49 saniyə, xx.xx.2022-ci il tarixdə saat 10:54:16-da 32 saniyə, saat 12:47:18-də 37 saniyə, saat 12:48:43-də 18 saniyə, saat 14:15:07-də 69 saniyə, saat 14:25:17-də 15 saniyə, saat 15:03:41-də 20 saniyə, saat 15:39:14-də 14 saniyə, saat 19:03:56-da 289 saniyə, saat 19:12:11-də 53 saniyə, xx.xx.2022-ci il tarixdə saat 19:28:05-də 53 saniyə, saat 19:45:31-də 55 saniyə, xx.xx.2022-ci il tarixdə saat 13:32:43-də 32 saniyə, saat 13:34:19-da 22 saniyə, saat 13:36:46-da 26 saniyə, saat 13:44:30-da 64 saniyə, xx.xx.2022-ci il tarixdə saat 10:52:17də 67 saniyə, saat 11:12:54-də 81 saniyə, xx.xx.2022-ci il tarixdə saat 11:26:48-də 28 saniyə, saat 12:06:31-də 22 saniyə, saat 13:07:50-də 24 saniyə, saat 13:20:31-də 16 saniyə, saat 20:41:12-də 55 saniyə, saat 20:58:17-də 28 saniyə, xx.xx.2022-ci il tarixdə saat 09:23:03-də 30 saniyə, 09:56:15-də 17 saniyə, saat 10:06:14-də 15 saniyə, saat 10:10:53-də 9 saniyə, saat 10:12:04-də 10 saniyə davam edən telefon danışıqlarının aparıldığı müəyyən edilmişdir. Anten məlumatlarına əsasən, Təqsirləndirilən şəxs2 məxsus (050) *** ** ** nömrəsi ilə Təqsirləndirilən şəxs1 məxsus (050) *** ** ** nömrəsi arasında xx.xx.2022-ci il tarixdə saat 14:55:46-da 24 saniyə davam edən telefon danışığı zamanı Təqsirləndirilən şəxs2 Şirvan şəhəri, ünvan 13 ünvanında, Təqsirləndirilən şəxs1 isə Sabirabad rayonu, ATC ərazisində olmuşdur. "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli BKC/LGL-10876/22 nömrəli məktubla daxil olmuş diskə baxış keçirilməsi haqqında 01 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Şahid4 məxsus (050) *** ** ** nömrəsi ilə Şahid5 məxsus (055) *** ** ** nömrəsi arasında xx.xx.2022-ci il tarixdə saat 14:35:37-də 65 saniyə, xx.xx.2022-ci il tarixdə saat 18:37:12də 220 saniyə, xx.xx.2022-ci il tarixdə saat 12:09:45-də 250 saniyə, saat 12:22:11-də 79 saniyə, saat 12:30:11-də 150 saniyə və saat 12:41:30-da 84 saniyə; Şahid5 məxsus (055) *** ** ** nömrəsi ilə Təqsirləndirilən şəxs1 məxsus (050) *** ** ** nömrəsi arasında xx.xx.2022-ci il tarixdə saat 14:00:56-da 64 saniyə, saat 14:47:34-də 14 saniyə, xx.xx.2022-ci il tarixdə saat 10:35:28-də 18 saniyə; Təqsirləndirilən şəxs2 məxsus (050) *** ** ** nömrəsi ilə Şahid5 məxsus (055) *** ** ** nömrəsi arasında xx.xx.2021-ci il tarixdə saat 23:41:38-də 16 saniyə, xx.xx.2021-ci il tarixdə saat 09:46:47-də 50 saniyə, xx.xx.2021-ci il tarixdə saat 17:37:30-da 28 saniyə, xx.xx.2021-ci il tarixdə saat 10:57:25-də 22 saniyə, xx.xx.2021-ci il tarixdə saat 12:59:44də 40 saniyə, saat 13:05:05-də 12 saniyə, 13:15:54-də 16 saniyə, xx.xx.2021-ci il tarixdə saat 09:27:18-də 41 saniyə, xx.xx.2021-ci il tarixdə saat 11:30:59-da 100 saniyə, xx.xx.2021-ci il tarixdə saat 12:33:12-də 78 saniyə, saat 14:09:52-də 55 saniyə, saat 14:44:34-də 15 saniyə, xx.xx.2022-ci il tarixdə saat 12:52:24-də 92 saniyə, saat 14:35:26da 35 saniyə, xx.xx.2022-ci il tarixdə saat 10:03:42-də 63 saniyə, xx.xx.2022-ci il tarixdə saat 16:59:30-da 126 saniyə, xx.xx.2022-ci il tarixdə saat 09:29:31-də 2 saniyə, saat 09:37:57-də 45 saniyə, saat 09:40:55-də 28 saniyə, saat 11:15:49-da 16 saniyə, xx.xx.2022-ci il tarixdə saat 17:23:50-də 84 saniyə, saat 17:27:30-da 40 saniyə, xx.xx.2022-ci il tarixdə saat 09:41:24-də 44 saniyə, saat 10:19:10-da 11 saniyə, xx.xx.2022-ci il tarixdə saat 21:58:42-də 54 saniyə, xx.xx.2022-ci il tarixdə saat 10:58:42də 33 saniyə, saat 11:05:17-də 8 saniyə, xx.xx.2022-ci il tarixdə saat 18:41:37-də 97 saniyə, xx.xx.2022-ci il tarixdə saat 11:17:58-də 41 saniyə, xx.xx.2022-ci il tarixdə saat 12:16:16-da 63 saniyə, saat 12:18:57-də 21 saniyə, saat 12:21:07-də 43 saniyə, xx.xx.2022-ci il tarixdə saat 18:50:29-da 86 saniyə, xx.xx.2022-ci il tarixdə saat 16:04:12də 63 saniyə, xx.xx.2022-ci il tarixdə saat 12:56:38-də 42 saniyə, saat 13:58:22-də 96 saniyə, saat 16:23:12-də 138 saniyə, xx.xx.2022-ci il tarixdə saat 10:23:29-da 29 saniyə, saat 10:29:30-da 9 saniyə, xx.xx.2022-ci il tarixdə saat 20:23:24-də 39 saniyə, xx.xx.2022ci il tarixdə saat 19:09:45-də 82 saniyə, saat 19:41:37-də 40 saniyə, xx.xx.2022-ci il tarixdə saat 09:35:17-də 39 saniyə, saat 13:14:51-də 49 saniyə, xx.xx.2022-ci il tarixdə saat 10:54:16-da 32 saniyə, saat 12:47:18-də 37 saniyə, saat 12:48:43-də 18 saniyə, saat 14:15:07-də 69 saniyə, saat 14:25:17-də 15 saniyə, saat 15:03:41-də 20 saniyə, saat 15:39:14-də 14 saniyə, saat 19:03:56-da 289 saniyə, saat 19:12:11-də 53 saniyə, xx.xx.2022-ci il tarixdə saat 19:28:05-də 53 saniyə, saat 19:45:31-də 55 saniyə, xx.xx.2022-ci il tarixdə saat 13:32:43-də 32 saniyə, saat 13:34:19-da 22 saniyə, saat 13:36:46-da 26 saniyə, saat 13:44:30-da 64 saniyə, xx.xx.2022-ci il tarixdə saat 10:52:17də 67 saniyə, saat 11:12:54-də 81 saniyə, xx.xx.2022-ci il tarixdə saat 11:26:48-də 28 saniyə, saat 12:06:31-də 22 saniyə, saat 13:07:50-də 24 saniyə, saat 13:20:31-də 16 saniyə, saat 20:41:12-də 55 saniyə, saat 20:58:17-də 28 saniyə, xx.xx.2022-ci il tarixdə saat 09:23:03-də 30 saniyə, 09:56:15-də 17 saniyə, saat 10:06:14-də 15 saniyə, saat 10:10:53-də 9 saniyə, saat 10:12:04-də 10 saniyə davam edən telefon danışıqlarının aparıldığı müəyyən edilmişdir. "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli, AZF/LGL-12415/22 nömrəli məktubla daxil olmuş diskə baxış keçirilməsi haqqında 01 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Şahid5 məxsus (055) *** ** ** nömrəsi ilə Təqsirləndirilən şəxs1 məxsus (070) *** ** ** nömrəsi arasında xx.xx.2022-ci il tarixdə saat 18:33:51-də 61 saniyə, saat 18:35:27-də 147 saniyə, xx.xx.2022-ci il tarixdə saat 09:00:22-də 21 saniyə, xx.xx.2022-ci il tarixdə saat 13:39:59-da 42 saniyə, saat 13:55:35-də 22 saniyə, saat 14:44:27-də 10 saniyə davam edən telefon danışıqlarının aparıldığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş “Tikinti işlərini aparmaq üçün İcazə” adlanan 22 sentyabr 2016-cı il tarixli 129 nömrəli sənədin Zərərçəkmiş şəxs başçısının birinci müavini Şahid9 tərəfindən imzalanmış, Zərərçəkmiş şəxs başçısına məxsus olan möhürlə təsdiq edilmiş 1-ci nüsxəsinin və həmin sənədin Zərərçəkmiş şəxs başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri Təqsirləndirilən şəxs1 tərəfindən imzalanmış, RİHB aparatının Memarlıq və tikinti şöbəsinə məxsus olan möhürlə təsdiq edilmiş 2-ci nüsxəsinin surətində Sabirabad rayonu, Balahəşimxanlı kəndində yerləşən, Şahid4 məxsus olan 0,449 ha torpaq sahəsi üzərində təqdim olunmuş layihəyə uyğun müasir üslubda 191,20 m2 ölçüdə qeyri-yaşayış obyektində aidiyyəti təşkilatlarla razılaşdırıldıqdan sonra tikinti-quraşdırma işlərinin aparılmasına icazə verildiyi göstərilmişdir. İş materiallarına əlavə edilmiş “Sabirabad rayonu Baş memarının Rəyi” adlanan, Zərərçəkmiş şəxs başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri - baş memar Təqsirləndirilən şəxs1 tərəfindən imzalanmış, RİHB aparatının Memarlıq və tikinti şöbəsinə məxsus olan möhürlə təsdiq edilmiş sənədin surətində Şahid4 məxsus olan 0,449 ha torpaq sahəsi üzərində təqdim olunmuş layihəyə uyğun müasir üslubda 191,20 m2 ölçüdə qeyri-yaşayış obyektinin tikintisinin aparılmasının ətrafdan keçən digər kommunikasiya xətlərinin normal fəaliyyətinə maneəçilik törətmədiyi nəzərə alınaraq bəhs edilən obyektin müvafiq ərazidə yerləşməsinin məqsədəmüvafiq hesab edildiyi göstərilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs başçısının birinci müavini Şahid9 tərəfindən imzalanmış, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin rəisi Cəbrayıl Xanlarova ünvanlanan 21 iyun 2022-ci il tarixli 2/2107 №-li məktubun surətində Şahid4 Sabirabad rayonu, Balahəşimxanlı kəndində öz mülkiyyətində olan torpaq sahəsində uzun müddət əvvəl inşa etdirdiyi 191,20 m2 ölçüdə sahibkarlıq obyektinin sənədləşməsinə etiraz edilmədiyi göstərilmişdir. İş materiallarına əlavə edilmiş Şahid1 məxsus daşınmaz əmlakın texniki qiymətləndirilməsi aktına əsasən, Sabirabad rayonu, Yenikənd kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsi üzərində inşa edilmiş 188 m2 sahəsi olan ticarət və xidmət obyekti Şahid1 məxsusdur. İş materiallarına əlavə edilmiş X9 məxsus ticarət və xidmət obyektinin memarlıqplanlaşdırma bölməsinə (layihəsinə) əsasən, Sabirabad rayonu, Qalağayın kəndi ərazisində yerləşən 0,008502 ha torpaq sahəsi üzərində inşa edilmiş 94,60 m2 sahəsi olan ticarət və xidmət obyektinin tikintisinin sifarişçisi X10r. İş materiallarına əlavə edilmiş Şahid4 məxsus ticarət və xidmət obyektinin memarlıq-planlaşdırma bölməsinə (layihəsinə) əsasən, Sabirabad rayonu, Balahəşimxanlı kəndi ərazisində ümumi istifadədə olan avtomobil yolunun kənarında yerləşən 0,449 ha torpaq sahəsi üzərində inşa edilmiş 191,20 m2 sahəsi olan ticarət və xidmət obyektinin tikintisinin sifarişçisi Şahid4dur. İş materiallarına əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 19 may 2021-ci il tarixli çıxarışa əsasən, Sabirabad rayonu, Qalağayın kəndi ərazisində yerləşən 0,008502 ha torpaq sahəsi məqsədli təyinatına görə yaşayış məntəqələrinin torpaqlarına aid edilməklə X7 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 08 iyun 2022-ci il tarixli çıxarışa əsasən, Sabirabad rayonu, Balahəşimxanlı kəndində yerləşən 0,449 ha torpaq sahəsi məqsədli təyinatına görə yaşayış məntəqələrinin torpaqlarına aid edilməklə Şahid4 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş 16 iyun 2022-ci il tarixli etibarnaməyə əsasən, xx.xx.2022-ci il tarixdə Şahid4 Şahid5 Şirvan şəhər 1 saylı notariat ofisində etibarnamə verərək, özünü bütün dövlət orqanlarında, idarə müəssisə və təşkilatlarda, qeyri-dövlət təşkilatlarında, fiziki və hüquqi şəxslər qarşısında təmsil etməyi, adından istənilən arayışları, sənədləri toplamağı, verməyi, qəbul etməyi, imzalamağı, sənədləşmə işləri aparmağı, müxtəlif məzmunlu ərizələr yazmağı və tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi etibar etmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs başçısının 4 avqust 2016-cı il tarixli əmrinə əsasən, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri - baş memar vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən, baş memar yerli icra hakimiyyəti başçısının memarlıq və tikinti sahəsində təsbit edilmiş funksiyalarının həyata keçirilməsi ilə əlaqədar şəhərsalma, memarlıq və tikinti sahələrində öz səlahiyyəti çərçivəsində yerli səviyyədə normativ tənzimlənmənin, dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsinin təmin edilməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada yerli səviyyədə şəhərsalma, memarlıq və tikinti sahələrində dövlət nəzarətinin həyata keçirilməsi, yaşayış məskənlərinin baş planlarının, müfəssəl planlaşdırma layihələrinin, yaşayış məskənlərinin hüdudları layihələrinin və digər layihələrin, habelə onlarda müvafiq dəyişiklikləri nəzərdə tutan layihələrin hazırlanmasının təşkil edilməsi, müvafiq qaydada təsdiq olunmuş şəhərsalma sənədləri olmadıqda və ya şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi zamanı baş planlarda, müfəssəl planlaşdırma və ərazi-tikinti layihələrində və mövcud ərazilərin memarlıq-planlaşdırma həllərində dəyişiklik edilməsi tələb olunduğu hallarda bu dəyişikliklərə razılıq verilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada arxitektura qurumundan rəy alınmasının təşkil edilməsi, tikinti obyektlərinin inşası, genişləndirilməsi və yenidən qurulmasının memarlıq həlləri üzrə layihələrinə baxılması və razılaşdırılmasının təmin edilməsi, tikintisi başa çatmış obyektlərin istismara qəbulu üzrə komissiyaların işində iştirak edilməsi, yerli səviyyədə dövlət şəhərsalma kadastrının yaradılması və aparılması, şöbəyə daxil olmuş ərizə və şikayətlərə baxılması və qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsi, şəhərsalmanın əsasları haqqında qanunvericiliyin pozulması haqqında işlərə baxılması, başçının memarlıq və tikinti sahəsində qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətlərinin həyata keçirilməsinin təmin edilməsi, yaşayış və qeyri-yaşayış binalarının tikintisinə və istismarına nəzarət edilməsi, bu sahədə sənədlərin hazırlanması və təsdiqinə rəhbərlik etməklə rəy verilməsi və digər səlahiyyətlərə malikdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs başçısı tərəfindən 7 yanvar 2022ci il tarixdə təsdiq edilmiş “Zərərçəkmiş şəxs başçısı aparatının vəzifə bölgüsü”nə əsasən, Memarlıq və tikinti şöbəsinin fəaliyyətinə nəzarəti həyata keçirməklə obyektin tikintisinə icazə və tikinti obyektinin istismarına icazə sənədlərinin təsdiq edilməsi rayon İcra Hakimiyyəti başçısının birinci müavininin, obyektin tikintisinə icazə və tikinti obyektlərinin istismarına icazə sənədlərinin hazırlanaraq təsdiq üçün təqdim edilməsi, tikinti layihələrinin təsdiq edilməsi və yeni obyektlərin yerləşdirilməsinə rəy verilməsi rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri - baş memarın səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi üzrə 14 dekabr 2020-ci il tarixli 1442/Ş nömrəli əmrə əsasən, Təqsirləndirilən şəxs2 Nazirliyin Tikintidə X4 Agentliyinin Baş Dövlət Tikinti X2 Obyektlər üzrə Dövlət Tikinti Müfəttişliyinin baş məsləhətçisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi üzrə 8 fevral 2021-ci il tarixli 003 №-li əmrə əsasən, Şirvan şəhəri, Sabirabad və Hacıqabul rayonları Baş Dövlət Tikinti X2 Obyektlər üzrə Dövlət Tikinti Müfəttişliyinin baş məsləhətçisi Təqsirləndirilən şəxs2 və Dövlət Tikinti Müfəttişliyinin baş məsləhətçisi Şahid12 rəhbərliyində olmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi üzrə 1 mart 2022-ci il tarixli 010 və 011 №-li əmrlərə uyğun olaraq, kurasiyalarda qismən dəyişiklik edilərək, Şirvan şəhəri və Hacıqabul rayonu Dövlət Tikinti Müfəttişliyinin baş məsləhətçisi Təqsirləndirilən şəxs2, İmişli, Saatlı və Sabirabad rayonları isə X14 adına Elmi-Tədqiqat Layihə Konstruktor və X3 mütəxəssisi Şahid11 və Dövlət Tikinti Müfəttişliyinin baş məsləhətçisi Şahid12 rəhbərliyinə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2014-cü il tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na əsasən, tikintiyə dövlət nəzarətini həyata keçirən orqanların və vəzifəli şəxslərin tikinti fəaliyyətinin subyektləri tərəfindən şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə, tikinti layihəsinə əməl edilməsinə nəzarət etmək, o cümlədən tikintidə aşkarlanmış pozuntuların Məcəllədə və bu Qaydalarda nəzərdə tutulmuş qaydada və müddətdə aradan qaldırılmasını tələb etmək, tikintidə sifarişçi tərəfindən texniki nəzarətin, layihəçi tərəfindən müəllif nəzarətinin və podratçı tərəfindən daxili əməliyyat nəzarətinin aparılmasına nəzarət etmək, tikinti obyektində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinin pozulması müəyyən edildiyi hallarda həmin obyektdə Məcəlləyə və bu Qaydalara uyğun olaraq tikinti-quraşdırma işlərinin dayandırılması və zəruri hallarda obyektin sökülməsi, habelə lisenziyanın dayandırılması və ya ləğv edilməsi haqqında müvafiq qaydada məsələ qaldırmaq, tikintidə istifadə olunan inşaat materiallarının, məmulatların və konstruksiyaların normativ sənədlərin tələblərinə uyğunluğunu təsdiq edən sertifikatların olmasına nəzarət etmək, habelə inşaat materiallarından, hazır tikinti hissələrindən sınaq nümunələri götürmək, yoxlamaq və ya yoxlatdırmaq, tikinti və ya tikinti materialları və məmulatı ilə bağlı təhlükə barədə ictimaiyyəti məlumatlandırmaq və digər səlahiyyətləri mövcuddur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi üzrə 8 iyul 2019-cu il tarixli qərarla təsdiq edilmiş “Tikintidə X4 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi haqqında Əsasnamə”yə və Agentlik üzrə 19 iyun 2015-ci il tarixli 017 nömrəli əmrlə təsdiq edilmiş “Tikinti obyektinin istismara hazırlıq aktının rəsmiləşdirilməsinə dair Daxili Təlimat”a əsasən, obyektdə tikinti işləri layihəyə uyğun yerinə yetirildikdə, tikinti-quraşdırma zamanı heç bir pozuntuya yol verilmədikdə, yaxud yol verilmiş pozuntular mövcud qanunvericiliyə uyğun olaraq aradan qaldırıldıqda istismara hazırlıq aktının verilməsi aşağıdakı ardıcıllıqla aparılır: - İstismara hazırlıq aktının alınması üçün sifarişçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinə müraciət edir; - Agentliyin rəhbərliyinin müvafiq dərkənarı ilə həmin müraciət icra üçün Baş Dövlət Tikinti Müfəttişliyinə göndərilir; - Həmin müraciət əsasında Baş Dövlət Tikinti Müfəttişliyinin Regional Tikinti Müfəttişliyinin vəzifəli şəxsi, yəni müvafiq ərazinin təhkim olunduğu məsləhətçi, mühəndis və ya mütəxəssis və onun rəisi tikinti obyektinə yekun baxış keçirir, tikinti işlərinin layihə sənədlərinə uyğunluğunu, habelə tikintidə sifarişçi tərəfindən texniki nəzarətin, layihəçi tərəfindən müəllif nəzarətinin, podratçı tərəfindən daxili əməliyyat nəzarətinin aparılmasını yoxlayır, həmin obyektə dair müvafiq qaydada texniki baxış aktını tərtib edir, obyektdə tikinti quraşdırma işlərinin tam başa çatması və tikinti obyektinin istismara hazır olması barədə Baş Dövlət Tikinti Müfəttişliyinin rəhbərliyinin adına xidməti məlumat təqdim edirlər; - Baş Dövlət Tikinti Müfəttişliyinin rəhbərliyi tərəfindən həmin xidməti məlumata müvafiq dərkənar qoyulduqdan sonra 2 (iki) nüsxədə istismara hazırlıq aktı tərtib olunur; - Tərtib olunmuş istismara hazırlıq aktının hər iki nüsxəsi sifarişçi, podratçı, layihəçi (onların səlahiyyətli nümayəndələri) tərəfindən imzalanaraq möhürlərlə təsdiq edilir və imzalanmaq üçün Regional Tikinti Müfəttişliyinin rəisinə təqdim edilir; - İstismara hazırlıq aktının hər iki nüsxəsi Regional Tikinti Müfəttişliyinin rəisi tərəfindən baxılaraq imzalanır və möhürlə təsdiq edilməsi üçün Baş Dövlət Tikinti Müfəttişliyinin rəhbərliyinə təqdim edilir; - İstismara hazırlıq aktı imzalandıqdan və möhürlərlə təsdiq edildikdən sonra Baş Dövlət Tikinti Müfəttişliyinin Tikintidə nəzarət, inzibati xətalar və təhlil sektorunda tərtib olunmuş qeydiyyat kitabında obyektin təyinatına uyğun olaraq, qeydiyyat nömrəsi və tarix yazılmaqla Ö (özəl) və D (dövlət) seriyaları ilə qeydiyyata alınır; - İstismara hazırlıq aktı Baş Dövlət Tikinti Müfəttişliyinin möhürü ilə təsdiq edildikdən sonra sifarişçinin nümayəndəsi qeydiyyat kitabında vəzifəsini, adını və soyadını qeyd edərək imza atmaqla onun əsas nüsxəsini qəbul edir, digər nüsxəsi isə Baş Dövlət Tikinti Müfəttişliyinin Tikintidə nəzarət, inzibati xətalar və təhlil sektorunun əməkdaşı tərəfindən obyektin istismara hazır olması barədə rəsmi məlumat və sifarişçinin müraciəti ilə birlikdə müvafiq qovluğa tikilərək saxlanılır və bu obyekt barədə “Müfəttişlik” proqram təminatında müvafiq qeydlər aparılır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyindən daxil olmuş 28 iyul 2022-ci il tarixli məktuba əsasən, Sabirabad rayon sakini Şahid4 məxsus olmaqla rayonun Balahəşimxanlı kəndi ərazisində 0.449 ha torpaq sahəsi üzərində yerləşən 191 m2 sahəsi olan qeyri-yaşayış obyektinə dair istismara hazırlıq aktının rəsmiləşdirilməsi barədə Agentlikdə hər hansı məlumat yoxdur. Zərərçəkmiş şəxsndən daxil olmuş 29 iyul 2022-ci il tarixli məktuba əsasən, obyektin tikintisinə icazə, tikinti layihələrinin təsdiqi və baş memar rəyinin verilməsi üçün qanunvericilikdə dövlət nəfinə ödəniş nəzərdə tutulmamışdır. Lakin tikinti obyektinin istismarına icazənin verilməsi üçün “Dövlət rüsumu haqqında” Qanunun 31.1.6-cı maddəsinə əsasən, 60 (altmış) manat dövlət rüsumu nəzərdə tutulmuşdur. Zərərçəkmiş şəxsndən daxil olmuş 16 avqust 2022-ci il tarixli məktuba əsasən, Sabirabad rayonu, Yenikənd kəndində yerləşən, Şahid1 məxsus 0,20 ha torpaq sahəsi üzərində inşa edilmiş xidmət obyekti (“Qardaşlar” kafesi) və Sabirabad rayonu, Qalağayın kəndində yerləşən, X9 məxsus 0,008502 ha torpaq sahəsi üzərində inşa edilmiş ticarət və xidmət obyektinin tikintisinə icazə, istismara icazə, baş memar rəyinin verilməsi və layihənin təsdiq edilməsi barədə rayon İcra Hakimiyyətinə rəsmi müraciət daxil olmamış, bəhs edilən obyektlərə dair rayon İcra Hakimiyyəti tərəfindən heç bir rəsmi sənəd verilməmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyindən daxil olmuş 2 avqust 2022-ci il tarixli məktuba əsasən, tikinti obyektlərinə dair istismara hazırlıq aktının verilməsi üçün qanunvericilikdə heç bir dövlət rüsumu nəzərdə tutulmamışdır. “Sabirabad rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsdən verilmiş 14 iyul 2022-ci il tarixli 939 və 940 nömrəli arayışlara əsasən, Qasımov X5 rayon mərkəzi xəstəxanasının Poliklinika şöbəsində ruhi-əsəb və narkoloji kabinetlərdə dispanser qeydiyyatında yoxdur. “Salyan rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsdən verilmiş 21 sentyabr 2022-ci il tarixli 2504 nömrəli arayışa əsasən, Təqsirləndirilən şəxs2 Salyan rayon mərkəzi xəstəxanasında həkim-narkoloqun və həkim-psixiatrın qeydiyyatında yoxdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində götürülmüş, Təqsirləndirilən şəxs2 Şahid5 aldığı 1.000 (bir min) manat məbləğində 9 ədəd 100 manatlıq və 2 ədəd 50 manatlıq (C56982685, A44410272, C32481352, B06096030, C40783577, C43512673, C82230041, A45261013, A35571839, A84447395, B********) milli valyutada olan kağız pul əskinasları 16 avqust 2022-ci il tarixli qərarımla iş üzrə maddi sübut qismində tanınmaqla, 17 avqust 2022-ci il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən, saxlanılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun Maddi-texniki təminat şöbəsinə təhvil verilmişdir. Bundan başqa 22 sentyabr 2022-ci il tarixli qərarla 2 (iki) nüsxədən ibarət 22 sentyabr 2016-cı il tarixli 129 №-li “Tikinti işlərini aparmaq üçün icazə” sənədləri, içərisində “FHN 2000 azn”, “FHN 1000 azn” və “Memar 3000 azn” adlı video görüntülərin, həmçinin “WhatsApp Audio 2022-06-29 at 15.19.41 (1)”, “WhatsApp Audio 2022-06-29 at 15.19.41”, “WhatsApp Audio 2022-06-29 at 15.20.20 (1)”, “WhatsApp Audio 2022-06-29 at 15.20.21” və “WhatsApp Audio 2022-06-29 at 15.20.22” adlı səs fonoqramlarının olduğu 1 (bir) ədəd disk, "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli 13254 №-li məktubla daxil olmuş 1 (bir) ədəd disk, "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli BKC/LGL-10876/22 nömrəli məktubla daxil olmuş 1 (bir) ədəd disk və "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli, AZF/LGL-12415/22 nömrəli məktubla daxil olmuş 1 (bir) ədəd disk maddi sübut qismində tanınıb cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş 26 iyul 2022-ci il tarixli tələbnamələrə əsasən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Ailə tərkibi haqqında 08 iyul 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ailəlidir, himayəsində azyaşlı uşaq yoxdur. O, yaşayış yerindən verilmiş eyni tarixli xasiyyətnamədə müsbət səciyyələnir. Ailə tərkibi haqqında 21 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ailəlidir, himayəsində azyaşlı uşaq yoxdur. Yaşayış yerindən verilmiş eyni tarixli arayışdan göstərilir ki, Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iş üzrə 29 iyun 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, barələrində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməklə həmin vaxtdan həbsdə saxlanılırlar. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüqiqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri - baş memar vəzifəsinə işləyərkən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurması, vəzifəli şəxs kimi qeyrisinin köməkçiliyi ilə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət müqabilində özü üçün şəxsən birbaşa yolla maddi neməti təkrarən rüşvət qismində istəməklə təkrarən alması, vəzifəli şəxs kimi rəsmi sənədlərə vahid tamah niyyətilə biləbilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı cinayətini törətməsi, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin Baş Dövlət Tikinti X2 Obyektlər üzrə Dövlət Tikinti Müfəttişliyinin baş məsləhətçisi vəzifəsində işləyərkən Təqsirləndirilən şəxs1 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət müqabilində onun özü üçün şəxsən birbaşa yolla maddi neməti rüşvət qismində istəməklə almasında köməkçi qismində iştirak etməsi, öz həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün şəxsən birbaşa yolla maddi neməti istəməklə alması (nüfuz alveri etmişəsi), əməllərində cinayət tərkibinin, cinayət hadisəsinin olması, təqsirlilikləri kifayət qədər sübuta yetirilmiş və cinayət məsuliyyətindən azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs2 Şahid5 21 iyun 2022-ci il tarixdə 2.000 (iki min) manat məbləğində pul vəsaiti almaması, əməliyyat çəkilişinin video görüntülərinə əsasən 21 iyun 2022-ci il tarixdə Şahid5 alıb cibinə qoyduğu əşyanın pul vəsaiti deyil, dəsmal olması, 29 iyun 2022-ci il tarixdə isə Şahid5 1.000 (bir min) manat məbləğində pul vəsaitini sözgüedən tikinti obyektinə istismara hazırlıq aktının verilməsindən ötrü qanunvericilikdə nəzərdə tutulmuş dövlət rüsumunun ödənilməsi məqsədilə alması; Təqsirləndirilən şəxs1 isə Şahid1 aldığı 1000 manat pulu öz şəxsi ehtiyaclarına deyil, Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə xərcləməsi, evi yanmış adam üçün tikinti materialları alması, Şahid1 qanunsuz olaraq aparmış olduğu tikili ilə bağlı lahiyənin hazırlanıb təsdiq edilməsini, baş memar kimi rəy verəcəyini və tikintinin istismara verilməsini vəd etməməsi, qanunsuz tikintiyə göz yummaq üçün Şahid1 1000 manat pul alması, Sabirabad rayonu Qalağayın kəndin sakini Samirə Əhədovanın əri Ülvü Əhmədovdan 500 manat pulu rüşvət kimi yox, onlara məxsus mağazanın lahiyyəsinin çəkilməsi üçün alması, həmin pulun 250 manatını lahiyənin çəkilməsinə xərcləməsi, Şahid5 3000 manat məbləğində pulu Azər Hazarxanova məxsus mağazanın sənədləşdirilməsi ilə bağlı işləri görmək məqsədi ilə alması, tamah məqsədi ilə almaması barədə ifadələrini özlərini müdafiə məqsədi daşımaqla qeyri-obyektiv və qeyri-səmimi ifadə kimi qiymətləndirməklə sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CMnin 309.1, 311.3.2 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli isə CM-nin 32.5,311.1 və 312-1.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 309.1, 311.3.2 və 313-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin eilməlidir. Bundan əlavə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliyi nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 CM-nin 311.3.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza ilə yanaşı dövlət və yerli özünüidarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Həmçinin CM-nin 309.1 və 313-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası ilə yanaşı dövlət və yerli özünüidarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə və əlavə cəzanı əsas cəzaya tamamilə birləşdirməklə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 311.1 və 312-1.1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin eilməlidir. Bundan əlavə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliyi nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 CM-nin 312-1.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza ilə yanaşı dövlət və yerli özünüidarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Həmçinin CM-nin 32.5, 311.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası ilə yanaşı dövlət və yerli özünüidarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə və əlavə cəzanı əsas cəzaya tamamilə birləşdirməklə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər ikisi ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduqlarından onlara təyin edilən azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə hər ikisinin cəzaçəkmə müddətlərinin başlanğıcı 29 iyun 2022-ci il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut qismində tanınmaqla Azərbaycan Respublikası Baş Prokurorluğunun Maddi-texniki təminat şöbəsində saxlanılan, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində götürülmüş Təqsirləndirilən şəxs2 Şahid5 aldığı 1000 (bir min) manat məbləğində 9 ədəd 100 manatlıq və 2 ədəd 50 manatlıq (C56982685, A44410272, C32481352, B06096030, C40783577, C43512673, C82230041, A45261013, A35571839, A84447395, B********) milli valyutada olan kağız pul əskinasları Azərbaycan Respublikası Baş Prokurorluğunun maddi-texniki təminat şöbəsindən götürülməklə 29 iyun 2022-ci il tarixli protokol ilə Şahid5 verildiyindən Azərbaycan Respublikası Baş Prokurorluğunun Maddi-texniki təminat şöbəsində verilməlidir. Maddi sübut kimi tanınmaqla cinayət işinə əlavə edilmiş 2 (iki) nüsxədən ibarət 22 sentyabr 2016-cı il tarixli 129 №-li “Tikinti işlərini aparmaq üçün icazə” sənədləri, içərisində “FHN 2000 azn”, “FHN 1000 azn” və “Memar 3000 azn” adlı video görüntülərin, həmçinin “WhatsApp Audio 2022-06-29 at 15.19.41 (1)”, “WhatsApp Audio 2022-06-29 at 15.19.41”, “WhatsApp Audio 2022-06-29 at 15.20.20 (1)”, “WhatsApp Audio 2022-06-29 at 15.20.21” və “WhatsApp Audio 2022-06-29 at 15.20.22” adlı səs fonoqramlarının olduğu 1 (bir) ədəd disk, "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli 13254 №-li məktubla daxil olmuş 1 (bir) ədəd disk, "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli BKC/LGL-10876/22 nömrəli məktubla daxil olmuş 1 (bir) ədəd disk və "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli, AZF/LGL-12415/22 nömrəli məktubla daxil olmuş 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci 570 (beş yüz yetmiş) manat məbləğində pul təqsirləndirilən şəxslərin hər birindən 285 (iki yüz səksən beş) manat alınmaqla Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132, 344-347, 349, 351-353, 354, 384-385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 309.1, 311.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-nin 309.1-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 311.3.2-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq olunaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə və əlavə cəzanı əsas cəzaya tamamilə birləşdirməklə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkməsinin başlanğıcı 29 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 311.1 və 312-1.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-nin 32.5, 311.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 312-1.1-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq olunaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə və əlavə cəzanı əsas cəzaya tamamilə birləşdirməklə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkməsinin başlanğıcı 29 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmaqla Azərbaycan Respublikası Baş Prokurorluğunun Maddi-texniki təminat şöbəsində saxlanılan, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində götürülmüş Təqsirləndirilən şəxs2 Şahid5 aldığı 1000 (bir min) manat məbləğində 9 ədəd 100 manatlıq və 2 ədəd 50 manatlıq (C56982685, A44410272, C32481352, B06096030, C40783577, C43512673, C82230041, A45261013, A35571839, A84447395, B********) milli valyutada olan kağız pul əskinasları Azərbaycan Respublikası Baş Prokurorluğunun Maddi-texniki təminat şöbəsində verilsin. Maddi sübut kimi tanınmaqla cinayət işinə əlavə edilmiş 2 (iki) nüsxədən ibarət 22 sentyabr 2016-cı il tarixli 129 №-li “Tikinti işlərini aparmaq üçün icazə” sənədləri, içərisində “FHN 2000 azn”, “FHN 1000 azn” və “Memar 3000 azn” adlı video görüntülərin, həmçinin “WhatsApp Audio 2022-06-29 at 15.19.41 (1)”, “WhatsApp Audio 2022-06-29 at 15.19.41”, “WhatsApp Audio 2022-06-29 at 15.20.20 (1)”, “WhatsApp Audio 2022-06-29 at 15.20.21” və “WhatsApp Audio 2022-06-29 at 15.20.22” adlı səs fonoqramlarının olduğu 1 (bir) ədəd disk, "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli 13254 №-li məktubla daxil olmuş 1 (bir) ədəd disk, "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli BKC/LGL-10876/22 nömrəli məktubla daxil olmuş 1 (bir) ədəd disk və "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli, AZF/LGL-12415/22 nömrəli məktubla daxil olmuş 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 570 (beş yüz yetmiş) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 285 (iki yüz səksən beş) manat alınmaqla Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-54/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-54/2023
09.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver