Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-54/2025 27.02.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, Katib1 katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - xx xxxx 1993-cü ildə Astara rayonunun Ərçivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş (fəhlə işləmiş), əvvəllər məhkum olunmamış, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni 9,072 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib üzərində daşımaqla saxlamış, Astara Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsi Yol Patrul Xidmətinin inspektorları tərəfindən 07 mart 2024-cü il tarixdə, saat 16:00 radələrində Astara şəhəri, H.Əliyev prospektində idarə etdiyi “VAZ-21013” markalı, **-BE- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə saxlanılaraq Astara Rayon Polis Şöbəsinə gətirilib avtomobili şöbənin duracağına yerləşdirildikdən sonra polis şöbəsinin inzibati binasında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan kəsiyinə bükülmüş, ümumi təmiz çəkisi 9,072 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu səbəbdən də, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin, məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymət verməklə, belə nəticəyə gəlir ki, iş üzrə ittiham tərəfinin istinad etdiyi sübutlarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməkdə təqsirliliyi təsdiq olunmamışdır. Belə ki, 08 iyul 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ona qarşı verilmiş ittiham “yükləmədir”. Yol Patrul Xidmətinin əməkdaşları onu avtomobili etibarnamə olmadan idarə etdiyi üçün saxlamışlar. Belə ki, 07 mart 2024-cü il tarixdə yol polisi əməkdaşları tərəfindən saxlanılarkən ondan maşının etibarnaməsinin olub-olmaması soruşulmuş, etibarnaməsinin olmadığını bildirmişdir. Bundan sonra ona şöbəyə getməli olduğu deyilmiş, o isə işə getməli olduğunu, cəriməsi nədirsə, onu yazmalarını xahiş etmişdir. Yol Patrul Xidmətinin əməkdaşları avtomobilin polis şöbəsinə aparılmasında israr etmişlər. Nəticədə Astara Rayon Polis Şöbəsinə getmişlər və avtomobilini duracağa yerləşdirmişdir. Yol Patrul Xidmətinin əməkdaşı Şahid2 maşından düşüb gedəndə onun arxasınca getmiş, bu vaxt Rauf onu təhqir etmiş, ona “sən maşında nə deyirdin?” və sair kimi sözlər işlətmişdir. Öz növbəsində Şahid2 “danışığına fikir ver” demişdir. Şahid2 ona əl-qol atmış, əlbəyaxa olmuşlar. Şahid2 onun qeyrətini söymüşdür. Bir kişinin qeyrəti əlindən gedirsə, ona kişi kimi baxmır. Şahid2 ona yumruqtəpik atdığı üçün özünü müdafiə etmək məcburiyyətində qalmışdır. Bu zaman polis əməkdaşı, arxasınca da iki əməliyyatçı gəlib onu döyə-döyə şöbənin həyətinə, oradan da inzibati binanın içərisindəki otaqlardan birinə aparmışlar. Həmin otaqda qollarını qandallayandan sonra onu vurmağa, döyməyə başlamış, “sən polislə əlbəyaxa olmusan, gör sənin başına nə oyun açırıq” demişlər. Onlara Şahid2 onun ailəsini təhqir etdiyini, onu söyüb, ona yumruq atdığını demişdir. Onu iki saat yarım-üç saata yaxın döyəndən sonra rəis müavinin yanına aparmışlar. Rəis müavini də onu döyüb təhqir etmiş, ona, “bu narkotik sənindi, qoy cibinə” demişdir. Üzərində narkotik olmamasını, narkotiklə əlaqəsi olmadığını, istifadə etmədiyini bildirmişdir. Rəis müavini onunla razılaşmasa ailəsini gətirib başına oyun açacaqlarını bildirmiş və ya evinə polisləri göndərəcəyini, evindən iki-üç kiloqram narkotik çıxaracaqlarını, bu halda ağlının başına gələcəyini demişdir. Ailəsinin polis şöbəsinə gətiriləcəyindən narahat olmuşdur. Polislər ona dilə gətirilməyəcək sözlər demişlər. Təsir altında qalaraq onlarla razılaşmışdır. Bundan sonra onu videoçəkiliş etmək üçün aparmış və ondan narkotiki Lənkəranda tanımadığı adamdan öz istifadəsi üçün aldığını deməsini istəmiş, əks halda başının ağrıyacağını bildirmişlər. Məcbur qalıb onların dediklərini etmişdir. Məhkəməsi olacağını, hər şeyi olduğu kimi orada deyəcəyini düşünmüşdür. Məhkəmənin ədalətli qərar çıxaracağına inanır. Təqsirləndirilən şəxs cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, heç vaxt narkotik vasitə və psixotrop maddələrdən istifadə etməmişdir. Dövlət Yol Polisinə məxsus xidməti avtomobili Şahid1 idarə etmiş, Şahid2 də həmin maşında olmuşdur. Şahid1 avtomobili saxlayanda Şahid2 maşından düşüb onunla danışmış, sonra Elxan maşını sürüb getmişdir. Şahid1 tərəfindən ona fiziki zorakılıq göstərilməmişdir. Şahid2 məsələni qaydasına qoymağı bildirmiş, yəni cəriməsi nədirsə, yazmasını istəmiş və ödəyəcəyini demişdir. Lakin Şahid2 avtomobilin şöbəyə aparılmasında təkid etmişdir. Polis şöbəsinə avtomobili etibarnaməsiz idarə etdiyi üçün saat 15:00-15:30 arası aparılmışdır. Polis şöbəsinin həyətində Şahid2lə mübahisəsi on-on beş saniyə çəkmiş, sonra iki-üç nəfər polis əməkdaşı qaçaraq yanlarına gəlmişlər. Üzərinə şəxsi axtarış keçiriləndə videoçəkiliş aparılmışdır. Ona, “polis əməkdaşı etibarnaməyə görə məni yolda saxlayıb və maşının şöbəyə getməli olduğunu deyib. Mən də deyirəm ki, üstümdə narkotik vasitə var, məni şöbəyə aparmayın. Məni şöbəyə gətirirlər və cibimdən narkotik çıxarıb qoyurlar. Məndən narkotiki haradan əldə etdiyimi soruşurlar. Mən də qayıdıb deyirəm ki, Lənkəranda “Kiçik Bazar”dan tanımadığım şəxsdən siqaret istəmişəm, deyib ki, siqaret yoxdu, belə bir şeyim var, verim sənə, istifadə elə” məzmununda ifadə verməsini bildirmişlər. Onu döyənlərdən biri Astara Rayon Polis Şöbəsi Cinayət-Axtarış bölməsinin baş əməliyyat müvəkkili Fuad Əliyev, digəri isə əməliyyat işləri üzrə rəis müavini Şahid3 olmuşlar. Şahid3 onu hədələyib narkotiki cibinə qoymuşdur. Onu döyən digər iki əməliyyatçının adını isə bilmir. Döyülmə nəticəsində xəsarətlər almışdır. Polislər onu hədələmişlər. Qorxduğu üçün Bakı İstintaq Təcridxanasında üzərində olan xəsarətlər barəsində soruşulanda xəsarətin işdə yarandığını demişdir. Məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Üzərində videoçəkilişlə şəxsi axtarış aparılarkən ona ünvanlanmış suala cavab olaraq, “döyülsəm də demərəm” cavabını vermişdir. Sanksiya məhkəməsinə aparılanda ona “bu sanksiya məhkəməsidir, heç nə demə, əsas məhkəmən olanda ətraflı danışarsan” deyildiyi üçün həqiqətdə baş verənləri orada bildirməmişdir. 20 sentyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Təqsirləndirilən şəxs ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, 07 mart 2024-cü il tarixdə öz avtomobili ilə hərəkətdə olarkən onu saxlayan Yol Patrul Xidməti avtomobilində üç nəfər olmuş, belə ki, Şahid1 maşını idarə etmiş, bir nəfər qara köynəkli şəxs onun yanında, Şahid2 isə arxada əyləşmişlər. Qara köynəkli şəxsi tanımır. Polis şöbəsinə gedəndə Şahid1 orada görməmiş, Şahid2lə əlbəyaxa olandan sonra onu tutub şöbədəki otaqlardan birinə salmışlar və bundan təxminən on-on beş dəqiqə sonra Şahid1 gəlib, ondan “sən vurmusan Şahid2, tabesizlik göstərmisən, əlbəyaxa olmusan, mənimlə ola bilərsən?” deyə soruşmuş, lakin ona fiziki zor tətbiq etməmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinə daxil olan hakimlərdən birinin ezam olunması səbəbindən məhkəmə istintaqı təzələndikdən sonra 23 oktyabr 2024-cü il tarixli məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, idarə etdiyi avtomobilin etibarnaməsi olmadığı üçün Astara rayonu ərazisində saxlanılmış, yol polisi ona maşınla birlikdə şöbəyə getməli olduğunu bildirəndə, cəriməsi nədirsə, yazmalarını istəmiş, lakin onunla razılaşmayıb maşının şöbəyə getməli olduğunu tələb etmiş və şöbəyə getmişlər. Polis şöbəsində idarə etdiyi maşından düşən Şahid2 arxasınca gedərkən Rauf qəfildən arxaya çevrilib onu təhqir etməyə başlamış, bir-birlərinə yumruq-təpik vurub əlbəyaxa olmuşlar. Bundan sonra polis əməkdaşları gəlib onları ayırmış, onu şöbənin içində bağlı bir otağa salıb, əlini qandallamış, polisə tabesizlik göstərdiyini, əlbəyaxa olduğunu deyib döyməyə başlamışlar. Onlara təhqir olunduğuna görə Şahid2lə əlbəyaxa olduğunu demişdir. Sonra rəis müavini Şahid3 otağına aparılmış və orada da döyülmüşdür. Sonda metamfetamini göstərib onun olduğunu, boynuna götürməsini, əks halda evindən iki-üç kiloqram narkotik çıxaracaqlarını və ailəsini oraya gətirəcəklərini, ondan sonra ağlının başına gələcəyini demişlər. Metamfetaminin ona məxsus olmadığını demişdir. Bundan sonra onu yenə vurub döymüş, axırda güclə boynuna qoymuşlar. Polislər kamera qarşısında metamfetaminin özünə məxsus olduğunu deməsini istəmiş, bundan sonra onunla işləri olmayacağını, boynuna götürdüyü halda ona üç ilədək cəza düşdüyünü, iki övladı olduğuna görə “qolbaqla” çölə buraxılacağını demişlər. Bir də gözünü açıb Kürdəxanıda olduğunu görmüş və orada ittiham olunduğu maddəni biləndə ona külli miqdarda narkotikə görə ittiham verildiyini öyrənmişdir. Bu vaxta kimi metamfetamin görməmiş, metamfetamini güclə cibinə qoymuşlar. Əgər polisə tabesizlik göstərmişdirsə, həmin əmələ görə cəzasını çəkməyə razıdır. Şahid2 onun vicdanını, qeyrətini təhqir etdiyi üçün onunla əlbəyaxa olmuşdur. Metamfetamin istifadə etməmişdir. Polis Şöbəsinin əməkdaşları olan şahidlər hamısı eyni sözü deyirlər, çünki öyrədilmişdirlər. Həmin məhkəmə iclasında Təqsirləndirilən şəxs cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, əvvəllər polislərlə ədavəti olmamışdır. Yol polisi əməkdaşları tərəfindən 07 mart 2024-cü il tarixdə, saat 15:30-16:00 radələrində saxlanılmışdır. Polis ona işıqla “miqat” eləmiş, o da maşını sağa verib saxlamışdır. Polis maşını sol tərəfdən onun avtomobilinin yanında dayanmışdır. Həmin avtomobildə mülki formada bir nəfər də olmuşdur. Polis maşınını sürən Şahid1 olmuş, arxa qapıdan Şahid2 düşüb ona yaxınlaşmış, Elxan isə sürüb getmişdir. Şahid1 getməsi barədə ona heç nə deyilməmişdir. Şahid2 özünü təqdim etdikdən sonra ona maşının arxa hissəsinin aşağı olduğunu deyib, səbəbini soruşmuş, cavabında maşının baqajında yük olduğunu bildirmiş, maşından düşüb baqajı açmış, Şahid2 özü də orada yük olduğunu görmüşdür. Şahid2 ondan maşını idarə etmək üçün etibarnamə alıb-almadığını soruşmuş, yaxın vaxtlarda alacağını bildirmişdir. Bundan sonra Şahid2 ona maşının şöbəyə getməli olduğunu demiş, o da imkan varsa cəriməni yazmasını, işə getməli olduğunu bildirmişdir. Şahid2 maşını şöbəyə aparmaqda təkid etmiş, o da razılaşmışdır. Şahid2 onun sağında oturmuş, o da sükan arxasına oturub şöbəyə sürmüşdür. Şöbədə Şahid2 ona, “alçaq, sən maşında nə deyirdin?” deyib, onu söymüş, o da “mən maşında sənə nə deyirdim ki, danışığına fikir ver” deyə cavab vermişdir. Həmin yerdə olan kamera onları çəkmişdir. Sonra Səxavət adlı polis əməkdaşı gəlib onu tutmuş, Şahid2 isə onu vurmuş, daha sonra başqa iki əməliyyatçı da gəlib onu döymüşlər. Şöbədə saxlanılarkən Şahid2, Fuad Əliyev və daha iki-üç əməliyyatçı olmuş, Şahid1 orada olmamışdır. Şahid1 Şahid2 maşından düşüb yanına gələndə, bir də polis şöbəsində olarkən sonradan gələndə görmüşdür. Şahid2lə əlbəyaxa olub qandallanıb otağa salınandan on-on beş dəqiqə sonra Şahid1 gəlmiş və “mənim inspektorumla kim əlbəyaxa olub?” məzmunda ifadələr işlətmişdir. Onu döymüş, qaldırıb yerə çırpmış, tapdalamışlar. Bakı İstintaq Təcridxanasına daxil olanda kürəyində, qolunda, sağ dirsəyində, ayağında və dizində xəsarətlər olmuşdur. Polis şöbəsinin Müvəqqəti Saxlama Yerində ona təcridxanaya gedəndə xəsarətlərini yazdırmamasını tapşırmışlar. Əks halda onun işi təzədən açılacaq və ona daha çox “iş” veriləcəkmiş. Əgər hər hansı xəsarət aşkarlansa və bu barədə soruşularsa, xəsarətlərin işdə yarandığını deməsini istəmişlər. Onlara inanıb təcridxanada tutularkən xəsarət almamasını, üzərində olan xəsarətlərin işdə yarandığını, taxta dəyməsi nəticəsində xəsarət aldığını bildirmişdir. Otaqda onu döyənlərdən biri Fuad Əliyev, digəri Şahid3 olmuş, digər iki əməliyyatçının adını isə bilməmişdir. Şahid3 onu qaldırıb yerə çırpmışdır. Videoçəkiliş aparılandan sonra ona sənədlər verib imzalamasını istəmişlər, o da imzalamışdır. 05 dekabr 2024-cü il tarixli məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilən sualları cavablandıraraq bildirmişdir ki, ibtidai istintaq zamanı vəkili Umud Cəfərov olmuş, müdafiəçisinə yükləndiyini, döyüldüyünü demək istəmiş, amma buna imkan verilməmiş, videoçəkilişlərdən sonra onu dərhal aparmış, danışmağa qoymamışlar. Müvəqqəti Saxlama Yerinin rəisi sanksiya məhkəməsinə aparılacağını, adi məhkəmə olduğunu, orada nəsə deməyə ehtiyac olmadığını ona bildirmişdir. Prokurorun yanına aparılmış, lakin bunun sanksiyadan əvvəl, yaxud sonra olduğunu xatırlamamışdır. Prokurorla aralarında olan danışığı xatırlamasa da, ona üzərində narkotik olmadığını, günahsız olduğunu deməməsini bildirmişdir. Polis əməkdaşları tərəfindən tapşırıldığı üçün qorxusundan prokurora həqiqətdə baş verənləri bildirməmişdir. Məhkəmə tərkibinə daxil olan hakimlərdən birinin növbəti əmək məzuniyyətinə getməsi ilə əlaqədar məhkəmə tərkibi dəyişəndən sonra yenidən başlamış məhkəmə istintaqı zamanı 08 yanvar 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclaslarında verdiyi ifadələrini təsdiqləyərək, cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, Astara Rayon Polis Şöbəsinə gətiriləndən sonra iki nəfər polis əməkdaşı tərəfindən rəis müavini Şahid3 otağına aparılmış, orada olarkən baş əməliyyat müvəkkili Fuad Əliyev də yanında olmuşdur. Şahid3 ona, “sənin qolun belə güclüdür ki, “paqonla” əlbəyaxa olursan?” demiş, onu qaldırıb yerə çırpmış və sağ cibinə psixotrop maddə qoyub, onun olduğunu demişdir. Üzərində narkotik olmadığını bildirsə də, Şahid3 ona məhəl qoymadan, narkotiki Lənkərandan aldığını deməsini tapşırmışdır. Şahid3 otağı birinci mərtəbədə sola dönəndə sağdakı otaq olmuşdur. Prokurorun otağına bir-iki gün keçəndən sonra aparılmışdır. Əvvəllər Şahid3 tanımamış, onunla görüşməmiş, ünsiyyətləri olmamışdır. Şahid3 görəndən sonra yol polisi onu saxlayanda patrul maşınında qabaqda oturan sərnişini Orxana oxşatdığını bildirmişdir. Müvəqqəti Saxlama Yerində olanda işçilərdən maraqlanmışdır ki, hündürboy qaraşın oğlan kimdir, aparıldığı otaq kimin otağıdır, cavab vermişlər ki, həmin şəxs əməliyyat işləri üzrə rəis müavini Şahid3dur. Onu əli qandallı olaola divara, sonra da yerə çırpmışlar, dizi və dirsəyi şişmişdir. Ekspertizaya aparılanda həkim onda heç bir xəsarət olmadığını demiş, həkimə, yanındakı tibbi bacısına xəsarətlərini göstərmiş, lakin həkim heç bir xəsarət görmədiyini deyib, onda xəsarət olduğunu yazmamışdır. Prokurora və Astara Rayon Məhkəməsinin hakiminə döyülməyi barədə deməmişdir. Çünki, polislər ona bu barədə deyəcəyi halda polisə müqavimət əməlinin də hazırkı işinin üstünə gələcəyini, səkkiz-on il cəza veriləcəyini demiş, bununla da güya ona yaxşılıq etmişdirlər. Təqsirləndirilən şəxs 30 yanvar 2025-ci il tarixli məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, işin ibtidai istintaqını aparan müstəntiq Şahid5 ona fiziki təsir göstərməmiş, onu vurmamışdır. Sadəcə olaraq, ona videoçəkilişdə nə danışmışdırsa, müstəntiq ondan soruşanda da elə cavab verməsi deyilmişdir. Bunu ona Şahid3 demişdir. Ona görə də, müstəntiqin suallarına “narkotiki “Kiçik bazar”dan, tanımadığı adamdan alması və sair məzmunda cavablar vermiş, sənədləri imzalamışdır. Müstəntiq onun necə döyülüb yükləndiyi barədə bilmişdir. Çünki, müqavilə üzrə olan vəkilinin iştirakı ilə keçirilmiş dindirmə zamanı müstəntiqə məsələnin əslində necə olduğunu, baş verənləri olduğu kimi, yəni, onu niyə tutduqları, polis əməkdaşı ilə əlbəyaxa olduğu üçün narkotiklə yüklədikləri barədə demiş, müstəntiq də, ona “bunun mənə aidiyyəti yoxdur, sən deyərsən, mən də onu yazaram” demiş və dediyini də etmişdir. Həmin vaxt müstəntiq Şahid5, vəkili Müdafiəçi, bir nəfər serjant, bir nəfər də, səhv etmirsə, prokurorluq əməkdaşı orada olmuşlar. Döyülməsini, məsələnin əslində necə olduğunu demiş və müstəntiq ona təzyiq göstərməmişdir. Müstəntiqə verdiyi əvvəlki ifadəsində polis əməkdaşına sonuncunun öz hərəkətləri nəticəsində müqavimət göstərmək məcburiyyətində qaldığı üçün qarşılıqlı reaksiya verdiyindən, o məsələnin də hazırkı işin üstünə gəlməməsi üçün onların dediyi məzmunda danışmışdır. Polis əməkdaşları tərəfindən 07 mart 2024-cü il tarixindən bir ay-ay yarım əvvəl də saxlanılmış, səbəb etibarnaməsinin olmaması olmuş, həmin vaxt protokol tərtib olunub-olunmadığını bilməmişdir. Həmin vaxt da avtomobilini cərimə meydançasına qoyub, 40-50 (qırx-əlli) manat ödəməli olduğunu demişlər, cəriməni ödəmiş, təqdim olunmuş bir sənədi imzalamış və maşınını götürüb getmişdir. Səhv etmirsə, cəriməsi 40 (qırx) manat olmuş, 10 (on) manat da əvvəldən olan nəyəsə görə ödəmişdir. Əvvəllər arabir siqaret çəkmişdir. 2013 və ya 2014-cü ildə bir dəfə tanışları ona “nəşə” vermiş, o da çəkib qırağa qoymuş və bir də istifadə etməmişdir. Narkotik çəkməklə arası olmamış, qeyd etdiyi haldan başqa, ümumiyyətlə narkotik istifadə etməmişdir. Avtomobilə və idmana marağı var, namaz qılır. Vicdanına and olsun ki, nə olubsa, onu deyir, yalan danışmır. Videoçəkilişdə üstündən çıxan metamfetaminə münasibətdə narkotik istifadə etmədiyini bildirmişdir. Şahid2 ondan maşının arxasının niyə aşağı olmasını soruşmuş, o da maşında yük (buğda) olduğunu bildirmişdir. Bir-iki dəfə Şahid2 cəriməsi nədirsə yazmasını, ödəyəcəyini bildirmişdir. Dükanda fəhlə işləmiş, dükandan çıxıb sosial yardım düzəltməklə bağlı yarım saatlıq Astaraya gedib işinə qayıtmalı olmuş, müdiriyyətdən icazə aldığı üçün Şahid2 işə tələsdiyini demiş, sonuncu isə maşını cərimə meydançasına salınandan sonra protokol tərtib olunacağını bildirmiş və onu polis şöbəsinə aparmışdır. İdarə etdiyi avtomobili 17 oktyabr 2023-cü il tarixdə almışdır. Uşaqları ilə bağlı sosial yardım almaq istəmişdir. Ona adına etibarnamə olduğu halda, sosial yardım verilməyəcəyi deyildiyindən etibarnamə almamışdır. Axırıncı dəfə Lənkərana 2023-cü ilin noyabr ayının 15-də sürücülük vəsiqəsini götürmək üçün getmişdir. Təqsirləndirilən şəxs 07 fevral 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, əvvəlki məhkəmə iclaslarında dövlət ittihamçısının sualına cavab olaraq ona verilən ittiham üzrə metamfetaminə münasibətdə narkotikdən istifadə etmədiyini bildirmişdir. Həqiqətdə isə təxminən on il əvvəl, 2013 yaxud 2014-cü ildə Bakıda işlədiyi vaxtlarda cəmi bircə dəfə tanışları ona “nəşə” təklif etmişlər, çəkib kənara qoymuş və o vaxtdan bu vaxta bir daha narkotikdən istifadə etməmişdir. İbtidai istintaqda, Bakı İstintaq Təcridxanasında, narkoloji ekspertizada da eyni sözü demişdir. Avtomobilindəki kisədə buğda olmuşdur. Polis şöbəsində həmin kisəni kənara qoyandan sonra videoçəkilişlə avtomobilə baxış keçirilmişdir. Şübhəli şəxs kimi dindirilmə zamanı çəkilişi aparan şəxsi tanımır, lakin həmin şəxs onu saxlayan yol polisi əməkdaşlarından olmamışdır. Məhkəmənin qərarı əsasında təkrar ekspertizaya aparılanda, orada biri qadın, biri kişi olmaqla iki həkim olmuş, dirsəyindəki xəsarəti göstərəndə həkim xəsarətin görünmədiyini, məlum olmadığını demiş, həkimə xəsarətin səkkiz ay əvvəl, yəni 07 mart 2024-cü il tarixdə saxlanılarkən yarandığını, polislərin ağılsız olmadığını, adamın sifətini, üz-gözünü partlatmayacaqlarını bildirmişdir. Vicdanı var, əgər bu cinayət əməlini törətmiş olsaydı, səmimi etiraf edərdi. Bu qədər adamı ələ salmaq yaxşı bir şey deyil. Polis şöbəsində təzyiq altında qalmışdır. Böyük səhvə yol vermiş, qanunlardan anlayışı olmadığı üçün aldanmışdır. Bakı İstintaq Təcridxanasında olarkən ona, polislərin onu aldatdıqlarını, məhkəmədə düzünü deməli olduğunu bildirmişlər. Məhkəmədə ifadə verən polis əməkdaşlarının hamısı yalan danışır. Şahid3 onu döyüb, söyüb, cibinə narkotik qoyub, buna baxmayaraq, nədənsə Orxanın dediklərinə inanılır. Təzyiqi kamera çəkilişinin qabağında etmirlər. Polis əməkdaşları tərəfindən saxlanılarkən şöbəyə getməyə bilərdi, lakin Şahid2 ondan maşına oturub sürməsini tələb etdiyi, həmçinin, üzərində 50-60 (əlli-altmış) manat pul olduğu üçün şöbəyə aparılacağını, protokol tərtib olunacağını və cəriməni ödəyib qayıdacağını düşündüyündən oraya getmişdir. 13 fevral 2025-ci il tarixli məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitənin onun olmadığı barədə sanksiya məhkəməsində deməməyi səhv etmirsə, Müvəqqəti Saxlama Yerinin rəisi, ya da əməliyyat işləri üzrə rəis müavini Şahid3 bildirmişlər. Ona həmin məhkəmədə əməlindən peşman olduğunu, orada nə deməsindən asılı olmayaraq barəsində qətimkan tədbiri seçiləcəyini, əsas məhkəmənin isə Lənkəranda olacağını demişlər. Buna görə də həmin məhkəmədə başına gətirilənlər barədə deməmişdir. Barəsində qətimkan tədbiri seçilən məhkəmə iclasında audio-video yazı aparılması barədə məlumatı olmamışdır. Avtomobilinin modeli “VAZ-21011”-dir. Həmin avtomobili alanda maşının 40 (qırx) manat cəriməsi olmuş, cərimə ödənilmiş, qalan 10 (on) manatı isə özü ödəmişdir. 07 mart 2024-cü il tarixdə saxlanılmamışdan bir ay-ay yarım əvvəl də yol polisi əməkdaşları Şahid2 və Şahid1 tərəfindən Ərçivanda saxlanılmış, həmin vaxt Rauf onun yanında oturub komandirin maşının şöbəyə getməli olduğunu bildirməsini ona demiş, etiraz etməmişdir. Bu, avtomobili aldığı vaxtdan ilk dəfə baş vermişdir. Şahid2 haraya getməli olduğunu soruşduqda, sonuncu üzbə-üzdə “QAİ” olduğunu, orada maşınının etibarnaməyə görə şöbəyə salındığını deməsini, bundan sonra ona nə etməli olduğunun izah ediləcəyini bildirmişdir. Həmin yerə getmiş, maşının kimin adına olduğu soruşulmuş, dostunun adına olduğunu demişdir. Ona bir sənəd verib imzalatmış, 50 (əlli) manat verməsini istəmişlər. Həmin məbləğdə pulu verib, maşını götürüb getmişdir. Gümanına görə maşını meydançadan götürməyə aid sənədi imzalamışdır. Sonuncu dəfə saxlanılıb maşınla şöbəyə gedəndə yolda Şahid2 dükanda fəhlə işlədiyini, icazə alıb çıxdığını, polislərdə planşet olduğu üçün cəriməni yazmasını, ödəyəcəyini, işə qayıtmalı olduğunu bildirmiş, Rauf isə ona, “yox, mən sənə deyirəm, maşın şöbəyə getməlidir” demişdir. Polis şöbəsinə gəlmişlər, bir dəfə də orada qapının qarşısında Şahid2 “burada yubanacağam, işə getməliyəm, imkan varsa, cəriməni yaz, gedim” demiş, Rauf isə maşının cərimə meydançasına girməli olduğunu bildirmişdir. Giriş qapısı açılmış, maşını içəri salmış və əvvəlki kimi meydançada saxlamışdır. Şahid2 arxasınca “QAİ” yerinə tərəf gedəndə artıq qapı bağlanmışdır. Şöbənin həyətində Şahid2lə əlbəyaxa olmuşlar. Rauf qayıdıb birdənbirə ona “şərəfsiz, sən nə deyirdin maşında mənə, sənə deyirdim sür, sürmürdün” demiş, o da ona “şərəfsiz özünsən, danışığını bil” demişdir. Orada kamera olmuş, lakin vəkili həmin kamera görüntüsünü əldə edə bilməmişdir. Mübahisədən sonra bir neçə əməliyyatçı onu döyüb otağa salmışlar. Orada yanında iki əməliyyatçı olmuş, Şahid2 olmamışdır. Həmin iki əməliyyatçıdan biri kepka, biri də maska taxdığından onları tanıya bilməmişdir. Sonra əməliyyat müvəkkili Fuad Əliyev içəri girmiş və onu döyməyə başlamışlar. Bundan sonra Şahid1 içəri girmiş, ona “sən dalaşmısan, əlbəyaxa olmusan polislə?” deyə soruşmuşdur. Sonra onu rəis müavini Şahid3 otağına aparmışlar. Polis əməkdaşları tərəfindən saat 15:30-16:00 radələrində saxlanılmışdır. Onu yükləyəndən və videoçəkiliş olandan sonra “bu sənə sərf eləyər, bu izahatı yaz” deyib, A4 vərəqi vermişlər ki, nə deyirlərsə, onu yazsın. Qolu ağrıdığı, bir tərəfdən də ailəsi ilə təhdid olunduğu üçün həyəcanlı olduğundan yazmağa halı olmamışdır. Yazmağın xeyrinə olduğunu demişlər. Əli qandallı ola-ola gücbəla ilə ona izahat yazdırmışlar. Təqsirləndirilən şəxs məhkəmədəki son sözündə etmədiyi cinayətə görə cəza çəkmək istəmədiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 143.1 və 145.1-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə tərkibi qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də tədqiq edərək mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Astara Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsi Yol Patrul Xidmətinin baş inspektoru, polis kapitanı Şahid1 20 sentyabr 2024-cü il tarixli məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Astara rayon sakini kimi tanıyır, hadisədən əvvəl də onu saxlayıb idarə etdiyi avtomobili duracağa təmin etmişdir, onunla qohumluq münasibəti, ədavət və ya düşmənçiliyi yoxdur. 07 mart 2024-cü il tarixdə, saat 16:00-16:30 radələrində Astara şəhəri, H.Əliyev prospektində Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı Şahid2lə birlikdə xidmətdə olarkən qarşıdan gələn nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi olmasını müəyyən etmişlər və tərəflərindən həmin “VAZ-21011” markalı, **-BE- *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmış, Rauf sürücüyə yaxınlaşaraq özünü təqdim etdikdən sonra avtomobildə olan qayda pozuntusunu izah etmiş, sənədləri yoxlayan zaman sürücünün həmin nəqliyyat vasitəsini idarə etməyə etibarnaməsinin olmadığı aşkar olunmuşdur. Şahid2 sürücüyə etibarnamə olmadığına və avtomobildə konstruksiya dəyişikliyi olduğuna görə avtomobilin duracağa getməli olduğunu izah etmişdir. Həmin vaxt patrul avtomobilində oturub onları müşahidə edirmiş. Sürücü Şahid2 avtomobilin duracağa aparılmamasını, yerində protokol tərtib olunmasını istəyərək getməkdən yayınmış, bu vaxt yaxınlaşıb sürücüyə izah etmişdir ki, maşın duracağa getməli və aradan qaldırıla bilməyən qayda pozuntuları duracaqda aradan qaldırılmalıdır. Bu zaman xidməti avtomobilin radiostansiyasına məlumat gəlmiş və avtomobilə qayıtmış, Şahid2 isə sürücü ilə birlikdə qalmışdır. Təqsirləndirilən şəxs özünü şübhəli aparmış, duracağa getmək istəməmiş, Şahid2 tanıdığına görə ondan kömək istəmişdir. Belə ki, Şahid2 on bir-on iki ildir ki, Astarada işləyir. Təqsirləndirilən şəxs Şahid2 üzərində narkotik vasitə olduğunu, “məni aparma, mənə kömək elə” demiş, “hörmət edərəm” vədini vermişdir. Şahid2 gəlib bu barədə ona demiş, o da konflikt yaratmağın lazım olmadığını, sürücünü aldadıb şöbəyə aparmaq lazım olduğunu bildirmişdir. Müəyyən müddətdən sonra Təqsirləndirilən şəxs şöbəyə getməyə razı sala bilmişlər. Belə ki, ona kömək edəcəklərini, işlərinin sırf maşınla bağlı olduğunu, başqa şeylərin onlara aidiyyəti olmadığını bildirmişlər. Təqsirləndirilən şəxs avtomobili özü sürmüş, Şahid2 də onun yanında oturmuş, o özü isə xidməti maşınla onların arxasınca Astara Rayon Polis Şöbəsinə getmişdir. Şöbəyə gəldikdən sonra maşını duracağa təmin etmişlər. Şahid2 qayda pozuntusu ilə bağlı protokol tərtib etmiş, o da raport yazıb növbətçi hissəyə təhvil vermişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, baxış zamanı Elşən şalvarının cibindən bir büküm narkotik vasitə çıxarmış, təhqiqatçının həmin predmeti haradan əldə etməsi barədə sualına Lənkəran şəhərində aldığını, ya da tapdığını demişdir. Bu hissəni dəqiq xatırlamır. Sonra onların iştirakı ilə avtomobilə baxış keçirilmiş, lakin qeyri-qanuni əşya və ya predmet aşkar olunmamışdır. Şahid1 cinayət prosesi iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, sürücü Təqsirləndirilən şəxs tərəflərindən avtomobilin nasaz, arxasının aşağı olmasına görə saxlanılmış, etibarnaməsinin olmadığını bilməmişlər. İnspektor Şahid2lə Təqsirləndirilən şəxs arasında iki-üç metr məsafə olmamış, onlar üz-üzə dayanmışlar. Təqsirləndirilən şəxslə iyirmi-iyirmi beş dəqiqə söhbət apardıqdan sonra Elşən Raufa üzərində narkotik vasitə olmasını etiraf etmişdir. Təqsirləndirilən şəxs hərəkətlərindən də, onda nəsə problem olması hiss olunmuş, buna görə də şöbəyə aparılmışdır. Polis şöbəsinə getmək istəməyən hər kəs narkotik vasitələrin dövriyyəsində və ya istifadəsində şübhəli şəxs kimi polis şöbəsinə aparılmır. Əvvəllər Təqsirləndirilən şəxs saxlayanda o, heç bir problem yaratmamışdır. Onların Təqsirləndirilən şəxs barədə şübhələri özünü doğrultmuşdur, çünki, Elşən özü üzərində narkotik olmasını etiraf etmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə gələrkən üzərində olan narkotik vasitəni atmamasının, nəyi fikirləşməsinin səbəbini bilmir, demək ki, ona narkotik vasitəni atması üçün şərait yaratmamışlar. Belə ki, onu tam nəzarətdə saxlamışlar və o, narkotiki üstündən atsaydı bunu görə bilərdilər. Həmin vaxt Təqsirləndirilən şəxs qaçmağa şəraiti olmamışdır, çünki, onların avtomobili xarici ölkə istehsallı, Elşəndə isə “VAZ-21011” markalı avtomobil olmuşdur və belə olan halda onun patrul avtomobilindən qaçması mümkün deyildir. Ola bilər ki, Təqsirləndirilən şəxs onları tanıdığını və hansısa yolla söhbətdən yaxa qurtara biləcəyini fikirləşmişdir. Qaydalara görə əgər avtomobil duracağa yerləşdirilirsə, onun sahibi və ya sürücüsü polislə birlikdə polis şöbəsinə getməlidir. Onlarda “duracaq aktı” deyilən anlayış var. Vətəndaş sonradan maşınında dəyərli əşya olduğunu, yerində olmadığını deməsin deyə duracağa maşın gətiriləndə vətəndaşdan maşınında dəyərli əşya olub-olmaması soruşulur və bu barədə akt tərtib olunaraq ona imzaladılır. Əvvəllər də Təqsirləndirilən şəxs qayda pozuntusuna görə saxlayıb polis şöbəsinə aparmışlar. Həmin vaxt o, bu qədər aqressivləşməmiş və yayınmağa çalışmamışdır. Boşluq yaratsaydılar, Təqsirləndirilən şəxs qaçıb uzaqlaşa bilərdi, lakin ona bu şəraiti yaratmamışlar. Təqsirləndirilən şəxs özünü şübhəli aparması, duracağa getməmək üçün çırpınması onlarda şübhə yaratmışdır. Onlar yerindəcə protokol tərtib edib avtomobili duracağa apara bilərmişlər, lakin yuxarıda qeyd etdiyi səbəbdən bunu etməmişlər. Təqsirləndirilən şəxs qarşı fiziki güc tətbiq olunmamışdır. Şəxsi axtarışda iştirak etmiş və həmin vaxt videoçəkilişdən istifadə olunmuşdur. Təqsirləndirilən şəxs tərəflərindən 07 mart 2024-cü il tarixdə saxlanılmasına baxmayaraq, onun portal məlumatlarının həmin gün saat 04:12-də, yəni saxlanılmamışdan saatlar öncə çıxarılması barədə heç bir fikri yoxdur. Təqsirləndirilən şəxs narkotik istifadəçisi olması barədə eşitməmişdir. Şahid1 05 dekabr 2024-cü il tarixli məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Astara şəhərində “Bayraq meydanı” adlanan ərazidə Şahid2lə birlikdə xidmətdə olarkən “VAZ-21011” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobildə tərəflərindən konstruksiya dəyişikliyi aşkar olunduğundan avtomobil saxlanılmış, Şahid2 sürücüyə yaxınlaşmış və bort kompüter vasitəsilə sənədləri yoxlayan zaman həmin maşına dair sürücü Təqsirləndirilən şəxs etibarnaməsinin olmadığı aşkarlanmışdır. Şahid2 sürücüyə etibarnamə olmadığına və konstruksiya dəyişikliyi olduğuna görə avtomobilin duracağa getməli olduğunu izah etmiş, bu vaxt o, xidməti avtomobildə oturmuşdur. Şahid2lə sürücü Təqsirləndirilən şəxs arasında mübahisə yarandığını görüb, onlara yaxınlaşmış və sürücüyə maşının duracağa getməli olduğunu bir daha bildirmişlər. Təqsirləndirilən şəxs maşının duracağa aparılmasından, onlarla getməkdən yayınmaq istəmiş, bu vaxt radiostansiya vasitəsilə efirə çıxıldığından cavab vermək üçün xidməti avtomobilə yaxınlaşmışdır. Bu ərəfədə Təqsirləndirilən şəxs Şahid2 tanıdığı üçün ona niyə duracağa getmək istəmədiyini etiraf etmişdir. Bundan sonra Şahid2 yaxınlaşıb Təqsirləndirilən şəxs ona “mən səni tanıyıram, mənə köməklik göstər, üstümdə narkotik vasitə var” dediyini bildirmişdir. Şahid2 həmin yer rayon mərkəzi olduğuna görə ərazidə skandal yaratmamağı, sürücünü polis şöbəsinə aparıb raportla rəhbərliyə məruzə etməyi bildirmişdir. Müəyyən üsullarla sürücünü razı saldıqdan sonra Təqsirləndirilən şəxs sükan arxasında, Şahid2 isə onun yanında oturmuş, o da onların arxasınca sürərək polis şöbəsinə getmişlər. Polis şöbəsinə gəldikdən sonra raportla rəhbərliyə məlumat vermiş, daha sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı şəxsin üzərindən psixotrop maddə aşkar olunmuşdur. Təxmini yadında qalmasına görə Təqsirləndirilən şəxs həmin predmeti Lənkəran şəhərindən tapdığını və ya aldığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilmiş, lakin oradan qanunsuz nəsə aşkar olunmamışdır. Şahid1 cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs portal çıxarışının 07 mart 2024-cü il tarixdə, saat 04:12-də çıxarılması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs saxlanılarkən xidməti avtomobildə və üzərlərindəki kameralar işlək vəziyyətdə olmuşdur. Belə ki, üzərlərindəki kameralar hər zaman işlək vəziyyətdə olur. Hansısa qurum rəsmi olaraq onlardan həmin görüntüləri istəsə idi, təqdim edə bilərdilər. Hazırda həmin videogörüntülərin şöbədə saxlanılıb-saxlanılmadığını dəqiq bilmir, müddətə görə videonu götürmək mümkün olmaya bilər və bu da qanunidir, çünki, videogörüntülərin bəlli bir saxlanma müddəti var, hansı ki, həmin müddətdə sorğu verilsəydi, əldə etmək mümkün olarmış. Şahid2 on iki, o isə üç ildir ki, Astarada işləyir. Bu səbəbdən ola bilər ki, Təqsirləndirilən şəxs ondan çox Şahid2 yaxın bilib, üzərində narkotik olmasını ona etiraf etmişdir. Avtomobili duracağa aparma qaydasına görə, avtomobil polis şöbəsinə kimi xidməti avtomobillə təqib edilməlidir. Təqsirləndirilən şəxs saxladıqları vaxt özü xidməti avtomobili sürmüş, Şahid2 isə sağında oturmuş, yanlarında başqa şəxs olmamışdır. Təqsirləndirilən şəxs saxlanıldığı yerdən polis şöbəsinə qədər beş dəqiqəlik məsafə var. Polis şöbəsinə aparıldıqdan təxminən iyirmiotuz dəqiqə sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs qandal tətbiq olunmasını xatırlamır. Təqsirləndirilən şəxs növbətçi hissəyə aparmış, raportla məruzə etmişlər. Polis şöbəsinə gələrkən Elşən avtomobili özü idarə etmiş və bu vaxt maşının qapılarını bağlamamışlar. Təqsirləndirilən şəxs qaçmağa, yaxud da üzərində olan predmeti atmağa imkanı ola bilərdi. Lakin, onu nəzarət altında aparmış, ən azından əlini cibinə salıb-salmadığına baxmışlar. Təqsirləndirilən şəxs narkotiki atmaq fikri olsaydı, narkotik vasitənin onda olduğunu etiraf etməzdi. Cərimə konstruksiya dəyişikliyinə görə 50 (əlli) manat, etibarnaməyə görə 40 (qırx) manatdır, lakin üstün məbləğ əsas götürüldüyündən 50 (əlli) manat cərimə tətbiq olunur. Əvvəllər Təqsirləndirilən şəxs avtomobilini duracağa aparanda, o, heç bir etiraz etməmiş, inspektor avtomobilə əyləşmiş və şöbəyə getmişlər, lakin bu dəfə Elşən qeyri-adi, aqressiv hərəkətlər etmiş və bu hal onlara maraqlı gəlmişdir. Hər etiraz edən narkotik vasitə gəzdirməkdə şübhəli olmur. Ən azından şəxs özü etiraf edərək Şahid2 “sənə hörmət eləyərəm, məni yola ver, komandirlə danış” deyə bildirmişdir. Onun üçün əsas şübhə sürücü Təqsirləndirilən şəxs hərəkətləri olmuş və Elşənin özünün etirafı onun şübhəsini doğrultmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Astara Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsi Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Astara rayonu, Ərçivan qəsəbə sakini kimi tanımış, aralarında qohumluq, ədavət və ya düşmənçilik olmamışdır. 07 mart 2024-cü il tarixdə Yol Patrul Xidmətinin baş inspektoru Şahid1la birlikdə xidmətdə olduqları vaxt axşam saatlarında Astara şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21011” markalı maşın avtomobildə konstruksiya dəyişikliyi olmasına görə tərəflərindən saxlanılmış, sənədlər yoxlanılan zaman sürücünün etibarnaməsinin olmadığı da məlum olmuşdur. Təqsirləndirilən şəxs avtomobildə konstruksiya dəyişikliyi olması və etibarnamənin olmaması səbəbindən duracağa yerləşdirilməli olduğunu deyəndə, o, təkid edərək getmək istəmədiyini bildirmişdir. Bu vaxt Şahid1 da onlara yaxınlaşıb Elşənə avtomobilin duracağa yerləşdirilməli olduğunu bildirmişdir. Ratsiya ilə çağırış gəldiyinə görə Şahid1 patrul avtomobilinə qayıtmış, bu zaman Təqsirləndirilən şəxs ona bildirmişdir ki, onu tanıyır, şöbəyə aparmasınlar, Elxan yeni gəlib, o isə köhnə işçidir, üzərində narkotik var, Elxana başa salsın, yerində həll etsinlər. Şahid1 yaxınlaşıb şəxsin üzərində narkotik olmasını bildirmiş, Elxan da sürücünü sakitcə dilə tutub şöbəyə aparmaq lazım olduğunu demişdir. Təqsirləndirilən şəxs yaxınlaşıb narkotikin onlara aidiyyəti olmadığını, onu avtomobildə olan qayda pozuntusu ilə bağlı saxladıqlarını, narahat olmamasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs sükan arxasında, o isə onun sağında oturmuş, maşını duracağa gətirmiş, daha sonra Elşəni raportla növbətçi hissəyə təhvil vermişlər. Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə baxış keçirilərkən üzərindən metamfetamin aşkar olunmuş, Elşən həmin maddəni öz istifadəsi üçün Lənkəranda bazar ətrafında bir yerdən əldə etdiyini, satış məqsədi olmadığını bildirmişdir. Şahid2 cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olması barədə Elşən özü etiraf edəndə bilmişdir. Təqsirləndirilən şəxs bu barədə avtomobilin saxlanıldığı yerdə ona bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılmasından saatlar öncə onun barəsində portal çıxarışının əldə olunması haqqında hər hansı bir fikri yoxdur. Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı onlara polis şöbəsindən heç bir göstəriş verilməmişdir. Təqsirləndirilən şəxslə heç vaxt bir tədbirdə olmamış, birlikdə yemək yeməmiş, ümumiyyətlə yaxın münasibəti olmamışdır. Özü əslən Lənkəran rayonundandır. Şahid1 son üç il, o isə on iki ildir ki, Astarada işləyir. Sürücülərin əksəriyyəti onu tanıyırlar. Əvvəllər də Təqsirləndirilən şəxs saxlamış və etibarnaməsi olmadığına görə protokol yazmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs indiki kimi onu “yola vermələrini” istəməmiş, o günki Elşənlə indiki arasında yerlə-göy qədər fərq olmuş və onlar buna təəccüblənmişlər. Təqsirləndirilən şəxs qeyri-adi hərəkətləri onların diqqətini çəkmişdir. Belə ki, Təqsirləndirilən şəxs təkidlə şöbəyə getmək istəmədiyini bildirmişdir. Yəqin edir ki, buna səbəb onun üzərində narkotik vasitə olması idi. Təqsirləndirilən şəxs çıxıb getməyə imkanı olmamış, çünki, onu saxlamışlar. Ola bilər ki, Təqsirləndirilən şəxs ona inandığına görə narkotiki atmamışdır. Gümanına görə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyini və ya onlarda onun barəsində dəqiq məlumat olduğunu düşünüb, ona üzərində psixotrop maddə barədə demişdir. Təqsirləndirilən şəxs çıxış yolunu üzərində metamfetamin olduğunu etiraf etməkdə gördüyünü güman etmişdir. Təqsirləndirilən şəxslə söhbət zamanı Şahid1 arxada, iki-üç metr aralıda yol patrul maşınında olmuş, Elşən sükan arxasına oturanda o da sağ tərəfdən maşına əyləşmişdir. Elşən özü öz maşınının qapısını açmış, hər ikisi eyni vaxtda avtomobilə əyləşmiş, hətta o, maşına daha tez oturmuş, avtomobilin qapı və pəncərələrini bağlamamışdır. Bu müddət ərzində Təqsirləndirilən şəxs üzərindəki bükümü kənara ata bilərdi. Bundan başqa, Təqsirləndirilən şəxs qaçmaq üçün imkanı da ola bilərdi. Üzləşdirmə zamanı və məhkəmədəki ifadəsində sürücünün qaçmaq imkanının olub-olmaması ilə bağlı hissədə yaranmış ziddiyyəti xırda nüanslarda səhv edə bilməsi ilə əlaqələndirmişdir. Polis şöbəsinə gələrkən Təqsirləndirilən şəxs avtomobilin sükanı arxasına oturtmaqda məqsədi ona nəzarət etmək olmuşdur. Həm də arxadakı patrul maşınında kamera olduğundan, Təqsirləndirilən şəxs narkotiki yolda atsaydı, bu arxadakı maşının videokamerasında qeydə alına bilərdi. Narkotik məsələsinin onlarlıq olmadığını deyəndə sürücünü sakit dillə aparıb növbətçi hissəyə təhvil vermək məqsədi güdmüşdür. Elşənə bu cür deməyi Şahid1 ona demişdir. Bundan başqa, adətən avtomobili sərxoş və ya sürücülük hüququ olmayan şəxs idarə etdikdə və polis tərəfindən həmin maşın saxlanıldıqda, o zaman polis əməkdaşı avtomobili idarə edir. Təqsirləndirilən şəxs alkotester vasitəsilə yoxlamamışdır, çünki, sərxoşluq vəziyyəti narkoloji dispanserdə yoxlanılır. Həm Təqsirləndirilən şəxs özü dindar olduğunu demiş, həm də onda sərxoşluq əlamətləri görünməmişdir. Avtomobili duracağa yerləşdirəndə Şahid1 növbətçi hissəyə bu barədə məruzə etmiş, həmin vaxt növbətçi hissədə kimin olduğunu bilməmişdir. Polis şöbəsinə gətirildikdən iyirmi-iyirmi beş dəqiqə sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmiş, o da şəxsi axtarışda iştirak etmişdir. Vəkilin iştirakı ilə şəxsə suallar verilmiş və üzərində olan psixotrop maddəni təqdim etməsi istənilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ cibindən sellofan bükülüdə metamfetamini çıxarıb təhvil vermişdir. Təqsirləndirilən şəxs müdafiəçisi ilə ünsiyyət qurması üçün şərait yaradılıb-yaradılmadığını xatırlamır. Təqsirləndirilən şəxs avtomobilinin yük yerində kisələr görməmiş, onun yanında Təqsirləndirilən şəxs təzyiq göstərilməmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Astara Rayon Polis Şöbəsi Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Şahid4 ona ünvanlanmış sualları cavablandıraraq bildirmişdir ki, Təqsirləndirilən şəxs məlum hadisə ilə əlaqədar tanıyır, əvvəllər tanışlığı olmayıb, aralarında qohumluq, ədavət və ya düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs barəsində ona Yol Patrul Xidmətinin əməkdaşı raportla müraciət etmiş, həmin raport əsasında Elşənin üzərində narkotik vasitə olması ehtimalı barədə məlumat daxil olmuşdur. Bundan qabaq ona bu, yəni Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmamışdır. Tərtib etdiyi xx.xx.2024-cü il tarixli raport aidiyyət raportu olduğundan həmin raportda Təqsirləndirilən şəxs Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olan şəxs kimi saxlanılaraq şöbəyə gətirilməsini qeyd etmişdir. Təqsirləndirilən şəxs ilk dəfə xidməti otağına gətiriləndə görmüşdür. Təhqiqat qurumu əməliyyat-axtarış fəaliyyəti sahəsinə aid qurumdur. Bu səbəbdən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tanımış, ona digər hüquqları ilə yanaşı müdafiəçi ilə təmin olunmaq hüququ izah olunmaqla, müdafiəçilərin siyahısı təqdim olunmuş, siyahıdan özünün seçdiyi vəkil dəvət edilmiş, üzərində şəxsi axtarış keçirmiş və üzərindən psixotrop maddə aşkar edilmişdir. Xatırladığına görə Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış metamfetamini narkotiki şəxsi istifadəsi üçün Lənkəranda “Böyük bazar” adlanan yerdən aldığını bildirmişdir. Şəxsin üzərindəki qanunsuz əşyanı götürmüş, qablaşdırmış, ekspertizaya göndərmiş və rəy əsasında istintaqa təhvil vermişdir. Təqsirləndirilən şəxs aid portal çıxarışında yuxarı hissədə saat 16:12, aşağıda 04:12 qeyd olunması 12 saatlıq formatla əlaqədar ola bilər. Portal çıxarışını o çıxarmamış, çıxarış ona raportla birlikdə təqdim olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılma vaxtı barədə raportda saat 16:00 radələri qeyd olunmuşdur və onda saxlanılma saatı ilə bağlı bundan başqa məlumat yoxdur. Təqsirləndirilən şəxs öz izahatında da saxlanılma vaxtını bildirmişdir. İnsandan insana fərq olur, ehtimal edir ki, şəxs həyəcanlandığı üçün saxlanıldığı vaxt üzərindəki psixotrop maddəni atmamış, yaxud bunu etməkdən çəkinmişdir. Təqsirləndirilən şəxs psixi vəziyyətini izah edə bilməz. Polis şöbəsinə vətəndaş daxil olarkən qapıda yoxlama keçirilir. Təqsirləndirilən şəxs əvvəllər şöbəyə gəlib-gəlmədiyini bilmir. Polis şöbəsinə üzərində narkotik vasitə ilə gələn adam yoxdur. Təhqiqat zamanı şəxsin əməlinə hüquqi qiymət verilmir və o, təqsirləndirilən şəxs qismində cəlb olunmur. Şəxsin hansı əməlləri törətməsi barədə onlarda məlumat olmur. Onların cəmi 24 saat araşdırma müddəti var. Bu səbəbdən raportda Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə yazmışdır. Narkotik vasitələrin qanunsuz dövriyyəsi deyiləndə bura narkotik vasitəni əldə etmə, daşıma, saxlama və s. daxildir. Əgər raportda əldə etmə, daşıma, saxlama yazsa, belə çıxır ki, yalnız istifadə üçün olduğunu bildirmək istəyir. Təqsirləndirilən şəxs onun yanına gətirilən kimi şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarışın dəqiq aparılma vaxtını xatırlamır, mart ayının əvvəlləri olmuş, həmin vaxt hava tez qaraldığından güman edir ki, saat 17-18 radələri olmuşdur. Bundan əvvəl Təqsirləndirilən şəxs üç saat şöbədə saxlanıldığı fərz edilərsə, sonra yanına gətirilmiş, daha sonra üzərində şəxsi axtarış keçirilmiş və bunlar da bir saata yaxın vaxt aparmış, ondan sonra da avtomobilə baxış keçirilmişdirsə, bu zaman videoçəkilişdən göründüyü kimi hava işıqlı ola bilməzdi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ünvanladığı bəzi sualları bir neçə dəfə təkrar etmiş, döyülməsi ilə bağlı iki dəfə Elşənə sual vermiş, əlavə olaraq müdafiəçi də ona təzyiq göstərilib-göstərilməməsi barədə soruşmuş, müsbət cavab almamışlar, yəni, Elşən döyülməsi barədə heç bir söz deməmişdir. Avtomobilə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs yenidən xidməti otağına gətirilmiş, izahatı alınmış, sənədləri imzaladıqdan sonra müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs boynundakı əyrilik barədə soruşmuş, o da cavabında bunun anadangəlmə olduğunu bildirmişdir. Bildiyinə görə hadisənin üzə çıxma səbəbi şəxsin özünün bu barədə etiraf etməsi olmuşdur. Belə ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs saxlanılarkən polisə üzərində narkotik vasitə olmasını, şöbəyə getmək istəmədiyini deməsi barədə bildirmişdir. Polis şöbəsinin qeydiyyat kitabına Təqsirləndirilən şəxs adı onun deyil, yol polisinin raportu əsasında salınmışdır. Hazırki iş üzrə məlumatın “Şəhər, Rayon, Xətt Polis Orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”-na “HK-248” nömrəsi ilə daxil edilməsi cinayət işi ilə bağlı məlumat kimi yazılmışdır. Qeydiyyatı məsul növbətçi aparır və ümumiyyətlə bu barədə heç bir fikri yoxdur. Onun yanında heç bir polis əməkdaşı Təqsirləndirilən şəxs döyməmişdir. Təqsirləndirilən şəxs barəsində narkoloji yoxlamanı o təyin etməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Beyləqan Rayon Polis Şöbəsində Əməliyyat işləri üzrə rəis müavini, polis mayoru Şahid3 cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, bundan əvvəl Astara Rayon Polis Şöbəsində əməliyyat işləri üzrə rəis müavini vəzifəsində işləmiş, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onun tutulması barədə elə həmin gün məlumatı olmuşdur. Təqsirləndirilən şəxs saxlanıldığı gün işdə olmuş, Elşəni ümumiyyətlə görməmiş, tutulmasında iştirak etməmişdir. Təqsirləndirilən şəxs tutulması üçün onlara əməliyyat məlumatı daxil olmamışdır. Onun tutulan bütün şəxsləri görmək kimi bir səlahiyyəti olmamış, bəzi hallarda tutulan şəxsləri qəbul etmişdir. Təqsirləndirilən şəxs tutulmasında əməliyyat qrupu iştirak etməmişdir. Təqsirləndirilən şəxs əvvəllər onu görməmişdir və belə olan halda onun adını çəkməsinin səbəbini dəqiq bilmir. Təqsirləndirilən şəxs cibinə psixotrop maddə qoymamışdır. Yol Patrul Xidməti əməkdaşlarının raportu növbətçi hissəyə daxil olandan bir saat ərzində ona kimin cinayət törətdiyi, saxlanıldığı və ya üzərinə baxış keçirildiyi barədə məlumat daxil olmuş, adətən daxil olan materiallara nəzarət etmişdir. Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə Astara rayonunda onun əsas vəzifəsi olmuş, Təqsirləndirilən şəxs tutulduğu dövrdə yüz kiloqrama yaxın narkotik vasitəni dövriyyədən çıxarmışdır. Ona görə də, bu sahənin cinayətkarları onu tanıyırlar. Təqsirləndirilən şəxs onun adını çəkməsini də bununla əlaqələndirmişdir. Ona Təqsirləndirilən şəxs barəsində əvvəllər əməliyyat məlumatı daxil olmamışdır. Praktikada şəxsin üzərində narkotik olmasını etiraf etdiyi hallar bəzən olur, lakin Təqsirləndirilən şəxs psixotrop maddəni niyə etiraf etməsini bilmir. Təqsirləndirilən şəxs onun tərəfindən təhqir olunması, döyülməsi, hədələnməsi barədə dediklərini bütün saxlanılan şəxslərin oxşar məzmunda ifadə vermələri ilə əlaqələndirmişdir. Sabiq xidməti otağı şöbənin inzibati binasının qapısından içəri girib sola dönəndə sağ tərəfdə olmuş və otağın qarşısında divardakı trafaretdə adı qeyd olunmuşdur. Təqsirləndirilən şəxs onun otağının yerini bilməsini Astara Rayon Polis Şöbəsinin inzibati binasının ikimərtəbəli, balaca bir bina olması ilə əlaqələndirmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis kapitanı Şahid5 cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tanımış, onunla qohumluq münasibəti, ədavət və ya düşmənçiliyi olmamışdır. Belə ki, bundan əvvəl Astara Rayon Polis Şöbəsində İstintaq Bölməsinin baş müstəntiqi vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs aid portal çıxarışında saat 16:00 radələrində saxlanılmasına baxmayaraq, saatın 04:12 göstərilməsi kompüterin saatındakı nasazlıqdan ola bilər. Təqsirləndirilən şəxs barəsində material ona, saxlanılandan bir gün sonra daxil olmuşdur. Qeydiyyat kitabında Təqsirləndirilən şəxs barəsində aparılan qeydiyyat barədə heç bir fikri yoxdur, çünki, həmin kitaba məsul şəxs o deyildir. Hazırki cinayət işi üzrə müdafiə tərəfinin təkrar məhkəmə-tibbi ekspertizanın təyin edilməsi barədə vəsatətinin təmin olunmamasına əsas bu barədə ekspertizanın təyin olunması və rəyin alınması, təkrar ekspertizaya zərurət olmaması olmuşdur. Əgər Təqsirləndirilən şəxs hər hansı xəsarət olsaydı, istintaq təcridxanası bu barədə prokurorluğa sorğu vermiş olardı. Adətən, təcridxanaya daxil olan şəxslərdə azacıq cızıq da olsa rayon prokurorluğuna bu barədə məlumat göndərilir və bu barədə əlavə tibbi ekspertiza təyin edilir. İstintaq təcridxanasından Təqsirləndirilən şəxs barəsində heç bir sorğu daxil olmamışdır. Təqsirləndirilən şəxs dindirərkən ona hər hansı fiziki və ya psixi təsir olunub-olunmaması barədə sual vermiş, cavabında ona heç bir təzyiq göstərilmədiyini demişdir. Onun təqsirləndirilən şəxsin bədəninə baxma səlahiyyəti yoxdur, ekspert deyildir. Videogörüntüdə şəxsin bədən dilinə baxıla bilər. Şəxs yalan deyə bilər, amma bədən dilindən nə olduğu aydınlaşar. Yol polisi əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılarkən aparılmış videoçəkilişi tələb etməmiş, bunu lüzum bilməmiş, müdafiəçi də istintaq dövründə bu barədə vəsatət verə bildiyi halda, bu hüququndan istifadə etməmişdir. Belə ki, müdafiəçi müdafiə taktikası qurur və işdə nələrə toxunmalıdır, nə etməlidirsə bilməlidir. Həmin videoçəkilişi şəxsin təqsirləndirilməsinə aid sübut olmadığı üçün götürməmişdir. Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılması məzmunda raportları o tərtib etməmişdir. Bununla bağlı suala həmin raportları tərtib etmiş şəxslər cavablandıra bilərlər. Dindirmə zamanı Təqsirləndirilən şəxs ona qarşı fiziki və ya psixoloji təzyiq göstərilməsi barədə deməmişdir. Vəkilin iştirakı ilə ona bu barədə sual vermiş, sonuncu təzyiq və ya təsirə məruz qalmadığını bildirmişdir. Təqsirləndirilən şəxs tam rahat, sərbəst formada ifadə vermiş, yanında su olmuş, ona sərbəst ifadə verməsi üçün şərait yaradılmış, ona verilmiş ittihamın mahiyyətini izah etmiş və o, ifadəsində özünü həmin ittihamla təqsirli bildiyini demişdir. Müqavilə üzrə vəkili işə daxil olandan sonra Təqsirləndirilən şəxs yenidən ifadə vermiş, həmin vaxt Elşənə vaxtında belə ifadə versəydi, o cür də yazacağını bildirmişdir. Təqsirləndirilən şəxs saxlayan yol polisi əməkdaşlarını ayrı-ayrı vaxtlarda dindirmişdir. Onların danışıqları, müraciətlərinin eyni formada olmasını onunla əlaqələndirmişdir ki, ola bilər ki, onları dindirəndə birinin ifadəsini digərinin ifadəsi üzərində işləmiş, sənədlər də eyni qaydada tərtib olunmuşdur. Məhkəmənin təşəbbüsü əsasında əlavə şahid qismində dəvət olunaraq məhkəmə iclasında dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Narkoloji Xəstəxanasının baş həkimi, həkim-narkoloq Şahid6 cinayət prosesi iştirakçılarının suallarını cavablandıraraq, Təqsirləndirilən şəxs tanımasını, onunla qohumluq münasibəti, ədavət və ya düşmənçiliyinin olmamasını bildirmişdir. Təqsirləndirilən şəxs barəsində rəyi komissiya şəklində o vermişdir. Müayinə adətən komissiya şəklində aparılır. Komissiya sədri olmaqla, həkim-terapevt Akif Şükürov və həkim-nevroloq Jalə Ağayeva ilə birlikdə Təqsirləndirilən şəxs ətraflı müayinə etmiş, onun anamnezini toplamışlar. Sorğu zamanı şəxs özü əvvəllər epizodik olaraq bir-iki dəfə narkotik istifadə etdiyini etiraf etmişdir. Amma müayinə zamanı onda abstinensiya, yəni narkotik vasitəni qəbul etmənin xarakterik əlamətləri, habelə narkotik vasitələrə qarşı hər hansı fiziki və ya psixi asılılıq aşkar edilməmişdir. Heç bir ağrıları olmamış, yuxusu, iştahası normal olmuş, yəni narkotik vasitələrdən istifadə etmənin hər hansı bir əlaməti aşkar olunmamışdır. Bundan başqa, ekspress test üsulu ilə müayinə nəticəsində Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində AMP(-) aşkar olunmamış, lori dildə desə həmin sidik nümunəsi testdən keçirilmiş və nəticə neqativ olmuşdur. Onlar müstəntiqin qoyduğu suallara cavab olaraq belə nəticəyə gəlmişlər ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkotester ən obyektiv müayinə üsullarından biridir və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuşdur. Həmin testin nəticəsi də mənfi olmuş, yəni bioloji mühitdə müayinə olunan şəxsdə narkotik vasitə istifadə etmənin əlamətləri aşkar olunmamışdır. Ekspertiza keçirəndə adətən cinayət işinin materialları, şəxsin verdiyi izahat, ifadələrlə tanış olur, özü ilə də sorğu aparır və bütün bunları tutuşdururlar. Hazırki cinayət işi üzrə ekspertiza keçirərkən Təqsirləndirilən şəxs də izahat və ifadələri ilə tanış olmuşlar. Şəxs özü komissiyaya əvvəllər epizodik olaraq narkotikdən istifadə etdiyini bildirdiyinə görə rəydə narkotik vasitədən istifadə hallarının istisna olunmadığını qeyd etmişlər. Hər bir narkotik vasitənin bioloji mühitdə qalma müddəti vardır. Ən çox qalma müddəti marixuanada aşkar olunur ki, bu da 30-34 (otuz-otuz dörd) gün müddətdir. Digər narkotik vasitələr isə, adətən son istifadədən 15-20 (on beş-iyirmi) gün sonraya qədər qalır. Son 30-35 (otuz-otuz beş) gündə narkotikdən istifadə edilməyibsə, narkotester narkotik istifadəsini göstərmir. Şəxsin narkotik vasitə istifadə etməsini bildirməsi subyektiv məsələdir, onun həyat tərzini ifadə edir və şəxsi mülahizəsidir. Ekspert olaraq şəxsin dediklərini də nəzərə alırlar, amma bu dedikləri obyektiv müayinənin nəticəsi olması anlamına gəlmir. Təqsirləndirilən şəxs əvvəllər narkotik istifadə etdiyini bildirməsəydi, rəydə onun narkotik vasitələrdən istifadə etməsinin istisna edilmədiyi yazılmayacaqdı. Qan analizi də aparılmışdır. Lakin, qan analizi narkotik vasitəni müəyyən etmək üçün deyil, hər hansı yanaşı xəstəlikləri aşkar etmək üçündür. Səhiyyə Nazirliyi tərəfindən verilmiş göstərişə əsasən, müayinəyə müraciət edən hər hansı şəxsdə QİÇS, hepatit və s. xəstəliklərin olub-olmadığını aşkar etmək üçün qan nümunəsi də götürürlər. Bu xəstəliklər əsasən narkotik vasitələrdən istifadə edən şəxslərdə görülür və bu səbəbdən də müayinə olunan şəxslərə qan nümunəsi götürülməsi təklif olunur. Qan analizinin narkotik vasitədən istifadəyə aidiyyəti olmadığı üçün rəydə bu barədə qeyd etməmişlər. Həmin analizin nəticələrinin özlərində qeydiyyatı aparılmışdır. Təqsirləndirilən şəxs götürülmüş qan analizində yuxarıda qeyd etdiyi xəstəliklər aşkar olunmamışdır. Beləliklə, həm ibtidai istintaq, həm də məhkəmə baxışında toplanmış sübutların məhkəmə tərkibi tərəfindən müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs təqsirinin sübuta yetmədiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş aşağıdakı ilkin araşdırma materiallarından, yəni; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Astara Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (iş vərəqi 01). Astara Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsi Yol Patrul Xidmətinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, həmin tarixdə, saat 16:00 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21013” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil Astara şəhəri, H.Əliyev prospektində yol patrul xidmətinin əməkdaşları tərəfindən inzibati xəta ilə əlaqədar (təhlükəsizlik kəmərindən istifadə etmədiyi, mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsinin idarə edilməsi, avtomobilin etibarnamə olmadan idarə edilməsi, konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə) saxlanılmış, həmin vaxt o, özünü şübhəli və qeyri-səmimi aparmış, daha sonra isə üzərində narkotik vasitə olduğunu səmimi etiraf edərək, bu səbəbdən idarə etdiyi avtomobilin polis şöbəsinin müvəqqəti duracağına yerləşdirilməsinə etiraz etmiş, dərhal avtomobili ilə birlikdə şöbəyə gətirilmiş, inzibati protokol tərtib olunmuş və barəsində qanuni tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur (iş vərəqi 03). “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında” İXP6084616 nömrəli protokol və “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” TP6331735 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 342.5, 342.1.3 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 50 (əlli) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir (iş vərəqi 04). Müdafiəçinin məhkəməyə təqdim etdiyi mədaxil qəbzi, nəqliyyat vasitəsində cərimənin mövcudluğu barədə məlumata dair sənədlərdən həmin cərimənin Təqsirləndirilən şəxs anası Rəsmiyyə Əliyeva tərəfindən ödənilməsi məlum olmuşdur. Şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış portalından Təqsirləndirilən şəxs dair məlumatları özündə əks etdirən çıxarışdan görünür ki, sorğunun tərtibat tarixi və vaxtı “xxxx-2024, 04:12”, çap tarixi və vaxtı isə “xx-xx-2024, 16:12” göstərilmişdir (iş vərəqi 05). Astara Rayon Polis Şöbəsi Təhqiqat Bölməsinin xx.xx.2024-cü il tarixli qərar və protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:15-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 06-07). Təqsirləndirilən şəxs Astara Rayon Polis Şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, həmin tarixdə onun idarə etdiyi “VAZ-21011” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazı olmamışdır (iş vərəqi 21). Astara Rayon Polis Şöbəsi Təhqiqat Bölməsinin xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə barədə”, “baxış və götürmə barədə” protokollarından görünür ki, həmin tarixdə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü, arvadı X27 məxsus şəxsiyyət vəsiqəsini, həmin şalvarın sol yan cibindən “Samsung” markalı mobil telefon və avtomobilin açarını təqdim etmişdir. Şəxsi axtarış zamanı Elşənin əynində olan göy rəngli şalvarın sağ arxa cibindən iki ədəd 5 (beş) manatlıq pul əskinası olmaqla, ümumilikdə 10 (on) manat pul vəsaiti, mobil telefonun arxa hissəsində bir ədəd 50 (əlli) manatlıq pul əskinası aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofan bükümün içərisinə baxış keçirilərkən psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu, həmin kütlə elektron tərəzidə çəkilərək təxmini 9,51 qram olması müəyyən edilmiş və qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi qanuni predmetlər özünə qaytarılmış, mobil telefon isə iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21011” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilmiş, heç bir qanunsuz premet və əşya aşkar edilməmiş, videogörüntüləri özündə əks etdirən protokola əlavə olunmuş və sorğu əsasında (diskin zədəli olması səbəbindən açılmamasına görə) məhkəməyə təqdim olunmuş DVD disklərə məhkəmə iclasında baxılmışdır (iş vərəqi 22-25). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Lənkəran Regional Bölməsinin 19/218 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlə....” sözlər və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 9,072 qram ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 60 (altmış) manat müəyyən edilmişdir (iş vərəqi 31-33). Astara Rayon Polis Şöbəsi Təhqiqat Bölməsinin xx.xx.2024-cü il tarixli raport və qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material aidiyyatı üzrə şöbənin istintaq bölməsinə göndərilmişdir (iş vərəqi 35-36). Astara Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə götürülmüş, qalıq çəkisi 8,972 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün polis şöbəsində olan maddi sübutların saxlanması otağına təhvil verilmişdir (iş vərəqi 47). Astara Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 49-50). Astara Rayon Məhkəməsinin 4(018)-17/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 07 mart 2024cü il, saat 16:00-dan hesablanmaqla dörd ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqi 63-68). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Narkoloji Xəstəxanasında Ambulator Məcburi Narkoloji Tibbi Yoxlamanın xx.xx.2024-cü il tarixli, 239 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitə istifadə halları istisna olunmayır. Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 70). “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin 88 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir (iş vərəqi 71-72). Astara Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “Samsung” markalı qara rəngli mobil telefonun “adlar”, “mesajlar”, “zənglər” bölməsinə, habelə menyu hissəsində yerləşən digər proqramlara baxış zamanı iş üzrə hər hansı bir əhəmiyyət kəsb edən məlumata rast gəlinməmişdir (iş vərəqi 75). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 76). Astara Rayon İcra Hakimiyyəti başçısının Ərçivan Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışı, xx.xx.2024-cü il tarixli xasiyyətnaməsi, doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla orada yaşamış, ailə tərkibi arvadı, xx.xx.2015-ci il təvəllüdlü iki oğlundan ibarətdir və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (iş vərəqi 82-83; 140-141). xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, vətəndaş X25 oğlu Astara Rayon Polis Şöbəsinin duracağında ona məxsus olmaqla, tanışı Təqsirləndirilən şəxs idarə etmək üçün verdiyi “VAZ-21011” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilini salamat vəziyyətdə, sənədləri ilə birlikdə təhvil almışdır (iş vərəqi 86). Astara Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayonu Ərçivan qəsəbə kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə istifadəçisi olması halları ilə bağlı məlumat əldə olunsa da, onun əldə etdiyi psixotrop maddəni haradan əldə etməsi, habelə narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat əldə olunmamışdır, buna görə də, əməliyyat-axtarış tədbirləri davam etdirilir (iş vərəqi 95). Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti Astara Rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Astara Rayon Polis Şöbəsində quraşdırılmış inzibati binanın həyətyanı sahəsini müşahidə edən kameraların yaddaş qurğusunda baş vermiş texniki nasazlıq səbəbindən vizual baxış aparılsa da, görüntülər saxlanılmadığından, hazırki dövrdə də nasazlıq aradan qaldırılmadığı üçün həmin müşahidə kamerası vasitəsilə 07 mart 2024-cü il tarixdə, saat 15:30-16:00 radələrində qeydə alınan videogörüntülərin təqdim edilməsi mümkün olmamışdır (iş vərəqi 108). Astara Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “telefon danışıqları ilə bağlı diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus 051 ***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2024-cü il saat 00:00-dan xx.xx.2024-cü il saat 17:00-dək olan müddət ərzində edilən zənglərin və sms-lərin siyahısı, mətnləri, vaxtı, müddəti, əhatə dairəsi (dislokasiya yeri), nömrə sahibləri və onların yaşayış və qeydiyyatda olduqları ünvanlar barədə məlumatlara "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli müşayiət məktubu ilə daxil olmuş CD diskə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən məlumat aşkarlanmamışdır (iş vərəqi 109-111). xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon anası Rəsmiyyə Əliyevaya qaytarılmışdır (iş vərəqi 124). Astara Rayon Polis Şöbəsi İstintaq Bölməsinin 08 və 09 iyun 2024-cü il tarixli “üzləşdirmə protokol”-larından görünür ki, Təqsirləndirilən şəxslə şahidlər Fuad Əliyev, Şahid1, Şahid2 arasında üzləşdirmə keçirilmiş və onlar ifadələrində bildirdikləri xüsusatları əyani olaraq bir-birilərinin üzünə qarşı söyləmişlər (iş vərəqi 142-152). Astara Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış; aşkar edilmiş psixotrop maddənin mənbəyinin müəyyən edilməsi məqsədi ilə hazırki cinayət işindən icraata ayrıca cinayət işi ayrılmış; şəxsi axtarış, baxış, götürmə istintaq hərəkətlərinin aparılmasını, şübhəli və təqsirləndirilən şəxs qismində dindirmə zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən DVD disklər maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqi 153- 159; 160-161 ). Cinayət işinin məhkəmə istintaqı zamanı məhkəmənin sorğusu əsasında daxil olmuş və məhkəmə iclaslarında elan olunmaqla tədqiq edilmiş aşağıdakı sənədlərdən, yəni; Astara Rayon Məhkəməsinin 4(018)-17/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin məhkəmənin eyni nömrəli, 10 mart 2024-cü il tarixli qərarındakı anlaşılmazlıq aradan qaldırılmış, yəni, qərarda “Təqsirləndirilən şəxs Vahid oğlu” sözləri “Təqsirləndirilən şəxs” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli müşayiət məktubu daxil olmuş 2379/2024 nömrəli “məhkumun tibbi kitabçası”nın təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə istintaq təcridxanasına daxil olmuş, müayinə zamanı xəsarət aşkar edilməmiş, sol qaşda, sağ dizdə köhnə çapıq toxuması, sol qasıq nahiyəsində cərrahiyyə əməliyyatından sonrakı köhnə çapıq toxuması müşahidə olunmuşdur. Azərbaycan Respublikası Baş Prokurorluğu Xidməti Araşdırmalar İdarəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə müdafiəçisinin müraciəti əsasında həmin idarədə araşdırma aparılmış və Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən işgəncələrə və digər qanunsuzluğa yol verilmədiyi müəyyən olunduğu üçün material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə (cinayət hadisəsi olmadıqda) əsasən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs müraciəti əsasında Xidməti Araşdırmalar İdarəsində araşdırması aparılmış material üzrə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarda araşdırma zamanı toplanmış bütün sənədlər öz əksini tapmışdır və həmin qərarın nəzərə alınması qeyd olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin T701/2024 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, müayinə olunan Təqsirləndirilən şəxs sol qaş nahiyəsində və sağ diz nahiyəsində bozumtul rəngli çapıq vardır, sol saidin yuxarı 1/3-nin ön-iç səthində 2x0,5 sm ölçülü, zəif nəzərə çarpan qəhvəyimtil çalarlı piqmentasiya sahəsi izlənilir, bədən səthi üzərində digər xəsarət və ya xəsarət izi aşkar edilməmişdir, nəticədə istər istintaq təcridxanasının tibbi sanitar hissəsində müayinədən keçərkən, istər ilkin, istərsə də təkrar məhkəmə-tibbi ekspertizası zamanı qərarda göstərilən tarixə uyğun hər-hansı xəsarət və ya onun izi aşkar edilməmişdir. Astara Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş “Şəhər, Rayon, Xətt Polis Orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”, “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”-dan çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şöbənin qeydiyyat kitabında HK-248 nömrəsi ilə qeydiyyata alınmış, həmin gün saat 16:45-də müvəqqəti saxlama yerinə təhvil verilmiş, saat 18:50-də tibbi müayinədən keçirilmiş və heç bir bədən xəsarəti aşkarlanmamış, xx.xx.2024-cü il tarixdə, saat 11:00-da Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Astara Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, şöbəyə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar məlumat 07 mart 2024-cü il tarixdə daxil olmuşdur. Astara Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyət məlumatlarına dair portal çıxarışının üzərində qeyd edilən saat “16:12” 24 saatlıq saat sisteminə uyğun olaraq, “04:12” isə 12 saatlıq saat sisteminə uyğun olaraq göstərilmişdir. Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə edilmiş 4(018)-17/2024 nömrəli, xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri məsələsinə baxılması ilə əlaqədar həmin məhkəmədə eyni tarixdə keçirilmiş məhkəmə iclasının audio-video qeydiyyatı aparılmamışdır. Astara Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə edilmiş sənədlər, habelə portal çıxarışlarından görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ- 21011” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair sorğuda göstərilən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək olan dövrdə yalnız məlum hadisə ilə bağlı xx.xx.2024-cü ildə inzibati protokol tərtib olunduğu və qərar qəbul edildiyi müəyyən olunmuşdur. Bundan əlavə, həmin nəqliyyat vasitəsini Sabirabad rayonu, Cəngan kənd sakini X26 xx.xx.2023-cü il tarixdə idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş “təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmə” inzibati xətasını törətdiyinə görə 40 (qırx) manat məbləğində cərimə olunmuş, xx.xx.2023-cü il tarixdə həmin cərimə ödənilmişdir. Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 30 (otuz) saat 30 (otuz) dəqiqə iş saatı həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin 2-ci bəndi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (Cinayət-Prosessual Məcəllənin 1.1-ci maddəsi). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 10-36-cı maddələrində göstərilmiş cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri cinayət təqibinin həyata keçirilməsinin əsasını təşkil edən qaydaları, insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini, hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən edir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir və bu ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andrey Yevgeniyeviç Orlovun Rusiya Federasiyasına qarşı” işi üzrə xx.xx.2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə xx.xx.2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında onların hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi vasitəsilə iştirak etmiş, onlara sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz fikirlərini bildirmiş, əleyhinə ifadə verən şahidlərə müdafiəçisi və bilavasitə özü tərəfindən suallar verilmiş, məhkəməyə vəsatətlər təqdim olunmuş və beləliklə, təqsirləndirilənə qarşı irəli sürülmüş ittiham tərəflərindən mübahisələndirilmişdir. Məhkəmə tərkibi cinayət işinin materiallarını nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və ibtidai istintaq orqanının müəyyən etdiyi halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, habelə ilkin sübutlar qanunsuz yolla, habelə müdafiə tərəfinin vəsatətləri təmin olunmamaqla, təmin olunmuş vəsatətləri isə səthi araşdırılmaqla və bununla da iş üçün əhəmiyyətli halların vaxtında aşkar olunmasının qarşısı alınmaqla ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından ona bəraət verilməlidir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarının və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının konkret müddəalarını rəhbər tutaraq Təqsirləndirilən şəxs cinayət əməlinə hüquqi qiymət verərkən müəyyən etmişdir ki, məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxsin əleyhinə sübutlar toplanılarkən ibtidai istintaq orqanı tərəfindən sadalanan Qanunların və Avropa Konvensiyasının tələbləri kobud şəkildə pozulmuş, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasına nail olunması məqsədilə sübutlar qəsdən saxtalaşdırılmış, iş üzrə ilkin materiallar toplanılarkən qeyri-hüquqi metodlardan istifadə olunmuş, Təqsirləndirilən şəxs qanunsuz olaraq azadlıqdan məhrum edilmiş, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları tərəfindən həm məhkəməyədək icraat mərhələsində, həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı ziddiyyətli ifadələr verilmişdir. Belə ki, cinayət işi üzrə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 07 mart 2024-cü il tarixdə, saat 16 radələrində Astara şəhəri, H.Əliyev prospektində idarə etdiyi “VAZ-21011” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən Astara Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsi Yol Patrul Xidmətinin inspektorları tərəfindən saxlanılaraq Astara Rayon Polis Şöbəsinin inzibati binasına gətirilməsi barədə xx.xx.2024-cü il tarixli raport, şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərar, Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış və götürmə barədə”, idarə etdiyi avtomobilə dair “baxış və götürmə barədə” tərtib olunmuş xx.xx.2024-cü il tarixli protokollar, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə, təmiz çəkisi 9,072 qram olan psixotrop maddə metamfetaminin aşkar olunması barədə xx.xx.2024-cü il tarixli raport, o cümlədən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu 08-xx.xx.2024-cü il tarixli ifadələri onun üzərindən aşkarlanan psixotrop maddə metamfetaminin özünə aid olması, əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmamışdan on-on beş gün əvvəl Lənkəranda tanımadığı şəxsdən nə vaxtsa istifadə etməsi üçün alması, ona qarşı polis əməkdaşları tərəfindən fiziki təzyiq, psixi təsir göstərilməməsi hissələrində, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli, 88 nömrəli rəyi, Astara Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin xx.xx.2024-cü il tarixli məlumatı, Astara Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölüyü Yol Patrul Xidməti inspektorları Şahid1, Şahid2 həm ibtidai istintaq, həm məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən Elşənin üzərində psixotrop maddə metamfetamin olması, buna görə polis şöbəsinə aparılmamasına kömək etmələri barədə deməsi hissəsində verdikləri ifadələri reallığı əks etdirmir. Odur ki, qeyd olunan sübutlar mötəbər sübutlar kimi qəbul edilə və qiymətləndirilə bilməz. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli madələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü tarixli, 8 nömrəli Qərarının 1-ci bəndində qeyd olunur ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, habelə narkotik vasitələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə bağlı əməllərin aşkar edilməsi, cinayət təqibinin aparılması, əməliyyat axtarış fəaliyyəti və ibtidai istintaq üzərində məhkəmə nəzarətinin həyata keçirilməsi, cinayət işlərinə məhkəmədə baxılması zamanı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə ciddi əməl olunması, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni və müvafiq dövlət orqanlarının fəaliyyətini tənzimləyən normativ hüquqi aktların düzgün tətbiq edilməsi, hər bir cinayət işi üzrə ittihamın həllində əhəmiyyətli olan bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması, məhkəmə baxışının qanuni, əsaslı və ədalətli yekun qərarların çıxarılması ilə nəticələnməsi üçün məhkəmə fəaliyyətinin cinayət mühakimə icraatının əsas prinsiplərinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin digər müddəalarına uyğun olaraq təşkil olunması və həyata keçirilməsi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hazırki iş ürzə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham bir-biri ilə uzlaşmayan, biri digərini tamamlamayan sübutlarla əsaslandırılmışdır. Məhkəmə onu da qeyd edir ki, sübutetmə yükünün paylanmasına əsasən təqsirləndirilən şəxs öz təqsirsizliyini sübuta yetirməyə borclu olmadığından onun təqsirliliyinin sübuta yetirilməsi zamanı ittiham tərəfinin yol verdiyi boşluqlar özü tərəfindən qanunla yol verilən şərtlər çərçivəsində tamamlanmadığı təqdirdə həmin natamamlıqlar barədə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillərin təsdiq edilməsi müdafiə tərəfinin üzərinə düşməməklə ittiham tərəfinin mövqeyinə əsasən təkzib edilməlidir. “İrlandiyanın İngiltərəyə qarşı işi üzrə” xx.xx.2018-ci il tarixli Avropa Məhkəməsinin qərarında göstərilmişdir ki, sübutun qiymətləndirməsi üçün “əsaslı şübhələrdən kənar” standartını rəhbər tutaraq sübutetmə prosesini həyata keçirən məhkəmə belə sübut qismində yalnız işin faktiki halları ilə uyğun olan və ya həmin hallarla təkzib edilməyən, habelə, kifayət qədər güclü, aydın əlamətlərə məxsus olan hallar istifadə edə bilər. Bu nöqteyi nəzərdən sübutların toplanılması zamanı tərəflərin davranışı da nəzərdən keçirilməlidir. Məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamda onun 07 mart 2024-cü il tarixdə, saat 16:00 radələrində Astara şəhəri, H.Əliyev prospektində idarə etdiyi “VAZ-21011” markalı, **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən Astara Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsi Yol Patrul Xidmətinin inspektorları tərəfindən avtomobilin arxa hissəsinin aşağı olması, bununla da həmin avtomobildə kostruksiya dəyişikliyi olmasını güman edərək saxlanılıb, təhlükəsizlik kəmərindən istifadə etmədiyi, avtomobili etibarnaməsiz idarə etməsi müəyyən olunandan sonra polis şöbəsinin duracağına aparılmalı olduğu bildiriləndə, Təqsirləndirilən şəxs israrla şöbəyə getmək istəməməsi və bunun da əsas səbəb kimi üzərində psixotrop maddə metamfetamin olması ilə əlaqələndirilməsi, hətta inspektor Şahid2 üzərində psixotrop maddə metamfetamin olması və ona kömək etməsi barədə özünün deməsi fikri absurddur. Belə ki, üzərində hər hansı qanunsuz predmet olan şəxs polis şöbəsinə idarə etdiyi avtomobillə bağlı inzibati xətaya yol verdiyi üçün dəvət olunduqda üzərində yoxlanış aparılmamasını bildiyi halda, özündə psixotrop maddə olmasını etiraf etməsi məntiqə uyğun deyildir. Ələlxüsus 07 mart 2024-cü il tarixində saxlanılandan bir müddət öncə avtomobili etibarnaməsiz idarə etdiyi üçün yol polisi əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gedib cəriməni elə oradaca ödəyəndən sonra maşını ilə sərbəst buraxılan şəxsin bunu etməsi mümkün deyil. Bununla əlaqədar Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsində bildirmişdir ki, 07 mart 2024-cü il tarixindən bir ay-ay yarım əvvəl də polis əməkdaşları tərəfindən saxlanılmış, səbəb avtomobili etibarnaməsiz idarə etməsi olmuş, həmin vaxt da avtomobilini cərimə meydançasına qoyub, elə oradaca cəriməni ödəmiş və təqdim olunmuş bir sənədi imzaladıqdan sonra maşınını götürüb getmişdir. Təqsirləndirilən şəxs bu barədə dedikləri ittiham üzrə şahidlər Astara Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsi Yol Patrul Xidmətinin inspektorları Şahid1 və Şahid2 tərəfindən də təsdiq olunmuşdur. Belə ki, Şahid1 və Şahid2 hər biri ayrıayrılıqda ifadələrində bildirmişdirlər ki, 07 mart 2024-cü il tarixindən əvvəl də Təqsirləndirilən şəxs saxlamışlar və tərəflərindən onun maşını etibarnamə olmadan idarə etdiyi müəyyən olunmuşdur. Belə olan halda Astara Rayon Polis Şöbəsinin Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ- 21011” markalı, **-BE-*** dövlət qeydoyyat nişanlı avtomobillə bağlı şöbədə xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixinədək inzibati protokol və qərarının olmaması barədə məlumatına əsaslansaq, o zaman məlum olur ki, Elşən xx.xx.2024-cü il tarixdə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılarkən haqlı olaraq cəriməni yerindəcə ödəyib buraxılmasını xahiş etmişdir. Çünki, bundan əvvəl saxlanılarkən eyni qaydada sərbəst buraxılmış, hətta qeydiyyat belə aparılmamışdır. Bununla əlaqədar məhkəmə bir məqama da diqqət yetirir ki, Yol Patrul Xidmətinin eyni əməkdaşları tərəfindən əvvəllər yol verdiyi inzibati xətaya, yəni avtomobili etibarnaməsiz idarə etdiyi üçün saxlanılaraq polis şöbəsinə aparılmış şəxsin üzərində psixotrop maddə olduğu halda həmin polis əməkdaşlarından bununla əlaqədar, yəni, polis şöbəsinə getmədən məsələnin yerində həll olunmasını xahiş edib, kömək istəməsi məntiqə uyğun deyildir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli, 517 nömrəli Qanununun mexaniki nəqliyyat vasitəsi sürücüsünün vəzifələrindən bəhs edən 37ci maddəsinin 1-ci hissəsinin 12-ci bəndinə əsasən, sürücü Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən sağ əlindəki üfiqi vəziyyətdə olan jezllə və ya onların nəqliyyat vasitələrindəki qırmızı və ya göy sayrışan işıqla və yaxud xüsusi səs siqnalı ilə ona verilən işarəyə nəqliyyat vasitəsini dayandırmalıdır. Həmin maddənin 3-cü hissəsində isə qeyd olunur ki, mexaniki nəqliyyat vasitələri yol-nəqliyyat hadisələri və ya nasazlıq nəticəsində zədələnmiş nəqliyyat vasitələrinin daşınması üçün (yalnız yük daşıyan nəqliyyat vasitələrini), təbii fəlakət yerlərinə getmək üçün, eləcə də qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş digər təxirəsalınmaz hallarda, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşlarına təqdim edilməlidir. Qanunun yuxarıda göstərilən müddəasının tələbindən də göründüyü kimi, Təqsirləndirilən şəxs yol polisi əməkdaşları tərəfindən idarə etdiyi avtomobilin konstruksiyasında dəyişiklik edilməsi, təhlükəsizlik kəmərindən istifadə etməməsi və avtomobilə etibarnaməsinin olmaması səbəbindən saxlanılarkən polis şöbəsinə mütləq qaydada getməli olması kimi bir vəzifəsi müəyyən edilməmişdir. Belə olan halda, habelə Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olduğunu fərz etsək, onu saxlayan yol polisi əməkdaşlarına aqressiv davranması, tərəflərindən avtomobilin polis şöbəsinə aparılmalı olduğu bildiriləndə, buna israrla etiraz etməsi ağılabatan deyildir. Təqsirləndirilən şəxs həmin vaxt polis şöbəsinə getmək istəməməsini müdirdən icazə alıb çıxdığı üçün işə qayıtmalı olması ilə əlaqələndirmişdir ki, onun bu barədə dedikləri, bundan əvvəl də yol polisi əməkdaşları tərəfindən saxlanıldığı və ona şöbəyə getməli olduğu bildiriləndə etiraz etmədən onlarla razılaşması ilə öz təsdiqini tapır, hansı ki, şahidlər Şahid1 və Şahid2 özləri də ifadələrində bu faktı təsdiq etmişlər. Belə ki, onlar hər ikisi də ifadələrində Təqsirləndirilən şəxs 07 mart 2024-cü il tarixdən bir müddət əvvəl də avtomobili etibarnaməsiz idarə etməsi səbəbindən saxladıqlarını, polis şöbəsinə dəvət etdiklərini, onun da etiraz etmədən onlarla birlikdə şöbəyə getdiyini bildirmişlər. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 121-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin 122.7, 122.8 və 124.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. 124.3-cü maddə isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxsin inzibati xəta haqqında protokol tərtib etməsini nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin istinad olunan maddəsinə əsasən qeyd edə bilərik ki, Yol Patrul Xidməti əməkdaşlarının Təqsirləndirilən şəxs avtomobillə birlikdə polis şöbəsinə gəlməsini israrla tələb etmək kimi bir səlahiyyətləri olmamışdır. Lakin onlar, Təqsirləndirilən şəxs avtomobili polis şöbəsinə aparmağı tələb etdiklərini özləri açıq etiraf etmiş (cild 01, i.v. 106) və bunu avtomobil saxlanılarkən “duracaq aktı” tərtib olunmadıqda tətbiq olunan ümumi qaydalarla əlaqələndirmişdirlər. Hətta, şahid qismində dindirilmiş inspektor Şahid1 ifadəsində bildirmişdir ki, 07 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs saxladıqları vaxt yerindəcə protokol tərtib edib avtomobili cərimə meydançasına apara bilərmişlər. Məhkəmə qeyd olunan hissədə hətta onu da qeyd edir ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs barəsində bu və ya digər səbəblərdən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməli olması barədə hər hansı bir məlumatın daxil olmasına dair rəsmi sənəd olmamış, Elşən tərəflərindən yalnız idarə etdiyi nəqliyyat vasitəsinin konstruksiyasında müşahidə olunan dəyişiklik, təhlükəsizlik kəmərindən istifadə etməmək və avtomobili idarə etməsi üçün etibarnaməsinin olmaması səbəbindən saxlanılmışdır. Doğrudur, cinayət işinin materiallarındakı “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il, “toplanmış materialın istintaq aidiyyəti üzrə göndərilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarlarda, Astara Rayon Polis Şöbəsi Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Şahid4 həmin polis şöbəsinin rəisinə ünvanladığı xx.xx.2024-cü il tarixli raportda, Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili, Həsən Ağayevin İstintaq Bölməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqla əlaqədar saxlanılması göstərilsə də, nə onu saxlayan yol patrul xidməti əməkdaşlarının ifadəsində, nə də, saxlanılması ilə əlaqədar tərtib olunmuş xx.xx.2024-cü il tarixli raportda bu fakt öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs birmənalı şəkildə idarə etdiyi avtomobillə bağlı inzibati xətaya yol verdiyi üçün yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Belə ki, şahidlər Şahid1 və Şahid2 hər biri ayrı-ayrılıqda ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs 07 mart 2024-cü il tarixdə idarə etdiyi nəqliyyat vasitəsinin konstruksiyasında müşahidə olunan dəyişiklik, təhlükəsizlik kəmərindən istifadə etməməsi və avtomobili idarə etmək üçün etibarnaməsinin olmaması səbəbindən saxlamışlar. Habelə, Astara Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsi Yol Patrul Xidmətinin xx.xx.2024-cü il tarixli raportunda həmin tarixdə, saat 16:00 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21013” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin Astara şəhəri, H.Əliyev prospektində yol patrul xidmətinin əməkdaşları tərəfindən inzibati xəta ilə əlaqədar (təhlükəsizlik kəmərindən istifadə etmədiyi, mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsinin idarə edilməsi, avtomobilin etibarnamə olmadan idarə edilməsi, konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə) saxlanılması qeyd olunmuşdur. Bundan başqa, məhkəmənin Astara Rayon Polis Şöbəsinə ünvanladığı Təqsirləndirilən şəxs barəsində şöbəyə 07 mart 2024-cü il tarixinədək narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar hər hansı bir məlumat daxil olub-olmaması barədə sorğusuna cavab olaraq həmin şöbənin xx.xx.2024cü il tarixli məktubu ilə sorğuda göstərilən tarixə kimi onlara belə bir məlumatın daxil olmadığı bildirilmişdir. Yaranmış ziddiyyətlə bağlı məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Astara Rayon Polis Şöbəsi Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Şahid4 ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, 07 mart 2024-cü il tarixdən əvvəl ona Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmamış, həmin tarixdə Yol Patrul Xidmətinin əməkdaşı bu barədə raportla müraciət etdiyindən, ona məlumat daxil olmuş, tərtib etdiyi xx.xx.2024-cü il tarixli raport isə aidiyyət raportu olduğundan həmin raportda Elşənin Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olan şəxs kimi saxlanılaraq şöbəyə gətirilməsini qeyd etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51.1, 51.1.2 və 51.4-cü maddələrinə əsasən, cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişi və nəticələri protokol və digər yazılı sənədlərdə, habelə tərkib hissəsi kimi onlara əlavə olunan fotoqrafik neqativlərdə, fotoşəkillərdə, diapozitivlərdə, audio yazılarda, fonoqramlarda, video və kino çəkiliş lentlərində, planlarda, sxemlərdə, izlərin surətlərində və basmalarda, rəsmlərdə, elektron və digər məlumat daşıyıcılarında əks olunmalıdır. Cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişinin və nəticələrinin protokollaşdırılması, bir qayda olaraq, cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir. Cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişini və nəticələrini protokollaşdıran sənədlər elə tərtib olunmalıdır ki, onların məzmunu bilavasitə və ya texniki vasitələrin köməyindən istifadə edilməklə aydın başa düşülsün. Məhkəmənin Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin və ya psixotrop maddələrin dövriyyəsi ilə əlaqədar xx.xx.2024-cü il tarixinədək olan müddətdə Astara Rayon Polis Şöbəsinə sorğu verməsinə digər səbəb cinayət işinin materiallarındakı Təqsirləndirilən şəxs şəxsiyyət məlumatlarına dair portal çıxarışının üzərində yuxarı hissədə xx.xx.2024-cü il, saat “16:12”, tərtibatı tarixi hissədə isə xx.xx.2024-cü il, saat “04:12” kimi qeyd edilməsinə aydınlıq gətirilməsi ilə bağlı olmuş, saat fərqinin Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə hər hansı bir məlumatın daxil olması ilə əlaqədar olub-olmaması sualı yaranmış, lakin məlum olmuşdur ki, sözü gedən sənəddəki saat fərqi “16:12” münasibətdə 24 saatlıq, “04:12” münasibətdə isə 12 saatlıq saat sisteminə uyğun olaraq göstərilmişdir. Hərçənd ki, şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1la Şahid2 bu barədə hər hansı bir fikirlərinin olmaması, təhqiqatçı Şahid4 yaranmış saat fərqini 12 saatlıq formatla, müstəntiq Şahid5 bunu kompüterin saatındakı nasazlıqla əlaqələndirməsini demələri qeyd olunan məsələni bu hissədə şübhəli məqam olaraq saxlamışdır. Məhkəmə istintaqı zamanı cinayət işi üzrə Təqsirləndirilən şəxs ifadəsindən məlum olmuşdur ki, 07 mart 2024-cü il tarixdə idarə etdiyi avtomobillə Astara şəhəri, H.Əliyev prospektində Yol Patrul Xidməti tərəfindən saxlanılarkən sosial müavinət düzəltməklə bağlı işdən icazə aldığı və işə tez qayıtmalı olduğu üçün cəriməni yerində ödəmək istədiyini bildirmiş, lakin polis əməkdaşı avtomobili şöbənin dayanacağına aparmaqda israrlı olduğundan, onunla razılaşaraq maşına minib şöbəyə sürmüşdür ki, orada cəriməni ödəyib, maşını da götürüb işinə qayıtsın. Polis şöbəsinə gedərkən avtomobildə yol polisi əməkdaşı Şahid2lə aralarında olan mübahisə də bununla bağlı olmuş, şöbəyə çatıb maşını duracağa yerləşdirdikdən sonra maşından düşən Şahid2 arxasınca piyada hərəkətdə olduğu vaxt Raufun onu təhqir etməsi nəticəsində əlbəyaxa olmuşlar. İttiham üzrə şahidlər Şahid1 və Şahid2 hər biri ayrı-ayrılıqda ifadələrində Təqsirləndirilən şəxs 07 mart 2024-cü il tarixdə Astara şəhəri, H.Əliyev prospektində tərəflərindən saxlanılarkən polis şöbəsinə getməyə israrla etiraz etməsini bildirmişlər. Belə olan halda, Təqsirləndirilən şəxs bu hissədə dedikləri, yəni, işinə qayıtmaq üçün avtomobilin cəriməsini yerində ödəmək istəməsi səbəbindən polis şöbəsinə getməməkdə israrlı olması öz təsdiqini tapmış olur. Lakin, Şahid2 ifadəsində Təqsirləndirilən şəxs 07 mart 2024-cü il tarixdə saxlanılarkən tərəfindən avtomobilin polis şöbəsinin duracağına aparılmalı olması bildiriləndə, Elşənin ona üzərində psixotrop maddə olduğunu deyib məsələni yerində həll etmələrini xahiş etməsini, bu barədə digər inspektor Şahid1 yaxınlaşıb deməsi, sonuncunun sürücünü aldadıb polis şöbəsinə aparmağı bildirməsi, habelə hər iki şahidin, yəni həm Şahid1, həm də Şahid2 sürücü Təqsirləndirilən şəxs həmin vaxt özünü şübhəli aparması barədə dedikləri onların özlərinin ifadələrindən başqa digər sübutlarla müəyyən edilməmişdir. Onların bu barədə dediklərinin əyani sübutu həmin vaxt öz üzərlərində və yol patrul xidməti avtomobilinə quraşdırılmış kamera görüntüləri olmuşdur ki, həmin görüntülər də ibtidai istintaq zamanı tələb olunmamışdır. Hər iki inspektorun hadisə vaxtı bütün videokameraların işlək vəziyyətdə olduğunu bildirdikləri və ibtidai istintaq orqanının məsul şəxsi həmin görüntüləri tələb edib iş materiallarına əlavə etməklə tədqiq etməli olduğu halda, sonuncu bunu etməmiş və səbəbi bu barədə müdafiə tərəfinin vəsatət verməməsi ilə əlaqələndirmişdir. Halbuki, müstəntiq işin araşdırılması zamanı yalnız ittihamın verilməsi ilə bağlı sübutları deyil, eyni zamanda şəxsin təqsirinin olmaması və ya xeyrinə olan digər sübutları da iş materiallarına əlavə etməli, işi obyektiv, tam və hərtərfli araşdırmalıdır. Cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiq istintaq və ya digər prosessual hərəkətləri qanuni və vaxtında aparmağa borcludur (Cinayət-Prosessual Məcəllənin 85.3-cü maddəsi). Bununla da, ibtidai istintaq orqanı cinayət-prosessual qanunvericiliyin sübutetmə institutunun, sübutların toplanılması müddəasının tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.1-ci maddəsində qeyd olunur ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 143.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə cinayət prosesi tərəflərinin vəsatəti, yaxud öz təşəbbüsü ilə sübutların toplanması prosesində fiziki, hüquqi və vəzifəli şəxslərdən, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlardan cinayət təqibi üzrə əhəmiyyət kəsb edən sənəd və əşyaları təqdim etməyə, yoxlama və təftişin keçirilməsini səlahiyyətli orqanlardan və vəzifəli şəxslərdən tələb etməyə haqlıdır. Bundan əlavə, məhkəmə istintaqı zamanı müəyyən edilmiş obyektiv hallardan görünür ki, Təqsirləndirilən şəxs 07 mart 2024-cü il tarixdə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən inzibati xəta ilə əlaqədar saxlanılarkən üzərində aşkar olunması qeyd olunan psixotrop maddə metamfetamini atmaq, hətta hadisə yerindən qaçmaq imkanı olmuşdur. Belə ki, Şahid1 ifadəsində bildirmişdir ki, 07 mart 2024-cü il tarixdə Astara şəhərində “Bayraq meydanı” adlanan ərazidə Şahid2lə birlikdə xidmətdə olarkən Təqsirləndirilən şəxs “VAZ-21011” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobildə tərəflərindən konstruksiya dəyişikliyi aşkar olunduğundan saxladıqları vaxt Rauf sürücüyə yaxınlaşmış, o isə xidməti avtomobilində oturmuş, az sonra Raufla sürücü Elşən arasında mübahisə yarandığını görüb, onlara yaxınlaşmış və sürücüyə maşının duracağa getməli olduğunu bir daha bildirmişlər. Bu vaxt ona radiostansiya vasitəsilə efirə çıxıldığından cavab vermək üçün xidməti avtomobilə yaxınlaşmış, Şahid2lə Təqsirləndirilən şəxs birlikdə qalmışlar. Bundan bir qədər sonra Şahid2 ona yaxınlaşaraq Təqsirləndirilən şəxs sonuncuya “mən səni tanıyıram, mənə köməklik göstər, üstümdə narkotik vasitə var” dediyini bildirmiş və bu müddətdə Elşən avtomobilinin yanında tək qalmışdır. Şahid1 bu hissədə dedikləri iş üzrə digər Şahid2 məhkəmədə verdiyi ifadəsində və cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara verdiyi cavablarda öz təsdiqini tapmışdır. Belə ki, Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs avtomobildə konstruksiya dəyişikliyi olması və etibarnamənin olmaması səbəbindən duracağa yerləşdirilməli olduğunu deyəndə, o təkid edərək getmək istəmədiyini bildirmiş, bu vaxt Şahid1 da onlara yaxınlaşıb Elşənə avtomobilin duracağa yerləşdirilməli olduğunu bildirmiş, ratsiya ilə çağırış gəldiyinə görə Elxan patrul avtomobilinə qayıtmış, bu zaman Elşən ona üzərində narkotik vasitə var, Elxana başa salsın, yerində həll etsinlər demiş, Elxana yaxınlaşıb sonuncuya bu barədə bildirmişdir. Həmin müddətdə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin yanında tək olmuşdur. Şahid2 eyni zamanda ona ünvanlanmış suala cavab olaraq Təqsirləndirilən şəxslə birlikdə polis şöbəsinə getməli olduqları barədə söhbət əsnasında Şahid1 arxada iki-üç metr aralıda yol patrul maşınında olmasını, Elşən sükan arxasına oturanda özünün də sağ tərəfdən maşına əyləşməsini, Elşənin özünün avtomobilin qapısını açmasını, hər ikisinin eyni vaxtda avtomobilə əyləşdiklərini, hətta maşına daha tez oturmasını, avtomobilin qapı və pəncərələrini bağlamamasını bildirmişdir. Beləliklə, bu hissədə qeyd olunanlar Təqsirləndirilən şəxs məxsus olması iddia edilən psixotrop maddə metamfetaminin ona aid olmaması ehtimalına əsas verməklə, polis əməkdaşlarının tam nəzarəti altında olduğu vaxtda həmin psixotrop maddə metamfetaminin əldə edilmə üsulunu, ümumilikdə isə ittiham tərəfinin təqdim etdiyi “əynində olan göy rəngli şalvarın sağ yan cibindən” psixotrop maddə metamfetamin aşkar olunması ilə bağlı şəxsi axtarış və götürmə istintaq hərəkəti, onun nəticəsində aparılan protokollaşmanın sübut kimi mötəbərliyini şübhə altına alır. Qeyd olunanlar Təqsirləndirilən şəxs hadisə yerindən qaçmaq, Şahid2 narkotiklə bağlı məsələnin onlarlıq (özü və Şahid1 nəzərdə tutmuşdur) olmadığını deməsinə inanıb üzərində olduğu deyilən psixotrop maddəni atmaq kimi bir imkanlarının olmadığını deməyə əsas vermir. Göstərilən halda Təqsirləndirilən şəxs hər iki hərəkəti, yaxud ikisindən birini edə bilərdi. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, Şahid1 xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasındakı ifadəsində Təqsirləndirilən şəxs hadisə yerindən qaçmağa və ya üzərindəki psixotrop maddəni atmaq imkanının olmaması, xx.xx.2024-cü il tarixli ifadəsində isə belə bir imkanlarının olması, lakin nəzarətlərində olduğu üçün bunu edə bilməməsi, digər Şahid2 məhkəmədəki ifadəsində Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən qaçmağa, habelə üzərindəki metamfetamini atmağa imkanı olduğu, ibtidai istintaq zamanı isə bunun əksini deməsi və bunu da xırda nüanslarla bağlı səhv edə biləcəyi ilə əlaqələndirməsini bildirməsi onların səmimi ifadə vermələrini şübhə altına alır. Bundan başqa, şahidlər Şahid1 və Şahid2 hər birinin ayrı-ayrılıqda ifadələrində Təqsirləndirilən şəxs polis şöbəsinə üzərində olan psixotrop maddəyə görə getmək istəməməsini, üzərində olan metamfetamini atmaq üçün şərait olduğu halda bunu ona nəzarət olunduğu və ya Raufa bu barədə dediyi üçün arxayın olub atmamasını ehtimal etmələri barədə dedikləri onların subyektiv fikirlərindən başqa bir məna kəsb etmir. Beləliklə, Təqsirləndirilən şəxs 07 mart 2024-cü il tarixindən əvvəl Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılarkən inspektor Şahid2 komandirin tapşırığı əsasında avtomobilin cərimə meydançasına getməli olduğunu deməsi, həmin vaxt onunla razılaşıb polis şöbəsinə getsə də, bu dəfə, yəni xx.xx.2024-cü il tarixdə saxlanılarkən işə qayıtmalı olduğundan şöbəyə getməməyi xahiş etməsi, Şahid2 isə israrla avtomobilin şöbəyə getməli olduğunu tələb etməsi, bundan başqa Şahid1 ifadəsində qaydalara görə yol polisi tərəfindən saxlanılan avtomobil şöbəyə aparılanda sürücünün də getməli olmasının tələb edilməsini deməsi, Şahid2lə Təqsirləndirilən şəxs arasındakı mübahisənin bu konteksdə yaranması faktını bir daha təsdiq etmiş, Təqsirləndirilən şəxs polis şöbəsinə üzərində güya psixotrop maddə olması səbəbindən getmək istəməsini isə təkzib etmişdir. Təqsirləndirilən şəxslə yol polisi əməkdaşı Şahid2 arasındakı yuxarıda göstərilən mübahisənin Astara Rayon Polis Şöbəsinin həyətində də davam etməsi faktı isə təqsirləndirilənin öz ifadəsindən başqa, həmin vaxt polis şöbəsinin həyətində olan videokameranın görüntüləri ilə təsdiq oluna biləcəyi halda, həmin videogörüntülərin əldə olunmaması səbəbi ilə mümkün olmamışdır. Belə ki, ibtidai istintaq zamanı həmin videogörüntülərin götürülməsi ilə əlaqədar verilmiş sorğuya alınmış cavabda Astara Rayon Polis Şöbəsində quraşdırılmış inzibati binanın həyətyanı sahəsini müşahidə edən kameraların yaddaş qurğusunda baş vermiş texniki nasazlıq səbəbindən vizual baxış aparılsa da, görüntülər saxlanılmadığından həmin müşahidə kamerası vasitəsilə xx.xx.2024-cü il tarixdə, saat 15:30-16:00 radələrində qeydə alınan videogörüntülərin təqdim edilməsinin mümkün olmaması göstərilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan bu hal təqsirləndirilən şəxsin xeyrinə hesablanmalıdır və onunla inspektor Şahid2 arasında hələ Astara şəhəri, H.Əliyev prospektində saxlanıldığı vaxt yaranan, sonuncunun özü, habelə həmin vaxt orada olmuş digər inspektor Şahid1 da ifadəsi ilə öz təsdiqini tapmış mübahisənin polis şöbəsində də davam etdiyini deməyə əsas verir. Məhkəmə araşdırması zamanı diqqəti çəkən digər məqam Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə yol polisi əməkdaşları tərəfindən idarə etdiyi avtomobildə konstruksiya dəyişikliyinin müşahidə edilməsi, təhlükəsizlik kəmərindən istifadə etməməsi, avtomobilə etibarnaməsinin olmaması səbəbindən saxlanılaraq polis şöbəsinə gətirildiyi halda şöbənin “Şəhər, Rayon, Xətt Polis Orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”nda “İXM/№” deyil, “HK-248” qeydi, yəni inzibati xəta barədə məlumatla deyil, cinayət işi ilə bağlı məlumatla qeydiyyata alınması olmuşdur. Belə ki, Astara Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş “Şəhər, Rayon, Xətt Polis Orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan görünür ki, inzibati xəta ilə saxlanılan şəxslər həmin qeydiyyat kitabında məhz bu qeydlə “İXM/№”, Təqsirləndirilən şəxs isə inzibati xəta ilə bağlı saxlanılmasına baxmayaraq, cinayət işi ilə bağlı daxil olmuş məlumat qeydi, yəni, “HK-248” kimi qeydiyyata alınmışdır. Məhkəmədə əlavə şahid qismində dindirilmiş təhqiqatçı Şahid4 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun deyil, Yol Patrul Xidməti əməkdaşının raportu əsasında qeydiyyata alınmış və qeydiyyatı məsul növbətçi aparmışdır. Ümumiyyətlə bu barədə fikri yoxdur. Beləliklə, qeyd olunan məsələ ilə əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs birbaşa cinayət işi ilə bağlı daxil olmuş məlumat qeydi ilə qeydiyyata alınması doğru deyildir və şübhə doğurur. Məhkəmə tərkibi onu da qeyd edir ki, “şəxsi axtarış və götürmə barədə” xx.xx.2024cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən Elşən təhqiqatçı tərəfindən şifahi şəkildə dindirilmiş, verilmiş suallara alınmış cavablardan onun bu cavabları verməli olması barədə əvvəlcədən məlumatlandırılması, fərqli cavab verdikdə isə “arzuolunan cavabların” verilməsinə yönləndirilməsi müşayiət olunmuşdur. Belə ki, təhqiqatçının “həmin narkotik vasitə üzərinizdədir?” sualına Təqsirləndirilən şəxs “bəli” cavabını; “istifadə eliyənsən bundan?” sualına “yox istifadə eliyən deyiləm, vermişdi aldım” cavabının arxasınca “necə yəni, haçan əldə etmisiniz, hardan əldə etmisiniz? suallarına “on-on beş gün olar tanımadığım adamdan” cavabını; “haradan?” sualına “Lənkəran idi, Biləsuvar idi belə bir yer idi” vermişdir. Məlum məsələdir ki, istənilən hadisə barədə məlumat ilk məqamda daha dəqiq və yadda qalan olur. Təqsirləndirilən şəxs saxlanılandan bir neçə saat sonra üzərində aparılmış şəxsi axtarış zamanı ona ünvanlanmış suallara qeyri-dəqiq cavablar verdiyi halda, bundan bir gün sonra, yəni, 2024-cü ilin 08 mart tarixində şübhəli şəxs, 09 mart tarixində isə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində daha səlist və sərbəst ifadə verməsi onu deməyə əsas verir ki, Elşən ona təqdim olunan, verməli olduğu hazır ifadənin məzmununu sonradan daha yaxşı “əzbərləmişdir”. Başqa sözlə desək, qeyd olunan hal Təqsirləndirilən şəxs verdiyi ifadə və cavablar barəsində əvvəlcədən məlumatlandırılmaması halını şübhə altına alır. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vaxt təhqiqatçının “sizə qarşı hər hansı zor tətbiq olunmayıb, fiziki, psixi?” sualına “olunmayıb, olunsa da demərəm” kimi cavabı polis əməkdaşları tərəfindən ona qarşı tətbiq olunmuş fiziki və psixi təzyiq, təsir barədə sanki subliminal mesajıdır. “Opuz Türkiyəyə qarşı iş üzrə” Avropa Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, ərizəçi fərqli rəftarın baş verdiyini sübut etdikdə hökumət həmin rəftarın əsaslı olduğunu sübut etmək vəzifəsini daşıyır. Sübutetmə yükünün cavabdeh dövlətin üzərinə keçməsi üçün hansı dəlillərin ilkin sübut təşkil etməsi məsələsinə gəlincə, “Nachova və başqalarının işi”ndə (yuxarıda istinad edilmiş qərar, 147-ci bənd) məhkəmə bildirmişdir ki, onun araşdırdığı işlərdə sübutların qəbulu üçün heç bir prosessual maneə yoxdur və ya onların qiymətləndirilməsi üçün öncədən müəyyən edilmiş hər hansı formul yoxdur. Məhkəmə bütün sübutların, o cümlədən faktlar və tərəflərin arqumentləri əsasında çıxarılan nəticələrin müstəqil surətdə qiymətləndirilməsi əsasında müəyyən rəyə gəlir. Onun bərqərar olmuş presedent hüququna əsasən, sübutlar ciddi, aydın və uzlaşan nəticələrin və ya faktlara dair bu cür ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Bundan başqa, konkret nəticəyə gəlmək üçün zəruri olan əminlik dərəcəsi və bununla əlaqədar olaraq sübutetmə yükünün bölüşdürülməsi faktların konkretliyi ilə, iddiaların xarakteri ilə və pozulduğu iddia edilən Konvensiya hüququ ilə qırılmaz surətdə bağlıdır. “Sisoyeva və başqalarının Latviyaya qarşı iş üzrə Avropa Məhkəməsinin” xx.xx.2007ci il tarixli qərarında göstərilir ki, “təzyiq" sözü ərizəçilərin birbaşa məcbur edilməsini və ya təhdid edilməsi kimi də başa düşülməlidir. “Hüseyn və digərləri Azərbaycana qarşı iş üzrə” Avropa Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, ədalətli və çəkişməli məhkəmə araşdırması anlayışı, əksini sübut edəcək hallar olmadıqca, prinsipcə, məhkəmənin iclasda verilən şahid ifadəsinə ittiham tərəfindən öncədən qeydə alınmış ibtidai araşdırmadakı ifadədən daha çox önəm verməsini ifadə edir. Bunun səbəbi ibtidai araşdırma sorğu-sualının ittiham tərəfinin işi məhkəmədə dəstəkləmək üçün məlumat topladığı proses olmasıdır. Lakin, mühakiməni aparan məhkəmə sübutların birbaşa olaraq məhkəmədə qiymətləndirilməsinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyini məhkəmədə təqdim edilən bütün sübutların qiymətləndirilməsinin ardından müəyyənləşdirməlidir. Daxili məhkəmələrin həmin qiymətləndirmədə səhvə yol verib-verməməsini müəyyənləşdirmək məhkəmənin üzərinə düşməsə də, o, məhkəmələrin təqdim edilmiş sübutları rədd etməsi qərarını əsaslandırıb-əsaslandırmadığını nəzərdən keçirməlidir. Məhkəmə təqsirsizlik prezumpsiyası və təqsirləndirilən şəxsin özünə qarşı irəli sürülən sübutları mübahisələndirmək hüququnu nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi ilə bağlı sübutların məqbulluğunun və etibarlılığının tam, müstəqil və hərtərəfli təhlil və qiymətləndirməsini aparmalıdır. Hazırkı işdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin və şahidlərin ibtidai araşdırma dövründə verdiyi ifadələrinin mötəbər sübut qismində qəbul edilməsi və bilavasitə məhkəmədə həmin bəyanatlardan geri çəkilmələrinin nəzərə alınmaması təqsirləndirilən şəxsin onun əleyhinə olan sübutların tam və hərtərəfli qiymətləndirilməsi imkanından məhrum edilməsinə gətirib çıxarar. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı şübhəli şəxs və xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi “etirafedici” ifadələrinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Avşar Türkiyəyə qarşı” qərarında qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Sübutların keyfiyyəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Bıkov Rusiyaya qarşı” qərarında qeyd etmişdir ki, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyü şübhə altına alınıb-alınmadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Cinayət-Prosessual Məcəllənin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3, 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması nəzərə alınmalıdır. Məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədəqorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud Cinayət-Prossesual Məcəllənin 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini Cinayət-Prosessual Məcəllənin 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM-in 21.2-ci maddəsi) əsasında həll etməlidir. Bu nöqteyi-nəzərdən, habelə Avropa Məhkəməsi presedent hüququna əsasən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında verdiyi ifadələrlə ibtidai istintaq dövründə şübhəli şəxs və xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələr qarşılıqlı şəkildə müqayisə edilərkən mövcud ziddiyyətlərin aradan qaldırılması istiqamətində məhkəmə tərəfindən müqayisəli təhlil aparılmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham barədə hələ ibtidai istintaqın ilkin dövrlərində bir-biri ilə ziddiyyət təşkil edən ifadələr vermiş, psixotrop maddəni Lənkəran yaxud Biləsuvar rayonunda bazarda tanımadığı şəxsdən aldığını, gah narkotikdən istifadə etdiyini, gah da istifadə etmədiyini, nə vaxtsa istifadə etmək üçün alıb saxladığını bildirmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək, içərisində patı deyilən psixotrop maddə metamfetamin olduğunu, həmin kütləni öz istifadəsi üçün üzərində saxlayaraq daşıdığını, on-on beş gün əvvəl Lənkəran şəhərində bazar tərəfdə tanımadığı şəxsdən 30-40 (otuz-qırx) manata aldığını, narkotik vasitələrin istifadəçisi olduğunu, satışı ilə məşğul olmadığını, üzərindən aşkar edilmiş kütlədən istifadə etmədiyini, heç kimə vermədiyini bildirmişdir. Məhkəmə bu hissədə onu da nəzərə çatdırır ki, məhkəmədə tədqiq edilmiş və işdə olan “şəxsi axtarış və götürmə barədə” protokolun və videogörüntünün məzmununun tam olaraq eynilik təşkil etmədiyi müəyyən edilmişdir. Belə ki, sözü gedən protokolda Təqsirləndirilən şəxs üzərindən aşkar olunan psixotrop maddəni Lənkəran şəhərində bazar tərəfdə aldığı qeyd olunsa da, videogörüntüdə “Lənkəran idi, Biləsuvar idi belə bir yerdən” aldığını səsli şəkildə ifadə etməsi açıq-aydın görünmüşdür. Təqsirləndirilən şəxs həm şübhəli şəxs, həm də 09 mart 2024-cü il tarixində təqsirləndirilən qismində verdiyi ifadələrində isə artıq üzərindən aşkar edilmiş psixotrop maddəni saxlanılmamışdan on-on beş gün əvvəl Lənkəran şəhərindən aldığını və öz istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan “şübhəli şəxsi dindirmə”, xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsi dindirmə” protokolları və bu barədə videogörüntülərin də məzmununun tam olaraq eynilik təşkil etmədiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətə məhkəmə iclasında baxılarkən isə ona verilmiş ittiham üzrə onda aşkar edilmiş təmiz çəkisi 9,072 qram olan psixotrop maddə metamfetaminin ona məxsus olmaqla, satmaq məqsədi olmadığını bildirmişdir. İbtidai istintaqın sonrakı mərhələsində, yəni, bərəsində həbs qətimkan tədbiri seçildikdən sonra özünün iradəsinə əsasən təyin edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadə verərkən, habelə məhkəmə iclaslarındakı ifadələrində təxminən on il bundan əvvəl tanışlarının təklifi ilə bircə dəfə marixuana çəkməsini, həmin vaxtdan narkotik vasitə və psixotrop maddələrdən istifadə etmədiyini, satışı ilə məşğul olmadığını, nə hazırki iş üzrə, nə də ki, başqa vaxtlar üzərində narkotik vasitə gəzdirmədiyini, üzərindən aşkar edilən psixotrop maddə metamfetaminin ona polis əməkdaşları, konkret olaraq rəis müavini tərəfindən təqdim edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs ifadələri arasındakı mövcud ziddiyyətləri ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona göstərilmiş fiziki və psixi təzyiqlərə məruz qalması, ona müxtəlif vədlərin verilməsi ilə izah etmişdir. Belə ki, bədənində xəsarətlər aşkar edilməsə də polis əməkdaşları tərəfindən ona fiziki təzyiq göstərilmiş, təklif etdikləri məzmunda ifadə verməyəcəyi halda ailə üzvlərini də şöbəyə gətirəcəkləri ilə hədələmiş, əks halda isə ona köməklik göstəriləcəyini, “qolbaq” tətbiq olunmaqla sərbəst buraxılacağını bildirmələrini göstərmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən barəsində yol verilmiş fiziki təzyiqin məzmununun bədənində xəsarət izləri qoymayan şəkildə döyülməsindən, yəni bədəninin görünməyən yerlərinə təpik və yumruqla xəsarət yetirilməsindən ibarət olmasını qeyd etmişdir. Təqsirləndirilən şəxs bununla bağlı ibtidai istintaq zamanı müdafiəçisi tərəfindən təkrar məhkəmə-tibbi ekspertizanın təyin edilməsi barədə vəsatət, habelə şikayət ərizəsi ilə aidiyyəti üzrə müraciət etməsini də bildirmişdir. Məhkəmə bununla əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinə sorğu verərək, hazırki cinayət işi üzrə müdafiə tərəfinin müraciəti əsasında Təqsirləndirilən şəxs barəsində aparılmış araşdırma materialının və “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar”ın surətinin məhkəməyə göndərilməsini tələb etsə də, Xidməti Araşdırmalar İdarəsi məhkəməyə yalnız sözü gedən qərarı göndərməklə kifayətlənmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət prosesində tərəflərin çəkişməsi” başlıqlı 32-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında cinayət-mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilir. Bu Məcəllədə nəzərdə tutlmuş qaydada cinayət prosesində tərəflərin çəkişməsini təmin etmək məqsədilə məhkəmə cinayət prosesi tərəflərindən hər birinin vəsatəti ilə əlavə olaraq zəruri materialların əldə edilməsinə kömək göstərir. Həmin Məcəllənin 143.2-ci maddəsinə əsasən, məhkəmə cinayət prosesi tərəflərinin vəsatəti, yaxu öz təşəbbüsü ilə sübutların toplanması prosesində fiziki, hüquqi və vəzifəli şəxslərdən, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlardan cinayət təqibi üzrə əhəmiyyət kəsb edən sənəd və əşyaları təqdim etməyə, yoxlama və təftişin keçirilməsini səlahiyyətli orqanlardan və vəzifəli şəxslərdən tələb etməyə haqlıdır. Belə olan halda, məhkəmə yalnız sorğu əsasında əldə etdiyi Azərbaycan Respublikası Baş Prokurorluğu Xidməti Araşdırmalar İdarəsinin Təqsirləndirilən şəxs Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə müdafiəçisinin vəsatəti əsasında qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarını tədqiq etmiş və məlum olmuşdur ki, sözü gedən qərarda təqsirləndirilən şəxsin iddiasına qarşı yalnız, ona fiziki və psixoloji təzyiq, təsir göstərən polis əməkdaşlarının izahatları və barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin 88 nömrəli, xx.xx.2024-cü il tarixli ilkin ekspert rəyinə istinad etmişdir. Hansı ki, sözü gedən rəy müdafiə tərəfindən hələ ibtidai istintaq zamanı mübahisələndirilərək təkrar məhkəmə-tibbi ekspertizasının təyin edilməsi barədə vəsatət verilmiş, lakin təmin olunmamış, eyni vəsatətlə məhkəmə istintaqı zamanı yenidən müraciət olunmuş və məhkəmənin 1(099)-576/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə həmin vəsatət təmin olunmuş, bununla əlaqədar məhkəməyə daxil olmuş T 701/2024 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə 88 nömrəli, xx.xx.2024-cü il tarixli ilkin ekspert rəyi arasında fərq müəyyən olunmuşdur. Belə ki, “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin 88 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyində Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilməməsi qeyd olunsa da, T 701/2024 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyinin “tibbi müayinə” hissəsində Təqsirləndirilən şəxs sol qaş və sağ diz nahiyəsində bozumtul rəngli çapıq, sol saidin yuxarı 1/3-nin ön-iç səthində 2x0,5 sm ölçülü, zəif nəzərə çarpan qəhvəyimtil çalarlı piqmentasiya sahəsinin izlənilməsi göstərilmişdir. Bundan başqa, Bakı İstintaq Təcridxanasından məhkəməyə daxil olmuş “məhkumun tibbi kitabçası”nın təsdiq olunmuş surətində göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə istintaq təcridxanasına daxil olarkən aparılmış müayinə zamanı sol qaşda, sağ dizdə köhnə çapıq toxuması, sol qasıq nahiyəsində cərrahiyyə əməliyyatından sonrakı köhnə çapıq toxuması müşahidə olunmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə xx.xx.2024-cü il tarixdə vermiş olduğu ifadəsində bildirmişdir ki, yol polisi əməkdaşı Şahid2lə polis şöbəsinin həyətində mübahisə etdikləri vaxt Rauf onun qarın və sinə nahiyələrinə yumruq və təpiklə vurmuş, həmin zərbələr onun ayağına, cinsiyyət orqanına və çanaq nahiyələrinə dəymiş, rəis müavininin otağında isə digər əməkdaşlar onun qollarını qandallayaraq bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə vurmuşlar. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı isə saxlanıldığı gün Astara Rayon Polis Şöbəsində rəis müavini Şahid3 inzibati binanın birinci mərtəbəsində sola dönəndə sağ tərəfdəki otağında (rəis müavini özü də sabiq xidməti otağının inzibati binada eyni yerdə yerləşməsini təsdiq etmişdir) polis əməkdaşları tərəfindən ona tətbiq olunmuş fiziki təzyiqi təsvir edərək göstərmişdir ki, onu əli qandallı vəziyyətdə divara, sonra isə yerə çırpmışlar, dizi və dirsəyi şişmişdir. Məhkəmə hesab edir ki, “tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”nın çıxarışında və ilkin tibbi ekspertizanın rəyində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən 07 mart 2024-cü il tarixdə saxlanılıb şöbəyə gətirilərək müvəqqəti saxlama yerinə təhvil veriləndən bir-iki saat sonra tibbi müayinədən, iki gün sonra məhkəmə-tibbi ekspertizadan keçirilərkən bədəni üzərində heç bir xəsarətin aşkar olunmadığı qeyd olunduğu halda, bundan dörd gün sonra Bakı İstintaq Təcridxanasında tibbi müayinədən keçirilərkən, habelə yeddi ay sonra təkrar məhkəmətibbi ekspertizasından keçirilərkən bədəni üzərində özünün təsvir etdiyi, polis əməkdaşları tərəfindən ona göstərilmiş fiziki təzyiq nəticəsində ala biləcəyi xəsarətlərlə üst-üstə düşən xəsarət izlərinin (köhnə çapıq toxumaları) aşkar olunması təsadüfi deyildir. Məhkəmə tərkibi məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs barəsində alınmış məhkəmə-tibbi ekspertizasının rəyinə tənqidi yanaşaraq, qeyd edir ki, Elşənin bədəni üzərində faktiki olaraq xəsarətlər olduğu halda, buna qiymət verilməyən məhkəmətibbi ekspertizasının rəyinə əsaslanan araşdırma Avropa Məhkəməsinin müəyyən etdiyi standartlar baxımından qane edici sayıla və müdafiə tərəfinin döyülmə barədə iddialarını mötəbərliklə təkzib edən, məhkəməni bu faktın olub-olmamasını məhkəmə baxışında tədqiq edilmiş sübutlar əsasında müəyyən etmək vəzifəsindən azad edən tədqiqat kimi nəzərdən keçirilə bilməz. Beləliklə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi faktı və prokurorluq orqanı tərəfindən müvafiq araşdırmanın formal aparılması barədə bildirdikləri məhkəmə istintaqı zamanı toplanmış təkzib olunmaz sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Konvensiyanın 3-cü maddəsi dövlətlərin hərəkətlərinə (hərəkətsizliyinə) ciddi məhdudiyyətlər qoymaqla, eyni zamanda özündə dövlətin pozitiv öhdəliklərini ehtiva etməklə insanın ləyaqətini, fiziki və psixi toxunulmasızlığını qorumaq məqsədi daşıyır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı”, “Selmuni Fransaya qarşı” işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə milli qanunvericlikdə azadlıqdan məhrum etmənin nə cür təsnif edilməsindən, yəni saxlanılma, tutulma, həbs etmə kimi göstərilməsindən asılı olmayaraq, polis tərəfindən azadlığı məhdudlaşdırılmış şəxslərin pis rəftardan müdafiəsi üçün onların Avropa Komissiyası tərəfindən müəyyən edilmiş öz seçiminə görə hər hansı şəxsi saxlanılması barədə məlumatlandırmaq, vəkillə təmin olunmaq, həkimlə təmin olunmaq, o cümlədən özünün seçdiyi həkim tərəfindən müayinə olmaq hüquqları təmin olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarından görünür ki, məhkəmə, bir qayda olaraq şəxsin pis rəftara məruz qalmasını təsdiq edən müvafiq sübutlar pis rəftarın baş verməsini iddia edən ərizəçi tərəfindən təqdim olunduqda, Konvensiyanın 3-cü maddəsinin maddi aspektdə pozuntusunu müəyyən edir. Bu o deməkdir ki, Avropa Məhkəməsi ümumi qayda kimi bü cür iddialar üzrə sübut etmə yükünün pis rəftarın baş verməsini iddia edən tərəfin üzərinə düşdüyünü qəbul edir. Qərarlardan aydın olur ki, işgəncə, pis rəftarın başqa formalarını təsdiq edə biləcək sübutlar sırasında Avropa Məhkəməsi tibbi ekspertin rəyinə, tibbi arayışa, müvəqqəti saxlama yerindən tibbi müayinənin nəticələrinə, təcili tibbi yardım çağırılması haqqında qeydə, hər hansı başqa tibbi sənədə xüsusi əhəmiyyət verir. Bundan başqa Avropa Məhkəməsi pis rəftar faktının araşdırılması zamanı şahid ifadələrinin, videogörüntülərin, fotoşəkillərin əhəmiyyətli olduğunu da vurğulayır. Lakin belə sübutlar olmadığı halda da iddiaçı pis rəftarın baş verməsinin detallı təsvirini verdikdə və onun gətirdiyi müfəssəl, bir-biri ilə uzlaşan dəlillər, baxılan şəraitdə ağlabatanlıqla pis rəftarın baş verməsini ehtimal etməyə əsas yaratdıqda, dövlət isə həmin iddianın təkzib edilməsi üçün əsaslı izah verə bilmədikdə, pis rəftar faktının müəyyən edilmiş sayılması istisna olunmur. Belə hallarda Avropa Məhkəməsi həbsdə olan, saxlanılan şəxslərin vəziyyətinin həssaslığını, onların acizliyini və iddialarını təsdiq edə biləcək sübutları əldə etməkdə imkanlarının məhdudluğunu, dövlətin isə-əksinə hadisə barədə müvafiq məlumatlara və sübutlara malik olduğunu nəzərə alaraq, ümumi qaydadan istisna kimi sübut etmə yükünün iddiaçının deyil, dövlətin üzərinə düşdüyünü qeyd edir. Məhkəmə tərkibi bildirir ki, Təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşları tərəfindən döyülməsi və hədələnməsi ilə bağlı bildirdikləri obyektiv həqiqəti özündə ifadə etmiş və cinayət işi üzrə müəyyən olunmuş həqiqi hallarla tam şəkildə uzlaşmışdır. Məhkəmə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın hansı səbəbdən Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanıldığı vaxtdan saat yarım, polis şöbəsində qeydiyyata alınandan sonra isə qırx beş dəqiqə sonra aparılmasını da xüsusi qeyd edir. Belə ki, cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla qeyd olunan həmin istintaq hərəkəti xx.xx.2024-cü il tarixdə, saat 17:30-da başlamış, bununla da qeyd olunan istintaq hərəkəti onun yol polisi əməkdaşları tərəfindən saxlanıldığı vaxtdan istintaq sənədlərinə inanılsa belə saat yarım (saxlanıldığı Astara çəhəri, H.Əliyev prospekti, “Bayraq Meydanı”-dan Astara Rayon Polis Şöbəsinə beş dəqiqəlik məsafə olduğu halda), polis şöbəsində qeydiyyata alınandan sonra isə qırx beş dəqiqə müddət keçmişdir. Beləliklə, Təqsirləndirilən şəxs ən azı bir saat müddət ərazində qanunsuz olaraq polis əməkdaşlarının sərəncamında olmuşdur (nəzərə alsaq ki, Təqsirləndirilən şəxs bütün ifadələrində yol polisi əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 15- 16 radələrində saxlanılmasını bildirmişdir, onda bu müddət təxminən iki saat təşkil etmiş olur). Bununla əlaqədar, məhkəmədə əlavə şahid qismində dindirilmiş “şəxsi axtarış və götürmə”, “baxış və götürmə” istintaq hərəkətlərini aparmış təhqiqatçı Şahid4 ona ünvanlanmış suala cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onun yanına gətirilən kimi şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş, şübhəli şəxsin özünün vəkillər siyahısından seçdiyi vəkil hüquq müdafiəçisi qismində dəvət olunmuş, şəxsi axtarışın dəqiq aparılma vaxtını xatırlamamış, mart ayının əvvəlləri olduğu üçün hava tez qaraldığından saat 17-18 radələri olmuşdur. “Sakit Zayidov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsi qərarının məzmununa əsasən, şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət keçərsə, bu zaman aşkar olunan sübutun “qoyulması” ilə bağlı əsaslı narahatlıq yaranır. Bu müddət ərzində ərizəçi tamamilə polis əməkdaşlarının tam nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliyini ciddi şübhələr altına alır. Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır. Bundan başqa, “Layicov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin qərarının 63-cü bəndində qeyd olunur ki, prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır. Sözü gedən qərarın 69-cu bəndində məhkəmə ilk növbədə qeyd edir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Qərarın 76 və 77-ci bəndlərində isə göstərilir ki, yuxarıdakı mülahizələr məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Beləliklə, bu işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilmişdir. Yəni Avropa Məhkəməsinin qənaətincə, axtarış (o cümlədən şəxşi axtarış) şəxs saxlanıldıqdan dərhal sonra cinayət prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə istintaqı zamanı araşdırılmış təkzib olunmaz sübutlardan göründüyü kimi, Təqsirləndirilən şəxs faktiki azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən təxminən saat yarım sonra onun üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmişdir (yol polisi əməkdaşları tərəfindən saxlanıldığı vaxtdan saat yarım, polis şöbəsində qeydiyyata alınandan sonra isə qırx beş dəqiqə müddət). Məhkəmə, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 07 mart 2024-cü il tarixdə, saat 16 radələrində saxlanılmasına baxmayaraq, cinayət işinin materiallarında olan demək olar ki, əksər sənədlərdə (hazırki cinayət işi üzrə məhkəmənin xüsusi qərarında həmin sənədlər sadalanmışdır) bu tarixin 08 mart 2024-cü il tarix kimi qeyd olunması, nəticədə onun barəsində qətimkan tədbirinin tətbiq olunması məqsədilə vəsatət və təqdimatın 09 mart 2024-cü il tarixdə, Astara Rayon Məhkəməsi tərəfindən qətimkan tədbirinin 10 mart 2024-cü il tarixdə seçilməsi barədə qeyd edir ki, bununla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması”ndan bəhs edən 148-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, Cinayət-Prosessual Məcəllənin 148.5 və 148.6-cı maddələrində göstərilir ki, cinayət törətməkdə şübhəli olduğu üçün tutulmuş şəxsin müvəqqəti saxlama yerində saxlanılması cinayət prosesini həyata keçirən orqanlar tərəfindən tərtib edilmiş tutulma haqqında protokol əsasında həyata keçirilir. Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması, bu Məcəllənin 148.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, 48 saatdan artıq davam edə bilməz. Həmin müddət keçənədək tutulmuş şəxsə ittiham elan edilməli, həbslə bağlı prokurorun təqdimatı olduqda isə o, məhkəməyə gətirilməli, məhkəmə təxirə salmadan işə baxmalı və həmin şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi və ya onun azad edilməsi haqqında qərar çıxarmalıdır. Həmin Məcəllənin 148.7ci maddəsi isə onu nəzərdə tutur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 102, 114, 120.2.11, 169, 214, 214-1, 214-3, 215.3, 217, 218, 219, 219-1, 220, 274, 275, 276, 277, 279, 280, 282 və ya 283-1-ci maddələri ilə istintaqı aparılan cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərin sayının çoxluğu, işin xüsusi mürəkkəbliyi və ya toplanmış materialların həcminin böyüklüyü bu Məcəllənin 148.6-cı maddəsində nəzərdə tutulan hərəkətlərin 48 saat müddətində həyata keçirilməsinə mane olduqda, həmin müddət müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə 48 saatdan artıq olmayan müddətə uzadıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən onun barəsində olan iş üzrə Cinayət-Prosessual Məcəllənin 148.7-ci maddəsində nəzərdə tutulan istisna halların olmadığı, həmçinin bu cür hal olmuş olsaydı belə, Məcəllənin 148.6-cı maddəsində nəzərdə tutulan hərəkətlərin həyata keçirilmə müddətinin uzadılması barədə vəsatət və ya təqdimat cinayət işinin materiallarında müəyyən edilməmişdir. Məhkəmə kollegiyası eyni zamanda Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü təqsirli bilməsi barədə ibtidai istintaq zamanı verdiyi ifadələrində (07 mart 2024-cü il tarixdə “şəxsi axtarış və götürmə” istintaq hərəkəti aparılarkən şifahi sorğu-sual zamanı, 08 və 09 mart 2024-cü il tarixlərdə şübhəli şəxs və təqsirləndirilən qismində dindirilərkən) üzərindən aşkar olunan psixotrop maddəni saxlanılandan on-on beş gün əvvəl Lənkəran rayonunda bazar tərəfdə tanımadığı şəxsdən əldə etməsi barədə deməsini onun istifadəsində olan 051 616-46-65 mobil nömrəyə dair cinayət işinin materiallarında olan anten məlumatları ilə qarşılıqlı şəkildə yoxlamış və məlum olmuşdur ki, həmin nömrə hər gün istifadədə olmaqla (giriş-çıxış zəngləri və sms-lər) 2024-cü ilin 07 fevral tarixindən 07 mart tarixinədək Lənkəran rayonu ərazisində olan anten bazalarında qeydə alınmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs özü ifadəsində sonuncu dəfə Lənkərana 2023-cü ilin noyabr ayının 15-də sürücülük vəsiqəsini götürmək üçün getməsini bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ibtidai istintaqın sonrakı mərhələsində, yəni, bərəsində həbs qətimkan tədbiri seçildikdən sonra özünün iradəsinə əsasən təyin edilmiş müdafiəçisinin iştirakı ilə ifadə verərkən, habelə məhkəmə iclaslarında heç vaxt narkotik vasitə və psixotrop maddələrdən istifadə etmədiyi, satışı ilə məşğul olmadığı, nə hazırki iş üzrə, nə də ki, başqa vaxtlar üzərində gəzdirməməsi, üzərindən aşkar edilən psixotrop maddənin ona məxsus olmaması, polis şöbəsində rəis müavini tərəfindən təqdim edildiyi barədə bildirdiklərini cinayət işinin materiallarında olan narkoloji tibbi yoxlamanın rəyi və digər sübutlarla qarşılıqlı şəkildə yoxlayıb qiymətləndirməklə təqsirləndirilən şəxsin ibtidai istintaqın ilkin mərhələsində fiziki təzyiqə, psixoloji təsirlərə məruz qalması səbəbindən etirafedici ifadələr verməsi, barəsində həyata keçirilmiş şəxsi axtarış istintaq hərəkəti zamanı üzərindən aşkar edilmiş psixotrop maddənin ona aid olmaması barədə ifadəsini həqiqətə uyğun hesab edir. Məhkəmə onu da qeyd edir ki, cəmiyyətin istənilən fərdi tərəfindən törədilən hər bir əməli şərtləndirən motiv vardır. Motiv heç də həmişə cinayət tərkibinin zəruri əlaməti kimi çıxış etməsə də, sübutların qiymətləndirilməsi, yəni mövcud sübutlara məhkəmə tərəfindən hüquqi qiymət verilməsi üçün daxili inamı formalaşdıran amil qismində çıxış edir. Cinayət Məcəlləsinin 234-cü maddəsində nəzərdə tutulan cinayət tərkibini formalaşdıran hərəkətlər formal xarakterli, yəni törədildiyi andan bitmiş hesab olunsa da, təqsirləndirilən şəxs üzərindən aşkar edilən psixotrop maddənin mənbəyini (yəni tərəfindən əldə edilməməsini, ona məxsus olmamasını) mübahisələndirdiyi müddətdə “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin nəticələri şəxsin təqsirliliyini sübut edən yeganə və mötəbər sübut kimi qiymətləndirilə bilməz. Əks təqdirdə şəxsin məhkəmə qarşısına çıxarılmasına zərurət olmazdı. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Hansı sübutun həqiqətəuyğun hesab edilməsi isə bir çox hallarda əməlin motivinin müəyyən edilməsi ilə düz mütənasiblik təşkil edir. Bu səbəbdən təqsirləndirilən şəxsin subyektiv cəhətdən birbaşa qəsdlə xarakterizə olunan psixotrop maddənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması əməlləri ilə əlaqədar hazırkı iş üzrə ittiham tərəfinin üzərinə düşən yük həmin hərəkətlərin edilməsini, o cümlədən müvafiq hərəkətlərin hansı məqsədlə şərtləndirilməsini sübuta yetirməkdir. İbtidai araşdırmanın məhkəmə iclaslarından fərqli olaraq açıq şəkildə keçirilməməsi, istintaqın normal gedişatını təmin etmək məqsədilə əksər məlumatların istintaqın qurtarmasına qədər gizli saxlanılması və s. kimi amillər ibtidai araşdırma orqanını təqsirləndirilən şəxsin etiraf edici ifadələri üzərinə köklənməməsini (ifadə verməyin təqsirləndirilən şəxsin hüququ olması və gələcəkdə həmin hüquqdan istifadə edərək verdiyi ifadələri məhkəmədə müahisələndirmək imkanı baxımından), tərəfindən həmin ifadələrin düzgünlüyünün yoxlanması məqsədilə bir sıra istintaq hərəkətlərinin keçirilməsini zəruri edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi təqsirləndirilənə psixotrop maddənin əldə edilməsi, saxlanılması və daşınması ilə əlaqədar verilmiş ittihamı qəbul etməyərək, ümumiyyətlə təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməməsini məhkəmənin diqqətinə çatdırmışdır. Bu halın iş materiallarına əlavə edilmiş narkoloji tibbi yoxlamanın rəyi və təqsirləndirilən şəxsin adına olan tibbi sənədlərdə (istintaq təcridxanasına daxil olarkən tibbi müayinədən keçiriləndə marixuanadan istifadə etməsini deməsinin qeyd olunması) konkret formada və birmənalı şəkildə qeyd edilməməsi məhkəmə istintaqı zamanı bu yöndə daha dəqiq araşdırma aparmağı şərtləndirmiş, bununla əlaqədar olaraq sözü gedən rəyi vermiş həkim-narkoloq məhkəmədə əlavə şahid qismində dindirilmişdir. Lənkəran Şəhər Narkoloji Xəstəxanasının baş həkimi, həkim-narkoloq Şahid6 cinayət prosesi iştirakçılarının suallarını cavablandıraraq bildirmişdir ki, Təqsirləndirilən şəxs komissiya şəklində ətraflı müayinə etmiş, onun anamnezini toplamışlar. Sorğu zamanı şəxs özü əvvəllər epizodik olaraq bir-iki dəfə narkotik istifadə etdiyini etiraf etdiyi üçün onun barəsində olan rəydə onda psixi və fiziki asılılıq olmadan narkotik vasitədən istifadə hallarının istisna olunmaması, asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmadığı, məcburi müalicəyə ehtiyacının olmaması qeyd olunmuş və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülmüş, lakin abstinensiya, yəni narkotik vasitəni qəbul etmənin xarakterik əlamətləri, habelə narkotik vasitələrə qarşı hər hansı fiziki və ya psixi asılılıq aşkar edilməmişdir. Heç bir ağrıları olmamış, yuxusu, iştahası normal olmuş, yəni narkotik vasitələrdən istifadə etmənin hər hansı bir əlaməti aşkar olunmamışdır. Bundan başqa, ekspress test üsulu ilə müayinə nəticəsində Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində AMP(-) aşkar olunmamış, lori dildə desə həmin sidik nümunəsi testdən keçirilmiş və nəticə neqativ olmuşdur. “Narkotester” ən obyektiv müayinə üsullarından biridir və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuşdur. Həmin testin nəticəsi də mənfi olmuş, yəni bioloji mühitdə müayinə olunan şəxsdə narkotik vasitə istifadə etmənin əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs əvvəllər narkotik istifadə etdiyini bildirməsəydi, rəydə onun narkotik vasitələrdən istifadə etməsinin istisna edilmədiyi yazılmayacaqdır. Buradan belə qənaətə gəlmək olur ki, Təqsirləndirilən şəxs adına olan tibbi kitabçada da, onun marixuanadan istifadə etməsinin göstərilməsi özünün həmin vaxt on il əvvəl bir dəfə narkotik vasitə olan marixuanadan istifadə etməsi barədə deməsi ilə əlaqədar olmuşdur. Həmçinin, onun üstündən aşkar edildiyi iddia olunan kütlənin növü də fərqli olmuş, yəni, ona üzərindən narkotik vasitə (marixuana) deyil, psixotrop maddə (metamfetamin) aşkarlanması barədə ittiham verilmişdir. Qeyd olunan təqdirdə, yəni Təqsirləndirilən şəxs narkotik istifadə etmədiyi halda şəxsi axtarış zamanı üzərindən aşkar edilən psixotrop maddə metamfetaminin ona aid olmaması barədə ifadələri toplanmış digər sübutların mötəbərliliyini şübhə altına alaraq üzərindən aşkar edilən həmin maddənin əldə edilməsi mənbəyi barədə məhkəməyə sübut təqdim etməyən ittiham tərəfini həmçinin, təqsirləndirilən şəxsi psixotrop maddə əldə edilməsinə sövq edən şərtləri, yəni həmin psixotrop maddənin təyinatını- istifadə edilməsi, pay verilməsi, satılması, çatdırılması və s. üçün nəzərdə tutulması kimi halları müəyyən etmək vəzifəsi ilə mükəlləfiyyətləndirir. Halbuki, cinayət işinin materiallarından görünür ki, iş üzrə verilmiş əməliyyat tapşırığına cavab olaraq bildirilmişdir ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayonu Ərçivan qəsəbə kənd sakini olan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə istifadəçisi olması halları ilə bağlı məlumat əldə olunsa da, onun əldə etdiyi psixotrop maddəni haradan əldə etməsi, habelə narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat əldə olunmamışdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, əməliyyat tapşırığına cavabda “Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə istifadəçisi olması halları ilə bağlı məlumat əldə olunsa da” ifadəsi əks olunsa da, iş materiallarına bu barədə hər hansı sənəd əlavə olunmamış, təqsirləndirilən şəxsə yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham verilmişdir. Eləcə də, təqsirləndirilən şəxsin narkotik vasitələrin dövriyəsində iştirakının sübuta yetirilməsi istiqamətində aparılmış digər istintaq hərəkətləri də nəticəsiz qalmışdır. Belə ki, “telefon danışıqları ilə bağlı diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 051 ***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2024-cü il saat 00:00-dan xx.xx.2024-cü il saat 17:00-dək olan müddət ərzində edilən zənglərin və sms-lərin siyahısı, mətnləri, vaxtı, müddəti, əhatə dairəsi (dislokasiya yeri), nömrə sahibləri və onların yaşayış və qeydiyyatda olduqları ünvanlar barədə məlumatları özündə əks etdirən diskə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən məlumat aşkarlanmamışdır. Digər tərəfdən yuxarıda da qeyd edildiyi kimi təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçildikdən və istintaq təcridxanasına yerləşdirildikdən sonra artıq verdiyi bütün ifadələrində psixotrop maddənin ona məxsus olmamasını, həmin maddənin polis şöbəsinə gətiriləndən sonra şəxsi axtarış istintaq hərəkətindən az əvvəl tərəfindən təqdim edilməsi üçün ona verildiyini bildirmişdir. Odur ki, Təqsirləndirilən şəxs cari məhkəmə iclaslarında psixotrop maddənin ona aid olmaması barədə verdiyi ifadələri məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarına uyğun ifadələr olduğuna görə inandırıcı və mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, “Dikmə Türkiyəyə qarşı” xx.xx.2000ci il tarixli məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüququna malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Aparılmış məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə Təqsirləndirilən şəxs verdiyi ifadələrin həqiqəti əks etdirməsi (istifadəsində olan avtomobillə hərəkətdə olarkən onu saxlayan Yol Patrul Xidmətinin əməkdaşı ilə arasında olan mübahisə nəticəsində ona narkotiklə bağlı ittiham verilməsi) bir daha öz təsdiqini tapmışdır. Göründüyü kimi məhkəmə istintaqı nəticəsində Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsi, saxlaması və daşıması öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs Astara Rayon Polis Şöbəsinə xx.xx.2024-cü il tarixdə gətirilməsi, ona polis əməkdaşları tərəfindən fiziki təzyiq, psixoloji təsir göstərilməsi yolu ilə özünə qarşı ifadələrinin alınması ilə bağlı hadisənin məhz yuxarıda təsvir olunan qaydada cərəyan etməsi kifayət qədər şübhəli “sübutlar”dan ibarət olan cinayət işinin materialları ilə tam təsdiq olunur. Beləliklə, məhkəmə tərkibi Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların ona qarşı fiziki və psixoloji təzyiq göstərilməklə, müəyyən vədlər verməklə əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri ilə iş üzrə toplanmış digər sübutlar arasında aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, həmçinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyası və Cinayət-Prosessual Məcəlləsinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Məhkəmə heyəti həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilərkən onun hüquqlarını kobud şəkildə pozaraq bütün şübhələri ziyanına təfsir etmiş və nəticədə qeyd olunan konstitusion və prosessual təminatların tələblərinə zidd olan qanunsuz və əsassız nəticəyə gəlmişdir. Bundan əlavə məhkəmə tərkibi qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Cinayət-Prosessual Məcəlləsinin 28.4cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyası və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində “accusatio desiderat crimen” (“ittiham cinayətin mövcudluğunu ehtimal edir”) prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə “in dubio pro reo” (“şübhə olduğu halda təqsirləndirilənin xeyrinə”) prinsipi hər zaman gözlənilməlidir. Qeyd olunan prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözü gedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyi-nəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” qərarlarında “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Həmin qərarlarda həmçinin məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbara, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. xx.xx.2007-ci ildə dərc olunmuş “Mülki və siyasi hüquqlar haqqında” 1966-cı il tarixli Beynəlxalq Paktın 14-cü maddəsinə dair 32 saylı ümumi şərhində BMT-nin İnsan Hüquqları Komitəsi təqsirsizlik prezumpsiyası ilə əlaqədar bildirmişdir ki, insan hüquqlarının müdafiəsi üçün mühüm əhəmiyyət kəsb edən təqsirsizlik prezumpsiyası ittiham tərəfinin üzərinə ittihamı sübut etmək vəzifəsini qoyur, ittiham əsaslı şübhə yeri qalmadan sübuta yetirilməyənə qədər şəxsin təqsirkar sayılmamasını təmin edir, təqsirliliklə əlaqədar şübhənin təqsirləndirilən şəxsin xeyrinə həll olunmasını təmin edir və cinayət əməlində təqsirləndirilən şəxs ilə təqsirsizlik prezumpsiyasına uyğun surətdə davranılmasını tələb edir. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiyası və Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. “Kondraşinanın Rusiya Federasiyasına qarşı işi”ndə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Cinayət-Prosessual Məcəllənin 21-ci maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin hakimlərin müstəqilliyindən bəhs edən 25-ci maddəsi qeyd edir ki, hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər, cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Həmin Məcəllənin 42.1.4-cü maddəsində qeyd olunur ki, təqsirləndirilən şəxsin təqirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şühələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 126.2-ci maddədə isə deyilir ki, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir:- insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə və sair. 125.3-cü maddənin tələbinə görə, bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Həmin Məcəllənin 145.2 və 145.3-cü maddəsinə görə, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmənin hökmü Azərbaycan Respublikası adından çıxarılır, qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Cinayət-Prosessual Məcəllənin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallardan birində də məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyinin nəzərdə tutulmasıdır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə tərkibi ibtidai istintaq zamanı toplanmış və məhkəmə baxışında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Cinayət-Prosessual Məcəllənin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası tam, hərtərəfli və obyektiv olaraq tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü və 42.2.4-cü maddələrinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsiri müəyyən edilmədiyindən ona bəraət verilməlidir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi şəxs barəsində bəraət hökmünün çıxarılması əsaslarından biri təqsirliliyinin sübuta yetirilməməməsidir (təqsirsizliyinin sübuta yetirilməsi deyil). Şəxsin təqsirliliyinin sübuta yetirilməsi isə kifayət qədər mötəbər, bir-biri ilə uzlaşan, ziddiyyət təşkil etməyən sübutlar toplusunun mövcudluğunu zəruri edir. Sübutlar “əsaslı şübhə standartı” prinsipinə riayət edilməklə toplanmalı və bir-biri ilə zəncir şəkildə bağlı olmalıdır. Əks təqdirdə təqsirliliyin sübuta yetirilməsində yaranan bütün boşluqlar təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verilərkən onun haqqında seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və o, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından həbsdən azad edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələbinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Həmin Məcəllənin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Həmin Məcəllənin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə tərkibi hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, Təqsirləndirilən şəxs götürülməsi iddia olunan, maddi sübut kimi tanınaraq Astara Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 8,972 qram psixotrop maddə metamfetamin həmin materiala əlavə edilməlidir. Şəxsi axtarış keçirilməsi barədə çəkilmiş videogörüntünün yazıldığı bir ədəd, şübhəli və təqsirləndirilən şəxs qismində dindirmə zamanı çəkilmiş videogörüntünün yazıldığı iki ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmaqla, həmin disklər iş materiallarında saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, cinayət işi üzrə məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Təqsirləndirilən şəxs cinayət işi üzrə olan 60 (altmış) manat məbləğində ekspertiza xərcinin- məhkəmə məsrəfinin ödənilməsindən azad olunmalı və həmin məbləğ dövlətə aid edilməlidir. Cinayət-Prosessual Məcəllənin 347.1-ci maddəsinə əsasən, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə tərkibi gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Məhkəmə tərkibi göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 51-2, 21, 42, 55, 344-347, 348.3, 349-350, 352-354, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən azad edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs cinayət işi üzrə 60 (altmış) manat məbləğdə ekspertiza xərcinin ödənilməsindən azad edilsin və həmin məbləğ dövlətə aid edilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Astara Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 8,972 qram olan psixotrop maddə metamfetamin materiala əlavə edilsin. Şəxsi axtarış keçirilməsi barədə çəkilmiş videogörüntünün yazıldığı bir ədəd, şübhəli və təqsirləndirilən şəxs qismində dindirmə zamanı çəkilmiş videogörüntünün yazıldığı iki ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın və həmin disklər iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-54/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-54/2025
27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver